Məhkəmə qərarları › İş №1(124)-459/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-459/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-459/2024 04.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X10 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Qusar rayonu, Qayakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, Qusar rayonu Cibir kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olmuş, yəni onu zorlamışdır. Belə ki, o, xx.xx.2021-ci il tarixdə, saat 00:10-dan 03:30-dək olan müddətdə sərxoş vəziyyətdə olaraq Rusiya Federasiyası, Primorsk diyarı, Partizanskiy Bələdiyyə rayonu, Novaya Sila kəndi, 40 Let Pobedı küçəsi, 30 B nömrəli evdən 510 metr cənub-şərq istiqamətində yerləşən 42°59'57" şimal eni; 133°5'53" şərq uzunluğu coğrafi koordinatları olan ərazinin bir hissəsinin yaxınlığında olarkən, cinsi tələbatını təmin etməsi məqsədi ilə qəsdən hərəkət edərək, öz hərəkətlərinin ictimai təhlükəliliyini, qanunsuzluğunu və faktiki xarakterini dərk edərək, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü, Rusiya Federasiyası, Primorsk diyarı, Naxodka şəhər sakini Zərərçəkmiş şəxs cinsi azadlıq hüququnun pozulması şəklində öz hərəkətlərinin ictimai təhlükəli nəticələrinin başlanmasının qaçılmazlığını qabaqcadan görərək, Zərərçəkmiş şəxs on səkkiz yaşına çatmamış şəxs olduğunu etibarlı şəkildə bilərək, ona fiziki ağrı və sol tərəfdən yanaq nahiyəsində 02 (iki) ədəd qançır, sol sağrının yuxarı daxili kvadrantı nahiyəsində qançır, sağ tərəfdən oma sümüyü nahiyəsində sıyrıntılar, sol dirsək oynağı nahiyəsinin arxa səthində, döş qəfəsinin arxa səthi üzrə sol tərəfdən 9-cu qabırğaarası sahədə kürək və arxa qoltuqaltı xətlər arasında qançırlar, sol baldır nahiyəsinin ön səthi boyunca orta 1/3-də sıyrıntılar, sağ çiyin nahiyəsinin ön səthi boyunca orta 1/3-də, sağ bud nahiyəsinin ön səthi boyunca yuxarı 1/3-də, sağ bud nahiyəsinin daxili yan səthi boyunca yuxarı 1/3-də, sağ bud nahiyəsinin ön səthi boyunca aşağı 1/3-də, sol budun nahiyəsinin daxili yan səthi boyunca yuxarı 1/3-də 03 (üç) ədəd, sağ baldır nahiyəsinin ön səthi boyunca yuxarı 1/3dən orta 1/3-ə kimi 07 (yeddi) ədəd, sol sağrının aşağı xarici kvadrantı nahiyəsində qançırlar ilə ifadə olunan, dərəcələri təyin edilməyən xəsarətləri yetirib ona həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, onun müqavimət göstərmək iradəsini qırmaq üçün onu yerə yıxıb, bədəni və əzalarını yerin səthinə dəydirib, onun üstünə çıxıb, öz bədəninin ağırlığı ilə tutub, onun iradəsinə zidd olaraq cinsiyyət üzvünü uşaqlıq yoluna daxil etmək məqsədi ilə öz əlləri ilə onun əynində olan cins şalvarını və tumanını aşağı salıb, ağzını ovucu ilə bağlayıb, öz cins şalvarını və tumanını dizlərinə qədər aşağı salıb, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs zorlamaq məqsədi daşıyan cinayətkar niyyətini həyata keçirməyə davam edərək, yerdə olan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq ayaqlarını öz ayaqları ilə ayıraraq, ayaqlarından əlləri ilə zorla tutaraq, ona fiziki ağrı yaşadaraq, onun müqavimət göstərmək iradəsini daha da qırmaq üçün sağ ovucu ilə ən azı iki dəfə üzünə vurub cinsiyyət orqanını onun uşaqlıq yoluna zorla daxil edib cinsi azadlıq hüququnu pozub onu zorlamış, bununla da onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olmuş, yəni onu zorlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, 2017-ci ildə işləmək üçün Rusiya Federasiyasına gedib. Orada bibisi oğluna məxsus mağazada elə həmin il Zərərçəkmiş şəxs ilə tanış olub. O, 3 il ərzində Zərərçəkmiş şəxs və digər dostları ilə tez-tez yeyib-içməyə, istirahət etməyə gedib. Hadisə baş verən günü onlar həmişəki kimi konteynerdə yeyib-içdikləri vaxt Zərərçəkmiş şəxs ilə Kristina dava etməyə başlayıblar və bu zaman özlərinə xəsarət də yetiriblər. Daha sonra ətrafda olanlar onları ayırıblar və o, çox içki içdiyi üçün konteynerdə yatıb. Səhər saat 08 radələrində polis əməkdaşı konteynerdə onu ağzı üstə yerə yıxıb qanadallayaraq polis idarəsinə aparıblar. Orada polis rəisi onu qandallamaqlarının qanunsuz olduğunu və təcili onu məhkəməyə aparmalarını deyib. Məhkəmədə ona da, həmin polis əməkdaşlarına da cərimə tətbiq edilib. Daha sonra polis əməkdaşları Zərərçəkmiş şəxs dediyinə görə guya sonuncunu zorladığı yerə gətiriblər. Orada polis əməkdaşları biri ona kameralara baxacaqlarını, əgər Zərərçəkmiş şəxs dedikləri öz təsdiqini tapsa, onu tutacaqlarını deyib, daha sonra kameralara baxılıb və polis rəisinin göstərişinə əsasən o, həbsdən azad edilib. İrina və Kristina dalaşan zaman orada Denis, Kristina, Nikolay və onun qohumu Rasim orada olublar. Onlar konteynerdə spirtli içki qəbul ediblər. Hadisə baş verən günü, saat təxminən gecə 2 radələrində İrina ona gəzmək istədiyini deyib. Onlar motosiklet ilə gəzmək istəsələr də, onun motosikleti nasaz olduğundan onunıla gedə bulməyiblər və İrina ona maşınla getməyi təklif edib, o da razılaşıb və maşını da İrina idarə edib. Onlar heç hadisə yeri kimi təqdim edilən yerdə maşından düşməyiblər, ancaq maşında 15 dəqiqə gəzib qayıdıblar. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər həmin gün Kristina ilə dalaşanda yaranıb, o, İrina ilə heç vaxt cinsi əlaqədə olmayıb. O, Rusiya Federasiyasına təzə getdiyi vaxtarda qonşulardan biri ilə torpaq sahəsi iə bağlı problem yaranıb və həmin qonşu onu hədələyib, ona görə düşünür ki, onu həmin mübahisə ilə əlaqədar şərləyiblər. İttihama əsasən guya bu hadisə 2021-ci ilin oktyabr ayında baş verib, lakin o, 2022-ci ilin yanvar ayına qədər RF-da yaşayıb. Əgər onun təqsiri olsaydı, həmin müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılardı. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o 2017-ci ilin sentyabr ayında işləmək üçün Rusiya Federasiyasına gedib Primorsk diyarının Partizanskiy rayonunun Novaya Sila kəndində bibisi oğlu Şahid5 Nurbala oğluna məxsus, Primorsk diyarı, Partizanskiy rayonu, Novaya Sila kəndi, 40 let Pobedı küçəsi, ev 25, mənzil 1 ünvanında yerləşən evdə onun ailə üzvləri ilə birlikdə yaşamışdır. Rusiya Federasiyasında yaşadığı müddətdə bibisi oğlu Şahid5 məxsus Novaya Sila kəndində yerləşən fermada fəhlə işləmiş, Rusiyada müvəqqəti qeydiyyata düşüb yaşamaq üçün icazə vəsiqəsi almışdır. Elçinə məxsus fermadakı inəklərə nəzarət, qulluq etmiş, həmçinin əkin işlərini də görmüşdür. Fermada konteyner olmuş, gününün çox hissəsini orada keçirmiş, gecələr orada qalıb spirtli içkilər qəbul etmişdir. X23 kəndində özünə məxsus mopedi idarə etmişdir. Bundan başqa, bibisi oğlu Elçinə məxsus “İsuzu Elf’ markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli budkalı yük avtomobilini də idarə etmişdir. Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etdiyi üçün RF-də bununla əlaqədar dəfələrlə inzibati qaydada cərimə edilərək məsuliyyətə cəlb edilmişdir. Rusiya Federasiyası vətəndaşı Zərərçəkmiş şəxs ilə 2018-ci ildə Novaya Sila kəndində ərzaq mağazasında tanış olmuş, həmin vaxtlarda İrina 18 yaşına çatmamış, azyaşlı olmuşdur. X29 kəndində anası ilə birlikdə yaşamış, orta məktəbdə oxumuş, sonradan isə Naxodka şəhərində təhsilini davam etdirməsi ilə əlaqədar ora köçmüşdür. Onunla aralarında dostluq münasibətləri olmuş, narazılıqları, dava-dalaşları olmamışdır. Həmçinin heç vaxt bir-birinə qarşı sevgi münasibətləri olmamış, baş vermiş məlum hadisəyə qədər hər hansı yaxınlıqları, intim münasibətləri olmamışdır. İrina ilə tanış olduqdan sonra onunla tez-tez görüşüb birlikdə vaxt keçirmiş, spirtli içkilər qəbul edib əylənmişlər. Görüşdükləri vaxtlarda həmçinin tanışları - RF vətəndaşları Şahid1, Şahid2, Şahid4 də yanlarında olmuşlar. xx.xx.2021-ci il tarixdə, saat təxminən 22 radələrində Primorsk diyarı, Partizanskiy rayonu, Novaya Sila kəndində olarkən Şahid4 onun mobil telefonuna zəng edib Novaya Sila kəndində yerləşən köhnə klubun yanına spirtli içki içməyə çağırmış, özü də idarə etdiyi mobedlə ora gedib görmüşdür ki, Denis klubun girişində Zərərçəkmiş şəxs ilə dayanıb pivə spirtli içkisini qəbul etmişlər. Özü də onlara qoşulub pivə içməyə başlamış, bu zaman bibisinin nəvəsi Şahid3 də öz idarə etdiyi mopedlə orada keçərkən onları görüb yaxınlaşaraq yanlarında dayanmışdır. Daha sonra Şahid1 və Şahid2 də ora gəlmişlər. Onlar orada birlikdə dayanıb pivə spirtli içkisini qəbul etmişlər. Həmin içkini onlar özləri almışlar. Qohumu Şahid3 isə spirtli içki qəbul etməmişdir. Hava soyuq olduğundan özü onlara təklif etmişdir ki, işlədiyi fermaya gedib oradakı konteynerdə əyləşib spirtli içki qəbul etməyə davam etsinlər. Onlar da razılaşmışlar. Öz idarə etdiyi mopedlə həmin klubdan təxminən 3 kilometr məsafədə, Novaya Sila kəndinin girişində yerləşən konteynerə getmiş, İrina, Kristina, Denis və Nikolay isə ora piyada gəlmişlər. Daha sonra isə Rasim də öz mopedi ilə ora gəlmişdir. Onlar hamısı birlikdə onun qaldığı konteynerdə əyləşib pivə spirtli içkisini qəbul etməyə davam etmişlər. Özü orada təxminən 1,5 litr pivə içmişdir. Bu zaman Rasimdən başqa hamısı sərxoş vəziyyətdə olmuşlar. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdə keçən gecə, saat təxminən 00 radələrində onun azyaşlı Zərərçəkmiş şəxs tamahı düşdüyü üçün, həmçinin cinsi tələbatlarını ödəmək üçün onunla cinsi əlaqədə olmaq istədiyinə görə ona birlikdə gəzməyi təklif etmiş, lakin əvvəlcə niyyətini ona bəlli etməyib onunla cinsi əlaqədə olmaq istədiyini deməmişdir. İrina da onunla gəzintiyə çıxmağa razılaşmışdır. Həmin vaxt mopedinin təkəri boş olduğundan onu idarə edə bilməmiş, ona görə də bibisi oğlu Şahid5 məxsus yük avtomobili ilə gəzmək qərarına gəlmişlər. İrina ilə birlikdə konteynerdən çıxıb piyada Elçingilin həyətinin qarşısına getmişlər. Həyətə daxil olub onun yük avtomobilini işə salıb yola çıxmış, İrina da onun yanında, sərnişin oturacağında əyləşmişdir. Sonra onunla söhbət edə-edə avtomobili asta sürətlə idarə etməyə başlamış, avtomobili əvvəlcə konteynerin qarşısına, daha sonra isə torpaq yolla fermaya tərəf elektrik dirəkləri olan əraziyə sürmüşdür ki, orada heç kim yoxdur, sakitlikdir, İrina ilə rahat cinsi əlaqədə ola bilsin. İrinaya siqaret çəkmək üçün avtomobildən düşmələrini dedikdən sonra birlikdə yük avtomobilindən yerə düşüb siqaret çəkməyə başlamışlar. Məhz həmin an qaranlıq olmasından, ətrafda heç kimin olmamasından istifadə edib İrina ilə cinsi əlaqədə olmaq istəmiş, bu məqsədlə onu qucaqlayıb dodaqlarından öpməyə başlamışdır. İrina isə onun bu hərəkətinə görə narazı şəkildə ondan nə etdiyini soruşmuşdur. Azyaşlı İrinanın onunla intim münasibətə girmək istəmədiyini başa düşsə də, narazılığına əhəmiyyət vermədən arxa tərəfdən onu qucaqlayıb özünə tərəf çəkib bir az kənara aparmışdır. İrina onun əlindən çıxmaq üçün ona müqavimət göstərib əl-qol atmışdır. Lakin ehtirası çox olduğundan, cinsi tələbatını ödəmək istədiyinə görə ona fikir verməyib onu buraxmamışdır. Həm də çox içkili olmuşdur. İrinanı yoldan kənarlaşdırdıqdan sonra otluq ərazidə kürəyi üstə yerə yıxıb özü də onun üstündə uzanmışdır. İrina onunla cinsi əlaqədə olmasına müqavimət göstərdiyindən zorla onun əynindəki şalvarı çıxartmağa başlamış, onun şalvarını və alt paltarını dizlərindən aşağı çəkmiş, sonra isə öz əynindəki şalvarı və tumanını da dizlərindən aşağı salmışdır. İrina ilə təbii yolla cinsi əlaqədə olmaq istəsə də, İrina ona imkan verməmiş, ayaqlarını sıxmış, onu itələmiş, ona görə də əvvəlcə cinsiyyət orqanını İrinanın uşaqlıq yoluna daxil edə bilməmişdir. Bu səbəbdən əsəbiləşib onun müqavimətini qırmaq üçün əlləri ilə onun budlarından tutub sıxmış, ayaqlarını aralamış, sağ əli ilə onun sifətinin sol tərəfindən sillə vurmuş, sinəsindən, çiynindən tutub sıxmışdır. Bu zaman gözü dönmüş, nə yolla olursa olsun İrina ilə cinsi əlaqədə olmaq istəmişdir. İrina qışqırmaq istəsə də, əli ilə onun ağzını tutub saxlamışdır. Əlləri ilə İrinanın bədəninin müxtəlif yerlərinə zərbələr endirib ereksiya vəziyyətində olan cinsiyyət üzvünü onun uşaqlıq yoluna daxil edərək irəli-geri hərəkətlər etməyə başlamışdır. Bu müddət ərzində İrina onu özündən uzaqlaşdırmaq istəsə də, zor tətbiq etməklə onun müqavimətini qırıb onunla təbii yolla cinsi əlaqədə olmağa davam etmişdir. Həmin vaxt içkili olduğundan boşala bilməmişdir. İrinaya zor tətbiq edə-edə onunla təxminən 10 dəqiqədən artıq müddətə cinsi əlaqədə olmuş, sonra isə ayağa qalxıb ondan uzaqlaşaraq paltarlarını düzəltmişdir. İrina da ayağa qalxıb əynini düzəltmişdir. Özü yük avtomobilinə əyləşib oradan çıxıb konteynerə tərəf getmiş, İrinanı zorladığı üçün o da acıqlı şəkildə piyada gəlməyə başlamışdır. Konteynerə çatdıqda artıq saat təxminən 03-04 radələri olmuş, Kristina, Denis, Nikolay və Rasim orada olmuşlar. Konteynerdəki çarpayıda uzanıb yatmış, bundan sonra İrina konteynerə gəlib onun ayağından təpik vurub onu yuxudan oyadaraq niyə onu zorladığını demişdir. Özü də onun üstünə gedib onunla mübahisə etməyə başlamışdır. Orada olan Kristina onları ayırmağa çalışmışdır. Orada olan şəxslər onları ayırmışlar. Daha sonra isə İrina konteynerdən çıxmış, orada olan Kristina, Nikolay, Denis və Rasim də çıxıb getmişlər. Özü də uzanıb yatmışdır. Bundan sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar, ondan izahat alınmış, əynində olan göy rəngli cins şalvar, göy rəngli alt paltarı, həmçinin cinsiyyət orqanından nümunə, eləcə də tüpürcək nümunələri götürülmüşdür. Həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə inzibati məsuliyyətə cəlb edilərək cərimə edilmişdir. Daha sonra barəsində cinayət işinin istintaqının aparılmasından, məsuliyyətə cəlb edilməkdən qorxaraq xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasından qaçıb Azərbaycan Respublikasına gəlmiş, sonradan məlumatı olmuşdur ki, bu səbəbdən RF-də onun barəsində federal axtarış elan edilmişdir. Törətdiyi hərəkətdən peşmançılıq hissi keçirib təqsirini boynuna almış, məsuliyyətini dərk etmiş, səhv iş tutmuşdur. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə zorla yalnız təbii yolla cinsi əlaqədə olmuş, heç vaxt onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Həmçinin bu tarixdən əvvəlki vaxtlarda cinsi, intim münasibətləri də olmamışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən onun 18 yaşına çatmamış şəxs olduğunu bilmiş, İrina orta məktəbdə oxumuş, sonra isə təhsilini davam etdirmək üçün Primorsk diyarının Naxodka şəhərinə köçmüş, anası ilə birlikdə yaşadığını da bilmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs yük avtomobilindən düşürüb torpaq əraziyə uzaqlaşdırmışdır ki, hamıdan uzaq olsunlar, onunla rahat şəkildə cinsi əlaqədə ola bilsin. Daha onları görən şəxsin olub-olmadığını isə bilməmişdir. Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olarkən əynində göy rəngli cins şalvar, gödəkcə və göy rəngli alt paltarı olmuş, şalvarı və alt paltarını da Rusiya Federasiyasında izahatı alınarkən təqdim etmişdir. İrinanın əynində isə göy rəngli cins şalvar, qara rəngli gödəkçə, qara rəngli kofta və alt paltarları olmuşdur. Onunla zorla cinsi əlaqədə olarkən prezervatifdən (qoruyucudan) istifadə etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında “WhatsApp” proqramı vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş, dindirildiyi vaxt artıq yetkinlik yaşına çatmış Zərərçəkmiş şəxs ibtidai istintaqdakı ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə rəfiqəsi Şahid1 və ümumi tanışları Şahid4 ilə birlikdə Primorsk diyarı, Partizanskiy rayonu, Novaya Sila kəndinə gədiblər. Novaya Sila kəndində kluba gələndə mərkəzi girişdə oturub pivə içməyə başlayıblar. Şahid1 əşyalarını aparmaq üçün öz evinə gedəndən sonra kluba daha əvvəldən tanış olduqları, Təqsirləndirilən şəxs və onun yetkinlik yaşına çatmayan qohumu Şahid3 mopeddə gəliblər. Onlar salamlaşdıqdan sonra Təqsirləndirilən şəxs və Şahid3 onlarla birlikdə spirtli içki, pivə içməyə başlayıblar. Bundan sonra özü, Təqsirləndirilən şəxs, Şahid3, Şahid2, Şahid4 və Şahid1 klubun girişində spirtli içki içiblər. Həmin gün hava soyuq olduğundan Təqsirləndirilən şəxs hamısına X33 kəndinin girişində yerləşən konteynerinə gedib orada spirtli içki içməyi təklif edib və onlar hamısı Ramilin təklifi ilə razılaşıblar. Daha əvvəl də Təqsirləndirilən şəxs konteynerində qonaq olub, onunla dost olub, aralarında heç vaxt mübahisə olmayıb, əvvəllər Ramil ilə heç vaxt cinsi münasibəti olmayıb. Saat təxminən 23:00-da özü, Şahid4, Şahid2, Şahid1, Təqsirləndirilən şəxs və Şahid3 olduğu konteynerə çatıb orada pivə içiblər. xx.xx.2021-ci il tarixdə, gecəyarısı saat 01 radələrində Təqsirləndirilən şəxs onunla yük maşınında gəzməyi təklif edib, özü də darıxdığı üçün onunla razılaşıb. Ramillə onun həyətində mikro yük maşınının dayandığı evinə gediblər və oradakı yük maşınının kabinəsinə oturub gəldikləri tərəfə, yəni tarladakı konteynerə tərəf gediblər. Ramil yük maşınının sükanı arxasında, özü isə onun yanında sərnişin oturacağında oturub. Sonra Ramil torpaq yolu ilə Novaya Sila kəndinin fermasının da olduğu futbol meydançasına tərəf gedib, daha sonra konteynerin yanına sürüb. Onlar konteynerə çatanda oradan çıxan Şahid1 onu və Ramili görüb. Ramil yük maşınını konteynerin yanında dayandırdıqdan sonra ona Novaya Sila kəndindəki ferma tərəfə getməyi təklif edib, özü də onunla razılaşıb. Ramil yük maşınını aşağı sürətlə sürüb, onunla yolda ümumi söhbət ediblər və o düşünüb ki, fermaya çatmamış dönüb konteynerə qayıdacaqlar, amma fermaya çatmamış torpaq yolda gedərkən Təqsirləndirilən şəxs dayanıb ona siqaret çəkməyi təklif edib. Onun təklifi ilə razılaşıb və bundan sonra Ramil mikro yük maşınını saxlayıb, onlar kabinədən düşüb yolun kənarında dayanıb siqaret çəkiblər. Siqaret çəkəndən sonra Ramil ona yaxınlaşıb onu öpməyə, onu belindən qucaqlayıb özünə tərəf çəkməyə başlayıb. Özü isə onu itələməyə başlayıb “Nə edirsən, axmaq?” deyib. Ramil ona “Kəs səsini, gedək, gedək” deyib arxasında dayanıb onu qucaqlayıb, bundan sonra onu 10 metrə yaxın yoldan uzaqlaşdırıb aparanda qaçmaq istəsə də, Ramil onu möhkəm tutduğu üçün qaça bilməyib. Ramilin ayaqlarına, yumruqları ilə ayaqlarının budlarına vurmağa çalışsa da, əlləri onun əllərindən sıxıldığı üçün möhkəm vura bilməyib. Ramilin onu apardığı yerin kolu, yarğanı olmamış, alçaq, yaşıl, quru otla örtülü, düz yer olub. Ramil onu yerə yıxdıqda kürəyi üstə düşüb, o da dərhal bədəni ilə onun üstünə düşüb. Yerdə olan kimi Ramil dərhal onun cins şalvarını aşağı çəkməyə başlayıb, daha sonra Ramil onun tumanını aşağı saıb, üstündə uzanıb onun cins şalvarını, tumanını dizlərindən aşağı çəkib, yəni bu paltarları ondan tamamilə çıxartmayıb. O, qaçmağa çalışıb, ucadan kömək çağırmağa başlayıb, Ramildən hərəkətlərini dayandırmasını istəsə də, Ramil ovucu ilə onun ağzını bağlayıb. Təqsirləndirilən şəxs fiziki cəhətdən ondan güclü olduğundan onun öhdəsindən gələ bilməyib, onu özündən ayıra və qaça bilməyib. Sonra Təqsirləndirilən şəxs öz əynindəki cins şalvarı və tumanını dizlərinə qədər aşağı salıb, ereksiya halında olan cinsiyyət üzvünü onun uşaqlıq yoluna daxil etməyə çalışıb. Özü ayaqlarını bir-birinə sıxmağa çalışıb ki, Ramil cinsiyyət üzvünü onun uşaqlıq yoluna daxil edə bilməsin. Ramil bir müddət bunu edə bilmədiyinə görə əsəbiləşib, onun üstünə uzanıb əlləri ilə ayaqlarını bir-birindən ayırmağa başlayıb, ona görə də özü fiziki ağrı hiss edib. Təqsirləndirilən şəxs onun ayaqlarını aralayanda əlləri ilə yuxarı hissədən budun iç hissəsindən tutub. Ramil onu incitdiyindən, ondan güclü olduğu üçün ayaqlarını bir-birindən ayırmağı bacarıb, bundan sonra cinsiyyət üzvünü onun uşaqlıq yoluna daxil edib irəli-geri hərəkətlər etməyə, yəni onunla cinsi əlaqədə olmağa başlayıb. Ramil onun üstünə uzanıb cinsiyyət üzvü ilə irəli-geri hərəkətlər edəndə əlləri ilə onu vurub özündən itələmək istəsə də, Ramil sağ əli ilə onun üzünə, sol yanaq nahiyəsinə iki dəfə vurub, bundan sonra sağ əli ilə onun sol qolundan tutmağa başlayıb, sol əli ilə çiynindən, sonra sinəsinin sağ tərəfindən tutub. Eyni zamanda bədəninin göstərilən sahələrini geyindiyi paltarın üstündən tutub. Qışqırmağa, kömək çağırmağa çalışsa da, amma bunu edəndə Ramil sol əlinin ovucu ilə onun ağzını bağlayıb. Onu dişləmək istəsə də, lakin bunu bacarmayıb. Ramil onu yerə yıxıb üstünə yıxılan andan 20 dəqiqədən çox olmayan müddətdə onu zorlayıb, onunla 12-15 dəqiqədən çox olmayan müddətdə cinsi əlaqədə olub. bundan sonra Ramil onun üstündən ayağa qalxıb paltarını düzəltməyə başlayıb. Ramil onun üstündən qalxanda özü də dərhal yerdən qalxıb paltarını tez düzəldib, tuman və cins şalvarını geyinib yola tərəf qaçıb. X26 kəndinə doğru qaçıb, sonra isə yorulanda bu yolla Ramilin konteynerinə doğru gedib. Ramil mikro yük maşını ilə onun yanına gəlib dayanıb “gedək” deyib, amma özü onu rədd edib yük maşınının kabinəsinə minməyib. Təxminən 15-20 dəqiqə sonra konteynerin yanına çatıb, ora girmək istəməyib yolun yanında oturub ağlamağa başlayıb. Bu zaman Şahid2 ona yaxınlaşıb nə üçün ağladığını soruşub, özü də ondan Şahid1 çağırmasını xahiş edib. Bundan sonra Nikolay gedib, Kristina ilə birlikdə geri qayıdıb. Özü Şahid2 yanında Şahid1 deyib ki, Təqsirləndirilən şəxs onu zorlayıb, daha ətraflı heç nə deməyib. Ramilə çox əsəbi olduğuna görə konteynerə gedib onu zorladığı üçün vurmaq istəyib. Konteynerə girib Ramilin uzanıb yatdığını görüb. Həmçinin bu vaxt onunla birlikdə qayıdan Şahid2 və Şahid1 da orada olublar, eləcə də Şahid4 və Şahid3 da spirtli içki içməyə davam edib. Ramilə yaxınlaşıb ayaq nahiyələrindən bir yerə təpiklə vurub, Ramil də ayılıb onun üstünə qışqırıb. Özü də onu zorladığı üçün Rasimin üstünə qışqırmağa başlayıb. Bu sözlərindən sonra Ramil onun üzündən, bir dəfə ovucu ilə sol yanaq nahiyəsinə vurub. Şahid1 onları sakitləşdirməyə, Ramili ondan uzaqlaşdırmağa başlayıb. Ramil onun üstünə gəlsə də, konteynerdə olan hamı onları ayırıb. Bundan sonra Şahid1, Şahid3, Şahid2 və Şahid4 ilə birlikdə konteynerdən çıxıblar, amma Ramil təzədən uzanıb yatıb. Özü şəxsi əşyalarını, mobil telefonunu tapıb, Təqsirləndirilən şəxs onu zorlaması barədə məlumat vermək üçün 112 qısa nömrəsi ilə polisə zəng edib. Bundan sonra Şahid1, Şahid3, Şahid2 və Şahid4 çıxıb gediblər, özü isə polisin gəlməsini gözləmək üçün konteynerin yanında qalıb. Hazırda Təqsirləndirilən şəxsla barışmayıb, ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Ramil 2017-ci ildə işləyib pul qazanmaq üçün Rusiya Federasiyasında yaşayan xalası oğlu Şahid5 yanına getmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində isə Ramil Rusiyadan Azərbaycan Respublikasına qayıdıb gəldikdən sonra Bakı şəhərində kirayədə yaşamağa başlayıb, fəhləliklə məşğul olub, arabir Qusar rayonu Cibir kəndində yerləşən ata evinə gəlib-gedib. Sonradan ona və qohumlarına məlum olub ki, Ramil 16 oktyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Novaya Sila kəndində yaşayarkən orada RF vətəndaşı Zərərçəkmiş şəxs adlı yetkinlik yaşına çatmayan qızı zorladığına görə onun barəsində cinayət işi başlanılaraq istintaq aparılır. Təqsirləndirilən şəxs həmin azyaşlı qızı zorladıqdan sonra onun polisə şikayət etməsinə görə cinayət məsuliyyətinə cəlb edilməkdən, həbs olunmaqdan qorxduğu üçün Rusiyadan qaçıb Azərbaycana gəlib. Daha sonra öyrənib ki, dayısı oğlu Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə Şahid5 məxsus, Rusiya Federasiyasının Novaya Sila kəndində yerləşən fermadakı konteynerdə Zərərçəkmiş şəxs adlı azyaşlı və digər dostları ilə birlikdə pivə spirtli içkisi qəbul edib sərxoş vəziyyətdə olduqdan sonra İrinanı yük avtomobilinə mindirib gəzdirib, onu fermanın ətrafına aparıb avtomobildən düşürüb onunla zorla cinsi əlaqədə olub. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 və Şahid9 məhkəmədə dindirilmiş Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınaraq dindirilmiş Qanuni nümayəndə ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qızıdır. Qızı ilə Rusiya Federasiyası, Primorsk diyarı, Naxodka şəhəri, Severnıy prospekti, ev 13, mənzil 17 ünvanında kirayə tutduqları evdə birlikdə yaşayırlar. Özü duldur, həyat yoldaşı - xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qızı ilə birlikdə yaşayırlar, başqa övladı yoxdur. Rəsmi iş yeri yoxdur, yaşayışını təsadüfi işlərlə təmin edir, “Samberi” supermarketlər şəbəkəsində qablaşdırıcı kimi işləyir. Daha öncə, 2017-ci ilədək qızı ilə birlikdə Primorsk diyarı Partizanskiy rayonu Peretino kəndində, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə qeydiyyatda olduqları Novaya Sila kəndində yaşamışlar. Novaya Sila kəndində yaşayarkən qızı X29 kənd Orta Ümumtəhsil Məktəbi Bələdiyyə Dövlət Təhsil Müəssisəsində təhsil almış, məktəbdə yaxşı oxumuş, qeyri-kafı və kafi qiymətləri olmamış, 9-cu sinfi qurtaranda aldığı yekun attestatda “3” qiyməti olmadığı üçün Naxodka kəndi X30 Universitetinə pulsuz daxil olmuşdur. Qızı İrina heç bir patoloji və psixi qüsuru olmayan sağlam uşaq olaraq doğulmuş, həmçinin hazırda heç bir psixi və xroniki xəstəliyi yoxdur. İrina heç vaxt həkimpsixiatr və narkoloq qeydiyyatında olmamışdır. İrina uşaq olarkən, özü işləməmiş, o zaman onu və qızını həyat yoldaşı təmin etmişdir. Bu zaman qızına vaxt ayırmaq imkanı olduğu üçün, onu məktəbə özü hazırlamış, yəni İrina məktəbə gedərkən yazmağı, oxumağı və saymağı bacarmış, birinci sinifdən yaxşı oxumuşdur. Qızı ilə yaxşı münasibətləri var, birbirinə etibar edirlər. Novaya Sila kəndində İrinanın dost-tanışları vardır. Bəzən o, Naxodka şəhərindən onlara qonaq gedir. Bilmişdir ki, qızı X29 kəndindən Şahid1 ilə dostluq edir. xx.xx.2021-ci il tarixdə İrina ona xəbərdarlıq etmişdir ki, dərsdən sonra Novaya Sila kəndinə Şahid1gilə qonaq gedəcəkdir. İrina daha əvvəllər də tez-tez onlara qonaq getdiyi üçün buna etiraz etməmişdir. xx.xx.2021-ci il tarixdə, saat təxminən 22:00-dan 23:00-dək olan müddətdə İrina ona zəng etmiş, onunla söhbət etdikdə bilmişdir ki, hər şey yaxşıdır, Kristina və dostları ilə gəzir, İrina xx.xx.2021-ci il tarixdə, nahar vaxtı evə qayıdacağına söz vermişdir. Söhbət zamanı İrina ona heç nə barədə şikayət etməmiş, onun danışığından sərxoş vəziyyətdə olub-olmadığı bəlli olmamış, bu söhbətdən sonra yatmışdır. xx.xx.2021ci il tarixdə, gecə saatlarında Vladimiro-Aleksandrovskoye kəndinin polis bölməsindən ona zəng edərək bildirmişlər ki, təcili bölməyə gəlməlidir. Polis İrinanın başına nə gəldiyi barədə ona dəqiq heç nə demədiyi üçün, dərhal Şahid1 zəng etmiş, Kristina ona bildirmişdir ki, Əliyarov soyadlı azərbaycanlı İrinanı zorlamışdır. Bundan sonra Vladimiro- Aleksandrovskoye kənd polisləri onun arxasınca gəlmişlər. X34 kəndində qızı və digər polis əməkdaşları ilə müstəntiqin olduğu tarlaya gətirmişlər. Daha sonra, hava işıqlananda onları Vladimiro-Aleksandrovskoye kənd polis bölməsinə gətirmişlər. Orada İrina müstəntiq tərəfindən dindirilməyə başlamışdır. Dindirilmə zamanı bilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə X29 kəndində tarlada vaqonun içində öz dostları ilə spirtli içki qəbul etmiş, onların aralarında Təqsirləndirilən şəxs adlı azərbaycanlı olmuş, İrina gecə onunla kiçik yük maşınında gəzməyə yollanmış, bu gəzinti zamanı Təqsirləndirilən şəxs onu tarlaya salaraq yerə yıxıb zorlamışdır. Müstəntiq İrinanı dindirdikdən sonra polis əməkdaşları zorlama zamanı onun əynində olmuş tuman və cins şalvarını maddi subut kimi götürmüşlər. İrina onun yanında həmin əşyaları könüllü təqdim etmişdir. Daha sonra İrina ilə Naxodka şəhərinə yollanmış, orada onun cinsi orqanından yaxma götürmüşlər. Baş vermiş hadisədən sonra İrina ilə zorlanması barədə dəfələrlə söhbət aparmış, ancaq İrina ona detallarını danışmamışdır. Qızına inanıb hesab etmişdir ki, o həqiqəti söyləyir. Təqsirləndirilən şəxs ilə tanış deyil, onu heç vaxt görməmiş və barəsində heç nə bilməmişdir. Qızına qarşı törətdiyi cinayət əməlinə görə onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Məhkəmədə iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, atası, anası və kiçik qardaşı Rəşadla birlikdə Rusiya Federasiyası, Primorsk diyarı, Naxodka şəhəri, Sverdlov küçəsi, ev 43, mənzil 49 ünvanında yaşayır. Naxodka şəhər 7 saylı orta ümumtəhsil məktəbi “Edelveys” BMTM-nin 7-ci sinfində oxuyur. Primorsk diyarının Partizansk rayonunun Novaya Sila kəndində yaşayan nənəsi X2 yanına bəzən qonaq gedir. Nənəsi Primorsk diyarı, Partizanskiy rayonu, Novaya Sila kəndi, 40 let Pobedı küçəsi, ev 25, mənzil 1 ünvanında yaşayır. Nənəsi ilə birlikdə dayısı Şahid5 və təxminən 4 il qabaq Azərbaycandan Novaya Sila kəndinə gələn dayısı Təqsirləndirilən şəxs yaşamışdır. xx.xx.2021-ci il tarixdə Novaya Sila kəndində nənəsigildə olmuşdur. Kənddə sürdüyü mopedi vardır. Axşam saatlarında küçədə artıq qaranlıq olanda Novaya Sila kənd klubunun yanından keçərkən kluba öz mopedində gələn Təqsirləndirilən şəxs dayandığını görmüşdür. Onunla birlikdə klubun yanında Zərərçəkmiş şəxs və Şahid4 olmuşlar, özü onların hamısını yaxşı tanımışdır. Daha sonra kluba Şahid1 və Ussuriysk şəhərində oxuyan Şahid2 yaxınlaşmışlar. Onları da yaxşı tanımışdır. Hamı klubun yanında pivə içmiş, lakin özü onlarla pivə içməmiş, ayıq vəziyyətdə olmuşdur. Orada hamı danışıb gülmüşdür. Sonra Ramil hər kəsi sahəyə öz vaqonuna çağırmış, çünki çöldə soyuq olmuş, güclü külək əsmiş, yağış yağmağa başlamışdır. Hər kəs vaqona getməyə razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs öz mopedində qarşıda getmiş, İrina, Kristina, Denis və Nikolay isə piyada getmişlər. Özü də vaqona getməyə qərar vermiş, amma hamının orada yığışmasını gözləmiş, ona görə də Təqsirləndirilən şəxs dərhal sonra getməmiş, bir müddət Novaya Sila kəndində moped sürmüşdür. Sahədəki vaqona artıq hamı orada olanda getmiş, yəni vaqona girəndə artıq Təqsirləndirilən şəxs, Şahid2, Şahid4, Şahid1 və Zərərçəkmiş şəxs orada olmuşlar. Onlar pivə içmişlər. Özü də onlarla birlikdə olsa da, amma pivə içməmiş, sadəcə söhbət edib onların söhbətlərinə qulaq asmışdır. Pivə içəndə heç kim bir-biri ilə mübahisə etməmiş, dalaşmamış, heç bir dava olmamış, sakitçilik olmuşdur. Pivə içmədiyi və kampaniyada ən kiçik olduğu üçün özünü o qədər də şən hiss etməmiş, buna görə də həmin axşam ərzində bəzən vaqondan çıxıb mopedinə oturaraq sahədə sürmüş, sonra isə vaqona qayıdıb yenidən onların kampaniyasında olmuşdur. Onlar vaqonda pivə içdikləri müddətdə bu, iki və ya üç dəfə baş vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs vaqondan getmişlər. Saatın neçə olduğunu bilməsə də, artıq gecə olmuşdur. Onlar piyada getmişlər, çünki Ramil mopedini işə sala bilməmişdir. Sonra özü onun mopedini işə salmış, lakin mopedin təkəri buraxmış, bununla əlaqədar olaraq mopeddə getmək olmamış, ona görə də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs piyada getmişlər. Özü ayıq olduğundan hər şeyi yaxşı xatırlamışdır. Təqsirləndirilən şəxs və İrina Ruskaya həqiqətən mopedə oturub mopedlə getmək istəsələr də, lakin mopedin təkəri buraxdığı üçün onlar piyada getmişlər. Onların hara getdiklərini bilməsə də, lakin Novaya Sila kəndi istiqamətində getmişlər. Daha sonra onların nənəsigilin evinə getdiklərini öyrənmiş, Təqsirləndirilən şəxs oradan mikro yük maşınını götürmüş, bunun ona nə üçün lazım olduğunu, Zərərçəkmiş şəxs niyə onunla getdiyini bilməmişdir. Ramil və İrina gedəndə, özü vaqonda Kristina, Denis və Nikolay ilə qalmışdır. Onlar pivə içib rəqs etmişlər, özü də sadəcə onlarla birlikdə olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mikro yük maşınında vaqonun yanına gəldiklərini görməmiş, bu barədə heç nə deyə bilməmişdir. Ola bilər ki, onlar gəlsələr də, amma özü onları görməmişdir. Ramil və İrina gedəndən sonra nə qədər vaxt keçdiyini bilməmiş, yəqin ki, haradasa bir saat olmuş, bəlkə də bir az az, bəlkə də bir az çox. Vaqonda oturmaqdan bezmiş, darıxmış, ona görə də vaqondan çıxıb mopedində gəzmək qərarına gəlmişdir. Mopedi sahədə sürmüş, sahənin sonuna gələndə elektrik xətti dirəkləri olan yerdə mopedinin farasının işığı Təqsirləndirilən şəxs sürdüyü mikro yük maşınına düşmüşdür. Bu Təqsirləndirilən şəxs şəxsi mikro yük maşını olmamış, lakin bəzən bu maşını sürmüşdür. Mopedinin farası birbaşa mikro yük maşınının kabinəsinə düşmüş, yaxşı görmüşdür ki, kabində heç kim yoxdur. Yük maşınının yanında da heç kim olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs görməmişdir. Mikro yük maşınının yanında qalmamış, içərisində niyə heç kimin olmadığını araşdırmamış, vaqona qayıtmışdır. Yük maşınının yanında bir dəqiqədən çox olmamışdır. Sahədə mopedi sürdüyü zaman orada tanıdığı və ya tanımadığı heç bir kəslə qarşılaşmamış, heç kimi görməmişdir. Bundan sonra vaqona qayıdarkən orada yenə də Kristina, Denis və Nikolay pivə içməyə davam etmişlər. Təxminən iyirmi dəqiqə sonra Təqsirləndirilən şəxs mikro yük maşınında vaqona gəlmiş, tək olmuş, vaqona girəndə dərhal şezlonq şəkilində kresloda yatmaq üçün uzanmışdır. Kristina ondan İrinanın harada olduğunu soruşmuş, o isə onun haradasa gəldiyini demişdir. Təxminən 15-20 dəqiqə sonra Şahid2 evinə gedəcəyini deyib vaqondan çıxmış, lakin bir neçə dəqiqədən sonra qayıdıb Kristinanı özü ilə çağırmışdır. O Kristina ilə birlikdə vaqondan çıxmış, bir neçə dəqiqə sonra onlar Zərərçəkmiş şəxs ilə birlikdə qayıtmışlar. İrina ağlamışdır. İrina yatmış Təqsirləndirilən şəxs yaxınlaşıb ayağı ilə onun ayaqlarını təpikləmişdir. Ramil ayağa qalxıb İrina ilə dalaşmağa başlamışdır. İrina “Sən niyə məni zorladın?” deyə qışqırmışdır. Kristinanın onları aralamağa başladığını görmüşdür. Sonra onları aralamışlar, hamı vaqondan çölə çıxmış, ancaq Təqsirləndirilən şəxs vaqonda qalıb yenidən uzanıb yatmışdır. Zərərçəkmiş şəxs mobil telefon ilə polisə zəng edib Təqsirləndirilən şəxs onu zorladığını demişdir. Bundan sonra özü nənəsigilin evinə getmiş, Kristina, Nikolay və Denis də öz evlərinə getmişlər, İrina isə vaqonun yanında polisi gözləmək üçün qalmışdır. Məhkəmədə iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi hissəvi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs zorlanması hadisəsi ilə bağlı ona məlum olmuşdur ki, 16 oktyabr 2021-ci il tarixdə, səhər saatlarında evində yuxudan oyanıb görmüşdür ki, Ramil evdə yoxdur. Həmin gün çobanın istirahət günü olduğuna görə Ramil heyvanları otarmalı olmuşdur. Evinin həyətinə çıxanda görmüşdür ki, atasına məxsus olan yük maşını yoxdur. Həmçinin Ramil də həyətdə olmamışdır. Təsərrüfat işləri gördükdən sonra heyvanları şəxsən otlatdırmaq üçün fermaya getmiş, dəyişdirmə evi (bıtovka) olan tarlanın yanından keçəndə atasına məxsus olan yük maşınının orada dayandığını görmüşdür. Bıtovkaya yaxınlaşanda görmüşdür ki, qapısı açıqdır, yük maşınının sərnişin qapısı da açıq olmuş, sürücü yeri tərəfində şüşə aşağı salınmışdır. O gün güclü külək olmuş, yağış yağdığına görə yük maşınının kabinəsi tam yaş olmuşdur. Qapını bağlayıb şüşəni qaldırmışdır. Bıtovkanın içinə daxil olanda yerdə pivənin boş plastik butulkalarını görmüş, elektrik istiləndirici qoşulmuşdur. Bıtovkanın içində və ətrafında heç kəs olmamışdır. İstiləndiricini söndürüb qapını bağlayıb fermaya getmiş, ondan sonra gün ərzində mal-qarasını otarmışdır. Həmin gün malqarasını otaran zaman nahara yaxın bacısı Elnurə ona zəng edib evlərinə polislərin gəldiyini, Ramilin onlarla olduğunu, polislərə Ramilin pasportunun lazım olduğunu demişdir. O an başa düşmüşdür ki, Ramil nəsə etmişdir. Xatırladığı qədər Ramil bütün istirahət günləri evdə olmamış, evə yalnız birinci və ya ikinci günlər gəlmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, Zərərçəkmiş şəxs onu zorlamada ittiham etməyə başladığına görə onların aralarında dava-dalaş olmuşdur. Ramil bildirmişdir ki, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid4 və həmin vaxt onlara qonaq gələn Şahid3la bıtovkada pivə içmişlər. Sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə onların həyətinə gəlib orada olan onun atasının yük maşınını götürüb maşınla Novaya Sila kəndindən kənara gəzməyə getmişlər. Ondan niyə Zərərçəkmiş şəxs onunla yük maşınında bıtovkaya getmədiyini soruşduqda, Ramil onunla getmək istəmədiyini bildirmişdir. Həmçinin ona məlum olmuşdur ki, qohumu Şahid3 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecə vaxtı tarladan öz mopedi ilə keçərkən yolda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla gəzməyə getdiklərini, onun atasının yük maşınının dayandığını görmüş, lakin onun sözlərinə görə yük maşınının kabinəsində heç kəs olmamışdır. Şahid3 ona danışmışdır ki, bir az maşının yanında dayanmış, amma Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs görməmiş, sonra getmiş, bir az vaxt keçəndən sonra Təqsirləndirilən şəxs bıtovkaya gələrkən kabinədə tək olmuş, Zərərçəkmiş şəxs onun yanında olmamışdır. Rasim demişdir ki, Ramil ona İrinanın onunla getmədiyini bildirib, gedib onu bıtovkaya gətirməsini xahiş etmişdir. Həmçinin ona məlum olmuşdur ki, Şahid3 sözlərinə görə Şahid2 o gecə bıtovkadan evə gedərkən haradasa yolda Zərərçəkmiş şəxs rast gəlmişdir. 2021-ci ilin noyabr-dekabr aylarında Zərərçəkmiş şəxs zorlanması faktı ilə bağlı istintaq komitəsində cinayət işinin başlanmasından Təqsirləndirilən şəxs narahat olmağa başlamışdır. O, az danışmış, fikirli olmuş, görünmüşdür ki, qorxur. Həmçinin özü də ona demişdir ki, bu cinayətin törədilməsinə görə bir neçə il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 2021 -ci ilin dekabr ayında Təqsirləndirilən şəxs onda saxladığı qazandığı pulu qaytarmasını istəmiş, özü də ona 100.000 rubl vermişdir. Başa düşmüşdür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qayıtmaq istəyir. Özü ona bilet almamış, onun bilet aldığını da bilməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, səhər vaxtı görmüşdür. Ramil harasa getməsini ona deməmişdir. Həmin gün özü işləri ilə bağlı Naxodka şəhərinə getmiş, axşam qayıdanda görmüşdür ki, Ramil evdə yoxdur. Onun harada olduğunu valideynlərindən soruşmuş, onlar bilmədiklərini demişlər. Onun telefonuna zəng etməyə başlamış, lakin telefonu söndürüldüyünə görə onun polisdən və istintaqdan gizləndiyini başa düşmüşdür. Təxminən xx.xx.2022-ci il tarixdə Ramilin atası ona zəng vurub onun Azərbaycanda olduğunu bildirmişdir. Həmçinin onun sözlərindən məlum olmuşdur ki, Ramil Azərbaycan Respublikasına qayıdanda valideynlərinin evinə getməmiş, bir neçə gün Bakı şəhərində olmuşdur. Məhkəmədə iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, rəfiqəsi Zərərçəkmiş şəxs ilə beş ildən artıqdır dostluq edir. İrina ilə əvvəldən Novaya Sila kəndində eyni məktəb sinfində, müxtəlif ixtisaslar üzrə eyni universitetdə oxumuşlar. Zərərçəkmiş şəxs anası ilə birlikdə Primorsk diyarının Naxodka şəhərində, orada supermarket və Kupeçeskiy yaxınlığında kirayə mənzildə yaşayırlar. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə Primorsk diyarının Partizanzskiy rayX34 kəndinə həftə sonu gəzib istirahət etmək üçün getmək istəmişlər. Elektrik qatarında, təxminən 21:20-də Primorsk diyarının Naxodka şəhərindən Primorsk diyarının Partizanzskiy rayX34 kəndinə dəmiryol stansiyasına gəlmişlər. Naxodka şəhərindən özləri ilə daha əvvəl aldıqları həcmi 1,5 litr olan beş butulka pivəni götürmüşlər. Bu pivəni Novaya Sila kəndi, Komarova küçəsi ünvanında yerləşən Novaya Sila kənd klubunun girişində içmək istəmişlər. X31 kəndi, Komarova küçəsi ünvanında yerləşən klubun yanında bu pivələri içməyi qərara almışlar. Novaya Sila kəndini gəzəndə onlar spirtli içki qəbul etməmişlər, yəni qeyd olunan yaşayış məntəqəsinə gələndə ayıq vəziyyətdə olmuşlar. Naxodka şəhərindən Novaya Sila kəndinə elektrik qatarında gedəndə onlarla Novaya Sila kənd sakini olan Şahid4 də gəlmişdir. O, Naxodka şəhərində Uzaq Şərq dəniz məktəbində oxumuş və orada olan yataqxanada yaşamışdır. Şahid4 da elektrik qatarında spirtli içki qəbul etməmişdir. Özü, Zərərçəkmiş şəxs və Şahid4 Novaya Sila kəndindəki kluba gələndə, İrina və Denisi klubun binasının yanında qoymuş, özü isə Naxodka şəhərindən gətirdiyi şəxsi əşyalarını qoymaq üçün evə, valideynlərinin yanına getmişdir. O gedəndən sonra İrina və Denis klubun binasının yanında qalmışlar. Təxminən 20 dəqiqədən sonra saat 22:00-da Novaya Sila kəndindəki kluba qayıtmışdır. Kluba qayıdanda yolda Şahid2 görmüş, ona onlarla klubun binasının yanında vaxt keçirməyi, spirtli içki içməyi təklif etmişdir. Şahid2 onun təklifi ilə razılaşıb onunla getmişdir. Onlar kluba çatanda Zərərçəkmiş şəxs, Şahid4, həmçinin ümumi tanışları Təqsirləndirilən şəxs və Şahid3 da onlarla birlikdə oturub pivə içmişlər. Özü və Şahid2 da onların yanına əyləşmişlər, Novaya Sila kəndindəki klubun yanında oturub pivə spirtli içkisi içməyə başlamışlar. Klubun yanında Təqsirləndirilən şəxs məxsus olan moped dayanmış, başa düşdüyü qədər o və Şahid3 kluba mopeddə gəlmişlər. Spirtli içki içən zaman onların aralarında mübahisə olmamış, hamı söhbət edib əyləncəli olmuşdur. Həmin gün hava buludlu, çox soyuq olduğundan hamı donmuş, Təqsirləndirilən şəxs onlara tarlada olan onun konteynerinə gedib orada spirtli içki içməyi təklif etmişdir. Hamısı Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs və Şahid3 mopedlə konteynerə getmişlər, amma özü, Şahid4, Şahid2 və Zərərçəkmiş şəxs piyada getmişlər. Həmin konteyner Primorsk diyarı, Partizanskiy rayonu, Boets Kuznetsovo kəndindən getdikdə Novaya Sila kəndinin girişində, Novaya Sila kənd klubundan bir az aralıda yerləşir. Piyada gedəndə isə 30-40 dəqiqə vaxt aparmışdır. Onlar əvvəllər də dəfələrlə Ramilin konteynerində olub spirtli içki içərək əylənmişlər, heç bir pis hadisə baş verməmişdir. Təqsirləndirilən şəxs bu konteynerdə çox vaxt keçirib faktiki orada yaşamış, tarlada inək otlatmışdır. Onlar qeyd olunan konteynerə gedəndə Təqsirləndirilən şəxs və Şahid3 orada oturub içki içmişlər. Özləri də onlarla içməyə başlamışlar. Həmin vaxt xx.xx.2021-ci il, saat 23:00 olmuşdur. Onlar iki saat içki içmişlər. Özü əvvəl pivə içmiş, amma sonra artıq alkoloji sərxoşluq vəziyyətində olduğunu başa düşdüyünə görə sadəcə oturub baş verənləri seyr etmişdir. Bu zaman hamı sərxoş olmuş, amma ayaq üstə dayana bilmişlər, heç bir mübahisə baş verməmişdir. xx.xx.2021-ci il tarixdə, saat 00:00-dan sonra Zərərçəkmiş şəxs ona yaxınlaşıb Təqsirləndirilən şəxsla mopeddə gəzmək istədiyini demişdir. İrinanın sözləri onu narahat etməmiş, çünki daha əvvəl bir neçə dəfə də İrina Ramillə birlikdə onun mopedində, yaxud yük maşınında gəzmiş, onda heç bir pis hadisə baş verməmişdir. Həmçinin özü də əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxsla onun mopedində gəzmiş, Ramil heç vaxt ona sataşmamış, cinsi münasibətə girməyi təklif etməmişdir. Özü də İrinaya onu konteynərdə gözləyəcəyini, o gəlmədən evə qayıtmayacağını demiş, çünki həmin gün gecə İrina onların evində qalmalı olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs konteynerden çıxdıqlarını görmüş, X31 kəndinin o biri tərəfinə getmişlər. Sonra İrinadan öyrənmişdir ki, onlar Ramilin kiçik yük maşınına oturmaq üçün onun evinə getmişlər. Təxminən 15 dəqiqə sonra özü, Şahid4, Şahid3 və Nikolay Şetsov konteynerdə olarkən gələn avtomobilin mühərrikinin səsini eşitmişlər. Konteynerdən tək çıxıb budkalı, ağ rəngli, kiçik yük maşınının gəldiyini görmüşdür. Bu maşında Ramil sükan arxasında əyləşmiş, İrina isə onun yanında sərnişin oturacağında oturmuş, İrina o vaxt sakit olmuş, qışqırmamış, ağlamamış, əksinə gülmüşdür. Ramil və İrina yük maşınının kabinəsindən çıxmamışlar, özü də onlarla söhbət etməmişdir. Təxminən bir dəqiqədən sonra Ramil yük maşınını döndərib dolama torpaq yolu ilə Novaya Sila kəndinin fermasına tərəf getmiş, o istiqamətdə niyə getdiklərini bilməmişdir. Bunun nə vaxt baş verdiyini xatırlamamış, amma bu xx.xx.2021-ci il tarixdə, saat 00:30dan 01:00-a qədər olmuşdur. Ramil və İrina gedəndən sonra konteynerdə özü, Denis, Rasim və Nikolay qalıb oturub söhbət etmişlər. Oğlanlar pivə içmiş, amma özü içməmişdir. Ramil və İrina gedəndən sonra nə qədər vaxt keçdiyini xatırlamamış, amma gözləməkdən yorulmuş, yatmağa başlamış, ona görə də evə getməyə hazırlaşmışdır. Bu zaman konteynerə Ramil daxil olmuş, onun necə gəldiyini bilməmişdir. O şezlonqun yanındakı kresloya uzanıb yatmışdır. Ondan İrinanın harada olduğunu soruşduqda, haradasa arxada olduğunu demiş, bundan başqa bir şey deməyib yatmışdır. Onun sözlərindən sonra konteynerdə oturub İrinanın gəlməsini gözləmişdir. Təxminən 10 dəqiqə sonra Nikolay ona yaxınlaşıb İrinanın yolun qırağında oturub onun yanına gəlməsini xahiş etdiyini demişdir. Nikolay bundan başqa bir şey deməmişdir. Onunla birlikdə konteynerdən çıxıb qeyd olunan yola tərəf gedəndə İrinanın yolun qırağında ağladığını görmüşdür. İrinadan nə baş verdiyini soruşmuş, İrina demişdir ki “o məni zorlayıb”. Kimin onu zorladığını soruşduqda isə Ramil deyə cavab vermişdir. Zərərçəkmiş şəxs ona demişdir ki, onlar yük maşını ilə gəzməyə gedəndə Ramil dayanıb siqaret çəkmək üçün kabinədən çıxmağı təklif etmiş, onlar siqaret çəkəndən sonra Ramil onu yerə yıxıb onu zorlamağa başlamış, onun üstündə olanda əllərini, ayaqlarını tutmuş, özü Ramildən aralanmaq istəyəndə üzünə, yanağına vurmuş, Ramil öz cinsiyyət orqanını onun uşaqlıq yoluna salmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinsi münasibətinin necə başa çatması haqqında heç nə bilməmişdir. Ondan soruşmuşdur ki, o sənə boşaldı. İrina da bilmirəm deyə cavab vermişdir. İrinanın sözlərinə görə zorlamadan sonra Ramil getmiş, özü də yerdən qalxaraq konteynerə piyada gəlmişdir. Bundan başa İrina ona heç bir şey deməmişdir. Özü, Zərərçəkmiş şəxs və Şahid2 Şahid4, Şahid3 və yatmağa davam edən Təqsirləndirilən şəxs olduğu konteynerə qayıtmışlar. İrina Ramili oyatmağa başlamışdır. Amma o ayılmaq istəməmiş, İrina əsəbiləşib onun ayağına vurmuşdur. Buna görə Təqsirləndirilən şəxs ayağa durmuş, onlar dalaşmağa başlamışlar. İrina Ramilə qışqırmışdır ki, niyə onu zorlayıb. Amma Ramil qışqırmışdır ki, onu zorlamayıb. Özü onları sakitləşdirməyə, bir-birindən ayırmağa başlamışdır. Ramil bu vaxt İrinanı üzündən, yanağından vurmuşdur. Özü, Şahid2, Şahid3 da Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayırmağa çalışmışlar, Şahid4 isə o vaxt yatmışdır. Bundan sonra baş verənlərdən bezib evinə getmiş, Zərərçəkmiş şəxs isə yenidən yatan Təqsirləndirilən şəxsla birlikdə konteynerin yanında qalmışdır. Çünki İrina ona demişdir ki, polisə zəng vurub baş verənlər barədə xəbər verib, ona görə də polis əməkdaşlarının gəlməsini gözləyəcəkdir. Özü də Şahid2, Şahid3 və Şahid4 ilə evinə getmişdir. Gecə vaxtı evinə polis əməkdaşı gəlib onu dindirmişdir. Məhkəmədə iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 18:00-da Rusiya Federasiyası Novaya Sila kəndində olmuş, həmin gün Naxodka şəhərindən Novaya Sila kəndinə məktəbdən dost olduğu Şahid4 ortaq dostları Zərərçəkmiş şəxs və Şahid1 ilə birlikdə elektrik qatarı ilə gəlmişdir. Həmin şəxslər ondan kiçikdirlər. Şahid4 ondan bir yaş kiçikdir. Onlar eyni məktəbdə oxumuşlar, lakin Şahid1 və Zərərçəkmiş şəxs onlardan bir sinif aşağıda oxumuşlar. Onlar kənd klubunun yaxınlığında görüşüb pivə içmək qərarına gəlmişlər. Kluba gedən yolda Şahid1 ilə rastlaşarkən Kristina ona Şahid4 və Zərərçəkmiş şəxs klubun yanında gözlədiklərini demişdir. Şahid1 əşyalarını evinə aparandan sonra onunla birlikdə Novaya Sila kəndindəki kluba getmişlər. Onlar kluba çatanda xx.xx.2021-ci il, saat təxminən 22 olmuşdur. Zərərçəkmiş şəxs, Şahid4, yaxşı tanıdığı Şahid3 və Təqsirləndirilən şəxs klubun yaxınlığındakı eyvanda pivə içmişlər. Özü və Şahid1 da onlarla pivə içməyə başlamışlar. Aralarında heç bir münaqişə olmamış, heç kim dalaşmamışdır. Onlar klubun yanında təxminən iki saat olmuşlar. Təqsirləndirilən şəxs onlara onun vaqonunda pivə içməyi təklif etmiş, çünki hava tutqun və çox soyuq olmuşdur. Hamısı donduqları üçün onun təklifi ilə razılaşmışlar. Əvvəllər özü X27 kəndindəki vaqonunda olmuşdur. Bu vaqon Primorsk diyarı, Partizanskiy rayonu, Boets Kuznetsovo kəndindən getdikdə Novaya Sila kəndinin girişində yerləşir. Təqsirləndirilən şəxs yerli sakin olmamış, bir neçə il əvvəl Novaya Sila kəndinə Azərbaycan Respublikasından gəlmiş, qohumları ilə birlikdə 40 let Pobeda küçəsində yaşamışdır. Bundan sonra özü, Şahid4, Şahid1 və Zərərçəkmiş şəxs piyada şəkildə Təqsirləndirilən şəxs vaqonuna getmişlər, amma Ramil isə mopedlə getmişdir. Şahid3 da vaqona mopedlə getmiş, amma onlar ora piyada çatandan sonra gəlmişdir. Vaqonda uzun müddət ərzində olmuşlar, lakin nə qədər vaxt keçirdiklərini xatırlamamış, orada artıq gecə ertəsi gün, yəni xx.xx.2021-ci il tarix olmuşdur. Həmçinin klubun yaxınlığında oluğu kimi vaqonda da heç kim dalaşmamış, mübahisə etməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs ilə gəzintiyə çıxacağını deyib getmişlər. Hara getdiklərinə isə heç bir əhəmiyyət verməyib maraqlanmadığından bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girmək istədiyini ona deməmişdir. Özü bütün vaxt vaqonda olmuş, vaqonun içindən çıxmadığından onların hara getdiklərini görməmişdir. Təxminən bir saat və ya bir az daha çox sonra Şahid3 vaqondan çıxmış, lakin onun hara getdiyini bilməmişdir. Vaqonda özü, Şahid1 və Şahid4 qalmışlar. Artıq gec olmuş, onlar sərxoş vəziyyətdə olmuşlar, özü də yatmaq istəmişdir. Bir müddət sonra Şahid3 vaqona qayıtmışdır. Təxminən 20-30 dəqiqə sonra isə Təqsirləndirilən şəxs vaqona daxil olmuş, özünü bir az qəribə aparmış, əvvəlki kimi şən olmamışdır. Ondan Zərərçəkmiş şəxs harada olduğunu soruşduqda isə, Ramil təhqiramiz sözlər işlədərək onu axmaq adlandırmışdır. Təqsirləndirilən şəxs o dəqiqə vaqonda uzanıb yatmış, onun belə hərəkət etməsi özünə qəribə gəlmişdir. Əvvəllər də onunla birlikdə spirtli içki qəbul etsə də, amma Ramil heç vaxt özünü belə aparmamışdır. Vaqonda olan Şahid1, Şahid4 və Şahid3 artıq əylənməmişlər, yuxulu olmuşlar. Ona görə də evə gedəcəyini deyib vaqondan çıxmış, küçədə olarkən vaqonun yanında Təqsirləndirilən şəxs sürdüyü ağ budkalı kiçik yük maşınının dayandığını görüb başa düşmüşdür ki, Ramil vaqona bu kiçik yük maşını ilə gəlmişdir. Vaqonda olarkən isə işləyən mühərrikin səsini eşitməmişdir. Vaqondan çıxandan sonra Novaya Sila kəndinə tərəf yol ilə gedərkən əlindəki fanar ilə yola işıq salmış, yola yaxınlaşanda yolun qırağında nəsə parıldayan elementə fanarla işıq tutmuşdur. Yaxına gələrək yolun qırağında oturan Zərərçəkmiş şəxs gödəkcəsinin zolaqlarının parıldadığını, ona yaxınlaşanda isə ağladığını görmüşdür. Ondan nə baş verdiyini soruşmuş, İrina da demişdir ki, Təqsirləndirilən şəxsla onun kiçik yük maşınında gəzmişlər, Ramil onu zorlamışdır. Zərərçəkmiş şəxs sözlərindən başa düşmüşdür ki, Təqsirləndirilən şəxs X34 kəndinin rayon ferması tərəfində zorlamışdır. Zərərçəkmiş şəxs zorlanması haqqında ona başqa heç nə deməmiş, polisə zəng vurmaq üçün mobil telefonunu ona verməsini xahiş etmiş, amma telefonu yanında olmadığından bunu ona demişdir. Onda Zərərçəkmiş şəxs vaqona girib Şahid1 çağırmasını xahiş etmişdir. Özü də onun xahişini yerinə yetirib vaqona girib Şahid1 çağırmışdır. Sonra onlar birlikdə Zərərçəkmiş şəxs yanına qayıtmışlar. İrina onun yanında Şahid1 Təqsirləndirilən şəxs onu zorladığını demişdir. İrina ona dediklərini Kristinaya da danışmış, sonra isə əlavə etmişdir ki, Təqsirləndirilən şəxsla gedəndə Ramil dayanıb ona siqaret çəkməyi təklif etmiş, onlar siqaret çəkəndən sonra Ramil onu yerə yıxıb zorlamağa başlamış, onun üzündən vurmuş, ondan aralaşmaq istəsə də, Ramil cinsiyyət orqanını onun uşaqlıq yoluna sala bilmişdir. İrina başqa heç nə deməmişdir. Bundan sonra onlar hamısı Təqsirləndirilən şəxs vaqonuna qayıtmışlar. Zərərçəkmiş şəxs yatmış Təqsirləndirilən şəxs yaxınlaşıb onun ayağına təpiklə vurmuş, Ramil ayıldıqda onlar mübahisə etməyə başlamışlar. Təqsirləndirilən şəxs ovucu ilə Zərərçəkmiş şəxs üzündən vurmuş, çünki onu zorladığı üçün İrina qışqırmışdır. Şahid1 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ayırmağa başlamış, onlar İrina və Ramili ayırmışlar, sonra Ramil yatmış, amma özü, Şahid4 və Şahid1 evə getmişlər. Rasim də mopedlə evə getmişdir. İrina vaqonun yanında qalmış, Öz mobil telefonunu tapıb polisə zəng vurmuş və polis əməkdaşlarının həmin yerə gəlmələrini gözləmişdir. Məhkəmədə iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, o Rusiya Federasiyası, Primorsk diyarı, Naxodka şəhəri, Naxodkinsiy prospekti, ev 86 ünvanında X35 məktəbi «X32 X13 Universiteti» AT FDBTM-nin filialında təhsil almış, istirahət günləri evə, valideynlərinin yanına Primorsk diyarı, Partizanskiy rayonu, Nobaya Sila kəndinə getmişdir. xx.xx.2021-ci il tarixdə Naxodka şəhərindən Novaya Sila kəndinə axşam yola düşən elektrik qatarı ilə evə getmişdir. Elektrik qatarında tanışları, onun kimi Naxodka şəhərində təhsil alan Zərərçəkmiş şəxs və Şahid1 ilə birlikdə getmişdir. Əvvəllər onlar eyni məktəbdə oxumuşlar, lakin Şahid1 və Zərərçəkmiş şəxs ondan bir sinif aşağı oxumuşlar. İrina və Kristinada plastik butulkalarda pivə olmuş, onlar pivəni Novaya Sila kəndinə gedəndən sonra birlikdə içməyə hazırlaşmışlar. Dəmir yolu stansiyasında düşərək özü, İrina və Kristina ilə Novaya Sila kəndindəki kluba getmişlər, ondan sonra İrina və özü klubda qalmışlar, Kristina əşyalarını aparmaq üçün evə getmişdir. Özü və İrina pivə içməyə başlayarkən saat təxminən 22 radələri olmuş, çünki elektrik qatarı Novaya Sila kəndinə saat 21:30-da gəlir. Hələ Kristina gələnə qədər kluba qohumlar olan Təqsirləndirilən şəxs və Şahid3 mopeddə gəlib onlarla birlikdə pivə içmişlər. Sonra Şahid1 və dostu Şahid2 da gəlmişlər. Onlar hamısı birlikdə, yəni özü, Şahid2, Zərərçəkmiş şəxs, Şahid1, Təqsirləndirilən şəxs və Şahid3 klubun eyvanında pivə içmişlər. Klubun yanında təxminən 1-2 saat pivə içmişlər. Sonra Təqsirləndirilən şəxs pivə alıb sahədə yerləşən kiçik vaqon şəkilində olan otağına getməyi təklif etmiş, özləri də onun təklifi ilə razılaşmışlar, çünki həmin gün soyuq olmuş, yağış yağmış, güclü külək əsmiş, küçədə dayanmaq çətin olmuşdur. Təqsirləndirilən şəxs vaqonunun harada olduğunu bilmiş, çünki əvvəllər dəfələrlə orada olmuşdur. Bu vaqon Novaya Sila kəndinə daxil olanda tarlada yerləşmişdir. Özü, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs tarlaya piyada, Təqsirləndirilən şəxs və Şahid3 isə öz mopedlərində getmişlər. Vaqona çatanda yalnız Təqsirləndirilən şəxs görmüşlər, Rasim Babaxonov vaqonda olmamış, daha gec gəlmişdir. Onlar yenə pivə içməyə başlayıb müxtəlif mövzularda danışıb musiqiyə qulaq asmışlar. Onların aralarında heç bir mübahisə, münaqişə olmamışdır. Sonra başa düşdüyü kimi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birlikdə harasa getmişlər. Həmin an saatın neçə olması yadında olmamış, saata baxmamış, bayırda artıq gecə olmuşdur. Getməzdən əvvəl Təqsirləndirilən şəxs ona yaxınlaşmamış, öz planları haqqında danışmamışdır. Ramil İrina ilə cinsi əlaqədə olmaq istədiyini ona deməmişdir. Ramil və İrinanın nə vaxt, hara getdiklərini görməmiş, çünki onlara baxmamış, özü üçün maraqlı olmamışdır. Sonrakı hadisələr yadında olmamış, çünki çox içib sərxoş vəziyyətdə olmuş, gah yuxuya getmiş, gah da oyanıb pivə içmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs vaqona necə qayıtmaları yadında olmamış, ola bilər həmin an yatmışdır. Yadında olmuşdur ki, oyananda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 ilə dalaşmışlar, nəyə görə dalaşdıqlarını bilməmişdir. Sonra Şahid2 vaqondan getmiş, Şahid3 da öz mopedi ilə çıxıb getmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs orada qalmışlar. Yadında olmuşdur ki, Zərərçəkmiş şəxs polisi çağırmasını demişdir, çünki Təqsirləndirilən şəxs onu zorlamışdır. Məhkəmədə iştirak etməyən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, o Primorsk diyarı Naxodka şəhərində yaşayır, qeyri-rəsmi yükvuran fəhlə işləyir. Rəfiqəsi Zərərçəkmiş şəxs Aleksandrovanı 2014-cü ildən tanımışdır. Zərərçəkmiş şəxs ilə 2019-cu ilin yaz aylarından görüşməyə başlamış, lakin həmin vaxt cinsi əlaqədə olmamışlar, çünki o vaxt İrinanın hələ 16 yaşı olmamışdır. İrina ilə onun arasında ilk cinsi əlaqə 2020-ci ilin yay aylarında olmuş, yəni o zaman İrinanın 16 yaşı olmuşdur. O vaxt İrina bakirə olmuşdur. Hazırda onlar dostluq münasibətlərini qoruyub saxlamaqda davam edirlər, lakin aralarında intim münasibətlər yoxdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə vaxtı saat 03:00-dan saat 04:00-a kimi Zərərçəkmiş şəxs yaxın rəfiqəsi Şahid1 ona zəng edib İrinanın Təqsirləndirilən şəxs tərəfindən zorlanması haqqında bildirmişdir. Kristina İrinanın zorlanması halları haqqında danışmamış, özü də ondan soruşmamış, ona bununla hüquqmühafizə orqanlarının məşğul olmasını deyib telefonu söndürmüşdür. xx.xx.2022-ci il tarixdə bazar günü, nahar vaxtı Zərərçəkmiş şəxs yaşadığı Naxodka şəhəri, Severnıy prospekti, ev 13, mənzil 17 ünvanına qonaq gedərkən İrinanın anası da evdə olmuşdur. Onlarda bir saata yaxın olub zorlanma hallarını aydınlaşdırmaq istəsə də, lakin Zərərçəkmiş şəxs bu barədə heç nə danışmamışdır. Bu mövzu barədə söhbəti davam etdirmək istəmədiyini görəndə, zorlanma halları ilə bağlı sual verməyi dayandırmışdır. Təqsirləndirilən şəxs tanımış, onu bir neçə dəfə Novaya Sila kəndində görsə də, lakin heç bir münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs zorlanmasından sonra Təqsirləndirilən şəxsla görüşməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, maddi sübutlar: Zərərçəkmiş şəxs cins şalvarı, tumanı, Təqsirləndirilən şəxs cins şalvarı, tumanı, Zərərçəkmiş şəxs uşaqlıq yolundan axıntı ilə 2 əşya şüşəsi, onun cinsiyyət orqanı, bud hissəsindən yuyuntu ilə tənzif tampon, uşaqlıq yolunun axıntı ilə tənzif tampon, Təqsirləndirilən şəxs cinsi üzvü başının izi ilə 2 əşya şüşəsi yoxlanılaraq müvafiq qaydada qablaşdırılmışdır. Zərərçəkmiş şəxs məxsus alt paltarında kəsiklər və qırmızı rəngli ləkələr vardır. Alt paltarı uzun müddət geyinilmiş, parçasında defekt, həmçinin çirklənmə izləri vardır. Zərərçəkmiş şəxs məxsus göy rəngli cins şalvarın miyançası qırılmış, cins uzun müddət geyinilmiş, ön və arxa tərəfində çox çirklənmə izləri vardır. Təqsirləndirilən şəxs məxsus olan göy rəngli cins şalvarda geyinilmə izləri, ön tərəfində çirklənmə izləri vardır. Ona məxsus göy rəngli kişi alt paltarının içərisinin ön tərəfində xarici hərflər və rəqəmlər yazılmış, alt paltarında çirklənmə izləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi “Xiaomi Redmi” markalı smartfon mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi 9T” markalı smartfon mobil telefonun tünd göy rəngli korpusu, üzərində qara rəngli kaburo vardır, işlənmiş haldadır, köhnədir. Telefonun sensor ekranı vardır. Telefonun üzərində Təqsirləndirilən şəxs məxsus “077 317-54-73” saylı mobil nömrə vardır. Yazılar rus dilindədir. Telefonda tarix və saat düzgündür. Telefonun “Телефон” (Telefon), “Сообщения” (Mesajlar) bölmələrində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. Telefonun “Галерея” (Qalereya) bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs müxtəlif fotoşəkillərinin, video görüntülərinin olması müəyyən edilmişdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs müxtəlif kişi, qadın cinsli şəxslərlə birlikdə müxtəlif yerlərdə rəqs etməsi, söhbət etməsi, birlikdə vaxt keçirməsinə dair anlar əks olunmuşdur. Telefonun “Chrome” mobil tətbiqində tarixə daxil olduqda Təqsirləndirilən şəxs həmin mobil telefonundan “www.seksvideo.tv”, “pornomesto.me”, “eu.pornoporno.org”, “rt.pornhub.com”, “a.russkoe-porno.me”, “xnxx.com”, “xnxx-xxx.pro”, “tubexnxx.pro” və digər porno saytlarına dəfələrlə daxil olduğu müəyyən edilmişdir. Telefonun “WhatsApp” mobil tətbiqinə daxil olduqda “077 317-54-73” saylı mobil telefon nömrəsindən istifadə edildiyi müəyyən olunmuşdur. Mobil telefonun “WhatsApp” mobil tətbiqində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən X28 Nazirliyinin Nəqliyyat üzrə Vladivostok Xətti İdarəsinin Vladivostok Şəhərinin Hava X24 Şöbəsinin xx.xx.2022-ci il tarixli, 6/676 nömrəli məktubundan görünür ki, “Axtarış magistral” (“Rozısk magistral”) proqram və texniki kompleksinin məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 1703 nömrəli reyslə Vladivostok-Şeremetyevo yolu, xx.xx.2022-ci il tarixdə 1852 nömrəli reyslə Şeremetyovo-Bakı yolu uçuşlarını həyata keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən X28 Nazirliyi "Partizanski" bələdiyyələrarası şöbəsinin CAŞ-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əmək fəaliyyətinə kənd təsərrüfatı heyvanları, Partizanskiy rayonu, Novaya Sila kəndindən 2x kilometr məsafədə yerləşən torpaq sahəsində onların otarılması daxil olmuşdur. 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs getməmək barədə iltizamı pozub ibtidai istintaq orqanlarından gizlənmiş, xx.xx.2022-ci il tarixdə onun barəsində **********000091 nömrəli axtarış işi açılmışdır. X28 Nazirliyinin məlumat uçotu üzrə yoxlama zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Vladivostok-Şeremetyevo reysi ilə, xx.xx.2022-ci il tarixdə Şeremetyevodan Bakıya uçmuşdur. X33 kəndində yaşayan əlaqəsi olan şəxslərdən məlumat alınmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə məsuliyyətdən qorxduğu üçün Rusiya Federasiyası hüdudlarından kənara getmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən X28 Nazirliyi "Partizanski" bələdiyyələrarası şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə RF İPM-nin 19.3-cü maddəsinin 1ci hissəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli, 5-285/2021-ci il saylı qərarla (xx.xx.2021 -ci il tarixdən qüvvədə) 2.000 rubl inzibati cərimə edilmiş, müddəti keçmiş, dövlət və bələdiyyə ödənişləri haqqında dövlət informasiya sistemindən X14 Xidmətinə cərimə üzrə məlumatlar daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən X28 Nazirliyi "Partizanski" bələdiyyələrarası şöbəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə nəqliyyat vasitəsinin sürücü tərəfindən idarə olunması hüququ olmadan idarə etməsinə görə RF İPM-nin 12.7-ci, yol hərəkəti sahəsində inzibati xətaya görə RF İPM-nin 12.6-cı maddələri ilə cərimə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən RF DİN-in Dövlət Analitik-İnformasiya Mərkəzinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, FDM Soyad üzrə kartotekada Təqsirləndirilən şəxs haqqında məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Primorski diyarı üzrə Rusiya DİNİ Naxodka şəhəri üzrə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi şöbəsinin xx.xx.2021-ci il tarixli, 31186 nömrəli məktubuna əlavə edilmiş arayışxasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Naxodka şəhəri, Severmy prospekti, ev 13, mənzil 17 ünvanında anası xx.xx.1964-cü il təvəllüdlü, “Samberi” mağazasında malları qablaşdıran işçi işləyən Qanuni nümayəndə ilə birlikdə yaşayır. Ailə Naxodka şəhəri, Boyets Kuznetsov qəsəbəsi ünvanında daimi qeydiyyatdadır, kirayə evdə yaşayır, orada Zərərçəkmiş şəxs ayrıca yataq otağı və məşğuliyyəti üçün yeri var. Zərərçəkmiş şəxs X30 Universitetinin Naxodka şəhər filialında “kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət” fakültəsinin 3-cü kursunda təhsil almışdır. Qaydaların pozulması və üzrsüz səbəbdən dərslərin buraxılması faktına görə Naxodka şəhəri üzrə Rusiya DİNŞ rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanların işi üzrə bölməsinə məlumat daxil olmamışdır. Qrup yoldaşları ilə münasibətləri eyni olmuş, hamı ilə dostluq münasibətləri saxlamağa çalışmışdır. Əvvəllər Zərərçəkmiş şəxs icazəsiz gedişləri olmamışdır. Naxodka şəhəri Rusiya DİNŞ-ə onun barəsində məişət davranışlarına görə şikayət və qeydə alınmış məlumatlar daxil olmamışdır. Zərərçəkmiş şəxs Naxodka şəhəri üzrə Rusiya DİNŞ rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanların işi üzrə bölmədə uçotda deyildir. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli yetkinlik yaşına çatmayanın ailə-məişət şərtlərinə baxış aktından görünür ki, Zərərçəkmiş şəxs ailə-məişət şərtlərinə baxış həyata keçirilərkən müəyyən olunmuşdur ki, ailə 2 nəfərdən ibarətdir: ana Qanuni nümayəndə, qızı Zərərçəkmiş şəxs. Ailənin ümumi əmək haqqı 2 şəxsə 50.000 rubl təşkil edir, 32 kv.m. yaşayış evi tutur, icarəyə alınan birotaqlı mənzildir. Zərərçəkmiş şəxs istirahət və məşğuliyyəti üçün şərtlər var. Yaşayış evinin vəziyyəti qənaətbəxşdir, kosmetik təmir tələb olunur. Ailə üzvləri arasında qarşılıqlı münasibət etibarlı, yaxşıdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası İstintaq Komitəsinin Primorsk diyarı üzrə İstintaq İdarəsinin Partizansk şəhəri üzrə İstintaq şöbəsinin xx.xx.2021-ci il tarixli, 125-**********800092/1949 nömrəli məktubunda olan “Partizanskaya Mərkəzi Rayon Xəstəxanası” DDBSM-nin xx.xx.2021-ci il tarixli möhürlərindən görünür ki, Zərərçəkmiş şəxs psixiatr və narkoloqun dispanser nəzarətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Dövlət X4 X11 Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 4521 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs psixiatr uçotunda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Səhiyyə Nazirliyi "xxxx" Dövlət X4 Naxodka şəhər filialının xx.xx.2021-ci il tarixli, 25187 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs dispanser nəzarətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası "X30 Universiteti”nin xx.xx.2021-ci il tarixli, 80-01-39-83 nömrəli xasiyyətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdən “UŞFU” Naxodka şəhər filialının tələbəsi olmuş, 18.02.12 “Kimyəvi birləşmələrin texnologiyasına analitik nəzarət” orta peşə təhsili ixtisası üzrə 3-cü kursda büdcə əsasında əyani formada təhsil almışdır. Tədris dövründə orta nəzəri bilik nümayiş etdirmiş, lakin təhsil proqramının öhdəsindən gəlmiş, son sessiyada orta balı “3.8” olmuşdur. Dayanılmaz cəhdləri ilə sabit xarakterli olmuş, ətrafdakı hadisələrə tez cavab vermiş, uğursuzluqları və dərdləri nisbətən asanlıqla yaşamış, sakit, xeyirxah, özünəməxsus bir ləyaqət hissi olmuşdur. Qrupun ictimai həyatında fəal iştirak etmiş, yaxşı təşkilatçılıq bacarığı olmuşdur. Onun təşəbbüskarlığı və məqsədinə çatmaqda əzmkarlığı fərqləndirmişdir. Əla idman hazırlığı olmuş, müxtəlif yarışlarda iştirak etmişdir. Qrupun tələbələri arasında hörmətcil olmuş, müəllim, tələbələr ilə ünsiyyətdə nəzakət, xoşməramlılıq göstərmiş, müəllimlərin iradlarına adekvat cavab vermiş, ictimaiyyətə qarşı heç bir zidd hərəkəti olmamış, mənəvi cəhətdən sabit olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Primorski X7 Rayonu Administrasiyasının yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 317 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə komissiyada uçotda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Naxodka Şəhər Dairəsi Administrasiyasının Qəyyumluq və Himayəçilik İdarəsinin xx.xx.2021-ci il tarixli, 22-4-3-2766 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Naxodka şəhər dairəsi Administrasiyasının Qəyyumluq və Himayəçilik İdarəsində yetim uşaq və valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid şəxs kimi uçotda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Primorski X7 Rayonu Administrasiyasının Qəyyumluq və himayəçilik şöbəsinin xx.xx.2021-ci il tarixli, 892 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs qəyyumluq və himayəçilik şöbəsində uçotda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya DİNİ Partizanski şəhər Dairəsinin xx.xx.2021-ci il tarixli, 5315 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Novaya Sila kəndi, Partizanski rayonu, Primorski diyarı, 40 let Pobeda küçəsi, ev 25, mənzil 1 ünvanında qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya DİN Partizanski bələdiyyələarası şöbəsinin yetkinlik yaşına çatmayanların işi üzrə bölməsinin arayış-xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Novaya Sila kəndi inzibati sahəsində yaşayan zaman özünü pis nümayiş etdirmiş, dəfələrlə inzibati məsuliyyətə cəlb olunmuşdur. Xaraktercə gizlidir, yalançıdır, fərasətlidir, təmkinli deyil. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası İstintaq Komitəsinin Primorsk diyarı üzrə İstintaq İdarəsinin Partizansk şəhəri üzrə İstintaq şöbəsinin xx.xx.2021-ci il tarixli, 125-5xx-xx/1945 nömrəli məktubunda olan “Partizanskaya Mərkəzi Rayon Xəstəxanası” DDBSM-nin xx.xx.2021-ci il tarixli möhürlərindən görünür ki, Təqsirləndirilən şəxs psixiatr və narkoloqun dispanser nəzarətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Müdafiə Nazirliyinin Primorski Diyarı Hərbi Komissarlığı Partizansk şəhəri üzrə Hərbi Komissarlığının xx.xx.2021-ci il tarixli, 1/7224 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hərbi uçotda deyil, sıravi və zabit tərkibin ehtiyatında olan vətəndaşların hərbi uçotunda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Partizanski bələdiyyə rayonu administrasiyası vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin xx.xx.2021-ci il tarixli, 1026 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının vahid dövlət reyestri” Federal dövlət informasiya sistemində Təqsirləndirilən şəxs barəsində nikah bağlanması, uşaqların doğulması haqqında vətəndaşlıq vəziyyəti aktlarının qeydləri tapılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin “Partizanskiy” şəhər dairəsi üzrə şöbəsinin xx.xx.2022-ci il tarixli, 007-865/22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi xx.xx.2020-ci il tarixdə Primorski diyarı üzrə Rusiya DİN tərəfindən verilmiş 82 № ******* əcnəbi vətəndaşın yaşayış üçün icazə vəsiqəsi ilə Partizanski rayonu, Novaya Sila kəndi, 40 let Pobeda küçəsi, ev 25, mənzil 1 ünvanında yaşamış, hazırda qeydiyyatda deyil, onun Rusiya Federasiyası vətəndaşlığını alması haqqında məlumatlar yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya DİN “Partizanskiy” bələdiyyələrarası şöbəsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs poliqraf tətbiqi ilə dindirilərək aşağıdakı nəticələrə gəlinmişdir: Zərərçəkmiş şəxs cavablarının təhlili və stres reaksiyasının dərəcəsi əsasında testin yoxlama sualları ilə ilkin tanışlıq zamanı psixofizioloji reaksiya əhəmiyyətli “yox” cavabları görülməmiş, bu da dindirilənin göstəricilərinin həqiqiliyinə şahidlik edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X1 xx.xx.2023-cü il tarixli, 1358 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, G(029)-476/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı təqsirləndirici material yoxdur, onun hər hansı şəxslərə qarşı və ya digər şəxslərin ona qarşı cinayət, mülki və inzibati xarakterli materiallara baxılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Qusar rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-93/2-19001/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində son illər ərzində Qusar RPŞ-də cinayət işi, təqsirləndirici material, ərizə və ya şifahi şikayətlər qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Qusar RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-93/2-19323/2023 saylı məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə həbs olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Qusar rayon İHB-nin Piral kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-63-20/2-39- 2023 saylı məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1974-cü il təvəllüdlü atası X8, xx.xx.1973-cü il təvəllüdlü anası X9 və xx.xx.2002- ci il təvəllüdlü qardaşı Şahid9 ibarətdir. Təqsirləndirilən şəxs özünü ictimai yerlərdə nümunəvi aparmış, yoldaşları, qohum-qonşuları və ailə üzvləri ilə mehriban münasibətdə olmuşdur. Onun barəsində nümayəndəliyə kənd əhalisindən və yaxın qohum-qonşulardan heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, PHŞ/6.54-2-2022- 178 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Qusar RMX” PHŞ-nin Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Primorsk diyarı Səhiyyə Nazirliyinin "xxxx" X25 Müəssisəsinin Naxodka rayonlararası şöbəsinin xx.xx.2021-ci il tarixli, xx-xx/1600/2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı bədən xəsarətləri aşkar edilmişdir: a) sol tərəfdən yanaq hissəsində 2 ədəd qançır, sol sağrının yuxarı daxili kvadrantı nahiyəsində qançır, sağ tərəfdən oma sümüyü sahədə sıyrıntılar, sol dirsək oynağı nahiyəsinin arxa səthi boyunca qançırlar, döş qəfəsinin arxa səthi üzrə sol tərəfdən 9-cu qabırğaarası sahədə kürək və arxa qoltuqaltı xətlər arasında qançırlar, sol baldır nahiyəsinin ön səthi boyunca orta üçdə bir hissəsində sıyrıntılar, b) sağ çiyin nahiyəsinin ön səthi boyunca orta üçdə bir hissəsində qançırlar, sağ bud nahiyəsinin ön səthi boyunca yuxarı üçdə bir hissəsində, sağ bud nahiyəsi daxili yan səthi boyunca yuxarı üçdə bir hissəsində, sağ bud nahiyəsinin ön səthi boyunca aşağı üçdə bir hissəsində, sol bud nahiyəsinin daxili yan səthi boyunca yuxarı üçdə bir hissəsində 3 ədəd, sağ baldır nahiyəsinin ön səthi boyunca yuxarı üçdə bir hissəsindən orta üçdə bir hissəsinə kimi 7 ədəd qançır, sol sağrının aşağı xarici kvadrantın nahiyəsində qançır. Müayinə zamanı (xx.xx.2021 -ci il tarixdə) həmin xəsarətlər 4-5 gün əwəl alınmış, la bəndində göstərilən qançırlar bərk küt predmetin (predemtlərin) zərbəsi nəticəsində, sıyrıntılar bərk küt predmetin (predmetlərin) tangensial (sürüşkən) təsiri nəticəsində alınmış, lb bənddə məhdud travmatik səthi ilə bərk küt predmetin sıxılması nəticəsində, məsələn insan əlinin barmağı ilə basanda, yaxud küt bərk predmeti (predmetlərin) zərbəsi nəticəsində alınmışdır. Qeyd edilən bədən xəsarətləri qısamüddətli sağlamlığın pozulmasına və ya əhəmiyyətsiz dərəcədə möhkəm əmək qabiliyyətsizliyinə səbəb olmur, bu əlamət üzrə sağlamlığına ziyan vurma kimi (Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişafı Nazirliyinin xx.xx.2008-ci il tarixli, 194n saylı əmri, 9-cu b. «İnsan sağlamlığına vurulmuş ziyanın ağırlığı dərəcəsinin müəyyən edilməsi tibbi meyarları») qiymətləndirilmir. Qızlıq pərdəsinin pozulması saat 6-da göstərilən vəziyyətdədir, xarakteri və morfoloji xüsusiyyətləri göstərmişdir ki, qızlıq pərdəsinin pozulması çoxdan baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Primorsk diyarı Səhiyyə Nazirliyinin "xxxx" X25 Müəssisəsinin məhkəmə-bioloji və molekulyar-genetik ekspertizalar şöbələrinin xx.xx.2021-ci il tarixli, 14- 15-6.7 392-926/2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tumanında seminal mayenin mövcud olub-olmaması müəyyən edilərkən (prostatspesifık antigen testi) aşağıdakı nəticələr əldə edilmişdir: 5b obyektində prostatspesifık antigen testi zəif müsbətdir, Y-STR-lokusları üzrə molekulyar-genetik müayinə zamanı Təqsirləndirilən şəxs nümunəsindəkilərlə üst-üstə düşən qaplotip aşkar edilmişdir, bu isə Təqsirləndirilən şəxs məxsus genetik materialın mövcud olmasını istisna etmir. Autosom STR-lokusları üzrə müayinə zamanı ən azı iki şəxsə məxsus genetik əlamətlərin müəyyən edilmiş uyğunluqları qarışığın komponentləri qismində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bioloji materiallarının mövcud olmasını göstərən qarışıq bioloji material aşkar edilmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs nümunələrindəkilərlə üst-üstə düşməyən əlavə genetik əlamət aşkar edilməmişdir. Molekulyar-genetik müayinə zamanı Təqsirləndirilən şəxs tumanında aşağıdakı nəticələr əldə edilmişdir: 6b obyektində ən azı iki şəxsə məxsus genetik əlamətlərin müəyyən edilmiş uyğunluqları qarışığın komponentləri qismində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bioloji materiallarının mövcud olmasını göstərən qarışıq bioloji material aşkar edilmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs nümunələrindəkilərlə üst-üstə düşməyən əlavə genetik əlamət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "xxxx" Dövlət X4 xx.xx.2022-ci il tarixli, 1654 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs psixi pozğunluqdan əziyyət çəkmir və əvvəllər də əziyyət çəkməmişdir. Bunu anamnez, cinayət işinin materialları, kifayət dərəcədə sosial-psixoloji adaptasiyaya dair məlumatlar, psixiatrik yardım üçün müraciətin mövcud olmaması da göstərir. Müayinə əsnasında Zərərçəkmiş şəxs intellektualmnemonik və emosional-iradi funksiyaların qorunub saxlanması, kifayət qədər tənqidi və proqnostik qabiliyyətinin olması, aktiv psixotik simptomatikanın mövcud olmaması aşkar edilmişdir. Zərərçəkmiş şəxs onun barəsində edilən qanunsuz hərəkətlərin xarakterini və mahiyyətini başa düşə bilmişdir. O, istintaq hərəkətlərində və iş üzrə məhkəmə baxışında iştirak edə bilər. Zərərçəkmiş şəxs psixiki inkişaf dərəcəsini, individual-psixoloji xüsusiyyətlərini və hüquqi baxımdan mahiyyətli hadisənin konkret hallarını nəzərə alaraq, Zərərçəkmiş şəxs onun barəsində edilən hərəkətlərin faktiki xarakterini, daxili spesifik əhəmiyyətini tam olaraq dərk edə bilib. Zərərçəkmiş şəxs məlumatın qavranılması, yadda saxlanması və ifadə edilməsinin tənzimlənməsinə cavab verən psixi proseslərin və psixoloji strukturların qorunub saxlanması, sensor sistemlərdə qüsurların olmaması aşkar edilmiş, onun yadda saxlamaq, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq, bu hallar barədə ifadə vermək qabiliyyətini məhdudlaşdırmır. Zərərçəkmiş şəxs təqlid və fantaziya qurmağa yüksək meyillilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 468 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin məhkəmə tibbikriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 517-MTKŞ/2023 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın zəncirbənd hissəsi qırıq vəziyyətdədir, bu qırığın müxtəlif şəraitdə, dartışma nəticəsində əmələ gəlməsi inkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MPEM” PHŞ-nin komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3009 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. O, cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Onda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun əməli Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. O, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs inadkarlıq, laqeydlik, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, törətdiyi əməl zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını etiraf etmiş, lakin sonradan onu gözləyən cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə istintaqı zamanı tamamilə fəqrli ifadə verərək özünü təqsirli bilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin zərəçəkmiş şəxsin ifadəsi, cinayət işi materiallarında olan şahid ifadələri, ekpertiza rəyləri, protokollar və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” 27 dekabr 2022-ci il tarixli Qanunla CM-nin 149.2.3-cü maddəsi ləğv edilərək Cinayət Məcəlləsinə 02 fevral 2023-cü il tarixdə qüvvəyə minmiş “yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi” məzmunda 149.2-1.1-ci maddə əlavə edilmiş, həmin cinayətin törədilməsinə görə də üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 149.2.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 02 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə Qusar Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Qusar Rayon Prokurorluğunda saxlanılan cins şalvarlar, tumanlar, 4 ədəd əşya şüşələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə iş üzrə məhkəmə xərclərinin olmadığını qeyd edir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Qusar Rayon Prokurorluğunda saxlanılan cins şalvarlar, tumanlar, 4 ədəd əşya şüşələri, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar