Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-451/2024 29.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kopleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,688 qram, 0,261 qram, 0,382 qram, 0,775 qram, ümumi təmiz çəkisi 2,106 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,170 qram psixotrop maddə metamfetamini əldə edib, bir qismini yaşadığı evdə, bir bükümünü isə üzərində saxlamış, Sumqayıt şəhər məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı evə axtarış aparılması zərurəti yaranmış, xx.xx.2023-cü il tarixdə saat 18:41 radələrində sonuncunun yaşadığı ünvanda axtarış aparılan zaman külli miqdarda 1 (bir) ədəd bükümdə 7,170 qram psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,688 qram, 0,261 qram, 0,382 qram, ümumi təmiz çəkisi 1,331 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından Sumqayıt ŞPİ-nin, 2-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində saat 19:49 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarının sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,775 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Mütəmadi olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, instagram sosial şəbəkəsində kimliyini və adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Bundan sonra onunla sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb ondan narkotik vasitə və psixotrop maddə alıb istifadə etmişdir. Sonuncu dəfə polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3 gün qabaq İran İslam Respublikasının vətəndaşı ilə whatsapp sosial şəbəkə vasitəsi ilə danışmış və ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Onların razılaşmasına əsasən o, İran İslam Respublikası vətəndaşına hər qramına görə 25 manat pul verməli olmuşdur. İran İslam Respublikası vətəndaşı da ona onların razılaşmasına əsasən konum atacağı yerdən həmin narkotik vasitəni və psixotrop maddəni götürməli idi. Həmin şəxsin dediyi yerdən narkotiki vasitə heroini və psixotrop maddə metamfetamini götürüb yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:41 radələrində yaşadığı ünvanda tək olduğu zaman polis əməkdaşları onun yaşadığı ünvana gələrək Sumqayıt şəhər məhkəməsinin qərarını göstərərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirib yaşadığı ünvana axtarış keçiriləcəyini bildirmişlər. O, da etiraz etməmişdir. Yaşadığı ünvana axtarış keçirilən zaman yaşadığı evdə olan stolun üzərində olan plastmas qabda psixotrop maddə metamfetamin, qara rəngli qutu şəkilli əşyanın içində olan 3 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə və 2 ədəd üzərində heroin izləri olan şüşə ampulası aşkar edilmişdir. Aşkar edilmiş maddələr xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra sənədləşdirmə aparılması üçün polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin, 2-ci polis bölməsinə getmiş və orada üzərinə şəxsi axtarış keçirələcəyi bildirilmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynində olan şalvarının sol yan cibində olan bir ədəd bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə “herion”-ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu, evindən aşkar edilərək götürülmüş maddələrlə birlikdə İran İslam Respublikasının vətəndaşından aldığını və onun kimliyini bilmədiyini, həmçinin İran İslam Respublikasının vətəndaşının da narkotik vasitələri və psixotrop maddələri haradan əldə etməsi barədə məlumatı olmadığını, yaşadığı ünvanda tək yaşadığını, yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş maddələri şəxsi istifadəsi üçün aldığını, Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda əməlinin cinayət olduğunu başa düşdüyünü, peşman olduğunu, bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 07 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin, 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvana axtarış keçirilməsinə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə icazə verilmişdir. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:41 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər və sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının olmasını və Sumqayıt şəhər məhkəməsinin qərarı ilə yaşadığı ünvana axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılmazadan əvvəl sonunucuya yaşadığı ünvanda qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, o, da yaşadığı evin arxasında olan 1 otaqlı evdə narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin arxasında olan 1 otaqlı evə daxil olmuşlar. Həmin otaqda stolun üzərindən 3 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, paltmas qabın içərisində psixotrop maddə olan metamfetamenə bənzər maddə və 2 ədəd üzərində narkotik vasitə izləri olan şüşə flakon aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN- nin möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 3 gün öncə İİR vətəndaşı ilə whatsapp sosial şəbəkə vasitəsi ilə danışaraq hər qramına 25 manat pul verməklə aldığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sənədləşmə aparılmasından ötrü Suqayıt ŞPİ-nin, 2-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin, 2-ci PB-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi Günay Cəfərovanın iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olan “heroin” olduğunu, həmin maddəni də yaşadığı evdən aşkar edilərək götürülmüş maddələrlə birlikdə aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmişdir.Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3, oğlu işin halları ilə bağlı Şahid2la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 və Şahid4 da şahidlər Şahid2 və Şahid3 ifadəsinə uyğun ifadə verdiyi və onların göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsində yaşayan Cavid adlı şəxsin narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, yaşadığı ünvanda narkotik vasitə alqı-satqısı və saxlaması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Sumqayıt şəhəri X9 qəsəbəsi, Dənizçi küçəsi, ev 87-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1985-ci il təvəllədlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, yaşadığı ünvanda alqı-satqı ilə məşğul olması və yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun ətrafında əməliyyataxtarış tədbirləri keçirməklə yaşadığı ünvanda axtarış keçirilməsi məqsədilə Sumqayıt Şəhər Prokurorluğu qarşısında vəsatət qaldırılmış, onun üzərinə şəxsi axtarış və ev ünvanında axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, X9 qəsəbəsi, Dənizçi küçəsi, 87 nömrəli fərdi ev ünvanına daxil olma və baxış keçirilməsi istintaq hərəkətlərinin aparılmasına və axtarış nəticəsində istintaq üçün əhəmiyyət daşıya bilən predmetlər aşkar ediləcəyi təqdirdə həmin predmetlərin götürülməsinə icazə verilmişdir. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında xx.xx.2023-cü il tarixdə axtarış keçirilmiş və xx.xx.2023 ildə saat 19:06-da narkotik vasitələrin qəbulu, satışı, istifadəsi ilə məşğul olması, üzərində gəzdirməsi, daışması və evində saxlaması barədə şübhəli olduğu üçün eləcə də üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. 18 sentyabr 2023-cü il tarixli axtarış keçirilməsi və götürülməsi haqqında protokoldan və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 10 ünvanında videoçəkiliş vasitəsi ilə Sumqayıt ŞPİ-nin, 2-ci PB- nin əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvanda Sumqayıt şəhər məhkəməsinin qərarı təqdim edilməklə, yaşadığı evdə axtarış keçiriləcəyi bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı qanunsuz predmet varsa təqdim etməyi təkjlif edilmiş, Təqsirləndirilən şəxs da, yaşadığı evdə narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bir mərtəbədən ibarət yaşayış evinin arxasında yerləşən 1 otaqlı evi göstərmişdir. Həmin otağa daxil olduqda döşəmənin üzərində döşək sərildiyi, döşəyin yanında olan şüşə flakon, üzərlərində narkotik vasitə izləri müşahiddə edilməyən müxtəlif şprislər olması müəyyən edilmişdir. Həmin stolun üzərində olan qara rəngli qutu şəkilli əşyanın içində 3 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş bükülü olduğu müəyyən edilmiş, həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilən zaman 0,80, 0,32 və 0,47 qram olması müəyyən edilmiş və həmin bükümlər zərfə qoyulmaqla qablaşdırılmışdır. Həmin stolun üzərində olan şəffaf rəngli plastmas qabda ağ rəngli kristal şəkilli maddə olması müəyyən edilmiş, həmin maddə sellofan kəsiyinə tökülərək elektron tərəzidə çəkilən zaman çəkisinin 7,37 qram olması müəyyən edilmiş və zərfə qoyulmaqla qablaşdırılmışdır. Bundan sonra iki ədəd şüşə flakonlar zərfə qoyulmaqla qablaşdırılmışdır. Bundan sonra həmin otaqda qanunla dövriyyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs 3 gün öncə İİR vətəndaşı ilə whatsapp vasitəsi ilə danışaraq hər qramına görə 25 manat pul verməklə aldığını, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, hər hansı şəxsə vermədiyini bildirmişdir. 18 sentyabr 2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan şalvarının sol yan cibində saxlamış olduğu 1 ədəd gümüş rəngli sellofan bükümü təqdim etmiş, həmin bükümün narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümə baxış keçirilən zaman həmin maddənin narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş və həmin bükülü elektron tərəzidə çəkilən zaman çəkisinin 0,86 qram olması müəyyən edilmiş, həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmişdir. Şəxsi atxarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənidə İİR vətəndaşından yaşadığı evdən aşkar edilərək götürülmüş maddələrlə birlikdə aldığını bildirmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2023-cü il tarixli, 6/4927 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərlərində “..Vət.Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan 1 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,775 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərilərində “..Vət.Hüüseyniv Cavid Fəxrətdin oğlunun evindən..."sözləri olan 2 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 7,170 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsülla hazırlanmış psixotrop maddə -metamfetamindir, 3 nömrəli zərfdəki iki ədəd sınıq şüşə ampulada narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdara olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı, 4 N»-li zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,668 qr., 0,261 qr., 0,382 qr., ümumi təmiz çəkisi 1,331 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 6164 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1571 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ailə tərkibi haqqında arayışdan da görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə şöbədə qeydiyyata alınmış, həbs olunduğu xx.xx.2023-cü il tarixədək cəzasından 01 il 05 ay 04 gününü çəkmiş və çəkilməmiş cəzası 06 ay 22 gün təşkil edir. Sumqayıt şəhər məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 4(060)-358/2023-cü il saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsində yaşayan Cavid adlı şəxsin narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, yaşadığı ünvanda narkotik vasitə saxlaması şübhəsi barədə məlumatı daxil olmuş,yaşadığı ünvanda axtarış və götürülmə həyata keçirilmiş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs evinə və üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və axtarış-götürmə keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində 02 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (ağırlaşdıran hallar yoxdur), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-248/2022 nömrəli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər probasiya şöbəsindən verilmiş məktuba əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)- 248/2022 nömrəli hökmünə əsasən ona, təyin edilmiş qəti 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün hissəsini çəkmiş, cəzanın 06 (altı) ay 22 (iyirmi iki) gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabə tutulur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPi-nin maddi sübutlar otağında saxlanılan ümumi qalıq çəkisi 2,006 qram narkotik vasitə heroin və 7,070 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2022-cü il tarixli hökmünə əsasən təyin olunan qəti 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 (yeddi) ay 22 (iyirmi iki) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 11 ( on bir) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 03 (üç) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPi-nin maddi sübutlar otağında saxlanılan 2,006 qram narkotik vasitə heroin və 7,070 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-451/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-451/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver