Məhkəmə qərarları › İş №1(124)-458/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-458/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-458/2023 04.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə yalandan özünü məxfi səhifə "Dedektiv.az" səhifəsinin Özəl dedektivi kimi təqdim edərək sonuncunun barəsində rüsvayedici səs, videogörüntülər və fotoşəkillər əldə etdiyini, həmin əldə etdiyi rüsvayedici səs, videogörüntülər və fotoşəkilləri ailə üzvlərinə, qohumlarına göndərəcəyi və sosial şəbəkələrdə yerləşdirəcəyi barədə mətn yazılmış imzasız məktubu Şəki şəhərində yaşayan və işləyən Zərərçəkmiş şəxs göndərməklə, bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən İnstagram sosial şəbəkəsində "Dedektiv.az" səhifəsindən və müxtəlif feyk profillərdən Zərərçəkmiş şəxs qızı Şahid2 və bacısı Şahid1 istifadəsində olan İnstagram səhifəsinə yazaraq Zərərçəkmiş şəxs barəsində rüsvayedici səs, videogörüntülər və fotoşəkilləri ailə üzvlərinə, qohumlarına və sosial şəbəkələrdə yerləşdirəcəyi ilə bağlı mesajlar yazaraq onların vasitəsi ilə sonuncudan hədə-qorxu ilə xeyli miqdar təşkil edən 18000 manat məbləğində pul tələb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs Şəki şəhərində taksi fəaliyyəti göstərərkən müştəri kimi 2015-ci ildən tanımışdır. Bir gün Zərərçəkmiş şəxs maşından düşərkən telefonu onun maşınında qalmış və o Gülbənizin votsapını öz votsap veb səhifəsinə bağlayaraq bu yolla onun açıq-saçıq fşəkillərini və telefon nömrələrini ələ keçirmişdir. Sonra şəkilləri ilə onu hədələyərək ondan 1800-2000 manat pul tələb etmişdir. Bacısı Kəmalə, qızı Aidəyə ona pul vermədikləri təqdirdə şəkilləri əri Nurəddinə göndərəcəyini və sosial şəbəkələrdə paylaşacağını yazmışdır. Kəmalə onda belə şəkillərin olduğuna inanmayaraq şəkilləri ona göndərməyini tələb etmişdir. Əvvəl Kəmalədən 1800 manat pul istədiyini, sonra fikrini dəyişib 2000 manat istədini, pulu dediyi karta göndərməsini bildirmişdir. Sonra Aidə yazıb nə qədər pul istədiyini soruşduqda 1500 manat istədiyini demişdir. Zərərçəkmiş şəxsdən 18000 min manat pul istəməmişdir. O, bütün bunları ehtiyacı oduğu üçün, yəni xəstə övladını müalicə etdirmək üçün etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2011-2013-cü illərdə Füzuli rayonunda hərbi xidmətdə olmuşdur. Postda xidmətdə olarkən komandir onu yatmış vəziyyətdə aşkar etmiş və onun barəsində CM-nin 338-ci maddəsi ilə cinayət işi başlanmışdır. O, N ay intizam xarakterli hərbi hissədə cəza çəkmişdir. N may 2013-cu ildə hərbi xidmətini başa vurub evinə qayıtmışdır. Evə qayıtdıqdan sonra fərdi qaydada işləyib çörək pulu qazanmışdır. 2015-ci ildə özü üçün Mersedes C-180 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşın almışdır. Həmin avtomobil ilə şəhər daxili sərnişin daşımaqla məşğul olub çörək pulu qazanmağa başlamışdır. 2016-ci ilin yay aylarında Şəki şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan zaman Zərərçəkmiş şəxs sərnişin qismində onun idarə etdiyi avtomobilə minmişdir. Həmin vaxt Gülbəniz onun istifadə etdiyi hazırda xatırlamadığı mobil nömrəsini götürüb ona taksi lazım olanda zəng vuracağını demişdir. O, da razılaşıb özünə məxsus mobil nömrəsini Gülbənizə vermişdir. Bir neçə dəfə Gülbəniz ona zəng vurub taksi kimi çağırmış və o, da gedib Gülbənizi istədiyi yerə aparıb yol haqqı pulunu almışdır. Aralarında yaranan münasibət daha da yaxşılaşmışdır. Gülbəniz ona cinsi əlaqdə olmağı təklif etmişdir. O, da Gülbənizin bu təklifi ilə razılaşmışdır. O. Gülbənizin yaşadığı Şəki şəhərində yerləşən evində onunla cinsi əlaqədə olmuşdur. Gülbənizin öz istəyi ilə o, hər həftə Gülbənizin yaşadığı evdə onunla cinsi əlaqədə olurmuş. Həmin vaxtlar Gülbəniz özünün çılpaq şəkillərini çəkərək ona göndərirmiş. Gülbəniz ona göndərdiyi şəkillər tam və yaxud yarı çılpaq halda olurmuş. Təxminən Gülbənizlə aralarında olan münasibət 10 ay davam etmişdir. Gülbənizlə münasibətdə olduğu müddət ərzində Gülbəniz ona saat və ətir alaraq hədiyyə edirmiş. Şəki şəhərində maddi cəhətdən çətinlik olduğu üçün Rusiya Federativ Respublikasının Maxacqala şəhərinə gedib orada işləmək qərarına gəlmişdir. O, 2017-ci ildə özünə məxsus Mersedəs markalı avtomabili satıb Maxacqala şəhərinə getmişdir. İlk günlərdə Gülbənizlə telefon əlaqəsi yaratsa da sonradan ona məlum olan mobil telefon nömrəsini dəyişmiş və o, Gülbənizə zəng edə bilməmişdir. O, Maxacqala şəhərində Sofiya adh qızla tanış olub bir yerdə yaşamağa başlamışdır. Sofiya onun telefonuna baxanda Gülbənizlə olan mesajlarım oxuyub Gülbənizin əri Nurəddinin telefon nömrəsini taparaq Gülbənizlə onun arasında olan mesajları deyərək Gülbənizin ondan əl çəkməsini tələb etmişdir. O, da həmin vaxtdan Gülbənizlə əlaqəni kəsmişdir. O. 2019-cu ildə Azərbaycan Respublikasına yaşadığı Şəki şəhərinə ailə həyatı qurmaq üçün gəlmişdir. Oğuz rayonu, Muxas kəndindən olan Əzizə adh qızla nişanlanıb ailə həyatı qurmuş və hazırda 1 az yaşlı qız ovladı da vardır. Yaşayış evlərinə elektirik xətlərin quraşdırılması üzrə ustadır, işi ilə əlaqədar Bakı şəhərinə gedərək orada kirayə ev tutub ailəsi ilə qalır və fərdi qaydada usta kimi işləyirmiş. Azyaşh uşağı xəstə olduğu üçün xəstəxanaya aparıb müayinə etdirməyə pulu olmamışdır. Özünə məxsus telefona baxanda Gülbənizin çılpaq şəkillərini görmüşdür. Gülbənizə hədə-qorxu gələrək həmin çılpaq şəkillərini yayacağını deyib ondan pul tələb etməyi düşünmüşdür. O, Gülbənizin işlədiyi mağazam tanıyırmış. Gülbənizə məktub yazıb onda olan çılpaq şəkillərinin olmasını deyib pul tələb etməyi qərara almışdır. O, Bakı şəhəri 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən İnternet kulubların birinə gedib Gülbənizə məktub yazaraq Dedektiv.az Dedektiv agentliyinin özəl dedektivi olduğunu, Gülbənizi aldadaraq guya məxfi şəxsin onun barəsində araşdırma aparılmağını istədiyini, Gülbənizə onda səs yazıları, vidogörüntülərin və fotoşəkillərin, çılpaq şəkillərinin olduğunu, həmin şəkilləri telefonunun yaddaşından silmək üçün ona 18 min manat pulu verməsini, əgər 18 min manat pulu verməsə, həmin çılpaq şəkilləri onun əri Nurəddinə, digər ailə üzvlərinə göndərəcəyini, sonra isə sosial şəbəkədə yayıb onu rüsvay edəcəyini bildirmişdir. O, yazdığı məktubda kim olmağını Gülbənizə deməmişdir. Gülbənizə məktubda onun instaqram nömrəsi ilə əlaqə saxlamasını demişdir. Həmin məktubu zərfin içərsinə qoyub zərfin ağzını bağlamışdır. O, Avtovağzala gəlib Şəki-Bakı marşurutlarının növbətçilik qrafikinə nəzarət edən tanımadığı şəxsə yaxınlaşıb həmin məktubu verib həmin məktubu Şəki şəhərində Şəki Storla üzbəüz mağazada işləyən Gülbəniz adlı qadına çatdırmasını demişdir. Həmin məktubun Şəki şəhərinə göndərilməsi üçün məktubu verdiyi şəxsə 5 manat pul da vermişdir. Təxminən 10 gün gözləmişdir. Gülbənizdən heç bir cavab gəlməmişdir. Gülbənizi tapmaq üçün instaqrama girmiş, lakin tapa bilməmişdir. Axtarış zamanı Gülbənizin bacısı Kəmalənin instaqram səhifəsini tapmışdır. O, Kəmaləyə Gülbənizə onunla əlaqə saxlamasını demişdir. Lakin Gülbənizdən bu dəfə də heç bir xəbər çıxmamışdır. Aradan 5 gün keçmiş, xx.xx.2022-ci ildə saat təxminən 18 radələrində o, Abşeron rayonu, Xırdalan şəhərində usta işlədiyi evdə olan zaman Kəmaləyə onda Gülbənizin çılpaq şəkillərinin olduğunu, əgər onunla əlaqə saxlamasa həmin şəkilləri Gülbənizin əri Nurəddin və sosial şəbəkədə paylaşacağını yazmışdır. Kəmalə ona instaqramda Gülbənizin çılpaq şəkilləri səndə ola bilməz sözlərini yazmışdır. Gülbənizin çılpaq şəkillərinin onda olmasını Kəmalənin dəqiq bilməsi üçün həmin şəkilləri Kəmaləyə göndərmiş ki onu inandırsın. Kəmalə ona həmin şəkillərin müqabilində nə qədər pul tələb etməyini bildirmişdir. O, da Kəmaləyə əgər 1800 manat pul göndərsələr, həmin şəkilləri Gülbənizin əri Nurəddinə göndərməyəcəyini, sosial şəbəkələrdə paylaşmayacağını və siləcəyini yazmışdır. Kəmalə ona pullar məndədir, Şəki şəhərinə gəl həmin pulları sənə verim yazmışdır. O, Kəmaləyə heç kimlə görüşməyəcəyini, hazırda ölkə xaricində olduğunu, kart hesabı göndərəcəyini, pulu da həmin karta göndərməsini yazmışdır. O, Kapital bankdan aldığı və öz adına olan kart hesabını Kəmaləyə göndərmişdir. Kartı Kəmaləyə göndərəndən sonra ona kart hesabını göndərdiyini, pulu həmin karta vurmalarını yazmışdır. Kəmalə ona Şəki şəhərinə gəlib pulu üzbəüz verməsini bildirsə də, o, razılaşmamışdır. Kəmalə həmin gündən ona cavab verməmiş və onu bloka atmışdır. Aradan bir neçə gün keçdikdən sonra Aidə onun instaqram səhifəsinə pulun onda olduğunu, kart hesabını göndərməyini, həmin pulu göndərəcəyini yazmışdır. O, Aidəya yazaraq onun kart hesabının Kəmalədə olduğunu, Kəmalədən alıb pulu göndərməsini bildirmişdir. Sonradan Aidə də onu bloka atmışdır. Ona Şəki şəhərində yaşayan Sahib adlı şəxs istifadəsində olan 051 *** **** sim nömrəsinə zəng vuraraq Gülbənizə kart göndərildiyini, həmin kartın onun adına olduğunu demişdir. O, Sahibə heç kimə kart nömrəsi göndərmədiyini bildirmişdir. Sahib ona telefonda düz iş görmürsən, sənin etdiyin hərəkət cinayətdir, belə şeylər etmək lazım deyil sözlərini demişdir. O, Sahibə həmin kartın ona məxsus olduğunu, amma instaqramda Gülbənizə o, yazmadığını, karta pul vurmamaqlarını bildirmişdir. Sonra Sahib ona Gülbənizin onun telefon nömrəsini istədiyini dedikdə, o, da Sahibə mobil nömrəsini Gülbəniz verməsini demişdir. Lakin onunla nə Gülbəniz, nə də ki, Kəmalə əlaqə saxlamamışlar. O, sonradan başa düşmüş ki, cinayət etmiş, qorxub mesajları və Gülbənizin çılpaq şəkillərini telefonunun yaddaşından silmişdir. Əlavə olaraq bildirmişdir ki, ona pul lazım olmuşdur. O, da Gülbənizin əri, böyük uşaqları olduğunu, Gülbənizin onda çılpaq şəkillərinin olmasının biləndə, həmin şəkilləri ərinə göndərcəyindən və sosial şəbəkələrdə yayacağından qorxaraq onun istədiyi pulu göndərəcəyini düşünmüşdür. 0, konkret Gülbənizi çılpaq şəkillərinin olması və həmin şəkilləri yayacağı ilə hədələyib pul tələb etmişdir. Həmin şəkilləri Kəmalə və Aidəyə göndərmişdir. Kəmalə ona istədiyi pulu üzbəüz görüşüb vermək istəsə də, o, Gülbəniz və Kəmalənin onu tanımaması üçün görüşə getməmişdir. Lakin tələb etdiyi pulları hər hansı vasitə ilə ələ keçirmək istəyirmiş. Kart hesabını göndərəndə onların onu tanıya biləcəyini bilməmişdir. Son dörd ildir Bakı şəhərində işləyib orada yaşayır. Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 hədə-qorxu gəldiyi vaxt Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən binada olmuşdur. 0, yeni ailə qurduğuna görə evdə telefon ilə danışa bilmirmiş, bu səbəbdən adları qeyd olunan şəxslərlə işdə olduğu vaxt yazışıb şəxsi məqsədlərinə görə onlara hədə-qorxu gəlib pul tələb etmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir. Əvvəl ifadələrində Kəmalə və Aidədən pul tələb etdiyinin səhvən qeyd edildiyini, Kəmalə və Aidədən şəxsən pul tələb etmədiyini, onlara Gülbənizin onunla əlaqə saxlamasını və pul göndərməsini mesaj yazdığım bildirmişdir. ( cild 2, iş vərəqə 101- 104) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Məmmədi taksi şoferi kimi 2016-cı ildən etibarən tanımışdır. Məmmədlə aralarında sevgi münasibəti olmamışdır. Dost olmuşlar, Məmmədə çox yaxşılıq etmiş, öyüd-nəsihət vermişdir. Məmmədə şəxsi şəkillərini göndərməmiş, onun maşınından düşəndə telefonu maşında qalmışdır. Son 5 ildir ki, onun harada olmasından xəbəri olmamışdır. 2022-ci ilin yay aylarında mağazaya bir oğlan girmiş, maşın pərdəsi üçün parça istəmiş, o isə ancaq qadınlara xidmət olunduğunu bildirmişdir. Həmin şəxs mağazadan çıxmış, 2 dəqiqə sonra qayıtmış, Bakı-Şəki taksisi olduğunu bildirmiş, məktubu verərək Bakıdan göndərildiyini deyib getmişdir. Açıb məktubun içinə baxanda öz açıq-saçıq şəkillərini görmüş, onu şəkilləri, səsləri ilə təhdid etmiş və bu şəkillərə görə ondan 18000 manat pul istəmişdir. Məmməd qızı Aidəyə, bacısı Kəmaləyə də yazıb pul istəmiş, şəkilləri bacısıgilə göndərmiş, yazışmalarda 1800 manat istədiyi qeyd olunmuşdur. Polisə bacısı ilə qızı müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər evdar qadın olmuş, son dörd ildir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən özünə məxsus parça mağazasını işlətməklə qazanc əldə edir. Onun işlədiyi dükanın yan tərəfində bacısı Şahid1 isə gözəllik salonu açıb işlədir. xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində mağazaya tanımadığı bir kişinin daxil olduğunu görmüşdür. Həmin şəxs mağazaya daxil olduqdan sonra avtomobil pərdələri üçün parça olub-olmadığını soruşmuşdur. O, da həmin şəxsə avtomobil pərdələri üçün parça olmadığını, həmin parçanın bazarda satıla biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs mağazadan çıxıb getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra həmin şəxs mağazaya təkrar qayıdaraq Gülbəniz xanım Sizsiniz? deyib sual edəndə o, bəli, Gülbəniz xanımdı, nə lazımdır? demişdir. Həmin şəxs Bakı-Şəki-Bakı taksi sürücüsü olduğunu və əlində olan kanverti ona uzadıb Bakı şəhərindən göndərildiyini deyib dərhal üzünü çevirib mağazadan çıxmışdır. Həmin şəxsin 1,70-1,80 sm boyu, ağbəniz, qara qısa saçları, qara gözləri olan şəxsin əynində açıq mavi cins şalvar, firuzəyi rəngdə qısaqol koftası olmuşdur. O, zərfdə nə olması ilə maraqlandığına görə həmin şəxsin arxası ilə getməmişdir. Dərhal zərfi açıb baxdıqda orada iki ədəd şəkilləri və bir ədəd A4 kağızda müxtəlif yazılar olmasını görmüşdür. О, A4 kağızında olanları oxuduğunda orada Salam Gülbəniz xanım, Sizi narahat edən Dedektiv.az Azərbaycan Dedektiv Agentliyindən özəl dedektiv olduğunu, guyaki onun barəsində kimliyi məlum olmayan şəxsin müraciət edərək araşdırma aparılmasını xahiş etməsi, onlar da onun barəsində araşdırma aparıb müxtəlif səs, videogörüntülər və fotoşəkillər əldə etdiklərini, əldə etdikləri məlumat əsasında müştərinin ilkin olaraq 2000 manat pul verdiyini, lakin əldə etdikləri məlumatları müştəriyə göndərmək istəmədiklərini, eyni zamanda onun ailəsinin dağılmasını istəmədikləri üçün 3 gün müddətində 18000 manat məbləğində pulu verdiyi halda əldə etdikləri məlumatı yaymadan siləcəklərini, əks təqdirdə onlarla razılaşmasa səs, videogörüntü və fotoşəkilləri yayacağı ilə hədə-qorxu gəlindiyini görmüşdür. O, ilkin olaraq həmin zərfi göndərən şəxsin kim olmasını fikirləşsə də ağhna kimsə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə bacısı Şahid1 yanına gedib zərfi ona verib yazılanları oxumasını xahiş etmişdir. Bacısı yazılanları oxuduqdan sonra onu kimin şantaj etməsini soruşsa da ağlına kimsə gəlmədiyini bildirmişdir. Bundan bir neçə gün sonra bacısı Kəmalə ona hədəqorxu gələn şəxsin kim olmasının müəyyən edilməsi üçün polis şöbəsinə gedərək ərizə yazmağını məsləhət görsə də əri Nurəddin Ramazanovun bundan məlumatı olacağını və aralarında mübahisə yaranacağını fikirləşib polis şöbəsinə gedib ərizə yazmaqdan imtina etmişdir. O, zərfi tanımadığı şəxsdən aldıqdan təxminən bir həftə sonra naməlum şəxs İnstaqram sosial şəbəkəsində bacısı Şahid1 ilə qızı Şahid2 profillərini tapıb onlara oradan mesaj yazıb onun barəsində əldə etdiyi rüsvayedici məlumatları və şəkilləri göndərərək əlaqə saxlamadığı halda həmin əldə etdiyi səs, videogörüntüləri və fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gələrək ona 18000 manat pul göndərməli olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə İnstaqram sosial şəbəkəsində bacısı Şahid1 işlə bağlı məlumatları paylaşdığı "Kama_Manikur_shaki" adlı profilinə "Dedektiv.az" profilindən mesaj yazaraq onun ***-***-**-** mobil nömrəsinin vatsapı ilə əlaqə saxlamağını tələb etmişdir. Hər gün gün ərzində bu kimi mesajları bacısı Kəmaləyə və qızı Şahid2 təkrartəkrar yazıb zəng edirmiş. Bacısı və qızı bunun kim olmasını dəfələrlə soruşsalar da ona hədə-qorxu gələn şəxsin kim olmasını bilmədiyini demişdir. Buna baxmayaraq onlar inanmaq istəmirmişlər. Bacısı Kəmalə və qızı Aidəya hədə-qorxu gələn şəxs şəkillərini sosial şəbəkədə paylaşacağını bildirmişdir. Şəxsiyyəti məlum olmayan şəxs artıq xx.xx.2022-ci il tarixdə saat 11 radələrində onun adına başqa profil açıb artıq onun tək olduğu şəkili profilə yerləşdirdib oradan "sabah saat 18:00 kimi onunla əlaqə saxlamasa bütün şəkil və videoları sosial şəbəkədə paylaşmaqla yanaşı, Rusiyada yaşayan qohumları Tehrana, İlhaməyə, bacısı oğlu Tərlana, bacısı qızı Türkana, oğlanları Orxana, Nurlana və əri Nurəddinə göndərəcəyi" ilə hədə-qorxu gəlmişdir. Bu mesajların ardınca həmin şəxs yayacağı şəkillər, sizin bildiyiniz normal şəkillər və videolar deyil, Gülbəniz onunla oyun oynamasın, vatsapda yazsın ona, artıq bu Sizə son xəbərdarlığımdır sözlərini yazmışdır. Bundan bir müddət sonra yenidən şəxsiyyəti məlum olmayan şəxs Dediktiv.az profilindən bacısı Şahid1 yazmağa başlamış və onun ailə üzvləri olan şəkilləri göndərib əlində olan bütün şəkilləri paylaşacağını, həmin şəkillər yayıldıqdan sonra artıq dərdinə heç kimin dərman olmayacağı ilə hədə-qorxu gəlirmiş. Sonda onunla 8 saat ərzində əlaqə saxlamağını tələb etmişdir. Sonra yenə həmin şəxs əvvəl açdığı feyk profillərdən təkrartəkrar zənglər etməyə başlamış, lakin həmin şəxsin zənglərinə cavab verməmişlər. Bacısı Şahid1 həmin şəxsə nəyə görə Gülbənizin özünə yazmırsan dediyində o, Gülbənzin ərinin onun telefonunu izlədiyini, bu səbəbdən Gülbənizə yaza bilmədiyini deyirmiş. Hədə-qorxu gələn şəxs bu sözü yazdıqdan sonra ona hədə-qorxu gələrək pul tələb edən şəxsin Təqsirləndirilən şəxs olmasından şübhə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:35-də şəxsiyyəti məlum olmayan şəxs Şəki bazar səhifəsindən ilkin olaraq salam Kəmalə, o, Gülbənizə denən, bu son xəbərdarlığımdır, onun ədəbsiz şəkillərini hər yerdə paylaşıb onu rüsvay edəcəyəm, tək Şəki Bazarı adlı səhifədə Gülbənizin ədəbsiz şəkillərini paylaşaramsa ən azı 2100 nəfər Şəkili izləyici görəcəkdir, mənimlə əlaqə saxlasın deyə mesaj yazmışdır. Həmin şəxs hədə-qorxu gəldikdən sonra özünə aid **********172639 nömrəli kart hesab nömrəsini göndərib 18000 manat pulu həmin hesaba köçürməyi tələb edirmiş. Bütün bunlardan sonra o, polis şöbəsinə gəlməsə də bacısı Kəmalə qızı Şahid2 ilə birlikdə Şəki polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişlər. Bütün bunlardan sonra ona hədə qorxu gələn şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Belə ki, 2016-cı ildə Təqsirləndirilən şəxs taksi işləyərkən bir neçə dəfə onun avtomobili ilə müxtəlif ünvanlara gedib-gəlmişdir. Taksi sürücüsü kimi Məmmədin mobil nömrəsini götürüb lazımi yerə getdiyində zəng edərək gedəcəyi ünvanı bildirmişdir. Bu minvalla Təqsirləndirilən şəxs ilə aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs ona xoş sözlər deyirmiş və o, da Məmmədin xoş sözlərinə görə günü-gündən ona bağlanırmış. Bir müddət sonra artıq aralarında sevgi münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs ilə 2017-ci ilə kimi mütəmadi olaraq telefon əlaqəsi saxlayıb danışırmışlar. Həmin şəxs əvvəllər taksi işləsə də sonradan Maxacqala şəhərinə gedib orada fəhlə işləmişdir. Həmin şəxs orada işləyən zaman ara-sıra onunla telefon əlaqəsi saxlayırmış. 2017-ci ilin payız aylarında xatırlamadığı tarixdə rus mobil nömrəsinin vatsapından ona mesaj gəldiyini görmüşdür. Mesajda salam, necəsən? yazılmış, o, da salam yazıb kim olmasını soruşmuşdur. Həmin şəxs Məleykə olduğunu bildirdiyində, o, Maxacqala şəhərində yaşayan əmisi gəlini Məleykə olduğunu zənn etmişdir. O, qohumu Məleykə olmasını zənn etdiyinə görə həmin ərəfələrdə olan toy şəkillərindən ona mesaj yazan şəxsə göndərmişdir. Bundan sonra ona mesaj yazan şəxs Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşanda o, nə Məmməd? deyə sual etdiyində o, Təqsirləndirilən şəxsla birlikdə olan şəkilini göndərmişdir. O, sonra bilmiş ki, ona mesaj yazan qohumu Məleykə deyil, Təqsirləndirilən şəxs ilə Maxacqalada oturub-duran qızdır. Qız Təqsirləndirilən şəxs ilə ər-arvad olduqlarını, hamilə vəziyyətdə olan şəkilini atıb övladı olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yazıb həmin qızın kim olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin qızla səhvən tanış olduğunu, onu tora salıb şərlədiyini və uzaqlaşa bilmədiyini bildirmişdir. 2017-ci ildən Təqsirləndirilən şəxs ilə bir dəfəlik əlaqəni kəsmişdir. Buna baxmayaraq ona mesaj yazan qız başqa-başqa mobil nömrələrdən yazıb Təqsirləndirilən şəxs ilə əlaqəsi olmasını əri Nurəddinə deyəcəyi ilə onu hədələmişdir. Həmin özünü ona Məleykə kimi təqdim edən tanımadığı qadın əri Nurəddinin mobil nömrəsini tapıb zəng edərək onun Təqsirləndirilən şəxs ilə əlaqəsi olması barədə məlumat vermişdir. Buna görə bir müddət əri Nurəddin Ramzanov ilə aralarında mübahisələr olmuşdur. Ona hədə-qorxu gələn şəxs, hazırda ailəsinin dağılmasına səbəb olan, hətta həyatını təhlükə altına qoyan şəxs Təqsirləndirilən şəxsdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmişlər. O, bu günə kimi Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs ona zərf göndərdiyi şəxsi ilk dəfədir ki, görmüşdür. Həmin şəxsin şəxsiyyəti və olduğu yeri barədə məlumatı yoxdur. Həmin şəxs zərfi ona verərkən Bakı- Şəki taksi sürücüsü olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs etikadan kənar sözləri və fotoşəkilləri bacısı Kəmalə və qızı Aidəyə göndərmişdir. Təqsirləndirilən şəxs 2018-ci ildə mesaj yazaraq bacısının xəstəliyinə görə borca 2000 manat pul istəsə də o, pulu olmadığını deyib, Məmmədə pul verməmişdir. Həmin şəxs də bir neçə il sonra onun mağazada işlədiyini görüb, maddi vəziyyətinin yaxşı olduğunu düşünüb hədə-qorxu ilə ondan pul almaq istəmişdir. Əlavə dindirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Şəki şəhərində işlədiyi dərzi sexində olarkən mağazaya tanımadığı bir kişi daxil olaraq ona avtomobil pərdələri üçün parça olubolmadığını soruşmuşdur. O, da həmin şəxsə avtomobil pərdələri üçün parça olmadığını, həmin parçanın bazarda satıla biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs mağazadan çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra həmin şəxsin mağazaya təkrar qayıdaraq Gülbəniz xanım Sizsiniz? deyib sual edəndə o, bəli, Gülbəniz xanımdı, nə lazımdır? sözlərini demişdir. Həmin şəxs Bakı-Şəki-Bakı istiqamətində taksi sürücüsü olduğunu və əlində olan zərfi ona uzadıb həmin zərfi Bakı şəhərindən göndərildiyini bildirərək ona vermişdir. O, da həmin zərfi açdıqda zərfdə iki ədəd onun şəkilləri və bir ədəd A4 ölçüdə kağızda müxtəlif yazılar olmasını görmüşdür. O, kağızda olanları oxuduğunda orada Salam Gülbəniz xanım, Sizi narahat edən Dedektiv.az Azərbaycan Dedektiv Agentliyindən özəl dedektiv olduğunu, guya ki, mənim barəmdə kimliyi məlum olmayan şəxs ona müraciət edərək araşdırma aparılmasını xahiş etmiş, onlar da onun barəsində araşdırma aparıb müxtəlif səs, videogörüntülər və fotoşəkillər əldə etdiklərini, əldə etdikləri məlumat əsasında müştərinin ilkin olaraq ona 2000 manat pul verdiyini, lakin əldə etdikləri məlumatları müştəriyə göndərmək istəmədiklərini, eyni zamanda onun ailəsinin dağılmasını istəmədikləri üçün 3 gün müddətində 18000 manat məbləğində pulu verdiyi halda əldə etdikləri məlumatı yaymadan siləcəklərini, əks təqdirdə onlarla razılaşmasa səs, videogörüntü və fotoşəkilləri yayacağı ilə hədə- qorxu gəlindiyini görmüşdür. Sonradan istintaq dövründə həmin zərfi ona bir neçə il müddətdir ki, tanıdığı Təqsirləndirilən şəxs göndərdiyi məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefonuna heç bir şəkil, videogörüntü və səs göndərməmiş, Məmməd ona ümumiyyətlə zəng etməmişdir. Məmməd instaqram sosial şəbəkəsində bacısı Kəmalə və qızı Aidəyə onun barəsində şəkilləri yayacağı ilə hədələməsi və onunla əlaqə yaratmağı, pul verməyi barədə mesajlar yazmışdır. Təqsirləndirilən şəxs onu hədələdiyinə görə nə o, nə də başqa heç kim heç bir məbləğdə pul vermədiyini bildirmişdir. ( cild 1, iş vərəqə 62-67; 198-201) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun anasıdır. 2022-ci ilin avqust ayında «dedektiv.az» adlı istifadəçidən onun instaqram səhifəsinə anası Gülbənizə onunla əlaqə saxlaması haqqında məlumat verməyi barədə mesaj gəlmişdir. Onun məsələdən məlumatı olmadığına görə həmin istifadəçiyə kim olması barədə mesaj yazmışdır, «dedektiv.az» adlı istifadəçi də ona “siz ananıza deyin ki, «dedektiv.az» istifadəçisi onu axtarır, o, özü biləcək” məzmunlu mesaj yazmışdır. Növbəti gün ona “siz ananıza məlumat verdiniz?” məzmunda mesaj gəlmiş və o, həmin şəxsə cavab verməmişdir. Anasına bu barədə məlumat vermiş və «dedektiv.az» adlı instaqram istifadəçisinin onu axtardığını və nə məsələ olduğunu soruşmuşdur. Anası da ona bir neçə gün əvvəl mağazada olan zaman tanımadığı bir oğlan gəldiyini, ona bir zərf verib getdiyini, zərfi açanda içərisində öz şəkilləri və məktub olduğunu, məktubda anası Gülbənizin barəsində bir şəxs araşdırma aparmaq üçün onlara müraciət etdiyini, onlar da araşdırma aparan zaman Gülbənizin açıq-saçıq şəkillərini və videolarını əldə etdiklərini, əgər 18000 manat pul versələr həmin şəkilləri və videoları siləcəkləri, bu barədə heç kimə məlumat verməyəcəklərinin yazıldığını demişdir. Daha sonra o özü həmin şəxsə onu narahat etməsi ilə bağlı polisə məlumat verəcəyini yazmışdır. Həmin istifadəçi də ona “onda qardaşların Orxan və Nurlana deyərik bizimlə əlaqə saxlayarlar” deyə yazmışdır. Sonra «dedektiv.az» adlı istifadəçi ona “ananız Gülbəniz xanım bir nəfərin barəsində araşdırma aparmaq üçün bizə müraciət etmişdi, biz araşdırmanı başa çatdırmışıq, ona görə ananız bizimlə əlaqə saxlasın” deyə yazmışdır. O, da həmin şəxsə onu narahat etməməsi, polisə şikayət edəcəyi barədə mesaj yazmışdır. Bir müddət «dedektiv.az» adlı istifadəçidən ona mesaj gəlməmişdir. Bir neçə gün sonra «dedektiv.az» adlı istifadəçi ona mesaj yazaraq siz hara istəyirsinizsə şikayət edə bilərsiniz, lakin bizim əlimizdə ananızın elə şəkilləri var ki, biz onlardan birini atanıza yollasaq sizə çox pis olacaq, ananıza deyin vatsapla verilən nömrə ilə əlaqə saxlasın” deyə bildirmişdir. O, bu barədə anasına məlumat vermişdir. Anası da ona həmin şəxsi tanımadığını, heç kimdə onun açıq-saçıq şəklinin olmadığını bildirmişdir. Həmin şəxs ona oxşar məzmunlu mesaj göndərsə də o, sonradan cavab verməmişdir. Sonradan «dedektiv.az» adlı istifadəçi anasının adına instaqram sosial şəbəkəsində saxta profillər açmışdır. Həmin saxta səhifələrlə ona mesajlar yazıb anasının şəkillərini paylaşacağı adı ilə hədə-qorxu gələrək anası Gülbənizin əlaqə saxlamasını, 1500 manat pul göndərməsini tələb etmişdir. O, da həmin şəxsə cavab verməmişdir. Sonradan «dedektiv.az» adlı istifadəçi ona «Şəki bazar» adlı səhifədən mesajlar yazmağa başlamışdır. Həmin mesajlarda da yenə hədə-qorxu gəlib pul tələb etmişdir. Sentyabr ayının əvvəlləri anasının şəkillərini və videolarını paylaşacağı adı ilə ona hədə-qorxu gələrək mesajlar yazıb pul tələb edilməsi ilə bağlı polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs hədə qorxu gəlsə də ona pul verməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun anasıdır. 2022-ci ilin avqust ayının sonlarında instaqram sosial şəbəkəsində profilində anası Gülbənizin şəkli olan səhifədən onun istifadəsində olan səhifəyə dostluq təklifi gəlmişdir. O, da təklifi qəbul etmişdir. Bundan sonra o, anası Gülbənizdən instaqramda yeni səhifə açıb-açmadığını soruşmuşdur. Anası Gülbəniz ona heç bir yeni səhifə açmadığını, onun adına bilmədiyi şəxs tərəfindən səhifə açıldığını demişdir. O, bacısı Aidə ilə birlikdə olan zaman ondan anasının adına instaqramda yeni səhifə açıldığını və nə baş verdiyini soruşmuşdur. Aidə da ona anası Gülbəniz işlədiyi parça mağazasında işdə olan zaman tanımadığı bir nəfər şəxsin bir ədəd zərf gətirərək ona verdiyini və həmin zərfdə anasına məxsus şəkillərin olduğunu və bir ədəd kağızda anasına hədə-qorxu gəlinərək 18000 manat pul tələb edilməsi ilə bağlı yazılar olduğunu demişdir. Bundan sonra Aidə ona anası Gülbənizin adına instaqram sosial şəbəkəsində bir neçə səhifə açıldığını da bildirmişdir. Aidə ona instaqram sosial şəbəkəsində «dedektiv.az» və «shekibazar» adlı səhifələrdən onun səhifəsinə də mesajlar gəldiyini demişdir. 2022-ci ilin sentyabr ayının ilk günlərində ona instaqram sosial şəbəkəsində «shekibazar» adlı səhifədən mesaj gəlmişdir. Mesajda anası Gülbənizin həmin səhifəyə şəkillərinin böyüdülməsi ilə bağlı sifariş verildiyini və anası Gülbənizin onlarla əlaqə saxlaması qeyd olunmuşdur. O, da artıq məsələni bildiyi üçün həmin səhifəyə heç bir cavab yazmamışdır. Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefonuna heç bir videogörüntü və səs göndərməmişdir. Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməmiş və ondan pul tələb etməmişdir. Təqsirləndirilən şəxs hədələdiyinə görə heç bir məbləğdə pul verməmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bir neçə ildir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən gözəllik salonunda müxtəlif qadınları bəzəməklə ailəsi üçün qazanc əldə edir. Onun işlədiyi yerdə bacısı Zərərçəkmiş şəxs da digər mağazada parça satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə işdə olan zaman bacısı Zərərçəkmiş şəxs onun yanına gələrək zərfdə yazılar olan A4 vərəqini ona vermiş və oxuyub baxmağını xahiş etmişdir. Gülbənizdən ona verdiyi vərəqin nə olmasını soruşduqda Gülbəniz tanımadığı bir nəfər şəxsin gətirib verdiyini və onu kimsə şantaj edərək pul tələb ediyini bildirmişdir. O, vərəqdə yazılanları oxuduqda orada Salam Gülbəniz xanım, Sizi narahat edən Dedektiv.az Azərbaycan Dedektiv Agentliyindən özəl dedektiv olduğunu, guya ki, Gülbənizin barəsində kimliyi məlum olmayan şəxs müraciət etdərək araşdırma aparmalarını xahiş etmiş, onlar da Gülbənizin barəsində araşdırma aparıb müxtəlif səs, videogörüntülər və fotoşəkillər əldə etdiklərini, əldə etdikləri məlumat əsasında müştərinin ilkin olaraq ona 2000 manat pul verdiyini, lakin əldə etdikləri məlumatları müştəriyə göndərmək istəmədiklərini, eyni zamanda Gülbənizin ailəsinin dağılmasını istəmədikləri üçün 3 gün müdətində 18000 manat məbləğində pulu verdiyi halda ələ etdikləri məlumatı yaymadan siləcəklərini, əks təqdirdə razılaşmasa səs, videogörüntü və fotoşəkilləri yayacağı ilə hədə-qorxu gəldiyini oxumuşdur. Sonra o, bacısı Zərərçəkmiş şəxs polis şöbəsinə gedib hədə-qorxu gələrək pul tələb edən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunmasını demişdir. Lakin bacısı Gülbəniz ona hədə- qorxu gələn şəxsin kim olmasını bilmədiyini və polis şöbəsinə gedib ərizə yazdığı halda əri Nürəddinin xəbər tutacağını deyib polis şöbəsinə gedib ərizə yazmaqdan imtina etmişdir. Bütün bunlardan sonra bir həftə ərzində bacısı Gülbənizə heç bir yazı və yaxud da zəng gəlməmişdir. xx.xx.2022-ci il tarixdə İnstaqram sosial şəbəkəsində işlə bağlı məlumatları paylaşdığı "Kama_Manikur _sheki" adlı profilinə "Dedektiv.az" profilindən mesaj yazaraq bacısı Gülbənizin ***-***-**-** mobil nömrəni qeyd edərək həmin nömrənin vatsapı ilə əlaqə saxlamasını tələb edirmiş. Hər gün gün ərzində bu kimi mesajları təkrar-təkrar yazıb zənglər edirmiş. Bir müddət həmin şəxs ona yazsa da elə etmiş ki, guya həmin mesajları oxumur. Naməlum şəxs bacısı Zərərçəkmiş şəxs adına profil açıb onunla bacısının birlikdə olduğu şəkli profilə yerləşdirmişdir. Bundan sonra həmin şəxs artıq həmin profildən ona yenə yazıb bacısı Gülbənizin onunla əlaqə saxlamadığı halda şəkillərini paylaşacağı ilə hədə-qorxu gəlirmiş. O, həmin kimliyini bilmədiyi şəxsə "sən kimsən bilmirəm, lakin bu təhdiləri yadında saxla" yazıb blok etmişdir. Şəxsiyyəti ona məlum olmayan şəxs artıq xx.xx.2022-ci il tarixdə saat 11 radələrində bacısı Gülnənizin adına başqa profil açıb artıq bacısının tək olduğu şəklini profilə yerləşdirib oradan "sabah saat 18:00 kimi bacım Gülbəniz onunla əlaqə saxlamasa bütün şəkil və videolarını sosial şəbəkədə paylaşmaqla yanaşı, Rusiyada yaşayan qohumlarımız Tehrana, İlhaməyə, bacım oğlu Tərlana, bacım qızı Türkana, Orxana, Nurlana və bacım Gülbənizin əri Nürəddinə göndərəcəyi" ilə hədə-qorxu gəlmişdir. Bu mesajların ardınca həmin şəxs mənim yayacağım şəkillər, sizin bildiyiniz normal şəkillər və videolar deyil, Gülbəniz mənimlə oyun oynamasın, vatsapda yazsın mənə, artıq bu Sizə son xəbərdarlığımdır deyə yazmışdır. Bütün bu yazışmaları o, bacısına məlumat kimi deyirmiş. Bundan bir müddət sonra yenidən Dedektiv.az profilindən yazmağa başlamış və bacısı Gülbənizin ailə üzvləri olan şəkilləri ona göndərib demiş ki, əlində olan bütün şəkilləri paylaşacağıq, həmin şəkillər yayıldıqdan sonra artıq Gülbənizin dərdinə heç kim dərman olmayacaqdır. Sonda bacısı Gülbənizin onunla 8 saat ərzində əlaqə saxlamasını tələb etmişdir. Sonra yenə həmin şəxs əvvəl açdığı feyk profillərdən təkrar-təkrar zənglər etməyə başlamış, lakin o, həmin şəxsin zənglərinə cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:35-də “Şəki Bazar” səhifəsindən ilkin olaraq salam Kəmalə, o, Gülbənizə denən, bu son xəbərdarlığımdır, onun ədəbsiz şəkillərini hər yerdə paylaşıb onu rüsvay edəcəyəm, tək “Şəki Bazar” adlı səhifədə Gülbənizin ədəbsiz şəkillərini paylaşaramsa ən azı 2100 nəfər Şəkili izləyici görəcəkdir, Gülbənizə denən mənimlə əlaqə saxlasın sözlərini yazmışdır. xx.xx.2022-ci il tarixdə şəxsiyyəti ona məlum olmayan şəxs “Şəki Bazar” adlı səhifədən ona müxtəlif mesajlar və şəkillər atsa da o, əhəmiyyət vermirmiş. O, cavab yazmadığına görə həmin şəxs onun işi ilə bağlı paylaşım etdiyi şəkillərin altından rəy yazaraq direktə bax sözləri yazırmış. Sonradan şəxsiyyəti ona məlum olamayan şəxsin onunla yanaşı bacısı qızı Şahid2 da eyni xarakterli şəkillər və mesajlar yazdığını bilmişdir. Həmin şəxs hədə-qorxu gələdikdən sonra özünə aid **********172639 nömrəli kart hesab nömrəsini göndərib bacısı Gülbənizin ona verəcəyi pulu həmin hesaba köçürməyini tələb edirmiş. Bütün bunlardan sonra bacısı qızı Şahid2 ilə birlikdə Şəki şəhər rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişlər. Onlar polis şöbəsinə ərizə yazıb getdikdən sonra bacısı Zərərçəkmiş şəxs yanına gedib onu şantaj edib hədə qorxu ilə pul tələb edən şəxsin kim olmasını deməsini xahiş etsə də Gülbəniz heç kimdən şübhələnmədiyini, ona hədə-qorxu gələn şəxsin kim olmasını deməmişdir. Bir müddət keçdikdən sonra polis şöbəsində məlum olmuş ki, Gülbənizə onun və bacısı qızı Aidənin vasitəsi ilə hədə-qorxu gələn şəxs Şəki şəhər sakini Təqsirləndirilən şəxsdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hədə qorxu gəlsə də nə o, nə də başqa şəxs heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs bacısı Gülbənizi elə hala salacam ki, insanlar arasına çıxa bilməyəcək kimi mesajlar yazırmış. Eyni zamanda sosial şəbəkələrdə bacısını rüsvay edəcəyini desə də bacısı qızı Aidəyə və ona göndərsə də digər kimlərə göndərməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefonuna bacısı Gülbənizə aid şəkilləri instaqram sosial şəbəkəsində göndərmiş, videogörüntü və səs göndərməmiş, Məmməd ona instaqramda zənglər etsə də o, cavab vermirmiş. Məmməd instaqram sosial şəbəkəsində bacısını rüsvay edəcəyi ilə bağlı ona mesajlar yazırmış. Məmməd ona hədə-qorxu gələrək ondan pul tələb etməmişdir. Məmməd ona mesajlar yazaraq bacısı Gülbənizin onunla əlaqə saxlamasını, ona məlumat verməyini, əlaqə saxlamasa şəkillərini paylaşacağını, bunu etməməsi üçün Gülbənizin onun kart hesabına pul göndərməsini tələb edirmiş. (cild 2, iş vərəqə 85-88) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqdim etmə və götürmə haqqında” 04 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs instaqram sosial şəbəkəsində müxtəlif feyk səhifələrdən ona yazdığı mesajların əks olunduğu sənədlərin surətləri və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərdiyi məktuba baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Şahid1 bacısı Zərərçəkmiş şəxs aid onda olan şəkil, videogörüntüləri və s. məlumatları yayacağı ilə hədələyib Gülbənizin onunla əlaqə saxlamasını, ona pul göndərməsini bildirməsi, eyni zamanda Zərərçəkmiş şəxs göndərdiyi məktubda sonuncudan 18000 manat pul tələb etməsi müşahidə olunur.(cild 1, iş vərəqə 89-123) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya (sənədə) baxış keçirilməsi və götürmə haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs instaqram sosial şəbəkəsində müxtəlif feyk səhifələrdən ona yazdığı mesajların əks olunduğu sənədlərin surətlərinə baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Şahid2 anası Zərərçəkmiş şəxs aid onda olan şəkil, videogörüntüləri və s. məlumatları yayacağı ilə hədələyib Gülbənizin onunla əlaqə saxlamasını, ona pul göndərməsini bildirməsi müşahidə olunur. ( cild 2, iş vərəqə 23-45) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 21898 nömrəli məktuba daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin anten dairəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olması aşkar olunmuşdur. ( cild 1, iş vərəqə 178-180) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli AZF/LGL- 4458/23 nömrəli məktuba daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin anten dairəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olması aşkar olunmuşdur.( cild 2, iş vərəqə 62-64) Cinayət işi üzrə 29 mart 2023-cü il tarixli qərarla Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs instaqram sosial şəbəkəsində müxtəlif feyk səhifələrdən ona yazdığı mesajların əks olunduğu sənədlərin surətləri, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərdiyi 01 ədəd vərəqdə məktub, Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs instaqram sosial şəbəkəsində müxtəlif feyk səhifələrdən ona yazdığı mesajların əks olunduğu sənədlərin surətləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə 72- 83) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 338.1-ci maddəsi ilə təqsirli bilinərək 0N ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 164) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Şəki şəhəri İHBnın 1 nömrəli İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. ( cild 2. İş vərəqə 57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində xx.xx.2022-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin 18000 (on səkkiz min) manat pulunu ələ keçirmək məqsədinin olmaması, ondan həmin məbləğdə pul tələb etməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal aşkar edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmışdır. ( iş vərəqə 34-35, 147) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs instaqram sosial şəbəkəsində müxtəlif feyk səhifələrdən ona yazdığı mesajların əks olunduğu sənədlərin surətləri, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərdiyi 01 ədəd vərəqdə məktub, Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs instaqram sosial şəbəkəsində müxtəlif feyk səhifələrdən ona yazdığı mesajların əks olunduğu sənədlərin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, 15 nömrəli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi sənədlərin surətləri, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərdiyi 01 ədəd vərəqdə məktub, Şahid2 təqdim etdiyi sənədlərin surətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar