Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-457/2025 31.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şabran şəhəri, Surra məhəlləsində qeydiyyatda olmaqla, faktiki olaraq Şabran şəhəri, Q.Qasımov küçəsin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ağ sellafon torbada təmiz çəkisi 12,398 qram olan psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıyıb qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə yaşadığı Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən evə aparmış, 08 iyun 2025-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin saxlamaqla satışı ilə məşğul olması ilə əlaqədar Şabran RPŞ-nə etdiyi şikayət ərizəsi əsasında, həmin tarixdə saat 10 radələrində onların yaşadıqları evə Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli, qısa idman şalvarın cibindən aşkar edilmiş bir ədəd “Winchester” markalı siqaret qutusundan 15 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,457 qr; 0,470 qr; 0,448 qr; 0,458 qr; 0,461 qr; 0,460qr; 0,446 qr; 0,473qr; 0,487 qr; 0, 448 qr; 7,547 qr; 0,051 qr; 0,060 qr; 0,069 qr; 0,053 qr. və evdə yerləşən şkafdakı qutunun içərisindən bir ədəd bükümdə 0,010 qram olmaqla ümumilikdə 12,398 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, 01 ədəd üzərində metamfetamin izləri müəyyən edilən elektron tərəzi və 01 ədəd üzərində metamfetamin izləri müəyyən edilən falqa kağızı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, qeyrirəsmi nikah münasibətdə olduğu Şahid1 ilə birlikdə kirayədə yaşamış, hadisədən bir gün əvvəl axşam Yetərlə aralarında mübahisə yaranmış, gecə yatdıqdan sonra isə Yetər onu polisə şikayət etmişdir. O, heç nədən xəbəri olmadığını, evdə yataq otağında çarpayıda yatdığı yerdə polis əməkdaşlarının içəri daxil olaraq ona məxsus narkotik vasitənin yanına özlərinin narkotik vasitə əlavə etdiklərini, evdən aşkar olunan elektron tərəzinin də ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən yerləşdirildiyini bildirmişdir. Polis əməkdaşlarının hədə-qorxu gəlmələri nəticəsində məcbur məcbur qalaraq hər şeyi öz üzərinə götürmüşdür. Siqaret qutusunun içərisində 02 ədəd falqa büküm ona məxsus olmuş, miqdarı çox az olmuş, ittiham aktında göstərilən digər növ və çəkidə olan narkotik vasitələr ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Şahid1 ilə 4 aydır ki, birlikdə yaşadıqlarını, münasibətlərinin yaxşı olduğunu, tutulmamışdan 1 gün əvvəl Yetərin ondan gizli telefon işlətdiyinə görə aralarında mübahisə yaşandığını bildirmişdir. O, təzəlikcə psixotrop maddə metamfetamin istifadə etməyə başlamış və tutulmamışdan iki gün əvvəl narkotik vasitə qəbul etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini və polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq aşkar olunan elektron tərəzinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən şkafın içərisinə qoyulduğunu, aşkar olunan narkotik vasitələrin eyni tərkibli olduğunu, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini və məcburi müalicə ilə əlaqədar olaraq ərazi üzrə heç bir yerdə qeydiyyatda olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq ona məxsus “Winchester” markalı siqaret qutusunun içərisində olan 2 falqaya bükülmüş psixotrop maddəni cibinə qoyaraq yatdığını, polis əməkdaşlarının ona hədə-qorxu gəldiklərini və elektron tərəzinin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şabran rayonu, Surra kəndində qeydiyyatda olsa da, təxminən 4 aydır ki, Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. O, ara sıra sosial şəbəklələrdən istifadə edir. Bir müddət bundan öncə “İnstagram” sosial şəbəkəsində “Baba” adlı şəxslə tanış olmuşdur. Onunla aralarında olan söhbət zamanı Baba onda narkotik vasitə olmasını deyərək müəyyən bir ünvana qoyacağı narkotik vasitələri götürüb çatdırmağını ondan xahiş etmiş, qarşılığında isə ona pul verəcəyini söz vermişdir. O, pulun məbləğini soruşduqda, “Baba” adlı şəxs ona narkotik olan bağlamanı atdıqdan sonra məbləği deyəcəyini bildirmişdir. 2025-ci ilin iyun ayının əvvəllərində o, “Whatsap” sosial şəbəkəsində “Baba” adlı şəxsin ona göndərdiyi ünvana gedərək, Bakı şəhərində tanımadığı, hazırda adını xatırlamadığı yerdən işıq dirəyinin dibindən ağ sellofan torbanı götürmüşdür. Torbanın içərisinə baxdıqda digər bir sellofan bağlamada psixotrop maddə olan “şüşə” kimi adlanan metamfetamin və 1 ədəd kiçik elektron tərəzi olmuşdur. O, həmin bağlamanı götürüb gizlin olaraq Şabran şəhərinə gətirmişdir. Həmin bağlamanı müvəqqəti yaşadığı Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən evdə açaraq 1 bükümündən 06 iyun 2025-ci il tarixdə çəkmək yolu ilə istifadə etmişdir. Qalan bükümləri isə “Winchester” markalı siqaret qutusunun içərisinə yığmış və yataq otağındakı şkafa qoymuşdur. Daha sonra birlikdə yaşadığı Şahid1 görməməsi üçün “Winchester” markalı siqaret qutusunu şalvarının cibinə qoymuşdur. Lakin elektron tərəzi şkafda qalmışdır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində evdə yatan zaman polis əməkdaşları gələrək onu yaşadığı evdə saxlamışlar. Evə polis tərəfindən baxış keçirilərkən üzərində olan “Winchester” markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunda olanlar aşkarlandıqdan sonra şkafda olan elektron tərəzi də aşkar edilmişdir. Həmçinin şkafda olan qutunun içərisindən 1 ədəd büküm aşkarlanmış, lakin həmin bükümü o, həmin yerə qoymamışdır. Polis əməkdaşlarının yanında onun qeyri-rəsmi nikahda olduğu Şahid1 bildirmişdir ki, aşkar olunmuş həmin bükümü bir neçə gün öncə evdə, masanın üzərində qalan psixotrop maddənin qırıntıları olduğunu, Elgün psixotrop maddələrdən istifadə etdikdən sonra həmin qırıntılar özü tərəfindən kağıza bükülərək sonradan polis əməkdaşlarına təqdim etmək üçün saxlamışdır. O, həmin bükümdən xəbərsiz olmuş, elektron tərəzi və üzərində olan bükümlər isə ona məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şabran RPŞ-nin CABın rəisi, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 08 iyun 2025-ci il tarixdə Şabran rayonu Qulam Qasımov küçəsində yaşayan Şahid1 Şabran RPŞ-nə ərizə ilə müraciət edərək qeyri-rəsmi nikahda olaraq birlikdə yaşadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, daşınması, saxlanılması və satışı ilə məşğul olması barədə məlumat vermiş, daxil olunmuş məlumat əsasında təqsirləndirilən şəxsin yaşadığı ünvana getmiş və evin darvazasından video çəkilişi başladaraq evə daxil olmuşdurlar. Bu zaman Təqsirləndirilən şəxs yataq otağında çarpayıda yatmış, onların səsini eşidən kimi oyanmış, daha sonra isə özlərini təqdim edərək barəsindəki məlumatı ona bildirmişdirlər. Elgün özü əynində olan idman şalvarının cibindən “Winchester” markalı siqaret qutusunu çıxardaraq təqdim etmiş və onun içərisindən 11 büküm psixotrop maddə metamfetamin və onun tozlarından ibarət 4 büküm, şkafın içərisindən elektron tərəzi və 1 büküm psixotrop maddə aşkar olunmuşdur. Əvvəlcə, təqsirləndirilən şəxs ondan xəbəri olmadığını bildirmişdir. Sorğu zamanı Şahid1 şkafdan aşkarlanan bükümlə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni masanın üzərinə boşaltdıqdan sonra qalan tozları yığmış və kağıza bükərək saxlamışdır. Bundan sonra təqsirləndirilən şəxs özü hər şeyi etiraf etmiş və aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə günün birinci yarısı getdiklərini, video çəkiliş zamanı Şahid1 da evdə olduğunu, təqsirləndirilən şəxsin sonradan şkafın içərisindən aşkar olunan psixotrop maddənin də özünə məxsus olduğunu etiraf etdiyini və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin verdiyi ifadənin özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şabran RPŞ-nin CABın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 08 iyun 2025-ci il tarixdə Şabran rayonu, Qulam Qasımov küçəsində yaşayan Şahid1 Şabran RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, daşınması, saxlanılması və satışı ilə məşğul olması barədə məlumat vermiş, daxil olunmuş məlumat əsasında təqsirləndirilən şəxsin yaşadığı ünvana getmiş və video çəkiliş vasitəsilə evə daxil olmuşdurlar. Bu zaman Təqsirləndirilən şəxs yataq otağında çarpayıda yatmış, onların səsini eşidən kimi oyanmış, daha sonra isə özlərini təqdim edərək barəsindəki məlumatı ona bildirmişdirlər. Elgün özü əynində olan idman şalvarının cibindən “Winchester” markalı siqaret qutusunu çıxardaraq təqdim etmiş və onun içərisindən 11 büküm psixotrop maddə aşkar olunmuş, sorğu zamanı təqsirləndirilən şəxs özü hər şeyi etiraf edərək ittiham aktında qeyd olunan çəkidə və növdə olan narkotik vasitənin ona məxsus olduğunu qeyd etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qeyri-rəsmi nikahda olaraq yaşamış, Elgün tez-tez mübahisə yaratmış, gecələr yatmamış və davranışları yaxşı olmamışdır. Təxminən may ayında Elgün şalvarını stulun kənarına qoyduğu vaxt stulu çəkəndə şalvarın cibindən narkotik vasitə yerə düşmüş və bundan sonra Elgünün narkotik vasitələrdən istifadə etdiyini öyrənmiş, Elgündən bunun nə olduğunu soruşduqda duz olduğunu bildirmişdir. Lakin o, Elgünə inanmamış, bir müddətdən sonra isə özü hər şeyi etiraf etmişdir. O, dəfələrlə Elgünə bu işdən uzaqlaşmasını demiş, lakin onun dediklərinə məhəl qoymamış və hər gün mübahisə etmişdirlər. Hadisə günündən əvvəlki gecə Elgün narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş, bütün gecə yuxusu gəlməmiş və səhərə yaxın yatmışdır. Elgün onu evdən çölə çıxmağa qoymamış, buna görə də evdən qaçmağı planlamış və fürsət tapan kimi polisə gedib şikayət etmişdir. O, 4 ay müddətində birlikdə yaşadıqlarını, Elgünün narkotik vasitələri satdığını, necə satdığını özünün gördüyünü, alıcıların evə, həyətin qapısına gəldiklərini bildirmişdir. Onun narkotik vasitələrin konkret kimə satıldığından məlumatı olmamışdır. Elgünün narkotik vasitələri bəzən də çıxıb küçədə satdığını, hadisə günü təqsirləndirilən şəxsin narkotik vasitəni cibinə qoyub yatdığını və ümumiyyətlə narkotik vasitələri və psixotrop maddələri həmişə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu ərizədən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlamaqla daşıması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli ərizə məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Şahid1 Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən kirayə yaşdığı evə baxış keçirilməsinə heç bir etirazı və narazılığı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Şabran şəhəri Q.Qasımov küçəsində yerləşən fərdi yaşaayış evinə videoçəkiliş aparılmaqla keçirilən baxış zamanı Təqsirləndirilən şəxs qısa şalvarının cibindən “Winchester” markalı siqaret qutusunu və psixotrop maddəni istifadə etmək üçün bükdüyü 1 manatlıq əskinası təqdim edir. “Winchester” markalı siqaret qutusunun içərisində 11 ədəd içərisində kristal şəkilli maddə olan sellofan bükümlər, 3 ədəd isə bükülmüş vəziyyətdə falqa aşkar edildi. Falqanın içərisində kristal şəkilli, Təqsirləndirilən şəxs “şüşə” adlandırdığını metamfetamin, 1 ədəd sellofana bükülmüş falqanı açdıqda isə içərisindən 3 ədəd falqanın 2 ədədinin içərisində kristal şəkilli maddələr aşkar edilmiş, digər falqanın içərisində hər hansı maddə aşkar edilməmişdir. Daha sonra otaqda olan dolabdan 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmiş, izləri daşıması ehtimalı olduğu üçün içi boş falqa və digər aşkar edilənlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin psixotrop maddələri haradan əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs Bakı şəhərinə atıldığını və oradan götürdüyünü bildirmişdir. Dolabda içərisində Şahid1 məxsus paltarlar olan qutunun içərisindən 1 ədəd kağız büküm aşkarlanmış, Təqsirləndirilən şəxs həmin kağız bükümdən xəbərsiz olduğunu bildirmişdir. Şahid1 kağız bükümün içərisində olan qırıntıları Təqsirləndirilən şəxs psixotrop maddəni masanın üzərinə boşaltdıqdan sonra yığdığını və kağıza bükərək gizlətdiyini, məqsədinin həmin bükümü polis əməkdaşlarına təqdim etmək olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddəni istifadə etmək üçün masanın üzərinə boşaltdığını bildirmişdir. Aşkar edilmiş kağız büküm qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs boyun və qol nahiyəsində xəsarət izləri olduğu müşahidə edilmiş və sorğu zamanı Şahid1 ilə mübahisə edərkən həmin xəsarətləri aldığını, bununla bağlı hər hansı şikayət və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən zor, fiziki və psixoloji təzyiq və təsir edilib-edilmədiyi soruşulduqda, ona qarşı polis əməkdaşkarının hər hansı təziyiq, təsir və zor tətbiq etmədiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X3 ilə şahid qismində dindirilmiş Şahid1 arasında keçirilərkən üzləşmə zamanı Təqsirləndirilən şəxs etiraf edərək 08 iyun 2025-ci il tarixdə yaşadığı evə və üzərinə keçirilmiş baxış zamanı cibindəki “Winchester” markalı siqaret qutusundan aşkar edilmiş metamfetamin olan bükümlərin və otaqdakı dolabda olan qutudan aşkar edilmiş bir ədəd bükümdəki psixotrop maddənin onun özünə məxsus olmasını, həmin psixotrop maddə bükümləri “Baba” adlı şəxslə sosial şəbəkədə tanış olaraq onun atdığı konumla gedib aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/444 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,010 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş bir ədəd paketdə — 01 ədəd elektron tərəzinin, 01 ədəd falqa kağızının üzərində psixotrop maddə metamfetamin izləri müəyyən edilmiş, elektron tərəzinin və falqa kağızının üzərində psixotrop maddə metamfetamin iz şəklində olduğundan təmiz çəkisi müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün deyildir. 15 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0.457 qr; 0,470 qr; 0,448 qr; 0,458 qr; 0.461 qr; 0;460 qr; 0,446 qr; 0,473 qr; 0,487 qr; 0,448 qr; 7,547 qr; 0.051 qr; 0,060 qr; 0, 069 qr; 0,053 qr; ümumi təmiz çəkisi 12, 388 qram ağ rəngli, kristalşəkili maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd 1 manatlıq əskinasın üzərində hər hansı bir narkotik vasitə, güclü təsir edən maddə və ya psixotrop maddələrin izləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4288 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 iyun 2025-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” və 18 sentyabr 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,198 qram psixotrop maddə metamfetamin, 01 ədəd falqa və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Şabran RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şabran rayon icra hakimiyyəti başçısının Şabran şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Şabran şəhəri, 20 Yanvar küçəsində yerləşən ünvanda yaşadığı ünvanda ailə üzvləri ilə birlikdə yaşamış Təqsirləndirilən şəxs barəsində Şabran şəhər İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsində İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, yalnız təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut əldə edilib məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni “Baba” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 38-ci bəndinə irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan çıxarılmalı, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində saxlanılan zaman üzərində ittihamda qeyd olunan miqdarda psixotrop maddə olmaması, psixotrop maddəni satış məqsədilə əldə etməməsi, polis əməkdaşlarının təzyiqi nəticəsində ittiham olunduğu psixotrop maddələrin özünə məxsus olmasını bildirməklə özünə qarşı ifadə verməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Buna görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Şabran RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Şabran RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi 12,198 qram psixotrop maddə metamfetamin və 01 ədəd falqa məhv edilməli, 01 ədəd diskin maddi sübut kimi tanınanaraq cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 08 iyun 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Şabran RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi 12,198 qram psixotrop maddə metamfetamin və 01 ədəd falqa məhv edilsin, bir ədəd elektron tərəzi müsadirə edilsin, 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-457/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-457/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver