Məhkəmə qərarları › İş №1(124)-445/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-445/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-445/2024 06.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X18 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisləri - X7 və X3, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, taksi sürücüsü işləmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 41-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə, saat 21:25:11-də BC koteqoriyalı, AC seriyalı, 208933 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X20” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə 31 km/saat sürətlə hərəkət edib, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən yolayrıcından idarə etdiyi avtomobillə hərəkətini Bədəlbəyli küçəsi istiqamətində davam etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni svetoforun yaşıl işığında qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi ** LB *** dövlət qeydiyyat nişanlı “X21” markalı avtomobilin yolayrıcına yaxınlaşmasını nəzərə almadan, idarə etdiyi avtomobili qarşı sol hərəkət hissəsinə çıxartmayıb yolayrıcında sola doğru dönmə əməliyyatına başlamamaqla, eləcə də qarşıdan əks istiqamətdə hərəkətdə olan “X21” markalı avtomobilə yol verib, bundan sonra sola dönmə əməliyyatına başlamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “X20” markalı avtomobilin sağ qabaq hissəsinin, qarşıdan əks istiqamətdə hərəkətdə olan “X21” markalı avtomobilin sol qabaq hissəsi ilə toqquşmasına səbəb olub idarə etdiyi avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 sol said sümüklərinin distal ucunun qəlpəli yerdəyişən, sağ əlin V barmağının əsas falanqasının qapalı yerdəyişən sınıqları, əlin arxaya çıxığı kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, “X21” markalı avtomobilin sürücüsü Cəmil Cəmilinin sol əlin V əldaraq sümüyünün yerdəyişən qeyri stabil sınığı, sol bazu və dizin yumşaq toxumalarının şişkinlik fonunda əzilməsi, sol diz oynağının ön səthinin yarası, bel nahiyəsinin kəsilmiş yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, sərnişini Zərərçəkmiş şəxs3 sol bud sümüyünün burmalardan keçən qapalı yerdəyişən sınığı kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, idarə etdiyi “X20” markalı avtomobilin digər sərnişinləri Zərərçəkmiş şəxs4 başın küt travması, baş beyin ödemi, sağ gözün bayır bucağının yarası, burun sümüyünün yerdəyişən sınığı, hər iki göz ətrafının qançırı, sağ təpə nahiyəsinin, burun belinin sağ hissəsinin, sağ diz oynağının bayır səthinin, sol diz oynağının iç səthinin, sol baldırın 1/3-nin sıyrıqları kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya və Zərərçəkmiş şəxs5 başın küt travması, baş beyinə qansızma, sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ süd vəzisinin iç yuxarı kvadrantının, sağ bazunun orta 1/3 hissəsinin bayır səthinin qançırları kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətlər fonunda baş beyinin ödemindən ölümünə səbəb olan və Zərərçəkmiş şəxs5 başın küt travması nəticəsində baş beyinə qansızmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2003-cü ildən taksi fəaliyyəti ilə məşğul olub. Hadisə baş verən zaman “X20” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan sərnişinləri, Sumqayıt şəhərində gedəcəkləri ünvana çatdırmaqla bağlı onlayn qaydada işlədiyi şirkətdən sifariş aldığından ona bildirilmiş ünvana idarə etdiyi avtomobillə yaxınlaşıb, həmin vaxt idarə etdiyi avtomobilə sərnişin qismində sonradan anket məlumatlarını öyrəndiyi Zərərçəkmiş şəxs1, X6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və azyaşlı X11 əyləşiblər. Bundan sonra idarə etdiyi avtomobillə Sumqayıt şəhəri istiqamətində hərəkətə başlayıb. Sumqayıt şəhərinə daxil olduqdan sonra isə idarə etdiyi avtomobildə olan sərnişinlərdən bir qismini Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən yaşadıqları evdə düşürmək üçün Sumqayıt şəhəri, Koroğlu prospekti ilə idarə etdiyi avtomobillə hərəkət edib, sonradan Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsindəki yol ayrıcına daxil olaraq idarə etdiyi avtomobili dayanma vəziyyətinə gətirib hərəkətini Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsindən düzünə davam etdirmək üçün yolun tam boşalmasını gözləyib. Yolda avtomobillərin hərəkət etməməsinə əmin olduqdan sonra isə hərəkətini davam etdirmək istədikdə Koroğlu küçəsi ilə düzünə yüksək sürətlə hərəkət edən sonradan anket məlumatlarını öyrəndiyi sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundai Santafe” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi avtomobilin sağ qabaq hissəsinə çırpılıb. O, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili şam ağacları olduğundan görməyib. Sonradan öyrənib ki, onun idarə etdiyi avtomobilin arxa oturacağında oturan Zərərçəkmiş şəxs5 və ön oturacağında oturan Zərərçəkmiş şəxs4 hadisə nəticəsində vəfat ediblər. Hadisə vaxtı özü ayaq və qabırğa nahiyələrindən bədən xəsarətləri alıb. O, yol hərəkəti qaydasını pozub, lakin həmin şəxslərin ölməsinə səbəb onun bu hərəkəti olmayıb, əgər qarşıdan gələn avtomobilin sürəti yuxarı olmasaydı ölüm olmazdı. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə ailə üzvüləri Abşeron rayonu, Saray qəsəbəsindən yaşadıqları Sumqayıt şəhərinə geri qayıtmaq üçün taksi sifariş veriblər, verdikləri sifariş əsasında ora sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi ** BZ *** dövlət qeydiyyat nişanlı, “Toyoto Prius” markalı avtomobillə gəlib. Ailə üzvləri - atası Zərərçəkmiş şəxs4, həyat yoldaşı Zərərçəkmiş şəxs5, qızı X6 və nəvəsi X11 ilə sərnişin qismində avtomobilə əyləşiblər və avtomobil Sumqayıt şəhəri istiqamətində yola düşüb. Həmin gün saat 21- 21:30 radələrində sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi “Toyoto Prius” markalı avtomobili Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkət etdirib, bundan sonra hərəkətini Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində Bədəlbəyli küçəsi istiqamətində davam etdirərkən onun idarə etdiyi avtomobil Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə düzünə hərəkətdə olan sonradan anket məlumatlarını öyrəndiyi Zərərçəkmiş şəxs2 idarə etdiyi ** LB *** dövlət qeydiyyat nişanlı “X21” markalı avtomobillə toqquşmuşdur. Bundan sonra ora gəlmiş kənar şəxslərin köməkliyi ilə avtomobildən yerə enib. Hadisə vaxtı qolları sınıb və ayaqları əzilib, avtomobildə olan ailə üzvlərinin hər biri xəsarət alıblar və onlar Sumqayıt şəhər TTYX-na yerləşdiriliblər. Həkimlərin səylərinə bqaxmayaraq xx.xx.2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs4 və xx.xx.2023-cü il tarixdə isə həyat yoldaşı Zərərçəkmiş şəxs5 yerləşdirildikləri Sumqayıt şəhər TTYX-da vəfat ediblər. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, o, təqsirləndirilən şəxsə səhv istiqamətdə getdiyi və sürət həddinin çox olması barədə xəbərdarlıq etsə də sürücü onun sözlərinə məhəl qoymayıb. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının əvvəlində təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu bildirsə də, məhkəmə iclasının sonunda təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 10 ildən çoxdur ki, avtomobil idarə edir. Hadisə vaxtı “X21” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edib. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat axşam saat 9 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Sumqayıt şəhəri, 21 mikrorayon istiqamətində hərəkətdə olarkən həmin vaxt işıqforun yaşıl işığında hərəkətini düzünə davam etdirərkən qəflətən Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücü hərəkət istiqamətini dəyişib idarə etdiyi avtomobilin qarşısına çıxıb. Bundan sonra sükanı sağa döndərib həmin avtomobildən yan keçmək istəsə də, bunu bacarmamış, nəticədə idarə etdiyi avtomobilin sol hissəsi ilə həmin avtomobilin sağ hissəsi toqquşub. Daha sonra idarəetməni itirib, idarə etdiyi avtomobil yol kənarındakı səkiyə qalxıb dayanıb. Daha sonra ora yığılmış şəxslər toqquşduğu avtomobildə olan xəsarət almış şəxlərə tibbi yardım göstərilməsi üçün xəstəxanaya yola salıblar, özü isə hadisə yerində qalıb hadisə yerini ora gəlmiş polis əməkdaşlarına təqdim edib. Hadisə vaxtı sağ qulaq, sol əl, sol çiyin və kürək nahiyəsindən xəsarət alıb. Hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 60 km/saat olub, idarə etdiyi avtomobillə toqquşmuş avtomobili təxminən 5-6 metr məsafədən idarə etdiyi avtomobilin qarşısına çıxarkən görüb, hadisənin qarşısını almaq üçün ancaq idarə etdiyi avtomobilin istiqamətini hərəkət istiqamətinin sağına doğru istiqamətləndirib. Hadisə baş verən zaman onun avtomobilində sərnişin Zərərçəkmiş şəxs3 olub və sonuncu onun avtomobili idarə etməsinə hər hansı mane törətməyib. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona qanunla müəyyən edilmiş yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs2 onu idarə etdiyi avtomobillə bacısının yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsinə getməsi üçün sərnişin avtobusu və ya taksi avtomobillərinin dayandığı dayanacaqda düşürtməsini xahiş etmişdir. O Cəmilin idarə etdiyi “X21” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü oturacağının yanındakı ön oturacaqda əyləşib. Axşam saat 9-10 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Sumqayıt şəhəri, 21 mikrorayon istiqamətində hərəkətdə olarkən həmin vaxt işıqforun işığı hərəkətin davam etdirilməsinə icazə verib, bu zaman Cəmil idarə etdiyi avtomobillə hərəkətini düzünə davam etdirərkən qəflətən Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücü hərəkət istiqamətini dəyişib Cəmilin idarə etdiyi avtomobilin qarşısına çıxıb və bundan sonra ani olaraq toqquşma baş verib. Daha sonra isə olanları xatırlamasa da, özünə gəldikdə bədəninin müxtəlif nahiyələrində, əsasən də ayaqlarında möhkəm ağrılar hiss etmiş, daha sonra ora gəlmiş şəxslərin köməkliyi ilə avtomobildən düşürülüb, bundan sonra ona tibbi yardım göstərilməsi üçün onu Sumqayıt şəhər TTYX-na aparıblar. 2 gün ərzində stasionar şəraitdə müalicə olunduqdan sonra öz razılığı ilə özəl xəstəxanalardan birinə köçürülüb, hadisə vaxtı ayağından xəsarət aldığından cərrahiyyə əməliyyatı olunub. O, Zərərçəkmiş şəxs2 avtomobili idarə etməsinə hər hansı mane törətməyib. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona qanunla müəyyən edilmiş yüngül cəza verilməsi xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X8 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə bacısı və ailə üzvləri qonaq getdikləri Abşeron rayonu, Saray qəsəbəsindən yaşadıqları Sumqayıt şəhərinə geri qayıtmaq üçün taksi sifariş veriblər, onların verdiyi sifariş əsasında Təqsirləndirilən şəxs idarə etdiyi ** BZ *** dövlət qeydiyyat nişanlı, “Toyoto Prius” markalı avtomobillə gəlib. Bundan sonra həmin avtomobillə bacısının həyat yoldaşı Zərərçəkmiş şəxs1, bacısının qaynatası Zərərçəkmiş şəxs4, bacısı Zərərçəkmiş şəxs5, bacısı qızı Məmmədova Ləman və bacısının nəvəsi azyaşlı Məmmədov Oqtay sərnişin qismində əyləşib və avtomobil Sumqayıt şəhərinə yola düşüb. Həmin gün saat 21:25 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində bacısının və ailə üzvlərinin sərnişin qismində əyləşdiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ** BZ *** dövlət qeydiyyat nişanlı, “Toyoto Prius” markalı avtomobil digər sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi ** LB *** dövlət qeydiyyat nişanlı “X21” markalı avtomobillə toqquşub. Nəticədə baş vermiş yol nəqliyyat hadisəsi zamanı bacısı və ailə üzvləri xəsarət alıblar və onlar Sumqayıt şəhər TTYX-na yerləşdiriliblər. Lakin xx.xx.2023-cü il tarixdə bacısının qaynatası Zərərçəkmiş şəxs4 və xx.xx.2023-cü il tarixdə isə bacısı Zərərçəkmiş şəxs5 Sumqayıt şəhər TTYX-da vəfat ediblər. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alaraq onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə ailə üzvləri - atası Zərərçəkmiş şəxs1, babası Zərərçəkmiş şəxs4, anası Zərərçəkmiş şəxs5, bacısı Məmmədova Ləman və bacısı oğlu Məmmədov Oqtay qonaq getdikləri Abşeron rayonu, Saray qəsəbəsindən yaşadıqları Sumqayıt şəhərinə geri qayıtmaq üçün taksi sifariş veriblər, onların verdiyi sifariş əsasında ora Təqsirləndirilən şəxs idarə etdiyi ** BZ *** dövlət qeydiyyat nişanlı, “Toyoto Prius” markalı avtomobillə gəlib. Bundan sonra həmin avtomobil Sumqayıt şəhərinə yola düşüb. Həmin gün saat 21:25 radələrində isə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində ailə üzvlərinin sərnişin olduqları sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ** BZ *** dövlət qeydiyyat nişanlı, “Toyoto Prius” markalı avtomobil digər sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi ** LB *** dövlət qeydiyyat nişanlı “X21” markalı avtomobillə toqquşub. Nəticədə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ailə üzvləri xəsarət alıblar və onlar Sumqayıt şəhər TTYX-na yerləşdiriliblər. Lakin xx.xx.2023-cü il tarixdə babası Zərərçəkmiş şəxs4 və xx.xx.2023-cü il tarixdə isə anası Zərərçəkmiş şəxs5 Sumqayıt şəhər TTYX-da vəfat ediblər. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alaraq onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2021-ci ildən Sumqayıt ŞPİ-nin DYPŞ-nin baş inspektoru vəzifəsində xidmət aparmağa başlayıb. 01 iyul 2023-cü il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində və ətraf ərazilərdə YPX avtomobili ilə xidmətdə olarkən, Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən məsul növbətçi Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi, hadisə nəticəsində bədən xəsarətləri almış şəxslərin olması barədə məlumat verdiyindən, dərhal həmin əraziyə yaxınlaşıb. Bundan sonra isə həmin gün Təqsirləndirilən şəxs idarə etdiyi “X20” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkət edib, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən yolayrıcından idarə etdiyi avtomobillə hərəkətini Bədəlbəyli küçəsi istiqamətində davam etdirərkən həmin ərazidə qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi ** LB *** dövlət qeydiyyat nişanlı, “X21” markalı avtomobillə toqquşmasını, nəticədə hər iki avtomobilin sürücüləri və sərnişinlərinin müxtəlif dərəcəli xəsarətlər aldıqlarını öyrəniblər. Daha sonra hadisə yerinə TTYX və əməliyyat qrupunun digər üzvüləri gəliblər, bundan sonra təcili TTYX-nin əməkdaşları gəlib hadisə nəticəsində bədən xəsarətləri almış şəxslərə tibbi yardım göstərilməsi üçün onları xəstəxanaya aparıblar. Daha sonra toqquşmuş avtomobillər çəkici vasitəsilə hadisə yerindən götürülərək xidmət etdikləri Sumqayıt ŞPİnin DYPŞ-nin cərimə duracağına yerləşdirilib. Məhkəmə iclasında iştirak etməmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, onun Şahid1 Zülfuqar oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 72 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, 1939-cu il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs4 meyitinin məhkəmə tibbi ekspertrizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1602 saylı xəstəlik tarixinə, laborator müayinənin cavabına, ölüm haqqında qərardakı məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Mərhum Zərərçəkmiş şəxs4 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması, Baş beyin ödemi, sağ gözün bayır bucağının yarası, burun sümüyünün yerdəyişən sınığı, hər iki göz ətrafının qançırı, sağ təpə nahiyəsinin, burun belinin sağ hissəsinin, sağ diz oynağının bayır səthinin, sol diz oynağının iç səthinin, sol baldırın orta 1/3-nin sıyrıqları. 2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə adətən canlı şəxslərdə yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. 3. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb almış olduğu xəsarətlər fonunda baş beyinin ödemi olmuşdur. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 73 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, 1969-cu il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs5 meyitinin məhkəmə tibbi ekspertrizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1600 saylı xəstəlik tarixinə, laborator müayinənin cavabına, ölüm haqqında qərardakı məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Mərhum Zərərçəkmiş şəxs5 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması, Baş beyinə qansızma, sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ süd vəzinin iç yuxarı kvadratının, sağ bazunun orta 1/3-nin bayır səthinin qançırları. 2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə adətən canlı şəxslərdə yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər.

3. Mərhum Zərərçəkmiş şəxs5 ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1178 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X2 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 841 saylı arayışa əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi. 2. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1179 nömrəli rəyindən görünür ki, 2016-cı il təvəllüdlü X9 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 841 saylı arayışa əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. X9 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol baldırın orta 1/3-nin iç səthinin yarası. 2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən tötənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əwəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1177 nömrəli rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1603 saylı xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol said sümüklərinin distal ucunun qəlpəli yerdəyişən, sağ əlin V barmağının əsas falanqasının qapalı yerdəyişən sınıqları, əlin arxaya çıxığı. 2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1496 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1599 saylı xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol bud sümüyünün burmalardan keçən qapalı yerdəyişən sınığı. 2. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNHsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1545 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizasına, Yasamal Hospitalın tərtib etdiyi ******* saylı xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol əlin V əldaraq sümüyünün yerdəyişən qeyri stabil sınığı, sol bazu və dizin yumşaq toxumalarının şişkinlik fonunda əzilməsi, sol diz oynağının ön səthinin yarası, bel nahiyəsinin kəsilmiş yarası. 2. Qeyd olunan xəsarətlərdən sol əlin V əldaraq sümüyünün yerdəyişən qeyri stabil sınığı, sol bazu və dizin yumşaq toxumalarının şişkinlik fonunda əzilməsi, sol diz oynağının ön səthinin yarası küt əşya (əşyalar) təsirindən, bel nahiyəsinin kəsilmiş yarası isə iti kənara və uca malik olan əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Yasamal Hospitala qəbul edildiyi vaxtdan əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli kompleks məhkəmə video texniki və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 3-16-16/2- 8/2011-4/1162 nömrəli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı DVD-R diskdə olan mübahisəli videoyazılarda montaj əlamətləri müəyyən olunmadı. 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı DVD-R diskdə olan mübahisəli videoyazılardakı görüntülərə əsasən ** BZ *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil piyada xəttinin üzərindən sola doğru manevr etdikdən toqquşmanın baş verdiyi ana qədər hərəkətdə olmuşdur. 3. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markah DVD-R diskdə olan mübahisəli videoyazılardakı görüntülərə əsasən ** BZ *** dövlət qeydiyyat nişanh “Toyota Prius” markalı avtomobil piyada xəttinin üzərindən sola doğru manevr etdikdən toqquşmanın baş verdiyi ana qədər t=2 san vaxt keçmişdir. 4. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markah DVD-R diskdə olan mübahisəli videoyazılardakı görüntülərə əsasən ** BZ *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markah avtomobil piyada xəttinin üzərindən sola doğru manevr etdikdən toqquşmanın baş verdiyi ana qədər getdiyi məsafədə orta sürəti V=31 km/saat olmuşdur. 5. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markah DVD-R diskdə olan mübahisəli videoyazılardakı görüntülərə əsasən ** LB *** dövlət qeydiyyat nişanh “X21” markalı avtomobilin öz hərəkəti istiqamətində piyada keçidinə çatmamış “DUR” xəttindən vurulana kimi getdiyi məsafədə orta sürəti V=67 km/saat olmuşdur. 6. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Prius markah ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 7. Sürücü Zərərçəkmiş şəxs2 “X21” markalı ** LB *** dövlət qeydiyyat nişanh avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 67 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “X21” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü Zərərçəkmiş şəxs2 tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmamış, onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 9/6616/2023 nömrəli rəyində göstərilmişdir ki, 1. Nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2007-ci il buraxılışlı “Toyoto Prius” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7130,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4680,00 manat. Təmir-bərpa işlərinin qiyməti - 2450,00 manat 1. Nəzəri hesablama yolu ilə, Mərcan Firması tərəfindən tərtib edilmiş zərər aktında məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “X21” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17569,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 13509,00 manat Təmirbərpa işlərinin qiyməti - 4060,00 manat. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli əlavə kompleks məhkəmə video texniki və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 3-16-16/2-8/3130-4/1733 nömrəli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markah DVD-R diskdə olan , “STŞ-024 3- 2023-07-0 l_21h24min55s000ms” adlı mübahisəli videoyazılardakı görüntülərə əsasən ** LB *** dövlət qeydiyyat nişanh “X21” markalı avtomobilin öz hərəkəti istiqamətində piyada keçidinə çatmamış “DUR” xəttindən vurulana kimi getdiyi məsafədə orta sürəti V-67 km/saat olmuşdur. 2. Sürücü Zərərçəkmiş şəxs2 “X21” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 67 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “X21” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü Zərərçəkmiş şəxs2 tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmamış, onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. 3. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Prius” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş “BİNGO CD-R” və sair markalanma yazısı olan, yaddaşında 03 (üç) ədəd, birincisi “STŞ- 024 1-2023-07- 01_21h25min00s000ms” adlı, ikincisi “STŞ-024 3-2023-07-0 l_21h24min55s000ms” adlı və üçüncüsü “Sumqayıt-Koroğlu-Bədəlbəyli kəsişməsi-2023- 07- 01_21h24min50s000ms” adlı fayllar olan 01 (bir) ədəd diskə baxış keçirilərkən birinci faylın yaddaşında 39,8 MB həcmində, 29 saniyyə davam edən, rəngli formatda video görüntünün olduğu, həmin fayldakı video görüntünün əvvəlində ekranın yuxan sol küncündə Sumqayıt Koroğlu prospekti, aşağı sağ küncündə xx-xx-2023 21:24:59 rəqmələrinin yazıldığı, həmin yazı və rəqəmlərin video görüntünün çəkildiyi yeri, tarixi və saatı göstərdiyi, video görüntünün sabit dayanmış, obyektivi fırlanan qurğu tərəfindən çəkildiyi, görüntünün Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsini və ətraf əraziləri əks etdirdiyi, video görüntünün çəkildiyi vaxt havanın qaranlıq olduğu, avtomobil yolunda avtomobillərin, piyada keçidi və səkidə piyadaların hərəkət etdiyinin göründüyü, bu cür video görüntünün 10 saniyyə ərzində davam etdikdən sonra, ekranda göstərilən vaxtla 21:25:11 radələrində “Toyoto Prius” markalı avtomobilin Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkət olarkən, Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən döngədən manevr edib hərəkətini sola doğru davam etdirmək istədikdə Sumqayıt şəhəri Koroğlu küçəsi ilə düzünə hərəkətdə olan “X21” markalı avtomobillə piyada keçidinin yaxınlığında toqquşduğu, toqquşma anında işıqforda işıqlarının avtombillərin hərəkətinə icazə verilən yaşıl işığının yandığı, toqquşma anından sonra isə işıqforun san işığının yandığı, hadisədən sonra “Toyoto Prius” markalı avtomobilin yerində fırlanaraq gəldiyi istiqamətə dönüb dayandığı, digər avtomobilin isə hərəkət istiqamətinin sağına istiqamətlənib səkiyə qalxdığı və yol kənarındakı ticarət obyktinin qarşısındakı əşyalara toxunaraq dayandığı, hadisədən sonra hər iki avtomobilə kənar şəxslərin yaxınlaşdığı, avtomobillərdə olan şəxslərə köməklik göstərməyə çalışdıqları, sonra isə video çəklişin dayandığı müəyyən edilmişdir. Diskin yaddaşındakı ikinci fayla baxış keçirildikdə həmin faylın yaddaşında 298 MB həcmində, 02 dəqiqə 04 saniyyə davam edən, rəngli formatda video görüntünün olduğu, həmin fayldakı video görüntünün əvvəlində ekranın yuxarı sol küncündə 01 iyul 2023 şənbə 21:24:55 rəqmələrinin yazıldığı, həmin yazı və rəqəmlərin video görüntünün çəkildiyi tarixi və saatı göstərdiyi, video görüntünün sabit dayanmış qurğu tərəfindən çəkildiyi, görüntünün Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsini və ətraf əraziləri əks etdirdiyi, video görüntünün çəkildiyi vaxt havanın qaranlıq olduğu, avtomobil yolunda avtomobillərin, piyada keçidi və səkidə piyadaların hərəkət etdiyinin göründüyü, bu cür video görüntünün 16 saniyyə ərzində davam etdikdən sonra, ekranda göstərilən vaxtla 21:25:11 radələrində “Toyoto Prius” markalı avtomobilin Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkət olarkən, Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən döngədən manevr edib hərəkətini sola doğru davam etdirmək istədikdə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə düzünə hərəkətdə olan “X21” markalı avtomobillə piyada keçidinin yaxınlığında toqquşduğu, toqquşma anında işıqforda işıqlarının avtombillərin hərəkətinə icazə verilən yaşıl işığının yandığı, toqquşma anından sonra isə işıqforun sarı işığının yandığı, hadisədən sonra “Toyoto Prius” markalı avtomobilin yerində fırlanaraq gəldiyi istiqamətə dönüb dayandığı, digər avtomobilin isə hərəkət istiqamətinin sağına istiqamətlənib səkiyə qalxdığı, sonra isə görüntüdən çıxdığı, hadisədən sonra “Toyoto Prius” markalı avtomobilə kənar şəxslərin yaxınlaşdığı, avtomobillərdə olan şəxslərə köməklik göstərməyə çalışdıqları, sonra isə video çəklişin dayandığı müəyyən edilmişdir. Diskin yaddaşındakı ikinci fayla baxış keçirildikdə həmin faylın yaddaşında 152 MB həcmində, 02 dəqiqə 09 saniyyə davam edən, rəngli formatda video görüntünün olduğu, həmin fayldakı video görüntünün əvvəlində ekranın yuxarı sol küncündə 01 iyul 2023-cü il, şənbə 21:24:50 rəqmələrinin yazıldığı, həmin yazı və rəqəmlərin video görüntünün çəkildiyi tarixi və saatı göstərdiyi, video görüntünün sabit dayanmış qurğu tərəfindən çəkildiyi, görüntünün Sumqayıt şəhəri Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsini və ətraf əraziləri əks etdirdiyi, video görüntünün çəkildiyi vaxt havanın qaranlıq olduğu, avtomobil yolunda avtomobillərin, piyada keçidi və səkidə piyadaların hərəkət etdiyinin göründüyü, bu cür video görüntünün 21 saniyyə ərzində davam etdikdən sonra, ekranda göstərilən vaxtla 21:25:11 radələrində “Toyoto Prius” markalı avtomobilin Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkət olarkən, Sumqayıt şəhəri Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən döngədən manevr edib hərəkətini sola doğru davam etdirmək istədikdə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə düzünə hərəkətdə olan “X21” markalı avtomobillə piyada keçidinin yaxınlığında toqquşduğu, toqquşma anında işıqforda işıqlarının avtombillərin hərəkətinə icazə verilən yaşıl işığının yandığı, toqquşma anından 01 saniyyə sonra isə işıqforun sarı işığının yandığı, hadisədən sonra “Toyoto Prius” markalı avtomobilin yerində fırlanaraq gəldiyi istiqamətə dönüb dayandığı, digər avtomobilin isə hərəkət istiqamətinin sağına istiqamətlənib səkiyə qalxdığı və yol kənarındakı ticarət obyktinin qarşısındakı əşyalara toxunaraq dayandığı, hadisədən sonra “Toyoto Prius” markalı avtomobilə kənar şəxslərin yaxınlaşdığı, avtomobillərdə olan şəxslərə köməklik göstərməyə çalışdıqları müəyyən edilmişdir. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş “VERBATİM” və sair markalanma yazısı olan, yaddaşında isə 01 ədəd diskə baxış keçirilərkən diskin yaddaşındakı video görüntünün Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən mağazanın qarşısını və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əwələində ekranın yuxarı sol küncündə xx-xx-2023 C6 21:15:32 rəqmələrinin, aşağı sağ küncündə Camera 02 yazısının yazıldığı, həmin yazı və rəqəmlərin video görüntünün çəkildiyi tarixi və saatı göstərdiyi, video görüntünün sabit, yerində dayanmış qurğu tərəfindən çəkildiyi, görüntünün Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən mağazanın qarşısını və ətraf əraziləri əks etdirdiyi, video görüntünün çəkildiyi vaxt havanın qaranlıq olduğu, avtomobil yolunda avtomobillərin, səkidə piyadaların hərəkət etdiyinin göründüyü, bu cür video görüntünün bir qədər davam etdikdən sonra, ekranda göstərilən vaxtla saat 21:16:56 radələrində boz rəngli “X21” markalı avtomobilin qabaq ön hissəsinin əzilmiş vəziyyətdə səkidə asta sürətlə mağaza istiqamətində hərəkət edərək mağazanın qarşısındakı çətir və soyuducuya dəyərək dayandığı, bundan sonra avtomobilin qabaq sürücü oturacağı tərəfdəki qapısının açıldığı, avtomobilin sükanı arxasından kişi cinsindən olan şəxsin düşdüyü, bundan sonra avtomobilin ətrafına kənar şəxslərin toplaşdığı, bu cür video görüntünün ekranda göstərilən vaxtla saat 21:32:50 radələrinədək davam etdiyi, bundan sonra avtomobilin sağ qabaq oturacağından bir nəfər sərnişinin tibb işçiləri və orda olan digər şəxslərin köməkliyi ilə düşürülərək avtomobildən uzaqlaşdırıldığı, ekranda göstərilən vaxtla saat 21:45:12 radələrində isə avtomobilin çəkilərək hadisə yerindən uzaqlaşdırıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-8/2-4548/2023 saylı məktubda, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə “BC” kateqoriyalı AC 208933 nömrəli on illik sürücülük vəsiqəsinin aldığı, mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında olmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 02 iyul 2023-cü il tarixli, 3829 saylı aktda Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmadığı bildirilmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs “X20” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməklə ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələri, məhkəmə-tibb, məhkəmə-avtotexniki ekspertizalarının rəyləri, yol-nəqliyyat hadisəsi yerinə, nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varislərinin, şahid ifadələri, xx.xx.2023-cü il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol, həmin protokollara əlavə edilmiş foto şəkillər və hadisə yerinin sxemi, məhkəmə-tibbi, məhkəmə əmtəəşünaslıq, kompleks məhkəmə video texniki və məhkəmə yol nəqliyyat hadisələri, əlavə kompleks məhkəmə video texniki və məhkəmə yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə onun CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini isə CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu 16 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş materiallarında olan 02 (iki) ədəd “disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 550 manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2023-cü il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmlə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 550 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar