Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-452/2024 21.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olan və Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “İstedad” liseyinin yaxınlığındakı fəaliyyətdə olmayan iki mərtəbəli obyektdə məskunlaşaraq yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, Səfıbəyov Təqsirləndirilən şəxsiç şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girib, sosial şəbəkədə aralarındakı danışıqdan sonra yaranmış razılaşmaya uyğun olaraq alacağı narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin dəyəri olan 180 (bir yüz səksən) manat pulu ona verilmiş bank hesabına ödəmiş, bundan sonra Bakı şəhəri ərazisində yerləşən Babək prospektinə gedib, həmin ərazidə yol kənarına istintaqa məlum olmayan vaxtda və şəraitdə yerləşdirilmiş ümumilikdə 3,328 qram çəkidə külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə heroini və ümumilikdə 2,787 qram çəkidə külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan psixotrop maddə metamfetamini yerləşdirildiyi ərazidən götürüb satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhərinə gətirmiş, daha sonra ümumilikdə 0,062 qram çəkidə şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün Şirəliyev Zamin Nazir oğluna hədiyyə etmiş, sonradan isə 3,328 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və qalıq qalmış ümumilikdə 2,725 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə daşıyaraq üzərində saxlaması səbəbindən 25 avqust 2023-cü il tarixdə saat 21:10-da Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Mərkəz Plaza”nın yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindəki 01 (bir) ədəd “LD” markalı siqaret qutusunun içərisində satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 06 (altı) ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,369 qram, 0,605 qram, 0,522 qram, 0,649 qram, 0,483 qram, 0,700 qram, ümumi təmiz çəkiləri 3,328 qram təşkil edən külli miqdarda, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 (dörd) ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,415 qram, 0,722 qram, 0,426 qram, 1,162 qram, ümumi təmiz çəkiləri 2,725 qram təşkil edən külli miqdarda, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ağ rəngli, kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulmamışdan 2-3 il əvvəl olardı ki, narkotik vasitələrdən istifadə edirdi. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Sumqayıt şəhərində tanışı Şirəliyev Zamin Nazir oğlunun idarə etdiyi avtomobildə olarkən mülki geyimli altı nəfər şəxs onları saxlamış və polis idarəsinə getmələrini tələb etmişdirlər. Polis idarəsinə gətirildikdən sonra ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu demiş, o da məşğul olmadığını demişdir. Bundan sonra həm ona, həm də Zamin Şirəliyevə qarşı fiziki zor tətbiq edilmiş, onlar polis əməkdaşları tərəfindən döyülmüşdürlər. Əvvəl polis əməkdaşlarının dedikləri ilə razılaşmasa da, ona qarşı edilmiş fiziki təzyiqlərə dözməyərək onların dedikləri ilə razılaşmışdır. Şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və elektron tərəzi ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxsbtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, daimi yaşayış yeri olmadığından müvəqqəti olaraq Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “İstedad” litseyinin yaxınlığındakı fəaliyyətdə olmayan iki mərtəbəli obyektdə məskunlaşaraq yaşamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 21:10-da Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Mərkəz Plaza”nın yaxınlığında tanışı Zaminlə birlikdə olarkən onlara üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb onları saxlamış və özlərini təqdim edərək polis əməkdaşlan olduqlarını, həmçinin narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, qəbulu və üzərlərində gəzdirilməsi ilə məşğul olmaqda şübhəli olduqlarından saxlanıldıqlarını bildirib onu və Zamini Sumqayıt şəhər Pİ-nə dəvət etmişlər. Bundan sonra etiraz etmədən onlarla bilrlikdə getməyə razılıq verdikdən sonra isə birlikdə polis idarəsinə gəlmişlər. Sonra isə xidməti otaqlardan birinə dəvət edilmiş, orada video kameradan istifadə etməklə çəkliş aparılaraq üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah edilərkən buna da etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, eləcədə təqdim edilmiş siyahıdan seçdiyi vəkil Ağayev Namiq təqdim edilmişdir. Hüquq və vəzifələrinin izahına dair bildirişlə tanış olduqdan sonra müdafiəçinin iştirakı ilə vidoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bir daha ona izah edilərək üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmetin olubolmaması, əgər vardırsa həmin əşya və pridmeti təqdim etməyim təklif edilmişdir. Bundan sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibində “LD” markalı siqaret qutusunun içərisində saxladığı şəxsi istifadəsi üçün əldə etdiyi 6 ədəd sellofan bükmdəki narkotik väsitə olan və “kakos” adlandırılan heroini, 4 ədəd sellofan bükümdəki psixotrop maddə olan və “şüşə” adlandırılan metamfetamini, bir ədəd narkotik vasitə və psixotrop maddə qəbul edərkən qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyi elektron tərəzini, əynindəki şalvarın arxa sağ cibində saxladığı “Poco” markalı, üzərində 070 *** ** ** saylı mobil nömrə olan mobil telefonunu, 5 manatlıq pul əskinazlarından ibarət ümumilikdə 40 manat pulu çıxarıb təqdim etmişdir. Daha sonra təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirilərkən həmin siqaret qutusunun içərisindən şəxsi istifadəsi üçün əldə etdiyi 6 ədəd sellofan bükümlərdəki narkotik vasitə olan heroin və 4 ədəd sellofan bükümlərdəki psixotrop maddə olan metamfetamin aşkar edilmiş, ondan aşkar edilmiş sellofan bükümlərdəki maddələrin nə olduğunu, hardan, nə vaxt, kimdən və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda aşkar olunmuş 6 ədəd sellofan bükümlərdəki qəhvəyi rəngli maddələrin narkotik vasitə olan “heroin” olduğunu, 4 ədəd sellofan bükümlərdəki maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni saxlanılmamışdan təxminən 2-3 gün əvvəl sosial şəbəkədə tanış olduğu, barəsində hər hansı anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən şəxsi istifadəsi üçün 180 manat pul ödəyərək aldığını, aldığı narkotik vasitə və psixotrop maddənin pulunu İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsin verdiyi bank kartının bank hesabına elektron qaydadada ödədiyini, bundan sonra həmin İran islam Respublikası vətəndaşının narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri ərazisində yerləşən Babək prospektində yol kənarına yerləşdirib narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi yerin fotoşəkillərini və geolokasiyasını ona göndərdiyini, həmin narkotik vasitə və psixotrop maddəni qoyulduğu yerdən götürüb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, sonradan həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini özü istifadə etdiyini, bundan başqa psixotrop maddədən bir hissəsini şəxsi istifadəsi üçün tanışı Zaminə hədiyyə etdiyini, qalan narkotik vasitə və psoxotrop maddəni isə üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş 6 ədəd bükümlərdəki qəhvəyi rəngli maddələr, elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ayrı-ayrılıqda çəkilərinin 0,80, 0,69, 0,52, 0,61, 0,56, 0,72 qram, ümumilikdə çəkilərinin 3,94 qam olduğu, 4 ədəd bükümlərdəki ağ rəngli maddələrin ayrı- ayrılıqda çəkilərinin 1,36, 0,80, 0,50, 0,51 qram, ümumilikdə çəkilərinin isə 3,26 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş ona məxsus mobil telefon və bir ədəd elektron tərəzi ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş pul əskinazları isə özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində protokola tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən, habelə polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq fikri olmamış, həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Tərlan və Zamin adlı şəxslərin qanunsuz olaraq narkotik tərkibli və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də, Tərlan və Zamin adlı şəxslərin şəxsiyyətinin və qeyd olunan məlumatın müəyyən olunması məqsədi ilə müvafiq rəsmiləşdirmə işləri aparıldıqdan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tərlan və Zamin adlı şəxslərin şəxsiyyəti müəyyən edilmişdir. Daha sonra əməliyyataxtarış tədbirləri davam etdirilmiş və həmin şəxslərin Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Mərkəz Plazanın yaxınlığında olduqları müəyyən edildiyindən Tərlən Səfibəyov və Zamin Şirəliyevə Sumqayıt ŞPİ-nin əməkdaşları Qurban Həsənov və Şahid2la yaxınlaşaraq onları saxlamışlar. Daha sonra onlara özlərini təqdim edib, Təqsirləndirilən şəxs və Zamin Şirəliyevə narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi məşğul olmada şübhəli olduqlarından saxlanıldıqlarını izah edib, onlara birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs və Zamin Şirəliyev etiraz etmədən onlarla birlikdə gedəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs siqaret qutusunu, bir ədəd elektron tərəzini, bir ədəd mobil telefonu və kağız pul əskinazlarını çıxararaq təqdim etmişdir. Tərlan Səfıbəyovun üzərinə şəxsi axtarış keçirilmiş, ancaq Tərlan Səfıbəyovun üzərindən digər hər hansı əşya və ya pridmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirildikdə təqdim edilmiş siqaret qutusunun içərisindən aşkar edilmiş bükümlərdəki maddələrin nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində saxladığını soruşduqda, o həmin bükümlərdəki maddələrin narkotik vasitə olan və kakos adlandırılan heroinlə, psixotrop maddə olan və patı adlandırılan metamfetamin olduğunu, bir büküm psixotrop maddəni tanışı Zamin adlı şəxsə hədiyyə etdiyini, qalan hissəsini isə sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını, elektron tərəzini isə qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Şahid1 həmçinin ona ünvanlanan sualı cavablandırarkən bildirdi ki, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir, tutulanda onda həmin xəsarətlər olmuşdur. Törətdiyi cinayət əməli telefonunda olan zənglərlə də tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev olduğunu bildirdiyi, daha sonra xidməti otaqdakı mülki geyimli şəxslərən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs Səfıbəyoviç olduğunu bildirdiyi, daha sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxsin məlumat verərək Tərlan Səfıbəyovun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığım bildirdiyi, sonra isə xidməti otaqdakı digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, bu təklifdən sonra ilk olaraq özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin NMB-nİn baş əməliyyat müvvəkkili Qurban Həsənov olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili Şahid2 olduğunu, sonuncu özünü təqdim edən şəxsin isə Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müwəkkili Şahid1 olduğunu bildirdikləri, daha sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Tərlan Səfıbəyov olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edərək tanış olduğu, sonra isə geri qaytardığı, bundan sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən xidməti otaqda olan digər şəxsində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təqdim edərək həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 olduğunu bildirdiyi, bundan sonra isə video çəklişdən istifadə edilməklə Tərlan Səfıbəyovun üzərinə şəxsi axtarış keçiriləcəyi barədədə məlumat verdiyi, həmin şəxsdən üzərinə video çəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə dair etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq üzərinə video çəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə etirazının olmadığım bildirdiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəsxə üzərində qanunla saxlanması və ya daşınması qadağan olunmuş hər hansı əşya, pridmet varsa təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində narkotik vasitə və psixotrop maddə olduğunu təsdiq edərək əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu, bir ədəd elektron tərəzini, həmin şalvarın arxa sağ cibindən bir ədəd mobil telefonu və kağız pul əskinazlarım çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyduğu, bundan sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, lakin həmin şəxsin üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmetin aşkar edilmədiyi, daha sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirildikdə təqdim edilmiş siqaret qutusunun içərisindən dörd ədəd içərisində ağ rəngli, altı ədəd içərisində qəhvəyi rəngli maddələr olan bükümlərin aşkar edildiyi, daha sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə aşkar edilmiş bükümlərdəki maddələrin nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində saxladığı barədə özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən suallar ünvanlandıqda, həmin şəxsin verilmiş sualları cavablandıraraq aşkar edilmiş həmin bükümlərdəki maddələrin narkotik vasitə olan və kakos adlnadırılan heroinlə, psixotrop maddə olan və patı adlandırılan metamfetamin olduğunu, narkotik vasitə və psixotrop maddəni təxminən 2-3 gün əvvəl sosial şəbəkədə tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən 180 manata şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə və psixotrop maddəni aralarında sosial şəbəkədə danışdıqdan və həmin şəxsin verdiyi bank kartının bank hesabına 180 manat pul ödədikdən sonra Bakı şəhəri ərazisində yerləşən Babək prospektində yol kənarındakı qoyulduğu yerdən götürdüyünü, narkotik vasitə və psixotrop maddəni götürdükdən sonra bir hissəsini şəxsi istifadəsi üçün istifadə etdiyini, bir büküm psixotrop maddəni tanışı Zamin adlı şəxsə hədiyyə etdiyini, qalan hissəsini isə sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını, elektron tərəzini isə qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirdiyi, bundan sonra aşkar edilmiş içərisində ağ və qəhvəyi rəngli maddələr olan sellofana qablaşdırılmış bükümlərdəki maddələrin elektron tərəzidə çəkildikdə içərisində qəhvəyi rəngli maddələr olan bükmlərdən ilk bükümün çəkisinin 0,80 qram, ikinci bükümün çəkisinin 0,69 qram, üçüncü bükümün çəkisinin 0,52 qram, dördüncü bükümün çəkisinin 0,61 qram, beşinci bükümün çəkisinin 0,56 qram, altıncı bükümün çəkisinin 0,72 qram, həmin bükümlərin birlikdə ümumi çəkilərinin isə 3,94 qram, içərisində ağ rəngli maddələr olan bükmlərdən ilk bükümün çəkisinin 1,36 qram, ikinci bükümün çəkisinin 0,80 qram, üçüncü bükümün çəkisinin 0,50 qram, dördüncü bükümün çəkisinin 0,51 qram, həmin bükümlərin birlikdə ümumi çəkilərinin isə 3,26 qram olmasının müəyyən edildiyi, daha sonra aşkar edilmiş içərisində ağ rəngli və qəhvəyi rəngli maddələr olan sellofana qablaşdırılmış bükmlərdəki maddələrin, elektron tərəzinin və mobil telefonun içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, üzərində qeydlər aparıldığı, daha sonra zərfin üzərində özünü təqdim edərək Tərlan Səfıbəyov olduğunu bildirən şəxs, daha sonra isə özünü təqdim edərək müdafiəçi olduğunu bildirən şəxs tərəfindən imzalar edildiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş bükümlərin içərisində olan kütlənin tərkibinin, çəkisinin müəyyən edilməsi məqsədilə məhkəmə kimyavi ekspertzasına təqdim edilcəyi barədə məlumat verildiyi, həmçinin aşkar edilmiş pul əskinazlarımn araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi özünü təqdim edərək Tərlan Səfıbəyov olduğunu bildirən şəxsə izah edilərək geri qaytarıldığı, özünü təqdim edərək Tərlan Səfıbəyov olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş pul əskinazlarımn qəbul edildiyi, bundan sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Tərlan Səfıbəyov olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan hansı vaxtdan narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddələrin özünə məxsus olub olmadığını, saxlanılarkən, eləcədə sonradan polis idarəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini soruşduğu, özünü təqdim edərək Tərlan Səfıbəyov olduğunu bildirən şəxsin verilmiş sualları ardıcıl cavablandıraraq təxminən 2-3 il əvvəl narkotik vasitə və psixotrop maddə istifadə etməyə başladığını, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərdəki maddələrin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini, nə saxlanılarkən, nədə polis idarəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilmədiyini bildirdiyi, bundan sonra isə özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin aparılan video çəklişin dayandırılacağı barədə məlumat verdiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılmasını əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilərkən diskin yaddaşında 04 (dörd) ədəd, birincisi “SMS_Tarixcesi_ **********4102_702075551” adlı, ikincisi “SMS_Tarixcesi_**********4104J702075551” adlı, üçüncüsü “Zenglerin_Detallasmasi_ **********1825_702075551_4” adlı və dördüncüsü “Zenglerin_Mexsusluq_Tarixceleri_**********1845J702075551_NAR_4” adlı faylların olduğu, "xxxx" mobil operatoruna məxsus “*** *** ** **” saylı mobil nömrənin AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 22, mənzil 8-də qeydiyyatda olan X4 adına qeydiyyata alındığı, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 00:39:34 radələrindən xx.xx.2023-cü il tarixdə saat 22:06:24 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 19:19:02də Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi 12, saat 19:27:31, 19:27:38-də Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti, saat 19:28:42-də Sumqayıt, Azərbaycan Prospekti 15, Sumqayıt ATS, saat 19:28:54, 19:28:56-də Sumqayıt TKQ , ATS 5/9, saat 19:29:30-da Sumqayıt, Azərbaycan Prospekti 15, Sumqayıt ATS, saat 19:30:35, 19:30:44-də Sumqayıt şəhəri, 16-cü məhəllə, Əzizbəyov küçəsi, saat 19:31:08-də Sumqayıt TKQ , ATS 5/9, saat 19:38:16, 19:50:32, 19:51:22, 19:53:56, 19:56:52, 19:57:38, 20:06:42, 21:42:35, 22:06:24də ünvan 4 ünvanında antendən şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. Bundan əlavə diskə baxış zamanı “*** *** ** **” saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş “SMS” mətnlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə dəlalət edən yazışmaların olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə kimyəvi ekspertizasının 26.08,2023-cü il tarixli 3-16-16/2-6/4551 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan üzərində “Saxlanılan şəxs Səfıbəyov T.” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,415 qram, 0,722 qram, 0,426 qram, 1,162 qram, ümumi təmiz çəkisi 2,725 qram olan ağ rəngli, kristallik maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 6 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,369 qram, 0,605 qram, 0,522 qram, 0,649 qram, 0,483 qram, 0,700 qram, ümumilikdə təmiz çəkisi 3,328 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 3,328 qram, tədqiqata sərf edildi - 0,12 qram, qalıq - 3,208 qram. Metamfetaminin təmiz çəkisi - 2,725 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 2,645 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4550 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Şirəliyev Z.” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,062 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş Səfibəyoy Təqsirləndirilən şəxsİçdən aşkar edilmiş dörd ədəd bükümdə metamfetamin ilə Şirəliyev Zamin Nazir oğlundan aşkar edilmiş bir ədəd bükümdə metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,062 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq - 0,042 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5712 nömrəli rəyindən görünür ki, X1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, cinayət işinin istintaqı zamanı Şahid1 və Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində Tərlan Səfıbəyovun 25.08,2023-cü il tarixdə saat 21:10-da digər polis əməkdaşları ilə birlikdə Zamin Şirəliyevlə birlikdə saxlayıb narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlayaraq Sumqayıt ŞPİ-nə gətirdiklərini, tərlan Səfıbəyovun üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar edilərək götürüldüyünü təqsirləndirilən şəxs Tərlan Səfıbəyovun üzünə qarşı deməklə istintaqa verdiyi İilkin ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etsədə, Təqsirləndirilən şəxs ifadəsində sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Mərkəz Pİaza”nın yaxınlığında tanışı Şirəliyev Zamin Nazir oğlunun idarə etdiyi avtobildə olarkən aralarında Şahid1da olduğu mülki geyimli şəxslərin onlara yaxınlaşıb onları saxladıqlarını, bundan sonra narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərlərində gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduqlarından saxlanıldıqları onlara izah edilərək polis idarəsində getmələrinin tələb edildiyini, polis idarəsinə gətirildikdən sonra ona qarşı fiziki zor tətbiq edilməklə döyüldüynü, qəbul etdiyi narkotik vasitə və psixotrop maddəni hardan əldə etməyi barədə onlara məlumat verməsinin tələb edildiyini, ona qarşı edilmiş fiziki təzyiqlərə dözməyərək onların dedikləri ilə razılaşdığını, video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən üzərinə polis əməkdaşları tərəfindən qoyulmuş siqaret qutusunun içərisində olan maddələri və elektron tərəzini çıxarıb təqim etdiyini, həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduğıİ İran İslam Respublikası vətəndaşından aldığını, elektron tərəzini isə qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini dediyini, həqiqətdə üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və elektron tərəzinin ona məxsus olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, cinayət işinin istintaqı zamanı Şahid2 və Təqsirləndirilən şəxs Səfıbəyoviç üzləşdirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində Tərlan Səfıbəyovu xx.xx.2023-cü il tarixdə saat 21:10-da digər polis əməkdaşları ilə birlikdə Zamin Şirəliyevlə birlikdə saxlayıb narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlayaraq Sumqayıt ŞPİ-nə gətirdiklərini, Tərlan Səfıbəyovun üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar edilərək götürüldüyünü təqsirləndirilən şəxs Tərlan Səfıbəyovun üzünə qarşı deməklə istintaqa verdiyi ilkin ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etsədə, Təqsirləndirilən şəxs ifadəsində sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Mərkəz Plaza”nın yaxınlığında tanışı Şirəliyev Zamin Nazir oğlunun idarə etdiyi avtobildə olarkən aralarında Şahid2da olduğu mülki geyimli şəxslərin onlara yaxınlaşıb onları saxladıqlarını, bundan sonra narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərlərində gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduqlarından saxlanıldıqları onlara izah edilərək polis idarəsində getmələrinin tələb edildiyini, polis idarəsinə gətirildikdən sonra ona qarşı fiziki zor tətbiq edilməklə döyüldüynü, qəbul etdiyi narkotik vasitə və psixotrop maddəni hardan əldə etməyi barədə onlara məlumat verməsinin polis əməkdaşları tərəfindən tələb edildiyini, ona qarşı edilmiş fiziki təzyiqlərə dözməyərək onların dedikləri ilə razılaşdığını, video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən üzərinə polis əməkdaşları tərəfindən qoyulmuş siqaret qutusunun içərisində olan maddələri və elektron tərəzini çıxarıb təqim etdiyini, həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından aldığını, elektron tərəzini isə qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini dediyini, həqiqətdə üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və elektron tərəzinin ona məxsus olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE PA Birliyi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 1416 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Həmin rəyin təsviri əsaslandırıcı hissəsindəki ilk məlumatda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs deməsinə görə polis əməkdaşları onu xx.xx.2023-cü il tarixdə narkotik vasitə ilə saxlamışdırlar, bu zaman onu vurmamışdırlar, xəsarət almamışdır. Tibb müəssisəinə müraciət etməmişdir və şikayəti yoxdur. Təqsirləndirilən şəxsin saxlanılarkən polis əməkdaşları tərəfindən ona təzyiq edilməsinə dair verdiyi ifadəsi ilə əlaqədar aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs aparılan istintaq və prosessual hərəkətlərin gedişində döyülməsi, hədə-qorxu, təzyiq, qəddar, qeyri insani, ləyaqəti alçaldan rəftar və cəzaya, o cümlədən işgəncəyə məruz qalması toplanmış sübutlarla öz təsdiqini tapmamış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndiirlən şəxsin əməlində CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ondan aşkar olunan narkotik vasitə və psixotrop maddənin, həmçinin tərəzinin ona aid olmaması, həmçinin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, həmçinin tibbi ekspertizadan keçirilərkən də də bu barədə heç bir söz deməmiş, sonda cinayət işinin materialları ilə tanış olarkən də bu barədə heç nə bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin miqdarının çox olması, tərəzinin də aşkar edilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini məhkəmə cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxsna təqsirli bilindiyi maddələrin anksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 avqust 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 06 (altı) ədəd bükümdə ekspert tədqiqatından sonra qalıq çəkisi 3,208 qram olan narkotik vasitə heroin, 04 (dörd) ədəd bükümdə ekspert tədqiqatından sonra qalıq çəkisi 2,645 qram olan psixotrop maddə metamfetamin və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir və 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsndan 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 06 (altı) ədəd bükümdə ekspert tədqiqatından sonra qalıq çəkisi 3,208 qram olan narkotik vasitə heroin, 04 (dörd) ədəd bükümdə ekspert tədqiqatından sonra qalıq çəkisi 2,645 qram olan psixotrop maddə metamfetamin və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-452/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-452/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver