Məhkəmə qərarları › İş №1(124)-449/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-449/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-449/2024 10.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - X9 (sədrlik edən), X11 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 iştirakları ilə, xx xxxxx 1990-cı ildə Xaçmaz rayonu, Ağyazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu, Ağyazı Buduq kəndində daimi qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 177.2.2, 177.2.3, 182.2.2, 182.2.3 və 232.1-ci maddələri ilə, 28 avqust 1995-ci ildə Xaçmaz rayonu, Ağyazı kəndində anadan olmuş, Xaçmaz rayonu, Ağyazı Buduq kəndində daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.6-cı maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Xaçmaz rayonu, Ağyazı Buduq kəndi ərazisində yerləşən yaşadıqları evin həyətindəki 01 otaqlı tikiliyə narkotik vasitəni orada saxlanılmasını ehtimal edərək daxil olmuş Zərərçəkmiş şəxs1 həmin yerdə yaxalayaraq birlikdə elektrik naqilini silah kimi istifadə edib naqillə zərərçəkmiş şəxsin əllərini bağlayaraq naqilin digər ucunu tavandakı taxtaya bərkitməklə sonuncunun hərəkətini tam məhdudlaşdırıb xx.xx.2022-ci il tarix saat 11 radələrinədək qeyd olunan tikilidə qanunsuz saxlayıb Zərərçəkmiş şəxs1 azadlıq hüququnu məhdudlaşdırmışlar. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah kimi istifadə edilən əşyalardan istifadə etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 adam oğurluğu ilə bağlı olmayan, qanunsuz azadlıqdan məhrum etmişlər.Həmin müddət ərzində Təqsirləndirilən şəxs1 razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla istifadəsində olmuş “Redmi Note 9 Pro” markalı mobil telefon vasitəsilə əlləri bağlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 foto şəkillərini çəkib plastik boru ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub zor tətbiq edərək zərərçəkmiş şəxsin qardaşı Zərərçəkmiş şəxs2 hadisə yerinə dəvət edib Zərərçəkmiş şəxs1 şəkillərini kənd camaatı arasında yayıb sonuncunu oğru kimi təqdim etməklə rüsvayedici məlumatları yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs2 5000 manat məbləğində pul vəsaitini tələb edərək 09 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 3500 manat məbləğində pul vəsaitini almış, Habelə Təqsirləndirilən şəxs1 təkrar, zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmiş, yəni təkrar, zor tətbiq etməklə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Xaçmaz rayonu, Ağyazı Buduq kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindəki tövləyə qapıdan qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs4 məxsus 3000 manat dəyərində 7 illik, diri çəkisi 500 kiloqram olan, dişi cinsli bir baş inəyi qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan əlavə, o, təkrar eyni niyyətlə 30 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayonu, Ağyazı Buduq kəndinin mərkəzi hissəsində yerləşən mağazanın yaxınlığında Zərərçəkmiş şəxs1 şəkillərini kənd camaatı arasında yayıb sonuncunu oğru kimi təqdim etməklə rüsvayedici məlumatları yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 əlavə olaraq 500 manat məbləğində pul vəsaitini təkrar tələb etmiş, bununla da o, təkrar zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Bundan başqa, o, təkrar eyni niyyətlə 2023-cü ilin yanvar ayının əvvəllərində günorta saatlarında Xaçmaz rayonu, Ağyazı Buduq kəndinin mərkəzi hissəsində yerləşən mağazanın yaxınlığında Zərərçəkmiş şəxs1 şəkillərini kənd camaatı arasında yayıb sonuncunu oğru kimi təqdim etməklə rüsvayedici məlumatları yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 yenidən 500 manat məbləğində pul vəsaitini təkrar tələb etmiş, bununla da o, təkrar zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Bundan əlavə, o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Xaçmaz rayonu, Ağyazı Buduq kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindəki tövləyə qapıdan qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 məxsus 2400 manat dəyərində 3 illik, diri çəkisi 350 kiloqram, qarnında balası olan, dişi cinsli bir baş inəyi qanunsuz götürüb apararaq oğurluq etmiş, yəni təkrar, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar eyni niyyətlə 2023-cü ilin fevral ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs6 məxsus Xaçmaz rayonu, Ağyazı Buduq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq hər birinin dəyəri 5 manat olan 45 manat dəyərində 09 ədəd döşək üzlüyünü, dəyəri 15 manat olan 01 ədəd göy rəngli yorğanı, dəyəri 200 manat olan 10 litrlik odun samovarını, dəyəri 100 manat olan 01 ədəd 2x5 m ölçülü xalçanı, dəyəri 40 manat olan 01 ədəd 0,8x3,8 m ölçülü xalçanı, hər birinin dəyəri 10 manat olan 20 manat dəyərində 02 ədəd ağ-yaşıl rəngli ədyalı, hər birinin dəyəri 5 manat olan 15 manat dəyərində 03 ədəd döşəkçəni, dəyəri 110 manat olan “Quicks" markalı, 8 kq-lıq paltaryuyan maşını, dəyəri 80 manat olan “Güvən” markalı, 20 litr tutumlu su qızdırıcısnı, dəyəri 45 manat olan “Agro" markalı, 16 litr həcmli, dərman səpən cihazı, dəyəri 180 manat olan “LG” markalı, 32CS460T modelli televizoru, hər birinin dəyəri 5 manat olan 10 manat dəyərində 02 ədəd boz rəngli, dəmir vedrəni, dəyəri 45 manat olan “Marquis” markalı, EC-3 modelli hidroforu, dəyəri 25 manat olan “Hidroterm” markalı dreli, dəyəri 110 manat olan “Marquis” markalı, MKP62 modelli su nasosunu, ümumi dəyəri 10 manat olan “Maga" markalanma göstəriciləri olan 06 ədəd stəkanı, hər birinin dəyəri 20 manat olan 40 manat dəyərində 02 ədəd ovalvari, göy-sarı rəngli boşqabı, hər birinin dəyəri 5 manat olan 55 manat dəyərində 11 ədəd ağ rəngli, üzərində “Fine Proscelain” markalanma göstəriciləri olan boşqabı, hər birinin dəyəri 5 manat olan 10 manat dəyərində 02 ədəd qara-ağ rəngli boşqabı, hər birinin dəyəri 20 manat olan 40 manat dəyərində 2 ədəd ovalvari, ağ-sarı rəngli boşqabı, dəyəri 10 manat olan dəmir tavanı, dəyəri 20 manat olan əl ilə istifadə olunan ətçəkən maşını, dəyəri 10 manat olan samovar borusunu qanunsuz götürüb apararmaqla ümumilikdə özgənin əmlakı olan Zərərçəkmiş şəxs6 məxsus 1235 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır Bundan əlavə, o, təkrar eyni niyyətlə 15 mart 2023-cü il tarixdə saat 22 radələrində əmisi Zərərçəkmiş şəxs3 Xaçmaz rayonu, Ağyazı Buduq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 məxsus dəyəri 800 manat olan, odlu silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, “Vinçester” tipli, 12 kalibrli, “Kral Arms A-TAC'1 modelli, “15-K02546” nömrəli, pompalı, təklüləli 01 ədəd tüfəngini, hər birinin dəyəri 2,80 manat olan, zavod üsulu ilə hazırlanmış, 12 kalibrli, döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 28 manat dəyərində 10 ədəd patronu, hər birinin dəyəri 8 manat olan, həmin tüfəngdə istifadə olunması üçün nəzərdə tutulmuş 16 manat dəyərində 02 ədəd şoku (boğucunu), dəyəri 8 manat olan, silahın lüləsinin ağızlıq hissəsinə bağlayıb-açmaq üçün nəzərdə tutulmuş 01 ədəd açarı, dəyəri 10 manat olan, qeyd olunan ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş 01 ədəd dəstəyi, dəyəri 33 manat olan 16 patron tutumlu 01 ədəd patrondaşını, dəyəri 8 manat olan 01 ədəd avadanlıq qabını, dəyəri 228 manat olan 38 kiloqram qabıqlı fındığı qanunsuz götürüb aparmaqla ümumilikdə özgənin əmlakı olan Zərərçəkmiş şəxs3 məxsus 1131 manat məbləğində ziyan vurmaqla qeyd olunan əşyaları talamış, bununla da o, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, habelə odlu silahı və döyüş sursatını talamışdır. Bundan əlavə, o, təkrar eyni niyyətlə 18 mart 2023-cü il tarixdə saat 18 radələrində Xaçmaz rayonu, Ağyazı Buduq kəndi ərazisindən keçən "Ağçay” çayının yaxınlığında Zərərçəkmiş şəxs1 şəkillərini kənd camaatı arasında yayıb sonuncunu oğru kimi təqdim etməklə rüsvayedici məlumatları yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs2 1500 manat məbləğində pul vəsaitini təkrar tələb etmiş, bununla da o, təkrar zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Bununlada Təqsirləndirilən şəxs1 Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 177.2.2, 177.2.3, 182.2.2, 182.2.3 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 177.2.2, 177.2.3, 182.2.2, 182.2.3 və 232.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 2022-ci ilin noyabr ayının ortalarında pula ehtiyacı olduğu üçün Xaçmaz rayonu, Ağyazı Buduq kəndində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs4 məxsus heyvanları oğurlamaq qərarına gəlmişdir.. Oğurluq etdikdən sonra mal-qaranı satmaq üçün Xaçmaz şəhərində “Qazel" markalı yük avtomobilinin sürücüsü kimi tanıdığı Nurlan adlı şəxslə 24 noyabr 2022-ci il tarixdə görüşmüş və ona məxsus bir baş inəyin olduğunu, zəng edəndə həmin inəyi Bakı şəhəri, Masazır qəsəbəsinə aparmaq lazım olduğunu Nurlana demişdir. Nurlan da onunla razılaşmışdır. 26 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Tofikin fərdi yaşayış evinin tövləsinə daxil olmuşdur. Tövlənin qapısını açıb içəriyə daxil olanda tövlədə bir baş inək və bir baş buzovun olduğunu görmüşdür, inəyi bağlandığı yerdən ipi kəsərək tövlədən çıxarmışdır. Bu vaxt Nurlana zəng edərək bir baş inəyi satmaq üçün Bakı şəhəri, Masazır qəsəbəsinə aparmaq istədiyini demişdir. Nurlan da təxminən 40 dəqiqə sonra idarə etdiyi “QAZ-332T1 markalı, 27-BX- 949 dövlət qeydiyyat nişanlı avtomobillə onun dayandığı yerə gəlmişdir. Nurlanla köməkləşib bir baş inəyi avtomobilin yük yerinə yerləşdirmiş və Bakı şəhəri, Masazır qəsəbəsinə getmişlər. 26 noyabr 2022-ci il tarixdə saat 09 radələrində bir baş inəyi Masazırda 1150 manata tanımadığı şəxsə satmışdır. Həmin puldan 150 manat Nurlana vermiş və sonuncunun yük avtomobili ilə Xaçmaz rayonuna qayıtmışdır. Satdığı bir baş inəyi Tofikin evindən oğurlamağı barədə Nurlana məlumat verməmişdir.. Bundan başqa, yaşadığı fərdi yaşayış evinə bitişik 01 otaqlı saxlanc kimi istifadə etdiyi tikili var. Həmin tikilidə özünə məxsus məişət əşyalarını, konservləşdirilmiş qida məhsullarını, spirtli içkiləri və bir baş quzu saxlamışdır. 12 noyabr 2022-ci il tarixdə saat 02-03 radələrində oyaq olmuş və qeyd etdiyi tikilidən səs eşidib həmin yerə getmişdir. Tikilinin qapısına yaxınlaşanda 02 nəfər sifətində maska olan şəxsin əllərində əşyalar olduğunu görmüşdür. Bu vaxt əlində mobil telefonunun fanarını yandırmışdır. Maskalı şəxslərdən biri əlində bilmədiyi əşya ilə mobil telefonun fanarına vurmuş və telefonun kamerası sınaraq fanar sönmüşdür. Daha sonra həmin şəxs əlindəki əşya ilə onun başının sağ tərəfinə bir zərbə vurmuş və özünü itirmişdir. Həmin şəxslər qaçaraq markasını və dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Çünki avtomobil səsi eşitdiyi üçün gələn şəxslərin maşınla gəldiyini bilmişdir. Özünü itirdiyi üçün evə getməmiş və evdən çıxaraq piyada çayın kənarına getmişdir. Çayda üzünə su vurub özünə gəldikdən sonra evə qayıtmışdır. Evdə də yıxılaraq xəsarət aldığını demişdir. Qardaşı Aydəmirdən başqa bu hadisə ilə bağlı heç kimə məlumat verməmişdir. Həmin hadisə nəticəsində səsgücləndiricinin qurğusu, 06 ədəd səsgücləndirici, 01 ədəd "Pioner” markalı maqintafon, 01 ədəd “Samsung” markalı avtomobil üçün monitor, 02 ədəd avtomobil üçün “LED” işıqlar, 04 ədəd maşın oturacağı üçün çexol, 04 ədəd maşın təkəri, 04 ədəd ayaqaltı rezinlər oğurlanmışdır. Bu hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. 05 dekabr 2022-ci il tarixdə səhər saatlarında ona məxsus saxlanc yerindən 14 kilo çəkidə 01 baş quzu, müxtəlif markalı, 0.5, 0.7 və 1 litrlik 32 ədəd araq, müxtəlif markalı, 0.5 litrlik 20 ədəd çaxır, 0.5 litrlik, "Kuller markalı”, şüşə qabda 20 ədəd pivə, 200 metrlik, göy rəngli beşlik kabel, 200 metrlik qırmızı rəngli beşlik kabel, 30 ədəd işığı yandırıb-söndürmək üçün istifadə olunan qurğunun oğurlandığını aşkar etmişdir. Həmin gün günorta saatlarında yaşadığı kəndin ərazisində fəaliyyət göstərən ərzaq mağazasının qarşısında istifadəsində olan “VAZ 2107" markalı, 10-SN- 106 dövlət qeydiyyat nişanlı avtomobilində əyləşmişdir. Bu vaxt kənd sakini X21 onun yanına gələrək görüşmüş və söhbət zamanı kefinin olmadığını demişdir. O isə hər şeyin qaydasında olduğunu bildirib evindən oğurluq edilməsi barədə Polada heç bir şey deməmişdir. 08 dekabr 2022-ci il tarixdə 17 radələrində kənd ərazisində Poladla görüşmüş və Polad onun evindən kiminsə oğurluq edib-etmədiyini ondan soruşmuşdur. Poladın bu sözlərindən təəccüblənərək bunu haradan eşitdiyini Poladdan sorumuşdur. Çünki evindən edilən oğurluq barədə Aydəmirdən başqa heç kimə məlumat verməmişdir. Polad evdən oğurluq edən şəxsin Zərərçəkmiş şəxs1 olduğunu və sonuncunun bu barədə Polada məlumat verdiyini bildirmişdir. Söhbət zamanı Polad Emini oğurluq edən yerdə tutmaq üçün ona köməklik göstərə biləcəyini deyib onunla bir plan qurmuşdur. Belə ki, Polad onun maşınının arxa oturacağına içərisi boş, 01 ədəd kibrit qutusu qoyub şəklini çəkərək “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə Zərərçəkmiş şəxs1 göndərərək guya onda narkotik vasitə olduğunu Eminə demişdir. Polad bu şəkildən sonra Eminin yenidən onun evinə oğurluq üçün gələcəyini bildirmişdir. Poladla aralarındakı razılaşmaya görə Emini oğurluq edən yerdə tutub ona vurulmuş ziyanı ödətdirdikdən sonra artıq pul qalacağı təqdirdə Polada da pul verəcəkdir. Həmin gün saat 21 radələrində maşını evindən kənarda mağazanın qarşısında saxlamış və Polad maşının şəklini çəkib Eminə ataraq onun evdə olmadığını demişdir. O isə əvvəlcədən Aydəmirə məlumat verərək bir nəfərin evə gələcəyini və küçədə olmasını qardaşına bildirmişdir. Həmin vaxt küçədə Azay adlı şəxsin pulqabı itmiş və bir neçə adam küçədə pulqabı axtarmışdır. O isə kənardan durub seyr etmişdir. Uzaqdan Eminin məhləyə gəldiyini və orada adamları görüb yolunu dəyişdiyini müşahidə etmişdir. Emin Polada bununla bağlı yazmış, Polad da Azayın “whatsapp” ani mesajlaşma proqramındakı statusda paylaşdığı, pulqabının itməsinə dair yazını skrin edərək Eminə atmışdır. 09 dekabr 2022-ci il tarixdə saat 02 radələrinə kimi Aydəmirlə evin həyətində gözləyib saxlanc yerini müşahidə etməyə başlamışdır. 09 dekabr 2022-ci il tarixdə saat 02 radələrində papaqlı gödəkçə, papaq geyinərək sifətini yarıya kimi parça ilə örtmüş Eminin saxlanc yerinə girdiyini görmüşlər. Öz telefonunu Aydəmirə vermişdir ki, telefonla video çəkərək onun arxasıyca addımlasın. Məqsədi Eminin evə oğurluq üçün girməsinin əlində sübutu olması və Emini tutandan sonra sonuncunun başqa şey danışmaması olmuşdur. Emini tutduqdan sonra vurduğu ziyanı tələb edəcək və pulu vermədiyi halda Emini polisə şikayət edəcəkmiş. Saxlanc yerinə girən kimi Emin artıq tutulduğunu görüb onun üstünə doğru gələrək qaçmağa cəhd göstərəndə yerə yıxılmış və Emin də onun üstünə yıxılmışdır. Daha sonra ayağa qalxıb Emini də ayağa qaldıraraq sonuncunun gödəkçəsinin yaxasından tutmuş və sağ əlinə götürdüyü plastik boru ilə Eminin sol qol nahiyəsinə iki zərbə vurmuşdur. Emin hər şeyi boynuna alaraq evdən oğurluq etdiyini bildirmişdir. Daha sonra Emini əllərini elektrik naqili ilə bağlamış və naqili saxlanc yerinin tavanındakı taxtalara bərkitmişdir. İstifadəsində olan mobil telefon vasitəsilə əlləri bağlı vəziyyətdə Eminin şəklini çəkmişdir. Bundan sonra Aydəmiri göndərmişdir ki, Eminin qardaşı Əmrullaya bu barədə məlumat versin. Bir müddət sonra Əmrulla onun yaşadığı evə gələrək Emini əlləri bağlı vəziyyətdə görmüş və Əmrullaya bütün olanları danışıb polisə şikayət edəcəyini demişdir. Əmrulla polisə şikayət etməməyini və vurulan ziyanı ödəyəcəyini demişdir. Vurulan ziyanın 5000 manat olduğunu demiş və Əmrulla 4000 manat verə biləcəyini ona bildirmişdir. Əmrulla ilə 4000 manata razılaşmışdır ki, səhər saatlarına kimi pulu çatdırsın və bundan sonra Emini azad etsin. Əks təqdirdə Emin barəsində polisə şikayət edəcəyini demişdir. Bu söhbətlər Əmrulla ilə arasında olmuş və Aydəmirin bu söhbətlərdən xəbəri olmamışdır. 09 dekabr 2022-ci il saat 11 radələrinə kimi saxlanc yerində oturub Eminə nəzarət etmiş və Emini əli bağlı vəziyyətdə saxlamışdır. Saat 11 radələrində Əmrulla yaşadığı evə gələrək darvazanın qarşısında sonuncunun istifadəsində olan, “Vaz 2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildə onunla görüşərək 3500 manatı ona təqdim etmiş və yerdə qalan 500 manatı sonra verəcəyini demişdir. Pulu aldıqdan sonra Əmrulla ilə birlikdə saxlanc yerinə daxil olub köməkli şəkildə Eminin əllərini açmış və Emin Əmrulla ilə çıxıb getmişdir. 09 dekabr 2022ci il tarixdə saat 13 radələrində Sahiblə birlikdə Quba rayonu, Qəçreş kəndi ərazisində yerləşən, Minarə şəlaləsinə yaxın, adını bilmədiyi restorana getmiş və orada Poladla görüşmüşdür. Üçü nahar etdikdən sonra hesabı ödəmiş və kənara çəkilib təklikdə Polada 200 manat pul vermişdir. Poladla arasında olan söhbətləşmədən, razılaşmadan Sahibin məlumatı olmamışdır. 30 dekabr 2022-ci il tarixdə Eminlə telefonla danışıb saat 18 radələrində yaşadığı kənd ərazisində Eminlə görüşmüş və yerdə qalan 500 manatı ondan tələb edərək pulu verməyəcəyi təqdirdə polisə şikayət edəcəyini demişdir. Emin onunla razılaşıb 31 dekabr 2022-ci il saat 13 radələrinə kimi pulu verəcəyini demişdir. 31 dekabr 2022-ci il tarixdə Eminə zəng edib dediyi pulu çatdırmasını bildirəndə Emin pulunun olmadığını demiş və ona əlavə bir şey deməyib telefon danışığını sonlandırmışdır. Emini azad edib Əmrulla ilə birlikdə yola salanda əmisi oğlu Seymur bunu görmüş və Seymurla söhbət zamanı olanları Seymura danışmışdır. Seymur da Eminin nömrəsini tapıb görüşmək təklifi etmişdir. Beləliklə Seymur, o, Emin və Əmrulla 18 mart 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı kənd ərazisindən keçən Ağçayın yanında görüşmüş və görüş zamanı Əmrullanı kənara çəkib yerdə qalan 500 manatı gətirib verməyini, əks halda polisə şikayət edəcəyini demişdir. Əmrulla 500 manat məbləğində pulu yaxın zaman ərzində verəcəyini bildirmişdir. O özünə aid olan pulu tələb etmişdir. Sonradan məlumatı olmuşdur ki, Emin barəsində Xaçmaz RPŞ-yə şikayət etmişdir. Bundan əlavə, maddi imkanı yaxşı olmadığı üçün qonşusu Zərərçəkmiş şəxs5 evindən oğurluq etmək qərarına gəlmişdir. Rövşənin tövləsində mal-qara saxladığını əvvəlcədən bilmişdir. Rövşəngilin evdə olmadığını görüb fürsətdən istifadə edərək 26 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Rövşənin evinin həyətyanı sahəsindəki tövləyə daxil olmuşdur. Tövlədə 2 baş inəyin olduğunu görüb inəklərdən birini ipdən açaraq çölə çıxarmışdır. Daha sonra bibisi oğlu Rahibə zəng edərək çayın kənarından bir inək tapdığını və ona gəlib kömək etməsini demişdir. Çünki Rahibin istifadəsində “Qazel" markalı avtomobil var. Şahid2 adlı şəxsə zəng edib qaynatasınnın ona bir baş inək hədiyyə etdiyini demiş və heyvanı satmaq üçün Bakı şəhərinə aparması üçün ona köməklik etməyini, çəkdiyi əziyyətə görə 150 manat pul verəcəyini demişdir. 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində inəyi Şahid2 dediyi yerə gətirmiş və inəyi Şahid2 idarə etdiyi "Kamaz” markalı maşına yükləyib Bakı şəhərinə yola düşmüşlər. Rövşənin tövləsindən inəyi oğurlamağını təkcə Rahib bilmişdir. Şahid2lə birlikdə inəyi Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsinə aparıb orada tanımadığı şəxsə 1000 manata satmış və Şahid2 150 manat pul vermişdir. Daha sonra tanımadığı taksi ilə Xaçmaz rayonuna qayıtmışdır. Bundan başqa, həmkəndlisi Zərərçəkmiş şəxs6 ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını və yay aylarında kənddəki evlərinə gəlibgetdiklərini bilmişdir. Buna görə də Eminə məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2023-cü ilin fevral ayının ortalarında saat 23 radələrində Eminin hasarı olmayan fərdi yaşayış evinin birinci mərtəbəsindəki boş otağın plastik pəncərəsini dəmir parçası ilə bayırdan açıb evə daxil olmuşdur. Evin otaqlarında qiymətli əşyalar axtarmağa başlamışdır. Evin birinci mərtəbəsindəki otaqdan su mühərrikini, hidroforu, paltaryuyan maşını, dərman səpən aparatı, dreli, vedrələri, su qızdırıcısını götürüb evin giriş qapısının yanına gətirmişdir. Daha sonra mətbəxə daxil olub oradan tavanı, müxtəlif formada olan çini qabları, stəkanları, ət çəkən maşını götürüb giriş qapısının yanına qoymuşdur. Bundan sonra evin ikinci mərtəbəsinə qalxaraq zaldan televizoru, digər otaqdan isə iki ədəd xalça, iki ədəd ədyal və samovarı götürüb birinci mərtəbəyə gətirmişdir. Bundan sonra oğurladığı əşyaları avtomobilimə yığaraq yaşadığı evə gətirib saxlanc kimi istifadə etdiyi bir otaqlı tikilidə gizlətmişdir. Bu barədə ailə üzvlərinə məlumat verməmişdir. Bundan başqa, 15 mart 2023-cü il tarixdə Teyub Nadir əmisigilə qonaq getmişdir. Bu fürsətdən istifadə edib saat 22 radələrində Teyubun evinin birinci mərtəbəsindəki plastik pəncərəsini bayır tərəfdən açıb mətbəxə daxil olaraq ikinci mərtəbədəki yataq otağına girmiş və yatağın altında qutunun içərisində olan təklüləli ov tüfəngini götürüb aşağıya düşmüşdür. Evin birinci mərtəbəsindəki saxlanc kimi istifadə olunan otağın yanına keçəndə içəridə qapının yanındakı bir kisə fındıq gözünə sataşmış və həmin otağa girib qeyd etdiyi fındığı da götürərək evi tərk edib yaşadığı kəndin ərazisindəki məscidə gəlmişdir. Məscidə gedərkən yolda arxı keçən zaman kisə cırılaraq fındıq arxın içərisinə dağılmış və fındıqları çox hissəsini su yuyaraq aparmışdır. Silahı məscidə gətirərək məscidin içərisindəki döşəyin altında gizlətmişdir. Silah qutusunun içərisində silahdan başqa bir neçə patron və silaha aid hissələr olmuşdur, O, verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əl-qolunu bağlamağına Aydəmir köməklik etməmişdir. O, özü Eminin əllərini bağlayıb sonuncunu saxlanc yerində saxlamışdır. Saxlanc yerinə girib Emini yaxalayanda Aydəmir onun arxasıyca gəlib bu anı videoya çəkmiş və Eminin tutulması barədə Əmrulla gedib məlumat vermişdir. Başqa digər məsələlərə Aydəmir qarışmamış və hər bir şeyi özü etmişdir. Eminin də saxlanıldığı müddət ərzində saxlanc yerində özü oturub gözləmişdir. Eminin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün yox, Eminin barəsində polisə şikayət etməmək üçün Əmrulladan 5000 manat tələb etmiş və sonuncudan 3500 manat almışdır. Təqsirləndirilən şəxs1 ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.6-cı maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 09 dekabr 2022-ci il tarixdə axşam saat 21 radələrində qardaşı Təqsirləndirilən şəxs1 evə gəlmiş və evə oğurluq etmək üçün bir nəfərin gələcəyini deyib həmin məlumatı hardan əldə etdiyini ona bildirməmişdir. Abdul həmin şəxsi birlikdə tutub saxladıqdan sonra polisə təhvil verəcəklərini demişdir. O, Abdulla razılaşmışdır. 09 dekabr 2022-ci il tarixdə axşam saat 01 radələrindən Abdulla birlikdə evin arxasında gözləməyə başlamışlar. Təxminən saat 02 radələrində bir nəfər şəxsin evin bağ sahəsindən keçməklə evin yaxınlığında olan saxlanc yeri kimi istifadə edilən bir otaqlı tikiliyə daxil olduğunu görmüşlər. Bundan sonra Abdula məxsus mobil telefonla çəkiliş apararaq həmin bir otaqlı tikilyə yaxınlaşmışdır. Abdulla həmin tikilinin qapısını açan zaman görmüşlər ki, orada bir nəfər şəxs nəsə axtarır. Onlar həmin şəxsin üzünə işıq tutduqda həmkəndlisi Zərərçəkmiş şəxs1 olduğunu müəyyən etmişlər. Həmin vaxt Emindən nə etdiyini soruşduqda Emin anidən Abdulun üzərinə gedərək sonuncunu yerə yıxıb qaçmağa çalışmışdır. X27 qollarını burub sıxamaqla müqavimətini qırmış və Emini yerə yıxıb orada olan ağ rəngli kabellə Eminin qollarını bilək nahiyəsindən bir-birinə bağlamışdır. O isə olanları seyr etmiş və Abdulun hərəkətlərinə qarışmamışdır. Eminin biləklərini bir-birinə bağladıqdan sonra Abdul kabelin digər ucunu həmin otağın tavanındakı taxtaya bağlamışdır. Beləliklə Emin ayaq üstə əlləri tavandakı taxtaya bağlanmış vəziyyətdə qalmışdır. Bu zaman bir daha Emindən hansı səbəbdən evin həyətinə gəlib girdiyini soruşmuşlar. Emin oğurluq etmək üçün gəldiyini demişdir. Bu zaman Abdul Emini nalayiq söyüşlərlə söyərək Emini polisə təhvil verəcəyini demişdir. Həmin vaxt Abdul Eminin qardaşı Əmrullanı çağırmağını və Əmrullanın Emin barəsində tədbir görməsini bildirmişdir. Eminin yaşadığı evə getmişdir. Orada olan zaman Əmrulla ilə görüşüb Eminin oğurluq etmək üçün yaşadıqları evin həyətinə daxil olduğunu, Abdulun Emini tutub saxladığını, sonuncunu polisə təhvil vermək istədiyini demişdir. Əmrulla ilə danışdıqdan sonra öz evinə qayıtmışdır. Əmrulla isə gələcəyini ona bildirmişdir. Evə çatdıqdan bir neçə dəqiqə sonra Əmrulla da gəlib çıxmışdır. Əmrulla onların yanında Eminə iradını bildirib sonuncunu danlamağa başlamışdır. Daha sonra Abdul Əmrullanı kənara çəkib söhbət etməyə başlamışdır. Ancaq onların öz aralarında nə söhbət etməsindən məlumatı olmamışdır. Əmrulla çıxıb getdikdən sonra o da evə getmişdir. Abdul saat 11 radələrində Eminin əllərini açıb sonuncunu sərbəst buraxmışdır. Sonradan bilmişdir ki, Abdul Əmrulladan 3500 manat məbləğində pul almışdır. X15 pul istəməyini və sonuncudan pul almağını əvvəlcədən bilməmişdir. Pul söhbətinə qarışmamışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Abdula köməklik etməmişdir. Abdul özü Eminin əllərini bağlamışdır. O, sadəcə olanların bir qismini telefonla videoya çəkmişdir. Videoda Emini tutan özüdür. Bunu qəbul edir. Ancaq həmin andan başqa Eminə əlini belə vurmamışdır. Abdul özü Eminin müqavimətini qıraraq sonuncunu yerə yıxıb əllərini kabellə bağlamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, anadan olduğu Xaçmaz rayonu, Ağyazı Buduq kəndində özünə məxsus alan 2 mərtəbəli fərdi yaşayış evi vardır. O və ailə üzvləri həmin evdə əsasən yay aylarında yaşayırlar. Həmin evin pəncərələrində həşəratların evin içərisinə girməsinin qarşısım almaq üçün dəmir tor çəkdirsə də, pəncərələrə dəmir barmaqlıqlar qoymamışdır. Həmin evdə bütün məişət əşyaları olmuşdur. Sonuncu dəfə 2022-ci ilin dekabr ayının sonlarında o və atası Bilal Xaçmaz rayonu, Ağyazı Buduq kəndində yerləşən evlərinə getmiş və orada bütün ev əşyaları öz yerində olmuşdur. Onlar evdən çıxanda evin qapısını və pəncərələrini bağlamışlar. Bundan sonra atası ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. 11 mart 2023-cü il tarixdə atası Bilal ilə Ağyazı Buduq kəndində yerləşən evə gəlmişlər. Həmin vaxt evin həyətinə daxil olanda görmüşdür ki, evin giriş qapısının yanındakı plastik pəncərə açıq vəziyyətdədir və pəncərədəki dəmir tor cırılmışdır. Evdən oğurluq olmasını dərhal başa düşüb bu barədə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və onun iştirakı ilə evə baxış keçirilmişdir. Baxış keçirilən zaman görmüşdür ki, evin otaqlarında bütün əşyalar dağınıq vəziyyətdədir. Evə baxış keçirilən zaman müəyyən etmişdir ki, evin birinci mərtəbəsindəki otaqdan 2022-ci ilin yay aylarında Xaçmaz rayonundan aldığı, işlək vəziyyətdə olan, 03 ay istifadə edilmiş, Rusiya Federassiyasında istehsal edilmiş, 01 ədəd, 115 manat dəyərində, “Markus" maraklı su mühərriki, 2021 -ci ilin yay aylarında Bakı şəhərindən aldığı, işlək vəziyyətdə olan, 1 il istifadə edilmiş, Çin istehsalı olan, 01 ədəd, 45 manat dəyərində hidrofor, 2022-ci ilin avqust ayında Xaçmaz rayonundan aldığı, işlək vəziyyətdə olan, 2 ay- istifadə edilmiş, İran istehsalı, 01 ədəd, 110 manat dəyərində paltaryuyan maşın, 2022-ci ilin yay aylarında Xaçmaz rayonundan aldığı, işlək vəziyyətdə olan, 2 ay istifadə edilmiş, Çin istehsalı, 01 ədəd, 55 manat dəyərində dərman səpən aparat, 2020-ci ilin yay aylarında Lənkəran şəhərindən aldığı, işlək vəziyyətdə olan, istifadə edilmiş, Rusiya Federasiyası istehsalı, 01 ədəd, 25 manat dəyərində drel, 2020-ci ilin yay aylarında Xaçmaz rayonundan aldığı, təzə, işlənməmiş, dəmir materialdan olan, Azərbaycan istehsalı, 10 litr tutumlu, hər birinin qiyməti 5 manat olmaqla 02 ədəd, cəmi 10 manat dəyərində vedrələr, 2020-ci ilin yay aylarında Xaçmaz rayonundan aldığı, işlək vəziyyətdə olmayan, 24 litr su tutumlu, Çin istehsalı, 01 ədəd, 80 manat dəyərində su qızdırıcısı oğurlanmışdır. Bundan sonra evin birinci mərtəbəsindəki mətbəxə baxış keçirən zaman müəyyən etmişdir ki, mətbəxdən 2020-ci ildə Xaçmaz rayonundan aldığı, işlənmiş, 20 litr tutumlu, 01 ədəd, alüminium metaldan olan, Rusiya Federasiyası istehsalı, 01 ədəd, 50 manat dəyərində tava, dəyərlərini bilmədiyi 17 ədəd boşqab, 1995-ci ildə Xaçmaz rayonundan alınmış, SSRİ istehsalı, həmin vaxtdan işlənmiş, alüminum metaldan hazırlanmış, 01 ədəd, 35 manat dəyərində əzələ gücü ilə hərəkətə gətirilən ət çəkən maşın, dəyərini xatırlamadığı 06 ədəd stəkan oğurlanmışdır. Bundan sonra evin ikinci mərtəbəsindəki otaqlara baxış keçirən zaman müəyyən etmişdir ki, ikinci mərtəbədəki qonaq otağından 2010-cu ildə Bakı şəhərindən aldığı, həmin vaxtdan da işlənmiş, Cənubi Koreya istehsalı, işlək vəziyyətdə olan, 82 diaqonallı, 01 ədəd 550 manat dəyərində, “LG” markalı televizor, 2015-ci ildə Bakı şəhərindən alınmış, həmin vaxtdan işlənmiş, fabrik üsulu ilə Türkiyə Respublikasında istehsal edilmiş, 2,5m X 4m ölçüdə, 01 ədəd 80 manat dəyərində xalça, ikinci mərtəbədəki yataq otağından 2021-ci ildə Bakı şəhərindən aldığı, təzə, pambıq iplikdən hazırlanmış, Türkiyə istehsalı, hər biri 15 manat dəyərində, 02 ədəd cəmi 30 manat dəyərində ədyallar, 2021 -ci ildə Bakı şəhərindən aldığı, həmin tarixdən işlənmiş, fabrik üsulu ilə Türkiyə Respublikasında istehsal edilmiş, 80 sm X 3 m ölçüdə 40 manat dəyərində xalça, ikinci mərtəbədəki digər yataq otağından 1980-ci ildə Xaçmaz rayonundan alınmış, latun metaldan hazırlanmış, işlənmiş, SSRİ istehsalı, 07 litr tutumlu, 01 ədəd 300 manat dəyərində od samovarı, dəyərlərini bilmədiy 09 ədəd döşək üzlüyü, 01 ədəd yorğan, 03 ədəd döşəkçə oğurlanmışdır. Bundan sonra o polis əməkdaşları ilə birilkdə Xaçmaz RPŞnə gedib orada ərizə yazmışdır. Əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 9/7607 nömrəli rəyi göstərilən qiymətlə razıdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs6 ifadəsinin davamında ona dəymiş ziyanın tam şəkildə ödənildiyini təqsirləndirilən Təqsirləndirilən şəxs1 bağışladığını ona qarşı heç bir şikayət tələbinin olmadığı bildirdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, rəsmi olaraq işləmir və təqaüdçüdür. 15 mart 2023-cü il tarixdə günota saatlarında qardaşının evinə ailə üzvəri ilə birlikdə qonaq getmişdir. Gün ərzində də o və ailə üzvləri qardaşının evində olmuş, həmin vaxt yaşadığı evdə heç kəs olmamışdır. Həmin gün axşam saat 23 rədlərində yaşadığı evə gələn zaman görmüşdür ki, evin həyətində saxlanc yeri kimi istifadə etdikləri bir otaqlı tikilinin qapısı açıq vəziyyətdədir. Həmin vaxt içəri keçib baxdıqda orada olan 38 kiloqram qabıqlı fındığın yerində olmadığım aşkar etmişdir. Həmin fındıqlar onun özünə məxsus olmuş və fındığın çəkisinin 38 kiloqram olduğunu dəqiq bilmişdir, Ona məxsus olan qabıqlı fındığın oğurlandığını başa düşmüşdür. Bundan sonra yaşadığı evə daxil olmuş və görmüşdür ki, evdə əşyalar dağınıq vəziyyətdədir. Evin ikinci mərtəbəsindəki yataq otağına qalxıb çarpayının altına baxan zaman ona məxsus olan 28 iyul 2022-ci il tarixdə 800 manata aldığı, “Kral-arms” markalı, 15-K02-548 nömrəli, Türkiyə istehsalı, 1358 nömrəli, 28 iyul 2022-ci il tarixli şəhadətnamə əsasında saxladığı yivsiz lüləli ov tüfənginin yerində olmadığını müəyyən etmişdir. O və ailə üzvləri evdə olmayan zaman naməlum şəxs və ya şəxslərin qanunsuz olaraq evinin həyətindəki saxlanc yerinə daxil olub oradan 38 kiloqram fındığı və yaşadığı evə qanunsuz daxil olaraq oradan isə ov silahını oğurladığını başa düşmüşdür. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermiş və ərizə yazmaq üçün Xaçmaz rayon Polis Şöbəsinə getmişdir. O, verilən suala cavab olaraq bildirmişdir ki, ona məxsus olan 38 kiloqram qabıqlı fındığın bir kiloqramının dəyəri 4 manat olmuş və ona məxsus qabıqlı fındığın oğurlanması nəticəsində ona 152 manat maddi ziyan dəymişdir. Ona məxsus olan ov silahının dəyəri isə 800 manat olmuş, hadisə nəticəsində ona cəmi 952 manat maddi ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 avqust 2023-cü il tarixli, 9/5117 nömrəli rəyində ona məxsus əşyalarla bağlı qeyd edilmiş qiymətlərlə razıdır. Zərəçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsinin davamında ona dəymiş ziyanın tam şəkildə ödənildiyini təqsirləndirilən Təqsirləndirilən şəxs1 bağışladığını ona qarşı heç bir şikayət tələbinin olmadığı bildirdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğuldur. Yaşadığı evin həyətyanı sahəsində tövləsi var və orada 7 illik, çəkisi 500 kq olan, dişi cinsli 2000 manat dəyərində bir baş inək və bir baş buzov saxlayır. 26 noyabr 2022-ci il tarixdə səhər saatlarında evin həyətinə çıxıb saxladığı hevanların suyuna, yeminə baxmaq üçün tövləyə getmişdir. Həmin vaxt bir baş buzovun tövlədən bayırda olduğunu görmüşdür. Dərhal tövləyə girmiş və görmüşdür ki, orada saxladığı 7 illik, çəkisi 500 kq olan, dişi cinsli 2000 manat dəyərində bir baş inək yoxdur, inəyi bağladı ip isə kəsilmişdir. Həmin vaxt başa düşmüşdür ki, bir baş inəyi oğurlanmışdır. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib yaşadığı evin həyətindəki tövləyə baxış keçirib protokol tərtib etmişlər. O, verilən suala cavab olaraq bildirmişdir ki, hadisə nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Zərəçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsinin davamında ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən Təqsirləndirilən şəxs1 isə onun evinin həyətində saxladığı heyvanı tək oğurlamaqla bağlı yalan ifadə verdiyini görə bağışlamadığını bildirdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, yaşadığı evin həyətində tövləsi vardır. Həmin tövlədə ona məxsus olan iki baş inək vardır. Həmin inəklər ona ailəsinin az təminatlı olması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmişdir. 26 yanvar 2023-cü il tarixdə qardaşı oğlu Nihad Ağasiyevin ad günü olduğu üçün ailə üzvləri ilə birlikdə qardaşı Ziyad Ağasiyevin evinə qonaq getmişdir. Həmin gün saat 21 radələrində öz yaşadığı evə gələndə görmüşdür ki, hər şey öz qaydasındadır. Bundan sonra yenə ad ügünü məclisinə qardaşı Ziyadın evinə getmişdir. Həmin gün saat 22 radələrində valideynləri Ziyadın evindən çıxıb yaşadıqları evə gəlmişlər. Bir neçə dəqiqədən sonra valideynləri zəng edib tövlədən bir baş inək oğurlandığını ona bildirmişlər. Bundan sonra dərhal yaşadığı evə getmişdir. Evin həyətinə, tövləyə və ətraf ərazilərə baxsa da, ona məxsus olan bir baş inəyi tapa bilməmiş və evdə olmayan zaman kiminsə evin həyətindəki tövlədən ona məxsus 3 illik, dişi, diri çəkisi 350 kiloqram olan, qarnında balası olan bir başı inəyi oğurladığını bilmişdir. Buna görə də dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ona məxsus oğurlanan bir baş inəyin qiyməti 1200 manat olmuşdur. Zərəçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsinin davamında ona dəymiş ziyanın tam şəkildə ödənildiyini təqsirləndirilən Təqsirləndirilən şəxs1 bağışladığını ona qarşı heç bir şikayət tələbinin olmadığı bildirdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2012-ci ildə Rusiya Federasiyasına işləmək üçün getmiş və 2021 -ci ilin avqust ayında öz yaşadığı kəndə qayıtmışdır. Həmin vaxtdan kənddə sakinlərə məxsus bağ sahələrində yer belləməklə, odun doğramaqla məşğul olaraq pul qazanmışdır. Rusiya Federasiyasında olan zaman narkotik vasitə qurudulmuş marixuanadan bir neçə dəfə istifadə etmişdir. Yaşadığı kəndə qayıtdıqdan sonra isə istifadə etməmişdir. Kənddə yaşadığı müddətdə kənd sakinləri arasında yayılan söz-söhbətlərdən başa düşmüşdür ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 Eyyub oğlunda narkotik vasitə qurudulmuş marixuana vardır. Buna görə də Abdulun yaşadığı evə daxil olub orada narkotik vasitə qurudulmuş marixuana axtarmaq qərarına gəlmişdir. Abdulu məktəb vaxtlarından tanıyır. 09 dekabr 2022-ci il tarixdə saat 02 radələrində yaşadığı kənddəki evdən çıxıb təxminən 250 metr aralıda olan Abdulun yaşadığı evin bağ sahəsinin yaxınlığına getmişdir. Bağ sahəsinin kənarındakı dəmir tor hasardan aşıb bağ sahəsinə qanunsuz daxil olmuşdur. Daha sonra bağ sahəsinin kənarından Abdulun yaşadığı evə doğru getmişdir. Evə yaxınlaşan zaman orada bir otaqlı tikilinin olduğunu görmüşdür. Həmin vaxt narkotik vasitə qurudulmuş marixuananın həmin tikilidə saxlanıldığını güman edib həmin tikilinin qapısını açıb içəri keçmişdir. Üzərində olan alışqanın işığı ilə içəri baxdıqda görmüşdür ki, həmin otaqda kənd təsərrüfatı alətləri və işlənmiş məişət əşyaları vardır. Həmin tikilinin içərisində olan zaman anidən qapı açılmışdır. Qapı açılan zaman görmüşdür ki, Abdul və qardaşı Aydəmir qapının bayır tərəfində dayanmışdır. Bu zaman Abdul və Aydəmir onun oraya niyə gəldiyini soruşmuşlar. O isə Abdulda "nəşə" olması barədə məlumatı olduğunu, həmin narkotik vasitəni oğurlayıb istifadə etmək üçün gəldiyini demişdir. Bu zaman Abdul və Aydəmir elə həmin tiklinin içərisində onun üzərinə hücum edib nalayiq söyüşlər söyərək yumruq təpik zərbələri ilə onu vurmağa başlamışlar. Ona ardıcıl zərbələri vurduqdan sonra hətta Abdul plastik su borusu ilə onu döyməyə başlamışdır. Zərbələrin təsirindən təqatdən düşmüş və bu zaman Abdul “bunun özünü elə burda bağlayıb, bağlı saxlamaq lazımdır” sözlərini demişdir. Bundan sonra isə Abdul həmin tikilinin içərisində ətrafda nəsə axtarmağa başlamış və oradan ağ rəngli qalın ip və ağ rəngli kabel tapmışdır. Aydəmirlə birlikdə köməkləşib əvvəlcə ağ rəngli iplə onun biləklərindən bir-birinə bağlamışlar. Daha sonra isə kabeli həmin ipə biləklərinin arasından keçirib kabeli tavanın asma taxtasına bağlamışlar. Beləliklə, ayaq üstə əlləri həmin tikilinin tavanındakı asma taxtalara bağlı vəziyyətdə qalmışdır. Həmin vaxt Abdula bildirmişdir ki, onu oradan buraxsınlar, oradan çıxıb getmək istəyir. Lakin Abdul onun sözlərimə məhəl qoymadan “səni o şərtlə bağışlaya bilərəm ki, mənə 5000 manat pul verəsən” sözlərini demişdir. Abdul pul verməyəcəyi halda onu oğurluq edərkən tutduğunu, bu barədə yaşadığı kəndin sakinlərinə deyəcəyini və kənddə baş vermiş oğurluq hadisələrini də onun törətdiyini bildirəcəyini demişdir. Abdul “kənddə yayacam ki, oğru tutmuşam. Evindən oğurluq edilən şəxslərə də gedib deyəcəm ki, sizin evinizdən oğurluq edən şəxsi tutmuşam" sözlərini bildirmişdir. Abdulun belə bir məlumatı kənd sakinlərinə bildirdiyi halda kənd sakinlərində onun barəsində mənfi fikir yaranacaqdır və belə söz-söhbət onun şərəfini alçaldacadıq. Bundan sonra o orada əlləri bağlı vəziyyətdə qalarkən Abdul onun yanında öz qardaşı Aydəmirə bildirdi ki, gedib onun qardaşı Əmrullanı çağırsın. Bundan sonra Aydəmir çıxıb getdi və bir nəçə dəqiqədən sonra qayıdıb gəldi. Aydəmir bizim yanımızdan getdikdən sonra Abdul onu plastik boru ilə döyməyə, söyüb təhqir etməyə davam etmiş, bununla yanaşı Abdul öz mobil telefonu ilə onun əlləri bağlı vəziyyətdə olan şəkillərini də çəkmişdir. Abdul istədiyi məblğədə pulu ondan ala bilmədiyi halda həmin şəkilləri kənd sakinlərinə göstərib kənddə onun şərəfini alçaldacağını, onu rüsvay edəcəyini demişdir. Aydəmir gəldikdən bir neçə dəqiqə sonra isə Əmrulla həmin yerə gəlmişdir. Qardaşı gəlib əlləri bağlı vəziyyətdə onu görmüş və Abdul onu oğurluq etmək istəyən zaman tutduğunu Əmrullaya demişdir. Bundan sonra qardaşı və Abdul həmin yerdən bayıra çıxıb təklikdə söhbət etmişlər. Bir neçə dəqiqədən sonra Abdul içəri gəlib onunla söhbət etməyə başlamış və ona bildirmişdir ki, Əmrulla xahiş etdiyi üçün istədiyi 5000 manat pulun 1000 manatddan da imtina etmişdir, Əmrulla sabah saat 11 radələrinə qədər 4000 manat pul gətirib verəcəkdir, bundan sonra isə o, buraxılacaq və onun barəsində də heç bir söz danışmayacaq, həmin söz-söhbət də orada bağlanacaqdır. Abdul həmin 4000 manat pulu Əmrullanın bankdan kredit götürüb gətirib verəcəyini demişdir. Bundan sonra isə Abdul və Aydəmir oradan çıxıb getmişlər. O, həmin gecə yəni 09 dekabr 2022-ci il tarixdə, saat 02 radələrindən 09 dekabr 2022-ci il tarixdə saat 11 radələrinə qədər həmin yerdə əlləri bağlı vəziyyətdə ayaq üstə qalmışdir. Səhər saat 11 radələrində Abdul onun olduğu yerə gələrək oradan qardaşına zəng edib pulu çatdırmasını bildirmişdir. Əmrulla bankdan pulu götürüb gələcəyini Abdula demişdir. Bir neçə dəqiqədən sonra Əmrulla gəlmiş və Abdulla yenə bayırda təkbətək danışmışlar. Daha sonra Abdul Əmrulla ilə birlikdə onun yanına gəlmiş və onun əllərini açmışdır. Səhərə qədər həmin yerdə bağlı vəziyyətdə qaldığı üçün taqətdən düşmüş və qardaşının köməyi ilə oradan çıxıb Əmrullanın maşını ilə evə getmişdir. Bundan sonra Əmrulla ona bildirmişdir ki, Abdula 3500 manat pul vermişdir. Bundan sonra 30 dekabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı kənddə olan zaman Abdul öz avtomobili ilə onun yanında dayanıb avtomobilə əyləşməyini ona bildirmişdir. Avtomobilə əyləşdikdən sonra Abdul pula ehtiyacı olduğunu deyib ondan 200 manat pul istəmişdir. Əks halda onun əli bağlı vəziyyətdə olan şəkillərini, yəni rüsvayedici məlumatları kənd sakinləri arasında yayamaqla onun şərəfini alçaldacağını bildirmişdir. Fikirləşəcəyini, pulu tapdığı halda verəcəyini Abdula demişdir. Abdul 31 dekabr 2022-ci il tarixdə saat 13 radələrinə qədər vaxtının olduğunu, həmin vaxta qədər 200 manat pulu verməli olduğunu ona bildirmişdir. Bundan sonra Abdulun avtomobilindən düşüb getmişdir. 31 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Abdulun mobil telefon nörməsinə zəng edib pul tapa bilmədiyini Abdula demişdir. Abdul “onda özün bilərsən” sözlərini demişdir. Həmin gündən 5-6 gün sonra yaşadığı kənddə olan zaman Abdul ona yenə yaxınlaşmış və “istədiyim 200 manat pulu vermədin, buna görə də həmin məbləğ 500 manat oldu, indi yox iyun ayının axırlarına qədər 500 manat pulu mənə verməlisən, yoxsa sənin şəkillərini kənd sakinləri arasında yayıb səni rüsvay edəcəyəm” sözlərini demişdir. O, Abdulla razılaşmışdır. Həmin gündən sonra Abdul daha ona yaxınlaşmamışdır. 17 mart 2023-cü il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərində olmuşdur. 18 mart 2023-cü il tarixdə səhər saatlarında onun mobil telefonuna tanımadığı bir nömrədən zəng gəlmiş və ona zəng edən şəxslə danışdıqda həmin şəxs nə vaxt kəndə gələcəyini ondan soruşmuşdur. Axşam gələcəyini bildirmiş, lakin həmin şəxs kim olmasını ona deməyib kəndə gələndə xəbər etməyini ona çatdırmışdır. 18 mart 2023-cü il tarixdə axşam saat 18 radələrində yaşadığı kəndə gəlmişdir. Həmin vaxt qardaşı ona bildirmişdir ki, Abdul onu soruşub axtarmışdır. Bundan sonra Abdul, o, qardaşı və Abdulun əmisi oğlu Seymur ilə birlikdə kənddə görüşmüşlər. Həmin vaxt bilmişdir ki, onunla telefonda danışan şəxs Seymur, yəni Abdulun əmisi oğlu olmuşdur. Seymur Abdulun onun barəsində danışdığını bildirmişdir. Seymur yaxın günlərdə yaşadığı evdən oğurluq olduğunu və buna görə də ondan şübhələndiyini demişdir. Oğurluq hadisəsini törətmədiyini Seymura demişdir. Həmin vaxt Abdul Əmrullanı kənara çəkib söhbət eləməyə başlamışdır. Bundan sonra onlar orada sağollaşıb evlərinə getmişlər. Evdə olan zaman Əmrulla onun şəkillərini kənd sakinlərinə göstərməmək müqabilində Abdulun yenə 500 manat pul istədiyini bildirmişdir. Bundan sonra o, Xaçmaz rayon Polis Şöbəsinə gedib orada baş verən hadisə barədə məlumat vermişdir. Əvvəlcə hüquq mühafizə orqanlarına məlumat verəcəyi halda Abdulun onun əli bağlı vəziyyətində çəkdiyi şəkillərini kənd sakinləri arasında yayıb onu rüsvay edəcəyindən qorxmuşdur. Çünki Abdul çəkdiyi şəkilləri kənd sakinləri arasında yayıb onun şərəfini alçaldıb onu rüsvay edəcəyini şəxsən dəfələrlə ona demiş və onu bununla qorxudub ondan pul tələb etmişdir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrindən saat 11 radələrinədək azadlığının məhdudlaşdırıldığı müddət ərzində saxlanıldığı yerdən qaçmamağı üçün Abdul və Aydəmir növbəli şəkildə oraya gəlib ona nəzarət etmişlər. Abdul onun fotoşəklini çəkərək kənd ərazisində törədilmiş oğurluq hadisələrinin guya onun tərəfindən edilməsi barədə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 5000 manat pul tələb etmişdir. 30 dekabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı kəndin mərkəzi hissəsindəki adını xatırlamadığı, işləməyən mağazanın yaxınlığında Təqsirləndirilən şəxs1 ondan 500 manat pul tələb etmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində günorta saatlarında yaşadığı kəndin mərkəzi hissəsindəki adını xatırlamadığı, işləməyən mağazanın yaxınlığında Təqsirləndirilən şəxs1 iyun ayına kimi 500 manat pul verməyini ondan tələb etmişdir. 03.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1la yaşadığı kəndin ərazisində keçən “Ağçay” çayının kənarında görüşmüşdür. Həmin vaxt Abdul Əmrulladan 500 manat pul tələb etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında təqsirləndirilən şəxslərlə barışdığını onalara qarşı heç bir şikayət tələbinin olmadığını onları bağışladığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır və sonuncu subaydır. Emin onun ailə üzvləri ilə birlikdə yaşayır. Emin 2012-ci ildən 2021-ci ilə qədər Rusiya Federasiyasında işləmişdir. Daha sonra Emin yaşadıqları kəndə qayıtmış və kənddə sakinlərə məxsus bağ sahələrində yer belləməklə, odun doğramaqla məşğul olaraq özünü dolandırmışdır. 09 dekabr 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evə gəlib yatmışdır. Evə gələndə Emin evdə olmamışdır. Həmin gecə yəni, 09 dekabr 2022-ci il tarixdə saat 04 radələrində evdə yatdığı otağın pəncərəsinin döyüldüyünü eşidib səsə oyanmışdır. Oyandıqdan sonra görmüşdür ki, pəcərənin şüşəsini döyən şəxs həmkəndlisi Təqsirləndirilən şəxs2dur. Aydəmiri həmkəndlisi kimi tanıyıra. Aydəmirlə arasında davadalaş, mübahisə və ya şəxsi ədavəti olmamışdır. Evin qapısından çıxıb çöldə Aydəmirlə söhbət etməyə başlamış və nə üçün pəncərəni gecə vaxtı döydüyünü Aydəmirdən soruşmuşdur. Həmin vaxt Aydəmir Eminin onların evinin həyətinə oğurluq etmək üçün girən zaman Emini tutduqlarını ona bildirmişdir. Aydəmir ona demişdir ki, Emin Abdulun əlindədir, Abdul da onu çağırır. Bundan sonra Aydəmirlə birlikdə onların yaşadığı evin həyətinə getmişdir. Orada görmüşdür ki, Abdul Emini əlində olan plastik su borusu ilə döyür və Emin əlləri bağlı vəziyyətdədir. Bu zaman Abdul orada olduğuma baxmayaraq onun gözünün qarşısında qardaşını əlləri bağlı vəziyyətdə dayanmadan plastik su borusu ilə döyməyə davam etmişdir. Həmin vaxt Abdul ona bildirmişdir ki, Emini evin həyətindəki otaqdan oğurluq edən zaman tutmuşdur. Abduldan Eminin nə oğurladığını soruşduqda Abdul hər hansısa bir konkret əşyanın adını çəkməyərək “çox şey oğurlayıb" sözlərini demişdir. Bundan sonra Abdul Emini əllərini bağladıqları elektrik naqillərini sonuncunun bədəninə dolmağa başlamışlar. Beləliklə də Abdul Eminin bütün bədənini elektrik naqili ilə bağlamışdır. Daha sonra Abdul onu Eminin əlləri bağlı vəziyyətdə olduğu otaqdan bayıra çıxarmışdır. Həmin vaxt Abdula yalvarmış və xahiş etmişdir ki, qardaşını buraxsınlar. Abdul 5000 manat pul verildiyi halda Emini buraxa biləcəyini demişdir. O, üzərində o qədər məbləğdə pul olmadığını, bankdan kredit götürüb gətirib verə biləcəyini Abdula bildirmişdir. Abdul səhər saat 10 radələrinə qədər vaxtının olduğunu, Eminin əli bağlı vəziyyətdə şəkillərini çəkdiyini, pulu vermədiyi halda qardaşının şəkillərini kənd sakinləri arasında yayıb Emini rüsvay edəcəyini demişdir. Həmin vaxt Abdulun qardaşı Aydəmir də onların yanında olmuşdur. Abdul pulu gətirənə qədər Emini buraxmayacağını ona bildirmişdir. Bundan sonra oradan çıxıb yaşadığı evə gəlmiş və evdə anasına bu barədə danışmışdır. Anası evdə pul olmadığını, amma bankdan kredit götürüb verə biləcəyini demişdir. Səhəri gün saat 08 radələrində anası Elmira Kərimova ilə birlikdə Xaçmaz şəhərində yerləşən “Kapital Bank"ın Xaçmaz filialına getmişlər. Bankdan 4700 manat pul kredit götürdükdən sonra kəndə qayıtmışdır. Anasını evə qoyub Abdulun yaşadığı evə getmişdir. Orada Abdula 3500 manat pul vermişdir. Abdul əvvəlcə pul razılaşdıqları məbləğdən az olduğu üçün götürməyəcəyini desə də, anasının adına kredtin götürüb pulu gətirdiyini Abdula izah etmişdir. Həmin vaxt Abdul yay aylarında da yerdə qalan 1500 manat pul verəcəyi halda 3500 manat pulu götürə biləcəyini demişdir. Abdul yay aylarına qədər həmin 1500 manat pulu vermədiyi halda Eminin şəkillərini kənd sakinləri arasında yayıb qardaşını və onun ailəsini rüsvay edəcəyini, qardaşını oğru kimi qələmə verəcəyini bildirmişdir. O, Abdulla razılaşmışdır. Bundan sonra Abdul evlərinin qarşısında saxladığı istifadəsində olan “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində 3500 manat pulu ondan almış və daha sonra onlar Abdulun evinin həyətindəki otağa girmişlər. Orada Abdulla birlikdə Eminin əllərini bağladıqları yerdən açıb sərbəst buraxmış və qardaşını götürüb yaşadığı evə gəlmişdir. 15 mart 2023-cü il tarixdə Abdulun əmisi Teyubun evindən silah oğurlanmışdır. Buna görə Abdul ona zəng edib əmisinin evindən oğurluq edilməsinə görə Emindən şübhələndiyini bildirmişdir. Həmin vaxt Emin Bakı şəhərində olmuşdur. Eminə zəng edib kəndə gəlməsini demişdir. 18 mart 2023-cü il tarixdə axşam saat 18 radələrində yaşadığı kənddə Emin, Abdul, Abdulun əmisi oğlu Seymurla görüşüb söhbət etməyə başlamışlar. Seymur orada bildirmişdir ki, yaxın günlərdə yaşadığı evdən oğurluq olmuşdur və buna görə də Emindən şübhələnir. Emin oğurluq hadisəsini törətmədiyini Seymura demişdir. Abdul isə onu kənara çəkib söhbət eləməyə başlamışdır. Söhbət zamanı Abdul söz verdiyi 1500 manat pul çatdırmağını, əks halda Eminin şəkillərini əli bağlı vəziyyətdə olan şəkillərini yayıb qardaşını və ailəsini biabır edəcəyini demişdir. Daha sonra onlar oradan çıxıb yaşadıqları evə gəlmişlər. Abdulun yenə ondan pul istədiyini Eminə bildirəndə sonuncu, polis şöbəsinə gedib bu barədə məlumat verəcəyini demişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ondan hər hansı məbləğdə pul, maddi və sair nemət tələb etməmişdir Ondan pulu Abdul tələb etmiş və pulu vermədiyi halda kənd ərazisində törədilən bir neçə oğurluq hadisəsinin Zərərçəkmiş şəxs1 tərəfindən edilməsinə dair kənd camaatı arasında yayacağını bildirmişdir. O, məcbur qalıb 3500 manat pulu Abdula vermişdir. X28 şəklini və videosunu çəkdiyini, pulu vermədiyi halda kənd camaatı arasında həmin şəkillə videonu yayacağını demişdir. Pul söhbətinə Aydəmir qarışmamışdır. Oraya gələndə Abdul tək özü Eminin bədəninə elektrik naqili dolamışdır. Amma o gələnə kimi Aydəmir Abdulla birlikdə köməkli şəkildə Eminin əllərini naqillə bağlamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinin davamında ona dəymiş ziyanın tam şəkildə ödənildiyini təqsirləndirilən Təqsirləndirilən şəxs1 bağışladığını ona qarşı heç bir şikayət tələbinin olmadığı bildirdi. Məhkəmə istintaqında ifadəsi elan olunmaqla araşdırılmış şahid Məhərrəmov Şahid2 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs1 Xaçmaz şəhərində işləyən taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Həmin vaxtlarda Abdul ağ rəngli “VAZ 2107" markalı avtomobili olmuşdur. O, X7 məxsus “Kamaz 5511” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobili 12 sentyabr 2024-cü il tarixə qədər etibarlı olan etibarnaməsi və 12 sentyabr 2024-cü il tarixədək etibarlı olan "BC” kateqoriyalı, AE 607215 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. 26 yanvar 2023-cü il tarixdə günorta saatlarında Abdul onun mobil telefon nömrəsinə zəng edib qayınatasının bir baş inək verdiyini, həmin inəyi Bakı şəhərinə aparıb satmaq istədiyini ona demişdir. Abdul həmin bir baş inəyi onun yük avtomobili ilə Bakı şəhərinə aparmasını ondan xahiş etmişdir. O, bunun üçün 150 manat pul gediş haqqı olaraq verməli olduğunu Abdula demiş, Abdul da onunla razılaşaraq axşam ona zəng edəndə yaşadığı Ağyazı Buduq kəndinə gedib bir baş inəyi onun idarə etdiyi yük avtomobilinə yükləməyi ona demişdir. Həmin gün axşam saat təxminən 21 radələrində Abdul ona zəng edib yaşadığı kəndə gəlməsini ona bildirmişdir. O, öz yük avtomobili ilə Abdulun yaşadığı kəndə gedib orada sonuncu ilə görüşmüşdür. Abdul yanında olan bir başı inəyi onun avtomobilinin yük yerinə yerləşdirmiş və özü də gəlib onun yanında oturmuşdur. Daha sonra onlar Bakı şəhərinə getmişlər. Abduldan həmin inəyin kimə məxsus olduğunu sourşduqda Abdul inəyin qayınatası tərəfindən verildiyini, həmin inəyi satıb evin həyətindəki tikilinin dam örtüyünü düzəldəcəyini demişdir. Xaçmaz rayonunda mal-qara satılan bazar olduğunu, nə üçün məhz Bakı şəhərinə bir baş inəyi satmağa apardığını Abduldan soruşmuşdur. Bu zaman Abdul Bakı şəhərində tanışı olduğunu, bir baş inəyi aparıb həmin şəxsə satıb qayıdacağını demişdir. O, Abduldan başqa heçnə soruşmamışdır. 27 yanvar 2023-cü il tarixdə gecə saat 04 radələrində onlar Bakı şəhərində yerləşən mal-qara satılan bazara çatmış və bir baş inəyi Abdul yük yerindən düşürdüb orada olan dəmir boruya bağlamışdır. Səhər saat 07 radələrində Abdul inəyi bir nəfər tanımadığı şəxs satmış və tanışının gəlib inəyi aldığını, Xaçmaz rayonuna qayıtmaq lazım olduğunu ona demişdir. Həmin vaxt Abdul ona 150 manat gediş haqqı vermişdir. Daha sonra Abdulu Bakı şəhərində Sulutəpə qəsəbəsinin dərəsinin yaxınlığında düşürdərək çıxıb getmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus «Qaz- 33021» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili var və sifariş olduqda həmin avtomobillə yük daşımaqla məşğul olur. Xaçmaz rayonu, Ağyazı Buduq kəndində yaşayan Abdulu təxminən iki il olar ki, tanıyır. Abdul özü də «Vaz-2107» markalı avtomobillə taksi fəaliyyəti göstərir. 24 noyabr 2022-ci il tarixdə günorta saatlarında Xaçmaz-Quba avtomobil yolunun 1-ci km-dəki tikinti materialları mağazasının qarşısında olduğu zaman Abdul onun yanına gəlib borcu olduğunu, borcunu ödəmək üçün qayınatasının bir baş inək verdiyini, həmin inəyi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən heyvan bazarına aparıb satmaq istədiyini, həftənin beşinci günü ona zəng edəcəyini, onun avtomobillə Ağyazı Buduq kəndinə gəlib inəyi Binəqədi rayonu ərazisində olan heyan bazarına aparmalı olduğunu demişdir. Abduldan inəyi Xaçmaz şəhərində olan heyvan bazarında satmamasının səbəbini soruşduqda Abdul “Xaçmaz şəhərində olan heyvan bazarına gəlsəm satdığım inəyə az pul verəcəklər, həmin inəyi bir qədər baha qiymətə satmaq istəyirəm” deyə cavablamışdır. Abduldan yol pulu olaraq ona nə qədər pul verəcəyini soruşduqda Abdul 150 manat pul verəcəyini demişdir. Abdula inanaraq “zəng vurarsan avtomobilimlə gəlib inəyi apararam” sözlərini bildirmişdir. Bundan sonra Abdul onun mobil telefon nöməsini öz mobil telefonuna qeyd edərək çıxıb getmişdir. 26 noyabr 2022-ci il tarixdə təxminən gecə saat 01:30 radələrində Abdul ona zəng vurub demişdir ki, Ağyazı Buduq kəndinə gəlsin, inəyi indi aparmaq lazımdır ki, səhər saat 06 radələrində bazarda olsunlar. Özünə məxsus «Qaz-33021» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Ağyazı Buduq kəndinə gedib Abdula zəng vuraraq harada olduğunu sonuncudan soruşmuşdur. X29 kəndini keçib Alıc kəndi istiqamətində gəldiyini demişdir. Ağyazıbuduq kəndini keçib Alıc kəndi istiqamətində təxminən 200-300 metr getdikdən sonra Abdul yolun kənarında olan bağ sahəsindən onun qarşısına çıxıb gəlmiş və avtomobildən düşüb baxanda Abdulun bir baş inəyi ağaca bağladığını görmüşdür. Abduldan inəyi öz həyətində saxlamayb yaşadığı evdən uzaqda olan bağ sahəsinə gətirməsinin səbəbini soruşmuş, Abdul yaşadığı evin həyətində inəyi avtomobilin yük yerinə mindirmək üçün şəraitin olmadığını, ona görə də inəyi bağ sahəsinə gətirdiyini ona bildirmişdir. O, yenə də Abdula inanmış və onlar birlikdə Abdulun ağaca bağladığı inəyi onun avtomobilinin yük yerinə mindirmişlər. Bundan sonra Abdul da avtomobilin salonuna əyləşmiş və onlar birlikdə Binəqədi rayonu ərazisində olan heyvan bazarına getmişlər. 26 noyabr 2022-ci il tarixdə təxminən saat 05:30 radələrində bazara çatmış və Abdul inəyi avtomobilin yük yerindən düşürüb bazar ərazisinə aparmışdır. O isə avtomobilimin salonunda oturub Abdulun gəlməsini gözləmişdir. Təxminən saat 10 radələrində Abdul onun yanına gəlib inəyi satdığını demiş və onlar Xaçmaz şəhərinə qayıtmışlar. Ancaq Abdul inəyi neçəyə satdığını ona deməmiş və o, bu barədə Abduldan heç bir söz soruşmamışdır. Xaçmaz şəhərinə çatanda Abdul ona 150 manat pul vermiş və avtomobildən düşüb getmişdir. Sonrakı günlərdə Xaçmaz şəhərində Abdulu görsə də, sonuncu, ona heç bir söz deməmiş, o, Abduldan heç nə soruşmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Ağyazı Buduq kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin tövləsidir. Tövlə fərdi yaşayış evinin girişindən solda yerləşir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs4 tövlənin içərisində kəsilmiş ipi göstərərək naməlum şəxs və ya şəxslər tərəfindən tövlədəki 01 baş inəyin oğurlandığını bildirmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Ağyazı Buduq kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin tövləsidir. Tövlə fərdi yaşayış evinin arxasında yerləşir. Tövlə kərpicdən tikilmişdir. Giriş qapısı təklaylı qapıdır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs5 tövlənin içərisini göstərərək 01 baş inəyin oğurlandığını bildirmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus evin giriş qapısı taxtadandır və ətrafında bağ sahəsi yerləşir. 2 mərtəbəli fərdi yaşayış evin taxta pəncərələri var. Evdə hazırda yaşayış yoxdur. İçəridə müxtəlif məişət əşyaları var. Hadisə yerinin fotoşəkilləri mobil telefon vasitəsilə çəkilərək müvafiq qaydada tərtib olunmuş protokola əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu Ağyazı Buduq kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evidir. Yaşayış evi iki mərtəbədən ibarət olmaqla sağ və sol tərəfi qonşu evlərlə həmsərhəddir. Evin həyəti hasarlanmış vəziyyətdədir. Evin giriş qapısı dəhlizə, sonra soldan yataq otağına açılır. Giriş qapısının sağ tərəfində mətbəx, giriş qapısı ilə üzbəüz yataq otağı və yanında digər otaq yerləşir. 2-ci mərtəbə 4 otaqdan ibarətdir. Pilləkənlə qalxdıqda üzbəüz yataq otağı yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs3 həmin otaqdakı çarpayını göstərərk özünə məxsus ov silahının həmin çarpayının altından naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Baxış zamanı ekspert kriminalist Fariz Muradov tərəfindən 7 ədəd əl barmaq izləri götürülərək müqayisəli eyniləşdirmə aparılması üçün KTİ-yə göndərilməsi üçün qablaşdırılmışdır. Əşyaya baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi, onun istifadəsində olan “Redmi Note 9 Pro” markalı mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan “Redmi Note 9 Pro" markalı mobil telefon cihazında təqdim etdiyi şəkillərə baxış keçirilən zaman həmin foto şəkillərdə bir nəfər şəxsin hər iki əlinin ağ rəngli elektrik naqili ilə biləkdən bir- birilərinə bağlı vəziyyətdə olması və həmin şəxsin əllərini bağlayan ağ rəngli elektrik naqilinin bir ucunun isə şəkil çəkilən yerin tavanına bağlanması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 foto şəkilləri mobil telefonunda təqdim edib bildirmişdir ki, foto şəkillərdə görünən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs1dur. Həmin şəkilləri 12 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 əllərini yaşadığı evin həyətindəki bir otaqlı tikilidə bağladıqdan sonra öz istifadəsində olan "Redmi Note 9 Pro” markalı mobil telefonla çəkdiyi Zərərçəkmiş şəxs1 əlləri bağlı vəziyyətdə olduğu şəkillərdir. Təqsirləndirilən şəxs1 mobil telefonda təqdim etdiyi foto şəkillərin mobil telefon cihazının ekranından “İ-Phone 8" markalı mobil telefonla şəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Həmin telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Əşyaya baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd ov silahına baxış keçirilmişdir. Təqdim olunmuş silah qara rənglidir, yaşıl rəngli kəməri vardır. Silahın qundağı qara rəngli plastmasdan düzəldilmişdir. Silahın sağ tərəfində tətik halqasının yuxarı hissəsində “Kral Arms A-tac” sözləri yazılmışdır. Sağ tərəfdən lülənin yanında “12 GA 3 chamber" rəqəmləri və sözləri yazılmışdır. Silahın sol tərəfində tətik halqasının yuxarı hissəsində "Kral Arms” sözləri və "15-K02546” nömrəsi yazılmışdır. Həmin tərəfdən lülənin üzərində “Kral Silah San. X30 in Turkey” sözləri yazılmışdır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə həmin silahı əmisinin yaşadığı evdən oğurlamışdır. Təqsirləndirilən şəxs1 oğlunun təqdim etdiyi bir ədəd silah üzərində cinayət hadisəsinin izlərini daşıya biləcəyi, gələcəkdə iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq baxış zamanı qablaşdırılıb möhürlənərək götürülmüşdür. Əşyalara baxış keçirilməsi haqqında 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 01 ədəd xalça, 01 ədəd samovara baxış keçirilmiş və həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Əşyalara baxış keçirilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 9 ədəd döşək üzlüyü, 01 ədəd yorğan, 01 ədəd xalça, 02 ədəd ədyal, 03 ədəd döşəkçə, 01 ədəd “Quicks” markalı paltaryuyan maşın, 01 ədəd "Güven" markalı su qızdırıcısı, 01 ədəd “Agro” derman səpən cihaz, 01 ədəd “LG” markalı televizor, 02 ədəd dəmir vedrə, 01 ədəd “Marquis” markalı hidrofor, 01 ədəd “hidroterm” markalı drel, 01 ədəd “Marquis” markalı su nasosu, 06 ədəd stəkan, 17 ədəd boşqab, 1 ədəd tava, 01 ədəd ətçəkən maşın, 01 ədəd samovar borusuna baxış keçirilmiş və həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi Note 9 Pro” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun “Galareya” bölməsində xx.xx.2022-ci il tarixdə, saat 02:05-də qeydə alınmış 00:56 dəqiqədən ibarət video görüntü aşkar olunmuşdur, İştirakçı Təqsirləndirilən şəxs2 həmin video görüntünü qardaşının telefonundan istifadə edərək qeydə aldığını bildirmişdir. Videonun 42-ci saniyəsində üzü görünməyən bir nəfərin üzərinə qara rəngli lent bağlamış ağ rəngli predmetlə tikiliyə daxil olduğu görünür. İştirakçı Təqsirləndirilən şəxs2 həmin şəxsin qardaşı Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Videonun 44-cü saniyəsində tikilinin daxilində Zərərçəkmiş şəxs1 görünür. Videonun 46-cı saniyəsində kiminsə sol əli ilə Zərərçəkmiş şəxs1 sağ bilək nahiyəsindən tutduğu müşahidə edilir. İştirakçı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 sağ bilək nahiyəsindən tutduğunu qeyd etmişdir. Daha sonra nalayiq ifadələr eşidilir və mübahisə yarandığı üçün görüntü itir. Yuxarıda qeyd olunan video görüntü 01 ədəd CD diskə köçürülərək müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. Məhkəmə-ballistik ekspertizasının 17 iyul 2023-cü il tarixli, 3/1072 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “Vinçester” tipli, 12 kalibrli, “Kral Arms A-TAC” modelli, “15-K02546” №-li, pompalı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silahın zavod nişanlarında hər hansı dəyişiklik və hissələrinin üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, üzərində istehsal ilinə dair yazı olmadığından müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 10 (on) ədəd parton zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində həmçinin tədqiqata təqdim edilmiş yivsiz ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdırlar. Patronlardan 03 ədədi 5 (3.0 mm) nömrəli, 03 ədədi 3 (3.5 mm) nömrəl və 04 ədədi 1 (4.0 mm) nömrəlidir. Patronların üzərində istehsal ilinə dair yazı olmadığından müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd predmetdən 02 ədəd slindrik formada olanlar “Kral Arms A-TAC” modelli ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan hissələri hesab edilən şokdur (boğucu), digər 01 ədədi isə onları silahın lüləsinin ağızlıq hissəsinə bağlayıb-açmaq üçün nəzərdə tutulmuş açardır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet tədqiqata təqdim edilmiş “Kral Arms A- TAC" modelli ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan hissəsidir-dəstəyidir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 avqust 2023-cü il tarixli, 9/5117 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus iri buynuzlu heyvanın dəyəri 3000 manat, Zərərçəkmiş şəxs5 məxsus iri buynuzlu heyvanın dəyəri 2400 manat, Zərərçəkmiş şəxs3 məxsus əşyaların dəyəri 1131 manat olmaqla ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi paramertlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6531 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 9/7607 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadə olmuş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə Zərərçəkmiş şəxs6 məxsus əşyaların ümumi dəyəri təxminən 1235 manat müəyyən olunur. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Məhkəmə-daktiloskopik ekspertizasının 27 oktyabr 2023-cü İl tarixli, 3-16-16/2- 3/1588 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 6 saylı daktilolentin səthindəki “a", “b" əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 6 saylı daktilolentin səthindəki papilyar naxış izləri və 1,2,3,4,5,7 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığında görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 6 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Zərərçəkmiş şəxs3 fərdi yaşayış evindən oğurluq etməsi epizodu üzrə Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət barmağından və 6 saylı daktilolentin səthindəki b'V əl-barmaq izi onun sol əlinin orta barmağından qalmışdır. Komisyon-kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2946 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi aşkar olunmur. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədərkən fizioloji affekt halında, güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Məhkəmə-Tibbi Ekspertiza və X12 X18 daxil olmuş 06.oktyabr 2023-cü il tarixli 591 saylı rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmə-Tibbi Ekspertiza və X12 X18 daxil olmuş 04.oktyabr 2023-cü il tarixli 584 saylı rəydən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-4249/2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİNnin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan 01 əl-barmaq izi xx.xx.1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində 02 az yaşlı uşağı vardır. Ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ailə tərkibi valideynlərindən və qardaşı X10 ibarətdir. Xəstəliyə dair arayışa əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxslərin atası X2 xəstəliyindən əziyyət çəkir və əmək qabiliyyəti yoxdur. Xəstəliyə dair arayışa əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxslərin anası X1 yumurtalığın sisti və qarın boşluğunun bərkiməsi xəstəliyi vardır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilmələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 145.1-ci maddəsinə əsasən adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər CM-in 145.2.4 və 145.2.6-ci maddələrinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə və silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 177.1-сi maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 182.1-сi maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 182.2.2 və 182.2.3-cü maddələrində göstərilmişdir ki, təkrar törədildikdə və zor tətbiq etmə ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 232.1-сi maddəsinə əsasən Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 177.2.2, 177.2.3, 182.2.2, 182.2.3 və 232.1-ci maddələri və Təqsirləndirilən şəxs2 əməli həmin məcəllənin 145.2.4 və 145.2.6-cı maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 177.2.2, 177.2.3, 182.2.2, 182.2.3 və 232.1-ci maddələri və Təqsirləndirilən şəxs2 həmin 145.2.4 və 145.2.6-cı maddələri ilə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM 59.1.13) cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 61.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 145.2.4 və 145.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində xüsusilə fəal iştirak etməsini cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1. hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (Təqsirləndirilən şəxs2 münasibətdə müəyyən olunmamışdır) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 177.2.2, 177.2.3, 182.2.2, 182.2.3 və 232.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilə Təqsirləndirilən şəxs1 həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi nəzərə alınmaqla təyin olunacaq cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyən olunr ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli 22 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini həll edərkən qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxslərin anası sağ yumurtalığın sisti və qarın boşluğunun bərkiməsi xəstliyi, təqsirləndirilən şəxslərin atası isə skleroz xəstəliyindən əziyyət çəkir və əmək qabiliyyəti yoxdur. Məhkəmə bir ailənin iki övladının eyni zamanda azadlıqdan məhrum ediləcəyi halda bu nəticənin həmin ailənin həyat şəraitinə ciddi təsir edəcəyini, eyni zamanda təqsirləndirilən Təqsirləndirilən şəxs1da himayəsində iki azyaşlı övladının olmasını nəzərə alırş Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini,təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.6-cı maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təyin olunmuş cəzanın real çəkilməli olub-olmaması məsələsini müzakirə edərkən məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarını, işin faktiki hallarını, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmasına dəlalət edir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs2 qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Təqsirləndirilən şəxs2 şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalı, bu imkandan ümumilikdə cəmiyyətdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsini aydınlaşdırmaq üçün o, müəyyən müddət sınaqdan keçirilməlidir. Eyni zamanda sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilməlidir. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində 21 noyabr 2023-cü il tarixdə polis polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə ekspertiza xərcinin müəyyən olunduğu bütün rəylər təqsirləndirilən Təqsirləndirilən şəxs1 qarşı verilmiş ittihamları əhatə edir. Məhkəmə ekspertizalarına sərf olunmuş 325 (üç yüz iyirmi beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Redmi Note 9 Pro” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, “Kral Arms A-Tac” modelli, “ 15-K02546” nömrəli odlu silah, 10 ədəd patron, 02 ədəd şok (boğucu), silahın lüləsinin ağızlıq hissinə bağlayıb-açmaq üçün nəzərdə tutulmuş 01 ədəd açar, ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş 01 ədəd dəstək, 16 patron tutumlu 01 ədəd patrondaş, 01 ədəd avadanlıq qabı hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılmalı, 09 ədəd döşək üzlüyü, 01 ədəd göy rəngli yorğan, 10 litrlik odun samovarı, 01 ədəd 2x5 m ölçülü xalça, 01 ədəd 0,8x3,8 m ölçülü xalça, 02 ədəd ağ-yaşıl rəngli ədyal, 03 ədəd döşəkçə, 01 ədəd “Quicks” markalı paltaryuyan maşın, 01 ədəd “Güven” markalı su qızdırıcısı, 01 ədəd “Agro” markalı dərman səpən cihaz, 01 ədəd “LG” markalı televizor, 02 ədəd boz rəngli dəmir vedrə, 01 ədəd “Marquis” markalı hidrofor, 01 ədəd “Hidroterm" markal drel, 01 ədəd “Marquis" markalı su nasosu, 06 ədəd “Maga" markalanma göstəriciləri olan stəkan, 02 ədəd ovalvari, göy-sarı rəngli boşqab, 11 ədəd ağ rəngli, üzərində “Fine Proscelain” markalanma göstəriciləri olan boşqab, 02 ədəd qara-ağ rəngli boşqab, 02 ədəd ovalvari, ağ-sarı rəngli boşqab, 01 ədəd dəmir tava, 01 ədəd ətçəkən maşın, 01 ədəd samovar borusu Zərərçəkmiş şəxs6 saxlnılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 əl-barmaq izlərinin əks olunduğu daktiloskopik xəritə, X8 məxsus fərdi yaşayış evinə baxış zamanı götürülmüş əl izləri, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Redmi Note 9 Pro" markalı mobil telefon vasitəsilə qeydə alınmış videonun əks olunduğu 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 177.2.2, 177.2.3, 182.2.2, 182.2.3 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.6-cı maddələrinə əsasən ilə 03 (üç) il , 177.2.2 və 177.2.3-cü maddələrinə əsəsan 03 (üç) il, 182.2.2 və 182.2.3-cü maddələrinə əsasən 06 (altı) il 06 (altı) ay, 232.1-ci maddəsinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 22 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayətin əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.6-cı maddələrinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilsin. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Redmi Note 9 Pro” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. “Kral Arms A-Tac” modelli, “ 15-K02546” nömrəli odlu silah, 10 ədəd patron, 02 ədəd şok (boğucu), silahın lüləsinin ağızlıq hissəinə bağlayıb-açmaq üçün nəzərdə tutulmuş 01 ədəd açar, ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş 01 ədəd dəstək, 16 patron tutumlu 01 ədəd patrondaş, 01 ədəd avadanlıq qabı hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılsın. 09 ədəd döşək üzlüyü, 01 ədəd göy rəngli yorğan, 10 litrlik odun samovarı, 01 ədəd 2x5 m ölçülü xalça, 01 ədəd 0,8x3,8 m ölçülü xalça, 02 ədəd ağ-yaşıl rəngli ədyal, 03 ədəd döşəkçə, 01 ədəd “Quicks” markalı paltaryuyan maşın, 01 ədəd “Güven” markalı su qızdırıcısı, 01 ədəd “Agro” markalı dərman səpən cihaz, 01 ədəd “LG” markalı televizor, 02 ədəd boz rəngli dəmir vedrə, 01 ədəd “Marquis” markalı hidrofor, 01 ədəd “Hidroterm" markal drel, 01 ədəd “Marquis" markalı su nasosu, 06 ədəd “Maga" markalanma göstəriciləri olan stəkan, 02 ədəd ovalvari, göy-sarı rəngli boşqab, 11 ədəd ağ rəngli, üzərində “Fine Proscelain” markalanma göstəriciləri olan boşqab, 02 ədəd qara-ağ rəngli boşqab, 02 ədəd ovalvari, ağ-sarı rəngli boşqab, 01 ədəd dəmir tava, 01 ədəd ətçəkən maşın, 01 ədəd samovar borusu Zərərçəkmiş şəxs6 saxlnılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 əl-barmaq izlərinin əks olunduğu daktiloskopik xəritə, X8 məxsus fərdi yaşayış evinə baxış zamanı götürülmüş əl izləri və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Redmi Note 9 Pro" markalı mobil telefon vasitəsilə qeydə alınmış videonun əks olunduğu 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 325 (üç yüz iyirmi beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 tərəfindən isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli X20 Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar