Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-443/2024 19.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X10 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X13, Müdafiəçi – ünvan 1qayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, 05 avqust 1993-cü il tarixdə ünvan 1qayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3-cü dərəcəli əlilliyi olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D.Qorqud küçəsi, ev 28, mənzil 1-də qeydiyyatda olmaqla ünvan 1qayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, J70 adlanan ərazidə fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 2,181 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 08 sentyabr 2023-cü il tarixdə saat 15:30-da ünvan 1qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J70 adlanan ərazidə ünvan 1qayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 1qayıt Şəhər Polis İdarəsinə gətirildikdən sonra, idarənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən 1 ədəd üzəri şəffaf, daxilində isə qara rəngli sellofana bükülmüş içərisində ümumi təmiz çəkisi 2,181 qram, ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 8 sentyabr 2023-cü il tarixdə, saat 12-13 radələrində mağazadan çıxdıqdan sonra ünvan 1qayıt şəhərində yerləşən “Arzu” marketin yanında polis əməkdaşları onu saxlamış və əlinə qandal vuraraq avtomobilə mindirib onun yaşadığı evə aparmışlar. Əvvəlcə polis əməkdaşları evə daxil olmuş, onu isə qapının ağzında saxlamışlar. Polis əməkdaşları onun boynuna psixotrop maddə qoymuşlar. Hadisə vaxt evdə bir qadın olmuş və həmin qadının uşağı olduğu üçün o, polis əməkdaşlarından qadını buraxmalarını, onu isə idarəyə aparmalarını istəmişdir. Evdən qara rəngli sellofan torbada “şüşə” kimi adlandırılan maddə aşkar olunmuşdur. Daha sonra polis əməkdaşları onların hər ikisini idarəyə aparmışlar. Onun üzərində psixotrop maddə metamfetamin olmamışdır. Evdən aşkar olunmuş maddə də ona məxsus olmamış, əvvəlcə polis əməkdaşları evə daxil olmuş və onu evə yerləşdirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, evdən aşkar olunmuş maddə ona məxsus olmamışdır. O, narkotik vasitə istifadəçisi olmuşdur. Polis əməkdaşları ona fiziki təsir və təzyiq göstərməmişlər. Evdə qadın olduğu üçün qadının uşaqlarını düşünmüş və polis əməkdaşları ilə razılaşmışdır. Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkum olunmuşdur. İdarədə çəkiliş zamanı və onun barəsində qətimkan tədbiri seçilən zaman məhkəmədə narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərinə baxış keçirməmişlər. Onu 4 nəfər polis əməkdaşı saxlamışdır. Onu saxlayan zaman polis əməkdaşları 1 avtomobillə gəlmiş və onu tutub evə gəldikdən sonra 3 avtomobil olduğunu görmüşdür. Həmin evdə o, qeyd etdiyi xanımla birgə kirayə yaşamışdır. İbtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş, belə ki, ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 06 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilmişdir. Uzun müddətdir ki, narkotik vaistə və psixotrop maddə istifadəçisidir. Narkomaniya xəstəliyindən əziyyət çəkir. O, xx.xx.2023-cü il tarixdə, təxminən saat 15:30 radələrində ünvan 1qayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, J70 adlanan ərazidə yaşadığı fərdi evin yaxınlığında tanışı olan Həsənova Nuriyyə Natiq qızı ilə birlikdə olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu polis idarəsinə dəvət etmişlər, Polis idarəsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün ünvan 1qayıt Regional Vəkil Bürosunun vəkili X9 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd üzəri şəffaf, daxilində isə qara rəngli sellofana bükülmüş bükümü və sol yan cibində saxlamış olduğu 02 ədəd “Samsung” markalı mobil telefonları təqdim etmişdir. Daha sonra 01 ədəd üzəri şəffaf, daxilində isə qara rəngli sellofana bükülmüş büküm açılan zaman içərisində ağ rəngli kristal şəklində olan maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan maddələrin “şüşə” olduğunu, həmin maddəni 5-6 gün bundan qabaq Bakı şəhəri, Suraxanı rayonu ərazisində Asif adlı İran vətəndaşından qramını 25 manatdan olmaqla 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin onunla birlikdə saxlanılan tanışı Həsənova Nuriyyə Natiq qızının üzərində narkotik vasitə olduğundan məlumatsız olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 2.39 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 124 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra isə üzərindən aşkar edilmiş 02 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 62-63). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərmişdir ki, Həsənova Nuriyyə Natiq qızını polis idarəsinə aparmasınlar deyə polis əməkdaşları ilə razılaşmış və psixotrop maddəni öz üzərinə götürmüşdür. Nuriyyə Həsənova onun narkotik vasitə istifadə etdiyindən xəbərdar olmuş və Nuriyyənin özü də narkotik vasitə istifadəçisi olmuşdur. Onlar 4-5 aydır ki, birgə yaşayırmışlar. Son söz mərhələsində təqsirləndirilən şəxs ona təqsirləndirildiyi maddə ilə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Vüsal Abbasov və Vasif Əhmədovla birlikdə ünvan 1qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J70 adlanan ərazidə məlumatda qeyd olunan Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin vaxt şəxsin yanında bir nəfər qadın olmuş və sonradan həmin qadının Nuriyyə Həsənova olduğunu müəyyən etmişlər. Həmin şəxslər idarəyə dəvət olunmuşlar. İdarədə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsin əynindəki qara rəngli gödəkçənin sol cibindən 01 ədəd büküm, sağ cibindən isə telefon aşkar olunmuşdur. Şəxs üzərindən aşkar olunmuş bükümün psixotrop maddə metamfetamin olduğunu və 5 gün əvvəl X19 vətəndaşından aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat qrupu o, Vüsal Abbasov və Vasif Əhmədovdan ibarət olmuşdur. Təqsirləndirilən şəxsi ünvan 1qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J70 adlanan ərazidə saxlamışlar. Onlar şəxsin yaşadığı evə getməmişlər. Onlar tərəfindən təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxsi 3 nəfər polis əməkdaşı saxlamışdır. Onlar nə Telmanın, nə də Nuriyyə Həsənovanın yaşadığı evə getmişlər. Şəxsin üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxs həmin metamfetamini öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Nuriyyə Həsənova axtarışa məruz qalmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şəxs barəsində əvvəllər onda əməliyyat məlumatı olmamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat tədbiri keçirmişlər. Onlar tərəfindən şəxsə qarşı heç bir gün tətbiq olunmamış, həmçinin şəxs onlara heç bir müqavimət göstərməmişdir. Şəxsi saxlayan zaman üzərində heç bir xəsarət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 Şahid1 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Həsənova Nuriyyə Natiq qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Nuriyyə Həsənova göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 aydır ki, tanıyır, belə ki, onunla normal münasibətləri olmuşdur. 08 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Telmanla birlikdə ünvan 1qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J70 adlanan ərazidə olan zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Telmanın narkotik vasitələrin üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onları ünvan 1qayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Onlar da razılaşmışlar və birlikdə ünvan 1qayıt ŞPİ-yə gəlmişlər. Qeyd etmişdir ki, o, Telmanın narkotik vasitə istifadə etməsindən məlumatı olmamış, saxlanılan zaman Telmanın üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Həmçinin o, özü narkotik vasitə istifadəçisi deyil, heç vaxt istifadə etməmişdir (cild 01, iş vər. 109-110). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, ünvan 1qayıt Şəhər Polis İdarəsinə ünvan 1qayıt şəhəri ərazisində Telman adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat yolu ilə Telman adlı şəxsin xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs və Həsənova Nuriyyə Natiq qızı ünvan 1qayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində J70 adlanan ərazidə saxlanılaraq aidiyyəti üzrə ünvan 1qayıt Şəhər Polis İdarəsinə gətirilmişlər (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd üzəri şəffaf, daxilində isə qara rəngli sellofana bükülmüş büküm və sol yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüş, müvafiq axtarış və götürməni əks etdirən video görüntü CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi eskpertizasının 09 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4799 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikasının DİN Zərflər üçün №124» dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs- imza, imza; Təhqiqatçı: E.Feyzullayev-imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 2,181 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild 01, iş vər. 41-45). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının 04 oktyabr 2023-cü il tarixli, 6289 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 113-114). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 136-144). İş materiallarından görünür ki, xx.xx.2023-cü il il tarixdə ünvan 1qayıt Şəhər Polis İdarəsinə ünvan 1qayıt şəhəri ərazisində Telman adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat yoxlaması nəticəsində həmin şəxsin xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla ünvan 1qayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu halı qeyd etməmişdir. Həmçinin, təqsirləndirilən şəxsin cinayət işinin materiallarında əksini tapan ünvanda deyil, başqa yerdə saxlanılması ilə bağlı məhkəmə istintaqı zamanı bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid Nuriyyə Həsənovanın ifadəsi elan olunaraq tədqiq olunmuş və iş üzrə neytral şahid olan Nuriyyə Həsənova da heç bir təsir altında qalmadan verdiyi ifadəsində onların ünvan 1qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J70 adlanan ərazidə, yəni ittiham aktında və cinayət işinin materiallarında göstərilən ünvanda saxlanılaraq ünvan 1qayıt Şəhər Polis İdarəsinə gətirildiklərini qeyd etmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 1qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D.Qorqud küçəsi, ev 28, mənzil 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddətdə onun barəsində 1 nömrəli Mənzil-İstismar sahəsinə qəsəbə sakinlərindən heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 75-76) İş materiallarına əlavə edilmiş “Təkrar müayinədən keçən əlillər üçün” arayışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli ümumi xəstəlikdən, müddətsiz əlildir (cild 01, iş vər. 77). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasından daxil olmuş xəstənin stasionar tibbi kartından çıxarışdan (epikriz) və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs anası X1 təpəparasagittal nahiyənin meningeoması diaqnozu qoyulmuş, cərrahi əməliyyata məruz qalmış, başındakı patoloji törəmə cərrahi yolla xaric edilmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5 maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası 11 ay 06 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 80-81). Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 3-cü dərəcəli müddətsiz əlil olmasını və anasının xəstə olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və ünvan 1qayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 28, 69-71). Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ona görə də, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və ünvan 1qayıt Şəhər Polis İdarəsində saxlanılan 2,131 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmayan 02 ədəd “Samsung” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və ünvan 1qayıt Şəhər Polis İdarəsində saxlanılan 2,131 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın, 02 ədəd “Samsung” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə ünvan 1qayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə ünvan 1qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-443/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-443/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver