Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-447/2023 17.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – X3, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X18, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi- X19 və təqsirləndirilən şəxsin iştirakları ilə , 08 iyul 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Binəqədi rayonu 179 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Muğangəncəli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X22 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığı dövrdə 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “OBA” marketin yaxınlığında yetkinlik yaşına çatmayan 20 iyun 2006-cı il təvəllüdlü X10 hadisədən bir qədər əvvəl onun velosipedinə təpik vurmasım və arxası ilə danışmasına görə irad bildirərkən aralarında baş vermiş mübahisə zəminində o, üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı sol əlində tutaraq qəsdən iki dəfə G.E.Ağaməmmədovun bədən nahiyəsindən vurub ona sol kürəkaltı nahiyənin sol plevra boşluğuna nüfuz edən sol ağciyəri dəlib keçərək diafraqmanı yaralayan, sol tərəfli İX qabırğanı hissəvi zədələyən hemopnevamtoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən l (bir) ədəd, sol bazu nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan həyatı üçün təhlükəli olan bədən xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş zərər çəkmiş və şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X22 ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, dostları ilə playstation oynamaqda olmuşdur. Gərayda onunla olmuşdur. O, dostu ilə zarafat etmişdir. Gəray zarafatı onunla etdiyimi düşünmüşdür. Gəray söhbəti ciddi qəbul edib velosipedinə təpik vurmuşdur. Aralarında mübahisə yaranmışdır. Gəray ona yumruq atmışdır, o da özündə olmamışdır. Əsəbi olmuşdur. Törətdiyi əməldən peşmandır. 9-cu sinif şagirdidir. 2018-2019cu ildən Gərayı tanımışdır. Gəray onun sifətinə yumruq vurmuşdur Gərayın harasından vurduğunu bilməmişdir. Bıçağı tapmışdır. Gərayın dostu bışağı onun əlindən almışdır. Onu növbəti dəfə vurmayaqdır. Hadisədən sonra evə getmişdir. Anası bıçağı gizlətməmişdir. Kömək etmək istəmiş, Gərayın dostları hadisə yerində olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində özündə olmamışdır. Anası bıçağı gizlətməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, sonuncuya vurulmuş maddi və mənəvi ziyanı tam şəkildə aradan qaldırmasının nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, anası Sevər İmanova, nənəsi Sevda ilə birlikdə yaşayır və Binəqədi qəsəbəsində yerləşən 179 saylı tanı orla məktəbin 9 D sinifində oxuyur. Uşaq vaxtlarından heç bir psixi xəstəliyi, qusuru olmayıb və indi də yoxdur. Baş vermiş hadisə barədə fikrini sərbəst və aydın ifadə edə bilir. X20 təxminən 3-4 ildir tanıyır, onunla «Kristal» parkda valeybol oynadıqları vaxt tanış olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmayıb, indi də yoxdur. Gəray ilə aralarında mehribanlıq olduğundan, bəzən bir-birinin evinə gedib- gəlmiş, çox vaxt Xırdalan şəhərindəki “Ana bala” parkda görüşüb, birlikdə velosiped sürmüşlər. 03 avqust 2022-ci il tarixdə, saat 21 radələrində Xırdalan şəhərindəki, “OBA” marketin yaxınlığında dostları Rəşad Həsənli, Mustafayev Məhəmməd, Röyal, İlkin ilə biryerdə olduğu vaxt, Gərayın kiçik qardaşı Yusifi, dayısı oğlu Əlini, dostu Əlini görmüş və bir dost kimi onun yanında dostları ilə salamlaşıb görüşmüş, həmin vaxt Gəray onun velosipedinin qabaq təkərinə təpik vurub ona demişdir ki, nə deyir? O, da Gəraya demişdir ki, niyə belə edirsən. Gəray isə bunun əvəzində onu söymüş və söhbəti davam etdirmək üçün yaxınlıqdakı “OBA” marketin arxasına çağırmış, biryerdə ora getmişlər. “OBA” marketin arxasında Gərayla mübahisə vaxtı Gəray yumruqla onun sifətinin sol tərəfindən vurmuş, o, da həmin vaxt əynindəki şalvarının sol yan cibində olan biçağı çıxardıb açmış və Gərayı biçaqla vurmuşdur. Gəraya vurduğu bıçaq zərbələri onun hansı nahiyyələrinə dəydiyini xatırlamır. Həmin vaxt Gəray ilə dostluq edən Turan araya girmiş və qolundan tutmuşdur. Həmin vaxt bıçağın üstündə qan olduğunu və Gərayın yerə yıxıldığını görmüş, qorxduğuna görə oradan qacıb getmişdir. Gəraya neçə bıçaq zərbəsi vurmağı yadında qalmamışdır. Oradan evinə gəlmiş və hadisə barədə anasına danışmışdır. Anası Sevər onu eldiyi bu hərəkətinə görə danlamışdır. Evə gəldikdə bıçağı evlərinin liftinin yuxarı hissəsinə qoyaraq, gizlətmişdir. Gəray onu söyməsə, yumruqla vurmasaydı, o, da onu bıçaqla vurmazdı. Sonradan eşitmişdir ki, Gəraya yetirdiyi xəsarət nəticəsində onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, onlar məhlənin aşağısında oturmuşdurlar. Nurlangil playstationdan gəlmişdirlər. Sonra aralarında zarafat olmuşd və o velesipede təpik atıb. Söyüş söymüşdür. Nurlan gedib gəldikdən sonra onunla alaşmış və bıçaqla vurmuşdur. Evə gəlmiş və atasının dostu Azər adlı şəxs təcili tibbi yardıma zəng etmişdir. Nurlan demişdir ki, gözlə gəlirəm. Hardasa 15-20 dəqiqə keçmişdir. Qaranlıq olmuşdur, bıçaq kürəyinə dəymişdir. X32 almışdır. Nurlan qorxmuşdur. Təqsirləndirilən şəxslə barışmış, ona dəyən ziyan tam ödənilmişdir. Şikayət və tələbi yoxdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi şahid X26 ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi şahid X19 ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, oğlu Nurlan, anası Sevda ilə birlikdə yaşayır. 2006-cı ildə əslən Hacıqabul rayonundan olan X11 ilə ailə həyatı qurmuş və Nurlan adlı bir oğlan uşaqları anadan olmuşdur. Əri Davud 2018-ci ildə vəfal elmişdir. Həmin vaxtdan oğlu Nurlanı tək özü böyüdür və əvvəllər Xırdalan şəhərində kirayədə yaşamışlar. Hadisədən sonra anasının yaşadığı Binəqədi qəsəbəsinə köçmüş və hazırda oğlu ilə birlikdə orada yaşayır. Oğlu Nurlan əvvəllər Xırdalan şəhərində yerləşən 2 saylı orla məktəbdə oxumuş, 2022-ci ilin sentyabr ayından Binəqədi qəsəbəsində yerləşən 179 saylı tam orta məktəbin 9 D sinifində oxuyur. 03 avqust 2022-ci il tarixdə, saat 21 radələrində Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdə olan zaman oğlu Nurlan dostları, Məhəmməd və Rəşadla birlikdə evə gəlib demişdir ki, Xırdalan şəhərində olan zaman tanışı Gəray adh şəxs söyüş söyərək yumruq və təpiklə vurduğuna görə oğlu Nurlanda Gəraya bıçaqla xəsarət yetirmişdir. Görmüşdür ki, oğlu bərk qorxub əlləri əsir, rəngi ağarıb. Nurlanı evdə qoyub dostları Məhəmməd və Rəşadla birlikdə hadisə baş verən yerə getmiş, lakin hadisə yerində heç kimin olmadığını görüb evə qayıtmışdır. Oğlu Nurlanla evdə olan zaman Abşeron Rayon Polis İdarəsinin əməkdaşları oğlunun mobil telefonuna zəng elmişlər. Telefonda polis əməkdaşları ilə danışıb yaşadıqları ünvanı onlara demiş, bir qədər sonra polis əməkdaşları yaşadığı ünvana gəlib oğlu Nurlanla birlikdə onları polis idarəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ana nənəsi X14 ilə biryerdə yaşayır. Atası Elnurla anası Səbuhə o, bir yaşında olanda ayrılmış, o, nənəsi Süsənin himayəsində yaşayır. Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbin 9a saylı sinifində oxuyur. X15 3-cü sinifdə oxuduğu vaxtdan tanımışdır. Gəray Ağaməmmədovu əvvəllər tanımamış, yalnız Xırladanda parkda görüb salamlaşmışlar. 03 avqust 2022-ci ildə saat təxminən 21 radələrində o, Nurlan, Rəşad və Röyal Xırdalan şəhərində yerləşən 28-ci məhəllədə playsteyşin oynadıqdan sonra dördü də birlikdə “OBA” marketin qabağına gəlmişlər.Həmin vaxt görmüşdür ki, Gəray və tanımadığı dostları orada söhbət edirlər. Sonra Nurlan və digər dostları Gəraygilin yanına getmişlər. Həmin vaxtı Nurlan öz dostu ilə zarafat etmiş, bu vaxt Gəray gəlib demişdir ki, onun dostu ilə niyə zarafat edir. Nurlan Gəraya demişdir ki, öz dostu ilə zarafat edir, ona nə olub.Bu vaxt Gəray Nurlanın velosipedinə təpik vurmuş, Nurlan demişdir ki, nəyə görə velosipedinə təpik vurur. Bunun üstündə Nurlanla Gəray bir-biri ilə mübahisə elməyə başlamışlar.X37 demişdir ki, burda gözləsin gəlir və Nurlan çıxıb getmişdir. Təxminən 5 dəqiqədən sonra Nurlan onların yanına gəlmiş, Nurlanla Gərayın mübahisə etdiklərini, Nurlanın Gərayı təpiklə vurmasını görmüş, həmin vaxl görmüşdür ki, Gərayın qolundan və kürəyindən qan axır. Sonra Nurlan qaçıb getmiş, onun arxası ilə gedib parkda onu taparaq soruşmuşdur ki, Gərayı nə üçün vurub, Nurlan demişdir ki, Gəray ona söydüyü üçün onu vurmuşdur. Daha sonra Nurlanla biryerdə onların evlərinə getmiş, bir qədər sonra polis əməkdaşları gəlib Nurlanı polis idarəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, valideynləri ilə biryerdə yaşayır və Xırdalan şəhərində yerləşən 9 nömrəli orta məktəbin 9c sinifində oxuyur. 03 avqust 2022-ci il tarixdə saat təxminən 21 radələrində tanışları Nurlan, Məhəmmədiyyə, Royalla birlikdə Xırdalan şəhərində yerləşən playsteyşn salonda oyun oynadıqdan sonra vaxtları bitdiyi üçün küçəyə çıxmışlar. Həmin vaxt görmüşdür ki, Gəray və dostları orada dayanıb söhbət edirlər. Gərayın dostları onların yanına gəlib salamlaşmışlar. Nurlan Gərayın dostu ilə mübahisə edən zaman Gəray Nurlana nə üçün onun dostu ilə mübahisə etdiyini bildirmişdir. Bunun üstündə Gərayla Nurlanın mübahisəsi baş vermiş, görmüşdür ki, Gəray Nurlanın velosipedinə təpik vurdu. Buna görə Nurlan Gəraya demişdir ki, burada dayan gəlirəm. Bir qədər sonra Nurlan geri qayıtmış və yenidən Gərayla mübahisə etməyə başlamışlar. Həmin vaxtı Gəray və Nurlan ondan bir qədər aralıda olmuşlar. Bu vaxt Gərayın yerə yıxıldığını, kürəyindən qan axdığını, Nurlanın isə qaçıb getdiyini görmüşdür. Daha sonra o, Məhəmmədiyyə və Röyal Nurlangilin evlərinə getmişlər. Bir qədər sonra Nurlangilin evlərinə polis əməkdaşları gəlib onu polis idarəsinə aparmışlar. Şahid X4 məhkəmədə elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür, valideyinləri ilə birlikdə yaşayır. Həmin evdə ondan böyük qardaşı Gəray, bacıları Aynur və Sevinc yaşayır. Xırdalan şəhərində yerləşən 9 saylı tam orta məktəbin 6-cı sinifində oxuyur. Uşaq vaxtlarından heç bir psixi xəstəliyi, qusuru olmayıb və indi də yoxdur. Baş vermiş hadisə barədə fikrini sərbəst və aydın ifadə edə bilir. 03 avqust 2022-ci il tarixdə, saat 21 radələrində qardaşı Gəray, Gərayın Əli adlı 2 dostu ilə Xırdalan şəhərindəki “Ana bala” parkında gəzdikləri vaxt, qardaşı Gərayın dostu Nurlan velosipedlə onun yanına gəlmişdir. Nurlanın yanında dostları Rəşad, Məhəmməd, Röyal olmuşdur. Onlar Gərayın yanına gəldikdə o, Əli ilə onlardan təxminən 20-30 metr aralıda gəzmiş, onların arasında nə söhbət olduğunu bilməmişdir. Gərayın yanında isə başqa dostu Əli olmuşdur. Sonra da Nurlanın velosipedi ilə getdiyini görmüşdür. Bir qədər sonra Nurlanın dostları İlkin və Rəşad ilə qayıtdığını görmüş, onların danışıqlarını eşitməsədə hərəkətlərindən bir-biriləri ilə mübahisə etdiklərini görmüş, buna görə onların yanına qayıtmışdır. Orada qardaşı Gəray ona pul verib demişdir ki, gedib özlərinə sok alsınlar. Buna görə də o, Əli ilə oradan özlərinə sok almağa getmişlər. Bir müddətdən sonra Gəray və Nurlangilin oradakı “Oba” marketin arxa tərəfinə getdiklərini görmüş, tez onmların yanına getmişdir ki, görsün onların arasında nə olacaq. Orada Nurlan ilə Gəray arasında olan söhbət zamanı, Nurlan qardaşı Gəraya söydükdə, Gəray yumruqla Nurlanın sinəsindən vurmuş və qayıdıb gedəndə görmüşdür ki, Nurlan əlində bıçaqla Gəraya arxadan bir dəfə bıçaqla vurmuşdur. Gəray geri dönüb baxdıqda, Nurlanın Gəraya vurduğu ikinci bıçaq isə Gərayın qolundan dəymiş, Gərayın kürəyindən və qolundan qan axmışdır. Gəray yerə yıxılaraq əynindəki qısa qol köynəyinin kürək hissəsində və qolunda qan olduğunu, Nurlanın qaçıb getdiyini görmüşdür. Gərayı oradan Əli adında olan 2 dostu, Turan adında başqa dostu ilə evlərinə aparmışlar. Sonra təcili yardım maşını gəlmiş və Gərayı xəstəxanaya aparmışlar. Orada başqaları dalaşmamış, qardaşı Gərayı ancaq Nurlan bıçaqla vurmuş, başqası onu vurmamışdır. (cild 1, iş vərəqə 21-23) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, “OBA” marketin arxa tərfində yerləşən ağaclıqdır. (cild 1, iş vərəqə: 7-8) Cinayət işinin materiallarında olan “Baxış və götürmə aparılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X9 təqdim etdiyi bir ədəd bıçağa baxış keçirilərkən müəyyən edildi ki, həmin bışaq kəsici və batıcıdır, tiyəsi birtərəfli kəsicidir. Dəstəyi və tiyəsi qara rənglidir, qatlanandır, ümumi uzunluğu 21 sm, tiyəsinin uzunluğu 9 sm, dəstəyinin isə 12 santimetrdir, buçağın üzərində sürtünmə nəticəsindən müxtəlif izlər vardır. X5 təqdim etdiyi bir ədəd bıçaq iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq, götürüldü. (cild 1, iş vərəqə: 49-50) Cinayət işinin materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şahid X9 istintaqda vermiş olduğu ifadəsini yerində yoxlamaq məqsədilə X9 göstərdiyi yol ilə Abşeron rayon, Xırdalan şəhərində yerləşən “OBA” marketin yaxınlığına gəldik və orada X22 avtomaşından düşərək həmin marketin arxasına gedib. Oranı göstərib bildirdi ki, 03 avqust 2022-ci il tarixdə. Saat 21 radələrində tanışı X33 oğlu ilə aralarında olan mübahisə zamanı, Gərayı Ağammədov onu söydüyünə və yumruqla sinəsindən vurduğuna görə əynindəki şalvarının yan cibində olan bışağı çıxardıb açaraq, onu qorxutmaq üçün vurmuşdur. Müəyyən edildi ki, OBA marekt iki mərtəbəlidir, hadisə marketin arxasında, ağaclar olan yerdə baş vermişdir. (cild 1, iş vərəqə: 58-59) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» X34 şəxsi Abşeron rayon şöbəsinin verdiyi 21 sentyabr 2022-ci il tarixli 2151 №-li ekspert rəyindən görünür ki, vətəndaş X3 bədən səthində aşkar edilmiş xəsarətlər- sol kürəkaltı nahiyənin sol plevra boşluğuna nüfuz edən sol ağciyəri dəlib keçərək diafraqmanı yaralayan, sol tərəfli İX qabırğanı hissəvi zədələyən hemopnevamtoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd, sol bazu nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti deşicsi-kəsici əşyanın (əşyaların) və ya alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 03 avqust 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 1, iş vərəqə: 83-86) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 20 oktyabr 2022-ci il tarixli 3/1300 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, hal hazırda təyinatı üzrə istifadəyə yararsızdır, üzərində sonradan təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. (cild 1, iş vərəqə: 123-127) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 20 oktyabr 2022-ci il tarixli 3/1300 saylı ekspert rəyində qeyd edilmiş bir ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı iş üzrə 07 mart 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınaraq Bakı şəhəri, Səbail RPİ-də saxlanılır. (cild 1, iş vərəqə: 217) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X25 Hüquqi şəxsin verdiyi 18 oktyabr 2022-ci il tarixli 2776 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, X12 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, N.D.İbrahimov əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində X9 idrak prosesləri (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.), əqli və psixi inkişafı, intelleklualmnestik imkanları normaya uyğun olmaqla, onda gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. X12 hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X22 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə elmək iqtidarındadır. Cinayət işi materiallarına əsasən X22 əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir. X22 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X22 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X9 hazırkı psixi vəziyyətinə görə psixatrik müalicəyə ehtiyacı yoxdur. X12 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilmir. X9 əməli Azərbaycan Respublikası CM-nin 21- ci və 22-ci maddələrinin təsiri altına düşmür. X22 özünə hörmət tələb etmək, ünsiyyətçilik, özünü psixoloji müdafiə elməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. X6 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. X9 əqli və psixi inkişafı normaya uyğundur. O, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (cild 1, iş vərəqə: 158-161) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X25 Hüquqi şəxsin verdiyi 29 noyabr 2022-ci il tarixli 3172 saylı ekspert rəyindən görünür ki, X21 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində X3 idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışlarını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. X21 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. X7 həmçinin göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, ona qarşı törədilən əməlin faktiki xarakterini və ictimai ləhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. X21 hazırki psixi vəziyyətinə görə o, öz hərəkətinin mənasını dərk etmək və idarə etmək iqtidarındadır. X3 əqli və psixi inkişafında gerilik əlamətləri müşahidə olunmur. X7 özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. X21 az ünsiyyətçilik, sakit təbiəllilik, özünəməxsus prinsipə malik olmaq və s. Kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. X21 təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət elməyə meyillilik əlamətləri müşahidə olunmadı. X3 əqli və psixi inkişaf normaya uyğundur. O, öz hərəkətlərinin mahiyyətini qavraya, dərk edə və bu barədə məlumat verə bilər. X3 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı davranışına mühüm təsir göstərə bilən fərdi-psixi xüsusiyyətləri müəyyən olunmadı. (cild 1, iş vərəqə: 164-168) Cinayət işinin materiallarında olan Elm və Təhsil Nazirliyi, Bakı şəhəri Təhsil İdarəsinin, Bakı şəhəri Binəqədi rayonu, Q.Baxşıyev adına 179 №-li tam orta məktəbin 15 mart 2023-cü il tarixli arayışından görünür ki, X22 həmin məktəbin 9-cu sinifində oxuyur. (cild 1, iş vərəqə 93) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X22 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. (cild 1, iş vərəqə 244) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, X22 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 207) Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs X16 məhkəməyə təqdim etmiş olduğu ərizədən görünür ki, X17 qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs X22 ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək öz müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cı maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs X9 əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən X9 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X9 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən X9 barəsində təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki X17 azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 uyun tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığ hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 1.cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 3. Yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə X9 azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə təqsirləndirilən şəxs X9 əməlini səmimi şəkildə etiraf edərək peşman olduğunu bildirməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması və ən əsası onun cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə X17 01 (bir) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən X9 üzərinə müəyyən vəzifələrin qoyulması məqsədə müvafiqdir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxs X9 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, 09 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. X22 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. X17 tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri, Səbail RPİ-də saxlanılan bir ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X22 oğlundan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, X17 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində X9 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. X9 davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. X17 tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X22 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Səbail RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş məişət təyinatlı turist bıçağı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat X8 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-447/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-447/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver