Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-45/2024 07.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə Quba rayonu, Dağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Quba rayonu, Dağlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.6 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs1 onun anası Şahid3 ilə yola getmədiyi üçün ayrı evdə kirayədə yaşayacağı halda ata evindən öz evinə geri qayıdacağını, əks təqdirdə ondan ayrılacağına dair şərt qoyması səbəbindən şəxsi münasibətlər zəminində yaranmış nifrət üzündən qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə o, 25 iyul 2022-ci il tarixdə saat 23 radələrində yüngül alkoqol sərxoşluğu halında qayınatası Şahid2 Xaçmaz rayonu Niyazoba kəndində yerləşən fərdi yaşayış evinə gedərək darvazadan daxil olduqdan sonra evin həyətində arvadı Zərərçəkmiş şəxs1, baldızları Zərərçəkmiş şəxs2 və Şahid1, qayınanası Zərərçəkmiş şəxs3, qayını Zərərçəkmiş şəxs4, övladları Gülçin Qədirova və Ömər Qədirovun gözləri qarşısında hər birinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə özü ilə gətirdiyi ümumi uzunluğu 160 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə yönəlmiş cinayət əməlini yüngülləşdirmək məqsədilə ictimai borcunu yerinə yetirərək ona müdaxilə etməyə çalışan qayınanası Zərərçəkmiş şəxs3 qəsdən öldürmək niyyəti ilə qəsdən bir neçə zərbə vurub sonuncuya “hər iki bazunun, sol saidin kəsilmiş və deşilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran, arvadı Zərərçəkmiş şəxs1 qəsdən iki zərbə vurub sonuncuya “qarın nahiyəsində bir ədəd qara ciyərin zədələnməsilə qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yara” kimi sağlamlığa ağır və “sol qulaq seyvanının arxa tərəfinin kəsilmiş yarası” kimi sağlamlığa yüngül zərər vuran, törətdiyi cinayəti yüngülləşdirmək məqsədilə ictimai borcunu yerinə yetirərək onun müqavimətini qırmaq istəyən baldızı Zərərçəkmiş şəxs2 qəsdən öldürmək niyyəti ilə qəsdən altı zərbə vurub sonuncuya “qarın nahiyəsində iki ədəd biri qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yara” kimi sağlamlığa ağır və “qarın nahiyəsindəki boşluğa nüfuz etməyən, alt çənənin, sol saidin, sağ əlin, sağ baldırın kəsilmiş-yaraları” kimi sağlamlığa yüngül zərər vuran, ictimai borcunu yerinə yetirərək ona müdaxilə etməyə çalışan qayını Zərərçəkmiş şəxs4 isə törətdiyi cinayəti yüngülləşdirmək məqsədilə qəsdən öldürmək niyyəti ilə qəsdən bir zərbə vurub sonuncuya “bel-oma nahiyəsinin deşilmiş-kəsilmiş yarası” kimi sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, lakin zərər çəkmiş şəxslərin birgə fəal müqaviməti ilə rastlaşıb hadisə yerindən qaçıb uzaqlaşdıqdan sonra zərər çəkmiş şəxslərin vaxtında “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə təxliyyə olunaraq həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatlarının xilas edilməsi səbəbindən bilavasitə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 qəsdən öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da zərər çəkmiş şəxslərin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onların özlərini, xüsusi amansızlıqla, başqa cinayətin törədilməsini yüngülləşdirmə məqsədilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 qəsdən öldürməyə, yəni zərər çəkmiş şəxslərin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onların özlərini, xüsusi amansızlıqla, başqa cinayətin törədilməsini yüngülləşdirmə məqsədilə həmin şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun Ülviyyə ilə evli olduğu dönəmdə onunla heç bir söz-söhbəti olmamışdır. Onun evinə söz-söhbət salan Elçin, Röyya və qaynanası olmuşdur. Axırıncı dəfə hər il olduğu kimi, yay ayları olduğu üçün arvadı Ülviyyəylə uşaqlarını qaynanasıgilə aparmışdır. Bir neçə gün sonra Ülviyyə zəng edərək ona demişdir ki, qaynanası ilə bir evdə yaşamaq istəmir. Ülviyyəyə hazırlaşmağı və onları evə gətirəcəyini demişdir. Qaynanasıgilə getmiş, qapını Elçin açmışdır. İçəri girən kimi qapı bağlanmışdır. Qaynanası qarşısına gəlib onlarda nə etdiyini söylədikdə onun qolundan tutub itələmişdir. Amma əslində burada cinayətə görə məsuliyyət daşımalı olanlar Röyyayla Elçindir. Röyya qız uşağıdır, gəlib tullanıb boğazına, onu boğmağa başlamışdır. Bacısı Ülviyyə indi yalan danışır. Ülviyyə həmin vaxt qışqırırdı ki, Röyya burax öldü. Bundan sonra Elçin daşla qulaq nahiyəsinə vurmuşdur. Xəsarətlər almışdır. Qulağına daş vurandan sonra üzərinə təxminən altı nəfər tökülüşmüş, Elçinin atası da orada olmuşdur. Amma indi deyirlər ki, atası yox idi, bacıları Samirə də orada idi. Özləri də yaxşı bilmişdir ki, cib bıçağı da 3-4 ay əvvəldən özündə olmuş, sırf onların evinə gəlir deyə özü ilə götürməmişdir. Bıçaq da üzərində özünü müdafiə etmək üçün olmuşdur. Bıçaqla yetirilən xəsarətlər də buna sübutdur. O, başı aşağı vəziyyətdə bıçaqla hara gəldi vurmuşdur. Qaynanasına bıçaqla xəsarət yetirdiyini polisdə öyrənmişdir. Heç kimi öldümək niyyəti olmamışdır. Həmçinin üzərinə altı nəfər gəlmişdir, öldürmək niyyəti olsaydı, altısının içərisindən birini rahatlıqla öldürə bilərdi. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Ülviyyəgilə getməmişdən qabaq heç kimlə danışmamış, onun özüylə danışmışdır. O, qıraq yerdə yemək yemir. Hətta anası xalasıgilin məclisində olmuş, ona gedib bacıngildə yemək yeməsini demişdir. Heç bacısıgildə yemək yeməmiş, avtovağzalda dönər yemişdir. Daha sonra dincəlmək məqsədilə evə getmişdir. Bir qədər yatdıqdan sonra yadına düşdü ki, dörd gündür ki, Ülviyyəgil evə gəlmir. O, Ülviyyənin özü ilə danışmışdır. Bir daha qeyd etmişdir ki, onları öldürmək niyyəti olmamışdır. Elə niyyəti olsaydı, özü ilə cib bıçağı aparmaz, özü ilə soyuq silah kimi daha böyük bıçaq götürərdi. İkincisi də aralarında hansısa söz-söhbət problem olmamışdır. Düzdür, tutduğu əməldən peşmandır. Ancaq özünü ona görə qismən təqsirli bilir ki, öldürmək niyyəti olmamışdır. Ən birinci Röyyanı vurmuş, sonra Elçini vurmuşdur. Amma arvadı ilə qaynanasına dəyən bıçaq zərbəsindən xəbəri yoxdur. Çünki başını aşağı salıb görmədən, kimisə hədəf almadan vurmuşdur. Bıçaqla da ona görə xəsarət yetirmişdir ki, Röyya boynuna tullanmış, hamısı üstünə tökülüşmüşdür. O, bıçağa əl atmasaydı, özü öləcəkdi. Ülviyyənin atası və digər bacısı da orada olmuş, ümumilikdə altı nəfər olmuşlar. Qapı da bağlı idi, hara qaça bilərdi ki. Bıçaq dörd ay idi ki, üzərində olmuş, sırf ora gedir deyə üzərində götürməmişdir. Bıçaq işdə və s. olanda lazım olurdu. O, usta işləmişdir. Bıçağı dörd ay idi ki, cibində gəzdirmişdir. Baldızına bıçaq zərbəsi vurduğunu inkar etmir. Ancaq neçə bıçaq zərbəsi vurduğunun sayını bilmir. Çünki başı aşağı hara gəldi vurmuşdur. Əsas vuran vaxtı bıçağı Elçinlə Röyyaya dəyib. Arvadı ilə qaynanasına bıçağın dəyməsindən xəbəri olmayıb. Yerə tökülən qan da, darvazaya dəyən qan da öz qanı olmuşdur. Hadisədən iki gün sonra zərər çəkmiş tərəf sarı saplı bıçağı müstəntiqə verib hadisə vaxtı ondakı bıçağın həmin bıçaq olduğunu demişdir. Müstəntiq də deyib ki, bu var, ikincisinə ehtiyac yoxdur. Əlindən hansı şəraitdə xəsarət aldığını bilmir. Ancaq onu bilir ki, əli kəsilmişdir. Dörd nəfərə xəsarət yetirəndə əlinin kəsildiyini söyləsə, yalan demiş olar. Hadisə günü bir ədəd dəmir qabda pivə içmişdir. Əvvəllər qaynanasıgillə arası çox yaxşı olmuş, hətta böyük qaynı ilə münasibəti lap yaxşı olmuş, aralarını Elçin vurmuşdur. İndi də bütün bu söz-söhbəti çıxaran Elçinlə Röyya olmuşdur. Həmişə də arvadına demişdir ki, sənin evini onlar yıxacaq. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, qaynanasıgilə ailə-uşağını götürmək üçün getmişdir. Özləri ilə danışıb demişdir ki, gəlib onları aparacaq. Ülviyyə ona qaynana ilə yaşamaq istəmədiyini demiş, Ülviyyədən bu dörd günün içində nə baş verdiyini soruşmuşdur. Dedi ki, yox, anamla bir evdə yaşaya bilməz. Bilsəydi belə söz-söhbət olacaq, heç o qapıya ayaq basmazdı. Qapını Elçin açdıqdan sonra qaynanasını görmüş, bir də sol tərəfdən Röyya gəlib belinə atlanmışdır. O, həyətə girəndə dediyi üç şəxsi görmüşdür. Arvadı da evin qapısında olmuşdur. Ona çatmağa iki metr məsafə qalmışdır. O, içəri girdikdən sonra zərər çəkmiş tərəfə qarşı hansısa ifadə işlətməmişdir. Bu vaxt qaynanası barmağını sallaya-sallaya qabağına gəlmiş və dedi ki, siz səhv edirsiniz, heç kimi heç yerə aparmayacaqdır. O, da qaynanasının qolundan tutub qırağa çəkmişdir. Röyya onu boğmağa başlamışdır. Həmin vaxt Ülviyyə Röyyaya onu buraxmasını, əks halda boğulacağını demiş, bundan sonra Ülviyyə mətbəxdən atasıyla bacısı Samirəni çağırmışdır. Hadisə heç bir dəqiqə çəkməmişdir. Hadisə yerində altı nəfər - dörd zərər çəkmiş şəxs, bir də Ülviyyənin atasıyla digər bacısı Samirə olmuşdur. Divara çəkilib dayanmışdır. Bu vaxt qapı döyülmüş, söz-söhbət qurtarmışdır. O, divara çəkiləndə zərər çəkmiş şəxslərdən biri qolundan tutmaq istəmişdir. Divara tərəfə çəkilib dayananda qarşı tərəf dağılışmamışdır. Təkcə Elçin qapını açmaq üçün aralaşdı. Sonra xalası oğlu Samir içəri girib onları aralamağa başlamışdır. Özü avtomobilə oturub polis idarəsinə getmişdir. Hadisə günü Quba rayon Polis Şöbəsinə gedib təslim olmuşdur. Xaçmaz polisinə getməli olduğunu bilməmişdir. Hadisə zamanı üzərində olmuş bıçağı aparıb Quba rayon Polis Şöbəsinə təhvil vermişdir. Hadisə zamanı əli kəsilmiş, qulağı partlamışdır. Bir də kürəyi və ayağında əziklər olmuş, xəsarətləri ona qarşı tərəf yetirmişdir. Xəsarətləri barədə Xaçmaz rayon Polis Şöbəsində qeydiyyat aparılmışdır. 3 saylı İstintaq təcridxanasında da xəsarətləri barədə yazmışdırlar. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 06 avqust 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınaraq məhkəmə istintaqı zamanı dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2014-cü ilin dekabr ayının 27-i Niyaməddinlə evlənmişdir. Bu nikahdan iki oğlan və bir qız olmaqla üç övladları olmuşdur. Sonradan münasibətləri yaxşı olmamışdır. Çox iş də qaynanadan keçmiş, evə gedəndən sonra çox zülm görmüşdür. Bir insanın digərinə etməyəcək zülmü Niyaməddinin anası ona qarşı etmişdir. Boşanmaq kimi variantı olsa da, uşaqlarına görə o evdə dözüb oturmuşdur. Söz-söhbət neçə il davam etmiş, Niyaməddinin özü ilə də sözsöhbətləri olmuşdur. Təqsirləndirilən şəxs nikahdan kənar bir övladının olduğunu da öyrənmişdir. Bu məsələyə görə də mübahisələri olmuşdur. Yenə də boşanmamışdır. Ancaq anasının işgəncəsi, Niyaməddinin anasının tərəfini tutması, bir sözlə öz ailəsini ana-bacısının ayağına verməsi dözülməz həddə çatmışdır. O, onsuz da o evdə alçalmış, həyəcan və qorxudan çox xəstəlik tapmışdır. Hadisə zamanı da Niyaməddin ona bıçaqla xəsarət yetirib onu yarımcan qoymuşdur. Bu dəqiqə o üç uşağına baxa bilmir, bir vedrə suyu qaldıra bilmir. Hadisədən qabaq Niyaməddinin anasıyla uşaqların həyətdə səs salmasıyla bağlı mübahisəsi oldu. Heç Təqsirləndirilən şəxs bu dəqiqə özü o münaqişəni bilmir, sonuncuya o mübahisə barədə heç nə bildirməmişdir. Bu mübahisə hadisədən təxminən bir həftə əvvəl olub. Mübahisə zamanı Niyaməddinin anası and içdi ki, səni bu evdə qoymayacağam, üç uşağınla sən atanın evinə gedəcəksən, bunu da oğlu vasitəsilə edəcək. Niyaməddinin anası onu ata evində rüsvay edəcəyini də söylədi. 2022-ci ilin iyul ayının 20-i fəhlə kimi kartof çıxarmağa getmiş, onu istidə uşaqları ilə birlikdə tərəvəzə göndərmişdirlər. Həmin gün səhər getmiş, axşamüstü uşaqlar da yanında olmuşdur. Niyaməddin ona zəng edərək hazırlaşmasını, yarım saata gəlib onları aparacağını demişdir. O, da evə gələndə görmüşdür ki, Samir evdədir. Samir əsgər getdiyini, sağollaşmağa gəldiyini demişdir. Samir dayısı İslamın evinə gedəcəyini bildirərək Niyaməddin gəlməmişdən qabaq getmişdir. Niyaməddin evə gəlmiş, acıqlı olmuşdur. Ayın 20-i onlar gələndə axşam idi. Evə gələndə görmüşdür ki, anasının vəziyyəti yaxşı deyil, evdəkilərin də kefi yerində deyildi. Niyaməddin oturub yarım saat çay içdikdən sonra çıxıb getdi. Daha sonra Niyaməddin yolda olan zaman ona zəng edərək söylədi ki, ailəsinin ona qarşı soyuq münasibətini hiss etmişdir. 21-i Niyaməddinə mesaj yazaraq nənəsinin xəstə olduğunu, onlara getməyinə icazə verib-vermədiyini soruşmuşdur. O, harasa gedəndə Niyaməddindən icazə almışdır. Təqsirləndirilən şəxs mesajlarına cavab verməmiş, nə qədər zəng etsə də, zənglərini açmamışdır. 22-i Niyaməddin ona mesaj yazmışdır ki, bir də atası evinə gələn deyil, onu narahat etməsin, alimenti verməyə də hazırdır. Həmin mesaj indi də telefonda qalmaqdadır. Bundan sonra o da ona zəng etməmişdir. 25-dən 26na keçən gecə Niyaməddin ona zəng etmişdir. Bir qədər telefonda danışdıqdan sonra birə işləmiş Niyaməddin dedi ki, ata evinə gəlir, bu işin axırı qanla qurtaracaq. Nəysə ki, Təqsirləndirilən şəxs gəldi. O, uşaqlarla evdə idi. Qapını qardaşı açmışdır. Ondan qabaq da anası bayıra çıxmışdır. Qızı ilə balaca oğlu arxasınca gəlmişlər. Qapıdan çıxanda ayaqqabının bir tayını geyinmiş, ikincisini geyinməyə macal tapmamışdır. Niyaməddin ona əl atmış, əl atanda bütün sinəsini cırmış, köynəyi də cırılmışdır. Onu vurduqdan sonra fırladıb divara çırpmışdır. Necə xəsarət aldığını heç hiss etməmiş, bərk şəkildə divara dəydiyini hiss etmişdir. Sonra onu yenə vuranda Röyya Niyaməddini tutmuş, Röyya tutandan sonra aləm qarışmışdır. Niyaməddin ondan əl çəkmirdi. Axırda onu boyun nahiyəsindən vurmuş, onu yumruqla vurduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs əlini yuxarı qaldıranda görmüşdür ki, əlində bıçaq vardır. Əlini qaldıranda Röyya bıçağı tutmuş, axırıncı dəfə bıçaq Röyyanın əllərini - dörd barmağını kəsmişdir. Sonra da Niyaməddin küçə qapısından bayıra qaçmış, dayısı İslam qapının ağzında dayanmışdır. Avtomobilə əyləşəndə Niyaməddin xalasına müraciət edərək üçümüzü də bıçaqladığını demişdir. Zərər çəkmiş şəxs X5 dövlət ittihamçısı tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, xalası Yeganə qapının ağzında idi. Niyaməddin anasını vurdu, ancaq həmin vaxt əlində bıçağı görməmişdir. Təqsirləndirilən şəxs ona iki bıçaq xəsarəti yetirmişdir. Röyyanı da Niyaməddin vururdu. Elçini bıçaqla vuranda görmüşdür. Niyaməddin içəri daxil olan kimi onlara hücum etmiş, aralarında hansısa söhbət olmamışdır. Təqsirləndirilən şəxs onlara hansısa tibbi yardım göstərməmiş və ya buna cəhd etməmişdir. Sözügedən şəxs onları vuraraq qaçmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, layiqli cəzasını almasını istəyir. Zərər çəkmiş şəxs X5 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Elçini Samir tutub saxlamışdır. Anası və bacısı onu Niyaməddinin əlindən almağa çalışmış, ancaq ala bilməmişdirlər. Təqsirləndirilən şəxs bir əliylə onu tutub saxlamışdır. Axırıncı dəfə də ona xəsarət yetirdiyinə əmin olduqdan sonra sevinərək çıxıb getmişdir. Röyyanın əlini kəsdikdən sonra Niyaməddin özü qaçıb, getmişdir. Niyaməddin ilk olaraq anasına əl qaldırıb. Təqsirləndirilən şəxs məqsədi elə anasını öldürmək idi. O, hələ ata evinə gəlməmişdən qabaq Niyaməddin ona bildirmişdir ki, onun bir neçə öldürməli olduğu adam var. Onlardan biri kimi ilk olaraq qardaşını, axırda onu öldürəcəkdir. Zərər çəkmiş şəxs X5 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, üç uşağı vardır. Böyük uşağı 2015, digərləri 2017 və 2018-ci təvəllüdlüdürlər. 16 avqust 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınaraq məhkəmə istintaqı zamanı dindirilmiş X11 ifadəsində göstərmişdir ki, gecə saat birə işləmiş Ülviyyə otağına gəlib dedi ki, Niyaməddin ona zəng edərək onları aparacağını bildirib. Demişdir ki, gecə vaxtı nə məcburdur, səhər gəlib götürər. Qızı dedi ki, ay ana sözə baxmır, gəlir. O, da qalxıb geyinmişdir. Aradan təxminən on beş dəqiqə keçmişdir ki, küçə qapısının döyüldüyünü eşitmişdir. Elçin ondan qabaq keçdi və qapını açdı. Hətta Niyaməddin darvazanı elə açdı ki, Elçin darvazanın arxasında qaldı. Düz onun üstünə gəlmişdir. İlk olaraq onu vurmuşdur. Qapının arasında Ülviyyə dayanmışdır. Ülviyyənin yaxasından tutub yerdə sürümüşdür. Həyəcandan əl-ayağı boşalmışdır. Uşaqlar anasından yapışmışdır, uşaqların gözü qarşısında analarını vurmuşdur. Uşaqlar anasından yapışanda böyük qızı Samirə uşaqları içəri salmışdır. Samirə uşaqları içəri salmış, uşaqlar bayıra çıxmışdır. Röyya da bayıra çıxmışdır. Ülviyyəni Niyaməddinin əlindən ala bilməmişdirlər. Bunun arxasınca da Samirlə İslam içəri girmişdir. İslam içəri girən kimi qolundan yapışmış, qolunun göyərtisi bir ay getməmişdir. Daha sonra Niyaməddin xalası oğlu ilə bibisi oğlunu onlarda qoyub, özü də sürətlə çıxdı getmişdir. İslam ondan, Samir də Elçindən yapışmışdır. Heç nə edə bilməmişdirlər. Niyaməddin indi deyir ki, münaqişə zamanı əri də orada olmuşdur. Həmin gün əri Samirin məclisində olmuş və çox sərxoş olduğundan elə evə gəlib yatmışdır. Ona elə gəlir ki, ərini əvvəldən bilərəkdən o qədər çox içirmişdirlər. Zərər çəkmiş şəxs X11 dövlət ittihamçısı tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, Niyaməddin onlara gələndə gecə saat birə işləyirdi. Niyaməddin içəri daxil olanda aralarında söhbət olmamışdır. Bir dənə o, demişdir ki, xeyir ola gecə vaxtı gəlmisən. Heç onu da deyə bilməmiş, sözü ağzında yarımçıq qalmışdır. Niyaməddin onu bıçaqla vurmuş, lakin o hiss etməmişdir. İkinci-üçüncü bıçaq da ona Niyaməddin Ülviyyəni dartanda dəymişdir. Onları heç kəs aralamamışdır. İslam arxadan gəlib ondan yapışmışdır. Sağ qolunu bütöv gömgöy etmişdir. Hadisə həyətdə olmuşdur. Yerdə qanı gördükdən sonra başa düşmüşdür ki, Niyaməddinin əlində bıçaq vardır. Niyaməddin evin içərisinə girməmişdir. Niyaməddin içəri girib onlarla söhbət etməyib, Röyya da onu boğmayıb. Niyaməddini heç kəs boğmayıb. Təqsirləndirilən şəxsla barışmamışdır. Zərər çəkmiş şəxs X11 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Niyaməddin içəriyə daxil olanda tək deyildi, ardınca Samirlə İslam girmişdir. İlk olaraq İslam, daha sonra Samir girdi. Təqsirləndirilən şəxs ona çatanda İslamgil qapıdan içəri daxil oldu. Oğlu Elçin qapını bağlamamışdır. Qapı açıq olmuş, Elçin qapının arxasında qalmışdır. Niyaməddin qapını elə zərblə açdı ki, Elçin qapının arxasında qaldı. İlk olaraq Niyaməddin içəri daxil olanda həyətdə onunla Elçin, evin qapısının arasında da Ülviyyə olmuşdur. Digər qızları sonradan gəlmişdir. Niyaməddin onu vurana kimi aralarında hansısa söhbət olmamışdır. Niyaməddin daxil olan kimi qol nahiyəsinə vurmuşdur. Daha sonra qızını dartanda digər iki bıçaq xəsarətini almışdır. Niyaməddin ona xəsarət yetirən zaman şok keçirmişdir. Onu vurduqdan sonra Niyaməddin qapının arasından Ülviyyənin yaxasından yapışdı. Niyaməddin Ülviyyəni tutanda bütün bədəni boşaldı, yerində donaraq qaldı. Təqsirləndirilən şəxs ondan sonra Ülviyyəni vurmağa başladı. Niyaməddin yumruqla vurduğunu sanmışdır. Amma onun əlində bıçaq var imiş. İyul ayının istisində palto geyinib, bıçağı da paltonun arasına saxlamışdır. Qızının sifətində qanı gördükdən sonra başa düşmüşdür ki, təqsirləndirilən şəxs onları bıçaqla vurur. Niyaməddin Ülviyyənin qarın nahiyəsinə də xəsarət yetirmişdir. Ülviyyəyə Niyaməddin xəsarət yetirəndə şok keçirmişdir. İslam onu tutduğu halda necə Niyaməddinin Ülviyyəyə xəsarət yetirməsinə müdaxilə edə bilərdi. Onu İslam tutmuşdur. Digər zərər çəkmiş şəxslər də çalışırdı ki, bacılarını Niyaməddinin əlindən alsınlar. Elçinə Samir yapışmışdır, onu tutmuşdur, Elçin özü şikəst oğlandır, nə edə bilərdi ki. N.X10 sonra xəsarət yetirib. 13 avqust 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınaraq məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, iyulun 26-ı, gecə saat 1-ə işləmişdir. Ülviyyə dedi ki, Niyaməddin ona zəng edib, gələcəkdir. Sonra çöl qapısı döyüldü. Elçin çıxıb qapını açdı. Anası da həyətə çıxmışdır, Ülviyyə qapının ağzında idi. Anasının arxasıyca o çıxmışdır. Niyaməddin qapını təpiklə, kobud şəkildə döymüşdür. Elçin qapını açanda Təqsirləndirilən şəxs içəri necə daxil oldusa, Elçin qapının arxasında qalmışdır. Əgər həmin an Elçin Niyaməddinin qabağında olsaydı, sonuncu ilk olaraq elə Elçini vuracaqdı. Orada Niyaməddinlə aralarında heç bir söz-söhbət olmamışdır. Niyaməddinin qarşısına anası çıxmışdır. Niyaməddinin ifadəsində bildirdiyi kimi, onun üzərinə də tullanmamışdır. Anasının qolundan qan axdığını görmüşdür. Bu zaman Niyaməddinin əlinə baxdıqda əlində bıçaq olduğunu sezmişdir. Çevrilib baxanda görmüşdür ki, Təqsirləndirilən şəxs Ülviyyəyə sinə nahiyəsindən əl atmış, köynəyin bir hissəsini də qoparmış, ardınca qarın nahiyəsindən vurmuşdur. Niyaməddin bacısı Ülviyyənin yaxasından tutub dartaraq içəridən çıxarıb çöldəki divara çırpmış və qarın nahiyəsinə xəsarət yetirmişdir. Bir dəfə vurub, ikinci vuranda o Niyaməddini arxadan tutmuşdur. Boynundan tutmayıb, eləcə tutub çəkmişdir. Çəkəndə də Ülviyyənin üstünə gedirdi. Həmin vaxt artıq anasını vurmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dövlət ittihamçısı tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, bacısına xəsarət yetirilmə anını görmüşdür. Təqsirləndirilən şəxs əlində bıçaq görmüşdür. Anasının qolundan qan axdığını biləndə, Niyaməddin anasının qoluna nə iləsə vurub. Əlinə baxanda əlində bıçağı görmüşdür. Niyaməddin bıçaqla birinci dəfə Ülviyənin qarın nahiyəsinə xəsarət yetirmişdir. İkinci bıçaq zərbəsini endirəndə onu çəkmişdir. Niyaməddinin məqsədi Ülviyyəni öldürmək olmuşdur. O, Təqsirləndirilən şəxs tutub çəkəndə sonuncu hirsindən onu vurmuşdur. Təqsirləndirilən şəxs ona altı bıçaq xəsarəti yetirib. Niyaməddin içəri girdikdən bir neçə saniyə sonra dayısının avtomobili gəlmişdir. Avtomobildən dayısı və xalasının oğlu düşmüşdür. Biri anasının üstünə gəlib, digəri də qardaşını tutmuşdur. Niyaməddin Elçini vuranda da Təqsirləndirilən şəxs xalası oğlu Elçini tutmuşdur. Hamını vurduqdan sonra, axırıncı zərbəni Ülviyyənin boynuna vuranda elə bildik ki, damarı kəsilib, Ülviyyə öləcək. Həmin vaxt Niyaməddin gülüb, bundan sonra çıxıb getmişdir. Niyaməddini boğmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hamı bir-birinə qarışmışdır, hamı Niyaməddini tutmağa çalışmışdır. İslam anasını, Samir isə Elçini tutmuşdur. Digər bacısı da uşaqları içəri aparmışdır. Atasını da içirmişdirlər, içəridə sərxoş vəziyyətdə yatmışdır. Niyaməddin Ülviyyəyə xəsarət yetirəndə sonuncunu ondan o uzaqlaşdırmışdır. Qıraqdan da anasıgil qışqırırdı. Ülviyyəni vurmaq şəklindən, bıçaqlamağından bilinir ki, Təqsirləndirilən şəxs niyyəti Ülviyyəni öldürmək olmuşdur. Bir insanı boyun nahiyəsindən vurmaq onu öldürmək istəmək deməkdir. Niyaməddin qaçıb getmiş, ayaqqabıları da həyətlərində qalmışdır. 16 avqust 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınaraq məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hadisə günü saat 12, 1-ə işləmişdir. Qapı şiddətli döyülmüş, gedib qapını açmışdır. Qapını açdıqdan sonra Niyaməddin həyətlərinə daxil olmuşdur. Ardınca da dayısı İslam və xalası oğlu Samir gəldilər. Niyaməddin ilk olaraq anasına bıçaq zərbəsi vurdu. Anasına xəsarət yetirdiyini görüb arxasıyca getmək istəyəndə xalası oğlu Samir məni tutdu. Hadisə zamanı heç kim Təqsirləndirilən şəxs xəsarət yetirməmişdir. Niyaməddin ona bıçaqla xəsarət yetirən zaman Samir onu tutmuşdur, belə sonuncu onun özünü müdafiə etmək qabiliyyətini tam məhdudlaşdırmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 dövlət ittihamçısı tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, Niyaməddin ilk olaraq anasının üzərinə hücum çəkmişdir, ona xəsarət yetirmişdir. Anasına xəsarət yetirən zaman Niyaməddinin əlində bıçaq olduğunu görməyib, ancaq xəsarət yetirmək anını görüb. Daha sonra Təqsirləndirilən şəxs ev qapısının ağzında dayanan bacısını Ülviyyəni dartaraq bayıra çıxardıb. Bu vaxt anası Ülviyyəni Niyaməddinin əlindən almaq istəyəndə İslam anasını tutub saxlamışdır. Təqsirləndirilən şəxs Ülviyyəyə xəsarət yetirməsinin şahidi olub, ancaq əlində bıçaq olduğunu qan gördükdən sonra başa düşmüşdür. Niyaməddin evdən qaçaraq getmiş, hətta ayaqqabısının bir tayı və evdə özüylə gətirdiyi ikinci mətbəx bıçağı yerə düşmüşdür. İkinci bıçağı da prokurorluq orqanına təqdim etmişdir. İslamın köməkliyi ilə Niyaməddin qaçmışdır. Hətta qaçan zaman əlində Ülviyyənin köynəyinin bir hissəsi qalmış, o da qaçanda yerə düşmüşdür. Təqsirləndirilən şəxslə barışmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, həyətə ilk olaraq Niyaməddin, onun ardınca da Samirlə İslam daxil olmuşdur. O qapını bağlamamışdır. Anası evin qapısının yaxınlığında dayanmışdır. Ülviyyə də evin qapısının arasında, qapının ağzında dayanmışdır. Röyya da Ülviyyənin arxasıyca həyətə çıxmışdır. Niyaməddin ilk olaraq anasına xəsarət yetirmişdir. Anasına xəsarət yetirən zaman Təqsirləndirilən şəxs əlində nə olduğunu görməmişdir. Niyaməddinin kənarda, başqa bir yerdə xəsarət alıb-almadığını bilməmişdir. Ancaq hadisə zamanı onların həyətlərində ona heç bir xəsarət yetirilməmişdir. Səhhəti ilə əlaqədar ona qoyulan diaqnoz da yalandır. Təqsirləndirilən şəxs həyətlərindəndən özü qaçmışdır. Ayaqqabıları da həyətləridə qalmışdır. Təqsirləndirilən şəxsin xalası Yeganə hadisə zamanı qapının ağzında dayanıb olanları izləmişdir. Yeganə onlarla qonşuluqda yaşayır. İslam anasını tutub saxlayaraq “mən həll edəcəm” demişdir. Samir iki dəfə onu tutmuşdur. Niyaməddinə heç kəsin əli dəyməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsin suallarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı o üzünü Samir tərəfə çevirib sonuncunu itələmişdir. Samirin əl izləri də sinəsində qalmışdır. Həmin vaxt Samir də nalayiq təhqiredici ifadələr işlədirmişdir. O üzünü çevirib Samiri itələyən zaman o, ona arxadan xəsarət yetirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, iş üzrə şahid qismində çıxış edən Şahid4 hadisə zamanı anasının qolundan tutmuşdur. İş üzrə şahid qismində çıxış edən Şahid4 onlara qarşı müdaxilə hərərkətləri edərək, “mən hər şeyi həll edəcəm” demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Niyaməddin arvadını anasının ad gününə görə onlara aparmışdır. Ülviyyənin anası ayın 9-u gəlmiş, 17-i ad günü olmuşdur. Ülviyyənin anası və bacı-qardaşı onun ailəsinə müdaxilə etmiş, əsas söz sahibi onlar olmuşdur. Bu iş də planla qurulmuşdur. Oğlu qaynanasıgilə ailəsini götürməyə getmişdir. Oğlu düz etməmişdir və indi də əməlindən peşmandır. Hadisəni görməmişdir. Hadisə barədə oğlu Niyaməddindən eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Qiyammədin oğlunun dayısıdır. Quba rayonunda yaşayır. Bacısı oğlu əsgər gedirdi, onu yola salmaq üçün Xaçmaz rayonunun Niyazoba kəndinə gəlmişdir. Axşam vaxtı evə qayıdanda məhəllənin çıxışında Niyaməddinin maşınla gəldiyini görmüş, bacısıgilə getdiyini düşünmüşdür. Daha sonra bir az keçəndən sonra qonşuluqdan səs gəlmiş, səsi eşitdikdən sonra bacısı oğlu Şahid6 səs gələn tərəfə getdi ki, baxsın görsün ki, nəyə görə səs-küydür. Samirin ardınca da o da getmişdir. O, gedəndə Niyaməddin artıq qayıtmış, qapı açıq idi. İş üzrə zərər çəkmişlər şəxslər bir tərəfdə dayanmışdırlar. Onun orda dayanmağı heç 1-2 dəqiqə çəkməmişdir. İş üzr zərər çəkmiş şəxslərər qarşı heç bir müdaxilə hərəkəti olmamışdır. O, hadisə yerinə gedəndə Niyaməddin artıq qayıdırdı. Niyaməddini hadisə yerində görməmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Xəticənin oğludur. Zərərçəkmiş şəxs1 isə Niyaməddinin arvadıdır. Zərərçəkmiş şəxs3 Ülviyyənin anası, Zərərçəkmiş şəxs4 qardaşı, Zərərçəkmiş şəxs2 isə bacısıdır. Onun Niyaməddin və sonuncunun ailə üzvləri ilə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. 25 iyul 2022-ci il tarixdə bacısı Yeganənin oğlu Samirin hərbi xidmətə yola düşməsi ilə əlaqədar onların Xaçmaz rayonu Niyazoba kəndində yerləşən evlərinə yığıncaq təşkil olunmuşdur. Həmin gün günorta saatlarında ailəsi və bacısı Xəticə ilə birlikdə həmin yığıncağa getmişdir. Saat 21-22 radələrində Niyaməddin ona zəng edərək anasının harada olduğunu soruşub telefonu anasına verməyini bildirmişdir. O, telefonu Xəticəyə vermiş və bacısı Niyaməddinlə telefonda danışmışdır. Ancaq telefonda onların arasında olan telefon danışığının məzmununu bilmir. Saat 23 radələrində bacısı Xəticə və ailəsini də götürüb istifadəsində olan “Opel Vectra” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qubaya qayıdanda Niyazoba kəndinin giriş hissəsində Niyaməddinin sürətlə yanından gəlib keçdiyini görmüşdür. O, maşını əks istiqamətdə idarə edib Niyaməddinin arxasıyca sürmüşdür. İlk öncə Niyaməddinin Yeganəgilə getdiyini düşünsə də, bacısıgilə çatanda Niyaməddinin avtomobili orada olmamışdır. Maşını Yeganəgilin evinin qarşısında saxlayıb maşından düşərək Yegnəgilə getmişdir. Bir müddət sonra qonşuluqdan qışqırıq səsləri gəldiyi üçün Samir həmin istiqamətdə getmişdir. Daha sonra o, Samirin arxasıyca sonuncunu evə gətirmək üçün gedəndə Niyaməddin yenicə maşınına əyləşib avtomobili sürərək yanından keçib getmişdir. O, Ülviyyənin atasıgilin evinin qarşısına çatanda Teymur darvazanın qarşısında dayanıb Niyaməddinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, Teymura söyüş söyməməsini bildirib sonuncunu sakitləşdirərək darvazadan içəriyə daxil olmuşdur. İçəriyə girəndə məlumatı olmuşdur ki, Niyaməddin Zəkiyə, Röyya, Ülviyyə və Elçinə bıçaqla xəsarət yetirmişdir. Daha sonra isə bacısı Yeganə də oraya gələrək Samiri götürüb hər üçü evə qayıtmışlar. Hadisədən sonra Niyaməddini görməmiş və hadisənin necə baş verdiyinin də şahidi olmamışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Zəkiyə və Elçin yalan danışır. O, hadisənin olduğu evə gələndə artıq hadisə baş vermiş və Niyaməddin maşınına minib yola düşmüşdür. O, hadisə yerinə gedəndə Zəkiyə çölə çıxmaq istəyəndə sonuncunu sakitləşdirməyə çalışmış, məsələni yoluna qoyacağını bildirmiş və mübahisənin daha da böyüməsinə imkan verməmişdir. O, Niyaməddinin oradakı şəxsləri bıçaqla xəsarət yetirməsinin şahidi olmamışdır. Heç o, Zəkiyəgildə 1-2 dəqiqə qalmamş və çıxıb getmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri ilə arasında davadalaş, mübahisə olmasını eşitməmişdir. Hadisədən sonra Şahid6 Zərərçəkmiş şəxs4 ünvanına nalayiq ifadələr işlətməsini eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, oğlu əsgər getməyə-səhəri günü Gəncəyə yola çıxmağa hazırlaşmışdır. Onlar qohumları ilə bərabər həyətdə olmuşdurlar. Birdən qışqırıq səsləri eşitmişdirlər. Darvazadan çölə çıxmışdır. Səsin haradan gəldiyini müəyyən etdi. Həmin səs tərəfə getdiyi zamanı bir maşın da qarşısına çıxdı. Daha sonra hadisə yerinə getmiş, amma qapıdan içəri keçməmişdir. Qapı açıq vəziyyıtdə idi. İş üzrə zərər çəkənlərdən Zərərçəkmiş şəxs4 qapının yanında görmüş və Elçin onu təhqir etməyə başladı. O, da oğlunu götürüb geri qayıtmışdır. Daha hadisə haqqında məlumatı olmamışdır. Niyaməddinin arvadı ilə dava-dalaş etdiyi eşitməmişdir. Hadisə yerinə gedəndə Niyaməddini orada görməmişdir. O, sadəcə olaraq qışqırıq səsləri eşitdikdən sonra qonşu kimi evlərinə yaxınlaşmışdır. Hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə günü kiçik məclis keçirmişdirlər. Məclisin ertəsi günü hərbi xidmətə getməli idi. Axşam vaxtı idi. Onların həyətinin yanından yüksək sürətlə bir maşın gəlib keçmiş, bir az keçəndən sonra qışqırıq səslər eşidilmişdir. Səs gələn tərəfə getmişdir. Maşını görmüş, amma nömrəsini tanıya bilməmişdir. O, çatana yaxın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qapını kilitləmişdir. O, Elçinə qapını açmağını demişdir. Elçin isə qapını açmamışdır. Bir-iki dəfə dedikdən sonra Elçin qapını açmışdır. O, içəri girəndə Zərərçəkmiş şəxs4 və onun ailə üzvləri var idi hamısı Təqsirləndirilən şəxs üstünə düşmüşdülər. Təqsirləndirilən şəxs onların arasından kənara çıxartmışdır. Təqsirləndirilən şəxs evdən çölə çıxandan sonra qapını açarla bağlamışdır. Daha sonra zərər çəkən şəxslər ona əlləri qanlı dedilər ki, “Qoyma, Niyaməddin getməyə Elvini harada görsə vuracaq”. O qanı gördükdən sonra təəccüblənmiş, lakin təəccübünü onlara bildirməmişdir. Bir az onlar sakitləşdikdən sonra dayısı gəlmişdir. Daha sonra anası Şahid5 gəlib onu götürüb evə geri qayıtmışdır. Niyaməddinin zərər çəkənlərə qarşı xəsarət yetirdiyini görməmişdir. Niyamədinin əlindəki bıçağı belə görməmişdir. Zərərçəkənin qanını gördükdən sonra bilmişdir ki, burada nə isə olub. Hadisə yerində Niyaməddin əyilmişdi, zərər çəkənlərdən Zərərçəkmiş şəxs4 Niyaməddinə bir-iki yumruq vurduğunu görmüşdür. Niyaməddinlə zərər çəkmiş şəxsləri hadisə yerində bir-birindən ayırmışdır. Niyaməddini zərər çəkmiş şəxslərdən ayıran kimi Niyaməddin maşına minib getmişdir. Sakitləşdirməkdən və söz-söhbətdən qurtulmaq üçün Niyaməddin gedən kimi qapını kilitləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, Niyaməddin gəlib qapını döymüşdür. Qapını qardaşı Elçin açdı. Təqsirləndirilən şəxs Elçini itələyib içəriyə daxil oldu. İçəri daxil olub anasını vurdu. Həmin vaxt Niyaməddində bıçaq olduğunu bilməmişdir. Uşaqlar da Ülviyyənin yanında olmuşdur. Niyaməddin anasından sonra Ülviyyəni vurdu. Bu zaman Niyaməddində bıçaq olduğunu, anasının qan içində olduğunu görməmiş, sonradan görmüşdür. Ülviyyəni Niyaməddindən almağa çalışmışdırlar. Ülviyyənin sinə nahiyəsindən qan axdığını görmüşdürlər. Təqsirləndirilən şəxs həmçinin Ülviyyənin qulağının arxasını kəsmişdir. Uşaqlar da qorxmuşdur, bu səbəbdən o, çox araya girməmiş, uşaqları içəriyə aparmışdır. Ülviyyəni Niyaməddinin əlindən almaq üçün Röyya araya girmişdir. Niyaməddinin ailə üzvlərinə xəsarət yetirmə anını görmüşdür. Hadisə tez oldu. O, əsas uşaqları içəri salmışdır ki, münaqişəni görməsinlər. Niyaməddin ailə üzvlərini vuranda görmüş, amma əlindəkinin bıçaq olduğunu əvvəlcə bilməmişdir. Niyaməddinin Röyyaya xəsarət yetirməsinin şahidi olmuşdur. Röyyaya Təqsirləndirilən şəxs xəsarət yetirən zaman o uşaqları içəri salmışdır. Hadisə vaxtı uşaqlar anası Ülviyyənin yanında idi. Elçinə Niyaməddin həyətdə xəsarət yetirib. Niyaməddinin əsas niyyəti Ülviyyəni vurmaq idi deyə, ona xəsarət yetirməmişdir. Şahid X9 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1989-cu ildə Xaçmaz rayonu Niyazoba kəndində anadan olmuş və Xaçmaz rayonu Niyazoba kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2011-ci ildə X12 ailə həyatı qurmuş və birgə nikahlarından 1 oğul övladı dünyaya gəlmişdir. 2015-ci ildə əri ilə boşanmış və həmin vaxtdan Xaçmaz rayonu Niyazoba kəndində ata evində yaşayır. Onlar ailədə 6 övladdır. Evin ən böyüyü odur. Ondan balaca Ülviyyə, Ramilə, Röyya adlı bacıları və Elvin, Elçin adlı qardaşları vardır. Ata evində o, Elvin, Elçin, Röyya, anası Zəkiyə və atası Teymur ilə bir yerdə yaşayır. Ülviyyə 2014-cü ildə Quba rayonu Dağlı kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı quraraq həmin kənddə yaşamağa başlamışdır. Onların birgə nikahından 2 oğul və 1 qız övladları dünyaya gəlmişdir. Onun Niyaməddinlə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Niyaməddinlə arasında kürəkən-baldız kimi münasibəti olmuşdur. Ülviyyənin qayınanası Xəticə ilə aralarında münasibətləri yaxşı olmamışdır. Belə ki, Xəticə daim Ülviyyədən narazı olmuş, sonuncunun iş görmədiyini, heç bir işə yarımadığını bildirmişdir. Buna görə də Ülviyyə Xəticə ilə bir yerdə yaşamaq istəməmişdir. 21 iyul 2022-ci il tarixdə Ülviyyə öz ailəsi ilə onlara qonaq gəlmişdir. Ülviyyə və uşaqlarını Niyaməddin özü gətirmiş və bir qədər də onlarda oturub çıxıb getmişdir. Həmin vaxt Niyaməddinlə ailə üzvləri arasında dava-dalaş, mübahisə olmamışdır. Ülviyyəgil Qubadan yola çıxanda Xəticə anasına zəng edib yenə Ülviyyədən şikayətlənməyə başlamış və əvvəlki kimi narazılıqlarını anasına çatdırmışdır. Ülviyyə onlara gələndən sonra anası da Ülviyyəyə Xəticənin zəng etdiyini bildirmiş və bundan sonra Ülviyyə Qubaya qayıtmamaq qərarına gəlmişdir. 25 iyul 2022-ci il tarixdə saat 21-22 radələrində Niyaməddinlə Ülviyyə arasında telefon danışığı olmuş və Ülviyyə ayrıca evdə yaşamayacağı təqdirdə boşanacağını Niyaməddinə demişdir. Niyaməddin də yola çıxıb Niyazoba kəndinə gələcəyini və Ülviyyə ilə uşaqlarını Qubaya aparacağını bildirmişdir. Ülviyyə axşam vaxtı Niyaməddinin zəng etməsi barədə anasına danışanda bu barədə onun məlumatı olmuşdur. Anası da gecənin bir yarısı heç bir yerə getməmələrini, Ülviyyəni aparmağa imkan verməyəcəyini demişdir. Ülviyyə də Qubaya getmək istəməmişdir. X7 ilə telefonda acıqlı danışdığı üçün sonuncu, sanki həyəcanlanmışdır. Təxminən 30-40 dəqiqə sonra saat 23-24 radələrində evdə olarkən kiminsə evin darvazasının dəfələrlə sərt şəkildə döydüyünü eşitmişdir. Onlar Niyaməddinin gəldiyini bilmişlər. Elçin evdən çıxıb darvazaya yaxınlaşanda anası, o, Ülviyyə və Röyya evin qapısından çölə çıxmışlar. Bu vaxt Niyaməddin iti sürətlə darvazadan içəriyə daxil olub onlara yaxınlaşmış və anası Niyaməddinə tərəf hərəkət edəndə sonuncu anasını itələyib Ülviyyənin yaxasından tutub dartışdırmağa başlamışdır. Hava qaranlıq olduğundan Niyaməddinin əlində bıçaq olduğunu görməmişdir. Sonradan bilmişdir ki, Niyaməddin anasının qol nahiyəsinə bıçaqla vurub anasını kənara itələmişdir. Niyaməddin Ülviyyənin yaxasından tutanda o, Niyaməddinin belindən yapışıb sonuncunu ayırmağa çalışmış, lakin Niyaməddin əlindən çxııb yenə Ülviyyənin üstünə cummuşdur. Elçin və Röyya da Niyaməddinə müqavimət göstərib sonuncunu Ülviyyədən aralaşdırmağa çalışmışlar. Təxminən hadisə 1-2 dəqiqənin içərisində baş vermişdir. Niyaməddin qaçaraq evdən çıxıb gedəndə Ülviyyənin qışqırıq səslərini eşidib sonuncuya baxanda görmüşdür ki, Ülviyyənin sifət nahiyəsindən qan axır. Həmin an bilmişdir ki, Niyaməddinin əlində bıçaq olmuş və sonuncu, Ülviyyəyə bıçaqla xəsarət yetirmişdir. Niyaməddin getdikdən sonra sonuncunun Elçinə və Röyyaya da bıçaqla xəsarət yetirməsindən məlumatı olmuşdur. Ancaq Niyaməddini ailə üzvlərinə bıçaqla vurduğunu, eləcə də Niyaməddinin əlində bıçaq olduğunu görməmişdir. Niyaməddin gedəndə darvazanın yanında dayanmış xalası Yeganəyə üzünü tutaraq acıq verirmiş kimi “ay xala üçünü də bıçaqladım” sözlərini deyib maşınına əyləşmiş və maşını sürüb oradan uzaqlaşmışdır. Daha sonra “103” xidmətinə məlumat verilmiş və evə gələn təcili tibbi yardım briqadasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilərək ailə üzvləri yəni, anası Zəkiyə, bacları Ülviyyə, Röyya və qardaşı Elçin Xaçmaz rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunmuşlar. O, verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və ailə üzvləri arasında dava-dalaş, mübahisə olmamışdır. Təqsirləndirilən şəxs hadisədən əvvəl ailə üzvləri öldürməklə hədələməmişdir. X4 öldürməklə hədələyib-hədələməməsi barədə bir məlumatı yoxdur. Hadisə zamanı orada Röyya, Elçin, Ülviyyə, Zəkiyə, Teymur, Samir və İslam olmuşdur. Samir Niyaməddinin xalası oğlu, İslam isə dayısıdır. Hadisə zamanı Şahid4 və Şahid6 Təqsirləndirilən şəxs onun ailə üzvlərinə bıçaqla xəsarət yetirməsinə təkid edə biləcək ifadələr işlətməmişlər. Ancaq onlar hadisə yerində olsalar da, Niyaməddini tutub saxlamamışlar. Anasının dediyinə görə Niyaməddin anasına bıçaqla xəsarət yetirəndən sonra İslam gəlib anasının qolundan tutub kənara çəkmək istəmişdir. Bundan əlavə, Samir də Elçini tutub kənara itələmişdir. Niyaməddinin onun qarşısında ailə üzvlərinə bıçaqla xəsarət yetirməsi ona çox pis təsir etmiş və onu sarsıtmışdır. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1988-ci ildə Zərərçəkmiş şəxs3 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 4 qız, 2 oğul övladı dünyaya gəlmişdir. Qızlarının adı Samirə, Ülviyyə, Ramilə və Röyya, oğullarının adı isə Elvin və Elçindir. Ülviyyə və Ramilə ailə həyatı qurub gəlin köçmüş, digər övladları isə subay olduğundan Xaçmaz rayonu Niyazoba kəndində yerləşən evində onunla bir yerdə yaşayırlar. Ülviyyə 2014-cü ildə Quba rayonu Dağlı kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı quraraq həmin kənddə yaşamağa başlamışdır. Onların birgə nikahından 2 oğul və 1 qız övladları dünyaya gəlmişdir. Onun Niyaməddinlə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Niyaməddinlə arasında kürəkən-qayınata kimi münasibətləri olmuşdur. Ülviyyənin qayınanası Xəticə ilə aralarında münasibətləri yaxşı olmamışdır. Belə ki, Xəticə daim Ülviyyədən narazı olmuş, sonuncunun iş görmədiyini, heç bir işə yarımadığını bildirmişdir. Ancaq o, gəlin-qayınana münasibətlərinin hər evdə olduğunu düşünüb qadınların arasındakı məsələyə qarışmamışdır. 21 iyul 2022-ci il tarixdə Ülviyyəgil ailəsi ilə onlara qonaq gəlmişdir. Ülviyyəgili də Niyaməddin gətirmişdir. 25 iyul 2022-ci il tarixdə Niyaməddinin onunla qonşuluqda yaşayan xalası oğlu Samirin əsgərliyə yola salınması ilə bağlı məclis təşkil olunmuşdur. Samirgilin ailəsi onun övladlarının toyuna gəlib pul yazdırdıqları üçün Samirin məclisinə getməməyi düzgün olmazmış. Buna görə də həmin gün saat 21 radələrində təşkil olunan məclisdə iştirak edib spirtli içki qəbul edərək təxminən axşam saat 12-nin yarısı evə gələrək mətbəx kimi düzəldilmiş tikilidə yatmışdır. Yatan vaxt çölə səs-küy eşidib çölə çıxanda Niyaməddinin qaçaraq darvazadan çıxdığını görmüşdür. Nə baş verdiyini öyrənmək üçün Zəkiyəyə yaxınlaşanda sonuncunun qol nahiyəsindən qan axdığını görmüşdür. Zəkiyədən nə baş verdiyini soruşanda sonuncu, Niyaməddinin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Daha sonra Ülviyyənin qulaq nahiyəsinin arxasından qan axdığını görüb təlaşa düşmüşdür. Elə bilmişdir ki, Ülviyyənin boyununun şah damarı kəsilmişdir. Röyya və Elçinin də bıçaqlanmasını sonradan bilmişdir. İsti-isti heç onların özləri belə Niyaməddinin onlara bıçaqla xəsarət yetirməsindən məlumatları olmamışdır. Daha sonra “103” xidmətinə məlumat verilmiş və evə gələn təcili tibbi yardım briqadasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilərək ailə üzvləri yəni, Zəkiyə, Ülviyyə, Röyya və Elçin Xaçmaz rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunmuşlar. O, yatdığı üçün Niyaməddinin nə vaxt yaşadığı evə gəlməsini, ailə üzvləri ilə aralarında nə baş verməsini bilməmişdir. Sonradan öyrənmişdir ki, Niyaməddin Ülviyyəyə zəng edərək gəlib ailəsini aparacağını demiş, Ülviyyə isə ayrıca evdə yaşamadığı halda boşanacağını Niyaməddinə bildirmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl onun ailə üzvlərini öldürməklə hədələməmişdir. X4 öldürməklə hədələyib-hədələməməsi barədə bir məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Xaçmaz RMX-nin tibb bacısı Cavadova RPŞ-nin növbətçi hissəsinə telefonla zəng edərək Quba rayonu Dağlı kəndində yaşayan 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “sağ qulaq seyvanının əzilmiş yarası, sağ əlin kəsilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Münaqişə zamanı xəsarət aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarix saat 01 radələrində Quba RPŞ-nin inzibati binasına gələrək Xaçmaz rayonu ərazisində ailə üzvlərinə bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. Bu barədə Xaçmaz RPŞnin növbətçi hissəsinə məlumat verilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokol və foto cədvəldən görünür ki, hadisə yeri Şahid2 Xaçmaz rayonu Niyazoba kəndində yerləşən fərdi yaşayış evinin qarşısıdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş bıçağa baxış keçirilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Paltarlara baxış keçirilməsi haqqında” 26 iyul 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkçə və 01 ədəd cins şalvarı, Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd retuz, 01 ədəd uzunqol köynək və 01 ədəd məmədanı, Zərərçəkmiş şəxs2 əynində olmuş 01 ədəd cins şalvar, 01 ədəd uzunqol köynəyi, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 01 ədəd don, və Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd cins şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “ifadənin yerində yoxlanması haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də göstərmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 409 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər vardı: qarın nahiyəsində bir ədəd qara ciyərin zədələnməsilə qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara, deşici-kəsici alətin təsirindən törənməklə, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sol qulaq seyvanının arxa tərəfinin kəsilmiş yarası isə kəsici alətin təsirindən törənməklə, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarətlərin yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixə uyğun gəlir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 410 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- hər iki bazunun, sol saidin kəsilmiş və deşilmiş yaraları deşici-kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 411 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-bel-oma nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 412 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənindəki aşağıdakı xəsarətlər vardır: qarın nahiyəsində iki ədəd biri qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yara, deşici-kəsici alətin təsirindən törənməklə, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər yaralar qarın nahiyəsindəki boşluğa nüfuz etməyən, alt çənənin, sol saidin, sağ əlin, sağ baldırın kəsilmiş-yaraları isə deşici-kəsici alətin təsirindən törənməklə, dərəcəsinə görə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan bütün xəsarətlərin yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixə uyğun gəlir. Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2073 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ekspertizaya təqsirləndirilən şəxs qismində cəlb edilərsə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətləri idarə edib onları qiymətləndirmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Kompleks məhkəmə-trasoloji, soyuq silahların və lifli materialların kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4127; 3/1053; 3/1072 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən doun səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs4 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəciləri arasında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs1 məxsus koftanın, Zərərçəkmiş şəxs2 məxsus koftanın, şalvarın və Zərərçəkmiş şəxs4 məxsus köynəyin üzərində rəyin təsviri hissəsində qeyd edilən zədələrin yerləşdiyi yeri, ölüçsü və sayı verilmişdir. Həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də ola bilər. Zərərçəkmiş şəxs1 məxsus koftanın, Zərərçəkmiş şəxs2 məxsus koftanın, şalvarın üzərində olan zədənin yerləşmə yerinə görə öndən arxaya, Zərərçəkmiş şəxs4 məxsus köynəyin üzərində olan zədə arxadan önə doğru istiqamətlənməsi ehtimal olunur. Digər geyim əşyalarının üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 605/2022-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 qızma məxsus uzun köynək, kofta, büstqalter, retuz, gödəkcə, Zərərçəkmiş şəxs2 məxsus uzun köynək, şalvar, Zərərçəkmiş şəxs3 məxsus xalat, Zərərçəkmiş şəxs4 məxsus köynək, gödəkcə, şalvar, Təqsirləndirilən şəxs məxsus gödəkcə və şalvar üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda Zərərçəkmiş şəxs1 qızma məxsus uzun köynək, kofta, büstqalter, retuz, gödəkcə, Zərərçəkmiş şəxs3 məxsus xalat, Təqsirləndirilən şəxs məxsus gödəkcə və şalvar üzərindəki ləkələrdə «H» antigeni, Zərərçəkmiş şəxs1 məxsus kofta üzərindəki ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus uzun köynək, şalvar, Zərərçəkmiş şəxs4 məxsus köynək, gödəkcə, şalvar üzərindəki ləkələrdə isə «B» və «H» antigenləri, Zərərçəkmiş şəxs2 məxsus şalvar, Zərərçəkmiş şəxs4 məxsus köynək üzərindəki ləkələrdə həmçinin alfa aqqlyutinini alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 qızma və ya Zərərçəkmiş şəxs4 məxsus ola bilər, əgər onların qanında müşayiətçi «H» antigeni varsa. Qan qarışıq olduğu halda isə ləkələrdə Oalfa,beta/İ/ qruplu Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və ya Təqsirləndirilən şəxs da qarışmış qanlarının olması inkar olunmur, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 oktyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərara əsasən cinayətin aləti olan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 ədəd qaraağ zolaqlı qısaqol köynək, 01 ədəd göy rəngli yun gödəkçə, 01 ədəd məmədan, 01 ədəd qara rəngli retuz, 01 ədəd açıq-mavi rəngli uzunqol köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 01 ədəd don, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd yaşıl rəngli uzunqol köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş 01 ədəd yun gödəkçə, 1 ədəd qısaqol köynək və 01 ədəd cins şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkçə və 01 ədəd cins şalvar qərarla və həmin predmetlər saxlanılması üçün Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 26 iyul 2022-ci il tarixli 229 №-li aktdan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcə alkaqol sərxoşluğu vəziyyəti vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, Quba rayon İcra Hakimiyyəti Başçısının Küpçal İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 11 avqust 2022-ci il tarixli 332 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Dağlı kəndində yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq - xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs arvadı X5, baldızı Zərərçəkmiş şəxs2, qayınanası Zərərçəkmiş şəxs3 və qayını Zərərçəkmiş şəxs4 öldürmək niyyətinin olmaması, yaranmış münaqişə zamanı bıçaqla ətrafında olan zərər çəkənlərə xəsarət yetirməkdə məqsədinin özünü müdafiə etmək olması barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmamış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna alması 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq cəza təyin edə bilməz. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində Xaçmaz rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 iyul 2022ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş maddi sübut kimi tanınmış cinayətin aləti olan 01 ədəd bıçaq məhv edilməli, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 ədəd qara-ağ zolaqlı qısaqol köynək, 01 ədəd göy rəngli yun gödəkçə, 01 ədəd məmədan, 01 ədəd qara rəngli retuz, 01 ədəd açıq-mavi rəngli uzunqol köynək, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 01 ədəd don, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd yaşıl rəngli uzunqol köynək, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş 01 ədəd yun gödəkçə, 1 ədəd qısaqol köynək və 01 ədəd cins şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkçə və 01 ədəd cins şalvar özlərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Təqsirləndirilən şəxs 200 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.6 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib, 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs 200 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlan cinayətin aləti olan 01 ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 ədəd qara-ağ zolaqlı qısaqol köynək, 01 ədəd göy rəngli yun gödəkçə, 01 ədəd məmədan, 01 ədəd qara rəngli retuz, 01 ədəd açıq-mavi rəngli uzunqol köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 01 ədəd don, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd yaşıl rəngli uzunqol köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş 01 ədəd yun gödəkçə, 1 ədəd qısaqol köynək və 01 ədəd cins şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkçə və 01 ədəd cins şalvar sahiblərinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-45/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-45/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver