Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-452/2023 05.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2001-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl-dərə bağlar massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, о, 18 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Sumqayıt şəhəri Yaşıl dərə bağlar massivində yerləşən fərdi yaşayış evinin mətbəxində olan zaman sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində mübahisə edib sonuncunun ona qarşı səbəbsiz olaraq qısqanclıq etməsinə görə ondan ayrılacağını bildirməsindən əsəbiləşərək aralarında bu zəmində davam edən mübahisənin gedişində mətbəxdə iş görərkən istifadə etdiyi zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncuya qəsdən döş qəfəsinin sol yarısının arxa tərəfindən bir dəfə zərbə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yuxarı hissəsinin yumşaq toxumalarının dərialtı emfizema kölgəsi əmələ gəlməsi ilə müşayiət edilən, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib zərərəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 10 ildir ki tanımış, lakin 5-6 ildir ki aralarında yaxın münasibət olmuşdur. Yay aylarında hansısa bir gün Gərayın dostu onu rayona çağırmış, Gəray isə rayona getdiyi halda xəbər edəcəyini və onu da özü ilə birgə aparacağını söyləmişdir. Lakin Gəray xəbər etmədən rayona getmiş və zənglərə cavab verməməyə başlamış, rayonda təxminən iki gün qalıb geri qayıtmışdır. Rayondan qayıdan kimi Gəray onun yaşadığı evə gəlmiş, həmin vaxt evdə başqa heç kim olmamışdır. O, Gəraydan hansı səbəbə telefon zənglərinə cavab vermədiyini soruşduğunu, mübahisə etməyə başladıqlarını, mübahisə zamanı mətbəxdə yemək hazırladığından əlində bıçaq olduğunu, Gərayın isə divanda oturduğunu bildirmişdir. Həmin vaxt Gəraya tərəf dönmüş, Gəray onu itələmiş və ayağa qalxdığı zaman bıçaq Gərayı cızmışdır. O, Gəraya qəsdən xəsarət yetirmədiyini, bıçağın onun bədəni üzərində qalmadığını, hadisədən sonra təsadüfən anasının evə gəldiyini bildirmişdir. Həmçinin Gəraya kömək etməyə çalışdığını və taksi ilə onu xəstəxanaya apardığını qeyd etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq hazırda işləmədiyini, anası və qardaşı ilə yaşadığını, atası ilə anasının ayrıldığını, Gərayın aradabir onun yaşadığı evdə qaldığını bildirmişdir. Hadisədən sonra bıçaq evdə qalmış, polis əməkdaşları gəldikdən sonra özü bıçağı onlara təqdim etdişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadığını, zərər çəkmiş şəxslə barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq hazırda Gərayla nişanlı olduqlarını, hadisədən sonra Gərayın yarasını sarıyan zaman onun yarasından az miqdarda qan gəldiyini gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, bıçaq Gərayın çiynində qalmamış, yaranlandığı zaman bıçaq öz əlində olmuş, daha sonra bıçağı stolun üzərinə qoymuşdur. Gərayın qanını gördüyü zaman ürəyi getmiş, özünə gəldiyi zaman anası evdə olmuş, onlarla birlikdə xəstəxanaya anası da getmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən əvvəl o, Quba rayonuna getmiş, oradan qayıtdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə gəlmişdir. Onlar qonaq otağında olarkən Səma onun zənglərinə cavab vermədiyi üçün mübahisə etməyə başlamış, o, Səmaya hansı səbəbdən zənglərə cavab verə bilmədiyini izah etmiş, daha sonra ara sakitləşmiş və onlar mətbəxə keçmişlər. Mətbəxdə olarkən Səmanın yemək hazırladığını, özünün isə divanda oturduğunu, bu zaman aralarında yenidən mübahisə yarandığını, Səma əlindəki bıçaqla ona tərəf döndükdə bir anda ayağa qalxdığını bildirmişdir. O, Səmanı itələyən zaman bıçaq çiyninin altını yaralamış, həmin vaxt xəsarəti hiss etməmiş, Səma isə titrəməyə başlamış və onun əlindəki bıçaq yerə düşmüşdür. Hadisənin təsirindən Səmanın ürəyi getmiş, onu ayıltmağa çalışarkən Səmanın anası evə gəlmişdir. Səma özünə gəldikdən sonra ona kömək edərək xəstəxanaya aparmışdır. O, heç bir şikayət və ya tələbinin olmadığını, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, Quba rayonuna getməzdən öncə nişanlanmağı planladıqlarını və hadisədən sonra nişanlandıqlarını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Qurddərəsi bağlarında nömrəsiz fərdi yaşayış evində valideyinləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının cüdo məşqçi ixtisasi üzrə 5-ci kursunu bitirmişdir. Hal-hazırda ayrı yerlərdə fərdi əmək fəaliyyəti ilə məşğul olaraq çörək pulu qazanır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Səma ilə əvvəllər qonşuluqda yaşamışdır. Uşaq vaxtı hər ikisi Sumqayıt şəhəri 9-cu mikrorayonda yaşamışlar. Təxminən 5 il olar ki, Səma ilə arasında səmimi münasibət olmuşdur və birbirlərini sevmişlər. Səma hazırda Sumqayıt şəhəri Yaşıl dərə bağlar massivində fərdi yaşayış evində anası Şahid ilə birlikdə yaşamışdır. O da bəzi vaxtlarda Səma ilə birlikdə onun evində qalmışdır. 2022-ci ilin iyul ayının əvvəllərində Səmaya demişdir ki, onunla birlikdə Quba rayonuna istirahətə gedəcəkdir. 15 iyul 2022-ci il tarixdə Quba rayonundan olan tələbə yoldaşı Elvin onu və digər tələbə yoldaşlarını Quba rayonuna istirahət etmək üçün dəvət etmişdir. O da bir neçə nəfər tələbə yoldaşı ilə birlikdə 16 iyul 2022-ci il tarixdə səhər saatlarında Quba rayonuna getmişdir. Quba rayonuna getməzdən əvvəl Səmaya bildirmişdir ki, tələbə yoldaşları ilə istirahət etmək üçün Quba rayonuna gedəcəkdir. Səma onunla birlikdə Quba rayonuna gedəcəyinə söz verdiyini deyib tək getməyinə etiraz etmişdir. Lakin Səmanı razı salaraq sonradan onunla da birlikdə Quba rayonuna gedəcəklərini bildirmişdir. 16 iyul 2022-ci il tarixdə Quba rayonunda olduğu zaman Səma qısqanc olduğuna görə mütəmadi olaraq ona zəng edib və ya mesaj yazmışdır. Səma ona tez-tez zəng etdiyinə görə ona əsəbləşmiş və onu acılayaraq istirahət etməyinə imkan vermədiyini bildirmişdir. Səma ilə telefonda arasında sözlü mübahisələri olmuşdur. Bir gün Quba rayonunda qaldıqdan sonra 17 iyul 2022-ci il tarixdə evlərinə qayıtmışdır. Yorğun olduğuna görə həmin günü yatmışdır. 18 iyul 2022-ci il tarixdə saat 18 radələrində Səmanın yaşadığı Yaşıl dərə bağlar massivində yerləşən evə getmişdir. Həmin vaxtı Səma evdə tək olmuşdur. Səma ilə Quba rayonuna istirahətə getməyi və orada olan zaman bəzi vaxtlarda onun telefon zənglərinə cavab verməməyi üstündə mübahisə yaranmışdır. Həmin vaxtı evin zal otağında mübahisə etmişlər. Zal otağında mübahisə edən zaman Səmaya artıq onu bezdirdiyini və onunla ayrılacağını bildirmişdir. Səma isə ondan ayrılmamağını demişdir. Səma onun üstünə gələrək əsəbi halda ondan ayrıla bilməyəcəyini demişdir. Səma üstünə gələn zaman əli ilə onu itələyərək özündən kənarlaşdırmışdır. Lakin Səma təkrar onun üstünə gəldiyinə görə əli ilə onun ağız nahiyəsindən tutub itələyərək özündən kənarlaşdırmışdır. Bundan sonra evin mətbəxinə keçmişdir. Səma da arxasınca mətbəxə gəlmişdir. O mətbəxdə olan zaman evdən çıxıb getmək istədiyini bildirmişdir. Səma isə əsəbi halda onunla danışaraq heç yerə getməyəcəyini və baş verənlərə görə ona açıqlama verməyini tələb etmişdir. Səmanın ona qarşı əsassız olaraq səbəbsiz yerə qısqanclıq etdiyini hiss etmişdir. Mətbəxdə olan zaman Səma əsəbi olduğuna görə ona səbəbsiz yerə qısqaclıq etdiyinə görə evdən çıxıb gedəcəyini bildirmişdir. Həmin vaxtı mətbəxdə stolda oturmuşdur. Səma isə mətbəxdə onunla danışa-danışa iş görürmüş. Həmin vaxtı saat 18:30 radələri olmuşdur. Səma iş görən zaman da əlində bıçaq olmuşdur. Bu zaman aralarında baş verən mübahisənin gedişatında Səma qəfildən arxa tərəfdən əlindəki bıçaqla sol kürək nahiyəsindən bir zərbə vurmuşdur. Səma onu bıçaqla vurandan sonra kürəyindən qan axmağa başlamışdır. Zərbənin təsirindən bıçaq kürəyində sancılı qalmışdır. Səma bıçağı kürəyində sancılı vəziyyətdə və kürəyindən qan axdığını görən zaman ürəyi getmişdir. Kürəyindən bıçağı çıxardaraq Səmanı ayıltmağa çalışmışdır. Səmanı ayıldaraq özünə gətirmişdir. Həmin vaxtı Səmanın anası Leyla da evə gəlmişdir. Leyla evə gəldikdən sonra Səma tərəfindən bıçaqlandığını və kürəyindən qan axdığını görmüşdür. Leyla kürəyini sarıyaraq qanı kəsməyə çalışsa da qan kəsmədiyinə görə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına gedəcəyini bildirmişdir. Səma və anası Leyla da onunla birlikdə xəstəxanaya gedəcəklərini bildirmişlər. Bundan sonra tanımadığı taksiyə minərək xəstəxanaya gəlmişlər. Xəstəxanada olan zaman həkimlər ona tibbi yardım edib yarasına tikiş qoymuşlar. Xəstəxanaya qəbul olunan zaman Səmanın onu bıçaqlamasını bildirməmək üçün həkimlərə Sumqayıt şəhəri Qurd dərəsi massivində 2-ci dayanacaqda yerləşən “Hüseyn” marketin yaxınlığında tanımadığı şəxs tərəfindən bıçaqlanaraq xəsarət aldığını bildirmişdir. Xəstəxanadan Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə məlumat verdiklərinə görə az sonra polis əməkdaşları xəstəxanaya gəlmişdir. Polis əməkdaşları gəldikdən sonra Səma və anası X2 aparmışlar. Həmin gecəni xəstəxanada qalmışdır. Səhəri gün 19 iyul 2022-ci il tarixdə xəstəxanadan buraxılmışdır. Bundan sonra Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gedərək hadisə haqqında izahat yazmış, lakin Səmaya qarşı şikayəti olmadığına görə ondan şikayət ərizəsi yazmamışdır. Səma ona qarşı əsassız yerə qısqanclıq hərəkətləri edərək səbəbsiz yerə onu qısqanmışdır. Quba rayonunda olduğu vaxtda Səma ona qarşı hədsiz qısqanclıqlar edərək ona mütəmadi olaraq zənglər edib istirahət etməyinə imkan verməmişdir. Ona görə də ona qarşı hirsli olmuşdur. 18 iyul 2022-ci il tarixdə yenə də Səmanın evinə gedən zaman Səma ona qarşı səbəbsiz qısqanclıq hərəkətləri etdiyinə görə ondan ayırılacağını və onu bezdirdiyini demişdir. Həmin vaxtı Səma qısqanclıq səbəbindən yaşadığı evin mətbəxində olan zaman kürəyinin sol tərəfindən bıçaqla bir dəfə zərbə vurmuşdur. Səma onu vurandan sonra əlavə bıçaq zərbələri vurmağa cəhd etməmişdir. Səma ona bıçaqla bir zərbə vurduqdan sonra kürəyindən qan axdığını və bıçağın kürəyində sancılı vəziyyətdə asılı qaldığını görüb özündən getmişdir. Səma ona yalnız bir dəfə bıçaqla zərbə vurmuşdur. Səma ona əlavə bıçaq zərbələri vurmağa cəhd etməmişdir. Səmanın onu öldürmək niyyəti olmamışdır. Səma ona qarşı əsəbləşdiyinə görə onu qısqanaraq bıçaqla vurmuşdur. Hadisə zamanı mətbəxdə olan zaman Səma əlində bıçaqla mətbəxdə iş görürmüş. Həmin bıçaq dəstəyi göy rəngli olmaqla mətbəx bıçağı olmuşdur. Bıçağın tiyəsi ağ rəngli olmaqla tiyənin bir tərəfində göy rəngli gül şəkilləri olmuşdur. Hadisə zamanı evdə yalnız Səma və o olmuşdur. Evdə başqa heç kim olmamışdır. Səma onu bıçaqla vurduqdan bir neçə dəqiqə sonra Səmanın anası Leyla evə gəlmişdir. Hadisə vaxtı əynində qırmızı rəngli qısa qol köynək və ağ rəngli mayka olmuşdur. Həmin paltarlar kəsildiyinə görə həmçinin qan olduğuna görə paltarları sonradan tullamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hadisə günü evə girdiyi zaman içəridən qışqırıq səsləri gəldiyini eşitmiş, Zərərçəkmiş şəxs yaralandığını görüb onu Səma ilə birlikdə xəstəxanaya aparmışdır. Səmadan nə baş verdiyini soruşduqda o, əlindəki bıçağın Gəraya dəydiyini söyləmiş, həmçinin aralarındakı mübahisənin qısqanclıqdan baş verdiyini bildirmişdir. O, Gərayın yarasının qanadığını, yarasını Səmanın sarıdığını, bıçağın harada olduğunu isə görmədiyini, həmçinin Gəray ilə Səmanın hazırda nişanlı olduqlarını qeyd etmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər TTYXnın həkimi Sumqayıt şəhəri 14-cü məhəllə, ev 112, mənzil 43-də yaşayan, xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqla kürək nahiyəsinin sol tərəfin kəsilmiş deşilmiş yarası xəsarəti alması ilə bağlı məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Yaşıl-dərə bağlar massivində yerləşən fərdi yaşayış evidir. Baxış keçirilməsi prosesində iştirak edən Təqsirləndirilən şəxs mətbəxdə olan mebelin üzərindən Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd dəstəyi göy rəngli bıçağı təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 21 iyul 2022-ci il tarixli 1065 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa keçən 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası, döş qəfəsinin sol yuxarı hissəsinin yumşaq toxumalarının dərialtı emfizema kölgəsi xəsarətləri vardır. Qeyd olunan xəsarət deşicikəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “tanınmaya təqdim etmə haqqında” 24 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona təqdim edilmiş 4 ədəd bıçağın arasından Təqsirləndirilən şəxs hadisə vaxtı ona xəsarət yetirdiyi bıçağı tanımışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 3/1660 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16 mart 2023-cü il tarixli 748 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Nümayişkaranəlik, yaşadıqlarını dramatik tərzdə çatdırmaq, emosional qeyri-sabitlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onda özü və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. 08 dekabr 2022-ci il tarixli “Maddi sübut hesab edilməsi haqqqında” qərar ilə müəyyən olunmuşdur ki, hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi cinayətin aləti olan bir ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı maddi sübut hesab edilərək saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, eləcə də şahidin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 saylı mənzil kommunal sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 17-ci mkr ev 38b mənzil 41 ünvanında qeydiyyatdadır və yaşadığı müddət ərzində onun barəsində 11 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını və həmçinin zərər çəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs səmimi peşman olmasını və yaşının gənc olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə onun üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Belə halda iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, 01 (bir) ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, 01(bir) ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs 64 ( altmış dörd ) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-452/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-452/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver