Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-452/2025 16.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X12, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X8, tərcüməçi X5 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksi, «B» kompleksi, bina 9, mənzil 16 ünvanında yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub yol-nəqliyyat hadisəsi törədərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 07 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksinin ərazisindəki «Bolmart» ticarət obyektinin qarşısında, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid məxsus «Mercedes Benz E200» markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandığı yerdən hərəkətə gətirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan qaydaları pozaraq, sürücü hərəkətə başlama, yerdəyişməzamanı sürücünün apardığı manevr təhlükəsizlik olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, hərəkət zamanı sürücü hər hansı formada manevr apararkən bütün hallarda təhlükəsiz hərəkət təmin etməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs hər iki sağ ciyərin olan kontuziyası (əziyi), dalağın, sidik kisəsinin travmatik cırılması, sağ böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ bazu sümüyünün qapalı, yerdəyişən sınığı, bədənin qançır və sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına və 18 oktyabr 2024-cü il tarixdə dalağın, sidik kisəsinin travmatik cırılması, hər iki ağciyərin kontuziyası (əzilməsi) nəticəsində baş verən travmatik-hemorragik şok nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid ilə 6 ay idi tanış olmuşdu və 3 ay idi ki, qeyri-rəsmi ər-arvad münasibətində bir yerdə yaşayırdılar. Yaşadıqları ev ona mərhum yoldaşından qalma ev idi. 7 oktyabr 2024-cü ildə Musa onun ilk evlilikdən olan az yaşlı övladını bağçadan götürməli idi. Əvvəlcə Musa uşağı gedib götürmüş sonra o, Musa ilə marketə getmiş, oradan çıxdıqdan sonra yolun qarşısındakı meyvə-tərəvəz dükanına getmişdirlər. Oradan çıxdıqdan sonra maşına əyləşməmişdən öncə Şahid ona sükana əyləşməyi təklif etmiş, lakin o qəbul etməmişdir. Daha sonra Şahid israr etməyə başlamış və o da sükana əyləşmişdir. Əvvəllər bir neçə dəfə Musanın təklifi ilə dəniz kənarında, boş sahədə maşın idarə etmişdir. Evə məsafə az olduğu və yanımda da Musa olduğu sükan arxasına oturmuşdur. Sonra Musa da yanında oturmuş və onun göstərdiyi istiqamətdə hərəkətə başlamışdır. Saat 19:00 radələrində da Xırdalan şəhəri AAAF Park yaşayış massivi ərazisində qarşısına Zərərçəkmiş şəxs Vladmirovna çıxmışdır. Sürət 10-15 km/saat olsa da, məsafə çox yaxın olduğu üçün avtomobili saxlaya bilməmişdir. Siqnala basmış, özünü itirdiyi üçün əyləci basa bilməmiş, sükanı buraxmışdır. Maşın qadının üstündən keçmişdir. Şahid avtomobili saxlamaq üçün düyməyə basmışdır. Qadını vurduqdan sonra vəziyyətini öyrənmək üçün şok vəziyyətində hər ikisi avtomobildən düşmüşdür. Təcili yardım çağırılmışdır. Mərhum şəxsin xəstəxanada müalicəsinə kömək etmişdir. Hadisə baş verdikdən sonra o, Şahid ilə əlaqəsini kəsmişdir, sadəcə yoldaşını itirdikdən sonra 3 il idi ki, boşluqda idi və düşünmüşdür ki, ona dəstək çıxacaq. Ona vədlər vermiş, övladına baxacağını demişdir. Qarşı tərəflə barışıq vardır. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Onunla 1998-ci ildən evli olmuşdur. Birgə nikahdan 2 övladları var. 7 oktyabr 2024-cü ildə 18:26-da həyat yoldaşının istifadəsində olan mobil telefondan onaa zəng gəlmişdir. Tanımadığı şəxs yarı rus yarı azərbaycan dilində onunla danışaraq arvadının avtomobil qəzası nəticəsində xəsarət aldığını demiş, onunla danışmaq istədiyini bildirdikdə həmin şəxs arvadının danışa bilmədiyini demiş və zəngi bitirmişdir. Sonra o, yenidən arvadının telefon nömrəsinə zəng etmiş və telefonu Viktoriyaya verməsini söyləmişdir. Viktoriya ona vəziyyətinin pis olduğunu demişdir. Həmin vaxt o, işdən çıxıb Xırdalan şəhəri istiqamətində evə gedirdi. Saat 20 radələrində tanımadığı bir şəxs onun mobil nömrəsinə zəng edib X7 Mərkəzə apardıqlarını demiş və onun da oraya gəlməyini istəmişdir. O, X11 çatanda Viktoriya xərəyin üzərində huşsuz vəziyyətdə uzanmışdı, onu əməliyyata aparırdılar. Həyat yoldaşı 18 oktyabr 2024-cü ildə aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat etdi. Hadisəni törədən müalicə üçün lazımi xərcləri çəksə də, həyat yoldaşını sağaltmaq mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə sosial şəbəkə tanış olmuş, qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşamışdırlar. Hadisə günü onlar marketdən çıxıb maşına əyləşəndə Təqsirləndirilən şəxs sükana keçmişdir. O, Zümrüdün avtomobil idarə etməyi bacardığını bildiyi üçün etiraz etməmişdir, çünki əvvəllər də dəfələrlə dəniz kənarında və s. avtomobil idarə etmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığını bilsə də, avtomobil sürməyi öyrətmişdir. Marketdən çıxdıqları üçün onun əlində paketlər var idi xanımda isə yox idi. O da açarı təqsirləndirilən şəxsə təqdim etmişdir. Sonra maşın aşağı sürətlə hərəkətdə olan zaman qarşılarından anidən xanım keçmiş, onun saxla deməyinə baxmayaraq, əlavə olaraq siqnal versə də Təqsirləndirilən şəxs şok vəziyyətinə düşmüş və idarə etməni itirdiyi üçün tormoz əvəzinə qaza basmış və piyadanı vurmuşdur. Maşının hərəkətə başlaması ilə hadisə arasında vaxt çox az oldu, sürət çox az idi, sadəcə Təqsirləndirilən şəxs özünü itirdi və saxlamaq əvəzinə sürəti artırdı və piyadanı bir neçə metr uzağa aparmışdır. O, maşını dərhal saxlamağa çalışmışdır. Xanımı maşının altından çıxartmağa çalışmış və təcili tibbi yardıma zəng etmişdirlər. Maşın kredit maşını olduğu üçün ona qaytarılmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin həyətidir. (Cild 1, iş vərəqləri 11-18) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 mart 2025- ci il tarixli, 8/469 nömrəli rəydə göstərilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes E200» markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X1 «Mercedes E200» markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (Cild 1, iş vərəqləri 148-150) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «Lifli materialların tədqiqi» ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 6/5077 nömrəli rəydən göstərilir ki, tədqiqata təqdim edilmiş, «Mercedes E200» markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol və sağ oturacağına məxsus olduğu qeyd edilən başlıq oturacaq və söykənəcək hissənin üzlüklərinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş, «Mercedes E200» markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağına məxsus olduğu qeyd edilən oturacaq və söykənəcək hissəsinin üzlüklərinin səthi üzərindən aşkar edilmiş boz rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, «Mercedes E200» markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına məxsus olduğu qeyd edilən oturacaq və söykənəcək hissəsinin üzlüklərinin səthi üzərindən aşkar edilmiş boz rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. (Cild 1, iş vərəqləri 114-119) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X14 Şəxsi, Abşeron rayon şöbəsi tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli, 148 nömrəli rəydə göstərilir ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun meyiti üzərində hər iki ağ ciyərin olan kontuziyası (əziyi), dalağın, sidik kisəsinin travmatik cırılması, sağ böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ bazu sümüyünün qapalı, yerdəyişən sınığı, bədənin qançır və sıyrıqları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür.Zərərçəkmiş şəxs ölümünə səbəb-dalağın, sidik kisəsinin travmatik cırılması, hər iki ağciyərin kontuziyası (əzilməsi) nəticəsində baş verən travmatik-hemorragik şok olmuşdur.Zərərçəkmiş şəxs ölümü X15 xx.xx.2024-cü il tarixdə saat 02:30-da baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olanamfetmin və metamfetamin, fenotiazin, pirizalon, 1,4 benodiazepan törəmələri və salisilatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 107-110) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəq 143) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə törədilən cinayət ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, X3 himayəsində 02 avqust 2019-cu il təvəllüdlü X9 adlı azyaşlı uşağı vardır. Həmçinin cinayət işi materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs yoldaşı X9 25 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması və 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət işi materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X6 “xayanın ikitərəfli enməsi” xəstəliyi diaqnozu qoyulmuşdur. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən əməlindən səmimi peşmanlıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, azyaşlı və xəstə oğlunun olması və uşağını təkbaşına böyütməsi də onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusuna, cəzasını ağırlaşdıran halların olmamasına və azyaşlı uşağının olduğuna görə, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsinə kifayət qədər əsas olduğundan, ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, cinayət qanunun həmin maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə bu nəticəyə gələrkən onu qeyd edir ki, Təqsirləndirilən şəxs onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası təxirə salmadan icraya yönəldildiyi halda onun ana himayəsinə ehtiyacı olan bir azyaşlı oğlu kimsəsiz qalmaqla onların aqibəti sual altında qalmış olardı. Belə ki, “Azərbayсan Respublikasının Сinayət Məсəlləsinin 79.1-сi maddəsinin Azərbayсan Respublikası Konstitusiyasının 25-сi maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-сı maddəsinin İİ hissəsinə, 28-сi maddəsinin İ hissəsinə, 147-сi maddəsinə və 149-сu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-сu il tarixli Qərarında qeyd olunur ki, “СM-nin müddəaları (o сümlədən 79-сu maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səсiyyələndirilən və dövlət tərəfindən yürüdülən сinayət-сəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, iсtimai təhlükəsizliyin və сinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləсək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Сinayət-сəza siyasəti kompleks xarakteri daşıyır və digərləri ilə yanaşı ilk növbədə сinayətkarlıqla mübarizənin aparılması üzrə сinayət-hüquqi, сinayət-prosessual, сəza-iсra normalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Сinayət-сəza siyasəti və СM-nin müddəaları bir-birilə sıx əlaqədardır. Bu Məсəllə Konstitusiyaya, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanaraq nəinki сinayətin anlayışını, onun növlərini, subyektlərini, сinayətlərin tərkiblərini, həmçinin сəzanın anlayışını, məqsədini, növlərini və tətbiqi şərtlərini, o сümlədən сəzanın çəkilməsinin təxirə salınması ilə bağlı məsələləri müəyyənləşdirir”. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında isə vurğulanmışdır ki, “...cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir....”. Həmçinin həmin Qərarda göstərilir ki, “...cinayət qanununda nəzərdə tutulmuş cəzanın çəkilməsinin təxirə salınması qaydaları CPM-nin hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat fəslində nəzərdə tutulmuşdur. CPM-in 510.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda hamilə və ya azyaşlı uşağı olan qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsi hökmü çıxarmış məhkəmə tərəfindən uşağın səkkiz yaşı tamam olanadək təxirə salına bilər. Qeyd edilməlidir ki, həmin şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər...”. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təkbaşına azyaşlı uşağa baxan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, cinayət qanunvericiliyinin təməl prinsipləri olan, ədalət və humanizm prinsiplərinə də uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində cəzanın icrası təxirə salındığından Cinayət-Prosessual Məcəlləsinin 357-ci maddəsinin tələblərinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməli və o, qətimkan tədbirinin tətbiqindən azad olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası ilə əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə, Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə bu növdə əlavə cəzanın da təyin edilməsini əsaslı hesab edir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın hesablanmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinin və icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində 30 avqust 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 176-178, 195- 197) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 01 ədəd bağlamada olan «Mercedes Benz E200» markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqları üzərindən götürülmüş üzlüklər (çexol); Təqsirləndirilən şəxs götürülmüş bir ədəd boz rəngli şalvar, bir ədəd, qara rəngli uzunqol köynək; Şahid götürülmüş bir ədəd qara rəngli idman şalvarı və bir ədəd qara rəngli qısaqol köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 282 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmənin bir hissəsində müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən daha sonradan öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs himayəsində olan 02 avqust 2019-cu il təvəllüdlü X9 adlı uşağı on dörd yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin və o, qətimkan tədbirinin tətbiqindən azad edilsin. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 01 ədəd bağlamada olan, ekspertiza tədqiqatından sonra istifadəyə yararsız olan avtomobilin qabaq oturacaqları üzərindən götürülmüş üzlüklər (çexol); Təqsirləndirilən şəxs götürülmüş bir ədəd boz rəngli şalvar, bir ədəd qara rəngli uzunqol köynək; Şahid götürülmüş bir ədəd qara rəngli idman şalvarı və bir ədəd qara rəngli qısaqol köynək məhv edilsin. Təqsirləndirilən şəxs 282 (iki yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin
Məhkəmə qərarları › İş №1(124)-452/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-452/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver