Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-438/2024 24.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Nizami oğlunun sədrliyi, X9 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Quba rayonu, Zərqava kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 20,225 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi çəkisi 5,971 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində və yaşadığı mənzildə saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 15 avqust 2023-cü il tarixdə, saat 23:05-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİnə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən həmin narkotik vasitə olan heroinin bir qismi, yəni 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 2,433 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 2, 40 saylı mənzilə baxış keçirilən zaman mənzilin yataq otağında olan dolabın üzərindəki suvenirdən üzərində “Sobranie” yazıları olan siqaret qutusunun içərisindən həmin narkotik vasitə heroinin digər qismi, yəni 49 ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,352 qr., 0,350 qr.. 0,379 qr., 0.371 qr.. 0,368 qr., 0,362 qr., 0,322 qr., 0,329 qr., 0,343 qr., 0.326 qr., 0,327 qr., 0,326 qr.. 0,363 qr., 0,320 qr., 0,340 qr., 0,344 qr., 0,349 qr., 0,336 qr., 0,346 qr.. 0,349 qr., 0,344 qr., 0,350 qr., 0,334 qr., 0,816 qr., 0,330 qr., 0,354 qr., 0,798 qr., 0.454 qr.. 0,337 qr.. 0,351 qr., 0,330 qr., 0,337 qr., 0,346 qr., 0,357 qr., 0,321 qr., 0,342 qr., 0,354 gr., 0,324 qr., 0,328 qr., 0,360 qr., 0,321 qr., 0,329 qr., 0,325 qr.. 0,356 qr., 0,353 qr., 0,347 qr.. 0,342 qr., 0,324 qr., 0,326 qr., ümumi təmiz çəkisi 17,792 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qr., 0,384 qr., 0,367 qr., 0,376 qr.. 0,379 qr.. 0,368 qr., 0,367 qr., 0,373 qr., 0,384 qr., 0,377 qr., 0,348 qr., 0,384 qr., 0,377 qr., 0.363 qr., 0,367 qr., 0,372 qr., ümumi təmiz çəkisi 5,971 gram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ittihamda göstərilən psixotrop maddələr və heroin ona məxsusdur. Lakin o, həmin narkotik vasitələri satış məqsədilə deyil şəxsi istifadəsi üçün əldə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, təxminən saat 23 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında tanışları X8 və X15 ilə birlikdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu demişlər və onu polis idarəsidə dəvət etmişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklifi edilmişdir. Polis idarəsinə aparılarkən onun üzərində qanunla qadağan olunmuş heç nə olmamışdır. Ona fiziki və psixi təsir göstərildiyindən həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Video görüntü ilə üzərinə baxış keçirilməsi zamanı, video çəkilişdə ona təzyiq olunduğuna görə üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O özü əynində olan qara rəngli idman şalvarın sağ yan cibində olan 01 ədəd bükümü və Samsung markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi büküm açılan zaman bükümün içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. O evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni saxlanıldığı gündən 2-3 gün əvvəl tanımadığı İİR vətəndaşından 200 manat müqabilində aldığını, almış olduğu narkotik vasitənin bir qismini və əlavə olaraq psixotrop maddəni müvəqqəti yaşadığı evdə yataq otağında suvenirin içində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə və 01 ədəd “Samsung" markalı mobil telefon aparatı müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə müvəqqəti yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Həmin mənzil uzaq qohumu Mirağa adlı şəxsə məxsusdur və bir müddətdir o həmin mənzildə yaşayır. Mənzilin qapısını Mirzə açmış və onlar mənzilə daxil olmuşlar. Bundan sonra o özü qeyd etdiyi yerdən üzərində “Sobranie" yazısı olan siqaret qutusunu təqdim etmişdir. Həmin qutunun içərisində 49 ədəd bükümdə narkotik vasitə heroin və 16 ədəd bükümdə psixotrop maddə metamfetamin olmuşdur. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün xahiş edilmişdir. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində əməliyyat müşahidəsinə götürülmüş və o, saat 23:05-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyətinin yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu deyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Pİ-nə gəlmişdir. Pl-də Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahını nəzərdən keçirib hüquqlarının müdafiəçi X7 tərəfindən müdafiə olunmasını istəmişdir. Müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt özü əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 01 ədəd bükümü və “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi bükümə baxılan zaman bükümün içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin 2,92 qram olması müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs almış olduğu narkotik vasitənin bir hissəsinin yaşadığı evdə saxladığı bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirdikləri zaman 49 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 17,792 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 16 ədəd bükümdə ümumi təmiz çəkisi 5,971 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitəni onlayn ödəniş vasitəsilə İran İslam Respublikası vətəndaşının ona bildirdiyi yerdən yəni Hövsan qəsəbəsində, ağacın dibindən öz şəxsi istifadəsi üçün 200 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər və psixotrop maddəyə bənzər kütlələr Azərbaycan Respublikası ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin şahid bildirdi ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qeyri insani rəftara hər hansı bir qeyri qanuni təsir və təzyiq məruz qalmamışıdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid Fəridun Məmmədovla eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə xx.xx.1987-ci il təvəllüdlü Quba rayonunda anadan olan, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması, satması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki xx.xx.1987-ci il təvəllüdlü Quba rayonunda anadan olan, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1987-ci il təvəllüdlü Quba rayonunda anadan olan, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması, satması və üzərində gəzdirməsi şübhəsi ilə saxlanılaraq Polis İdarəsinə gətirilən zaman üzərində narkotik vasitə olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/1- 6/4395 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərilərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)... sözləri olan 1 N°-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,433 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 N°-li zərfdəki 49 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,352 qr., 0,350 qr.. 0,379 qr., 0.371 qr.. 0,368 qr., 0,362 qr., 0,322 qr., 0,329 qr., 0,343 qr., 0.326 qr., 0,327 qr., 0,326 qr.. 0,363 qr., 0,320 qr., 0,340 qr., 0,344 qr., 0,349 qr., 0,336 qr., 0,346 qr.. 0,349 qr., 0,344 qr., 0,350 qr., 0,334 qr., 0,816 qr., 0,330 qr., 0,354 qr., 0,798 qr., 0.454 qr.. 0,337 qr.. 0,351 qr., 0,330 qr., 0,337 qr., 0,346 qr., 0,357 qr., 0,321 qr., 0,342 qr., 0,354 gr., 0,324 qr., 0,328 qr., 0,360 qr., 0,321 qr., 0,329 qr., 0,325 qr.. 0,356 qr., 0,353 qr., 0,347 qr.. 0,342 qr., 0,324 qr., 0,326 qr., ümumi təmiz çəkisi 17,792 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qr., 0,384 qr., 0,367 qr., 0,376 qr.. 0,379 qr.. 0,368 qr., 0,367 qr., 0,373 qr., 0,384 qr., 0,377 qr., 0,348 qr., 0,384 qr., 0,377 qr., 0.363 qr., 0,367 qr., 0,372 qr., ümumi təmiz çəkisi 5,971 gram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. 1 N°-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,433 qram olan narkotik vasitə heroinlə 2 N°-li zərfdəki 49 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 17,792 qram olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2023-cü il tarixli 6440 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı “Şəxsi axtarış və götürülmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü və bir ədəd “Samsung" markalı mobil telefonu təqdim edir. Təhqiqatçı tərəfindən şəffaf rəngli sellofan bükümün içərisinə baxış keçirilən zaman orada narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin 2,92 qram olması müəyyən olunur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni onlayn ödəniş etməklə, tanımadığı İran İslam Respublikasının vətəndaşının bildirdiyi ünvandan yəni Hövsan qəsəbəsində ağacın dibindən öz şəxsi istifadəsi üçün 200 manat müqabilində aldığını, almış olduğu narkotik vasitənin bir qisminin evdə olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə Azərbaycan Respublikası ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənir. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və psixoloji təzyiqə məruz qalmadığını bildirdi. X4 yekun məruzəsi ilə bitir. Bundan sonra Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı evə baxış keçirilən zaman o, evdə saxladığı gəmi maketinin içərisindən "Sobranie” markalı siqaret qutusunu çıxardaraq təhqiqatçı Elnur Feyzullayevə təqdim edir. Təhqiqatçı tərəfindən siqaret qutusunun içərisinə baxış keçirilən zaman 16 ədəd şəffaf rəngli sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə və 49 ədəd ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxsin təqdim etdiyi metamfetaminə bənzər psixotrop maddənin olduğu bükümlər elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 6,79 qram, heroinə bənzər kütlələrin olduğu bükümlər elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 24.43 qram olması müəyyən olunur. Azərbaycan Respublikası ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN- in 124 saylı möhürü ilə möhürlənir. X4 yekun məruzəsi ilə bitir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli olan şəxsin tutlması haqqında protokoldan görünür ki, xx.xx.1987-ci ildə Quba rayonu, Zərqava kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 11,09.2023-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan 04 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki xx.xx.2023-cü il tarixdə , Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə xx.xx.1987-ci il təvəllüdlü Quba rayonunda anadan olan, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması, satması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə və evinə video çəkilişlə baxış, şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heroin və evindən heroinə bənzər kütlə və metanfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və evinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərindən aşkar edilmiş heroinin ona məxsus olmadığını, polis bölməsində ona göstərilən fiziki və psixoloji təzyiq nəticəsində həmin narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu və heç bir təzyiqə və təsirə məruz qalmadığını qeyd etmişdir. Həmçinin üzərinə baxış keçirilməsi haqqında istintaq hərəkəti aparılarkən özü sərbəst şəkildə narkotik vasitəni təqdim edir və özünə məxsus olduğunu bildirir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən hər hansı bir təzyiq və təsirə məruz qalmasını bildirməmişdir və belə bir hal müvafiq qərarda qeyd olunmur. Həmçinin fiziki və psixoloji təzyiqə məruz qaldığını bildirsədə barəsində cinayət işi üzrə araşdırma aparılmağa başlanıldığı andan hökm elan olunan zamanadək bir ilə yaxın müddət keçsədə onun hər hansı bir dövlət orqanına bu barədə müraciəti olmamışdır. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsirə məruz qalmasını cinayət işinin materiallarında olan heç bir sübutla öz təsdiqini tapmır, yaxud bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan fikirlərini müdafiə taktikasından irəli gələn hərəkətlər olması kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu lakin həmin vasitələri satmaq məqsədinin olmadığını bildirməklə özünü qismən təqsirli bilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki mövqeyinə qiymət verərkən qeyd edir ki, metamfetamin və heroini şəxsi istifadəsi üçün aldığını bildirsədə əldə etdiyi heroinin və metamfetaminin miqdarı, küllü miqdar olmaqla, həmin vasitələrin gündəlik istifadəsi üçün mümkün ola biləcək miqdardan artıqdır. Həmçinin məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin növ müxtəlifliyini və həmin nakotik vasitəllərin xırda bükümlər şəklində olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi və ona təzyiq göstərilməsini bildirməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı, onun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi sayılır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının bitməsinə 04 (dörd) ay 24 (iyirmi dörd) gün qalmış cəzasının qalan hissəsisndən şərti olaraq azad edilmişdir. 29 yanvar 2023-cü ildə Təqsirləndirilən şəxs cəza müddəti bitmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə məhkum olunsada məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi, onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt Şəhər Polis İdarəsində maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 20,025 qram narkotik vasitə heroin və ümumi qalıq çəkisi 5,871 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 20,025 qram narkotik vasitə heroin və ümumi qalıq çəkisi 5,871 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-438/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-438/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver