Məhkəmə qərarları › İş №1(124)-439/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-439/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-439/2023 02.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1995-ci il tarixdə Şamaxı şəhərində doğulmuş , Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, о, 08 iyul 2019-cu il tarixdə, saat 03:47 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən "Ümid” kafesinin həyətinin arxa hissəsində qohumu Zərərçəkmiş şəxs özünün, anasının və bacısının barəsində qohumlarının, tanışlarının yanında nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda Zərərçəkmiş şəxs yenidən onun, anasının və bacısının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əvvəlcə yumruqla sonuncunun alın nahiyəsindən bir dəfə zərbə endirmiş, zərbənin təsirindən yerə yıxılmış Zərərçəkmiş şəxs üzərinə gedərək üzərində gəzdirdiyi, lakin istintaq zamanı əldə edilməsi mümkün olmayan mətbəx bıçağı ilə bir dəfə sonuncunun sol bel və bir dəfə sol bud nahiyəsinə zərbə vuraraq ona sol budun ön səthinin orta 1/3-nin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilən və sol bel nahiyəsinin qarın boşluğuna keçərək dalağı və enən çənbər bağırsağı zədələyən yarası, dalağın çıxarılması ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Rusiya Federasiyasında yaşamış, Azərbaycana gəlib-getmişdir. 2019-cu ildə Azərbaycana gəlmiş, telefonla danışan zaman Eminin nəsə artıq-əskik danışdığı ona bildirilmişdir. Emin onun xalasının qaynı oğludur, həm də atasının bacanağının qardaşı oğludur. O, Eminin artıq-əskik danışması barədə məlumatlı olsa da, tam olaraq nə dediyini bilməmişdir. Eminin danışdıqları barədə məlumat aldıqdan təxminən bir ay sonra evdəkilərlə görüşmüşdür. O, evdəkilərdən Eminin nə dediyini tam ətraflı şəkildə öyrənmək istəmiş, ancaq evdəkilər ona bu barədə heç nə deməmişdirlər. Daha sonra evdəkilərdən söz alıb Eminin ailə üzvləri barədə həqiqətə uyğun olmayan xoşagəlməz ifadələr işlətdiyinə əmin olduqdan sonra ilk öncə onun 4-cü mikrorayon ərazisində yerləşən evinə, daha sonra da “Ümid” kafesinə getmişdir. Kafeyə gedib Emini çağırmış və ondan nə səbəbə ailə üzvləri barədə xoşagəlməz ifadələr işlətdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs də ona cavabında “yaxşı eləmişəm” demişdir. Bu ifadəsindən sonra Emini vurmuşdur. Daha sonra da Eminin yan nahiyəsinə iki dəfə bıçaqla zərbə endirərək ona xəsarət yetirmişdir. Bıçaq zərbəsini endirdikdən sonra Eminin qaçdığını görmüş, o da kafedən qaçmışdır. İstintaq materiallarında Eminin nə danışdığı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, Eminlə görüşməyə gedəndə saat təxminən 3-4 arası olmuşdur. Hadisədən qabaq da Eminlə bir dəfə parkda görüşmüşdür. Həmin görüş zamanı Emin ailə üzvləri barədə dediklərini inkar edərək onlar haqqında heç nə danışmadığını qeyd etmişdir. Bıçağı evdən götürmüşdür. Bıçağı götürməkdə məqsədi Zərərçəkmiş şəxs qorxutmaq olmuşdur. Zərər çəkmiş şəxslə barışmaq üçün nə qədər cəhd etmişsələr də, Zərərçəkmiş şəxs onunla barışığa razılıq verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onunla qohumdur. Eminlə çox nadir hallarda görüşmüşdür. Əvvələr də onunla isti münasibəti olmamışdır. Ancaq ailə üzvlərinin Emingilin münasibəti olmuşdur. Atasının bacanağıgil ilə Emingilin gediş-gəlişi olmuşdur. Onun Emingilin ailəsinə gedişgəlişi olmamışdır. Eminin onun ailə üzvləri barədə danışdığını bilmiş, lakin söz-söhbət olduğundan ona ətraflı məlumat verilməmişdir. Rusiya Federasiyasından Azərbaycana qayıtdıqdan sonra evdəkilərlə görüşüb Eminin nə dediyini soruşduqda əvvəlcə ona bu barədə məlumat verməmişdirlər. O, ən sonda əsəbiləşib evdəkilərdən Eminin nə danışdığını ona bildirmələrini tələb etdikdən sonra ailə üzvləri Eminin onlar haqqında danışmış olduqları barədə çox az hissədə məlumat vermişdirlər. Sonradan bilmişdir ki, əslində Emin ailə üzvləri barədə ona deyiləndən də artıq formada xoşagəlməz ifadələr işlətmişdir. Bundan sonra kafeyə gedib Emini çağırmış, onu kafenin arxasına çəkmiş və ailə üzvləri barədə xoşagəlməz ifadələr işlətməsinin səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs ona “yaxşı eləmişəm” dedikdə isə, onu vurmuşdur, ardınca bıçaqla iki dəfə yan nahiyəsinə zərbə endirmişdir. Rusiya Federasiyasında idmanla məşğul olmuşdur. MMA idman növü üzrə idmançıdır. 11 iyul 2019-cu il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə “Ümid” kafesində baş vermişdir. “Ümid” kafesi Novxanıda yerləşir. O, hadisə vaxtı həmin kafedə işləmişdir. Təqsirləndirilən şəxs hadisə günü kafeyə gələrək “bir dəqiqə olarmı” demiş və o da aşağı düşmüşdür. O, aşağı düşən kimi Təqsirləndirilən şəxs onu vurmuş və “səni öldürəcəm” deyib ona bıçalqa zərbələr endirərək qaçmışdır. Video görüntüdə də dedikləri əks olunmuşdur. Ona xəsarət yetirildiyi ana qədər Kamalla aralarında heç bir söhbət olmamış, o, Kamala yaxınlaşan kimi ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ona iki bıçaq zərbəsi endirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç nə demədən ona xəsarət yetirmişdir. Əgər Kamalın dediyi kimi kiminsə yanında ailə üzvləri barədə xoşagəlməz ifadələr işlətmişdirsə, həmin şəxslərin adlarını desin və onlar da dindirilsin. O, Təqsirləndirilən şəxs hadisədən qabaq da bir neçə dəfə görmüşdür. Hadisədən qabaq Təqsirləndirilən şəxsla hər hansı ədavəti olmamışdır. İstintaq zamanı da Təqsirləndirilən şəxs ifadəsində parkda söhbət etdiklərini bildirmişdir, lakin daha sonra ifadəsini dəyişərək elə bir şey olmadığını qeyd etmişdir. O, hələ də nə səbəbə Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs niyə ona xəsarət yetirdiyini bilməmişdir. 2017-ci il tarixdə Təqsirləndirilən şəxs anası onunla danışmaq üçün kafeyə onunla bağlı gəlmişdir ki, o əmisinin yanında işləmişdir. Kamalın bacısı da əmisinin qızıgildə, Rusiya Federasiyasında qonaq olmuşdur. Əmisinin qudası da zəng edib demişdir ki, əmisi Həkimlə danışıb, qızı işdən çıxarsın. O, da bu məsələnin ona aidiyyatı olmadığını demişdir. Bir gün obyektə gələndə əmisi üzərinə gəlmişdir ki, zəng edib İlhamla danışaraq nə səbəbə qızı işdən çıxardığını soruşmuşdur. O, da demişdir ki, İlham qızın işdən çıxarılmasını bildirmişdir. Bu zaman o da götürüb yoldaşına zəng eləmiş, yoldaşı da anasına zəng etmişdir. Yoldaşıgil evdən Rusiya Federasiyasında qızın işlədiyi yerdəki adamla danışmışdırlar. O, qızın işdən çıxması ilə bağlı heç kimə heç nə deməmişdir. Təqsirləndirilən şəxs onu vurmamışdan qabaq Kamalgilin evində özlərinin davaları olmuşdur. Həmin davada kim kimə nə deyib, nə edib, o bilməmişdir. Hadisə də ondan sonra olmuşdur. Ola bilər İsmayıl nəsə deyə bilər, anası nəsə deyə bilər, yoldaşı nəsə deyə bilər, amma ona heç kim heç nə deməmişdir. Kamal onu vurmamışdan iki gün qabaq evlərində çox şiddətli dava olmuşdur. Kamalın anası kafeyə gələndə əmisi demişdir ki, kafedən get. O, da getmişdir. Kamalgilin özlərinin aralarında mübahisə olmuş, ancaq bunun ona aidiyyatı olmamışdır. O, Kamalın anası və ya bacısı haqqında haradasa nəsə danışmamışdır. Mübahisənin ona aidiyyatı olmadığı təqdirdə, niyə əmisinin ona kafedən getməyini tapşırdığını bilmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, baldızı kafeyə gələn zaman arvadı, qızı, oğlu da kafedə olmuşdur. Baldızının qızı da onun yanında olmuşdur. Onlar kafedə yemək yeməyə gəlmişdirlər. Baldızı bir az gec gəlmişdir. Demişdirlər ki, baldızı da gəlsin, daha sonra süfrə açılsın. Yarım saat-bir saat keçdikdən sonra baldızı gəlmişdir. Ona hecnə deyilməmişdir. Həmin vaxt qardaşı oğlu da yanında işləmişdir. Emin onun qardaşı oğludur. Kafedə Emin özü görüb və ya kimsə Eminə deyib ki, Həkimin baldızı obyektin arxasında avtomobildən düşmüşdür. Bundan sonra Emin arvadına yaxınlaşaraq baldızının nə səbəbə obyektin arxasında avtomobildən düşdüyünü, niyə obyektin qabağına gəlmədiyini soruşmuşdur. Baldızı da Kamalın anası olmuşdur. Növbəti günü o, dükanda olmuş, obyekt üçün nəsə almışdır. Yoldaşı ona zəng etmişdir ki, Emini oradan çıxarsın. Ona nə səbəbə Emili kafedən çıxarmalı olduğunu söylədikdə isə, arvadı ona Kamalın anasının obyektə gəldiyini bildirmişdir. O, Aygünün niyə kafeyə gəldiyini soruşduqda isə, arvadı Eminin və ya kafedəki işçilərdən birinin Aygünün kafenin arxasında avtomobildən düşdüyünü gördüyünü, Eminin bu barədə məlumatı olduqdan sonra ona bunu irad olaraq söylədiyini, o da bu barədə Kamalın anası Aygünə məlumat verən zaman sonuncunun qəzəbləndiyini və bu səbəbdən kafeyə gəldiyini demişdir. O, Aygünə zəng edib haraya getdiyini soruşduqda, ona düzünü demişdir. Bundan sonra Eminə zəng etmişdir ki, obyekti tərk etsin. Bundan sonra elə Aygüngilin Emillə söz-söhbəti başlamışdır. Baş vermiş hadisənin də şahidi olmamışdır. Hadisə barədə arvadından məlumat almışdır. İsitntaq zamanı təqdim olunmuş video görüntülər onun mobil telefon aparatında olmuşdur. Arvadı ona zəng edib demişdir ki, Emini kafedən çıxartsın. Gecə ona Emin və ya başqa bir şəxs tərəfindən zəng gəlmişdir ki, Emin bıçaqlanmışdır. Onun evi də yolun yaxınlığındadır. Yola çıxıb Emili götürmüşdür. Həmin vaxt bilmişdir ki, Emini Kamal bıçaqlayıb. Eminin müalicəsi üçün Kamal və ya ailə üzvləri tərəfindən müalicə xərclərinin ödənilib-ödənilməməsi barədə heç bir məlumatı yoxdur. Tərəflərin arasında barışıq əldə edilməsi üçün ona çoxsaylı müraciətlər edilmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, qızı ona onlara gəlməyi üçün zəng etmişdir. O, da qızıgilə getmişdir. Blokun ağzına çatanda blokun qapısı kodla olduğu üçün nəvəsi Kamal aşağı düşmüşdür. Nəvəsi aşağıda siqaret çəkdikdən sonra yuxarı qalxmışdır. Yuxarı qalxdıqda görmüşdür ki, süfrə açılıb. Bir müddət deyib-güldükdən sonra dəqiq xatırlamadığı saatda Kamal ayağa qalxıb getmişdir. Kamal getdikdən təxminən 15 dəqiqə sonra qızı ona zəng edərək evə çatıb-çatmadığını soruşmuş, Kamal da ona evə çatdığını bildirmişdir. Qızı Kamaldan neylədiyini soruşduqda, o, yatmaq istədiyini demişdir. O, da gecəni qızıgildə qalmışdır. Səhərə yaxın saat 4-5 radələrində mobil telefonuna zəng gəlmişdir. Arzu ondan harada olduğunu soruşduqda, o, ona yalandan evində olduğunu demişdir. Bu zaman qızı Aygün telefonu əlindən alaraq bacısı Arzu ilə danışmış və onlar Kamalın Eminə bıçaqla xəsarət yetirdiyini öyrənmişdirlər. Münaqişənin səbəbi o olub ki, Zərərçəkmiş şəxs qızı Aygün və nəvəsi haqqında başqa insanların yanında xoşagəlməz ifadələr işlətmiş və o özü də bu barədə qonşulardan eşitmişdir. Zərərçəkmiş şəxs qonşulara qızı Aygünün hansısa avtomobildən düşdüyünü demiş, o cümlədən nəvəsi haqqında da həqiqətə uyğun olmayan ifadələr səsləndirmişdir. Kamalın Eminə xəsarət yetirməsinə sonuncunun ailə üzvlərinin haqqında xoşagəlməz ifadələr işlətməsi səbəb olmuşdur. Hələ avtomobildən düşmək söhbətinə görə qızı Aygün özü Eminin üstünə getmişdir. Aygün Eminə zəng edib kafeyə gəldiyini bildirmişdir. O, qızı Aygünü saxlamaq istəmişsə də, buna nail ola bilməmişdir. Nəticədə Aygün gedən kimi kiçik qızı Arzuya zəng edib Aygünün Eminin yanına getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, hadisə gününün gecəsi oğlu Kamal onlarda olmuşdur. Süfrədə əyləşən zaman oğlu ona xalası Arzunu çağırmağını tapşırmış, o, da X8 ilə bağlı çağırdığını bildiyi üçün ona Emini boş verməsini söyləmişdir. Sonra Kamal nənəsini istəmişdir. Onlar qonşu olmuşdurlar. Kamalın nənəsi gəldikdən sonra yeyib içmiş, deyib-gülmüşdürlər. Həmin vaxt masada Zərərçəkmiş şəxs söhbət açılmamışdır. Sadəcə olaraq oğlu Kamal Emin barədə sual vermək istədisə də, o, mövzunu dəyişmişdir. Kamal atasının yanına gecə saat 3 radələrində getmişdir. Kamal getdikdən təxminən on-on beş dəqiqə sonra sonuncuya zəng edərək harada olduğunu soruşduqda və Kamal da ona “yıxılıb yatıram” demişdir. Şahid5 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən, Şahid1 icarə əsasında işlətdiyi “Ümid” kafesində işləyir. Onunla birlikdə həmin kafedə Zərərçəkmiş şəxs adminstrator kimi işləmişdir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. İşlədiyi kafe yay fəslində adətən 24 saat işləmiş və o kafedə əsasən gecə növbəsində işləmişdir. 08 iyul 2019-cu il tarixdə, gecə saatlarında yorğun olduğundan kafenin çöl hissəsində yerləşən 3 nömrəli otaqda başını masa üzərinə qoyub mürgüləmişdir. Həmin vaxt çöldən səs eşidib oyanmış və otaqdan çölə çıxmışdır. Çölə çıxandan sonra Eminin qışqıraraq kömək istədiyini görmüşdür. Tez Eminə yaxınlaşıb nə baş verdiyini soruşmuş, Emin isə ona bıçaqla onu vurduqlarını demiş, sonra isə köynəyini qaldırıb həmin hissəni ona göstərmişdir. O, baxanda Eminin sol bel nahiyəsində bıçaq yarasının olduğunu və həmin hissədən qan axdığını görmüşdür. Bundan sonra kafedə işləyən Samir, Eminin avtomobilinə əyləşib sonuncu xəstəxanaya aparmaq üçün yola çıxmışdır. Sonradan Emin özü ona demişdir ki, kafenin həyətində mübahisə zamanı onu Kamal bıçaqla vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o, ümumiyyətlə Kamal adlı şəxsi orada görməmişdir. Xatırladığı qədəri ilə həmin vaxt orada kafedə işləyən Samir və kafedə müştəri olan tanımadığı 3-4 nəfər şəxs olmuş, həmin şəxslər də onun kimi səs eşidib kafenin arxa hissəsinə çıxmışlar. Orada başqa şəxslər olmamış və sonradan da oraya əlavə şəxslər toplaşmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 iyul 2019-cu il tarixli raportdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 04:15-də, Sumqayıt şəhər Novxanı bağları ərazisində yerləşən “Ümüd” kafesindən, Sumqayıt şəhər Xəzər bağlar massivi fərdi evdə yaşayan, 1988-ci il təvəllüdlü X5, sol budunun arxa səthindən bir və sol arxa böyründən bir kəsilmiş-deşilmiş yara xəsarətləri ilə Sumqayıt şəhər TTYX-na gətirilmişdir. İş materallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, 08 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi yer Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən “Ümid” kafesinin arxa hissəsi, həyətidir. İş materallarına əlavə edilmiş “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş içərisində videogörüntü olan bir ədəd DVD diskdən görünür ki, görüntünün bulanıq olması, aydın olmadığı, görüntüdəki saatın 03:47:38 göstərdiyi anda ağ rəngli köynək geyinmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəlcə yumruqla baş nahiyəsində bir dəfə zərbə vurması, zərbənin təsirindən sonuncunun yerə yıxılması, daha sonra Təqsirləndirilən şəxs bıçaq çıxararaq yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs iki dəfə zərbə endirməsi, sonradan isə sonuncunun ayağa qalxaraq oradan uzaqlaşması, eləcə də Təqsirləndirilən şəxs da oradan qaçaraq getməsi müşahidə olunmuşdur. İş materallarına əlavə edilmiş elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “X1 **********0628 ********* NAR” kimi qeyd olunmuş fayla daxil olduqda ***-***-**-** saylı mobil telefon nömrəsinin X4 adına sənədləşdirilməsi qeyd olunsada, istintaq zamanı həmin nömrənin Zərərçəkmiş şəxs istifadəsində olması müəyyən olunmuşdur. “SMS Tarixcesi **********4332 707560102” kimi qeyd olunmuş fayla daxil olduqda Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Biqeyret tulku bu gun sican dewiyin satin aidin elime kececeksen. Bir gun. sen ozunkulerin namus qeyretini gozle menim qizimin namusu senin neslve bes eder hele kecerde. Bi burda bitmedi goreceksen” mənzmunda sms yazılması müəyyən olunmuşdur. İş materallarına əlavə edilmiş Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhəkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 63/1185 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bel nahiyəsinin qarın boşluğuna keçərək dalağı və enən çənbər bağırsağı zədələyən yarası, dalağın çıxarılması, sol budun ön səthinin orta 1/3-nin deşilmiş-kəsilmiş yarası xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdeşici-kəsici alətlə, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçaqla yetirilmişdir, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2019-cu il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sol bel nahiyəsinin qarın boşluğuna keçərək dalağı və enən çənbər bağırsağı zədələyən yarası, dalağın çıxarılması ilə nəticələnən yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Sol budun ön səthinin orta 1/3-nin deşilmişkəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materallarına əlavə edilmiş Azərbaycan Respublikası SN-nin MPEM publik hüquqi şəxsi tərəfindən verilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2748 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, ondan hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. Emosİonal-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs şəxsiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxalınlan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs iş üçün vacib halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndiirlməsi haqqında” qərara əsasən Şahid1 tərəfindən təqdim edilmiş bir ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt şəhəri X2 Cəmiyyəti ərazisi üzrə 1 Saylı məhəllə komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə komitəyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət hadisəsi törətməsini və cavan olmasını nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022ci il il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki,maddi sübut kimi tanınmış 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan 01 (bir) ədəd CD-R diskin və “Bakcell MMC”dən daxil olmuş 02 (iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar