Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-450/2023 23.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, 10 avqust 1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış,barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində əvvəl fəhlə işlədiyi, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən “Şəhriyar-99" MMC-yə məxsus armatur zavodunun ərazisindən təxminən 25-30 metr aralıda yerləşən yolda əvvəl iş yoldaşı olmuş Zərərçəkmiş şəxs ilə bir neçə gün əvvəl işdən çıxması ilə bağlı mobil telefonda danışarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına söyüşlər söyməsinə əsəbiləşərək Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə üzərində gəzdirdiyi, istintaqla müəyyən edilməyən bıçaqla sonuncunun sol qabırğaaltı nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək Zərərçəkmiş şəxs qarın nahiyəsinin ön səthinin qarın boşluğuna nüfuz edən, mədəni zədələyən kəsilmiş-deşilmiş yarası kimi bədən xəsarəti yetirməklə dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunara tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2014-cü ildən tanıyır. Onlar əvvəllər Sumqayıt Texnologiya Parkında bir yerdə işləmişlər. Sonuncu birgə iş yerləri Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən "Şəhriyar-99” MMC-yə məxsus armatur zavodu olmuşdur. Belə ki, o və Ruslan 2022-ci ilin fevral ayında həmin zavodda fəhlə işləməyə başlamışlar. Əvvəllər Ruslanla aralarında heç bir düşmənçilik və ədavət olmamış, əksinə, münasibətləri yaxşı olmuşdur. Hadisədən bir neçə gün əvvəl işlədiyi zavodda Ruslanla arasında armatur zavodunda sahə rəisi vəzifəsinə keçməsi ilə bağlı mübahisə baş vermişdir. Ruslan onun sahə rəisi vəzifəsinə keçməsini istəməmişdir. Buna görə də o, işdən çıxdıqdan sonra Ruslanla mobil telefon əlaqəsi saxlayıb etdiyi hərəkətin düzgün olmadığını demiş və əsəbiləşdiyinə görə özünü saxlaya bilməyib Ruslanın ünvanına nalayiq ifadələr işlətmiş, söyüş söymüşdür. Ruslan onun ünvanına ağır söyüşlər söydüyü üçün telefonda aralarında mübahisə yaranmışdır. Onunla mübahisə etməsi xoşuna gəlmədiyindən Ruslanı cəzalandırmaq qərarına gəlmişdir. 03 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində əməkhaqqının qalığını almaq üçün zavoda getmişdir. Zavoddan çıxıb evə qayıdarkən Ruslanın iş yoldaşları ilə birlikdə Elvinin idarə etdiyi avtomobillə zavoddan çıxıb evə getdiyini görmüşdür. Avtomobil ona yaxınlaşanda Elvinin avtomobili saxlaması üçün əllərini avtomobilin örtüyünün üzərinə qoymuşdur. Elvin avtomobili saxladıqdan sonra sağ qabaq oturacaqda əyləşən Ruslana tərəf gedib avtomobildən düşməsini istəmişdir. Daha sonra Ruslanı avtomobildən bir qədər kənara çəkərək nə üçün onun işdən çıxmasına səbəb olduğunu soruşmuşdur. Bu zaman Ruslan "Yaxşı edib səni işdən çıxartdırmışam” ifadəsini işlətmişdir. Bu səbəbdən aralarında yenidən mübahisə yaranmış, həmin mübahisəyə, həmçinin bir neçə gün əvvəl Ruslanın telefon danışığı zamanı onu söyməsinə əsəbiləşərək əynindəki şalvarın sağ yan cibindən çıxardığı cib bıçağı ilə Ruslanın qarın nahiyəsinə bir dəfə zərbə endirmişdir. Növbəti bıçaq zərbələrini endirmək imkanı olsa da, Ruslanı öldürmək niyyəti olmadığından bunu etməmişdir. Ruslanla aralarında olan mübahisəyə avtomobildəki şəxslərin heç biri müdaxilə etməmişdir. Çünki onlar onun Ruslana bıçaqla xəsarət yetirəcəyini ağıllarına gətirməmişlər. Daha sonra Ruslan avtomobilə doğru gedib sağ qabaq oturacaqda oturmuş, Elvin avtomobili işə salıb oradan uzaqlaşan kimi o, hadisə yerinin yaxınlığındakı pilləkənlərlə qalxıb oradan birbaşa evə getmiş və anası Cəmiləyə hadisə törətməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqləri 51-52, 234-235) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində birgə işləmişlər. Onunla münasibətləri yaxşı olmuşdur. Hətta bir-birinin evinə də qonaq gedib-gəlirdilər. Hadisə 03 oktyabr 2022-ci il tarixdə baş vermişdir. Həmin tarixdə o, Şahid1, Şahid2 və Şahid3 birlikdə Şahid1 idarə etdiyi avtomobil ilə işdən çıxıb evə gedirdilər. Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs 1 dəfə mədə boşluğundan bıçaqla zərbə endirmişdir. Avtomobildə olan digər şəxslər onu avtomobil ilə xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışlar. Hazırda səhhəti ilə bağlı problemi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə birgə işləmişlər. 03 oktyabr 2022-ci il tarixdə o, Şahid1, Zərərçəkmiş şəxs və Şahid3 birlikdə Şahid1 idarə etdiyi avtomobil ilə işdən çıxıb evə gedirdilər. Şahid1 avtomobili saxlamış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə isə dedikdən sonra aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs sinə nahiyəsini əli ilə tutduğunu görmüşdür. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə endirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə birgə işləmişlər. 03 oktyabr 2022-ci il tarixdə o, Şahid2, Zərərçəkmiş şəxs və Şahid3 birlikdə onun idarə etdiyi avtomobil ilə işdən çıxıb evə gedirdilər. Təqsirləndirilən şəxs avtomobili saxladaraq Zərərçəkmiş şəxs sözü olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə isə dedikdən sonra aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs sinə nahiyəsini əli ilə tutduğunu görmüşdür. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə endirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, iki gün idi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyirdi. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımırdı. 03 oktyabr 2022-ci il tarixdə o, Şahid1, Zərərçəkmiş şəxs və Şahid2 birlikdə Şahid1 idarə etdiyi avtomobil ilə işdən çıxıb evə gedirdilər. Həmin vaxt o mobil telefonu ilə məşğul idi və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında nə səbəbdən mübahisə yarandığını bilməmişdir. Sadəcə görmüşdür ki, Zərərçəkmiş şəxs əli ilə mədə hissəsini tutaraq avtomobilə əyləşdi. Dərhal xəstəxanaya yola düşmüşlər. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu öyrənmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 göstərmişdir ki, Zərərçəkmiş şəxs bacanağıdır. 03 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evdə olarkən Ruslan mobil telefon əlaqəsi vasitəsilə ona zəng etmiş, zəngi cavablayan kimi Ruslan “Məni bıçaqla vurublar, hara aparsınlar?” sualını vermişdir. Ruslanın səsindəki təlaşı hiss edərək Ruslana “Travmatologiya” adlandırılan “Sumqayıt Tibb Mərkəzi” Publİk X6 X3 getməyi məsləhət görmüşdür. Ardınca Ruslan ondan təcili xəstəxanaya gəlməsini istəmişdir. Buna görə də dərhal evdən çıxıb şəxsi avtomobili ilə təkbaşına adıçəkilən xəstəxanaya getmişdir. Təxminən 15-20 dəqiqə sonra xəstəxanaya çatıb Ruslanın üzdən tanısa da, adlarını bilmədiyi armatur zavodunda bir yerdə işlədiyi yoldaşlarının orada olduqlarını görmüşdür. Lakin həmin vaxt Samir orada olmamış, yaxınlaşıb həmin şəxslərdən hadisənin necə və hansı şəraitdə baş verdiyini, Ruslana kim tərəfindən xəsarət yetirildiyini soruşmuşdur. Bu zaman Ruslanın iş yoldaşları ona işdən çıxarkən Samirin onların içərisində olduqları avtomobilin qarşısını kəsib Ruslanla söhbət etmək istəməsini dediyini, Ruslanın avtomobildən düşərək bir qədər kənarlaşdıqdan sonra geri qayıdıb Samir tərəfindən bıçaqlanmasını bildirdiyini, Ruslanı xəstəxanaya çatdırdıqlarını, Samirin isə hadisəni törətdikdən sonra çıxıb getdiyini bildirmişlər. Daha sonra Ruslanın Reanimasiya şöbəsinə yerləşdirildiyini öyrənərək palatasına baş çəkib yatdığını görmüşdür. Ruslanı əməliyyat etmiş həkimlə görüşərək vəziyyətinin necə olması ilə maraqlanmış, həkim Ruslanın sol qabırğaaltı nahiyədən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olduğunu, təcili müdaxilə edilməklə cərrahiyyə əməliyyatı edildiyini, xəsarətinin tikildiyini və daha həyati təhlükəsinin olmadığını qeyd etmişdir. Bir qədər sonra polis əməkdaşları xəstəxanaya gəlib onunla və Ruslanın iş yoldaşları ilə söhbət apararaq hadisənin təfərrüatlarını və Ruslanın anket məlumatlarını soruşmuşlar. Onlar bildiklərini danışdıqdan sonra polis əməkdaşları çıxıb getmişlər. Həmin gün saat 21:00 radələrində gecə növbəsində işə getməli olduğundan Ruslanın iş yoldaşlarına vəziyyətinin yaxşılaşdığını, gedə biləcəklərini söyləmişdir. Ardınca özü də xəstəxanadan çıxıb evə getmiş, əynini dəyişib işə yollanmışdır. Bundan başqa Şahid4 ifadəsində Samirin hansı səbəbdən Ruslana bıçaqla xəsarət yetirdiyini bilmədiyini, əvvəllər heç vaxt Ruslan və Samir arasında hər hansı narazılığın yaranmasının şahidi olmadığını, 03 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Ruslanın aparıldığı xəstəxanaya çatanda Samiri orada görmədiyini, Samirin iş yerində sex rəisi vəzifəsinə keçmək istəməsi, Ruslanın isə buna etiraz etməsi ilə bağlı heç bir məlumatım olmadığını, əvvəllər Samirin Ruslandan pul borc istəməsindən xəbərsiz olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 99-101) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anasıdır. Samir xatırlamadığı tarixdən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən armatur zavodunda fəhlə işləmişdir. 03 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda yerləşən evdə olan zaman Samir evə gəlib "Adam vurmuşam” sözlərini demiş, o, Samirdən hansı səbəbdən hadisə törətdiyini soruşanda Samir xəsarət yetirdiyi şəxsi ünvanına ağır söyüşlər söydüyünə görə vurduğunu bildirmişdir. Bundan sonra Samirin xəsarət yetirdiyi şəxsin Zərərçəkmiş şəxs olduğunu və Sumqayıt şəhərində “Travmatologiya” adlandırılan xəstəxanaya çatdırıldığını öyrənmişdir. Dərhal Samirlə birlikdə həmin xəstəxanaya yollanmış, Ruslanın Reanimasiya şöbəsində yatması barədə məlumat almışdır. Ruslanın yerləşdirildiyi palataya daxil olanda həmin şəxsi üzündən tanımışdır. Belə ki, Ruslan əvvəllər Samirlə dostluq münasibətində olmuş, bir neçə dəfə qonaq kimi yaşadıqları evə gəlib-getmiş, heç vaxt Samirlə Ruslan arasında hər hansı məsələyə görə xırda narazılıq, mübahisə və münaqişə yaşandığını eşitməmişdir. Hadisənin necə baş verdiyini soruşduqda Ruslan ona “Samiri mənə qarşı yoldan çıxardılar” ifadəsini işlətmiş və Samirlə arasında heç bir problem olmadığını demişdir. Ardınca Samiri palataya daxil edib Ruslanla barışdırmağa çalışmışdır. Samir yaxınlaşıb Ruslandan üzr istəmiş və onlar bir-birinə əl uzadıb öpüşüb-görüşmüşlər. Həmin vaxt Ruslan onun xətrinə Samirdən şikayətçi olmayacağını demiş və onlar xəstəxananı tərk etmişlər. 05 oktyabr 2022-ci il tarixdə Samir polis əməkdaşları tərəfindən Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə dəvət edilərək izahatı alınmış və 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa Şahid5 ifadəsində oğlu Samirin hansı səbəbdən Ruslana bıçaqla xəsarət yetirdiyini bilmədiyini, Samirin ona deməsinə görə Ruslan söyüş söydüyünə görə hadisəni törətdiyini, Samir evə gələrkən xəstəxanadan, yaxud birbaşa hadisə yerindən gəlib-gəlməməsi barədə heç nə danışmadığı üçün hadisədən sonra Samirin Ruslanı xəstəxanaya çatdırmağa kömək edibetməməsini bilmədiyini, Samirin iş yerində sex rəisi vəzifəsinə keçmək istəməsi, Ruslanın isə buna etiraz etməsi ilə bağlı heç bir məlumatı olmadığını, oğlu Samirin əvvəllər Ruslandan pul borc istəməsindən xəbərsiz olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 95- 97) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs arvadıdır. 03 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində evdə olarkən bacısının əri Şahin mobil telefonuna zəng edərək Ruslanın işdən çıxarkən bilmədiyi səbəbdən bıçaqlanması barədə məlumat vermişdir. O, dərhal özünü xəstəxanaya çatdıraraq Şahinin orada gözlədiyini görmüşdür. Şahindən ərinin kim tərəfindən, hansı şəraitdə bıçaqlandığını soruşanda ona məlum olmuşdur ki, Ruslan iş yoldaşları ilə birlikdə işdən çıxanda Samir onların içərisində olduqları avtomobilin qarşısını kəsib Ruslanla söhbət etmək istədiyini demiş, Ruslan avtomobildən düşərək bir qədər kənarlaşdıqdan sonra geri qayıdıb Samir tərəfindən bıçaqlandığını bildirmişdir. Həmçinin o, Ruslanın təcili iş yoldaşları tərəfindən xəstəxanaya çatdırıldığını, Samirin isə hadisəni törətdikdən sonra çıxıb getdiyini öyrənmişdir. Daha sonra Ruslanın Reanimasiya şöbəsinə yerləşdirildiyini öyrənərək palatasına baş çəkib yatdığını görmüşdür. Ardınca Ruslanı əməliyyat etmiş həkimlə görüşərək vəziyyətinin necə olması ilə maraqlanmışdır. Adını bilmədiyi həkim ona Ruslanın sol qabırğaaltı nahiyədən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olduğunu, təcili müdaxilə edilməklə cərrahiyyə əməliyyatı edildiyini, xəsarətinin tikildiyini və daha həyati təhlükəsinin olmadığını qeyd etmişdir. Bir qədər sonra xəstəxanaya gələn Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. 04 oktyabr 2022-ci il tarixdə isə Qobu polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Bundan başqa Şahid6 ifadəsində Samirin hansı səbəbdən Ruslana bıçaqla xəsarət yetirdiyini bilmədiyini, Ruslanın əvvəllər heç vaxt ona Samirlə arasında problem olması barədə heç nə danışmadığını, 03 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Ruslanın aparıldığı xəstəxanaya çatanda Samiri orada görmədiyini, Samirin iş yerində sex rəisi vəzifəsinə keçmək istəməsi, Ruslanın isə buna etiraz etməsi barədə heç bir məlumatı olmadığını, əvvəllər Samirin Ruslandan pul borc istəməsindən xəbərsiz olduğunu, Ruslanın ona bu barədə heç nə danışmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 87-89) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 06 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus armatur zavodunun yaxınlığıdır. (Cild 1, iş vərəqləri 12-16) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” X7 Abşeron rayon şöbəsinin 18 mart 2023-cü il tarixli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və adına olan tibbi sənəddə qeyd olunanlara əsasən onun məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarın nahiyəsinin ön səthinin qarın boşluğuna nüfuz edən, mədəni zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşicikəsici əşyanın (alətin) təsirindən törənmişdir; 03 oktyabr 2022-ci il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 208-209) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi” X7 02 mart 2023-cü il tarixli 576 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs psixi inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ətrafında baş verən hadisələri anlamaq və qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə yaranmış şəraitin mahiyyətini tam dərk edib davranışının mümkün nəticələrini görə bilərdi. (Cild 1, iş vərəqləri 161-163) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının 19 yanvar 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli amnistiya qərarının 3-cü maddəsinə əsasən azad edilmiş, Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 06 yanvar 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli amnistiya qərarının 1- ci fəslinin 2-ci hissəsinin 4-cü bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi olan 1/3-i qədər 01 il 06 ay 26 gün müddətinə azaldılmış, Azərbaycan Respublikası Prezidentinin 10 may 2004-cü il tarixli 61 saylı Fərmanına əsasən cəzadan azad olunmuşdur. Hazırda onun məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 122-123) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 62-64, 141-144) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-450/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-450/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver