Məhkəmə qərarları › İş №1(124)-453/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-453/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-453/2024 06.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin hüquqi varisi – X4 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsi, ev 8, mənzil 59 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən rəsmi nikah münasibətində olduğu xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə son zamanlar ailə münasibətlərinin pozulması səbəbindən sonuncunun xx.xx.2023-cü il tarixdə birgə nikahdan olan 6 aylıq qızı X10 da götürüb kirayə yaşadıqları ünvan 2 ünvanını tərk etdikdən sonra arvadı ilə ayrılmaq istəməyib onunla barışmaq qərarına gələrək Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə saat 12 radələrində xalası X5 ilə özünə və qızına məxsus əşyaları götürüb aparmaq məqsədi İlə qeyd edilən kirayə yaşadıqları mənzilə gəlməsindən istifadə edərək, arvadı ilə barışmaq istədiyini təkidlə bildirdikdə Zərərçəkmiş şəxs1 onun sözlərini aqressiv qarşılayıb barışmaq istəmədiyini, başqa şəxslərlə intim əlaqədə olacağını bəyan etməsindən, həmçinin onu söyərək təhqir etməsindən sonra arvadından qisas alıb öldürmək qərarına gələrək bu məqsədlə mənzilin mətbəxinə keçib orada mətbəx mebelinin siyirməsindən tiyəsinin uzunluğu 193 mm, dəstəyinin uzunluğu 130 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb yataq otağında paltar şkafının və çarpayının arasında əşyalarını yığmaqla məşğul olan Zərərçəkmiş şəxs1 yaxınlaşaraq bir neçə bıçaq zərbəsi vurduqda orada olan və ona mane olmağa çalışan Zərərçəkmiş şəxs2 sol bazu nahiyəsinin aşağı 1/3-nin arxa səthinin qançırları, həmçinin bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası kimi həm ümumilikdə, həm də ayrı-ayırılıqda sağlamlığa zərərvurmayan xəsarətlər almasına səbəb olub əlində bıçaq Zərərçəkmiş şəxs2 "səni də öldürərəm" deməklə hədənin icrası üçün real əsaslar olmaqla öldürməklə hədələdikdə sonuncunun ona qarşı yönələn hədənin icrasının real olduğunu dərk edib qorxub qaçaraq evi tərk etməsindən sonra Zərərçəkmiş şəxs1 qarşı cinayət əməllərini davam etdirib bu zaman müstəsna qəddarlıq nümayiş etdirərək, yetirdiyi xəsarətlərin sayının çoxluğu ilə zərərçəkmişə xüsusi ağrılar yetirdiyini dərk edib əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif, o cümlədən həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən çoxsaylı, yəni sol süd vəzisindən 2, döş qəfəsindən 4, sağ kürəkaltı nahiyədən 7, sol kürəkaltı nahiyədən 3, bel nahiyəsindən 2, başın ənsə nahiyəsindən 2, boyun nahiyəsindən 3, sağ bazu oynağı nahiyəsindən 1, sağ körpücükatlı nahiyədən 1, sol qoltuq çuxurundan 1, sağ çiyin qurşağından 1, sağ kürəküstü nahiyədən 1, sağ kürək nahiyəsindən 2, sağ onurğayam xətdən 1, sol kürək nahiyəsindən 1, sol onurğayam xətdən 1, sağ sağrı nahiyəsindən 1, sol bazu nahiyəsindən 2, sol said nahiyəsindən 1, sağ bud nahiyəsindən 2 xəsarət yetirməklə sonuncunun döş qəfəsinin ön və arxa səthinin daxilə nüfuz edərək ağciyərləri, qaraciyəri və sol böyrəyi zədələyən deşilmiş-kəsilmiş yaranın törətdiyi çoxlu qanitirmədən ölümünə səbəb olan sol süd vəzisinin aşağı kvadrantının 1 ədəd, sol süd vəzisinin giləsinin 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının 1 ədəd, döş qəfəsinin ön səthinin sağ yarısının 1 ədəd, döş qəfəsinin sağ yan səthinin 1 ədəd, sağ kürəkaltı nahiyənin tış hissəsinin 4 ədəd, sağ kürəkaltı nahiyənin iç hissəsinin 2 ədəd, sol kürəkaltı nahiyənin tış hissəsinin 2 ədəd, sol kürəkalatı nahiyənin iç hissəsinin 1 ədəd, bel nahiyəsinin sol tış hissəsinin 1 ədəd deşilmiş- kəsilmiş yarası kimi hər biri ayrı-ayrılıqda sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər, həmçinin başın ənsə nahiyəsinin sağ hissəsinin 2 ədəd, boyun nahiyəsinin sağ yan səthinin 2 ədəd, boyun nahiyəsini arxa səthinin 1 ədəd, sağ bazu oynağı nahiyəsinin ön səthinin 1 ədəd, sağ körpücükaltı nahiyənin 1 ədəd, sol qoltuq çuxurunun 1 ədəd, döş qəfəsinin sağ yan səthinin 1 ədəd, sağ çiyin qurşağının arxa səthinin 1 ədəd, sağ kürəküstü nahiyənin 1 ədəd, sağ kürək nahiyəsinin 1 ədəd, sağ kürək nahiyəsinin aşağı tış hissəsinin 1 ədəd, sağ kürəkaltı nahiyənin iç hissəsinin 1 ədəd, sağ onurğayam xətt üzrə 1 ədəd, sol kürək nahiyəsinin aşağı iç hissəsinin 1 ədəd, sol onurğayam xətt üzrə 1 ədəd, bel nahiyəsinin sol tış hissəsinin 1 ədəd, sağ sağrı nahiyəsinin yuxarı iç hissəsinin 1 ədəd, sol bazu nahiyəsinin yuxarı 1/3-nin iç səthinin 1 ədəd, sol bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthinin 1 ədəd, sol said nahiyəsinin aşağı 1/3-nin iç səthinin 1 ədəd, sağ bud nahiyəsinin aşağı 1/3- nin ön səthinin 1 ədəd, sağ bud nahiyəsinin aşağı 1/3-nin iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər, yəni kəsici-deşici xassəli cəmi 39 xəsarət yetirməklə Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 134-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvələr məhkum olunmuş, 2021-ci ilin fevral ayında azadlığa çıxmışdır. O, cəzaçəkmə müəssisəsində fərdi əməklə məşğul olmuşdur. Ümulikdə 15 ay ailəli olmuşdur. Azadlığa çıxdıqdan sonra boş vaxtlarında “Topaz” oynamışdır. 2021-ci ilin fevral ayından 2022-ci ilin fevral ayına kimi topazdan 82000 manat pul udmuşdur. Orada rəsmi qaydada öz ad, soyadı ilə qeydiyyatdan keçmiş və pul rəsmi qaydada öz kartına oturmuşdur. Onun kartı kapital bank kartı olmuşdur. Elə vaxtlar olmuşdur ki, kartda köçürmədə problem olmuşdur. O, problem olan zaman ********** nömrəsinə zəng etmiş və bununla bağlı problem olduğunu bildirmiş, onlar da köməklik göstərmişlər. Mərhum şəxs orada - çağrı mərkəzində işləmişdir. Belə olub onlar arasında səmimiyyət yaranmış və bir müddət danışmışlar. Mart ayında onlar görüşmüşlər. Mərhum şəxs əvvəllər ailə qurub boşanmışdır. Onlar ailə qurmamışdan əvvəl aralarında yaxınlıq olmuş, bu hadisədən sonra Səkinəxanış ağlamış, o, səbəbini soruşan zaman əvvəl ailəli olduğunu və bu evlilikdən bir uşağı olduğunu bildirmişdir. Səkinəxanım gəlinlik geyinmək arzusu olduğunu bildirmiş, o isə əvvəlki evliliyi zamanı toyunun olmamasının səbəbini soruşmuşdur. Səkinəxanım bildirmişdir ki, 12 yaşında dayısı oğlu ilə aralarında yaxın münasibət olmuşdur. Onların münasibətindən qardaşı xəbərdar olmuş və ona gün verib işıq verməmişdir. Daha sonra o, evdən qaçaraq kollece getmiş, bundan sonra qardaşı ondan əlini üzmüş və danışdırmamışdır. Digər oğlanla necə tanış olduğunu soruşduqda isə kursda tanış olduqlarını, narkaman olduqları üçün ayrıldıqlarını bildirmişdir. Daha sonra evə gəlmiş və anasına Səkinəxanımın şəklini göstərmiş, anası qızı bəyənmiş və onunla tanış olmaq istədiyini bildirmişdir. O, anasına Səkinəxanımın əvvəllər evli olduğunu söyləyə bilməmişdir. Səkinəxanımla anasını tanış etmiş və anası qızı bəyənmişdir. O, Səkinəxanıma hər şeyi yoluna qoyacağı barədə söz vermişdir. Həmin ərəfədə qızın anası razı olmamışdır. O, isə həmin ərəfədə qızla ciddi münasibətdə olmuşdur. O, Səkinəxanıma əvvəllər məhkum olunduğunu, bu yaşına kimi narkotik vasitə istifadə etmədiyini və içki qəbul etmədiyini, sadəcə “Topaz” oynadığını bildirmişdir. Anası ilə Səkinəxanımı tanış etdikdən sonrakı gün anasına Səkinəxanımın uşağı olduğunu söyləmiş, anası razı olmamışdır. O, isə Səkinəxanımla evlənib başqa yerdə yaşayacaqlarını bildirmişdir. Daha sonra anasını razı salmışdır. O, anasına telefon vermişdir ki, özü ilə aparsın və danışıqlarının səsini yazsın. Səkinəxanımın anası ona Səkinəxanımın qızı Səmaya yaxşı baxmağını söyləmişdir. Bu söhbət mart ayının 29-u 30u ərəfələrində olmuşdur. Səmanın ad günü aprel ayının dördüdür. Səkinəxanımın anası vəzifəli bir adamın evində işləyib xadiməçilik edir, həm də uşağa baxırmış. Həmin gün qız ona vəsiqəsini atmasını söyləmiş və anası araşdıraraq onun məhkum olduğunu öyrənmiş, problemlər olmuşdur. Səkinəxanım ona Səmanın ad günü keçdikdən sonra onunla qaçacağını bildirmişdir. Aprelin 5-i o, ev kirayələmiş və Səkinəxanımı işdən, Səmanı isə bağçadan götürərək evə gəlmiş və bütün əşyalarını yığmışlar. Aprel ayının 11-12 ərəfələrində Səma suçiçəyi xəstəliyinə yoluxmuş, bunun üçün də Səkinəxanımı işdən çıxarmışlar ki, uşaq sağalana kimi evdən işləsin. Səkinəxanım evdən işləməyə başlamışdır. Həmin ərəfələrdə Səma suçiçəyi olduğu üçün bağçaya getməmiş, Səkinəxanımın keçmiş əri Mamed Səmanın bağçaya gəlmədiyini gördükdən sonra Səkinəxanımın anası ilə əlaqə saxlayaraq səbəbini soruşduqda, anası Səmanın suçiçəyi çıxardığını və başqa yerdə olduğunu bildirmişdir. May ayının 4-5 ərəfələrində Səma sağaldıqdan sonra bağçaya getməyə başlamışdır. Səmanı baxçadan ya o, ya da Səkinəxanım götürmüş, başqa şəxsin götürməsinə icazə verməmişlər. Bir gün Səkinəxanımın anası zəng edərək Mamedin bağçanın qapısında Səmanı gözlədiyini və onu götürmək istədiyini söyləmişdir. O, Mamedə zəng edərək bağçanın qarşısında onu gözləməsini söyləmiş və bağçaya getmişdir. Daha sonra bağçadan Səmanı götürərərk Səmanın oynaması, onlar isə rahat söhbət etməsi üçün parka getmişlər. Həmin ərəfədə Səkinəxanımın anası dayanmadan ona zəng etmişdir ki, o, Mamedlə söhbət etməsin. Onda şübhələr yaranmış və Mameddən Səkinəxanımla ayrılmaq səbəblərini soruşmuş, Mamed isə Səkinəxanımın sosial şəbəkədə bir şəxslə danışdığını, ona xəyanət etdiyini bildirmişdir. Mamed xəyanətdən xəbərdar olduqdan sonra Səkinəxanımı boğaraq öldürmək istədiyini, amma Səmanın ağlamaq səsini eşitdikdən sonra onu buraxdığını bildirmişdir. O, Mamedin danışdıqlarına inanmamış, Səkinəxanımın Mameddən boşandığı üçün onu doldurmağa çalışdığını düşünmüş və Mameddən danışdıqlarını sübut etməsini istəmişdir. Mamed Səkinəxanımı ifşa edən görüntüləri göstərdikdən sonra o, Mamedə Səmanı da aparmasını, özünün isə Səkinəxanımla mübahisə etmək üçün evə gedəcəyini bildirmişdir. Həmin ərəfədə onlar restoran danışmış, evlərini sökdürmüş və mayın 29-u olacaq toylarına hazırlıq görmüşlər. O, evə gəlmiş və Mamedin dediklərini Səkinəxanıma söyləmiş, amma Səkinəxanım inkar etmiş və o, Mameddən həmin görüntüləri ona atmasını istəmişdir. Daha sonra onlar arasında mübahisə yaranmış və axşam saatlarında o, Səkinəxanımı vuraraq evdən çıxıb uzaqlaşmaq üçün avtovağzala getmişdir. Səkinəxanım ona “mən sənsiz yaşaya bilmərəm” məzmunlu SMS və kəsdiyi qolunun şəklini atmışdır. O həm Səkinəxanıma yazığı gəldiyi, həm də onun özünü öldürəcəyindən qorxduğu üçün evə qayıtmışdır. Evə gələn zaman Səkinəxanımın qollarını, ayaqlarını kəsdiyini görmüş, onun yaralarına sarğı bağlamış və onunla oturub söhbət etmək istədiyini bildirmişdir. Səkinəxanım isə onun əvvəlki səhvi olduğunu və hazırda onu çox sevdiyini bildirmişdir. Həmin gün onlar barışmış və daha sonra toyları olmuşdur. Toydan əvvəl Səkinəxanım hamilə olduğu üçün də bir gün içində nikahları olmuşdur. Toydan sonra Səkinəxanım onlara gəlmiş, bir müddət birlikdə yaşadıqdan sonra anası narazılıq etməyə başlamış, Səmaya gün verib işiq verməmişdir. Belə olan halda o, Səkinəxanıma Səmanı səhər işə gedən zaman baxıçaya qoymalarını, axşam gələndə götürmələrini təklif etmiş, Səkinəxanım da olunla razılaşmışdır. Səkinəxanımın anası Xırdalan şəhərində bir tanış baxıcı tapmış və hər səhər Səmanı onun yanına qoymuşlar. Bir müddət keçdikdən sonra anası yenə də narazılıq etməyə başlamış, evə gələn qonaqların Səmanı görməsini istəmədiyini bildirmişdir. Daha sonra onlar baxması üçün Səmanı atasına vermişlər. Səma atası ilə yaşadıqdan sonra aliment ödəmək məsələsi yaranmış, o isə Səmanın onun uşağı olmadığı üçün aliment ödəməli olmadığını bildirmişdir. Səkinəxanımın anası may ayından Türkiyəyə getmişdir. Bir gün o, Səkinəxanımın telefonuna polisdən mesaj gəldiyini görmüş və Səkinəxanımın 2020-ci ildə bankdan 10000 manat borc pul götürdüyünü, həmin puldan 4000 manatını Cəlal adlı şəxsə verdiyini, Cəlalla aliment pulunun 174 manatının Səkinəxanıma 100 manatının isə Cəlala çatması barədə razılaşmışlar. Aliment ödənişinin gecikdiyindən xəbəri olduqda Səkinəxanımdan soruşmuş, Səkinəxanım isə Səma üçün 2020-ci ildə bankdan pul götürdüyünü bildirmişdir. O, Səkinəxanımın telefonundan Cəlalın nömrəsini tapmış və ona zəng edib Səkinəxanımla münasibətinin olub-olmamsını soruşmuş, Cəlala isə münasibətləri olduğunu təsdiqləmiş və hər ay Səkinəxanıma 100 manat göndərməli olduğunu, amma gecikdirdiyini bildirmişdir. Üzərindən 10-15 gün keçdikdən sonra Səkinəxanımla oturub danışmışlar və Səkinəxanım keçmiş ərindən boşandıqdan sonra Cəlalla kirayə evdə yaşadıqlarını və bankdan 10000 manat pul götürdüklərini, həmin puldan 2000 manatını evin kirayəsinə verdiklərini, qalan pulu isə özləri üçün xərclədiklərini söyləmişdir. Səkinəxanımın Abbas və Cəlal adlı şəxlə münasibətdə olduğunu bildikdən sonra Səkinəxanımın telefonunu sındırmış və onun uşaqları dünyaya gələnə kimi telefon istifadə etməsinə icazə verməmişdir. xx.xx.2023-cü il tarixdə onların qızı Ayla anadan olmuş və o, xəstəxənaya gələn zaman Səkinəxanımın uşağı da götürüb xəstəxanadan getdiyini öyrənmişdir. Bundan sonra o, “102 xidməti”nə zəng etmiş və polis işləyən dostuna məlumat vermişdir. Həmin gün onu qəyyumluq şöbəsinə çağırmışlar və gedərək başına gələn hadisəni danışmış və ona onların verdikləri ifadəyə əsasən onun barəsində cinayət işi açmalı olduqlarını bildirmişlər. Hadisədən sonra 4 gün Səkinəxanımdan xəbər ala bilməmiş, məcbur qalaraq “Xəzər” TV-ə getmiş və başına gələnləri danışmışdır. Fevralın 25-i o, Səkinəxanımın qardaşına zəng etmiş, qardaşı isə evə adam gətirərək onu biabır etməməsini söyləmişdir. Həmin gün Səkinəxanımın anası ona zəng edərək Səkinəxanımın uşaqla birlikdə sığınacaqda olduqlarını söyləmişdir. O, sığınacağa getmiş və bir həftə yalvar-yaxar etdikdən sonra onları evə gətirmişdir. Dəfələrlə Səkinəxanımdan boşanmaq istəsə də uşağın 1 yaşı olana kimi boşana bilməyəcəklərini öyrənmişdir. Səkinəxanımın anası qızının nə istəsə geyinə və telefon istifadə edə biləcəyini söyləmişdir. O, yük avtomobili təmiri ustası olduğu üçün Səkinəxanımın qardaşı onu təmir üçün çağırmış və onlarla birlikdə sürücü işləməyi təklif etmişdir. O, aylıq 900 manat maaş almış və həmin pulu ailəsi üçün istifadə etmişdir. 18 avqust 2023-cü il tarixdə axşam evə gəlməmiş və Sumqayıtda yaşayan dostu Elnurgildə qalmışdır. 19 avqust 2023-cü il tarixdə saat 10-11 radələrində evə gəlmişdir. Qapını döysə də Səkinəxanım qapını açmamış, o, mesaj yazaraq qapını açmasını, əynini dəyişdikdən sonra çıxıb gedəcəyini bildirmiş və Səkinəxanım qapını açmışdır. Evə girdikdən sonra Səkinəxanım ona nalayiq ifadələr işlətməyə başlamış və o, əsəbləşərək Səkinəxanıma şillə vurmuş, Səkinəxanım otağa girərək qapını bağlamış, ağlamağa başlamış və xalasına zəng edib məlumat vermişdir. Xalası gəldikdən sonra ağlaya-ağlaya “102 xidməti”nə zəng etmiş və ondan şikayət etmişdir. Elə həmin vaxt Abşeron rayon icra hakimiyyətindən Şükufə xanım zəng edərək onu çağırmış və Səkinəxanımdan uzaq durmasını söyləmişdir. Daha sonra o, evə gəlmiş və həmin vaxt evdə polis əməkdaşları olmuş, ondan izahat aldıqdan sonra Səkinəxanımgil sığınacağa getmişlər. Həmin gün o, Səkinəxanımın telefonunu sındırmış və anası ondan telefonu düzətdirməsini tələb etmişdir. O, Səkinəxanımın telefonuna program yüklətmiş və həmin program vasitəsi ilə Səkinəxanımı izləmişdir. O, telefonu Səkinəxanımın xalasına vermiş və xalası telefonu götürdükdən sonra bir mağazaya girmiş və orada üzərində dollar olduğunu, satıcı isə dollar qəbul etmədiklərini bildirmişdir. Daha sonra xalası telefonu Səkinəxanıma aparmış və Səkinəxanıma səbrli olmasını, əvvəldən ona qulaq asmalı olduğunu, onun Səmaya baxacaq biri olmadığını bildirmişdir. Xalası Səkinəxanımdan yemək yeyib-yemədiyini soruşmuş, Səkinəxanım isə quru makaron yediyini, yemək otağının qapısını bağlayıb yeməyə icazə vermədiklərini bildirmiş, həmin vaxt onun Səkinəxanıma yazığı gəlmişdir. Daha sonra o, "Qurtuluş 93” yaşayış kompleksinə gəlmiş və 108 xidmətinə zəng edərək bütün mebellərini düzəltdirmiş, Səkinəxanımın paltarlarını qatlayaraq yığışdırmış və evi bəzətdirmişdir. 24 avqust 2023-cü il tarixdə səhər saatlarında Səkinəxanımın xalasına zəng edib onların yanına gedib-getməyəcəyini soruşmuş, xalası isə gedəcəyini, taksinin pulunu göndərməsini və gəlib evdən pampers götürəcəyini bildirmişdir. O, xalasından Səkinəxanımı da özü ilə gətirməsini istəmişdir. Axşam saatlarında o, evdə oturan zaman qapı döyülmüş və qapını açdıqda Sevinc, sonra Sevincin nəvəsi, daha sonra isə Səkinəxanım evə daxil olmuşdur. Səkinəxanım evə girən zaman Aylanın harada olduğunu soruşmuş, Səkinəxanım isə Aylanın yatdığını bildirmişdir. O, uşağı tək qoyub gəldikləri üçün əsəbləşmişdir. O, mətbəxdə oturmuş, Səkinəxanım otaqda paltarlarını yığmaqla məşğul olmuş, Sevinc isə parkda oynayan nəvəsinə baxmaq üçün çölə çıxmışdır. O, Səkinəxanımın yanına gedərək onu döydükdən sonra pis olduğunu və barışmaq istədiyini söyləmiş, Səkinəxanım isə onunla qutardığını bildirmişdir. Səkinəxanıma “məni bağışlamağın üçün gül-çiçəklə evi bəzətmişəm” demiş, Səkinəxanım isə “gülü aparıb ananın qəbri üstünə qoyarsan " deyə cavab vermişdir. Həmin vaxt Səkinəxanıma “gel özünü də, məni də bədbəxt etmə, səni öldürərəm” dedikdə, Səkinəxanım nalayiq şəkildə ona cavab vermişdir. Həmin an Səkinəxanımı öldürmək fikrinə gəlmiş və dərhal mətbəxə gedib şkafın çəkməcəsində olan bıçağı götürüb yataq otağına qayıtmışdır. Səkinəxanım yataqla şkaf arasında olan zaman ona yaxınlaşaraq bıçaqla ciyərinə, daha sonra ürəyinə vurmuş, amma Səkinəxanım qışqırdığı üçün bıçaq girməmişdir. O, başını qaldıran zaman Sevincin qışqıraraq onun üzərinə gəldiyini və əlini tutduğunu görmüşdür. Sevinc onun əlindən tutduğu üçün bıçaq Sevincin qoluna dəymişdir. Daha sonra Sevinc qorxaraq qaçmış və o, yenə də Səkinəxanıma vurmağa davam etmişdir. Səkinəxanım onun üzünə baxa-baxa sol əli üstə yıxılmış və nəfəsi kəsilərək, can vermişdir. O, bıçağı belinə qoyaraq evdən çıxmış və xalası çöldə dayanmış, qışqıraraq camaatdan kömək istəmişdir. O, qaçmağa başlamış, biraz uzaqlaşdıqdan sonra “102 xidmətinə” zəng etmiş və özünü təqdim edərək həyat yoldaşını öldürdüyünü etiraf etmişdir. Daha sonra oradan keçən taksilərin birinə minərək anasına zəng etmiş, anasın evdə olmadığını bildirdikdən sonra o, anasıgilə getmiş, Səkinəxanımın qanına bulaşdığı üçün əynindəki paltarları deyişmiş və sellafon torbaya yığmış, bıçağı da torbaya qoymuşdur. Daha sonra tanımadığı taksi ilə polis idarəsinə gələrək təslim olmuş və arvadını öldürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Səkinəxanıma iki bıçaq xəsarəti yetirdiyini xatırlayır, digər xəsarətlər onun yadında deyil, o, Səkinəxanımı öldürmək istəməmiş, səsini kəsmək üçün vurmuş, Səkinəxanım rahat yaşamaq istəmiş, əvvəl üç dəfə məhkum olunmuş, Sevinc ona mane olmağa çalışmış, əməlindən peşman olmuş, ibtidai istintaq zamanı olan hadisəni düzgün danışmış, ona heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 18 avqust tarixində Səkinəxanımın anası ona zəng edərək Elnurun Səkinəxanımı öldürəcəyini və onun Səkinəxanımın yanına getməsini söyləmişdir. O və oğlu Səkinəxanımgilə gedən zaman Elnurun əlində bıçaq olduğunu, həmçinin Səkinəxanımın da qucağında uşaq və əlində bıçaq özünü müdafiə etdiyini görmüşlər. Elnur onun oğlunu gördükdən sonra bıçağı yerə atmış və oğlu Elnuru çölə çağırmışdır. Elnur 2 ay oğlunun yanında işləmiş və həmin müddət ərzində Elnur onu biabır etmişdir. Daha sonra Səkinəxanım ağlamağa başlamış və o, Elnurun anasına zəng edərək gəlməsini, Səkinəxanımgilin boşanmaq istədiyini bildirmişdir. O, Səkinəxanım və uşağını götürərək sığınacağa aparıb yerləşdirmişdir. Elnur hər gün ona zəng edib barışmaq üçün yalvaryaxar etmiş, amma Səkinəxanım Elnurun səsini belə eşitmək istəmədiyini bildirmişdir. O, Səkinəxanımı çimməsi üçün öz evlərinə gətirmiş və səhərisi gün uşağın paltarlarını götürmək üçün evə getmələrini istəmişdir. O, Elnura zəng edərək evdən çıxıb getməsini söyləmiş, Elnur isə Mərdəkanda olduğunu bildirmişdir. Səkinəxanımın qızı yatdığı üçün gəlininin yanında qoyaraq o, beş yaşlı nəvəsi və Səkinəxanım “Qurtuluş 93” yaşayış kompleksindəki evə gəlmişlər. Onda evin açarı olmuş və açarı qapıya salan zaman qapının açılmadığını görmüş, daha sonra içəridən Elnur qapını açmışdır. O, Elnura çölə çıxmasını söyləmiş və nəvəsi ilə Səkinəxanımı içəri salmışdır. Daha sonra Elnur ona çölə çıxmasını, sözünün olduğunu bildirmişdir. O, isə nə sözü varsa içəridə deməsini bildirmişdir. Elnur içəri girərək onun qarşısında diz çökərək “sənə qurban olum ay xala, bizi bir-birimizdən ayırma” söyləmişdir. O isə kişiliyinin, mənliyinin olmasını, ailəsinə sahib çıxmasını bildirmişdir. Səkinəxanım paltarlarını yığmaq üçün otağa keçmiş və ondan mətbəxdəki kofeni götürməsini istəmişdir. O, kofeni götürmək üçün dönən zaman Elnurun keçdiyini hiss etmişdir. Daha sonra içəridən “mama, mama” səsini və nəvəsinin ağladığını eşitmiş, otağa gələn zaman Səkinəxanımın küncə sıxıldığını görmüş və Elnurun barışmaq üçün Səkinəxanımı qucaqladığını düşünmüş, ağlayan nəvəsinə yaxınlaşan zaman Elnurun dayanmadan Səkinəxanıma əlindəki bıçaqla vurduğunu görmüşdür. Uşağı qucağına alaraq Elnurun qolundan tutmuş və nə etdiyini soruşmuş, Elnur isə onu öldürməklə hədələmişdir. O, uşağı çölə qoyaraq qayıdan zaman Elnurun əlində bıçaqla çıxıb getdiyini görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Elnurun bir nəçə dəfə Səkinəxanımı öldürməklə hədələdiyini görmüş, Elnurun “Topaz” oynamasına Səkinəxanım etiraz etdiyi üçün onu döyürmüş, Elnur Səkinəxanımı dəfələrlə hamilə vəziyyətdə vəhşicəsinə döymüş, ibtidai istintaq zamanı ifadə verərkən hadisəni olduğu kimi danışmış, həmin ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, hadisə zamanı qızının yanında olmamış, amma həmin ərəfələrdə mütəmadi olaraq onunla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirərək, ədalətli qərarın qəbul olunmasını, təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, onun Səkinəxanımdan heç bir narazılığı olmamış, Səkinəxanımı çox istəmişdir. O, Səkinəxanımı və uşağını hər halı ilə qəbul etmiş, onların toyunu etmişdir. Səkinəxanım onlarla 10 ay bir yerdə yaşamış, daha sonra ayrı evə çıxmaq istədiklərini bildirmişlər. Səkinəxanımın ölümündən onun xəbəri olmamış, onun Türkiyədəki oğlu qardaşı oğluna zəng edərək məlumat vermiş, o da hadisəni qardaşı oğlundan eşitmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi mənzil ona məxsus olmuşdur. Həmin ailə mənzili internet vasitəsi ilə tapmışlar və 13 iyun 2023-cü il tarixdə mənzilə baxaraq, 14 iyun tarixdə mənzilə köçmüşlər. Onlarla kirayə müqaviləsi bağlamamışdır. Avqust ayında hadisənin baş verdiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Təqrir”dən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:20-də Abşeron rayon prokurorluğuna Abşeron rayonu, Masazır kəndində qadın cinsində olan bir nəfər şəxsin mənzildə öldürülməsi barədə Abşeron Rayon Polis İdarəsinin Növbətçi Hissəsindən məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 avqust 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Həmin mənzilə bir otaq, bir sanitar qovşaq və bir mətbəxdən ibarətdir. Mənzilin qapısı palıd rəngli dəmir materialdandır. Evə daxil olduqda dəhlizin solunda yataq otağına daxil olunur. Yataq otağının içərisində bir ədəd iki nəfərlik çarpayı, bir ədəd böyük ağ rəngdə paltar şkafı, bir ədəd uşaq çarpayısı, üzərində E və S hərfləri yazılmış qırmızı rəngli güllərdən hazıqlanmış çələng və bir ədəd güzgülü komot vardır. Otağın eni təxminən 3 m, uzunluğu isə 4 m-dir. Yatq otağında çarpayı ilə paltar şkafının arasında Zərərçəkmiş şəxs1 üzərində xəsarəti olan meyit aşkar edildi. Hadisə yerinə aid müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 04-11). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əşyalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus iç etiketində H&M MİD LENGTH SHORTS REGULAR FİT” sözləri yazılmış göy rəngli cins şalvar, boyun etiketində "FSBN SLİM FİT" sözləri yazılmış ağ rəngli qısaqol köynək və ağ rəngli mayka, Zərərçəkmiş şəxs1 məxsus iç etiketində “TT” hərfləri yazılmış qısaqol köynək, iç etiketində "Forstime” sözü yazılmış açıq çəhrayı rəngli şalvar, iç etiketində “Fellinaz" sözü yazılmış qara rəngli uzunqol köynək və ağ-çəhrayı rəngli alt paltarı (trusik) və 01 edəd bıçağa baxış keçirilmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir(cild 01, iş vər. 78-86). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 avqust 2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman törətdiyi cinayət əməlini etiraf etmiş və törətdiyi cinayətə dair ifadəsindəki xüsusatları hadisə yerində bir daha göstərmiş, ifadənin yerində yoxlanmasını əks etdirən video görüntülər CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 96-102). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, xx/xx-10621 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi"də xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji qeydiyyatda yoxdur (cild 01, iş vər. 177). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixatriya Xəsatəxanası”publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 11838 nömrəli məktubundan görünür ki, xx.xx.1993-ci il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olmaqla, ünvan 5 ünvanda yaşamış Təqsirləndirilən şəxs arxiv məlumatına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası"da müalicədə olmayıbdır (cild 01, iş vər. 190). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1847 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər- sol bazu oynağı və sol bazu nahiyəsinin aşağı 1/3-nin arxa səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən, sol bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın tesviri hissəsində göstərilən müddətdə, yeni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərdən sol bazu oynağı və sol bazu nahiyəsinin aşağı 1/3-nin arxa səthinin qançırları insan bədəninin hissəsinin (əl, əl barmaqları ve s.), sol bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası isə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür (cild 01, iş vər. 232). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 126 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində 39 (otuz doqquz) ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmişdir. Deşilmiş-kəsilmiş yaralardan 15 (on beş) ədədi daxilə nüfuz etmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl, qərarın təsviri hissəsində gösterilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar deşicikəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlərdən 15 (on beş) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir, 24 (ədəd) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin ön və arxa səthinin daxilə nüfuz edərək ağciyərləri, qaraciyəri ve sol böyrəyi zedəleyen deşilmiş-kesilmiş yaranın törətdiyi çoxlu qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün çoxlu qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il, saat 17:00- dan) 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçaqın konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan deşilmiş- kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etiol, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01, iş vər. 234-244). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 447-MTKŞ/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhumə Zərərçəkmiş şəxs1 məxsus qara rəngli köynəyin ön səthinin sağ nahiyəsində beş ədəd, köynəyin sol qolunun ön yuxarı səthində bir ədəd, köynəyin arxa səthində İyirmi ədəd; açıq qəhvəyi rəngli köynəyin ön səthinin sağ nahiyəsində üç ədəd, köynəyin ön səthinin orta nahiyəsində İki ədəd, köynəyin ön səthinin sol nahiyəsində bir ədəd, köynəyin sol qolunun aşağı hissəsində bir ədəd, köynəyin arxa səthində on iki ədəd; şalvarın sağ ayağının orta nahiyəsində iki ədəd və şalvarın sağ ayağının arxa səthində bir ədəd çox saylı dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş mərhumə Zərərçəkmiş şəxs1 məxsus tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək, mayka və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərində heç bir düzəliş edilməmişdir (cild 02, iş vər. 01-10). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 621/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: Balfa/H/(lll). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta/l/. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 məxsus uzunqol köynək, idman şalvarı, qısaqol köynək, trusik, Təqsirləndirilən şəxs məxsus cins şalvar, qısaqol köynək və 01 ədəd kosmetik çubuqlu pambıq tampon üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Balfa/H/ qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qolsuz mayka üzərində qana şübhəli ləkələr aşkar olunmadı (cild 02, iş vər. 12-18). Cinayət işinin materiallarında olan “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3370 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə ğz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, İnadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik, müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi-həyəcan (affekt) keçirməmişdir (cild 02, iş vər. 33-38). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228, 120.2.2 və 29,120.2.7-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət təqibindən imtina edilmişdir (cild 02, iş vər. 45-62). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qəsdən adam öldürmə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə, şəxsin əməli CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, Təqsirləndirilən şəxs rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 üzərində olan soyuq silah hesab edilməyən bıçaqla ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid 39 ədəd xəsarət yetirərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin həmçinin CM-in 134-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı gəlinən nəticə ilə də razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs1 çoxlu sayda bıçaq xəsarəti yetirməklə qəsdən həyatdan məhrum etmə ilə bağlı cinayət əməlini törədərkən Zərərçəkmiş şəxs2 ona mane olmağa çalışmış və bu zaman sol bazu nahiyəsinin aşağı 1/3-nin arxa səthinin qançırları, həmçinin bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası kimi həm ümumilikdə, həm də ayrı-ayırılıqda sağlamlığa zərərvurmayan xəsarətlər almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlindəki bıçağı Zərərçəkmiş şəxs2 istiqamətləndirib "səni də öldürərəm" deyərək hədənin icrası üçün real əsaslar olmaqla sonuncunu öldürməklə hədələdikdə Zərərçəkmiş şəxs2 ona qarşı yönələn hədənin icrasının real olduğunu dərk etmişdir ki, bununla da Təqsirləndirilən şəxs digər cinayət əməlinin gedişində CM-in 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlini də törətmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.2.4 və 134-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması, o cümlədən Zərərçəkmiş şəxs2 öldürməklə hədələməməsi ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə onun söylədikləri cinayət işinin materillarında olan sübutlar vasitəsi ilə təkzib olunduğundan, məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, bu formada ifadə verməkdə onun məqsədi CM-nin daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə məhkum olunmaqdan yayınmağa hesablanmış müdafiə taktikasıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 01, iş vər. 23). Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra şəxsən Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng edərək cinayət törtədiyini etiraf etmiş və könüllü surətdə Abşeron Rayon Polis İdarəsinə gedərək təslim olmuşdur (cild 01, iş vər. 180). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini araşdıraraq belə qənaətə gəlir ki, onun cinayət törətdikdən sonra könüllü olaraq polis əməkdaşlarına xəbər verib özünü və cinayətin alətini hüquq mühafizə orqanlarına təhvil verməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdikdən sonrakı hərəkətləri araşdırıldıqda müəyyən edilmişdir ki, o, könüllü şəkildə heç bir təsir altında olmadan özünü polis əməkdaşına təslim etmiş və hadisə barədə onlara ətraflı məlumat vermiş, həmçinin cinayət alətini polis əməkdaşlarına təqdim edərək baş vermiş hadisə ilə bağlı istintaqın gedişinə fəal köməklik etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hadisə baş verəndən dərhal sonra hadisə yerindən ayrılsa da, hüquq mühafizə oranlarından gizlənməmiş, özünü polis əməkdaşlarına təslim edərək cinayət hadisəsi törətdiyi bıçağı da polis əməkdaşlarına təqdim etmiş, cinayətin üstünün açılmasına fəal köməklik etmiş və baş vermiş hadisə barədə ətraflı məlumat vermişdir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonrakı hərəkətləri könüllü gəlmə kimi qəbul edilməli və bu hal cəzanı yüngülləşdirən hal kimi hökmdə öz əksini tapmalıdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlının uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almasını və cinayət aləti olan bıçağı onlara təqdim etməklə cinayətin açılmasına fəal köməklik etməsini CM-nin 59.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən 06 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 159-160). Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını və həmin cəzaların qismən toplanılmaqla şəxsə qəti azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd edilən CM-in 59.1.10-cü maddəsində göstərilən yüngülləşdirici hallar olsa da, habelə onun əməlində cəzanı ağırlaşdıran hallar olmasa da, ona CM-in 120.2.4-cü maddəsinə münasibətdə CMin 60-cı maddəsinin tətbiq üçün əsas mövcud deyildir. Belə ki, CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi CM-in 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, CM-in 60.2-ci maddəsinin tələblərinə əsasən ona CM-in 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməyəcəkdir. Şəxsin əvvəllər də qəsdən cinayət əməli törətməyə görə məhkum olunmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 34) Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 25 avqust 2023cü il tarixli, 4(012)-628/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 92-95) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 24 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus iç etiketində “H&M MİD LENGTH SHORTS REGULAR FİT” sözləri yazılmış göy rəngli cins şalvar, boyun etiketində “FSBN SLİM FİT” sözləri yazılmış ağ rəngli qısaqol köynək və ağ rəngli mayka, Zərərçəkmiş şəxs1 məxsus iç etiketində “TT” hərfləri yazılmış qısaqol köynək, iç etiketində "Forstime” sözü yazılmış açıq çəhrayı rəngli şalvar, iç etiketində “Fellinaz” sözü yazılmış qara rəngli uzunqol köynək və ağ-çəhrayı rəngli alt paltarı (trusik), hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 01 ədəd nümunə və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 134-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus iç etiketində “H&M MİD LENGTH SHORTS REGULAR FİT” sözləri yazılmış göy rəngli cins şalvar, boyun etiketində “FSBN SLİM FİT” sözləri yazılmış ağ rəngli qısaqol köynək və ağ rəngli mayka, Zərərçəkmiş şəxs1 məxsus iç etiketində “TT” hərfləri yazılmış qısaqol köynək, iç etiketində "Forstime” sözü yazılmış açıq çəhrayı rəngli şalvar, iç etiketində “Fellinaz” sözü yazılmış qara rəngli uzunqol köynək və ağ-çəhrayı rəngli alt paltarı, hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 01 ədəd nümunə və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar