Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-46/2025 19.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin (müki iddiaçı) nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 10 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1981-ci ildə Qubadlı rayonu, Qarağac kəndində doğulmuş, Qubadlı rayonu, Qarağac kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, X22 Massivi, ev 184 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, sürücü işləyən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Satış Departamentinin Hasilat şöbəsinin Bakı pərakəndə hasilat bölməsinin hasilatçısı vəzifəsində işləyərkən xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu il tarixədək vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin Cəmiyyətlə bağladığı “tam maddi məsuliyyət haqqında” xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən ona etibar edilmiş əmlakın, maddi və ya digər sərvətlərin, görüləcək işlərin tam qeydinə qalmaq, işəgötürənə maddi ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq kimi vəzifələri öhdəsinə götürməsinə baxmayaraq ona etibar edilmiş özgə əmlakını talama məqsədilə öz qulluq mövqeyindən istifadə edib Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən 53 satış nöqtəsindən, o cümlədən “ADİL XAÇMAZ (TOP)”, “AİLE M-T XUDAT QAYALİ”, “AMİN M-T XUDAT”, “APİTİTE XAÇMAZ”, “APTEK ELİYEVA REFİQE”, “ARZU LECET”, “ASEFOV FUAD XAÇMAZ (TOP)”, “BABAYEV SEFER XAÇMAZ”, “BEHRAMOGLU M-T XAÇMAZ”, “BEYTULLA -XAÇMAZ”, “CHİNAR M-T XUDAT”, “EBULFEZ XUDAT (TURİST)”, “EL MT QUSARCHAY”, “ELCHİN M-T CHİNARTALA”, “ELMAN BAZAR”, “GUMUR M-T ELSHEN”, “HEMİD-XACMAZ”, “İLKİN M-T XAÇMAZ”, “İLKİN-ANAR M-T QUSARCHAY”, “KAMRAN”, “QUSARCHAY”, “LECET M-T (RAMİL) YALAMA”, “LİDER M-T(AZER) XUDAT”, “LUKS M-T XUDAT”, “MEHERREM XAÇMAZ”, “MEHMAN M/T XUDAT”, “MİRZEAGAYEV SAKİR- - ' NABRAN (İCKİ)”, “MURADOV ZAUR-CHİNGİZ M-T”, “MUSAYEV MEZAHİR-QUSARCAY”, “MUSAYEV NAMİQ (XAÇMAZ)”, “NUSHABE DEMİROVA XACMAZ (BAZAR)”, “QARİSHİQ RUZİ MALLARİ XUDAT”, “QAYALİ M/T XACHMAZ”, “QESEBE M-T NABRAN”, “RAMİN M-T NABRAN”, “RAMİZ XACMAZ”, “SEBUHİ M-T XACHMAZ”, “SHERAFEDDİN M-T XACMAZ”, “SHİRİN M-T XACMAZ”, “SULEYMANOV ELGİN M-T XACMAZ”, “SUPER M-T EMİN XACMAZ”, “SUPER M-T YASHİL”, “UCUZ M-T XUDAT”, “UGUR M-T XACMAZ (YUSİF)”, “VEZİR XUDAT MUXTADİR”, “VUQAR M-T XACMAZ”, “XACMAZ STORE”, "YASHİL M-T YALAMA”, “CEMSHİD M-T CARXİ-1”, "HEYAT PARFUMERİYA” manat, “LUKS M-T 2 OKTAY XUDAT”, “QAYALİ TOPDAN XUDAT”, “RESHİD CARXİ” və “SUPER M-T PERVİZ” adlı satış nöqtələrindən təhvil aldığı ümumilikdə 174.869,79 manat məbləğində pul vəsaitindən 117.170,33 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs MMC-nin Xaçmaz şəhəri, Ziya Bünyadov prospekti 10 ünvanında yerləşən ofisindəki xəzinəsinə təhvil verməyib vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə edib Zərərçəkmiş şəxs MMC-nin qida və qeyri-qida məhsullarının topdan satışı üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq ağır nəticələrə səbəb olmuş, bununla da o, öz qulluq mövqeyindən istifadə edib külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talamış, habelə ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq ağır nəticələrə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2008-ci ildə Veysəloğlu şirkətində ekspeditor, 2012-ci ildə hasilatçı vəzifəsində işləmişdir. Gedən proseslərdə hasilatçı vəzifəsində işləmiş, müştəridən pulu alıb şirkətin kassasına ödəmişdir. 2008-ci ilin sonlarında onun işlədiyi ərazidə problem yaşanmış və bununla bağlı dəfələrlə Veysəloğlu şirkətinə məlumat vermişdir. İşləri fiziki cəhətdən çatdırıb yerinə yetirə bilmirmişlər, onlara rezerv işçi verməli imişlər. Müştərilərlə üzləşməni apara bilməmişlər. Müştərilərin sayı, hansı müştərilərin olması, kimin problem etdiyinə kimi bildirmişdir. Lakin onun müraciətini göndərməmişlər. Veysəloğlu şirkətinin baş ofisinə gəlmişdir. Yaxınlaşaraq ərazisində problem olduğunu demişdir. Onlar da işçi göndərməmişlər. Sonuncu dəfə 2018ci ilin may ayında yazılı müraciət etmişdir, sentyabrda Kənan Süleymanlı demişdir ki, heç nə edə bilməzlər, özü öz məsələsini həll eləsin. Bəzi məsələləri özləri qəsdən gecikdirmişdirlər. Dəfələrlə elektron ünvanlarına gmaillə, yazılı ərizə vasitəsi ilə müraciət etmişdir. Yekunda operativ təftiş gəlmişdir. Ona demədən, onun iştirakı olmadan operativ təftiş aparmışlar. Bəzi müştərilər bu vəziyyətdən sui-istifadə etmişlər. Həmin müştərilərdən biri Ramiz Xaçmaz olmuşdur. Adı Mübarizdir, o müştəri bilə-bilə 5000 manat borcunu şirkətin problemli şöbəsinin müdiri Babayev Eminin qarşısında azaltmışdır. O, bununla bağlı müştəriyə sual vermiş və Emin müəllimə bildirmişdir. O isə demişdir ki, özləri həll edəcək. Lakin heç bir tədbir görülməmişdir. İşin yekununda həllini tapmayan endirimlər olmuşdur. Natiq müəllim demişdir ki, onların 60000 ( altmış min) manat borcu silinmişdir, necə silindiyini soruşmuşdur. Natiq müəllim hər gün saat 5-də gəlib ümumi yoxlama aparmışdır. Emin Babayevə bu zaman müraciət etmişlər. O sonra da dəfələrlə müraciət etmişdir ki, bəs 60000 (altmış min) manat orada qalmışdır. Həll edəcəklərini demişlər. Yoxlamalar zamanı ortaya qüsurlar çıxmışdır. O, ərizə formasında müraciət etmişdir ki, bir daha təftiş keçirilsin, xərcini o qarşılayacaq. Onu da göndərməmişlər. Şirkətin hüquqşunasına getmiş, təftiş departamentinin rəhbəri İlyas müəllimə yazılı bildirmiş, lakin şirkət müstəntiqlə üzləşmələr apararkən o, ərizələri ona verməmişdir. Ona planşeti vermişlər ki, get özün öz məsələni həll et. Bir müştəridə 3000 ( üç min) manat borc var, heç bir səbəb olmadan 1700 ( min yeddi yüz) manat fərq qalıb yazmışlar. O, özü həmin müştərinin yanına getmişdir, müştəri avqust ayının fakturalarını yazmamışdır. Düzəliş etmiş və gətirib özlərinə təqdim etmişdir. 4 dənə belə müştərini də tapdıqdan sonra onun planşetini bağlamışlar. Ruslan müəllimə müraciət etmişdir ki, nəyə görə planşetini bağlayıblar. Yenə də onu göndərmiş şikayətinə baxmamışlar. Sonra yenə dəfələrlə müraciət etmişdir. Şirkət rəhbəri ilə görüşmək istəmiş, lakin onu qəbul etməmişlər. Emin Babayev onun haqqında şikayət yazmışdır ki, o, öz maşını ilə müştərilərə satmağa mal aparmışdır. Fakturalarda onun öz imzası var. Onunla bağlı müstəntiqə müraciət etmişdir ki yalan ifadə vermişdir. Demişdir ki, bununla bağlı araşdırma aparacaqlar, lakin araşdırmamışdırlar. Daha sonra onun iştirakı olmadan yoxlamalar keçirilmiş, axırıncı dəfə sərbəst audit çağırılmışdır. Onunla tanış eləmişlər, Xaçmazda görüşmüşdür. 20 dəqiqə kimi çəkmişdir, tanışlıq məqsədi olmuşdur. Fərrux müəllim ona demişdir ki, iştirak etmək istəyirsən, o da demişdir ki, problem yoxdur, iştirak etmək istəyir. Hətta o demişdir ki, 1 il çəkə bilər. O da demişdir ki, o problemini həll etmək istəyir. Söz verdiyi auditor gəlmişdir. Əli müəllimlə 10-15 dəqiqəlik Xaçmazda görüşmüşdür. Hətta ərizə vermişdir ki, sərbəst audit yoxlamada iştirak etmək istəyir. Demişdir ki, şirkətdə kimlərlə görüşürsünüz. Demişdir ki, 1 ildir heç kimlə görüşmür. Fərrux müəllim otaqda demişdir ki, Eldəniz də iştirak edəcək, Əli müəllim demişdir ki, bilir, xəbəri var. Lakin sərbəst audit başlayanda ona heç kim bu barədə məlumat verməmişdir. Yoxlamada o iştirak etməmişdir, ondan xəbərsiz keçirilmişdir. Bir il sonra 2024 mart ayında cəlb etmə qərarını alanda Fərrux müəllimə müraciət etmişdir ki, auditin son rəyini ona niyə təqdim etməyiblər. O da demişdir ki, Əli müəllim ona təqdim etməli imiş. Əli müəllim işi 2023-ün sentyabrında yekunlaşdırmışdır. Əli müəllim demişdir ki, o, aparıb şirkətə vermiş, şirkət də müstəntiqə vermişdir. 175000 (yüz yetmiş beş min) yox, 117000 ( yüz on yeddi min) manat olmuşdur. Auditin yekun aktını alanda 19 min manat bağlanan mağaza, artıq gəlmə məbləğini çıxmışlar. 60000 manat endirim nəzərə alınıb deyə qeyd edilmişdir. Əli müəllim 19 min 60 min manatı nəzərə almış olduğunu qeyd etmişdir. Müstəntiq onu Əli müəllimə yönləndirmişdir. Gəlib Əli müəllimlə görüşmüşdür, onu Veysəloğlu şirkətinə yönləndirmişdir. O, Əli müəllimdən palataya 2 dəfə şikayət yazmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, o, məhsul satmamışdır. Satışa baxan Şahid7dur, 8 satış təmsilçisı var. O, müştərilərdən alıb şirkətin kassasına verir. Ancaq müştəriyə gedən fakturalar, bir də ümumi borc qəbzlə (qeyri-rəsmi qəbzlərlə) götürmüşdür, rəsmi qəbzə 2018-ci ilin axırı- 2019-cu ilin əvvəli, bu aralıqda keçmişlər. Kassaya mədaxil qəbzi 3 nüsxədə olmuş, biri müştəridə, biri onda, biri də şirkətdə qalmışdır. 114 satış nöqtəsi olmuşdur, Xaçmaz-Xudat ərazisi. Bütün qəbzlər ondadır. İndi də saxlamışdır. Müştəri və o tərəfdən imzalanmışdır. Kassaya isə xüsusi mədaxil qəbzi verilmişdir, o da 3 nüsxədə olmuşdur. 3-4 aydan bir gəlmişlər. Onların işi həm də üzləşmək olmuşdur. Endirim planşetdə görünməmişdir. Onu komputerdə sistemə yazmışlar. 60000 manat həllini tapmayan endirim qalmış, onlar da görmüş, şirkət də görmüşdür. Çox hasilatçı məsuliyyətə cəlb olunmuşdur. Kimlər olduğunu bilməmişdir. Ticari marketinq şöbəsi o problemi həll etməli imiş. O fərqi aradan götürməli imiş. Yoxlama gələndə o fərqləri ondan soruşurmuş. Özünü təqsirli bilməmişdir. Gedib o pulları müştərilərdən öz planşeti ilə yığmışdır. Dəfələrlə izahat vermiş, heç nəyə etiraz etməmişdir. 58 min ödəniş etmişdir. Təftiş bitdikdən sonra heç bir akta imza çəkməmiş, təftiş apardıqlarına görə qol çəkmirmiş. Babayev Emin yaxınlaşaraq demişdir ki, onun dediklərini yazıb imza çəksin, ona audit yoxlama göndərəcək. Təzyiq göstərilməmişdir. Qəbzlərin hamısı onda da, işlərin içində də olmuşdur. Satış təmsilçiləri də dindirilməli imiş, o işləyən müddətdən, hətta əvvəldən də olmuşdur. Mallar olmuş, onun satışını artırmaqdan ötrü müəyyən endirimlər etmişlər. Kompüterdə Eva proqramda etmişlər. 60000 manat endirimdir. Satış müdiri Süleymanov Natiq olmuş. Həmin satış müdiri ona məlumat vermişdir. Şirkətə borcu qalmamışdır. Mənimsəmə yazmamış, Emin Babayev elə yazmasını demişdir. Həmin məbləğ ödənilmişdir. Ərizəsində yazmışdır. Məcburi yazdırmışlar. Emin Babayev ona demişdir ki, sən imza çək. O məbləğin hamısı proses zamanı ödənilmişdir. Ödəniş qəbzləri də mövcuddur, təqdim edə bilər. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2008-ci ildə Zərərçəkmiş şəxs MMC-nin 2-ci Satış şöbəsinin satış təmsilçisi vəzifəsinə işə düzəlmişdir. xx.xx.2012-ci ildə həmin müəssisənin Satış Departamentinin Hasilat şöbəsinin Bakı pərakəndə hasilat bölməsinin hasilatçısı vəzifəsinə təyin olunmuşdur. Onun qeyd etdiyi müəssisə ilə arasında əmək və tam maddi məsuliyyət haqqında müqavilələri olmuşdur. Hasilatçı kimi vəzifəsi müəssisənin Şimal bölgəsi üzrə, yəni Xaçmaz və Qusar rayonları ərazisində yerləşən satış nöqtələrinə nisyə satılmış, işlədiyi müəssisəyə məxsus malların dəyərini həmin mağazalardan yığıb cəmiyyətin kassasına ödəməkdən ibarət olmuşdur. 2014-cü ildən isə ona ancaq Xaçmaz rayonu ərazisində yerləşən satış nöqtələrindən pul yığmaq tapşırılmışdır. Hər bir satış təmsilçisi kimi ona da “SAMSUNG” markalı, smartfon tipli planşet təhkim olunmuşdur. Satış təmsilçisi mağazaya mal sifariş verdikdən sonra səhəri günü sistemdə mağazanın borcu görünmüşdür. O, mağazadan pulu təhvil alarkən satış nöqtəsinin nümayəndəsinə ödəniş orderi vermişdir. Həmin order 3 nüsxədə tərtib olunmuşdur. Nüsxələrdən biri onda, biri satış nöqtəsində qalmış, biri isə şirkətə təhvil verilmişdir. Mağazalardan gün ərzində pulları yığdıqdan sonra çeklərlə birlikdə pulu gətirib şirkətin Xaçmaz rayonu Niyazoba kəndi istiqamətində gedən avtomobil yolunun sağ tərəfində yerləşən kassasına ödəyərkən yekun bir çek də tərtib olunmuşdur. Həmin sənəd dekond adlanmışdır. Dekondun bir nüsxəsi də ona verilmişdir. 2019-cu ilin fevral-mart aylarında onun fəaliyyəti yoxlanılmağa başlanmışdır. Həmin vaxta kimi sonuncu dəfə 2018-ci ilin may ayında yoxlama aparılmış və 90000 manat satışda yaranan problemlərlə bağlı ödəmələrdə əskiklik yaranmışdır. Belə ki, bəzi mallar üzrə şirkət endirim etsə də, həmin endirimləri Şahid5 sistemdən silmişdir. Ancaq yaranmış 90000 manat çatışmazlığın arxasınca heç kim getməmiş və səbəbi ortaya çıxarılmamışdır. 2019-cu ildə yoxlama onun iştirakı olmadan aparılmışdır. Belə ki, şirkətin 3 nəfər təftişçisi onun fəaliyyətini yoxlamışdır. Yoxlama zamanı 200000 manat məbləğində öhdəsində çatışmazlığın olmasını ona bildirmişlər. Halbuki o qədər çatışmazlıq olmamalı imiş. Çünki o, şirkətin 65000 maanat məbləğində pul vəsaitini mənimsəmişdir. Yaranmış çatışmazlığın bir qisminin başlıca səbəbkarı Kənan Süleymanlı, Şahid5 və Şahid7 olmuşdur. Belə ki, onlar malların satışını düzgün təşkil etməmiş, satış təmsilçisi Şahid8 özbaşına, şirkətdən icazə almadan satış nöqtələrin endirimlər etmiş, bir mağazanın adına mal sifariş verib malı başqa mağazaya satmışlar. Bütün bunlar da sistem üzrə qarışıqlığın yaranmasına səbəb olmuş və onun öhdəsində çatışmazlığın həmin məbləğdə yaranmasına gətirib çıxarmışdır. Yoxlamadan sonra yaranmış çatışmazlığın səbəblərini araşdırmaq və dəqiq mənimsədiyi pul vəsaitinin məbləğinin müəyyənləşdirmək üçün şirkət rəhbərliyinə əlavə təftiş şöbəsinin işçisinin Xaçmaz rayonuna göndərilməsini, onun iştirakı ilə yenidən yoxlama aparılmasını təklif etsə də, şirkət rəhbərliyi onun sözünü dinləməmişdir. Bir sözlə o, Zərərçəkmiş şəxs MMC-yə 65000 manat məbləğində ziyan vurmuşdur. 2019-cu ilin aprel ayında onunla yeni hasilatçı X9 arasında təhvil-təslim aparılmış və satış nöqtələrində qalan faktiki mallar Rövşən İbişova təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-də tutduğu hasilatçı vəzifəsindən azad olunmuşdur. Hazırda etdiyi əməldən peşmandır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, 27 sentyabr 2023-cü il tarixli auditor hesabatı ona təqdim olunmuşdur. Həmin auditor hesabatında qeyd olunanlarla razı deyil. Belə ki, o, 117170,33 manat yox, 65000 manat məbləğində mənimsəməyə yol vermişdir. xx.xx.2019-cu il tarixdə 7000 manat, 31.01,2024-cü il tarixdə 40000 manat, 01,03.2024-cü il tarixdə 5000 manat Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödəniş etmişdir. Bundan başqa, işdən azad olunarkən “haqq-hesab” kimi hesablanmış 6400 manat məbləğində pul vəsaiti ona verilməmiş və həmin pul vəsaiti müəssisənin xeyrinə tutularaq maddi ziyandan çıxılmışdır. Beləliklə də, o, vurduğu ziyandan 58400 manat məbləğində pul vəsaitini ödəmişdir. Zərərçəkmiş şəxs MMC-nin Daxili Nəzarət Departamentinin müdirinə verdiyi xx.xx.2019-cu il tarixli izahat ona təqdim olunmuşdur. Həmin izahatı özü yazmış və imza etmişdir. İzahatda qeyd etdikləri düzgündür. Zərərçəkmiş şəxs MMC-nin Daxili Nəzarət Departamentinin müdirinə verdiyi xx.xx.2019-cu il tarixli izahat ona təqdim olunmuşdur. Həmin izahatı özü yazmış və imza etmişdir. İzahatda qeyd etdikləri düzgündür. Ona elan olunmuş ittihamla qismən razıdır. Çünki həmin ittihamda Zərərçəkmiş şəxs MMC-yə məxsus 117170,33 manat pul vəsaitini mənimsədiyi qeyd edilmişdir. Lakin o, Zərərçəkmiş şəxs MMC-yə məxsus 65000 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Bundan başqa, son dəfə audit yoxlaması onun iştirakı olmadan həyata keçirilmişdir. Buna görə də özünü qismən təqsirli bilir.(cild 5, i.v. 36-41) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2008-ci ildən Zərərçəkmiş şəxs MMC-də, 2012-ci ildən isə həmin müəssisənin Daxili nəzarət departamentinin aparıcı-mütəxəssis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyəti göstərir. Həmin müəssisədə funksional vəzifəsi şirkətlə əməkdaşlıq edən müştərilərin öz məlumatları ilə şirkətin məlumat bazasında onların adına qeyd olunmuş borclar arasında üzləşdirmə aparmaq, kəsr olduqda bunun səbəbini aydınlaşdırmaq, zona üzrə şirkətin anbarlarda olan məhsullarını yoxlamaq, işçilərin nizam-intizamına nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işlədiyim müddət ərzində tanımışdır. Belə ki, Eldəniz müəssisənin Bakı pərakəndə satış şöbəsinin hasilatçısı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs vəzifəsi Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən müştərilərdən qəbul etdiyi pulları gətirib kassaya təhvil verməkdən ibarət olmuşdur. Şirkətin təlimatına əsasən hər bir hasilatçı 3 aydan bir müştərilərlə üzləşmə aparıb akt tərtib edərək şirkətin baş ofisinə göndərməli imiş. Lakin Təqsirləndirilən şəxs tərəfindən 2018-ci ilin ortalarından 2019-cu ilin ortalarına kimi üzləşmə aparılmadığından rəhbərlik tərəfindən 3 nəfərdən ibarət operativ təftiş qrupu Xaçmaz rayonuna göndərilmişdir. Qrupun tərkibində o, Şahid2 Hücətulla oğlu və X12 iştirak etmişdir. Təftiş 2019-cu ilin fevral ayından mart ayına kimi olan müddətdə aparılmışdır. Təftiş zamanı işlədiyi şirkətin Xaçmaz rayonu ərazisində əməkdaşlıq etdiyi, Təqsirləndirilən şəxs verilən malların dəyərini yığmalı olduğu 114 adda müştərilərin faktiki borc qalığı yoxlanılmışdır. Belə ki, təftiş qrupuna daxil olan əməkdaşlardan arasında həmin 114 müştəri bölünmüş və o, təxminən 30-40 müştəri ilə yoxlama aparmışdır. Onun apardığı yoxlama zamanı Təqsirləndirilən şəxs onunla iştirak etməmişdir. Çünki müəssisə rəhbərliyin təlimatına əsasən hansısa əməkdaşın fəaliyyəti yoxlanılanda həmin işçinin yoxlamada iştirak etməsi qadağan olunur. O, apardığı yoxlama ilə əlaqədar müştərilərlə bir-bir üzləşmə aktları tərtib etmiş və yekunda həmin aktları Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs da aktlarla tanış olub aktda göstərilən çatışmazlığı qəbul edərək imza etmişdir. Yoxlama yekununda 114 müştəri üzrə Təqsirləndirilən şəxs hesabında 200 min manatdan artıq məbləğin çatışmadığı aşkar edilmiş və toplanmış sənədlər şirkətin Problemli şöbələr üzrə Departamentinə göndərilmişdir. Bundan sonra həmin departamentdə də hesablamalar aparılmış və aşkar olunan kəsrin bir hissəsinin hesablanmayan, yəni sistemdə qeyd edilməyən kompaniyalarla bağlı olduğu dəqiqləşdirilmişdir. Yekunda isə Təqsirləndirilən şəxs 181561,80 manat məbləğində mənimsəməyə yol verdiyi müəyyən olunmuşdur. Bundan başqa, 114 müştəridən bir neçəsi fəaliyyətini dayandırdığına görə həmin müştəri ilə yoxlama aparılmamış və üzləşmə aktı tərtib edilməmişdir. Ancaq həmin müştərilərin borcları olduğu üçün yekunda həmin müştərilərin sistemdə görünən borc qalığı da Təqsirləndirilən şəxs çatışmazlığına əlavə edilmişdir. Həmçinin adını hazırda xatırlamadığı 1 ədəd aptek ilə bağlı problem olmuşdur. Belə ki, həmin aptekə dəfələrlə getsə də, aptekin müdirinin işdə olmadığını demişlər. Ona görə də həmin apteklə üzləşmə aktı tərtib edilməmiş, lakin həmin aptekin sistemdəki borcu Təqsirləndirilən şəxs çatışmazlığına əlavə edilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixli akt ona təqdim olunmuşdur və aktda 97-ci sırada olan müştəridən 114- cü sıraya kimi olan müştərilərlə üzləşmə aktı tərtib edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2017-ci ilin sentyabr ayından Zərərçəkmiş şəxs MMC-nin Maliyyə departamentinin Nəğd pulun idarə edilməsi və planlaması şöbəsinin Mərkəzi Kassa bölməsinin xəzinədarı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyəti göstərir. Həmin müəssisədə funksional vəzifəsi satış təmsilçiləri, hasilatçılar və ya bölgə müdirləri tərəfindən mağazalardan yığılmış pulları qəbul edib müəssisənin bank hesablarına köçürməkdən ibarətdir. Belə ki, əvvəllər hasilatçılar mağazalardan pulları yığıb gətirirmişlər. Ancaq hazırda bölgə müdirləri mağazalardan pulları yığıb ona gətirib təhvil verirlər. Xırda dövriyyəsi olan mağazalardan pullar isə satış təmsilçiləri tərəfindən yığılır. Mağazalardan yığılan pullar tərəfimdən təhvil alınarkən təhvil verən şəxslə arasında 3 nüsxədə qəbz tərtib olunur. Həmin qəbzdə ona nağd şəkildə təhvil verilən pulun miqdarı qeyd edilir. Nüsxələrdən biri təhvil verən şəxsdə saxlanılır, ikisi isə müəssisənin arxivinə göndərilir. Müəssisənin şimal bölgəsi üzrə kassası Xaçmaz şəhəri Z.Bünyadov küçəsində yerləşən ofisdir. Pərakəndə satışın həyata keçirilməsi proseduru ilə bağlı deyə bilər ki, müəssisənin şimal bölgəsi üzrə satış təmsilçiləri müəssisə ilə əməkdaşlıq edən mağazalara gedib onlara təhkim olunmuş terminal vasitəsilə sifarişləri qəbul edərək sistemdə müvafiq əməliyyat aparırlar. Bundan sonra Bakı şəhərində yerləşən anbarda sifariş hazırlanaraq mallar Xaçmaz şəhərində yerləşən anbara gətirilir. Daha sonra isə mallar çeşidlənib hansı mağazaya nə qədər mal göndərilməlidirsə ayrılır və sürücülər vasitəsilə həmin mallar mağazalara paylanır. Mallar paylandıqdan müəyyən müddət sonra isə hasilatçılar mağazalara nisyə verilmiş malların dəyərini yığıb xəzinəyə ödəyirlər. Zərərçəkmiş şəxs MMC-nin şimal bölgəsində yerləşən kassasına Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində yerləşən mağazalardan yığılmış pullar təhvil verilir. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Satış departamentinin hasilat şöbəsinin hasilatçısı vəzifəsində işləmiş və daha sonra isə Eldənizlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Eldənizlə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavətim olmamışdır. Zərərçəkmiş şəxs MMC-nin icraçı direktoru Məmmədqulu Süleymanlının xx.xx.2019-cu il tarixli, 34 nömrəli əmri ilə Təqsirləndirilən şəxs əmək fəaliyyətinin yoxlanılmasına dair komissiya yaradılmışdır. Komissiyanın sədri Daxili Nəzarət Departamentinin müdiri Şahid6, üzvləri isə o, Kənan Süleymanlı, Şahid5, Şahid4, Əli Mirzəyev təyin edilmişdir. Komissiya tərəfindən Təqsirləndirilən şəxs fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddəti əhatə etməklə yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 181561,80 manat məbləğində çatışmazlığı müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixdə müvafiq akt tərtib edilmiş və o da daxil olmaqla komissiyanın sədri və komissiya üzvləri aktda imza edərək tərtib olunmuş aktı təsdiq etmişlər. Hazırda Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyim müddət ərzində Xaçmaz şəhəri ərazisində hansı mağazalardan, hansı məbləğdə pulu kassaya ödədiyini dəqiq olaraq xatırlamır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, ona pullar təhvil verildikdən sonra həmin məbləği kompüter vasitəsilə pulu təhvil verən şəxsin kodu ilə sistemə işləyir. Bu zaman avtomatik olaraq həmin məbləğ pulu ödəyən şəxsin sistem üzrə borcundan silinir. Ona verilmiş pulu bəzən Xaçmaz şəhərində yerləşən Kapital Bank və ya Beynəlxalq Bank vasitəsilə müəssisənin hesabına köçürür. Bəzən də sistemdə hansısa şəxsə pulun ödənilməli olduğu qeyd edilir. Həmin şəxs də kassaya yaxınlaşıb dediyi məbləğdə pul verilməli olduğunu bildirir. Sistem üzərindən baxış keçirilib həqiqətən də həmin şəxsə pul verilməli olduğu təsdiqini taparsa sistemdə qeyd edilən məbləği həmin şəxsə verir və bununla bağlı müvafiq qəbz tərtib olunur. xx.xx.2019-cu il tarixli akt ona təqdim olunmuşdur. Həmin aktda adının qarşısında olan imza ona məxsusdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2014-cü ildən Zərərçəkmiş şəxs MMC-də, hal-hazırda isə həmin müəssisənin satış təmsilçisi vəzifəsində işləyir. 2017-ci ildən 2019-cu ilin dekabr ayına kimi müəssisənin X11 təftişçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddət ərzində tanımışdır. Eldənizlə arasında dostluq, düşmənçilik və şəxsi ədavəti olmamışdır. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı üzrə fəaliyyət göstərir. Satışın həyata keçirilməsi prosesi ilə bağlı deyə bilər ki, satış təmsilçisi mağazaya yaxınlaşıb mağaza sahibindən sifarişi özünə təhkim olunmuş terminal vasitəsilə qəbul edir. Hər bir satış təmsilçisinə ayrı-ayrılıqda terminal təhkim olunur. Həmin terminala satış təmsilçisindən başqa digər kənar şəxslərin müdaxiləsi mümkün deyildir. Həmçinin terminalda geri tarixə hər hansı əməliyyatın aparılması da olmur. Satış təmsilçisi terminal vasitəsilə sifarişi qəbul etdikdə sifariş elektron formada müəssisənin Bakı şəhərində yerləşən mərkəzi anbarına ötürülür. Bundan sonra mallar mərkəzi anbarda çeşidlənir və yük avtomobilinə yüklənərək Xaçmaz şəhərinə gətirilir. Xaçmazda da həmin rayon daxil olmaqla şimal regionu üzrə, yəni Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarındakı mağazalara gedəcək mallar ayrı-ayrılıqda hər bir rayon üçün ayrılmış avtomobillərə yığılır. Bundan sonra sürücülər malları tərtib olunmuş qaimə fakturalar əsasında mağazalara paylayırlar. Mallar paylanarkən sürücü və malı təhvil alan şəxs tərtib olunmuş qaimə fakturanı imzalayır, qaimənin bir nüsxəsi müştəridə, digəri isə sürücüdə qalır. Sürücü də qaiməni gətirib Xaçmazdakı anbardara təhvil verir. Həmin qaimələr isə Bakı şəhərindəki anbara göndərilir. Mallar paylandıqdan 1-2 həftə sonra hasilatçı mağazalardan nisyə paylanmış malların dəyərini yığırmış. Hazırda isə hasilatçı vəzifəsi ləğv edilmiş və pulların yığımı bölgə müdirlərinə həvalə olunmuşdur. Müəssisədə təftişçi kimi işləyərkən funksional vəzifəsi işçilərin işə olan davamiyyətinə, nizam-intizamına nəzarət etmək, müştəri borclarına hasilatçı və satış təmsilçisindən kənar nəzarət etməkdən ibarət olmuşdur. Belə ki, o, şirkətin əməkdaşlıq etdiyi mağazalara gedib terminal üzrə mağazanın borcu ilə müştərinin dediyinə əsasən faktiki borc arasında üzləşmə aparmışdır. 2018-ci ildə Xaçmaz şəhəri ərazisində, yəni Təqsirləndirilən şəxs pulları yığmalı olduğu mağazalara gedib üzləşmə aparanda terminal üzrə borcla müştərinin faktiki borcu arasında kəskin fərqlərin olduğunu müəyyən etmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində yoxlama aparılması məqsədilə şirkətin baş ofisindən operativ yoxlama qrupunun göndərilməsini xahiş etmişdir. Bundan sonra X11 əməkdaşları Şahid2, Elşən Quliyev və Şahid1 gələrək Təqsirləndirilən şəxs fəaliyyətini yoxlamışlar. İki aylıq yoxlamadan sonra tərtib olunmuş üzləşmə aktlarına əsasən 22 aprel 2022-ci il tarixdə təhvil-təslim aktı tərtib etmişdir. Təhvil təslim aktında Təqsirləndirilən şəxs və hasilatçı vəzifəsinə yeni təyin olunmuş X13 imza etmişlər. Həmin aktda tərtib olunmuş cədvəlin hər vərəqinin sonunda “əskik” qrafasının ən aşağı hissəsində səhifə üzrə adları qeyd edilmiş müştərilər üzrə yaranmış, Təqsirləndirilən şəxs öhdəliyində olmuş əskiklik qeyd edilmişdir. Hazırda həmin məbləği tam olaraq xatırlamır. Əskiklik 200 min manatdan çox olmuşdur. Daha sonra isə yaranmış əskikliyin bir hissəsinin satış komandasının məsuliyyətsizliyi səbəbindən yaranması müəyyən edilmişdir. Belə ki, müştəriyə mal satılarkən endirimlər edilmiş, ancaq bununla bağlı bölgə müdirləri tərəfindən sistemdə müvafiq qeydiyyat aparılmamışdır. Buna görə də yoxlama zamanı həmin fərqlər nəzərə alınmamışdır. Həmçinin bəzi iri marketlərdə şirkətin vitrin xərcləri vardır ki, onlara görə müştərilərə şirkət hər ay 50-100 manat arası pul ödənilir. Bunu isə müştəri borca aldığı mallara görə ödəniş edərkən qabaqcadan çıxmış, bunun qeydiyyatı müəyyən səbəblərdən aparılmadığından fərq yaranmışdır. Ona görə də əlavə yoxlama zamanı qeyd olunan qiymət fərqləri çıxılmış və yekunda Təqsirləndirilən şəxs hesabında 181561,80 manat çatışmazlığın olması müəyyən edilmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, elan olunan sənəd onun tərəfindən tərtib olunmuş, imza ona məxsus olmuşdur. Sənəddə karandaş vasitəsilə aparılmış qeydlər ona məxsus olmamışdır, sadəcə qələm vasitəsilə aparılmış qeydlər ona məxsus olmuşdur. Sənəddəki “SV”lər “sistemdə var” mənasını vermişdir. Üzləşmə aktları satış müdirlərinə göndərmiş ki, onlar oradakı kənarlaşmalara baxsın, təsdiqləsin və imzalasın. Onlar bir-bir baxmışlar ki, endirimləri sistemdə qeyd edib-etməmişlər. Sistemə endirimi qeyd etmiş və sistemdə ya təsdiqlənmişdir, ya gözləmədə olur, ya da təsdiq edilməmişdir. Ona görə də, qeyd edilmişdir ki, “sistemdə var”, yəni bu fərq artıq sistemə daxil edilmişdir. Onlar şirkət tərəfindən verilən endirimlər olmamışdır, müştəriyə sözlə verilən edirimlər olmuşdur ki, satış fakturasında onlar yazılmadığı üçün özləri yazırdılar. Üzləşmə zamanı satış nöqtələrində endirim olduğu bilinmişdir. Daha sonra hasilatçı və satış müdiri təsdiq etmişdir. O, müştərinin dediyini götürmüşdür və satış müdirindən belə bir məsələnin olub-olmamasını soruşmuşdur, o isə müvafiq qeydi aparmış, müştərilərə endirimləri satış komandası vermiş, hasilatçı endirim verməmişdir, hasilatçı pula aid məsələləri həll etmişdir. Endirimləri satış komandası görə bilmiş, satışın endirimi olduğu üçün sadəcə onlara lazım olmuş, təqsirləndirilən şəxsin ərazisində nə qədər endirim məbləği olduğunu dəqiq bilməmiş, təxminən 30 000-dən yuxarı olmuşdur. Endirimi sistemdə görə bilməmişdir. O, sistemdən Xaçmaz ərazisindəki endirimlərin yoxa çıxdığını yoldaşlardan eşitmişdir. Bu məsələ məni aşan məsələ idi, müvafiq şöbə müdirləri məşğul olmuşlar. Sistemdən silmə proseduru onun olmamışdır. Hasilatçı satış nöqtələrində nə qədər endirim olduğunu görə bilmiş, o, müştəridən pulu alanda müştəriyə gələn malların üzləşməsini aparmış, qalıq borcu çıxarmış və fərqləri görə bilmişdir. Hasilatçı satış nöqtəsindən nə qədər endirim olduğunu görə bilmiş və buna müvafiq məbləği götürməli olduğunu bilmiş, müvafiq məlumatlar sistemdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2011-ci ilin fevral ayından Zərərçəkmiş şəxs MMC-də əmək müqaviləsi ilə işləyir. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı üzrə fəaliyyət göstərir. 2017-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayındək həmin müəssisənin Bakı Pərakəndə satış şöbəsinin bölmə müdiri-şöbə müdirinin müavini işləmişdir. Qeyd etdiyi tarixdən isə Satış departamentinin Sumqayıt-Xaçmaz regional satış şöbəsinin müdiri vəzifəsində işləyir. Təxminən 2 il bundan əvvəl Bakı pərakəndə satış şöbəsi bölünərək Sumqayıt-Xaçmaz pərakəndə satış şöbəsi yaradılmışdır. Bakı Pərakəndə satış şöbəsinin bölmə müdiri-şöbə müdirinin müavini işləyərkən funksional vəzifəsi şirkətin satış planlarının vurulması, müştərilərdə şirkətin vitrin müqavilələrinin təmin olmasından ibarət olmuşdur. Həmin vaxt onun tabeçiliyində 4 bölgə müdiri olmuşdur. Bölgə müdirlərinə də satış təmsilçiləri tabe olmuşlar. Əvvəllər Xaçmaz şəhəri üzrə 11 satış təmsilçisi fəaliyyət göstərmişdir. Hazırda isə həmin region üzrə 16 satış təmsilçisi işləyir. Satışın həyata keçirilməsi prosesi ilə bağlı deyə bilər ki, satış təmsilçisi mağazaya yaxınlaşıb mağaza sahibindən sifarişi özünə təhkim olunmuş terminal vasitəsilə qəbul edir. Hər bir satış təmsilçisinə ayrı-ayrılıqda terminal təhkim olunur. Həmin terminala satış təmsilçisindən başqa digər kənar şəxslərin müdaxiləsi mümkün deyil. Həmçinin terminalda geri tarixə hər hansı əməliyyatın aparılması da olmur. Satış təmsilçisi terminal vasitəsilə sifarişi qəbul etdikdə sifariş elektron formada müəssisənin Bakı şəhərində yerləşən mərkəzi anbarına ötürülür. Bundan sonra mallar mərkəzi anbarda çeşidlənir və yük avtomobilinə yüklənərək Xaçmaz şəhərinə gətirilir. Xaçmazda da həmin rayon daxil olmaqla şimal regionu üzrə, yəni Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarındakı mağazalara gedəcək mallar ayrı-ayrılıqda hər bir rayon üçün ayrılmış avtomobillərə yığılır. Bundan sonra sürücülər malları tərtib olunmuş qaimə fakturalar əsasında mağazalara paylayırlar. Mallar paylanarkən sürücü və malı təhvil alan şəxs tərtib olunmuş qaimə fakturanı imzalayır, qaimənin bir nüsxəsi müştəridə, digəri isə sürücüdə qalır. Sürücü də qaiməni gətirib Xaçmazdakı anbardara təhvil verir. Həmin qaimələr isə Bakı şəhərindəki anbara göndərilir. Mallar paylandıqdan 1-2 həftə sonra hasilatçı mağazalardan nisyə paylanmış malların dəyərini yığırmış. Hazırda isə hasilatçı vəzifəsi ləğv edilmiş və pulların yığımı bölgə müdirlərinə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddət ərzində tanımışdır. Belə ki, Eldəniz müəssisənin Hasilat şöbəsinin hasilatçısı vəzifəsində işləmiş və Eldənizlə əmək müqaviləsinə xitam verilərək işdən çıxarılmışdır. Eldənizlə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2019-cu il tarixdə böyük satış təmsilçisi Şahid7 ona zəng edərək Ailə-Xudat-Qayalı adlı müştərinin faktiki borcu ilə sistem üzrə uçot məlumatlarındakı borc arasında 35 min manata yaxın məbləğdə fərq olduğunu bildirmişdir. O, dərhal bu barədə həmin mağazanın mühasibi Aybəniz xanıma zəng edib problemlə maraqlanmışdır. Aybəniz də 1 ilə yaxın müddət ərzində hasilatçı Təqsirləndirilən şəxs tərəfindən borclarla bağlı üzləşdirmə aparılmadığını demişdir. O, bununla bağlı dərhal rəhbərliyə aidiyyəti üzrə məlumat vermişdir. Mütəmadi olaraq Xaçmaz şəhəri ərazisindəki bütün mağazalara baş çəkmişdir. Elə müştərilər var imiş ki, onların borcu həddən artıq çox olduğundan, yəni limiti keçdiyindən onlara mal satılması mümkün olmamışdır. Həmin müştərilərdən bu barədə soruşanda “sıxıntım var borcumu ödəyəcəm” demişdir. Heç bir müştəri sistem üzrə göstərilən borcla müəssisəyə olan borcun arasında fərq olduğunu bildirməmişdir. Düşünür ki, Təqsirləndirilən şəxs həmin müştərilərlə arasında yaxın münasibətin olmasından istifadə edərək yoxlama aparılarkən sistem üzrə borclarını təsdiq etməsini müştəridən xahiş etmişdir. Ancaq müştərilər də bir yerə kimi yalan danışa bilir. Məsələ böyüyəndə isə müştəri sistem üzrə göstərilən borcun olmadığını, yəni borcunun az olduğunu • * bildirir. Bu kimi hallarla bağlı Zərərçəkmiş şəxs MMC-nin icraçı direktoru Məmmədqulu Süleymanlının xx.xx.2019-cu il tarixli, 34 nömrəli əmri ilə Təqsirləndirilən şəxs əmək fəaliyyətinin yoxlanılmasına dair komissiya yaradıldı. Komissiyanın sədri Daxili Nəzarət Departamentinin müdiri Şahid6, üzvləri isə o, Kənan Süleymanlı, Şahid3, Şahid4, Əli Mirzəyev təyin edilmişdir. Komissiya tərəfindən Təqsirləndirilən şəxs fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddəti əhatə etməklə yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 181561,80 manat məbləğində çatışmazlığı müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixdə müvafiq akt tərtib edilmiş və o da daxil olmaqla komissiyanın sədri və komissiya üzvləri aktda imza edərək tərtib olunmuş aktı təsdiq etmişlər. Təqsirləndirilən şəxs hasilatçı kimi hər 3 aydan bir mağazalarda üzləşdirmə aparmalı və sistem üzrə göstərilən mağazanın borcunun düzgün olub-olmadığını müəyyənləşdirməli imiş. Əgər müştərinin dediyi məbləğlə sistemdə borc kimi göstərilən məbləğ arasında fərq yaransa, bu fərq aydınlaşdırılmalı və dərhal bölgə müdirinə, daxili nəzarət departamentinə, eləcə də hasilat şöbəsinin müdirinə məlumat verməli imiş. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, o, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, 2012-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs MMC-də əmək müqaviləsi ilə işləyir. 2012-ci ildən 2018-ci ilədək satış təmsilçisi, 2018-ci ildən 2019-cu ilədək həmin müəssisənin Sumqayıt-Xaçmaz satış şöbəsinin müdiri işləmişdir. 2019-cu ildən isə Sumqayıt-Xaçmaz regional satış şöbəsinin Quba rayonu üzrə ssatış təmsilçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı üzrə fəaliyyət göstərir. Sumqayıt-Xaçmaz satış şöbəsinin müdiri işləyərkən funksional vəzifəsi şirkətin satış planlarının vurulması, müştərilərdə şirkətin vitrin müqavilələrinin təmin olmasından ibarət olmuşdur. O, həmin vaxt satış təmsilçilərinə nəzarət etmişdir. Satış təmsilçisi mağazaya yaxınlaşıb mağaza sahibindən sifarişi özünə təhkim olunmuş terminal vasitəsilə qəbul edir. Hər bir satış təmsilçisinə ayrı-ayrılıqda terminal təhkim olunur. Həmin terminala satış təmsilçisindən başqa digər kənar şəxslərin müdaxiləsi mümkün deyil. Həmçinin terminalda geri tarixə hər hansı əməliyyatın aparılması da olmur. Satış təmsilçisi terminal vasitəsilə sifarişi qəbul etdikdə sifariş elektron formada müəssisənin Bakı şəhərində yerləşən mərkəzi anbarına ötürülür. Bundan sonra mallar mərkəzi anbarda çeşidlənir və yük avtomobilinə yüklənərək satış nöqtələrinə gətirilir. Xaçmazda da həmin rayon daxil olmaqla şimal regionu üzrə, yəni Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarındakı mağazalara gedəcək mallar ayrı-ayrılıqda hər bir rayon üçün ayrılmış avtomobillərə yığılır. Bundan sonra sürücülər malları tərtib olunmuş qaimə fakturalar əsasında mağazalara paylayırlar. Mallar paylanarkən sürücü və malı təhvil alan şəxs tərtib olunmuş qaimə fakturanı imzalayır, qaimənin bir nüsxəsi müştəridə, digəri isə sürücüdə qalır. Sürücü də qaiməni gətirib Xaçmazdakı anbardara təhvil verir. Həmin qaimələr isə Bakı şəhərindəki anbara göndərilir. Mallar paylandıqdan 1-2 həftə sonra hasilatçı nisyə paylanmış malların dəyərini mağazalardan yığmışdır. Hazırda isə hasilatçı vəzifəsi ləğv edilmiş və pulların yığımı bölgə müdirlərinə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddət ərzində tanımışdır. Belə ki, Eldəniz müəssisənin Hasilat şöbəsinin hasilatçısı vəzifəsində işləmiş və Eldənizlə əmək müqaviləsinə xitam verilərək işdən çıxarılmışdır. Eldənizlə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. 2019-cu ildə şirkətin operativ təftiş qrupu Xaçmaz şəhərinə gələrək Təqsirləndirilən şəxs öhdəsində olan mağazalarda yoxlama aparmış və 200 min manatdan artıq çatışmazlığın olması aşkar edilmişdir. Həmin çatışmazlığın bir hissəsi isə şirkət daxili endirim problemləri ilə bağlı olmuşdur. Belə ki, hansısa mağazaya mal sifariş edilərkən endirim tətbiq olunduğu halda mağazaya həmin endirimi çıxaraq malı qəbul edib qeydini aparır. Bundan sonra satış təmsilçisi endirimi sistemdə qeyd edir, daha sonra isə bölgə müdiri endirimi təsdiq etdikdən sonra məlumat rəhbərliyə ötürülür. Endirim rəhbərlik tərəfindən təsdiqləndiyi halda isə həmin məbləğ müştərinin borcundan silinir və borc balanslaşdırılır. Endirimin təsdiqlənib-təsdiqlənməməsi, endirimin sistemdə öz əksini tapıb-tapmamasını müəyyən etmək hasilatçının vəzifəsidir. Hasilatçı hər 3 aydan bir satış nöqtəsinin faktiki borcu ilə sistem üzrə borcu uzlaşdırmalıdır. Bu zaman endirimlər, vitrin pulları və s. digər xərclər sistemdə öz əksini tapmamış və müştərinin borcundan silinməmişdirsə dərhal satış bölgə müdirinə məlumat verməlidir. Satış müdiri də həmin anlaşılmazlığı aradan qaldırmalıdır. Eldəniz də əksər müştərilərlə vaxtlı-vaxtında yoxlama aparmamışdır. Buna görə də Eldənizin öhdəsində yaranan çatışmazlığın satış komandasına aid hissəsi tərəfimizdən aradan qaldırılmış və çatışmazlığın məbləği azalmışdır. 4 min manata yaxın pul şirkət tərəfindən onun maaşından tutulmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, 2018-2019-cu illərdə Şahid4 ilə birlikdə təqsirləndirilən şəxsin ərazisində təftiş aparmamış, müvafiq sənədlərdə qeyd olunan “SV”-lərin mənası o olmuşdur ki, müştərilərə endirim faizi verilmişdir, daha sonra isə sistemdəki proqrama həmin endirimi işləmiş, sonra sistemdəki endirimlər rəhbərlər tərəfindən təsdiqlənmişdir və müştəri hesabından çıxılmışdır. “SV” isə sistemdə var deməkdir, rəhbər şəxslər tərəfindən təsdiqləndikdən sonra sistemdən çıxılacaqdır. Onlar endirimləri izləmiş, aktda həll olunan məsələlərin açıqlamalarını yazmışlar, sistemdə olan endirimlər həll olunmuşdur, müştərilərin hesablarından çıxılmışdır. Sistemdə olan endirimlər təsdiqlənmiş, müştərinin hesabında borcdan azalma olmuş, həmin borcdan azalmanın qarşısında da qeyd olunmuşdur ki, hansı məhsula görə olunmuşdur, azalmanı sadəcə sistemdə görürlər, hasilatçıya xəbər verirlər ki, müştəri ilə üzləşmə aparsın. Akt üzərindən mail yazırlar ki, müvafiq tarixdə qeyd olunan fərq müvafiq tarixdə həll olunmuşdur, hasilatçı həmin vaxtlar Təqsirləndirilən şəxs onlara mail vasitəsilə də aktları göndərmiş və rəhbər şəxslərin mailini də qoymuşdur, onlar isə açıqlama yazmışlar. Mail də hasilatçı da, hasilatçının rəhbər şəxsi də olmuşdur. Hasilatçının maili şirkət tərəfindən ona yaradılmış mail olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən göndərilən mailləri vermək onun səlahiyyətində olmamış, proqramistə müraciət edərək verilməsi təmin oluna bilər. Onda həmin maillər qalmamışdır. O, sistemdə Eldənizin ərazisindəki endirimləri görmüşdür. O, sistemə endirimiləri işləmiş, sonra sistemdəki endirimlər rəhbərlər tərəfindən təsdiqlənmiş, onun işə başladığı bir həftə ərzində, sistemdəki bəzi endirimləri görə bilməmiş və bununla bağlı Təqsirləndirilən şəxs zəng etmiş, həmin endirimlər ona aid olmamış və onlara görə məsuliyyət daşımamış, sadəcə sistemdə görmədiyi üçün Eldənizə məlumat vermiş, lakin məbləğ olaraq xatırlamamışdır. Qeyd etdiyi məsələ ilə bağlı müzakirə əraziyə təftiş gəldiyi zaman olmuş, 10-11 ay sonra və həmin zaman Eldəniz təftişə bildirmişdir ki, xahiş etmişdir, baxın həmin endirimlər necə olmuş, nəticəsi ilə bağlı məlumatı olmamışdır. Maillərdən sonra rəsmiləşdirmə proseduru onların şirkətində olmamışdır. Həmin silinən və onun sizə bildirdiyi endirimlərə görə cavabdeh şəxs Emin adlı şəxs olmuşdur. Endirim satış tərəfi tərəfindən verilmiş, endirimin müştərinin adından çıxılmasını satış tərəfi həyata keçirmişdir. Hasilatçının, yəni Eldənizin vəzifəsi müştəri ilə üzləşdirmə aparmaq olmuş, müştəriyə mal satılmamış hasilatçının endirimdən xəbəri olmamış, endirimləri hasilatçı müştəri ilə üzləşmə aparanda bilmişdir. Hasilatçı hər 3 aydan bir üzləşmə aparmış və həmin zaman müştəri bildirmişdir ki, ona müvafiq məbləğdə endirim söz verilmiş və “fərq varsa burada deməli endirim vardır və hasilatçı üzləşmə aktını satış tərəfinə göndərir və satış tərəfi məsələni həll edir.” Hasilatçının atdığı üzləşmə aktına əsasən biz marketinq ilə danışırlar və həqiqətən də həmin endirim verilibsə, təsdiqlənib çıxılmış, amma əgər təmsilçi endirimi öz başına vermişdirsə, o, məbləğ ona ödətdirilmişdir. Şahidin qeyd etdiyi formada, bütün satış nöqtələrinə münasibətdə maillər yazmışdır. Bu məsələ ilə bağlı tədbir görülən və görülməyən problemlər olmuşdur. Tədbir görülməyən problemlər ilə bağlı mail vasitəsilə dəfələrdə müraciət etmişdir. Bütün fərqlər aktlaşdırılmışdır.Ona aid olan aktların hamısı sistemdən silinmişdir. Təxminən 30 000 məbləğə yaxın endirim çıxılmışdır. Qeyd etdiyim təxminən 30 000 manatın sistemdən çıxılması ilə bağlı məlumat şirkətdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, 2005-ci ildən 2022-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-də X3 Departamentinin müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işlədiyim müddət ərzində tanımışdır. Belə ki, Eldəniz müəssisənin Hasilat şöbəsinin hasilatçısı vəzifəsində işləmiş və Eldənizlə əmək müqaviləsinə xitam verilərək işdən çıxarılmışdır. Eldənizlə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Zərərçəkmiş şəxs MMC-nin icraçı direktoru Məmmədqulu Süleymanlının xx.xx.2019-cu il tarixli, 34 nömrəli əmri ilə Təqsirləndirilən şəxs əmək fəaliyyətinin yoxlanılmasına dair komissiya yaradılmışdır. Komissiyanın sədri Daxili Nəzarət Departamentinin müdiri Şahid6, üzvləri isə mən, Kənan Süleymanlı, Şahid3, Şahid4, Əli Mirzəyev təyin edilmişdir. Komissiya tərəfindən Təqsirləndirilən şəxs fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddəti əhatə etməklə yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs öhdəsində 200 min manata yaxın məbləğdə çatışmazlığı müəyyən edilmişdir. Çatışmazlığın dəyəri müəyyən edildikdən sonra bununla əlaqədar Təqsirləndirilən şəxs izahat alınmış və Eldəniz verdiyi izahatlarında mənimsəməyə yol verdiyini etiraf etmişdir. Həmin izahatlar Eldəniz tərəfindən öz xətti ilə yazılmışdır. Hazırda Eldənizin yazdığı izahatlarda hansı satış nöqtəsindən hansı məbləğdə mənimsəməyə yol verdiyini dəqiq olaraq xatırlamır. O, verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs dedikləri yalandır. Eldənizin mənimsəməyə yol verməsinə dair sözləri izahatında qeyd etməsini sonuncuya bildirməmiş və Eldənizə heç bir təzyiq göstərməmişdir. Eldəniz izahatı sərbəst şəkildə öz xətti ilə yazmışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 Hücətulla oğlunun ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir.(cild 3, i.v. 106-109) Məhkəmədə şahid qismində dindirilmiş Şahid12, Şahid14, Şahid21, Şahid23, Şahid24, Şahid30, Şahid31, Şahid34, Mustafayev X1 Nəzakət Xamet qızı ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin (müki iddiaçı) nümayəndəsi Nümayəndə2 bildirdi ki, zərərçəkmiş hüquqi şəxs Təqsirləndirilən şəxs qarşı şikayətçidir, mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid44 ifadəsində göstərdi ki, o, şirkətlə müqavilə bağladıqdan sonra, ona bütün materialların prokurorluqda olduğunu bildirmişlər və o da iş materialları ilə tanış olmağa getmişdir. Ora getməzdən əvvəl sms vasitəsilə Təqsirləndirilən şəxs şirkətlə müqavilə bağladığını və onda olan bütün məlumatla onu tanış etməli olduğunu bildirmişdir. Görüşmüşlər, ona hər şeyi başa salmış və o, ondan izahat almışdır, izahatda da əsasən demişdir ki, ona endirimlər olunmuşdur, lakin onlar borcdan silinməmiş, sistemdən silinmişdir. Ancaq ona bu dediklərini təsdiq edəcək heç bir sənəd elan olunmamışdır. Audit yoxlamasına başlamazdan əvvəl görmüşdür ki, ondan əvvəl 2019-cu ildən ora audit getmiş, bu iş başlamış, çox səhv audit aparılmış, gülünc vəziyyət olmuş, elə görsənmişdir ki,yanvar-fevral aylarında üzləşmələr aparılmışdır və həmin vaxtdan aprel ayına qədər guya 185 minlik yeyinti olmuşdur, yəni belə bir rəy verilmişdir. O da həmin məlumatların düzgün olmadığını bildirmiş və müvafiq məlumatları istəmişdir. Ondan sonra MMC tərəfindən yenidən komissiya yaradılmış, həmin komissiya ilə onlar birlikdə işləmiş, deməli, əvvəlki auditlərdə heç bir istinad nöqtəsi olmamışdır ki, hansı tarixlərdə başlayaraq bu iş aparılmışdır, çünki Təqsirləndirilən şəxs o şirkətlə 2009-cu ildən işləmişdir, amma bu borc nə vaxtdan yarandığı məlum olmamışdır. Müəyyən araşdırmalardan sonra ortaya çıxmışdır ki, 2017-ci ildə müəyyən olunmuşdur ki, həmin vaxt Təqsirləndirilən şəxs barəsində yoxlama aparılmış, lakin heç bir əskiklik üzə çıxmamışdır. Sonra onlar o üzləşmələri əldə etmiş və alınan, satılan, geri qaytarılan bütün mallar haqqında məlumatlar cədvəlləşdirilmiş, son nəticədə müəyyən olunmuşdur ki, 117 mindən artıq miqdarda çatışmazlıq var. Sonra Təqsirləndirilən şəxs auditorlar apalatasına auditin düzgün aparılmaması barədə ondan şikayət eləmiş, auditor palatası məsələni müzakirə edərək bildirmişdir ki, audit normal aparılmışdır, tövsiyyə etmişlər ki, Təqsirləndirilən şəxsla bir dəfə görüş təyin olunsun, əgər Təqsirləndirilən şəxs təqdim edəcəyi sənədlər, sübutlar varsa, onun əsasında da araşdırılma aparılsın və nəzərə alınsın. Bununla əlaqədar o, Təqsirləndirilən şəxs yenidən məktub göndərmiş, onlar Zərərçəkmiş şəxs MMC-də görüşmüş, həmin görüşdə, o və 3 nəfər hüquqşünas iştirak etmişdir. Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə gəlmiş, heç bir sənəd təqdim etməmişlər, şifahi şəkildə demişdir ki, endirim məbləğləri kompüterdən silinmişdir, heç biri nəzərə alınmamışdır və həmin endirimlərin nəzərə alınmasını xahiş etmişdir. Lakin araşdırma zamanı onlar 216 min manat endirimin verilmiş malların dəyərindən azaldıldığını görmüşlər. Təqsirləndirilən şəxs isə 60 min manatın da azaldılmalı olduğunu bildirmişdir, lakin bunun nəyə görə olmalı olduğunu bildirməmişdir. Həmçinin bağlanmış mağazalar olmuş, onlardan ümumilikdə 19 min manat qalıq qalmış, onlar həmin qalığı da Eldənizin borcundan silmişlər. Onların ikinci görüşü onun tərəfindən aktlaşdırılmış, lakin Eldəniz həmin görüşdə iştirakını təsdiq etməmiş, aktı imzalamamışdır, o, bunu da aktlaşdırmış və rəsmi məktubla Zərərçəkmiş şəxs MMC-yə təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, yoxlamanın tarixi 2022-ci ilin 08 sentyabrından başlamış, audit yoxlaması 2023cü ilin avqustunda bitmiş, təqribi 9 ay çəkmişdir. Auditin nəticəsinə əsasən Təqsirləndirilən şəxs işdən çıxarkən, yəni aprel ayında təhvil-təslim aktında qeyd etdiyi məlumatlar əsas götürülmüşdür. Həmin sənədlərə Eldəniz bəy və təhvil alan da imza çəkmişdir. Auditi tək aparmış, Eldənizlə görüşdükdən sonra o, yoxlamaya başlamış, Eldəniz isə heç bir sənəd təqdim etmənmişdir. O bilmişdir ki, o, prokurorluğa gedib araşdırmalar aparır, o bir dəfə gəlib onunla görüşməmişdir. O, öncə Eldənizlə görüşmüş, izahat almış, həmin yerdə yoxlamada olduğunu demişdir. Eldənizlə sonda müzakirə olunmamışdır, çünki mən auditin nəticəsini qanuna əsasən sifarişçiyə bildirməlidir. O da sənədləri şirkətə təqdim etmiş, onlar ən sonda Eldəniz bəylə görüşəndə o aktı imzalamamış, heç bir sənədlə də tanış olmamışdır.O, yoxlamanı Veysəloğlu və prokurorluqda olan sənədlər əsasında etmiş, heç bir satış nöqtəsinə getməli olmamışdır. “Bütün sənədlər olduğu halda nəyə görə getməliydim?”. Lakin müstəntiqlə bir neçə satış mağazasına getmiş, onlar hər biri bütün ödənişləri Eldənizə etdiklərini demişlər. Satış nöqtələrinə Eldənizi çağırmamışlar. Endirimlərlə əlaqədar Eldənizlə danışmış, o qərarları ona göstərmiş, endirimin nə qaydada olunduğunu bildirmişdir. Endirimlərin silinməsini müəyyən etmiş, 216 min manat endirim silinmiş, 60 min manat da nəzərə alınmışdır. Bütün mağazalara tətbiq olunmuş endirimlər cədvəldə göstərilmişdir. “Ramiz Xaçmaz” mağazasında 35 min manat endirim nəzərə alınmışdır. Bağlanan mağazalar barədə siyahı və əmr verilmiş, 19 min qalıq nəzərə alınmışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid10 ifadəsindən görünür ki, 2006cı ildən Xaçmaz rayonu rayonu Yalama kəndi ərazisində yerləşən “Yaşıl” marketin sahibidir. Onun mağazasının adı Zərərçəkmiş şəxs MMC-nin sistemində “Yashıl m-t Yalama” satış nöqtəsi kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Eldəniz Zərərçəkmiş şəxs MMC- də hasilatçı vəzifəsində işləmişdir. Eldənizlə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. 11 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi tərəfindən onun mağazasında yoxlama aparılmış və 816,32 manat məbləğində çatışmazlığın olması aşkar edilmişdir. Halbuki o, nisyə satılmış malların pulunu vaxtlı-vaxtında Təqsirləndirilən şəxs • ' ödəmişdir. Bundan başqa, nisyə satılmış malların dəyərini Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin hansısa əməkdaşına verməmişdir. Keçirilən yoxlama ilə əlaqədar tərtib edilmiş üzləşmə aktında da onun mağazasında əvvəllər administrator işləmiş X5 imza etmişdir. X18 Federasiyasının Astraxan şəhərində yaşayır.cild 3, i.v. 52-54 Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid8 ifadəsindən görünür ki, o, 2013-cü ildən 2019-cu il tarixədək Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri, daha sonra isə Şimal bölgəsi üzrə satış təmsilçisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı üzrə fəaliyyət göstərir. İşlədiyi dövrdə Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi mağazaya yaxınlaşıb mağaza sahibindən sifarişi telefona yüklənmiş “On sale” proqram təminatı vasitəsilə qəbul etmişdir. Proqram təminatında geri tarixə hər hansı əməliyyatın aparılması da olmur. Belə ki, sifariş qəbul olunduqdan sonra sifariş təsdiq olunması üçün hasilatçı Təqsirləndirilən şəxs, daha sonra isə şimal bölgəsi üzrə müdir Şahid5 ötürülmüşdür. Onlar təsdiq etdikdən sonra sifariş elektron formada müəssisənin Bakı şəhərində yerləşən mərkəzi anbarına ötürülmüşdür. Bundan sonra mallar mərkəzi anbarda çeşidlənmiş və yük avtomobilinə yüklənərək Xaçmaz şəhərinə gətirilmişdir. Xaçmazda da həmin rayon daxil olmaqla şimal regionu üzrə, yəni Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarındakı mağazalara gedəcək mallar ayrı-ayrılıqda hər bir rayon üçün ayrılmış avtomobillərə yığılmışdır. Bundan sonra sürücülər malları tərtib olunmuş qaimə fakturalar əsasında mağazalara paylamışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddət ərzində tanımışdır. Belə ki, Eldəniz müəssisənin Hasilat şöbəsinin hasilatçısı vəzifəsində işləmişdir. (cild 4, i.v. 230-232) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid11, Şahid13, Şahid15, Şahid16, Şahid17, Şahid18, Şahid19, Şahid20, Şahid22, Şahid25, Şahid26, Şahid27, Şahid28, Şahid29, Şahid32, Şahid33, Şahid35, Şahid36, Şahid37, Şahid39, Şahid40, Şahid41, Şahid42, Şahid43 ifadələrindən görünür ki, onlar keçirilmiş üzləşdirmə aktlarını təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Təqsirləndirilən şəxs fəaliyyətinə dair keçirilmiş yenidən yoxlama və hesablamaların yekunlarına dair” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “ADİL XAÇMAZ (TOP)” adlı satış nöqtəsində 17739,90 manat, “AİLE M-T XUDAT QAYALİ” adlı satış nöqtəsində 19423,98 manat, “AMİN M-T XUDAT” adlı satış nöqtəsindən 71,89 manat, “APİTİTE XAÇMAZ” adlı satış nöqtəsində 5761,34 manat, “APTEK ELİYEVA REFİQE” adlı satış nöqtəsində 100,90 manat, “ARZU LECET” adlı satış nöqtəsində 702,18 manat, “ASEFOV FUAD XAÇMAZ (TOP)” adlı satış nöqtəsində 6804,83 manat, “BABAYEV SEFER XAÇMAZ” adlı satış nöqtəsində 24,82 manat, “BEHRAMOGLU M-T XAÇMAZ” adlı satış nöqtəsində 4275,49 manat, “BEYTULLA -XAÇMAZ” adlı satış nöqtəsində 71,07 manat, “CHİNAR M-T XUDAT” adlı satış nöqtəsində 1457,91 manat, “EBULFEZ* XUDAT (TURİST)” adlı satış nöqtəsində 2207,22 manat, “EL MT QUSARCHAY” adlı satış nöqtəsində 1172,51 manat, “ELCHİN M- T CHİNARTALA” adlı satış nöqtəsində 4794 manat, * • “ELMAN BAZAR” adlı satış nöqtəsində 2783,74 manat, “GUMUR M-T ELSHEN” adlı satış nöqtəsində 200,02 manat, “HEMİD-XACMAZ” adlı satış nöqtəsində 1982,22 manat, “İLKİN M- T XAOMAZ” adlı satış nöqtəsində 3267,19 manat, “İLKİN-ANAR M-T QUSARCHAY” adlı satış nöqtəsində 1583,77 manat, “KAMRAN QUSARCHAY” adlı satış nöqtəsində 1090,54 manat, “LECET M-T (RAMİL) YALAMA” adlı satış nöqtəsində 368,30 manat, “LİDER M-T(AZER) XUDAT” adlı satış nöqtəsində 48,37 manat, “LUKS M-T XUDAT” adlı satış nöqtəsində 1178,79 manat, “MEHERREM XAÇMAZ” adlı satış nöqtəsində 339,68 manat, “MEHMAN M/T XUDAT” adlı satış nöqtəsində 102,97 manat, “MİRZEAGAYEV SAKİR-NABRAN (İCKİ)” adlı satış nöqtəsində 92,07 manat, “MURADOV ZAUR-CHİNGİZ M-T” adlı satış nöqtəsində 911,10 manat, “MUSAYEV MEZAHİR-QUSARCAY” adlı satış nöqtəsindən 1532,30 manat, “MUSAYEV NAMİQ (XAÇMAZ)” adlı satış nöqtəsində 3152,78 manat, “NUSHABE DEMİROVA XAÇMAZ (BAZAR)” adlı satış nöqtəsində 95,38 manat, “QARİSHİQ RUZİ MALLARİ XUDAT” adlı satış nöqtəsində 80,06 manat, “QAYALİ M/T XACHMAZ” adlı satış nöqtəsində 1367,09 manat, “QESEBE M-T NABRAN” adlı satış nöqtəsində 270,76 manat, “RAMİN M-T NABRAN” adlı satış nöqtəsində 199,07 manat, “RAMİZ XAÇMAZ” adlı satış nöqtəsində 11624,83 manat, “SEBUHİ M-T XACHMAZ” adlı satış nöqtəsində 728,58 manat, “SHERAFEDDİN M-T XAÇMAZ” adlı satış nöqtəsində 738,03 manat, “SHİRİN M-T XAÇMAZ” adlı satış nöqtəsində 64,04 manat, “SULEYMANOV ELGİN M-T XAÇMAZ” adlı satış nöqtəsində 19,07 manat, “SUPER M-T EMİN XAÇMAZ” adlı satış nöqtəsində 26891,39 manat, “SUPER M-T YASHİL” adlı satış nöqtəsində 284,66 manat, “UCUZ M-T XUDAT” adlı satış nöqtəsində 677,12 manat, “UGUR M-T XAÇMAZ (YUSİF)” adlı satış nöqtəsində 1928,35 manat, “VEZİR XUDAT MUXTADİR” adlı satış nöqtəsində 33,54 manat, “VÜQAR M-T XAÇMAZ” adlı satış nöqtəsində 20385,61 manat, “XAÇMAZ STORE” adlı satış nöqtəsində 17032,59 manat, “YASHİL M-T YALAMA” adlı satış nöqtəsində 282,43 manat, “CEMSHİD M- T CARXİ-1” adlı satış nöqtəsində 1471,47 manat, “HEYAT PARFUMERİYA” adlı satış nöqtəsində 301,86 manat, “LUKS M-T 2 OKTAY XUDAT” adlı satış nöqtəsində 235,17 manat, “QAYALİ TOPDAN XUDAT” adlı satış nöqtəsində 5161,83 manat, “RESHİD CARXİ” adlı satış nöqtəsində 637,27 manat, “SUPER M-T PERVİZ” adlı satış nöqtəsində 1117,71 manat, “ZUMRUD XAÇMAZ” adlı satış nöqtəsində 144,79 manat əskiklik, “APTEK BAZAR XACHMAZ” adlı satış nöqtəsi üzrə 9,05 manat, “AZER M-T XAÇMAZ” adlı satış nöqtəsi üzrə 15 manat, “BEXTİYAR M-T AYTEN” adlı satış nöqtəsi üzrə 21,90 manat, “CAVİDAN XUDAT QAYALİ” adlı satış nöqtəsi üzrə 1997,78 manat, “DİLQEM M-T XUDAT” adlı satış nöqtəsi üzrə 196,07 manat, “EMİN M-T YALAMA” adlı satış nöqtəsi üzrə 1554,69 manat, “ESHREF XAÇMAZ BAZAR (TOP)” adlı satış nöqtəsi üzrə 6572,33 manat, “İLHAM M-T QUSARCHAY” adlı satış nöqtəsi üzrə 1866,82 manat, “İLHAM M-T YENİ HEYAT” adlı satış nöqtəsi üzrə 2583,05 manat, “KAMRAN NABRAN YOLU” adlı satış nöqtəsi üzrə 396,32 manat, “KRİSTAL İNŞAAT XAÇMAZ” adlı satış nöqtəsi üzrə 293,01 manat, “MEHMAN M-T XACHMAZ” adlı satış nöqtəsi üzrə 14,67 manat, “MESHEL M-T XAÇMAZ” adlı satış nöqtəsi üzrə 926,19 manat, “MÜBARİZ XAÇMAZ” adlı satış nöqtəsi üzrə 60,23 manat, “NADİR APTEK XAÇMAZ” adlı satış nöqtəsi üzrə 40 manat, “NADİR XAÇMAZ” adlı satış nöqtəsi üzrə 4051,30 manat, “RAFAELLA M-T XAÇMAZ” adlı satış nöqtəsi üzrə 47,65 manat, “SHAHİN BENDİ XACHMAZ APTEK” adlı satış nöqtəsi üzrə 32,28 manat, “SHAHİN M-T NERECAN” adlı satış nöqtəsi üzrə 237,01 manat, “SHOLLAR M-T XUDAT” adlı satış nöqtəsi üzrə 80,93 manat, “SHUKUR XAÇMAZ” adlı satış nöqtəsi üzrə 2727,68 manat, “VALEH XUDAT” adlı satış nöqtəsi üzrə 51,84 manat, “XEZER M-T YALAMA” adlı satış nöqtəsi üzrə 222,37 manat, “XEZER M-T XAÇMAZ” adlı satış nöqtəsi üzrə 12041,09 manat, “BEREKETLİ M-T ELSHAD” adlı satış nöqtəsi Üzrə 17,89 manat, “ELXAN ARMUDPADAR” adlı satış nöqtəsi üzrə 29,53 manat, “PERVİZ M-T YERGUC” adlı satış nöqtəsi üzrə 369,38 manat, “SEMED HESENOV XAÇMAZ” adlı satış nöqtəsi üzrə 190,09 manat, “TALEH M-T İZMAYLOVKA” adlı satış nöqtəsi üzrə 1266,82 manat, “NESİB XUDAT” adlı satış nöqtəsi üzrə 733,98 manat, “MAHMUD” QUSARCAY” adlı satış nöqtəsi üzrə 3814,48 manat, “RAMİN XAÇMAZ” adlı satış nöqtəsi üzrə 224,10 manat, “APTEK MEHMAN 25” adlı satış nöqtəsi üzrə 6093,32 manat, “SUCAET XAÇMAZ” 1487,21 manat, “DUBAY TOPDAN (ANAR)” adlı satış nöqtəsi üzrə 1761,33 manat, “MURAD XUDAT” adlı satış nöqtəsi üzrə 394,75 manat, “İLHAM M-T XUDAT” adlı satış nöqtəsi üzrə 66,02 manat, “MURAD NABRAN” adlı satış nöqtəsi üzrə 1829,79 manat, “APTEK 169” adlı satış nöqtəsi üzrə 231,65 manat, “FİRUDİN XAÇMAZ İZMAYLOVKA” adlı satış nöqtəsi üzrə 126,79 manat, “TOFİQ M-T XAÇMAZ" adlı satış nöqtəsi üzrə 481,83 manat, “ELDAR M-T XAÇMAZ” adlı satış nöqtəsi üzrə 2541,24 manat artıqlıq olmaqla ümumilikdə 117.315,12 manat məbləğində fərq yaranmışdır.(cild 4, i.v. 87-88) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs MMC-nin baş direktoru tərəfindən "xxxx" MMC-nin direktoru Şahid44 ünvanlanmış məktubun surətindən görünür ki, müştəri kodu “5381” olan “ZUMRUD XAÇMAZ” adlı satış nöqtəsi fəaliyyətini dayandırdığından həmin satış nöqtəsi üzrə kənarlaşmanın nəzərə alınmaması xahiş olunmuşdur.(cild 4, i.v. 195) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 06.11,2008-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru X2 ilə Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmışdır.(cild 4, i.v. 30-31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs MMC üzrə xx.xx.2012-ci il tarixli, 07/K nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Cəmiyyətin Satış Departamentinin Hasilat şöbəsinin Bakı pərakəndə hasilat bölməsinin hasilatçısı vəzifəsinə keçirilmişdir.(cild 1, i.v. 8) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs MMC üzrə xx.xx.2019-cu il tarixli, 183.2/K nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.(cild 1, i.v. 10) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2008-ci il tarixli “Tam fərdi maddi məsuliyyət haqqında” müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ona etibar edilmiş əmlakı, maddi və ya digər sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq; eyni zamanda işəgötürənə maddi ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq; işəgötürənə vaxtlı-vaxtında öhdəsində olan əmlakın, maddi və ya digər sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmaq; istifadə etydiyi, təmasda olduğu, həmçinin ona etibar edilmiş əmlakın, maddi və ya digər sərvətlərin və başqa görüləcək işlərin mövcudluğunu və qorunmasını təmin etmək, dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək kimi vəzifələri öz öhdəsinə götürmüşdür.(cild 4, i.v. 29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Daxili Nəzarət Departamentinin müdiri Şahid6 verdiyi xx.xx.2019-cu il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs “X23” adlı müştəridən 16000 manat, “Super mt Emin Xaçmaz” adlı müştəridən 7345 manat olmaqla, ümumilikdə 23345 manat məbləğində pul vəsaitini Cəmiyyətin xəzinəsinə mədaxil etmədiyini etiraf etmişdir.(cild 1, i.v. 36) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin baş direktoru Bəxtiyar Allahverdiyə verdiyi xx.xx.2019-cu il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs 37525 manat məbləğində pul vəsaitini Cəmiyyətin xəzinəsinə mədaxil etmədiyini etiraf etmişdir.(cild 1, i.v. 37) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Zərərçəkmiş şəxs MMC-nin Satış Departamentinin Hasilat şöbəsinin Bakı pərakəndə hasilat bölməsinin hasilatçısı vəzifəsində işlədiyi müddət ərzində ona təhkim olunmuş satış nöqtələri üzrə tərtib edilmiş qaimə-fakturalar və ödəniş qəbzləri (53 cild), “Təqsirləndirilən şəxs fəaliyyətinə dair keçirilmiş yenidən yoxlama və hesablamaların yekunlarına dair” xx.xx.2023-cü il tarixli akt, 27 sentyabr 2023-cü il tarixli auditor hesabatı, Zərərçəkmiş şəxs MMC-nin Daxili Nəzarət Departamentinin müdiri Şahid6 ünvanlanmış xx.xx.2019-cu il tarixli izahat, Zərərçəkmiş şəxs MMC-nin direktoru Bəxtiyar Allahverdiyevə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahat, 2019-cu ilin fevral-mart aylarında tərtib edilmiş üzləşmə aktları, 2019-cu ilin mart-may aylarında tərtib edilmiş təhvil-təslim aktları, “Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi (inventarizasiyanın aparılması) barədə tərtib olunmuş” xx.xx.2017-ci il tarixli akt, 2017-ci ilin avqust ayında tərtib edilmiş üzləşmə aktları 11 mart 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, qaimə fakturalar və ödəniş qəbzləri saxlanılması üçün Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, digər sənədlər isə cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 5, i.v. 57-63) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının 26 dekabr 2023-cü il tarixli, 9/8544 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspertiza təyini haqqında qərarın təsviri hissəsinə göstərilənlər, iş materiallarında mövcud olan ilkin mühasibat sənədləri, eyni zamanda yaranmış pul çatışmazlığının müəyyən edilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda və xx.xx.2023-cü il tarixli auditor hesabatında qeyd edilənlər nəzərə alınmaqla "xxxx" MMC-də Təqsirləndirilən şəxs hesabı üzrə yaranan çatışmazlıq 117170,33 manat məbləğində müəyyən olunur.(cild 4, i.v. 219-223) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməxətşünaslıq ekspertizasının 04.11,2022-ci il tarixli, 4/1427 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, ********* nömrəli cinayət işinin materiallarında Təqsirləndirilən şəxs adından olan xx.xx.2019-cu il tarixli izahatdakı yazılar və həmin izahatın arxa tərəfində “İmza” qrafasındakı imza, Təqsirləndirilən şəxs adından olan xx.xx.2019-cu il tarixli izahatdakı yazılar və həmin izahatın arxa tərəfində “İmza” qrafasındakı imza, 2019cu il tarixli üzləşmə aktlarının aşağı hissəsində olan “Veysəloğlu MMC-nin Hasilat şöbəsinin Bakı-hasilat bölməsinin hasilatçısısözləri ilə “Təqsirləndirilən şəxs” sözlərinin arasında yerləşən imzalar, 2019-cu il tarixli təhvil-təslim aktlarının aşağı hissəsinin 3-cü sırasında olan “Veysəloğlu MMC-nin Hasilat şöbəsinin Bakı-hasilat bölməsinin hasilatçısı” sözləri ilə “Təqsirləndirilən şəxs” sözlərinin arasında yerləşən imzalar- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.(cild 4, i.v. 62-63) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əlavə məhkəməxətşünaslıq ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 4/1827 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işində xx.xx.2017-ci il tarixli inventarizaciyanın aparılması barədə aktın 1-4-cü vərəqələrində "İmza" qrafasındakı imza, 5-ci vərəqəsində "Komissiyanın aktı ilə tanış oldum, etirazım yoxdur, təsdiq edirəm. "xxxx" MMC Bakı pərakəndə satış şöbəsinin hasilatçısı, maddi məsul şəxs - X10"xxxx"Veyseloğlu MMC-nin Hasilat şöbəsinin hasilatçısı:" qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.(cild 4, i.v. 227-229) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 sentyabr 2023cü il tarixli auditor hesabatından görünür ki, audit yoxlaması nəticəsində müəyyən edilmiş 117170,33 (Bir yüz on yeddi min bir yüz yetmiş manat, 33 qəpik) manat məbləğində əskikgəlmə-pul çatışmazlığı Zərərçəkmiş şəxs MMC-nin sabiq hasilatçısı Təqsirləndirilən şəxs tələb olunmalıdır.(cild 4, i.v. 79-86) Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır.( .(cild 3, i.v. 100-101) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-ci il təvəllüdlü X7 adında azyaşlı uşaqları vardır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq ağır nəticələrə səbəb olmuşdur. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2ci maddəsi maddələri ilə davam etdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, Təqsirləndirilən şəxs mənimsəmə cinayətini törətməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, onların bir-birilə müqayisəli təhlilini apararaq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, məhkəmə həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarmalıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə 45.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə CM-nin 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı dövründə Sumqayıt Ağır Cinayətlər məhkəməsinin qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 5, i.v. 1-19, 53) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı həbs qətimkan tədbirinin seçildiyi tarixdən, yəni 19 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndəsi Nümayəndə2 tərəfindən ümümilikdə, 80.500,84 manat (səksən min beş yüz səksən dörd manat) məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndəsi qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs maddi zərər qismində 72.170,33 (yetmiş iki min yüz yetmiş manat otuz üç qəpik) və audit xərcləri üçün çəkilmiş 8.000 (səkkiz min) manat məbləğində xərc, ödənilmiş dövlət rüsumu üçün 330,51 qəpik (üç yüz otuz manat əlli bir qəpik) manat məbləğində, ümümilikdə 80.500,84 manat (səksən min beş yüz səksən dörd manat) tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, iddia tam təmin edilməli, maddi zərər qismində 72.170,33 (yetmiş iki min yüz yetmiş manat otuz üç qəpik) və audit xərcləri üçün çəkilmiş 8.000 (səkkiz min) manat məbləğində xərc, ödənilmiş dövlət rüsumu üçün 330,51 qəpik (üç yüz otuz manat əlli bir qəpik) manat məbləğində ümümilikdə 80.500,84 manat (səksən min beş yüz səksən dörd manat) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə (müki iddiaçı) ödənilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Zərərçəkmiş şəxs MMC-nin Satış Departamentinin Hasilat şöbəsinin Bakı pərakəndə hasilat bölməsinin hasilatçısı vəzifəsində işlədiyi müddət ərzində ona təhkim olunmuş satış nöqtələri üzrə tərtib edilmiş qaimə-fakturalar və ödəniş qəbzləri (53 cild), “Təqsirləndirilən şəxs fəaliyyətinə dair keçirilmiş yenidən yoxlama və hesablamaların yekunlarına dair” xx.xx.2023-cü il tarixli akt, 27 sentyabr 2023-cü il tarixli auditor hesabatı, Zərərçəkmiş şəxs MMC-nin Daxili Nəzarət Departamentinin müdiri Şahid6 ünvanlanmış xx.xx.2019-cu il tarixli izahat, Zərərçəkmiş şəxs MMC-nin direktoru Bəxtiyar Allahverdiyevə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahat, 2019-cu ilin fevral-mart aylarında tərtib edilmiş üzləşmə aktları, 2019-cu ilin mart-may aylarında tərtib edilmiş təhvil- təslim aktları, “Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi (inventarizasiyanın aparılması) barədə tərtib olunmuş” xx.xx.2017-ci il tarixli akt, 2017-ci ilin avqust ayında tərtib edilmiş üzləşmə aktları cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 570 (beş yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Zərərçəkmiş şəxs MMC-nin Satış Departamentinin Hasilat şöbəsinin Bakı pərakəndə hasilat bölməsinin hasilatçısı vəzifəsində işlədiyi müddət ərzində ona təhkim olunmuş satış nöqtələri üzrə tərtib edilmiş qaimə-fakturalar və ödəniş qəbzləri (53 cild), “Təqsirləndirilən şəxs fəaliyyətinə dair keçirilmiş yenidən yoxlama və hesablamaların yekunlarına dair” xx.xx.2023-cü il tarixli akt, 27 sentyabr 2023-cü il tarixli auditor hesabatı, Zərərçəkmiş şəxs MMC-nin Daxili Nəzarət Departamentinin müdiri Şahid6 ünvanlanmış xx.xx.2019-cu il tarixli izahat, Zərərçəkmiş şəxs MMC-nin direktoru Bəxtiyar Allahverdiyevə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahat, 2019-cu ilin fevral-mart aylarında tərtib edilmiş üzləşmə aktları, 2019-cu ilin mart-may aylarında tərtib edilmiş təhvil- təslim aktları, “Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi (inventarizasiyanın aparılması) barədə tərtib olunmuş” xx.xx.2017-ci il tarixli akt, 2017-ci ilin avqust ayında tərtib edilmiş üzləşmə aktları cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin, 72.170,33 (yetmiş iki min yüz yetmiş manat otuz üç qəpik) maddi ziyan, 8.000 (səkkiz min) manat audit xərcləri üçün çəkilmiş xərc və 330,51 qəpik (üç yüz otuz manat əlli bir qəpik) dövlət rüsumu, ümumilikdə 80.500,84 manat (səksən min beş yüz səksən dörd manat) Təqsirləndirilən şəxs (mülki cavabdeh) tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə (müki iddiaçı) ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 570 (beş yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-46/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-46/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver