Məhkəmə qərarları › İş №1(124)-437/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-437/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-437/2024 17.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhər 3-cü mikrorayon bina 12/19, mənzil 32-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının sonlarında satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edilməsi, saxlanması, daşınması və satışının həyata keçirilərək mənfəət əldə edilməsi ilə bağlı şəxsiyyəti istintaqa məlum olmayan “Xəyal” adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək sonuncu ilə birlikdə idarə etdiyi Hyundai Accent markalı 50BF339 dövlət qeydiyyat nişanlı avtomobil ilə Xaçmaz rayonuna gedərək istintaqla müəyyən edilməyən şəxslərdən narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra narkotik vasitələrin satışını həyata keçirilməsi ilə bağlı qabaqcadan aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun üzvü “Xəyal” adlı şəxs əldə etdikləri narkotik vasitələrin bir hissəsinin satışını həyata keçirməsi üçün həmin narkotik vasitə qurudulmuş marixuanadan şəxsi istehlak miqdarından artıq miqdarda, 16,942 qram olan hissəsini Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin narkotik vasitənin 10,53 qram olan hissəsini 30 iyul 2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanında tanışı Şahid1 100 manat pul müqabilində qanunsuz olaraq satmış, Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarışı şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 31 iyul 2023-cü il tarixdə saat 19:30-da həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Təfəkkür” liseyinin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 20:53-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,41 qram, bir ədəd sellofan bükümün içərisində 05 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,22 qram, 0,19 qram, 0,21 qram, 0,27 qram olmaqla ümumi təmiz çəkisi 10,53 qram həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarışı şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 03 avqust 2023-cü il tarixdə saat 16:50-də həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “İlham” marketin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 18:11-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli əl çantasından satış məqsədilə qanunsuz olaraq daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,197 qram, iki ədəd kağız bükülüdə 0,665 qram və 0,550 qram olmaqla ümumi təmiz çəkisi 6,412 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, 30 avqust 2023-cü il tarixdə satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edilməsi, saxlanması, daşınması və satışının həyata keçirilərək mənfəət əldə edilməsi ilə bağlı şəxsiyyəti istintaqa məlum olmayan “Emil” adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girdikdən sonra idarə etdiyi Hyundai Accent markalı 50BF339 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Şirvan yaşayış massivinə gedərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən narkotik vasitənin dəyərini satışı həyata keçirdikdən sonra ödəmək şərtilə, yəni, bir ədəd bükümü 50 manat pul qarşılığında almaq barədə razılığa gəldiyi cinayətkar qrupun digər üzvü “Emil” adlı şəxsin narkotik vasitələri göndərdiyi istintaqla müəyyən edilməyən digər şəxsdən 7 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 29,91 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib geri qayıtmış, Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarışı şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 30 avqust 2023-cü il tarixdə saat 16:55-də həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən köhnə süd zavodunun yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 17:51-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman çiynindən asdığı qara rəngli əl çantasından 06 ədəd şəffaf sellofan bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 4,85 qram, 4,45 qram, 4,92 qram, 4,57 qram, 4,37 qram, 4,41 qram və bir ədəd çəhrayı rəngli sellofan bükülüdə təmiz çəkisi 2,34 qram olmaqla ümumi təmiz çəkisi 29,91 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 avqust 2023-cü il tarixdə avtomobilinin yanında olan zaman bir qrup polis əməkdaşı “Gelandewagen” markalı avtomobillə ona yaxınlaşmış, avtomobildən düşərək üzərinə axtarış keçirmişlər və üzərindən bir büküm aşkar olunmuşdur. Daha sonra polis əməkdaşları onu polis bölməsinə aparmış və üzərindən aşkar olunmuş bükümün yanına bir büküm də əlavə edəcəklərini bildirmişlər. Müharibədən sonra onda psixoloji problemlər yaranmışdır. Onun yazıb-oxuma bacarığı olmadığı üçün polis əməkdaşlarının təqdim etdikləri sənədləri imzalamışdır. Bunun üçün də özünü qismən təqsirli bilir. 31 avqust 2023-cü il tarixdə işçisini Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən gözəllik salonuna aparmış, həmin vaxt polis əməkdaşları onu saxlayaraq fiziki zorakılıq göstərmiş və polis bölməsinə aparmışlar. Polis əməkdaşları onun avtomobilini qıraraq polis bölməsinə aparmış, avtomobilindən çantasını götürmüşlər. Həmin vaxt yanında tanış şəxs də olmuş və həmin şəxsə də fiziki təsir göstərmişlər. Narkotik vasitəni ya onun, ya da tanışının boynuna götürməli olduqlarını bildirmişlər. O, məcbur qalaraq narkotik vasitəni boynuna götürmüşdür. Polis bölməsində suya nə isə əlavə edərək ona içirtmişlər. O, videoçəkiliş zamanı polis əməkdaşlarının söylədiklərini təkrar etmişdir. O, narkotik vasitə istifadəçisi olmuş, amma narkotik vasitələri satmamışdır. İttihamda adları qeyd olunan “Həsən” və “Əli” adlı şəxsləri tanımır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, müharibədən qayıtdıqdan sonra narkotik vasitə marixuana istifadə etməyə başlamışdır. Saxlanıldığı gün üzərində 01 ədəd bükümdə, 01 qrama yaxın marixuana olmuşdur. O, həftədə 2-3 dəfə marixuana istifadə etmişdir. Yuxu problemləri olduğu üçün narkotik vasitə istifadə etmişdir. Həmin marixuananı məhəllədəki tanışları ona pay vermişlər. “Xəyal” və “Emil”adlı şəxsləri tanımır və onlardan narkotik vasitə almamışdır. Şahid1 tanımışdır. Mirlazımın evində problem yaranmış və yaşamağa yeri olmadığı üçün bəzən onun evində, bəzən də oteldə yaşamışdır. O, Mirlazım adlı şəxsə 100 manat müqabilində narkotik vasitə olan qurudulmuş marixuana satmamışdır. Mirlazım da narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları ondan narkotik vasitələri kimdən eldə etdiyini söyləməyini tələb etmiş, həmin şəxslərin adını qeyd etmədiyi üçün ona qarşı qərəzli davranmışlar. Barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə həqiqəti danışmışdır. Onun bədənində xəsarət izləri qalmışdır. O, Maştağa 1 saylı Psixiatriya Xəstəxanasında müayinə olunmuş və həmin xəstəxananın xəstəsidir. X5 xəstəlik kağızı vermişdir. O, xəstəliyi ilə bağlı narkoloji dispanserdə 2-3 gündən bir dərman qəbul etmişdir. O, həm 03 avqust, həm də 31 avqust 2023-cü il tarixdə saat 12-13 radələrində saxlanılmışdır. Onda əsəbləşən zaman ürək getmə, qızdırma və astma halları baş verir. Onun bir qulağı eşitmir və bir gözü görmür. Müharibənin ilk günündən müharibədə iştirak etmişdir. Medallarının bir qismini vaxtında ala bilməmiş, səhvliklə onunla eyni adlı şəxsə təqdim olunmuşdur. İkinci epizod üzrə üzərindən heç nə aşkar olunmamışdır. O, Füzuli, Hadrud, Zəngilan və Cəbrayıl döyüşlərində iştirak etmişdir. Onun rütbəsi gizir olmuşdur. İkinci dəfə tutulan zaman yanında işçisi “Leyla” adlı şəxs olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini hazırda tam xatırlamır. İbtidai istintaq zamanı ifadə verərkən özündə olmamış, həmçinin vəkili yanında olmamışdır. Məhkəmə qarşısına çıxarılan zaman polis əməkdaşlarının onu narkotik vasitə ilə yüklədiklərini bildirmişdir. Onu ailəsi ilə təhdid etdikləri üçün narkotik vasitəni boynuna almağa məcbur olmuşdur. Birinci dəfə saxlanılan zaman polis əməkdaşları ona psixoloji təsir göstərmiş, amma fiziki təsir göztərməmişlər. İkinci dəfə saxlanılan zaman verdiyi ifadəni xatırlamır. O, Xəyal, Elçin, Vüqar, Emil və Hacıbaba adlı şəxsləri tanımır. Mirlazım adlı şəxs həmin şəxləri tanıyır. O, psixi xəstəliyi ilə əlaqədar xəstəxanada qeydiyyatdadır. O, Mirlazım adlı şəxsə narkotik vasitə satmamış və verməmişdir. Mirlazım və o, narkotik vasitə istifadəçisi olmuşlar. Birinci və ikinci epizodlar üzrə saxlanılan zaman kamera görüntüləri qeydə alınmış, amma onun bildirməsinə baxmayaraq həmin kamera görüntülərini müstəntiq götürməmişdir. Avtomobilinin açarı üzərində olduğu üçün Eldəniz adlı polis əməkdaşı avtomobilin qapılarını qırmışdır. Onun çantası avtomobildə olmuş, üzərində heç nə olmamışdır. O, müharibə zamanı güllə yarası almışdır. Onların çadırına bomba düşmüş və 6 nəfər şəhid olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 3-cü mikrorayon bina 12/19 mənzil 32-də yaşayır. Ailəli olsa da hazırda boşanmışdır. Üç azyaşlı övladı vardır. Hyundai markalı avtomobili vardır. Həmin avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərir. İkinci Qarabağ müharibəsində iştirak etmiş və müharibədə yaralanmışdır. Müharibədə iştirak etdiyinə görə bir neçə medal ilə təltif olunmuşdur. Müharibədən sonra bədənində ağrılar yaranmışdır. Ona görə də bədənində olan ağrıları kəsmək üçün narkotik vasitə “nəşə” adlandırılan qurudulmuş marixuanadan istifadə edir. Əslən Xaçmaz rayonundan olan “Babo” ləqəbli Xəyal adlı şəxsi bir neçə vaxtdır ki, tanıyır. Xəyal ilə arasında heç bir ədavət və düşmənçilik yoxdur. Xəyalın narkotik vasitələrdən istifadə etməsi ilə yanaşı narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilir. Belə ki, Xəyal Xaçmaz rayonuna gedərək oradan “nəşə” adlandırılan qurudulmuş marixuana gətirərək Sumqayıt şəhəri ərazisində satışını həyata keçirir. Əvvəllər dəfələrlə Xəyalı öz avtomobili ilə Xaçmaz rayonuna aparmışdır. Xəyal oradan narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra geri qayıdırmışlar. Hər dəfə Xəyalı Xaçmaz rayonuna aparmağının qarşılığında Xəyal ona narkotik vasitə qurudulmuş marixuana verirmiş. 02 avqust 2023-cü il tarixdə Xəyal ondan xahiş etmişdir ki, onu Xaçmaz rayonuna aparıb gətirsin. Xəyal yenə də yol pulu əvəzinə ona narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmişdir. O da Xəyal ilə razılaşmışdır. Bundan sonra birlikdə Xaçmaz rayonuna getmişlər. Xaçmaz şəhəri ərazisində Xəyal avtomobili saxlatdırıb maşından düşüb getmişdir. Az sonra Xəyal əlində qara rəngli sellofan bağlama ilə geri qayıdaraq avtomobilə əyləşmişdir. Xəyal gəldikdən sonra birlikdə Sumqayıt şəhərinə qayıtmışlar. Sumqayıt şəhərinə gəldikdən sonra Xəyal həmin sellofan bağlamadan 3 ədəd kibrit qutusunda və 6 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana çıxarıb ona yol pulu əvəzi vermişdir. Bundan sonra həmin bükümləri daima üzərində gəzdirdiyi çiynindən asdığı qara rəngli çantaya qoymuşdur. Xəyalı düşürdükdən sonra yaşadığı məhəlləyə getmişdir. Yaşadığı məhəllədə olan zaman onunla qonşu binada yaşayan Tapdıq adlı şəxslə görüşmüşdür. Tapdıqla söhbət zamanı ondan narkotik vasitəsi olub-olmadığını soruşmuşdur. O da həmin vaxtı üzərində olan narkotik vasitədən bir kibrit qutusu və bir ədəd kağız bükümdə olanı Tapdıqa vermişdir. Lakin bunun qarşılığında Tapdıqdan pul almamışdır. Bundan başqa həmin günü axşam saatlarında müharibədə onunla birlikdə iştirak edən və yaralanan Vüsal adlı şəxslə görüşmüşdür. Vüsal da müharibədə yaralandığına görə bədənində ağrıları olurmuş. Ona görə Vüsal da ağırlarını kəsmək üçün narkotik vasitə qurudulmuş marixuandan istifadə edirmiş. Vüsal ondan narkotik vasitəsi olub olmadığını soruşduqda Vüsala iki ədəd kağız büküldə narkotik vasitə vermiş, lakin Vüsaldan buna görə pul almamışdır. Səhəri gün 03 avqust 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında olan zaman Emin adlı tanışı ilə təsadüfən görüşmüşdür. Həmin vaxtı da Emin ondan narkotik vasitə istəmişdir. O da üzərində olan narkotik vasitədən bir kibrit qutusunda Eminə vermişdir. Bunun qarşılığında Emin ona 10 manat pul vermişdir. Bundan sonra Sumqayıt şəhəri Şirvan yaşayış massivinə getmişdir. Orada özünün şəxsi işlərini gördükdən sonra saat 16 radələrində Sumqayıt şəhərinə qayıtmışdır. Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində Elçin adlı tanışı ilə rastlaşmışdır. Həmin vaxtı Elçin ondan narotik vasitə istəmişdir. Elçinə bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. Bunun qarşılığında Elçindən pul almamışdır. Elçindən ayrılıb 3-cü mikrorayon ərazisində yerləşən “İlham” marketin yaxınlığında olan zaman saat 16:50 radələrində mülki paltarda olan üç nəfər şəxs ona yaxınlaşaraq Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirərək onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, özü Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Mehdi Cəlalzadənin müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Mehdi Cəlalzadə müdafiəçisi kimi çağırılaraq müdafiəçisi olaraq təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçi Mehdi Cəlalzadənin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman çiynindən asdığı çantadan bir ədəd kibrit qutusu və iki ədəd kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixunanı və bir ədəd özünə məxsus olan patronu çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan iki ədəd kağız bükümdə və bir ədəd kibrit qutusunda olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu ona məxsus olduğunu və özü üçün istifadə etdiyini, həmçinin bəzi tanışlarına pay kimi və pul ilə verdiyini bildirmişdir. Bundan başqa üzərindən aşkar olunmuş bir ədəd patronu isə İkinci Qarabağ müharibəsində iştirak edən zaman düşmənə əsir düşəcəyi təqdirdə özünü öldürmək üçün son güllə kimi saxladığını və müharibədən sonra xatirə kimi özü ilə gətirdiyini bildirmişdir. Təhqiqatçı həmin narkotik vasitələri haradan əldə etdiyini soruşduqda tanışı Xəyalı Xaçmaz rayonuna apardığını və narkotik vasitələri Xəyalın yol pulu əvəzinə ona verdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanalar təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və birlikdə ümümi çəkisinin 10,05 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Həmçinin üzərindən aşkar olunmuş bir ədəd patron da təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa ona məxsus olan bir ədəd mobil telefon da təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Zərfin üzəri özü və vəkili tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Bundan başqa, 30 avqust 2023-cü il tarixdə səhər saatlarında yaşadığı binanın yaxınlığında olan zaman Hacıbaba adlı şəxs onunla əlaqə saxlayaraq narkotik vasitə qurudulmuş marixuanası olub-olmadığını maraqlanmışdır. Hacıbaba ilə əvvəllər bir neçə dəfə bir yerdə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişlər. Ona görə də Sumqayıt şəhəri Şirvan yaşayış massivində yaşayan əvvəllər bir neçə dəfə qurudulmuş marixuana aldığı tanışım Emil adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitə qurudulmuş marixuanası olub-olmaması ilə bağlı maraqlanmışdır. Emil ona hər biri 50 manatdan olmaqla narkotik vastə qurudulmuş marixuana təşkil edə biləcəyini bildirmişdir. O da Hacıbaba ilə əlaqə saxlayaraq narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Hacıbabaya bir ədəd sellofan bükümdə narkotik vasitə marixunanı 75 manatdan tapdığını bildirmişdir. Hacıbaba da onunla razılaşmışdır. Bundan sonra Emil ilə təkrar danışıb narkotik vasitənin bir bükümünü 50 manatdan almaq barədə razılığa gəlmişlər. Emil ona 4 bükümdə narkotik vasitənin hər bükümünü 50 manatdan olmaqla sata bilsə onun özünə də 3 ədəd bükümdə pay verəcəyini bildirmişdir. O da Emilə artıq bir bükümü 50 manata satmaq üçün müştəri də tapdığını bildirmişdir. Emil buna görə də onun özünə də pay kimi 3 büküm narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmişdir. Emil ona Sumqayıt şəhəri Şirvan yaşayış massivində yaşayan bir nəfər tanışına deyəcəyini və onun həmin şəxs ilə görüşüb ondan narkotik vasitə ala biləcəyini bildirmişdir. Emil ona Şirvan yaşayış massivinə gedərək orada yerləşən “Al” marketin yaxınlığında idarə etdiyi maşını saxlamağını və həmin şəxsin özünün gəlib ona yaxınlaşaraq narkotik vasitə verəcəyini bildirmişdir. Emil onun maşınının nömrəsini həmin şəxsə qabaqcadan deyəcəyini və həmin şəxsin maşınını tanıyacağını bildirmişdir. Bundan sonra idarə etdiyi Hyundai Accent markalı 50BF339 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan yaşayış massivinə getmişdir. Orada “Al” marketin qarşısında avtomobilini saxlamışdır. Emilə zəng edərək “Al” marketin qarşısında olduğunu bildirmişdir. Emil bir neçə dəqiqə ərzində həmin şəxsin ona yaxınlaşaraq narkotik vasitəni verəcəyini bildirmişdir. “Al” marketin qarşısında gözlədiyi zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq Emilin göndərdiyi adam olduğunu soruşmuşdur. Həmin şəxs yaxınlaşaraq sürücü tərəfdən pəncərədən bir ədəd sellofan torbada olan sellofan bükümləri ona vermişdir. O da həmin sellofan torbanı həmin şəxsdən, almışdır. Sellofan torbanı açıb içərisinə baxarkən 6 ədəd şəffaf rəngli bükümlər, bir ədəd isə çəhrayı rəngli sellofan büküm olmasını görmüşdür. Bundan sonra həmin şəxs çıxıb getmişdir. Həmin bükümləri avtomobilin arxa oturacağına qoymuşdur. Bundan sonra Yaşma qəsəbəsinə getmişdir. Yaşma qəsəbəsində özünə məxsus olan tikilidə toyuqlarını yemləmişdir. Həmin vaxtı Hacıbaba onunla əlaqə saxlayaraq narkotik vasitəni nə zaman gətirəcəyini soruşmuşdur. Hacıbaba özünün yaşadığı Şirvan qəsəbəsində yerləşən evinin önündə onu gözləyəcəyini bildirmişdir. Bundan sonra Hacıbabanın ona verdiyi istiqamətlə onun yaşadığı evin yaxınlığına gəlmişdir. Hacıbaba gələrək onun avtomobilinə əyləşmişdir. Hacıbabaya narkotik vasitələri göstərib pulunu verməsini dedikdə Hacıbaba ona bildirmişdir ki, bir nəfər başqa bir dostu narkotik vasitə qurudulmuş marixuanaya gəlib baxıb götürərək pulunu verəcəyini bildirmişdir. Hacıbabanın danışıqlarından hiss etmişdir ki, Hacıbaba onu polisə satacaqdır. Ona görə də Hacıbabadan maşını tərk edərək düşməsini tələb etmişdir. Buna görə də Hacıbaba avtomobildən enmişdir. Bundan sonra avtomobili sürətlə idarə edərək oradan uzaqlaşıb Sumqayıt şəhəri istiqamətinə gəlmişdir. Yolda gələrkən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının onun avtomobilini izləyərək onu yaxalaya biləcəklərini fikirləşdiyindən istəmişdir ki, avtomobilini yaşayış məhəllərinin birinin qarşısında saxlayaraq maşından düşüb piyada evinə qayıtsın. Ona görə də Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən yaşayış evlərinin olduğu ərazidə maşını sakit bir yerdə saxlamışdır. Bundan sonra avtomobildə olan 7 ədəd bükümdə olan narkotik vasitələri özünə məxsus qara rəngli əl çantasının içərisində olan yaşıl rəngli parçaya bükərək çantanın içərisinə qoyaraq çantanı çiynindən asmışdır. 41-ci məhəllədə olan zaman qonşusu X12 ilə rastlaşmışdır. Bundan sonra Vüqar ilə birlikdə piyada hərəkət etməyə başlamışlar. Saat 16:55 radələrində 41-ci məhəllədə olan köhnə süd zavodunun yaxınlığında piyada hərəkət edən zaman mülki paltarda olan şəxslər onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Sumqayıt Şəhər Polis İdarəsinə aparacaqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu və Vüqarı xidməti avtomobil ilə Sumqayıt Şəhər Polis İdarəsinənin inzibati binasına gətirmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, özü Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Ələsgər Məmmədovun müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Ələsgər Məmmədov müdafiəçisi kimi çağırılaraq müdafiəçisi olaraq təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçi Ələsgər Məmmədovun iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Təhqiqatçı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşduqda əynindəki şalvarının sağ yan cibindən bir ədəd avtomobil açarı, sol yan cibindən bir ədəd KGTEL markalı mobil telefon çıxarıb təqdim etmişdir. Bundan sonra çiynindən asdığı qara rəngli əl çantasını açaraq içərisindən bir ədəd yaşıl rəngli parçaya bükülmüş 6 ədəd şəffaf sellofan bükümləri və bir ədəd çəhrayı rəngli sellofan bükümü çıxarıb təqdim edərək narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirilən zaman içərisində yaşıl rəngli ot kütlələri olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin kütlələri haradan əldə etdiyini soruşduqda Emili polis əməkdaşlarına satmamaq üçün tutulduğu gün saat 11 radələrində Sumqayıt şəhəri Şirvan yaşayış massivində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Polis əməkdaşlarına dostu ilə əlaqə saxlayaraq onun vasitəsilə narkotik vasitə götürdüyü şəxsin yanına narkotik almaq üçün göndərildiyini bildirmişdir. Sorğu zamanı narkotik vasitələrə görə hələlik pul vermədiyini, razılaşmaya əsasən hər bükümə görə 50 manat pul verəcəyini, qalanını isə özünə götürərək avtomobilinin kreditini ödəyəcəyini bildirmişdir. Bir bükümü 75 manatdan satacağını və hər bükümə görə narkotik vasitə əldə etdiyi şəxsə 50 manatdan ödəniş edəcəyini bildirmişdir. Həmçinin sorğu zamanı narkotik bükümlərinin 4 ədədinin pulunu ödəyəcəyini, qalan 3 ədədinin isə pulsuz olaraq özü istifadə etmək üçün ona pay kimi verildiyini bildirmişdir. Polis əməkdaşlarına onunla birlikdə saxlanılan Vüqar adlı dostunun onun narkotik vasitə gəzdirməyindən xəbəri olmadığını bildirmişdir. Aşkar edilərək götürülmüş kütlələr elektron tərəzidə çəkilərkən şəffaf rəngli sellofan bükümlərin 4,50 qram, 4,73 qram, 4,54 qram, 4,59 qram, 5,06 qram, 5,03 qram, çəhrayı rəngli sellofan bükümdə olan kütlənin isə 2,62 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş 7 ədəd bükümdə olan kütlələr bir ədəd kağız zərfə qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Həmçinin ona məxsus olan bir ədəd mobil telefon və avtomobil açarı bir ədəd kağız zərfə qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Sumqayıt şəhər sakini Mirlazımı bir neçə aydır ki, tanımışdır. Mirlazımı Miri kimi çağırmışdır. Onunla arasında ədavət və düşmənçilik olmamışdır. Mirlazım valideynləri ilə küsülü olduğuna görə təxminən 2 ay olar ki, onunla birlikdə evində yaşayır. Mirlazım da narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Mirlazım ilə bir neçə dəfə birlikdə narkotik vasitə qəbul etmişlər. Lakin heç vaxt Mirlazıma narkotik vasitə satmamışdır. 03 avqust 2023-cü il tarixli üzərində şəxsi axtarış aparılan zaman və ilkin izahatında Miri adlı şəxsə 10 manat pul müqabilində narkotik vasitə satdığı barədə göstərdiklərinin doğru olmadığını bildirmişdir. Mirlazım ilə üzləşdirilən zaman da ona narkotik vasitə satmadığını bildirmişdir. Mirlazım qərəzli formada onun üzünə duraraq ona narkotik vasitə satdığını bildirmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni aldığı Xəyal adlı şəxsin Xaçmaz rayonundan olduğunu və Sumqayıt şəhərində yaşadığını bilir. Xəyal "Babo” ləqəbi ilə də tanınır. Xəyal təxminən 30 yaşlarında arıq bədən quruluşlu, orta boylu şəxsdir. Xəyal ilə narkotik vasitələrin satışı ilə bağlı arasında əvvəlcədən heç bir razılaşma olmamışdır. Xəyal ondan onu avtomobili ilə Xaçmaz rayonuna aparmağını və bunun qarşılığında ona narkotik vasitə verəcəyini bildirmişdir. O da Xəyalı Xaçmaz rayonuna aparmışdı və qayıtdıqdan sonra Xəyal yuxarıda göstərdiyi miqdarda narkotik vasitələri ona vermişdir. Üzərindən aşkar olunmuş 7 ədəd bükümdə narkotik vasitə bükümündən 3 ədədini özü istifadə edəcəkmiş. Qalan 4 ədədinin isə hər birini 75 manatdan satıb 50 manatdan isə pulunu ödəyəcəkmiş. Əldə etdiyi pulla isə idarə etdiyi avtomobilin kreditini ödəyəcəkmiş. Müharibə iştirakçısı olmaqla qazidir. Ona görə də xəstəliyi ilə bağlı işləyə bilmir. Bu səbəbdən də narkotik vasitədən əldə etdiyi pul ilə maşınının kreditini ödəmək istəmişdir. Narkotik vasitə almaq barədə razılaşdığı Emil adlı şəxsi bir neçə ildir ki, tanıyır. Əvvəllər Emildən bir neçə dəfə narkotik vasitə almışdır. Emilin Sumqayıt şəhəri Şirvan yaşayış massivində yaşadığını bilir. Lakin onun haqqında başqa hər hansı dəqiq məlumatı yoxdur. Emil təxminən 35 yaşlarında uca boylu, arıq bədən quruluşlu, qara saçları olan şəxsdir. Emilin göndərdiyi narkotik vasitələri ona gətirən şəxsi isə ilk dəfə görmüşdür. Həmin şəxs təxminən 30 yaşlarında arıq bədən quruluşlu, uca boylu şəxs olmuşdur. Emil dörd büküm narkotik vasitənin hər bükümünü 50 manatdan satmaq şərtilə ona nisyə vermişdir ki, satıb onun 200 manat pulunu verər. O da həmin narkotik vasitələri 75 manata Hacıbabaya satmağı planlaşdırmışdır. Ona görə də Emilə narkotik vasitənin hər bükümnü 50 manata müştəri tapdığını bildirmişdir. Emil də buna görə ona 3 büküm də narkotik vasitəni pay kimi qazi olduğuna görə vermişdir. Hacıbabanı da bir neçə aydır ki, tanıyır. Hacıbaba arıq bədən quruluşlu, orta boylu, qulaqları yekə, təxminən 35 yaşlarında şəxs olmuşdur. Hacıbabnın əvvəllər həbsdə olduğunu eşitmişdir. Sumqayıt şəhəri 41-ci məhəllədə olan zaman təsadüfən Vüqarla rastlaşmışdır. Vüqar onun çiynindən asdığı çantada narkotik vasitə olmasını bilməmişdir. Vüqarla rastlaşdıqdan sonra bir neçə metr piyada getmişdir ki, polis əməkdaşları onları saxlamışdır. Vüqarın onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağından məlumatı olmamışdır. Saxlanılan zaman üzərində anasının istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə olmuşdur. Bundan başqa ***-***-**-** saylı mobil nömrədən də istifadə edir. İstər saxlanılan zaman istərsə də polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir (cild 2 iş vər. 20-25). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, hər iki epizod üzrə Təqsirləndirilən şəxs saxlanılmasında şəxsən iştirak etmişdir. Birinci epizod üzrə Təqsirləndirilən şəxs barəsində polis idarəsinə əməliyyat məlumatı daxil olmuş və Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində yerləşən “İlham” marketin yaxınlığında şəxsi saxlayaraq özlərini təqdim etdikdən sonra polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olan zaman təhqiqatçının otağında müdafiəçi, təhqiqatçı və ekspert kriminalistin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş və şəxs üzərində olan qara rəngli çantanın içərisindən 01 ədəd kibrit qutusu, 02 ədəd bükümü və 01 ədəd patronu çıxararaq təqdim etmişdir. Həmin bükümlər açılan zaman yaşıl rəngli ot kütlələri olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Aşkar olunmuş patronun isə “Kalaşnikov” avtomatına məxsus patron olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müharibə iştirakçısı olduğu üçün həmin patronu özü ilə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq narkotik vasitəni dostu “Xəyal” adlı şəxdən Xaçmaz rayonunda aldığını bildirmişdir. İkinci epizod üzrə 41-ci məhəllə ərazisində, köhnə süd zavodunun yaxınlığında Şahid6 və Şahid5lə birlikdə təqsirləndirilən şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs və yanındakı bir nəfər şəxsi polis idarəsinə dəvət etmişlər. Polis idarəsində təhqiqatçı və müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və qara rəngli çantanın içərisindən yaşıl rəngliyi parçaya bükülmüş 06 ədəd büküm və çəhrayı rəngli parçaya bükülmüş 01 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsin birinci dəfə saxlanıldığı tarix və saatı dəqiq xatırlamır. Birinci dəfə təqsirləndirilən şəxsin üzərindən 01 ədəd kibrit qutusu və 02 ədəd büküm aşkar olunmuşdur. Birinci dəfə saxlanılan zaman şəxs tək olmuş, ikinci dəfə saxlanılan zaman yanında bir nəfər şəxs olmuşdur. Təqsirləndirilən şəxsin yanında kişi cinsli şəxs olmuşdur. Şəxsin ikinci dəfə saxlanıldığı tarix və saatı xatırlamır. Şəxsi ikinci dəfə 41-ci məhəllə ərazisində yerləşən köhnə süd zavodunun yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsi ikinci dəfə saxlayan zaman üzərindən ümumilikdə 07 ədəd büküm aşkar olunmuşdur. 07 ədəd bükümlərin hamısı çantada olmuş, 06 ədəd büküm ayrı və 01 ədəd büküm isə ayrı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən yanında olan şəxsi də polis idarəsinə gətirmişlər. Həmin şəxsin adını xatırlamır. Həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, heç nə aşkar olunmamış və izahatı alınaraq buraxılmışdır. Hər iki epizod üzrə şəxsi piyada hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxsin avtomobilini polis idarəsinin həyətində görməmişdir. Hər iki epizod üzrə təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmişdir. Birinci dəfə təqsirləndirilən şəxsin saxlanılmasında Şahid4 və Şahid3 ilə iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şəxs saxlanılan zaman və ya sonrakı mərhələdə şəxsə qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Əvvəllər onda təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olmamışdır. Şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş və şəxs barəsində təxirəsalınmaz əməliyyat tədbirləri keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid4 və Şahid6 Şahid2 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid2 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur (cild 1 iş vər. 244-248). Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir. Polis kiçik serjantı rütbəsi daşıyır. ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 30 avqust 2023-cü il tarixdə Rəşad adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Rəşad adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması, məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra cinayət axtarış şöbəsinin rəis müavini, polis mayoru Bəxtiyar Hacıyevin rəhbərliyi altında cinayət axtarış şöbəsinin əməkdaşları Şahid2, Şahid6, təhqiqat şöbəsinin təhqiqatçısı Elnur Feyzullayev, KTİ-nin kriminalisti Fərid Nəsimiyev və məndən ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Şahid2 və Şahid6la birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən köhnə süd zavodunun ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Saat 16:55 radələrində Təqsirləndirilən şəxs bir nəfər şəxslə birlikdə süd zavodunun yaxınlığında piyada hərəkət etdiyini görüb Şahid2 və Şahid6la birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş .marixuana olmasım bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə ahb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində müvafiq sənədləşmə aparıldıqdan sonra X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin Kriminalistik Təhqiqat Bölməsinin ekspert kriminalisti Fərid Nəsimiyev tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. X4 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını .soruşduqda sonuncu əynindəki şalvarının sağ yan cibindən bir ədəd avtomobil açarı, sol yan cibindən bir ədəd K.GTEL markalı mobil telefon çıxarıb təqdim etmişdir. Bundan başqa o, çiynindən asdığı qara rəngli çantanı açaraq içərisindən bir ədəd yaşıl rəngli parçaya bükülmüş 6 ədəd şəffaf sellofan bükümləri və bir ədəd çəhrayı rəngli sellofan bükümü çıxarıb təqdim edərək marixuana olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirilən zaman içərisində yaşıl rəngli ot kütlələri olması müəyyən edilmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlələri haradan əldə etməsini soruşduqda Rəşad həmin kütlələri tutulduğu gün saat 11 radələrində Sumqayıt şəhəri Şirvan yaşayış massivində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri hansı yolla əldə etdiyini soruşduqda Rəşad dostu ilə əlaqə saxladığını və onun vasitilə həmin şəxsin yanına narkotik almaq üçün göndərildiyini bildirmişdir. Təhqiqatçı həmin kütlələrə görə hansı məbləğdə pul verdiyini soruşduqda Təqsirləndirilən şəxs hələlik pul vermədiyini, razılaşmaya əsasən hər bükümə görə 50 manat pul verəcəyini, .qalanını isə özünə götürərək avtomobilin kreditini ödəyəcəyini bildirmişdir. Rəşad bir bükümün satış qiymətinin 75 manat olduğunu və hər bükümü 50 manatdan almaq barədə razılığa gəldiyini bildirmişdir. Təhqiqatçı 7 ədəd bükümə görə 350 manat pul verməli olduğunu soruşduqda isə Təqsirləndirilən şəxs narkotik bükümlərinin 4 ədədinin pulunu ödəyəcəyini, qalan 3 ədədinin isə pulsuz olaraq özü istifadə etmək üçün pay kimi ona verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs 4 ədəd bükümdə olan kütlələrin hər birini 75 manatdan satacağını, hər bükümə görə 50 manatdan ödədikdən sonra qalan pulun özünə qalacağını bildirmişdir. Təhqiqatçı həmin bükümlərdən kiməsə satıb-satmadığını soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq üçün gətirdiyini, lakin polis əməkdaşları tərəfindən yaxlandığım bildirmişdir. X4 Təqsirləndirilən şəxs narkotik vasitələri həm özünün şəxsi istifadəsi üçün həm də satmaq məqsədilə saxladığını soruşduqda sonuncu idarə etdiyi avtomobilin kreditdə olduğunu və tutulan günü krediti ödəməli olduğuna görə narkotik vasitə satmaq istədiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan Vüqar İmanovun onun üzərində narkotik vastə olmasından xəbərdar olub-olmadığını soruşduqda Rəşad X6 üzərində narkotik vasitə olmasından xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 7 ədəd bükümdə olan kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdən sonra bir ədəd kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon və avtomobil açarı bir ədəd kağız zərfə qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 2 iş vər. 63-65). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs evindən çıxmış və təxminən 100 metr piyada getdikdən sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları yaxınlaşıb onu saxlamışlar. Onun əlinə qandal vurub, üzərinə baxış keçirmişlər və Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. Polis idarəsində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və 5 büküm marixuana aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Üzərindən aşkar olunmuş narkotik vasitəni ona 100 manat qarşılığında Təqsirləndirilən şəxs satmışdır. Evində mübahisə olanda, ümumiyyətlə dəfələrlə Rəşadgilin evində qalmışdır. Rəşaddan 100 manata marixuana almışdır. Polis idarəsində heç kim ona təsir, təzyiq göstərməmişdir. O, 5 qram marixuana ilə tutulmuşdur. Rəşaddan 5 qram marixuananı 100 manata almışdır. Rəşadın ona 300 manat borcu olmuşdur. Həmin pulu bu işdən ayrıca, Rəşada vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaqda üzləşdirmə zamanı dediklərini təsdiq edir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayının sonlarında Yaşmada işdən çıxıb, Sumqayıt şəhərində salona gedəsi olmuşdur. Təqsirləndirilən şəxsla birlikdə onun avtomobili ilə həmin yerə getmiş və günorta saat 12-13 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində avtomobildən düşmüşdür. Rəşada pul verib, tələsdiyini bildirmiş və pulu xırdalamasını xahiş etmişdir. Həmin vaxt onun avtomobilində tanımadığı dostu da olmuşdur. O, Rəşadı salonun qabağında gözləmiş, Rəşad da pulu xırdalamaq üçün marketə getmişdir. Həmin vaxt onun avtomobili də salonun qabağında olmuşdur. Marketdən qayıdanda, polis əməkdaşları Rəşada yaxınlaşmışlar və ona avtomobilinə tərəf gəlməyə icazə verməmişlər. Daha sonra, polis əməkdaşları Rəşadı öz avtomobili ilə, Rəşadın dostunu isə, xidməti avtomobilləri ilə polis idarəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Rəşadı saxlayan polis əməkdaşları 2 nəfər olmuşdur. Rəşadı zorla avtomobilə mindirmişlər. Rəşada icazə verməmişlər və özləri avtomobilin qapısını açmışlar. Həmin gün təsadüfən, Rəşad Sumqayıta getdiyindən onu da aparmasını xahiş etmişdir. Rəşadın yanındakı şəxs dostu olmuş, lakin o həmin şəxsi tanımamışdır. Polis əməkdaşları Rəşadı və dostunu maşına mindirməmişdən əvvəl onların üzərinə baxış keçirmişlər. Rəşadın üzərindən heç nə aşkar olunmamışdır, lakin dostunun üzərindən səhv etmirsə narkotik vasitə aşkar olunmuşdur. Rəşadın avtomobilində olan çantasını da axtarmışlar, çantanın içindən, yalnız şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s. sənədlər tökülmüşdür. Rəşadı tutulmamışdan 3-4 ay əvvəl tanımışdır. O, Yaşmada bağ evində yerləşən fermada toyuqcücəyə baxmaqla məşğul olmuşdur. Rəşad da həmin bağ evinə işçi kimi gəlib-gedirmiş, orada tanış olmuşlar və onu bir neçə dəfə Sumqayıta gətirmişdir. O, Bakıda yaşayır və işlədiyi dövrdə Sumqayıtda 8-ci mikrorayonda rəfiqəsigildə qalmışdır. Sumqayıt şəhərini yaxşı tanımır. Şəxsin saxlandığı yerin 42-ci məhəllə olduğunu, salon orada yerləşdiyinə görə, konum vasitəsilə bilmişdir. İşlədiyi yerin Yaşmada dəqiq harada yerləşdiyini bilmir. Hər gün taksi ilə işə gedir. Həmin gün avtomobildə Rəşadın dostu da olmuşdur. Dostunun üzərindən narkotik vasitə aşkar olunduğunu polis əməkdaşlarının danışıqlarından başa düşmüşdür. İbtidai istintaq zamanı onu heç kim çağırmamış, dindirilməmişdir. Rəşadın narkotik vasitə istifadə etdiyini görməmişdir. Avtomobil salonun qabağında olduğu üçün polis əməkdaşları tərəfindən Rəşadın çantasına axtarış keçirilməsini açıq-aşkar görmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə Rəşad adlı şəxsin Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı, saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsində, satışında və saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 41-ci məhəllə, köhnə süd zavodunun yaxınlığında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çiynindən asdığı qara rəngli çantanın içərisindən bir ədəd yaşıl rəngli parçaya bükülmüş 6 ədəd şəffaf sellofan bükümləri və bir ədəd çəhrayı rəngli sellofan bükümü aşkar edilmiş, həmin bükümlərə baxış keçirilən zaman içərisində yaşıl rəngli ot kütlələri olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlələr elektron tərəzidə çəkilərkən şəffaf rəngli sellofan bükümlərin 4,50 qram, 4,73 qram, 4,54 qram, 4,59 qram, 5,06 qram, 5,03 qram olması, çəhrayı rəngli sellofan bükümdə olan kütlənin isə 2,62 qram olması müəyyən edilmişdir. Çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 27-29). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 31 avqust 2023cü il tarixli 3-16-16/2-7/1225 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 6 (altı) ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqa təmiz çəkiləri 4,85 qram, 4,45 qram, 4,92 qram, 4,57 qram, 4,37 qram, 4,41 qram və 1 (bir) ədəd çəhrayı rəngli sellofan bükülüdə təmiz çəkisi 2,34 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuandır. Marixuananın ümumi çəkisi 29,91 qramdır (cild 01, iş vər. 41-45). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və işin ********* nömrə altında bir icraatda davam etdirilməsi qərara alınmışdır (cild 01, iş vər. 80-82). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə Rəşad adlı şəxsin Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 87). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 88). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhəri ərazisində narkotik vasitələri üzərində gəzdirməsində və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “İlham” marketin yaxınlığında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 91). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çiynindən asdığı qara rəngli çantanın içərisindən bir ədəd kibrit qutusu, iki ədəd kağz bükülü və bir ədəd patron aşkar edilmiş, kibrit qutusuna və bükülülərə açıb içərisinə baxış keçilərkən içərisində yaşıl rəngli ot kütlələri olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlələr elektron tərəzidə çəkilərkən bükümlərin 10,05 qram olması olması müəyyən edilmişdir. Çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 110-112). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 04 avqust 2023cü il tarixli 3-16-16/2-7/1116 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,665 qram və 0,550 qram və bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,197 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 123-126). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 01 avqust 2023cü il tarixli 3-16-16/2-7/1101 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 05 (beş) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,22 qram, 0,19 qram, 021 qram, 0,27 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 9,41 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuana beş ədəd kağız bükülülərdə olan marixuanalardan tərkiblərində olan komponentlərin ölçülərinə görə fərqlənir. Marixuanaların ümumi çəkisi 10,53 qramdır (cild 01, iş vər. 167-169). Cinayət işinin materiallarında olan “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 02 avqust 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 ona təqdim olunmuş dörd ədəd fotoşəkilin içərisindən Təqsirləndirilən şəxs fotoşəkilini tanıyaraq ona narkotik vasitə qurudulmuş marixuana satan şəxs olduğunu bildirmişdir (cild 01, iş vər. 181-184). Cinayət işinin materiallarında olan “Şəxsin tanınmasının aparılması haqqında” 05 avqust 2023-cü il tarixli protokoldan yə protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 ona canlı təqdim olunmuş dörd nəfər şəxsin arasından Təqsirləndirilən şəxs tanıyaraq ona narkotik vasitə satan şəxs olduğunu bildirmişdir (cild 01, iş vər. 188-189). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs ilə təqsirləndirilən şəxs Şahid1 arasında üzləşdirmə keçirilmiş, sonuncu ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək üzərindən aşkar edilərək götürülmüş 6 ədəd bükümdə ümumi təmiz çəkisi 10,53 qram narkotik vasitə qurudulmuş marixuananı 30 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-də sonuncudan 100 manat pul müqabilində əldə etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs Şahid1 onun üzünə qarşı dediklərini təkzib edərək ona narkotik vasitə satmadığını bildirmişdir (cild 01, iş vər. 190-191). Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 24 avqust 2023-cü il tarixli 3-16-16/2-3/1238 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet 5,45 mm kalibri olmaqla, həmin kalibrə malik AK-74, AKS-74, AKS-74 U modelli avtomatlarda, birdəfəlik istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronun gilizi-gülləsidir, təqdim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, istifadəyə (atəşə) yararsızdır (cild 02, iş vər. 44-47). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2023-cü il tarixli 1453 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 02, iş vər. 49-50). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2023-ci il tarixli 5248 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 75-76). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 01 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1567 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 üzərindən götürülmüş 5 ədəd kağız bükümdə, Təqsirləndirilən şəxs üzərindən götürülmüş iki ədəd kağız büküm və bir ədəd kibrit qutusunda marixuana və Təqsirləndirilən şəxs götürülmüş 07 ədəd sellofan bükümdə olan marixuanalar tərkiblərinə görə eynidir. Şahid1 üzərindən götürülmüş 1 ədəd sellofan bükülüdə olan marixuana rəyin nəticə hissəsinin 1-ci bəndinə göstərilən marixuanalardan fərqlənir (cild 02, iş vər. 117- 120). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi, cinayət əməlinin hüquqi tövsif olunması və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 234.4.1 və 234.4.2-ci maddələrinə tövsif edilmiş, onun barəsində CM-nin 234.4.4 və 228.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin hazırki cinayət işindən Xəyal, Emil və cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi barədə CM-in 234.4.1-ci maddəsi ilə 23070975 nömrəli cinayət işi ayrılmışdır (cild 02, iş vər. 122-144). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dər etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” psixi pozuntusundan əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamış, CM-in 22.1-ci maddəsinin təsiri altına düşmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumuna görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. İş materialları ilə belə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə Rəşad adlı şəxsin Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı çiynindən asdığı qara rəngli çantanın içərisindən bir ədəd kibrit qutusu, iki ədəd kağz bükülü və bir ədəd patron aşkar edilmiş, kibrit qutusuna və bükülülərə açıb içərisinə baxış keçilərkən içərisində yaşıl rəngli ot kütlələri olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlələr elektron tərəzidə çəkilərkən bükümlərin 10,05 qram olması müəyyən edilmiş, müvafiq rəsmiləşdirmə aparıldıqdan sonra barəsində qətimkan tədbiri seçilməklə sərbəst buraxılmış, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə Rəşad adlı şəxsin Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin satışı, saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı çiynindən asdığı qara rəngli çantanın içərisindən bir ədəd yaşıl rəngli parçaya bükülmüş 6 ədəd şəffaf sellofan bükümləri və bir ədəd çəhrayı rəngli sellofan bükümü aşkar edilmiş, həmin bükümlərə baxış keçirilən zaman içərisində yaşıl rəngli ot kütlələri olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlələr elektron tərəzidə çəkilərkən şəffaf rəngli sellofan bükümlərin 4,50 qram, 4,73 qram, 4,54 qram, 4,59 qram, 5,06 qram, 5,03 qram olması, çəhrayı rəngli sellofan bükümdə olan kütlənin isə 2,62 qram olması müəyyən edilmiş, götürülmüş maddələr və əşyalar ekspertizaya təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Əvvəllər CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə cinayət törətmiş şəxs tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci və ya 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1-ci, 234.4.2-ci və ya 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməlidir. Belə hallarda əməlin əlavə olaraq CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu 17 maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Sözügedən qərarın 12-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ikinci dəfə tutularkən üzərindən aşkar olunan narkotik vasitələrin ona aid olmaması, polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması, məcbur qalaraq narkotik vasitəni boynuna alması bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, əksinə etirafedici ifadə vermişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun üzərindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, həmin ifadəni əsaslı sayır və ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində obyektiv şəkildə əldə olunaraq cinayət işinin materiallarına əlavə olunan sübutlar (şahid ifadələri, xüsusən də Şahid1 təqsirləndirilən şəxsin üzünə qarşı narkotik vasitənin satışına dair verdiyi ifşa edici ifadə, təqsirləndirilən şəxsin və Şahid1 üzərindən aşkar olunan narkotik vasitənin eyni tərkibə malik olmasını təsdiq edən ekspertiza rəyi və s.) iş üzrə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün yalan ifadə verdiyini təsdiq edir. Məhkəmə istintaqı zamanı dindirilən əlavə şahid X13 ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs Təqsirləndirilən şəxsla yaxın münasibətdə olan şəxdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxsin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Ona görə də, məhkəmə kollegiyası həmin ifadəyə tənqidi yanaşır və onu əsaslı sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012, 2013 və 2016-cı il təvəllüdlü üç azyaşlı uşağı var (cild 02, iş vərəqi 72-74). Cinayət işinin materiallarına əlavə edimiş “Azərbaycan Respublikası Medalının Vəsiqələrinin” və “Fəxri Fərman”ın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Cəbrayılın azad olunmasına görə” medalları və Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında göstərdiyi aktiv döyüş fəaliyyətinə görə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 70-71). Cinayət işinin materiallarına əlavə olunmuş vəsiqənin və arayışın sürətinən görünür ki, təqsirləndirilən şəxsin atası Məmmədov Rafiq Şura oğlu 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş, müharibə gedişində yaralanaraq 2-ci qrup əlillik almışdır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs olunması CM-in 59.1.9-cü maddəsinə əsasən, 44 günlük Vətən müharibəsində iştirak etməklə müxtəlif medallarla təltif olunması, o cümlədən atasının 1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla 2-ci qrup əlil olması isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun şəxsiyyəti və ailə vəziyyəti, təyin olunacaq cəzanın olunun ailəsinə təsiri əsas götürülməklə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, cəzanı ağırlaşdran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin işğaldan azad olunması uğrunda 44 günlük Vətən müharibəsində fədakarlıq, şücaət göstərməsini, müxtəlif medallarla təltif olunmasını, 44 günlük Vətən müharibəsindən sonra aldığı travmalarla bağlı “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” psixi pozuntusundan əziyyət çəkməsini, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamaqla CM-in 22.1-ci maddəsinin təsiri altına düşməsini, atasının da 1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla 2-ci qrup əlil olmasını, himayəsində azyaşlı uşaqların olmasını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az həddə təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 22.1-ci maddəsində göstərilmişdir ki, anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 22.2-ci maddəsində isə göstərilmişdir ki, anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Hazırki cinayət işi üzrə müvafiq ekspert rəyi ilə təqsirləndirilən şəxsin hal-hazırki psixi durumuna görə məcburi müalicəyə ehtiyacının olmaması əsas götürülərək məhkəmə hesab edir ki, şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı real olaraq çəkməlidir və yalnız bu növ cəzanı çəkməklə şəxs gələcəkdə islah oluna bilər. Cinayət işinin materialarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad olunmuşdur (cild 01, iş vər. 102, 229-231). Cinayət işinin materialarından görünür ki, Təqsirləndirilən şəxs daha sonra xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 20, cild 02, iş vər. 35-38). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün cəzasından çıxılmalı, cəzasının başlanğıcı isə onun ikinci dəfə şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan ümumilikdə 35,912 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,45 mm kalibirli olmaqla, həmin kalibrə malik AK-74, AKS-74, AKS-74 U modelli avtomatlarda, birdəfəlik istifadə edilmək üçün nəzərdə tutulmuş, təqdim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilməyən, istifadəyə (atəşə) yararsız, zavod üsulu ilə istehsal edilmiş patronun gilizigülləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 278 AZN (iki yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan ümumilikdə 35,912 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,45 mm kalibirli olmaqla, həmin kalibrə malik AK-74, AKS-74, AKS-74 U modelli avtomatlarda, birdəfəlik istifadə edilmək üçün nəzərdə tutulmuş, təqdim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilməyən, istifadəyə (atəşə) yararsız, zavod üsulu ilə istehsal edilmiş patronun gilizi-gülləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 278 AZN (iki yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar