Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-439/2022 01.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1957-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, heç bir yerdə işləməyən, Quba şəhəri, Qarabağ küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə saat 18 radələrində Quba Mərkəzi Bazarında 200 qram spirtli içki olan araq qəbul edərək orta dərəcəli sərxoşluq vəziyyətinə düşdükdən sonra yaşadığı Quba şəhəri, Qarabağ küçəsi, ev 12-yə gələrək qonaq otağında bazardan aldığı əti doğrayan zaman oğlu Zərərçəkmiş şəxs ona Ramazan Bayramı günü spirtli içki qəbul etməsi ilə əlaqədar irad bildirməsi və onun üzərinə hücum çəkməsi səbəbindən aralarında həmin evin qonaq otağında yaranmış, evin həyətində davam edən və yenidən qonaq otağında tamamlanan mübahisə zamanı oğlunun onu yumruqla və bağda istifadə olunan bel ilə vuraraq müxtəlif bədən xəsarətləri yetirməsindən, həmçinin əvvəllər də mütəmadi olaraq onu və digər ailə üzvlərini döyməsindən hiddətlənərək oğlu Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gələrək qəsdən onu öldürmək məqsədilə mütəmadi olaraq üzərində, yəni şalvarının sol arxa cibində gəzdirdiyi deşici-kəsici xassəyə malik soyuq silah sayılmayan kəsici hissəsi 9 sm olan qara rəngli açılıb-qatlanan bıçaqla yaşadıqları evin qonaq otağında Zərərçəkmiş şəxs ürək nahiyəsinə bir dəfə zərbə endirərək sonuncuya döş qəfəsinin daxilinə keçərək ürəyin sol mədəciyinin divarının kəsilib-deşilməsinə səbəb olan döş qəfəsinin ön səthində solda körpücük xətti ilə ön qoltuq xətti arasında 5-ci qabırğa arası sahədə çəp istiqamətdə kənarları hamar, bir qurtaracağı iti, digəri küt olan 2,0 x 0,7 sm ölçüdə yara kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs döş qəfəsinin sol tərəfində öndə döş boşluğuna nüfuz edərək ürəyin zirvəsinin zədələnməsi nəticəsində baş verən kəskin qanitirmədən yaranan ürəyin tamponadasından öldüyündən Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, oğlu əvvəllər çox yaxşı insan olmuş, lakin narkotik vasitə istifadə etməyə başladıqdan sonra çox dəyişmiş, onu dəfələrlə vurmuş, döymüşdür. Hadisə günü bazardan evə gəlib aldıqlarını mətbəxə yerləşdirən vaxt oğlu da evyanın digər tərəfində olmuşdur. Daha sonra oğlu onun yanına gəlmiş, həmin vaxt onun gözləri qızarmış vəziyyətdə olmuşdur. Bir anda Sərraf onun başına vurmuş, həmin vaxt onun başı qanadığından yumaq üçün çölə çıxmış, oğlu da onun arxasınca gəlib kürəklə onu vurmağa başlamış, onun bütün hər yeri yaralanmışdır. Oğlunun əlindən qurtulmaq üçün evin eyvanına tərəf getmiş, bu zaman oğlu da onun arxasınca gəlib üzərinə yürümüş, həmin vaxt əlində ət kəsmək üçün balaca bir bıçaq olmuş, oğlunun onun üzərinə gəldiyi vaxt həmin bıçaq ona girmişdir. Bu hadisə iki dəqiqə ərzində baş vermişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq hər gün 200 qram araq içdiyini, hadisə vaxtı evdə heç kimin olmadığını, oğluna xəsarət yetirməyini heç kimin görmədiyini, hadisə vaxtı orada ikisi olduqlarını, oğlunun ciddi yaralandığını ilk əvvəl bilmədiyini, hadisədən sonra elə orada gözlədiyini, polislər gəldikdən sonra isə onlarla birlikdə getdiyini və əməlində çox peşman olduğunu göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs qardaşı X2 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 göstərmişdir ki, hadisə vaxtı o özü evdə olmamış, hadisə günü səhər saatlarında evə gəlib müəyyən təmir işlərinə kömək etmiş sonra getmişdir. Daha sonra qonşular ona zəng vuraraq hadisə barədə məlumat vermişlər. Anasının dediyinə görə atası bazardan evə gəldiyi vaxt qardaşı sanki gözünə nəsə görünmüş kimi atalarının üzərinə hücum etmiş, həyətdə istifadə olunan bel vasitəsilə atalarını döymüşdür. X2 dövlət ittihamçısının sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmış, şikayət və ya tələbi yoxdur. Məhkəmə tərkibinin suallarına cavab olaraq göstərmişdir ki, son 6-7 ayda Sərraf narkotik vasitəyə qurşanmış, buna görə də münasibətləri yaxşı olmamış, onlar evə gəldikləri vaxt o, otağının qapısını bağlamış və heç kimi yaxınına buraxmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hadisə günü o əri Nüsrət ilə birlikdə bazardan evə qayıtmış, Nüsrət yükləri daşımış və o da onun arxasınca gəlmişdir. Bir anda yüksək səslərin gəldiyini eşidib qonşunun çəpərini keçib evə girmiş və Nüsrətlə Sərrafın dalaşdığını görmüş, lakin oğlunun necə bıçaqlandığını bilməmişdir. Sadəcə olaraq oğlunun ürək tərəfini tutduğunu görmüşdür. Oğlu ona “Ana, atam məni ürəyimdən vurdu” demişdir. Onun barmaqlarının arasından qan gəldiyini görüb suyu onun üzərinə tökmüş, ona qorxmamasını, heç nə olmayacağını deyib öz otağına aparmışdır. O, pəncərə ilə divan arasına söykənmiş, onun tərpənməyə halı olmamışdır. Daha sonra oğluna kömək istəmək üçün o küçəyə çıxmış, 100 metr getmiş, lakin küçədə heç kim olmamışdır. Yolda bir avtomobil görüb ona yaxınlaşıb oğlunu xəstəxanaya aparmaq üçün kömək istəmiş, təcili tibbi yardıma zəng etmək əvvəl onun ağlına gəlməmiş, qonşulardan da kömək istəmiş, həmçinin artıq polis də hadisə yerinə gəlmişdir. Təcili tibbi yardım gəldiyində isə oğlu artıq keçinmişdir. Sərraf atası Nüsrətə çox zülm etmiş, buna görə də Nüsrət ona dəfələrlə “Mənə bu qədər zülm eləmə, səni göndərəcəm”, yəni polisə şikayət edəcəyini demiş, bunu dediyi zaman isə Sərraf atasının boynundan yapışıb ona əziyyət vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək Zərərçəkmiş şəxs onun qardaşı olduğunu, əvvəllər qardaşı və valideynləri ilə birlikdə yaşadığını, qardaşının əvvəllər sakit həyat tərzi keçirdiyini, sonradan narkotik vasitələrin aludəçisi olduğundan hamı ilə münasibətinin pisləşdiyini, buna görrə də həmin evdən köçmək məcburiyyətndə qaldığını bildirmişdir. Evdən köçdükdən sonra valideynlərinə baş çəkmək üçün gələndə hər dəfə atasının üz və bədən nahiyələrində xəsarətlər görmüş, həmin xəsarətlərin qardaşı tərəfindən yetirildiyini bildiyi üçün atasına polis orqanlarına şikayət etməsini demişdir. Hadisədən bir neçə gün əvvəl anası Çeşminaz onunla söhbət edərək yaşadıqları evi satıb Sərrafın pulunu verib onu uzaqlaşdırmaq, ya da nəsə başqa yol tapmaq lazım olduğunu demiş, o da Sərraf barəsində qaynatasının onsuzda şikayət etdiyini, onların şikayəti əsasında tutulmasının yaxşı olmadığını söyləmişdir. Hadisədən iki gün əvvəl qardaşı Sərraf atasını yenə döymüş, o da atasına şikayət etməsini məsləhət bilmişdir. Hadisə günü o evdə olmamış, qardaşı atasını bel vasitəsilə döymüş, daha sonra hadisə baş vermişdir. Qonşuları zəng vuraraq ona məlumat vermiş, o hadisə yerinə gələndə atasının üzündə xəsarətlər görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri olmuş, nikaha daxil olmasalar da faktiki ərarvad münasibətlərində olmuşlar və iki azyaşlı uşaqları dünyaya gəlmişdir. Şahid4 Zərərçəkmiş şəxs narkotik vasitə istifadəçisi, qaynatası Təqsirləndirilən şəxs isə spirtli içki aludəçisi olduğunu bildirmişdir. Qaynatası Nüsrətin içki içdiyi zamanlar əri Sərrafın ona içki içməməsini söylədiyini və qayınatasının isə oğluna narkoman olduğu üçün onu tutduracağını dediyini bildirmişdir. Əri onu da dəfələrlə döymüş və o da ərindən şikayətçi olmuşdur. Zərərçəkmiş şəxs narkotik vasitələrin təsiri altında ailə üzvlərini, həmçinin Nüsrəti də dəfələrlə döymüş, anası Çeşminazı döyməsə də ondan məcbur pul almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 qızı Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermiş və ifadəsinə əlavə olaraq bildirmişdir ki, Sərraf qızını çox döydüyündən ondan dəfələrlə şikayətçi olmuşlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi” haqqında 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs bıçaqlayaraq qətlə yetirdiyi ünvan ünvan 1stintaqı zamanı tədqiq edilmiş “məhkəmə-tibb ekspertizası”nın 31 may 2022-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı döş qəfəsinin ön tərəfində solda körpücük xətti ilə ön qoltuq xətti arasında V qabırğa səviyyəsində bir yerdə döş boşluğuna nüfuz edərək ürəyin zirvəsinin zədələnməsi ilə deşilmiş-kəsilmiş yara deşiçi-kəsiçi əşyanın təsirindən törənməklə həyati olub müddəti ölümündən az əvvəlki vaxta uyğun gəlir, bu xəsarət qərarda göstərilən vaxta, yəni 02 may 2022-ci il tarixə uyğun gəlir, qərarda göstərildiyi kimi ekspertizaya təqdim edilən bıçaq və ya ona oxşar digər bıçaqla yetirilə bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Meyitin xarici müayinəsi zamanı həmçinin alnında 3 yerdə, alt çənədə sağda və solda 3 yerdə, sol dirsəkdə iki yerdə sıyrıq aşkar edilmişdir ki, bunlar da küt əşyanın (əşyaların) təsirindən törənməklə ölümündən az əvvəl yetirilməyə uyğundur, canlı şəxslərdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir və baş vermiş ölümlə hər hansı səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər yetirilərkən zərərçəkmiş böyük ehtimalla ayaqüstü vəziyyətdə üzbəüz dayanarkən olmuş, xəsarət yetirildikdən sonra çox qısa müddətdə (bəlkə də saniyələrlə və ya dəqiqələrlə ölçülən müddətdə) zərərçəkmiş hər hansı məqsədyönlü hərəkətlər edə bilərdi, sifətində xəsarətlərin ardıcıllıq sualına gəlincə çox güman ki, əvvəlcə sifətində və sol dirsək nahiyəsindəki sıyrıqlar, sonra isə döş qəfəsindəki xəsarət yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı tiryək qrupu qalığının izləri aşkar edilmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol tərəfində öndə döş boşluğuna nüfuz edərək ürəyin zirvəsinin zədələnməsi nəticəsində baş verən kəskin qanitirmədən yaranan ürəyin tamponadası olmuş, ölüm meyit müayinə edilən vaxdan 4-6 saat əvvəl baş verməyə uyğundur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “məhkəmə-tibbi ekspertizası”nın 04 may 2022-ci il tarixli 282 nömrəli rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sağ qaşında və burnunun üstündə əzilmiş yara, sol mil-bilək oynağının tış səthində və sol baldırın orta 1/3-nin arxa səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 02 may 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə yumruq və bellə vurulma nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “məhkəmə-tibbi-bioloji ekspertizası”nın 26 may 2022-ci il tarixli 289/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A-beta/H//İİ/ olmuşdur. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, idman şalvarı, trusi, ona məxsus hadisə yerindən götürülmüş mayka, Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsi, köynək, şalvar, 01 ədəd qatlanan cib bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 01 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri və həmçinin bəzi ləkələrdə beta aqqlyutinin də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx"nın 03 iyun 2022-ci il tarixli 234/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var. Bu zədə deşilmiş-kəsilmiş zədədir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus maykanın üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin hər iki qolun tikişi üzərində (qoltuqaltı nahiyyələrdə) sökülmüş zədələr var. Bu zədələr küt mexanizmdən, paltarın həmin nahiyələrinin gərilibdartılması nəticəsində törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus idman şalvarının və alt tumanın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın ön səthinin sol yarısında üç ədəd cırılmış zədə və belin sağ yarısında bir ədəd düymənin qopması var. Bu zədələr küt mexanizmdən, paltarın həmin nahiyələrinin dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs məxsus uzunqollu koftanın yaxalığının ön səthinin sağ yarısında 1-ci düymə yerində cırılmış zədə var. Bu zədə küt mexanizmdən, paltarın həmin nahiyəsində düymənin dartılıb qopması nəticəsində törənmişdir. Təqsirləndirilən şəxs məxsus idman gödəkcəsinin üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Kompleks ambulator məhkəmə-psixiatrik-psixoloji ekspertizası”nın 25 iyun 2022ci il tarixli 1689 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 10 may 2022-ci il tarixli 824 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. Həmçinin stasionar müalicə üçün müraciət etməmişdir. Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 30 may 2022-ci il tarixli 999 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzə müraciət etməmişdir. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 10 may 2022-ci il tarixli 1073 №-li xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 10 may 2022-ci il tarixli 1074 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Qarabağ küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşamış, ailə üzvləri arvadı Şahid1 ibarət olmuşdur. “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan 02 may 2022-ci il tarixli 21 nömrəli müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə olunan saatda orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə tərkibi cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ilə oğlu Zərərçəkmiş şəxs arasında əvvəllərdə dəfələrlə baş verən, hadisə günü xx.xx.2022-ci il tarixdə isə təkrarlanan münaqişə yaşadıqları evdə başlamış, münaqişə daha sonra evin həyətində davam etmiş, bu zaman təqsirləndirilən şəxsin münaqişə və dava dalaşdan yayınmaq imkanı olduğu halda o yenidən evə daxil olaraq, üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsin məhz həyat üçün mühüm orqanına -ürəyinə xəsarət yetirərək onu həyatdan məhrum etmişdir. Odur ki, məhkəmə tərkibi belə qənaətə gəlir ki, cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı ərizə yazaraq, məhkəmə istintaqı zamanı isə ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X2 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Quba rayon məhkəməsinin 04 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 02 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 02 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş, 1 ədəd kəsici hissəsi 9 sm olan açılıb-qatlanan bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli uzunqol qabağı düyməli köynək, 1 ədəd qara rəngli şalvar və 1 ədəd qara rəngli üzərində “Adidas” yazısı olan idman gödəkçəsi Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. Zərərçəkmiş şəxs məxsus 1 ədəd boz rəngli mayka, 1 ədəd ağ rəngli, kənarlarında qırmızı xətləri olan üzərində “CalvinKlein” yazısı olan köynək, 1 ədəd tünd göy rəngli üzərində “Reedock” yazısı olan idman şalvarı, 1 ədəd boz rəngli pambıq materialdan olan trusi zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 1 ədəd qana hopdurulmuş pambıq topası isə məhv edillməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385 -ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 02 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş, 1 ədəd kəsici hissəsi 9 sm olan açılıb-qatlanan bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli uzunqol qabağı düyməli köynək, 1 ədəd qara rəngli şalvar və 1 ədəd qara rəngli üzərində “Adidas” yazısı olan idman gödəkçəsi Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 1 ədəd boz rəngli mayka, 1 ədəd ağ rəngli, kənarlarında qırmızı xətləri olan üzərində “CalvinKlein” yazısı olan köynək, 1 ədəd tünd göy rəngli üzərində “Reedock” yazısı olan idman şalvarı, 1 ədəd boz rəngli pambıq materialdan olan trusi zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. 1 ədəd qana hopdurulmuş pambıq topası məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim: Aynur Rzayeva
Məhkəmə qərarları › İş №1(124)-439/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-439/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver