Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-461/2025 17.02.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Şahid3 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.2008-ci il təvəllüdlü, Bərdə rayonu, Kələntərli kəndində anadan olan, subay, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 26-ci məhəllə, ev 55-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2025-ci ilin may ayının sonlarında tanıdığı, onunla zərərçəkmiş şəxs arasında yaş fərqi iki ildən çox olmaqla, xx.xx.2012-ci il tarixdə doğulmuş, həmin vaxt on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26- cə məhəllə 55 nömrəli evə dəvət edib evdə heç kimin olmamasından istifadə edərək, cinsi ehtirasını təmin etmək məqsədilə qarşılıqlı razılıq əsasında, cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna və arxa keçəcək dəliyinə daxil edərək sonuncu ilə seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, 2025-ci ilin iyun ayının əvvəlində təkrarən tanıdığı, onunla zərərçəkmiş şəxs arasında yaş fərqi iki ildən çox olmaqla, xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 55 nömrəli evinə dəvət edib evdə heç kimin olmamasından istifadə edərək, cinsi ehtirasını təmin etmək məqsədilə qarşılıqlı razılıq əsasında, cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna və arxa keçəcək dəliyinə daxil edərək sonuncu ilə təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, 2025-ci ilin iyun ayının ortalarında təkrarən tanıdığı, onunla zərərçəkmiş şəxs arasında yaş fərqi iki ildən çox olmaqla, xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 55 nömrəli evinə dəvət edib evdə heç kimin olmamasından istifadə edərək, cinsi ehtirasını təmin etmək məqsədilə qarşılıqlı razılıq əsasında cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna və arxa keçəcək dəliyinə daxil edərək sonuncu ilə təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, 2025-ci ilin iyun ayının sonlarında təkrarən tanıdığı, onunla zərərçəkmiş şəxs arasında yaş fərqi iki ildən çox olmaqla, xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 55 nömrəli evinə dəvət edib evdə heç kimin olmamasından istifadə edərək, cinsi ehtirasını təmin etmək məqsədilə qarşılıqlı razılıq əsasında, cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna və arxa keçəcək dəliyinə daxil edərək sonuncu ilə təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, 2025-ci ilin iyul ayının əvvəlində təkrarən tanıdığı, onunla zərərçəkmiş şəxs arasında yaş fərqi iki ildən çox olmaqla, xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 55 nömrəli evinə dəvət edib evdə heç kimin olmamasından istifadə edərək, cinsi ehtirasını təmin etmək məqsədilə qarşılıqlı razılıq əsasında, cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna və arxa keçəcək dəliyinə daxil edərək sonuncu ilə təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə təkrarən tanıdığı, onunla zərərçəkmiş şəxs arasında yaş fərqi iki ildən çox olmaqla, xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 55 nömrəli evinə dəvət edib evdə heç kimin olmamasından istifadə edərək, cinsi ehtirasını təmin etmək məqsədilə qarşılıqlı razılıq əsasında, cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna və arxa keçəcək dəliyinə daxil edərək sonuncu ilə təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 152.4.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir: “Sevinclə tanış olduğum zaman mənə 16 yaşı olduğunu bildirmişdi. Onunla tanış olduqdan bir qədər sonra onun başqa oğlanlar ilə də danışdığını bildim və ondan ayrılmaq istədiyimi bildirdim, lakin, ondan ayrılsam evdən qaçacağını və.s dediyinə görə qorxdum və ondan ayrılmadım, onunla əlaqədə oldum. Sevinclə, öz istəyimizlə səhv hərəkət etdik. Bunun cinayət olduğunu bilmirdim.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Sevinclə 2025-ci ilin iyun ayında, gecə saat 11 radələrində onların məhəlləsində tanış olmuşam. Mən tutulduqdan sonra Sevincin yaşının az olduğunu bildim. Sevincin telefonunda bir şəxsiyyət vəsiqəsi var idi və orada xx.xx.2009-cu ildə doğulduğu yazılmışdı. Şəxsiyyət vəsiqəsi şəkilsiz idi və özünə məxsus olduğunu bildirmişdi. İttiham aktında seksual xarakterli hərəkətlərin vaxtı, yeri düzgün qeyd olunmuşdur. Öz razılığımız olmuşdur. Sevincin anası məndən şikayətçi olmuş, polis bölməsində bilmişdim. Sevincin rəfiqəsinin aramızdakılardan xəbəri olmuşdur. Sevincin rəfiqəsi Sevincin anasına bununla bağlı məlumat vermişdir. Sevincin hansı məktəbdə, neçənci sinifdə oxuduğunu bilmirdim. Sevincə dostumla yaxınlaşmışdım, təsadüfən tanış olmuşdum. Sevinci əvvəllər görmüşdüm. Polisdə mənə verilən suallara cavab verdiyimə görə şəxsiyyət vəsiqəsi məsələsini bildirməmişəm. İlk dəfə cinsi əlaqədə olmağı Sevinc təklif etmişdir. Sevgililər arasında olan bir şey olduğunu və əvvəlki sevgilisi ilə də etdiyini demişdi. Mən evdə idim, Sevinc bizə gəldi və təklif etdi. Sevinclə 3 dəfə cinsi əlaqədə olmuşam. Dəqiq tarixlərini xatırlamıram. Sevinclə aramızda ailə qurmaqla bağlı danışıq olmuşdur.” Məhkəmə istintaqı zamanı psixoloq və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “Gecə saat 11 radələrində mən Ləman adlı rəfiqəmlə oturduğum zaman Mirabbas mənə yaxınlaşdı və Rahidin məndən xoşu gəldiyini bildirdi. Sonra Rahidlə sevgili olduq və Rahid məni görüşə çağırdı. Görüşdüyümüz zaman mənə itlərinin olduğunu və evlərində bacısının da olduğunu dedi, onunla evlərinə getməyimi istədi. Evlərinə getdiyim zaman anasının və bacısının olmadığını gördüm, iti yumaq istədiyimi deyəndə isə lazım olmadığını dedi və mənimlə öpüşdü. Daha sonra isə nənəm zəng vuraraq məni evə çağırdı. Bir gün isə “Heydər Parkda” olduğumuz zaman Mirabbas mənə yaxınlaşaraq Rahidin mənim şəkillərimi yaydığını dedi, mən isə Rahidlə dalaşdım. Mənimlə yaxın olan şəxslərə videoları yaymışdı. Rahidə mən 12 yaşım olduğunu demişdim, mənim harada oxuduğumu bilirdi .Rahid məni görüşə çağırdı və məni sevdiyinə görə ətrafımda heç kimin olmağını istəmədiyindən videoları yaydığını dedi və cinsi əlaqədə olmağı təklif etdi. İkinci dəfə də Rahid məni evlərinə çağırdı və ona sistem asılacağını dedi. Lakin evlərinə gedəndə heç kimin olmadığını gördüm, qapını bağladı və cinsi əlaqədə olmağı təklif etdi, əlaqədə olmasam məni qaçırdacağını bildirdi..” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Rahidi sevdiyimə görə müstəntiqə məni məcbur etdiyini deməmişəm. Mənə cinsi əlaqədə olmasam videoları yayacağını demişdi. İkinci dəfə məcbur etdi məni, üçüncü dəfə könüllü əlaqədə olduq. Ondan sonrakılar öz razılığım ilə oldu. Evə gec getdiyim zaman məsələlər açıldı. Videolar İbrahim və Zəhrada var idi, mən Zəhra ilə dalaşmışdım, Zəhra da məni anama xəbərlədi.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir: “Sevinc evdə deyildi, onu axtardıq və tapa bilmədik,102-ə bununla bağlı məlumat verdim. Baş verənlərlə bağlı isə mənə qonşular məlumat verdi.”. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Qonşulardan məlumatlandıqdan sonra Sevincdən bununla bağlı soruşdum və inkar etdi. Daha sonra Rahiddən soruşdum və o da inkar etdi və Sevinci tanımadığını bildirdi. Daha sonra dəqiqləşdirdim ki, həqiqətən də Rahid imiş. Bundan sonra isə polisə şikayət etdim və polis idarəsində Rahid etiraf etdi. Məktəbini dəyişdim, hazırda məktəbdə oxuyur. Şikayətçiyəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir: “Mən yas yerində olduğum zaman mənə məlumat verdilər ki, Rahidi polisə aparıblar, polis bölməsinə getdim və olanlar barədə məlumatlandım. Rahid və Sevincin sevgili olduqlarını, münasibətlərinin olduğunu öyrəndim. Sevinc Rahidə onun əvvəlcə də sevgilisi olduğunu və sevgililər arasında əlaqə olduğunu demişdir. Bundan sonra isə 2-3 dəfə əlaqədə olublar. - Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir: “Sevinc iki dəfə bizim evə gəlmişdir və onu evdən qovmuşam. Bizim evə gələrək Rahidi çağırmışdır və Rahid isə evdə olmadığını deməyimi istəmişdir. Mən də Rahidin evdə olmadığını dedim və Sevincə “get” dedim. İkinci dəfə də, yenə də səhər saatlarında gəlmişdi və həmin zaman da Sevinci evdən qovdum, Rahidə də əsəbiləşdim. Mənə Sevincin top üçün gəldiyini demişdilər, mənim də ağlıma başqa bir şey gəlmədi. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir: “Mən öz telefonumda naməlum nömrə tapdım və həmin nömrəyə zəng etdiyim zaman mənə polis olduğunu bildirdi, mənə hədə-qorxu gəldi. Ağlıma başqa şeylər gəlmədi.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Nömrənin kimə məxsus olduğunu sonradan bildim. Həmin zaman həmin nömrənin Sevinclə danışdığını başa düşdüm. Polisə məlumat verməmişdim. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, Sevinc ilə Rahidi tanıyır. Rahid onun qonşusudur, Sevinc isə yaxınlıqda qalır. 3 ay əvvəl saat 23 radələrində Rahid ilə Sevincin qaldığı binanın həyətində olarkən Rahid Sevinci görüb xoşu gəldiyi üçün tanış olmaq istəmiş və ondan Sevincə yanına gedərək Sevincdən xoşu gəldiyini deməsini istəmişdir. O, bu səbəbdən Sevincə yaxınlaşaraq Rahidin ondan xoşu gəldiyini demiş, Sevinc ona Rahidə yaxınlaşıb söhbət etməsini deməsini istədikdən sonra bu barədə Rahidə demiş və Rahid özü Sevincə yaxınlaşaraq tanış olmuşdur. Onların sevgi münasibətində olduqlarını, görüşüb danışdıqlarını bilmiş, lakin aralarında cinsi əlaqədə olmaqlarını bilməmiş, bu barədə polisə məlumat verildikdən sonra xəbər tutmuşdur.(iş vərəqə “121-122”) Cinayət işinin materiallarında olan: -31 yanvar 2025-ci il tarixli X6 “ərizə”sindən görünür ki, həmin tarixdə X2 rayon Polis İdarəsinə müraciət etmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda olan zaman qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər edərək onunla cinsi əlaqədə olmuş, o, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 04). - “Baxış keçirilməsi haqqında” 02 avqust 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Blackview A85” markalı mobil telefona baxış keçirilmiş, baxış keçirilən “Blackview A85” markalı mobil telefonun qarşı hissəsi qara rəngdə olmaqla, yuxarı orta hissəsində kamera yeri vardır, qarşı hissəni sensorlu ekran tutur, ekranın sol aşağı hissəsinin şüşəsi çatlamışdır. Bundan başqa mobil telefonun arxa hissəsində 03 ədəd kamera vardır. Telefonun arxa hissəsi parlaq qara rəngdədir. Mobil telefon işə salınaraq içərisində olan fayllara, daxil olan və 2 dəqiqə 37 saniyə müddətində olan videogörüntüdə Təqsirləndirilən şəxs evin qonaq otağında divanda əyləşməsi, Zərərçəkmiş şəxs isə otağa çılpaq şəkildə daxil olaraq paltarlarını geyinməsi, sonda isə birlikdə otaqdan çıxmaları, bundan başqa 18 saniyəlik videoda Təqsirləndirilən şəxs qeyri təbii yolla Zərərçəkmiş şəxs arxa keçəcəyi dəliyinə cinsiyyət orqanının daxil etməsi, bundan başqa 07 saniyəlik və 08 saniyəlik videogörüntülərdə Təqsirləndirilən şəxs cinsiyyət oraqanını Zərərçəkmiş şəxs ağız boşluğuna daxil etməsi görüntüləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna olan videogörüntülərdəki şəxslərin Zərərçəkmiş şəxs ilə onun olmasını təsdiq etmiş, həmin videonu özü tərəfindən mobil telefonu vasitəsi ilə çəkildiyini bildirmişdir. (iş vərəqə 40-41) -“İfadələrin yerində yoxlanılması haqqında” 04 avqust 2025-ci il tarixli protokoldan görünür ki, qanuni nümayəndənin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, hadisə yerini ünvan 2 ünvanını-Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğu yeri göstərmişdir.(iş vərəqə “102-107”) -Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 291 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii olla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir.(iş vərəqə “124-127”) -Ambulator məhkəmə psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2668 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər, onda yalan danışmağa, özündən uydurma fikirlər söyləməyə meyillilik aşkar edilmir.(iş vərəqə “128-130”) -DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vərəqə “123”) Təqsirləndirilən şəxs psixiatrik və narkoloji qeydiyyatda olub olmamasını müəyyən etmək üçün Abşeron rayon mərkəzi xəstəxanasına verilmiş sorğuya cavab olaraq, ATəqsirləndirilən şəxs Abşeron rayon məkrəzi xəstəxanasının poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetində qeydiyyatda olmadığı bildirilmişdir.(iş vərəqə “139-140”) Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına Abşeron RPİ-dən alınmış cavabda göstərilmişdir ki, İbrahimli X5 Sevinc Səbuhi qızı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olan zaman mobil telefonu vasitəsi ilə qeydə aldığı həmin anın görüntülərinin hər hansı bir şəxsə göndərilməsi və ya göstərilməsi barədə məlumat əldə edilməmişdir.(iş vərəqə “100”) Bərdə rayon İHB-nin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış üzrə müsbət xarekterizə olunur (cild 01, iş vər. 117). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 152.2.2-ci maddəsində göstərilmişdir ki, eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 152.2.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 152.4.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 152.2 və ya 152.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 152.4.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, Zərərçəkmiş şəxs yaşının az olduğunu bilməməsi, Sevincin ona 17 yaşı olduğunu deməsi, cəmi 6 dəfə yox, 3 dəfə qeyri-təbii yolla cinsi əlaqələri olmaları, xx.xx.2025-ci il tarixdə Sevincin evdən çıxıb onun yanına gəlməsi, evdə görüşüb söhbət etmələri, lakin aralarında heç bir cinsi əlaqə olmaması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışsa da, zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahidlər cinayət işi üzrə toplanmış sübutlarla üst-üstə düşən, obyektiv həqiqəti əsk etdirən ifadə verməklə təqsirləndirilən şəxsi ifşa etmişlər. Belə ki, Təqsirləndirilən şəxs Sevincin onunla danışarkən 12 yaşı olmasını demədiyini, 17 yaşlı olmasını deməsi, Sevincin telefonunda şəxsiyyət vəsiqəsinin olması və orada xx.xx.2009-cu ildə doğulduğunun yazılması ilə bağlı qeyd etdikləri iş materialları ilə təkzib olunur. Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı zaman verdiyi ifadəsində “Rahidə 12 yaşı olduğunu bildirmiş, buna baxmayaraq Rahid onunla 6 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Xırdalanda H.Əliyev adına parkda olarkən Rahidi görmüş, Rahid onu evinə çağırmış, Rahid ilə evinə getdikdən sonra həmin günü qeyri-təbii yolla eyni qaydada cinsi əlaqədə olmuşlar. (iş vərəqə “34-37”) Həmçinin cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 04 avqust 2025ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə qanuni nümayəndənin iştirakı ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmədə dindirmə istintaqı hərəkəti keçirilmiş, üzləşdirmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona heç bir hədə qorxu gəlmədiyini, yalnız onun özünün razılığı ilə 3 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmasını desə də üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı onunla təxminən 5-6 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmasını qeyd etmişdir. (iş vərəqə “64- 66”) Odur ki, zərərçəkmiş şəxs, şahid ifadələri və üzləşdirmə protokolları ilə təkzib edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda söylədiyi müddəalar həqiqəti əks etdirməyən uydurma dəlillərdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilənlərlə yanaşı CM-nin 86.1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qeyd edilən maddənin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 59.1.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs olması, 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran haların olmamasını, həmçinin törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. O cümlədən CM-in 85.5-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Ona görə də, yetkinlik yaşına çatmayanlara CM-in 85.2- 85.5-ci maddələrinin tələblərinə əsasən CM-in Xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin etmək zərurəti yarandıqda, bu cəza CM-in 62-ci maddəsinə istinad edilmədən təyin edilməlidir. CM-in 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə on ildən çox olmayan müddətə təyin edilir. Adı çəkilən Plenum qərarında həmçinin göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər. Cinayət işinin araşdıran məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hər nə qədər yetkinlik yaşına çatmayan şəxs olsa da, törətdiyi cinayətin ağırlığı, obyektinin xüsusiliyi, təqsirləndirilən şəxsin bilavasitə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin cinsi toxunulmazlığına qəsd edərək 6 dəfə eyni cinayətkar əməli törətməsi təqsirləndirilən şəxsin şəxsiyyətinin nə qədər ictimai təhlükəli olduğunu sübut edir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir, təqsirləndirilən şəxs cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 02 avqust 2025-ci il tarixli protokoldan və Abşeron rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 54-55; 96-101). Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu üçün CM-in 85.5.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli 02 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Blackview” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs (və ya onun yaxın qohumlarına) qaytarılmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, iş üzrə xüsusi müsadirənin əsaslarının müəyyən edilməməsi və mülki iddianın, ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı 02 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Blackview” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs (və ya onun yaxın qohumlarına) qaytarılsın, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın . Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-461/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-461/2025
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver