Məhkəmə qərarları › İş №1(124)-468/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-468/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-468/2023 12.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə xx.xx.1978-ci il tarixdə Quba rayonu, Qəçrəş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan və Quba rayonu, Qəçrəş yolunda yeni yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyi qeyrisini vahid niyyətlə təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********380300 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinə təyin edilib xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləyərkən, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Quba rayon sakini Şahid4 adına “**********” VÖEN-lə Quba rayonu Nügədi kəndində yerləşən “Ucuz Market” adlı ticarət obyektinə xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində səyyar vergi yoxlamasının açılmaması, açılsa da sonuncunun xeyrinə qərar çıxarılmasında köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin may ayının axırlarında qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girdiyi tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid4 xeyrinə qərar çıxarılması imkanına malik olduqlarını yalandan bildirib, özləri barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edib, 2022-ci ilin may ayının 30-da istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “WhatsApp” mobil tətbiq etməsi vasitəsi ilə zəng edərək həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə, yəni operativ vergi nəzarəti tədbirləri nəticəsində səyyar vergi yoxlanılması təyin edilməli olduğu halda sonuncunun barəsində keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində müsbət qərarın qəbul edilməsi üçün zəruri olan tədbirlərin görülməsinə görə özləri vasitəsilə birbaşa yolla ilkin olaraq maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs bildirib, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə tanışı cinayətdən xəbərsiz X3 adına olmaqla özünün istifadəsində olan "xxxx" ASC-yə aid 4098********8742 nömrəli bank kartına xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən marketin yanında olan “eManat” terminalı vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş 2.000 (iki min) manat məbləğində pul vəsaitini xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında “AAAF park” yaşayış kompleksinin daxilində olan “Bazarstore” ticarət mərkəzində yerləşən bankomatdan çıxarıb Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayətkar niyyətini davam etdirib özlərinə olan inam və etibardan sui-istifadə edərək 2022-ci ilin iyun ayının ortalarında yenidən Zərərçəkmiş şəxs ilə qeyd olunan formada telefon danışıqları zamanı yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəkləri biləbilə qanunsuz hərəkətə görə əlavə olaraq özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 45.000 (qırx beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs yalandan bildirib, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 2022-ci ilin iyun ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi - Bakı-Sumqayıt şossesinin 16-cı kilomertliyində yerləşən “Şuşa qalası” restoranının qarşısında Zərərçəkmiş şəxs aldığı həmin dövrün rəsmi məzənnəsi ilə 45.050 (qırx beş min əlli) manat təşkil edən 26.500 (iyirmi altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini həmin tarixdə qeyd edilən ünvanda görüşləri zamanı Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 47.050 manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə Təqsirləndirilən şəxs2 və özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək vahid niyyətlə dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin rəisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, Quba rayon sakini Şahid4 adına “**********” VÖEN-lə Quba rayonu Nügədi kəndində yerləşən “Ucuz Market” adlı ticarət obyektinə xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində səyyar vergi yoxlamasının açılmaması, açılsa da sonuncunun xeyrinə qərar çıxarılmasında köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin may ayının axırlarında onun vasitəsilə özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid4 xeyrinə qərar çıxarılması imkanına malik olduqlarını yalandan bildirib, özləri barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edib, 2022-ci ilin may ayının 30-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “WhatsApp” mobil tətbiq etməsi vasitəsi ilə zəng edərək həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəkləri biləbilə qanunsuz hərəkətə, yəni operativ vergi nəzarəti tədbirləri nəticəsində səyyar vergi yoxlanılması təyin edilməli olduğu halda sonuncunun barəsində keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində müsbət qərarın qəbul edilməsi üçün zəruri olan tədbirlərin görülməsinə görə özləri vasitəsilə birbaşa yolla ilkin olaraq maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs bildirib, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə Təqsirləndirilən şəxs1 tanışı cinayətdən xəbərsiz X3 adına olmaqla Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" ASC-yə aid 4098********8742 nömrəli bank kartına xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən marketin yanında olan “eManat” terminalı vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş 2.000 (iki min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında “AAAF park” yaşayış kompleksinin daxilində olan “Bazarstore” ticarət mərkəzində yerləşən bankomatdan çıxarıb onunla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayətkar niyyətini davam etdirib özlərinə olan inam və etibardan sui-istifadə edərək 2022-ci ilin iyun ayının ortalarında yenidən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə qeyd olunan formada telefon danışıqları zamanı yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə əlavə olaraq özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 45.000 (qırx beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs yalandan bildirib, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2022ci ilin iyun ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi - Bakı- Sumqayıt şossesinin 16-cı kilomertliyində yerləşən “Şuşa qalası” restoranının qarşısında Zərərçəkmiş şəxs həmin dövrün rəsmi məzənnəsi ilə 45.050 (qırx beş min əlli) manat təşkil edən 26.500 (iyirmi altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini alıb, həmin tarixdə qeyd edilən ünvanda görüşləri zamanı Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 47.050 manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə Təqsirləndirilən şəxs1 və özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərdi ki, onun Azərlə uzun müddətdir ki, dostluq münasibəti olmuşdur. Bir gün Azər ona zəng etmiş, ona bir məsələ ilə bağlı danışmalı olduğunu söyləmişdir. Onlar görüşən zaman Azərin yanında başqa 2 nəfər olduğunu da görmüşdür. Azər Hüseyn adlı şəxsin mağazasında vergi yoxlaması zamanı saxta araq aşkar edildiyini, cərimə olunacağını bildirmişdir. Azər onun Vergi Xidmətində işlədiyini bildiyi üçün bu barədə köməklik istəmişdir. O Azərə bu məsələni maraqlanacağını demişdir. Bu söhbətin üstündən bir müddət keçdikdən sonra Azər ona ziyana düşdüyünü, Hüseyndən borc götürdüyünü demişdir. O, Hüseynlə bağlı Azərə demişdir ki, onun elə bir səlahiyyəti yoxdur ki, Hüseynə kömək etsin. Azər Hüseynə ondan aldığı pulu ona verdiyini, ona kömək edəcəyini söyləmişdir. Azər ona “Atam bu məsələni bilsə mənə ağır cəza verər, mən Hüseynin borcunu qaytaracam, söz verirəm” demişdir. O, da uzun müddətdir ki, Azər ilə dost olduğu üçün onun dediyi ilə razılaşmışdır. O, Azərə hər dəfə zəng edərək Hüseynin pulunu nə vaxt qaytaracağını soruşmuş, hətta atasına bu məsələni danışacağını söyləmişdir. Bir dəfə isə Azərin atası ona zəng etmiş, onunla görüşmüş və məsələni danışmışdır. 2.000 manatla bağlı demişdir ki, o rayonda olan evini Azərin vasitəsilə onun dostu Ceyhuna satmış və həmin vaxt böyük miqdarda pulu olmuşdur. Bu müddətdə Azər ondan pul istəmiş və o ona borc vermişdir. Bundan bir müddət sonra o, Azərdən pulu qaytarmasını demişdir. Azər isə Hüseyn ilə aralarında haqq-hesab olduğunu, Hüseynin ona həmin pulu köçürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısın suallarına cavab olaraq bildirmişdir ki, kartın üzərində adı yazılan şəxs onun qohumudur. Xırdalan şəhərindəki görüşlərindən bir həftə sonra Azər onun adından Hüseyndən pul aldığını etiraf etmişdir. Bundan sonra onunla Hüseyn arasında danışıq olmuşdur. Onun Hüseynə kömək etmək üçün hər hansı səlahiyyəti olmamışdır. Onun Azərlə yaxın münasibəti olduğu üçün onunla razılaşmış, bu məsələnin bu yerə qədər gələcəyini bilməmişdir. Azər broker kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, bir dəfə Azərin vasitəsi ilə Hüseyn ilə görüşmüşdür. Hüseyn ödəniş formasını müəyənləşdirməkdə köməklik olunmasını xahiş etmişdir. O da maraqlanacağını demişdir. O pul söhbətini öyrəndikdən sonra Azər ona “Mənim üçün 10-15 gün vaxt yarat, pulu topalayacam” demişdir. O, Azərdən ona borcunu qaytarmasını istədikdə, o, ona Hüseyn ilə aralarında haqq-hesab olduğunu, Hüseynin ona 2.000 manat verəcəyini demişdir. O Hüseyndən dövlət büdcəsinə ödəniş üçün pul istəməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərdi ki, onun Hüseyn ilə yaxın münasibəti olmuşdur. O, 2022-ci ilin mart-aprel ayında ondan borc olaraq pul almışdır. Hüseynin atası həmin pulu geri istədiyi üçün atası daha sonradan borcu geri qaytarmışdır. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısın suallarına cavab olaraq bildirmişdir ki, Hüseyni 10 ildən çoxdur ki tanıyır. Hüseyndən 45.000 manat borc pulu iki dəfəyə almışdır. O, Hüseynə 1-2 ay ərzində borcu qaytaracağını söyləmişdir, lakin həmin müddətə geri qaytara bilməmişdir. Onun Amilə borcu olmuş və məcbur qaldığı üçün Hüseynə 2.000 manatı Amilə verməsini söyləmişdir. Hüseyn ona dövlət büdcəsinə ödənişi həyata keçirə bilmədiyini söyləmişdir. Bu söhbətdən sonra o Amil ilə Hüseyni tanış etmişdir. O, 45.000 manatı mart-aprel ayında almışdır. 45.000 manatı Hüseyndən alarkən heç bir sənədləşmə olmamışdır. Hüseyn və Amil bir dəfə birlikdə oturub yemək yemişdirlər. O, Hüseyn ilə telefon zəngi ilə danışmışdır. Təqsirləndirilən şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Hüseyn cərimə yazıldığını, lakin ödənişi dövlət büdcəsinə köçürə bilmədiyini ona söyləmişdir. Ödənişin dövlət büdcəsinə köçürülməsində yol göstərilməsi üçün Amilə müraciət edildi. Hüseynə borcu olmuşdur. O, restorana girib Amilə pul verməmişdir. 2000 manat Amilə borcu olduğunu və Hüseynə bu barədə söyləmişdir. O, Hüseynə 2.000 manatı Amilə verməsini demiş, daha sonra isə onun Hüseynə həmin 2.000 manatı qaytaracağını bildirmişdir. Amil ilə görüşməkdə məqsəd ödəniş formasını dəqiqləşdirməkdən ibarət olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də iş üzrə qiymətləndirilməklə mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, atası Şahid3 məxsus marketi əvvəllər orada kassir işləmiş Şahid4 icarəyə vermişdir. Onun Gülçin ilə yaxın münasibəti olmuşdur. 2022-ci ilin may ayının ortalarında Gülçin ona zəng edərək Dövlət Vergi Xidmətinin Vergi Cinayətləri departamentindən əməkdaşların marketə gəlib yoxlama apardıqlarını demiş və o, marketə getmişdir. Marketdə 250 qramlıq 1.300 manat dəyərində saxta araqlar aşkar edildiyindən vergi əməkdaşları tərəfindən həmin araqlar və marketin dövriyyəsinin yoxlanılması üçün yoxlama başlanılmışdır. İlkin olaraq marketə 10.000 manat sanksiya tətbiq edilməklə həmin hallar üzrə də araşdırma aparılmışdır. O, bu məsələdə köməklik olunması üçün tanışı Təqsirləndirilən şəxs2 vəziyyəti danışmışdır. Azər ona rəhbər vəzifəli şəxslərlə əlaqələrinin olmasını dediyi üçün bu məsələni məhz ona söyləmişdir. O, Azərlə telefonla danışmış, daha sonra bu məsələ ilə bağlı kafedə görüşmüşdür. Həmin görüşə Azərlə ortaq tanışları olan Şahid1 da gəlmişdir. O, Azərə vergi xidməti tərəfindən özünə məxsus Şahid4 adına olan vöen ilə fəaliyyət göstərən marketin fəaliyyətinin vergi xidmətinin əməkdaşları tərəfindən araşdırıldığını, bu araşdırmanın nəticəsinin xeyrinə olması üçün əlaqə axtardığımı demişdir. Azər ona Dövlət Vergi Xidmətində Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu, köməklik edə biləcəyini demişdir. O da Azərdən Amillə əlaqə saxlamasını xahiş etmişdir. Azər Amilə vəziyyəti qısa şəkildə telefonla izah etmişdir. Həmin söhbətdən 2-3 gün sonra o, Amilə vəziyyəti tam danışmış, Amil isə hazırda bir söz deyə bilməyəcəyini, ətraflı maraqlandıqdan sonra məlumat verə biləcəyini bildirmişdir. Bundan təxminən 2-3 gün sonra Amil onunla “Whatsapp” ilə əlaqə saxlamış və işlə maraqlandığını, müəyyən qədər ödənişin köçürülməli olacağını, bundan sonra isə bu prosesin qurtaracağını söyləmişdir. Bir iki saat sonra Amil yenidən “Whatsapp” ilə onunla əlaqə saxlamış və işin həlli üçün 2.000 manat göndərməyini demişdir. Amil ona kartın şəkilini ataraq 2.000 manatı həmin karta köçürməyini bildirmiş və o, da həmin pulu karta köçürmüşdür. Amil ona mağazanın fəaliyyəti ilə bağlı heç bir problemin yaranmaması üçün 45.000 manatı büdcəyə köçürməli olduğunu, pul ödənilməsə cinayət işi başlanılacağını demişdir. Təxminən 2022-ci ilin iyun ayının ortalarında Amil ona zəng edərək 45.000 manat pulu çatdırmağını söyləmiş və o, da dostu Şahid2 və Azərlə birlikdə Xırdalan şəhərindəki restoranın yaxınlığına getmişdir. Amil Azərə pulu tək gətirməsini dediyindən, 45.000 manatı o, Amilə çatdırması üçün Azərə vermişdir. Azər pulu götürərək restorana daxil olmuş, o, isə İmamla birlikdə Ruslan adlı tanışının yanına getmişdir. Bir müddət sonra Azər ona zəng etmiş, o, da restoranın yanına gedərək Azəri oradan götürmüşdür. Azər ona pulu Amilə verdiyini, Amilin həmin pulu dövlətə ödəyəcəyini demişdir. Bir neçə gün sonra Amil onunla əlaqə saxlayaraq məsələnin həll olduğunu, işin yekunlaşdırılması ilə bağlı qərarın veriləcəyini söyləmişdir. 2022-ci ilin sentyabr-oktyabr aylarında Gülçin ilə birlikdə Bakı şəhərində vergi cinayətlərində olarkən vergi işçisi 100.000 manat cərimə olunduğunu ona demişdir. Daha sonra o, Tofiq ilə birlikdə Azərlə görüşmüş və 100.000 manat cərimə olunacağını dedikdə Azər onun yanında Amilə zəng etmış və o, Amil ilə telefonla danışıb vəziyyəti söyləmışdir. Amil isə ona narahat olmamağını bildirmişdir. Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Azəri əvvəldən tanıyır. Hadisədən əvvəl Amili şəxsən tanımmamışdır. O, Azərlə birlikdə olarkən vəziyyəti ona izah etmiş və Azər də ona Dövlət Vergi Xidmətində işləyən tanışı olduğunu demişdir. Amil ona 2000 manatı karta köçürməyini söyləmişdir. Ona 100.000 manat cərimə yazılacağı deyilmişdir. 45.000 manatın hesaba köçürülmədiyi bildirilmişdir. Bu məsələ ilə bağlı onun Azərlə mübahisəsi yaranmışdır. Azərin atası ona pulu qaytarmışdır. Amil ilə üzbəüz görüşməmişdir. O, Amildən verdiyi pulu geri qaytarmasını istəmişdir. Zərərçəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, həmin pul borc kimi alınmamışdır. Amil ona 45.000 manat verməyini, həmin pulu dövlət hesabına köçürəcəyini söyləmişdir. O, heç kimə rüşvət verməmişdir. O, pulu dövlət büdcəsinə ödəniş qismində Amilə vermişdir. Zərərçəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, hazırda həmin mağazanı icarəyə vermişdir. İcarə müqaviləsi Gülçin ilə bağlanmışdır. O, həmin pulu rüşvət qismində verməmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonunda meyvətərəvəz satmaqla məşğul olur. 2019-cu ildən etibarən isə Quba rayonu Nügədi yolunda yerləşən atası Şahid3 məxsus marketi əvvəllər orada kassir işləmiş Şahid4 icarə müqaviləsi əsasında icarəyə vermişdir. Gülçin ilə yaxın münasibəti olduğundan, hazırda özünün də həmin marketdə 25-30 min manatlıq malı vardır. 2022-ci ilin may ayının ortalarında Gülçin ona zəng edərək Dövlət Vergi Xidmətinin Vergi Cinayətləri departamentindən əməkdaşların marketə gəlməklə yoxlama apardıqlarını dediyindən, o, həmin yerə getmişdir. Orada olarkən vergi əməkdaşlarının əvvəlcə atası Məzahirə məxsus soyuducu təmiri sexini, sonra isə marketin içinə baxış keçirərək yoxladıqlarını görmüşdür. Marketdə 250 qramlıq adını xatırlamadığı 1.300 manat dəyərində saxta araqlar aşkar edildiyindən vergi əməkdaşları tərəfindən həmin araqlar və marketin dövriyyəsinin yoxlanılması üçün kompüterin yaddaşı götürülməklə yoxlama başlanılmışdır. Bundan sonra vergi xidməti tərəfindən ilkin olaraq marketə 10.000 manat sanksiya tətbiq edilmiş və müəyyən edilmiş hallar üzrə də araşdırma başlanılmışdır. Həmin araşdırma zamanı xeyrinə qərar qəbul edilməsinə köməklik edilməsi ilə bağlı əlaqələr axtardığı zaman bu barədə həmin ərəfələrdə tanışı Samur Gömrük postunda broker vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 danışmaq qərarına gəlmişdir. Azərə deməkdə məqsədi sonuncunun davamlı olaraq rəhbər vəzifəli şəxslərlə əlaqələrinin olmasını deməsi olmuşdur. 2022-ci ilin may ayında Azərlə telefon əlaqəsi saxlamış və vəziyyəti izah etdiyi zaman, sonuncu ilə Quba rayonunda yerləşən “Orxan” kafesində görüşüb əyani söhbət etmək qərarına gəlmişdirlər. Həmin görüşdə Azərlə ortaq tanışları Şahid1 da iştirak etmişdir. Görüş zamanı Azərə vergi xidməti tərəfindən özünə məxsus Şahid4 adına olan vöen ilə fəaliyyət göstərən marketin fəaliyyətinin vergi xidmətinin əməkdaşları tərəfindən araşdırıldığını, odur ki, bu araşdırmanın nəticəsinin xeyrinə olması üçün əlaqə axtardığını demişdir. Azər ona Dövlət Vergi Xidmətinin Vergi Cinayətləri baş idarəsində məsul vəzifədə işləyən Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu sonuncunun köməklik edə biləcəyini dediyi zaman, o, Azərdən Amillə əlaqə saxlamasını xahiş etmişdir. Azər Amillə telefon əlaqəsi saxlamaqla vəziyyəti qısa şəkildə izah etdiyi zaman, sonuncu Bakı şəhərinə gəlməklə söhbət etməli olduqlarını demişdir. Həmin söhbətdən 2-3 gün sonra o, Amillə görüşmək üçün Azər və Tofiqlə birlikdə Amilin dediyi yerə belə ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Şuşa qalası” restoranına getmişdir. Restoranda Amil onları qarşılamış və otağa dəvət etmişdir. Orada söhbət edərək, Amilə vəziyyətlə bağlı məlumatı tam şəkildə vermiş, 10.000 manat cərimə olunmağına baxmayaraq, yenə də araşdırmanın davam etdirildiyini, həmin yoxlama üzrə də xeyrinə qərar çıxarılması və ya aşağı məbləğdə cərimə olunmasına köməklik axtardığını demişdir. Amil onu tam dinlədikdən sonra hazırda bir söz deyə bilməyəcəyini, ətraflı maraqlandıqdan sonra məlumat verə biləcəyini demişdir. Eyni zamanda Amil özünə məxsus ***-***-**-** mobil nömrəni ona verməklə, onun nömrəsini götürərək, ancaq “Whatsapp” tətbiq etməsi ilə əlaqə saxlamağını demişdir. Konkret tarixi xatırlamır, bundan təxminən 2-3 gün sonra Amilin özü onunla “Whatsapp” tətbiq etməsi ilə əlaqə saxlamaqla, işlə maraqlandığını, müəyyən qədər ödənişin köçürülməli olacağını, bundan sonra isə bu prosesin qurtaracağını demişdir. Həmin danışıqdan bir iki saat sonra Amil onunla yenidən “Whatsapp” tətbiq etməsi ilə əlaqə saxlamış və danışıq zamanı bu işin həlli üçün ilkin olaraq 2.000 manat göndərməyini demişdir. O, da danışıq əsasında Quba şəhərində olduğunu Azər Bakı şəhərindədirsə sonuncunun pulu gətirə biləcəyini və ya kart nömrəsinə ata biləcəyini dediyi zaman, Amil kart nömrəsi göndərəcəyini həmin nömrəyə pulu göndərməsini demişdir. Elə həmin vaxt Amil ona “Whatsapp” tətbiq etməsi ilə bir qadına məxsus üzərində “Leobank” sözləri yazılmış kartın şəkili ataraq 2.000 manatı həmin karta köçürməyini demişdir. O da Quba şəhərində rus məktəbinin qarşısında terminal aparatı vasitəsi Amilin ona göndərmiş olduğu hesab nömrəsinə 2.000 manat pulu elə həmin gün göndərmişdir. Amillə əlaqə saxladığı zamanı sonuncu pulun çatdığını təsdiq etmişdir. Bundan sonra Amil işi ilə bağlı danışıqlar apardığını deməklə mağazanın fəaliyyəti ilə bağlı heç bir problemin yaranmaması üçün 45.000 manatı büdcəyə köçürməli olduğunu, əgər pul ödənilməsə cinayət işi başlanılmaqla cəza tədbirlərinin görüləcəyini demişdir. O da bu işdən tamamilə qurtarmaq istədiyindən, Amillə razılaşaraq 45.000 manatı köçürməyi ilə bağlı dövlət hesabını verməsini xahiş etdiyi zaman, Amil həmin pulun hissə-hissə bir neçə hesaba köçürülməli olduğunu ona deməklə, pulun nağd şəkildə özünə verilməli olduğunu bildirmişdir. O da Amilin vəzifəli şəxs olmasını, həmçinin Azərin də Amili məsuliyyətli şəxs qismində ona təqdim etdiyini görərək etiraz etməmişdir. Amillə danışıqlarının bəzilərini telefonuna yazsa da, bəzilərini yaza bilməmişdir. Belə ki, Amilin ondan 2.000 manatı istəməsi barədə səs yazısı olsa da, 45.000 manatla bağlı danışığı Azərin telefonu ilə apardığından həmin pulla bağlı səs yazısı yoxdur. Təxminən 2022-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs1 zəng edərək 45.000 manat pulu çatdırmağını tələb etdiyindən, o, dostu Şahid2 və Azərlə birlikdə atasına məxsus maşınla Xırdalan şəhərinə “Şuşa” restoranı yaxınlığına getmişdir. Yolda olarkən Azər Amillə dəfələrlə telefonla danışmış və yekun olaraq Amil Azərə pulu tək olaraq özünün gətirməsini dediyindən, o, etiraz etməyərək həmin pulu yəni 45.000 manat pulu 26.500 ABŞ dolları şəklində Azərə Amilə çatdırması üçün vermişdir. Azər pulu sayıb götürərək Amillə görüşmək üçün restorana daxil olmuş və o, isə İmamla birlikdə Xırdalan şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ruslan adlı tanışının yanına getmişdir. Təxminən 1 saat yarım sonra Azər ona zəng edərək gəlməsini dediyindən restoranın yanına gedərək Azəri orada götürmüşdür. Azər maşına oturaraq pulu Amilə verdiyini, sonuncunun həmin pulu dövlətə ödəyəcəyini, bundan sonra da bu prosesin yekunlaşacağını dediyini bildirmişdir. Həmin vaxt İmam da maşında olmuş və Azərin dediklərinin şahidi olmuşdur. Bir neçə gün sonra Amil onunla əlaqə saxlayaraq məsələnin artıq həll olduğunu, narahat olmamağını deməklə, hətta onu da vergi əməkdaşlarına tapşırdığını, bundan sonrakı müddətdə heç kimin onun mağazasına gəlməyəcəyini, işin yekunlaşdırılması ilə bağlı da qərarın veriləcəyini demişdir. 2022-ci ilin iyul-avqust aylarında “Whatsapp” tətbiq etməsi ilə bir neçə dəfə Amillə telefonla əlaqə saxlayaraq vəziyyəti maraqlanmışdır. Bundan sonra Gülçin Vergi xidmətinə müstəntiq tərəfindən çağırıldığından o, Amillə əlaqə saxladığı zaman, sonuncu bunun prosedur qaydası olduğunu əsas gətirərək narahat olmamağını demişdir. Bundan sonra da 2022-ci ilin sentyabr-oktyabr aylarında Gülçin onunla birlikdə Bakı şəhərində vergi cinayətlərində olarkən orada adını bilmədiyi vergi işçisi vergi yoxlamasının yekunlaşdığını və 100.000 manat cərimə olunduğunu ona demişdir. Bu zaman o, həmin əməkdaşdan 45.000 manatın hesaba ödənilib-ödənilməməsi soruşduğu zaman vergi əməkdaşları heç bir ödənişin ödənilmədiyini demişdir. Amilin onu aldatdığını düşünərək, Amillə telefon əlaqəsi saxlamaq istəsə də, Quba rayonuna qayıdaraq Azərin iştirakı ilə Amillə danışmağa qərar vermişdir. Həmin gün Quba rayonda “Buta” kafesində dostu Tofiqin iştirakı ilə Azərlə görüşmüşdür. Orada o, Azərə Amilin onu aldatdığını, vergi işçilərinin 100.000 manat cərimə olunacağını dediklərini dediyi zaman, Azər onun yanında Amil ilə “Whatsapp” tətbiq etməsi ilə əlaqə saxlamışdır. Azər telefonu Amillə danışması üçün ona vermiş və Amillə danışarkən araşdırmanın yekunu ilə bağlı Vergi xidmətinin Audit departamentindən 100.000 manat cərimə yazılmaqla ödənişin tələb olunduğunu, 45.000 manatın da heç bir hesaba ödənilmədiyini Amilə dediyi zaman, sonuncu narahat olmamağını, işi Vergi xidmətinin rəhbər şəxsləri ilə həll edəcəyini bildirmişdir. Bu zaman Amilin danışıqları onda şübhə yaratdığından pulunu geri tələb etmişdir. Bundan bir neçə gün sonra o, özü Amilə “Whatsapp” tətbiq etməsi ilə zəng edib pulunu geri tələb etdiyi zaman Amil ona “sənin işin çox idi, mən yüngülləşdirmişəm, sənin verdiyin pulu Nazirliyə vermişəm” deyə bildirmişdir. Növbəti gün o, Amildən pulunu geri tələb edəndə Amil, puldan özünə 7.000 manat çatdığını, 6.000 manatı başqa şəxsə, 34.000 manatı Nazirliyə verdiyini demişdir. Həmin ərəfədə telefonu xarab olduğundan danışıqlarla bağlı səsləri yaza bilməmişdir. 2022-ci ilin oktyabr və noyabr aylarında o, Azər vasitəsilə və ya birbaşa Amildən pulunu tələb etsə də, nəticə olmadığından bu barədə Vergi orqanlarına ərizə ilə müraciət etmişdir. Bundan sonra Amil dostu Tofiqlə əlaqə saxlayaraq ona böyük köməkliklər etdiyini, lakin onun şikayət etdiyini dedikdə, Tofiq də Amilə pulu köçürməməsini irad tutmuş, Amil “pulu köçürdük və ya işin həlli üçün xərclədik bunun nə fərqi var” deyə bildirmişdir. Şikayət etdikdən sonra Amil işdən çıxarılacağından ehtiyat etdiyindən Azəri onun yanına göndərməklə şikayəti geri götürməyini desə də, o, pulunu tələb etmişdir. Bundan sonra Azər ona Amillə münasibəti olduğunu, sonuncunun onun vasitəsilə işdən çıxarılmasına imkan verməyəcəyini deməklə araşdırma zaman həmin pulu Amil deyil, özünün ondan borc kimi aldığını, Amillə bağlı olmayan əsaslar deyəcəyini demişdir. Quba şəhəri “Quba sentr” adlı restoranda görüşərkən Azər pulu onun tanışı bu proseslərdə iştirak etmiş Tofiqə qaytardığı barədə yalan sözlər danışdığı zaman Tofiq də ora gəlmiş və Azər həmin sözü Tofiqə deyə bilməmişdir. Bundan sonra 2022-ci ilin noyabr ayında Azərlə atası Abdulla onunla əlaqə saxlamaqla pulu qaytarmaq istədiklərini lakin əlyazma ilə pulun Azərə borc qismində verilməsini yazmağını ondan tələb etdiyindən, pulunun qayıtması üçün razılaşmış və 3 dəfəyə ümumilikdə 47.000 manatı əlyazmada borc kimi yazmaqla Abdulladan almışdır. Şahid5 ona guya Azərə borc verməyi və həmin pulu geri almağı barədə sənədə qol çəkdirmiş, əslində isə o, Azərə heç bir məbləğdə borc verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun icarəyə götürdüyü mağaza Quba şəhərində yerləşir. Həmin mağazaya keçirilən yoxlama zamanı saxta içkilər aşkar edilmişdir. Bununla bağlı olaraq o dəfələrlə Dövlət Vergi Xidməti Vergi cinayətləri departamentində olmuşdur. Orada olarkən ona 100.000 manat cərimə olunacağı söylənilmişdir. O, isə 45.000 manatın dövlət büdcəsinə köçürüldüyünü bildirmiş, lakin həmin pulun büdcədə olmadığı söylənilmişdir. Hüseyn dövlət büdcəsinə ödəniş olunması üçün 45.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Hüseyn Amilə, ümumillikdə, 47.000 manat pul vermişdir. Həmin pulu Amilə o yox, Hüseyn vermişdir. Onda 2018-ci ildən VÖEN olmuşdur. O, ödənişləri Hüseynin köməkliyi ilə ödəmişdir. Yoxlama zamanı sənədləri, komputerin yaddaşını aparmışdırlar. İlkin yoxlama zamanı 8.800 manat cərimə yazılmışdır. Ona ilk başda idarədə olarkən 8.800 manat cərimə ödəməli olduğu deyilmiş, ona pulu Hüseynin də köməkliyi ilə ödəmiş və bu qədər az məbləğdə cərimə olduğuna sevinmişdir. Lakin ona cərimənin bu qədər olmadığı söylənilmişdir. Hüseyn bu məsələni həll etmək üçün Təqsirləndirilən şəxs1 tapmışdır. Hüseyn və o böyük məbləğdə pulu köçürdə bilmədiyi üçün Amil vasitəsilə həmin pulu dövlət büdcəsinə köçürmək istəmişdir. Amilə verilən pul Hüseynə məxsus olmuşdur. Hüseynin pulu əlbəəl kimə verdiyini bilməmişdir. O, idarədə olarkən 45.000 manatın dövlət büdcəsinə köçürülmədiyini öyrənmişdir. Onlar daha sonradan 100.000 manat cəriməni dövlət hesabına köçürmüş və mağazanı bağlamışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Hüseyn dövlət büdcəsinə ödəniş olunması üçün 47.000 manatı Amilə vermişdir. Lakin o, həmin pulun verilməsi prosesində iştirak etməmişdir. Azəri əvvəlcədən tanımışdır. Vergi Xidmətinə ödəniş olunması üçün Hüseyn adam axtarmış və Azər Vergi Xidmətində işləyən tanışı olduğunu bildirmişdir. Onlar bir dəfə Xırdalan şəhərində görüşmüşdürlər. O, daha sonradan 47.000 manatın Hüseyn tərəfindən Amilə verildiyini öyrənmişdir. Hüseyn ilə Azər arasında borc məsələsi olduğunu eşitməmişdir. Görüş zamanı o, pul söhbəti olduğunu eşitməmişdir. O, pul verilməsi prosesində olmamışdır. Hüseynin pulu əlbəəl kimə verdiyini bilməmişdir. Bildiyi qədərilə 45.000 manat Amilə verilmişdir, lakin o, bunun birbaşa şahidi olmamışdır. Azər ona zəng edib Hüseynin vergi məsələsində köməyə ehtiyacı olduğunu eşitdiyini söyləmişdir. Hüseyn görüş zamanı vergi yoxlaması nəticəsində nə olacağını öyrənməyə çalışırdı. Hüseyn ona 2.000 manatı karta köçürdüyünü, 45.000 manatı isə Azər ilə birlikdə Bakıda verdiyini söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Hüseyn ilə uzun illərdir ki dostdur və onunla birlikdə meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. Gülçinin icarəyə götürdüyü mağazaya yoxlama keçirilərkən o da orada olmuşdur. Hüseyn dövlət büdcəsinə pulu köçürdə bilmədiyi üçün Azər Amil adlı tanışının olduğunu bildirmişdir. Pul dövlət büdcəsinə köçürülməsi üçün verilərkən o da orada olmuşdur. Dövlət büdcəsinə ödəniş olunması üçün Hüseyn pulu Azərə vermişdir. Pul Xırdalan şəhərində verilmişdir. Hüseyn Azərə 45.000 manat dəyərində ABŞ dolları formasında pulu vermişdir. Azər də pulu götürüb Amilin yanına getmişdir. Azər pulu Amilə verəcəyini söyləmişdir. Həmin gün o Amili şəxsən görməmişdir. Dövlət büdcəsinə ödəniş kimi həmin pul verilmişdir. Amili idarədə olarkən görmüş, onunla şəxsi tanışlığı olmamışdır. O, bir tək pul verildiyi gün görüşdə iştirak etmişdir. Hüseyn Azərə pulu avtomobilin içərisində vermiş, o bu zaman bu prosesi görmüş, lakin ardınca avtomobildən düşmüşdür. Hüseyn pulu Azərə verdikdən sonra Azər avtomobildən düşmüş, bir müddətdən sonra Azər zəng edərək onu gəlib götürməsini Hüseynə söyləmişdir. İstintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının ortalarında Hüseynlə birlikdə olarkən Hüseynə zəng gəlmiş və gələn zəngdə sonuncuya məxsus Quba rayonu, Nügədi yolunun üstündə “Dəvədabanı” kimi adlandırılan yerdə yerləşən Gülçin adlı qadının adına olan VÖEN ilə fəaliyyət göstərən mağazasına vergi yoxlaması ilə əlaqədar vergi işçilərinin gəldiyini bildirmişdir. Bundan sonra o, Hüseynlə birlikdə həmin yerə getmişdir. Orada olarkən Vergi Cinayətləri Departamentinin əməkdaşları marketdə 250 qramlıq adını xatırlamadığı araqları aşkar edərək saxta olduqlarını bildirmişdirlər. Kompüterin yaddaş kartını da akt əsasında götürmüşdürlər. Bundan sonra həmin departament müəssisəyə 10.000 manat maliyyə sanksiyası tətbiq etmişdir. Lakin dövriyyə ilə bağlı əlavə araşdırmanın aparıldığı bildirmişdir. Hüseynlə birlikdə mal daşınması ilə məşğul olduğundan bütün gün bir yerdə olur. Həmin prosesdən bir neçə gün sonra X13 ilə görüşmüşlər və Azərə vəziyyətlə bağlı məlumat vermişdirlər. Azər Amil adlı tanışının olduğunu sonuncuya müraciət edəcəyini deməklə, Amillə danşmış və sonuncu onları Bakı şəhərinə görüşə dəvət etmişdir. Bundan sonra Tofiq Azər və Hüseynlə birlikdə Amilin dediyi ünvanda Xırdalan şəhərində yerləşən Şuşa restoranına getmişdirlər, orada Hüseyn vəziyyəti Amilə əyani şəkildə izah etmişdir. Amil də maraqlancağını demişdir. Bir neçə gün sonra Amilin özü Hüseynlə əlaqə saxlamaqla göstərəcəyi xidmətlə bağlı ondan 2.000 manat istəmiş və Hüseynə göndərmiş olduğu hesab nömrəsinə həmin pulun göndərilməsinə nail olmuşdur. Həmin vaxt Amil yenidən Hüseynlə əlaqə saxlamaqla bu ilin həlli üçün dövlətə vergi ödənişi adı ilə 45 000 manatı pulun köçürülməli olduğunu demişdir. Bu prosesləri Hüseyn həm ona danışmış, həm də Azərin özünə də demişdir. Hətta həmin 45.000 manatın köçürülməsi barədə Amil Azərin telefonuna zəng etmiş və Hüseyn də orada olduğundan sonuncunun telefonundan danışmışdır. Hüseyn 45.000 manatın verməyə razı olduğundan 2022-ci ilin iyun ayında o, Hüseyn və Azərlə birlikdə Xırdalan şəhərinə yola çıxmış və Azər də yol boyu Amillə danışmışdır. Xırdalan şəhərinə çatdıqda Amil pulu təklikdə Azərin özündən almaq istədiyini Azərə dediyindən, sonuncu Hüseyndən 45.000 manatı 26.500 dollar əskinası ilə almış və avtomobildən düşərək Şuşa restoranına daxil olmuşdur. Həmin vaxtadək Azəri şəxsən tanımamış və əlaqəsi olmamışdır. Təxminən 1 saat sonra Azər Hüseynlə əlaqə saxlamış və gedərək onu restorandan götürmüşlər. Bir neçə gün sonra Amil Hüseynlə əlaqə saxlayaraq məsələnin artıq həll olduğunu, narahat olmamağını deməklə, hətta onu da vergi əməkdaşlarına tapşıdığını, bundan sonrakı müddətdə heç kimin onun mağazasına gəlməyəcəyini, işin yekunu ilə bağlı qərar veriləcəyini demişdir. 2022-ci ilin sentyabr-oktyabr aylarında Hüseynlə Gülçin Bakı şəhərində vergi cinayətlərində olduqları zaman orada yoxlamanın artıq yekunlaşmaq üzrə olduğunu, odur ki, mağazaya 100.000 manat cərimənin təyin olunduğunu bildirmişdir. Bu zaman Hüseyn rayona gəlmiş və “Buta” kafsində onunla görüşmüşdür. Həmin görüşə Tofiq və Azər də gəlmişdir. X5 aldatdığını, vergi işçilərinin 100.000 manat cərimə olunacağını dediklərini dediyi zaman, Azər onların yanında Amilə “whatsapp” tətbiq etməsi ilə əlaqə saxlamaqla Hüseynə 100.000 manat cərimə olunacağı barədə deyilənləri demişdir. Azərlə Amil telefonla danışdıqdan sonra Azər telefonu Hüseynə vermiş və sonuncu da Amillə danışarkən Vergi xidmətinin Audit departamentindən 100.000 manat cərimə yazıldığını deməklə, eyni zamanda Amildən 45.000 manat pulun müəssisənin hesabından Vergi xidmətinə niyə köçmədiyini soruşduqda Amil ona narahat olmamağını, onun işini Vergi xidmətinin rəhbər şəxsləri ilə həll edəcəyini bildirmişdir. Bu zaman Amilin danışıqları onda şübhə yaratdığından pulunu geri tələb etmişdir. Bundan bir neçə gün sonra Hüseyn ona “Whatsapp” tətbiq etməsi ilə zəng edib pulunu geri tələb etdikdə sonuncu ona “sənin işin çox idi, mən yüngülləşdirmişəm, sənin verdiyin pulu Nazirliyə vermişəm” deyə bildirmişdir. Növbəti gün Hüseyn Amildən pulunu geri tələb edəndə Amil həmin puldan özünə 7000 manat çatdığını, 6.000 başqa şəxsə, 34.000 manatı Nazirliyə verdiyini demişdir. 2022-ci ilin oktyabr və noyabr aylarında Hüseyn Azər vasitəsilə və ya birbaşa Amildən pulunu tələb etsə də nəticə olmadığından bu barədə vergi orqanına ərizə ilə müraciət etmişdir. Hüseynin onunla və Tofiqlə dostluq münasibətində olduğundan bu proseslərdən əvvəldən axıra kimi məlumatlı olmuşlar. Hətta Azər, Hüseyn və Tofiqlə bir yerdə olduqları zaman sonuncu Azərin telefonunda “Whatsapp” tətbiq etməsi ilə Amillə əlaqə saxlamaqla Hüseynin pulunu qaytarmasını desə də, sonuncu pulu vəzifəli şəxslərə verdiyini, Hüseynə daha yuxarı məbləğdə cərimə alacağını, bu prosesin qarşısını aldığını və sair əsassız fikirlər birdirməklə pulu qaytarmaqdan imtina etmişdir. Şikayət etdikdən sonra Amil işdən çıxarılacağından ehtiyat edərək Azər Hüseynin yanına göndərməklə şikayəti geri götürməsini tələb etmişdir. Bundan sonra 2022-ci ilin noyabr ayında Azərlə atası Abdulla Hüseynlə əlaqə saxlamışlar və Abdulla Hüseynə pulu qaytarmaq istədiklərini, lakin əlyazma ilə pulun Azərə borc qismində verilməsini yazmağını tələb etdiyindən, Hüseyn də pulunun qayıtması üçün etiraz etməmiş və 3 dəfəyə ümumilikdə 47.000 manatı əlyazmada borc kimi yazmaqla Abdulladan almışdır. Şahid5 Hüseynə guya Azərə borc verməyi və həmin pulu geri almağı barədə sənədə qol çəkdirmiş, əslində isə Hüseyn Azərə heç bir borc verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayında ona məxsus mağazaya vergi yoxlaması keçirilmişdir, həmin mağaza icarə əsasında Gülçin tərəfindən idarə edilmişdir. Onu vergi yoxlaması nəticəsində mağazaya cərimə tətbiq olunduğunu, Hüseynin dövlət büdcəsinə köçürülməsi üçün Azərə pul verdiyini, Azərin isə həmin pulu Amilə verdiyini öyrənmişdir. Hüseyn ona Azərə verdiyi pulun geri qaytarılmasını tələb etməsinə baxmayaraq qaytarılmadığını demiş və o, da Azərin atası ilə görüşmüşdür. Azərin atası həmin pulu ona vermişdir və həmin pul ilə cərimə ödənilmişdir. 45.000 manatı oğlu Hüseyn Azərə vermişdir. Vergi borcunun köçürülməsi üçün həmin pul verilmişdir. Vergi borcu Azərin atasından pul geri alındıqdan sonra dövlət büdcəsinə köçürülmüşdür. Oğlu ona daha sonradan Azərə pul verdiyini, hazırda pulu geri ala bilmədiyini söyləmişdir. Pul şəxsən ona geri qaytarılmışdır. 45.000 manat evin pul olmuşdur, Hüseyn istədiyi vaxt evdəki pulu götürə bilirdi. Pulun borc olduğu yazılması söylənilmişdir, lakin həmin pul borc kimi verilməmişdir. Amili şəxsən tanımamışdır. Azərin atası ons pulu üç dəfəyə geri qaytarmışdır. Abdulla ona pulun məhz müəyyən məbləğini Amilin verdiyini demişdir. O, istintaq zamanı Amil barədə istintaqdakı sözləri deməmişdir. Hüseyn ona bu məsələ ilə bağlı ətraflı danışmamışdır. Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təqdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Hüseynin atası Məzahir bir gün onun yanıma gələrək “Mənim oğlumla sənin oğlun arasında mübahisə var, həll edək” demişdir. O, da ondan nə məsələ olduğunu soruşmuşdur. O, ona baş verənləri danışmış, lakin o, bütün bunlardan xəbəri olmadığını bildirmişdir. Oğlu Azəri çağırdığını, ona gözləməsini söyləmişdir. Azər içəri girdiyi zaman Məzahir ona “Mən sözümü dedim, mənə xəbər edərsən” deyib çıxdı. O, Azərdən nə məsələ olduğunu soruşduqda isə o, ona “Mən Hüseyndən borc pul almışam, səndən gizlətmişəm” deyə söyləmişdir. O, həmin gün Məzahirin yanına gedib ona “Mən sənin pulunu söz verirəm ki, qaytaracam, ancaq 10-15 gün mənə vaxt ver” demişdir. Görüşümüzdən 5-6 gün sonra 25.000 manatı, bundan 3-4 gündən sonra 11.000 manatı, bir həftə sonra isə 11.000 manatı Məzahirə qaytarmışdır. O, Məzahirə borcu geri qaytarmağı ilə bağlı kağız verməsini istəmişdir, o isə ona“Biz borcu verərkən kağız almadıq, amma siz istəyirsiz” demişdir. O, hər dəfə ona pulu qaytaranda o, borcun geri qaytarılmasını təsdiq edərək kağızı imzalamışdır. O, pulu 3 dəfəyə Məzahirin iş yerində ona vermişdir. İlk dəfə pulu verəndə sənədi imzalamamış, daha sonra getdiyi zaman imzalamışdır. Ona sonradan Azər ilə Amilin dostluq etdiyini, Azərin Amilə “Borc barədə atamın xəbəri olmasın” dediyini öyrənmişdir. Məzahir ona Azərin Hüseyndən borc aldığını söyləmişdir. O, Amildən nağd pul almamış, borcu özüm qaytarmış, çünki günah Azərin olmuşdur. O, Hüseynə pulu qaytarmaq istədikdə o, ona əsəbləşərək pulu Amilin qaytarmasını söyləmiş, o, isə ona borcu Azərin aldığını demiş, lakin o, yenə də sözündən dönməmişdir. Buna görə də o, ona “Elə bil ki Amil pulu sənə geri verib” deyə bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə etdiyi "xxxx" ASC-nin hesabdan çıxarış sənədinə 15 mart 2023-cü il baxış keçirilməsi haqqında protokoldan görünür ki, AZ65UBAZ**********1010AZN001 hesab nömrəli 4098********8742 kart nömrəsi X6 məxsusdur və həmin hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində “eManat” ödəniş terminalı vasitəsilə 2.000 manat pul vəsaiti mədaxil edilmiş və həmin gün saat 18 radələrində həmin pul vəsaiti tam olaraq Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında “AAAF park” yaşayış kompleksinin daxilində olan “Bazarstore” ticarət mərkəzində yerləşən bankomatdan çıxarılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD diskə, "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD diskə və "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mütəmadi telefon danışıqları aparılmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdə telefon danışıqları aparıldığı müəyyən edildi. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə saat 19 radələrində “Sumqait-Baki yolu 14km., Neapol restoranı” anten dairəsində olması müəyyən edildi. Bundan əlavə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə saat 19 radələrində “Sumqait-Baki yolu 14km., Neapol restorani” anten dairəsində olması müəyyən edildi. Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mütəmadi telefon danışıqları aparıldığı müəyyən edildi. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il tarixdə saat 19 radələrində “UBBK2313W/UBBK2313 VAZ/"Abşeron şəhəri, Xırdalan rayonu" /Absheron” anten dairəsində olması müəyyən edildi. Bundan başqa Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il tarixdə saat 19 radələrində “UBBK2313W/UBBK2313 VAZ/"Abşeron şəhəri, Xırdalan rayonu"/Absheron” anten dairəsində olması müəyyən edildi. Göründüyü kimi "xxxx" MMC-yə məxsus sd diskə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə saat 19 radələrində “Sumqait-Baki yolu 14km., Neapol restorani” anten dairəsində olması və Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsinin həmin tarixlərdə “UBBK2313W/UBBK2313 VAZ/"Abşeron şəhəri, Xırdalan rayonu" /Absheron” anten dairəsində olması müəyyən edildi. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən 18 fevral 2023-cü il tarixli discə baxış keçirilməsi haqqında protokoldan aşağadakılar müəəyyən edilmişdir: CD diskdə “AUD-20221122-WA0031, AUD-20221122-WA0032, AUD-20221122- WA0033, AUD-20221122-WA0034, AUD-20221122-WA0035, AUD-20221122-WA0036, AUD-20221122-WA0037.m4a, WhatsApp Audio 2022-12-01 at 11.52.05.ogg, WhatsApp Audio 2022-12-01 at 11.52.06 (1).ogg, WhatsApp Audio 2022-12-01 at 11.52.06 (2).ogg, WhatsApp Audio 2022-12-01 at 11.52.06.ogg, WhatsApp Audio 2022-12-06 at 12.02.17.ogg, WhatsApp Audio 2022-12-06 at 12.02.18 (1).ogg, WhatsApp Audio 2022- 12-06 at 12.02.18 (2).ogg, WhatsApp Audio 2022-12-06 at 12.02.18.ogg, WhatsApp Audio 2022-12-21 at 10.33.59.aac və WhatsApp Audio 2022-12-21 at 10.42.08.aac adlı səs yazıları vardır. Səslər fərqliliyi nəzərə alınmaqla K1, K2, K3, K4, K5 kimi qeyd olunmuşdur. Baxış zamanı AUD-20221122-WA0031 adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - Alo K2 - Salamməleykim, ... məllim K1 - Sabahın xeyir ay Hüseyn, nətərsən? K2 - Sağ ol məllim, çox sağ olun, siz necəsiz? K1 - Sağ ol, Allah köməyin olsun. Səsin-küyün gəlmir, salamatçılıqdı? K2 - Şükür Allaha məllim, min şükür, salamatçılıqdı, siz necəsiz? K1 - Sağ ol. Keçən dəfə Azər dedi ki, marketi nəsə bağlamaq istiyir, neynəməy istiyir. Elə şey eləməginən. Otur marketində işdə, mən sənə yenə deyirəm, nə qədər ki, mən ordayam, sənin obyektinə bir dənə tədbir olan döyül K2 - Allah canıvızı sağ eləsin, çox sağ olun K1 - Otur obyektini işdət, hər xırda şeydən həvəsdən düşmə. Olan şeylərdi. Dedim sənə, bu gün Azər dedi, dedi bəs deyir rivizya eliyir. Amma prostu sənə bir dənə məsləhət Hüseyn, özün-özüyün işiyin üstündə ol. Səhər sən başdı-başına buraxırsan, o gün mən Azərə də dedim, etibar eliyirsən, Əliyə, Məmmədə, Vəliyə, olar da hərəsi bir tərəfdən, bu saat zamana axmaq zamanadı. Yeyib dağıdıllar. Ona görə də əysiy çıxır, neyniyir. Otur işinin üstündə, özün nəzarət elə, otur işini işdə. Mən də sənə yenə deyirəm, nə qədər ki, mən ordayam, bir dənə sənin abyektində tədbir zad/// Otur səliqəynən, səhmannan, ağılnan, kamalnan işini işdəginən. K2 - Olsun məllim, çox sağ olun K1 - O birisi məsələ də uje həll olunur. O tərəfdən də çalışajam nə qədər də mümkündü aşağı formada eliyim, narahat olma K2 - Çox sağ olun, məllim. Allah canınızı sağ elləsin K1 - Yaxşı. Nə də başqa sözün olsa zəng elə mənə ... K2 - Sağ olun, var olun, çox sağ olun, məllim K1 -Yaxşı, yaxşı Baxış zamanı AUD-20221122-WA0032 adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - Hə, olsun. Gələndə özün keçmə sən, qoy Gülçin keçsin, problem yoxdu. Baxmadım heç, bu istintaq çağırıb, yoxsa şey? Qoy baxım görüm. Baxış zamanı AUD-20221122-WA0033 adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - Həə, sən özün də keç, bu şeydi, hə bildim. O birsi məsələ həll olunub şükür Allaha. Bu uje ikinci məsələdi də Hüseyn, bu şeydi, o saxta içki məsələsi. Bunu da gəlginən, nəticəsini mənə deyərsən, narahat olma, nə lazımdı eliyəjiyik. Bunu bir dənə gəl, gör bir dənə müstəntiq nə deyir. O araxların məsələsidi də, bu saxta araxların. O birisi heç, o birisi həll olundu getdi. Bunu da gəl danış bax gör nədi, çıxanda mənə deyərsən. Baxış zamanı AUD-20221122-WA0034 adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - Yo, mən elə bildim şeydi, o aperativdi, ona görə dedim. Yo, müstəntiqdisə özün keç. Müstəntiqdisə özün keç, özün gör nədi, nəmənədi, nə dəyəjək dana müstəntiq. Onnan sonra cavabını mənə deyərsən. Baxış zamanı AUD-20221122-WA0035 adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K2 - Bilmirəm kimi neyniyim sizə uyğun olan bir adam ya nətərsə belə bir şey. Nə bilim vallah K1 - Vallah bax da, maşınnan əgər belə bir etibarlı adam varsa, ağzıbütöy adam/// K2 - Ağzıbütöy adam məllim, ya Azər, ya Tofiq də. Mən başqa adam kimi deyim K1 - Azər Bakıdadı? K2 - Azər Bakıdadısa bu dəyqə zəng eliyim Azərə, ya atım kartına Azərin kartına, ya deyim məsəlçün, orda özündə varsa mən mən burda verim ona K1 - Karta atırsansa elə mən sənə kart göndərərəm/// K2 - Hə, məllim o lap yaxşı, o lap yaxşı K1 - Hə, prosta ... nə qədər pul tutullar orda? K2 - O xırda şeydi də o K1 - Bilirəm K2 - Adamın yanında ... K1 - Mənə heç nə eliyə bilməzdər. Mən çünki yenə deyirəm də, mən birbaşa o dövlət regional///Amma düzünü deyirəm də, mənə heç nə eliyə bilməzdər Baxış zamanı AUD-20221122-WA0036 adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K2 - Bəli, məllim K1 - Hüseyn, danışdım onnan ... iki dənə düzəldib göndərərsən... K2 - Hə, yaxşı K1 - Dedim qardaş, ba bu 150 (min) deyil? Maksimum səviyyədə yendir aşağı, sənin hörmətin də kifayət qədər olunajax. O nə qədər dedim açıx deyirəm də, bildin? O nə qədər yendirdiyin yoxdu? Tutax ki, məsələn, 50 min yendirdin, 70 min yendirdin K2 - Aha K1 - Nə qədər yendirsən də qardaş, ordan sənə normal hörmət olunajaxdı. Yanı polisə baxma, polisə hamı alıb verir, orda çəkinəcək heç nə yoxdu Baxış zamanı AUD-20221122-WA0037.m4a adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - ...deməmişdi ki...mənim ...heç nə yoxdu K2 - Nə bilim vallah/// K1 - Bu şərəfsiz elədi. Ordan ona yüz faiz danışmışdıq ki, ordan nə göndərilsə, o tətbiq olunajey K2 - Bayaqları şey elədim/// K1 - Camaatın orda haqq-hesabı da verilmişdi ki, ala, ordan nə göndərirsən...ordan nə gəlsə, şərəfsiz nə göndərsə, tətbiq eliyirsən. O da ona görə yazıb göndərib K2 - Bu da indi/// K1 - Zəng eləmişdilər mənə... K2 - Aha K1 - Dedilər qardaş, o adama denən ki, desin ki, maksimum 85, ordan o tərəfə bir köpük də artırmasın. Ordan nə desələr göndərsələr ora çatan kimi təsdiqliyəciyik biz. Təzdən bu gün də mənə zəng olundu ku, ta mən o adamnan danışa bilmirəm də ortada bir adam///... ... məni şey eləmək üçün də belə. Bu gün o adam zəng elədi ki, qardaş, ordan dedilər ki, ...fikirləşirəm yəqin 85 göndərib də bu. Dedi ki, o şeydən idarədən ... gələn kimi tətbiq elə. Nə gəldi onu da tətbiq elə ... K2 - A heç nə, bir dənə zəng elədi mənə ki, bəs/// K1 - Şərəfsiz də yəqin ... ... Bu yəqin genə oğraşdığın eliyib, çünki ... orda ... Biz ona görə birbaşa Natiqə çıxdıx. Yəni bulardan uje keçdi ye, bular ... ...iş yoldaşdarı yoxdu? ...iş yoldaşdarı almışdılar da, kişi söhbəti eləmişdi danışmışdı. ... ... bu şərəfsiz bu binamus var e ... Bütün bu oyunnarın hamısın qatışdıran odu. Bular da ... Dedilər ki, ay qardaş, pulu istəmirsən sən? Sənin dərdin nədi? Yaxşı da sən soradan gəlmisən, oyuna girmisən. ... Haqq-hesabını veririk, sən nə deyirsən elə. Alo K2 - Hə məllim, eşidirəm K1 - Hə. Bu təzdən qoydu özünü binamusduğa. ...Danışdıx ki, əmanəti qaytaraq geri. Ona görə zəng eləmişdim sənə ki, yanı əmələ gəlmədi. Sora açığı, mən təzdən düşdüm şeyə. Dedim ə yox e, bu Ramizi onda belə çıxır Ramiz də istədiyin elədi də. Sən öl deyirəm. Bax, balalarımızın canı, iki dəfə göndərib. Ordan məə deyiblər e... Bir dəfə 700 minnən göndərib, bir dəfə 400 minnən göndərib. ... keçirtsə ki, ...öz iş yoldaşlarının acığına nə bilim nə, başım çıxmır. Yanı imenni o realdı da, rəqəm yoxuydu hansı ki, o real... ...onu keçirtsin. Bizdə onu axır çıxdığ ora, ordan dedilərki...Bu nə göndərsələr xeyri yoxdu, bunu təsdiq eliyən bizik. Nə göndərsə qaytarajıyıx geri. İki dəfə yanı ordan deyiləni deyirəm mən. ... ... biz onu qaytardıx geri. ... ... dedik, get təzdən yollaginan... Onun yanında sənə dediyim sözdər vardı e, oları mən demirdim. Oları mənə deyirdilər, deyirdim sənə K2 - Hə, bildim K1 - Sən ona denən, yaxınnaşsın desin ki, maksimum 85-di, onnan o tərəfə mümkün olan şey döyül. Təzdən büyün də mənə zəng elədilər ki, ona görə mən zəng elədim. Dedilər qardaş, ordan nə gəldi///Deməli bu şərəfsiz yenə burdan yazıb göndəribdi. Olar da dedilər ki, bu idarədən ordan desinnər ki, 85 eləsin, nə yazıb göndərsələr onu da biz çatan kimi burda təsdiq eliyəjiyik K2 - Bu ... K1 - ...məsəlçün, 15 min yazdı K2 - Aha K1 - Bunu bir variantnan yazsın hələlik gəlib götürəcəm K2 - Yaxşı, yaxşı K1 - ... ... Sən o gün telefonu götüseydin, o şey vardı ye səni yığdım telefonu götürmədin. Orda mənə özdəri dedilər ki, Hüseyn, mən hardan bilirdim onu? Heç mən o Elşəni tanımıram da kimdi, bizim olarnan əlaqəmiz yoxdu. Mənə dedilər Elşən onu qəbul eliyəjəkdi. Olar gedişatı bilirlər də o prosesi. Dedi Elşən onu qəbul eliyəjək. Elşənə girsin desin ki, belə, belə, belə, belə. Elşən də elə pis adam döyül... O təzdən sən dünən mənə dedin axı onu dedi ki, bəs 85-ə yazıb göndərəjəm... K2 - Dedi mənə, hə/// K1 - Ona görə ...də dedi ki, əgər 400 min yazılsa, mən onu həll eliyə bilmiyəjəm. Çünki iki dənə cinayət işi onun adınnan çıxmıyıb. Özü müstəntiqə də bugün dediki,ə bunun məsələsi deyəsən uje həll olunub... ... K2 - Yaxşı K1 - Mən onnan danışıb deyəjəm sənə K2 - Yaxşı, oldu Baxış zamanı WhatsApp Audio 2022-12-01 at 11.52.05.ogg adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - ...Noldu, ə? K2 - ... K1 - Uzağı ... ...Məsələn, araq vurur. Bunun dövriyyəsi tutaq ki, 1 il döyül? 60 milyondu. Bu tutaq ki, 60 milyon axı dövriyyədən yayınır... 3 milyon pul ödəməlidi. Deyir davay 1 milyonu ver mənə. Bir milyonu sizə///O da ...sərf eliyir. 3 milyonun əvəzinə bir milyon ödüyür. Yanı belədi də, yarısı sənin, yarısı mənim. Axırda Zauru araşdırıb baxdılar ki, ə Zaur qardaş, milyonlarla belə, bəlkə bir 10 milyon götürüb uje/// (Əsas mövzudan kənar ümumi replikalar. Ardınca K1 diktoru telefonla danışır və digər diktorların öz aralarında danışığı eşidilir) K1 - Hə, sora məlum oldu ki, Zaur qardaş vobşim şartaşart işdiyir. ...ora-bura. Okazıvayetsa bunu yoxluyurmuşdar. ... Yəni burda məsələlər bir az çox ciddidi. İndi vallah mən əlimnən gələni. O bir dənə ...dedim ki, ...çalışıb orda nə məsələdi. Səndə orda gətirən o şeydə nə qədər sənin adın çıxdı, Hüseyn?...İndi fərqi yoxdu... K2 - Onu mən bir dənə/// Baxış zamanı WhatsApp Audio 2022-12-01 at 11.52.06 (1).ogg adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - Birincisi, alanda bildirəsən nədən alırsan pulu? Hansı pulu alırsan. Biləsən bəli, Azərin iraq olsun, ayağı orda büdrədi, gəldi xaiş elədi filan beşməkan bəli, bunu aldın getdin. Bir var kimisə şərriyəsən, torba tikəsən, haqsız pul alasan, bu başqa məsələ. Baxış zamanı WhatsApp Audio 2022-12-01 at 11.52.06 (2).ogg adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - Burda da düşüllər hansı işdərin dalınca? O Rəsul borcu vardı///2 milyon sırf borcu var. Sırf borcu haa. Dövriyyə yox, sırf borcu 2-3 milyon idi. İndi milyonnan yuxarı düşür diqqətə. Başa düşdün? Ki, bunun dalınca düşək. Amma milyonnan aşağı söhbətdə burda yenə deyirəm də burda milyon zad burda xırda söhbətdərdi. Burda mənə icazə verələr Allah haqqı, deyələr ki, ikicə ay işdə. 2 aydan bir 3 milyonu qoyub deyərəm sağol, mən getdim/// Baxış zamanı WhatsApp Audio 2022-12-01 at 11.52.06.ogg adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - Qardaş, heç kimnən yalvarıb pul almırsan ki. ... ...zəng eliyir ki, ay Amil, mənim dostumun dostudu. Onu sən canı gör, baş üstə. Azərin də sözü yerə düşmür. O da baxır da nədən. Oğurrux eliyənnən, quldurrux eliyənnən pul almırsan ki K2 - Elədi, hə Baxış zamanı WhatsApp Audio 2022-12-06 at 12.02.17.ogg adlı faylda aşağıdakı danışıqları aşkar edildi. K1 - ...dedim ki, ...orda nə məsələdi. Səndə orda gətirən o şeydə nə qədər sənin adın çıxdı, Hüseyn? ... Fərqi yoxdu, o balaca döyül K2 - Onu mən bir dənə söz deyim sizə. Orda mən bildiyimə görə deyiblər ki, ...deyəsən demiyiblər də yanı kimnən almışıqsa K1 - ... K2 – Yox məllim, mən bir dənə sizin sözünüzü kəsirəm. Mən sizin işçiyəm. Qubadakı satanın. Bakıdakı satanın. Gəncədəki satanın. Qubada paylıyanın. Adı, telefon nömrəsi, maşının nömrəsi/// K1 – Sənə lazımdı, sənə kim gətirmişdi? K2 – Süleyman K1 – Süleyman kimdi? K2 - ...078 ... K1 - Qubalıdı? K2 - Qubalıdı K1 - Qubada yaşıyır da o? K2 - Bəli K1 - İndi onun qulaq as, sənə ... K2 - Özü etiraf eliyir də Baxış zamanı WhatsApp Audio 2022-12-06 at 12.02.18 (1).ogg adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - (telefonla danışır) Əvvəlcə... deməli o qardaş o dostum var Azər. O zəng eləmişdi mənə, o Hüseynnən görüşüb də. ... onu da deyir orda Süleyman var. Konkret deyir Süleyman deyir gətirib onu bura. Süleyman deyir etiraf eliyir. Bəli, mən gətirdim. Süleyman da kimnən alıb daje Süleyman onu da deyir mən kimnən almışam. Yavaşyavaş, xırda-xırda gedib çıxır... Çerez gedir onnan. Gəlib Süleyman da özü etiraf eliyir bəli, mən gətirmişəm, mən gətirib vermişəm. Bunun burda buna köməklik olub o ... Alo. Necə? Hə. Hə. Ay bunnan keçsin kimə gedir getsin də, Süleyman özü bilər da. Mənim ... qardaş kimi dostumdu. Süleyman onnan sora özü bilər da. Süleyman özü sübut eliyər, gedib Gənciyə çıxar çıxmaz. Onsuz da burda yenə deyirəm, polisə bir az başqadı. Düzdü, polisdik iş olanda biz onun axırına gedib çıxırdıq. Kopat eliyirdik, axırına çıxırdıq, şey eliyirdik. Burda yanı bir az elə məsələlər ciddi baxılmır. Yanı mən bir dənə buna görə deyirəm ki, bu qardaş Azər zəng eliyib deyir ki, deyir özü də Süleyman özü də etiraf eliyir ki, bəli qardaş, mən hara deyirsən gedim deyim mən vermişəm və mən kimnən almışam onu da deyim burda. Ba belə bir məsələdi. Sora bunu deyəsən orda özü da deyibdi 85 minnik şeyi çıxıb. O da indi onun cəriməsin ödüyər. 9 min də cərimədi mal qalığıynan, bir də şeylərnən. Hə, 8500 də şey, ay sağol. Bir dənə də sənə qurban olum, qalır onun bir dənə şey məsələsi. O üçillik dövriyyə var e, ona neynəmək olar? Nə kömək eləmək olar? Onu da göndərərik məhkəmiyə, gedər məhkəmədə deyər də. Hə, yerri məhkəmiyə göndərərik, gedib orda həll eliyər da. Yaxşı qadan alım, Allah canını sağ eləsin, sağol. Baxış zamanı WhatsApp Audio 2022-12-06 at 12.02.18 (2).ogg adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - ...85 min malın çıxıbsa, sənin 8-10 faizin ...Tutaq 8500 hə düz deyirsən, cərimə yazılır 10 faiz, min manat da ... O boş şeydi. İkinci, burda söbət gedir ...mən əlimnən gələn köməkliyi eliyəjəm... Amma ki, biz o Süleymanın ... və ...həmin Süleymanın adıynan göndərirəm ki, qardaş, bu adamın günahı yoxdu. Onnan sora Süleyman ... ... Çünki Süleyman da uje kimlərə verəjək, onun öz işidi. O heç səni maraqlandırmır da K2 - Süleyman deyir ki, mən bu gün də danışdım oynan. Deyir problem yoxdu məni çağırsalar/// K1 – Mən də ... dedim ki, bu qardaş bizim dostumuzdu, ...dostu xahiş eliyib. Yanı bunu ciddi giriş buna. Ayrı vaxt açığı, başdan getdi baxıllar. ...getdin sənəddəşdirdin ... Mənimçün nə fərqi var ki, Hüseyn tutuldu, tutulmadı, neynədi, nağayrdı. Mən fakt bunu demişəm. Getdim mənim göstəricim budu əməliyyat tədbiri kimi. Gətirdim...o birsin çıxartdım verdim. Amma mənim dostdarımın marağı olanda ... mən əlimnən gələni eliyəjəm ki, ilkin sənəddəşmədə hansı ki ... ... İlkin sənəddəşmədə mən çalışacam ki, o ...salım ki, bəli, burda bu adamın günahı yoxdu. Buna gətirib verib filankəs. Onnan sora istintaqda əgər istintaqda da şey olsa istintaqda kim olsa ora deyəjiyik Allah qoysa. Orda uje sənin məsuliyyətin yenir sıfra. Yəni burda bir az başqa cürdü. Əgər sübut olunursa ki, sən şey döyülsən ki, onu biləsən. Əgər ... ...mən yenə deyirəm bəli, gətirib onu əvvəl ...vallah bilmirdim o saxtadı. Baxış zamanı WhatsApp Audio 2022-12-06 at 12.02.18.ogg adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. K1 - Bunu əvvəldən bilsəydim heç mən ora adam göndərməzdim vabşe. Yanı bu sırf bizim tədbirimizdi. Yadında, keçən dəfə də bir partiya gəldi Qubanın o stop elədik getdi. Onda şey eləmədik. Səni uspet eləmədik açığı. 2 gün qaldıx. Da yorğunuydux. Dedik əşi, gələk sora da, Orujduxdan sora gedərik. Onu da mən əvvəldən bilsəydim, belə münasibət olseydı, heç mən qoymazdım səni... Baxış zamanı WhatsApp Audio 2022-12-21 at 10.33.59.aac adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. 04.11-08.21 K3 – İndi ba bunu da əlavə elə K4 – O birsi köhnəni cırıram, bunu cırıram. Bu nəyə lazımdı ki K3 – Bax, nə yazmışamsa başıva dönüm, oxu özün K2 – Bir dənə səbirri olun. Əlavə edirəm ki, borcdan qalan 22 min manat borcumu alannan sora Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbim və iddiam qalmayacaq (Ümumi replikalar) K3 – Nə yazdın oxu da nolar K2 – Əlavə edirəm ki, borcdan qalan 22 min manat borcu alannan sora Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbim və iddiam qalmayacaq K3 – Çox sağol (Ümumi replikalar və mobil telefon zəngi eşidilir) K3 – Necə? Bu gün axşama kimi də. Bu gün axşama qədər danışdıx ki, bu gün axşama. Başqa sözünüz var mənə? K4 – İkinci sənədi qoy qalsın burda...verərsən. Elə şey olur?///Özünüz bilərsiz, ancaq mən///Bir dağa diyan K3 – Yox e, mən burda bunu boyun alıram da bunu. Yox e, bu verdiyimi elə kağıza yazmışam/// K2 – Heç mən o pulu verəndə vallah heç bir kağız zad yazmamışdım, sözün açığı K3 – Başa düşürəm. İndi bu söbət olmasın diyə, təkrarlanmasın diyə da belə olur da, başıva dönüm K2 – Bildim, əmi. İndi sən onu borc yazdırdın, əslində mən onu heç borc da verməmişdim əslində. Dedin yaz borc, dedik ki, yazaq borc K3 – Bizə nə lazımdı? Bu işin düzülüb qoşulması. Düzdümü? K2 – Həə K3 – Ba dünən mənə sən deyirsən sən bu işə qarışma, mən özüm bilirəm onan necə eliyəcəm bu pulu alacam. İndi bu düzdümü? K2 – Mən sizə görə dedim də, əmi. Sən onun yerinə Amilin yerinə sən nöş pul verirsən ki, əmi. Ona görə dedim K3 – Düzün bilmək istiyirsən? O o verən pulun 19 minin Amildən almışam. Lap düzün bilmək istiyirsən? K2 – Həə, 19 mini qaytarıb sənə? K3 – Bəli. Mən indi hər şeyi şey eləmiyək də. Mən istiyirdim ki, bu onnu, sənni, mənni ümumi razılığa gəley. Sənin səhvin bilirsən harda oldu? Bu pulu qaytarırlar, al puluvu da K2 – O pulu əmi, Amil qaytarırdı 3 gün, 2 gün qalmış 5 gün idi nəsə dedi qaytarıram. Mən də acığa dedim yəni...aparıb köçürtsün də. Bu da allatdı məni. İndi oldu keçdi ye, allatdı, neynədi. O keçdi K3 – Yaxşı, sağolun K2 – Saat neçədə görüşürük əmi, axşam? K3 – 4, təxminən 4, 5-ə K2 – Yaxşı Baxış zamanı WhatsApp Audio 2022-12-21 at 10.42.08.aac adlı faylda aşağıdakı danışıqlar aşkar edildi. 01.00-02.48 K5 – Hüseyn, Amil/// K1 – Hüseyn cavan olar. Mən onda işdiyəndə sənin, neçə yaşın var sənin? K2 – Mən sizi tanıyıram K1 – Neçə yaşdı səndə? K2 – 32 K1 – 32, hə. Mən görməmişəm heç səni. Atanı tanıyıram K2 – Yoox, mən Bəhruz məlim dostumdu, Elvinin özüynən də K1 – Elvin həə, Elvin zəng eləmişdi mənə. Da Azər deyib, Elvinə niyə zəng elətdirirsən? K2 – Yox, Elvinə ona görə zəng eləmədim. Heç bilmədim Elvin sizi yığacaq. Mən Elvinə yığdım ki, Elvin, nə var, nə yox. Elvinnən lap belə uzun müddət dostluğumuz var. Elvin əməliyyatdan təzə gəlmişdi. ...Emil var idi. Sumqayıtdan çıxartdılar e. Emil də dostumuzdu. ...çıxartdılar K1 – Bəhruz (söyüş), Elvin yaxşı oğlandı K2 – Vallah mənə dəymir/// K1 – Yox, mən sənə ümumiyyətlə deyirəm K5 – Çox bənd olma/// K2 – Onu ən çox ...kimdi? 23-ün rəisi var e... K1 – Kimi? Emini niyə tanımıram? Emin mənim işçim olubdu K2 – Hə, lap Eminnən mən dostam. Burda Qonaqkənddə uçaskovı işdiyirdi əvvəl. Sora əməliyyata gəldi Fazil məllimin dövründə K1 – Kimi deyirsən e? K2 – Kəlbiyev Emin K1 – Deyirəm Emin mənim işçim olubdu///Emin mənim Qubadan ...Emin mənim işçim olubdu. Sora gəldi Bakıya sora da, həə. Emin indi bölmə rəisidi K5 – Hanı şey, Tofiq? K2 – Tofiq dedi mən gəlmiyim, narahatçılıq olar birdən/// K1 – Ə yox K5 – Narahatçılıq yoxdu K1 – Burdadı? K2 – Tofiq maşında gözdüyür K1 – Yo, yo, gəlsin. Maşında oturub gəlsin///Düz elədin. Yox, amma o elə tərbiyə göstərirsə, biz də ona tərbiyəmizi göstərək K2 – Vallah dedi birdən narahatçılıq olar K1 – Sora yığdı dedi Amil məllim, orda özü bilir. Dedi onu şey gəlmişdi. Yaxşı, mən orda şeylər vardı. Nəysə. Gəlin keçək içəri də K2 – Mən bunu götürüm gəlim, Azər? K5 – Kimi? K2 – Tofiqi K5 – Həə, gəl dəə/// K2 – Yaxşı Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/388 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda beş nəfər kişi cinsinə məxsus diktor iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs1, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs, «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid5 məxsusdur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********595800 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, X8 **********380300 nömrəli xx.xx.2022-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinə təyin edilib və **********740100 nömrəli xx.xx.2022-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilməklə vergi orqanlarında xidmətinə xitam verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən 15 may 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs təqdim etdiyi 21,9 mb olmaqla 17 ədəd özünün, Təqsirləndirilən şəxs1 və Şahid5lə aralarında olan səs yazılarını əhatə edən CD disk, həmçinin "xxxx" ASC-nin X4 adına olan 4098********8742 kart nömrəsinə dair hesabdan çıxarış sənədi, "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD disk, "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1n barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Appelyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə rüşvət” şəkilndə pul və sair nemətlər verilməsi halında” rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulu aldatma yolu ilə əldə etmiş, onun zərərçəkmişin xeyrinə hər hansı hərəkət etmək, ona kömək etmək niyyəti olmsmış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməllərini korrupsiya cinayətinin obyektinə- dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Bundan başqa, Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tamamilə ödənilməsini və təqsirləndirilən şəxslə barışmasını göstərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 yanvar 2023-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş 45.000 manat maddi ziyanın 25% hissəsini təşkil edən 11762.50 AZN məbləğdə pul vəsaitinin dövlət büdcəsinə ödənilməsinə dair qəbzi məhkəməyə təqdim etmişdir. Həmçinin ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsinə ödənilmiş məbləğin həm də digər təqsirləndirilən şəxsə şamil eilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 yanvar 2023cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən iştirakçılıqla törədilən cinayət əməllərinin vurduğu ziyana görə birgə məsuliyyət daşıyan bir qrup şəxs tərəfindən törədilən cinayətlərə dair işlərdə, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinin bütün tələbləri yerinə yetirilmişsə, zərərin ödənilməsi və digər ödənişlər onlardan ən azı biri tərəfindən tam şəkildə yerinə yetirildiyi halda da cinayət prosesini həyata keçirən orqan cinayətin bütün iştirakçılarına qarşı cinayət təqibinə son qoya bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla onlar barəsində cinayət təqibinə xitam verilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.3, 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən xitam verilməli və o, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, işi üzrə maddi sübut olub cinayət işinin materiallarında saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi 21,9 mb olmaqla 17 ədəd özünün, Təqsirləndirilən şəxs1 və Şahid5lə aralarında olan səs yazılarını əhatə edən CD disk, həmçinin "xxxx" ASC-nin X4 adına olan 4098********8742 kart nömrəsinə dair hesabdan çıxarış sənədi, "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD disk, "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 125 (yüz iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 125 (yüz iyirmi beş) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40-43, 321.2.1, 344- 347-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara alır: Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4 maddələri ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4cü maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işinin materiallarında saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi 21,9 mb olmaqla 17 ədəd özünün, Təqsirləndirilən şəxs1 və Şahid5lə aralarında olan səs yazılarını əhatə edən CD disk, həmçinin "xxxx" ASC-nin X4 adına olan 4098********8742 kart nömrəsinə dair hesabdan çıxarış sənədi, "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD disk, "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 125 (yüz iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 125 (yüz iyirmi beş) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar