Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-437/2025 01.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X7, X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonu, Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Ləcət kəndində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq qəsdən əkdiyi külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt Xaçmaz Rayon Polis X9 Bölməsinin əməkdaşları tərəfindən 21 may 2025-ci il tarixdə saat 11:50- 12:05 müddətində onun yaşadığı Xaçmaz rayonu, Ləcət kəndində 41,68587*N, 48,63064*E koordinatında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 6 ədəd dibçəkdə ümumi çəkisi 166 qram çəkidə olan 27 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirdi ki, Xaçmaz rayonu, Ləcət kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi birlikdə yaşayır. Evlidir və iki övladı var. Özü heç bir yerdə işləmir, müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırır. Artıq uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və istehlak etdiyi narkotik vasitə marixuanadır. 2024-cü ilin təxminən sentyabr ayının əvvəllərində səhər saatlarında yaşadığı evin yaxınlığındakı yol kənarında təkbaşına gəzdiyi zaman yolun kənarındakı meşə yaxınlığında yabanı halda bitən 01 ədəd çətənə bitkisi görmüş, özü də, marixuana çəkdiyinə görə onun tumlarını üzərindən yığaraq üzərində olan kibrit qutusuna yerləşdirib cibinə qoymuşdur. Onları yığaraq cibinə qoymaqda məqsədi o idi ki, evinin həyətində əkib yetişdirsin, yetişəndən sonra isə onların yarpaqlarını qurutmaqla çəksin. Bunu da etməkdə məqsədi o idi, ki, maddi imkanı zəif olduğuna görə və marixuana tapmaq çətin olduğu üçün hər istənilən vaxt qurudulmuş marixuana tapa bilmirdi. Fikirləşmişdir ki, onları əksə gələcəkdə onların yarpaqlarını qurudub çəkə bilər. Beləcə həmin yığdığı tumları evinə gətirərək evin həyətyanı sahəsində gizlətmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində təkbaşına həmin toxumları həyətində olan 02 ədəd dibçəkdə, 02 ədəd plastik qabda və 02 ədəd vedrədə əkmiş və mütəmadi olaraq onlara qulluq göstərməyə başlamışdır. Belə ki, onların diblərini yumşaldır, qulluq edir və su tökürdü. Beləliklə ümumilikdə 02 ədəd dibçəkdə 06 ədəd, 02 ədəd plastik qab da 15 ədəd və 02 ədəd vedrə də isə 06 ədəd çətənə bitkisi yetişmişdi. 21 may 2025-ci il tarixdə saat 11:50 radələrində yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onun evinin həyətində çətənə bitkilərinin əkilməsindən şübhələndiyini bildirmişlər. Ardınca da, polis əməkdaşlarının, aqronomun və təhqiqatçının iştirakı ilə evinə baxış keçirilmişdir. Könüllü şəkildə evinin həyətinə baxış keçirilməsinə icazə vermiş və bununla bağlı heç bir etirazı yoxdur. Baxış zamanı evinin həyətində kultivasiya edərək əkdiyi ümumilikdə 27 ədəd çətənə bitkisi 01 ədəd ağ rəngli sellofan torbaya qoyulub qablaşdınlaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən evinin həyətinə keçirilən baxış zamanı və ondan sonra ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. Çətənə bitkilərini şəxsi istifadə məqsədilə tək əkmiş, bu barədə heç kim ona köməklik göstərməmiş və bu haqda heç kimin məlumatı olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Xaçmaz rayonu, Ləcət kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib- becərməsi, kultivasiya etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz RPŞ-nin Yalama PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Bu məqsədlə əvvəlcədən dəvət edilmiş mütəxəssis-aqranom Şahid3 iştirakı ilə Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 ilə birgə 21 may 2025-ci il tarixdə saat 11:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmiş, evin qarşısında Xaçmaz RPş-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X10 Babayevə qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və istifadə etməsi barədə polisdə məlumatın olduğunu bildirərək, yaşadığı evin həyətyanı torpaq sahəsinə videoçəkilişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkiləri əkdiyini və onun həyətinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və istintaq hərəkətinin digər iştirakçıları sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olmuş və evin həyətinə daxil olduqda Təqsirləndirilən şəxs girişin sol tərəfində yerləşən sahəni göstərərək çətənə bitkilərini həmin ərazidə əkdiyini bildirdirmişdir. Həmin yerə baxış keçirilən zaman 06 ədəd plastik qabda 27 ədəd çətənə bitkisinin aqro-texniki qaydada qulluq göstərilməklə əkildiyi müəyyən olunmuşdur. Belə ki, həmin bitkilərə dibi yumşaldılmaqla su tökülərək qulluq göstərilmişdir. Qeyd olunan sahəyə baxış keçirilən zaman iştirak edən aqronom Şahid3 aşkar edilən bitkilərə baxıb həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini, diblərinə gübrə verildiyini və diblərinin yumşaldıldığını, boylarının 40 santimetr ilə 60 santimetr arası olduğunu bildirmişdir. Ardınca qeyd olunan bitkilər baxışda iştirak edən aqronom Şahid3 tərəfindən tək-tək kökündən çıxarılaraq sayılmış və ümumilikdə 27 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin bitkilər Kamran Hüseynov tərəfindən 01 ədəd ağ rəngli torbaya qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün Təqsirləndirilən şəxs, daha sonra o və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş qablaşmanın üzərinə imza etmişlər. Baxış zamanı o, əvvəldən sonadək fasiləsiz olaraq "Samsung” markalı telefon vasitəsi ilə videoçəkiliş aparmış və həmin videoçəkiliş diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzamunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsində aqronom işləyir. 21 may 2025-ci il tarixdə, saat 11 radələrində Xaçmaz RPŞ-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün Xaçmaz rayonu Ləcət kəndi istiqamətinə getmişdir. Baxış keçirilməzdən əvvəl Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Kamran Hüseynov tərəfindən ona qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələrim izah olunmuşdur. Baxış keçirəcəyi ünvana, yəni Xaçmaz rayonu Ləcət kəndinin ərazisinə çatdıqdan sonra ona məlum olmuşdur ki, şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəkdir. Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X10 Babayevə qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə polisdə məlumatın olduğunu bildirərək, yaşadığı evin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah etmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirmişdir. Onlar da, özünün razılığı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə polis əməkdaşları ilə birgə daxil olmuşdur. Evin həyətinə daxil olduqda Təqsirləndirilən şəxs girişin sol tərəfində yerləşən sahəni göstərərək çətənə bitkilərini həmin ərazidə əkdiyini bildirmişdir. Həmin yerə baxış keçirilən zaman 27 ədəd çətənə bitkisinə bənzər bitkinin aqro-texniki qaydada qulluq göstərilməklə dibçəklərdə əkildiyi müəyyən olunmuşdur. Belə ki, həmin bitkilərə dibi yumşaldılmaqla su tökülərək qulluq göstərilmişdi. Qeyd olunan sahəyə baxış keçirilən zaman o, çətənə bitkilərinə bənzər bitkilərə baxıb həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini, diblərinə gübrə verildiyini və diblərinin yumşaldıldığını, boylarının 40 santimetr ilə 60 santimetr arası olduğunu bildirmişdir. Ardınca qeyd olunan bitkiləri tək-tək kökündən çıxararaq saymışdır. Qeyd olunan ərazidən ümumilikdə 27 ədəd çətənə bitkilərinə oxşar bitkilərin olduğu müəyyən edilmiş və həmin bitkilər Kamran Hüseynov tərəfindən 01 ədəd ağ rəngli torbaya qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün Təqsirləndirilən şəxs, daha sonra o, və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş qablaşmaların üzərinə imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin Yalama PB-nə xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanusuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin evin həyətyanı sahəsində kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin keçrilməsi barədə” qərardan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanusuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin evin həyətyanı sahəsində kultivasiya etməsi barədə daxil oluş məlumata əsasən əməliyyat axtarış tədbirlərinin keçrilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Sumqayıt Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 22 may 2025-ci il tarixli, 20/363 nömrəli rəyinə əsasən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində, “Xaçmaz rayonu Ləcət kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş çətənə bitkisinə bənzər kütlə...” yazılar və imzalar olan sintetik kisədəki, 27 (iyirmi yeddi) ədəd ümumi təmiz çəkisi 166 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona dair DVD diskdən müəyyən olunur ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 polis əməkdaşlarının və mütəxəssis-aqronom Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs kultivasiya etdiyi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri 06 ədəd dibçəyin içərisində olması müşahidə edilmişdir. Baxışda iştirak edən aqronom Şahid3 çətənə bitkilərinə bənzər bitkilərə baxıb həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini, diblərinə gübrə verildiyini və diblərinin yumşaldıldığını, boylarının 40 santimetr ilə 60 santimetr arası olduğunu bildirmişdir. Ardınca qeyd olunan bitkilər baxışda iştirak edən aqronom Şahid3 tərəfindən tək-tək kökündən çıxarılaraq sayılmışdır. Qeyd olunan ərazidən ümumilikdə 27 ədəd çətənə bitkilərinə oxşar bitkilərin olduğu müəyyən edilmiş və həmin bitkilər Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən 01 ədəd ağ rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025- ci il tarixli 3553 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” Təqsirləndirilən şəxs barəsində kompleks ambulator məhkəmə- psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1976 saylı rəyinə əsasən görünür ki; Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli 5(067)-126/2025 qərarı ilə Xaçmaz RPŞ-nin Yalama PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında” 21 may 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən müəyyən olunur ki, aşkar edilərək götürülmüş 27 ədəd yaş vəziyyətdə bitki kolu tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Həmin çətənə kollarına aqrotexniki qaydada qulluq edildiyi müəyyən olunur. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə sübhəli şəxs qismində saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 4(067)-80/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz Rayon Polis X9 bölməsinə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə “Baxış keçirilməsi barədə” qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə polis əməkdaşları və aqronomun iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən 27 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin bitkilər materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə video çəkilişlə baxış keçirilərək narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi etiraf etməklə, törətdiyi əmələ görə peşiman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(067)-80/2025 qərarından görünür ki, əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 21 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 63 (altımış üç) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Ləcət kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 27 ədəd əkilib-becərilməsi qadağan olunmuş, ekspert tədqiqatından sonra qalıq qalmış 165,73 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 63 (altımış üç) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs kultivasiya etdiyi, yaşadığı Xaçmaz rayonu Ləcət kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 27 ədəd əkilib-becərilməsi qadağan olunmuş, ekspert tədqiqatından sonra qalıq qalmış 165,73 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxışın görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-437/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-437/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver