Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-468/2024 08.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X12 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Salyan rayonunun Şorsulu kəndində anadan olmuş, vətəndaşlığı olmayan, orta təhsilli, evli, işsiz, Salyan rayonunun Şorsulu kəndində qeydiyyatda olmuş, daimi olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kopleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının erazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə arvadı X7 ilə birlikdə 07 oktyabr 2013-cü il tarixdə Bakı Beynəlxalq Hava Limanından təyyarə ilə Türkiyə Respublikasına getmiş, oradan şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının Haritan şəhərinə gələrək, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Xalid dayı” dini ləqəbli X8 rəhbərlik etdiyi “Xalid dayının camaatı” adlı silahlı birləşmənin tərkibinə daxil olub həmin birləşmənin digər üzvləri ilə birlikdə hərbi təlimlərdə və qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, 2014-cü ilin mart ayının əvvəllərində Türkiyə Respublikasına qayıtmışdır. Bu cinayət əməllərinə görə o, xarici dövlətdə məhkum olunmamışdır. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib sərbəst ifadəsində və saulları cavablandırarkən bildirmişdir ki, o silahlı birləşmələrə qoşulmamışdır. Düzdür Suriyaya getmiş və onlarla münasibəti olmuşdur amma onların tərkibində döyüşməmişdir. Azərbaycan Respublikasında bir nəfərlə etiqad üzərindən söhbət etmişdir. Onlar deyib ki,, orada yaşayış daha yaxşıdır və getsə orada daha yaxşı yaşayacaqdır. Ona orada şəriət var dedikləri üçün o da ona görə oraya yaşayış üçün getmişdir. Orada yaşadığı müddətdə də onlar ona şəriət quracağıq, hər şey allahın dediyi kimi olacaq deyiblər. O da onlara inanıb getmişdir. Ora gedəndən sonra görmüşdür ki, həmin şəxs İşid qruplaşmasına qoşulub. O qrupa qoşulmadığı üçün həmin şəxs onu İşidə şikayət etmiş və həmin şikayət əsasında qrupa qoşulmadığı üçün İşid onu 1 ay həbsdə saxlmışdır. O, ordan çıxmış və ailəsini götürüb 15 gün yerli əhalinin evində gizlənmişdir. Çünki İşid onu tutsa öldürəcəkdi. 3 ilə yaxın orada yaşamışdır. O, Xalid dayı ləqəbli şəxsin yanında 12 gün olduğunu. Həmin 12 gün ərzində təlimdə olduğunu, silahdan atmağı təlimdə öyrəndiyini, Xalid dayının qrupuna qoşulmamış, sadəcə onun yanında olmuş və özünü müdafiə üçün 12 gün təlimdə olmuşdur. Məhəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyi üçün onun ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-2010-cu illərdə Xırdalan şəhərində yaşadığı vaxtlarda dinlə yaxından maraqlanmağa başlamış və bu sahede bir çox araşdırmalar aparmışdır. 2010-cu ildə namaza başladıqdan sonra ibadət etmək məqsədi ilə müntəzəm qaydada məscidə getmiş və orada vəhhabi təriqətinə mənsub olan şəxslərlə tanış olaraq onlarla ünsiyyət qurmuşdur. Həmin vaxtlarda vəhhabilər ona dinlə bağlı müxtəlif məzmunlu kitablar təqdim etmiş, həmçinin onların tövsiyyesi ile o, Sumqayıt şeherində yerləşən “Muslim Shop” mağazasından 2-3 ədəd dini kitablar da almışdır. Bundan sonra asudə vaxtlarının böyük bir hissəsini vəhhabilər ilə keçirmiş və bundan sonra onlarla arasında səmimi münasibət yaranmışdır. 2013-cü ilin iyul-avqust aylarında dostu “Umeyir” dini ləqəbli əslən Fuad adlı şəxs ona Suriya Ərəb Respublikasına getməyi ve orada cihadda iştirak etməyi təklif etmiş o da həmin şəxsin təklifi İlə razılaşaraq özünə ümumvetendaş pasportu almışdır. Bundan sonra, 2013-cü ilin oktyabr ayının 7-de həyat yoldaşı X7, övladları Şahid2 Kamran qızı, X5 ilə birlikdə, həmçinin Hünər Həsənov ve “Abdurahman" dini ləqəbli Seymur adlı şəxs ve onların ailə üzvləri ile birlikdə Heydər Əliyev adına Beynəlxalq hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə yola düşmüşlər. "Umeyir” adlı şəxs isə sənədlərində problem olduğundan onlarla birlikdə gələ bilməmişdir. Oktyabr ayının 8-də digər şəxslərlə birlikdə İstanbul şəhərindən avtobusla Hatay rayonunun Reyhanlı qəsəbəsinə gəlmiş, Hünər əvvəllər bir neçə dəfə Suriya Ərəb Respublikasına getdiyindən orada bələdçilərə zəng edərək onları Suriyaya aparmağı xahiş etmişdir. Həmin gün onu və ailəsini “Əbu Həris” adlı əslən türk milliyətindən olan şəxs Reyhanlı qəsəbəsindən Suriya Ərəb Respublikasının Atma şəhərinə, oradan isə elə həmin gün yanında olan digər şəxslərlə birlikdə Haritan şəhərinə aparmışlar. Haritan şəhərində “Azəri camaatı”na məxsus mənzildə 3-4 gün qaldıqdan sonra həmin "camaaf’a beyət etməli olduqları bildirilmiş, lakin onlar bunu qəbul etməmiş, ona görə də onu və ailəsini həmin evdən çıxarmışlar. Bundan sonra Hünərlə o, “Xalid dayı” ləqəbli X8 rəhbərlik etdiyi “Xalid dayının camaatr’na qoşulmuş və özünə “Əbu Abdulla” dini təxəllüs götürmüdür. Orada olan zaman əvvəlcədən tanıdığı “Ömər” dini ləqəbli Elvir Namazovu görmüş, söhbət zamanı sonuncunun “Xalid dayının camaatrna qoşulduğunu anlamışdır. Elvir döyüş təlimlərinə qoşulmağı təklif etdikdə razılaşmış və Atma şəhərinin yaxınlığında olan “Dartiza” adlanan düşərgədə keçirilən təlimlərə qoşulmuş, evli olduğu üçün 5 gün təlimdə, 2 gün isə ailəsinin yanında vaxt keçirmiş, ümumilikdə isə 12 gün telimdə olmuşdur. Orada əsasən qaçış, hündürlükdən tullanma, dini dərslər, 2 dəfə də “Kalaşnikov” tipli silahdan atəş təlimləri keçmişdir. Bir müddət sonra Elvir Namazovla birlikdə Haritanda ev üçün bazarlığa gedərkən onu və Elvir Namazovu “X18” üzvləri saxlamışlar. “X18” üzvləri o və Elvir Namazovdan hansı qruplaşmanın üzvü olduqlarını soruşduqda o "mühacir” olduğunu bildirsə də, Elvir İŞİD” üzvü olduğunu bildirmiş və buna görə o və Elvir həbs edilmişlər. 1 gün saxlanıldıqdan sonra yerli camaatdan bir nəfər onu tanıdığından o və Elviri azad edilərək mühasirədən çıxarılmış və öz camaatlarının yanına göndərilmişlər. Camaat üzvünün yanına gəldikdən sonra “Xalid dayı” ləqəbli X13 onlara hücum edildiyini, buna görə də Haritan şəhərini tərk etməli olduqlarını bildirmiş və bu səbəbdən Elviri© birlikdə Suriyanın Əl-Bab şəhərinə getmişdir. Orada qalan zaman “Xalid dayı” ləqəbli Rövşən Bədəlovla arasında mübahisə yaranmış və sonuncu onu “İŞİD”ə şikayət etdirərək tutdurmuşdur. “İŞlD”in xüsusi təyinatlıları onu həbs edərək əvvəlcə Bab şəhərinə, sonra isə “Rakka” şeherinə aparmışlar. Təxminən 1 ay həbsdə qalmış, lakin Xalid dayı Kobanidə öldürüldükdən sonra onu həbsdən azad etmişlər. Həbsdən çıxdıqdan sonra o, Bab şəhərinə qayıdaraq ailəsini tapmış, onlarla birlikdə həmin şəhərin “Çobanbəyi" kəndinə getmişdir. Orada olan zaman yerli əhali olan türkmənlər onu ailəsi ilə birlikdə öz evlərində gizlətmişlər. Daha sonra 2014-cü ilin mart ayının əvvəllərində Türkiyə ilə həmsərhəd olan ərazi açıldığından yerli əhali ona və ailəsinə sərhəddən keçmək üçün köməklik göstərmişlər. Daha sonra o ailəsi ilə birlikdə Adana şəhərinə getmişdir. Suriyada həbsdə olduğu vaxtda tanış olduğu "Əbu Furkan” ləqəbli şəxsin verdiyi nömrəyə zəng etmiş ve "Əbu Furkan”-ın bacanağı olan Ozan adlı şəxslə əlaqə saxlayıb “Əbu Furkan”-ın dostu olduğunu bildirmişdir. Bundan sonra Ozan adlı şəxs qalmağı üçün dostunun evini təşkil etmiş, 2 günə yaxın orada qaldıqdan sonra Adana şeherində kirayə mənzil tutmuş və ailəsi ilə birlikdə oraya köçərək yaşamağa başlamışdır. 2016-cı ilin iyun ayinədək həmin kirayə tutduğu mənzildə qalmışdır. 2015-ci ilin noyabr ayında oğlu Məhəmməd Nağdəliyev dünyaya gəlməsi ilə bağlı xəstəxanaya getdikdə Türkiyə Respublikasının səlahiyyətli orqanları onun və ailəsinin Türkiyə Respublikasında qanunsuz yaşadıqlarını bilərək 2016cı ilin iyun ayında ailəsini Azərbaycan Respublikasına deportasiya etmiş, o isə gizlənərək Azerbaycana deportasiya olunmaqdan yayınmışdır. Yayınmağının əsas səbəbi isə Azərbaycana gələcəyi təqdirdə həbs olunacağını bilməsi olmuşdur. Bundan əlavə o Türkiyə Respublikasında olan zaman xarici pasportunu da itirmişdir. Bir müddət Türkiyə Respublikasında Azərbaycana qayıtmaq üçün yollar axtarmışdır. Bu zaman “WhatsApp” sosial şəbəkəsində olan Suriyada və Türkiyədə olan dindarlardan ibarət qrupa yazmışdır. Qrupda olan "Xalid” adlı şəxs ona yazaraq qardaşının Azərbaycana TİR-ın altıda gizlənərək keçdiyini və onun da həmin yolla qayıda biləcəyini demişdir. Bundan sonra o Adana şəhərindən Gürcüstanla sərhəd olan “Sarp” keçid məntəqəsinə gəlmişdir. Orada bir müddət Tırların ərazini necə keçmələrini müşahidə etmişdir. Müşahidə zamanı Tırların altında keçməyin rahat olduğunu ve yoxlanılmanın olmadığını görmüşdür. Hava qaraldıqda sonra sırada gözləyən TİR-ların altında gizlənmiş, sərhədi keçdikdən sonra isə TİR restoranda saxlayanda o g izi incə düşərək Gürcüstanda qalmışdır. 1 gece Gürcüstanda qaldıqdan sonra səhəri günü Gürcüstanla Azərbaycan sərhəddinə gəlib havanın qaralmağını gözləmişdir. 2017-ci ilin iyun ayının 2-si axşam saatlarında eyni qaydada TİR-da gizlənərək Azerbaycan Respublikasına Qırmızı X11 keçmiş və yaşadığı Xırdalan şəhərinin “AAAF park” şəhərciyinə getmişdir. 02 avqust 2023-cü il tarixdə DTX əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, 2013-cü ilin oktyabr ayında Kamran Zülfüqaov arvadı Aysel Nağdaliyeva və iki övladı ilə birlikdə işləməyə getmək adı ilə Türkiyə Respublikasına getmişdir. Ailəsi ilə getdikdən bir müddət sonra Kamranla əlaqə saxlaya bilmədikdə Kamranın dostlarına və digər adamlardan maraqlanmış Kamranın ailəsi ilə birlikdə Suriya Ərəb Respublikasına getdiyini öyrənmişdir. Bir neçə ay sonra Kamranla əlaqə saxladıqda Kamran artıq Suriya Ərəb Respublikasından Türkiyə Respublikasına keçmişdir. Kamran təxminən 2017-ci ilə qədər Türkiyə Respublikasında yaşamışdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında olan zaman 2 övladı daha dünyaya gəlmişdir. İfadəsində bildirmişdir ki, 2016-cı ildə Kamranın 4-cü övladı Məhəmməd doğulanda sənəd problemi yaranmış və Kamranın ailəsini Türkiyə Respublikasından Azərbaycana deportasiya etmişlər. Kamran özü isə 2017-ci ilin iyun ayında Azərbaycana qayıtmışdır. Həmçinin şahid oğlunun İşidə qoşulduğunu bilmədiyini qeyd etmiş. Ona məlum olmuşdur ki, oğlu inanıb ki, Suriyaya gedib güya oradan cənnətə gedəcək.Oğlunun cihad üçün getdiyini lakin sonradan peşman olduğunu bildirmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs Azer oğlu ilə 2007-ci ildə qeyri-rəsmi nikah münasibətlərinə başlamışdır. Ailə həyatı qurduqdan sonra Kamranla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri “AAAF" adlanan yaşayış kompleksində yaşamağa başlamışdır. 2009-2010-cu illərdən başlayaraq həyat yoldaşı Kamran Xırdalan şəhərində dinlə yaxından maraqlanmağa və bu sahədə bir çox araşdırmalar aparmağa başlamışdır. Belə ki, Kamran davamlı olaraq Sumqayıt şəhərində radikal dini qruplarla oturur və vaxtının böyük bir hissəsini qeyd olunan dini qruplara ayırırmış. Kamran hər dəfə evə geri döndükdə ona birlikdə vaxt keçirdiyi radikal dini qruplarla daimi olaraq dini mövzularda söhbətlər etdiyini və Suriya Ərəb Respublikasında gedən hərbi əməliyyatlara qoşulmaq istədiyini bildirirmiş. O bunun səbəbini Kamrandan soruşduqda Suriya Ərəb Respublikasında cihad etmək və şəhid olmaq istədiyini bildirmişdir. Kamranın Sumqayıt şəhərində vaxt keçirdiyi radikal dindarlardan Hünər və Umeyir adlı şəxsləri tanıyır. Belə ki, Ramazan bayramlarında o və Kamran birlikdə Hünər və Umeyirin evinə iftar etmək üçün getmiş, bir müddət davamlı olaraq həmin radikal dini qruplarla Sumqayıt şəhərində vaxt keçirdikdən sonra 2013-cü ildə Kamran evə gələrək ona Suriya Ərəb Respublikasına gedəcəyini, bundan əlavə ailəsini də özü ilə aparacağını qeyd etmişdir. O öz növbəsində Kamrana qorxduğunu və getmək İstəmədiyini bildirmiş, lakin Kamran ona qorxulu bir şey olmadığını orada Özünün döyüşəcəyini o və uşaqlarının isə güvənli bir mənzildə digər ailələrlə birlikdə qalacağını bildirmişdir. Bundan sonra Kamranın təkidi və məcburiyyət qarşısında qalaraq təxminən 2013-cü ilin oktyabr ayında o, Təqsirləndirilən şəxs, övladları Şahid2 Kamran qızı, X5 ile birlikdə, həmçinin Hünər Həsənov və ailəsi, eləcə də “Abdurahman” dini ləqəbli Seymur adlı şəxs yə ailəsi birlikdə Heydər Əliyev adına Beynəlxalq hava limanından Türkiyə Respublikasının İstanbul şeherinə, 2013-cü ilin oktyabr ayında İstanbul şeherindən avtobusla Hatay rayonunun Reyhanlı qəsəbəsinə gəlmiş və təxminən 2 günə yaxın orada məsciddə qalmışlar. Daha sonra onlar Türkiyə Respublikasının Hatay rayonunun Reyhanlı qəsəbəsindən avtobus vasitəsilə Suriya Ərəb Respublikasının Atma şəhərinə keçmişlər. Orada onu və ailəsini əslən azərbaycanlı adını tam xatırlamadığı şəxs qarşılamışdır. Elə həmin gün onu və Kamranı avtomobil vasitəsilə Suriya Ərəb Respublikasının Atma şəhərindən Haritan şeherinə aparmışlar. Haritan şeherində o heyat yoldaşı Təqsirləndirilən şəxs və övladları “Azəri camaatına məxsus mənzildə 3-4 gün qalmışlar. “Azəri camaatının rəhbəri isə Xalid dayı deyilən şəxs olmuşdur. O və ailəsi orada qaldığı müddətdə Kamran camaatla birlikdə postlara çıxır, bir neçə gündən bir evə gəlirmiş. O isə əsasən evdə olur, ailə-məişət işləri ilə məşğul olurmuş. Kamran evə gəldiyi vaxtlarda üzərində silah olurmuş belə ki, Kamranın dediyinə görə həmin silah “Kalaşnikov” markalı avtomat silahı olmuşdur. Bir müddət sonra Kamran Suriyada əsir düşmüş və o Kamrandan xəbər ala bilməmişdir. Hətta o Kamrandan xəbər ala bilmədiyi üçün bir neçə dəfə “Azer camaatının rəhbəri olan Xalid dayının yanına getmiş və Xalid dayıya məsələ barədə məlumat vermişdir. Xalid dayı isə ona Kamranın öldürüldüyünü bildirmiş və onu övladları ilə birlikdə umakar” yəni qadın və uşaqların yaşadığı ümumi evə keçirmişdir. İkinci dəfə Xalid dayıya dedikdə isə Xalid dayı ona övladları ilə Türkiyəyə keçməyini təklif edərək sərhədi keçməyə köməklik edəcəyini bildirmişdir. Təxminən 1 ay müddətindən sonra Kamran geri qayıtmış və onları Əl-Bab şəhərinə aparmışdır. Orada o, Kamran və uşaqları “ömər” dini ləqəbli Elvir Namazov adlı şəxsin evində yaşamışdır. Bir müddət də Əl-Bab şəhərində qaldıqdan sonra təxminən 2014-cü ilin mart ayının əvvəllərində o və ailəsi Türkiyə Respublikasına keçmiş, Türkiyə Respublikasının Adana şəhərində yerləşərək 2016-cı ilə qədər orada yaşamışdır. Kamran orada maye qaz satışı ile məşğul olmuşdur. 2015-ci ildə oğlu Abdurəhman, 2016-cı ildə isə Məhəmməd adlı oğlu dünyaya gəlmişdir. Məhəmməd doğulan zaman qonşular təcili yardım çağırdıqlarına görə o və ailəsinin Türkiyə Respublikasında qanunsuz yaşamaqları müəyyən olunmuş və bunun nəticəsində də onları deport etmişlər. Sənədləşmə işləri bir qeder çəkdikdən sonra o və övladları atası ilə birlikdə 2016-cı ilin iyun ayında Azərbaycana qayıtmış və ata evində yaşamağa başlamışdır. Həmçinin Şahid1 Təqsirləndirilən şəxs ətrafında olan insanları tanıdığını. İstintaq zamanı bununla əlaqədar verdiyi ifadələri təsdiq etdiyini bildirdi.Məhkəmə istintaqı zamanı da şəkillərdə olan şəxsləri tanıdığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 4(009)-526/2023 nömrəli qərarı ilə əvvəli 02 avqust 2023-cü ildən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən ilkin materiallarla daxil olmuş 02 avqust 2023-cü il tarixli 5/1/5359 saylı arayışa əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz silahlı birləşmənin tərkibində iştirak etmək məqsədi ilə ailə üzvləri ilə birgə xx.xx.2013-cü il tarixdə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etmiş, oradan qeyriqanuni yollarla Suriyaya getmişdir. K. Zülfüqarov terrorçu təşkilatın üzvü olduğuna görə AR vətəndaşlığından məhrum edilmiş, sərhəd keçmələri nə məhdudiyyət qoyulmuş və bu günədək ölkə ərazisinə leqal yollarla gəlişi aşkar edilməmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2017-ci ildə qaçaq yollarla Suriyadan Türkiyəyə oradan Gürcüstana, daha sonra isə sözügedən ərazidən ölkəmizə gələn yük avtomobillərinin altında gizlənərək AR-ə keçmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Poco" markalı mobil telefonun yaddaşına 14 avqust 2023-cü il tarixdə keçirilmiş baxış protokoluna əsasən Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etməsini təsdiq edən fotoşəkillərin olması müəyyən edilmişdir. Qeyd edilən mobil telefon Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini bir başa sübut etdiyindən 14 dekabr 2023-cü il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-portret ekspertizasının 07 dekabr 2023-cü il tarixli 3-16-16-2-3/2014 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində "DTX ********* Tədqiqat üçün foto" yazı qeydləri olan diskin daxilindəki “1” adlı fotoşəkildə “9” rəqəmi ile işarələnmiş və fotoşəkildə sol tərəfdə əks olunmuş şəxsin fotoşekillərdə və müqayisəli material qismində təqdim edilmiş, üzərində “DTX ********* Nümunələr” yazı qeydləri olan diskin daxilindəki fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 avqust 2023-cü il tarixli 2457 saylı rəy ile; ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Azer oğlu hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə de Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi" publik hüquqi şəxsindən daxil olmuş 325/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində qərarda göstərilən şəraitə uyğun, yəni odlu və sursatla yetirilməyə xarakterik xəsarət və ya xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki sağlamlıq durumu İlə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür. 22 sentyabr 2023-cü il tarixli 3-39-9/1-3194/23 saylı məktubla İstintaq baş idarəsinə daxil olmuş Bakı şeheri Binəqədi rayon Məhkəməsi tərəfindən çıxarılmış 21 dekabr 2018ci il tarixli, 2(001 )-1084/2018 saylı qətnaməyə əsasən görünür ki, Təqsirləndirilən şəxs Azer oğlu (doğlduğu tarix - xx.xx.1983-cü il, doğulduğu yer - Salyan rayonu, şəxsiyyət vəsiqəsinin PİN kodu - xxxxxxx, seriya nömrəsi - AZE ********) Azerbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə dair kifayət qədər əsaslar olduğundan Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Təqsirləndirilən şəxs adına verilmiş “Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhədkeçmə barədə tələbnamədən görünür ki, o, 07 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasını Türkiyə Respublikası istiqamətində tərk etmiş və Azərbaycan Respublikasına geri qayıtmamışdır. Əlillik vəsiqəsinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs atası Azər Zülfüqarov İİ qrup ömürlük əlildir. Ambulator xəstənin tibbi kartoçkasına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs anası Şahid2 2-ci tip şəkərli diabetdir. Doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 4 övladı vardır. Cinayət işinin materiallarında olan Suriya Ərəb Respublikasının Cinayət Qanunundan Azəbaycan dilinə tərcümə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 maddəsi ilə müəyyən edilmiş cinayət əməlləri Suriya Ərəb Respublikasında da cinayət sayılır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqındaxx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci madddəs ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki təqsirləndirilən şəxs həmin ifadəsində törətdiyi cinayət hadisəsi ilə bağlı dolğun fikirlər səsləndirir, hadisələrin baş vermə mexanizmi dəqiq göstərir, yalnız ona məlum olan faktları sadalayır, törətdiyi cinayətlərdən əvvəl, hadisə zamanı və hadisədən sonra edilən hərəkətlərin konkret olaraq göstərir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunur Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə— üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin,12.1, 279.1-cu maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 12.1, 279.1-cu maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını (AR CM 59.1.4) və təqsirləndirilən şəxsin atasının İİ qrup əlil olmasını, anasının şəkər xəstəsi olmasını (AR CM 59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 12.1, 279.1 maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 02 avqust 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 320 (üç yüz iyirmi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş uPOCO” markalı 01 ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 320 (üç yüz iyirmi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş uPOCO” markalı 01 ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli X16 Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(124)-468/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-468/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver