Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-44/2022 20.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1982-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzadan 11 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, mənzil 22-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 6A ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, satış məqsədi ilə İran İslam Respublikasından gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi narkotik vasitələrin sərhəddən keçirilməsinə köməklik edərək qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələri ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan “Baba” adlı şəxsiyyəti istintaqa məlum olmayan üzvü ilə özünə məxsus mobil telefonun yaddaş qurğusunda “İran” adı ilə qeyd etdiyi +**********37 saylı mobil nömrə ilə mütəmadi olaraq əlaqə saxlayıb onun tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli, qaçaqmalçılıq yolu ilə göndərdiyi, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı2) daxil edilmiş külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,865 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş külli miqdarda ümumi təmiz çəkisi 2.021,55 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni ümumi təmiz çəkisi 5.000 qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroindən külli miqdarda, yəni 2.016,484 qramını və psixotrop maddə metamfetamindən 3,237 qramını 18 fevral 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” kimi tanınan ərazidə tanışı Şahid10 qanunsuz olaraq satmış, sonuncu isə həmin tarixdə günorta saatlarında qanunsuz olaraq bu narkotik vasitə heroindən 0,212 qramını və psixotrop maddə metamfetamindən 0,093 qramını Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” metrostansiyasının yaxınlığında tanışı Şahid9 satmışdır. Şahid10 və Şahid9 tutularaq həmin narkotik vasitə və psixotrop maddə onlardan götürüldükdən sonra, 25 fevral 2021-ci tarixdə saat 13:30 radələrində Səbail rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamında Təqsirləndirilən şəxs, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 53 ünvanının qarşısında saxlanılaraq, Səbail rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 15:35 radələrində keçirilmiş şəxsi axtarış və götürmə zamanı satışdan sonra özündə saxladığı külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,066 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin 11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,501 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin 8 (səkkiz) ədəd bükümdə bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində olmaqla onun əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra, 25 fevral 2021-ci tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 6A ünvanında yerləşən mənzildə keçirilən axtarış və götürmə zamanı külli miqdarda, yəni ümumi təmiz çəkisi 5.000 qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana yataq otağında olan çarpayının altından 3 (üç) ədəd sellofan torbada təmiz çəkisi 0,127 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 1 (bir) ədəd sellofan bükümdə yataq otağında olan çarpayının üstündə olan qara rəngli əl çantasından aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2021-ci il fevral ayının 24-də səhər 10:30 radələrində Xırdalan şəhərində yerləşən evindən taksi fəaliyyəti ilə məşğul olması üçün çıxmışdır. Bakı şəhəri, Yasamal rayonunda Tbilisi prospektində hərəkət edərkən polislər onu saxlamışdır. İki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə olduğuna dair məlumat olduğunu deyib öz maşınlarına mindirib polis idarəsinə aparmışlar. Həmin vaxt onun maşınında axtarış aparılmış, lakin maşında heç nə tapılmamışdır. Polis idarəsində üzərində şəxsi axtarış keçirilərkən 2 bükümdə təxminən 1 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Saat 17:30 radələrinə qədər polis idarəsində saxlanılmış, sonra müstəntiqin yanına aparılmışdır. Müstəntiq ondan evinə baxış keçirilməsinə razı olub-olmamasını soruşmuş, o, isə razı olduğunu bildirmişdir. Sonra polislərə birlikdə onun evinə getmişlər və evə girdikdən 4-5 dəqiqə sonra onu çağırıb narkotik vasitə göstərməklə “bu sənindirmi?” soruşmuşlar, o, isə təzyiq altında evində olmayan narkotik vasitənin ona məxsus olmasını demişdir. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, o, narkotik vasitə olan heroin istifadə etmişdir. Saxlanılanda onun üzərində ***-**-** nömrəli mobil telefon olmuş, həmin telefonda isə İran vətəndaşı olan dostunun nömrəsi olmuşdur. Həmin İranlını 2016-cı ildən tanımış, adı “Əlidost” olmuşdur. Lakin 2018-ci ildən sonra onunla əlaqəsi olmamışdır. O, həmçinin göstərdi ki, Şahid10 və Şahid9 narkotik satmamış, Şahid10lə eyni məhəllədə böyümüşlər, onunla birlikdə narkotik vasitə istifadə etmişlər. Məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 06 ilə yaxındır ki, üçün narkotik vasitə və psixotrop maddələr qəbul edir. 01 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrin satışı ilə də məşğul olur. 25 fevral 2021-ci il tarixdə idarə etdiyi “Ravon Nexia R3” markalı **-PF-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yolun kənarında avtomobili saxladığı zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını və Səbail rayon Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olan “Alı” ləqəbli şəxs kimi müəyyən edilərək polis idarəsinə aparılmağı üçün müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı yaxınlaşdıqlarını bildirmişdilər. Bundan sonra, avtomobilinə keçirilən axtarış zamanı avtomobilində bir ədəd bıçaq aşkar edilmişdir. Başqa qanunla qadağan olunan predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra, Səbail rayon Polis İdarəsinə gəldikdə şübhəli şəxs kimi tutulmuş və üzərinə keçirilən şəxsi axtarış zamanı təqdim etdiyi 11 ədəd bükümdə olan narkotik vasitə heroin və 8 ədəd bükümdə olan psixotrop maddə metamfetamin özünə məxsus olmuşdur. Həm şəxsi istifadə, həm də satmaq üçün üzərində saxlamışdır. Bundan sonra, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 6A saylı evdə keçirilmiş axtarış zamanı aşkar edilən 3 ədəd torbada olan qurudulmuş marixuana və bir ədəd sellofan torbacıqda olan psixotrop maddə metamfetamin də özünə məxsus olmuşdur. Həmin kütlələri həm satmaq, həm də istifadə etmək üçün özündə saxlamışdır. O, əvvəl elə bilmişdir ki, evindən aşkar edilərək götürülən sellofan torbacıqdakı kütlə narkotik vasitə heroindir, lakin sonra ekspert rəyi ilə tanış olarkən səhv saldığını və metamfetamin olduğunu bilmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində 25 fevral 2021-ci il tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş 11 ədəd bükümdə olan narkotik vasitə heroin və 8 ədəd bükümdə olan psixotrop maddə metamfetaminin ona məxsus olmasını bildirmişdir. Həmin kütlələri üzərində həm çəkmək, həm də satmaq üçün daşımışdır. Şəxsi axtarış zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə əlaqədar məsuliyyətə cəlb olunacağından qorxduğu üçün ancaq şəxsi istifadə üçün üzərində daşıdığını bildirmişdir. O, Şahid9 tanışı Şahid10 vasitəsilə tanımış, münasibəti də normal olmuşdur. O, Şahid9 şəxsən narkotik vasitə və ya psixotrop maddə satmamış, tanışı Şahid10 satmışdır. O, “Alı” ləqəbi ilə tanınan şəxs özü olduğunu, lakin Şahid9 narkotik vasitə heroin və psixotrop maddə satmadığını, Şahid10 narkotik vasitə heroin və psixotrop maddə satmasını bildirmişdir. Nicatın Nurlana narkotik vasitə heroin və psixotrop maddə satmasının mümkün olmasını demişdir. Bundan başqa, o, 18 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” deyilən yerdə Şahid10 20 bükümdə heroin və metanfetamini satsa da, 2 kiloqram çəkidə narkotik vasitə heroin satmamışdır. Nicata satdığı 20 bükümdə heroin və metanfetamini kimə, eləcə də, Şahid9 satmasından da məlumatı olmamışdır. Belə ki, Şahid10 16 bükümdə narkotik vasitə heroin, 4 bükümdə isə metamfetamin satmış və 100 manat almışdır, bundan sonra, özündə 11 büküm heroin, 20 büküm isə psixotrop maddə metamfetamin qalmışdır. Həmin gündən 25 fevral 2021-ci il tarixdə saxlanılana qədər 12 büküm metamfetamini özü çəkmiş, satmamışdır. Qalan 11 büküm narkotik vasitə heroin və 8 büküm psixotrop maddə metamfetamin də şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüşdür. O, bir çox şəxslərə narkotik vasitə və ya psixotrop maddə satmış, lakin, satdığı şəxsləri xatırlamamışdır. Evindən aşkar olunan narkotik vasitələri də satmaq üçün evində saxlamışdır. Onun ailə üzvləri narkotik vasitə qəbul etməyindən məlumatı olsalar da belə onun narkotik vasitələrin satışı ilə məşğul olmağından, evdə narkotik vasitə saxlamağından xəbərləri olmamışdır. O, üzərindən və evinidən aşkar edilən, həmçinin, Şahid10 satdığı narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən “Baba” ləqəbli şəxsdən almış və Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərdən götürmüşdür, “Milli Ön” ödəniş terminalı vasitəsilə də pulu ödəmişdir. O, “Baba” adlı şəxsi təxminən bir ildir ki, “İnstagram” sosial şəbəkəsindən tanımış, həmin şəxsi isə üzdən görməmiş və şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. “Baba” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsində danışmış, Baba ayrı-ayrı mobil nömrələrlə onunla telefon əlaqəsi saxlamışdır. O, həmin şəxsin mobil nömrəsini qorxduğu üçün mobil telefonuna qeyd etməmişdir. “Baba” ona dəfələrlə narkotik vasitə göndərmişdir. Üzərində və evində aşkar olunan narkotik vasitələri də “Baba” adlı şəxs ona göndərmişdir. O, üzərində və evində aşkar olunan narkotik vasitələri bir gün əvvəl yəni, 24 fevral 2021-ci il tarixdə “Baba” adlı şəxsdən almış, belə ki, o Baba adlı şəxsə “milliön” ödəmə terminalı vasitəsi ilə pul göndərmiş, “Baba” ona narkotik vasitələrin Əcəmi metrostansiyası yaxınlığında olan kolun dibində gizlətdiyini bildirmiş, o da, həmin ərazidən götürmüşdür. (Cild 3, iş vərəqləri 47-51) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edir, onların sübut növü kimi qəbul edilməsi üçün mötəbərliyi üzrə qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, 17 fevral 2021-ci il tarixdə saat 21 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Polislər ona təzyiq edərək ifadə verməyə məcbur etmişlər. O, Təqsirləndirilən şəxs və Şahid9 tanısa da, Allahverdidən narkotik vasitə almamış, Nuralana isə satmamışdır. Məhkəmədə elan olunaraq tədqiq olunan Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 18 fevral 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” deyilən yerdə narkotik satanlarla bağlı maraqlanmağa getmişdir ki, narkotik vasitə alıb, həm özü istifadə etsin, həm də tanışlara sataraq pul qazansın. Orada əvvəllər narkotik vasitə və psixotrop maddə aldığı “Alı” adlı, yəni istintaq zamanı Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi görmüş və yaxınlaşıb onunla salamlaşmışdır. Söhbət zamanı Allahverdi ondan nə məqsədlə gəldiyini soruşduqda ona narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmiş, Allahverdi də onda narkotik vasitə və psixotrop maddə olduğunu, ona sata biləcəyini demişdir. Allahverdi həmçinin bildirmişdir ki, onda 16 bükümdə narkotik vasitə heroin, 4 bükümdə metamfetamin var, əgər istəsə, 1 ədəd bağlamada 2 kiloqram çəkidə narkotik vasitə heroin də sata bilər. Allahverdidən həmin malları neçəyə satdığını soruşanda, o, 20 büküm heroin və metanfetamini 100 manata, 2 kiloqram herioni isə 1200 manata satdığını bildirmiş, ona demişdir ki, 2 kiloqram heroini 1000 manata ala bilər. Çünki cəmi 1200 manat pulu olmuşdur. Lakin Allahverdi nəticədə 2 kiloqram çəkidə narkotik vasitə heroini 1100 manata, 16 bükümdə narkotik vasitə heroin və 4 bükümdə metamfetamini isə 100 manata satmağa razılaşmış, ona bildirmişdir ki, gedib evdən pul götürüb gəlir, təxminən yarım saata qayıdar. Allahverdi də yarım saata görüşdükləri yerdə olacağını bildirmiş, bundan sonra yaşadığı evə getmiş və evdə olan özünə məxsus 1200 manat pulu götürüb yenidən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” deyilən yerə qayıdıb orada Allahverdi ilə görüşmüşdür. Həmin vaxt yaxınlıqlarında heç kim olmamış və Allahverdi ona söz verdiyi kimi 16 bükümdə narkotik vasitə heroin, 4 bükümdə metamfetamin, bir ədəd bağlamada isə 2 kiloqram çəkidə olduğunu dediyi narkotik vasitə heroini vermişdir. Allahverdiyə cəmi 1200 manat pul verib yaşadığı evə qayıtmış, evdə 2 kiloqramlıq bağlamada olan heroini televizorun arxasına qoymuş, bir büküm heroini özü çəkməklə qəbul etmiş, qalan 15 büküm heroin və 4 büküm metamfetamini isə satmaq məqsədi ilə cibinə qoymuşdur. Tanışı Şahid9 ondan heroin və metamfetamin istədiyi üçün onunla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən İçərişəhər metrostansiyasının yaxınlığında görüşmüş, orada Nurlana bir büküm heroin və bir büküm metamfetamini cəmi 15 manata satmışdır. Bundan sonra yaşadığı evə gedib istirahət etmiş, həmin gün saat 19:30 radələrində evdən çıxıb İçərişəhər metrostansiyasının yanına gəzməyə getmişdir. Metrostansiyasının yaxınlığında olarkən saat 19:50 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən üzərində, yəni əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibində olan satışdan sonra qalan 14 büküm heroin və 3 büküm metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra, 19 fevral 2021-ci il tarixə keçən gecə saat 00:30 radələrində öz razılığı ilə polis əməkdaşları axtarış etmək üçün yaşadığı evə getmişlər və evdə olan televizorun arxasına qoyduğu təxminən 2 kiloqram çəkidə narkotik vasitə heroini özü götürərək onlara təqdim etmişdir. Üzərindən və evindən aşkar olunaraq götürülən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini isə “Alı” adı ilə tanınan Təqsirləndirilən şəxs özü istifadə etmək və satıb qazanc əldə etmək məqsədi ilə almışdır. (Cild 1, iş vərəqləri 160-163) Məhkəməyə çağırılması mümkün olmayan, digər iş üzrə barəsində axtarış elan edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsindən görünür ki, o, narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddəni çox vaxt tanışı Şahid10 almışdır. 18 fevral 2021-ci il tarixdə Nicat İmnaquliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddə istəmiş, Nicat da “İçərişəhər” metrostansiyasının yanına gəlməsini bildirmişdir. Həmin tarixdə saat 14 radələrində Nicatla “İçərişəhər” metrostansiyasının yanında götrüşmüş, ondan iki ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır ki, həmin maddələrdən axşa vaxtı evdə istifadə etsin və üzərində saxlamışdır. Həmin tarixdə saat 18:50 radələrində Səbail rayonu ərazisində yerləşən “İçərişəhər” metrostansiyasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsinə aparılaraq üzərində bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. O, həmçinin göstərmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Şahid10, bəzən də “Alı” adı ilə tanınan şəxsdən almışdır. “Alı” adı ilə tanıdığı şəxsin soyadı, atasının adını bilmir, onun idarə etdiyi avtomobil ağ rənglidir, markasını bilmir, dövlət nömrə nişannının sonu 240, mobil telefon nömrəsi ***-***-**-**-dur. Məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin X2 rəisi Şahid1 ifadəsində göstərdi ki, Şahid9 Səbail rayonu ərazisində narkotik vasitə və psixotrop maddələri qanunsuz saxlanılması, daşınması və istifadəsi ilə məşğul olduğu üçün 2021-ci il fevral ayının 18-də o, tutulduqdan sonra verdiyi məlumat əsasında narkotik vasitələrin qəbulu və satışında şübhəli bilinən «Nicat» adlı şəxsin müəyyən edilməsi məqsədilə təxirəsalınmadan əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 19 radələrində Səbail rayonu ərazisində «İçəri Şəhər» stansiyasının yaxınlığında «Nicat» adlı şəxs saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə aparılmışdır. Polis bölməsində onun üzərinə, sonra isə evinə baxış keçirilmişdir. Şəxsi axtarış və evə baxış zamanı aşkar edilən narkotik vasitələr qablaşdırılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli bilinən «Alı» ləqəbli Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının 25-də Yasamal rayonu ərazisində idarə etdiyi «Ravon Nexia R3» markalı avtomobillə saxlanılmışdır. Sonra Səbail RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin həmin vaxt xidməti zərurətlə bağlı onun şəxsi axtarışında iştirak etməmişdir. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyünü bilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivi 6 A ünvanda yerləşən fərdi yaşayış evində müdafiəçisinin iştirakı ilə axtarış aparılmışdır. Axtarış zamanı yataq otağında olan çarpayının sol hissəsində olan ikinci matrasın altından sellofan torbada narkotik vasitə marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirdi narkotik vasitələrin özünə məxsus olduğunu, öz istifadəsi üçün evində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin X2 əməkdaşı Şahid2 Elşan oğlu da Şahid1lə oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan «Alı» ləqəbli Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının 25-də saat 13 radələrində Yasamal rayonu ərazisində idarə etdiyi «Ravon Nexia R3» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobillə saxlanılmışdır. Təqsirləndirilən şəxs məxsus «Ravon Nexia R3» markalı avtomobilə baxış aparılmış və avtomobilin sol qabaq qapısının içəri hissəsindən bir ədəd qara-qəhvəyi rəngli dəstəyi olan qatlanmayan bıçaq aşkar olunaraq götürülmüşdür. Sonra Orucov X4 RPİ-nin inzibati binasına gətirilərək videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində 11 ədəd sellofan torbacıqlarda, 8 ədəd bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bir ədəd “Rothmans” markalı siqaret qutusu, gödəkçənin sol yan cibindən bir ədəd mobil telefon və 204 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri tanımadığı İran İslam Respublikası vətəndaşından “Milli Ön” ödəmə sistemi vasitəsi ilə əldə etdiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivi 6 A ünvanda yerləşən birmərtəbəli fərdi yaşayış evində müdafiəçisinin iştirakı ilə axtarış aparılmışdır. Axtarış zamanı yataq otağında olan çarpayının sol hissəsində matrasın altından 2 ədəd, taxtanın altındakı ləyənin içərisindən 1 ədəd sellofan torbada ümumilikdə 5 kq. narkotik vasitə marixuana aşkar edilmişdir. Bundan əlavə, çarpayının sağ tərəfində olan qara rəngli əl çantasının içərisindən 1 ədəd sellofan torbacıqda narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs 3 ədəd sellofan torbacıqlarda olan kütlələrin qurudulmuş marixuana, qara rəngli əl çantasının içərisində olan torbacıqlarda aşkar edilərnlərin narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, öz istifadəsi üçün evində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid6, Şahid5 və Şahid3 Şahid4 ilə oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qsimində dindirilmiş Şahid8 Bahadur qızı göstərdi ki, Təqsirləndirilən şəxs oi, tanımamış, övladı 1989-cu il təvəllüdlü X6 tanımışdır. Özünə məxsus olan ***-***-**-** saylı mobil nömrədən oğlu Nicat istifadə etmişdir. Nicat uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Onun nömrəsindən narkotiklərlə bağlı yazılan “SMS” mətnlərini oğlu Nicat yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arvadı Şahid7 ifadəsində göstərdi ki, əri Allahverdi 25 fevral 2021-ci il tarixdə saat 11 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin onun saxlanılmasını axşam saat 18 radələrində bilmişdir. Həmin gün Allahverdinin atası öldüyündən ona zəng etmiş, lakin telefonu cavab vermədiyindən, lizingdə olan Allahverdinin avtomobilinin harada olmasını GPS vasitəsi ilə şirkətdən öyrənmiş və ona avtomobilin Səbaril RPİ-də olduğunu deyilmişdir. Buna görə Səbail RPİ-yə getmiş və müstəntiq ona orada gözləməyi demişdir. Həmin vaxt uşaqları isə evdə olmuşdur. Polis idarəsinin qarşısında gözlədiyi müddətdə polislər Allahverdi ilə birlikdə onların evində saxta əməliyyat çəkilişi etmişlər. Yaşadıqları 2 otaqlı kiçik həyət evində olan hamamın qapısını kilidləməklə uşaqlarını polislər orada saxlamışlar. Çəkiliş aparılarkən polislərin Allahverdini vurduqlarını onun uşaqları eşitmişlər. Evdə divanın altında narkotik vasitə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs övladı X5 ifadəsində göstərdi ki, 25 fevral 2021-ci il tarixdə hazırda həqiqi hərbi xidmətdə olan qardaşı ilə evdə oturmuşlar. Axşam saat 23 radələrində qapı döyülmüş, qardaşı gözlükdən baxanda barmaqla gözlük tutulmuş, kimin olduğunu soruşduqda isə qonşu olduğu deyilmişdir. Qapını açmadıqda isə atasının “mənəm qapını açın" səsini eşitmişlər. Qapını açdıqda polislər içəri girmiş, bu zaman qardaşı atasına babasının rəhmətə getdiyini demiş, atasının onsuz da pis olan vəziyyəti daha da pisləşmişdir. Qardaşı ilə onu polislər hamama salmışlar, atasının üzündə isə şişkinlik olmuşdur. Polislər evdə bir neçə dəfə çəkiliş aparmış və çəkilişə başlamazdan əvvəl atası “vicdanınız olsun, onlar mənim evimdən çıxmayıb axı” demişdir. Həmin vaxt atasını polislər vurmuşlar. O, həmçinin ifadəsində göstərdi ki, hadisədən bir gün qabaq gecə vaxtı narkotik aşkar edilən yerə divanın altına şoraba qoyanda ləyəni görmüşlər, həmin vaxt ləyən boş olmuşdur, polislər evlərinə narkotik vasitə qoymaqla atasını “yükləmişlər”. Evlərinə 3 maşınla 10-11 nəfər polis əməkdaşı gəlmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan 11 ədəd sellofan bükümdə narkotik vasitə herionə bənzər kütlə, 8 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və ona məxsus 1 ədəd qara rəngli “Samsung Duos” markalı “S4” mini modelli mobil telefon aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 228-229) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış, axtarış və götürmə aparılması haqqında” 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 6A ünvanında yerləşən fərdi yaşayış evində aparılan axtarış zamanı evdən 3 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, həmçinin, bir ədəd qara rəngli əl çantasının içərisində bir ədəd sellofan bükümdə narkotik vasitə herionə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 240-241) “Şəxsi axtarış və götürmə aparılması haqqında”, həmçinin Baxış, axtarış və götürmə aparılması haqqında” 25 fevral 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD" formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə baxış keçirilməsinə dair 07 iyun 2021-ci il tarixli protokollarla, eləcə də həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 2, iş vərəqləri 192-193) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd qara rəngli “Samsung Duos” markalı “S4 mini” modelli mobil telefona özünün və müdafiəçinin iştrakı ilə baxış keçirilməsinə dair 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, mobil telefon xüsusi kodda olmamış və üzərində +**********56 saylı mobil nömrə olduğu müəyyən olunmuş, həmin mobil telefonun yaddaş qurğusunda olan “Whatsapp” sosial şəbəkəsi olduğu müəyyən edilmiş, həmin sosial şəbəkə yuxarıda qeyd olunan mobil nömrə ilə qeydiyyatdan keçmişdir. “Whatsapp” sosial şəbəkəsində hər hansı zəng və ya “sms” mətin aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs mobil telefonun yaddaş qurğusuna baxış zamanı orada qeydə alınmış və “İran” adı ilə qeyd etdiyi +**********37 saylı mobil nömrənin dostu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə məxsus olmasını bildirmişdir. Həmçinin, "xxxx" MMC-dən gələn diskə baxış zamanı orada müəyyən edilmiş +**********88 saylı mobil nömrənin mobil telefonun yaddaş qurğusunda “Nicat par” adı ilə qeydiyyata alındığını aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin mobil nömrəni yaddaş qurğusuna qeyd etsə də həmin şəxsi yaxından tanımadığını bir dəfə ona narkotik vasitə satmasını bildirmişdir. (Cild 2, iş vərəqləri 258-259) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsinə dair 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********88 saylı mobil nömrə ilə +**********56 saylı mobil nömrə ilə 22 fevral 2021-cil tarixdə saat 20:58:47 və 21:07:29 vaxtlarda “Qram lazımdı gəlirsən” və “Ay qaqaş avara qoymada məni pul düzəltdim 1qram kola5diy pati duzəlir hə yox dinən” kimi sms mətinləri və 24 fevral 2021-ci il tarixdə saat 19:11:37 vaxtlarında +**********17 saylı mobil nömrədən **********56 saylı mobil nömrə arasında “Qaqam aqrıda qoymada məni” kimi “SMS” mətinləri müəyyən olunmuşdur. (Cild 2, iş vərəqləri 247-249) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2021-ci il tarixli, 6/825 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən...” yazısı olan zərfdəki 11(on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 5,066 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 8(səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 0,501 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan qara rəngli əl çantasındakı 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,127 qram açıq boz rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11 ədəd bükümdəki heroinlər, vət. Şahid9 aşkar edilərək götürülmüş bir ədəd bükümdəki heroinlə(6/743 saylı ekspert rəyi) və Şahid10 yaşadığı mənzildən və üzərindən götürülmüş heroinlərlə(6/744 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eynidirlər. tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8 ədəd bükümdəki metamfetaminlər vət. Şahid9 aşkar edilərək götürülmüş bir ədəd bükümdəki metamfetaminlə (6/743 saylı ekspert rəyi) və Şahid10 götürülmüş metamfetaminlərlə (6/744 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli əl çantasında olan bir ədəd bükümdəki açıq boz rəngli metamfetamin, onun üzərindən götürülmüş 8 ədəd bükümdəki metamfetaminlərlə, eləcədə Şahid9 və Şahid10 götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə fərqlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. (Cild 1, iş vərəqləri 250-257) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 26 fevral 2021-ci il tarixli, 7/223 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs evindən...” yazısı və imzalar olan polietilen bağlamadakı 03(üç) ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1680 qram; 1650 qram; 1670 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5.000 qramdır (5 kq). (Cild 1, iş vərəqləri 258-261) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2021-ci il tarixli, 6/744 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “saxlanılan şəxs: Şahid10” yazısı olan zərfdəki 17 (on yeddi) ədəd bükümdə, onlardan 11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 6,272 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 6 (altı) bükümdə ümumi təmiz çəkisi 3,144 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Şahid10 yaşadığı .... mənzildən aşkar edilmiş.. ” yazısı olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2010 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid10 yaşadığı mənzildən və üzərindən götürülmüş heroinin ümumi təmiz çəkisi 2016,272 qram (2kq 016,272qr) təşkil edir. Şahid10 aşkar edilərək götürülmüş heroinlər, vət. Şahid9 aşkar edilərək götürülmüş heroinlə (6/743 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərinddəki komponentlərə görə eynidirlər. Şahid10 aşkar edilərək götürülmüş metamfetamin, vət. Şahid9 aşkar edilərək götürülmüş metamfetaminlə (6/743 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərinddəki komponentlərə görə eynidirlər. (Cild 1, iş vərəqləri 106-111) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2021-ci il tarixli, 6/743 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: Şahid9” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,212 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) bükümdə təmiz çəkisi 0,093 qr. ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 04 iyun 2021-ci il tarixli, 1755 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəli aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 206-207) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli 1193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak proseslərinin xüsusiyyətlərinə uyğun olaraq öz hərəkətlərini qavramaq və dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır. (Cild 2, iş vərəqləri 235-238) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 03 avqust 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitəni satan İran İslam Respublikasının vətındaşı “Baba” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 203-204) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 03 avqust 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,498 qram çəkidə psixotrop maddə metamfetamin, 4,846 qram çəkidə narkotik vasitə heroin və 4.999,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Səbail RPİ-nin saxlanc yerində saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli “Samsung Duos” markalı “S4 mini” modelli mobil telefon maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs avtomobilində, üzərində və evində axtarış aparılmasına dair 03 ədəd “DVD” formatlı disk, eləcə də telefonla aparılan danışıqlara dair "xxxx" mobil rabitə operatorundan götürülmüş 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Səbail rayon məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmünün və Şahid10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr satdığı Şahid9 və Şahid10 həmin epizodlar üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmləri ilə təqsirli bilinmişlər. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X12 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması və qaçaqmalçılıqda köməkçi qismində iştirak etməməsi, eləcə də evində aşkar edilmiş narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması və ona təzyiq nəticəsində etirafedici ifadələr verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin və Şahid10 məhkəməyədək icraat zamanı verdikləri ifadələri işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, bu ifadələr iş üzrə mötəbər sübutlar kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs arvadı Şahid7 və övladı X3 onun polis əməkdaşları tərəfindən döyülməsi, təzyiqə məruz qalması və narkotik vasitələrin onların evinə polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı ifadələrində göstərdikləri xüsusatlar, ailə üzvləri kimi onların Təqsirləndirilən şəxs məsuliyyətdən qurtarmağa yönəlmiş cəhdləri kimi qiymətləndirilməli, bu səbəbdən də həmin ifadələr iş üzrə mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, gənc Ayişən Orucovanın məhkəmədə verdiyi ifadəsində atasının polislər tərəfindən “yüklənilməsi” kimi jarqon sözdən istifadə etməsi, onun əvvəlcədən bu tərzdə ifadə verməyi ilə bağlı öyrədilməsindən dəlalət edən bir xüsusatdır. Bundan əlavə, məhkəmə hesab edir ki, müdafiə tərəfinin istinad etdiyi daha bir dəlil, yəni Təqsirləndirilən şəxs evində baxış və axtarış aparılması ilə bağlı videoçəkilişdə əks olunmuş saatın protokolda əks olunmuş saatla fərqli olması, videoçəkiliş aparılan cihazın ayarlarında saatın səhv qeyd olunması ilə bağlı ola bildiyindən, bu hal protokolun mötəbərliyinə təsir edə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzadan 11 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 26 noyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. (Cild 1, iş vərəqləri 90, 200-204) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsininin tələblərinə əsasən məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayətlər törətdiyindən Cinayət Məcəlləsinin 18.1.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivinin olması müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 27 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 29-32) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Səbail RPİ-nin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,498 qram çəkidə psixotrop maddə metamfetamin, 4,846 qram çəkidə narkotik vasitə heroin və 4.999,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olub Abşeron RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Duos” markalı “S4 mini” modelli mobil telefon təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarına qaytarılmalı, maddi sübut kimi tanınmış 03 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklər maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən yalnız ona verilmiş ittihama aid olan 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub: Səbail RPİ-də saxlanılan 0,498 qram çəkidə psixotrop maddə metamfetamin, 4,846 qram çəkidə narkotik vasitə heroin və 4.999,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Abşeron RPİ-də saxlanılan 01 ədəd “Samsung Duos” markalı “S4 mini” modelli mobil telefon təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarına qaytarılsın, iş materiallarında olan 03 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-44/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-44/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver