Məhkəmə qərarları › İş №1(124)-469/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-469/2025

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-469/2025 18.03.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1, (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü , “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1985-ci ildə Özbəkstan Respublikası, Cizan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, X11 ev 1766, mənzil 263 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı ilə danışıb xüsusilə külli miqdarda psixotrop maddə və narkotik vasitələrin hər bir kiloqramına görə 500 manat pulun müqabilində qoyulduğu yerdən götürüb deyiləcək yerlərə qoyması barədə ümumi razılığa gəlmiş, bu məqsədlə bir qrup şəxs halında «Şəhram» adlı şəxsin +**********00 mobil nömrənin «Whatsapp» tətbiqi vasitəsi ilə 23 iyun 2025-ci il tarixdə onun ***-***-**-** nömrəsinin vatsapına göndərdiyi məkanla təyin olunmuş Sumqayıt şəhəri, X10 qəsəbəsi ərazisində yolun kənarına qoydurduğu 1 ədəd polietilen bağlamada 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil edilmiş çəkisi 3580,081 qram olan xüsusilə külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, çəkisi 482,859 qram olan külli miqdarda qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üzərində «Methadon 40» əmtəə göstəricisi olan 313 ədəd konvalyutlarda ümumilikdə 3130 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 125,2 qram olan külli miqdarda metadon həblərini, çəkisi 160 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz əldə edərək yaşadığı ünvan 8-ə daşıyıb orada hissələrə ayıraraq üzərində «Methadon 40» əmtəə göstəricisi olan 2 ədəd konvalyutda 20 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan metadon tərkibli həbləri cibinə qoymaqla üzərində, 1 ədəd bükümdə çəkisi 11,164 qram külli miqdarda narkotik vasitə heroini sellofan bağlamada mənzilindəki dolabın siyirməsində plasmas qutunun içərisində, qalan narkotik vasitə və psixotrop maddələri yəni çəkisi 3580.081 qram olan xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, çəkisi 471,695 qram külli miqdada narkotik vasitə heroini, üzərində «Methadon 40» əmtəə göstəricisi olan 311 ədəd konvalyutlarda ümumilikdə 3110 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 124,4 qram olan külli miqdarda metadon həblərini, çəkisi 160 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qara rəngli idman çantasında qardaşı X6 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən fərdi evin həyətində olan dəmir hamam vannasının altında gizlədərək saxlamış, 25 iyun 2025-ci il tarixdə saat 11:25 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti 1 saylı binanın yaxınlığında idarə etdiyi «Wolksvagen» markalı, **-LK- *** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında piyada hərəkətdə olarkən saxlanılaraq orada həmin gün saat ll:30-dan saat 11:36-dək üstünün yoxlanılması zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən «Methadone 40» əmtəə göstəricisi olan 2 ədəd konvalyutda 20 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan həblər aşkar olunaraq götürülmüş, bundan sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 12:30-dan saat 12:38-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X11 ev 1766, mənzil 263-ə baxış keçirilərkən mənzildə olan dolabın siyirməsində plastmas qutunun içərisində kağız və sellofan kəsiyi bükümündə 1 ədəd bağlamada 11,164 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüş, bundan sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 15:20-dən saat 15:54-dək Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsi ev 37-yə baxış keçirilərkən evin həyətində hamam vannasının altında saxladığı 1 ədəd qara rəngli idman çantasının içərisindən 3 ədəd bağlamada hər bağlamanın içərisində 2 ədəd büküm olmaqla ümumi 6 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 9,656 qram, 9,353 qram, 19,207 qram, 18,987 qram, 12,461 qram, 14,017 qram və 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 48,014 qram və 340 qram, ümumi 471,695 qram külli miqdarda qəhfəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni cinsli olan narkotik vasitə heroin, 13 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 97,242 qram, 97,623 qram, 97,493 qram, 97,199 qram, 201,745 qram, 98,065 qram, 97,826 qram, 97,911 qram, 202,029 qram, 202,810 qram, 290,138 qram, 990 qram, 1010 qram, ümumi çəkisi 3580,081 qram xüsusilə külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni cinsli olan psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» əmtəə göstəricisi olan 311 ədəd konvalyutda ümumilikdə 3110 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 124,4 qram külli miqdar təşkil edən xarici əlamətlərinə görə və təsiredici maddəsinin miqdarına görə eyni olan narkotik vasitə metadon həbləri, 1 ədəd polietilen bağlamada 160 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində metamfetamin və heroinin izləri olan «Fuzion 200gx0,01g» markalı qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir: “İranlı şəxs ilə əlaqəm olmuşdur. Pul qarşılığında narkotik vasitəni onun qoyduğu yerdən götürüb onun dediyi, müvafiq ünvana qoyacaqdım.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İttiham aktında qeyd olunan narkotik vasitələr mənə məxsus olmuşdur. Lakin metamfetamin 2 kiloqram olmuşdur. “Şəhram” adlı şəxs ilə əlaqəm olmuşdur. İttiham aktında qeyd olunan yerdə saxlanılmışam. Lakin piyada olmamışam. Maşın ilə gedərkən polis əməkdaşları məni saxlamışdır. Həmin zaman üzərimdə 2 list metadon olmuşdur. İttihamda qeyd olunan və evimdən aşkar olunan düzgün qeyd olunmuşdur. Məndə ümumi 2 kiloqram narkotik vasitə olub, ittihamda çox qeyd olunmuşdur. Metadon listləri də mənə məxsus olmuşdur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o, elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X11 ev 1766, mənzil 263 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 3 ilə yaxındır ki, narkotik vasitə metadon həblərindən istifadə edir. Təxminən 2024-cü ilin dekabr ayında internetdə «Şəhram» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, Şəhram +**********00 mobil nömrənin vatsapı ilə onunla əlaqə saxlayaraq söhbət edərkən sonuncuya maddi durumunun yaxşı olmadığını və narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, Şəhram ona narkotik vasitə göndərə bilməsini bildirmişdir. Şəhramla razılığa gələndən sonra sonuncu istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq narkotik vasitənin olduğu yerin şəkilini atmaqla onun dediyi bank hesabına pul ödəyərək narkotik vasitə alıb istifadə etmişdir. Şəhram təklif etmişdir ki, ona psixotrop maddə metamfetamin, narkotik vasitə heroin, metadon həbləri, qurudulmuş marixuana göndərsin, o da həmin narkotiki götürüb dediyi çəkilərə ayırıb, Abşeron rayonu ərazisində lazım olan ünvanlara qoysun və qoyduğu yerlərin foto şəklini və konumunu sonuncuya göndərsin, hər qoyulan 1 kq narkotikə görə ona 500 manat pul verəcəkdir. Şəhram bir neçə dəfə ona narkotik vasitə və psixotrop maddə göndərmiş, o, həmin narrkotiki və psixotrop maddəni dediyi ünvanlara qoyub satışını təşkil etmiş və hər 1 kq mala görə onun kartına 500 manat pul ödəmişdir. 23 iyun 2025-ci il tarixdə Şəhram onunla əlaqə saxlayarkən bildirmişdir ki, narkotik vasitəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yolun kənarında sellofan bağlamada qoydurub. Həmin yerin konumunu ona göndərmiş və həmin yerdən götürməyi bildirmişdir. O, isə həmin gün axşam idarə etdiyi Volksvagen markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəhramın ona atdığı məkana gedib 1 ədəd polietilen kisəni tapıb götürmüşdür. Həmin kisənin içərisinə baxanda sellofan bağlamada qurudulmuş marixuana, heroin və el arasında şüşə kimi deyilən metamfetamin, çoxlu sayda metadon həbləri olduğunu görmüşdür. Şəhram la əlaqə saxlayıb narkotik vasitə olan kisəni götürdüyünü bildirmiş, Şəhram demişdir ki, özü onunla əlaqə saxlayanda dediyi çəkidə narkotik vasitə heroini, metadon həblərini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini aparıb lazımı yerə qoyub ona desin. Şəhram göndərdiyi narkotiki lazım olan ünvanlara qoyduqdan sonra kartına pul köçürəcəyini bildirmiş, o, Şəhramın göndərdiyi içərisində narkotik vasitələr və psixotrop maddə olan kisəni yaşadığı evə gətirib həmin kisədən 2 list yəni 20 ədəd metadon həblərini və heroindən bir az götürüb özündə olan elektron tərəzi ilə çəkib təxminən 11 qramını kağız və sellofana büküb plastmas qutuya qoyub evdəki dolabın içində gizlətmişdir. Qalan narkotik vasitə heroini, metamfetamini sellofan torbalarda ayrı-ayrı bükümlərə ayırmış, metadon həblərini və qurudulmuş marixuananı narkotik vasitələrlə bağlı qeydlər apardığı dəftəri və narkotik vasitəni çəkmək üçün istifadə etdiyi elektron tərəzini idman çantasına yığıb həmin çantanı gizlincə Abşeron rayonu, Masazır kəndi M.S.Ordubadi küçəsində qardaşı Elçinin yaşadığı evin həyətinə aparıb həyətdə olan dəmir vannanın altında gizlətmişdir. Narkotik vasitələri evə gətirməsini və bundan sonra qardaşının yaşadığı evin həyətində gizlətməsini həyat yoldaşı və qardaşı bilməmiş, sonunculara bu barədə deməmişdir. O, Şəhramın göndərdiyi narkotik vasitələri və metafetamini müxtəlif yerlərə qoyub həmin yerin foto şəkillərini çəkib şəkilləri və ünvanı Səhmana göndərməli olmuşdur. 25 iyun 2025-ci tarixdə saat 11:25 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində avtomobilini saxlayıb maşından düşüb gedərkən 3 nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onun üzstündə yoxlama aparılması barədə bildirib videoçəkiliş aparmaqla üstündə yoxlama aparmağa başlamışlar. Ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o isə şalvarının cibində olan üzərində 077-303- 06-29 mobil nömrə istifadə etdiyi «Poco» markalı mobil telefonu, üzərində ***-***-**-** mobil nömrə olan «Samsung» markalı mobil telefonu, 1 ədəd avtomobil açarını, şalvarının sol yan cibindən 2 list 20 ədəd metadon həblərini və 300 manat pulu təqdim etmiş və başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Polis əməkdaşları onun üzərini axtarmış və heç bir şey aşkar olunmamışdır. Mobil telefonları, 2 list 20 ədəd metadon həbləri polis əməkdaşları tərəfindən götürülmüş, həmin dərman həblərini İran vətəndaşı olan Şəhram adlı şəxsin göndərdiyi yerdən götürüb lazımı ünvanlara çatdıracağını və bu işin müqabilində Şəhramın ona pul verəcəyini bildirmişdir. Həmin narkotik vasitə kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşdırma üzərində imza etdərək təsdiq edilmiş, 300 manat pul özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşı Volksvvgen markalı avtomobilinə baxış keçirilməsi barədə məlumat vermiş, o avtomobilə baxış keçirilməsinə etiraz etməmiş və avtomobinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşı onlara daxil olan məlumata görə yaşadığı evdə narkotik vasitə saxlaması ilə bağlı onlarda məlumat olduğunu bildirib evinə baxış keçiriləcəyi barədə məlumat vermişdir. O isə evində baxış keçirilməsinə etiraz etməmiş və polis əməkdaşları ilə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən mənzilinə gəlmişlər. Həmin mənzildə baxış keçirilərkən həyal yoldaşı Şahid4 da iştirak etmiş, evdə baxış videoçəkiliş aparılmaqla keçirilmiş, ona evində narkotik vasitə saxlamağı ilə bağlı məlumat olduğu bildirlib evdə narkotik vasitə vardırsa təqdim etməyi təklif olunmuşdur. O isə mənzildə dolabın siyirməsində gizlətdiyi sellofan torbanın içərisindəki 1 ədəd plastmas qutunu və 1 ədəd elektron tərəzini təqdim etmiş, polis əməkdaşları plasmas qutunun içərisindəki kağız və sellofana bükülmüş bükümü açıb içərisindəki kütlənin nə olduğunu soruşmuşlar. O, həmin kütlənin narkotik vasitə heroin ollduğunu və narkotik vasitəni İran vətəndaşı olan Şəhramın ona göndərdiyi konumdan götürdüyünü və lazım olan yerə qoyacağını, bu işə görə hər 1 kq narkotikə görə Şəhramın ona 500 manat pul verəcəyini bildirmişdir. Həmin narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmışdır. Mənzilindəki digər otaqlar və saxlanc yerlərinə polis əməkdaşları baxış keçirmiş, lakin başqa hər hansı bir qanunsuz əşya, maddə aşkarlanmamış, sonra polis əməkdaşları onlara daxil olmuş məlumata görə Abşeron rayonu. Masazır kəndindəki evdə də narkotik vasitə saxladığını bildirmiş və həmin evə baxış keçirmək istədiklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları ilə Abşeron rayonu, Masazır kəndi M.S.Ordubadi küçəsindəki qardaşı Şahid5 yaşadığı fərdi evə gəlmiş, polis əməkdaşları qardaşı Şahid5 özlərini təqdim edib daxil olmuş məlumata əsasən onun evində narkotik vasitə saxlanıldığını və bu səbəbdən evə baxış keçirilməsini bildirmişlər. Ona həmin evdə narkotik vasitə saxlayıb- saxlamadığı soruşulmuş, o, isə həyətdə narkotik saxladığını və həmin narkotiki təqdim edə bilməsini bildirmişdir. Həyətdəki köhnə dəmir hamam vannasının altında gizlətdiyi idman çantasını polis əməkdaşlarına təqdim etmiş, həmin çantada saxladığı narkotik vasitə heroin bükümlərini, qurudulmuş marixuananı, metadon həblərini, psixotrop maddə metamfetamin olan bağlamaları, narkotik vasitəni çəkməkdə istifadə etdiyi elektron tərəzini və 1 ədəd narkotiklə bağlı qeydlər apardığı dəftəri təqdim etmişdir. Həmin narkoitik vasitələr və psixotrop maddələr sayılmış və elektron tərəzidə çəkilib sonra isə qablaşdırılaraq götürülmüşdür. 1 ədəd eletron tərəzi və dəftər də polis əməkdaşları tərəfindən götürülmüş, həmin narkotik vasitələri və psixotrop maddəni Şəhram adlı İran vətəndaşının müxtəlif yerlərə qoymaq üçün göndərdiyini və ona bu işə görə hər 1 kq mala görə 500 manat pul veriləcəyini polis əməkdaşlarına bildirmişdir. Qardaşı Şahid5 aşkar olunmuş narkotik vasitələrdən məlumatının olub-olmaması soruşulmuş, sonuncu isə məlumatı olmadığını bildirmişdir. Bundan sonra evə baxış keçirilməsi başa çatdırılmış və oradan Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Üzərində yoxlama aparılması, Xırdalan şəhərində yerləşən mənzilinə və qardaşı Şahid5 yaşadığı evə baxış keçirilməsi ilə bağlı protokollar tərtib olunmuş, həmin protokolu imzalayaraq təsdiq etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun və polis əməkdaşlarının iştirakı ilə üzərindən, yaşadığı mənzildən və qardaşı Şahid5 yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş narkotik vasitələrə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Təhqiqatçı həmin narkotik vasitənin kimə məxsus olduğunu soruşduqda ona narkotik vasitənin yaşadığı evdən aşkarlandığını, 2 gün əvvəl Şəhram adlı İran vətəndaşının vatsapla göndərdiyi Sumqayıt şəhəri Nasosnu qəsəbəsi ərazisindən əldə etdiyini, 500 manat pulun müqabilində müxtəlif ünvanalara qoyub Şəhrama məlumat verəcəyini bildirmişdir. Göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, özü narkotik vasitə istifadə etmiş, ancaq satışı ilə məşğul olmamış, həmin narkotik vasitələrdən və psixotrop maddədədən heç kimə satmamış və istifadə etməsi üçün verməmiş, qurudulmuş marixuanadan özü istifadə etmiş, evində narkotik vasitələri saxlamağını ailə üzvləri bilməmiş, o, gizli olaraq həmin narkotiki yataq otağında gizlətmiş, narkotikin evdə olmasını evdəkilər görməmişlər.(iş vərəqə 68-70, 103-108) İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən saxlanıldığım zaman üzərimdə sadəcə 11 qram narkotik vasitə və metadon listləri olmuşdur. Daha sonra polis əməkdaşları mənə təsir göstərdilər. Həyətdəki narkotik vasitəni oraya polis əməkdaşları qoyub. Mənə təhdidlər etdilər və mən məcbur qalıb narkotik vasitələri boynuma götürdüm.” Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu və vətən müharibəsi iştirakçısı olduğunu bildirərək aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir: “Mən yatırdım və daha sonra uşaqlar gəlib evin həyətinə kimlərinsə girdiyini bildirdi. Polis əməkdaşları Elşəni gətirmişdilər, daha sonra həyətdə, küncdə narkotik vasitə aşkar olundu. Evin içərisindən isə heç nə aşkar olunmadı.” Şahid5 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Polis əməkdaşlarının həyətə daxil olub nə isə qoymaqlarını görməmişəm. Mən qardaşımı polis əməkdaşları ilə birlikdə həyətdə olan zaman normal vəziyyətdə görmüşəm. Narkotik vasitənin aşkar olunduğu vannanın altına qabaqca fikir verməmişəm. Narkotik vasitənin qardaşıma məxsus olub-olmadığını bilmirəm. İstifadəçisi olduğunu bilirəm. Polis əməkdaşları tərəfindən təsir, təzyiq olmamışdır. Qardaşıma aid olubolmadığını bilmirəm. Qardaşım narkotik vasitənin ona aid olduğunu qeyd etmişdi. Qardaşım saxlanıldığı gün bizim evdə olmuşdu. Saatını xatırlamıram.” Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir: “25 iyun 2025-ci il tarixdə, gecə saat 23 radələrində təqsirləndirilən şəxslə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında şəxs idarə etdiyi avtomobilin yanında, Xırdalan şəhəri ərazisində saxlanılmışdır. Tərəfimizdən üzərinə və avtomobilinə baxış keçirilmişdir. Daha sonra əməliyyat məlumatı əsasında evində narkotik vasitənin olub-olmaması soruşulduqda olduğunu etiraf etdi. Üzərindən narkotik vasitə aşkar olundu, maşından isə aşkar olunmadı. Daha sonra isə şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldı. Üzərindən metodon həbləri aşkar olundu. Evindən isə heroin, metadon həbləri və s. aşkar olundu. Qablaşdırılaraq götürüldü.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxsə heç bir təsir, təzyiq göstərilməmişdir. Əməliyyat məlumatı mənə daxil olmuşdu, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar. Təqsirləndirilən şəxs deməsinə görə “Şəhram” adlı şəxsin tapşırıqlarını yerinə yetirirdi. şəxs saxlanılarkən müqavimət göstərməmişdir.” Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir: “Yaradılmış müvafiq əməliyyat qrupunun üzvü idim. Abşeron rayonu, Xırdalan şəhəri, X11 ünvanına yollandıq. Volsvagen markalı avtomobilin yanında dayanmışdı, şəxsə yaxınlaşaraq özümüzü təqdim etdik, yol kənarı olduğu üçün çəkiliş etmək məqsədilə qırağa çəkildik. Üzərinə baxış keçirildi və metadon və pul aşkar edildi, maşına baxış keçirildi və maşından qanunsuz heç nə aşkar edilmədi. Narkotik vasitəni iranlı şəxsdən əldə etdiyini bildirdi. Bizdə olan əməliyyat məlumatına əsasən şəxsin evinə də baxış keçirildi və evdən heroin və tərəzi aşkar edildi, qablaşdırıldı. Narkotik vasitəni iranlı şəxsdən əldə etdiyini və müvafiq ünvana 500 manat müqabilində ünvana çatdırmağa razılaşdığını bildirdi. Evdə Vəfa adlı həyat yoldaşı var idi və çəkilişdə də iştirak etdi. Habelə, bizdə olan əməliyyat məlumatına əsasən şəxsin həyətyanı yerdə narkotik vasitə gizləməsi məlum idi. Müvafiq ünvana getdik və şəxs üç bükümdə narkotik vasitəni təqdim etdi. Bükümlərdə metamfetamin, qurudulmuş marixuana, heroin və metadon var idi. Şəxs narkotik vasitələri iranlı şəxsdən əldə edərək ünvana çatdıracağını bildirdi.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaqa verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, 25 iyun 2025-ci il tarixdə günorta radələrində yaşadığı mənzildə olarkən mülki geyimdə olan 3 nəfər polis əməkdaşı mənzilinə əri Elşənlə birlikdə gələrək onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını və evə baxış keçirilməsini bildirmişlər. Bundan sonra əri Elşən yaşadığı mənzildə olan dolabın içərisində bir ədəd torbadan bir ədəd bağlamada olan heroin kütləsini və bir ədəd eletron tərəzini təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi və heroinin çəkisi 16 qram oldu. Daha sonra aşkar edilmiş predmetlər qablaşdırılmış, üzərində qeydlər aparılmaqla götürülmüş, eyni zamanda elektron tərəzi də iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra mənzilin digər yerlərinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Əri Elşən bədənində ağrılar olduğu üçün uzun müddətdir ki, narkotik tərkibli dərmanlar qəbul etmiş, lakin sonuncunun yaşadıqları evdə narkotik vasitəsi gətirib qoymasından xəbərsiz olmuş və evində narkotik vasitənin olmasından məlumatsız olmuşdur. Evə baxış keçirilən zaman mənzildən aşkar edilmiş heroin barədə Elşəndən məlumat aldıqda sonuncu həmin maddələri Şəhram adlı İran İslam Respublikası vətəndaşından aldığını və sonuncunun deyəcəyi yerlərə qoyacağını bildirmişdir.(iş vərəqə 137-138) Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis polkovnik-leytenantıdır. Azərbaycan Respublikası Daxılı İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1985-ci ildə Özbəkistan Respublikası, Cizan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 6 ünvanında qeydiyyatda olan, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, Volsvagen markalı, 99 Lİ< 069 dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin ünvan 8 ünvanında və Abşeron rayonu, Masazır qəsəbəsi, M.S. ünvan 14da narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin şəxsi 25 iyun 2025-ci il tarixdə saat 11:25 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanı yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, lakın saxlanıldığı yerdə insanların sıx toplaşması, nəqliyyat vasitələrinin intensiv hərəkətini nəzərə alıb saxlanıldığı yerdən 20 metr kənarda üstünü yoxlamağa başlalmışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sol cibindən l(bir) ədəd üzərində ********** nömrəsi olan «Poco» markalı mobil telefonu, şalvarın arxa sağ cibindən ********** nömrəsi olan «Samsung» markalı mobil telefonu, şalvarın sağ yan cibindən l(bir) ədəd avtomobil açarı, şalvarın sol yan cibindən 20 ədəd metadon həbinə bənzər kütləni təqdim etmişdir. Sonra şəxsin üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən 300(üç yüz) manat pul aşkar olunmuş, aşkar olunmuş həblər qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya predmet aşkar olunmamış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2(iki) ədəd mobil telefon götürülmüş və pul isə onun üzünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Volsvagen markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşyaya, predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri İran İslam Respublikası vətəndaşı "Şəhram" adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən istifadə etmək üçün götürdüyünü bildirmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında keçirilmiş, üstünü yoxlama və avtomobilə baxış zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru. Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözü gedən mənzildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış uzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə dolabın içərisində l(bir) ədəd torbada l(bir) ədəd bağlamada heroinə bənzər kütlə və l(bir) ədəd elektron tərəzini təqdim etmiş, həmin küllə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 16(on altı) qram olmuşdur. Daha sonra aşkar olunmuş predmctlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüuşdür. Elektron tərəzidə iş üçün əhəmiyyət kəsb eldiyindən götürülmüş, mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri İran İslam Respublikası vətəndaşı "Şəhram" adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, sonuncunun ona bu iş müqabilində kütlənin hər l(bir) kilosuna 500(beş yüz) manat pul verdiyini bildirmişdir. Həmçinin mənzildə olan Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid4 ilə aparılmış profilaktik söhbətlər zamanı o, mənzilində aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qardaşının yaşadığı Abşeron rayonu. Masazır qəsəbəsi, M.S.ünvan 3 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözü gedən mənzildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış uzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin həyətində olan bir ədəd çantanın içərisindən 3 ədəd bağlamada və bir ədəd içərisində dəqiq sayı müəyyən edilməmiş bir neçə bağlamada metamfetaminə bənzər kütlələr, bir ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd dəftəri təqdim etmişdir. Sonra həmin təqdim edilmiş vasitələr elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisinin 3 kq 720 qram, heroinə bənzər kütlənin çəkisinin 500 qram, qurpudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 205 qram olduğu müəyyən edilmişdir. Evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmct maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri İran İslam Respublikası vətəndaşı "Şəhram" adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, sonuncunun ona bu iş müqabilində kütlənin hər l(bir) kilosuna 500(beş yüz) manat pul verdiyini bildirmişdir.( iş vərəqə 10-153) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli «əməliyyat axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair» və “diskə baxış keçirilməsi haqqında” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.1985-ci ildə Özbəkistan Respublikası, Cizan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 6 ünvanında qeydiyyatda olan, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, Volsvagen markalı, 99 Lİ< 069 dövləl qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin narkotik vasitalari gizlətdiyi ünvan 11 ünvanında və Abşeron rayonu, Masazır qəsəbəsi, M.S. ünvan 14da narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 25 iyun 2025-ci il tarixdə, saat 11:25 dəqiqədə Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanın yaxınlığında, idarə etdiyi Volsvagen markalı, 99 Lİ< 069 dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, lakın saxlanıldığı yerdə insanların sıx toplaşması, nəqliyyat vasitələrinin intensiv hərəkətinin nəzərə alıb saxlanıldığı yerdən 20 metr kənarda üstünü yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sol cibindən 1(bir) ədəd üzərində ********** nömrəsi olan Poco markalı mobil telefonu, şalvarın arxa sağ cibindən ********** nömrəsi olan Samsung markalı mobil telefonu, şalvarın sağ yan cibindən l(bir) ədəd avtomobil açarı, şalvarın sol yan cibindən 20 ədəd metadon həbinə bənzər kütləni təqdim etmişdir. Sonra şəxsin üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən 300(üç yüz) manat pul aşkar olunmuşdur. Sonra həmin kütlə qablaşdırıldı, üzəri möhürləndi və imzalanmışdır. Daha sonra sonuncunun üzərindən heç bir əşya predmet aşkar olunmamışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2(iki) ədəd mobil telefon sonuncudan götürüldü və pul isə sonuncuya geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Volsvagen markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar oltımuş kütlələri İran İslam Respublikası vətəndaşı "Şəhram" adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən istifadə etmək üçün götürdüyünü bildirmişdir. Üstünü yoxlama və avtomobilə baxış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında keçirilmişdir. Üstünü yoxlama və avtomobilə baxış zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru, Şahid2 tərəfindən video çəkiliş aparılmışdır.(iş vərəqə.13-14; 154-155) - xx.xx.2025-ci il tarixli «əməliyyat axtarış tədbirlərinin keçirilməsinə və mənzilinə baxış keçirilməsinə dair» və 25 avqust 2025-ci il tarixli «diskə baxış keçirilməsinə dair» protokollardan görünür ki, xx.xx.1985-ci ildə Özbəkistan Respublikası, Cizan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 6 ünvanında qeydiyyatda olan, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, Volsvagen markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin narkotik vasitələri gizlətdiyi ünvan 13 ünvanında və Abşeron rayonu, Masazır qəsəbəsi, M.S ünvan 14da narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 25 iyun 2025-ci il tarixdə, saat 11:25 dəqiqədə Abşeron rayonu. Xırdalan şəhəri. El.Əliyev prospekti 1 ünvanın yaxınlığında, idarə etdiyi Volsvagen markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq hüquqları izah olunmuş, üstü yoxlanılmış, avtomobilinə baxış keçirilmişdir. ünvan 8 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözü gedən mənzildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış uzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, yaşadığı mənzildə dolabın içərisində l(bir) ədəd torbada l(bir) ədəd bağlamada heroinə bənzər kütlə və l(bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 16(on altı) qram olduğü məlum olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Elektron tərəzi də iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmühdüp. Mənzilin digər otağlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri İran İslam Respublikası vətəndaşı "Şəhram" adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, sonuncunun ona bu iş müqabilində küllənin hər 1 (bir) kqsuna 500(beş yüz) manat pul verdiyini bildirmişdir. Evdə olan Şahid4 verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Baxış və götürmə zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru, Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. (iş vərəqə 15-16, 156) - xx.xx.2025-ci il tarixli «əməliyyat axtarış tədbirlərinin keçirilməsi və evə baxış keçirilməsinə dair» və 05 sentyabr 2025-ci il tarixli «diskə baxış keçirilməsinə dair» protokollardan görünür ki, Təqsirləndirilən şəxs qardaşının yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.ünvan 3 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözü gedən mənzildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış uzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin həyətində olan bir ədəd çantanın içərisindən 3 ədəd bağlamada və bir ədəd içərisində dəqiq sayı müəyyən edilməmiş bir neçə bağlamada metamfetaminə bənzər kütlələr, bir ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni, bir ədəd elektron tərəzi və bir ədəd dəftəri təqdim etmişdir. Sonra həmin təqdim edilmiş vasitələr elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisinin 3 kq 720 qram, heroinə bənzər kütlənin çəkisinin 500 qram, qurpudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 205 qram olduğu müəyyən edilmişdir. Evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya prcdmet maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri İran İslam Respublikası vətəndaşı "Şəhram" adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, sonuncunun ona bu iş müqabilində kütlənin hər l(bir) kilosuna 500(beş yüz) manat pul verdiyini bildirmişdir. (iş vərəqə 17-18, 157) - 15 sentyabr 2025-ci il tarixli «təqdim edilmiş cib dəftərçələrinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli «əməliyyat axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair» prosesin keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd qeyd dəftərinə baxış keçirilmiş, qeyd dəftərinin 2-ci və 3-cü səhifələrində «əmioğlu» adı ilə qeydə alınmış şəxsə göndərilmiş malın və qalıq borcların qeydləri aparılmışdır.Belə ki, dəftərin 1-ci səhifəsində «400m+150+200+400, 6q daş əmioğlu verdim», xx.xx.2024- «300+800+180 pat qalıq borc 2250», xx.xx.2024 - «qalıq borc 6350m. emioğlu xx.xx.2024 250q, 400q, 6350-500», «əmioğlu 1200m xx.xx.2024», «110 ot 2 pat+7», «500+200, əmioğlu 25 qr» sözləri və rəqəmləri ilə qeydlər aparılmışdır.Dəftərin 2-ci səhifəsində «əmioğlu 300+800+4», «xx.xx.2025 6000m», «xx.xx.2025 800m», «xx.xx.2025 lOOq», «qalıq borc 8100 xx.xx.2025», «7500m mən 7q», «emioğlu 200+180 01.08.25», «09.01- 200, 09.01-lOOq ot» kimi qeydə alınmış «əmioğlu» adlı şəxsə göndərilmiş malın və qalıq borcların qeydləri aparılmışdır. ( iş vərəqə 157) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 6/2314 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs təqdim etdiyi 20 ədəd M40..» sözləri yazılmış zərfdə, üzərində : «Methadone 40» əmtəə göstəricisi olan 2 ədəd konvalyutda 20 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik vasitə - metadon tərkibli həblərdir və 20 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir. Üzərində «....Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr..» yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 11,164 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. Tədqiqata təqdim edilmiş üzərində : Azərbaycan Respublikası DİN zərflər üçün №7 dairəvi möhür əksi, «....Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr..» yazı və imzalar olan çantadakı 3 ədəd bükümdə hər birində 2 ədəd büküm olmaqla ümumi 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,656 qram, 9,353 qram, 19,207 qram, 18,987 qram, 12,461 qram, 14,017 qram və 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 48.014 qram və 340 qram, ümumi 471,695 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 13 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 97,242 qram, 97,623 qram, 97,493 qram, 97,199 qram, 201,745 qram, 98,065 qram, 97,826 qram, 97,91 1 qram, 202,029 qram, 202,810 qram, 290,138 qram, 990 qram, 1010 qram, ümumi çəkisi 3580,081 qram ağ rəngli kristalşəkilli maddələrxarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Methadone 40» əmtəə göstəricisi olan 311 ədəd konvalyutda 3110 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik vasitə — metadon tərkibli həblərdir və 3110 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 124.4 qram təşkil edir. Üzərində «Fuzion 200gx0,01g» yazısı olan qara rəngli elektron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 482,859 qramdır və həmin heroinlər xarici əlamətlərinə və kimyavi komponent tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 3130 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 125,2 qramdır və həmin həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tərəzilərin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçnü onların təmiz çəkisini və bükümdəki metamfetaminlə və heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı (iş vərəqə 159-161). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 7/922 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi..» yazıları və imzalar olan sintetik çantadakı poletilen bağlamanın içərisində 01 ədəd poletilen bağlamada təmiz çəkisi 160 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd bağlamada olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün deyil. Həmin sintetik çantadakı 01 ədəd elektron tərəzinin üzərində və üzərində « Təqsirləndirilən şəxs təqdim etdiyi» yazılar olan bir ədəd kağız paketdəki 01 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. ( iş vərəqə 49-55) - “Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli «5395» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən Bakı şəhər narkoloji Mərkəzdə F 19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. (iş vərəqə 56-60) - Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərində ***-***-**-** GSM mobil nömrəsi olan “POCO” markalı mobil telefona baxış keçirilmiş, mobil telefona baxış zamanı WhatsApp hissəsini açdıqda WhatsApp profilində «Emioğlu» adı ilə qeydə alınmış +98 914 *** **** GSM mobil nömrənin olduğu və həmin mobil nömrənin profilində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək zənglər, fotolar, məkan istiqamətləri və yazılar qeydə alındı. Mobil nömrənin profilində olan yazılar silinsə də, fotolar, konumlar və fotoların altındakı qeydlər silinməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 21:20 dəqiqədə göndərilmiş fotoda avtomobildən çəkiliş aparılanıq işıq dirəyi və ərazinin fotosu, eyni zamanda saat 21:21 dəqiqədə ərazinin məkanı göndərilmiş, saat 21:22- də göndərilmiş eyni fotoda yaşıl rənglə rənglənmiş yer və fotonun altında «Ağacın dibində 200p» yazısı, 21:23 dəqiqədə göndərilmiş fotoda və 21:24 dəqiqədə göndərilmiş məkanda «Türbənin dibində 200p» yazısı, saat 21:27 dəqiqədə göndərilmiş səs yazısında «əmioğlu qadan alaraq 2 dənəsin qoydum, biri ağacın dibindədi, biri də turbanın dibindədi», «bir yer tapım qoyaram da yavaş-yavaş» sözləri qeydi alındı. xx.xx.2025-ci il tarixdə saat 00:04 dəqiqədə göndərilmiş səs yazısında «əmoğlu qadan alaraq o günənki 2 dənə ünvan atdım o səndə durur», «istəyirəm 2 dənə 200 atam ora qadan alaram», saat 00:06 dəqiqədə göndərilmiş səs yazısında «yaxşı qadan alaram başa düşdüm onda 3 dənə 200 hazırla gedirəm indi evə orda dühəldəm, sən mənə siyahı atsaydın yaxşı olardı, bilim də necə düzəldim», «əmoğlu təkrar ünvanlar var e, onları heç kim bilmir, tək özüm bilirəm o səndə olan 10 dənə ünvanları mən özüm bilirəm, həmin əraziləri heç kim bilmir, o, sən deyən adamlardan sənin kliyentlərindən ona dəyən olmasa ora heç kim gəlməz», saat 01:17 dəqiqədə yenidən məkan və üzərində ağ selofona bükülü kütlənin elektron tərəzidə çəkilməsi, tərəzinin ekranında «100.81» göstərilməsi və fotonun altında «Gelmedi bu» yazısı, saat 02:41 dəqiqədə göndərilmiş səs yazısında «yola salmışam, qadan alaram» sözləri qeydə alınmış, göndərilmiş bu kimi fotoların və səs yazılarının arasında qarşı tərəfin göndərdiyi yazılar isə silinmiş vəziyyətdə olduğu müəyyən edilmişdir. (iş vərəqə 169-170) - “Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin təmiz çəkisi 11,164 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 11,114 qram təşkil edir. - =Ekspertiza tədqiqatına tədqiq olunmuş metadon tərkibli həblər: 20 ədəd, tədqiqata sərf edildi 2 həb, qalın 18 həb. Çantada olan heroinin təmiz çəkisi 471,695 qram, tədqiqata sərf olunan miqdar 0,4 qram, qalıq 471,295 qram təşkil edir. Ekspertiza tədqiqatına tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 3580,081 qram, tədqiqata sərf olunan miqdar 0.64 qram, qalıq 3579,441 qram təşkil edir. Ekspertiza tədqiqatına tədqiq olunmuş metadon tərkibli həblər: 3110 ədəd, tədqiqata sərf edildi 10 həb, qalıq 3100 həb. Ekspertiza tədqiqatına tədqiq olunmuş marixuananın təmiz çəkisi 160 qram, tədqiqata sərf olunan miqdar 0,1 qram, qalıq 159,9 qram təşkil edir. İş üzrə aşkar edilmiş 11,164 qram heroin, 20 ədəd metadon həbi, 471,695 qram heroin, 3580,081 qram metamfetamin, 3110 ədəd metadon həbi, 159,9 qram marixuana, iki ədəd elektron tərəzi, 2 ədəd tərəzi, 4 ədəd DVD diski, 1 ədəd "Poco” markalı mobil telefon və 1 ədəd qeydlər aparılmış dəftər sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və 11,114 qram heroin, 18 ədəd metadon həbi, 471,295 qram heroin, 3579,441 qram metamfetamin, 3100 ədəd dərman həbi, 159,9 qram marixuana, 2 ədəd tərəzi Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, 01 ədəd “Poco” markalı mobil telefon, 01 ədəd qeydlər aparılmış dəftər, videogörüntülər köçürülmüş 4 ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. (iş vərəqə 162-163) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(iş vərəqə 131-132) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2025-ci il tarixdə saat 11:25 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanının yaxınlığında idarə etdiyi «Wolksvagen» markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında piyada hərəkətdə olarkən saxlanılaraq üstünün yoxlanılması zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən «Methadone 40» əmtəə göstəricisi olan 2 ədəd konvalyutda 20 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram metadon tərkibli həblər aşkar olunaraq götürülməsi, sonra əməliyyat tədbirinin davamı olaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X11 ev 1766, mənzil 263 ünvanına baxış keçirilərkən mənzildə olan dolabın siyirməsində plasmas qutunun içərisində kağız və sellofan kəsiyi bükümündə 1 ədəd bağlamada 11,164 qram qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan qara rəngli elektron tərəzinin, Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.Ordubadi küçəsi ev 37 ünvanına baxış keçirilərkən evin həyətində hamam vannasının altında saxladığı 1 ədəd qara rəngli idman çantasının içərisindən 3 ədəd bağlamada hər bağlamanın içərisində 2 ədəd büküm olmaqla ümumi 6 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 9,656 qram, 9,353 qram, 19,207 qram, 18,987 qram, 12,461 qram, 14,017 qram və 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 48,014 qram və 340 qram, ümumi 471,695 qram külli miqdarda qəhfəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 13 ədəd bükümlərdə ayrı- ayrılıqda çəkiləri 97,242 qram, 97,623 qram, 97,493 qram, 97,199 qram, 201,745 qram, 98,065 qram, 97,826 qram, 97,911 qram, 202,029 qram, 202,810 qram, 290,138 qram, 990 qram, 1010 qram, ümumi çəkisi 3580,081 qram xüsusilə külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, üzərində «Methadone 40» əmtəə göstəricisi olan 311 ədəd konvalyutda ümumilikdə 3110 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 124,4 qram təşkil edən narkotik vasitə metadon həblərin, 1 ədəd polietilen bağlamada 160 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində metamfetamin və heroinin izləri olan «Fuzion 200gx0,01g» markalı qara rəngli elektron tərəzinin aşkar edilərək götürülmüşdür, bundan sonra həmin narkotik vasitə və psixotrop maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 25 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən və yaşayış yerinə baxış keçirilərkən psixotrop maddələrin və narkotik vasitələrin aşkar edilməsi zaman cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə verilmişdir ona görə ki, o, , qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda narkotik vasitə heroini, metadon həblərini və xeyli miqdarda qurudulmuş marixuananı əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə hesab edir ki, ona verilmiş ümumi ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsi ilə bağlı müddəalar xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında istintaq hərəkətləri keçirilmiş, onun bilavasitə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə xüsusilə külli miqdarda psixotrop maddəni, külli miqdarda narkotik vasitə heroini, metadon həblərini və xeyli miqdarda qurudulmuş marixuananın əldə edildiyi mənbəni, o cümlədən İran İslam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4-1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onda sadəcə 2 kiloqram narkotik vasitə olması, ittihamda çox qeyd olunması, növbəti məhkəmə iclaslarında isə “üzərində sadəcə 11 qram narkotik vasitə və metadon listləri olması, polis əməkdaşlarının ona təsir göstərməsi, həyətdəki narkotik vasitəni oraya polis əməkdaşlarının qoyması, ona təhdidlər edildiyinə görə məcbur qalıb narkotik vasitələri boynuna götürməsi ilə bağlı göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən bildirilənlərə tənqidi yanaşır və qeyd edir ki, onun öz müdafiəsi üçün bu qisimdə gətirdiyi dəlillər iş materialları ilə, həmçinin təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi və şahidlərin verdiyi ifadələr ilə təkzib olunmuşdur. (Təqsirləndirilən şəxs 23 iyun 2025-ci il tarixdə axşam idarə etdiyi Volksvagen markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəhramın ona atdığı məkana gedib 1 ədəd polietilen kisəni tapıb götürmüşdür. Həmin kisənin içərisinə baxanda sellofan bağlamada qurudulmuş marixuana, heroin və el arasında şüşə kimi deyilən metamfetamin, çoxlu sayda metadon həbləri olduğunu görmüşdür. Şəhramla əlaqə saxlayıb narkotik vasitə olan kisəni götürdüyünü bildirmiş, Şəhram demişdir ki, özü onunla əlaqə saxlayanda dediyi çəkidə narkotik vasitə heroini, metadon həblərini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini aparıb lazımı yerə qoyub ona desin. iş vərəqə 77-80) Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişində ayrı-ayrı vaxtlarda fərqli məzmunda ziddiyyətli ifadələr vermiş, belə ki, məhkəmədə təqsirləndirilən şəxs ilk dəfə ifadə verərkən 2 kiloqram narkotik vasitənin ona məxsus olduğunu qeyd etsə də sonradan 11 qram narkotik vasitə və metadon listləri olması, polis əməkdaşlarının narkotik vasitələri boynuna qoymasını qeyd etmişdir. Məhkəmə kollegiyası həmin ifadələ də tənqidi yanaşır və onlarla razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin bu formada ifadə verməsi əvvəlcədən hazırlanmış müdafiə taktikasıdır və məhkəmə şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun hesab etməməklə, işin faktiki halları və mövcud sübutlarla üstüstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı dindirilərkən verdiyi ifadələri qoyur. Məhkəmə kollegiyası onu da bildirməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi (psixotrop maddə və narkotik vasitələri əldə etməsi və ondan həmin psixotrop maddə və narkotik vasitələrin polis əməkdaşları tərəfindən aşkar olunması hissəsində) ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər mötəbər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 25 iyun 2025-ci il tarixli protokoldan və Abşeron rayon məhkəməsinin 26 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (vərəqə: 32, 103-108). Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 25 iyun 2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 11,114 qram heroin, 18 ədəd metadon həbi, 471,295 qram heroin, 3579,441 qram metamfetamin, 3100 ədəd dərman həbi, 159,9 qram marixuana, 2 ədəd tərəzi məhv edilməli, 01 ədəd " Poco” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın, 01 ədəd qeydlər aparılmış dəftər, 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmadır. İş üzrə 192 (yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 25 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş qalıq çəkisi 11,114 qram heroin, 18 ədəd metadon həbi, 471,295 qram heroin, 3579,441 qram metamfetamin, 3100 ədəd metadon tərkibli həblər, 159,9 qram marixuana, 2 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Poco” markalı mobil telefon özünə və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılsın, 01 ədəd qeydlər aparılmış dəftər, 04 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 192 (yüz doxsan beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar