Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-464/2024 07.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə, müdafiəçilər – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Cəlilabad rayonu, Abışabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Cəlilabad rayonu, Abışabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1993-cü il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Şabran rayonu, Surra kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, 12 iyul 2021-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək Şabran rayonu ərazisində yerləşən "X10 Company” Məhdud Məsuliyyəti Cəmiyyətində təchizat üzrə mütəxəssis, 01 noyabr 2022-ci il tarixdən 07 iyun 2023-cü il tarixədək həmin Cəmiyyətdə təchizat üzrə baş mütəxəssis vəzifəsində işləyərkən maddi məsul şəxs olmaqla otelin tətbiq etdiyi alış siyasəti, prosedurları, standartları əsasında otelin daxili və xarici müştərilərin tələblərinin təmin olunması məqsədi ilə alınması üçün sifariş verilmiş məhsulları almalı, sifariş olunmuş malları və xidmətləri təhvil verməli, sifarişləri təmin etmək üçün sistemə nəzarət etməli, itkilər və dəyən ziyanlar üzrə iddialar haqqında hesabat vermək kimi iş fəaliyyətinə nəzarət olunmasını və yoxlanışını həyata keçirməli, alınmış sifarişlər üzrə tədarükçülərlə hesablaşmaların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək üçün bütün ödəniş qəbzlərini yoxlamalı, müəyyən olunmuş standartlara müvafiq olaraq təyin olunmuş iş yerlərində bütün vəzifələrə və tapşırıqlara nəzarət etməli, bütün potensialı və real ziyanı müəyyən etməli, onlar haqqında hesabat verməli və rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş MMC-yə məxsus külli miqdarda özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə həmin Cəmiyyətdə gəlirlər üzrə nəzarətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “X11 Company” MMC-yə məxsus BAN nömrəsi KMJHG17HPKC077834, mühərrik nömrəsi D4GAJJ256447 olan **-JT-*** və BAN nömrəsi KMJHG17HPKC077565, mühərrik nömrəsi D4GAJJ256884 olan **-JT-*** dövlət qeydiyyat nişanlı 02 ədəd "xxxx" markalı avtobusları MMC tərəfindən ona verilmiş etibarnamə əsasında 14 dekabr 2022-ci il tarixdə bağladığı nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə əsasən hər birini 60.700 manata olmaqla, ümumilikdə 121.400 manata Şahid1 nağd şəkildə satıb əldə olunan həmin pul vəsaitlərini Təqsirləndirilən şəxs2 llqar oğluna təqdim etdikdən sonra onunla birlikdə vəsaitlərin Cəmiyyətin hesabına mədaxil olunmasını təmin etmədən aralarında olan cinayətkar niyyətə uyğun olaraq 14 dekabr 2022-ci il tarixdən 06 iyun 2023-cü il tarixədək olan müddət ərzində külli miqdar hesab olunan 121.400 (yüz iyirmi bir min dörd yüz) manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla Təqsirləndirilən şəxs2la birlikdə Cəmiyyətin kassasından götürüb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, 11 may 2018-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək Şabran rayonu ərazisində yerləşən “X10 Company” Məhdud Məsuliyyəti Cəmiyyətində baş xəzinədar, 01 aprel 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək həmin Cəmiyyətdə gəlirlər üzrə nəzarətçi vəzifəsində işləyərkən maddi məsul şəxs olmaqla maliyyə nəzarətçisi tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri baş mühasib və ya böyük mühasibin nəzarəti altında həyata keçirməli, bütün şöbələr üçün gündəlik gəliri və statistik məlumatı yoxlamalı, təsdiq etməli, yeniləməli və gündəlik gəlirlər üzrə hesabatı paylamalı, təqdim olunan bütün güzəştləri və hesabatı yoxlamalı, bütün kassirlər üçün müntəzəm şəkildə bank auditi həyata keçirməli, otaq qiymətlərində olan bütün dəyişiklikləri yoxlamalı və bu barədə hesabat hazırlayıb maliyyə nəzarətçisinə təqdim etməli, gündəlik olaraq bütün işçi-əyləncə çeklərini yoxlamalı, öz fəaliyyət sahəsində arxivi bütün müvafiq sənədlərlə birlikdə düzgün şəkildə qoruyub saxlamalı, yeniləməli və rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş MMC-yə məxsus külli miqdarda özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə həmin Cəmiyyətdə təchizat üzrə baş mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “X11 Company” MMCyə məxsus BAN nömrəsi KMJHG17HPKC077834, mühərrik nömrəsi D4GAJJ256447 olan **- JT-*** və BAN nömrəsi KMJHG17HPKC077565, mühərrik nömrəsi D4GAJJ256884 olan **- JT-*** dövlət qeydiyyat nişanlı 02 ədəd "xxxx" markalı avtobusları MMC tərəfindən verilmiş etibarnamə əsasında Təqsirləndirilən şəxs1 14 dekabr 2022-ci il tarixdə bağladığı nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə əsasən hər birini 60.700 manata olmaqla, ümumilikdə 121.400 manata Şahid1 nağd şəkildə satıb əldə olunan pul vəsaitlərini ona təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə vəsaitlərin Cəmiyyətin hesabına mədaxil olunmasını təmin etməyərək aralarında olan cinayətkar niyyətə uyğun olaraq 14 dekabr 2022-ci il tarixdən 06 iyun 2023-cü il tarixədək olan müddət ərzində külli miqdar hesab olunan 121.400 (yüz iyirmi bir min dörd yüz) manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla Cəmiyyətin kassasından götürüb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, otelə məxsus avtobusları satmaq üçün ona etibarnamə verilmiş, həmin etibarnamə ilə də o, avtobusları satmış və satışdan əldə edilən pulu aidiyyəti üzrə otelin kassasına vermişdir. Həmin vəsaiti kassaya verdikdən təxminən 20 gün sonra övladını itirdiyindən ona təcili pul lazım olmuşdur. Əslində həmin vaxta kimi şirkətə məxsus hər hansı pul vəsaitini mənimsəmək ağlından belə keçməmişdir. İllərdir bu sahədə çalışmış, hər zaman geniş səlahiyyətləri olmuşdur, lakin belə bir hal ilk dəfədir baş vermiş və səbəbi də təcili pula ehtiyacı olması olmuşdur. İlk dəfə kassadan pul götürdükdən sonra həmin pulu qaytara bilmək üçün yenidən 2 dəfə pul götürmüş, lakin götürdüyü pulları qaytara bilməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs2 2023-cü ilin fevralın 6-da pul götürmüş, lakin onun əmək müqaviləsinə həmin ilin iyulunda xitam verilmişdir, yəni həmin vaxta qədər öz vəzifəsini icra etməyə davam etmişdir. Həmin müddət ərzində öz ərizəsi ilə işdən çıxıb qaçıb gizlənmək, ölkəni tərk etmək kimi imkanları olmasına baxmayaraq, onun pis niyyəti olmadığından bunu etməmiş, əksinə əməlini özü rəhbərliyə etiraf etmişdir. Belə ki, törətdiyi əməli keçmiş audit rəhbəri Əli Əhmədova və Rəşad Kərimzadəyə birbaşa etiraf etmiş, səhv etdiyini və ona kömək etmələrini demişdir. Onlar ona kömək etmək istəsələr də, iş artıq onların səlahiyyətlərini aşdığından məcbur qalıb şikayət etmişdirlər. Əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, kassada olan 121000 manat puldan təxminən 72000 manatını o götürmüş, qalıq məbləği isə Ehtiramın, yoxsa başqasının istifadə etməsi barədə onun məlumatı olmamışdır. Ehtiramdan bir iş yoldaşı kimi xahiş etdiyi üçün Ehtiram ona etibar edərək həmin pulları vermişdir. 72000 manat pulu hissə-hissə, yəni 3 dəfəyə götürmüşdür. Həmin pulun 67000 manatını mərc oyunlarında uduzmuşdur. Kassadan götürdüyü 6700 manat pulu isə Yen il bayramı ilə bağlı otel ehtiyacları üçün xərcləmiş, yəni şəxsi ehtiyaclarına sərf etməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 kassadan götürdüyü pulları şəxsi istifadəsi üçün götürdüyünü bilməmişdir. Çünki Seyfəddin ona demişdir ki, maşınları satdıqları şəxs maşınları geri qaytarır və pulunu tələb edir. Lakin o, bu barədə rəhbərliyə məlumat verməmişdir və buna görə özünü günahkar hesab edir. Təqsirləndirilən şəxs1 etibarlı şəxs olduğundan və oteldə də nüfuzu olduğundan ona etibar etmişdir. Sonradan öyrənmişdir ki, həmin pulları Seyfəddin mərc oyunlarında uduzmuşdur. Zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, mənimsənilən puldan o heç nə götürməmiş, bütün məbləği Təqsirləndirilən şəxs1 vermişdir. O, sadəcə kassada oturduğundan Təqsirləndirilən şəxs1 121000 manat məbləğində pulu əvvəlcə ona vermiş, sonra isə bütün məbləği geri götürmüşdür. O, nə kassadan pul götürmüşdür, nə də Seyfəddin ona pul vermişdir. Lakin ibtidai istintaq dövründə də bunu sübut edə bilmədiyindən dəymiş ziyandan 30000 manatını məhz o, ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “X10 Company” MMC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2022-ci ilin dekabr ayının 14-də “X10 Company” MMC-yə məxsus iki ədəd nəqliyyat vasitəsi təchizat üzrə baş mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən ona verilmiş etibarnamə əsasında satılmış və həmin gün də nəqliyyat vasitələrinin qiyməti olan cəmi 121.400 manat məbləğində pul nağd qaydada Seyfəddinə verilmişdir. Satışdan əldə olunan 121.400 manat pulun hotelin hesabına mədaxil edilməməsi 2023-cü ilin mart ayında aşkar edilmişdir. Lakin pulun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən mənimsənildiyi isə 2023-cü ilin mayında məlum olmuş və Azərbaycan Respublikasının DİN-in 102 zəng xidmət mərkəzinə zəng edərək faktla bağlı məlumat vermiş, daha sonra “X10 Company” MMC-nin direktoru Rəşad Kərimzadə rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Sonradan Ehtiram 2022-ci ilin dekabr ayının sonuna qədər 121.400 manat pulu 2 dəfəyə Təqsirləndirilən şəxs1 qaytardığını bildirmişdir. Zərərçəkmiş hüquqi şəxs “X10 Company” MMC-nin nümayəndəsi “X10 Company” MMC-yə vurulmuş 121.400 manat məbləğində ziyanın tam ödənildiyini bildirərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və məhkəmədən onlara azadlıqdan məhrum ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs “X10 Company” MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, dəymiş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmişdir. Həmçinin onlar barışıq əldə ediblər və ona görə də onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına ödənilmiş, ümumilikdə 75000 (yetmiş beş min) manat məbləğində pul vəsaitinin zərərçəkmiş hüquqi şəxs “X10 Company” MMC-nin AZ53PAHA40060AZNHC********** nömrəli bank hesabına köçürülməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı qismən etiraf edərək göstərdikləri xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o otelə məxsus avtobuslar satılan vaxt həmin oteldə işləmişdir. 2022-ci ilin dekabr ayının 14-də “X10 Company” MMC-yə məxsus iki ədəd nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs1 tərəfindən ona verilmiş etibarnamə əsasında satılmış və həmin gün də nəqliyyat vasitələrinin qiyməti olan cəmi 121.400 manat məbləğində pul nağd qaydada Seyfəddinə verilmişdir.Seyfəddin avtobusların satışından əldə edilən pulu birinci ona gətirib göstərmiş, o isə pulu aparıb kassada Ehtirama verməsini söyləmişdir. 2023-cü ilin dekabrın 16-sı isə rəhbərliklə əvvəlcədən əldə etdikləri razılığa əsasən həmin işindən çıxmışdır və prosesin sonrakı mərhələlərindən məlumatı olmamışdır. Lakin sonradan eşitmişdir ki, avtobusların pulu Seyfəddin və Ehtiram tərəfindən mənimsənilmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, “X10 Company” MMC-də satış işlərinə nəzarət etmişdir. Avtobusların satışı ilə bağlı bütün proseslərdə iştirak etmiş, lakin yalnız satışı Seyfəddin özü həyata keçirmiş və bu barədə ona zəng edərək məlumat vermiş və avtobusları satdığını və pulu nağd qaydada aldığını demişdir. Bundan sonra o, Seyfəddinə həmin pulun otelin hesabına keçirilməsi ilə bağlı məsələləri artıq öz maliyyə komandaları ilə həll etmələrini söyləmişdir və digər proseslərdə iştirak etməmişdir. Satışdan təxminən 4 ay sonra təxminən 121000 manat məbləğində pulun kassada olmaması ilə bağlı rəhbərlik tərəfindən ona məlumat verilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 2012-ci ilin aprel ayından Azərbaycan Respublikası DİN-in BDYPİ Qeydiyyat-İmtahan idarəsində qeyri rəsmi olaraq arxiv işinə köməklik edib. 2022-ci ilin noyabr ayının axırlarında dəqiq olaraq xatırlamadığı tarixdə “Turbo.az” internet saytında maşınlara baxarkən “X6” markalı sərnişin avtobuslarının satıldığını görmüş, lakin elanda olan nömrəyə zəng etməmişdir. xx.xx.2022-ci il tarixdə dəqiq olaraq xatırlamadığı saatda bacanağı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-in BDYPİ Qeydiyyat-İmtahan idarəsinin həyətində görmüş, ondan nə üçün gəldiyini soruşmuş, Seyfəddin də işlədiyi “X10 Company” MMC-yə məxsus 02 ədəd “X6” markalı sərnişin avtobuslarını satmağa gəldiyini bildirmişdir. Daha sonra Seyfəddin maşınları satmaq üçün orada adını bilmədiyi bir nəfərlə görüşüb söhbət etmiş, o da həmin vaxt işdə olmuşdur. Bir neçə saatdan sonra Seyfəddin yanına gələrək həmin şəxslə qiymətdə razılaşmadıqları üçün maşınları sata bilmədiyini demişdir. O da həmin maşınları MMC-nin satdığı qiymətə alıb sonradan baha sata biləcəyini düşünmüş, lakin Seyfəddinə maşınları özünün almaq istədiyini deməmişdir. Seyfəddinə Türkyə Respublikasında yaşayan dostu Sevdimalının maşın almaq istədiyini, həmin avtobusları ala biləcəyini demiş, Seyfəddin də hər biri 60.700 manat olmaqla, 121.400 manata sərnişin avtobuslarının satıldığını bildirmiş, o da razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in BDYPİ Qeydiyyat-İmtahan idarəsində 02 ədəd **-JT-*** və **-JT-*** dövlət qeydiyyat nişanlı “X6” markalı sərnişin avtobuslarını “X10 Company” MMC-nin etibarnamə üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 alqı-satqı müqaviləsi əsasında 121.400 manata almışdır. Təqsirləndirilən şəxs1 alqı-satqı müqaviləsini imzaladıqdan sonra pulu onun yaşadığı evə gedib oradan götürmüşdür. Seyfəddinin pulu gedib evdən götürməsi barədə həyat yoldaşı ona məlumat vermişdir. Sonradan maşınların alqı-satqısı ilə bağlı Seyfəddin ona hər hansısa problemin olması barədə heç bir söz deməmişdir. O, avtobusları aldıqdan sonra müəyyən təmir işləri görmüş və təxminən 7000 manat pul xərcləmişdir. Təxminən 2023-cü ilin aprel-may aylarında həmin avtobusları Mərkəz adlı şəxsə hər biri 63.050 manat olmaqla, 126.100 manata satmışdır. Təxminən 1 ay sonra təsadüfən Mərkəz adlı şəxsə satdığı sərnişin avtobuslarının cəriməsinin olub-olmadığını yoxlatdırarkən maşınların üzərinə həbs qoyulduğunu görmüşdür. O, bununla bağlı Seyfəddinə zəng edib maşınların üzərinə həbs qoyulduğunu demiş və maşınların üzərindən həbslərin götürülməsini təmin etməsini tələb etmişdir. O, bundan sonra Mərkəz adlı şəxsə zəng edib satdığı maşınların üzərinə həbs qoyulduğunu bildirmişdir. Sonradan məhkəmə proseslərinin getdiyini, nəqliyyat vasitələrinin üzərindən həbslərin götürüldüyünü öyrənmişdir. Eyni zamanda bacanağı Təqsirləndirilən şəxs1 maşınların alqısatqısından əldə olunan pul vəsaitinin bir hissəsini, dəqiq olaraq bilmədiyi məbləğini “1XBET” mərc oyunlarına yatırdığını, həmin məbləği mərc oyunlarında uduzduğunu baldızı Ruhanədən öyrənmişdir. 121.400 manat pulun bir hissəsi manatla, qalan hissəsi isə ABŞ dolları ilə olmuş, lakin pulun nə qədər hissəsinin Azərbaycan manatı və ya ABŞ dolları olmasını xatırlamamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 19 sentyabr 2019-cu il tarixdən 30 sentyabr 2021-ci il tarixədək "xxxx" MMC-nin nəzdində olan Şabran rayon ərazisində yerləşən “X10 Company” MMC-də menecer vəzifəsində, 30 sentyabr 2021-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək "xxxx" MMC-nin nəzdində olan Şabran rayon ərazisində yerləşən “X10 Company" MMC-nin direktoru vəzifəsində işləmişdir. Hazırda "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyir. Hotelə məxsus avtobuslar köhnəldiyi üçün hotel tərəfindən baş ofisə avtobusların satılması da daxil olmaqla onlayn mail üzərindən bir neçə təklif ünvanlanmışdır. Baş ofis tərəfindən avtobusların satılması barədə qərar qəbul edilmişdir. Avtobusların satılması barədə qərar vermək səlahiyyəti, həmçinin satılma işinin təşkil edilməsi və ona nəzarət hotelin direktoru kimi onun səlahiyyətində olmamış, həmin səlahiyyət baş ofisdə olmuşdur. Bununla bağlı hotelin maliyyə şöbəsi, həmçinin Seyfəddin baş ofisin əməkdaşları ilə birbaşa əlaqə saxlamışdır. Avtobusların satılması işinin təşkili və həyata keçirilməsi proseduru ilə bağlı daxili mail yaradılmış, nəzarət isə baş ofisin əməkdaşı Kəmalə Əzizovamn göstərişi üzrə Şahid4 tərəfindən həyata keçirilmişdir. 14 dekabr 2022-ci il tarixdə Seyfəddin mobil telefon ilə ona zəng edərək hazırda Bakı şəhərində olduğunu, şirkətə məxsus iki avtobusu ümumilikdə təxminən 121.000 manat məbləğində pula nağd şəkildə satdığını demişdir. Telefon danışığı zamanı o, Seyfəddinə üstündə o qədər pulla yol maşını ilə gəlməməsini, onun arxasınca şirkətin sürücüsünün gələcəyini və sürücü ilə bir yerdə pulu təhlükəsiz şəkildə çatdırmasını və kassaya təhvil verməsini bildirmişdir. Seyfəddinin arxasınca sürücü göndərilməsi ilə bağlı aidiyyəti əməkdaşlara göstəriş vermişdir. Bundan sonrası isə yadında qalmamışdır. Daha sonra o, Seyfəddindən və ya hər hansı bir şəxsdən bu barədə hər hansı bir söz soruşmamış və ya hər hansı bir şəxs ona bu barədə bir söz deməmişdir. Çünki, avtovbusların satılması işi ilə bağlı onun məlumatı çox olmamış, avtobusların satılması işini Seyfəddin və baş ofisin əməkdaşı Kəmalə Əzizovamn nəzarəti altında Şahid4 həyata keçirmiş, həmin şəxslər öz aralarında bu barədə mütəmadi danışmışlar. "xxxx" MMC-nin avtomobil satılması ilə bağlı daxili qaydaları olmuş, avtomobillərin satılması işini təchizat şöbəsi həyata keçirmişdir. Hoteldə isə həmin vaxt həmin şöbənin səlahiyyətli şəxsi satınalma üzrə baş mütəxəssis Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 MMC-yə məxsus 02 ədəd avtobusun satılması ilə bağlı etibarnaməni o vermiş, çünki həmin vaxt hotelin direktoru o, olmuşdur. MMC-də gedən bütün satışla bağlı məsələlər əsasən təchizat üzrə mütəxəssisə və ya baş mütəxəssisə həvalə olunmuşdur. MMC-yə məxsus 02 ədəd avtobusun alqı-satqı prosesini başa çatdırdıqdan sonra satışdan əldə olunan pul vəsaitinin qəbul edilməsi ilə əlaqədar ona maliyyə meneceri və ya hər hansısa şəxs tərəfindən məlumat verilməmişdir. O, Təqsirləndirilən şəxs1 pulu MMC-nin kassasına təhvil verdiyini düşünmüşdür. Həmçinin maliyyə meneceri pulun kassaya daxil edilməməsi ilə bağlı ona bir məlumat vermədiyinə görə Təqsirləndirilən şəxs1 bu barədə heç bir söz soruşmamışdır. O, rəsmi olaraq xx.xx.2023-cü il tarixə qədər “X10 Company” MMC-nin direktoru olsa da, xx.xx.2022-ci il tarixdən “X12 Company” MMC-də də direktor vəzifəsini icra etmişdir. Həmin hoteldə müavin vəzifəsi olmadığına görə əsasən Şamaxı rayonunda olmuşdur. “X10 Company” MMC-də də o, olmadığı müddətdə müavini Samir Əliyev hotel əməliyyatlarını idarə etmişdir. Maliyyə işlərinə nəzarətlə bağlı Samir Əliyevin heç bir səlahiyyəti olmamışdır. O, hoteldə baş verən həmin proseslə bağlı çox təəssüflənmişdir. O, “X10 Company” MMC-nin direktoru vəzifəsində işlədiyi müddətdə vəzifə səlahiyyətləri hotel əməliyyatları üzrə ümumi nəzarətin həyata keçirilməsindən, hotelin fəaliyyətinə rəhbərlik edilməsindən və digər vəzifə və səlahiyyətlərdən ibarət olmuşdur. Xatırladığı qədər o, xidməti iş otağındakı əmlakları (əsas vəsaitləri) yeni təyin edilən direktor Rəşad Kərİmzadəyə təhvil vermiş, amma ümumilikdə müəssisənin balansında olan inventarları və ya əmlakları (əsas vəsaitləri) təhvil-təslim etməmişdir. Hoteldə istifadə edilən əmlaklar (inventarlar) “X10 Company Əmlak” MMC-nin mülkiyyətində olduğuna görə Rəşad Kərimzadə ilə təhvil-təslim etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “X11 Company” MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü üzrə aparılmış yoxlamanın nəticəsinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş audit rəyindən görünür ki, təqdim olunan sənədlərə əsasən 01 dekabr 2022-ci il tarixinə “X10 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassa qalığı 15414.07 (on beş min dörd yüz on dörd manat, 07 qəpik) olmuşdur. 01 dekabr 2022-ci il - 31 may 2023 tarixləri arasında 586193,60 (beş yüz səksən altı min bir yüz doxsan üç manat, 60 qəpik) mədaxil olunmuşdur. Dəqiqləşmələr nəticəsində bu məbləğ 28750,40 (iyirmi səkkiz min yeddi yüz əlli manat, 40 qəpik) dəyərində azaldılmışdır. Ümumilikdə bu dövr ərzində kassaya 557443,20 (beş yüz əlli yeddi min dörd yüz qırx üç manat, 20 qəpik) mədaxil olunmuşdur. Müvafiq dövr ərzində 545301,89 (beş yüz qırx beş min üç yüz bir manat, 89 qəpik) məxaric olunmuşdur. 31 may 2023-cü ilə kassa qalığı 27555,38 (iyirmi yeddi min beş yüz əlli beş manat, 38 qəpik) olmuşdur. Cəmiyyət tərəfindən Şahid1 ilə 14 dekabr 2022-ci il tarixində bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinə əsasən satılmış 02 ədəd "xxxx" Avtobus (dövlət qeydiyyat nişanı 99JT217 və 99JT218) üçün ödənilən 121.400,00 (bir yüz iyirmi bir min dörd yüz manat, 00 qəpik) məbləğində vəsaitin kassaya mədaxil olması barədə hər hansı bir sənəd aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6136 saylı rəylərindən görünür ki, “X11 Company” MMC-yə məxsus dövlət qeydiyyat nişanı 99JT217 və 99JT218 olan 02 ədəd "xxxx" markalı avtobuslar MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında 14 dekabr 2022-ci il tarixində bağlanmış nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə əsasən ümumilikdə 121.400 manata nağd şəkildə satılmış, satışdan əldə olunan həmin pul vəsaiti "X10 Company” MMC-nin kassasına mədaxil edilməyərək nəticədə “X10 Company” MMCyə dəymiş ziyanın məbləği 121.400,00 manat məbləğində müəyyən edilir. Həmçinin qeyd edilir ki, dəymiş ziyana görə məsul şəxslərin dairəsinin müəyyən edilməsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll olunmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şabran rayonu ərazisində yerləşən “X10 Company” Məhdud Məsuliyyəti Cəmiyyətinin hotel kimi fəaliyyət göstərdiyi inzibati binasıdır. Həmin yerə asfalt yolla getmək mümkündür. Binanın içərisinə daxil olduqdan sonra ikinci mərtəbəyə qalxdıqda orada dəhlizin sağ tərəfində “gəlirlər üzrə nəzarətçi” vəzifəsində işləyən şəxsin xidməti iş otağının, dəhlizin sol tərəfində "maliyyə meneceri” vəzifəsində işləyən şəxsin xidməti iş otağının, habelə dəhlizin sonunda sol tərəfdə isə "təchizat üzrə baş mütəxəssis" vəzifəsində işləyən şəxsin xidməti iş otağının olduğu müəyyən edilir. “Gəlirlər üzrə nəzarətçi" vəzifəsində işləyən şəxsin xidməti iş otağına daxil olduqda dəmir məhəccər və qapı vardır, oradan da daxil olduqda otağın sağ tərəfiində taxta materialdan olan mebel şkafı, habelə otağın girişi ilə üzbəüz stol və stul, kompyuter, stolunun sağ tərəfində pul vəsaitlərini hesablayan maşın, ksereks aparatı və 01 ədəd ağ rəngli şifrə və açarla açılıb-bağlanan seyf vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxs “X10 Company” MMC-nin nümayəndəsi Nümayəndə təqdim etdiyi "HARD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “SEAGATE” markalı hard diskə daxil olduqda “Start_Here_Mac.app”, “Video görüntülər”, “Start_Here_Chromebook", “Start_Here_Win” və “Warranty” adlı fayl qovluqları vardır. “Video görüntülər” fayl qovluğuna daxil olduqda “121400 manat pulun verilməsi və çıxarılmasına dair görüntülər” və “Ümumi videogörüntülər” adlı fayl qovluqları vardır. “Ümumi videogörüntülər” adlı fayl qovluğuna daxil olduqda “iVMS-4200alarmPicture” adlı fayl qovluğunun olduğu, həmin qovluğa daxil olduqda “Kassa xx.xx.2022 -ci il tarixdən xx.xx.2023-cü il tarixədək”, "Kassa Kolidor”, “Player” və “Reception” adlı fayl qovluqları vardır. Həmin fayl qovluqlarına daxil olduqda “X10 Company” MMC-nin binasında olan müşahidə kameralarında qeydə alınmış videogörüntülərin olduğu müəyyən edilir. “121400 manat pulun verilməsi və çıxarılmasına dair görüntülər” adlı fayl qovluğuna daxil olduqda “15 dekabr 2022”, “26 dekabr 2022”, “27 dekabr 2022”, “28 dekabr 2022”, “29 dekabr 2022”, “30 dekabr 2022”, "05 yanvar 2023”, “10 yanvar 2023”, “23 yanvar 2023”, 25 yanvar 2023”, “02 fevral 2023” və “06 fevral 2023" adlı fayl qovluqları vardır. Hard diskə baxış zamanı müəyyən edilmişdir ki: xx.xx.2022-ci il tarixdə saat 12:38 dəqiqədən saat 13:18 dəqiqəyə qədər olan vaxt ərzində Cəfərli X1 Ehtiram İlqar oğlunun iş otağına gələrək əvvəlcə əlində olan nəqliyyat vasitələrinin alqı-satqısına dair müqavilələri sonuncuya təqdim etdikdən sonra bağlamalar şəklində əlində olan Azərbaycan Manatı şəklində pul vəsaitlərini və göy rəngli salafanda bağlamalar şəklində olan ABŞ dolları şəklində pul vəsaitlərini Ehtiram İbrahimova təqdim edir. Pul vəsaitlərinin sayılması zamanı Təqsirləndirilən şəxs1 Ehtiram İbrahimova təqdim etdiyi ümumilikdə 121.400 manat pulun bir hissəsi ABŞ dolları ilə, yəni 14300 ABŞ dolları, qalan hissəsi isə Azərbaycan Manatı ilə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 16:18 dəqiqədən saat 16:29 dəqiqəyə qədər olan vaxt ərzində Təqsirləndirilən şəxs2 qara rəngli seyfi açaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim edilmiş və qara rəngli seyfə qoyulmuş pul vəsaitlərindən 42 ədəd 100 manatlıq, 8 ədəd 500 manatlıq, 2 ədəd 100 ABŞ dolları məbləğində pulu, həmçinin 3 ədəd 5 manatlıq, 8 ədəd 1 manatlıq pul vəsaiti olmaqla, ümumilikdə 8562 manat pulu ayıraraq yenidən seyfə qoyur, həmin vaxt telefonla əlaqə saxladıqdan sonra seyfdə olan kağızı götürüb ona baxdıqdan sonra onu tullayıb yeni qeyd yazaraq şkafa qoyur. xx.xx.2022-ci il tarixdə saat 10:00 dəqiqədən 10:28 dəqiqəyə qədər olan vaxt ərzində Təqsirləndirilən şəxs2 elektron hesablayıcıda hesablamalar aparan vaxt 121700-dən 18823 çıxaraq 102877 rəqəmi göründükdən sonra qara rəngli seyfi açaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim edilmiş və qara rəngli seyfə qoyulmuş pul vəsaitlərindən əvvəlcə 4100 manat və 4000 manat olmaqla ümumilikdə 8100 manat pul götürür, daha sonra 1200 manat pulu seyfə geri qoyur, 6900 manat vəsaiti pul sayan maşında saydıqdan sonra həmin pulun 1300 manatını götürüb boz rəngli seyfə qoyaraq oradan 6 ədəd 100 manatlıq, 14 ədəd 50 manatlıq pul əskinasları ilə əlavə edərək 5600 manatın üzərinə qoyur. Daha sonra yenidən 2 ədəd 100 manatlıq pulu götürüb boz rəngli seyfə qoyaraq oradan 14 ədəd 10 manatlıq, 10 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq pulu götürüb məbləğin üzərinə əlavə edir, daha sonra 6900 manat puldan 10 manat götürərək qara rəngli seyfə qoyur. xx.xx.2022-ci il tarixdə saat 10:28:20 dəqiqədə Təqsirləndirilən şəxs2 ümumilikdə 6890 manat pulu ağ rəngi zərfə qoyaraq özü ilə götürüb xəzinə otağından çıxır. xx.xx.2022-ci il tarixdə saat 10:29:20 dəqiqədə Təqsirləndirilən şəxs2 əlində ağ rəngli zərflə birlikdə yenidən xəzinə otağına qayıdır, 10:41 dəqiqədə qara rəngli seyfdən 2 ədəd 100 manatlıq götürür, daha sonra ağ rəngli zərfi açaraq oradan pulları çıxarıb 200 manat pulu da həmin pulların üzərinə qoyur, bundan sonra həmin pulların üzərindən 2 ədəd 10 manatlıq, 3 ədəd 1 manatlıq götürüb qara seyfə qoyur, ümumilikdə 7067 manat pulu ağ rəngli zərfə qoyur. xx.xx.2022-ci il tarixdə saat 13:12 dəqiqədə Təqsirləndirilən şəxs2 ağ rəngi zərfi özü ilə götürüb xəzinə otağından çıxır. xx.xx.2022-ci il tarixdə saat 14:03 dəqiqədə Təqsirləndirilən şəxs2 qara rəngli seyfi açaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim edilmiş və qara rəngli seyfə qoyulmuş pul vəsaitlərindən 2 ədəd 100 ABŞ dolları pulu götürərək onu bir nəfər şəxsə verməklə Azərbaycan manatına mübadilə edib daha sonra həmin pulu qara seyfə qoyur, ardınca qara rəngli seyfdən 1 ədəd manatlıq əskinası götürüb xəzinə otağında olan şkafın arxasına keçib, daha sonra geri qayıdır. xx.xx.2022-ci il tarixdə saay 07:53 dəqiqədən 08:03 dəqiqəyə qədər olan vaxt ərzində Təqsirləndirilən şəxs2 qara rəngli seyfi açaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim edilmiş və qara rəngli seyfə qoyulmuş pul vəsaitlərindən 16 ədəd 500 manatlıq, 20 ədəd 200 manatlıq pul vəsaiti olmaqla, ümumilikdə 20000 manat pulu rezinlə bağlayaraq yenidən həmin seyfə qoyur. Daha sonra 29 ədəd 200 manatlıq və 42 ədəd 100 manatlıq pul vəsaiti olmaqla, ümumilikdə 10000 manat pulu rezinlə bağlayaraq yenidən həmin seyfə qoyur. Həmin vaxt xəzinə otağında stolun üzərində olan “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə baxaraq müəyyən hesablamalar aparır, daha sonra qara rəngli seyfin qapısını açarla bağlayır. xx.xx.2022-ci il tarixdə saat 14:54 dəqiqədən saat 14:58 dəqiqəyə qədər olan vaxt ərzində Təqsirləndirilən şəxs2 qara rəngli seyfi açaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim edilmiş və qara rəngli seyfə qoyulmuş pul vəsaitlərindən və şkafda olan telefon qutusundakı pul vəsaitlərindən götürərək 20 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 9 ədəd 1 manatlıq pul vəsaiti olmaqla, cəmi 2139 manat pulu qara rəngli seyfə qoyur, stolun üzərində olan digər pul vəsaitlərini telefon qutusuna qoyub seyfin altındakı şkafa qoyur. Həmin vaxt Təqsirləndirilən şəxs2 3 ədəd 200 manatlıq pul dəstini və 4 ədəd 100 manatlıq pul dəstini qara rəngli seyfdən götürüb baxıb dəstələri saydıqdan sonra həmin seyfə geri qoyur. xx.xx.2022-ci il tarixdə saat 18:23 dəqiqədən saat 18:24 dəqiqəyə qədər olan vaxt ərzində Təqsirləndirilən şəxs2 qara rəngli seyfi açaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim edilmiş və qara rəngli seyfə qoyulmuş pul vəsaitlərindən 2 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul vəsaiti olmaqla, cəmi 225 manat pulu götürərək qəhvəyi rəngli pul kisəsinin iç cibinə qoyaraq xəzinə otağından çıxır. - xx.xx.2023-cü it tarixdə saat 17:49 dəqiqədə Təqsirləndirilən şəxs1 xəzinə otağına gələrək Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət etdikdən sonra həmin gün saat 18:04 dəqiqədə Təqsirləndirilən şəxs1 xəzinə otağında olarkən Təqsirləndirilən şəxs2 qara rəngli seyfi açaraq Təqsirləndirilən şəxs1 göstərir, daha sonra Təqsirləndirilən şəxs2 elekteron hesablayıcıda müəyyən hesablamalar apararaq sonuncuya göstərir, daha sonra saat 18:06 dəqiqədə Təqsirləndirilən şəxs1 xəzinə otağından çıxır. xx.xx.2023-cü il tarixdə saat 18:07 dəqiqədə Təqsirləndirilən şəxs2 qara rəngli seyfi açaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim edilmiş və qara rəngli seyfə qoyulmuş pul vəsaitlərindən istintaqla dəqiq sayı müəyyən edilməyən 1 manat, 5 manat, 100 manat və 200 manatlıq əskinasları götürüb xəzinə otağından çıxır, saat 18:13 dəqiqədə xəzinə otağına geri qayıdır, daha sonra arxa cibindən pul vəsaitləri çıxararaq qara rəngli seyfə qoyur, saat 18:17 dəqiqədə xəzinə otağının işığını söndürüb otaqdan çıxır, 18:18 dəqiqədə “Reseption”a gələrək oradan ağ rəngli zərf götürüb müşahidə kamerasının görüntüsündən çıxır. xx.xx.2023-cü il tarixdə saat 18:33 dəqiqədə Təqsirləndirilən şəxs2 qara rəngli seyfi açaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim edilmiş və qara rəngli seyfə qoyulmuş pul vəsaitlərindən 200 manatlıq pul əskinaslarının olduğu dəstləri götürüb həmin seyfdə saxladığı sarı rəngli qutuya qoyaraq yenidən seyfə qoyur. xx.xx.2023-cü il tarixdə saat 17:33 dəqiqədə Təqsirləndirilən şəxs1 xəzinə otağına gələrək Təqsirləndirilən şəxs2 ilə görüşüb saat 17:37 dəqiqədə xəzinə otağından çıxır. xx.xx.2023-cü il tarixdə saat 18:07 dəqiqədə Təqsirləndirilən şəxs2 qara rəngli seyfi açaraq seyfdə olan sarı rəngli qutudan və qara rəngli seyfə qoyulmuş pul vəsaitlərindən 50 ədəd 200 manat olmaqla 10000 manat və 1 dəst 200 manatlıq olmaqla, 20000 manat, cəmi 30000 manat pulu götürüb qara rəngli çantaya qoyaraq xəzinə otağından çıxıb saat 18:46 dəqiqədə Təqsirləndirilən şəxs1 iş otağına tərəf gedir, daha sonra saat 18:47 dəqiqədə xəzinə otağına qayıdır. Həmin gün saat 18:49 dəqiqədə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 xəzinə otağının yerləşdiyi otağın dəhlizində görüşüb söhbətləşdikdən sonra Təqsirləndirilən şəxs1 liftlə çıxışa doğru gedir. xx.xx.2023-cü il tarixdə saat 09:54 dəqiqədə Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilməyən sayda 20 manatlıq pul əskinaslarını stolun üzərindən götürüb qara rəngli seyfi açaraq orada olan sarı rəngli qutuya qoyub, həmin qutudan 1 ədəd bağlamada olan 20 manatlıq əskinasları götürüb ağ rəngli seyfə qoyur, həmin ağ rəngli seyfdən isə 20 ədəd 100 manatlıq pul əskinaslarını sayıb götürdükdən sonra qara rəngli seyfdə olan sarı qutunu götürüb onun içərisinə həmin pulları qoyur və qutunu seyfə qoyduqdan sonra seyfi bağlayır. xx.xx.2023-cü il tarixdə saat 18:12 dəqiqədən saat 18:18 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 xidməti iş otağındakı qara rəngli seyfi açaraq oradan sarı rəngli qutunu götürüb otaqdakı sarı rəngli şkafın arxasına keçir, daha sonra paltarlarını da dəyişib oradan çıxır və əlindəki san rəngli qutunu qara rəngli seyfin altında olan şkafı açaraq oraya qoyub otaqdan dəhlizə çıxır. xx.xx.2023-cü il tarixdə saat 11:13 dəqiqədən saat 11:21 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 xidməti iş otağındakı qara rəngli seyfi açaraq oradan sarı rəngli qutunu götürüb açdıqdan sonra qutuda olan pul vəsaitlərini çıxarıb pul sayan maşında saydıqdan sonra yenidən həmin pulları (təqribən 26000 manat pulu) qutuya qoyub qara rəngli seyfin içərisinə qoyub seyfi bağlayır. xx.xx.2023-cü il tarixdə saat 18:11 dəqiqədən saat 18:24 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 otaqda olan ağ rəngli telefon qutusunu götürüb xidməti iş otağındakı qara rəngli seyfi açaraq oraya qoyur, daha sonra həmin seyfdən sarı rəngli qutunu götürüb otaqdakı sarı rəngli şkafın arxa tərəfinə keçir, daha sonra şkafın arxa tərəfindən çıxıb əlindəki sarı rəngli qutunu qara rəngli seyfin altında olan şkafı açaraq oraya qoyub otaqdan dəhlizə çıxır. “Hard” diskə baxış keçirilən zaman iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi hallar, yəni sonuncunun nəqliyyat vasitələrinin satışından əldə olunmuş 121.400 manat pulu alqı-satqıya dair sənədlərlə birlikdə “X10 Company” MMC-də gəlirlər üzrə nəzarətçi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 təqdim etmiş, daha sonra Ehtiram İbrahimovun həmin pulları xidməti iş otağında olan qara rəngli seyfə qoyması və daha sonra qeyd edilən tarixlərdə həmin pul vəsaitini hissəhissə olmaqla həmin seyfdən götürüb xidməti iş otağından çıxması öz təsdiqini təpmişdir. Həmçinin “Hard” diskə baxış keçirilən zaman iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi hallar, yəni Təqsirləndirilən şəxs1 qəbul etdiyi 121.400 manat pul vəsaitini saxlanc üçün qəbul etməsi, həmin pul vəsaitlərini hər dəfəsində 60.700 manat olmaqla 2 dəfəyə (ümumilikdə 121.400 manat pulu) Təqsirləndirilən şəxs1 geri qaytarması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı 12 iyul 2021-ci il tarixli əmək müqaviləsi bildirişindən və 047 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə “X10 Company” MMC-də işə götürülmüş və təchizat üzrə mütəxəssis vəzifəsində işləmiş, 12 iyul 2021-ci il tarixli, 047 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 01 noyabr 2022-ci il tarixli əmək müqaviləsindən və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 01 noyabr 2022-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən Təqsirləndirilən şəxs1 “X10 Company” MMC-də təchizat üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmiş, “X11 Company” MMC ilə Təqsirləndirilən şəxs1 arasında bağlanılmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Təqsirləndirilən şəxs1 ona həvalə olunmuş işlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq İşəgötürən tərəfindən etibar edilərək ona verilmiş əmlakları saxlamağı və təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüş, 07 iyun 2023-cü il tarixli, 065/23K nömrəli əmrə əsasən isə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “X11 Company” MMC tərəfindən təsdiq edilmiş “təchizat üzrə baş mütəxəssisin vəzifə təlimatı”ndan görünür ki, təchizat üzrə baş mütəxəssis otelin tətbiq etdiyi alış siyasəti, prosedurları, standartları əsasında otelin daxili və xarici müştərilərin tələblərinin təmin olunması məqsədi ilə alınması üçün sifariş verilmiş məhsulları almalı, sifariş olunmuş malları və xidmətləri təhvil verməli, sifarişləri təmin etmək üçün sistemə nəzarət etməli, itkilər və dəyən ziyanlar üzrə iddialar haqqında hesabat vermək kimi iş fəaliyyətinə nəzarət olunmasını və yoxlanışını həyata keçirməli, alınmış sifarişlər üzrə tədarükçülərlə hesablaşmaların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək üçün bütün ödəniş qəbzlərini yoxlamalı, müəyyən olunmuş standartlara müvafiq olaraq təyin olunmuş iş yerlərində bütün vəzifələrə və tapşırıqlara nəzarət etməli, bütün potensialı və real ziyanı müəyyən etməli, onlar haqqında hesabat verməli və rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı 11 may 2018-ci il tarixli əmək müqaviləsi bildirişindən və 164 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdə “X10 Company” MMC-də (əvvəlki adı Dekot Property MMC) işə götürülmüş və baş xəzinədar vəzifəsində işləmiş, “X11 Company” MMC (əvvəlki adı Dekot Property MMC) ilə Təqsirləndirilən şəxs2 arasında bağlanılmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Təqsirləndirilən şəxs2 ona həvalə olunmuş işlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq İşəgötürən tərəfindən etibar edilərək ona verilmiş əmlakları saxlamağı və təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüş, 11 may 2018-ci tarixli, 164 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 01 aprel 2023-cü il tarixli əmək müqaviləsinə və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 01 aprel 2023-cü il tarixli əmək müqaviləsi bildirişinə əsasən Təqsirləndirilən şəxs2 "X10 Company" MMC-də gəlirlər üzrə nəzarətçi vəzifəsinə təyin edilmiş, 06 iyun 2023-cü il tarixli, 064/23K nömrəli əmrə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “X11 Company” MMC tərəfindən təsdiq edilmiş gəlirlər üzrə nəzarətçinin vəzifə təlimatından görünür ki, gəlirlər üzrə nəzarətçi maliyyə nəzarətçisi tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri baş mühasib və ya böyük mühasibin nəzarəti altında həyata keçirməli, bütün şöbələr üçün gündəlik gəliri və statistik məlumatı yoxlamalı, təsdiq etməli, yeniləməli və gündəlik gəlirlər üzrə hesabatı paylamalı, təqdim olunan bütün güzəştləri və hesabatı yoxlamalı, bütün kassirlər üçün müntəzəm şəkildə bank auditi həyata keçirməli, otaq qiymətlərində olan bütün dəyişiklikləri yoxlamalı və bu barədə hesabat hazırlayıb maliyyə nəzarətçisinə təqdim etməli, gündəlik olaraq bütün işçi-əyləncə çeklərini yoxlamalı, öz fəaliyyət sahəsində arxivi bütün müvafiq sənədlərlə birlikdə düzgün şəkildə qoruyub saxlamalı, yeniləməli və rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin 25 oktyabr 2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 “X11 Company” MMC-yə məxsus BAN nömrəsi KMJHG17HPKC077834, mühərrik nömrəsi D4GAJJ256447 olan 99- JT-217 və BAN nömrəsi KMJHG17HPKC077565, mühərrik nömrəsi D4GAJJ256884 olan **-JT-*** dövlət qeydiyyat nişanlı 2 ədəd "xxxx" markalı avtobusları MMC tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə əsasında 14 dekabr 2022-ci il tarixdə bağladığı nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə əsasən hər birini 60.700 manata olmaqla, ümumilikdə 121.400 manata Şahid1 satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, BPM**********16 nömrəli, xx.xx.2023-cü il tarixli, BPM**********82 nömrəli və xx.xx.2023-cü il tarixli, BPM**********78 nömrəli ödəniş tapşırığı və mədaxil qəbzlərindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 “X11 Company” MMC-yə vurmuş olduğu ziyanın bir hissəsini, yəni 30000 (otuz min) manat pulu Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, BPM**********39 nömrəli, xx.xx.2023-cü il tarixli, BPM**********39 nömrəli və xx.xx.2023-cü il tarixli, BPM**********56 nömrəli ödəniş tapşırığı və mədaxil qəbzlərindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 “X11 Company” MMC-yə vurmuş olduğu ziyanın bir hissəsini, yəni 45000 (qırx beş min) manat pulu Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Cəlilabad rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 18-1-32/2- 1548/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 hər hansısa xəstəliklə əlaqədar Cəlilabad RMX PHŞ-yə müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Cəlilabad rayon İHB-nın Şiləvəngə kənd İƏD üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində tərtib olunmuş 24.10..2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı kənddə hörmət qazanmış, kənd ictimaiyyəti arasında həmişə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli, 18-1-32/2-1556/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şabran rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 18-1-34/2- 814/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Şabran RMX PHŞ-nin Cərrahiyyə şöbəsinə birbaşa müraciət etmişdir. Təqsirləndirilən şəxs2 psixo-nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində tərtib olunmuş 26.10..2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı kənddə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmiş, ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır, onun barəsində məhəllə komitəsinə şifahi və ya yazılı formada şikayətlər daxil olmamışdır, kənd ictimaiyyəti arasında həmişə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2014-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2023-cü il təvəllüdlü əkiz uşaqları vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə kollegiyası, cinayət işinin materiallarını və mövcud sübutları hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər kateqoriyasına aid edilir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz qulluq mövqelərindən istifadə etməklə onlara etibar edilmiş külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəmə yolu ilə talamışdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, yəni Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsi və Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin ifadələr onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilir. Belə ki, təqsirləndirilən şəxslərin qeyd etdikləri iş materialları ilə tam təkzib olunur. Əksinə onların qeyd edilən cinayət əməlini törətmələri yuxarıda da göstərildiyi kimi biri digərini tamamlayan və üst-üstə düşən sübutlar (zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin verdikləri ifadələrlə, kamera görüntüləri, ekspertiza rəyləri, üzləşdirmə istintaq hərəkətinin protokolu və s.) vasitəsi ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Bundan əlavə bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsin bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Qeyd edilən halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin onlara təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə törətdikləri əməldən səmimi peşman olmalarını, zərərçəkmiş hüquqi şəxsə dəyən maddi ziyanı tamamilə ödəmələrini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmələrini, zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmamasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini əsas götürərək, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmalarını mümkün sayaraq barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2 maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərini öz qulluq mövqelərindən istifadə etməklə törətdiklərindən, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-in 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Şabran Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərarı ilə barəslərndə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onların üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onların üzərinə davranışlarına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək, habelə həmin orqanları iş yerlərinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və onlar dərhal saxlanıldıqları 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilməlidirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, 01 ədəd hard disk və 01 ədəd “CD” formatlı diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 75 (yetmiş beş) manat və Təqsirləndirilən şəxs2 75 (yetmiş beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına ödənilmiş, ümumilikdə 75000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti zərərçəkmiş hüquqi şəxs “X10 Company” MMC-nin AZ53PAHA40060AZNHC********** nömrəli bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışına nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışına nəzarət Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilsin. İş üzrə maddi sübut olan 01 ədəd hard disk və 01 ədəd “CD” formatlı diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına ödənilmiş, ümumilikdə 75000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti zərərçəkmiş hüquqi şəxs “X10 Company” MMC-nin AZ53PAHA40060AZNHC********** nömrəli bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 75 (yetmiş beş) manat və Təqsirləndirilən şəxs2 75 (yetmiş beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-464/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-464/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver