Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-44/2024 29.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: X6, Tərcüməçi: X14 iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Maqaramkent rayonu, Kapirkazmalar kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Rusiya Federasiyasının Dağıstan Respublikasının Maqaramkent rayonu, Kapirkazmalar kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X6 satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilib Xudat şəhəri H.Əliyev küçəsi, 1 ünvanında yerləşən Xudat polis bölməsinin inzibati binasında onun üzərinə 05 iyul 2022-ci il tarixdə saat 23:10-23:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının sol yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə 2,235 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, anası Dağıstanlı, atası X7 isə Azərbaycan Respublikası vətəndaşıdır. Atası Xaçmaz rayonunun Xudat şəhərində yaşamış, ana və atası Yalama ərazisində evlənib, daha sonra isə ayrılmışdırlar. Onun bir bacısı var, bacısı Azərbaycan Respublikasında yaşamışdır. O, 5 yaşından Azərbaycan Respublikasında yaşamış,orta məktəbə Xudatda getmiş, daha sonra ailə həyatı qurmuş, 1 ildən sonra isə ayrılmışdır. 2 il olar ki, narkotik vasitə “kakos” istifadə etmişdir. Polis əməkdaşları tərəfindən Xudat şəhərində saxlanılmışdır. Narkotik vasitəni şəhərdən almış, lakin aldığı narkotik vasitənin hansı çəkidə olduğunu dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxs X6 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 2 çet narkotik vasitə “kakos” olmuşdur. Əldə etdiyi narkotik vasitə üçün 25 manat məbləğində pul vermişdir. O, 1 çet götürmüş və üzərində qalmışdır, lakin üzərinə şəxsi axtarış keçirilməsi zamanı 2 çet narkotik vasitə aşkar olunmuşdur. Müdafiəçinin suallarına təqsirləndirilən şəxs X6 cavab olaraq aldığı narkotik vasitənin dəqiq çəkisini xatırlamadığını, 25 manat məbləğinə 2 çet narkotik vasitə aldığını bildirmişdir. O, artıq 1 il yarımdır ki, narkotik vasitə istifadə etməmiş, ginekoloji əməliyyat olunmuşdur. 10 yaşlı uşağının olduğunu qeyd etmişdir. Məhkəmə tərkibinin suallarına təqsirləndirilən şəxs X6 cavab olaraq video çəkiliş zamanı üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs X6 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-cü il təvəllüdlü oğlu Elmirlə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsi, ev 6-da yaşayır. Atası İkram Azərbaycan Respublikasının vətəndaşıdır və sonuncu Xaçmaz rayonu Yalama kəndində yaşayır. Anası Ayna isə Rusiya Federasiyasının vətəndaşıdır və o, Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayır. O, bir yaşında olarkən anası atasından ayrılmışdır və anası onu da özü ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına aparmışdır. O, 2001-ci ilədək Rusiya Federasiyasının Dağıstan Respublikasında anası Aynanın yanında, 2001-ci ildə isə Xaçmaz rayonu, Yalama kəndinə gəlib atasının yanında qalmış və Yalama kənd tam orta məktəbində doqquzuncu sinfədək azərbaycan dilində təhsil almışdır. O, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün hər üç aydan bir sərhədi keçib Rusiya Federasiyasının ərazisinə daxil olmuş və həmin gündə geri qayıdıb Azərbaycana gələrək sonrakı üç ayı Xudat şəhərində yaşamışdır. O, 2012-ci ildə Qusar rayonu, Urva kəndində yaşayan X15 ilə evlənmiş, lakin sonradan aralarında narazılıqlar olduğu üçün 2014-cü ildə Rəşaddan ayrılıb azyaşlı oğlu Elmirlə birlikdə Xudat şəhərinə gəlmiş və həmin vaxtdan da azyaşlı oğlu ilə birlikdə Xudat şəhərində yaşayır. Dörd il olarkı o, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. 05 iyul 2022-ci il tarixdə təxminən saat 20:30 radələrində evdən çıxıb yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri Niyazi küçəsi ilə gedərkən yerdə bir ədəd kağız büküm olduğunu görmüşdür. Həmin kağız bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində bir ədəd qara və üç ədəd gümüşü rəngli kağız bükümlər var. Gümüşü rəngli kağız bükümləri açdıqda birinin içərisində başqa bir gümüşü rəngli kağız büküm olduğunu, hər iki kağız bükümlərin və başqa bir gümüşü rəngli kağız bükümün içərisinin boş olduğunu, birinin içərisində narkotik vasitə olan heroin, qara rəngli kağız bükümün içərisində isə psixotrop madddə olan metamfetamin olduğunu görmüşdür. Özüdə narkotik vasitədən istifadə etdiyi üçün tapdığı heroini və metamfetamini atmamış və digər gümüşü rəngli kağız bükümlərlə birlikdə əynində olan idman şalvarının sol yan cibinə qoyub özündə saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra o, piyada Xudat şəhəri, M.F.Axündov küçəsinə gəlmişdir. 05 iyul 2022-ci il tarixdə təxminən saat 22 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən mağazanın yaxınlığında olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xudat polis bölməsinə dəvət etmişlər, o, da etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xudat polis bölməsinə getmişdir. Xudat polis bölməsinin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin və tərcüməçinin iştirakı ilə narkotik vasitəni əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, şalvarının sol yan cibində saxladığı heroini və metamfetamini təqdim etmək istəməyəndə şəxsi axtarışda iştirak edən qadın tərəfindən onun üzərinə axtarış keçirilmiş və həmin qadın onun şalvarının sol yan cibindən üç ədəd gümüşü rəngli və bir ədəd qara rəngli kağız bükümləri çıxarıb masanın üstünə qoymuşdur. Müstəntiq onun, müdafiəçinin və digər iştirakçıların iştirakı ilə əvvəlcə qara rəngli kağız bükümü açmış və qara rəngli qara rəngli kağız bükümün içərisində metamfetamin olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq onun və digər iştirakçıların iştirakı ilə gümüşü rəngli kağız bükümləri açmış və gümüşü rəngli kağız bükümlərdən birinin içərisində başqa bir gümüşü rəngli kağız büküm olması, hər iki kağız bükümlərin və başqa bir gümüşü rəngli kağız bükümün içərisinin boş olması, digər gümüşü rəngli kağız bükümün içərisində isə heroin olması müəyyən edilmiş və müstəntiq ondan kağız bükümlərdə olan qəhvəyi rəngli və ağ rəngli kristalşəkilli maddənin nə olduğunu, haradan aldığını soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, gümüşü rəngli kağız bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroindir, qara rəngli kağız bükümdə olan ağ rəngli kristalşəkilli maddə isə psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Sonra müstəntiq tərəfindən onun üzərində aşkar olunmuş gümüşü rəngli kağız bükümdəki heroin və qara rəngli kağız bükümdəki metamfetamin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, içərisi boş olan gümüşü rəngli kağız bükümlər isə götürülməmişdir. O, da üzərində aşkar olunmuş heroinin və metamfetaminin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üzərində aşkar olunmuş heroini və metamfetamini isə 05 iyul 2022-ci il tarixdə yaşadığı Xaçmaz şəhəri, Xudat şəhəri, Niyazi küçəsində yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olması və şəhər ətrafı ərazidə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar da Qyulnara Muslimovaya yaxınlaşaraq bölməyə dəvət etmiş, müstəntiqin iştirakı ilə sənədləşdirmə işləri olmuş və aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. Hadisədən uzun müddət keçdiyi üçün aşkar olunan narkotik vasitənin çəkisini xatırlamamışdır. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayon Polis şöbəsinin Xudat polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz RPŞ-nin Xudat polis bölməsinə Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsi, ev 6-da yaşayan X2 narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. Xudat polis bölməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 05 iyul 2022-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib bölmə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və Xudat polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün təxminən saat 22 radələrində X13 rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xudat polis bölməsinə dəvət etmişlər. Qyulnara Muslimova etiraz etmədən Xudat polis bölməsinə gəlməyə razılaşmış və onlar onu polis bölməsinə gətirmişlər. Xudat polis bölməsində müstəntiq Şəriyar Kərimli tərəfindən Qyulnara Muslimovaya hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin və tərcüməçinin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X18 Qyulnara Muslimovaya təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa özü təqdim etsin. Qyulnara Muslimova əlləri ilə belinə bağladığı qırmızı rəngli idman gödəkçəsinin ciblərini yoxlayaraq heç nə olmadığını bildirmiş, bundan sonra şəxsi axtarışda iştirak edən Sevinc Seyid tərəfindən Qyulnara Muslimovanın üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan idman şalvarının sol yan cibində üç ədəd gümüşü və bir ədəd qara rəngli kağız bükümlər aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. X18 Qyulnara Muslimovanın, müdafiəçinin, tərcüməçinin və onların iştirakı ilə əvvəlcə qara rəngli kağız bükümü açmış və qara rəngli kağız bükümün içərisində ağ rəngli kristalşəkillə maddə olması müəyyən edilmişdir. Bundan sonra X20 Muslimovanın, müdafiəçinin, tərcüməçinin və onların iştirakı ilə gümüşü rəngli kağız bükümləri açmış və gümüşü rəngli kağız bükümlərdən birinin içərisində başqa bir gümüşü rəngli kağız büküm olması, hər iki kağız bükümlərin və başqa bir gümüşü rəngli kağız bükümün içərisinin boş olması, digər gümüşü rəngli kağız bükümün içərisində isə qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmiş və X18 Qyulnara Muslimovadan kağız bükümlərdə olan qəhvəyi rəngli və ağ rəngli kristalşəkilli maddənin nə olduğunu, haradan aldığını soruşmuş, Qyulnara Muslimovada bildirmişdir ki, gümüşü rəngli kağız bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroindir, qara rəngli kağız bükümdə olan ağ rəngli kristalşəkilli maddə isə psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Qyulnara Muslimovanın üzərində aşkar olunmuş gümüşü rəngli kağız bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddə və qara rəngli kağız bükümdə olan ağ rəngli kristalşəkilli maddə X18 tərəfindən Qyulnara Muslimovanın, vəkilin, tərcüməçinin və onların iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, digər gümüşü rəngli kağız bükümlər isə boş olduqlarına və üzərlərində hər hansı bir iz olmadığına görə götürülməmişdir. Qyulnara Muslimovanın üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xudat polis bölməsinin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin polis nəfəri Şahid3 bildirmişdir ki, 2022-ci ilin yay aylarında idarədə xidmətdə olduğu zaman Qyulnara Muslimova gətirilmiş, daha sonra üzərinə baxış keçirilmiş və səhv xatırlamırsa, əynində olan idman şalvarının sol yan cibindən bükülü vəziyyətdə narkotik vasitə aşkar olunmuşdur. O, video çəkilişdə iştirak etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xudat polis bölməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 05 iyul 2022-ci il tarixdə Şahid1 tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib bölmə rəisi tərəfindən təsdiq olunduqdan sonra Şahid1 və özünün iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün təxminən saat 22 radələrində X13 rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xudat polis bölməsinə dəvət etmişlər. Qyulnara Muslimova etiraz etmədən Xudat polis bölməsinə gəlməyə razılaşmış və onlar onu polis bölməsinə gətirmişlər. Xudat polis bölməsində müstəntiq Şəriyar Kərimli tərəfindən Qyulnara Muslimovaya hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin və tərcüməçinin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X18 Qyulnara Muslimovaya təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa özü təqdim etsin. Qyulnara Muslimova əlləri ilə belinə bağladığı qırmızı rəngli idman gödəkçəsinin ciblərini yoxlayaraq heç nə olmadığını bildirmiş, bundan sonra şəxsi axtarışda iştirak edən Sevinc Seyid tərəfindən Qyulnara Muslimovanın üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan idman şalvarının sol yan cibində üç ədəd gümüşü və bir ədəd qara rəngli kağız bükümlər aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. X18 Qyulnara Muslimovanın, müdafiəçinin, tərcüməçinin və onların iştirakı ilə əvvəlcə qara rəngli kağız bükümü açmış və qara rəngli kağız bükümün içərisində ağ rəngli kristalşəkillə maddə olması müəyyən edilmişdir. Bundan sonra X20 Muslimovanın, müdafiəçinin, tərcüməçinin və onların iştirakı ilə gümüşü rəngli kağız bükümləri açmış və gümüşü rəngli kağız bükümlərdən birinin içərisində başqa bir gümüşü rəngli kağız büküm olması, hər iki kağız bükümlərin və başqa bir gümüşü rəngli kağız bükümün içərisinin boş olması, digər gümüşü rəngli kağız bükümün içərisində isə qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmiş və X18 Qyulnara Muslimovadan kağız bükümlərdə olan qəhvəyi rəngli və ağ rəngli kristalşəkilli maddənin nə olduğunu, haradan aldığını soruşmuş, Qyulnara Muslimovada bildirmişdir ki, gümüşü rəngli kağız bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroindir, qara rəngli kağız bükümdə olan ağ rəngli kristalşəkilli maddə isə psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Qyulnara Muslimovanın üzərində aşkar olunmuş gümüşü rəngli kağız bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddə və qara rəngli kağız bükümdə olan ağ rəngli kristalşəkilli maddə X18 tərəfindən Qyulnara Muslimovanın, vəkilin, tərcüməçinin və onların iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, digər gümüşü rəngli kağız bükümlər isə boş olduqlarına və üzərlərində hər hansı bir iz olmadığına görə götürülməmişdir. Qyulnara Muslimovanın üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xudat polis bölməsinin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Şahid Sevinc Seyidin məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o Şahid2 ilə oxşar məzmunluifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, X2 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 05 iyul 2022 il tarixli protokol və protokola əlavə edilmiş qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin inzibati binasında Qyulnara Muslimovanın üzərinə şəxsi axtarış keçirilmiş, onunla eyni cinsdən olan şəxsin iştirakı ilə üzərinə baxış keçirilmiş, əynində olan idman şalvarın sol yan cibindən 03 (üç) ədəd falqa büküm, 01 (bir) ədəd qara kağız büküm aşkar edilərək götürülmüşdür. Falqa bükümlərinin ikisinin boş olduğu, birinin içərisindən isə heroin olduğu aşkar edilir. Həmçinin qara kağız bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilir. Qyulnara Muslimova həmin bükümlərin özünə məxsus olduğunu deyir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli 6/3698 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «X2 üzərindən aşkar olunan…» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,235 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,056 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma” haqqında 06 iyul 2022-ci il tarixli qərara əsasən X2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin 2,135 qram qalığı maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, “şəxsi axtarış”ın video görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz rayon məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarına əsasən Xudat şəhər PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 “Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair” 05 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 oktyabr 2022-ci il tarixli 5801 nömrəli rəyindən görünür ki, X4 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən göründüyü kimi, X6 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Rusiya Federasiyasına məxsus pasportun surətindən məlum olur ki, X6 Rusiya Federasiyasının vətəndaşı olmaqla xx.xx.1995-ci il tarixdə Dağıstan Respublikasında doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 atası X10, anası isə X12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan görünür ki, X8 xx.xx.1970-ci il tarixdə Xaçmaz rayonu Yalama kəndində doğulmaqla Azərbaycan Respublikasının vətəndaşıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz rayon təhsil şöbəsi Mahmud Əbilov adına Yalama kənd tam orta məktəbindən verilmiş 04 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X6 2022-2011-ci illərdə qeyd olunan məktəbin Azərbaycan bölməsində təhsil almışdır. Azərbaycan Respublikası Xaçmaz rayon İcra hakimiyyəti başçısının Xudat şəhəri İƏD-də nümayəndəsi tərəfindən verilmiş 08 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, X6 müsbət xarakterizə olunur, bir uşağı var, Rusiya Federasiyasının Dağıstan Respublikasının Maqaramkent rayonu, Kapirkazmalar kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1-da yaşayır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki X6 Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə X2 saxlanılan zaman üzərində ittiham aktında göstərilən miqdarda narkotik vasitə olmaması, heroinin çəkisinin az olması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmədə təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X1 müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Xaçmaz rayon İcra hakimiyyəti başçısının Xudat şəhəri İƏD-də nümayəndəsi tərəfindən verilmiş 08 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X2 ailə tərkibi əri X16 və oğlu X9 ibarətdir. X21 şəhəri Niyazi küçəsi ev 6 ünvanında yaşadığı müddət ərzində Xudat şəhəri İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs X6 himayəsində 1 azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmçinin qeyd olunan maddənin 52.2.4-cü bəndində göstərilmişdir ki, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Odur ki, məhkəmə yuxarıda göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikasının vətəndaşı olmaması və sanksiyasında nəzərəd tutulan azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddi 3 il olan cinayət törətməsinə baxmayaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası tətbiq edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, X6 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğu müddətdə X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmə iclaslarına gəlməkdən yayınmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş məktub məktubdan görünür ki, Xaçmaz rayon məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(067)-129/2024 nömrəli axtarış qərarı əsasında elan edilmiş 780573 nömrəli axtarış işinini nəticəsi olaraq X6 23 oktyabr 2024-cü il tarixdə Xaçmaz rayonu Xudat şəhəri ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X6 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq X5 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan X6 üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 2,135 qram narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: X6 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 həbsdə saxlandığı 2 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs X5 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-də saxlanılan X2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 2,135 qram olan narkotik vasitə heroin məhv edilsin. 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. X3 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti X5 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-44/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-44/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver