Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-454/2024 24.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, Laçın rayonu, Səfiyan kəndində qeydiyyatda olan və ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 2,329 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 3,155 qram narkotik vasitə olan asetilə edilən tiryəki və satış məqsədi ilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən əsas təsir maddəsinin miqdarı 0,3 qram olan 1 (bir) ədəd sarı rəngli qabapentin dərman kapsulasını əldə edib, psixotrop maddə metamfetaminin 1,726 qramını 9 ədəd bükümlərdə, 3,155 qram asetilə edilən tiryəki 7 ədəd bükümlərdə yaşadığı ünvan 1 ünvanında, 1 ədəd bükümdə 0,603 qram çəkidə psixotrop maddə metamfetamini və 1 ədəd sarı rəngli qabapentin dərman kapsulasını isə satış məqsədi ilə üzərində qanunsuz daşıyaraq saxlamış, 09 sentyabr 2023-cü il tarixdə, saat 14:15-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5 ünvanının qarşısında saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibliyindən 01 ədəd bükümdə 0,603 qram çəkidə ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, əsas təsir maddəsinin miqdarı 0,3 qram olan 1 ədəd sarı rəngli narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə qabapentin dərman kapsulası, əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 1 ünvanında baxış keçirilən zaman isə mənzilin yataq otağındakı çarpayının altından 9 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,140 qram, 0,136 qram, 0,138 qram, 0,167 qram, 0,135 qram, 0,146 qram, 0,163 qram, 0,340 qram, 0,361 qram, ümumi təmiz çəkisi 1,726 qram olan eyni tərkibli ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, 7 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,338 qram, 0,373 qram, 0,425 qram, 0,537 qram, 0,524 qram, 0,647 qram olmaqla ümumi təmiz çəkisi 3,155 qram olan tünd qəhvəyi rəngli maddələr eyni tərkibli kustar üsulla hazırlanmış həmin narkotik vasitə asetilə edilən tiryək, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısında istifadə olunan üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü əvvəllər birgə yaşadığı tanışı ona zəng edərək onda botinka olub-olmadığını soruşmuş, günorta radələrində aşağı düşüb botinkanı ona verən zaman polis əməkdaşları onu saxlamışlar. Saxladıqdan sonra onu Sumqayıt Şəhər Polis İdarəsinə aparmış və orada 1-2 saat saxladıqdan sonra evə zəng edərək yoldaşının evdə olub-olmadığını dəqiqləşdirmişlər. Daha sonra polis əməkdaşları narkotik vasitəni aparıb onun yaşadığı evə qoymuşlar və bir polis əməkdaşı həmin narkotik vasitənin yanında durmuşdur ki, birdən yoldaşı narkotik vasitəni ata və yaxud nə isə edə bilər. Daha sonra onun özünü də yaşadığı evə aparmışlar və orada narkotik vasitənin ona aid olduğunu iddia etmişlər. Məcburiyyət qarşısında qalaraq narkotik vasitəni boynuna almış, amma narkotik vasitələrin heç biri ona aid olmamışdır. O, narkotik vasitə istifadə etmiş, amma heç vaxt satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o,narkotik vasitənin marixuana növündən və bəzi hallarda heroindən istifadə etmiş, metamfetamindən istifadə etməmişdir. O, Sumqayıt Şəhər Polis İdarəsində olan zaman polis əməkdaşı Şərail adlı şəxs onun yanında zəng edərək evdə adam olub-olmadığını dəqiqləşdirmişdir. Həmin vaxt evdə həyat yoldaşı olmuşdur. İki nəfər polis əməkdaşı gedərək narkotik vasitəni evə yerləşdirmişlər. Daha sonra çəkiliş vasitəsi ilə onu evə aparmışlar və orada narkotik vasitəni onun boynuna qoymuşlar. O, saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamış, adi ev paltarında olmuş və üzərində telefon olmuşdur. Çəkiliş olunacağı üçün onun üzərinə narkotik vasitə qoymuşlar və daha sonra polis idarəsində çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O, həmin mənzildə həyat yoldaşı və qardaşı oğlu ilə birgə yaşamışdır. Onun qonşuları da təsdiqləyə bilər ki, o, yaşadığı mənzilə gedən zaman orda polis əməkdaşları olmuşdur. Polis idarəsinin qarşısında ona həm psixi, həm də fiziki təsir göstərmişlər. Ona fiziki təsir olunması barədə Ombudsmana və Baş prokurorluğa şikayət ərizəsi yazmışdır. 3 gün ərzində ona təsir göstərdikləri üçün sağlam qərar verə bilməmiş və məhkəməyə çıxarılan zaman hakimə həqiqəti söyləyə bilməmişdir. Botinka onun əlində olmuşdur. Həmin vaxt bantinkanı verəcəyi tanışını saxlamamışlar. O, sentyabr ayının 9-da təxminən günorta radələrində saxlanılmışdır. Botinkanı verdiyi şəxsin onunla əvvəllər ədavəti olmamışdır. Döyülməsi ilə bağlı sadəcə Sumqayıt şəhər prokurorluğundan nümayəndə gəlib ondan izahat almış, amma ona prokurorluqdan heç bir qərar göndərilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamış, əvvəllər heç vaxt məhkum olunmamış, heç yerdə işləmir. O, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, həmçinin satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Sumqayıt şəhəri 23A/5 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, satışı ilə məşğul olmağında şübhəli olduğunu bildirib, onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə Sumqayıt Şəhər Polis İdarəsinə gəlmişdir. Sumqayıt Şəhər Polis İdarəsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan göy rəngli şalvarın sağ cibliyində saxlamış olduğu 1 ədəd şəffaf sellofandakı bükümü və həmin cibdə olan bir ədəd həbi təqdim etmişdir. Aşkar edilmiş şəffaf sellofan açılan zaman içərisində ağ rəngli psixotrop maddə olan “metamfetamin”ə bənzər olan maddənin olduğu müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq o, üzərindən aşkar olunmuş həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni və həbi tanıdığı Kənan adlı şəxsdən iki gün əvvəl qramını 35 manata satış məqsədi ilə aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf sellofanla birlikdə çəkisinin 0,73 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə və həb Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 124 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı üzərindən həmçinin «realmi» markalı mobil telefonda aşkar olunaraq götürülmüşdür. Çəkiliş zamanı yaşadığı ünvanda da narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir. Bu səbəbdən polis əməkdaşları və hüqüqlarını müdafiə edən vəkillə bərabər yaşadığı ünvana getmişlər. Yaşadığı ünvanda ona məxsus olan otaqdakı çarpayının altında Kənan adlı şəxsdən iki gün əvvəl aldığı və bir qismini satdığı narkotik vasitə və psixotrop maddələrin qalıq hissələrini həmçinin həmin maddələrin satışı zamanı istifadə etdiyi bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetamin bükümləri ümumilikdə 9 büküm olmuş, narkotik vasitə tiryək isə 7 büküm olmuşdur. Təqdim etdiyi 7 ədəd bükümdə narkotik vasitə tiryək elektron tərəzidə çəkilən zaman çəkisinin 3,90 qram, 9 ədəd bükümdə psixotrop maddə metamfetaminin çəkisi isə 2,27 qram təşkil etmişdir. Verilən şifahi suallara cavab olaraq o, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni Xırdalan şəhərində Kənan adlı şəxsdən hər qramını 35 manatdan aldığını bildirmişdir. Yaşadığı evdən aşkar olunmuş maddələr təhqiqatçı tərəfindən qablaşdınldıqdan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və o, həmin protokola tanış olub imza etmişdir. Əlavə etmişdir ki, həmin maddələri böyük və kiçik hissələrə bölməklə satır. Böyük hissəli bükümü 10 manata, kiçik hissəli bükümləri isə 5 manata satır. Kənandan əvvəllər də iki dəfə narkotik vasitə alıb satmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Kənan adlı şəxsin yalnız adını bilir, soyadını və ata adını, harada yaşaması barədə məlumatı yoxdur. O, saxlanılan zaman və ya polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, heç bir psixi təsirə məruz qalmamışdır (cild 01, iş vər. 70-72). Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, hazırki iş üzrə tutulmamışdan təxminən 1 ay əvvəl Orxan və Rüfət adlı polis əməkdaşları onu tutmuş və həmin vaxt üzərində 1 büküm nəşə olmuşdur. Rüfət ona zəng edərək “Qaçqınlar və Məcburi Köçkünlər Komitəsi”ndən ona ev vərəcəklərini bildirmiş və o, Sumqayıt şəhərində 3-cü mikrorayona getmiş və tanımadığı bir şəxsin avtomobilinə əyləşmişdir. Daha sonra həmin şəxs onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişdir. İdarədə onun üzərinə baxış keçirmiş və ondan 1500 manat pul istəmişdir. Pul istəmədən əvvəl onu buraxacaqlarını və o, çölə çıxdıqdan sonra narkotik vasitə ilə bağlı əlaqəsi olduğu şəxsləri deyəcəyini və həmin şəxsləri tutacaqlarını bildirmişlər. O, polis əməkdaşını aldadaraq hazırda üzərində pul olmadığını, bəzi şeylərini satıb ona 1500 manat pulu verəcəyini bildirmiş və polis əməkdaşları onu 3 gün möhlət verərək buraxmışlar. 3 gün tamam olduqdan sonra polis əməkdaşları ona zəng edərək pulu tələb etmişlər və o, pulun olmadığını bildirmişdir. Beləliklə, sentyabr ayının 9-a kimi polis əməkdaşlarını aldatmağa davam etmişdir. Polis əməkdaşları hətta ona istifadəsi üçün narkotik vasitə də vermiş və pul üçün narahat olmamasını, sadəcə lazım olan məlumatları verməsini istəmişlər. O, yaşayış yerini dəyişməyi və polis əməkdaşlarından izini itirməyi düşünmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, sentyabr ayının 9-u günorta saatlarında saxlanılmışdır. Onu ikinci dəfə saxlayan polis əməkdaşları içərisində birinci dəfə saxlayan polis əməkdaşları olmamışdır. İkinci dəfə onu tutan zaman Şərail adlı polis əməkdaşı onun qoluna qandal vuraraq arxadan ağzını tutmuşdur ki, qışqırmasın. Onu saxlayan şəxslər içərisində Qurban adlı şəxs də olmuşdur. Polis əməkdaşları onu saxladıqdan dərhal sonra axtarış üçün evə daxil olmuşlar və axtarış zamanı evdən heç nə aşkar olunmamışdır. Həmin vaxt evdə həyat yoldaşı və uşaqlar olmuşdur. Polis əməkdaşları evdən narkotik vasitə tapa bilmədikdən sonra özlərində narkotik vasitə olduğunu və onun narahat olmamasını bildirib onu polis idarəsinə aparmışlar. Polis idarəsində olarkən onun üzərində sadəcə telefon olmuşdur. O, həyatı boyu psixotrop maddə metamfetamin istifadə etməmişdir. Polis idarəsində əgər narkotik vasitələri boynuna almasa yoldaşını da tutacaqları barədə onu şantaj etmişlər. Təhdidlərdən sonra o, məcbur qalaraq polis əməkdaşları ilə razılaşmışdır. Əli adlı polis əməkdaşı sona kimi onun yanında olmuşdur. Evə gedən zaman Əli adlı polis əməkdaşı onu aparmış və Şərail ilə Qurban adlı polis əməkdaşı onları qarşılamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09 sentyabr 2023-cü il tarixdə Nurid adlı şəxsin qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə gündüz saat 2 radələrində şəxsin saxlanılması məqsədi ilə onun yaşadığı evin ətrafına gedilmiş və şəxs həmin ərazidə saxlanılmışdır. Saxladıqdan sonra həmin şəxsi polis idarəsinə dəvət etmişlər və polis idarəsində üzərinə şəxsi axtarış keçirilmiş və bir büküm psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmiş, onlar baxış keçirmək məqsədi ilə şəxsin yaşadığı evə getmişlər və həmin evdən bir neçə bükümdə narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, şəxs barəsində əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Əməliyyat qrupunda o, Şahid1 və Şahid3 iştirak etmişlər. Şəxsi yaşadığı evin qarşısında tək olarkən saxlamışlar və saxlanılan zaman şəxs onlara heç bir müqavimət göstərməmişdir. Şəxsin yaşadığı evə baxış keçirilməsində onlar, təqsirləndirilən şəxs, təhqiqatçı, kriminalist, müdafiəçi və təqsirləndirilən şəxsin həyat yoldaşı olmuşdur. Qapını şəxsin həyat yoldaşı açmış və onu əvvəlcədən məlumatlandırmamışlar. Təqsirləndirilən şəxs ifadəsi əsasında evə baxış keçirilmişdir. Şəxsi saxlayan zaman özlərini təqdim etmişlər və üzərinə baxış keçirmədən polis idarəsinə aparmışlar. Səhv etmirsə şəxsin üzərindən telefon da aşakar olunmuş, amma hazırda dəqiq xatırlamır. Qurban adlı şəxs istintaq hərəkətlərində iştirak etməmişdir. Səhv etmirsə şəxsin yaşadığı ev kirayə ev olmuşdur. Evə baxış keçirilmədən əvvəl şəxsdən icazə ərizəsi alınmışdır. Şəxsin üzərinə şəxsi axtarış istintaq hərəkətinin keçirilməsindən 1,5 saat sonra yaşadığı evə baxış keçirilmişdir. Səhv etmirsə, şəxsin yaşadığı evdən aşkar olunmuş tərəzi işlək vəziyyətdə olmuşdur. Evdən aşkar olunmuş narkotik vasitələrin hansı tərəzidə çəkildiyini hazırda tam xatırlamır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmamışdan əvvəl polis əməkdaşları tərəfindən saxlanılması barədə onda məlumat olmamışdır. O, evə baxış keçirilməsi barədə təqsirləndirilən şəxsin həyat yoldaşına zəng etməmişdir. ********** mobil nömrəsi ona məxsusdur. Təqsirləndirilən şəxsin həyat yoldaşı ilə onun arasında heç bir münasibət olmamış, iş bitdikdən sonra Təqsirləndirilən şəxs uşaqlarına yardım etmişlər. Təqsirləndirilən şəxsin söylədikləri həqiqəti əks etdirmir. Bu əməliyyatla bağlı Kənan adlı şəxsin şəxsiyyətini müəyyən etməmişlər. Kənan adlı şəxsin saxlanılmasından onun məlumatı olmamışdır. Şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmiş, həmçinin onlar tərəfindən şəxsə qarşı heç bir fiziki təzyiq və təsir olunmamışdır. Şəxs saxlanılan zaman və polis idarəsinə gətirilən zaman üzərində heç bir xəsarət olmamışdır. Şəxsi saxladıqdan sonra Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. Şəxsin barəsində əvvəllər onda əməliyyat məlumatı olmamışdır. Şəxsin barəsində təxirəsalınmaz əməliyyat tədbirləri keçirilmişdir. Şəxsin barəsində hadisə günü Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 09 sentyabr 2023-cü il tarixdə günorta saatlarında böyük oğluna məktəb geyimləri almağa getmək üçün hazırlaşan zaman Nuridin çoxdan tanıdığı Vüsal adlı şəxs ona zəng etmiş və qazi olduğunu, hərbi biletinə möhür vurduracağını və onda botinka varsa verməsini istəmişdir. Daha sonra Nurid ona yemək qızdırmasını, aşağı enib Vüsala botinka verəcəyini və daha sonra onlarla məktəb bazarlığına gedəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra qapı döyülmüş və böyük oğlu qapını açmışdır. O, bir neçə nəfərin səsinin gəldiyini eşitmiş və Nuridi çağıraraq yanında kimin olduğunu soruşmuş, Nurid isə polis əməkdaşlarının olduğunu bildirmişdir. Nuridin evdən çıxıb təzədən qayıtması 5 dəqiqə çəkmişdir. Daha sonra Şərail adlı polis əməkdaşı onların yataq otağından uşaqların yataq otağına gəlmiş və onun da üzərinə baxış keçiriləcəyini bildirmiş, o isə etiraz edərək qadın əməkdaşın onun üzərinə baxış keçirə biləcəyini bildirmişdir. Daha sonra Şərail onun və böyük oğlunun telefonunu götürmüşdür. Şərail onunla söhbət edib Nuridin saxladığı narkotik vasitərin yerini soruşan zaman içəridən “Şərail, gəl götürüb gedək” deyə səslənmişlər və onlar Nuridi də götürüb polis idarəsinə getmişlər. Şərail onun mobil nömrəsini almış və ona zəng edib tanışlarına Nuridi polis əməkdaşlarının apardığını söyləməsini bildirmişdir. Şərail onun telefonunu qaytarmış, oğlunun telefonunu isə özü ilə aparmışdır. 1,5 saatdan sonra Şəraildən ona zəng gəlmiş, o, Şəraildən idarəyə yaxınlaşıbyaxınlaşmayacağını soruşmuş, Şərail isə idarəyə getməməsini, Nuridlə birlikdə evə gələcəklərini, heç bir yerə getməyib evdə onları gözləməsini söyləmişdir. O, evdə gözləmiş və 5 dəqiqə sonra Şərail, Qurban adlı polis əməkdaşı və adını bilmədiyi bir polis əməkdaşı gəlmişdir. Şərail onların yataq otağına girmiş, qapını bağlamış və 5 dəqiqə sonra çıxmışdır. Daha sonra Şərail Qurban adlı polis əməkdaşını onun yanında qoymuş və heç bir yerə getməməsini, gedib təzədən çəkilişlə gələcəklərini, qapı döyülən zaman açmasını söyləmişdir. Təxminən 1 saat Qurban onların evində olmuş və onların evdən çölə çıxmasına icazə verməmişdir. Bir müddət sonra Şərail və digər polis işçiləri Nuridlə birlikdə çəkiliş aparmaq üçün evə gəlmiş, qapını o, açmış, uşaqları zalda saxlamışlar. Polislə birlikdə Nurid də içəri girmiş və yataq otağına daxil olmuşlar. Ona yataq otağına daxil olmağa icazə vermədikləri üçün çəkilişdə nə danışıldığı barədə məlumatı yoxdur. Daha sonra Nuridə icazə vermişlər ki, uşaqlarla sağollaşsın. Uşaqlarla sağollaşdıqdan sonra polis əməkdaşları Nuridi də özləri ilə apararaq getmişlər. Polis əməkdaşları evə ikinci dəfə gələn zaman telefonu onlara qaytarmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 10 ilə yaxındır ki, Təqsirləndirilən şəxsla ailəlidir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyindən məlumatlı idi və Nuridin valideynlərinə bu barədə məlumat vermiş, amma onlar inanmamışlar. Nurid evdə-uşaqların qarşısında narkotik vasitələrdən istiadə etməmişdir. Nuridin öz şəxsi istifadəsi üçün evdə narkotik vasitə saxlamasından məlumatı olmamışdır. Nurid narkotik vasitələr istifadə edə bilməyəndə vəziyyəti pis olurmuş və beləliklə o, Nuridin narkotik istifadəçisi olduğunu bilmişdir. Polis əməkdaşları yalnız, evin yataq otağına baxış keçirmişlər. Şərailin dediyinə görə yataq otağından narkotik vasitə aşkar olunmuşdur. Yataq otağında narkotik vasitənin haradan aşkar olunduğunu bilmir. Birinci dəfə gələn zaman polis əməkdaşları 4 nəfər olmuşdur. Həmin polis əməkdaşlarının iki nəfərin adını bilir. Tutulduqdan sonra o, Nuridə yemək aparan zaman idarədə Şərail ona yaxınlaşmış və neçə vaxtdır Nuridi tutmaq istədiyini bildirmişdir. Şərail bir nəfər şəxsi saxladıqlarını, həmin şəxsin onlara Nuridin adını verdiyini və proseslər bitdikdən sonra həmin şəxsin adını deyəcəyini bildirmişdir. Polis əməkdaşları birinci dəfə yataq otağına girmişlər. O, yataq otağında axtarış aparılmasını görməmişdir. Nuridi apardıqdan sonra təxminən 1-1,5 saat sonra Şərail ona zəng edib evdə olubolmadığını soruşmuş və Nuridlə birlikdə evə gələcəklərini bildirmişdir. Daha sonra 3 nəfər polis əməkdaşı evə gəlmişdir. Nurid tutulduqdan sonra Qurban adlı polis əməkdaşını çox görmüşdür. Bir dəfə Şərail uşaqlara kömək məqsədi ilə onun kartına 100 manat pul atmış, başqa polislərində pul atacağını bildirmişdir. Qurban uşaqlar üçün paltarlar gətirmişdir. Şərailin ona etikadan kənar SMS-lər yazdığı da olmuşdur. 3-cü dəfə qayıdan zaman polis işçilərinin sayı çox olmuş, bir nəfər vəkil də iştirak etmişdir. Onların yaşadığı mənzil kirayə olmuşdur. Polis əməkdaşları evə axtarışa gələn zaman ondan icazə almamışlar. Nuridi apardıqdan sonra axşam onu idarəyə dəvət etmişlər. Onun şəxsiyyət vəsiqəsini polis əməkdaşları aparmış və axşam gəlib idarədən götürməsini bildirmişlər. İdarədə olan zaman evə baxış keçirilməsi ilə bağlı sənədləri imzalamışdır. İdarədən qayıdan zaman Şərail onun evə tək getməsinə icazə verməmiş və özü aparmış, hətta yolda ev üçün ərzaqlar alıb ona vermişdir. Qurban adlı polis əməkdaşı onu Azər Bağırova yönləndirmək üçün ona bir dəfə SMS yazmışdır. Onun hazırki mobil nömrəsi hadisə günü olan mobil nömrə deyil, hadisə günü onun mobil nömrəsi ********** olmuş, həmin vaxt üzərində olmuşdur. Həmin nömrə hazırda işləmir. Nurid tutulduqdan sonra polis əməkdaşları onu çox axtarıb aradıqları üçün mobil nömrəsini və ünvanını dəyişmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, sonuncu ilə birgə nikahlarından 3 övladları vardır. Əri Təqsirləndirilən şəxs son zamanlar işsiz olmuş, tutulmamışdan 1-2 ay əvvəl işdən çıxmış və iş axtarmışdır. Əri Nuridin narkotik vasitədən istifadə etdiyini bilmiş, evdə dəfələrlə istifadə etmişdir. Lakin ərinin narkotik vasitə satıb-satmamasından məlumatı yoxdur. Əri Nurid sonuncu dəfə 09 sentyabr 2023-cü il tarixdə səhər saatlarından evdən çıxmış və sonra günorta saatlarında evə gələrək evdə olan botinkanı satmaq üçün götürüb aparmışdır. Həmin vaxt saat 12 və ya 13 radələri olmuşdur. Həmin gün saat 16 radələrində evdə uşaqları ilə olan zaman evin qapısı döyülmüş və o, qapını açdıqda görmüşdür ki, əri Nurid yanında polis əməkdaşları və başqa şəxslərlə gəlmişdir. Orada ona məlum olmuşdur ki, əri polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyəsində şübhəli bilinib saxlanılaraq polis idarəsinə aparılmış və orada üzərindən narkotik vasitə aşkar olunmuşdur. Evdə olarkən polis əməkdaşları ona evə gəlmələrinin səbəbini izah etmişlər və evlərinə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmadığını soruşmuşlar. O isə etirazının olmadığını bildirib, bununla bağlı ərizə yazıb təqdim etmişdir. Daha sonra polis əməkdaşları əri Nuriddən evdə hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olubolmadığını soruşduqda, Nurid otağa keçmiş və orada çarpayının altından nəsə çıxarıb polis əməkdaşlarına vermişdir. O, həmin vaxt evin qapısında dayanmış və otaq yaxşı görünmürdü deyə ərinin nə təqdim etdiyini bilmir. Sonra polis əməkdaşları əri Nuridlə birlikdə çıxıb getmişlər. Əri Nuridin evdə narkotik vasitə saxlamasından xəbəri olmuş, lakin harada saxladığını bilməmişdir (cild 01, iş vər. 84-85). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, polis idarəsində ifadə verməmiş və Bəhram müəllimin yanında yazılmış ifadəni oxumadan imzalamışdır. İfadəni polis əməkdaşları oxumuş və o, imzalamışdır. Hazırda verdiyi ifadəni təsdiq edir. Nuridin tutulduğu gün o, ifadə verməmişdir. Şərail onlara ilkin bazarlığı Nuridin tutulduğu gün etmişdir. Nurid tutulduqdan sonra prokurorluğa müraciət etmiş və işə baxılacağı barədə ona cavab məktubu gəlmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə dəqiq və qərəzsiz mənbədən Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində Nurid adlı şəxsin qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “Nurid” adlı şəxsin xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Laçın ryonu Səfiyan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin, o cümlədən vətəndaşların sorğusu əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Laçın rayonu Səfiyan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş və üzərində narkotik vasitə olduğunu bildirmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan göy rəngli cisn şalvarının sağ yan cibliyindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd konvalyutda dərman həbini təqdim etmiş, axtarış zamanı həmçinin üzərindən 01 ədəd Realme markalı mobil telefon da aşkar olunmuş, psixotrop maddə metamfetamin, 01 ədəd həb və mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Şahid4 yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 33). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 34). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzilə girişdən sağ tərəfdə yerləşən otaqdan Təqsirləndirilən şəxs çarpayının altından bir ədəd plastmas qabın içərisində 7 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddəni, 2 ədəd sellofan və 7 ədəd kağız bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütləni və 01 ədəd elektron tərəzini təqdim etmiş, həmin maddələr və elektron tərəzi müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 35-36). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 10 sentyabr 2023-cü il tarixli, 3-16- 16/2-6/4812 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksləri olan dörd ədəd zərfdə qablaşdırılmış üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm maddə və 1 ədəd həb...” yazıları və imzalar olan zərfin içərisində üzərində “..300 mg of qabapentin..” göstəricisi olan konvalyut kəsiyində 1 (bir) ədəd sarı rəngli dərman kapsulasının əsas təsiredici maddəsi qabapentindir və tərkiblərində qabapentinin təsir maddəsinin miqdarı 0,3 qramdır, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,603 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 9 (doqquz) büküm metamfetaminə bənzər kütlələr...” yazıları və imzalar olan zərfin içərisində 9 (doqquz) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,140 qram, 0,136 qram, 0,138 qram, 0,167 qram, 0,135 qram, 0,146 qram, 0,163 qram, 0,340 qram, 0,361 qram ümumi təmiz çəkiləri 1,726 qram olan ağ rəngli kristallik maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 7 (yeddi) büküm heroinə bənzər maddələr...” yazıları və imzalar olan zərfin içərisində 7 (yeddi) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,338 qram, 0,373 qram, 0,425 qram, 0,537 qram, 0,524 qram, 0,647 qram ümumi təmiz çəkiləri 3,155 qram olan tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 1 (bir) ədəd elektron tərəzi...” yazıları və imzalar olan zərfin içərisindəki bir ədəd gümüşü rəngli, qapaqsız elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetamın iz şəklində olduğundan dəqiq çəkisini müəyyən etmək və digər zərflərdə olan metamfetaminlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə və yaşadığı ünvandan 9 ədəd bükümlərdə aşkar olunmuş metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub ümumi təmiz çəkisi 2,329 qramdır (cild 01, iş vər. 46-51). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 6149 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 118-119). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 148- 158). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması ilə bağlı məhkəmə istintaqında qeyd etdiyi xüsustlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə dəqiq və qərəzsiz mənbədən Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində Nurid adlı şəxsin qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “Nurid” adlı şəxsin xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Laçın ryonu Səfiyan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd konvalyutda dərman həbi, 01 ədəd Realme markalı mobil telefon aşkar olunaraq götürülmüş, daha sonra şəxsin yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvandan bir ədəd plastmas qabın içərisində 7 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, o cümlədən 2 ədəd sellofan və 7 ədəd kağız bükümlərdə psixotrop maddə metamfetaminə bənzət maddə və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək narkotik vasitə və psixotrop maddə, habelə dərman həbinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin qərarda eyni zamanda göstərilmişdir ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır. Sözügedən siyahıya əsasən metamfetaminin xeyli miqdarı 0,15 qram, külli miqdarı 2 qram müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə (həm məhkəmə istintaqının əvvəlinəd, həm də məhkəmə istintaqının gedişində) məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, narkotik vasitəni, psixotrop maddəni, dərman həblərini, habelə elektorn tərəzini üzərinə və evinə polis əməkdaşlarının qoyduğunu bildirsə də, məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, qeyd olunan xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra yaşadığı evə baxış keçirilərkən, şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitənin, psixotrop maddənin, dərman həblərinin və elektorn tərəzinin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitələrin onun üzərindən və yaşadığı evdən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunan qanunsuz maddələrin məhz satış məqsədi ilə əldə olunub saxlanılmasına münasibətdə qeyd edir ki, şəxsin üzərindən psixotrop maddə metamfetamlə yanaşı, dərman həbinin aşkar olunması, yaşadığı evdən də narkotik vasitə tiryəklə, metamfetamının və elektorn tərəzinin aşkar olunması, aşkar olunan narkotik vasitənin və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan çox olması, habelə üzərindən aşkar olunan kütlələrin xırda-xırda bükümlərdə olması, o cümlədən onun yaşadığı evdən elektron tərəzinin aşkar olunması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitə və psixotrop maddəni, güclü təsir edən dərman həbini məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs Təqsirləndirilən şəxs arvadı olmaqla yaxın qohumudur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxsin təqsirləndirilən şəxsin xeyrinə məhkəmə istintaqı zamanı ifadə verməsi anlaşılandır. Həmçinin, sözügedən şahid ibtidai istintaq zamanı da şahid qismində dindirilmiş, lakin həmin vaxt tamamilə fərqli ifadə vermişdir. Ona görə də, məhkəmə kollegiyası şahidin məhkəmə istintaqı zamanı verdiyi həmin ifadəyə tənqidi yanaşır və onu əsaslı sübut kimi qəbul etmir. Əksinə heç bir təsir və təzyiq altında qalmadan ibtidai istintaq zamanı vermiş olduğu ifadəyə əsaslı sübut növü qismində yanaşır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-ci il təvəllüdlü (X13), xx.xx.2018-ci il təvəllüdlü (X11) və xx.xx.2019-cu il təvəllüdlü (X9) üç azyaşlı uşağı var (cild 01, iş vər. 65- 66). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 93). Məhkəmə kollegyası Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağın olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, habelə həmin cəzaların qismən toplanılmaqla ona qəti azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 26). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 78-80). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,945 qram narkotik vasitə asetilə edilən tiryək, 2,029 qram psixotrop maddə metamfetamin, 0,198 qram qabapentin həbi, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskin isə iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,945 qram narkotik vasitə asetilə edilən tiryək, 2,029 qram psixotrop maddə metamfetamin, 0,198 qram qabapentin həbi, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskin isə iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-454/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-454/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver