Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-435/2024 19.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şabran şəhəri, Oqtay Bəşirov küçəsi, ev 20-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 181.3.1-ci maddələri ilə, xx xxxx 2002-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəmənli küçəsi, ev 17, mənzil 12-də qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1-ci maddəsi ilə, 06 avqust 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu müddət çıxılaraq üzərində 01 il 06 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847-1848, ev 2, mənzil 53-də qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 181.3.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girərək mütəşəkkil dəstə halında birləşmiş, rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 “Telegram” sosial şəbəkəsində özünü “Səbiş” adı ilə qadın kimi təqdim edib tanış olduğu və görüşmək bəhanəsi ilə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 73, mənzil 61-ə dəvət etdiyi Zərərçəkmiş şəxs1 14 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində həmin mənzilə gəldikdə, əvvəlcədən aralarında razılaşdıqları kimi, mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs2 qapını açıb Zərərçəkmiş şəxs1 mənzilə buraxaraq qapının içəridən kilidini bağlamış, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 ona göndərilmiş şəkildəki şəxs olmadığını gördükdə ünvana səhv gəldiyini bildirərək geri qayıtmaq istəmiş, bu zaman o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə evin yataq otağından, Təqsirləndirilən şəxs3 isə qonaq otağından dəhlizə çıxaraq, Təqsirləndirilən şəxs2 əlində olan bıçaqdan silah qismində istifadə etməklə, mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək Zərərçəkmiş şəxs1 500 manat pul tələb etmiş, sonuncu pulu verməkdən imtina etdikdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 müqavimətini sındırmaq üçün hədəni davam etdirərək əvvəlcədən əlinə götürdüyü şüşə qabı başına tərəf atmış, sonra isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3la və şəxsiyyəti istintaqa məlum olmayan şəxs birlikdə Zərərçəkmiş şəxs1 tutub yerə yıxaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmuş, daha sonra Təqsirləndirilən şəxs1 döşəmədə, yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 cibindən 890 manat pulu çıxartmış və sonuncunun polisə məlumat verməməsi üçün üzərində olan 2100 manat dəyərində “İphone X” markalı mobil telefonunu alıb döşəməyə vuraraq yararsız hala salmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı quldurluq etmişlər. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs cinayət əlaqəsinə girərək mütəşəkkil dəstə halında birləşmiş, rol bölgüsünə əsasən 2022-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1 “Hornet” sosial şəbəkəsində özünü “Səbiş” adı ilə qadın kimi təqdim edib tanış olduğu və görüşmək bəhanəsi ilə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 73, mənzil 61-ə dəvət etdiyi Zərərçəkmiş şəxs2 həmin mənzilə gəldikdə əvvəlcədən aralarında razılaşdıqları kimi, mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs1 qapını açaraq Zərərçəkmiş şəxs2 mənzilə buraxıb yataq otağına keçməsini bildirib qapının içəridən kilidini bağlamış, Zərərçəkmiş şəxs2 yataq otağına keçən zaman ona göndərilmiş şəkildəki şəxsin orada olmadığını görüb ünvana səhv gəldiyini bildirərək geri qayıtmaq istədikdə, otaqda olan qrupun digər üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək əvvəlcə Zərərçəkmiş şəxs2 pul tələb etmiş, sonuncu pul verməkdən imtina etdikdə, onlar birlikdə yumruq və təpiklə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonra isə Təqsirləndirilən şəxs3 əli ilə Zərərçəkmiş şəxs2 boğazından tutub zorla divara dirəyərək Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 cibində olan 560 manat pulu çıxarıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı quldurluq etmişlər. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs cinayət əlaqəsinə girərək mütəşəkkil dəstə halında birləşmiş, rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 “İnstagram” sosial şəbəkəsində özünü “Aydan” adı ilə qadın kimi təqdim edib tanış olduğu və mobil telefon satmaq bəhanəsi ilə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 73, mənzil 61-ə dəvət etdiyi Zərərçəkmiş şəxs3 15 yanvar 2023-cü il tarixdə saat 02 radələrində həmin mənzilə gəldikdə, əvvəlcədən aralarında razılaşdıqları kimi, mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs2 qapını açıb Zərərçəkmiş şəxs3 özünü “Səbiş” ləqəbli Təqsirləndirilən şəxs1 rəfiqəsi olduğunu, Təqsirləndirilən şəxs1 telefon qutusunu otaqda axtarmasını bildirərək mənzilə buraxıb qapının içəridən kilidini bağlamış, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 ona göndərilmiş şəkildəki şəxs olmadığını gördükdə ünvana səhv gəldiyini bildirərək geri qayıtmaq istədikdə, bu zaman Təqsirləndirilən şəxs2 əli ilə Zərərçəkmiş şəxs3 sinəsindən itələyərək yataq otağına keçirmiş, Təqsirləndirilən şəxs1 digər otaqdan çıxıb hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək Zərərçəkmiş şəxs3 500 manat pul tələb etmiş və sonuncu pulu verməkdən imtina etdikdə onu yerə yıxmış, Təqsirləndirilən şəxs2 üzərində oturaraq əlində olan oxlovla başının və bədəninin müxtəlif nahiyələrinə vurmuş, mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs3 isə yumruq və təpiklə bədənin müxtəlif nahiyələrinə zərbələr vurmuş, daha sonra Təqsirləndirilən şəxs1 döşəmədə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 gödəkçəsinin cibindəki pul qabından 500 manat pulunu çıxardıqdan sonra polisə məlumat verdiyi halda sərxoş görüntüsü yaratmaq üçün Zərərçəkmiş şəxs3 ağzına şampun və “GO” spirtli içkisi tökməklə 1400 manat dəyərində qızıl boyunbağını boğazından zorla dartıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 burun sümüyünün cərrahi müdaxiləyə ehtiyacı olmayan yerdəyişməyən sınığı, hər iki gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan hər iki göz orbitasının və burun nahiyəsinin dərialtı hematomaları həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və sol təpə nahiyəsinin əzilmiş yarası, boyun nahiyəsinin arxa səthinin və sağ çanaqüstü nahiyəsinin qançırları, hər iki diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə quldurluq etmişlər. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs cinayət əlaqəsinə girərək mütəşəkkil dəstə halında birləşmiş, rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 “İnstagram” sosial şəbəkəsində özünü “Aynur” adı ilə qadın kimi təqdim edib tanış olduğu və görüşmək bəhanəsi ilə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 73, mənzil 61ə dəvət etdiyi Zərərçəkmiş şəxs4 07 fevral 2023-cü il tarixdə saat 03 radələrində həmin mənzilə gəldikdə, əvvəlcədən aralarında razılaşdıqları kimi mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs2 qapını açıb Zərərçəkmiş şəxs4 mənzilə buraxaraq yataq otağına keçməsini bildirib qapının içəridən kilidini bağlamış, Zərərçəkmiş şəxs3 yataq otağına keçən zaman ona göndərilmiş şəkildəki şəxsin orada olmadığını görüb ünvana səhv gəldiyini bildirərək geri qayıtmaq istədikdə, bu zaman mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs1 əlində açılıb-qatlanan bıçaqla həmin otağa daxil olub bıçaqdan silah qismində istifadə etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək Zərərçəkmiş şəxs4 500 manat pul tələb etmiş və sonuncu pul verməkdən imtina etdikdə əlindəki bıçağı Zərərçəkmiş şəxs4 qarın nahiyəsinə sıxaraq sonuncunun üzərində olan "xxxx" ASC-yə aid 5124 4001 7436 7021 saylı bank kartını əlindən alıb qrupun digər üzvü Təqsirləndirilən şəxs3 vermiş, Təqsirləndirilən şəxs3 həmin kartdan 496 manat pul çıxartmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 qarşı quldurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 qarşı quldurluq etdikdən sonra zor tədbiq edərək sonuncunu yataq otağına aparıb əynində olan şalvarı məcbur formada soyundurduqdan sonra cinsi ehtirasını təmin etmək üçün Zərərçəkmiş şəxs4 cinsi orqanına rezin qoruyucu taxaraq ağız boşluğuna daxil edib sonuncunun iradəsinə zidd onu cinsi istismara məruz qoymaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 qarşı seksusal xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaqda üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 özü boynuna almışdır ki, onunla və ya yoldaşları ilə yox, onlarla birlikdə yaşayan Məhəmməd adlı şəxslə danışaraq evə gəlmişdir. Elvin məhkəmə istintaqı zamanı yalandan “Telegram” saytı vasitəsiylə onların yanına getdiyini bildirmiş, izahatında isə “Hornet” sosial şəbəkəsi vasitəsiylə oraya gəldiyini qeyd etmişdir. “Hornet” sosial şəbəkəsinə qadınlar yox, ancaq cinsi azlıqlar daxil olur. Elvin onun xəbəri olmadan Məhəmmədlə birlikdə onlar yaşayan evə gəlmişdir. O, Elvini görən zaman onun evdən getməsini tələb etmişdir. Elvin də cinsi azlığın nümayəndəsidir. Elvin səs-küy saldığı üçün o, Elvini evdən qovmuşdur. Elvin bildirmişdir ki, onların tutulduğundan xəbərdar olduqdan sonra onlardan şikayətçi olmuşdur. Elvindən bir manat belə pul alınmamışdır. Zərərçəkmiş şəxs4 isə Təqsirləndirilən şəxs2lə qiymət danışmış və Kənanla görüşmək üçün evə gəlmişdir. Onu da bəyəndiyi üçün Kənanın pulunu verdikdən sonra onunla da görüşmək istəmişdir. Həzrətin pulu bitdiyi üçün onunla görüşmək qarşılığında “İnstagram” səhifəsini ona vermiş və getdikdən sonra onu şantaj etməyə başlamışdır. “İnstagram”da onların yazışmaları da var və həmin yazışmalarda Həzrət ona pul qarşılığında “İnstagram” səhifəsini qaytarmasını söyləmişdir. O, Həzrətə pul qaşılığında “İnstagram” səhifəsini qaytaracağını bildirmiş, Həzrət isə aşağıda görüşmələrini istəmişdir. O, Həzrətin onu nə məqsədlə aşağı çağırdığını bilməmişdir. Onların yaşadığı binada kamera var və həmin kamera hər şeyi çəkir. O, başından bəri müstəntiqə kameraları açdırmasını və Xəyalın onların evində döyülmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 Kənanla görüşmək üçün onların evinə gəlmişdir. Xəyal evə gələn zaman döyülmüş vəziyyətdə olmuş, kiminləsə dalaşdıqdan sonra gəlmişdi. Xəyal səsini başına atdığı üçün o, Kənanla mübahisə etmiş və Xəyalı evdə çıxarmaq istəmişdir. O, ibtidai istintaq zamanı müstəntiqə də Zərərçəkmiş şəxs1 barəsində heç nə xatırlamadığını bildirmişdir. İttihamda qeyd edilən 4 nəfər zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 başqa 3 nəfər onlara bir manat belə pul verməmişdir. Həzrət pulunu verib onlarla görüşmüş və çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir evdə yaşamışlar. Kənan da onun kimi cinsi azlığın nümayəndəsidir. Cinsi azlıqlara heç yerdə iş verilmədiyi üçün hansı işlə məşğul olduqları məlum məsələdir. Zərərçəkmiş şəxs1 bir manat belə pul almayıblar. Zərərçəkmiş şəxs1 onları videoya çəkdiyi üçün onlar da Məhəmmədəlini videoya çəkmişlər. O, evə gələn zaman Məhəmmədəlinin səs-küy saldığını görmüş və onu evdən qovmuşdur. Məhəmmədəlinin onların evində dava-dalaş salması ilə bağlı polisə də şikayət etmişdir. Xəyal onların evinə gələn gün o, xəstə olmuş və həmin vaxt onların evinə X16 gəlmişdir. Həzrət könüllü şəkildə Kənanla görüşmüş və pulu kartda olduğu üçün xahiş etmiş və Xankərəm də gedib onun kartından pulu çıxarıb gəlmişdir. Həzrətin onunla görüşməyə pulu olmadığı üçün “İnstagram” səhifəsini ona verməyi təklif etmişdir. Həzrət “İnstagram”da onun yox, Kənanın şəklini görüb gəlmişdir. Onlar Həzrətlə normal şəkildə ayrılmışlar. Ayrıldıqları günün səhərisi Həzrət ondan “İnstagram” səhifəsini geri istəmişdir. O da Həzrətlə görüşdüyü üçün pulunu tələb etmişdir. Həzrət ona aşağıda görüşməyi təklif etmiş, o isə nə məqsədlə aşağı çağırdığını bilmədiyi üçün aşağı enməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 4 nəfər zərərçəkmiş şəxsi əvvəldən tanımamışdır. Həmin şəxslərdən sadəcə biri ilə münasibəti olmuşdur. O, bu işdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarından şübhələnir, çünki polis əməkdaşları dəfələrlə onun evdən çıxmasını tələb ediblər. Yaşadıqları ev onun ailəsinin evidir. O, dəfələrlə binanın kamera görüntələrini tələb etmişdir. Kamera görüntülərində Xəyalın onların evinə gələn zaman döyülmüş vəziyyətdə olduğu görünməlidir. Xəyalla onlar arasında telefon alqı-satqı məsələsi olmayıb. Xəyal onlara gecə saat 3-4 radələrində gəlib. Mülki iddianı qəbul etmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ətraflı ifadə verməmiş, sadəcə özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ittihamda qeyd olunan heç bir epizodla razılaşmır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq isə göstərmişdir ki, o, Qismətlə Kənanı 1 ilə yaxındır ki, tanıyır. Bəzən onlarla bir yerdə yaşamışdır. Həmin şəxslərin cinsi azlığın nümayəndəsi olduqlarını bilmişdir. Zərərçəkmiş şəxslərin qeyd etdikləri ilə razı deyil. Həmin şəxslərə heç kim fiziki təsir göstərməmişdir. İbtidai istintaq zamanı məcburiyyət qarşısında qalaraq ifadə vermişdir. İbtidai istintaq zamanı ona zor tətbiq edilmişdir. Polis əməkdaşları, müstəntiq və s. onu döymüşdür. İstintaq təcridxanasına gedən zaman xəsarətlərini qeyd etdirmək istəmiş, amma bir aydan sonra onu müayinəyə aparmışlar. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman əlində sübut olmadığı üçün döyüldüyünü bildirməmişdir. Mülki iddianı qəbul etmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməsə də, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun öz şəkillərini bəyənərək yanına gəlmiş və münasibətdə olduqdan sonra pul ödəmişdir. Həzrət onunla və Qismətlə görüşmüş, saatlarla qaldıqdan sonra gecə saat 3-4 radələrində getmişdir. Həmin şəxsə qarşı heç bir zor tətbiq olunmamış, şəxs özü könüllü şəkildə onlara gəlmişdir. Digər 3 zərərçəkmiş şəxs isə onların evinə gəlmiş və onlara qarşı zor tətbiq olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin şəxlərə qarşı zor tətbiq olunan zaman o, Qismətin psixoloji təsiri altında olmuşdur. O, dəfələrlə evdən qaçmaq istəmiş, amma onu ya müştərilər vasitəsi ilə, ya da translar vasitəsiylə tutub evə gətirmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamışdır. Umudov X5 Rayon Polis İdarəsinin rəis müavini tərəfindən döyülmüşdür. Ona qarşı heç bir təzyiq olunmamış, o hadisəni olduğu kimi müstəntiqə danışmışdır. İttiham aktında göstərilən epizodlarda onların üçü də iştirak etmişdir. Mülki iddianı qəbul etmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qadınla görüşmək adı ilə hadisə baş verən evə getmişdir. Həmin evdə qadının olmadığını gördükdən sonra onu altardıqları üçün evdəkilərlə mübahisə etmiş, həmin şəxlər onun üzərində olan bütün pulları almışdır. İzahatında hadisə ilə bağlı olanları ətraflı şəkildə bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ondan 560 manat pul almışlar. Həmin pulu ondan Təqsirləndirilən şəxs3 almışdır. “Səbiş” ləqəbli Təqsirləndirilən şəxs1 da orada olmuşdur. İlk olaraq ondan pul istəmişlər. O pulun üzərində yox, avtomobildə olduğunu bildirmişdir. Onlar isə bir nəfərə söyləməsini və ona pul atmasını tələb etmişdir. Onların mübahisəsi evin içindən qapıya kimi davam etmişdir. Qapının ağzında ona əl-qol atmışlar və pulu verdikdən sonra qapını açıb onu buraxmışlar. Onu şantaj etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 videosunu çəkmişdir. Şəxslər cinsi azlığın nümayəndəsi olduğu üçün o, videosunun yayılmasını istəməmişdir. “Telegram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 videoları onun qarşısına çıxırmış və o, videosunun yayılacağını düşünüb çəkinmişdir. O, qadınla “Telegram” sosial şəbəkəsində tanış olmuş, profildə qadın şəkli olmuşdur. Hazırda 560 manat ona qaytarılmamışdır. Üzərindən uzun müddət keçdiyi üçün şəxsin “Telegram”da hansı ad ilə özünü təqdim etdiyini xatırlamır. Şəkildə olan qadın hadisə yerində olmamışdır. Onu Təqsirləndirilən şəxs2 qarşılamışdır. Kənanı görən zaman onu aldatdıqlarını anlamışdır. Kənan onu qarşılayan zaman tək olmuş, sonradan qapını bağlamış və ondan pul tələb etmişdir. Onlar arasında mübahisə yaranmış və səs-küy olmasın deyə onu pəncərəsiz bir otağa aparmışlar. Hadisə vaxtı evdə çox adam olmuşdur. O, pulun avtomobildə olduğu deyib onları aldatmaq istəmiş, amma ondan telefonunu almağa çalışmışlar. Qapının ağzında olan zaman Xankərəm onu vurmuş və o, özünü itirmişdir. Daha sonra Kənan ona su vermiş və bu zaman kiminsə onun arxa cibindən pul çıxartdığını hiss etmişdir. Pulu götürən şəxs Xankərəm olmuşdur. Pulunu aldıqdan sonra onu buraxmışlar. Hadisədən uzun müddət keçdikdən sonra o, həmin şəxslərin tutulduğunu öyrənmiş və polisə müraciət etmişdir. Xankərəm şəxslərin güc mənbəyi olmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ondan üzr istəmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərə qarşı ifadə verməsi üçün heç kim ona təzyiq və təsir etməmişdir. Şəxslərin tutulduğunu eşitdikdən sonra, polis idarəsinə gedib ona qarşı törədilən hərəkətlərlə bağlı ifadə vermişdir. Təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 “İnstagram” sosial şəbəkəsində profilində qız şəkli olan səhifə vasitəsilə onu evə çağırmışdır. Qapı açıldıqdan sonra, o, içəri girmiş, arxasınca qapı bağlanmış, sağ tərəfdə olan balaca otağa salınmış, daha sonra sürətli şəkildə həmin otağdan çıxarılıb, “Səbiş” ləqəbli şəxsin otağına salınmışdır. Müxtəlif bəhanələrlə bir qədər otaqda gözlədildikdən sonra, o, bir neçə dəfə qapını açıb çıxmaq istəmiş, lakin şəxslər ona qonaq, qonşu var deyib saxlamışlar. O “Səbiş” ləqəbli şəxsin otağına daxil olanda, artıq səhv yerə gəldiyini anlamış, əynində olan gödəkçəni belə çıxartmamışdır. Bir müddət sonra, “Səbiş” ləqəbli şəxs onun telefonunu almış, telefonda olan ona məxsus bahalı “İnstagram” səhifəsini və digər məlumatları ələ keçirmişdir. “Səbiş” ləqəbli şəxs ondan evə gəldiyinə və xidmət gördüyünə görə 500 manat pul tələb etmiş, o, pulunun maşında olduğunu bildirəndə, başqa kiməsə zəng etməyini və həmin şəxsin pulu gətirməsini istəmişlər. Bundan sonra, qorxutmaq məqsədilə Təqsirləndirilən şəxs3 çağırmışlar, o, sadəcə telefonunda "xxxx"-a məxsus bank kartı olduğunu bildirmişdir. Xankərəm həmin kartı götürmüş, taksiylə Yasamalda yerləşən ATMə gedərək oradan 500 manat pulu çəkmiş, geri qayıtmış və pulu “Səbiş” ləqəbli şəxsə təqdim etmişdir. Bundan sonra, o getmək istədiyini bildirəndə, təqsirləndirilən şəxslər icazə verməmiş, səbəbini soruşduqda isə, video çəkməli olduğunu və videoda evə gəldiyini, xidmət gördüyünü və bunun müqabilində pulu onlara təqdim etdiyini bildirməsini istəmişlər. Video Təqsirləndirilən şəxs2 tərəfindən çəkilmiş, video çəkildikdə Xankərəm otaqda olmamış, onu telefonundakı digər məlumatları da oğurlamaq məqsədilə bir qədər də gözlədib, daha sonra buraxmışlar. O telefonunu və kartını götürüb getmiş, növbəti gün Abşeron Rayon Polis İdarəsinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Xankərəm onu bıçaqla hədələmişdir. Digər şəxslər Xankərəmi müxtəlif adlarla çağırmışdır. Xankərəm “Səbiş” ləqəbli şəxsin göstərişi ilə ondan pul almaq üçün bıçaqla üstünə gəlmişdir. Təqsirləndirilən şəxslər onun telefonunda 30000-dən çox izləyici olan, bahalı “İnstagram” səhifəsini oğurlamışlar. Həmin səhifə motosiklet satışı ilə bağlı olmuşdur. O, səhifəsini geri qaytarmaq üçün Abşeron Rayon Polis İdarəsində rəis İsa müəllimin otağında şəxslərlə yazışmış, onlara görüşmək istədiyini və pul verəcəyini demişdir. Lakin, şəxslər onu təhdid edərək, 400 manat pul gətirməsini, əks təqdirdə səhifəsində onun pis formada şəkillərini paylaşacaqlarını yazmışlar. Bundan sonra şəxslər səhifədə 3-4 dəfə onun şəkillərini paylaşıb, altına nalayiq ifadələr yazmışlar. Beləliklə, ona mənəvi ziyan da vurmuşlar. Videoda ona evə gəldiyini, ona xidmət göstərildiyini, məmnun qaldığını və şəxslərdən narazılığı olmadığını bildirməsini tələb etmişlər. “Səbiş” ləqəbli şəxs ona seksual xarakterli zorakılıq hərəkətləri də etmiş və telefonunu, kartını zorla əlindən almışdır. “Səbiş” ləqəbli şəxsin göstərişi ilə Kənan onun iradəsinə zidd beldən aşağı videosunu çəkmiş və dediklərini təkrar etməsini tələb etmişdir. Xankərəmin əlindəki bıçağın əlamətlərini xatırlamır. Təqsirləndirilən şəxslərə göstərişləri “Səbiş” ləqəbli şəxs vermiş, onların dəstəsinin rəhbəri olmuşdur. Təqsirləndirilən şəxslər ona xəsarət yetirməmişdir. Hadisə 2023-cü ilin fevral ayında baş vermişdir. Hadisədən əvvəl onun ürək xəstəliyi olmuş, baş vermiş hadisə zamanı yaşadığı stress xəstəliyinin daha da irəliləməsinə səbəb olmuşdur. Onun “İnstagram” səhifəsi və pulu qaytarılmamışdır. Təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İfadə verəndə ona heç kim təzyiq və təsir etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, “Telegram” sosial şəbəkəsində “Səbiş” ləqəbli xanım bildiyi şəxslə tanış olub danışmış, şəxs onu evinə dəvət etmiş, konum göndərmiş və o da, getmişdir. Qapını Təqsirləndirilən şəxs2 açmış, içəri boylananda həmin şəxsin “Telegram” sosial şəbəkəsində yazışdığı xanım olmadığını başa düşmüş, xanımı soruşduqda isə Kənan ona içəri girməsini və xanımın da, içəridə olduğunu demişdir. O, təqsirləndirilən şəxslərin heç birini əvvəlcədən tanımamışdır. O, içəri keçdikdən sonra, qapının arxasınca bağlandığını hiss etmişdir. Kənan ona otağa keçməsini, xanımın da gələcəyini demişdir. O, razı olmamış, xanım gəldikdən sonra, keçəcəyini bildirmişdir. Daha sonra, “Səbiş” ləqəbli Təqsirləndirilən şəxs1 gəlmiş, bu zaman o, vəziyyəti başa düşüb evdən çıxmağa çalışmış, lakin qapının bağlı olduğunu görmüşdür. O, Qismətə onunla görüşmək istəmədiyini bildirmiş və Qismət onun bu sözündən qəzəblənmişdir. O, şəxslərin qapını açmalarını istəmiş, şəxslər isə razı olmamış və ondan pul tələb etmişlər. O, fiziki cəhətdən güclü olduğuna görə şəxslərdən qorxmamış və onlara pul verməyəcəyini bildirmişdir. Qismət onun üzünə, əllərinə qab şampunu tökmüşdür. Sonralar, ibtidai istintaqda üzləşmədə Kənandan Qimsətin onun üzərinə şampun tökməsinin məqsədini soruşmuş, Kənan da şampunun onun gözünü yandırmasını və heç bir müqavimət göstərə bilməməsini istədiklərini demişdir. Bundan sonra, Qismət telefonla onu videoya çəkmiş, videoda onun Qismətlə cinsi əlaqədə olduğunu demiş, bu zaman o, özünü itirməyərək telefonunu çıxarıb Qisməti çəkməyə başlamışdır. Öz videosunda Qismətin dediklərini təkzib etmişdir. O, çəkilişə başladıqdan sonra Təqsirləndirilən şəxs1gil çəkilişi dayandırmışlar. “Səbiş” ləqəbli Təqsirləndirilən şəxs1 əgər videonu silsə onu buraxacaqlarını söyləmişdir. O isə qapını açdıqları təqdirdə videonu siləcəyini bildirmişdir. Hadisə vaxtı evdə 3 yox, 4 nəfər şəxs olmuşdur. İttihamda qeyd edilməyən bir nəfər şəxs kişi cinsinin nümayəndəsi olmuşdur. Xankərəm kişi kimi söz verdiyini və əgər videonu silə onu buraxacaqlarını söyləmişdir. O, videonu sildikdən sonra zibil qutusundan da silməsini tələb etmişlər. Kənan gedib mətbəxdən bıçaq gətirmiş və ona dirəmişdir. O, yenə də özünü itirməmiş və ikinci dəfə telefonu açaraq onların videosunu çəkməyə başlamışdır. Kənan onun video çəkdiyini görüb geri çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 hay-küy salmağa başlamış və onun üzərinə şüşə qab tullamışdır. O, başını çəkmiş və qab divara dəyərək parçalanmışdır. Qismət qabın dəymədiyini gördükdən sonra onun üzərinə hücum etmişdir. O, çöl qapısını döyməyə başlamış, amma heç kim köməyə gəlməmişdir. O, telefonu verməməyə çalışmış və aşağı əyilmiş, bu zaman onu vurmağa başlamışlar. O, çox qışqırıb qapını döydüyü üçün onu döyməyi dayandırmışlar. O, saatının qırıldığını görmüşdür. “Səbiş” ləqəbli Təqsirləndirilən şəxs1 onun telefonunu götürmüş və yerə çırparaq iki hissəyə bölüb yerə atmışdır. Həmin vaxt o, sol tərəfə uzanmış, 890 manat pul isə sağ cibində olmuşdur. O, pulunu çıxardıqlarını hiss etmişdir. “Səbiş” ləqəbli Təqsirləndirilən şəxs1 onun sinəsindən təpiklə vurmuş, amma o, heç nə hiss etməmişdir. Təqsirləndirilən şəxslər əvvəlcədən “102” xidmətinə zəng vurmuş, bir nəfər şəxsin onlara zor tətbiq edib hədə-qorxu gəldiyini bildirmiş və daha sonra polisin tez gələcəyini düşünərək onu buraxmışlar. O, məlumatları çıxarmaq üçün telefonunun qırıq parçasını götürmüş və hadisə yerindən uzaqlaşmışdır. Onun üzəri qan içində olduğu üçün polislə əlaqə saxlaya bilməmiş və evə getmişdir. Hadisə gününün səhərisi “İphone” servisinə getmiş və telefonundakı məlumatları çıxarmalarını istəmişdir. O, telefon üçün ödəniş etmiş və 20 gün müddətində oraya gedib-gəlmişdir. 20 günün tamamında məlumatları əldə edərək şikayət üçün polis idarəsinə getmişdir. Polis idarəsinə müraciət edən zaman da onun üzərində xəsarət izləri qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ona 3000 manatdan çox ziyan dəymiş, amma həmin ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, peşəkar fotoqrafdır. Təqsirləndirilən şəxslər dəfələrlə onun “İnstagram” səhifəsinə mesajlar yazmış, hətta “Səbiş” ləqəbli şəxs “Telgram” sosial şəbəkəsində də ona mesaj yazmışdır. O, “Səbiş” ləqəbli şəxsin profilində qadın şəkli görmüşdür. O, işi ilə bağlı fotolar paylaşan zaman “Səbiş” ləqəbli şəxs ona rəylər yazırmış. Bir dəfə “Səbiş” ləqəbli şəxs Telegramda ona zəng etmiş və qiymətlərlə bağlı məlumatlar almışdır. “Səbiş” ləqəbli şəxs uşağının xəstə olduğunu və pula ehtiyacı olduğu üçün 470 manata “İphone 11” markalı mobil telefon satdığını bildirmişdir. Həmin vaxt həmin telefonun bazar qiyməti 650 manat olmuşdur. O, “Səbiş” ləqəbli şəxsin dediyi ünvana yaxınlaşmışdır. Həmin gün yağış yağırmış və “Səbiş” ləqəbli şəxs uşağı xəstə olduğu üçün aşağı düşə bilmədiyini bildirib, onun 6-cı mərtəbəyə qalxmasını xahiş etmişdir. Onunla telefonda danışan şəxsin səsi qadın səsi olmuş və təqsirləndirilən şəxslərin heç birinin səsinə oxşamamışdır. Şəxslərdən biri qapını açmış və o, Telegramda danışdığı şəxsin orada olmadığını bilmişdir. Telegramda danışarkən şəxs özünü “Aydan” adı ilə təqdim etmişdir. Qapını açan şəxs evdə uşaq olduğunu və yatağın altından telefonun qutusunu çıxaracağını bildirmişdir. Həmin vaxt içəridən səslərin gəldiyini eşitmişdir. Qapını açan şəxs ona içəri keçməsini söyləmiş, o, içəri keçdikdən sonra şəxs qapıya 3 ədəd qıfıl bağlamışdır. Daha sonra “Səbiş” ləqəbli şəxs içəridən gəlmiş və o, nə baş verdiyini anlamışdır. O, telefon istəmədiyini bildirib getmək istəmiş, amma “Səbiş” ləqəbli şəxs onun evdən çıxa bilməyəcəyini söyləmişdir. O, üzərində pul olmadığını bildirmiş və onu buraxmalarını söyləmişdir. “Səbiş” ləqəbli şəxs ona qarşı təhqiramiz söz işlədərək təpik vurmuş və onun başı divara dəymişdir. Başı divara dəydikdən sonra “Səbiş” ləqəbli şəxs ona söyüş söyməyə başlamışdır. Onu dəhşətli dərəcədə döymüşlər və o, bir ay işləyə bilməmiş, fotoqraf olduğu üçün müştəriləri qarşısında pis vəziyyətdə qalmışdır. Onun üzünə köpük və s. maddələr vurmuşlar və onun üzü yanmışdır. Söyüş söydüyü üçün ona çox ağır işgəncələr vermişlər. Onun videosunu çəkməmiş və onu zorlamamışlar. O, çox qan itirdiyi üçün təqsirləndirilən şəxslər qorxuya düşmüşdür. O, ölümlə üz-üzə qalmışdır. “Səbiş” ləqəbli şəxs nə isə içib qaytarmış və daha sonra Təcili Yardıma zəng edib onu zorladıqlarını bildirmişdir. Nə polis, nə də X16 gəlməmişdir. Şəxslərdən biri onu təhdid etmək üçün bıçaq gətirmiş, amma ona xəsarət yetirməmişdir. “Səbiş” ləqəbli şəxs onun telefonunu qırmış və öz telefonu ilə onun üçün taksi sifariş etmişdir. Kənan özünü doğramış, Qismət nə isə içib qaytarmış, Xankərəm isə onu açaraq buraxmışdır. Onu buraxan zaman heç bir yerə şikayət etməməsini bildirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, onun boynundakı qızıl sepi, cibindəki 500 manat pulu götürmüşlər və 500 manatlıq telefonunu qırmışlar. O, evə gəldikdən sonra bacısına xəbər vermiş, bacısı xəstəxanaya zəng etmiş və polisə məlumat vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Mülki iddianı isə tam müdafiə edir və onun təmin olunmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 14:54-də Azərbaycan Respublikası DİN “102” Xidmətindən Abşeron Rayon Polis İdarəsinə daxil olmuş məlumatda Zərərçəkmiş şəxs1 bildirmişdir ki,xx.xx.2022-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu qadının evinə daxil olduqda 2 nəfər kişi, 1 qadın və 1 cinsi azlıq onu şantaj edib, şərləyib 890 manat pulunu götürüb videoya çəkmiş və onu döyərək telefonunu sındırmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, həmin tarixdə Vəliyev X4 Rayon Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu özünü Səbinə kimi təqdim edən şəxs onu evinə dəvət etmişdir. Onlar telefonla danışdıqları zaman xx.xx.2022-ci il saat 17:50 radələrində görüşmək qərarına gəlmişlər. O, həmin şəxslə “Whatsapp” və normal telefon zəngləri ilə əlaqə qururmuş. Həmin şəxs yaşadığı ünvanın xəritədə yerləşdiyi yeri ona “Whatsapp” vasitəsiylə göndərmişdir. O, həmin hündür mərtəbəli binaya yaxınlaşdığı zaman şəxsə zəng etmiş və şəxs 6-cı mərtəbə 1-ci mənzildə yaşadığını söyləmişdir. O, giriş qapısında kod yazmış və qapını aşmışlar. O, binaya daxil olmuş və 6-cı mərtəbəyə çıxmışdır. 1-ci mənzilə yaxınlaşan zaman qapını bir nəfər xanım açmış və onu içəri dəvət etmişdir. O, mənzilə daxil olan zaman xanım qapını içəridən açarla bağlamış və açarı çıxararaq ona gözləməsini söyləmişdir. Bir neçə saniyədən sonra, həmin xanım, 1 trans və 2 cavan oğlan ona yaxınlaşaraq onu şantaj etməyə başlamışlar. Onu döyərək bədənində bir çox xəsarətlər yaratmışlar cibində olan 890AZN pulu götürüb, İphone X markalı telefonunu əlindən alıb yerə çırparaq yararsız hala salmışlar. Ona xəsarət yetirən zaman qolundakı saatı da qırmışlar. Sonda bütün göstərişləri verən şəxs trans oğlanlardan birinə qapını açmasını söyləmişdir. O, qan içində paltarları cırıq vəziyyətdə mənzili tərk etmişdir. Həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2311 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar olunmamışdır (cild 01, iş vər. 34). Cinayət işinin materiallarında olan “Baxış və götürmə aparılması barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs1 01 ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı diski təqdim edərək sözü gedən hadisə zamanı çəkdiyi video görüntünün həmin diskdə öz əksini tapdığını bildirmişdir (cild 01, iş vər. 37-39). Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd DVD dsikə baxış keçirilmişdir. Qeyd olunan görüntüyə baxış zamanı müəyyən olundu ki, video çəkiliş başqa bir telefonun ekranından çəkilmişdir Video görüntüdə Watsapp ani mesajlaşma proqramında olan materiallar əks olunmuşdur. Qarşı tərəfin adı mobil telefonda "Ss sss cv kimi qeyd olunmuşdur. Tərəflər arasında əlaqə aşağıdakı formada əks olumuşdur. Mobil telefonun sahibi Harda qalırsız? Xırdalanda? "Ss sss cv" kimi qeyd olunmuş şəxs: - Aha. Mobil telefonun sahibi: Danışa bilirsiz zəng vurum "Ss sss cv" kimi qeyd olunmuş şəxs: Buyurun Mobil telefonun sahibi konum atmadız "Ss sss cv" kimi qeyd olunmuş şəxs tərəfindən məkan paylaşımı göndərilir. Video çəkiliş aparan şəxs tərəfindən məkan paylaşımı açılır. Göndərilmiş ünvanın Abşeron rayonu Xırdalan şəhətri H. Əliyev prospektində yerləşdiyi müəyyən edilir. Video çəkiliş aparan şəxs tərəfindən telefon rəhbərinə "Ss sss cv" kimi yazılmış mobil telefon nömrəsinin "+994 55 335 12 12" olduğu göstərilir. Bundan sonra göndərilmiş səsli ismarırcın və qəbul edilməmiş zəngin olduğu müəyyən edilir. Yazışmalar bir daha əvvələ qaytarıldıqda tərəflər arasında dialoqun aşağıdakı kimi başladığı müəyyən edilir: Mobil telefonun sahibi: Salam zəng vurdum açmadız "Ss sss cv" kimi qeyd olunmuş şəxs Salam bu gün görüşmək isteyirsiz də yeqinki canım. Diskə baxışda iştirak etmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, həmin video çəkiliş ona məxsus olan və 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən əlindən alınaraq yerə çırpılmış mobi telefonunun yaddaşından telefon təmiri servisində aşkar etmişdir. Belə ki, həmin mobil telefon aparatı "İphone X" markalı olmuş, sındırıldıqdan sonra təmiri mümkün olmamış, mobil telefon nasaz olduğu üçün başqa texniki vasitələrdən istifadə edə bilməmişdir. Həmin görüntülər isə 12 sentyabr 2023-cü il tarixdə "Telegram" sosial şəbəkəsində tanış olduğu Səbiş adlı şəxslə 14 sentyabr 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən həmin şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayarkən aralarında olan dialqun görüntüsüdür. Həmin dialoqu isə başqa bir teelfon vasitəsi ilə "İphone X" markalı mobil telefonun ekranından çəkmişdir. Baxış zamanı müəyyən edildi ki, ekranından vidoçəkilişlə görüntülər əldə edilmiş mobil telefon qara rəngli olmaqla, "İphone X" markalıdır. Mobil telefon masa Üzərinə qoyularaq ekranı çəkiliş aparılan istiqamətə yönləndirilmişdir və ekranında sındırılma əlamətləri vardır (cild 01, iş vər. 42-44). Cinayət işinin materiallarında olan “Videogörüntü olan diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 14 sentyabr 2022-ci il tarixdə saat 17:50 radələrində ünvan 1 ünvanında ona qarşı quldurluq olunması ilə bağlı təqdim etdiyi “01” ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı bir nəfərin boz rəngli qısaqol köynəyinin qolu, onun sağ qolunun bilək nahiyyəsində “döymə” (tatu), həmçinin əynində göyümtül rəngli cins şalvar olduğu, digər üç nəfərin isə xarici görünüşünün əks olunduğu görünür. İlkin olaraq Video çəkiliş aparan şəxs - “belə eləyəndə mən çəkəcəm da, nağayrır o, bıçaq gətirib tutub əlində ki, mən nə hədə-qorxu gəlirəm? “ sözlərini deyir. Əynində qara rəngli paltar olan və xarici görünüşdən cinsi azlıq nümayəndəsinə bənzəyən şəxs isə sağ əlində olan, dəstəyinin rəngi görünməyən bıçağı sol qoluna tutaraq otaqda gəzişir. Adının Təqsirləndirilən şəxs1 olduğunu bildirdiyi şəxs isə “Bəsdir də bizə hədə-qorxu gəldin, davay aç qapnı sikdirsin bayıra, aç qapını sikdirsin peysər, açma, açma” sözlərini deyir, video çəkiliş aparan şəxs isə “aç qapını bayırda danışaq, aç qapını bayırda danışaq” sözlərini deyir. Bu zaman görüntüdə 17-26-cı saniyələr arasında 9 saniyə ərzində əynində qara rəngli uzunqol köynək və qara rəngli şalvar olan kişi cinsli şəxs görünür. Həmin vaxt xarici görünüşdən cinsi azlıq nümayəndəsinə bənzəyən, uzun boylu, əynində çəhrayı rəngi və üzərində gül şəkiləri təsvir olunmuş qadın paltarı olan, Zərərçəkmiş şəxs1 deməsinə görə “Səbiş” ləqəbli Təqsirləndirilən şəxs1 gözlənilmədən və divarın arxasından əvvəlcədən görünməyən yerdən götürdüyü şüşə qabı video çəkiliş aparan şəxsə tərəf yüksək sürətlə atır. Həmin anda şüşə qabın divara dəyərək sınması eşidilir. Bundan sonra isə “Səbiş” ləqəbli Təqsirləndirilən şəxs1 olduğu bildirilən şəxs video çəkiliş aparan şəxsə tərəf gələrək “məni çəkirsən, çək, çəəəəək” deyərək yüksək sələ qışqıraraq video çəkiliş aparan şəxsin üzərinə tərəf gəlir, bundan sonra isə kənar təsir nəticəsində video çəkiliş yarımçıq kəsilir. Ümumilikdə video görüntüdə çəkiliş aparan şəxsdən başqa 2 nəfər xarici görünüşdən kişi cinsli şəxsə və iki nəfər qadın paltarında olan, xarici görünüşdən cinsi azlıq nümayəndələrinə bənzəyən şəxslərin olması, danışıqlardan isə mənzilin qapısının bağlı olması və həmin 4 nəfər tərfindən bağlı saxlanıldığı müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, video görüntüdə olan şəxslərdən biri odur, digər cisni azlıq nümayəndəsi, “Səbiş” ləqəbli Təqsirləndirilən şəxs1dur, kişi cinsli şəxslərdən biri Təqsirləndirilən şəxs3dur. Sonuncu kişi cinsli şəxs isə Təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs1 həmin evə dəvət etdiyi, adını və anket məlumatarını bilmədiyi şəxsdir. Video görüntüyə baxsa da hadisəni xatırlaya bilməmişdir (cild 01, iş vər. 70). Cinayət işinin materiallarında olan “Cinayət işlərinin birləşdirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Vidai oğlu və Təqsirləndirilən şəxs2 barələrində istintaqı aparılan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və ibtidai istintaqı davam etdirilmişdir (cild 01, iş vər. 132-133). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonunda yerləşən kliniki xəstəxanadan Abşeron Abşeron Rayon Polis İdarəsinə 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 Xırdalan şəhəri, H.Əliyev prospektində döyülməsi nəticəsində üzündən xəsarət alması barədə məlumat daxil olmuşdur. Bundan başqa, ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 15 yanvar 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat 02 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində "Sfetafor" marketin qarşısındakı binada yaşayan adlarını bilmədiyi 3 nəfər cinsi azlığın onu döyərək 500 manat pulunu, qızıl boyunbağısını məcburi alaraq istifadəsində olan İphone X markalı telefonunu sındırmaları barədə məlumat verərək həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti bina 73, mənzil 61 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 (cinsi azlıq) DİN-nin 102 xidmətinə zəng edərək cinsi əlaqədə olduğu şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ünvan 8 ünvanında yaşayan Sabina ləqəbli cinsi azlıq Təqsirləndirilən şəxs1 və digər iki nəfər cinsi azlıqlar mobil telefonda tanış olduğu Zərərçəkmiş şəxs3 mobil telefonunu satmaq adı ilə yaşadığı ünvana çağırıb onu qəsdən döyüb onun sağlamlığına yüngül zərər vuran xəsarət yetirməklə üzərində olan 500 manat pulunu və 1 ədəd 1400 manat dəyərində qızıl boyunbağısını ələ keçirərək quldurluq etmişlər (cild 01, iş vər. 139). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Xırdalan şəhəri, Heydər Əliyev prospektində “Sfetofor” marketin qarşısındakı binada yaşayan 6-cı mərtəbədə yaşayan, adlarını bilmədiyi 3 nəfər cinsi azlıq onu döyərək 500 manat pulunu, qızıl boyunbağısını məcburi alaraq, İphone X markalı telefonunu sındırmışlar (cild 01, iş vər. 143). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 94 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində olan olan xəsarətlər-burun sümüyünün cərrahi müdaxiləyə ehtiyacı olmayan yerdəyişməyən sınığı, hər iki gözünün ağlı qişasına qansızına ilə müşayiət olunan hər iki göz orbitasının və burun nahiyyəsinin dərialtı hematomaları, sol təpə nahiyyəsinin əzilmiş yarası, boyun nahiyyəsinin arxa səthinin və sağ çanaqüstü nahiyyənin qançırları, hər iki diz oynağı nahiyyəsinin sıyrıqları bərk küt əşyanın (əşyalarm)təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və zərərçənin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü tarixdə qeyd olunan nahiyyələrə kənar şəxs(lər)-in bədən hissəsinin (əl, ayaq və sair) təsirindən, eləcə də taxta parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən; - burun sümüyünün cərrahi müdaxiləyə ehtiyacı olmayan yerdəyişməyən sınığı, hər iki gözünün ağlı qişasına qansızma ilə müşayiət olunan hər iki göz orbitasının və burun nahiyyəsinin dərialtı hematomaları həm ayrı-ayrılıqda, həmdə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. - sol təpə nahiyyəsinin əzilmiş yarası, boyun nahiyyəsinin arxa səthinin və sağ çanaqüstü nahiyyənin qançırları, hər iki diz oynağı nahiyyəsinin sıyrıqları sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur (cild 01, iş vər. 151- 153). Cinayət işinin materiallarında olan “Materialın cinayət işinə əlavə edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Vidai oğlu və Təqsirləndirilən şəxs2 barələrində toplanmış HK-1/1302 saylı material istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edilmiş və ibtidai istintaqı davam etdirilmişdir (cild 02, iş vər. 134-135). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, həmin tarixdə Nəcəfli X10 Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 07 fevral 2023-cü il tarixdə saat 05:00 radələrində özünü “Aynur” kimi təqdim edən İnstagram sosial şəbəkəsində tanış olduğu cinsi azlıq Təqsirləndirilən şəxs1 onunla tanış olmaq adıyla Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən mənzil 61-ə dəvət etdiyi üçün həmin ünvana getmişdir. Mənzilə daxil olduqda orada 3 nəfər cinsi azlıq olduğunu görüb səhv gəldiyini bilərək geri qayıtmaq istədiyini bildirəndə “Səbiş” ləqəbli Təqsirləndirilən şəxs1 və yanındakı iki nəfər cinsi azlıq onu məcburi digər otağa aparıb zər tətbiq edərək əlindən mobil telefonu məcburi olaraq alıb, bıçağı boğazına dirəyib, ona hədə-qorxu gələrək pul tələb etmişlər. O isə şəxslərin ona xəsarət yetirməsindən narahat olub özünə məxsus Ziraat Bank kartını onlara verib içərisində 4800 Türk lirası olduğunu bildirmişdir. Kartı ondan almışlar və şəxslərdən biri taksiylə gedib pulu çıxarıb qayıtmışdır. Bundan sonra Səbiş onun telefonundakı 2800 izləyici olan biznes İnstageam sehifesini oğurlamış, sonra isə məcburi olaraq paltarını soyundurub bildirmişdir ki, əgər polisə şikayət etsə çılpaq şəkil-videolarını biznes İnstagram səhifəsində paylaşıb onu biabır edəcəklər. Bundan sonra Səbiş adlı cinsi azlıq ona hədə qorxu gəlib səhifəsini geri verməsi üçün 400 manat pul tələb edib, əks təqdirdə şantaj edəcəyini bildirmişdir (cild 02, iş vər. 139). Cinayət işinin materiallarında olan “Materialın cinayət işinə əlavə edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Vidai oğlu və Təqsirləndirilən şəxs2 barələrində toplanmış HK-1/1438 saylı material istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edilmiş və ibtidai istintaqı davam etdirilmişdir (cild 02, iş vər. 147-148). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, həmin tarixdə Abbasov X7 Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2022-ci ilin dekabr ayının ortalarında Səbiş ləqəbi ilə tanınan cinsi azlıq onunla qız adı ilə danışaraq evə dəvət etmiş, daha sonra evdə 3 nəfər şəxs onu döyərək üzərində olan 360 manat pulunu əlindən almışdır (cild 02, iş vər. 151). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 286 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar olunmadı (cild 02, iş vər. 215-216). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 284 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar olunmadı (cild 02, iş vər. 217-218). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 285 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar olunmadı (cild 02, iş vər. 219-220). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 may 2023-cü il tarixli 3125 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Psixostimulyatorlarin qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 221-222). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 may 2023-cü il tarixli 2702 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Psixostimulyatorlarin qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 223-224). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 may 2023-cü il tarixli 2900 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 225-226). Cinayət işinin materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1627 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CMin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır (cild 02, iş vər. 228-230). Cinayət işinin materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkətləri CMin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır (cild 04, iş vər. 60-62). Cinayət işinin materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3031 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CMin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır (cild 04, iş vər. 63-65). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi, əşyanın maddi sübut kimi tanınması və cinayət işindən yeni icraatın ayrılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində CM-in 228.4, 145, 133.2.3, 221.2.1 və 234.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 barəsində həmçinin, CM-in 186.1, 182.1, 243 və 244-cü maddələri ilə də cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 14 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs1 qarşı quldurluq edən zaman və 2022-ci ilin dekabr ayının ortalarında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs2 qarşı quldurluq edən zaman onlarla birlikdə şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər naməlum şəxsin şəxsiyyətini və yerini müəyyən edib istintaqa cəlb etmək mümkün olmadığından, hazırki cinayət işindən həmin şəxs barəsində CM-in 181.3.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 04, iş vər. 72-113). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində göstərilmişdir ki, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət sayılır və bu əməli törətməkdə təqsirli bilinən şəxs dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinə əsasən quldurluq dedikdə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq cinayəti formal tərkibli cinayət əməli olduğundan, bu cinayət özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Qeyd edilən əməlin mütəşəkkil dəstə tərəfindən törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Quldurluq cinayəti müvafiq olaraq CM-in 181.3.1-ci maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, həmin əməllər o vaxt mütəşəkkil dəstə tərəfindən törədilən əməllər kimi qəbul edilir ki, bu dəstədə bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət cinayətkar qrup iştirak etmiş olsun. (CM-nin 34.3-cü maddəsi) Cinayət törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs anlayışından fərqli olaraq, mütəşəkkil dəstə həm də özünün sabitliyi, tərkibində təşkilatçısının (rəhbərinin) və birgə cinayətkar fəaliyyət üçün əvvəlcədən hazırlanmış planın olması, cinayətin törədilməsinə hazırlıq və cinayətkar niyyətin həyata keçirilməsi zamanı qrup üzvləri arasında funksiyaların bölüşdürülməsi ilə xarakterizə olunur. Mütəşəkkil dəstənin sabitliyi təkcə dəstənin uzun müddət ərzində mövcudluğunda, qrup üzvlərinin dəfələrlə cinayət törətməsində deyil, onların texniki cəhətdən təmin edilməsində, hətta bir cinayətin törədilməsi üçün uzun müddət hazırlıq görmələrində, həmçinin digər hallarda da (məsələn, pulların və ya digər maddi qiymətlilərin götürülməsi məqsədilə saxlanc yerlərinə girilməsi üçün mütəşəkkil dəstə üzvlərinin xüsusi hazırlıq keçməsində) özünü göstərə bilər. Bu cinayətlərin mütəşəkkil dəstə tərəfindən törədilməsi qənaətinə gələrkən, bütün iştirakçıların hərəkətləri, onların törədilmiş əməldə rolundan asılı olmayaraq, CMnin 32-ci maddəsinə istinad edilmədən, birgə icraçı kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n cinayət əməlləri Təqsirləndirilən şəxs2 verdiyi qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 150.1 və 181.3.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu əməl isə CM-in 181.3.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı özlərini təqsirli bilməmələrinə, o cümlədən Təqsirləndirilən şəxs2 qismən təqsirli bilməsinə dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxslər bu formada ifadə verməklə cinayət məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Belə ki, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş video görüntü, müvafiq ekspertizanın rəyləri və s. sübutlar təqsirləndirilən şəxslərin söylədiklərini tam təkzib edir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları əsası olmayan, heç bir sübuta söykənməyən ifadələr kimi qəbul edir və onlarla razılaşmır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 197). Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu müddət çıxılaraq üzərində 01 il 06 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cinayət törədilən ərəfədə məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və ya götürülməmişdir (cild 02, iş vər. 198-199). Təqsirləndirilən şəxs3 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmir. CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsində isə göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran başqa hallar da müəyyən edilməmişdir. Bununla yanaşı qeyd olunmalıdırki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ilk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, cəza müddəti başa çatdığından xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilmişdir (cild 02, iş vər. 200-201). Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu ilə qəti azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” xx.xx.2023-cü il tarixli protokollardan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barələrində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 199, 219, 240; cild 02, iş vər. 86, 90,94). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 56.1.3-cü maddəsinə əsasən onlara təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hər üç şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onların həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və onlar yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Mülki iddiaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiadan görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı məhkəmədə mülki iddia qaldıraraq ona vurulmuş maddi zərərin əvəzi olaraq 14400 manat (on dörd min dörd yüz) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 8500 (səkkiz min beş yüz) manat, 160 (yüz altmış) manat dövlət rüsümu olmaqla, cəmi 23060 (iyirmi üç min altmış) manat pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş arayışlardan, tibbi sənədlərin surətindən və foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 sözügedən cinayət hadisəsindən sonra uzun müddət həkim nəzarətində və müalicələrdə olmuşdur. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinməhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“03” noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirildiyindən, maddi və mənəvi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddia təmin edilməli və vurulmuş maddi zərərin əvəzi olaraq 14400 manat (on dörd min dörd yüz) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 8500 (səkkiz min beş yüz) manat, 160 (yüz altmış) manat dövlət rüsümu olmaqla cəmi 23060 (iyirmi üç min altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 181.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.3.1-ci maddəsi ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 maddi zərərin əvəzi olaraq 14400 manat (on dörd min dörd yüz) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 8500 (səkkiz min beş yüz) manat və 160 (yüz altmış) manat dövlət rüsümu olmaqla, cəmi 23060 (iyirmi üç min altmış) manat məbləğində pul müştərək qaydada tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-435/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-435/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver