Məhkəmə qərarları › İş №1(124)-45/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-45/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-45/2025 25.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X7 və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Təqsirləndirilən şəxs2 müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1980-cı ildə Xaçmaz rayonu, Nizova kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Xaçmaz rayonu, Niyazoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 32.3, 256.3-cü maddələri ilə, xx.xx.1959-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Niyazoba kəndində yaşamış və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs2 qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyanı qanunsuz olaraq əldə edib, saxlayaraq, gəzdirməklə, daşıyıb başqasına vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan və özüüzən nəqliyyat vasitəsindən istifadə edilməklə qanunsuz balıq tutulmasını təşkil edib, balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 əlamətlərinə görə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən - sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan 01 ədəd açıq yaşıl rəngli toru istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək, saxlayıb, gəzdirməklə, daşıyıb, 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs1 ilə əldə olunacaq gəlirin bölüşdürülməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan 1(124)-749/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.2.1 və 256.3-cü maddələri ilə olan cinayət təqibinə öldüyünə görə CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə isə aylıq 400 manat məbləğində əmək haqqı verilməsi barədə qabaqcadan razılığa gəlib, həmin şəxslərə 2023-cü ilin fevral ayından başlayaraq, sonuncu dəfə 2023-cü ilin aprel ayının sonlarında Xaçmaz rayonu Niyazoba kəndi ərazisində qeyd olunan tor və faktiki özünün istifadəsində olan “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayığı verməklə, onları qeyd olunan alət və vasitələrlə təmin edərək bir qrup şəxs halında qanunsuz balıq tutmalarını təşkil etmiş, Təqsirləndirilən şəxs1 və Nazim Aydəmirov həmin toru 2023-cü ilin aprel ayının sonlarında Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəzdirməklə daşımış və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş özüüzən nəqliyyat vasitəsi hesab olunan qayıqla qeyd olunan ərazidən Xəzər dənizinə daxil olub, toru dənizdə quraşdırdıqdan sonra, 16 may 2023-cü il tarixədək olan müddətdə bir neçə dəfə toru yığmaq üçün yenidən həmin qayıqla dənizə daxil olmuş, sonuncu dəfə 16 may 2023-cü il tarixdə yenidən həmin qayıqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan olunmuş vaxtda qanunsuz balıq tutmaq məqsədi ilə Xaçmaz rayonu Niyazoba kəndi istiqamətində Xəzər dənizinə daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib, 16 may 2023-cü il tarixə saat 17 radələrinədək olan müddət ərzində hər biri 11 manat olan 130 ədəd külmə balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1430 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 17:00-da X17 Həşimov sahilə çıxarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, tutduqları balıqlara və balıqovlama vasitələrinə keçirilən baxış zamanı onlardan 1 ədəd Yamaha-25 markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayıq, 1 ədəd sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan açıq yaşıl rəngli tor və 130 ədəd külmə balıqları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə edib, gəzdirməklə daşıyıb, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan və özüüzən nəqliyyat vasitəsindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz balıq tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə 2023-cü ilin fevral ayında əldə olunacaq gəlirin bölüşdürülməsi barədə razılığa gələrək, Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə Sumqayıt Ağır Cinayətlər Məcəlləsinin 1(124)-749/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.2.1 və 256.3-cü maddələri ilə olan cinayət təqibinə öldüyünə görə CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmiş X10 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında əlamətlərinə görə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən - sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan 01 ədəd açıq yaşıl rəngli toru 2023-cü ilin fevral ayından başlayaraq, sonuncu dəfə 2023-cü ilin aprel ayının sonlarında Nazim Aydəmirovla birlikdə Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu Niyazoba kəndi ərazisində əldə edərək, gəzdirməklə, Xaçmaz rayonu Niyazoba kəndi istiqamətində Xəzər dənizinin sahilinədək daşımış və faktiki Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd Yamaha-25 markalı mühərriklə təchiz edilmiş özüüzən nəqliyyat vasitəsi hesab olunan qayıqla qeyd olunan ərazidən Xəzər dənizinə daxil olub, toru dənizdə quraşdırdıqdan sonra, 16 may 2023-cü il tarixədək olan müddətdə bir neçə dəfə toru yığmaq üçün yenidən həmin qayıqla dənizə daxil olmuş, sonuncu dəfə 16 may 2023-cü il tarixdə yenidən həmin qayıqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan olunmuş vaxtda qanunsuz balıq tutmaq məqsədi ilə Xaçmaz rayonu Niyazoba kəndi istiqamətində Xəzər dənizinə daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib, 16 may 2023-cü il tarixə saat 17 radələrinədək olan müddət ərzində hər biri 11 manat olan 130 ədəd külmə balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1430 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs1 Nazim Aydəmirovla sahilə çıxarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, tutduqları balıqlara və balıqovlama vasitələrinə keçirilən baxış zamanı onlardan 1 ədəd Yamaha-25 markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayıq, 1 ədəd sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan açıq yaşıl rəngli tor və 130 ədəd külmə balıqları aşkar edilmişdir Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 1 il olar ki, tanıyır. O, balıq tutmaq üçün “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayığını Təqsirləndirilən şəxs1 və Nazim Aydəmirova verib, bunun qarşılığında tutulan balıqları Rəfaillə bölüşüb, Nazimə isə aylıq maaş verib. 2023-cü ilin mayın 01-dən sentyabrın 01-dək balıq tutulması qadağan edildiyindən o, Rəfaillə Nazimə torları sudan çıxarmaqlarını deyib, lakin hava şəraiti ilə əlaqədar mayın 16-dək onlar torları sudan çıxara bilməyiblər. Mayın 16-sı torları sudan çıxardıqdan sonra Rəfail qayığı sahilə çıxarmağa kömək etməsi üçün ona zəng edib, o da tanışı Şahid2 idarə etdiyi avtomobillə qayığı sahildən çıxarmağa kömək etməsini xahiş edib. Şahid2 ora getdikdən sonra bilib ki, Rəfaillə Nazim qadağan olunmuş müddətdə balıq ovlayıblar. O, bundan xəbərsiz olub. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq göstərdi ki, “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayığı Xaçmaz rayon sakini Şahid1 alıb, qayıq etibarnamə ilə Rəfailin adında olub, qayığı alandan sonra qayıq yenə də Rəfailin adında qalıb. Razılaşmalarına əsasən həmişə tutulan balıqları Rəfaillə yarı bölüblər, Nazimə isə o, aylıq maaş verib. Nazim balıq tutmayıb, o, fəhləlik edərək Rəfailə kömək edib. Qadağan olunmuş vaxtda Rəfailin balıq tutmasından xəbəri olmayıb, o həmin vaxtda orada da iştirak etməyib, bunu sonradan öyrənib. Rəfailin istifadə etdiyi sintetik torun istifadə edilməsinin qadağan olunduğunu bilməyib. İbtidai istintaq zamanı o, heç bir fiziki və ya psixi təsirə və ya təzyiqə məruz qalmayıb. İbtidai istintaqda da məhkəmədə verdiyi ifadə kimi ifadə verib. Məhkəmə istintaqının gedişində balıq ehtiyatlarına vurulan ziyanın öz payına düşən hissəsini ödəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, o, Təqsirləndirilən şəxs2 fəhləsi kimi işləyib. Belə ki, Təqsirləndirilən şəxs2 balıq tutmaq üçün “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayığını ona verib və Nazim Aydəmirovu da ona kömək etməsini deyib. Bunun qarşılığında o, tutulan balıqları Ağaşəriflə bölüşüb, Nazimə isə Ağaşərif aylıq maaş verib. 2023-cü ilin mayın 01-dən sentyabrın 01-dək balıq tutulması qadağan edildiyindən Ağaşərif ona və Nazimə torları sudan çıxarmaqlarını deyib. Nazim ilə birlikdə 2023-cü ilin may ayının 1-dən 16-dək olan müddət ərzində Ağaşərifə məxsus olan qayıqdan istifadə edərək Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xəzər dənizinə bir neçə dəfə dənizə girməyə çalışsalar da, ya hava şəraiti küləkli olduğuna görə dənizə girə bilməyiblər, ya da qurduqları torlara balıq düşmədiyinə görə torları yığmayıblar. 16 may 2023-cü il tarixdə Nazimlə birlikdə torları yığmaq üçün yenidən Ağaşərifin qayığından istifadə edərək Niyazoba kəndi istiqamətində Xəzər dənizinə giriblər, dənizdə olarkən torları hisə-hissə yığıblar, qalanı isə dənizdə qalıb və yığdıqları torlara külmə balıqları düşüb. Sahilə çatmamışdan qabaq qayığı sahilə çıxarmaq üçün Ağaşərifə zəng vurub, sonuncu da kömək üçün Şahid2 göndərib, lakin özü gəlməyib. Nemətin köməyi ilə qayığı sahilə çıxarandan sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşı onlara yaxınlaşıb və qayığa baxış keçirtməyə başlayıb. DSX-nin əməkdaşı qayığa baxış keçirib qurtardıqdan sonra ekologiya əməkdaşları da onlara yaxınlaşıb qayığa baxış keçiriblər. Onların tələbinə əsasən o, texniki talonunu və qayığa aid sənədi təqdim edib. Murad adlı ekologiya əməkdaşı sənədlərin şəklini çəkib və sənədləri ona qaytarıb. Ekologiya əməkdaşları akt tərtib edəcəklərini dedikdə Nazim və Nemət onlarla sözlə mübahisə ediblər. Daha sonra içərisi balıq ilə dolu olan 2 ədəd kisədən birini onlar, digərini isə ekologiya əməkdaşlarından biri götürüblər. O, istifadə etdiyi torla balıq tutmağın qadağan olunduğunu bilməyib. Əgər tutulmasaydılar həmin balıqları da Ağaşəriflə böləcəklərdi. Ağaşərif sözlə torları yığın desə də, onlardan balıq gözləyib, yoxsa onların mayın 16-dək torları dənizdə saxlamaqlarına icazə verməzdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Rəsul oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 16 may 2023-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə Xaçmaz rayonu ərazisində ekoloji cinayətləri törədənlərə, o cümlədən qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı tədbirlər keçirməyə başlayıblar. Həmin günü, saat 17 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xəzər dənizinin sahilində reyd keçirərkən sahilə yaxın dənizin içərisində olan qoşqunun üzərində 1 ədəd “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş, “AŞA-8374” bort nömrəli qırmızı rəngli taxta qayığın olduğunu görüblər. Əməkdaşlardan biri Şahid5 həmin qayığa yaxınlaşıb və sahilə qayıtdıqda bildirib ki, qayığın içərisində balıq ovunda istifadəsi qadağan edilmiş “jılka” adlandırılan sintetik sapdan toxunmuş tor və qara rəngli polietilen kisələrə yığılmış balıqlar var. Bundan sonra o, telefonla kənardan baş verənləri çəkməyə başlayıb, sonra Güləsən telefonu ondan götürüb qayığa yaxınlaşıb qayıqda gördüklərini çəkib. Həmin qayığı qoşqu ilə birlikdə sahilə çıxardıqdan sonra orada xidmət aparan DSX-nin SM-nin əməkdaşı ilə birlikdə qayığa yaxınlaşıblar, həmin vaxt sahildə xidmət aparan DSX-nin əməkdaşı qayığa qalxıb, qayığın içərisinə və balıqlar olan kisələrə baxış keçirib onlara təhvil verib. Həmin qayığı dənizdən idarə edərək çıxaran 2 nəfər şəxsiyyətləri sonradan məlum olmuş Təqsirləndirilən şəxs1 və X13 içərisi balıq ilə dolu olan 2 ədəd kisəni qayıqdan götürüb həmin qayığı sahilə çıxaran nəqliyyat vasitəsinə qoyduqdan sonra həmin nəqliyyat vasitəsinə yaxınlaşıblar və həmin paketlərdən birini götürüb içərisində çoxlu sayda külmə balıqlarının olmasını görüblər və hər iki kisəni götürüblər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və X13 həmin balıqları dənizdə qurduqları tor vasitəsi ilə tutduqlarını deyiblər. Təqsirləndirilən şəxs1 və X9 baş vermiş hadisə ilə əlaqədar müvafiq sənədləşdirmə işləri aparılacağı bildirildikdə həmin şəxslər onlarla mübahisə etməyə başlayıblar. Onlara çəkiliş aparılacağını bildirib çəkilişdən sonra qayığı, mühərriki, torları və balıqları götürəcəklərini izah etdikdən sonra Təqsirləndirilən şəxs1 və X13 onlara heç nə verməyəcəklərini deyib balıq olan kisələrdən birini və torları götürərək **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoyublar. Onlar isə digər içərisi külmə balığı ilə dolu olan kisəni götürüb idarənin balansında olan “Niva” markalı nəqliyyat vasitəsinə qoyublar. Digər kisədə hansı növ balıq olduğunu görməyiblər. Bundan sonra Təqsirləndirilən şəxs1 və X13 onlara heç bir izahat verməyəcəklərini bildirib oradan uzaqlaşıblar. Onlar da götürdükləri kisəni 5 saylı RETSİ-nin inzibati binasına gətiriblər və balıqları yerə düzüb onlara baxış keçiriblər. Baxış zamanı 130 ədəd külmə və 01 ədəd xul balığının olmasını müəyyən ediblər. Balıqları saxlamaq üçün idarənin soyuducusuna yerləşdiriblər. xx.xx.2023-cü il tarixdə akt tərtib edilib, tədbirdə iştirak edən bütün əməkdaşlar aktı imzalasalar da, Təqsirləndirilən şəxs1 və X13 akt ilə tanış olub imza etmələri üçün idarəyə dəvət edilmələrinə baxmayaraq onlar izahat verməkdən və akta imza etməkdən imtina ediblər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımayıb. 16 may 2023-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə Xaçmaz rayonu ərazisində reyd keçirərkən saat 17 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xəzər dənizinin sahilində 1 ədəd “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş, “AŞA-8374” bort nömrəli taxta qayığın olduğunu görüblər. Əməkdaşlardan biri Şahid5 həmin qayığa baxdıqdan sonra qayığın içərisində balıq ovunda istifadəsi qadağan edilmiş “jılka” adlandırılan sintetik sapdan toxunmuş tor və kisələrə yığılmış balıqlar olduğunu deyib. Bundan sonra Güləsən telefonla qayıqda gördüklərini çəkib. Həmin qayığı qoşqu ilə birlikdə oradakı nəqliyyat vasitəsi sahilə çıxardıqdan sonra orada xidmət aparan DSX-nin SM-nin əməkdaşı ilə birlikdə qayığa yaxınlaşıblar, həmin vaxt sahildə xidmət aparan DSX-nin əməkdaşı qayığın içərisinə və balıqlar olan kisələrə baxış keçirib onlara təhvil verib. Sonradan həmin qayığı idarə edən şəxslərin Təqsirləndirilən şəxs1 və X13 olduqlarını biliblər. Həmin şəxslər içərisi balıq ilə dolu olan 2 ədəd kisəni qayıqdan götürüb həmin qayığı sahilə çıxaran nəqliyyat vasitəsinə qoyduqdan sonra onlar həmin kisələrdə çoxlu sayda külmə balıqlarının olmasını görüblər və hər iki kisəni götürüblər. Həmin şəxslər balıqları dənizdə qurduqları tor vasitəsi ilə tutduqlarını deyiblər. Onlara baş vermiş hadisə ilə əlaqədar akt tərtib ediləcəyi və çəkiliş aparılacağını bildirib çəkilişdən sonra qayığı, mühərriki, torları və balıqları götürəcəklərini izah etdikdən sonra həmin şəxslər və onların yanında olan Nemət adlı şəxs əməkdaşlarla mübahisə etməyə başlayıblar. Təqsirləndirilən şəxs1 və X13 onlara heç nə verməyəcəklərini deyib balıq olan kisələrdən birini və torları götürərək qayığı dənizdən çıxaran nəqliyyat vasitəsinə qoyublar və heç nəyə imza atmayacaqlarını bildirib həmin nəqliyyat vasitəsilə oradan uzaqlaşıblar. Onlar isə digər içərisi külmə balığı ilə dolu olan kisəni götürüb 5 saylı RETSİ-nin inzibati binasına gətiriblər və balıqları yerə düzüb onlara baxış keçiriblər. Baxış zamanı həmin balıqların 130 ədəd külmə və 01 ədəd xul balığının olmasını müəyyən ediblər və onları saxlamaq üçün idarənin soyuducusuna yerləşdiriblər. xx.xx.2023-cü il tarixdə akt tərtib edilib, Təqsirləndirilən şəxs1 və X13 akt ilə tanış olub imza etmələri üçün idarəyə dəvət ediliblər, lakin onlar izahat verməkdən və akta imza etməkdən imtina ediblər. Məhkəmədə dindirilmiş şahidlər - Şahid7, X2, Şahid3 Şadrikoviç və X11 məhkəmədə dindirilmiş Şahid8 Rəsul oğlu və Şahid6 ilə eyni məzmunlu ifadələr verərək onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdirlər. Məhkəmədə iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş şahid həmin ifadəsində göstərmişdir ki, əvvəllər balıqçılıqla məşğul olmuşdur. Belə ki, özünə məxsus olmuş “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayığını qohumu Təqsirləndirilən şəxs1 baş etibarnamə əsasında vermişdir ki, qayığından istifadə edərək Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xəzər dənizindən balıq tutsun və balıqlardan əldə olunan gəliri öz aralarında bölürmüşlər. Balıqçılıq fəaliyyəti ilə bağlı hər ildə bir dəfə balıqovlama bileti alırmış və balıqovlama bileti əsasında və icazə verilən vaxtlarda balıqçılıqla məşqul olurmuşlar. 2023-cü ilin təxminən fevral ayının ortalarında ona təcili pul lazım olduğuna görə özünə məxsus olan 01 ədəd “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş “AŞA- 8374” bort nömrəli taxta qayığını Xaçmaz rayonu, Niyazoba kəndində yaşayan Təqsirləndirilən şəxs2 satmışdır. Ağaşərif ondan qayığı alsa da, sənədləşmə ilə qayığı öz adına keçirməmişdir. Qayıq baş etibarnamə ilə Rəfailin adına olduğuna görə Ağaşərif Rəfailə təklif etmişdir ki, onunla birlikdə işləsin. Rəfail onun təklifini qəbul etmişdir. Sonra Ağaşərif tanışı X5 da gətirmişdir ki, balıq tutmaqda Rəfailə köməklik etsin. Qayığını satandan sonra onlarla heç bir əlaqəsi olmayıb və həmin vaxtdan balıqçılıqla məşğul olmur. Şahid1 əlavə olaraq bildirmişdir ki, təxminən 7-8 il balıqovlama bileti əsasında icazə verilən vaxtlarda balıqçılıqla məşqul olmuş, Rəfaillə birlikdə işləmişdir. Səhhətində problemlər olduğuna görə dənizə çıxa bilmirmiş, dənizə ancaq Rəfail çıxırmış, tutulan balıqlardan əldə olunan gəliri aralarında bölürmüşlər. Əvvəllər qayığını Rəfailə baş etibarnamə ilə vermişdir ki, Rəfail qayıqdan sərbəst istifadə edə bilsin. Hal-hazırda qayıq Rəfailin adındadır. Qayıq Rəfailin adına olduğuna görə qayığı Ağaşərifə satanda ona alqısatqı ilə bağlı sənədləşmə məsələsini Rəfaillə həll edəcəyini bildirmişdir. Lakin Ağaşərifin qayığı öz adına keçirməməsinin səbəbini bilmir. Məhkəmədə iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş şahid həmin ifadəsində göstərmişdir ki, “X24”də fəhlə işləsə də, asudə vaxtlarında özünə məxsus olan “Ford Transit” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yükdaşımaqla pul qazanır. 16 may 2023-cü il tarixdə qohumu, yəni xalası oğlu Təqsirləndirilən şəxs2 ona zəng vurub xahiş etmişdir ki, onun qayığının sudan çıxarmağa köməklik etsin. Etiraz etməmiş və Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, oraya çatdıqda Ağaşərifın qayığı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Qayığı idarə etdiyi avtomobilin arxa tərəfindəki qoşquya qoşub sahilə çıxarmışdır. Həmin ekologiyanın əməkdaşları qayığa baxış keçirmişlər və qayıqda iki ədəd polietilen paketlərə yığılmış balıqları aşkar etmişlər. Təqsirləndirilən şəxs1 və Nazim Aydəmirov həmkəndliləri olduğuna görə ekologiyanın əməkdaşlarından xahiş etmişdir ki, onları buraxsınlar. Lakin, ekologiyanın əməkdaşları baş verənləri sənədləşdirəcəklərini bildirmişlər. Bundan sonra ekologiyanın əməkdaşları ilə aralarında sözlə mübahisə olmuş və ekologiyanın əməkdaşları qayıqda olan içində balıqlar olan paketin birini götürmüşlər, digər içində balıq olan paketi Rəfael götürmüş və onun maşınına qoyub birlikdə ordan uzaqlaşmışlar. Yolda gedə-gedə Rəfaellə Nazim götürdükləri paketi yolda xatırlamadığı yerdə yerə atmışlar. Həmin vaxt maşını sürməyə davam etmişdir. Daha sonra nə baş verməsi barədə heç bir məlumatı yoxdur. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi ibtidai istintaq zamanı verilmiş mülki iddiaya dəqiqləşdirmə ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslərdən biri X10 vəfat etdiyindən törədilmiş cinayət əməli nəticəsində vurulmuş 1430 manat məbləğində maddi ziyandan vəfat etmiş X3 ödəməli olduğu məbləğ çıxılmalı və qalan 953 manat 32 qəoik məbləğində pul hal-hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərin hər birindən bərabər qaydada tutulmalıdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, mülki iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cü il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Balıq ehtiyyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə və bu qərara əlavə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 128 nömrəli qərarında 01 ədəd külmə balığının qanunsuz tutulması nəticəsində balıq ehtiyyatlarına dəyən zərər 11 manatdır. X13 və Təqsirləndirilən şəxs1 130 ədəd külmə balıqlarını qanunsuz tutmaları nəticəsində balıq ehtiyyatlarına 1430 manat dəyərində zərər dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/6390 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd polietilen bağlamada olan açıq yaşıl rəngli torun sapının diametri - 0,09 mm, dəliklərin daxili ölçüsü 30 x 30 mm, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 25 sentyabr 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, 79718 saylı akta əlavə edilmiş 02 ədəd diskə baxış zamanı 44 saniyəlik fayla baxış zamanı Təqsirləndirilən şəxs1 əynində açıq yaşıl rəngli plaş və kombinezon, əynində qara rəngli gödəkcə, kombinezon və başında papaq olan X6 dənizin sahilinə qırmızı rəngli asma mühərriklə olan qayığı sahilə çıxarmaları, həmin qayığın içində balıqlar olan 02 ədəd sellofan paketin, içində torlar olan 03 ədəd kapron torbaların olması, 02 dəqiqə 29 saniyəlik diskə baxış zamanı ağ rəngli, **-EX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa-arxaya qırmızı rəngli “AŞA”-8374” bort nömrəli qayığın qarşısına sürüb saxlamağı, Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının, həmçinin bir nəfər DSX-nin əməkdaşının qayığa, qayıqda olan içində balıqlar olan 02 ədəd sellofan paketə, içində torlar olan 03 ədəd kapron torbalara baxış keçirmələri müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-749/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X13 öldüyündən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.2.1 və 256.3-cü maddələri ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının 16-17 may 2023-cü il tarixləri əhatə edən, 79718 nömrəli aktında həmin idarənin əməkdaşlarının məhkəmədəki ifadələrində qeyd etdikləri xüsusatlar öz əksini tapmışdır. Aktda Təqsirləndirilən şəxs1 və Nazim Aydəmirovun aktı imza etməkdən və surətini almaqdan imtina etdikləri qeyd edilmişdir. Akta videoçəkliş köçürülümüş disk və fotoşəkillər də əlavə olunmuşdur. Məhkəmə iclasında yuxarıda qeyd olunan akta əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə Təqsirləndirilən şəxs1 və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının şahid qismində verdikləri ifadələrinin həqiqiliyi öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş cavab məktubunda göstərilmişdir ki, 16-17 may 2023-cü il tarixləri əhatə edən, 79718 nömrəli akt əsasında inzibati xəta haqqında qərar qəbul edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və X4 aşkar edilərək götürülmüş polietilen torbadakı balıqlar sayılaraq onların 130 ədəd külmə balığı və 01 ədəd xıl balığı olduğu müəyyən edilmiş və həmin balıqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasındakı soyuducuya yerləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 13 iyun 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotoşəkildən və 01 ədəd diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş toru göstərərək Təqsirləndirilən şəxs1 və X6 məhz həmin torla balıq ovladıqlarını bildirmişdir. X13 qayığı və toru göstərərək 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə məhz həmin qayıqdan istifadə etməklə Xəzər dənizinə çıxıb həmin torla qanunsuz balıq tutduqlarını bildirmişdir. Baxış zamanı həmin torun “jılka” adlanan sintetik sapdan toxunmuş, uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölüçüsünün 28*28 mm olduğu müəyyən edilmişdir. Təqdim edilmiş qayıq saxlanılması üçün Təqsirləndirilən şəxs2 təhvil verilmiş, tor isə baxışdan sonra götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 25 dekabr 2023-cü il tarixli “balıq ehtiyatlarına vurulmuş ziyana görə” mütəxəssis arayışından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttiş vəzifəsində işləyən Şahid3Ş tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfində aşkar edilmiş Təqsirləndirilən şəxs1 və X13 tərəfindən qanunsuz ovlanmış 130 ədəd külmə cinsli balıqlara baxış keçirilib. Baxış zamanı təqdim edilmiş balıqlar vətəqə əhəmiyyətli olmaqla bioloji əlamətlərinə görə 130 ədəd külmə balıqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.6-cı hissəsinə əsasən qadağan olunmuş vaxtda sənaye məqsədləri ilə balıqların ovlanması qadağandır. Ona görə də baxış keçirilmiş balıqlar ovlandığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna görə cərimələrin” 10-cu bəndinə və bu qərara əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 119 nömrəli qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 01 ədəd külmə balığının qanunsuz ovlanması ilə vurulan ziyan 11,00 manat olduğu üçün 130 ədəd külmə cinsli balıqlara görə vurulan ziyan 1430,00 manatdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayon, Niyazoba kənd İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə X13 və Təqsirləndirilən şəxs1 qanunsuz balıq tutmaqda istifadə etdikləri 1 ədəd “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayıq, 1 ədəd sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan açıq yaşıl rəngli tor və 130 ədəd külmə balıqları 16 yanvar 2024-cü il tarixdə maddi sübut kimi tanınmış, 01 ədəd “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş, «AŞA-8374» bort nömrəli qayıq məhkəmə baxışına qədər saxlanılması üçün Təqsirləndirilən şəxs2, 1 ədəd sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan açıq yaşıl rəngli tor saxlanılması üçün Su NPİ-nin maddi sübutların saxlanc anbarına və 130 ədəd külmə balıqları saxlanılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin saxlanc yerində olan soyuducuya yerləşdirilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Qobustan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1 -ci maddələri ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1 -ci maddəsinə əsasən 07 ay 11 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 həmin cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 faktiki olaraq ifadəsində törətdiyi cinayət əməllərini etiraf edir, odur ki, məhkəmə kollegiyası təsirləndirilən şəxsin bu yanaşmasını müdafiə taktikasından irəli gələn və onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 32.3, 256.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.2.1 və 256.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsi Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 32.3, 256.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.2.1 və 256.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır (CM-nin 233-1.1 və 256.3-cü maddələri) və ağır (CM-nin 233-1.2.1-ci maddəsi) cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmalarıı üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş qəbzdən görünür ki, mülki iddianın Təqsirləndirilən şəxs2 payına düşən 481 manatı ödənilmiş, beləliklə də Təqsirləndirilən şəxs2 mülki iddiaçıya dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd edilən halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 233-1.1 və 32.3, 256.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya və balıqçılıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaya məhkum edilməli, lakin Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrumetmə növündə cəza sınaq müddəti ilə şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Bundan əlavə bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını, həmin cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cinayət əməlinin törədilməsində onun rolunu, dəymiş maddi ziyanın ona aid olan hissəsinin könüllü olaraq tamamilə ödənilməsini və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini əsas götürərək, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə əsas cəzanı real olaraq çəkmədən şərti qaydada sınaq müddəti tətbiq etməklə islah olunmasını mümkün sayaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tətbiq etməklə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmasını, habelə törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzaya və balıqçılıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaya məhkum edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində CM-nin 70.1-ci maddəsi tətbiq edilməsi qənaətinə gəlindiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 barəsində CM-nin 70.1-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixdən, yəni 01 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Cinayət Məcəlləsinin qeyd olunan müddəasına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əlavə cəza kimi təyin edilən balıqçılıq fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası azadlıqdan məhrum etmə cəzasını çəkdiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilmişdir ki, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. Qanunvericiliyin qeyd edilən normalarını rəhbər tuturaq məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdikləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin saxlanc yerində olan soyuducuya yerləşdirilmiş 130 ədəd külmə balıqları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa, məhkəmə kollegiyası mülki iddiaçı olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən, yəni Təqsirləndirilən şəxs1 münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı qeyd olunan hallarda mülki iddia verməyə haqlıdır: 1) ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 2) ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddia qismən, yəni Təqsirləndirilən şəxs1 münasibətdə təmin edilməli, mülki iddianın Təqsirləndirilən şəxs2 tərəfindən öz payına düşən hissəsinin tam ödənilməsi nəzərə alınmaqla mülki iddia ona münasibətdə təmin edilməməli, mülki iddia Təqsirləndirilən şəxs1 münasibətdə təmin edilərək 476 manat 66 qəpik məbləğində pul mülki cavabdeh və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin AZ41BABZO**********000003944 saylı bank hesabına ödənilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, 01 ədəd “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli qayığın Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınmalı, X22 İdarəsində saxlanılan 01 ədəd sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan açıq yaşıl rəngli tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 77 (yetmiş yeddi) manat və Təqsirləndirilən şəxs1 77 (yetmiş yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 32.3,256.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,256.3-cü maddəsi ilə 01 (bir) il müddətə balıqçılıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il müddətə balıqçılıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə əsas cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışına nəzarət Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.2.1 və 256.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.2.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə 01 (bir) il balıqçılıq fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il müddətə balıqçılıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 noyabr 2024-cü il tarixindən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmlə müəyyən edilmiş 01 (bir) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərfindən verilmiş mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs2 tərəfindən mülki iddianın onun payına düşən hissəsinin ödənilməsi nəzərə alınsın, mülki iddia ona münasibətdə təmin edilməsin və Təqsirləndirilən şəxs1 476 manat 66 qəpik tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilsin. İş üzrə maddi sübutlar - 01 ədəd “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli qayığın Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınsın, X22 İdarəsində saxlanılan 01 ədəd sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan açıq yaşıl rəngli tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin saxlanc yerində olan soyuducuya yerləşdirilmiş 130 ədəd külmə balıqları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs2 77 (yetmiş yeddi) manat və Təqsirləndirilən şəxs1 77 (yetmiş yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar