Məhkəmə qərarları › İş №1(124)-460/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-460/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-460/2024 25.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X14 Nizami oğlunun sədrliyi, X10 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Sabirli kəndində qeydiyyatda olmaqla Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əxlaqsız həyat tərzi sürdüyünü zənn etdiyi bibisi qızı Zərərçəkmiş şəxs2 onun arvadı Zərərçəkmiş şəxs1 ilə ünsiyyətdə olmaqla sonuncuya mənfi təsir göstərərək əxlaqını pozacağı, bundan sonra arvadının ona əri kimi münasibət göstərməyəcəyi, ona hörmət etməyəcəyi, Zərərçəkmiş şəxs2 təsiri altında birgə nikahdan olan üç azyaşlı övladlarını onun himayəsində qoymaqla Bakı şəhərinə gedəcəyi, nəticədə qohumları və tanışları arasında rüsvay olacağı qənaətinə gələrək qisas almaq niyyəti ilə bibisi qızı Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1 öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini reallaşdırmaq üçün 12 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsində yerləşən 52 nömrəli evin qarşısında dayanmış vəziyyətdə olan, Şamaxı rayon sakini Şahid1 idarə etdiyi qızılı-gümüşü metallik rəngli “Opel Astra” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında Zərərçəkmiş şəxs2, arxa sərnişin oturacağında Zərərçəkmiş şəxs1 əyləşdiyini görüb, hər ikisini öldürmək məqsədi ilə üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını əynində olan idman gödəkçəsinin sağ qolunda gizlədərək həmin avtomobilin sol arxa qapısına yaxınlaşmış, avtomobilin qapısını açaraq həmin vaxt azyaşlı övladları - xx.xx.2018-ci il təvəllüdlü Şahid2, xx.xx.2019-cu il təvəllüdlü Şahid3, xx.xx.2021-ci il təvəllüdlü X6 avtomobilin yanında olmalarına, onun etdiklərini görüb qorxaraq ağlamalarına məhəl qoymayaraq sonuncuların gözü qarşısında onlara xüsusi əzab və iztirablar verdiyini dərk edib, öz hərəkətlərini davam etdirərək qolunda gizlətdiyi bıçağı çıxararaq sağ əlində saxlamaqla avtomobilin arxa sağ sərnişin oturacağında əyləşən arvadı Zərərçəkmiş şəxs1 dörd dəfə bıçaqla vuraraq ona sol süd vəzisinin və sol bazu nahiyyəsinin kəsilmiş-deşilmiş yaralan kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirdikdən sonra arvadının ölməsinə əmin olmaq üçün onu sol əli ilə boğaz nahiyyəsindən tutaraq boğmuş, arvadının ölməsi üçün ona kifayət qədər xəsarətlər yetiridiyini düşünüb, həmçinin bibisi qızının qaçmasının qarşısını almaq və avtomobilin ön sərnişin oturacağında əyləşən Zərərçəkmiş şəxs2 da öldürməklə öz əməlini başa çatdırmaq üçün avtomobilin ön sərnişin qapısına yaxınlaşıb qapını açaraq sonuncunun fəal müqavimət göstərməsinə baxmayaraq əlində saxladığı həmin bıçaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək sonuncuya sol almacıq, sol bazu, sol körpücük, sol dirsək, sol baldır və qarnın ön divarının sağ yarısının kəsilmişdeşilmiş yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirmiş, həmin vaxt hadisənin şahidi olmuş avtomobilin sürücüsü Şahid1 avtomobili işə salaraq oradan uzaqlaşdırması və zərərçəkmiş şəxslərə vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağ qaldığından əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə baş çatdıra bilməyib xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, onlar zəngləşib və danışmışlar. Uşağı götürmək istəmişdir. Məktəbin yanına gəlməsini demişdir. O da məktəbin qabağına getmişdir. Həmin vaxt içkili olmuşdur. Bıçağı götürərək birinci yoldaşını, sonra isə digərini vurmuşdur. Həmin vaxt taksi şoferi sürüb getmişdir. Daha sonra özü gedib təslim olmuşdur. Yeddi ildir ailə həyatı qurmuşdur. Üç uşağı var. Zərərçəkmiş şəxs1 onun yoldaşıdır. Günel isə onun bibisi qızıdır. Bibisi qızı ilə ailə həyatı qurmamışdan qabaq münasibətləri normal olmuşdur. Birgə nikah dövründə Zərərçəkmiş şəxs1 ilə münasibətləri mehriban olmuşdur. Hadisəni nə üçün törətdiyini bilməmişdir. Dükandan alınmış mətbəx bıçağını evdən götürmüşdür. Həmin vaxt yoldaşı Bakıdan gəlmişdir. Hadisə Şamaxı şəhərində 9 nömrəli məktəbin yaxınlığında baş vermişdir. İttihamda göstərilən saatlar düzgündür. Bıçağı vurmaqda məqsədi bibisi qızı Zərərçəkmiş şəxs2 öldürmək olmuş, həyat yoldaşı Zərərçəkmiş şəxs1 isə öldürmək niyyəti olmamışdır. Yoldaşına bıçaqla iki dəfə vurması yadında qalmışdır. İçkili olduğu üçün ağlı başından çıxmışdır. Zərərçəkmiş şəxs2 yeddi bıçaq zərbəsi vurmuşdur. O həm hirsli, həm də içkili olmuşdur. Ona görə bıçaq zərbələrini çox vurmuşdur. Taksi sürücüsünü tanımamışdır. İçkili olduğu, həmçinin yorulduğu üçün bıçaq zərbələrini vurmağı dayandırmışdır. Zərərçəkmiş şəxsi boğmağı yadında deyildir. Onun niyyəti şəxsi cəzalandırmaq olmuşdur. Əməlindən peşmandır. Barışıq olmasına cəhd etmişdir. Yoldaşı ilə danışır. Bundan əvvəl belə hadisələr baş verməmişdir. Ailəsində problemlər olmuşdur. O, ailəsinin dağılmasını istəməmişdir. Ona görə şəxsləri qorxutmaq istəmişdir. Dörd ədəd “Jaquar” içkisi, üç ədəd də spirtli olan “Go” içmiş və bir ədəd də pivə içmişdir. Ayaq üstündə dayana və özünü idarə edə bilmişdir. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Hadisəni törətmək səbəbi içkili olmağıdır. Ümumiyyətlə içki içən deyildir. Az miqdarda içməyi ona təsir etmişdir. Əvvəllər barışmış və üç ay birgə yaşamışlar. Hadisə vaxtı uşaqlar orada olmuşdur. Hadisəni görüb və ya görməmələrini xatırlamamışdır. Uşaqlar həmin vaxt marketin yaxınlığında olmuşdur. O hesab edir ki, uşaqlar hadisəni görməmişlər. İstintaq vaxtı verdiyi ifadəsini təsdiq etmişdir. O, zərərçəkmiş şəxsləri bıçaqlaya bilməyəcəyini düşünmüşdür. Ona görə də əvvəlcə spirtli içki qəbul etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etdiyi üçün özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli hesab etsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə özünü təqsirli hesab etmədiyini bildirmişdir. Yeddi ildir ki, xalası X3 övladı Zərərçəkmiş şəxs1 ilə evlidir. Elmiranı tanışları həm də “Zəhra” adı ilə çağırır. O, fəhlə və avtoyuma məntəqəsində işləməklə gündəlik qazancı ilə ailəsini dolandırmışdır. Son vaxtlar “Fayton” adlı marketin yaxınlığında Adəm adlı şəxsə məxsus və tanımadığı şəxs tərəfindən istifadə edilən avtoyuma yerində avtomobil yuyucusu işləmişdir. Zərərçəkmiş şəxs1 İlə birgə nikahdan Nəzakət, Nəzrin və Zəhra adlı üç azyaşlı qızı var. Zərərçəkmiş şəxs2 isə bibisi X7 övladıdır. O, subay olan vaxtlar Zərərçəkmiş şəxs2 dəfələrlə ondan xoşunun gəldiyini, onu sevdiyini bildirmiş və onunla evlənmək istədiyini demişdir. Lakin onun Zərərçəkmiş şəxs2 xoşu gəlmədiyi üçün sonuncu ilə münasibət qurmağa razılıq verməmişdir. Zərərçəkmiş şəxs2 Səid adlı şəxslə evli olmuş, boşanmışdır və həmin nikahdan iki azyaşlı qızı var. Hətta Zərərçəkmiş şəxs1 ilə evli olduğu müddətlərdə də Zərərçəkmiş şəxs2 ondan xoşunun gəldiyini bildirmiş, Nəzrin adlı ikinci övladı dünyaya gəldikdən sonra Günel daha ondan xoşunun gəlməsini deməmişdir. Arvadı Elmira və Günel arasında münasibət daim normal olmuşdur. Günel arvadı Elmiraya pis təsir göstərmişdir. Belə ki, arvadı Elmira Günel ilə sıx münasibətlər qurandan sonra ona boşanmaq istədiyini, Günel ilə birlikdə Bakı şəhərində yaşamaq istədiyini, övladlarını da özü ilə aparmaq istədiyini bildirmişdir. O, Elmiranın Bakı şəhərində yaşamaq istəməsinə qarşı çıxmış və Bakı şəhərində iş tapdıqdan sonra onu da özü ilə birlikdə Bakı şəhərinə aparacağını, Bakı şəhərində ev alaraq həmin şəhərdə yaşayacaqlarını bildirmişdir. Təxminən 24 may 2023-cü il tarixdə saat 20 radələrində o, işdən evə gəldikdə övladlarının evdə olmasını, Elmiranın isə evdə olmamasını görmüşdür. Böyük qızı Nəzakət ona bildirmişdir ki, X26 ilə birlikdə işləmək üçün getdiyini demişdir. Lakin o, Günel və Elmiranın harada və nə işləməsini bilməmişdir. Bir müddət sonra “Tiktok” sosial şəbəkəsində “Nonono” adlı saxta hesabından Günelin “Günel056” adlı hesabına izləmək üçün istək atmışdır. O, yazmağı bacarmadığı üçün Fərid adlı dostundan (Əlaqə nömrəsi:**********) Günelin “Tiktok” hesabına onun adından yazmağı və tanış olmağı istəmişdir. Fərid onun dediyi sözləri Günelə yazdıqdan sonra o, Günellə tanış olmuşdur. Günel söhbət zamanı Zəhra adında bir bacısının da yanında olmasını bildirmişdir. O, Zəhra adlı şəxsin onun arvadı Elmira olduğunu bildiyi üçün Elmiranın həqiqətən Günelin yanında olub-olmadığını dəqiqləşdirmək məqsədi ilə Güneldən Zəhra adı ilə tanıtdırdığı şəxsin şəklini ona göndərməsini istəmişdir. Beləliklə Günel həm özünün, həm də Elmiranın şəklini ona ataraq hansından xoşunun gəlməsini soruşmuşdur. O, Günel və Elmiranın şübhələnməməsi üçün Güneldən xoşunun gəldiyini bildirmişdir. Günel isə ona evlənmək istədiyini, onunla tanış olduqdan sonra ondan xoşu gələcəyi halda evlənəcəyini bildirmiş və Elmira evi tərk etdikdən bir ay sonra, yəni təxminən xx.xx.2023-cü il tarixdə onlar görüşmək qərarına gəlmişlər. Bundan sonra o, Elmira və Günelin Gəncə şəhərində olduqlarını öyrənmişdir. O, tanımadığı taksi vasitəsi ilə Gəncə şəhərinə getmiş və Günellə dəqiqləşdirdiyi görüş yerində gözləməyə başlamışdır. Bir qədər sonra həmin yerə Günelin Elmira ilə birlikdə gəlməsini görmüşdür. Günel və Elmira onu gördükdən sonra “Nono” adlı hesabdan mesaj yazan şəxsin o, olduğunu başa düşmüşlər. O, Elmiraya evlərinə qayıtmağı təklif etmiş və Elmira onunla razılaşmışdır. O, Elmira və Günel tanımadığı taksi vasitəsi ilə Şamaxıya gələn zaman Yevlax rayonu ərazisində Günel maşını saxlatmış və maşından düşərək onlarla gəlməyəcəyini bildirmişdir. Elmira və o isə Şamaxı rayonunda yerləşən evlərinə gəlmişdir. Bir gün Şamaxı rayonunda qaldıqdan sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə gələrək kirayə ev tutmuşlar. O, gündəlik fəhlə işləyərək evini dolandırmışdır. Həmin ünvanda yaşayan zaman arvadı Elmira Günellə danışdığını, Günelin Qəbələ rayonu ərazisində olduğunu, Elmiranı da öz yanına işləmək üçün dəvət etdiyini bildirmişdir. O, Elmiraya Günelin dəvətini qəbul etməməyi bildirmişdir. Təxminən iki ay həmin ünvanda yaşadıqdan sonra Günelin onların evin yaxınlığında kirayə ev tutmasını öyrənmişdir. Hətta Günel onların evinə gələn zaman o, Güneldən onların evinə gəlməməyi də istəmişdir. Dəqiq xatırlamadığı tarixdə, Buzovna qəsəbəsində yaşadığı vaxtda Elmiranın evdə olmadığını öyrənmiş, onu axtarmaq istədikdə isə qonşuluqda yaşayan Mehriban adlı şəxs (Əlaqə nömrəsi: ***-***-**-**) ona bildirmişdir ki, Elmira onun telefonu vasitəsi ilə Günellə mesajlaşmış və Günelin yanına getmişdir. Bundan sonra Mehriban ona Günelin Elmiranı işləmək üçün Mingəçevir şəhərinə yola saldığını öyrənmişdir. Lakin yenə də Elmiranın dəqiq olaraq harada işləməsini, nə işləməsini və harada gecələməsini bilməmişdir. Elmira üç gün Mingəçevir, iki gün isə Gəncə şəhərində yaşadıqdan sonra ona zəng edərək onu gəlib evinə aparmağı istəmişdir. O, Gəncə şəhərinə gedərək Elmiranı tapmış və nənəsi Elmira Əliyevaya məxsus Şamaxı şəhərindəki evə gətirmiş, bir gün həmin evdə qaldıqdan sonra yenidən Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çatdıqda Günel onları qarşılamışdır. Elmira Günellə görüşdükdən sonra onunla gəlməyəcəyini, Günellə gedəcəyini bildirmiş və övladlarını da özləri ilə aparacağını demişdir. O, hirsləndiyi üçün Elmiranın üzünə bir dəfə şillə ilə vurmuşdur. Həmin gün küçədə gecələdikdən sonra Buzovna qəsəbəsində “Əli ayağı” adı ilə tanınan ziyarətgahda süpürgəçi kimi işləməyə başlamışdır. Təxminən dörd gün həmin yerdə işləyib gecələdikdən sonra Elmira ona zəng edərək onu, Güneli və uşaqları kirayə qaldıqları evdən ev yiyəsinin qovduğunu, küçədə qaldıqlarını bildirmişdir. O, Elmiragil küçədə qalmasın deyə sonuncuları iş yerində mühafizəçi otağında icazəsiz gecələmələrinə şərait yaratmışdır. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Günel, Elmira və uşaqlar həmin yerdə icazəsiz qaldıqları üçün onu işdən qovmuşlar. Bundan sonra Günel sevgili kimi tanıtdığı Sahib adlı bir şəxs Günelə zəng edərək ev tapdığını bildirmişdir. O, Günel və Elmira ilə birlikdə həmin evə getsə də Günel evin yerləşdiyi yeri bəyənmədiyindən həmin yeri tərk etmək istəmişdir. O, yenidən Elmiraya getməyi təklif etsə də Elmira Günellə qalacağını, onunla getməyəcəyini bildirmişdir. Bundan sonra Sahib adlı şəxs Günellə danışdıqdan sonra Günel həmin yerdə qalmağa razılıq vermiş, Elmira da Günellə birlikdə qalacağını demişdir. Bundan sonra o, tək Şamaxı şəhərinə qayıtmışdır. Onun qohumları Elmira ilə boşanmağını istədiyindən, o isə qohumları ilə razılaşmadığından bütün qohumları onu danışdırmamışdır. Buna görə onun Elmiradan ayrıldığını qohumlarının bilməməsi üçün Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsində yerləşən evinə getmək də istəməmişdir. O, xx.xx.2023-cü il tarixdə Şahid7gilin Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən, xx.xx.2023-cü il tarixdə isə Şahid7gilin Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən evinə gedərək gecəni onlarla birlikdə qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Elmira ona zəng edərək Şamaxı şəhəri ərazisində olduğunu, uşaqları gətirib ona verəcəyini bildirmiş və onun uşaqlara baxmağını istəmişdir. O, Elmiraya övladlarına baxa bilməyəcəyini, özünün küçədə yaşadığını bildirmişdir. Lakin Elmira fikrində qəti olduğunu bildirərək uşaqları ona təhvil verib Bakı şəhərinə gedəcəyini demişdir. Bundan sonra onun ailəsini dağıtdığı, arvadının əxlaqını pozuduğu üçün Güneli öldürmək qərarına gəlmişdir. Həmin vaxt arvadı Elmiranı isə öldürmək məqsədi olmamışdır, sadəcə Elmiranı bıçaqla qorxuzacaqmış ki, bundan sonra ondan ayrılmasın və gələcəkdə ondan qorxsun. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 18-19 radələrində Fəridlə yenidən Şamaxı şəhərində yerləşən “Abu-Dabi” adlanan kafedə görüşmüşdür. O, Şahid7 ilə görüşməmişdən əvvəl artıq Zərərçəkmiş şəxs2 öldürmək qərarına gəlmişdir. Lakin spirtli içki qəbul etməsə Günel və Elmiranı bıçaqla vurmağa ürək edə bilməyəcəyini düşündüyündən o, Şamaxı şəhərində müxtəlif marketlərdən ümumilikdə 4 ədəd spirtli “Jaguar”, 2 ədəd “Go” və 1 ədəd “Əfsanə” adlı spirtli içkilərini qəbul etmiş və sərxoş vəziyyətdə olmuşdur. Şahid7 ilə görüşdükdən sonra yenidən Fəridlə birlikdə pivə spirtli içkisi qəbul etmişdir, Şahid7 ilə görüşən zaman artıq sərxoş halda olmuş və cinayəti törədə biləcəyini sanmışdır. Cinayəti törətmək üçün siqaret almaq adı ilə kafenin yaxınlığında yerləşən mağazaya getmiş, həmin mağazadan bir ədəd qəhvəyi rəngli və taxta materialdan tiyəsi olan mətbəx bıçağını və siqareti alaraq mağazadan çıxıb kafeyə qayıtmışdır. Şahid7 də onun bıçaq aldığını görüb səbəbini soruşsa da, o, məqsədini sonuncuya deməmişdir və “işim var” deyə cavab vermişdir. Sərxoş halda bıçağı aldıqdan sonra Şahid7 ilə yenidən kafeyə qayıdan zaman Elmira ona zəng edərək Şamaxı şəhərində yerləşən 9 saylı tam orta məktəbin yaxınlığında taksi ilə gələrək gözlədiklərini demiş və uşaqları həmin yerin yaxınlığında olan marketin qarşısında maşından düşürtməsini, özünün gedəcəyini bildirmişdir. O, telefonda qışqıraraq təkidlə Elmiradan getməməsini, onun gəlməyini gözləməsini bildirmişdir. Bundan sonra 9 saylı tam orta məktəbin qarşısına çatdıqda Elmiranın uşaqlarını tanımadığı şəxsə məxsus “Opel” markalı sonu “723” rəqəmləri ilə bitən dövlət qeydiyyat nişanlı avtomobildən düşürtməsini, uşaqları marketin qarşısında qoymasını, özünün isə tələsik maşının arxa oturacağına minərək uzaqlaşmaq istədiyini görmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs2 öldürmək, Zərərçəkmiş şəxs1 isə qorxutmaq məqsədi ilə avtomobilin arxa tərəfindən yaxınlaşaraq sol arxa qapısını açaraq əlindəki bıçaqla arvadı Elmiranın qoluna, sinəsinə bir neçə dəfə zərbə vurmağa çalışsa da, hazırkı vaxtda zərbələrin ümumi sayını xatırlamasa da, həmin zərbələrdən ikisinin arvadı Zərərçəkmiş şəxs1 xəsarət yetirməsini özü də görmüşdür. Bundan sonra maşının hərəkət edəcəyini, Zərərçəkmiş şəxs2 öldürə bilməyəcəyini düşündüyündən Elmiranı bıçaqla vurmağı dayandırmış və avtomobilin qarşısından keçərək ön sərnişin oturacağında əyləşmiş Güneli öldürmək niyyəti ilə maşının qabaq sərnişin qapısını açmışdır. Günelə bıçaqla öldürmək məqsədi ilə var gücü ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirməyə başlamışdır. Həmin vaxt nəqliyyat vasitəsi hərəkət etməmiş və Günel ona müqavimət göstərmişdir. Hətta Günelə onun sağ diz nahiyəsinə təpiklə də vurmuşdur. Bundan sonra o, yenidən Güneli vurmaq üçün avtomobilə yaxınlaşmaq istədikdə avtomobil hərəkət etmiş, o, avtomobili saxlatmaq məqsədi ilə sağ əli ilə maşına yumruq vurmaq istədikdə sağ əli avtomobilin qapısına dəyərək xəsarət almışdır. Daha sonra avtomobil hərəkətini dayandırmış və o, avtomobilin ön hissəsinə sol əli ilə yumruq vurmuşdur. Həmin vaxt sol əli xəsarət almışdır. O, avtomobilin hərəkətini dayandırıb Zərərçəkmiş şəxs2 öldürmək, sonuncunu sağ buraxmamaq istəmişdir. Hadisə baş verən zaman uşaqları ondan təxminən 5-10 metr aralıda, avtomobilin sağ tərəfində olmuş və onun hərəkətlərini görüb-görmədiklərini bilməmiş, ağlayıbağlamadıqlarını eşitməmiş, bu onun üçün əhəmiyyət kəsb etməmişdir. Bundan sonra tanımadığı şəxsə məxsus “Opel” markalı, sonu “723” rəqəmləri ilə bitən dövlət qeydiyyat nişanlı avtomobil hərəkətinə davam etdirərək hadisə yerindən uzaqlaşmış və o, Zərərçəkmiş şəxs2 öldürə bilməmişdir. O isə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”-nə müraciət edərək iki nəfəri, yəni arvadı və Güneli bıçaqladığı, həmin şəxslərin “Opel” markalı avtomobil vasitəsi ilə hadisə yerindən uzaqlaşması barədə məlumat vermiş və içkili oluğunu bildirmişdir. Daha sonra Şamaxı rayon polis şöbəsinin əməkdaşlarından əvvəllər tanıdığı Adəm adlı polis əməkdaşı ona zəng edərək harada olduğunu soruşmuş, o, sonuncuya Şamaxı şəhəri Nəriman Nərimanov küçəsi ilə Şamaxı rayon polis şöbəsinin inzibati binasına tərəf gəldiyini bildirmişdir. Bundan sonra Adəm və Telman adlı polis əməkdaşları onun olduğu yerə gəlmişlər və onlar Şamaxı şəhərində yerləşən “Rabitə Bank” filialının yerləşdiyi binanın yaxınlığında görüşmüş, o, hadisə zamanı istifadə etdiyi bıçağı həmin polis əməkdaşlarına təhvil verərək onların avtomobili ilə Şamaxı rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng edib uşaqlarını onun yanında qoyub yenidən Bakı şəhərinə qayıdacağını bildirdikdən sonra o, Günelin ailəsini dağıtdığını, övladlarının qayğısız qaldığını, arvadı Elmiranın daha ondan qorxmadığını, ona əri kimi hörmət etməyəcəyini, Günelin arvadının əxlaqını pozacağını düşünüb Zərərçəkmiş şəxs2 öldürmək, Zərərçəkmiş şəxs1 isə qorxutmaq qərarına gəlmişdir. İlk olaraq arvadı Zərərçəkmiş şəxs1 bıçaqla xəsarətlər yetirməsəymiş, sonuncu ona Zərərçəkmiş şəxs2 öldürməyə imkan verməzmiş. Arvadı Zərərçəkmiş şəxs1 xəsarətlər yetirən zaman özündə olmamış və bıçaq xəsarətlərini məhz hansı nahiyyələrinə vurduğunu düşünməmişdir. Arvadına bıçaq xəsarətləri yetirərkən məqsədi sonuncunun konkret olaraq həyat üçün təhlükəli olan nahiyyələrinə zərbələr endirmək olmamışdır. Hadisə baş verməmişdən əvvəl təxminən 2018-ci ildə əmisi Şahid5 onun arvadı Zərərçəkmiş şəxs1 üstünə qışqırdığı üçün Şahid5 bir dəfə bıçaqla xəsarət yetirmişdir. Bununla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma da aparılmışdır. Bundan başqa ailə üzvləri, qohumları, eləcə də arvadı Zərərçəkmiş şəxs1 ilə arasında mübahisə, dava-dalaş, düşmənçilik və ya hər hansı bir ədavət olmamışdır. O, Elmira və Günelə bıçaqla xəsarət yetirən zaman spirtli içki qəbul etmişdir, lakin etdiyi hərəkətləri dərk edib özünü idarə edə bilmişdir, Güneli öldürmək niyyəti ilə, Elmiranı qorxutmaq məqsədi ilə onlara bıçaqla xəsarət yetirdiyini başa düşmüşdür. Spirtli içkini Nəriman Nərimanov küçəsində yolun kənarında tək qəbul etmişdir. Spirtli içkini içdikdən təxminən 10-15 dəqiqə sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmişdir. Arvadı Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman məqsədi sonuncunu qorxutmaq olmuşdur. Belə ki, o, arvadını qorxudaraq uşaqları atıb getməməsi və onunla birlikdə yaşamağa davam etməsini istəmişdir. Zərərçəkmiş şəxs2 xəsarət yetirən zaman isə niyyəti və məqsədi sonuncunu öldürmək olmuşdur. O, Günellə xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində telefonla danışmışdır. Günelin arvadı Elmira ilə birlikdə ora gələcəyini bildiyi və Güneli öldürmək niyyəti olduğu üçün mağazadan aldığı bıçağı özü ilə götürmüş və köynəyin sağ qolunda gizlətmişdir. Günel və Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman istifadə etdiyi bıçağın dəstəyi plastik materialdan olmuş, rəngi qəhvəyi rəngdə olmuşdur, bıçağı uzunluğu təxminən 10-15 sm olmuşdur. Hadisədən sonra bıçağı əlində saxlamış, 102 Zəng Mərkəzinə müraciət etdikdən sonra hadisə yerinə gələn Şamaxı rayon polis şöbəsinin əməkdaşlarına bıçağı hadisə yerində təhvil vermişdir. Həmin vaxt hadisənin təsirində olduğu üçün ətrafda adamların olub-olmamasını xatırlamamışdır. Şahid7 dostu və aravadının bibisi oğludur. Fəridə Güneli öldürmək məqsədi olduğunu deməmiş və sadəcə sağollaşıb Fəriddən ayrılmışdır. Şahid7 onun bıçaq götürməyini görsə də, Günelə və ya Elmiraya bıçaqla xəsarət yetirmək niyyəti olduğunu, Güneli öldürmək istədiyini bilməmişdir. O. Günel və Elmiraya bıçaqla xəsarət yetirdikdə taksi sürücüsü avtomobili işə salaraq oradan uzaqlaşmaq istəyən zaman o, yenidən Günelə bıçaqla xəsarət yetirmək istəyərkən bıçaq avtomobilin qapısına dəymiş və həmin vaxt bıçağı tiyəsi əyilmişdir. Baş vermiş hadisə zamanı övladları orada avtomobildən təxminən 5-10 metr aralıda dayanmışlar. O, avtomobilə yaxınlaşan zaman övladları əks istiqamətə baxmışlar. Lakin, hadisə baş verən zaman övladlarının hadisəni görüb-görməməsi barədə dəqiq nəsə deyə bilməmişdir. Zərərçəkmiş şəxs1 ifadələrində bildirdikləri yalandır, həmin vaxt uşaqlar avtomobildən 5-10 metr kənarda olmuş və ağlamalarını eşitməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bildirdikləri yalandır. Zərərçəkmiş şəxs1 2018-ci ildə bir dəfə özünü asaraq intihar etmək istəmiş, ipdə olan vaxt qışqıraraq onu köməyə səsləmiş, o, dərhal gələrək Elmiranı ipdən açmışdır. Zərərçəkmiş şəxs1 həmin vaxt intihar etməsinin səbəbi kimi onun qohumlarının Elmira barəsində danışdıqlarından bezdiyi üçün belə bir hərəkət etdiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 intihara cəhd etməsi barədə şikayət olmadığı üçün heç bir orqanda rəsmi araşdırma aparılmamışdır. O, Zərərçəkmiş şəxs1 dəfələrlə döyməmiş, təhqir etməmişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs1 Bakı şəhərində olan zaman Günel onları qarşıladıqdan sonra Elmira Günellə görüşüb, onunla gəlməyəcəyini, Günellə gedəcəyini bildirmiş və övladlarını da özləri ilə aparacağını demişdir. Bundan sonra o, hirsləndiyi üçün Elmiranın üzünə bir dəfə şillə ilə vurmuşdur. Həmin vaxt ətrafda onlardan başqa heç kim olmamışdır. Başqa vaxt Zərərçəkmiş şəxs1 döyməmiş, təhqir etməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, onun Zərərçəkmiş şəxs1 ilə münasibəti həmişə yaxşı olmuşdur, Zərərçəkmiş şəxs1 anasının xalasının nəvəsidir. O, 2015-ci ildə Şamaxı rayonu, Quşçu kənd sakini Səhhət Hörmət adlı şəxslə ailə həyatı qurmuş, birgə nigahdan iki qızı dünyaya gəlmişdir, münasibətləri yaxşı olmadığı üçün 2019-cu ildə Şamaxı rayon Məhkəməsinin qərarına əsasən boşanmışlar. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 təxminən 2017-ci ildə ailə həyatı qurmuş, birgə nigahlarından üç qız övladları (iki, üç və beş yaşlarında) olmuşdur. Elmira və Novruzla mütəmadi olaraq gediş-gəlişi olmuşdur, həmişə birbirinin evinə qonaq getmişlər. O. Elmiragilin evində qonaq olan zaman Novruzun Zərərçəkmiş şəxs1 ilə yaxşı davranmadığını görmüş, dəfələrlə gözünün qarşısında Novruz çubuqla, yumruq, təpiklə Zərərçəkmiş şəxs1 döymüşdür. Hətta bir dəfə təxminən 2017-2018-ci illərdə Novruzun Elmiranı döyməsi səbəbindən Elmira yaşadıqları evin yataq otağında özünü asaraq intihara cəhd etmiş, lakin dayısı Zahir və nənəsi Nərgizin təkidi ilə hüquq mühafizə orqanlarına Elmira müraciət etməmişdir. Daha sonra Elmira və Novruzun münasibətləri daha da pisləşdiyindən təxminən 2019- 2020-ci illərdə Zərərçəkmiş şəxs1 ona Novruzdan boşanmaq istədiyini bildirmiş, lakin ailə üzvlərinin təkidi ilə, üç azyaşlı uşağa görə fikrindən daşınmışdır. Elmira və Novruzun arasında münasibətlər soyuq olduğundan 2023-cü ilin qış aylarında Elmira ilə birlikdə işləmək üçün Gəncə şəhərinə getmiş, o, Gəncədə öz uşaqlarıma baxmış, Elmira isə “Piramida” şadlıq sarayı aşpaz işləmişdir. Təxminən 1 aya yaxın müddət ərzində orada qaldıqdan sonra Novruz özü Gəncə şəhərinə gəlmiş və Elmiranı razı salaraq özü ilə Bakı şəhərinə getməyə razı salmışdır. Təxminən 4-5 ay əvvəl Buzovna qəsəbəsində Novruz ev tutmuş, 4-5 ay orada yaşadıqdan sonra azyaşlı uşaqlara görə onlar evdən çıxarılmışdır. Bildiyi qədərilə həmin müddət ərzində Novruz məsciddə mühafizəçi kimi, Elmira isə marketdə satıcı kimi işləmişdir. Onlar 2-3 ay sonra Şamaxıya qayıtdıqdan sonra Novruz təxminən 2-3 gün Elmiranı onun yanında qoymuş, özü isə Bakıda məsciddəki işinə davam etmişdir. Elmira onunla birlikdə qalan zaman Bakı şəhərində yaşamaq istədiyini, Novruzun onu döyməsini bildirmişdir. Baş vermiş hadisə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Elmira Novruzla bir neçə dəfə əlaqə saxlayaraq Bakı şəhərinə iş axtarmaq üçün gedəcəyini demiş və uşaqlara baxmağı ondan xahiş etmişdir. X22 dedikləri ilə razı olmamışdır. Təxminən saat 19 radələrində onlar əşyalarını yığaraq Ağsu yolu adlanan ərazidə yerləşən "xxxx" MMC-yə aid yanacaq doldurma məntəqəsi tərəfə getmiş və orada qara rəngli Mercedes markalı avtomobilə əyləşərək avtovağzal dairəsi adlanan əraziyə gəlmişlər. Orada olan zaman Elmira onun istifadəsində olan yeni aldığı üçün hal-hazırda xatırlamadığı mobil nömrə ilə Novruza zəng etmiş, Novruzun telefonuna həmin vaxt Elmiranın bibisioğlu Fərid cavab vennişdir. Elmira Fəridlə söhbəti zamanı Novruzun harada olduğunu soruşmuş və Fərid cavabında kafedə oturaraq içki qəbul etdiklərini bildirmişdir. Təxminən 1-2 dəqiqə sonra Novruz ona zəng edərək hal-əhval tutduqdan sonra telefonu Elmiraya verməyini istəmiş, Elmira ilə danışıq zamanı Elmira Novruza yenidən Bakıya getmək və iş tapmaq istədiklərini bildirmişdir. Novruz isə bu dəfə heç bir etiraz etməmişdir. Danışıq zamanı Elmira Novruzdan bir günlük uşaqlara baxmağı, Bakı şəhərində ev tapdıqdan sonra səhəri gün uşaqları götürəcəyini qeyd etmişdir. Novruz da telefon danışığı zamanı Elmira ilə normal şəkildə danışmışdır. Elmira dəstəyi asdıqdan sonra Elmira ona Novruzun etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar oradan keçən Opel markalı taksiyə əl edərək saxlatdırmış və yenidən Aşıq Məmmədağa küçəsinə qayıtmışlar. Aşıq Məmmədağa küçəsində Opel markalı avtomobil üzü həmin küçə, arxa tərəfi isə 9 nömrəli məktəb istiqamətində dayanan zaman Elmira Novruza yenidən zəng edərək sonuncunu gözlədiyini bildirmişdir. O, həmin avtomobilin ön hissəsində, sürücünün yanında əyləşmişdir. Bundan sonra Elmira onun əyləşdiyi tərəfdən arxa qapını içəridən açaraq uşaqları avtomobildə düşürməyə başlamış, özü isə avtomobildən düşməmişdir. Elmira 2 yaşlı uşağını avtomobildən düşürmək istəyən zaman anidən Novruz sürücü tərəfdən arxa qapını açaraq və Elmiranı vurmağa başlamış, Elmira ilkin olaraq qışqırmağa başlamış, Novruz Elmiranı vuran zaman Elmiranın balaca qızı Zəhra avtomobildə olmuşdur. O, ilkin olaraq Novruzun Elmiranı yumruqla vurmasını güman etmiş, lakin daha sonra Elmiradan qan axdığını görən zaman Novruzun Elmiranı bıçaqladığını başa düşmüşdür. Həmin vaxt Novruzun bibisioğlu Fəridin də orada olduğunu görmüş, lakin Fərid heç bir hərəkət etmədən qıraqdan təxminən 1 metr aralıda dayanıb baxmışdır. Təxminən 5-10 saniyə Novruz Elmiranı vurduqdan sonra özü Elmiraya bıçaq zərbəsi vurmağı dayandırmış və avtomobilin arxa tərəfindən fırlanaraq onun tərəfə keçmiş, qapını açaraq ona bıçaq zərbələrə endirməyə başlamışdır. Novruzun Elmiraya bıçaq zərbələri vurmaq imkanı olsa da, o, Elmiraya bıçaq zərbəsi vurmağı özü saxlayıb ona bıçaq zərbəsi vurmağa başlamışdır. İlkin olaraq Novruz onun boyun nahiyəsinin sol tərəfmə çoxsaylı zərbələr endirmiş, o, avtomobilin qapısını bağlamış və sürücüdən avtomobili sürməyini istəmiş, lakin sürücü bilmədiyi səbəbdən, ola bilsin şok vəziyyətində olduğundan avtomobili sürməmişdir. Bundan sonra Novruz yenidən qapını açmış və o, təpiklə Novruzu vurub özündən uzaqlaşdırmaq istəyən zaman sol ayağının dizdən aşağı hissəsinə, bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirmişdir. Hadisə baş verəndə o qışqırmışdır. Taksi sürücüsünə neçə dəfə avtomobili işə salmasını və oradan uzaqlaşmasını bildirsə də, taksi sürücüsü şoka düşdüyü üçün avtomobili sürməmişdir. Onu vurandan sonra təqsirləndirilən şəxsə təpik vurmuşdur. Ondan sonra onun yanına gəlmiş və ayağına vurmuşdur. Həmin vaxt təqsirləndirilən şəxs içkili olmuşdur. Gözləri qıpqırmızı idi. Özündə deyildi. Axırda özü ona bir dənə təpik vurmuşdur. Taksiçi axırda avtomobili sürmüşdür. Daha sonra sürücü onları bölməyə yaxın ərazidə düşürmüşdür. Onlar sürünəsürünə polis bölməsinə getmişlər. Polis bölməsinin işçiləri onları xəstəxanaya aparmışlar. Uşaqlar həmin vaxt orda olmuşlar. O özü təpiklə vurub onu uzaqlaşdırmışdır. Onlar qışqırmasalar Təqsirləndirilən şəxs hərəkətlərinə davam edəcəkmiş. Həmin vaxt Təqsirləndirilən şəxs özündə deyildi. Təpik vurandan sonra onlardan uzaqlaşmışdır. Onları vurmasına ən çox şərait yaradan təqsirləndirilən şəxsin bibisi oğlu olmuşdur. O dayanıb onun hərəkətlərini izləmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və onunla barışmışdır. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Onu vurmaq səbəbi Zərərçəkmiş şəxs2 ondan ayrılıb yanına gəlməsi olmuşdur. O, Zərərçəkmiş şəxs2 ayrılmasında onun rolunun olduğunu düşünmüşdür. O, onların aralarındakı münasibətə qarışmamışdır. Aktiv mübarizə göstərməsə, təqsirləndirilən şəxs onu öldürə bilərdi. Hadisə Şamaxı rayonunda olmuşdur. Hadisə axşam vaxtı olmuşdur. Barışmağı ilə bağlı hər hansı təsir və təzyiq olmamışdır. Həmin müddət Novruzun bibisioğlu Fəridin “Novruz neynirsən” deməsini eşitmiş lakin, heç bir köməklik etmədiyini görmüşdür. Bu zaman avtomobilin sürücüsü avtomobili işə salmış və onlar oradan uzaqlaşmışlar. Onlar sürücüdən onları xəstxanaya aparmağını xahiş etmiş, lakin sürücü birinci olaraq rayon polis şöbəsinə gedəcəklərini demişdir. Sürücü onları rayon polis şöbəsinin yaxınlığında svetaforda düşürdərək özü oradan uzaqlaşmışdır, uşaqlar isə Aşıq Məmmədağa küçəsində qalmışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 ifadəsini davam etdirərək bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs onları öldürməyə cəhd etməmişdir, lakin Elmira ilə birgə yaşadığı müddətdə Elmiranı döyməsini və Elmiraya “səni cırıq-cırıq edəcəm, sən mənim əlimdə öləcəksən” deməsinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs ona çoxsaylı bıçaq zərbələri endirməklə onu öldürmək istəmişdir, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaq zərbəsi vurmağı özü dayandırdığı üçün onun Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olubolmamasını bilmir. Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman hər hansı bir söz deməmişdir. Baş vermiş hadisə təxminən 5-6 dəqiqə ərzində davam etmişdir. Baş vermiş hadisənin şahidləri avotmobilin sürücüsü, Elmiranın 3 azyaşlı uşağı və Fərid olmuşdur. Hadisə baş verən zaman ətrafda kənar şəxslər olmamışdır. Novruz onlara bıçaqla xəsarət yetirən zaman Novruzun sifətinin qızarmasından və hərəkətlərindən sərxoş olmasını güman etmişdir. Təqsirləndirilən şəxs onlara bıçaqla xəsarət yetirən zaman istifadə etdiyi bıçağı haradan əldə etməsi barədə bildirmişdir ki, güman edir ki, Novruz həmin bıçağı kafedən götürmüşdür. Belə ki, onların olduğu avtomobil Aşıq Məmmədağa küçəsi istiqamətində yəni, Novruzun yaşadığı ev istiqamətdə dayanmışdır. Novruz isə Nərimanov küçəsi istiqamətindən gəlmişdir. Yəni Novruz evdən bıçağı götürsə idi qısa yol ilə onlar dayandığı yerə gəlmiş olsa idi onlarla üzbəüz istiqamətdə rastlaşacaqmış. Hər şey anidən baş verdiyi üçün bıçağın əlamətləri barədə konkret nəsə deyə bilməmişdir. Təqsirləndirilən şəxs konkret olaraq onu öldürmək istəmişdir, hadisə baş verən müddət ərzində o, özü müqavimət göstərdiyi, qapını bağlamağa çalışdığı üçün və taksi sürücüsü avtomobili sürərək oradan uzaqlaşdığı üçün Təqsirləndirilən şəxs öz əməlini sona çatdıra bilməmişdir. Xatırladığı qədər ilə təxminən Novruz 2018-ci ildə dayısı Şahid5 bıçaqla xəsarət yetirmişdir. Təxminən 2-3 ay qabaq Novruz ona tanıdığı Yadigar adlı şəxsin çoxlu pulunun olduğunu, onunla Yadigarı tanış etmək istədiyini və Yadigarın pulunu birlikdə yeməyi bildirmişdir. O da Novruza “mən sənin bibin qızınam, qeyrətin olsun” demişdir. Bundan başqa Novruz ona zəng edərək Orxan adlı tanışı olduğunu və o, Elmira, Novruz və Orxanın bir yerdə qalmağını təklif etmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir nalayiq hərəkət olmamışdır. Konkret olaraq Təqsirləndirilən şəxs ona xəsarət yetirən zaman məqsədi onu öldürmək olmuşdur, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman məqsədinin nə olmasını bilmir. Elmiranın azyaşlı uşaqları, taksi sürücüsü, Fərid də bütün bunların şahidi olmuşdur. Təqsirləndirilən şəxs ona və Elmira Babyevaya xəsarət yetirən zaman o və ya Zərərçəkmiş şəxs1 hamilə vəziyyətində olmamışlar. Zərərçəkmiş şəxs ifadəsinin davamında təqsirləndirilən Təqsirləndirilən şəxs bağışladığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, gözünü açandan Şamaxı şəhərində yaşamışdır. 6 aydır ki, Bakıda yaşayır. Ora gəlməkdə məqsədi işləmək olmuşdur. Onu anası evdən çıxartdığına görə Bakıda yaşamışdır. O, yoldaşı ilə şəxsi evlərində yaşamışdır. Sonradan o, yoldaşının yanından anasının evinə getmişdir. İndi ayrı yaşayırlar. Uşaqlar əmisinin yanındadırlar. İmkanı olduğu zaman uşaqlarını oradan götürəcəyini bildirmişdir. O, halhazırda marketdə işləyir və Bakıda kirayə yaşayır. Babayev X12 Babayeva adlı xalasının oğludur. Təqsirləndirilən şəxslə 2017-ci ilin iyul ayında evlənmiş və həmin nikahdan 5 yaşlı Şahid2, 4 yaşlı Şahid3, 2 yaşlı Zəhra Babazadə adlı üç azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs və azyaşlı övladları ilə birlikdə Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsində yerləşən nömrəsiz evdə yaşamışdır. Təqsirləndirilən şəxslə xeyli müddətdir ki, sonuncu səbəbsiz yerə onu döydüyü, təhqir etdiyi üçün münasibətləri normal olmamışdır. Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı heç vaxt heç bir yerə rəsmi qaydada şikayət etməmişdir. Lakin Təqsirləndirilən şəxs onu bir dəfə döyməsinə görə 2018-ci ildə iki dəfə özünü asaraq intihar etməyə cəhd etmişdir. Həmin vaxt Novruzun əmisi qızı X11, Şahid4 və əri onun intihar etmək istədiyini görüb mane olmuşlar. Onun intihara cəhd etməyi ilə bağlı şikayət və müraciət etmədiyi üçün heç bir qurumda rəsmi araşdırma getməmişdir. Təqsirləndirilən şəxs bibisi X8 Babayeva ilə münasibəti daim normal olmuş, aralarında heç bir problem olmamışdır. Zərərçəkmiş şəxs2 tez-tez onların evinə gəlib-getmişdir. Zərərçəkmiş şəxs2 təxminən dörd ildir ki, ərindən boşandığı üçün əri Novruz Günelin teztez gəlməsini istəməmiş və ərinin Günellə münasibətləri normal olmamışdır. Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə də münasibəti normal olmadığından, belə ki, anası X15 evi tərk etməsini istədiyindən xx.xx.2023-cü il tarixdə Günellə birlikdə evi tərk etməyi, Gəncə şəhərinə getməyi, həmin şəhərdə işləyib yaşamağı qərarlaşdırmışlar. Onların Gəncə şəhərinə getməyinin səbəbi Günelin həmin şəhəri əvvəlcədən tanıması olmuşdur. Beləliklə qeyd etdiyi tarixdə o, üç azyaşlı övladını nənəsi Elmira Əliyevanın yanında yas mərasiminə getmək bəhanəsi ilə qoyduqdan sonra Günellə birlikdə tanımadığı taksi vasitəsi ilə Gəncə şəhərinə getmişlər. Həmin şəhərdə “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə kirayə ev taparaq yaşamağa başlamışlar. Bir gün sonra isə “Park Pramida” adlı restoranda əmək müqaviləsi olmadan aşpaz kimi işə düzəlmişdir. O, axtarışda olduğunu düşündüyü üçün həmin iş yerində özünü Zəhra adı ilə tanıtmağa başlamışdır. Adını səhv dediyi üçün iş yerində şəxsiyyət vəsiqəsinin itməsini bildirmişdir. Buna görə iş yerindən ona tezliklə vəsiqəsini gətirməyi bildirilmiş və bundan sonra onunla rəsmi əmək müqaviləsi bağlanacağı deyilmişdir. O, bir ay müddətində (30 gün) həmin restoranın sahibindən hər gün 15 manat məbləğində pulu əlbəəl almaqla Park Pramida adlı restoranda aşpaz, salat düzəldən kimi işləmişdir. Bundan sonra Günel Qəbələ rayonu ərazisində iş tapdığını, həmin yerdə rəsmi işlə təmin olunacaqlarını və Qəbələ rayonuna getmək lazım olduğunu bildirmişdir. O, əvvəl Günellə razı olmasa da sonradan Günellə Qəbələ rayonu ərazisinə getmiş, orada Günel rəsmi əmək müqaviləsi ilə işləməyə başlamış, o isə işləməmişdir. Onlar Qəbələ rayonu ərazisinə gəldikdən sonra həmin rayonun polis əməkdaşları tərəfindən Qəbələ rayon polis şöbəsinə dəvət edilmiş və axtarışda olduğu, Şamaxı rayon polis şöbəsinin əməkdaşlarına təhvil veriləcəyi bildirilmişdir. O, Şamaxı şəhərinə qayıtmaq istəmədiyini bildirdikdən sonra polis şöbəsini tərk etmişlər. Lakin daha həmin rayonda işləyə bilməyəcəklərini düşündüklərindən Şamaxı şəhəri ərazisinə Günel və Günelin iki az yaşlı övladı ilə birlikdə gəlmişlər. Günelin məqsədi övladlarını qayınanasının evində qoymaq olsa da uşağı Güneldən ayrılmaq istəmədiyi üçün onlar yenidən uşaqları da götürüb Qəbələ rayonu ərazisinə qayıtmışlar. Həmin rayonda Günelin tanışı, “Qəbələ Sarvan” çay evi adlı yerin sahibi Sarvan adlı şəxslə əlaqə saxlamış və sonuncudan gecələmək üçün yer istəmişlər. Sarvan onları Qəbələ rayonu ərazisində qarşılayaraq həmin çay evində gecələmələrinə şərait yaratmış, lakin onlar axtarışda olduqlarını düşündükləri üçün küçəyə çıxmamışlar. Bir həftə Qəbələ rayonu ərazisində qaldıqdan sonra Günel öz “Tiktok” hesabında canlı yayım açmışdır. Həmin canlı yayıma qoşulan Novruzun əmisi oğlanları Fərid Babayev, Şahid4 canlı yayımda onun ünvanına ağır söyüşlər söymüşlər. Buna görə o, Bilal Babayevin arvadı X19 telefonu vasitəsi ilə “Whatsapp” sosial tətbiqindən səsli mesaj göndərib həmin şəxslərin onu söydüyünü bildirmişdir. Bundan sonra Günelin mobil nömrəsinə Fərid Babayev, Şahid4 adlı Novruzun qohumları zəng edərək, səsli mesajlar ataraq onları öldürəcəklərini, onların əxlaqsız hərəkətlər etdiyini deyib narahat etməyə başlamışlar. Bundan sonra Novruzun bibisi oğlu Bəxtiyarın qayınanası Xəyalə adlı şəxs onlara zəng edərək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evinə dəvət etmiş və həmin ünvana gedərək ümumilikdə iki ay həmin ünvanda yaşamışlar. Həmin evdə bir ay müddətində yaşadıqdan sonra Bəxtiyar onun yerini Novruza bildirmişdir. xx.xx.2023-cü il tarixdə Novruz onu yenidən Bakı şəhərindən Şamaxı şəhərinə gətirmişdir və birlikdə yaşaycaqlarını bildirmişdir. Həmçinin Novruz boşanma barədə Şamaxı Rayon Məhkəməsinə və Şamaxı rayon polis şöbəsinə verdiyi ərizəni də geri götürmüşdür. Onlar yenidən Buzovna qəsəbəsində ev tutaraq yaşamağa başlamış, Novruz “Əliayağı” adlı ziyarətgahda süpürgəçi kimi işləmişdir. Həmin vaxt da Novruz onu səbəbsiz yerə döydüyü üçün Mingəçevir və Gəncə şəhərlərinə tək getmişdir. xx.xx.2023-cü il tarixdə uşaqları üçün darıxdığından o, Novruza zəng edərək gəlib onu aparmasını istəmişdir. Həmin gün Novruz və anası Könül birlikdə gəlib onu Şamaxı şəhəri ərazisinə gətirmişlər. O, yenidən Novruzla münasibəti pis olduğu üçün və Novruzdan boşanmaq istədiyi üçün xx.xx.2023-cü il tarixdə Günelə zəng edərək yanına gələcəyini bildirmişdir. Novruz Bakı şəhərində onun ayrı yaşacağını bilməsinə baxmayaraq onunla birlikdə Bakı şəhərinə getmişdir. O, yolda Novruza ev kirayə tutmasını, Günelin də onunla birlikdə yaşamasını, üçünün də işləyib evi saxlayacağını desə də Novruz onunla razılaşmamış və Günellə birlikdə yaşayacağı halda Güneli öldürəcəyini demişdir. Buna görə o, Novruzdan ayrılacağını demişdir. Bakı şəhəri ərazisində Günel onları qarşıladıqdan sonra Günellə birlikdə getməyinə görə Novruz onu şillə ilə vurmuşdur. Lakin o, yenə də Novruzla birlikdə qalmayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Novruzla bir neçə dəfə əlaqə saxlayaraq Bakı şəhərinə iş axtarmaq üçün gedəcəyini demiş və uşaqlara baxmağı Təqsirləndirilən şəxs xahiş etmişdir. Lakin Novruz onun dedikləri ilə əvvəlcə razı olmamışdır. Təxminən saat 19 radələrində o və Günel əşyalarını yığaraq Ağsu yolu adlanan ərazidə yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsi tərəfə getmiş və orada qara rəngli Mercedes markalı avtomobilə əyləşərək avtovağzal dairəsi adlanan əraziyə gəlmişlər. Orada olan zaman o, Günelin istifadəsində olan mobil nömrə ilə Novruza zəng etmişdir, Novruzun telefonuna həmin vaxt Şahid7 cavab vermişdir. O, Fəridlə söhbəti zamanı Novruzun harada olduğunu soruşmuş və Fərid cavabında kafedə oturaraq içki qəbul etdiklərini bildirmişdir. Təxminən 1-2 dəqiqə sonra Novruz Günelə zəng edərək onunla danışıq zamanı Novruza yenidən Bakıya getmək və iş tapmaq istədiyini bildirmişdir. Novruz isə bu dəfə heç bir etiraz etməmişdir. Danışıq zamanı o, Novruzdan bir günlük uşaqlara baxmağı, Bakı şəhərində ev tapdıqdan sonra səhəri gün uşaqları götürəcəyini demişdir. Novruz da telefon danışığı zamanı onunla normal şəkildə danışmışdır. Bundan sonra onlar oradan keçən Opel markalı taksiyə əl edərək saxlatdırmış və yenidən Aşıq Məmmədağa küçəsinə qayıtmışlar. Aşıq Məmmədağa küçəsində Opel markalı avtomobil üzü həmin küçə, arxa tərəfi isə 9 nömrəli məktəb istiqamətində dayanan zaman o, Novruza yenidən zəng edərək sonuncunu gözlədiyini bildirmişdir. Günel həmin avtomobilin ön hissəsində sürücünün yanında əyləşmişdir. Bundan sonra o, sağ tərəfdən avtomobilin arxa qapısını içəridən açaraq uşaqları avtomobildən düşürməyə başlamış, özü isə avtomobildən düşməmişdir. 2 yaşlı Zəhra adlı uşağını avtomobildən düşürmək istəyən zaman və digər iki övladı avtomobilin yanında olan zaman anidən Novruz sürücü tərəfdən arxa qapını açaraq 2 yaşlı Zəhra adlı uşağı qucağında olduğu halda sağ əlindəki bıçaqla 1 dəfə sol qoluna zərbə vurmuş, həmin bıçaq zərbəsi ona dəyən zaman Zəhra onun qucağından yerə düşmüş və o, Novruz tərəfə dönmüşdür. Təqsirləndirilən şəxs daha iki dəfə sol qolunun eyni nahiyəsinə bıçaq zərbəsi vurmuş, beləliklə Təqsirləndirilən şəxs sol qolunun eyni nahiyəsinə üç dəfə ardıcıl bıçaq zərbəsi vurduqdan sonra sol əli ilə boğazından tutub onu boğmağa çalışmış və sağ əlindəki bıçaqla yenidən bir dəfə sinə nahiyəsinə zərbə endirmişdir. Təqsirləndirilən şəxs ona bıçaq zərbəsi vuran zaman sol əli ilə onu boğmağa davam etmişdir. O, özünü qorumaq üçün sağ ayağı ilə Novruzun sinə nahiyəsinə vurmuş və nəticədə Novruz avtomobilin salonundan kənara çıxmışdır. O, Təqsirləndirilən şəxs ayağı ilə vuran zaman Zərərçəkmiş şəxs2 “Novruz, sən nə edirsən?” deyə qışqırmışdır. Zərərçəkmiş şəxs2 qışqıran kimi Təqsirləndirilən şəxs avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 yanına gedərək sonuncuya bıçaqla zərbələr endirməyə başlamışdır. Təqsirləndirilən şəxs onu əli ilə boğmağa çalışmış, eyni zamanda ona bıçaq zərbələri vuran zaman avtomobilin sağ arxa qapısı açıq halda olmuş və hər üç övladı avtomobilin sağ arxa qapısının yanında dayanaraq Təqsirləndirilən şəxs onu boğmasını və ona bıçaq zərbəsi vurmasını görüb ağlamışlar. Bundan əlavə övladları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi vurmasını da görmüşlər. Həmçinin hadisə zamanı hadisə yerində Fərid Babayev yox, onun bibisi oğlu Şahid7 da həmin yerdə olmuş, lakin Şahid7 Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi vurmağını dayandırmaq üçün heç bir hərəkət icra etməmişdir. Şahid7 və taksi sürücüsündən başqa hadisə yerində kənar heç bir şəxs olmamış və həmin yerə sonradan da kənar şəxslərin toplaşmasını görməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 ifadəsini davam etdirərək bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs onu və ya Zərərçəkmiş şəxs2 öldürməyə cəhd etməmişdir. Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs2 çoxsaylı bıçaq zərbələri endirməklə onları öldürmək istəmişdir. Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs2 xəsarət yetirən zaman hər hansı bir söz deməmişdir. Baş vermiş hadisə təxminən 5-6 dəqiqə ərzində davam etmişdir. Baş vermiş hadisənin şahidləri avotmobilin sürücüsü, 3 azyaşlı uşağı və Şahid7 olmuşdur. Hadisə baş verən zaman ətrafda kənar şəxslər olmamışdır. Novruz onlara bıçaqla xəsarət yetirən zaman sonuncunun sifətinin qızarmasından və hərəkətlərindən sərxoş olmasını güman etmişdir. Güman etmişdir ki, Novruz həmin bıçağı kafedən götürmüşdür. Belə ki, onların olduğu avtomobil Aşıq Məmmədağa küçəsi istiqamətində yəni, Novruzun yaşadığı ev istiqamətdə dayanmışdır. Novruz isə Nərimanov küçəsi istiqamətindən gəlmişdir. Yəni Novruz evdən bıçağı götürsə idi qısa yol ilə biz dayandıqları yerə gəlmiş olsa idi onlarla üzbəüz istiqamətdə rastlaşmalıymış. Hər şey anidən baş verdiyi üçün bıçağın əlamətləri barədə konkret nəsə deyə bilməmişdir. Təqsirləndirilən şəxs konkret olaraq onu və Zərərçəkmiş şəxs2 öldürmək istəmişdir, hadisə baş verən müddət ərzində o və Zərərçəkmiş şəxs2 özləri müqavimət göstərdiyi və taksi sürücüsü avtomobili sürərək oradan uzaqlaşdığı üçün Təqsirləndirilən şəxs öz əməlini sona çatdıra bilməmişdir. Xatırladığı qədərilə təxminən Novruz 2018-ci ildə dayısı Şahid5 bıçaqla xəsarət yetirmişdir. Sonradan Zahir Təqsirləndirilən şəxs Babayev barəsində şikayətçi olmamışdır. Təqsirləndirilən şəxs onlara xəsarət yetirən zaman o və ya Zərərçəkmiş şəxs2 hamilə vəziyyətində olmamışlar. Təqsirləndirilən şəxs onu sol əli ilə boğmağa çalışıb, sağ əlindəki bıçaqla ona xəsarət yetirən zaman o, Təqsirləndirilən şəxs sağ ayağı ilə sinə nahiyəsindən vurub uzaqlaşdırmasaymış sonuncu onu boğaraq öldürə bilərmiş. Hadisə zamanı Təqsirləndirilən şəxs onu sol əli ilə boğmağa çalışdığı üçün boğaz nahiyəsində hər hansı xəsarət izi əmələ gəlməmişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında təqsirləndirilən Təqsirləndirilən şəxs bağışladığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təxminən 20 gün - 1 ay müddət olar ki, taksi fəaliyyəti itə məşğuldur. **-EK-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı qızılı gümüşü metallik rəngli avtomobili idarə edir. Adətən Şamaxı-Göylər yolunda dayanacağın yanında dayanaraq Şamaxı-Çarhan yolunda müştəri gözləyir. 12 sentyabr 2023-cü il tarixdə, hava qaralana yaxın saat təxminən 20 radələrində Şamaxı-Göylər yolunda dayanacağın yanında avtomobili saxlamışdır. Orada dayanacağın qarşısında 2 qadın, 5 nəfər azyaşlı uşaq, 3 nəfərdə 18-20 yaşlarında oğlan uşaqları və yanlarında təxminən 6-7 ədəd yük dolu çantalar olmuşdur. Həmin zaman adını bilmədiyi həmin 18-20 yaşlarında olan oğlan uşaqlarından biri ona yaxınlaşaraq onları Şamaxı rayonu Quşçu kəndinə aparmağını istəmişdir. Həmin şəxslər 10 manat müqabilində razılaşmışdır. Yükləri maşına yükləyəndən sonra həmin oğlan ona bildirmişdir ki, qadınları və 3 nəfər azyaşlı uşağı Şamaxı şəhəri ərazisində yerləşən “yolkalıq” kimi tanınan əraziyə aparsın, orada qadınlar uşaqları atalarına təhvil verəcək daha sonra qadınlarla birlikdə qayıdıb onları da həmin dayanacaqdan götürüb birlikdə Şamaxı rayonu Quşçu kəndinə aparsın. O həmin şəxslərlə razılaşmışdır. Danışdıqları kimi 2 nəfər qadın və 3 nəfər azyaşlı uşaq maşına əyləşmiş, həmin şəxsləri “yolkalıq” deyilən əraziyə aparmışdır. Orada olan digər şəxslər isə yəni 3 nəfər 18-20 yaşlarında olan oğlan uşaqları və 2 nəfər azyaşlı uşaq isə onu Şamaxı-Göylər yolunda dayanacağın yanında gözləmişlər. Həmin qadınların adları sonradan ona məlum olmuş, onların birinin adı Zərərçəkmiş şəxs1, digərinin adı isə Zərərçəkmiş şəxs2 olmuşdur. Azyaşlı uşaqların isə adlarını bilməmişdir. Elmira sürücü tərəfdən arxa oturacaqda 3 nəfər azyaşlı uşaq isə onun yanında arxada əyləşmiş, Günel isə qabaq sərnişin oturacağında əyləşmişdir. Onlar “yolkalıq” deyilən əraziyə çatdıqda Elmira mobil telefon ilə kimləsə danışmışdır. Zərərçəkmiş şəxs1 telefon danışığı zamanı demişdir ki, “uşaqlar 1 günlük səndə qalsın sabah götürəcəm”. O, Elmiranın kim ilə danışdığını bilməmişdir. Lakin gedən söhbətdən Elmiranın danışdığı adamın sonuncu ilə razılaşmadığını başa düşmüşdür. Belə ki, Elmira ona bildirmişdir ki, Şamaxı şəhəri ərazisində yerləşən 9 nömrəli məktəbin yanına maşını sürsün. O, Elmiranın dediyi kimi maşını Şamaxı şəhəri ərazisində yerləşən 9 nömrəli məktəbin qarşısına sürmüş, maşını həmin yerdə yerləşən aralıq küçəyə tərəf saxlamış və maşını söndürüb gözləməyə başlamışdır. Elmira kiməsə zəng edərək 9 nömrəli məktəbin qarşısında olduğunu və gözlədiyini bildirmişdir. Həmin zaman Elmira 3 nəfər uşağı maşından düşürdərək məktəbin yanında olan dükanın qarşısında gözləmələrini və uşaqları atasının gəlib aparacağını bildirmişdir. Uşaqlar isə dükanın yanına getməyərək ağlamağa başlamışlar. Elmira 3 nəfər azyaşlı uşağı yolun ortasında qoyaraq maşına əyləşmişdir. Həmin uşaqlardan biri ağlayaraq Zərərçəkmiş şəxs1 yanına gəlmək istədikdə sonuncu uşağa həmin yerdə olan mağazanın qarşısında digər bacıları ilə birlikdə gözləməyi tapşırmışdır. Elmira maşına əyləşdikdən təxminən 5-10 saniyə sonra maşının arxa qapısının açıldığını və kiminsə Elmiranı vurduğunu görmüşdür. O, vuran şəxsin Elmiranı əl ilə və ya bıçaq və yaxud hər hansı əşya ilə vurmasını görməmişdir. Həmin şəxs adını sonradan bildiyi Babayev X9 bir neçə dəfə vurduqdan sonra maşının arxasından dönərək sərnişin tərəfdən qabaq qapını açmış və nalayiq ifadələr işlədərək Güneli vurmağa başlamışdır. Həmin zaman o, mühərriki işlək vəziyyətə salmışdır. Novruz Güneli vurduqda Günel qışqırmışdır ki, “sür, əlində bıçaq var, məni öldürəcək”. O, isə tez yola tərəf çıxmaq üçün əyləc tormuzunu boşaldıb maşını bir qədər arxaya sürmüşdür. Maşını qapısı açıq vəziyyətdə bir qədər arxaya verib daha sonra irəli sürərək oradan uzaqlaşmışdır. O, maşını idarə edərkən yəni arxaya verib daha sonra irəli sürərkən Novruz əlində olan bıçaq ilə Güneli vurmaqda davam etmişdir. Günel ayağı ilə Novruza müqavimət göstərmiş, sonuncunu özündən uzaqlaşdırmağa çalışmışdır. Novruz isə əlində olan bıçaq ilə Günelin bədəninin müxtəlif nahiyyələrinə bıçaqla vurmağa davam etmişdir. O, maşını arxaya verib dönmək istədikdə Təqsirləndirilən şəxs Güneli vurmağa davam etdiyini görmüşdür, lakin sonuncunun xəsarət alıb-almamasını bilməmiş və onun avtomobilinə ziyan dəyməmişdir. Daha sonra o, maşım sürərək birbaşa Şamaxı rayon polis şöbəsinin qarşısına gəlmişdir. Orada Elmira və Günelə polis şöbəsinə daxil olub hadisəni danışmalarını, polislərin həmin şəxsləri xəstəxanaya aparacaqlarını bildirmişdir. Elmira və Günel avtomobildən düşən zaman o, Günelin sol ayağının dizdən aşağı hissəsinin qan olduğunu görmüşdür. Elmira və Günel rayon polis şöbəsinə düşdükdən sonra o, Şamaxı-Göylər yolunda dayanacağın yanına maşını sürüb orada gözləyən oğlanlara hadisəni danışmışdır. Maşında olan yükləri isə boşaldıb dayanacağa yığmışdır. Daha sonra Çarhan kəndinə yaşadığı evə getmişdir. Evə çatdıqdan bir qədər sonra isə rayon polis şöbəsindən ona zəng edilərək rayon polis şöbəsinə dəvət edilmişdir. Şahid1 ifadəsini davam etdirərək bildirmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirərkən yolun ortasında gözləyən 3 nəfər azyaşlı uşağa fikir verməmişdir. Lakin uşaqlar ağlamışdır. Yəni onların səslərini eşitmişdir. Uşaqlar avtomobildən təxminən 5-6 metr aralıda dayanmışlar, uşaqların üzünün hansı istiqamətə olmasını isə görməmişdir. Hava qaranlıq olduğundan uşaqların hadisəni görüb-görməməsi barədə konkret olaraq nəsə deyə bilməmişdir. 3 nəfər azyaşlı uşağın dayandığı yerdən onun idarə etdiyi maşın aydın görünmüşdür. Aradakı məsafə təxminən 5-6 metr olmuşdur. Hadisə baş verən zaman yolun kənarında tanımadığı bir nəfər şəxsin getdiyini görmüşdür. Həyəcanlı olduğu üçün yolda yolun kənarında kimlərinsə olmağına fikir verməmişdir. Hadisə baş verən zaman orada Fərid Babayev adlı şəxs və ya tanımadığı kişi cinsli şəxs olmamışdır. O, Təqsirləndirilən şəxs hadisə yerinə tək gəlməsini görmüşdür, həmin vaxt hadisə yeri qaranlıq olduğu üçün orada Novruzdan başqa şəxsin dayanmasını görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirən zaman kənardan hər hansı şəxsin “Novruz neynirsən” sözünü deməsini eşitməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurarkən Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vuran zaman ilkin olaraq bıçağı görməmiş, Novruz sürücü tərəfdən arxa qapını açaraq ilkin olaraq olaraq Elmiranı vurmuş, təxminən həmin hadisə 5- 10 saniyə davam etmiş, bundan dərhal sonra isə Novruz avtomobilin arxa tərəfindən fırlanaraq ön tərəfinə keçmiş və qapını açaraq Günelə zərbələr endirməyə başlamışdır. O, ilkin olaraq Novruzun Günelə nə ilə xəsarət yetirməsini görməmişdir. Lakin Günel qışqırmağa başlayaraq Novruzun öldürəcəyini bildirən zaman o, Novruzun əlində bıçağı görmüş, həmin vaxt bıçaq Novruzun sağ əlində olmuş və bıçaqla Günelə xəsarət yetirdiyini görmüşdür. Belə ki, Novruz əlində olan bıçaq ilə Güneli vurmaqda davam etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirən zaman Zərərçəkmiş şəxs2 avtomobilin qapısını bağlamaq istəsə də, Novruz yenidən qapını açıb Günelə xəsarət yetirməyə davam etmişdir. O isə avtomobili sürərək oradan uzaqlaşmışdır. O avtomobili sürərək həmin yerdən uzaqlaşmasa Novruz Güneli və Elmiranı öldürə bilərmiş. Həmin müddət ərzində Günelin əyləşdiyi ön sərnişin oturacağının qapısı açıq vəziyyətdə olmuş və həyəcanlı şəkildə avtomobili əsas yol istiqamətində sürməyə davam etmişdir. Bu zaman Novruz yenidən Günelə xəsarət yetirmək niyyətində olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək fürsəti olsa da o sonuncuya bir neçə xəsarət yetirdikdən sonra özü hərəkətini dayandırıb Zərərçəkmiş şəxs2 xəsarət yetirməyə başlamışdır. O, avtomobili sürməsə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 öldürəcəkmiş. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirən zaman istifadə etdiyi bıçağın əlamətləri barədə hər hansı bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs Günel və Elmiraya xəsarət yetirməsi ümumilikdə 2-3 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman bədən nahiyəsini demək olar ki, bütövlükdə avtomobilin içinə salmışdır. Yalnız Təqsirləndirilən şəxs ayaqları çöldə olmuş və yarım əyilmiş vəziyyətdə olmuşdur. O, avtomobili hərəkət etdirən zaman Təqsirləndirilən şəxs xəsarət alıb avtomobilin təkərləri altında qala bilərmiş. Bundan başqa o, Təqsirləndirilən şəxs nə etmək istədiyini başa düşmədiyindən şok vəziyətində olmuş və nə etmək lazım olduğunu bilməmişdi. Yalnız Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əlində bıçaq olmasını bildirdikdən sonra o, avtomobili hərəkət etdirib hadisə yerindən uzaqlaşmaq lazım olduğunu başa düşmüşdür. Məhkəmə baxışında nümayəndənin və psixoloqun iştirakı ilə şahid qismində ifadə vermiş azyaşlı Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, atası Novruzu sonuncu dəfə anası ilə dava edərkən görmüşdür. Həmin vaxt anası Elmira mən və bacıları Nəzrinlə Zəhranı məktəbin yaxınlığında maşından düşürdüb orada olan mağazanın qarşısında gözləmələrini, atasının gəlib onları aparacağını demişdir. Anası Elmira maşının arxasında, Günel xalası isə maşının ön oturacağında oturmuşdur. Hava qaranlıq olmuş, yağış yağmış, uzaqdan anasını maşında görmüşdür. Onlar mağazanın qabağında dayananda maşının yarısı mağazadan sonra dayandığı üçün Günel xalasını maşında görməmişdir. O və Nəzrin maşından düşmüş, Zəhra da maşından düşəndə atası maşının qapısını açıb anasını bıçaqla vurub kəsmişdir. Atası Fərid dayısı ilə bir yerdə gəlmişdir. Onlar orada gözləyəndə o ağlamamış, bacısı Zəhra ağlamışdır. Sonra sürücü maşını sürüb getmiş, anası ilə Günel xalası maşında qalmış, atası da piyada getmişdir. O, bacıları ilə mağazanın qabağında atasının gəlməyini gözləmişdir. Ancaq onu və bacılarını həmin yerdən dayısı Fərhad gəlib nənəsi Könülün evinə aparmışdır. Atası anasını bıçaqla vurub kəsmiş, atasının Günel xalasını bıçaqla vurmağını, Günel xalası ilə dava etməyini görməmişdir. Atası Novruz anasının qoluna bıçaqla vurmuşdur. Məhkəmə baxışında nümayəndənin və psixoloqun iştirakı ilə şahid qismində ifadə vermiş azyaşlı Şahid2 ifadəsində bildirmişdir ki, atası Novruzu sonuncu dəfə anası ilə dava edərkən görmüşdür. Həmin vaxt anası Elmira o və bacıları Nəzakətlə Zəhranı məktəbin yaxınlığında maşından düşürdüb orada olan mağazanın qarşısında gözləməyi, atasının gəlib onları aparacağını demişdir. Anası Elmira maşının arxasında, Günel xalası isə maşının ön oturacağında oturmuşdur. Hava qaranlıq olmuş, yağış yağmış, uzaqdan anasını maşında görmüşdür. Onlar mağazanın qabağında dayananda maşının yarısı mağazadan sonra dayandığı üçün Günel xalasını maşında görməmişdir. O və Nəzrin maşından düşmüş, Zəhra da maşından düşəndə atası maşının qapısını açıb anasını bıçaqla vurub kəsmişdir. Atası Fərid dayısı ilə bir yerdə gəlmişdir. Onlar orada gözləyəndə o ağlamamış, bacısı Zəhra ağlamışdır. Sonra sürücü maşını sürüb getmiş, anası ilə Günel xalası maşında qalmış, atası telefondan zəng edib anası ilə Günel xalasını bıçaqla vurmağını demiş, sonra onlara mağazanın qabağında gözləmə deyib, piyada getmişdir. O, bacıları ilə mağazanın qabağında atasının gəlməyini gözləmiş, ancaq onu və bacılarını həmin yerdən dayısı Fərhad gəlib nənəsi Könülün evinə aparmışdır. Atası anasını bıçaqla vurmuşdur, atasının Günel xalasını bıçaqla vurmağını, Günel xalası ilə dava etməyini görməmişdir. Atası Novruz anasının qoluna bıçaqla vurmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının oğludur. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 bildirdikləri yalandır, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı pis münasibət bəsləməsini, Zərərçəkmiş şəxs1 döyməsini, təhqir etməsini görməmiş və bu barədə eşitməmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində bildirdiyi Şahid4 odur. O, heç vaxt Elmiranın intihara cəhd etməsini görməmiş və Elmiranın intihar etməsinə mane olmamışdır. X27 da ailəlidir və Abşeron rayonu ərazisində yaşayır. Bəhruzə də onunla birlikdə Elmiranın intihar etməsinə mane olmamışdır. O, həm “Tiktok” sosial şəbəkəsindən istifadə etmir, həm də heç vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına söyüş söyməmiş, həmin şəxsləri təhqir etməmiş, heç vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürməklə hədələməmiş, sonuncuları narahat etməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşının oğludur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmişdir. Onun həmin şəxslərdən üçü ilə də münasibəti normal olmuşdur. Elmira Babayev 2023-cü il ərzində bildiyi qədəri ilə iki dəfə evdən Təqsirləndirilən şəxs xəbərsiz çıxmış, Gəncə və digər şəhərlərdə bir müddət yaşadıqdan sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs1 tapmış, etdiyi hərəkətə görə sonuncunu bağışlamış və birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs1 birinci dəfə evi tərk edən zaman qohumları Təqsirləndirilən şəxs boşanmaq üçün məhkəməyə müraciət etməsini məsləhət görsə də, Təqsirləndirilən şəxs razılaşmamış, buna görə də Təqsirləndirilən şəxs özü qohumları ilə münasibəti sonlandırmış, bir müddət Bakı şəhərində, bir müddət isə Şamaxı şəhərində yaşamışdır. Təxminən 2018-ci ildə Zərərçəkmiş şəxs1 azyaşlı övladlarına qulluq etmədiyini gördüyü üçün uşaqların qayğısına qalmaması barədə irad bildirmişdir. Buna görə Zərərçəkmiş şəxs1 onunla sözlə mübahisə etməyə başlamış, o isə əri Təqsirləndirilən şəxs gələn zaman Novruzla bu barədə danışacağını bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs əlində bıçaqla onun yaşadığı evə gəlmiş, guya arvadını incitdiyini ona bildirmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yalan dediyini bildirsə də, Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmək istəyən zaman əli ilə bıçağı tutduğu üçün sağ əlinin baş barmağı ilə işarət barmağının arası bıçaq zərbəsindən xəsarət almışdır, buna görə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Lakin Şamaxı rayon polis şöbəsinin Təhqiqat qrupunda araşdırma aparılan zaman heç bir şikayəti olmadığını bildirdiyi üçün araşdırma aparılması sonlandırılmışdır. Həmin hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs heç vaxt Zərərçəkmiş şəxs1 döyməmiş, təhqir etməmişdir. Zərərçəkmiş şəxs2 rayon prokurorluğuna bildirdikləri yalandır. Belə ki, təxminən 2018-ci ildə Zərərçəkmiş şəxs1 xalası Tünzalənin oğlu özünü asaraq intihar etmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs onu evinə çağıraraq guya Zərərçəkmiş şəxs1 özünü asaraq intihar etmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs evinə daxil olduqda Zərərçəkmiş şəxs1 yaşadığı evin yataq otağının qapı çərçivəsinin yuxarı hissəsinə ip bağlamasını, ipdən özü-özünü asaraq evin döşəməsinə uzanmasını, sağ olmasını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 bildirmişdir ki, guya xalası Tünzalənin oğlu özünü asaraq intihar etdiyi üçün o da yaşamaq istəməmiş və özünü asaraq intihar etmək istəmişdir. Buna görə Zərərçəkmiş şəxs1 heç kimə heç bir məlumat verməməyi xahiş etməsinə baxmayaraq o, atası Məhəmmədə bu barədə məlumat vennişdir. Daha sonra Zərərçəkmiş şəxs1 intihar etmək fikrindən daşındırmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 intihar etmək istəməsinə səbəb Təqsirləndirilən şəxslə arasında olan münasibətlər səbəb olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 təhqir etməsini, döyməsini görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirəcəyi barədə və həmin şəxslərə bıçaqla xəsarət yetirən zaman məqsədinin nə olması barədə ona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməsində məqsədinin nə olmasını bilmir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid9 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən hazırkı vaxta qədər Şamaxı rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Şamaxı şəhər sakini kimi tanımışdır, aralarında münasibət normaldır, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinin inzibati binasında olan zaman Şamaxı rayon polis şöbəsinin inzibati binasının qarşısında camaatın səs-küyünü eşidib küçəyə çıxdıqda iki nəfər tanımadığı qadının bıçaq xəsarəti almasını görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqda qadınların yaralı olduğunu, huşlarının özlərində olduğunu görüb adlarının Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olmasını öyrənmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 deməsindən bilmişdir ki, onlara bıçaq xəsarətlərini Təqsirləndirilən şəxs Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsində yetirmişdir. Buna görə də o və əməliyyat müvəkkili X2 Babayevin olduğu yeri müəyyən etmək məqsədi ilə sonuncunun mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs mobil telefona cavab verərək hadisə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə müraciət etdiyini, hazırda təslim olmaq üçün Şamaxı rayon polis şöbəsinin inzibati binasına tərəf gəldiyini bildirmişdir Adəm Nəhmətov və o Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək həmin yerə getmişdir. Təqsirləndirilən şəxs olduğu yerə çatdıqda sonuncunun əlinin xəsarət almasını, əlində bir ədəd dəstəyi tünd qəhvəyi rəngli, plastik materialdan olan və üzərində qanabənzər ləkələr olan bıçaq olmasını görmüşdür. Təqsirləndirilən şəxs həmin bıçağı könüllü surətdə Adəm Nəhmətova təqdim edib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin bıçaqla xəsarət yetirməsini demişdir. Onlar Təqsirləndirilən şəxs başqa cinayət törətməsinin qarşısını almaq məqsədi ilə sonuncunun təklifini qəbul edib bıçağı təhvil alaraq Təqsirləndirilən şəxslə birlikdə Şamaxı rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs təhvil aldığı bıçağı Şamaxı rayon polis şöbəsinin məsul növbətçisi Səbuhi Ağayevə təhvil verib, Təqsirləndirilən şəxs həmin bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirməsini dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid9 eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 dayısı qızıdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qohumu kimi tanımışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxslə aralarında münasibət daim normal olmuşdur, heç biri ilə ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 Şamaxı şəhərində yerləşən mənzilləri təbii qazla təchiz edilmədiyindən hava soyuq olduğu vaxtlarda, əsasən də qış aylarında Təqsirləndirilən şəxs və ailəsi Şəhriyar qəsəbəsində onların evində təmənnasız yaşamışlar. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında münasibətlər daim normal olmuşdur. 2023-cü ilin təxminən may-iyun aylarında Zərərçəkmiş şəxs1 uşaqlarını Təqsirləndirilən şəxs yanında qoyaraq heç kimə xəbər vermədən çıxıb getmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 axtaran zaman belə sonuncuya kin bəsləmədiyini, sonuncunu bağışlayacağını bildirmişdir, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onların Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən, xx.xx.2023-cü il tarixdə isə onların Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən evinə gələrək gecəni orada qalmışdır. Səhəri gün o fəhlə kimi işləmək üçün Şamaxı rayonu Nağaraxana kəndinə getmişdir. İşə gedən zaman Təqsirləndirilən şəxs işdən sonra zəng etməyini, birlikdə kafelərin birində əyləşib çay içməyi təklif etmiş və o, Təqsirləndirilən şəxslə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 6-7 radələrində işdən çıxaraq Şamaxı şəhərində yerləşən “Abu-Dabi” adlanan kafeyə gəlmiş və olduğu yer barəsində Təqsirləndirilən şəxs xəbər vermişdir. Təqsirləndirilən şəxs təxminən 10-15 dəqiqə sonra olduğu yerə gələndə sonuncunun “Jaguar” adlı spirtli içkinin bir şüşəsini içib kənara atdığını, ikinci şüşəni açıb içməyə başladığını, Novruzun artıq sərxoş halda olduğunu, lakin özünü idarə edə bildiyini görmüşdür. O, Novruzla kafedə əyləşdikdən sonra Novruz pivə spirtli içkisini içməyi ona təklif etmiş və hər biri 1 bakal pivə spirtli içkisini qəbul etmişlər. Onlar kafedə əyləşən zaman Novruz Zərərçəkmiş şəxs1 övladlarını yenidən gətirib sonuncuya vermək istədiyini, Zərərçəkmiş şəxs1 Bakı şəhərinə qaydacağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs telefon zəngləri gəlmiş və ondan kənarlaşaraq telefonda danışmışdır. Telefon danışığından sonra Təqsirləndirilən şəxs ona siqaret almaq üçün mağazaya gedəcəyini bildirmişdir. O da özü üçün siqaret almaq istədiyini deyib Novruzla getmək istəyən zaman əvvəl Novruz razılaşmasa da təkid etdiyi üçün onun da mağazaya getməyinə razı olmuşdur. Həmin kafenin yaxınlığında yerləşən ərzaq mağazasına daxil olan kimi, Novruz satıcıdan birinci bıçaq satılıb-satılmadığını və satılan bıçaqların yerini soruşmuşdur. O, Novruzdan nə üçün bıçaq almasını soruşduqda evə lazım olduğunu bildirmişdir. Əvəzində o, Təqsirləndirilən şəxs onsuz da gecə qalmaq üçün evə gedəcəyini deymiş, təkrar olaraq bıçağı nə üçün aldığını soruşduqda Təqsirləndirilən şəxs əvvəl öz evinə gedəcəyini, daha sonra onların evinə gecələmək üçün gələcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir ədəd qəhvəyi rəngli və taxta materialdan tiyəsi olan mətbəx bıçağını və siqaretini alaraq mağazadan çıxıb kafeyə doğru qayıtmağa başlamışdır. Kafenin girişində Təqsirləndirilən şəxs yenidən zəng gəlmiş və onun yanında zəng edən şəxslə yüksək səslə danışmağa başlamışdır. O, Novruzun yanında dayanmayıb kafeyə daxil olsa da Təqsirləndirilən şəxs telefondakı şəxsə “məni boğaza yığınısınız, bezdirmisiniz məni” deməsini eşitmişdir. Telefon danışığı bitən kimi Təqsirləndirilən şəxs Şamaxı şəhərində yerləşən 9 saylı məktəb istiqamətində qaçmağa başlamışdır. O, Novruzun kiminləsə mübahisə edəcəyindən şübhələnib arxasıyca getmişdir. Həmin məktəbin yaxınlığına çatanda Təqsirləndirilən şəxs **-EK-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı qızılı gümüşü metallik rəngli avtomobilin arxa oturacağında əyləşən arvadı Zərərçəkmiş şəxs1 artıq bıçaqla vurduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs avtomobildən uzaqlaşdırmaq istəyəndə Təqsirləndirilən şəxs hirsli olmasını, ona tərəf də bıçaqla zərbə vurmaq istədiyini görüb sonuncunun onu da bıçaqlayacağından qorxub dayanmış və taksi sürücüsünə avtomobili sürüb getməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin ön oturacağında əyləşən Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncuya bıçaqla xəsarət yetirməyə başladığını, avtomobilin hərəkətsiz qalmasını görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduqdan sonra o, yenidən Təqsirləndirilən şəxs tutub saxlamaq istəyəndə, avtomobil hərəkət edib geriyə doğru dönən zaman Təqsirləndirilən şəxs yenidən avtomobilin qapısını açaraq Zərərçəkmiş şəxs2 xəsarət yetirməyə başlamışdır. O, yenidən taksi sürücüsünə avtomobili sürüb çıxıb getməsini bildirmiş və avtomobil hərəkət etməyə başlamışdır. Həmçinin Təqsirləndirilən şəxs avtomobil hərəkətini dayandırmaq üçün əli ilə avtomobilin ön hissəsinə və ön sərnişin oturacağının qapısına vurduğu üçün xəsarət almasını da görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs “102 Zəng Mərkəzi”-nə müraciət edərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqladığını bildirmiş və polis şöbəsinin inzibati binasına doğru getməyə başlamışdır. O isə hadisə yerində Təqsirləndirilən şəxs övladlarının yanında gözləmişdir. Təxminən 10-15 dəqiqə sonra Zərərçəkmiş şəxs1 qardaşı Fərhad həmin yerə gəlmiş və onlar birlikdə uşaqları Fərhadın evinə aparmışlar. Bundan əlavə Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməsində konkret məqsədinin nə olmasını bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirən zaman hadisə yerində taksi sürücüsü, o və Zərərçəkmiş şəxs1 üç azyaşlı övladı olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirən zaman Zərərçəkmiş şəxs1 üç azyaşlı övladı 50-EK- 723 dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı qızılı gümüşü metallik rəngli avtomobilin sağ arxa tərəfində dayanmışlar, həmin azyaşlı uşaqlar Təqsirləndirilən şəxs Elmira və Günelə xəsarət yetirməsini görmüşlər və ağlamışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirən zaman o, Təqsirləndirilən şəxs dayandırmaq istəsə də, sonuncunun ona doğru da bıçaq zərbəsi vurduğunu görüb qorxub bir müddət dayanmışdır. Yenidən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirməsini dayandırmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs tuta bilməmiş və o, Zərərçəkmiş şəxs2 xəsarət yetirməkdə davam etmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirmək fikrinin olması barədə ona məlumat verməmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi Fərid adlı şəxs odur, Zərərçəkmiş şəxs1 2023-cü ilin may-iyun aylarında xəbərsiz çıxıb getdiyi zaman Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs2 mesaj yazmağı xahiş etmiş, o, Zərərçəkmiş şəxs2 “Tiktok” sosial şəbəkəsindən mesaj yazsa da cavab ala bilməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid8 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun ögəy xalası qızıdır. Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanımışdır. xx.xx.2023-cü il tarixə qədər Zərərçəkmiş şəxs2 ilə bir neçə dəfə görüşmüşdür. Zərərçəkmiş şəxs1 isə Zəhra adı ilə Zərərçəkmiş şəxs2 rəfiqəsi kimi tanımış və bir-iki dəfə Zərərçəkmiş şəxs2 yanında olan zaman Zərərçəkmiş şəxs1 da görmüşdür. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 əri kimi tanımış və Bakı şəhərində Zərərçəkmiş şəxs1 yanında görmüşdür. xx.xx.2023-cü il tarixdə o, xalası oğlu Əhməd və dostu Vüsal ilə Şamaxı rayonu ərazisinə gəlmişlər. Şamaxı rayonu ərazisində olan zaman Zərərçəkmiş şəxs2 ona telefonla zəng edərək harada olduğunu soruşmuş və Zəhra, yəni Elmira ilə birlikdə Bakı şəhərinə gedəcəklərini bildirmişdir. O, Şamaxı rayonu ərazisində olduğunu bildirdikdən sonra Zərərçəkmiş şəxs2 ilə telefon danışıqları sonlansa da, sonradan Zərərçəkmiş şəxs2 yenə ona telefonla zəng edərək Bakı şəhərinə getmək üçün Şamaxı rayonu ərazisində yerləşən Avtovağzal adlanan yerə onları aparmağı onlardan xahiş etmişdir. Onlar taksi vasitəsi ilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların azyaşlı uşaqlarını Bakıya getmələri üçün Şamaxı rayonunda olan Avtovağzal adlanan yerə gətirmişlər. Həmin vaxt gec olduğu və Bakı şəhərinə getmək üçün maşın olmadığı üçün, həmçinin Zərərçəkmiş şəxs2 Şamaxı rayonu ərazisində qalmağa yerləri olmadığını dediyi üçün onlarla birlikdə xalası oğlu Əhmədə məxsus Şamaxı rayonu Quşçu kəndi ərazisində yerləşən evdə gecələyə bilibbilməyəcəklərini soruşmuşdur. O, Əhmədin də icazəsi ilə onlara Əhmədgilin evində gecələmələri barədə razılıq vermişdir. Onlar birlikdə Quşçu kəndi ərazisinə getmək istəyəndə Zərərçəkmiş şəxs1 Şamaxı şəhərinin mərkəzi hissəsində yerləşən məktəblərin birinin yanına getməli olduğunu, orada üç azyaşlı uşağını əri Təqsirləndirilən şəxs verməli olduğunu bildirmiş və uşaqlarını Təqsirləndirilən şəxs yanında qoyduqdan sonra onlarla birlikdə Quşçu kəndinə gedə biləcəyini bildirmişdir. Buna görə onlar dayandıqları yerin yaxınlığında olan **-EK-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı qızılı gümüşü metallik rəngli avtomobilin sürücüsünə yaxınlaşıb Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs1 üç azyaşlı uşağını Zərərçəkmiş şəxs1 dediyi ünvana aparmasını istəmişlər. O, Əhməd, Vüsal və Zərərçəkmiş şəxs2 iki azyaşlı uşağı isə Avtovağzal adlanan yerin yaxınlığında Günelgilin qayıtmasını gözləmişlər. Təxminən 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək “bizi bıçaqladılar” demiş və telefonu söndürmüşdür. Zərərçəkmiş şəxs2 ilə telefon danışığından sonra onları aparan taksi sürücüsü geri qayıdaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bir nəfər kişi cinsli şəxs tərəfindən bıçaqlanmasını, həmin kişi cinsli şəxslə birlikdə hadisə yerində bir nəfər başqa kişi cinsli şəxsin də olmasını bildirmişdir. Taksi sürücüsü geri qayıdan zaman avtomobilin salonunda qanabənzər ləkələr olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs2 ona yenidən zəng edərək övladlarını Şamaxı rayon polis şöbəsinin inzibati binasına gətirərək orada olan polis əməkdaşlarına təhvil verməyini bildirdi. O, Zərərçəkmiş şəxs2 iki azyaşlı övladını Şamaxı rayon polis şöbəzinin inzibati binasına gətirərək orada olan polis əməkdaşlarına təhvil verib, Quşçu kəndinə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə görüşməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi yetirmək niyyəti barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hansı səbəbdən bıçaq zərbəsi vurması barədə məlumatım olmamşdır. Hadisə zamanı Təqsirləndirilən şəxslə birlikdə hadisə yerinə gələn kişi cinsli şəxsin kimliyi barədə məlumatım olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Avtomobilə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Şahid1 məxsus **-EK-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı qızılı gümüşü metallik rəngli avtomobilin salonudur. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, hadisə yeri Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsində yerləşən 52 nömrəli fərdi yaşyış evinin qarşısıdır. xx.xx.2023-cü il tarixli “Kiçik çanaq üzvlərinin ultrasonoqrafık müayinə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman hamilə vəziyyətində olmamışlar. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskdə 1 ədəd “2023-09-12-19-28-08_***-*******74_3-13...” sözləri yazılmış və 1 dəqiqə 59 saniyədən ibarət səsyazısı vardır. Həmin səs yazısı məhkəmə zalında araşdırılmış və səs yazısı aşağıdakı kimidir: Təqsirləndirilən şəxs: 723 ilə iki dənə yaralı göndərmişəm, bıçaqladım, 723 Megan, iki dənə yaralı göndərmişəm, hardadılarsa saxlatdırın onları. 102 Xidməti Zəng mərkəzinin operatoru: Nə olub, vətəndaş? Təqsirləndirilən şəxs: Bıçaqlamışam, ikisini də bıçaqlamışam, Təqsirləndirilən şəxs. 102 Xidməti Zəng mərkəzinin operatoru: Kimi bıçaqlamısız? Təqsirləndirilən şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2. Bunların ikisini də bıçaqlamışam. 723 Megandır. 102 Xidməti Zəng mərkəzinin operatoru: Babayev Elmir, Babayev kim? Təqsirləndirilən şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 bıçaqlamışam, Zərərçəkmiş şəxs2 bıçaqlamışam. 102 Xidməti Zəng mərkəzinin operatoru: Onlar sizin nəyinizdir? Təqsirləndirilən şəxs: Bölməyə gəlirəm, bölmədə hamısını təsdiq edəcəm, 102 Xidməti Zəng mərkəzinin operatoru: Hansı rayondur? Təqsirləndirilən şəxs: Şamaxı rayonu. 102 Xidməti Zəng mərkəzinin operatoru: Harasıdır? Təqsirləndirilən şəxs: Şamaxının özü, promoy bölməyə gəlirəm. 102 Xidməti Zəng mərkəzinin operatoru: Şamaxının harasıdır? Təqsirləndirilən şəxs: Şamaxının mərkəzi promoy. Keçən dəfə danışmırdıq? İkisinə də soxmuşam, 102 Xidməti Zəng mərkəzinin operatoru: Vətəndaş, onların vəziyyəti necə idi? Təqsirləndirilən şəxs: Vəziyyətləri pis gündə, ikisinə də bıçaqla vurmuşam, şofer qaçırtdı, ikisini də nəyi var vurmuşam bıçaqla. 102 Xidməti Zəng mərkəzinin operatoru: Elmira ilə Günel sizin nəyinizdir? Təqsirləndirilən şəxs: Biri bibimqızıdır, biri yoldaşımdır, ikisini də bıçaqlamışam. Onlar bölməyə getdi, mən də bölməyə gəlirəm. 102 Xidməti Zəng mərkəzinin operatoru: Yaxşı, adınızı deyin. Təqsirləndirilən şəxs: Adım Təqsirləndirilən şəxs. Bundan sonra Təqsirləndirilən şəxs 102 Xidməti Zəng mərkəzinin operatoru ilə olan telefon danışığını sonlandırır. Qeyd edilən səsyazısının 04-11-ci saniyələrində Təqsirləndirilən şəxs yanında uşaq ağlamasının səsi aydın şəkildə eşidilir. 21 sentyabr 2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə Zərərçəkmiş şəxs2 istifadəsində olan “***-***-**-**” mobil nömrəsindən 12 sentyabr 2023cü il tarixdə saat 17:28-dən saat l9:26-a qədər çoxlu sayda zənglər edildiyi, həmin zənglərin bir qisminə cavab verilməsi, bir qisminin rədd edilməsi, 12 sentyabr 2023-cü il tarixdə saat 19:28-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”-nə zəng edildiyi, danışığın 1 dəqiqə 58 saniyə müddətində davam etdiyi, bundan əlavə kimə məxsus olması bilinməyən və “kontaktlar” bölməsinə qeydiyyatdan keçməyən müxtəlif mobil nömrələrdən mobil telefona zənglər daxil olması və zənglər edilməsi müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 303 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər-sifətin sol yarısının, almacıq nahiyyəsində bir ədəd sıyrıq küt əşya (ola bilsin dırnaq təsirindən), sağ əlin iki ədəd səthi kəsilmiş yaraları deşici-kəsici alət təsirindən xx.xx.2023-cü il tarixdə törənməyə uyğun gəlirlər. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 304 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər-sol süd vəzisinin və sol bazu nahiyyəsinin kəsilmiş-deşilmiş yaralan kəsici-deşici alət təsirindən törənməklə, xx.xx.2023cü il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 305 saylı, xx.xx.2023- cü il tarixli ekspert rəyinə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər-sol almacıq, sol bazu, sol körpücük, sol dirsək, sol baldır və qamın ön divarının sağ yarısının kəsilmiş-deşilmiş yaraları deşici-kəsici alət təsirindən xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aidirlər. Lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik ekspertizasının 3-16-16/2-6/5148 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman köynəyinin səthi üzərində aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman köynəyinin səthi üzərində aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3078 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. X16 əqliintelektual imkanlarına görə baş verənləri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Emosionaliradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm, öz maraqlarını üstün tutmaq və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən psixi-emosional vəziyyətində emosional oyanıqlıq, impulsivlik yaranmış, keçirtdiyi həmin emosional halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Məhkəmə-tibbi bioloji ekspertizasının 653/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu- BaJfa/İİİ/ (Təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu- Abeta/İİ/-dir (Təqdim olunan portaldan çıxarışın kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, avtomaşından götürülmüş 04 ədəd pambıq tampon, Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsi, Zərərçəkmiş şəxs1 məxsus kofta, şalvar, büstqalter, 01 cüt ayaqqabı, 01 cüt corab, Zərərçəkmiş şəxs2 məxsus don, büstqalter və 01 cüt ayaqqabı-krasovka üzərində insan qanı aşkar olundu. Qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda bıçaq üzərindəki ləkələrdə “A” və “B” antingenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa AB/İV/ qruplu şəxsə aid olması, qarışıq olduğu halında isə ləkələrdə Abeta/H/ və Balfa/lll/ qruplu şəxslərin qanlarının olması mümkündür. Belə olan halda ləkələrdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarışmış qanlarının olması inkar olunmur. Avtomaşının arxa oturacağında 02 ədəd pambıq tampona götürülmüş qan ləkələrinin, E,M.Babayevaya məxsus kofta, şalvar, trusik, büstqalter, 01 cüt ayaqqabı və 01 cüt corab üzərindəki ləkələrin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “B” antingeni, pambıq tamponlarda həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Avtomaşının ön oturacağından 02 ədəd pambıq tampona götürülmüş qan ləkələrinin, Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsi, Zərərçəkmiş şəxs2 məxsus olan büstqalter və 01 cüt ayaqqabıkrasovka üzərindəki qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda isə yalnız “A” antingeni alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 472/2023-MTKŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön hissəsində solda 01 ədəd, sol qolunun yuxarı hissəində 01 ədəd; Zərərçəkmiş şəxs2 məxsus donun ön hissəsində solda 01 ədəd, ön hissəsində sağda 01 ədəd, sağ qolun aşağı hissəsində 01 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 qızma məxsus büstqalter, şalvar, bir cüt corab, bir cüt ayaqqabı; Zərərçəkmiş şəxs2 məxsus büstqalter, bir cüt ayaqqabı və Təqsirləndirilən şəxs məxsus gödəkçə üzərində hər hansı bir zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs1 sol süd vəzisinin və sol bazu nahiyyəsinin kəsilmiş-deşilmiş yaraları ilə ekspertizaya təqdim edilmiş ona məxsus köynəyin ön hissəsində solda və sol qolunun yuxarı hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs2 qzının sol körpücük, sağ dirsək və qamın ön divarının sağ yarısının kəsilmiş-deşilmiş yaraları ilə ekspertizaya təqdim edilmiş ona məxsus donun ön hissəsində solda, sağ qolun aşağı hissəsində və ön hissəsində sağda aşkar edilmiş deşilmiş-kəslmiş zədələr yerləşmə nahiyələrinə görə nisbi olaraq üstüstə düşürlər. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 rayon prokurorluğuna ünvanladığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X16 ilə barışmışdır, sonuncu barəsində ona bıçaqla zərbə vurması və boğmağa çalışması ilə bağlı heç bir şikayəti və ya tələbi yoxdur. Şamaxı rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-108/2- 13780/2023 saylı əməliyyat tapşırığına cavab məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs, Şahid1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və sonuncunun üç azyaşlı uşağından başqa hadisə yerində və ətrafda kimlərinsə olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs kimlərsə tərəfindən incidilməsi, şərəf və ləyaqətinin alçaldılması, ona hədə-qorxu gəlinməsi, ədavət və düşmənçilik münasibətinin olması, hər hansı şəxslərlə konflikt və ya qarşılıqlı ziddiyətinin olması müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs ailə üzvləri ilə münasibəti normal olmuşdur, onun dostları və yaxın münasibətdə olduğu digər şəxslər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və həmin cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən rədd edilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı vardır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şamaxı rayon məhkəməsinin 4(074)-66/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilib, həmin məcəllənin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilməməsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən təhlil edərək qeyd edir ki, təqsirləndirilən öncədən zərərçəkmiş şəxslərin olduğu yeri bilmiş və hadisə yerinə bıçaq alaraq gəlmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 qorxutmaq məqsədilə bıçaq tətbiq etdiyini bildirsə də, zərərçəkmiş şəxslərin və hadisənin şahidlərinin ifadəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxs qəflətən avtomobildə oturmuş zərərçəkmişlərə hücum etmiş və onların müxtəlif nahiyyələrinə bıçaq zərbələri vurmuşdur. Lakin zərərçəkmiş şəxslərin aktiv müqavimət göstərməsi təqsirləndirilən Təqsirləndirilən şəxs öz məqsədinə nail olmasına imkan verməmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən müəyyən olunur ki, hadisə yerinə gələrkən Təqsirləndirilən şəxs övladlarının həmin yerdə olacağını öncədən bilmiş və Təqsirləndirilən şəxs azyaşlı övladlarının, həmçinin hadisənin digər şahidlərinin ifadəsinə əsasən müəyyən olunmuşdur ki, həqiqətəndə təqsirləndirilən şəxsin övladları hadisəni birbaşa görmüşlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək onun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən cinayət etməyə cəhd - bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələrinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə və iki və ya daha çox şəxsi öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29, 120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 29,120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən cinayət məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələrinin sanksiyasında müəyyən edilmiş və həmin məcəllənin 60.1, 63.3 və 63.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla yol verilən həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 154 (yüz əlli dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Şamaxı rayon prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus və hadisə vaxtı əynində olmuş 01 ədəd üzərində qanabənzər ləkələr olan ağ rəngli, uzunqol, kürək nahiyəsində “Adidas Azerbaijan” sözləri, sağ qolunda Azərbaycan bayrağı, sinə nahiyəsi üfüqi və şaquli formada göy, qırmızı və yaşıl rəngdə xətlər, həmçinin sinə nahiyəsində sol tərəfdə Azərbaycan Respbulikasının Dövlət gerbi olan zəncirbəndlə açılıb bağlanan idman köynəyi, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qara rəngli şalvar, 01 cüt qızılı rəngli ayaqqabı, 01 cüt üzərində qanabənzər ləkələr olan ağ rəngli corab, 01 ədəd üzərində qanabənzər ləkələr olan sarı rəngli uzunqol köynək, 01 ədəd üzərində qanabənzər ləkələr olan çəhrayı rəngli bustqalter, Zərərçəkmiş şəxs2 Məhəmməd qızına məxsus 01 ədəd qara rəngli üzərində naxışlar olan uzun paltar (don), 01 cüt ağ rəngli ayaqqabı, 01 ədəd bənövşəyi rəngli bustqalter, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 154 (yüz əlli dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınıb, Şamaxı rayon prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus və hadisə vaxtı əynində olmuş 01 ədəd üzərində qanabənzər ləkələr olan ağ rəngli, uzunqol, kürək nahiyəsində “Adidas Azerbaijan” sözləri, sağ qolunda Azərbaycan bayrağı, sinə nahiyəsi üfüqi və şaquli formada göy, qırmızı və yaşıl rəngdə xətlər, həmçinin sinə nahiyəsində sol tərəfdə Azərbaycan Respbulikasının Dövlət gerbi olan zəncirbəndlə açılıb bağlanan idman köynəyi, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qara rəngli şalvar, 01 cüt qızılı rəngli ayaqqabı, 01 cüt üzərində qanabənzər ləkələr olan ağ rəngli corab, 01 ədəd üzərində qanabənzər ləkələr olan sarı rəngli uzunqol köynək, 01 ədəd üzərində qanabənzər ləkələr olan çəhrayı rəngli bustqalter, Zərərçəkmiş şəxs2 Məhəmməd qızına məxsus 01 ədəd qara rəngli üzərində naxışlar olan uzun paltar (don), 01 cüt ağ rəngli ayaqqabı, 01 ədəd bənövşəyi rəngli bustqalter, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar