Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-446/2024 18.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək onun cəzası 06 ilə endirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyuyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bakı şəhəri Nəsimi rayonu, C.Məmmdquluzadə küçəsi ev 186-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi olmadan 2,336 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edərək idarə etdiyi **-XA-*** dövlət nömrə nişanlı, “Xəzər” markalı minik avtomobilinin əl əyləcinin altında olan boşluqda 6 ədəd sellofan bükümdə saxlamış, 07 sentyabr 2023-cü il tarixdə Bakı şəhərindən Altıağac qəsəbəsinə həmin avtomobillə gələrək daşımış, 07 sentyabr 2023-cü il tarixdə Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 dəqiqədə Xızı rayonu Altıağac qəsəbəsi ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Xızı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, 08 sentyabr 2023-cü il tarixdə saat 00:35 dəqiqədən saat 00:46 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş baxış zamanı idarə etdiyi minik avtomobilinin əl əyləcinin altında olan boşluqdan 6 ədəd sellofan bükümlərdə 0,418 qram, 0,381 qram, 0,386 qram, 0,384 qram, 0,396 qram, 0,371 qram çəkidə ümumilikdə külli miqdarda yəni, 2,336 qram miqdarında narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xızı rayonu Altıağac qəsəbəsində yas mərasiminə getmiş və yas mərasimindən qayıdan zaman yolda polis əməkdaşları onu saxlamışdır. Saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə, həmçinin avtomobilinə baxış keçirilmiş, baxış nəticəsində avtomobilindən narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitəni tapmış və özü şəxsi istifadəsi üçün bölərək 6 bükümdə saxlamışdır. Gündə 1-2 büküm narkotik vasitə istifadə etmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olunmamışdır. Öz istifadəsi üçün narkotik vasitələri üzərində saxlamışdır. Əvvəllər də narkotik vasitə istifadə etmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, təxminən 07 sentyabr 2023-cü il tarixində ona məxfi mənbədən Təqsirləndirilən şəxs və onunla birlikdə olan şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı raportla şöbə rəhbərliyinə məruzə etmiş və şöbə rəhbəri tərəfindən həmin şəxslər barəsində təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keşirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra onlar əməliyyat qrupu yaratmış və o, əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. Axşam saat təxminən 7-8 radərində onlar polis şöbəsindən çıxaraq Xıza rayonunun Altıağac qəsəbəsinə yollanmışlar. Altıağac qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” markalı avtomobili görmüş və onu saxladaraq özlərini təqdim etmişlər. Saxlanılan şəxslər heç bir etiraz etməmiş və onları polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi maşınla birlikdə onları şöbəyə gətirmiş və Təqsirləndirilən şəxs müstentiqə təhvil vermişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin olunmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç nə aşkar olunmamışdır. Axtarış zamanı avtomobilinin açarını könüllü şəkildə təqdim etmiş, ondan başqa yerdə narkotik saxlayıb-saxlamadığını soruşduqda maşında narkotik vasitə saxladığını bildirmiş və polis şöbəsinin həyətində onun idarə etdiyi “Xəzər” markalı avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs maşının salonundan əyləcin altından 6 bükümdə narkotik vasitəni təqdim etmiş və həmin bükümlər müstəntiq tərəfindən açılan zaman heroinə bənzər kütlə aşkar olunmuşdur. Müstəntiqin suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümləri tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq niyətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 07 sentyabr 2023-cü il tarixdə Xızı rayon Altıağac qəsəbəsində yas mərasiminə getmişlər. Mərasimdən qayıdan zaman polis əməkdaşları onları saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Üzərilərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmasa da, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları onları avtomobildə saxlamışlar və saxlanılan zaman yox, polis şöbəsində olan zaman avtomobilin içərisinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmasından, onun narkotik vasitə istifadə etməsindən xəbərsiz olmuşdur. Polis əməkdaşları tərəfindən ona heç bir təziq olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, o, Xızı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləmiş, polis kapitanı rütbəsində olmuşdur. 07 sentyabr 2023-cü il tarixdə xx.xx.1984-cü il təvəllüdlü Şahid1, xx.xx.1986-cı il təvəllüdlü Şahid5, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xızı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Şahid2 daxil olmuş məlumatı həmin gün raportla Xızı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən həmin şəxslərin cinayət əməlini ifşa etmək üçün onun ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra Şahid2 əməliyyat tədbirlərinin keçirilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Xızı rayon polis şöbəsinin 07 sentyabr 2023-cü il tarixli 3-13- 80/Ə234/2023 saylı əmri ilə onun və Xızı rayon polis şöbəsinin İTB- nin polis sahə rəisi polis leytenantı Şahid4 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Şahid2 həmin qrupun rəhbəri təyin edilmişdir. Əmrin icrasına nəzarət Xızı rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Məhəmməd Qarayevə həvalə edilmişdir. Saat 19 radələrində onlar birlikdə polis şöbəsindən çıxıb Xızı rayonu Altıağac qəsəbəsinə getmişlər. Xızı rayonu Altıağac qəsəbəsində Təqsirləndirilən şəxs idarə etdiyi "Xəzər” markalı, **-XA-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduğunu görmüşlər. Sonra Həmin avtomobili saxlamışlar. Şahid2 Təqsirləndirilən şəxs, Şahid1 və Şahid5 Xızı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, onların saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün tərəfindən təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini demiş, üzərlərində şəxsi axtarış aparılacağını izah etmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs, Elnur Nəsirov və Şahid5 “Xəzər” markalı, **-XA-*** dövlət nömrə nişanlı avtomobillə birlikdə Xızı rayon polis şöbəsinə gətirilmişlər. Təqsirləndirilən şəxs müstəntiqə təhvil verilmişdir. Vahid Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X22 rayon polis şöbəsinə dəvət edilmiş və Vahidə təqdim edilmişdir. Şahid4 “Samsung” markalı kamera cihazı vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Müstəntiq Vahidə hüquq və vəzifələrini sadalamış, iştirakçılar haqqında məlumat vermiş, üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməsini bildirmişdir. Şəxsi axtarış zamanı Vahid əynində olan qara rəngli şalvarın sağ yan cibindən astma dərmanını, sol yan cibindən idarə etdiyi avtomobilin açarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Vahid üzərində başqa əşyanın olmadığını bildirmişdir. Vüsal nəzarət qaydasında Vahidin üzərini yoxlamış, onun üzərindən başqa əşya, predmet aşkar edilməmişdir. Müstəntiq Vahiddən başqa yerdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmaması barədə soruşmuşdur. Vahid müstəntiqə “Xəzər” markalı, **-XA-*** dövlət nömrə nişanlı avtomobilində narkotik vasitə-heroin saxlamasını bildirmişdir. Müstəntiq Vahidə avtomobilinə baxış keçirilməsi zərurəti olduğunu və Vahiddən buna etiraz edib-etməməsini soruşdu. Vahid avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Vahidin üzərində keçirilən şəxsi axtarış başa çatmışdır. Müstəntiq protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra müstəntiq Vahidə baxış keçirilməsi ilə bağlı ərizə yazmağı təklif etmişdir. Vahid ərizə yazaraq “Xəzər” markalı, **- XA-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Xızı rayon polis şöbəsinin həyətində Vahidin idarə etdiyi avtomobilin yanına getmişlər. Polis sahə rəisi Şahid4 "Samsung” markalı kamera cihazı vasitəsilə baxış istintaq hərəkətini qeydə almağa başlamışdır. Onlar Vahidin iştirakı ilə onun avtomobilinə baxış keçirmişlər. Vahid istifadəsində olan avtomobilin salonunda əl əyləcinin altında olan boşluqdan altı ədəd göy rəngli bükümləri təqdim etmişdir. Müstəntiq həmin bükümlərin içərisini açıb baxdıqda bükümlərdə narkotik vasitə - heroinə bənzər kütlələrin olmasını müəyyən etmişdir. Müstəntiq Vahiddən bu kütlələrin nə olmasını və hansı məqsədlə istifadə etməsini soruşduqda Vahid müstəntiqə həmin kütlələrin heroin olmasını, həmin kütlələri şəxsi istifadəsi üçün saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Müstəntiq aşkar edilmiş kütlələri bükümləri ilə birlikdə bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim olunacağını bildirdimişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, o, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir (cild 1, iş vər. 97-100). Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, o, təxminən 10 aydır ki, narkotik vasitə istifadəçisi olmuşdur. “Şüşə” adlanan psixotrop maddədən istifadə etmişdir. Psixotrop maddə olan “şüşə”ni əsas etibarı ilə falqaya qoyub çəkməklə qəbul etmişdir. 05 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı binanın arxa hissəsində az yaşlı övladı Hüseyn İsazadəni gəzdirərkən yerdə "Winchester" markalı siqaret qutusu görmüşdür. Yerdən həmin siqaret qutusunu götürüb içərisinə baxarkən bükümləri görmüşdür. Az yaşlı övladı yanında olduğu üçün bükümləri açıb içərisinə baxmamışdır və həmin siqaret qutusunu cibinə qoymuşdur. Oğlunu evə qoyduqdan sonra siqaret qutusunu açıb içərisinə baxmışdır və qutunun içərisində 9 ədəd büküm və 2 ədəd metodon həbi olmuşdur. Həmin vaxt bükümlərin bir neçəsini açıb içərisinə baxarkən narkotik vasitə heroin və psixotrop maddə - metamfetamin olduğunu görmüşdür. Əsasən “şüşə” yəni, metamfetamin istifadə etdiyi üçün həmin bükülülərin birinin içərisindən şüşədən az bir miqdarda götürüb istifadə etmişdir. Qalan hissəsini isə qutunun içərisinə sonra istifadə etmək üçün qoymuşdur. 06 sentyabr 2023-cü il tarixdə tanışı Vahidə mobil telefonla zəng edərək Vahidə Altıağac qəsəbəsində yaxın dostu Kənanın atasının yas mərasiminə onunla birlikdə getməyini təklif etmişdir. Vahid ona razılıq verib özünəməxsus avtomobillə gedəcəklərini söyləmişdir. 07 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Altıağac qəsəbəsinə getmək üçün Vahidə zəng etmişdir. Vahid idarə etdiyi "Xəzər” markalı, **-XA- *** dövlət nömrə nişanlı avtomobillə tanışı Vüqar adlı şəxslə birlikdə onu Bakı şəhərindən götürüb yola çıxmışlar. Təxminən 2 saatdan sonra Altıağac qəsəbəsinə çatmışlar. Yas mərasimində iştirak edib bir qədər dağ havası aldıqdan sonra Bakı şəhərinə qayıtmağa qərar vermişlər. Xızı rayonu Altıağac qəsəbəsi ərazisində Vahid avtomobillə hərəkət edərkən polis əməkdaşları Vahidə əl edərək avtomobili saxlamağı tələb etmişlər. O idarə etdiyi avtomobili saxlamışdır. Polis əməkdaşları xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını, üzərlərində şəxsi axtarış aparılmalı olduğunu demişlər. O polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsinə və polis şöbəsində üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Polis əməkdaşları onları Xızı rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. O Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Vəkil Bürolarının siyahısı ilə tanış olub Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 özünə vəkil seçmişdir. Bundan sonra X16 rayon polis şöbəsinə dəvət edilmiş və ona təqdim edilmişdir. Hüquq və vəzifələri ona izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Müstəntiq üzərində olan qanunsuz əşyaları çıxanb təqdim etməyini təklif etmişdir. O əynində olan göy rəngli şalvarın sol yan cibindən iki gün əvvəl tapdığı içərisində narkotik vasitə və psixotrop maddələr olan siqaret qutusunu təqdim etmişdir. Müstəntiq bükümlərin içərisindəki maddəyə baxaraq narkotik vasitə - heroinə və psixotrop maddə metamfetaminə bənzədiyini demişdir. Müstəntiq üzərindən aşkar olunmuş kütlələri büküləri ilə birlikdə ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O və müdafiəçisi Pərvanə Hüseynova zərfin üzərinə imza çəkmişlər. Müstəntiq üzərimdən aşkar olunmuş kütlələri zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Müstəntiq tərtib etdiyi protokolları oxumuş, protokol düzgün olduğu üçün o imzası ilə təsdiq etmişdir (cild 1, iş vər. 88-91). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Xızı Rayon Polis Şöbəsinə xx.xx.1984-cü il təvəllüdlü Hacıqabul rayonunda anadan olmuş, Abşeron rayon Mehdiabad qəsəbəsi Binəqədi gənclər şəhərciyi ev 1, mənzil 11-də qeydiyyatda olan və yaşayan Şahid1, xx.xx.1986-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şahid5, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X5 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşınması və satması ilə məşğul olan xx.xx.1984-cü il təvəllüdlü Hacıqabul rayonunda anadan olmuş, Abşeron rayon Mehdiabad qəsəbəsi Binəqədi gənclər şəhərciyi ev 1 mənzil 11-də qeydiyyatda olan və yaşayan Şahid1, xx.xx.1986-cı il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şahid5, xx.xx.1981-ci il təvəllüdlü ünvan 3ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs "Xəzər" markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə 07.09 2023-cü il tarixdə saat 20:00-da Xızı rayonu Altıağac qəsəbəsi ərazisində saxlanılaraq Xızı Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 00:35 dəqiqədən saat 00:46 dəqiqəyədək olan müddət ərzində Xızı Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə videoçəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-XA-*** dövlət nömrə nişanlı, “Xəzər” markalı minik avtomobilin salonunda əl əyləcinin altında olan boşluqda şəffaf bükümün içərisində altı ədəd göy rəngli büküm aşkar edilmişdir. Bükümlər açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitəheroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin heroin olmasını, heroini tapdığını, şəxsi istifadəsi üçün avtomobilində saxladığını, heç kəsə narkotik vasitə satmadığını bildirmiş, baxışın əks olunduğu video görüntü CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vər. 32-36). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2023cü il tarixli 3-16-16/2-6/4786 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №131” dairəvi möhür əksləri olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə - heroinə bənzər kütlələr..." sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 06 (altı) ədəd bükümdəki təmiz çəkiləri - 0,418 qram, - 0,381 qramt - 0,386 qram, - 0,384 qram, - 0,384 qram, - 0,396 qram, 0,371 qram, ümumi təmiz çəkisi - 2,336 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vər. 45-50). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 8061 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vər. 132). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vər. 137-150). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, Xızı Rayon Polis Şöbəsinə xx.xx.1984-cü il təvəllüdlü Hacıqabul rayonunda anadan olmuş, Abşeron rayon Mehdiabad qəsəbəsi Binəqədi gənclər şəhərciyi ev 1, mənzil 11-də qeydiyyatda olan və yaşayan Şahid1, xx.xx.1986-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şahid5, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X5 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə şəxsə məxsus **- XA-*** dövlət nömrə nişanlı, “Xəzər” markalı minik avtomobilə baxış zamanı avtomobilin salonunda əl əyləcinin altında olan boşluqda şəffaf bükümün içərisində altı ədəd göy rəngli büküm aşkar edilmişdir. Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə X5 idarə etdiyi avtomobilə müdafiəçinin də iştirakı ilə video çəkilişlə baxış keçirilərkən narkotik vasitə aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, 2012 və 2020-ci il təvəllüdlü qızları ilə) birlikdə Bakı şəhəri Nəsimi rayonu, C.Məmmdquluzadə küçəsi ev 186-da yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 101-104). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü (X11) və xx.xx.2020-ci il təvəllüdlü (X14) azyaşlı uşaqları var (cild 01 iş vər. 107-108). Təqsirləndirilən şəxs himayəsində iki azyaşlının uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək onun cəzası 06 ilə endirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyuyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 135-136). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə şəxsin əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum oluduğu cinayət əməli ağır cinayət sayıldığından və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 06 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olan Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 78-79). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Xızı Rayon Polis Şöbəsində saxlanılan 2,216 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 89 AZN (səksən doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358 -ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlə tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı Rayon Polis Şöbəsində saxlanılan 2,216 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 89 AZN (səksən doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-446/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-446/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver