Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-455/2024 04.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X29 Nizami oğlunun sədrliyi, X25 və X17 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X8 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı ,subay orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və aşkar edilib götürülənədək saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1, 07 may 2023-cü il tarixdə saat 21 radələrində X1 yaşadığı ünvan 4 ünvanın yaxınlığında 8 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə təmiz çəkisi- 0,261 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 08 may 2023-cü il tarixdə saat 11:30-da Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanın qarşısında saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 bükümdə təmiz çəkisi 0,261 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxslə və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 24,897 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,21 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq yaşadığı ünvan 6 ünvana gətirib elektron tərəzi vasitəsilə hissələrə bölmüş, daha sonra həmin maddələrin əldə olunma mənbəyi barədə məlumatları olmayan tanışı Təqsirləndirilən şəxs2 və xalası oğlu Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən vəd verməklə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 üçün narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmələri, bunun müqabilində özlərinə də qəbul etməyə həmin maddələrdən və satışından əldə olunan puldan da bir hissəsinin götürmələri ilə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə, təmiz çəkisi 1,577 qram heroini üzərində daşıyaraq gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs3 şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə, təmiz çəkisi 1,195 qram heroini üzərində daşıyaraq gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs1 isə bükümlərə böldüyü qalan külli miqdarda, 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,006qr, 0,858qr, 0,987qr, 0,992qr, 1,192qr, 0,873qr, 1,296qr, 2,394qr, 1,191qr, 1,548qr, 1,192qr, 0,377qr, 0,757qr, ümumi təmiz çəkisi 14,663 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 09 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,156qr, 0,125qr, 0,151qr, 0,092qr, 0,274qr, 0,218qr, 0,019qr, 0,105 qr, 0,07 qr, ümumi təmiz çəkisi 1,21 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd elektron tərəzini və 01 ədəd 0,5 ml həcmli şprisdə maye məhlulun quru maddəsinin təmiz çəkisi 0,025 qram heroini birgə satışını həyata keçirtməkdən ötrü yaşadığı ünvanda gizlətməklə saxlamış, külli miqdarda, 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,117 qr və 4,320 qr, ümumi təmiz çəkisi 7,437 qram heroini üzərində daşıyaraq gizlətməklə saxlamış, Sumqayıt şəhər məhkəməsinin Təqsirləndirilən şəxs1 yaşadığı ünvana daxil olma və baxış keçirilməsinə icazə verilməsinə dair 22 may 2023-cü il tarixli qərarına əsasən, 26 may 2023-cü il tarixdə, saat 07:40 radələrində Sumqayıt ŞPİ-nin NMB və CAŞ-ın əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 8 ünvanında həmin vaxtı orada olmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə keçirilən baxış zamanı evin iç-içə olan 2-ci otağında kiçik dolabdan külli miqdarda, 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,006qr, 0,858qr, 0,987qr, 0,992qr, 1,l92qr, 0,873qr, 1,296qr, 2,394qr, 1,191 qr, 1,548qr, 1,192qr, 0,377qr, 0,757qr, ümumi təmiz çəkisi 14,663 qram narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,156qr, 0,125qr, 0,151qr, 0,092qr, 0,274qr, 0,218qr, 0,019qr, 0,105 qr, 0,07 qr, ümumi təmiz çəkisi 1,21 qram psixotrop maddə metamfeiamin, üzərində heroinin izləri olan 1 ədəd gümüşü rəngli elektron tərəzi və həmin otaqda masanın üzərindən 01 ədəd 0,5 ml həcmli şprisdə maye məhlulun quru maddəsinin təmiz çəkisi 0,025 qram heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, 1 bükümdə, təmiz çəkisi 1,577 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, 1 bükümdə, təmiz çəkisi 1,195 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Corat qəsəbə sakini Abdullayev Ağakərim Həsənağa oğlunun evində olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında həmin gün saat 09:20 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 9 ünvanda yerləşən Ağakərim Abdullayevin evində saxlanılmış və Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən külli miqdarda, 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,117 qr və 4,320 qr, ümumi təmiz çəkisi 7,437 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, narkotik istifadəçisidir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik ona məxsus olmamışdır. Onun evində narkotik olmamışdır. O həmin vaxtı evdə olmamışdır. O, fəhləliklə məşğul olmuşdur. Novruz onun doğma xalası oğlu və qapı qonşusudur. Novruz yetim adamdır. Novruzun evi eşiyi yoxdur. Onlar, Novruzla birlikdə narkotik istifadə etmişlər, lakin onun satışı ilə məşğul olmamışlar. Novruz bütün günü onlarda olan adam olmuşdur. Polis əməkdaşları narkotik vasitələri onun evinə yerləşdirmişlər. Daha sonra onun əleyhinə ifadə vermişlər. O, külli miqdar narkotik istifadə etməmiş və satışı ilə məşğul olmamışdır. Verilən ifadələrin hamısı yalan olmuşdur. Təzyiq altında olmuş və dözə bilmədiyi üçün məcbur qalıb o cür ifadə vermişdir. 2016-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Narkotikin heroin növündən istifadə etmişdir. Metamfetamin qəbul etmişdir. Təkcə heroindən istifadə etmişdir. İttihamda göstərilənlərin heç biri onun evində olmamışdır. Narkotik vasitələrindən istifadə etməyini boynuna almışdır. Ona şiddətli dərəcədə təzyiqlər olmuşdur. Onların üçünü də bir yerdə Sumqayıt şəhər Polis İdarəsinə gətirmişlər. Onun gözünün qarşısında kiməsə təzyiq göstərməmişlər. Onların dediklərinə görə onlara da təzyiq göstərilmişdir. O ayrı yerdə tutulmuşdur. Onlar ayrı-ayrı otaqlarda olmuşlar. Ona təzyiq göstəriləndə onların görüb-görmədiyini bilməmişdir. Ona təzyiq göstərənlərin ad və soyadlarını bilməmişdir. İfadə verməklə bağlı təzyiq olmuşdur. Onu təhqir edərək şəxsiyyətinə toxunmuşlar və onu alçaltmışlar. Onu dubinka ilə ayağından və belindən vurmuşlar. Təcridxanaya aparılmadan əvvəl onu on gün MSY-də saxlamışlar. Təcridxanaya daxil olana qədər xəsarətlər qızartı kimi qalmışdır. Həbslə bağlı məhkəmədə bunları deməmişdir. Ondan xəsarətlərini soruşan olmamışdır. Xəstə adam olduğunu demişdir. Buna baxmayaraq dörd ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun ifadəsi dəyişdirilmişdir. Məhkəmədə verdiyi ifadəsi düzgündür. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, istintaqın ilkin mərhələsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs1 ona 27 may 2023-cü il tarixdə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ilkin ifadələrində göstərmişdir ki, tutulmazdan təxminən 1 ay əvvəl votsapda özünü İran vətəndaşı Babək kimi təqdim edən şəxslə tanış olmuş, Babəklə ona narkotik və psixotrop maddələr göndərməsi ilə razılaşmışlar və Babəkdən bir neçə dəfə ona göndərdiyi konum, yəni məkan yeri əsasında Bakı şəhərində müxtəlif ərazilərdə qoydurduğu narkotik və psixotrop maddələri götürüb həm özü istifadə edirmiş, həm də satışını həyata keçirirmiş. Babəklə razılaşmışlar ki, ona göndərdiyi narkotik və psixotrop maddələri satdıqdan sonra pulunu sonradan ona göndərəcəyi hesab kartlarına göndərirmiş. Babəkdən əldə etdiyi narkotik və psixotrop maddələri yaşadığı evdə elektron tərəzi ilə bükümlərə bölürmüş və müxtəlif şəxslərə satırmış. Son zamanlar narkotik və psixotrop maddələri Corat qəsəbə sakini tanışı Azada və xalası oğlu Novruza tapşırmış, Azad və Novruzla razılaşmışlar ki, onlar onun üçün həmin maddələri satışını həyata keçirsinlər, onlara bunun müqabilində özlərinə də narkotik və psixotrop maddələr, həmçinin onun üçün narkotik və psixotrop maddələrin satışından əldə olunan pullardan da onlara bir qismini verəcəkdir və belə də edirmiş. Bəzən evdə olmayanda Azad və Novruz onun üçün narkotik və psixotrop maddələrin satışını həyata keçirmişlər və əldə olunmuş pulları da toplayıb ona vermişlər. Bir neçə gün əvvəl tanışı Ağakərimdən satmaq üçün heroin almış, Ağakərimlə heroini satıb pulunu ödəyəcəyi ilə razılaşmışdır. Ağakərim də narkotik maddələr qəbul edir və bir neçə dəfə ona narkotik və psixotrop maddələr təşkil etmişdir. Həmin narkotik maddələri götürdükdən sonra evə gətirib elektron tərəzidə bölmüş və satışını Azad və Novruza tapşırmışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Ağakərimin evinə getmişdir, Ağakərim bu dəfə də onun üçün satmağa narkotik maddələr təşkil etməli imiş və həmin gecə Ağakərimin evində gecələmişdir. Ağakərimin evində qalmağı barədə Azad və Novruza demişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 09:20 radələrində Ağakərimin evində olan zaman polis əməkdaşları oraya gəlmişlər. Polis əməkdaşları təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirdiklərini və onun yaşadığı ünvandan narkotik və psixotrop maddələr aşkar etdiklərini bildirərək onu saxlamışlar. Bundan sonra polis əməkdaşları ilk öncə Ağakərimin yaşadığı ünvana baxış keçirmişlər, oradan narkotik maddə aşkar etmişlər, daha sonra onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olan zaman üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər regional vəkil bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyam təqdim etməyi təklif edilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 2 ədəd qızılı rəngli siqaret kağızı bükümlərini təqdim etmişdir. Həmin bükümlər açılan zaman içərisində heroin aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddələri İran vətəndaşının hesabına 160 manat pul ödədikdən soma Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindən götürdüyünü, narkotik vasitələri həm şəxsi istifadəsi, həm də satış məqsədilə əldə etdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 2 bükümdə heroin tərəziyə qoyulub çəkilərək ekpertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdrılaraq möhürlənmişdir. Onun ünvanından aşkar olunmuş narkotik və psixotrop maddələrin hamısı ona məxsusdur, həmin maddələri satmaq üçün elektron tərəzi ilə hissələrə bölmüşdür. Ağakərimdən əvvəllər satmaq üçün bir neçə dəfə narkotik və psixotrop maddələr əldə etmiş, bunu Ağakərim bilirmiş və ona bu barədə demişdir. Ağakərimin kimdən narkotik və psixotrop maddələr götürməsi barədə məlumatı yoxdur. Əldə etdiyi narkotik və psixotrop maddələri ona müraciət edən tanımadığı müxtəlif şəxslərə satırmış. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra ona heç kim fiziki və ya psixi zor tətbiq etməyib, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməyib, heç kimdən şikayət və tələbi yoxdur. İstintaq zamanı Təqsirləndirilən şəxs1 ilkin ifadələrində narkotik və psixotrop maddələri Abdullayev Ağakərim Həsənağa oğlundan əldə etdiyini bildirsə də, Ağakərim Abdullayev isə ifadələrində Təqsirləndirilən şəxs1 heç vaxtı heç bir narkotik və ya psixotrop maddə vermədiyini, Qurbanın yalan bildirdiyi və ona şər atdığını göstərdiyindən onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Ağakərim Abdullayevdən heç vaxtı narkotik və ya psixotrop maddələr əldə etmədiyini, Ağakərimin narkotik vasitə istifadə etdiyini bildiyinə görə ondan əvvəllər bir neçə dəfə istifadə etmək üçün narkotik vasitə istədiyini, lakin Ağakərim ona vermədiyini, 25 may 2023cü il tarixdə Ağakərimin evinə təmir işləri görmək üçün gedəndən sonra da sonuncudan istifadə etmək üçün heroin istədiyini, lakin Ağakərim yenə də onu aldadaraq onda narkotik maddə olmadığını dediyini, polis əməkdaşları Ağakərimin evinə baxış keçirən zaman 2 ədəd bükümdə heroin aşkar edib götürdüyünü və baxış zamanı Ağakərim həmin maddələrin özünə məxsus olduğunu dediyini bildiyini, Ağakərimlə münasibəti yaxşı olsada onu aldadıb heroindən ona vermədiyinə və Ağakərimə qarşı kini yarandığına görə Ağakərimin əleyhinə ifadə verməyə qərara gəldiyi üçün ilkin ifadə verən zaman Ağakərimdən heroin aldığını bildirdiyini, əslində yaşadığı ünvandan və üzərindən aşkar olunmuş narkotik və psixotrop maddələri İran vətəndaşı Babək adlı şəxsdən əldə etdiyini bildirmiş və əlavə ifadəsində də həmin xüsusatları təsdiq etmişdir. Bundan başqa daha sonra istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham olunaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli, yəni özünü narkotik maddələrin qəbulunda təqsirli bildiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını, yalnız özünə qəbul etdiyini bildirmiş və göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur, 10 ildən artıqdır ki, narkotik və psixotrop maddələr qəbul edir. Corat qəsəbə sakini Əlibala adlı şəxsi tanıyır. Əlibala Corat qəsəbəsində yaşayır, atasının adı İsrafildir. Lakin soyadını bilmir. Əlilabala arıq bədən quruluşlu, orta boylu, üzü həmişə saqqallı, təxminən 35 yaşlarmdadır. Əlibala ilə həmyaşıd olmaqla aralarında səmimi münasibət olmudur. Əlibala da narkotik vasitələrdən istifadə edir. Əvvəllər bir neçə dəfə Əlibala ilə birlikdə narkotik vasitə heroin qəbul etmişdir. Bundan başqa Əlibaladan əvvəllər bir neçə dəfə pul müqabilində narkotik vasitə əldə etmişdir. 07 may 2023-cti il tarixdə axşam saat 21 radələrində bədənində olan ağrıları kəsmək üçün narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də özünün istifadə etdiyi 055- ***-**-** saylı mobil nömrədən Əlibalanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə vatsap vasitəsilə mesaj yazaraq bədənində olan ağrıları kəsmək üçün ona narkotik vasitə verməsini xahiş etmiş və 8 manat pulu olmasını bildirmişdir. Daha sonra Əlibalanın həmin nömrəsi ilə vatsap vasitəsilə səsli danışaraq sonuncunun yaşadığı evin yaxınlığında görüşmüşdür. Əlibalaya 8 manat pul verib ondan bir ədəd sellofan bükümdə narkotik vasitə heroin əldə etmişdir. Daha sonra yaşadığı evə qayıtmışdır. Əlibaladan aldığı narkotik vasitədən bir qədərini istifadə etmişdir. Qalanı isə üzərində qalmışdır. Qalan narkotik vasitə heroini əynində olan gödəkcəsinin sol yan cibində saxlamışdır. 08 may 2023-cü il tarixdə işləri olduğuna görə Sumqayıt şəhərinə getməli imiş. Ona görə də saat 11:30-da yaşadığı evdən çıxmışdır. Corat qəsəbəsi İ.ünvan 11 ünvanının yaxınlığında piyada hərəkət edən zaman mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə gətirmişər. Polis şöbəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuş, o özü Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili Əbülfəz Bünyatovun onun müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Əbülfəz Bünyatov onun müdafiəçisi kimi çağırılaraq təqdim olunduqdan sonra polis əməkdaşlarının və müdafiəçi Əbülfəz Bünyatovun iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli kütləni çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin narkotik vasitə heroin və məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda Əlibalanı polis əməkdaşlarına satmamaq üçün onun adını çəkməmiş və həmin narkotik vasitəni tutulduğu gün səhər saatlarında Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin elekton tərəzidə çəkilmiş və 0.45 qram olması müəyyən edilmişdir. Həmin narkotik vastə heroin təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri onun, vəkilin və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokol onlara ucadan oxunmuş, onlar da doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə salmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Əvvəllər də bir neçə dəfə Əlibalaya 10 və ya 20 manat pul verərək müxtəlif çəkilərdə narkotik vasitə əldə etmişdir. Əldə etdiyi narkotik vasitələri də istifadə etmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman və ilkin izahatımda Əlibalanı polis əməkdaşlarına satmamaq üçün onun adım çəkməmiş və narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən 10 manata əldə etdiyini göstərmişdir. Lakin istintaq zamanı hadisəni tam səmimi olaraq etiraf edərək üzərindən aşkar olunan narkotik vasitəni Əlibaladan aldığını səmimi olaraq bildirmişdir. O istər saxlanılan zaman, istərsə də polis bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Bundan başqa tutulmazdan təxminən bir müddət əvvəl votsapda özünü İran vətəndaşı Babək kimi təqdim edən şəxslə tanış olmuş, Babəklə ona narkotik və psixotrop maddələr göndərməsi ilə razılaşmışlar və Babəkdən bir neçə dəfə ona göndərdiyi konum, yəni məkan yeri əsasında Bakı şəhərində müxtəlif ərazilərdə qoydurduğu narkotik və psixotrop maddələri götürüb özü istifadə etmiş və çox vaxtı üzərində gəzdirirmiş, əldə etdiyi narkotik və psixotrop maddələri öz dozasında da qəbul etmək üçün evdə olan özünün elektron tərəzisi ilə bölürmüş, çünki çox dozada həmin maddələri qəbul edəndə pis olur, az dozada qəbul edəndə isə ona bəs etmir. Babəklə razılaşmışlar ki, ona göndərdiyi narkotik və psixotrop maddələrin pulunu sonradan ona göndərəcəyi hesab kartlarına göndərirmiş. Abdullayev Ağakərim Həsənağa oğlunu uzun müddətdir tanıyır, onunla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçilik olmamışdır. Ağakərimin narkotik maddə istifadəçisi olduğunu bilirmiş. Corat qəsəbə sakini Azad onun tanışıdır, Azadın yaşadığı evi olmadığından çox vaxtı onlarda qalırmış, Azada həyətində təmizlik işlərini tapşırırmış və Azad həmin işləri görürmış, Novruz isə onun xalası oğludur, Novruz da çox vaxtı onlara gəlib ona baş çəkirmiş. Həm Azadın, həm də Novruzun narkotik maddə istifadəçisi olduğunu bilirmiş. Bir neçə gün əvvəl Ağakərim ondan evində təmir işləri görməyini xahiş etmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə gecə saatlarında Ağakərimin evinə getmiş və həmin gecə Ağakərimin evində gecələmişdir. Ağakərimin evində qalmağı barədə Azad və Novruza demişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 09:20 radələrində Ağakərimin evində olan zaman polis əməkdaşları oraya gəlmişlər. Polis əməkdaşları təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirdiklərini və onun yaşadığı ünvandan narkotik və psixotrop maddələr aşkar etdiklərini bildirərək onu saxlamışlar. Bundan sonra polis əməkdaşları ilk öncə Ağakərimin yaşadığı ünvana baxış keçirmişlər, oradan 2 bükümdə heroin aşkar etmişlər və Ağakərim həmin heroinlərin özünə məxsus olduğunu demişdir. Daha sonra onu polis idarəsinə dəvət etmişlər, polis idarəsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər regional vəkil bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 2 ədəd qızılı rəngli siqaret kağızı bükümlərini təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində heroin aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddələri İran vətəndaşının hesabına 160 manat pul ödədikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindən götürdüyünü demiş, həmçinin həmin vaxtı həyəcanlı olmuş və ilk olaraq fikirləşmişdir ki, polis işçiləri təkidlə ondan narkotik vasitəni nə məqsədlə əldə etdiyini soruşaraq sorğu-sual edəcəklər, ona görə də narkotik vasitəni həm istifadəsi üçün, həm də yalan danışaraq satış məqsədilə əldə etdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 2 bükümdə heroin tərəziyə qoyulub çəkilərək ekpertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Onun yaşadığı ünvandan aşkar olunmuş narkotik və psixotrop maddələr barədə məlumatı yoxdur. Azad və Novruzla narkotik və psixotrop maddələr satmasını tapşırmamışdır. Azad və Novruzun onun üçün narkotik maddələr satmalarını demələri barədə heç bir söz deyə bilmir. O, yalnız narkotik və psixotrop maddələr qəbul edən olmuş, satışı ilə məşğul olmamışdır. Azadın, Novruzun və Ağakərimin üzərlərindən aşkar olunmuş narkotik maddələrin haradan və kimdən əldə etmələri barədə məlumatı da yoxdur. ***-***-**-** saylı nömrə tutulmazdan əvvəl onun istifadəsində olmuş, həmin nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş CD diskdə göstərilən nömrələrdən onun nömrəsinə göndərilmiş sms-lər və şəxslər barədə fikir söyləmək istəmir. Ağakərimin kimdən narkotik və psixotrop maddələr götürməsi barədə məlumatı yoxdur. Babəklə təsadüfən votsapda təxminən 1 ay əvvəl tanış olmuş, İran vətəndaşı olduğunu demiş, Babək otumla votsapla əlaqə saxlamış, Babəkin kimliyi və harada yaşaması barədə məlumatı yoxdur. Əvvəllər bir neçə dəfə Babək adlı İran vətəndaşının qoydurduğu yerlərdən narkotik və psixotrop maddələr götürüb əldə etmiş, Babəkin narkotik və psixotrop maddələri haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur və bu barədə ondan heç nə soruşmamışdır. Əldə etdiyi narkotik və psixotrop maddələri Bakı şəhəri Ramana qəsəbəsi ərazisində kim və ya kimlər tərəfindən, qoyulması, həmin maddələrin haradan gətirilməsi barədə məlumatı yoxdur. Azad, nə də ki, Novruzun onun narkotik və psixotrop maddələri kimdən və haradan əldə etdiyi barədə heç bir məlumatları olmamışdır və onlara bu barədə heç bir söz deməmiş, onların həmin İran vətəndaşı Babəklə heç bir əlaqəsi olmamışdır. Babəklə hazırda xatırlamadığı mobil nömrəsinin votsapı ilə əlaqə saxlamış, Babəkin mobil nömrəsini xatırlamır, mobil telefonunu da bir müddət əvvəl itirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra ona heç kim fiziki və ya psixi zor tətbiq etməyib, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməyib, heç kimdən şikayət və tələbi yoxdur. Ona təqdim olunmuş video yə fotogörütnülərlə tanış olduğunu, onun yaşadığı ünvanın qarşısında həmin şəxslərin toplaşmasını gördüyünü, həmin şəxslər barədə və evinin pəncərəsindən onlara nə verildiyi barədə fikir söyləmək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Novruz həmin günü evdə olmamışdır. Onları saxlamış və döymüşlər. Onu evdən götürmüşlər. Onu Təqsirləndirilən şəxs1 evindən götürmüşlər. Onun evinə gələn kimi polislər gəlmişlər. Polislər ondan narkotiki Qurbandan aldığını deməsini istəmişlər. Onların ikisini bir tutmuşlar. Qurban Ağakərimlə bir yerdə tutulmuşdur. Daha sonra onlara qoşmuşlar. O, narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Satışla məşğul olmamışdır. Hərdən işdən gələndən sonra gedib Qurbangildə qalmışdır. O, fəhləliklə məşğul olmuşdur. Qurbangilin həyətində göyərçin saxlamışdır. İşdən gələndən sonra ikisi bir yerdə gündə bir qram olmaqla heroindən istifadə etmişlər. Yəni, 15-20 manatlıq istifadə etmişlər. İttihamda göstərilən miqdarda narkotik olmamışdır. Əvvəllər məhkumluğu olmuşdur. Ömür boyu türmədə olmuşdur. Narkotiki evə polislər gətirib qoymuşlar. Məhəllədə onu polislər döymüşlər. Ekspertiza zaman xəsarətlərini deməmişdir. Bədənində xəsarətləri olmuşdur. Polisdə çəkiliş zamanı müdafiəçi olmuşdur. O özünü bu ittihamla təqsirli bilməmişdir. Səhər tezdən harasa getməmişdir. O, Qurbanın evində yaşamışdır. Öz evi olmamışdır. Gah orda, gah burda yaşamışdır. Sanskiya məhkəməsində olan zaman xəsarətlərini demişdir. O, məhkəmədə narkotiki Qurbandan satmaq məqsədi ilə aldığını deməmişdir. Onu dubinka ilə yox, təpiklə vurmuşlar. Xəsarətlərini qeyd etmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona 27 may 2023-ci il tarixdə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ilkin ifadələrində göstərmişdir ki, təxminən 2 ildir ki, bədənində ağrılar olduğundan narkotik və psixotrop maddələr qəbul edir. Təqsirləndirilən şəxs1 tanyır, Qurbanla aralarında normal münasibətlər vardır. Qurban özü Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayır. Qurbanla tanış olduqdan sonra aralarında münasibət yarandıqdan sonra Qurbanın narkotik vasitə satışı ilə məşğul olduğunu öyrənmiş, özü də narkotik vasitə istifadəçisi olduğu üçün Qurbandan bir neçə dəfə narkotik vasitə alıb istifadə etmişdir. Sonradan aralarında münasibət daha da dərinləşdikdən sonra Qurbanla sonuncuya məxsus narkotik və psixotrop maddələrin müxtəlif şəxslərə satışını həyata keçirməyi və bunun qarşılığında Qurbanın ona şəxsi istifadəsi üçün narkotik və psixotrop maddə verməyi ilə razılaşmışdır. Təxminən 1 aydır ki, Qurbanın evində qalıb yaşayırmış. Bundan başqa Qurbanın xalası oğlu Novruz da onun kimi, Qurbanla sonuncuya məxsus narkotik və psixotrop maddələrin müxtəlif şəxslərə satışını həyata keçirməyi və bunun qarşılığında Qurbanın Novruza şəxsi istifadəsi üçün narkotik və psixotrop maddə verməyi ilə razılaşmışdır. Demək olar ki, Novruzla birlikdə hər gün Qurbanın evində olurmuş. Qurban özü evdə olmayanda da Qurban üçün narkotik və psixotrop maddələrin satışını həyata keçirirmişlər. xx.xx.2023-cii il tarixdə, təxminən saat 07 radələrində Qurbanın yaşadığı ünvan 12 ünvanında olmuşdur. Həmin vaxt ondan başqa Qurbanın anası Nailəxanım qardaşının həyat yoldaşı Aysel, həmçinin Novruz da orada olmuşdur. Lakin Qurban özü evdə olmamışdır. Qurban Corat qəsəbə sakini narkotik maddələr aludəçisi Ağakərim adlı şəxsin evində olmuşdur. Onlar Qurbanın evində olan zaman təxminən saat 07:40 radələrində həyətin qapısı döyülmüşdür. Aysel evin qapısını açan zaman evə gələn şəxslər polis əməkdaşları olduqlarını bildirib, Qurbanın evində axtarış aparılacağı barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını elan etmişlər. Daha sonra videoçəkilişlə həmin ünvanda axtarışa başlamışlar. Videoçəkiliş altında polis əməkdaşı onu və Qurbanın xalası oğlu Novruzu sorğu sual edən zaman polis əməkdaşına Qurbana məxsus narkotik və psixotrop maddələrin satışını həyata keçirdiklərini və Qurbana məxsus narkotik və psixotrop maddələrin yerini göstərə biləcəklərini və həmin maddələrin evin digər otağındakı dolabda olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə göstərdikləri digər otağa daxil olmuşlar, həmin otaqda sol tərəfdə 2 mərtəbəli dolabın birinci mərtəbəsi onun tərəfindən açılmış, dolabın birinci mərtəbəsinə baxış zamanı orada 1 ədəd dəmir siqaret qutusu, içərisində pullar olan şəffaf sellofan bağlama və 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzi olduğu aşkar olunmuşdur. Dəmir siqaret qutusu açılan zaman içərisində ağ rəngli kağız bükümlərin olduğu aşkar olunmuşdur. Həmin bükümlər polis əməkdaşı tərəfindən sayılmış, ümumilikdə 22 ədəd bükümlərin olduğu müəyyən edilmiş, həmin bükümlər açılan zaman 14 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində narkotik vasitə heroin və 8 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Daha sonra içərisində pullar olan şəffaf sellofan bağlama açılıb içərisində 9 ədəd 10 manatlıq, 3 ədəd 20 manatlıq, 12 ədəd 5 manatlıq, 69 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 329 manat pulun olduğu müəyyən edilmişdir. Daha sonra axtarış aparılan həmin otaqda sağ tərəfdə kiçik masanın üzərində 4 ədəd istifadə olunmuş, içərisi boş halda olan tibbi şprislərin və 1 ədəd "leo bank" bank kartı olduğu müəyyən edilmişdir. Bundan sonra olduqları ünvanda axtarış davam etdirilmiş, axtarış zamanı başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmiş və götürülməmişdir. Axtarış keçirilən zamanı verilən suallara cavab olaraq o və Novruz Qurbanın ünvanından aşkar edilmiş narkotik və psixotrop maddələrin ev sahibi Qurbana məxsus olduğunu, Novruzla birlikdə Qurbana məxsus narkotik və psixotrop maddələrin satışı həyata keçirdiklərini, aşkar edilmiş pulların hamısının narkotik və psixotrop maddələrin satışından toplandığını, həmçinin narkotik və psixotrop maddələrin satışını həyata keçirərkən Qurbanın onlara narkotik vasitəyə olan tələbatlarını ödəmək üçün müəyyən qismini verdiyini də bildirmişlər. Qurbanın yaşadığı ünvandan aşkar olunmuş 14 ədəd bükümdə olan narkotik vasitə heroin elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 18,30 qram, 8 ədəd bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 1,86 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr, 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzi, 4 ədəd istifadə olunmuş tibbi şpris ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Aşkar olunmuş 329 manat pul və "Leo bank" kartı təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra polis əməkdaşları onu və Novruzu üzərlərində şəxsi axtarış aparılması üçün Sumqayıt polis İdarəsinə dəvət etmişlər, onlar etiraz etmədən birlikdə polis İdarəsinə getmişlər. Polis İdarəsində ona hüquq və vəzifələri izah edilərək vəkillərin siyahısı təqdim edilmiş, o,siyahıdan hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2. Müdafiəçi ilə təmin olunduqdan sonra vidoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd qızılı rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olduğunu, həmin maddəni Qurbana məxsus narkotik vasitəni satdığı üçün qarşılığında Qurbandan aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 bükümdə heroin elektron tərəziyə qoyulub çəkilən zaman çəkisin 1,26 qram olduğu müəyyən edilmiş və həmin maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra olduqları Qurbanın ünvanında axtarışın keçirilməsi, həmçinin üzərinə şəxsi axtarışın keçrilməsi ilə bağlı tərtib edilmiş protokollar ucadan oxunmuş və doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar edilərək götürülmüş heroini polislər tərəfindən saxlanmazdan 1 gün əvvəl Qurbandan almışdır. Qurbanla sonuncuya məxsus narkotik və psixotrop maddələrin müxtəlif şəxslərə satışını həyata keçirməyi və bunun qarşılığında Qurbanın ona şəxsi istifadəsi üçün narkotik və psixotrop maddə verməyi ilə razılaşmışlar və Qurban hər gün ona özünə qəbul etmək üçün narkotik madddələr vermişdir. Qurban üçün narkotik maddələr müraciət edən müxtəlif şəxslərə özü və Novruzla birlikdə satırmış, narkotik və psixotrop maddələrin satışından əldə olunan pulu toplayıb Qurbana verirmişlər. Narkotik və psixotrop maddələri satış üçün Qurban özü evdə elektron tərəzi ilə bükümlərə bölürmüş. Qurbanın narkotik və psixotrop maddələri haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur və Qurban ona bu barədə deməmişdir. O, özü də bu barədə Qurbandan soruşmamış, ona maraqlı olmamışdır. Ona təqdim olunmuş video və fotogörütnülərlə tanış olmuş, Qurbanın yaşadığı ünvanın qarşısında həmin şəxslərin toplaşmasını görmüş, həmin şəxslər barədə və Qurbanın evinin pəncərəsindən onlara nə verildiyi barədə fikir söyləmək istəmir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra ona heç kim fiziki və ya psixi zor tətbiq etməyib, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməyib, heç kimdən şikayət və tələbi yoxdur. Bundan başqa istintaq zamanı Təqsirləndirilən şəxs2 əlavə ifadəsində istintaq zamanı vermiş olduğu ilkin ifadələri təsdiq etmədiyini bildirmiş və göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Novruzla birlikdə Qurbanın evində olan zaman polis işçiləri həyətə daxil olub onları saxlamışlar, sonra onların üzərinə baxmışlar və üzərlərindən heç bir şey aşkar olunmamış, sonra onu evdən həyətə çıxartmışlar və həyətdə döymüşlər, mülki geyimdə olan kök bədəli tanımadığı polis işçisi ona demişdir ki, "bizim çəkilişi pozma, sənə köməklik edəcəyik, bizim dediyimizi de" və sonra digər polislər də ona izah etməyə başlamışlar ki, Qurbanın evdə narkotika olduğunu və Qurban üçün həmin narkotikanı satdığımızı desinlər, onu buraxarlar. O, da polislərin sözünə inanmış, həqiqətən də düşünmüşdür ki, onların dediyi kimi etsə, onu buraxarlar, ona görə də polislərin dedikləri ilə razılaşmışdır. Sonra polis formasında olan adını sonradan Səadət bildiyi polkovnik-leytenant rütbəli polis işçisi dördkünc formalı metal qabı, elektron tərəzi və pulları onların aşkar olunaraq saxlandıqları otaqda paltar dolabın yanında olan digər kiçik dolabın orta siyirməsinin içərisinə qoymuşdur. Sonra polislər evə çağırılmış və videoçəkiliş başlanmış, o da Novruzla birlikdə polislərin onlara dediyi kimi, Qurbana məxsus narkotik və psixotrop maddələrin satışını həyata keçirdiklərini və Qurbana məxsus narkotik və psixotrop maddələrin yerini göstərə biləcəklərini və həmin maddələrin evin digər otağındakı dolabda olduğunu bildirib həmin yeri göstərmişlər, bundan sonra axtarış davam etmiş, verilən suallara cavab olaraq polislərin öncədən onlara dedikləri kimi Novruz və o Qurbanın ünvanından aşkar edilmiş narkotik və psixotrop ev sahibi Qurbana məxsus olduğunu, Novruzla birlikdə Qurbana məxsus narkotik və psixotrop maddələrin satışı həyata keçirdiklərini, aşkar edilmiş pulların hamısının narkotik və psixotrop maddələrin satışından toplandığını, həmçinin narkotik və psixotrop maddələrin satışını həyata keçirərkən Qurbanın onlara narkotik vasitəyə olan tələbatlarını ödəmək üçün müəyyən qismini verdiyini bildirmişlər. Daha sonra polis əməkdaşları onu Sumqayıt polis İdarəsinə gətirmiş və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini demişlər, həmin vaxtı tanıdığı Şərail adlı polis işçisi ona 1 ədəd qızılı rəngli siqaret kağızı bükümündə heroin verərək cibinə qoymağını və videoçəkiliş zamanı ona məxsus olduğunu, həmin heroini Qurbandan sonuncu üçün narkotika satmağı qarşılığında Qurbandan aldığını deməyini, ona narahat olmamağını, CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirildiyini və onu onsuzda buraxacaqlarını demiş, o da Şərailə inanmış və onun əlinə verdiyi 1 bükümdə heroini götürüb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub saxlamış, sonra təqdim olunmuş vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində keçirilən şəxsi axtarış zamanı idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd qızılı rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Polislərin dediyi kimi etsə də, onlar sözünün üstündə durmamışlar və məni buraxmamışlar. O, narkotik vasitələr qəbul etsə də, satışı ilə məşğul olmur və Qurban üçün narkotika satmamış və üzərindən aşkar olunmuş heroin ona məxsus deyil. Daha sonra istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri yeni ittiham elan olunduqdan sonra vermiş olduğu əlavə ifadəsində törətdiyi cinayət əməlində özünü qismən təqsirli, yəni özünü narkotik maddələrin qəbulunda təqsirli bildiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını, yalnız özünə qəbul etdiyini, Qurban üçün həyətində təmizlik işləri gördüyü müqabilində Qurban əvəllər ona özünə qəbul etmək üçün narkotik maddələr verdiyini, Qurbanın və Novruzun narkotik maddələr istifadəçisi olduğunu bildiyini, polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş 1 bükümdə heroinin özünə məxsus olduğunu desə, onsuz da ona inanmayacaqlarını və təkidlə sorğu-sual edəcəkdərini düşünüb, özündən həmin maddəni Qurbana məxsus narkotik vasitəni satdığı üçün qarşılığında Qurbandan aldığını bildirmiş, üzərindən aşkar olunmuş 1 bükümdə heroini tutulmazdan 1 gün əvvəl Coratda yerdən tapmış, həmin heroini ona Qurbanın verməmiş, Qurban üçün də narkotik və psixotrop maddələr satmamış, ona elan olunmuş ittihamla razı olmadığı üçün əvvəlki ifadəsində və Şərail Quliyevlə üzləşdirmə zamanı üzərindən aşkar olunmuş 1 bükümdə heroinin ona məxsus olmadığını bildirmiş, hazırda səmimi olaraq bildirir ki, üzərindən aşkar olunmuş 1 bükümdə heroin ona məxsusdur, ona görə də özünü yalnız narkotik vasitələrin qəbulunda təqsirli bilir. Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, təxminən saat yeddidə gəlib yemək yemişlər. Beş və ya on dəqiqə sonra polislər qapını və pəncərəni sındıraraq içəriyə girmişlər. Evdə onları döymüşlər. Daha sonra həyətə çıxararaq orda döymüşlər. Narkotik vasitəsini videogörüntüdə çıxardıqları yerə qoymuşlar. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 234.1-ci maddə ilə ittihamı onun qarşısına qoymuşlar. O özünü istifadəyə görə təqsirli bilmişdir. Onda heç bir narkotik vasitə olmamışdır. Xalası oğlu ona satması üçün narkotik verməmişdir. Sanksiya məhkəməsində dediklərini xatırlamamışdır. O, sanksiya məhkəməsində “narkotiki Ağakərimdən satmaq məqsədi ilə almışdım, peşmanam, övladlarımı nəzərə almağınızı xahiş edirəm” ifadəsini deməmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 ona 27 may 2023-ci il tarixdə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ilkin ifadələrində göstərmişdir ki, bir müddətdir ki, bədənində ağrılar olduğundan narkotik və psixotrop maddələr qəbul edir. Təqsirləndirilən şəxs1 onun xalası oğludur. Qurban özü Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayır. O, Qurbanın narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilmiş, özü də narkotik vasitə istifadəçisi, olduğu üçün Qurbandan bir neçə dəfə narkotik vasitə alıb istifadə etmişdir. Sonradan Qurbanla sonuncuya məxsus narkotik və psixotrop maddələrin müxtəlif şəxslərə satışını həyata keçirməyi və bunun qarşılığında Qurbanın ona şəxsi istifadəsi üçün narkotik və psixotrop maddə verməyi ilə razılaşmışlar. Ona görə də çox vaxtı Qurbanın evində olurmuş. Həmçinin Corat qəsəbə sakini Təqsirləndirilən şəxs2 da onun kimi, Qurbanla sonuncuya məxsus narkotik və psixotrop maddələrin müxtəlif şəxslərə satışını həyata keçirməyi və bunun qarşılığında Qurbanın Azad şəxsi istifadəsi üçün narkotik və psixotrop maddə verməyi ilə razılaşmışlar. Demək olar ki, Azadla birlikdə hər gün Qurbanın evində olmuş, Qurban özü evdə olmayanda da Qurban üçün narkotik və psixotrop maddələrin satışını həyata keçirirmişlər. Bəzən də pul qarşılığında Qurbandan narkotik maddələr alırmış. xx.xx.2023-cü il tarixdə, təxminən saat 07 radələrində Qurbanın yaşadığı ünvan 12 ünvanında olmuşdur. Həmin vaxt ondan başqa Qurbanın anası Nailəxanım, qardaşının həyat yoldaşı Aysel, həmçinin Azad da orada olmuşdur. Lakin Qurban özü evdə olmamış. Qurban Corat qəsəbə sakini narkotik maddələr aludəçisi Ağakərim adlı şəxsin evində olmuşdur. Onlar Qurbanın evində olan zaman təxminən saat 07:40 radələrində həyətin qapısı döyülmüş, Aysel evin qapısını açan zaman evə gələn, şəxslər polis əməkdaşları olduqlarını bildirib. Qurbanın evində axtarış aparılacağı barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını elan etmişlər. Daha sonra videoçəkilişlə həmin ünvanda axtarışa başlamışlar. Videoçəkilişlə polis əməkdaşı onu və Azadı sorğu sual edən zaman polis əməkdaşına Qurbana məxsus narkotik və psixotrop maddələrin satışını həyata keçirdiklərini və Qurbana məxsus narkotik və psixotrop maddələrin yerini göstərə biləcəklərini və həmin maddələrin evin digər otağındakı dolabda olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə göstərdikləri digər otağa daxil olmuşlar, həmin otaqda sol tərəfdə 2 mərtəbəli dolabın birinci mərtəbəsi tərəfindən açılmış, dolabın birinci mərtəbəsinə baxış zamanı orada 1 ədəd dəmir siqaret qulusu, içərisində pullar olan şəffaf sellofan bağlama və 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzi olduğu aşkar olunmuş, dəmir siqaret qutusu açılan zaman içərisində ağ rəngli kağız bükümlərin olduğu aşkar olunmuşdur. Həmin bükümlər polis əməkdaşı tərəfindən sayılmış, ümumilikdə 22 ədəd bükümlərin olduğu müəyyən edilmiş, həmin bükümlər açılan zaman 14 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində narkotik vasitə heroin və 8 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Daha sonra içərisində pullar olan şəffaf sellofan bağlama açılıb içərisində 9 ədəd 10 manatlıq, 3 ədəd 20 manatlıq, 12 ədəd 5 manatlıq, 69 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 329 manat pulun olduğu müəyyən edilmişdir. Daha sonra axtarış aparılan həmin otaqda sağ tərəfdə kiçik masanın üzərində 4 ədəd istifadə olunmuş, içərisi boş halda olan tibbi şprislərin və 1 ədəd "Leo bank" bank kartı olduğu müəyyən edilmişdir. Bundan sonra olduqları ünvanda axtarış davam etdirilmiş, axtarış zamanı başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmiş və götürülməmişdir. Axtarış keçirilən zamanı verilən suallara cavab olaraq Azad və o, Qurbanın ünvanından aşkar edilmiş narkotik və psixotrop ev sahibi Qurbana məxsus olduğunu, Azadla birlikdə Qurbana məxsus narkotik və psixotrop maddələrin satışı həyata keçirdiklərini, aşkar edilmiş pulların hamısının narkotik və psixotrop maddələrin satışından toplandığını, həmçinin narkotik və psixotrop maddələrin satışını həyata keçirərkən Qurbanın onlara narkotik vasitəyə olan tələbatlarını ödəmək üçün müəyyən qismini verdiyini də bildirmişlər. Qurbanın yaşadığı ünvandan aşkar olunmuş 14 ədəd bükümdə olan narkotik vasitə heroin elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 18,30 qram, 8 ədəd bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 1,86 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr, 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzi, 4 ədəd istifadə olunmuş tibbi şpris ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Aşkar olunmuş 329 manat pul və 1 ədəd "Leo bank" bank kartı təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra polis əməkdaşları onu və Azadı üzərlərində şəxsi axtarış aparılması üçün Sumqayıt polis İdarəsinə dəvət etmişlər, onlar etiraz etmədən birlikdə polis İdarəsinə getmişlər. Polis İdarəsində, ona hüquq və vəzifələri izah edilərək vəkillərin siyahısı təqdim edilmiş, o siyahıdan hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3. Müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o, əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olduğunu, həmin maddəni Qurbandan 10 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 bükümdə heroin elektron tərəziyə qoyulub çəkilən zaman çəkisin 0,87 qram olduğu müəyyən edilmiş və həmin maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra olduqları Qurbanın ünvanında axtarışın keçirilməsi, həmçinin üzərinə şəxsi axtarışın keçrilməsi ilə bağlı tərtib edilmiş protokollar ucadan oxunmuş və doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar edilərək götürülmüş heroini polislər tərəfindən saxlanmazdan 1 gün əvvəl Qurbandan 10 manata almışdır. Qurbanla sonuncuya məxsus narkotik və psixotrop maddələrin müxtəlif şəxslərə satışını həyata keçirməyi və bunun qarşılığında Qurbanın ona şəxsi istifadəsi üçün narkotik və psixotrop maddə verməyi ilə razılaşmışlar və Qurban hər gün ona özünə qəbul etmək üçün narkotik maddələr verirmiş. Bəzən də pul qarşılığında Qurbandan narkotik madədlər alırmış. Qurban üçün narkotik maddələr müraciət edən müxtəlif şəxslərə özü və Azadla birlikdə satırmış, narkotik və psixotrop maddələrin satışından əldə olunan pulu toplayıb Qurbana verirmişlər. Narkotik və psixotrop maddələri satış üçün Qurban özü evdə elektron tərəzi ilə bükümlərə bölürmüş. Qurbanın narkotik və psixotrop maddələri haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur və Qurban ona bu barədə deməmişdir. O, özü də bu barədə Qurbandan soruşmamış, ona maraqlı olmamışdır. Ona təqdim olunmuş video və fotogörüntülərlə tanış olmuş, Qurbanın yaşadığı ünvanın qarşısında həmin şəxslərin toplaşmasını görmüş, həmin şəxslər barədə və Qurbanın evinin pəncərəsindən onlara nə verildiyi barədə fikir söyləmək istəmir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra ona heç kim fiziki və ya psixi zor tətbiq etməyib, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməyib, heç kimdən şikayət və tələbi yoxdur. Daha sonra istintaq zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri yeni ittiham elan olunduqdan sonra vermiş olduğu əlavə ifadələrində törətdiyi cinayət əməlində özünü qismən təqsirli, yəni özünü narkotik maddələrin qəbulunda təqsirli bildiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını, yalnız özünə qəbul etdiyini bildirmiş və göstərmişdir ki, bir müddətdir ki, bədənində ağrılar olduğundan narkotik və psixotrop maddələr qəbul edir. Həm Azadın, həm də Qurbanın narkotik və psixotrop maddələr istifadəçisi olduqlarını bilir. xx.xx.2023-cti il tarixdə saat 07 radələrində Qurbanın evinə getmiş, Qurban evdə olmamış, Azad evdə olmuş və Qurbanın gecə tanışı Ağakərimin evində qaldığını demişdir. Onlar Qurbanın evində olan zaman təxminən saat 07:40 radələrində həyətin qapısı döyülmüş. Aysel evin qapısını açan zaman evə gələn şəxslər polis əməkdaşları olduqlarını bildirib. Qurbanın evində axtarış aparılacağı barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını elan etmiş, daha sonra videoçəkilişlə olduqları ünvanda narkotik və ya psixotrop maddələr və ya digər qanunsuz əşya vardırsa təqdim etmələri soruşulanda Azad Qurbana məxsus narkotik və psixotrop maddələrin yerini göstərə biləcəyini deyərək həmin maddələrin evin digər otağındakı dolabda olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə göstərdikləri digər otağa daxil olmuşlar, otağa girişdən sağ tərəfdə stolun üzərində istifadə olunmuş şprislər olması müəyyən olunmuş, sorğu zamanı o, və Azad narkotik vasitələr qəbul etdiklərini demiş, sonra həmin otaqda sol tərəfdə 2 mərtəbəli dolabın qapısı Azad tərəfindən açılmış, dolabın birinci mərtəbəsinə baxış zamanı orada 1 ədəd dəmir siqaret qutusu, içərisində pullar olan şəffaf sellofan bağlama və 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzi olduğu aşkar olunmuş, dəmir siqaret qutusu açılan zaman içərisində ağ rəngli kağız bükümlərin olduğu aşkar olunmuş, həmin bükümlər polis əməkdaşı tərəfindən sayılmış, ümumilikdə 22 ədəd bükümlərin olduğu müəyyən edilmiş, həmin bükümlər açılan zaman 14 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində narkotik vasitə heroin və 8 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində psixotrop maddə metamfetamin aşkar olunmuş, sorğu-sual zamanı Azad həmin metal qutunun içərisində narkotik və psixotrop maddələr olduğunu, istəyən olsa satdığını və pəncərədən verdiyini deyərək otağa girişdən sağ tərəfdə tavana bitişik kiçik ölçülü üzərində tor və çöl tərəfində metal barmaqlıq bərkidilmiş pəncərəni göstərmişdir. Daha sonra içərisində pullar olan şəffaf sellofan bağlama açılıb içərisində 9 ədəd 10 manatlıq, 3 ədəd 20 manatlıq, 12 ədəd 5 manatlıq, 69 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 329 manat pulun olduğu müəyyən edilmiş, Azad demişdir ki, həmin pullar narkotik maddələrin satışından əldə olunan pullardır. Daha sonra axtarış aparılan həmin otaqda sağ tərəfdə kiçik masanın üzərində 4 ədəd istifadə olunmuş, içərisi boş halda olan tibbi şprislərin və 1 ədəd həyat yoldaşına məxsus "Leo bank" bank kartı olduğu müəyyən edilmişdir. Həmin kartı həyat yoldaşının adına olmaqla o, istifadə edir, həmin kart çoxdandır boşdur. Bundan sonra olduqları ünvanda axtarış davam etdirilmiş və başqa qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Qurbanın yaşadığı ünvandan aşkar olunmuş 14 ədəd bükümdə olan narkotik vasitə heroin elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 18,30 qram, 8 ədəd bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 1,86 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr, 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzi, 4 ədəd istifadə olunmuş tibbi şpris ekspertizaya göndərilməsi üçün qablaşdmlaıaq möhürlənmişdir. Aşkar olunmuş 329 manat pul və 1 ədəd "Leo bank" bank kartı təhqiqatçı tərəfindən götürülmüş sonra polis əməkdaşları onu və Azadı üzərlərində şəxsi axtarış aparılması üçün Sumqayıt polis İdarəsinə dəvət etmiş, onlar etiraz etmədən birlikdə polis İdarəsinə getmişlər. Polis İdarəsində, təqdim olıınmuş vəkilin iştirakı ilə üzərində videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmiş. Həmin büküm açılan zaman içərisində narkotik vasitə heroin aşkar olunmuş. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olduğunu demiş və həmin vaxtı düşünmüşdür ki, üzərindən aşkar olunmuş 1 bükümdə heroinin kimdən əldə etdiyini polis işçiləri təkidlə ondan sorğu-sual edəcəklər, ona görə də özündən həmin narkotik maddənin xalası oğlu Qurbandan 10 manata aldığını demişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 bükümdə heroin elektron tərəziyə qoyulub çəkilən zaman çəkisin 0,87 qram olduğu müəyyən edilmiş və həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdınlaraq möhürlənmişdir. Üzərindən aşkar olunmuş 1 bükümdə heroini tutulmazdan 1 gün əvvəl Coratda yerdən tapmış, həmin heroini ona Qurban verməmiş. Qurban üçün də narkotik və psixotrop maddələr satmamış, istintaq zamanı ilkin ifadələrində Qurban üçün narkotik və psixotrop maddələr satdığını və Qurbandan narkotik vasitə əldə etdiyini doğru göstərməmiş, Qurbanın ünvanında aşkar olunmuş narkotik və psixotrop maddələr barədə məlumatı olmamış, həmin maddələri Azad özü təqdim etmişdir. Onlar evdə olan olarkən ilk dəfə polislər gəlib videçəkilişlə məhkəmə qərarını elan edib onları evdə otaqda olduqları zaman birlikdə saxlamışlar və bundan sonra evdə axtarış başlanmışdır. Onun üzərinə evdə heç kim baxmamış, onun üzərinə ilk dəfə polis idarəsinə gətirildikdən sonra vəkilinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı baxılmış və üzərindən yerdən tapdığı 1 bükümdə heroini çıxarıb təqdim etmişdir. Onu heç kim döyməmişdir. Həmçinin Azadı da heç kim döyməmişdir və Azadla polislər tərəfindən dediyi mövzuda heç bir söhbət aparılmamışdır. Azad özü evdə axtarış aparılan zaman sərbəst olaraq verilən suallara həvəslə cavab vermiş və orada olan narkotik və psixotrop maddələri Özü təqdim etmişdir. Azadla birlikdə heç vaxtı narkotik və ya psixotrop maddələr satmamışdır. Narkotiki yalnız özünə qəbul etmiş, ona görə də özünü yalnız narkotik vasitələrin qəbulunda təqsirli bilir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X9 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Sumqayıt ŞPİ-nin X10 əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. ünvan 15 ünvanda yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 şəxsiyyəti əməliyyata məlum olmayan İran İslam Respublikasının vətəndaşından külli miqdarda narkotik vasitə əldə edərək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 457 ünvanında saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması bağlı Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 457 ünvanına daxil olaraq həmin evə və həyətyanı sahəsinə baxış keçirilməsi zərurəti yarandığından vəsatəti əsasında Sumqayıt şəhər prokuroru tərəfindən Sumqayıt şəhər Məhkəməsinə təqdimat verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(060)-376/2023 saylı qərarı ilə vəsatət və təqdimat təmin edilməklə Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 457 ünvanına daxil olaraq həmin evə və həyətyanı sahəsinə baxış keçirilməsinə icazə verilmişdir. Keçiriləcək tədbirlə bağlı əməliyyat qrupu yaradılmış, o da qrupun tərkibində olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu iştirakçıları ilə birlikdə ünvan 17 ünvana çatmışlar və videoçəkilişlə fərdi yaşayış evinin açıq vəziyyətdə olan göy rəngli dəmir darvazasından içəri daxil olmuşlar, həmin fərdi yaşayış evinin mebel rəngli taxta qapısı döyülmüş, qapını açan qadın özünü X13 təqdim edərək, Təqsirləndirilən şəxs1 qardaşının həyat yoldaşı olduğunu bildirmişdir Aysel Əhmədovaya və ünvanda olan Təqsirləndirilən şəxs1 anası X6 qeyd edilən ünvanda baxış keçirilməsi üçün Sumqayıt şəhər Məhkəməsinin qərarı elan edilmiş və həmin ünvana daxil olmuşlar. Fərdi yaşayış evinə daxil olduqda birinci otaqda 2 nəfər şəxslərin əyləşdiyi, həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1 xalası oğlu Təqsirləndirilən şəxs3 kimi, digəri isə tanışı Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə aparılan sorğu sual zamanı, ev sahibi Təqsirləndirilən şəxs1 hazırda Ağakərim adlı şəxsin evində olduğunu özlərinin isə Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitələrin satışını həyata keçirdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məxsus fərdi yaşayış evində Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında axtarış aparılacağı elan edilmiş, bu zaman onlar həmin ünvanda Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitələrin yerini göstərə biləcəklərini söylərək, narkotik vasitələrin evin digər otağındakı dolabda olduğunu bildirmişlər. İştirakçılar ilə birlikdə digər otağa daxil olmuşlar, həmin otağa girişdən sağ tərəfdə stolun üzərində şprislər olması müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik maddələr qəbul etdiklərini və narkotik maddələrin Qurbana məxsus olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduqları ünvanda narkotik maddələr vardırsa təqdim etmələri təklif olunmuş, Təqsirləndirilən şəxs2 "orda şkafda var" deyərək sol əli ilə otağın girişində sol tərəfdə yerləşən pəncərənin aşağı hissəsində olan kiçik ölçülü dolabı göstərmişdir. Həmin dolabın qapısı açılmış, dolabın 1-ci mərtəbəsində gümüşü rəngli elektron tərəzi, 1 ədəd metal siqaret qutusu aşkar olunmuş, həmin metal qutusu açılan zaman içərisində ağ rəngli kağız bükümlərin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin metal qutunun içərisində narkotik və psixotrop maddələr olduğunu, istəyən olsa satdıqlarını və pəncərədən verdiyini deyərək otağa girişdən sağ tərəfdə tavana bitişik kiçik ölçülü üzərində tor və çöl tərəfində metal barmaqlıq bərkidilmiş pəncərəni göstərmişdir. Təqsirləndirilən şəxs2 pəncərədə tor var deyildikdə, Təqsirləndirilən şəxs2 torun aşağı hissəsi kəsikdir, oradan əlini salıb satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik maddələri nəyin müqabilində və neçəyə satdığı satdığı soruşulduqda, narkotik maddələrə olan təlabatını ödəmək üçün 3,4,5 manata satdığını bildirmişdir. Bundan sonra dolabın 1-ci mərtəbəsində içərisində pullar olan şəffaf selofan torba aşkar olunmkş, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 narkotik maddələrin satışından əldə olunan pullar olduğunu və Qurbana verdiyini bildirmişdir. Həmin pullar sayıldıqda 9 ədəd 10 manatlıq, 3 ədəd 20 manatlıq, 12 ədəd 5 manatlıq, 69 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 329 manat pulun olduğu müəyyən edilmiş və götürülmüşdür. Bundan sonra metal qutuda aşkar olunmuş bükümlər sayıldıqda ümumilikdə 22 ədəd bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər hər biri açılan zaman 14 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər, 8 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən olunmuş, həmçinin Təqsirləndirilən şəxs2 də verilən suallara cavab olaraq həmin bükümlərdə heroin və metamfetamin olduğunu, həmin maddələri ayrı-ayrılıqda kim gəldi və hansı qiymətə satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda aşkar olunmuş bükümlər elektron tərəziyə qoyulub çəkilmiş 14 ədəd ağ rəngli siqaret kağızma bükülmüş narkotik vasitə heroinə bənzər maddələrin ümumi çəkisinin 18,30 qram, 8 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddələrin ümumi çəkisinin 1,86 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr, 1 ədəd gümüşü rəngli elektron tərəzi zərflərə qablaşdırılaraq möhürlənmiş, zərflərin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra otaqda sağ tərəfdə olan stolun üzərində aşkar olunmuş 4 ədəd istifadə olunmuş içərisi boş halda tibbi şprislər də xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmış, həmçinin stolun üzərindən aşkar olunmuş 1 ədəd "Leobank" kartının Təqsirləndirilən şəxs3 həyat yoldaşına məxsus və boş olduğunu bildirmişdir. Sorğu zamanı axtarışda iştirak edən şəxslər yəni Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələrin ev sahibi Təqsirləndirilən şəxs1 məxsus olduğunu, həmin şəxsə məxsus narkotik vasitələrin satışı həyata keçirdiklərini, aşkar edilmiş pulların hamısının narkotik vasitə satışından toplandığını, həmçinin onlar həmin maddələrin satışını həyata keçirərkən Təqsirləndirilən şəxs1 tərəfindən onlara narkotik vasitəyə olan tələbatlarını ödəmək üçün müəyyən qismini verildiyini də bildirmişlər. Bundan sonra həmin ünvanda axtarış davam etdirilmiş, axtarış zamanı başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmiş və götürülməmişdir, Təqsirləndirilən şəxs1 ünvanında axtarış keçirildikdən sonra həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs2 siyahıdan özünə vəkil X26, Təqsirləndirilən şəxs3 isə X27 müdafiəçi kimi seçmişlər. Müdafiəçinin iştirakı təmin edildikdən sonra ilk olaraq videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd qızılı rəngli siqaret kağızı bükümü təqdim edərək həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olundmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş həmin narkotik vasitəni öz gündəlik tələbatını ödəmək üçün Qurbana məxsus narkotik maddələrin satışını həyata keçirməsi qarşılığında ondan aldığını və üzərində gəzdirdiyini, Qurbanın dediyi şəxslərə narkotik maddələr verdiyini, həmin 1 ədəd bükümün 25 manat qiymətində olduğunu, gün ərzində 2 dəfə həmin maddədən qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd qızılı rəngli siqaret kağızma bükülmüş narkotik vasitə heroinə bənzər olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 1,26 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş alışqan və 30 qəpik pullar kəsici xüsusiyyətinə malik olduğuna görə götürülmüşdür. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilmiş və üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim edərək həmin bükümün içərisində heroin oldğunu bildirmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş həmin narkotik vasitəni xalası oğlu Qurbandan 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,87 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş 1 ədəd konfet özünə qaytarılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid4, Şahid5, X34, Şahid6 işin halları ilə bağlı şahid Şərail Quliyevlə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Sumqayıt ŞPİ-nin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. ünvan 15 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə əldə edərək yaşadığı ünvanında saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması bağlı Sumqayıt ŞPİnin NMB-nə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(060)-376/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 evində axtarış keçirilərək külli miqdarda narkotik və psixotrop maddələr aşkar edilərək götürülmüş, axtarış zamanı sonuncunun yaşadığı ünvanda olan xalası oğlu Təqsirləndirilən şəxs3 və dostu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tanışı Ağakərim adlı şəxsin evində olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 müəyyən edilib cinayət əməlinin ifşa edilməsi məqsədilə daxil olmuş məlumat əsasında Ağakərim adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1988-ci il təvəllüdlü ünvan 19 ünvanda yaşayan, əvvəllər məhkum olunmuş Abdullayev Ağakərim Həsənağa oğlu olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik və psixotrop maddələrin realizə olunacağı, gizlədəcəyi və ya məhv edə biləcəyini nəzərə alaraq, həmçinin cinayətin izlərini vaxtında aşkar edilərək götürülməsi məqsədilə bununla bağlı idarə rəisinə raportla məruzə olunaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi üçün ətrafında və olduğu verdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Qeyd edilən məlumat əsasında əməliyyat qrupu ilə birlikdə xx.xx.2023-cii il tarixdə saat 09:20-də ünvan 9 ünvanın qarşısına fərdi yaşayış evinin qarşısına gəlmişlər, videoçəkiliş işə salınmış və həyət darvazası döyülmüş, bir qədər sonra həyət darvazası açılmış, həyətə daxil olub özlərini təqdim etmişlər və darvazanı açan şəxsə özünü təqdim etməsini dedikdə, həmin şəxs özünü Ağakərim Abdullayev olduğunu və həmin ünvanın ona məxsus olduğunu bildirmişdir. Ağakərim Abdullayevə Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında Qurbanın evində narkotik və psixotrop maddələrlə bağlı axtarış keçirildiyi və orada Qurban müəyyən olunmadığı, orada olmuş Azad və Novruzun demələrinə görə Qurbanın Ağakərimin evində olduğu, ona görə də onun yaşadığı ünvanda təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirildiyi bildirilərək qərarla tanış olunmuş və ünvanında Qurbanın olduğu soruşulduqda, Ağakərim Qurbanın onun evində olduğunu, təmir işləri üçün ona köməkliyə gəldiyini bildirmiş və onları evinə dəvət etmişdir. Onlar evə qalxmış, girişdən sol tərəfdə otaqda Qurbanın divanda oturmuş vəziyyətdə olması müəyyən olunmuş və tərəflərindən saxlanılmışdır. Qurbana yaşadığı ünvanda məhkəmə qərarı əsasında axtarışın keçirildiyi bildirilmiş, Qurban demişdir ki, dünən gecədən Ağakərimin evinə gəlmiş, bu barədə Azad və Novruza demiş, Qurbanın evində həyətdə daş sökəcəkdir. Ağakərim Abdullayev videoçəkiliş vasitəsilə yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək sonuncuya yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunmuş, Ağakərimdən narkotik qəbul etdiyi və evdə narkotik vasitə olduğunu bildirərək evdə yataq otağına onları dəvət etmiş və narkotik vasitəni saxladığı yeri, yəni yataq otağında girişdən sol tərəflə divara bitişik güzgülü trümonun üzərini göstərmişdir. Trümonun üzərində 2 ədəd şpris və şəffaf selofanda 2 büküm müəyyən olunmuş, sorğu zamanı Ağakərim həmi 2 ədəd bükümdə heroin olduğunu, 2 gün əvvəl səhər saatlarında dəniz kənarında tapdığını və həmin heroindən bir qədər istifadə etdiyini, həmin heroin barədə Qurbanın məlumatı olmadığını bildirmişdir. Həmin selofanın içərisindəki 2 ədəd qızılı rəngli siqaret kağızı bükümlərin hər birinin içərisində narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Bundan sonra Ağakərim Abdullayevin yaşadığı evə baxış zamanı cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Ağakərim Abdullayevin yaşadığı ünvandan aşkar olunmuş 2 bükümdə heroinə bənzər maddələr elektron tərəzidə çəkilərək 0,83 və 0,60 qram, birlikdə isə 1,44 olmuş və həmin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa Ağakərim Abldullayevin evində qonaq otağında masanın üzərindən aşkar olunmuş üzərində narkotik maddələrin qalıqlarına bənzər maddələr olan şüşə ampula, yataq otağında trümonun üzərindəki 2 ədəd istifadə olunmuş şpris zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, qonaq otağında masanın üzərindən aşkar olunmuş 1 ədəd lenovo və 1 ədəd Samsunq mobil telefonlar baş təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə Təqsirləndirilən şəxs1 və Ağakərim Abdullayevlə birlikdə Sumqayıt ŞPİnə gəlmişlər.Təqsirləndirilən şəxs1 və Ağakərim Abdullayevlə hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Ağakərim Abdullayev siyahıdan özünə vəkil X20, Təqsirləndirilən şəxs1 isə X4 müdafiəçi kimi seçmişlər. Müdafiəçinin iştirakı təmin edildikdən sonra ilk olaraq videoçəkilişlə Ağakərim Abdullayevin üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim elməyi təklif olunmuş. Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 2 ədəd qızılı rəngli siqaret kağızı bükümlərini təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan kakos, yəni heroin olduğunu, həmin maddələri bir həftədir ki, İran vətəndaşının hesabına 160 manat pul ödədikdən sonra Bakı şəhəri Ramana qəsəbəsi ərazisindən İran vətəndaşının göndərdiyi məkan yeri əsasında götürdüyünü, narkotik vasitələri həm istifadə etdiyini, həm də arabir satdığını, üzərində narkotik maddə saxlamasından Ağakərimin məlumatı olmadığını və bu barədə Ağakərimə bildirmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 4,82 qram və 3.50 qram olduğu, həmin bükümlər birlikdə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 8,30 olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 və X18 və ifadələri elan olunmaqla araşdırılmış Şahid10 Şahid12 Şahid9 eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdikləri müəyyən olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid13 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, hazırda Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. 2023-cü ilin iyul ayına kimi Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Əməliyyat xidmətində işləyən zaman icraatına Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 457-də yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin kiçin inspektoru, polis serjantı Şahid14 və polis nəfəri, polis baş serjantı Şahid15 da daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 08 may 2023-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 11:30 radələrində Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, İ.Nəsimi küçəsi 501 saylı evin yaxınlığında küçədə olmasını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 siyahıdan özünə vəkil X14 müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Video çəkilişi Sumqayıt ŞPİ-nin KTB-nin ekspert-kriminalisti, polis mayoru Elnur Qocayev çəkmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən çıxartdığı 1 ədəd selofan bükümü təqdim edərək həmin bükümün içərisində kakos, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş heroini özünə istifadə etməsi üçün həmi gün səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manata almışdır. Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, olduğu selofanla birlikdə çəkisi 0,45 qram olmuş, həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid14 və Şahid15 Şahid13lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 457 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü ünvan 20 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü ünvan 20 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 saxlanılaraq 1-ci Polis Bölməsinə gətirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli, 5(060)-376/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 457 ünvanına daxil olmaqla baxış keçirilməsinə icazə verilmişdir. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində xx.xx.1987-ci il təvəllüdlü ünvan 20 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü ünvan 20 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlamasında şübhəli bilinən, xx.xx.1987-ci ildə ünvan 21 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı ünvana Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(060)-376/2023 saylı qərarına əsasən tərəfimizdən baxış keçirilmiş və sonuncunun yaşadığı evdə xx.xx.1974-cü ildə ünvan 23 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 52-ci məhəllə, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1991-ci ildə ünvan 25 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs3da olmuşdur və sonuncu şəxslər Polis idarəsinə gətirilən zaman üzərlərində narkotik vasitələr olduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abdullayev Ağakərim Həsənağa oğlu və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri Corat bağları, N.Nərimanov küçəsi fərdi evdə saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişlər. Məhkəmə-kimyəvi ekspertizasının 27 may 2023-cü il tarixli 6/3038 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 ədəd biiküm...." yazısı və imzalar olan zərfdəki 2 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,117 qr və 4.320qr, ümumi təmiz çəkisi 7,437 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükümdəki heroinlər, onun yaşadığı ünvandan aşkar edilmiş 14 (on dörd) ədəd bükümdəki heroinlər, Təqsirləndirilən şəxs3 aşkar edilmiş heroin və Təqsirləndirilən şəxs2 aşkar edilmiş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş elektron tərəzinin üzərində və 3 (üç) ədəd boş şprisdəki heroin iz şəklində olduğu üçün, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 1 (bir) şprisdə heroin məhlul vəziyyətdə olduğu üçün, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə-kimyəvi ekspertizasının 27 may 2023-cü il tarixli 6/3040 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksi olan, - "Təqsirləndirilən şəxs1 aşkar edilmiş 14 ədəd büküm..." yazısı və imzalar olan zərfdəki 14(on dörd) kağız bükümdə, onlardan 13(on üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,006qr, 0,858qr, 0,987qr, 0,992qr, 1,192qr, 0,873qr, 1,296qr, 2,394qr, 1,191qr, 1,548qr, 1,192qr, 0,377qr, 0,757qr, ümumi təmiz çəkisi 14,663 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,07 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - "Təqsirləndirilən şəxs1 aşkar edilmiş 8 ədəd büküm..." yazısı və imzalar olan zərfdəki 8(səkkiz) kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,156qr, 0,125qr, 0,151 qr, 0,092qr. 0,274qr, 0,218qr 0,019qr, 0,105 qr, ümumi təmiz çəkisi 1,140 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - "Təqsirləndirilən şəxs1 aşkar edilmiş 4 ədəd şpris..." yazısı və imzalar olan zərfdə 3 (üç) ədəd boş şprisdə narkotik vasitə olan heroinin izləri vardır, 1 ədəd şprisdəki 0,5ml həcmində qəhvəyi rəngli maddə maye heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,025 qramdır; - "Təqsirləndirilən şəxs1 aşkar edilmiş 1 ədəd tərəzi..." yazısı və imzalar olan zərfdəki 1 ədəd tərəzinin üzərində heroinin izləri vardır. - Tərəzinin üzərində və şprislərdə heroin iş şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bir ədəd şprisdə heroin məhlul vəziyyətdə olduğu üçün, bükümdəki heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən elmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində:"Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksi, Təqsirləndirilən şəxs3 aşkar edilmiş..." yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd kağız bükümdə təmiz çəkisi 1,195 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir: Tədqiqata təqdim edilmiş üzərində:"Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs2 aşkar edilmiş..." yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 1,577 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroinlər, Təqsirləndirilən şəxs3 aşkar edilmiş heroin və Təqsirləndirilən şəxs2 aşkar edilmiş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmə-kimyəvi ekspertizasının 09 may 2023-cii il tarixli 6/2665 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125" dairəvi möhür əksi olan, "Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,261 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cii il tarixli, 3352 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cii il tarixli, 3353 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Qurban oğlunda opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 3351 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloii dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibb ekepertizasının 783 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Məhkəmə tibb ekepertizasının 784 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Məhkəmə tibb ekepertizasının 786 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan 329 manat pul aşkar edilərək Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “axtarışın keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 26 may 2023-cü il tarixdə saat 07:40-da Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərovun, ünvan 27 ünvanın qarşısında olmaları və videoçəkilişlə həmin fərdi yaşayış evinin açıq vəziyyətdə olan göy rəngli dəmir darvazasından həyətə daxil olmaları, həyətdə yerləşən fərdi yaşayış evin qapısı döyüldüyü qapını açan qadın özünü X13 təqdim edərək, Təqsirləndirilən şəxs1 qardaşının həyal yoldaşı olduğunu bildirdiyi, Aysel Əhmədovaya və ünvanda olan Təqsirləndirilən şəxs1 anası X7 qeyd edilən ünvanda baxış keçirilməsi üçün Sumqayıt şəhər Məhkəməsinin qərarı elan edildiyi və həmin ünvana daxil olduqları, birinci otaqda 2 nəfər şəxslərin əyləşdiyi görüldüyü, həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1 xalası oğlu Təqsirləndirilən şəxs3 kimi, digəri isə tanışı Təqsirləndirilən şəxs2 kimi təqdim eldiyi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə aparılan sorğu sual zamanı, ev sahibi Təqsirləndirilən şəxs1 hazırda Ağakərim adlı şəxsin evində olduğunu, özlərinin isə Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitələrin satışını həyata keçirdiklərini bildirmələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məxsus fərdi yaşayış evində Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında axtarış aparılacağı elan edildiyi, bu zaman onlar həmin ünvanda Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitələrin yerini göstərə biləcəklərini söylərək, narkotik vasitələrin evin digər otağındakı dolabda olduğunu bildirmələri və iştirakçılarla birlikdə digər otağa daxil olduqları, həmin otağa girişdən sağ tərəfdə stolun üzərində şprislər olması müəyyən olunduğu, sorğu zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik maddələr qəbul etdiklərini və narkotik maddələrin Qurbana məxsus olduğunu bildirmələri, daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduqları ünvanda narkotik maddələr vardırsa təqdim etmələri təklif olunduğu, Təqsirləndirilən şəxs2 "orda şkafda var" deyərək sol əli ilə otağın girişində sol tərəfdə yerləşən pəncərənin aşağı hissəsində olan kiçik ölçülü dolabı göstərdiyi, həmin dolabın qapısı təhqiqatçı tərəfindən açıldığı, dolabın 1-ci mərtəbəsində gümüşü rəngli elektron tərəzi, 1 ədəd metal siqaret qutusu aşkar olunduğu, həmin metal qutusu açılan zaman içərisində ağ rəngli kağız bükümlərin olduğu müəyyən edildiyi, sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin metal qutunun içərisində narkotik və psixotrop maddələr olduğunu, istəyən olsa satdıqlarını və pəncərədən verdiyini deyərək otağa girişdən sağ tərəfdə tavana bitişik kiçik ölçülü üzərində tor və çöl tərəfində metal barmaqlıq bərkidilmiş pəncərəni göstərdiyi, Təqsirləndirilən şəxs2 pəncərədə tor var deyildikdə, Təqsirləndirilən şəxs2 torun aşağı hissəsi kəsikdir, oradan əlini salıb satdığını bildirdiyi, Təqsirləndirilən şəxs2 narkotik maddələri nəyin müqabilində və neçəyə satdığı satdığı soruşulduqda, narkotik maddələrə olan təlabatını ödəmək üçün 3,4,5 manata satdığını bildirdiyi, bundan sonra dolabın 1-ci mərtəbəsində içərisində pullar olan şəffaf selofan torba aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 narkotik maddələrin satışından əldə olunan pullar olduğunu və Qurbana verdiyini bildirdiyini, həmin pullar sayıldıqda 9 ədəd 10 manatlıq, 3 ədəd 20 manatlıq, 12 ədəd 5 manatlıq, 69 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 329 manat pulun olduğu müəyyən edildiyi və təhqiqatçı tərəfindən götürüldüyü, bundan sonra metal qutuda aşkar olunmuş bükümlər sayıldıqda ümumilikdə 22 ədəd bükümlərin olduğu müəyyən edildiyi, həmin bükümlər hər biri açılan zaman 14 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər, 8 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən olunduğu, həmçinin Təqsirləndirilən şəxs2 də verilən suallara cavab olaraq həmin bükümlərdə heroin və metamfetamin olduğunu, həmin maddələri ayrı-ayrılıqda kim gəldi və hansı qiymətə satdığını bildirdiyi, bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda aşkar olunmuş bükümlər elektron tərəziyə qoyulub çəkildiyi, 14 ədəd ağ rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər maddələrin ümumi çəkisinin 18,30 qram, 8 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddələrin ümumi çəkisinin 1,86 qram olduğu müəyyən edildiyi və aşkar olunmuş həmin maddələr, 1 ədəd gümüşü rəngli elektron tərəzi zərflərə qablaşdırılaraq möhürləndiyi, zərflərin üzərində qeydlər aparılaraq imzalandığı, bundan sonra otaqda sağ tərəfdə olan stolun üzərində aşkar olunmuş 4 ədəd istifadə olunmuş içərisi boş halda tibbi şprislər də xüsusi qaydada qablaşdırılaraq möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı, həmçinin stolun üzərindən aşkar olunmuş 1 ədəd "Leobank" kartının Təqsirləndirilən şəxs3 həyat yoldaşına məxsus və boş olduğunu bildirdiyi, sorğu zamanı axtarışda iştirak edən şəxslər yəni Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələrin ev sahibi Təqsirləndirilən şəxs1 məxsus olduğunu, həmin şəxsə məxsus narkotik vasitələrin satışı həyata keçirdiklərini, aşkar edilmiş pulların hamısının narkotik vasitə satışından toplandığını, həmçinin onlar həmin maddələrin satışını həyata keçirərkən Təqsirləndirilən şəxs1 tərəfindən onlara narkotik vasitəyə olan tələbatlarını ödəmək üçün müəyyən qismini verildiyini də bildirmələri, bundan sonra həmin ünvanda axtarış davam etdirildiyi, axtarış zamanı başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilmədiyi və götürülmədiyi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdə Təqsirləndirilən şəxs2 üzərində Sumqayıt ŞPİ-də xidməti otaqda dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X21, NMB və CAŞ-ın əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduğu və polis idarəsinə gətirilməsinin səbəbi bildirildiyi, bundan sonra üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd qızılı rəngli siqaret kağızı bükümü təqdim edərək həmin biikünıün içərisində heroin oldğunu bildirdiyi, həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş həmin narkotik vasitəni öz gündəlik tələbatını ödəmək üçün Qurbana məxsus narkotik maddələrin satışını həyata keçirməsi qarşılığında ondan aldığını və üzərində gəzdirdiyini, Qurbanın dediyi şəxslərə narkotik maddələr verdiyini, həmin 1 ədəd bükümün 25 manat qiymətində olduğunu, gün ərzində 2 dəfə həmin maddədən qəbul etdiyini bildirdiyi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 1,26 qram olduğu miiəyyən edildiyi və aşkar olunmuş həmin maddə ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdınlaraq möhürləndiyi, zərfin üzərində qeydlər aparılanıq imzalandığı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş alışqan və 30 qəpik pullar kəsici xüsusiyyətinə malik olduğuna görə təhqiqatçı tərəfidən götürüldüyü müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdə Təqsirləndirilən şəxs3 üzərində Sumqayıt ŞPİ-də xidməti otaqda TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X22, NMB və CAŞ-ın əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl, Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah olunduğu və polis idarəsinə gətirilməsinin səbəbi bildirildiyi, bundan sonra üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim edərək həmin bükümün içərisində heroin oldğunu bildirdiyi, həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş həmin narkotik vasitəni xalası oğlu Qurbandan 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyi, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,87 qram olduğu müəyyən edildiyi və aşkar olunmuş həmin maddə ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdınlaraq möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş 1 ədəd konfet özünə qaytarıldığı müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdə Təqsirləndirilən şəxs1 üzərində Sumqayıt ŞPİ-də xidməti otaqda TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 və CAŞ-ın əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduğu və polis idarəsinə gətirilməsinin səbəbi bildirildiyi, bundan sonra üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 2 ədəd qızılı rəngli siqaret kağızı bükümlərini təqdim etdiyi, həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu aşkar edildiyi, sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan kakos, yəni heroin olduğunu, həmin maddələri bir həftədir ki, İran vətəndaşının hesabına 160 manat pul ödədikdən sonra Bakı şəhəri Ramana qəsəbəsi ərazisindən İran vətəndaşının göndərdiyi məkan yeri əsasında götürdüyünü, narkotik vasitələri həm istifadə etdiyini, həm də arabir satdığını, üzərində narkotik maddə saxlamasından Ağakərimin məlumatı olmadığını və bu barədə Ağakərimə bildirmədiyini bildirdiyi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 4,82 qram və 3,50 qram olduğu, həmin bükümlər birlikdə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 8,30 olduğu, aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qablaşdırılaraq möhürləndiyi müəyyən olunmuşdur. xx.xx.2023-cii il tarixli "Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdə Təqsirləndirilən şəxs1 üzərində Sumqayıt ŞPİ-nin 1ci PB-də xidməti otaqda təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X12 və bölmənin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduğu və polis idarəsinə gətirilməsinin səbəbi bildirildiyi, bundan sonra üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən çıxartdığı 1 ədəd selofan bükümü təqdim edərək həmin bükümün içərisində kakos, yəni narkotik vasitə heroin olduğunu bildirdiyi, həmin bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş heroini özünə istifadə etməsi üçün həmin gün səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirdiyi, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkildiyi və olduğu selofanla birlikdə çəkisi 0,45 qram olduğu, həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırıldığı və möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur. "xxxx" MMC-dən əldə olunmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatları əks etdirən CD diskə baxış keçirərkən xx/xx/2023 - xx/xx/2023-cü il aralıqda aşağıdakı məzmunda sms-lər aşkar olunmuşdur: 2-05-2023 23:38:55 1.1.**********16 1.1.**********84 Ya vatcapda yaz yada sms yaz danışa bil mirəm.qur ba nada de girsin va Ya vatcapda yaz yada sms yaz danışa bilmirəm.qurbanada de girsin vatcapda yazmışam ona oxumur de oxusun cavab yazsin...məzmunla başlayır 3-05-2023 20:26:25 1.1.**********16 1.1.**********43 Qurik telfonu ac vacib sozum var xx-xx- 2023 20:35:03 xx-xx-2023 20:35:03 1.1.**********16 1.1.**********43 Nooldune bir cavab ver 3-05-2023 22:00:36 1.1.**********16 1.1.**********43 Qurban azada deki Bu hele birinci gun idikİ meni bele nigaaran qoyduz belewey clcmcsin kisiliy elesin sendc hemcin riqi ver 3-05-2023 23:38:32 1.1.**********16 1.1.**********50 Sen konkretna hormetsizlik edirsen.bir birmizi tanimmisiq gornur.sagliq olsun kuba gorsecem senle sen ol..sen menim nomremi neca gun acmamaqnin aydinligin vereceksen innsallah 3-05-2023 09:19:19 xx-xx-2023 09:45:27 1.1.**********16 1.1.**********84 Azad men burdAyam mchledc hardasan 3-05-2023 09:21:52 xx-xx-2023 09:45:37 1.1.**********16 1.1.**********84 Men dayimovlu nasir gildeyeıu hcyctderindc xx-xx-2023 '19:42:22 xx-xx-2023 19:42:22 1.1.**********16 1.1.**********43 Gel uzu berzana tref.gezegeze.ordan orda konum altacan xx-xx-2023 19:50:41 xx-xx-2023 19:50:41 1.1.**********16 1.1.**********84 Adam kisi olar noolara bele elemede xx-xx-2023 20:43:13 xx-xx-2023 20:43:13 1.1.**********16 1.1.**********84 Nolar ala scda yiyeceyem seni xx-xx-2023 21:54:20 1.1.**********16 1.1.**********84 Azad varyoxna nehlet tema goturmeye pıılııın yoxdu gel seııe artig soz diyenin kİmcsedc imkan verenin varyoxuna xx-xx-2023 21:59:54 xx-xx-2023 21:59:54 1.1.**********16 1.1.**********84 Men oleremde lomkada qalsam bilirsendee ki nece pisgunde oluram xx-xx-2023 23:47:05 1.1.**********16 1.1.**********79 Əli qardasmsa noldu pox poza deyib burda ayqaqas xx-xx-2023 23:47:07 xx-xx-2023 23:47:17 1.1.**********16 1.1.**********79 Qardaşımsan ac lelide xx-xx-2023 23:59:33 1.1.**********16 1.1.**********79 Qaqaş noruzdi teli acda qaqaş xx-xx-2023 00:11:57 xx-xx-2023 00:12:38 1.1.**********16 1.1.**********87 Qaqaş mən oldum nolar acda leli xx-xx-2023 00:12:38 1.1.**********16 1.1.**********87 Ürəyim patdadi ay qaqaş xx-xx-2023 00:17:32 xx-xx-2023 00:17:33 1.1.**********16 1.1.**********87 Qaqaş canı yiyim acda 2023 00:18:28 1.1.**********16 1.1.**********87 Ay qaqaş acda telefonu xx-xx-2023 00:30:29 1.1.**********16 1.1.**********87 Qaqaş tacir di qardaşımsan qoya qoy düşüb burda qaqaş birdənə açda xx-xx-2023 00:31:46 1.1.**********16 1.1.**********87 Düşmüşəm poxa ay qaqaş acda teli xx-xx-2023 09:19:29 0.1.********** 1.1.**********16 Azad men burdAyam me xx-xx-2023 09:22:03 0.1.********** 1.1.**********16 Men dayimoğlu nasir xx-xx-2023 19:50:45 1.1.**********84 1.1.**********16 Adam kisi olar noolar xx-xx-2023 21:54;25 1.1.**********84 1.1.**********16 Azad varyoxna nehlet xx-xx-2023 21:59:58 1.1.**********84 1.1.**********16 Men oleremde lomkada xx-xx-2023 20:14:11 1.1.**********68 1.1.**********16 Qaqa noruza de menen elaqe saxlasında srocnu Emindi xx-xx-2023 12:15:54 1.1.**********65 1.1.**********16 Sen gij...n qurbab?sen mene cvb vermirsen? xx-xx-2023 02:07:58 1.1.**********65 1.1.**********16 Gij...q esidmirsen sen xx-xx-2023 02:08:40 1.1.**********65 1.1.**********16 Sen meni aldatdunda ha xx-xx-2023 12:07:05 1.1.**********65 1.1.**********16 Sen demek meni firatmda hə..yigiram açmırsan teli? a seni s...m Həmin sms-lərə baxdıqda nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı müxtəlif şəxslərlə əlaqə saxlamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzası 11 ay 28 gün azaldılaraq xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və həmin məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və 800 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 800 manat cərimə cəzası məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs3 sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.A-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 01 il 11 ay 28 günə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cii il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-1 -ci maddəsi ilə təqsirli bilinərək 03 il 11 ay 27 gün azadlıqdan məhrum edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və həmin məcəllənin 69.3-cü maddəsinı əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 gün çıxılmaqla üzərində qəti cəza olaraq 3 il 11 ay 27 gün saxlanılmışdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Faqi oğlu ailəlidir və himayəsində iki yetkinlik yaşına çatmamış övladı vardır. Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 457 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın qarşısında quraşdırılmış həmin küçənin görüntüsünü əks etdirən qonşusu X19 məxsus çöl müşahidə kamerasında qeyd olunmuş video və fotogörüntüləri olan 1 ədəd DVD diskdə olan görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın qarşısında xx.xx.2023-cü il saat 20:17, 20:13, xx.xx.2023-cü il saat 15:36, xx.xx.2023-cü il saat 13:46, xx.xx.2023-ci il saat 22:48, xx.xx.2023-cü il saat 12:36, 05:04.2023-cü il saat 20:05, saat 22:21, xx.xx.2023-cü il saat 13:05. xx.xx.2023-cü il tarixdə saat 15:17 radələrində ayrı-ayrı şəxslərin toplaşması, Təqsirləndirilən şəxs1 evinin küçəyə baxan üzərində dəmir barmaqlıq olan kiçik ölçülü pəncərədən əllərini uzadıb pul verərək alış-veriş etmələri videoçəkilişləri, həmçinin fotoşəkilləri müəyyən olunmuşdur. Həmin video və fotogörüntülərə baxdıqda nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrin satışını olduqları ünvan 29 ünvanda kiçik ölçülü pəncərədən həyata keçirmişlər. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərar əsasən müəyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haaqında iltizam qətimkan tədbiri seçilməklə X28 azad edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə , Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 457 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 bükümdə təmiz çəkisi 0,261 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin narkotik maddə heroin materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində xx.xx.1987-ci il təvəllüdlü ünvan 20 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(060)- 376/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı evin iç-içə olan 2-ci otağında kiçik dolabdan külli miqdarda, 13 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,006qr, 0,858qr, 0,987qr, 0,992qr, 1,192qr, 0,873qr, 1,296qr, 2,394qr, 1,191qr, 1,548qr, 1,192qr, 0,377qr, 0,757qr, ümumi təmiz çəkisi 14,663 qram narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,156qr, 0.125qr, 0,151qr, 0,092qr, 0,274qr, 0,218qr, 0,019qr, 0,105 qr, 0,07 qr, ümumi təmiz çəkisi 1,21 qram qram psixotrop maddə metamfetamin, üzərində heroinin izləri olan 1 ədəd gümüşü rəngli elektron tərəzi və həmin otaqda masanın üzərindən 01 ədəd 0,5 ml həcmli şprisdə maye məhlulun quru maddəsinin təmiz çəkisi 0,025 qram heroin aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evdə xx.xx.1974-cü ildə ünvan 23 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 52-ci məhəllə, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1991-ci ildə ünvan 25 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs3 saxlanılaraq polis idarəsinə gətirilmişlər və müdafiəçi ilə təmin edilməklə onların üzərlərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış Təqsirləndirilən şəxs2 zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, 1 bükümdə, təmiz çəkisi 1,577 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, 1 bükümdə, təmiz çəkisi 1,195 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Corat qəsəbə sakini Abdullayev Ağakərim Həsənağa oğlunun evində olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında həmin gün saat 09:20 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 9 ünvanda yerləşən Ağakərim Abdullayevin evində saxlanılaraq və Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmişlər və müdafiəçi ilə təmin edilməklə üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən külli miqdarda, 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,117 qr və 4,320 qr, ümumi təmiz çəkisi 7,437 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan sonra aşkar edilmiş həmin narkotik maddə heroinə, psixotrop maddə metanfetaminə bənzər kütlələr və maddi sübutlar məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə müdafiəçilərinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı, həmçinin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 evinə baxış zamanı narkotik maddə heroinə, psixotrop maddə metanfetaminə bənzər kütlələrin və maddi sübutların aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməməklə əlaqədar ifadələrinə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxslər fiziki təsirə məruz qaldıqlarını bildirsələr də cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bədənləri üzərində heç bir xəsarət və xəsarət izi müəyyən olunmamışdır. Bundan başqa təqsirləndirilən şəxslər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını bildirsələr də onlarda aşkar edilmiş nakotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və həmin narkotik vasitəni realizə etmək üçün tərəzinin olması, narkotik vasitələrin dövriyyəsinə dair smslərin olması və iş materiallarına əlavə edilmiş video görüntülər və fotocədvələ uyğun olaraq onların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduqlarına dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı özlərini onlara elan edilmiş ittihamlar üzrə təqsirli bilməmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilmələrinə dair ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlləri törətmələri onların özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs3 əməli həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs3oğlu həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallara qiymət verərkən qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli qərarında göstərdiyi hüquqi mövqeyə görə, “vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir”. Məhkəmə araşdırılan iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində çıxarılan hökmlərə əsasən qeyd edir ki, o 2020-ci ildə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarsa da onun üzərində ödənilməmiş cərimə cazı qalmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cərimə cazasından xx.xx.2021-ci il tarixdə azad edilmişdir. Belə olduğu təqdirdə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkumluğunun axımı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyinə əsasən xx.xx.2021-ci ildən başlamış və Təqsirləndirilən şəxs2 hazırda araşdırılan cinayət əməlini törədərkən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020 –ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qırarında göstərmişdir ki, “məhkəmənin irəli sürülmüş ittiham daxilində cinayətin tövsifini dəyişmədən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Cinayət Məcəlləsinin müddəalarını rəhbər tutmaqla törədilmiş əmələ uyğun cəza təyin etməsi və cəzaçəkmə müəssisəsinin növünü seçməsi ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz”. Konstitusiya məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında göstərdiyi hüquqi mövqeyi nəzərə alaraq məhəkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində residivin olması ittiham aktında qeyd olunmasa da məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 əməlində residiv müəyyən edilmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən ( müəyyən olunmamışdır) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhəkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi sayılır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə məhkum olunsada məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi, onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 27 may 2023-cü il tarixli 4(060)-220/2023-cü il saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli 26 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokolundan və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan tarixlər ərzində 2 gün tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 qəsdən az ağır cinayət törətməyə görə məhkum olunsada məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi, onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 27 may 2023-cü il tarixli 4(060)-221/2023-cü il saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli 26 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cii il tarixli hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-1 -ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və həmin məcəllənin 69.3-cü maddəsinı əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 gün çıxılmaqla üzərində qəti cəza olaraq 3 il 11 ay 27 gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, təsirləndirilən Təqsirləndirilən şəxs3 cəza təyin olunarkən CM-nın 66.5ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla qəti cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçildiyindən, ona Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən təyin olunmuş cəza icra olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 27 may 2023-cü il tarixli 4(060)-222/2023-cü il saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli 26 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar, yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Materialların məhkəmə ekpertizasına sərf olunmuş 293 (iki yüz doxsan üç) manat məhkəmə məsrəfi isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 141 (yüz qırx bir) manat, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən ayrı-ayrılıqda 76 (yetmiş altı) manat miqdarında alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X16, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 7,337 qram heroin, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 14,403 qram heroin və 1,03 qram metamfetamin, 01 ədəd 0,5 ml həcmli şprisdə maye məhlulun quru maddəsinin təmiz çəkisi 0,025 qram heroin, 01 ədəd elektron tərəzi, üzərində narkotik vasitə heroinin izləri olan 03 ədəd şpris, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,527 qram heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,145qram heroin, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,211 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 olu və Təqsirləndirilən şəxs1 üzərində ayrıayrılıqda keçirilən şəxsi axtarışın video təsvirlərini əks etdirən 3 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda keçirilən baxışın video təsvirlərini əks etdirən 1 ədəd DVD disk və ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarışın video təsvirlərini əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair CD disk, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın qarşısında quraşdırılmış həmin küçənin görüntüsünü əks etdirən müşahidə kamerasında qeyd olunmuş video və fotogörüntüləri olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) yekun məhkəmə qərarı ilə məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Hazırki iş üzrə maddi sübut kimi tanınma qərarına və cinayət işinin materiallarına əsasən məhəkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 evinə baxış keçirilən zaman narkotik vasitələrin satışı nəticəsində əldə edilmiş 329 manat pul vəsaiti müəyyən edilmişdir. Odur ki, Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 evinə baxış zamanı aşkar edilmiş 329 manat cinayət yolu ilə əldə edilmiş pul vəsaiti, dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində 8 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 4 (dörd) il azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində 8 (səkkiz) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Materialların məhkəmə ekpertizasına sərf olunmuş 293 (iki yüz doxsan üç) manat məhkəmə məsrəfi isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 141 (yüz qırx bir) manat, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən ayrı-ayrılıqda 76 (yetmiş altı) manat miqdarında alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X16, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 evinə baxış zamanı aşkar edilmiş 329 manat cinayət yolu ilə əldə edilmiş pul vəsaiti dövlət nəfinə müsadirə edilsin. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 7,337 qram heroin, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 14,403 qram heroin və 1,03 qram metamfetamin, 01 ədəd 0,5 ml həcmli şprisdə maye məhlulun quru maddəsinin təmiz çəkisi 0,025 qram heroin, 01 ədəd elektron tərəzi, üzərində narkotik vasitə heroinin izləri olan 03 ədəd şpris, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,527 qram heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,145qram heroin, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,211qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 olu və Təqsirləndirilən şəxs1 üzərində ayrıayrılıqda keçirilən şəxsi axtarışın video təsvirlərini əks etdirən 3 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda keçirilən baxışın video təsvirlərini əks etdirən 1 ədəd DVD disk və ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarışın video təsvirlərini əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair CD disk, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın qarşısında quraşdırılmış həmin küçənin görüntüsünü əks etdirən müşahidə kamerasında qeyd olunmuş video və fotogörüntüləri olan 1 ədəd DVD disk cinayət işinin materiaalrında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-455/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-455/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver