Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-442/2024 05.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini və külli miqdarda psixotrop maddə hesab olunan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşının şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 408,126 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 98,4 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Sumqayıt şəhəri ərazisində gizlədərək həmin bükümlərin yerinin fotoşəkillərini sosial şəbəkə vasitəsilə göndərmiş, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün ona göndərilən ünvana gedərək qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini gizlədilmiş yerdən götürüb, həmin narkotik vasitə heroinin 0,926 qramını 01 ədəd bükümdə üzərində qanunsuz daşıyaraq, 01 ədəd bükümdə 407,2 qram çəkidə narkotik vasitə heroini və 01 ədəd bükümdə 98,4 qram çəkidə psixotrop maddə metamfetamini idarə etdiyi “Toyota Prius” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz daşıyaraq saxlamış, 02 oktyabr 2023-cü il tarixdə, saat 16:36 radələrində Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, X8 küçəsi ilə Çerkassi küçəsinin kəsişməsində yolun kənarında idarə etdiyi avtomobildə saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib, üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sağ yan cibliyindən 01 ədəd bükümdə 0,926 qram çəkidə eyni tərkibli həmin narkotik vasitə heroin, əməliyyat tədbirinin davamı olaraq idarə etdiyi avtomobilə videoçəkilişlə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən bir ədəd çantanın içərisindən 01 ədəd bükümdə 407,2 qram çəkidə həmin eyni tərkibli narkotik vasitə heroin, 01 ədəd bükümdə 98,4 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə olunan üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan 02 ədəd elektron tərəzi, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o əvvəllər məhkum olunmuş və 2022-ci ilin dekabr ayında azadlığa buraxılmışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, M.Ə.Sabir küçəsi ilə Çerkassi küçəsinin kəsişməsində yerləşən avtomobillərin hərəkət yolunun kənarında idarə etdiyi “Toyota Prius” markalı, **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə öz avtomobilini idarə etməklə Sumqayıt ŞPİ-yə gəlmişdir. Pİ-də olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. O özü şalvarının cibliyindəki içində heroin olan 01 ədəd bükümü çıxardıb masanın üzərinə qoymuşdur. O həmin maddəni təxminən 12-13 gün əvvəl mobil telefonda tanış olduğu adını xatırlamadığı qadın İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Onun İran vətəndaşı ilə aralarında olan razılaşmaya görə İranlı tərəfindən ona narkotik vasitələr göndərilmiş, o da 400 manat pul müqabilində göndərilən narkotik vasitələri ona deyilən yerlərə qoyurdu. O saxlanılan zaman İranlının ona göndərdiyi narkotik vasitənin çox hissəsinin idarə etdiyi avtomobildə olduğunu polislərə bildirmiş, polis əməkdaşlarının idarə etdiyi avtomobilə baxış keçirməsinə etiraz etməmişdir. Polis əməkdaşları və vəkili ilə birlikdə avtomobilinin yerləşdiyi Sumqayıt ŞPİ-nin inzibati ərazisinə gəlmişlər, videoçəkiliş vasitəsilə həmin avtomobilə baxış keçirilərkən avtomobilinin yük yerini açıb içində heroin, metamfetamin və digər əşyalar olan çantanı təqdim etmişdir. Həmin çanta açılan zaman içərsindən iki ədəd hər biri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış bağlama, bir ədəd gümüşü rəngli elektron tərəzi, bir ədəd qırmızı rəngli elektron tərəzi, bir ədəd dəstəyi qara rəngli olan bıçaq, bir ədəd birinci səhifəsində yazılar qeyd olunmuş kitabça və bir ədəd diyircəkli qələm aşkar edilmişdir. Sonra aşkar olunanlar rəsmiləşdirilmişdir. O, saxlanılan zaman və ya polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, heç bir psixi təsirə məruz qalmamışdır. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət-axtarışı şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 02 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhər ərazisində «Pərviz» adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələr əldə etməsi, üzərində və idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlaması barədə məlumat daxil olmuşdur. Keçirilən tədbirlər nəticəsində «Pərviz» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra rəhbərliyə raportla müraciət olunmuş, tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında idarə rəisi tərəfindən müvafiq əmrlə ondan, Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2, Təhqiqat şöbəsinin təhqiqatçısı Zaur Cəfərov və Kriminalistik tədqiqatlar bölməsinin kriminalisti Asəf Həbibovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, M.Ə.Sabir küçəsi ilə Çerkaski küçəsinin kəsişməsində saxlanılmış və saxlanılma səbəbi izah olunmaqla idarə etdiyi avtomobillə Sumqayıt ŞPİ-yə gətirilmişdir. Sumqayıt ŞPİ-də olarkən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şalvarının cbindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və içərisində «kakos», yəni heroin olduğunu bildirmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin maddəni mobil telefonda tanış olduğu adını xatırlamadığı İran vətəndaşından aldığını, həmin İran vətəndaşı ilə aralarında olan razılaşmaya görə onun tərəfindən narkotik vasitələr göndərilməsi, həmin narkotik vasitələrlə birlikdə göndərdiyi 400 manat pul müqabilində dediyi ünvanlara narkotik vasitələri çatdırmağının təklifi əsasında İran vətəndaşının göndərdiyi həmin narkotik vasitələri Novxanı qəsəbəsi ərazisində atıldığı yerdən götürməklə əldə etdiyini bildirmiş, maşınında da narkotik vasitələr olıduğunu bildirəndən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerini açıb oradan bir ədəd parça çantanı təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman içərisindən 01 ədəd bükümdə heroinə bənzər maddə, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd bıçaq, 01 ədəd kitabça, 01 ədəd qələm və 02 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bütün aşkar olunanlar təhqiqatçı tərəfindən rəsmiləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət-axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 da ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iştirakçıların və müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibliyindən 01 ədəd sellofan büküm aşkar olunmuş, həmin bükümə baxış zamanı bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması, çəkisinin isə 1,19 qram olması müəyyən edilmiş, şəxsi axtarış zamanı həmçinin Təqsirləndirilən şəxs məxsus iki ədəd Redmi markalı mobil telefonlar da aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən olan parça çantadan bir ədəd içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm, bir ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan büküm, bir ədəd bıçaq, bir ədəd kitabça və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefonlara baxış keçirilən zaman 1-ci «Redmi» markalı mobil telefonun «Qalereya» qovluğundakı fotoşəkillərə baxış keçirilən zaman bir sıra narkotik vasitələrin elektron tərəzi vasitəsilə çəkilmiş formada fotoşəkillər, narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkilləri aşkar olundu. Həmçinin mobil telefonun «Vatsap» mobil tətbiqinə baxıldıqda həmin tətbiqdə Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı danışıqlarının olması müşahidə edilir. 2-ci «Redmi» markalı mobil telefonun «Qalereya» qovluğundakı fotoşəkillərə baxış keçirilən zaman bir sıra narkotik vasitələrin ayrı-ayrı bükümlərdə çəkilmiş formada fotoşəkillər, narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkilləri aşkar olundu. Həmçinin mobil telefonun «Vatsap» mobil tətbiqinə baxıldıqda həmin tətbiqdə Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı danışıqlarının olması müşahidə edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur və həmin bükümdə narkotik vasitə «kakos» olduğunu bildirir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddəni təxminən 12-13 gün əvvəl mobil telefonda tanış olduğu adını xatırlamadığı qadın İran İslam Respublikası vətəndaşından aldığını, belə ki, aralarında olan razılaşmaya görə sonuncu tərəfindən ona narkotik vasitələr göndərildiyini, həmin narkotik vasitələri göndərilən 400 manat pul müqabilində dediyi ünvanlara çatdırması təklifi əsasında İİR-nın vətəndaşının ona göndərdiyi həmin narkotik vasitələri Novxanı qəsəbəsi ərazisində atıldığı yerdən götürməklə əldə etdiyini, sonradan İİR vətəndaşının deyəcəyi ünvanlara çatdırması üçün həmin narkotik vasitələrdən bir qismini üzərində, qalan qismini isə idarə etdiyi avtomobildə saxladığını və gəzdirdiyini, polis əməkdaşlarının onun idarə etdiyi avtomobilə baxış keçirməsinə etiraz etmədiyini bildirir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərindən 02 ədəd mobil telefon və 01 ədəd avtomobil pult açar aşkar olunur. Sonra təhqiqatçı tərəfindən aşkar olunmuş bükümə baxış keçirilir,bükümdə qəhvəyi rəngli maddə olması müəyyən edilir,həmin maddə sellofan bükümlə elektron tərəziyə qoyulur və çəkisinin 1,19 qram olması müəyyən edilir. Sonra təhqiqatçı tərəfindən Sumqayıt ŞPİ-nin həyətyanı sahəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs avtomobilində qanunsuz saxlanılan narkotik vasitələri təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs da avtomobilin yük yerini açıb oradan bir ədəd parçadan olan çantanı təqdim edir, həmin çanta avtomobilin qarşı mühərrik hissəsinin üzərinə qoyulur və açıldıqda içərisindən iki ədəd iri bükümlər, bir ədəd bıçaq, bir ədəd kitabça və 02 ədəd elektron tərəzi aşkar olunur. Bükümlər elektron tərəziyə qoyulub ölçülür və 1-ci bağlamanın çəkisinin 404,10 qram olması, 2-ci bağlamanın çəkisinin isə 139,99 qram olması müşahidə edilir. Daha sonra təhqiqatçı tərəfindən avtomobilə baxış keçirilir, lakin başqa hər hansı bir qanunsuz əşya aşkar olunmur. Qeyd edilən diskdəki görüntülər məhkəmə iclasında nümayiş etdirilib tərəflərin iştirakı ilə baxılarkən protokolda qeyd edilənlər və şahidlərin ifadələrində göstərdikləri hallar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 03 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5167 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zətflər üçün №124» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə» yazısı və imzalar olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,926 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 02 büküm maddə, bir ədəd bıçaq və 2 ədəd tərəzi» yazısı və imzalar olan paketdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 407,2 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 98,4 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd üzərində «Adler» yazısı olan qırmızı rəngli, 01 (bir) ədəd arxasında «200g/0.01g» yazısı olan «gümüşü» rəngli elektron tərəzilərin üzərində heroinin və metamfetaminin izləri və bir ədəd bıçağın üzərində heroinin izləri vardır. Heroin və metamfetamin iz şəkildə olduğu üçün, onların təmiz çəkilərini və Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “Toyota Prius” markalı, **-CS-*** qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 408,126 qram təşkil edir və həmin heroinlər kimyəvi kompoment tərkiblərinə və xarici əlamətlərinə görə eyndirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 01 noyabr 2023-cü il tarixli, 7166 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığına Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsindən alınmış cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kimdən və haradan əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşından əldə etmiş, lakin həmin şəxsin olduğu yeri və şəxsiyyətini, o cümlədən narkotik vasitəni hansı yolla və kimlərin vasitəsilə Təqsirləndirilən şəxs çatdırdığını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Cinayət-axtarış şöbəsinə bir çox əməliyyat məlumatları daxil olmuşdur. Eyni zamanda onun kimlərə narkotik vasitə satması ilə bağlı əməliyyat istintaq marağı kəsb edən məlumatlar hələlik əldə edilməmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi - 0,876 qram narkotik vasitə heroin, qalıq çəkisi – 407,0 qram narkotik vasitə heroin və qalıq çəkisi – 98,3 qram psixotrop maddə metamfetamin, 01 ədəd bıçaq, 02 ədəd elektron tərəzi, 02 ədəd Redmi markalı mobil telefon maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 08 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəzanı tam şəkildə çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməli cinayətin təhlükəli residivi kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivi sayılır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin 78-ci vərəqində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağı vardır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların, həmçinin cəzanı ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,876 qram olan narkotik vasitə heroin, 407,0 qram narkotik vasitə heroin, 98,4 qram psixotrop maddə metamfetamin, 01 ədəd bıçaq, 02 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 02 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı və iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 0,876 qram olan narkotik vasitə heroin, 407,0 qram narkotik vasitə heroin, 98,4 qram psixotrop maddə metamfetamin, 01 ədəd bıçaq, 02 ədəd elektron tərəzi, məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 02 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-442/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-442/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver