Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-444/2024 13.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 42ci məhəllə, ev 1, mənzil 55-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaq orqanına məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 2,370 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamini və 0,479 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, daha sonra Sumqayıt şəhəri, 11-ci mikrorayonun arxası, Çerkasi küçəsində yerləşən avtomobil təmiri sexinə gedərkən üzərində daşımış və 11 dekabr 2022-ci il tarixdə saat 02:15 dəqiqədə Sumqayıt Şəhəhr Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 11-ci mikrorayonun arxası, Çerkasi küçəsində yerləşən avtomobil təmiri sexlərinin qarşısında saxlanılaraq 5-ci Polis Bölməsinə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibində saxladığı 06 ədəd ağ rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,392qr, 0,389qr, 0,406qr, 0,407qr, 0,379qr, 0,397qr ümumi təmiz çəkisi 2,370 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi 0,479 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin əynində olan qara rəngli gödəkçənin sol iç cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd qara rəngli, üzərində “Digital Scale” sözləri yazılmış Çin istehsalı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,190 qram və 0,052 qram olmaqla, ümumi çəkisi 0,242 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında bir ədəd papirosda tütün ilə qarışıqda təmiz çəkisi 0,415 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 20 sentyabr 2023-cü il tarixdə saat 17:40 dəqiqədə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, “33 saylı marşrutun yolu” adlanan ərazidə saxlanılaraq 5-ci Polis Bölməsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,190 qram və 0,052 qram olmaqla, ümumi çəkisi 0,242 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında bir ədəd papirosda tütün ilə qarışıqda təmiz çəkisi 0,415 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, axşam saatlarında avtomobilini təmir etdirmək üçün Bayramın yanına getmiş, Bayram avtomobilin işığını dəyişən zaman polis əməkdaşları gəlmiş, həmin vaxt o, sexin içərisində olmuşdur. Polis əməkdaşları çöldəki avtomobilin kimə məxsus olduğunu soruşmuş, o isə cavabında avtomobilin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları onun avtomobilinə baxış keçirmiş və baxış zamanı avtomobildən 04 bükümdə 0,5 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Daha sonra polis əməkdaşları onları polis bölməsinə aparmış, bölmədə onun üzərində tərəzinin olduğunu bildirmişlər, o isə inkar etmişdir. O, tutulmamışdan bir gün əvvəl Bayramın yanında olmuş və o, elektrik ustası olduğu üçün Bayram ona düzəltməsi üçün elektron tərəzi vermişdir. Həmin vaxt avtomobilin baqajında xarab direl, mikser və.s olmuş və Bayram tərəzini həmin əşyaların yanına qoymuşdur. Bir gün sonra o, tutulmuş və elektron tərəzi polislər tərəfindən aşkar olunmuşdur. Polis əməkdaşları çəkiliş zamanı həmin tərəzini baqajdan götürərərk ona vermişlər və çəkilişdə cibindən aşkar olunduğunu bildirməsini söyləmişlər. O, fiziki və psixi təzyiqlər nəticəsində məcbur qalaraq polis əməkdaşları ilə razılaşmışdır. 2023-cü ildə tutulan zaman üzərində istifadə məqsədi ilə alıb saxladığı marixuana olmuşdur. Polis əməkdaşları Şahid6 də təsir göstərmişlər və üzərindən çıxan narkotik vasitəni ondan aldığını bildirməsini, əks halda növbəti dəfə onu tutacaqlarını bildirmişlər. Bayram dahədə-qorxu qarşısında məcbur qalaraq polis əməkdaşları ilə razılaşmış, lakin sonradan bundan imtina etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, bir il olar ki, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və marixuana istifadə edir. Üzərindən aşkar olunan metamfetamini adını bilmədiyi şəxsdən 45-50 manat müqabilində almışdır. Onu alan zaman bükümlər şəklində almışdır. Onun üzərində 4 büküm olmuş qalan bükümləri polis əməkdaşları onun üzərinə qoymuşdur. Polis əməkdaşları ilə heç bir ədavəti olmamışdır. O, Bayramın müştərisi olmuş, Bayramın narkotik vasitə istifadəçisi olması barədə məlumatı olmamışdır. Bayramın yanına ancaq müştəri kimi gedib-gəlmişdir. Üzərindən aşkar olunmuş marixuananı bir şəxsdən 10 manat müqabilində almışdır. O, avtoyuma məntəqəsində işləmişdir. 5-6 nəfər polis əməkdaşı onu döymüş və bunun nəticəsində 4-5 gün gəzə bilməmişdir. Üzərində gözlə görünəcək dərəcədə xəsarətlər olmuşdur. Onun üzərində ********** mobil nömrəsi olmuşdur. Həmin mobil nömrə vasitəsi ilə ondan narkotik vasitə istəmələri barədə telefon danışıqları olmamışdır. Bayramın yanına axşam 1-2 radələrində getmiş, həmin vaxt Bayramla birlikdə narkotik vasitə istifadə etməmiş və Bayrama narkotik vasitə verməmişdir. Bayramın narkotik vasitə istifadə etməsindən onun xəbəri olmamış, həmçinin onun da narkotik vasitə istifadə etməsindən Bayramın xəbəri olmamışdır. O, avtomobili sexin qarşısında saxlamış, Bayram ona kofe içməsini təklif etmiş və o, kofe içənə kimi avtomobilin işıqlarını dəyişəcəyini bildirmişdir. Daha sonra Bayram 2-3 dəqiqə gözləməsini söyləmiş və getmiş, o isə sexin içərisində Bayramı gözləmişdir. Bayram qayıdan zaman 5-6 nəfər əməliyyatçı ilə gəlmişdir. Polis əməkdaşları Bayramın üzərində şübhəli şəxs qismində axtarış aparmışlar. Axtarış zamanı avtomobilin kimə məxsus olduğunu soruşmuşlar, o, avtomobilin ona məxsus olduğunu bildirmiş və avtomobilə baxış keçirilən zaman metamfetamin aşkar olunmuşdur. Avtomobilindən 06 ədəd yox, 04 ədəd büküm metamfetamin aşkar olunmuşdur. Onu saxlayaraq polis bölməsinə aparan zaman onun avtomobilini də apamışlar. Polis bölməsində müdafiəçi gələnə kimi ona təzyiq və təsirlər olunmuşdur. Tərəzi və digər 02 ədəd bükümü üzərinə götürməsini tələb etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə çəkiliş səhər tezdən saatlarında keçirilmişdir. O, müdafiəçi ilə təkbətək görüşdə, olanları ona danışa bilməmişdir. Müvəqqəti saxlanma yerində olan zaman döyüldüyünü bildirməmişdir. O heç kimə narkotik vasitə satmamış və hədiyyə etməmiş, üzərində olan maddələri öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında bəzi ziddiyyətlər olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən iki ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edirmiş. Təxminən iki ildir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon arxası, Çerkasi küçəsində yerləşən avtotəmir sexində dəmirçi işləyən Bayramı tanıyır. Belə ki, o, bir neçə dəfə öz avtomobilini Bayrama düzəltdirmiş və münasibətləri yaranmışdır. 11 dekabr 2022-ci il tarixdə təxminən saat 02:00 radələrində o, Bayramın işlədiyi sexə getmiş və bir neçə dəqiqə sonra dörd nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb, polis əməkdaşları olduqlarını deyərək, xidməti vəsiqələrini göstərib özlərini onlara təqdim etmişlər. Onlar Bayramla onun üzərlərində narkotik vasitə gəzdirməkdə şübhəli olduqları üçün dəvət edərək Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində otaqların birində polis əməkdaşları və ona təqdim olunmuş vəkil X4 iştirakı ilə və onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli parça gödəkçənin sol iç cibində saxladığı bir ədəd Çin istehsalı olan elektron tərəzini, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən ağ rəngli sellofan kəsiklərinə bükülmüş 06 (altı) bükümdə hər birinin içərisində psixotrop maddə olan metamfetamini “şüşə” və göy rəngli sellofan kəsiyinə bükülmüş 01 (bir) bükümdə içərisində narkotik vasitə olan “kakos” heroini polis əməkdaşlarına təqdim etmişdir. Onu da qeyd etmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan “kakos” və psixotrop maddə olan “şüşə” metamfetamini, yəni ümumilikdə 07 (yeddi) bükümü xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Sumqayıt şəhəri, Çerkasi küçəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 45 (qırx beş) manata almışdır. Həmin narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün üzərində saxlamışdır. ...Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrdən kiməsə satıb və ya pay verməsi ilə bağlı suala cavab verərkən bildirmişdir ki, o, həmin narkotik vasitə və psixotrop maddələrdən heç kimə satmamış və ya pay verməmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün üzərində saxlamışdır. ...O, Bayrama heç vaxt narkotik vasitə verməmiş və satmamışdır. Bayram onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından xəbərsiz olmuşdur. O, psixotrop maddəni 06 ədəd bükümdə almışdır. Yəni metamfetamini özü bükümlərə ayırmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. O, ancaq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir (cild 01, iş vər. 146-148). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra təqsirləndirilən şəxs həmin ifadəni qəbul etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisəni təfərrüatı ilə xatırlamır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şəxs saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, şəxs saxlanılan zaman, əməliyyat məlumatı ümumi əməliyyat aparatına daxil olmuş, təqsirləndirilən şəxsi günün ikinci yarısında saxlamışlar, saxlanılan zaman şəxs tək olmamış, onlar iki nəfər şəxsi saxlamışlar, şəxslərdən biri çöldə olmuş, Təqsirləndirilən şəxs Çerkasi küçəsində yerləşən avtomobil təmiri sexlərinin qarşısında saxlanılaraq 5-ci Polis Bölməsinə gətirilmiş, saxlanılan şəxslərdən biri avtomobil təmiri sexində usta olmuş, şəxsin avtomobilinə baxış keçirilmiş, avtomobildən heç nə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ərazisində fərdi evdə yaşayan Şahid6 və Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 1, mənzil 55-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Rəfıyev Rafiq Tofiq oğlunun narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatım yoxlamaq məqsədi ilə ondan, Sumqayıt Şəhəhr Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, sahə rəisi, polis baş leytenantı Şahid3, kiçik inspektor, polis baş serjantı Şahid4 və KTB-nin baş inspektoru, polis mayoru X5 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 02:15 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 11-ci mikrorayonun arxasında “Çerkasi” küçəsində yerləşən avtotəmir sexlərinin qarşısında Şahid6 və Rafiq Rəfıyev onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Şahid6 və Rafiq Rəfıyevə özlərini təqdim etmələrini bildirmişlər. Həmin şəxslər özünü təqdim edərək Şahid6 və Rəfıyev Rafiq Tofiq oğlu olduqlarını bildirmişlər. Onlar nə üçün saxlanıldıqlarını soruşmuşlar. Onlar onların qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindikləri üçün saxlanıldıqlarını və bu səbəbdən videoçəkilişlə üzərlərinə şəxsi axtarış aparılacağını izah edərək onları 5-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar heç bir etirazlarının olmadıqlarını bildirmişlər. Bundan sonra onlar birlikdə Sumqayıt Şəhəhr Polis İdarəsinin 5-ci Polis Bölməsinə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Rasim Paşayev panasonik markalı videokameranı işə salmışdır. Rəfıyev Rafiq Tofiq oğluna Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X9 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Rafiq Rəfıyev əynindəki qara rəngli parça gödəkçənin sol iç cibində saxladığı bir ədəd Çin İstehsalı olan elektron tərəzini, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən ağ rəngli sellofan kəsiklərinə bükülmüş 6 (altı) bükümdə hər birinin içərisində psixotrop maddə olan metamfetamini “şüşə” və göy rəngli sellofan kəsiyinə bükülmüş 1 (bir) bükümdə içərisində narkotik vasitə olan “kakos” heroini təqdim etmişdir. Təhqiqatçı ondan təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşduqda o, bükümlərin içərisində narkotik vasitə olan “kakos” və psixotrop maddə olan “şüşə” metamfetamin olduğunu və onları xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Sumqayıt şəhəri, Çerkasi küçəsində adım bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 45 (qırx beş) manata aldığını bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş altı bükümdə olan psixotrop maddələr elektron tərəzidə ölçülən zaman çəkilərinin 0,5; 0,5; 0,5; 0,5; 0.5; 05, qram olmaları, bir bükümdə olan narkotik vasitə “kakosun” isə 07 qram olması müəyyən olunmuşdur. O, qeyd edilən çəkilərə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. X17 həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Sumqayıt şəhəri, Çerkasi küçəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 45 (qırx beş) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir (cild 01, iş vər. 200-202). İfadəsi elan olunaraq tədqiq oldunduqdan sonra Şahid1 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, şəxs saxlanılan zaman onlara müqavimət göstərməmiş, həmçinin onlar tərəfindən təqsirlənidirlən şəxsə heç bir təzyiq və təsir olunmamışdır. Onlar ilkin olaraq Şahid6 saxlamışlar. Təqsirləndirilən şəxs çəkiliş zamanı narkotik vasitələri təqdim edərəkən onların öz şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Rafiq avtomobilinin işığını təmir etdirmək məqsədi ilə gecə vaxtı onun yanına gəlmiş həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onları saxlamış və polis idarəsinə aparmışlar. O, gündüzlər yatır, axşamlar isə avtomobil təmiri ilə məşğul olur. Sexdə olan zaman Rafiqi çölə çıxarmışlar, ondan isə üzərində olan narkotik vasitəni təqdim etməsini istəmişlər, o isə öz istifadəsi üçün üzərində olan narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitəni əvvəllər müştərisi olan tanımadığı şəxsdən əldə etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona narkotik vasitə verməmiş, onun üzərində “kakos” olmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmasından xəbərsiz olmuş, onlar sexdə çay içmək istəyən zaman polis əməkdaşları sexə gəlmiş, Rafiqi çölə çıxarmışlar və onun otağına girərək narkotik vasitəni təqdim etməsini bildirmişlər, o da təqdim etmiş, çöldə olan zaman Rafiqin avtomobilinə baxış keçirmişlər, amma həmin vaxt o, içəridə olmuş, daha sonra polis əməkdaşları onları 5-ci Polis Bölməsinə aparmışlar. Onları 4 nəfər cavan polis əməkdaşı saxlamış, polis bölməsində ayrı-ayrı otaqlarda onların üzərinə baxış keçirilmiş, həmin vaxt o, narkotik vasitəni öz istifadəsi üçün aldığını bildirmiş, onları saxlayan zaman Rafiqin üzərində narkotik vasitə olmamış, ümumiyyətlə Rafiqin üzərində və ya avtomobilində narkotik vasitənin olmasından xəbərsiz olmuş, onun yanına əzilmiş vəziyyətdə olan avtomobil gəlmiş və onun içərisində elektron tərəzi tapmış, Rafiqin elektirkdən anlayışı olduğu üçün kvadrat formada olan tərəzini təmir etməsi üçün Rafiqə vermiş, əzilmiş avtomobilin sahibi zərgər olmuş, Rafiq tərəfindən ona heç bir narkotik vasitə verilməmiş, ibtidai istintaq zamanı onun üzərindən aşkar olunmuş narkotik vasitəni kimdən aldığını bildirməmiş, o, indi yox, tutulmamışdan əvvəl narkotik vasitə istifadə etmiş, Rafiq narkotik vasitə istifadəçisi olduğunu bildirməmiş, ibtidai istintaq zamanı o, ifadə verməmiş, polis əməkdaşlarının yazdığı ifadəyə imza çəkmiş, həmçinin polis əməkdaşlarının yazdığı izahata da oxumadan imza çəkmiş, polis idarəsində müstəntiqə Rafiqin ona heç bir narkotik vasitə vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, üzərindən uzun müddət keçdiyi üçün hadisəni xatırlamır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsi gecə saatlarında saxlayaraq polis bölməsinə aparmışlar. Şəxsin üzərindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, şəxsin üzərindən aşkar olunan bükümlərin sayını xatırlamır, polis bölməsinə şəxs barəsində əməliyyyat məlumatı daxil olmuş, əməliyyat qrupuna o rəhbərlik etmiş, şəxsi avtomobil təmiri sexlərinin qarşısında saxlamışlar, şəxs onlara müqavimət göstərməmiş, qaçmağa çalışmamış, polis bölməsində çəkiliş vasitəsi ilə şəxsin üzərinə baxış keçirilmiş, təqsirləndirilən şəxsi polis bölməsinə öz avtomobilləri ilə aparmışlar, polis bölməsində olan zaman müdafiəçi dəvət etmişlər, o, axtarış və götürmə istintaq hərəkətində iştirak etmiş, təqsirləndirilən şəxs narkotik vasitəni təqdim edərək özünün uzun müddətdir istifadə etdiyini bildirmiş, şəxsə qarşı heç bir təzyiq olunmamış, polis bölməsinə gəldikdən 15-20 dəqiqə sonra müdafiəçinin iştirakı ilə çəkiliş olunmuş, əvvəllər həmin şəxs barəsində onlarda əməliyyat məlumatı olmamış, daxil olan məlumatla bağlı təxirəsalınmaz əməliyyat tədbiri keçirilmiş, əməliyyatın davamı olaraq hər hansı tədbir keçirilməmiş, şəxs saxlanılan zaman tək olmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ərazisində fərdi evdə yaşayan Şahid6 və Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 1, mənzil 55-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Rəfıyev Rafiq Tofiq oğlunun narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatım yoxlamaq məqsədi ilə ondan, Sumqayıt . 5-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 oğlundan, sahə rəisi, polis baş leytenantı Şahid3, kiçik inspektor, polis baş serjantı Şahid4 və KTB-nin baş inspektoru, polis mayoru X5 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 02:15 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 11-ci mikrorayonun arxasında “Çerkasi” küçəsində yerləşən avtotəmir sexlərinin qarşısında Şahid6 və Rafiq Rəfıyev onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Şahid6 və Rafiq Rəfıyevə özlərini təqdim etmələrini bildirmişlər. Həmin şəxslər özünü təqdim edərək Şahid6 və Rəfıyev Rafiq Tofiq oğlu olduqlarını bildirmişlər. Onlar nə üçün saxlanıldıqlarını soruşmuşlar. Onlar onların qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindikləri üçün saxlanıldıqlarını və bu səbəbdən videoçəkilişlə üzərlərinə şəxsi axtarış aparılacağını izah edərək onları 5-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar heç bir etirazlarının olmadıqlarını bildirmişlər. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Rasim Paşayev panasonik markalı videokameranı işə salmışdır. Rəfıyev Rafiq Tofiq oğluna Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X9 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Rafiq Rəfıyev əynindəki qara rəngli parça gödəkçənin sol iç cibində saxladığı bir ədəd Çin İstehsalı olan elektron tərəzini, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən ağ rəngli sellofan kəsiklərinə bükülmüş 6 (altı) bükümdə hər birinin içərisində psixotrop maddə olan metamfetamini “şüşə” və göy rəngli sellofan kəsiyinə bükülmüş 1 (bir) bükümdə içərisində narkotik vasitə olan “kakos” heroini təqdim etmişdir. Təhqiqatçı ondan təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşduqda o, bükümlərin içərisində narkotik vasitə olan “kakos” və psixotrop maddə olan “şüşə” metamfetamin olduğunu və onları xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Sumqayıt şəhəri, Çerkasi küçəsində adım bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 45 (qırx beş) manata aldığını bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş altı bükümdə olan psixotrop maddələr elektron tərəzidə ölçülən zaman çəkilərinin 0,5; 0,5; 0,5; 0,5; 0.5; 05, qram olmaları, bir bükümdə olan narkotik vasitə «kakosun» isə 07 qram olması müəyyən olunmuşdur. O, qeyd edilən çəkilərə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. X17 həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Sumqayıt şəhəri, Çerkasi küçəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 45 (qırx beş) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi və satması ilə bağlı bizdə əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə olan əməliyyat məlumatı öz təsdiqini tapmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə yenidən əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Təqsirləndirilən şəxs ifadəsində onun üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi 01 ədəd elektron tərəzinin onun üzərində yox idarə etdiyi avtomobildə olmasını bildirməsi ilə bağlı suala cavab verərkən bildirmişdir elektron tərəzi Təqsirləndirilən şəxs üzərində olmuş və şəxsi axtarış keçirilərkən çıxarıb təqdim etmişdir. O, ona tərəzini cibinə qoyması ilə bağlı heç bir söz deməmişdir (cild 01, iş vər. 203-205). İfadəsi elan olunaraq tədqiq oldunduqdan sonra Şahid2 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, gecə növbəsində olan zaman onlara əməliyyat məlumatı daxil olmuş, onlar Çerkasi küçəsində yerləşən Bayram adlı şəxsin avtomobil təmiri sexinə getmişlər və orada təqsirləndirilən şəxsi saxlayaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində çəkilişlə şəxsin üzərinə baxış keçirilmiş, onun üzərindən 5-6 büküm narkotik vasitə və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Bayram adlı şəxi dəmirçi kimi tanımışlar, hadisə zamanı Bayram da saxlanılmış və polis bölməsinə gətirilmiş, şəxs ikinci dəfə də narkotiklə bağlı saxlanılmış, əməliyyat qrupunda o, Şahid2 və Şahid3 olmuş, əməliyyat məlumatı Şahid2 daxil olmuş, şəxs saxlanılan zaman onu narkotiklə bağlı saxladıqlarını bildirmişlər, daha sonra şəxsi polis bölməsinə gətirmişlər, polis bölməsinə gəldikdə müstəntiq və müdafiəçi gəldikdən sonrə çəkilişlə şəxsin üzərinə baxış keçirilmiş, .şəxsin üzərindən bükümlər aşkar olunmuş, həmin bükümlərdən biri “kakos” digərləri isə “şüşə” olmuş, həmçinin 1 ədəd elektron tərəzi aşkar olunmuş, polis əməkdaşları tərəfindən şəxsə qarşı heç bir təzyiq və təsir olunmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin etirazı olmadığından, Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 1, mənzil 55-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan və barəsində CM-in 234.4.3-cü maddəsi ilə axtarış elan edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi «Prius» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Corat qəsəbəsi, «33 saylı marşrutun yolu» adlanan ərazidə hərəkətdə olması ilə bağlı əməliyyat məlumatı əldə etmişlər. Həmin məlumat əsasında o, və 5-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid4 həmin əraziyə getmişlər. Saat 17:40 dəqiqədə Təqsirləndirilən şəxs deyilən ünvanda onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxslər özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar ona barəsində axtarış elan edildiyini, buna görə də birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Onlar polis bölməsinə gələrkən Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Asəf Həbibov panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt regional vəkil bürosunun vəkili X10 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri- qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən «Palmali» markalı siqaret qutusunu çıxarıb içərisindəki 02 ədəd ağ kağız bükümü 01 ədəd isə siqaret formalı bükümü təqdim etmişdir. Təhqiqatçı ondan təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşduqda o, 02 ədəd bükümün içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin, digər 01 ədəd bükümdəki kütlənin İsə «nəşə» marixuana olduğunu və həmin bükümləri tutulduqdan 2-3 gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosu ərazisində tanımadığı şəxsdən 02 ədəd bükümdə metamfetamini 20 manata, 01 ədəd bükümdə marixuananı isə 10 manata özü istifadə etmək üçün alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir (cild 02, iş vər. 149-151). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə barəsində xx.xx.2023-ci il tarixdə axtarış elan edilmiş, 734353 nömrəli axtarış işi açılmış xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 1, mənzil 55-də qeydiyyatda və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 33 N-li marşrutun yolunda saxlanılaraq saat 18:10-da Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 24). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4972 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə 2 ədəd kağız kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri - 0,190 qram və 0,052 qramolmaqla ümumi çəkisi 0,242 qram ağ rəngli kristallşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla, hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 38-41). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1332 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd papirosda tütün ilə qarışıqda təmiz çəkisi 0,415 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (cild 01, iş vər. 43-46). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi həmin idarədə istintaq edilən ********* nömrəli cinayət işi ilə birləşdirilmiş, işin ibtidai istintaqı ********* nömrə altında davam etdirilmişdir (cild 01, iş vər. 73-75). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə Sumqayıt şəhəri 42-ci məhəllə, ev 1, mənzil 55-də qeydiyyatda olan, xx.xx.1985-ci il təvəllüdlü X13 və Sumqayıt şəhər Nizami küçəsi, 19 c, məh 6-da qeydiyyatda olan, xx.xx.1990-cı il təvəllüdlü Şahid6 narkotik vasitələrin qəbulu, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 80). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid6 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 82). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixə keçən gecə saat 02:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid6 Məmməd oğlu saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmişlər (cild 01, iş vər. 83). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 2,370 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi 0,479 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd qara rəngli, üzərində “Digital Scale” sözləri yazılmış Çin istehsalı olan elektron tərəzi aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu DVD cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 109-110). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/6996 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan l№-li zərfdəki 6 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,392qr, 0,389qr, 0,406qr, 0,407qr, 0,379qr, 0,397qr ümumi təmiz çəkisi 2,370 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,479 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamamışdır (cild 01, iş vər. 120-125). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerindən azad edilmiş və onun barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 149-150). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 263 saylı rəyindən görünür ki, Rəfıyev Rafiq Tofiq oğlunda kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 195-196). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “ "xxxx" MMC-dən götürülmüş 01 ədəd DVD-yə yazılmış telefon danışıqları haqqında olan məlumatlara baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin diskdə 01 ədəd nömrənin məxsusluq tarixçəsi, 02 ədəd SMS tarixçəsi və 01 ədəd Zənglərin detallaşması formatında fayl vardır. «Nömrələrin məxsusluq tarixçəsi» adlanan fayl 01 səhifədən ibarətdir. Həmin səhifədə Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** CİN mobil telefon nömrəsinin sahibinin X6 olduğu qeyd edilmişdir. «SMS tarixçəsi» adlanan 1-ci və 2-ci faylda iş üçün əhəmiyyətli sms mətni aşkar olunmamışdır. «Zənglərin detallaşması» adlanan faylda isə 055 ***-**-** CİN mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə saat 02:15 dəqiqədə Ceyranbatan qəsəbəsi, ərazisində, bundan sonra isə saat 07:07 dəqiqəyə kimi Sumqayıt şəhəri, Sülh küçəsinin anten dairəsində olduğu göstərilmişdir. (cild 01, iş vər. 220-222). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 1586 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 02, iş vər. 167-168). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid6 şəxsiyyəti istintaq orqanına məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı 0,323 qram narkotik vasitə heroinə görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 02, iş vər. 34-43). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1109 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «....Şahid6 üzərindən...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində «...Vət. Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər (cild 02, iş vər. 171-173). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1 və 234.4.4-cü maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 178-194). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə Sumqayıt şəhəri 42-ci məhəllə, ev 1, mənzil 55-də qeydiyyatda olan, xx.xx.1985-ci il təvəllüdlü X13 və Sumqayıt şəhər Nizami küçəsi, 19 c, məh 6-da qeydiyyatda olan, xx.xx.1990-cı il təvəllüdlü Şahid6 narkotik vasitələrin qəbulu, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxslərin olduğu yer müəyyən olunmaqla xx.xx.2022-ci il tarixə keçən gecə saat 02:15 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid6 Məmməd oğlu saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 2,370 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi 0,479 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd qara rəngli, üzərində “Digital Scale” sözləri yazılmış Çin istehsalı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə barəsində xx.xx.2023-ci il tarixdə axtarış elan edilmiş, 734353 nömrəli axtarış işi açılmış xx.xx.1985ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 1, mənzil 55-də qeydiyyatda və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 33 N-li marşrutun yolunda saxlanılaraq saat 18:10-da Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl hər iki epizod üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək bir epizod üzrə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin, digər epizod üzrə isə psixotrop maddə metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti, habelə Təqsirləndirilən şəxs üzərindən hər iki epizod üzrə aşkar olunan narkotik vasitə və psixotrop maddələrin aşkar olunması prosesi etibarlılıq baxımından şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması, eləcə də Şahid6 pay olaraq verməsi ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə səbəb olmuş 06 ədəd bükümdə ümumi çəkisi 2,370 qram psixotrop maddə metamfetamin və 0,479 qram narkotik vasitə heroin,o cümlədən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, təqsirləndirilən şəxsin üzərindən ayrı-ayrı epizodlar üzrə xırda bükümlər şəklində heroinin, marixuananın və metamfetaminin, həmçinin elektron tərəzinin aşkar olunması birmənalı şəkildə onu deməyə əsas vermir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan maddələr məhz satış məqsədi ilə əldə olunaraq saxlanılmışdır. Əvvəla iş materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxs özü narkomaniya xəstəliyindən əzab çəkir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Digər tərəfdən məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, iş materiallarında olan təqsirləndirilən şəxsə məxsus mobil telefon məlumatlarında əksini tapmış SMS yazışmalarda təqsirləndirilən şəxsin narkotik vasitənin satışını həyata keçirməsinə dəlalət edə biləcək konkret məlumatlar müəyyən olunmamışdır. Həmin yazışmalarda ya narkotik vasitənin satışının həyata keçirilməsi ilə bağlı mətnlər mövcud olmamış, ya da təqsirləndirilən şəxs ümumiyyətlə ona ünvanlanan SMS-lərə cavab yazmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin istifadəçisi olan şəxsə müəyyən mənada bu məzmunlu SMS-lərin göndərilməsi başa düşüləndir. Lakin təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satışının həyata keçirilməsi ilə bağlı qənaətə gəlmək üçün şəxsin məhz özünün birbaşa narkotik vasitənin satışını həyata keçirməsini əks etdirən yazışmalar etməsi zəruridir ki, sözügedən SMS-lərdə bu hal müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda yalnız yuxarıda qeyd olunanlar əsasında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı qənaətə gəlmək qeyri-mümkündür. İbtidai istintaq orqanı həmçinin təqsirləndirilən şəxsin 11 dekabr 2022-ci il tarixdə saat 02:15 dəqiqədə Sumqayıt şəhəri, 11-ci mikrorayonun arxası, Çerkasi küçəsində yerləşən avtomobil təmiri sexində 01 ədəd bükmdə təmiz çəkisi 0,323 qram narkotik vasitə olan heroini tanışı Şahid6 hədiyyə olaraq verməsi ilə bağlı bir qənaətə də gəlmiş və ona qarşı irəli sürülən ittihamın məzmununda bu halı əks etdirmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası aşağıdakıları vurğulamağı zəruri sayır. Əvvəla Şahid6 həm ibtidai istintaq zamanı şahid qismində dindirilərkən, həm də təqsirləndirilən şəxslə üzləşdirilərkən bu halı təkzib etmiş və Təqsirləndirilən şəxs ona heç vaxt narkotik vasitə satmadığını və ya hədiyyə olaraq vermədiyini açıq şəkildə bildirmişdir. Digər tərəfdən də, Şahid6 məhkum olunduğu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid6 şəxsiyyəti istintaq orqanına məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı 0,323 qram narkotik vasitə heroinə görə təqsirli bilinib məhkum olunmuş, həmin hökmdə şəxsin narkoitk vasitəni məhz Təqsirləndirilən şəxs əldə etməsi müəyyən olunmamışdır. Beləliklə, müəyyən olunan hal ondan ibarətdir ki, ibtidai istintaq orqanı yalnız Şahid6lə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroinlərin eyni tərkibli olması ilə bağlı belə bir qənaətə gəlmiş və həmin narkotik vasitənin məhz Təqsirləndirilən şəxs tərəfindən Şahid6 verilməsi versiyası üzərində dayanmışdır ki, məhkəmə kollegiyası bu halla razılaşmır və qeyd edir ki, iki bir-birini tanıyan, narkomaniya xəstəliyindən əzab çəkən şəxsin üzərindən aşkar olunan heroinlərin eyni tərkibli olması birmənalı şəkildə həmin narkotik vasitənin birinin digərinə verməsi və ya satması ilə bağlı qənaətə gəlməyə əsas vermir, belə ki, həmin şəxslər sözügedən narkotik vasitəni eyni mənbədən də əldə edə bilərdilər. Odur ki, məhkəmə kollegiyası ibtidai istintaq orqanının bu qənaəti ilə razılaşmır və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə əsaslanaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamın məzmunundan məhz həmin hissəni xaric edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən fiziki təsirə və təzyiqə məruz qalması, habelə üzərindən aşkar olunan metamfetaminin çəkisinin polis əməkdaşları tərəfindən artırılması, ona görə də özünü CM-in 234.1-ci maddəsi ilətəqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs məqsədli şəkildə bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmasından yayınmaq istəyir. Belə ki, ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs, o cümlədən təqsirləndirilən şəxs qismində dindirilərkən, üzərinə müdafiəçinin iştirakı ilə müvafiq olaraq şəxsi axtarış keçirilərkən heç bir söz deməmiş, etirazını bildirməmiş, daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də məhkəməyə bu barədə hər hansı məlumat verməmişdir. Həmçinin, cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının müvafiq rəyindən görünür ki, şəxs saxlanılandan sonra tibbi yoxlamadan keçmiş və onda döyülməyə xarakterik hər hansı bir xəsarət izi aşkar olunmamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiqə məruz qalmadan verdiyi ifadəsinin iş materiallarında olan digər sübutlarla üst-üstə düşdüyünü və obyektiv həqiqəti əks etdirdiyini əsas götürərək həmin ifadəni əsaslı sayır və qeyd olunan səbəbdən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini qəbul etməyək ona elan olunan ittihamın əsasına məhz şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi həmin ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü bir azyaşlı uşağı var (cild 01, iş vər. 164). Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 1, mənzil 55-də qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 223-224). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-in 263.2, 264, 66.3, 66.4-cü maddələri ilə təqsirli bilinərək 03 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilib, ona Cinayət Məcəlləsinin 263.2, 264, 66.3, 66.4-cü maddələrinə əsasən 03 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 166-167). Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması isə CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, həmin cəzalar qismən toplanılmaqla şəxsə cinayətlərin məcmusu ilə qəti azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır və şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan və xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ilk dəfə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə MSY-dən azadlığa buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün cəzasından çıxılmalı, cəzasının başlanğıcı isə onun ikinci dəfə şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 0,379 qram narkotik vasitə olan heroin, 2,270 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, 0,202 qram çəkidə psixotrop maddə olan metamfetamin, 0,395 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 04 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 322 AZN (üç yüz iyirmi iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində 03 (üç) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 0,379 qram narkotik vasitə olan heroin, 2,270 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, 0,202 qram çəkidə psixotrop maddə olan metamfetamin, 0,395 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd CD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 322 AZN (üç yüz iyirmi iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-444/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-444/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver