Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-449/2025 12.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq odlu silah olan Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomatı, həmin avtomatın komplekt hissəsi olan avtomat darağını, döyüş sursatı olan Kalaşnikov konstruksiyalı silahların 11 ədəd patronlarını, 02 ədəd “UZRQM” tipli partlayıcıları ilə birlikdə döyüş sursatı hesab edilən 02 ədəd F1 tipli əl qumbaralarını, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 26,686 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, psixotrop maddə metamfetamini 02 ədəd büküm halında üzərində, digər sadalanan predmetləri isə yaşadığı Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsində nömrəsiz fərdi evdə saxlamaqla, həmin ünvana daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə saat 15:12-də yaşadığı Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsi nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq Quba RPŞ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 17:14-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd bükümdə eyni tərkibli ayrı-ayrılıqda çəkiləri 13,921 qram və 12,765 qram olmaqla ümumilikdə çəkisi külli miqdarda- 26,686 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 17 mart 2025-ci il tarixdə saat 19:05-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsində nömrəsiz fərdi evə özünün iştirakı və razılığı ilə keçirilmiş baxış zamanı evin zirzəmisinin giriş qapısından sol tərəfdə yerləşən taxta dolabın içərisində gizlədilən texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olmaqla hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən ********* nömrəli 7,62 mm kalibrli zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah hesab edilən 01 ədəd AK-103 modelli avtomat, texniki cəhətdən saz və istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstrusiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağı, atəş üçün yararlı vəziyyətdə olan keçmiş SSRİ dövlətində istehsal olunmuş 11 ədəd 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 02 ədəd “UZRQM” tipli partlayıcıları ilə birlikdə döyüş sursatı hesab edilən 02 ədəd F1 tipli əl qumbaraları aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3 maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onu işlədiyi yerdən gəlib götürmüşlər. Quba rayon Polis Şöbəsinə aparmışlar. Ona “yaşadığın evə bir ədəd kalaşnikov markalı avtomat və iki ədəd əl qumbarası qoyacağıq” demişlər. Birinci olaraq o, həmin predmentləri boynuna götürmək istəməmişdir. Həmin an şok vəziyyətində olmuşdur. “Boynuna götür və yaxşı olacaq” demişlər. Eyni zamanda üç aydan sonra buraxacaqlarını bildirmişlər. O da onlara inanaraq boynuna götürmüşdür. Daha sonra yaşadığı mənzildə əməliyyat tədbiri keçirmişlər. Silahı və iki ədəd əl qumbarasını əvvəlcə şkafın içərisinə qoymuşlar və daha sonra oradan götürmüşlər. Daha sonra yenidən onu Quba rayon Polis Şöbəsinə gətirmişlər. Narkotik vasitəni onun cibinə qoyaraq “çəkiliş zamanı cibindən çıxart” demişlər. Qəbul etmədiyi təqdirdə ona hədə-qorxu gəlmişlər. “Sənə təzyiqlər edərik, lazım gəlsə döyərik” demişlər. Onu qorxutmuşlar və o da boynuna götürmüşdür. Narkotiki cibinə qoymuşlar və çəkiliş zamanı cibindən özü çıxartmışdır. Həmçinin ona çəkilişdən əvvəl çəkiliş zamanı həmin narkotiki tanımadığı şəxsdən aldığını deməyini demişlər. Onu saxladıqları zaman özlərini, ümumiyyətlə, təqdim etməmişlər. Nəyə görə onu həm silahla, həm də narkotiklə yüklədiklərini bilməmişdir. Səbəbini soruşanda ona deməmişlər. Onun polislərlə ədavəti, ümumiyyətlə, olmamışdır. Onu döymüşlər. Quba rayon Polis Şöbəsində onu döymüşlər. Xəsarəti olmamışdır. Qulaqlarından və ürəyinin üzərindən vurmuşlar. Bir neçə dəfə də başına vurmuşlar. O, ümumiyyətlə, narkotik vasitədən istifadə etməmişdir. Satışla da məşğul olmamışdır. O, fəhlə kimi işləmişdir. Onu məscidə getməməyinə görə təqsirləndirmişlər. Dindarlığa meyl edirsən demişlər. O, dindar bir şəxsdir. Sünni təriqətindəndir. O, ümumiyyətlə, bu ittiham üzrə özünü təqsirli bilməmişdir. O, bugünə qədər də nə ilə ittiham oldunduğunu bilməmişdir. Onun boynuna məcburi formada qoymuşlar. Paylaşdığı videolarla bağlı xəbərdarlıq olunmamışdır. Şöbədə bir dəfə ona “dini videolar paylaşma” demişlər. Məscidə nə üçün getmədiyini soruşmuşlar. Onu saxladıqları zaman telefonu əlindən almışlar. Telefonunu ona qaytarmamışlar. Anasına sentyabr ayında telefonunu qaytarmışlar. Telefonda dini video olduğuna görə ondan almışlar. O, 2014-cü ildən dindardır. Tutulduğu günə qədər kimsə onun dini görüşü ilə bağlı qapısını döyməmişdir. Bir və ya iki dəfə Quba rayon Polis Şöbəsində onu qeydiyyata götürmüşlər. Sonuncu dəfə dini videolar paylaşmağı ilə bağlı ona xəbərdarlıq etmişlər. Buna görə ittiham elan olunduğunu düşünmüşdür. O, instagram sosial şəbəkəsində dini videolar paylaşmışdır. Səhifəsi açıq olmuşdur. İstintaqda verdiyi ifadəsi yadındadır. Təzyiq altında vermişdir. Onu aldatmışlar. İki aydan sonra buraxacaqlarını demişlər. Ona “sənin evinə basqın edəcəyik və səni ağır miqdarda narkotiklə yükləyəcəyik” demişlər. İfadəsini təsdiq etməmişdir. İfadəsini imzalamaqdan imtina etmişdir. Bakı İstintaqa gəldiyi vaxtdan rahat olmuşdur. Sanksiya məhkəməsində etiraf ifadəsi verməyinin əsas səbəbi polis əməkdaşlarının onun yanında olması olmuşdur. Onlardan qorxduğu üçün elə demişdir. Məhkəmədən götürüb Polis İdarəsinə aparacaqmışlar. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittihamlar üzrə özünü qismən təqsirli bilərək 18 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, ara-sıra patıdan, yəni psixotrop maddə metamfetamindən istifadə etmiş, psixotrop maddə metamfetamini adətən eyni adamdan almışdır. Həmin şəxsin telefon nömrəsinin onda çoxdan olmuş, lakin həmin şəxsin adını, soyadını, anket məlumatlarını bilməmişdir. Təxminən 1 həftə əvvəl həmin şəxsə zəng edərək bir neçə qram psixotrop maddə metamfetamin lazım olduğunu, lakin cəmi 60 manat pulunun olduğunu demiş, sonra həmin şəxs ona təxminən 25-30 qram metamfetamin verəcəyini, bu dəfə üçün ona metamfetamini ucuz verəcəyini bildirərək ünvanın koordinatlarını göndərmişdir. O, Quba şəhərində yerləşən ünvana gedərək bükümləri götürmüş və 60 manat pulu da onun dediyi kimi daşın üzərinə qoymuşdur. 17 mart 2025-ci il tarixdə saat 15:12-də yaşadığı ünvanın yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin dövriyyəsində və odlu silah, döyüş sursatı əldə edib üzərində saxlamağında şübhəli olduğunu bildirmiş, yalan danışmağın mənasız olduğunu başa düşdüyünə görə səmimi olaraq üzərində patı adı ilə tanıdığı metamfetamin olduğunu qeyd etmiş, bundan sonra polis əməkdaşları onu Quba rayon Polis Şöbəsinə aparmışlar. Orada vəkil ilə təmin edilmiş və hüquqları ona izah edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Etiraz etməmiş və üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində “patı” olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü, sol yan cibindən “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm açılmış və bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Birinci bükümün elektron tərəzidəki çəkisi 14,05 qram, ikinci bükümün çəkisi isə 12,86 qram olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən 02 ədəd sellofon bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılmış, içərisində ***-***-**-** mobil nömrəsi olan telefonu isə götürülmüşdür. Şifahi sorğu zamanı aşkar edilmiş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təxminən 1 həftə əvvəl Quba rayonu ərazisindən tanımadığı şəxsdən 60 manat qarşılığında əldə etdiyini və həmin maddələri şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin şifahi sorğu zamanı yaşadığı ünvanın zirzəmisində 01 ədəd “Kalaşnikov” markalı avtomat və 02 ədəd əl qumbarası saxladığını polis əməkdaşları deyib baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını, qeyd etdiyi predmetləri təxminən 2 il əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 500 manat qarşılığında əldə etdiyini, həmin predmetləri özünü müdafiə etmək məqsədilə saxladığını, həmin predmetlərdən istifadə etmədiyini bildirmişdir. Bundan sonra çəkiliş dayandırılmış və tədbir iştirakçıları onun yaşadığı evə getmişlər. Evin qarşısında olduğu zaman evə baxışın videoçəkilişlər həyata keçiriləcəyi bildirilmiş və o, buna heç bir etiraz etməmişdir. Daha sonra çəkiliş başlamış və o, evdə heç kimin olmadığını, yaşadığı ünvanda odlu silah və 02 ədəd qumbara olduğunu bildirmişdir. Bundan sonra evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış və evi baxışa təqdim etmişdir. O, polis əməkdaşları ilə birlikdə yaşadığı evə daxil olmuş, evin zirzəmisində sol tərəfdəki taxta dolabın içərisini göstərərək qeyd etdiyi predmetləri orada saxladığını bildirmişdir. Oradan 02 ədəd qumbara və 02 ədəd alışdırıcı, dolabın içərisindəki 01 ədəd avtomat, 01 ədəd avtomat darağı 11 ədəd patron aşkar edilmiş, həmin predmetlər qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı həmin predmetləri təxminən 2 il əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 500 manat qarşılığında əldə etdiyini, həmin predmetləri özünü müdafiə etmək məqsədilə saxladığını, həmin predmetlərdən istifadə etmədiyini, heçkimin bu barədə məlumatı olmadığını, həmçinin şəxsi axtarış zamanı yaşadığı ünvanda 11 ədəd patron saxlaması barədə məlumat verməyi unutduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş başa çatmış, protokol və digər sənədlər tərtib olunmuş, o həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman ona ittiham olunan əməldə özünü təqsirli bilərək 60 manat pul müqabilində narkotik vasitə aldığını, özünün şəxsi istifadəsi üçün saxladığını, silahı özünü müdafiə məqsədi ilə marağı olduğu üçün aldığını, aşkar edilmiş narkotik vasitə və silahın özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təzyiq və təsir olunmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 17 mart 2025-ci il tarixdə Emil adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını, partlayıcı maddələri əldə edərək özündə və yaşadığı ünvanda saxlaması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Emil adlı şəxs xx.xx.1993-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq özü və Baş İdarənin digər əməkdaşları Üzeyir Salahov, İlham İsmayılovdan ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 17 mart 2025-ci il tarixdə əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs olması ehtimal edilən Quba rayonuna getmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında, yəni Quba rayonu, Birinci Nügədi kəndində 17 mart 2025-ci il tarixdə saat 15 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsin orada olduğunu görmüşlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünün təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını, partlayıcı maddələri əldə edərək özündə və yaşadığı ünvanda saxlaması, daşıması və gəzdirməsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra onu Quba RPŞ-yə dəvət etmiş və onu Baş İdarəyə gətirmişlər. Polis Şöbəsinin binasının xidməti otaqlarının birində Baş İdarənin İstintaq İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunub şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, hüquq və vəzifələri izah edilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna heç bir etirazını bildirməmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik vasitə “patı” olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, sol yan cibindən “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm açıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmiş, bundan sonra 02 ədəd sellofan büküm hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Birinci bükümün elektron tərəzidəki çəkisi 14,05 qram, ikinci bükümün çəkisi isə 12,86 qram olması müəyyən edilmiş, daha sonra 02 ədəd sellofon bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, şəxsi axtarış davam etdirilən zaman Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təxminən 1 həftə əvvəl Quba rayonu ərazisindən tanımadığı şəxsdən 60 manat qarşılığında əldə etdiyini və həmin maddələri şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin maddələrdən heçkimə satmadığını və heçkimin məlumatı olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın “padval” hissəsində 01 ədəd “Kalaşnikov” markalı avtomat və 02 ədəd əl qumbarası saxladığını, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Həmin predmetlər barədə Təqsirləndirilən şəxs suallar verilən zaman Təqsirləndirilən şəxs qeyd etdiyi predmetləri təxminən 2 il əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 500 manat qarşılığında əldə etdiyini, həmin predmetləri özünü müdafiə etmək məqsədilə saxladığını, həmin predmetlərdən bu günə qədər istifadə etmədiyini və heç kimin bu barədə məlumatı olmadığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirmək məqsədi ilə getmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmış, baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah döyüş sursatı və ya dövriyyəsi qadağan edilmiş digər əşya və predmetin olub olmaması soruşulduqda Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah və 02 ədəd qumbara olduğunu bildirmiş, daha sonra evin giriş hisəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçrilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olmadığını bildirib onları içəri dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin padval hissəsinə girib sol tərəfdəki taxta dolabın içərisini göstərərək qeyd etdiyi predmetləri orada saxladığını bildirmişdir. Həmin dolabın içərisinə baxış keçirilən zaman orada olan ağ rəngli paketin içərisində 02 ədəd qumbaraya oxşar predmet və 02 ədəd alışdırıcı tipli predmet, dolabın içərisindəki göy rəngli paketə baxış keçirilən zaman orada 01 ədəd avtomata oxşar predmet, 01 ədəd darağa oxşar predmet və darağa oxşar predmetin içərisində 11 ədəd patrona oxşar dəmir premetlərin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın zirzəmi hissəsindəki dolabın içərisindən aşkar edilmiş 02 ədəd qumbaraya oxşar predmet və 02 ədəd alışdırıcı tipli predmet ağ rəngli paketin içərisində, 01 ədəd avtomata oxşar predmet, 01 ədəd darağa oxşar predmet və darağa oxşar predmetin içərisində 11 ədəd patrona oxşar dəmir premetlər isə qara rəngli sellofon torbada qablaşdırılıb götürülmüşdür. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri təxminən 2 il əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 500 manat qarşılığında əldə etdiyini, həmin predmetləri özünü müdafiə etmək məqsədilə saxladığını, həmin predmetlərdən bugünə qədər istifadə etmədiyini və heçkimin bu barədə məlumatı olmadığını, həmçinin şəxsi axtarış zamanı yaşadığı ünvanda 11 ədəd patron saxlaması barədə məlumat verməyi unutduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, “Emil" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını, partlayıcı maddələri əldə edərək özündə və yaşadığı ünvanda saxlaması, daşıması və gəzdirməsi bildirilmiş və müəyyən edilmişdir ki, “Emil" adlı şəxs xx.xx.1993-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1993-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, 17 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını, partlayıcı maddələri əldə edərək özündə və yaşadığı Quba rayonu, Birinci Nügədl kəndi, 1-ci məhəllə küçəsi, nömrəsiz fərdi evdə saxlaması, daşıması və gəzdirməsində şübhəli bilinən xx.xx.1993-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 15:12-də yaşadığı ünvanın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstünə şəxsi axtarış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, tərəfimizdən müşayiətimiz altında saxlanıldığı yerdən Quba Rayon Polis Şöbəsinə gətirilmişdir. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, 17 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər, Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını, partlayıcı maddələri əldə edərək özündə və yaşadığı Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsi, nömrəsiz fərdi evdə saxlaması, daşıması və gəzdirməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək həmin günü saxlanılıb Quba Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, yaşadığı Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsi, nömrəsiz fərdi evə keçirilən baxış zamanı həmin evin zirzəmisində olan göy rəngli sellofan torbadan 01 ədəd avtomata, 01 ədəd darağa və 11 ədəd patrona oxşar dəmir predmetlər, ağ rəngli sellofan torbadan isə 02 ədəd qumbaraya və 02 ədəd alışdırıcıya oxşar dəmir predmetlər aşkar olunaraq götürülmüşdür. 18 mart 2025-ci il tarixli 6/1147 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfi açdıqda içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,921 qr, 12,765 qr ümumi təmiz çəkisi 26,686 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. 18 mart 2025-ci il tarixli 25/424 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən müəyyən olunur ki , tədqiqata təqdim edilmiş 01 ədəd ********* №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AK- 103 modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hiss- mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 11 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov kosntruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Qeyd: tədqiqata təqdim edilmiş 11 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. 18 mart 2025-ci il tarixli 25/422 nömrəli məhkəmə partlayış-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 02 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdırlar, üzərində sonradan heç bir dəyişiklik edilməmişdir. Digər 02 ədəd əşya “UZRQM” tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısıdır, zavod üsulu ilə istehsal edilmişdirlər, üzərində sonradan heç bir dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş həmin 02 ədəd əl qumbarasının gövdəsi ilə 02 ədəd “UZRQM” tipli alışdırıcı partladıcını koplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı F1 tipli döyüş sursatıdırlar MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 mart 2025-ci il tarixli 1699 nömrəli rəyindən müəyyən olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.” Həmin rəydə deməsinə görə 6-7 aydır ki psixotrop maddə metamfetamindən istifadə etdiyi qeyd edilmişdir. Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 155/MEŞ nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 10 aprel 2025-ci il tarixli 1260/K nömrəli rəyindən müəyyən olunur ki, “Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin təkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.” 17 mart 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, eləcə də odlu silah və döyüş sursatı, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, üstündə narkotik vasitə “patı” olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, sol yan cibindən “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində ağ rəngli, kristallik formada, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra 02 ədəd sellofan büküm hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, birinci bükümün çəkisi 14,05 qram, ikinci bükümün çəkisi isə 12,86 qram olması müəyyən edilmiş, sonra 02 ədəd sellofon bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təxminən 1 həftə əvvəl Quba rayonu ərazisindən tanımadığı şəxsdən 60 manat qarşılığında əldə etdiyini, həmin maddələri şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin maddələrdən heçkimə satmadığını və heçkimin məlumatı olmadığını bildirmiş, həmçinin yaşadığı ünvanın “padval” hissəsində 01 ədəd “Kalaşnikov” markalı avtomat və 02 ədəd əl qumbarası saxladığını, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını, qeyd etdiyi predmetləri təxminən 2 il əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 500 manat qarşılığında əldə etdiyini, həmin predmetləri özünü müdafiə etmək məqsədilə saxladığını, həmin predmetlərdən bugünə qədər istifadə etmədiyini və heçkimin bu barədə məlumatı olmadığını qeyd etmişdir. 17 mart 2025-ci il tarixli “ünvana baxış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsi, nömrəsiz fərdi evə 17 mart 2025-ci il tarixdə saat 19:05-də “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmış, baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah döyüş sursatı və ya dövriyyəsi qadağan edilmiş digər əşya və predmetin olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah və 02 ədəd qumbara olduğunu bildirmişdir. Daha sonra evin giriş hisəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o, ünvana baxışın keçirilməsinə etirazının olmadığını bildirib tədbir iştirakçılarını içəri dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin padval hissəsinə girib sol tərəfdəki taxta dolabın içərisini göstərərək qeyd etdiyi predmetləri orada saxladığını bildirmişdir. Həmin dolabın içərisinə baxış keçirilən zaman orada olan ağ rəngli paketin içərisində 02 ədəd qumbaraya oxşar predmet və 02 ədəd alışdırıcı tipli predmet, dolabın içərisindəki göy rəngli paketə baxış keçirilən zaman orada 01 ədəd avtomata oxşar predmet, 01 ədəd darağa oxşar predmet və darağa oxşar predmetin içərisində 11 ədəd patrona oxşar dəmir premetlərin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın zirzəmi hissəsindəki dolabın içərisindən aşkar edilmiş 02 ədəd qumbaraya oxşar predmet və 02 ədəd alışdırıcı tipli predmet iş üzrə əhəmiyyət kəsb etdiyindən ağ rəngli paketin içərisində, 01 ədəd avtomata oxşar predmet, 01 ədəd darağa oxşar predmet və darağa oxşar predmetin içərisində 11 ədəd patrona oxşar dəmir premetlər isə iş üzrə əhəmiyyət kəsb etdiyindən qara rəngli sellofon torbada tərəfimdən qablaşdırılıb götürülmüşdür. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri təxminən 2 il əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 500 manat qarşılığında əldə etdiyini, həmin predmetləri özünü müdafiə etmək məqsədilə saxladığını, həmin predmetlərdən bugünə qədər istifadə etmədiyini və heçkimin bu barədə məlumatı olmadığını, həmçinin şəxsi axtarış zamanı yaşadığı ünvanda 11 ədəd patron saxlaması barədə məlumat verməyi unutduğunu bildirmişdir. 19 mart 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumata rast gəlinməmişdir. xx.xx.2025-ci il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumata rast gəlinməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-837/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMCyə məxsus ***-***-**-** saylı mobil nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 18 mart 2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrənin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan va çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilmiş xx.xx.2025-ci il tarixli silahların qeydiyyatda olubolmaması ilə bağlı sorğuya sonuncu İdarə tərəfindən xx.xx.2025-ci il tarixdə cavab verilmişdir. Verilmiş cavabdan müəyyən olunur ki, 6 ədəd silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin 11 iyul 2025-ci il tarixli və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 iyul 2025-ci il tarixli məktularından müəyyən olunur ki, qeyd olunan silahlar həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin, həm də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qeydiyyatından keçmir. Cinayət işinin istintaq zamanı narkotik vasitənin və odlu silahın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Emil" adlı şəxs, yəni xx.xx.1993-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını, partlayıcı maddələri əldə edərək özündə və yaşadığı evdə saxlaması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılmış, müdafiəçinin iştirakı ilə üzərinə və yaşadığı mənzilinə video çəkilişlə axtarış və baxış istintaq hərəkətləri keçirilmiş, axtarış və baxış zamanı üzərindən psixotrop maddə olan metanfetaminə bənzər kütlə və yaşadığı mənzildən isə odlu silah, daraq, patron və partlayıcıları ilə birlikdə əl qumbarası aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin odlu silah, daraq, patron, partlayıcıları ilə birlikdə əl qumbarası və narkotik vasitələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və yaşadığı mənzilə video çəkilişlə baxış keçirilərək odlu silah, daraq, patron, partlayıcıları ilə birlikdə əl qumbarasının və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmaması ilə bağlı vermiş olduğu ifadəsinə tənqidi yanaşmışdır. Belə ki, psixotrop maddə ilə bağlı Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin təkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetaminin aşkar edilməsini, həmçinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticə hissəsindən onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını əsas gətirərək məhkəmə onun bu ifadəsini məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü və təzyiq altında ifadə verdiyini bildirsə də, iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyindən onun bədənində xəsarət olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onun bükümlərə ayrılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş psixotrop maddəni satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi və ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixli ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və ifadələrini məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşır, onun bu ittihamlarla bağlı ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixli ifadəsində bildirdiyi və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və ifadəsində göstərdiklərini qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu 18 mart 2025-ci cü il tarixli ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün 18 mart 2025-ci il tarixli ifadəsi ilə yanaşı, şahidin məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən ( müəyyən olunmamışdır) və ağırlaşdıran ( müəyyən olunmamışdır) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən onun şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-378/2025 saylı qərarı ilə əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 17 mart 2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs aşkar olunaraq maddi sübut kimi tanınıb Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 26,486 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomat, onun komplekt hissəsi olan avtomat darağı, 08 ədəd patron, 02 ədəd UZQRM tipli partlayıcıları ilə birlikdə döyüş sursatı hesab edilən 02 ədəd F1 tipli əl qumbarası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaqla ona, qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs aşkar olunaraq maddi sübut kimi tanınıb Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 26,486 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomat, onun komplekt hissəsi olan avtomat darağı, 08 ədəd patron, 02 ədəd UZQRM tipli partlayıcıları ilə birlikdə döyüş sursatı hesab edilən 02 ədəd F1 tipli əl qumbarası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-449/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-449/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver