Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-466/2024 21.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X17 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixə keçən gecə ünvan 3 ünvanında qohumu Zərərçəkmiş şəxs uşağının ad günü mərasimində olarkən sonuncunun onun ünvanına işlətdiyi ifadələr xoşuna gəlmədiyindən aralarında şəxsi münasibətlər zəmnində mübahisə yaranmış və Zərərçəkmiş şəxs ona iradını bildirdiyi üçün oradan çıxıb getmiş, bir müddət sonra Zərərçəkmiş şəxs məxsus mənzilin açarını sonuncuya qaytarmaq üçün 30 avqust 2023-cü il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə qayıdaraq sonuncu ilə yenidən mübahisə etmiş, daha sonra onu çölə çağırıb Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 7 saylı evin qarşısında söhbət edərkən yenidən mübahisə etməyə başlamış, mübahisə zamanı əvvəlcədən üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanmayan turist bıçağını çantasından çıxarıb qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə zərbə vurmaqla ona qarın divarının sol hissəsinin boşluğa keçən bir ədəd deşilmiş kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona CM-nin 126.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilərək ifadə verməkdən imtina etmiş, lakin ona ünvanlanan sualları cavablandırarkən göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs əmisi qızının yoldaşıdır. Onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. 2023-cü ilin avqust ayının 29-u gecəsi Zərərçəkmiş şəxs evində onun yeznə sözünün başqa mənaya gəldiyini deməsi və sonra Zərərçəkmiş şəxs söyüş söyməsi nəticəsində mübahisələri yaranmış və bu mübahisədən sonra o, Zərərçəkmiş şəxs evini tərk etmişdir. Lakin bir az sonra təxminən 30 avqust saat axşam 02 radələrində o, geri qayıdaraq Zərərçəkmiş şəxslə yenidən mübahisə etmiş və bu zaman çantasından çıxardığı bıçaqla Zərərçəkmiş şəxs evinin həyətində onun qarın nahiyəsinə bir dəfə bıçaq zərbəsi vurmuşdur. Hadisə baş verən zaman içkili olmuşdur. Hadisəni törədəndən sonra Quba rayonuna getmişdir. Avqustun 30-u səhər saat 10 radələrində qardaşı ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gedərək törətdiyi cinayəti etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, əməlindan peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, X5 əmisi qızı Fərqanənin əridir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs oğlu Hüseyn Əliyevin doğum günü ilə əlaqədar onların yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon ev 7 mənzil 2 A-ya qonaq getmişdir. X15 doğum gününü qeyd etmək üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə keçən gecə Elşənin yaşadığı evdə süfrə açılmışdır. Məclisdə süfrə arxasında o, Elşən, Fərqanə, oğlanları Hüseyn, Fərqanənin dayısı Mikayıl onun arvadı Nazilə, Mikayılın oğlu Elvin olmuşdurlar. Onlar süfrə arxasında yemək yeyərkən yeznə barədə söhbət düşmüşdür. O demişdir ki, «yeznə» sözü eşşəyə deyilir, onalrın zonasında, yəni Qubada kürəkən deyilir. Lakin Elşən ümumilikdə Quba üçün yeznəyə eşşək deyənləri söymüş və o, ümumi danışaraq söyüş söyməməsini Elşənə bildirmişdir. Elşənin bu sözü onun pisinə gəlmiş, o, heç nə deməyərək süfrədən qalxıb yataqxanada qaldığı otağa keçmişdir. Orada boynuna asmaq üçün sumkanı götürüb təxminən 5 dəqiqə sonra, yəni saat 02 radələri olardı onların yanına geri qayıdıb otağın açarını Elşənə vermək istəyərkən aralarında yenidən mübahisə başladı. Onlar evdən çölə çıxmışlar, həmin vaxt o, boynundan asdığı çantanı açıb, ev təmiri ustası işlədiyi iiçün içərisində ttirmədən ona hədiyyə olan bıçağı götürüb bıçaqla Elşənin sol qarın nahiyəsindən bir dəfə vurmuş, Elşən bıçağı tutub saxlamış və onu yerə yıxmış, əlini buraraq bıçağı əlindən almış, daha sonra ayağa qalxıb oradan qaçıb uzaqlaşmışdır. O, məclisdə 8-9 bakal pivə va təxminən 350 qram araq içmiş və içkili olduğundan, həmçinin Elşənin Quba camaatına qarşı ümumi söyüş söyməsi səbəbindən bıçaqla Elşəni vurmuşdur. Onun Elşəni öldürmək fikri va niyyəti olmamış, onu öldürmək istəyi olsaydı bıçaqla bir dəfə deyil, bir neçə dəfə vurarmış. Daha sonra özü Sumqayıt SPİ-nin 3-cü PB-yə gələrək, polisə təslim olmuşdur. O, süfrə arxasında jarqon sözlərdən işlətməmişdir. O, rusca danışdığı üçün Elşən elə başa düşmüşdür ki, o jarqon, türmə süzlərindən istifadə edir. O, süfrə arxasında söyüş söyməmiş, ifadəsində qeyd etdiyi kimi biz süfrə arxasında yemək yeyərkən yeznə barədə söhbət düşmüş, o da demişdir ki, «yeznə» sözü eşşəyə deyilir, onların zonasında, yəni Qubada yeznəyə kürəkən deyilir. Lakin Elşən ümumilikdə Quba üçün yeznayə eşşək deyənləri söymüş və o, da ümumi danışaraq Elşənə söyüş söyməməsini bildirmişdir. Elşənin bu sözü onun pisinə gəlmiş, ona görə də süfrədən qalxıb getmişdir. Sonrada məlum hadisə baş vermişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 02 radələrinə Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon 7 saylı binanın qarşısında baş vermiş, təxminən 2-4 dəqiqə davam etmişdir. Hadisə vaxtı yanlarında heç kim olmamış, hava qaranlıq olmuşdur. O, Elşəni bıçaqla vurub hadisə yerindən qaçıb getmişdir. Həmin vaxt oraya Elşənin yoldaşı Fərqanə də gəlmişdir. Hadisə zamanı onun Zərərçəkmiş şəxs öldürmək fikri olmamışdır. Belə ki, əgər o, Elşəni öldürmək istəsəydi həmin vaxt o bunu edərdi. Onun məqsədi Elşənin sağlamlığına xəsarət yetirmək olmuşdur. Belə ki, onun məqsədi Elşəni öldürmək olsaydı o, Elşənlə bayıra çıxan zaman arxasından bir neçə dəfə bıçaqla zərbə endirərdi. Sadəcə olaraq onun Elşənə xəsarət yetirməkdə səbəbi Elşənin Quba caamatına qarşı nalayiq ifadələr işlətməsi olmuşdur. Elşən onu vurmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, uşağının ad gününü qeyd etmək üçün 2023-cü ilin avqustun 29-u gecəsi, Təqsirləndirilən şəxs, həmçinin bəzi qohumları onun evinə gəlmişdirlər. Qonaqlardan Mikayıl onu tərifləyərək yaxşı yeznə olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs əslində yeznə sözünün kürəkən deyil, başqa mənada istifadə olunduğunu demişdir. Bundan sonra o, Vüqara istifadə etdiyi sözün yaxşı olmadığını deyib xəbərdarlıq etsə də, Vüqar həmin sözü təkrar işlətdiyi üçün onu evindən qovmuşdur. Bir az sonra Vüqar geri qayıdaraq ondan üzr istəmək üçün onu evin həyətinə çağırmış və orada onun qarnından bir bıçaq zərbəsi vuraraq onu yaralamış, bundan sonra o dərhal Vüqarı yıxaraq bıçağı öz əlinə almışdır. O, bıçaqlanandan sonra həyat yoldaşı və Mikayıl gəldiyindən Vüqarla ayrılmışdırlar. Zərərçəkmiş şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslə barışmamışdır, lakin ondan şikayəti yoxdur. O, xəstəxanaya getdikdən sonra baş verən hadisə barədə polisin məlumatı olmuşdur. Bir gün polis əməkdaşları Təqsirləndirilən şəxs axtarmışdırlar, həmin müddət ərzində o, özü polisə gedib təslim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, uşağının ad gününü qeyd etmək üçün 2023-cü ilin avqustun 29-u gecəsi, əmisi oğlu Təqsirləndirilən şəxs, həmçinin bəzi qohumları onların evinə qonaq gəlmişdirlər. Onlar söhbət edərkən Təqsirləndirilən şəxs yersiz sözdən istifadə etmiş və əri Zərərçəkmiş şəxslə mübahisələri yaranmış, sonra Təqsirləndirilən şəxs evdən çıxmışdır. Bir az sonra Təqsirləndirilən şəxs geri qayıdaraq ərini həyətə söhbət etmək üçün çağırmış, bu zaman o, onların getməsinə mane olmağa çalışsa da, Təqsirləndirilən şəxs onu ordan uzaqlaşdırmış, o çox da uzaqlaşmadan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4, həmçinin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilən Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Avqustun 30-u Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin rəisi ona zəng edərək qardaşının Zərərçəkmiş şəxs bıçaqladığını bildirərək ondan qardaşının yerinin soruşmuş, o da qardaşı ilə son zamanlar münasibətləri yaxşı olmadığına görə yerini bilmədiyini, lakin qısa müddət ərzində onu taparaq Polis Şöbəsinə gətirərək təslim edəcəyini demişdir. Daha sonra qohumu Abdullayevə Fərqanə ona zəng etmiş və Vüqarın Elşəni bıçaqladığını demişdir. Bundan sonra qardaşı Vüqar ona zəng edərək onu Qubaya çağırmış, orda valideynlərinin məzarını ziyarət etmiş, daha sonra ikisi bir yerdə Sumqayıt ŞPİ-nə gəlmişdirlər və Təqsirləndirilən şəxs təslim olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 03:50-də Sumqayıt şəhər TTYX-nin tibb bacısı Nağıyeva məlumat vermişdir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, otaq 2A ünvanında yaşayan xx.xx.1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında tanıdığı şəxs tərəfindən qarnın ön divar nahiyəsinin daxilə dəlib keçən bir bıçaq yarası xəsarəti aldığı üçün, Sumqayıt şəhər TTYX-nə müraciət etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2023-cü il tarixli 1468 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qarın divarının sol hissəsinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarət deşici-kəsıci alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istinsa edilir və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 23 sentyabr 2023-cü il tarixli 2700 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda "isterik tipli şəxsiyyət pozuntusu" (F60.4) qeyd olunur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, xarici qıcıqlara qarşı həssas olması, xəstəliyi ilə əlaqədar hərbi xidmətdə olmaması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X2 Mərkəzi" X13 müayinədə olması və onda "İsterik tipli şəxsiyyət pozuntusu" diaqnozunun təyin edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (davranışında nümayişkarlıq elementlərinin olması, əhvali ruhiyyə fonunun dəyişkən olması, emosional dayamqsızlığı ve sair) sübut edir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman və hadisədən əvvəl "isterik tipli şəxsiyyət pozuntusu" müəyyən edilir. V.V.Mammedovda hal-hazırda da isterik tip şəxsiyyət pozuntusu aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu uşaqlıq və ya yeniyetmə dövrlərdə meydana gəlir və bütün heyat boyu davam edir, hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, cinayət hadisəsi törədilən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. V.V. Məmmədov cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman baş vermiş hadisənin faktiki xarakterini tam dərk etmək və həmin hadisə zamanı öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi mümkündür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Nümayişkaranəlik, eqosentrizm, inadkarlıq, ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı psixiemosional sferasında hirslilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt alında olmamışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 23 dekabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, o, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 7 saylı yataqxananın qarşısında bıçaqla Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi yeri göstərmişdir. Cinayət işinin materiallarında olan tanınmaya təqdim etmə haqqında 24 dekabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 3 ədəd bıçağın arasından Zərərçəkmiş şəxs hadisə vaxtı xəsarət yetirdiyi bıçağı tanımışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X11 və X6 tərəfindən verilmiş maddi sübutların məhkəmə-kriminalistik tədqiqinə dair 15 dekabr 2023-cü il tarixli, 568-2023/MTKŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə ilə hazırlanmış ümumi təyinatlı qatlanmayan turist bıçağıdı və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin qərarı ilə 1 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, yəni o, məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə nəticəsində çantasında olan bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna bir bıçaq zərbəsi vuraraq onun sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədəki ifadələri, o cümlədən ekspertiza rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında bu halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsi mümkün hesab olunur: 1) cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; 2) cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; 3) hüquqmühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; 4) hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; 5) açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); 6) cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən dərhal sonra könüllü təslim olmamış, polisə cinayət hadisəsi barədə zərərçəkmiş şəxsin yerləşdirildiyi xəstəxanadan məlumat verilmiş, cinayəti törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğu polis orqanına məlum olmuş, onun tapılması üçün qardaşı ilə əlaqə saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs qardaşı ilə əlaqə saxlayaraq ifşa olunduğunu bilmiş və bundan sonra qardaşının da təsiri nəticəsində polis bölməsinə gəlmişdir. Bütün qeyd olunanlar o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs sonradan gəlib təqsirini boynuna alması onun könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməməlidir. Belə ki, onun dərhal polisə təslim olmamasını, artıq ifşa olunduğunu və çıxış yolunun olmadığını bildiyi üçün qardaşının da təsiri ilə polisə təslim olmaq qərarına gəldiyi açıq-aşkardır. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların, həmçinin CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli 30 avqust 2023-cü il tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış və məhkəmə icraatı dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi zərər, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak yoxdur, həmçinin mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-466/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-466/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver