Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-47/2025 29.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 19 avqust 1985-ci il tarixdə Masallı rayonu Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Masallı rayonun Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşı Şahid1 Khodabakish oğlunun icraçı direktor olduğu "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikasına gətirilmiş X2 məxsus 82.875 manat dəyərində 3250 qutu xurma alacağına Şahid1ni inandırıb 21 fevral 2023-cü il tarixdə tanışı Şahid4 "xxxx" ASC-nin Masallı filialında olan AZ44BRES41040AZ**********01 saylı hesablaşma hesabından "xxxx" MMC-nin hesabına köçürülməsi üçün internet ofis proqramı vasitəsilə yığılan 70.233,05 AZN əsas və 12.641,94 AZN ƏDV məbləği, cəmi 82.875 AZN məbləğində pulun "xxxx" MMC-nin hesabına köçürülməklə ödəniş olunması görüntüsü yaradaraq "xxxx" MMC-nin Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən anbarından 82.875 manat dəyərində 3.250 qutu xurmanı əldə edib özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, 2005-ci ildə hərbi xidmətdən gəldikdən sonra bir müddət bir sahibkarın mühasibatlıq işlərini görmüş, 2016-cı ildən isə öz şirkətimi yaratmış, 2016-cı ildən bu günədək Masallıda topdan satışla, eyni zamanda xarici dövlətlərdən meyvə və digər məhsulların idxalı ilə məşğul olmuşdur. İranlı Əli adlı bir şəxslə birlikdə İraqa kəpək göndərmiş, beləcə onunla tanışlığı yaranmışdır. Bir müddət keçdikdən sonra Əli ona İrandan xurma, qaysı, kişmiş, alça kimi quru meyvələr də gətirdiklərini demiş, Əli ilə həmin mövzuda tez tez söhbətləri olmuşdur. Sonuncu dəfə Əli fevral ayının 16-17-si onlara məhsulun gəldiyi barədə məlumat vermiş, özündə nağd pul olmadığından Mülazimdən kömək istəmişdir. Mülazimlə birlikdə onun maşınında Bakı şəhərinə gəlmiş, Əli ona “məkan” göndərmiş, X3 və onun yanında olan uzun paltolu bir oğlanla görüşüb birlikdə mala baxmışlar. Xurmaların yaxşı olduğunu gördükdən sonra qiymət barədə danışanda Əli İranda tümənin düşdüyünü ona görə də xurmanın qiymətinin qalxdığını dedi, beləcə bir qutu xurmanı 21 manat 60 qəpiyə razılaşmışlar. Bir qutunun içərisində 12 paçka xurma olur. Əli malı öz malı kimi təqdim etmiş, onlar da malı almaq barədə razılaşmışlar. 21 fevral 2023-cü il tarixdə alqı-satqı etmək üçün görüşmüş, qarşı tərəf pulu nağd şəkildə deyil, bank vasitəsilə alacağını bildirmişdir. Pulu bank vasitəsilə köçürəcəkləri təqdirdə ƏDV-ni nağd şəkildə qaytaracaqlarını bildirmişlər. Gecəni Bakıda qalıb səhəri gün Əlini də Koroğlu metrosunun yanından götürüb 5 saylı Asan Xidmətə getmiş, 5 saylı Asan Xidmətdə özü, Mülazim, Əli, iranlı Naser, iranlının atası və şahid Anar görüşmüşlər. Asan xidmətdə onların nə iş gördüyünü bilməmiş, bank hesabını aldıqdan sonra Mülazim öz işçilərinə zəng vurub həmin hesaba bu qədər pul, bu qədər də ƏDV kimi köçürməsi barədə tapşırıq vermişdir. Mülazimin işçisi pulları hesaba köçürdükdən sonra elektron qaimənin şəkillərini Mülazimə, Mülazim də ona göndərmişdir. O da öz növbəsində elektron qaimənin şəklini həm Əliyə, həm də Anara göndərib pulun köçdüyünü bildirmişlər. Daha sonra malları götürmək üçün Sumqayıta gəlmiş, Anar pulun hesabda göründüyünü, amma hesaba oturmadığını demişdir. Əli də iranlı ilə danışmış, o da “müşkül ne dara”, yəni “problem yoxdur” demişdir. Birinci maşın yüklənmiş, ikinci maşın da yüklənib qurtarırdı ki, Anar ona zəng vurub “Elşən siz pulu geri vurun. Bizdə fiziki şəxslə hüquqi şəxs arasında ƏDV əməliyyatı aparmaq mümkün deyil. Biz ƏDV ödəyicisi olmalıyıq, ondan sonra siz pulu bizim hesaba köçürə bilərsiniz” demişdir. Bundan sonra Mülazim təzədən öz işçisinə zəng vurub hesablar uyğun gəlmədiyi üçün bankla əlaqə saxlayıb pulu geri vurmağı tapşırmışdır. Xurmanı Masallıya aparıb müştərilərə vermiş, onların Gəncədə, Bərdədə və digər yerlərdə müştəriləri olmuşdur. Malı bir iki gün ərzində tamamilə paylamışlar. Təxminən 3 gün sonra qarşı tərəf ƏDV ödəyicisi olmuş və pulun köçürülməsini xahiş etmişdir. Lakin Mülazim artıq ona pul verə bilməmiş, çünki özü düyü ticarəti ilə məşğul olduğundan vəd olunan pul düyüyə xərclənmişdir. Elə bir vəziyyət yaranmışdır ki, o artıq pul ödəyə bilməmişdir. O, qarşı tərəfə narahat olmamağı, bayram yaxınlaşdığından xurmanı satıb pulu ödəyəcəyini demişdir. Bir müddət sonra barəsində şikayət olması səbəbindən zəng vurub onu Sumqayıt şəhər polis İdarəsinə çağırmış, hadisə ilə əlaqədar şikayət olunduğunu bildirmiş və Zərərçəkmiş şəxs ilk dəfə orda görmüşdür. Zərərçəkmiş şəxs ona alınana malın ona məsus olduğunu, malı alıb, pulunu ödəmədiklərini demiş, o da məhsulu satıb pulu ödəyəcəklərini demişdir. Həmin ərəfədə adına elektron qaimə vurulmuş, o da öz adından "xxxx"a əsas və ƏDV-si ayrı ayrı olmaqla 10.000, 1500, 2000 manat olmaqla pul köçürmüş, daha sonra onların bankı bağlanmışdır. Həmçinin ərazidə qalan və xarab olan mallar da olmuşdur. Hal hazırda iranlıya pul köçürməyə hazır olduğunu, Zərərçəkmiş şəxs isə pul vermək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Mülazimi çoxdan tanıdığını, münasibətlərinin yaxın olduğunu, bir-birilərinə pul verib aldıqlarını bildirmiş, həmin hadisə ilə bağlı da Mülazimə bir yerdə işləməyi, nəticə də əldə olunacaq 4000 manat gəlirdən ona da 1000 manat pul verəcəyini vəd etmişdir. Mülazim Bank Respublikada olan hesabından “Ahura Expor”un İran Milli Bankında olan hesabına pul köçürmüş Anar özü ona zəng vuraraq sadə vergi ödəyicisi, onlar isə ƏDV vergi ödəyicisi olduğundan pulu köçürməyin mümkün olmadığını, pulu geri vurmağı demişdir. Maşınlar yüklənən ərəfədə pul geri qaytarılmış, pulun geri qayıtmağı heç bir iki saat çəkməmiş, beləliklə də Ahura Export” a heç bir pul köçməmişdir. Onlar özləri malın aparılmasına, ƏDV qeydiyyatına düşdükdən sonra pulun köçürülməsinə razılıq vermişlər. Razılaşmaya əsasən pul həmin gün köçməli olmuş, üstəlik ğzləri ilə nağd pul gətirmiş, lakin onlar nağd pulu götürməmişlər. Nağd pul barədə Əliyə təklif etmiş, Əli də iranlıya (Naser) tərcümə etmişdir. Nağd pul barədə Anar və başqa adamla söhbət olmamışdır. Nağd pul Mülazimdə maşınında olmuşdur. Malın pulun köçürməmiş satmalarına səbəb də həmin malı saxlamaq üçün iri konteynerin olmamasıdır. Həmin malı Bərdə şəhərinə, Gəncədə Sərdar adlı, Fərid adlı şəxslərə vermişdir. Satdığı malın müəyyən qədərinin pulunu almış, qalan hissədə pulun kimlədə qaldığını hal hazırda xatırlamır, lakin kompyuterdə bu barədə qeydləi qalmaqdadır. Malın əvəzinə verilməli olan, lakin verilməyən pullar barədə də heç bir tədbir görməmişdir. Mülazimdən pul istəyəndə o artıq pulu düyünün əvəzinə ödəniş etdiyini demiş, özü isə xurmaları artıq müştərilərə paylamışdır. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs və onun nümayəndəsinin suallarına cavab olaraq nağd formada gətirdiyi pulun Mülazimə məxsus oluğunu, həmin pulu Əliyə göstərdiyini, malın sahibini görmədiyi üçün pulu ona göstərdiyini, mal alınan zaman Mülazimlə "xxxx" arasında müqavilə bağlandığını, "xxxx"u da Şahid1nin təmsil etdiyini, özündə və Mülazimdə möhür olmadığını, malları apardıqdan sonra da müqavilə imzalamağın və möhür vurmağın yaddan çıxdığını, hesabda pul göründüyü üçün müqavilə bağlamadan malları götürdüyünü bildirmişdir. 21 fevral 2023-cü il tarixdə olan görüş zamanı özləri ilə nağd pul gətirdiklərini, qarşı tərəf nağd pulu götürmədiyi üçün Mülazimin həmin pulu Masallıya apararaq hesaba qoyduğunu, pulu hesaba qoyub Bakıya qayıtdığını bildirmişdir. Həmçinin köçürülən pulun heesaba düşməyənə qədər bankın pulu geri vura biləcəyini, hesaba düşərsə geri qaytarmağın mümkün olmadığını, hesablaşma müxtəlif banklar arasında aparıldığı üçün arada müəyyən fasilə yarandığını, cinayət işinin materiallarında olan sənədləri Mülazimin işçisi Abının Mülazimə, Mülazimin ona, onun da öz növbəsində qarşı tərəfə atdığını bildirmişdir. Həmçinin köçürülən pulun müştərinin tapşırığı ilə geri vurulması barədə bankın arayış vrdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq sonuncu dəfə Əli ilə 21 fevral tarixində görüşüb xurmaları götürüb getdiyini, həmin vaxt Əlinin yanında Naser, Naserin atası və Mülazim olduğunu bildirmişdir. Əvvəlcə malın pulunu nağd formada vermək barədə razılaşmış, malı götürdüyü gün yox, ondan əvvəlki görüşdə pulu nağd formada gətirmiş, lakin onlar pulu nağd formada götürməmiş, malın idxal olunduğundan elektron qaimə ilə satılmalı olduğunu demişlər. Pul məsələsini danışanda qarşı tərəfdə Əli ilə iranlı olmuşdur. Pulun köçüb-köçməməsini bilmədiyini, lazımi sənədləri Mülazimə göndərdiyini, daha sonra Mülazimin ondan xəbrsiz “hakerlik” etdiyini bildirmişdir. İkinci maşının yüklənməsi yekunlaşana yaxın Anar ona votsap proqramı vasitəsilə zəngi edib pulu geri vurmağı tapşırmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq pulun ayın 21 bank hesabına köçdüyünü, 1-2 saat sonra da geri qaytarıldığını, müqaviləni imzalamağın yaddan çıxdığını, malı qarşı tərəfin özü verdiyi üçün götürdüyünü, malın satılıb satılmaması ilə bağlı risklərin onun üzərində olduğunu, pulu Mülazimin verməli olduğunu, əvvəldən fikrin bu olduğunu, hal hazırda da pulu hissə hissə ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü Azərbaycan Respublikasının vətəndaşı olmaqla həm Azərbaycanda, həm də Almaniyada yaşayır. İranlı deyilən Parsa ilə bir il əvvəldən etibarən xurma işi ilə məşğul olmağa başlamış, bir müddət sonra Parsanın oğlu Naser də onlara qoşulmuş, aralarında olan razılaşmaya əsasən o, iranlıya pul vermiş, iranlı həmin malı gətirmiş, o da də həmin malı satmışdır. O, İrana getməmək üçün malın gətirilməsini ona tapşırmışdır. Malların saxlanması üçün anbarı da Sumayıt şəhərində Kaspi küçəsində, süd zavodunun həyətində tutmuş, gətirilən bütün malları ora yığmışlar. O, həmin ərəfədə 10 gün müddətində ölkə ərazisində olmadığı üçün öz işçilərinə bütün alqı-satqını rəsmi şəkildə həyata keçirməyi və ona məlumat verməyi tapşırmışdır. O, getdikdən sonra Elşən, Mülazim və Əli gəlib xurma ilə maraqlanmış, Əlinin də iranlı olduğunu sonradan bilmiş və onu ümumiyyətlə görməmişdir. Amma rəsmi ödəniş üçün Asan İmza lazım olduğundan mallar maşına yüklənən vaxt Asan xidmətə getmişlər. Maşınlar yükləndikdən sonra Elşən votsapla Anara kompyuterdə yığılan ödəmə barədə qəbz göndərərək pulun ödənməsi barədə elektron qaimə olduğunu bildirmişlər. Onlar da pulun bank hesabına köçməsi üçün iki gün gözləmiş, daha sonra ona malın aparıldığı, lakin pulun köçmədiyi barədə məlumat vermişlər. Daha sonra İran Mili bankının filialı ilə pulun köçüb köçməməsi barədə maraqlanmağı tapşırmış, özü də bilet alaraq Azərbaycana gəlmişdir. Hadisənin üçüncü günü Masallı rayonu Ərkivan kəndində Təqsirləndirilən şəxs evini tapıb sübh tezdən onlara getmiş, Elşənlə telefonla danışmış,Elşən gözləməyi, Masallıya gəldiyini demişdir. Axşama kimi onu gözləmiş, axşam saat 6 zəng vurub malı Gəncədə Sərdar adlı şəxsə verdiyini, ora getdiyini demişdir. Təqsirləndirilən şəxs axşama kimi onu gözlədiyini, onunla görüşdükdən sonra getməyi təklif etmiş, lakin o razılaşmayıb gəlməmişdir. Sonra onlar hadisəni aydınlaşdırmağa başlamış, İran bankından ona ümumiyyətlə belə bir əməliyyatın baş tutmadığını bildirmişlər. Daha sonra Mülazimi tapıb onunla söhbət etmiş, Mülazimə “əgər nağd pul gətirmişdinizsə verərdiniz, ya gedib köçürərdiniz” demiş, Mülazim də ona “pul zad olmayıb, mən Elşəndən malın pulunu soruşanda Elşən mənə dedi ki, sənin nəyinə lazım, sən sür get, mən malı atdım” deyə cavab vermişdir. Həmin andan etibarən Elşənlə ancaq telefonda danışmış, Təqsirləndirilən şəxs başqa-başq adamları tapıb onun üstünə gətirmiş, gah nümayəndəsi Ələsgər müəllimlə parkda görüşmüş, gah öz vəkili Teymur müəllimlə birlikdə gəlib pulu bu gün sabah ödəyəcəyi barədə vəd vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb, ərizə ilə müraciət etmiş, iş təhqiqata getdikdən sonra Təqsirləndirilən şəxs vəkili Müdafiəçi1 ona bu işə zamin olduğunu, ona iki üç gün vaxt verməyi xahiş etmiş, lakin məsələ həllini tapmadığı üçün o da şikayət etməyə davam etmişdir. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Anarın qarşı tərəf mal yüklənəndə pulu nağd ödəmək barəsində qəti olmayan nəsə demiş, lakin o pulun bank vasitəsilə köçürülməli oluğunu bildirmişdir. Rəsmi köçürmək üçün onların Asan İmzası olmamış, birlikdə Asan Xidmətə getmiş, orda imza almış, daha sonra pulu köçürdüklərini demişlər. Onların mühasibi kompyuterdə yığılan ödəniş qəbzi atmı, Anar da inanmışdır. Elşənlə görüş zamanı Elşən ona malın hamısını hərbi hissədə Sədar adlı şəxsə verdiyini demiş, araşdırma zamanı həmin adamın 6-7 dəfə dələduzluqla məhkum olunduğunu öyrənmişdir. Həmin adamla da telefonda danışmış, həmin şəxs Elşənin yalan dediyini, özündən uydurduğunu bildirmişdir. Daha sonra başqa-başqa adamların adını çəkib, malı guya ki, onlara verdiyini, pulları yığıb qaytaracağını demişdir. İş təhqiqatda olan zaman 13.500 manat pulu da tutulmasın deyə ödəmişdir. Hadisədən təxminən 1 ay sonra polis orqanlarına müraciət etmişdir. Zərər çəkmiş şəxs nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, bütün bu proseslərin gedişində qarşı tərəf pul ödəmək üçün onunla görüşmək istəmiş, Elşən Həənovun vəkili Müdafiəçi1 özü ondan vaxt verilməsini xahiş etmiş, o da biraz da ona görə gözləmişdir. Sonra zəng vurub pulu soruşanda Müdafiəçi1 dedi ki, “mən də sənə onun sözünü demişəm”. O da Müdafiəçi1 irad tutaraq onun vəkil olduğunu, əmin olub danışmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs tərəfindən aparılan və pulu ödənilməyən malın özünə məxsus olduğunu, iranlı Parsaya pul verərək İrandan mal gətirtdiyini bildirmişdir. Zərər çəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o özü çox vaxt ölkə xaricində olduğundan işləri onun təlimatı əsasında işçiləri həll etmiş, yalnız problem çıxanda onu axtarmış, problem çıxandan iki gün sonra ona deyilmiş, o da eşidən kimi ölkəyə qayıtmışdır. Müdafiəçinin biraz vaxt verilməsi müqabilində ona problemi həll edəcəyi, pulu verəcəyi barədə söz verdiyini bildirmişdir. Söhbəti gedən nağd pulu nə işçilərin, nə də başqa bir şəxsin görmədiyini, İrandan gələn malların "xxxx"un adına rəsmləşdiyini bildirmişdir. "xxxx"a nağd pul verib istədiyi malı ölkəyə gətirdiyini, gətirilən malın onun pulu ilə alındığını, "xxxx"un sadə vergi ödəyicisi olub olmamasını bilmədiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, artıq 5 ilə yaxındır ki, Zərərçəkmiş şəxs, iranlı Parsa ilə birlikdə işləyərək ölkəyə xurma gətirdiklərini, bütün işləri Zərərçəkmiş şəxs maliyyələşdirdiyini, yerdə qalan gömrük və qida təhlükəsizliyi sertifikatının alınmasına ilə özü məşğul olur. Hadisə günü Naser Parsai ona zəng vuraraq xurmanı satdıqlarını demiş, o da kimə satdığını soruşmuşdur. Əvvəlcə danışıq zamanı ödənişin nağd olub ola bilməyəcəyi barədə onlardan soruşmuş, lakin ödənişin yalnız bank vasitəsilə köçürülməsi yolu ilə mümkün olduğunu bildirmişlər. Bundan sonra birlikdə Asan İmza almaq üçün birlikdə Asan Xidmətə getmiş, Asan İmza məsələsini həll etmiş, həmçinin müqavilə hazırlamışlar. Sonra o Parsa ilə birlikdə Asan imzanı aktiv etmək üçün telefon almağa Neftçilərə getmiş, Təqsirləndirilən şəxs isə Naser ilə birlikdə malları götürmək üçün Sumqayıta getmişlər. Mallar yükləndikdən sonra ödəniş tapşırıqlarının şəklini onlara atıb pulun artıq hesaba köçdüyünü bildirmişlər. Həmin vaxt hesaba baxa bilməmiş, nömrəni telefona taxıb aktiv edib səhərə kimi gözləmişlər.Səhəri gün müqaviləyə qol çəkmədikləri üçün onlara zəng vurmuş, lakin heç kimə zəng çatmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs Almaniyada olmuş, Təqsirləndirilən şəxs zəng çatmadığından bu barədə Zərərçəkmiş şəxs məlumat verib xurmanı aparmaqları barədə məlumat vermişlər. Zərərçəkmiş şəxs gəldikdən sonr şikayət etmişdir. Şahid şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, ödəniş tapşırığı ilə bağlı qəbzləri ona Təqsirləndirilən şəxs göndərmiş, həmin ödəniş qəbzləri onda heç bir şübhə yaratmamış, çünki həmin vaxta qədər aparılan bütün satışlar eyn qaydada aparılmış və heç vaxt problem yaranmamışdır. Xurmanın satışı ilə bağlı ancaq Elşənlə danışmış, Mülazimi ancaq Asan Xidmətdə görümüşdür. Təqsirləndirilən şəxs onların hesaba pul köçürməsi, sadə vergi ödəyicisi olduqlarında pulun onların hesabına köçməməsi, özünün Təqsirləndirilən şəxs zəng vurub pulu geri vurması barədə göstərdiyi bütün hallar yalandır. O, ümumiyyətlə Təqsirləndirilən şəxs zəng vurub pulu geri vurması barədə heç nə deməmişdir. Aparılan xurmanı Təqsirləndirilən şəxs hara, kimə verməsi onlara məlum olmamış, Elşəndən bu barədə soruşduqda hər dəfə bir nəfərin adını çəkmişdir. Şahid zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona verilən xurmanı kiməsə verməsi və ya satması barədə onlara heç bir sənəd göstərməmiş, yalnız Gəncədə Sərdar adlı şəxsə verməsini demişdir. Daha sonra onlara özünü Sərdar adlı şəxs kimi təqdim edən şəxs zəng vurmuş, polis orqanlarına müraciət edəcəyimizi eşidib şikayət etməməyimiz üçün yalvar yapış etmişdir. Həmin şəxs bir hərbi hissənin nömrəsini deyib oranın təchizatçısı olduğunu, ona pul gəlməli olduğunu, pul gələn kimi xurmanın pulunu ödəyəcəyini demiş, beləcə söhbət uzanmışdır. Həmçinin müqavilə tərtib etmiş, lakin onlar müqaviləyə də qol çəkmədən getmişlər. Müqavilənin imzalanmadığını, pulun isə köçmədiyini demək üçün zəng vurmuş, lakin Təqsirləndirilən şəxs zəng çatmamışdır. Əli adı İran vətəndaşını ümumiyyətlə tanımamış, Əli və Mülazimi mən Asan Xidmətdə görmüşdür. Elektron qaimələri onun telefonunun votsapına Təqsirləndirilən şəxs göndərmiş,şəkli elə çəkmişlər ki, orda möhür görsənməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona zəng vurub onun evinə getməsi barədə öz etirazını bildirmiş, o da evə özünün yox Zərərçəkmiş şəxs getdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs pulu Əliyə verəcəyini demiş, o da Əlidən mal almadığını, malın sahibinin və malın olduğu anbarın Zərərçəkmiş şəxs olduğunu demiş, beləcə Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə ilə söhbətdən yayınmışdır. Şahid müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, şirkətdə “gömrük”, “labaratoriya”, “qida” işlərinə baxddığını, “Parsa” şirkətində 2-3 il, "xxxx"la isə 4-5 aydır ki, çalışdığını bildirmişdir. Onlar əvvəlcə Parsa ilə işləmiş, daha sonra o oğlunun da alver etmək istədiyini demiş, "xxxx" Parsanın oğlu Naserə məxsus olmuşdur. Həmin şirkət vasitəsilə birinci dəfədir ki, mal gətirmişdir. Asan Xidmətə gedənə kimi malı verməmişdik, həmin vaxta kimi Mülazimi tanımırdım. Malın satışı barədə razılaşmağa Parsa, oğlu və bir nəfər gəlmiş, onların Elşənlə necə tanış olmalarından xəbəri olmamışdır. Onlar sadə vergi ödəyicisi olmuş, Vergilər Nazirliyinə məktub yazmış, bir gün ərzində onları ƏDV ödəyicisi kimi rəsmləşdirmişlər. Qarşı tərəfdən nağd pul barədə eşitmiş, lakin həmin pulu gözü ilə görməmişdir. Belə ki, onlar bu barədə ona yox Parsaya demişlər. Elektron qaimələri görüdükdən sonra pulun köçdüyünə inanmış, mühasibatlıqda hər hansı bir problemin olması barədə onunla Elşən arasında hər hansı bir söhbət, müzakirə olmamışdır. "xxxx"u maliyyələşdirən şəxsin Zərərçəkmiş şəxs olduğunu, vurulan pulun da geri qaytarılmasının da mümkün olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 Khodabakish oğlu ifadəsində göstərmişdir ki, Əli Aftabi adlı şəxslə Azərbaycan və Gürcüstan arasında xurma ticarəti ilə məşğul olmuş, onun vasitəsilə Təqsirləndirilən şəxs tanımışlar. Əli Aftabi ilə aeroportda tanış olmuş, bir həftə ərzində onunla münasibəti yaranmış, müəyyən qazanc qarşılığında müştəri tapa biləcəyini bildirmişdir. Əli Aftabi əvvəlcə Hacı adında bir nəfər şəxs tapmış, lakin ona həmin adamı tanıdığını, onun yaxşı iş görmədiyini, ona görə də onunla işləməyəcəyini bildirmişdir. Sonra başqa bir müştəri tapmış, həmin şəxsin iki konteyner mal almaq istədiyini bildirmişdir. Malla tanış olmaq üçün bir gün təyin etmiş, həmin gün saat 7-də Əli Aftabi, Mülazim və Elşən adlı şəxslə Sumqayıt şəhərinə olan anbara getmiş, anbarda ona nümunələri göstərmiş, onlar da malı bəyəndiklərini və götürdüklərini demiş, qiymət barədə razılaşmışlar. Təxminən 10 gün sonra mal Azərbaycana gəlmiş, malın çatması barədə onlara xəbər vermiş, malı təhvil vermək üçün Əli, Mülazim və Elşənlə birlikdə anbara getmişlər. Ödənişin nağd olması barədə aralarında söhbət olmuş, lakin o, ödənişin bank vasitəsilə ödənilməli olduğunu demişdir. Onlar pulun ödənilməsində nəsə problem olduğunu demiş, həmin problemi həll etmək üçün Asan Xidmətə getmiş, saat 12 üçün Elşən və Mülazim də Asan Xidmətə gəlmişlər. Həmin problem Asan Xidmətdə qısa müddətə həll olunmuş, daha sonra Elşən onlara malın pulunu köçürdüyünü deyib onlara qəbz göstərmiş, bundan sonra birlikdə anbara getmişlər.Həmin şəxslərlə birinci dəfə iş gördüyü üçün Anara zəng vurub pulun çatıb çatmadığını soruşmuş, Anar da ona “rahat ol, sənə göstərilən qəbz düzdür, pul hesaba çatıb” demişdir. Anbara çatandan sonra yenə dəqiqləşdirmək üçün Anara zəng vurmuş, Anar da problemin olmadığını, əlində qəbz olduğunu demişdir. Malın təhvil verilməsi barədə müqavilə hazırlanmış, onlar müqaviləyə qol çəkməmiş, sabah gəlib qol çəkəcəklərini demişlər. Müqaviləyə qol çəkmək üçün onlara zəng vuranda artıq həmən nömrəyə zəng çatmamışdır. Telefona təkcə Əli cavab vermiş, o da maraqlanıb Elşənin avtomobil qəzasına düşdüyünü demişdir. Qəzaya düşən maşının da şəklini çəkib ona göndərmişdilər. Səhəri gün İran Milli Bankına getmiş, Elşənin göndərdiyi həmin elektron qəbzi bankın müdirinə göstərmiş, bankdan ona həmin qəbzin saxta olduğunu və onun hesabına heç bir pul köçmədiyini demişlər. Növbəti 10 gün məsələni aydınlaşdırmağa çalışmış, lakin heç kimlə əlaqə saxlaya bilmədikləri üçün Masallıya getmiş, yalnız bundan sonra Elşən zənglərə cavab verib pulu başqa adama verdiyini, gəlib onlarla söhbt edəcəyini demiş, lakin gəlməmişdir. Şahid şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, iş üzrə zərər çəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxslə birlikdə işləmiş, pulun yarısını Yaqub, yarısını da özü qoymuş, qazancı da eyni şəkil bölmüşlər. Həmçinin nağd pul vəsaitini əyani şəkildə görməmiş, sadəcə nağd pul olduğunu eşitmişdir. Elşənlə söhbət o malı Sərdar adlı şəxsə verdiyini, Sərdar pulu nə vaxt versə, həmin vaxt da pulu qaytaracağını demişdir. Hadisənin üstündən bir ay vaxt keçməsinə baxmayaraq pulu ödəmədiyi üçün ondan şikayət etmişlər. Şahid zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, müqavilə imzalanan vaxt Elşən və yanında olanlar möhürü gətirmədikləri üçün müqaviləni imzalaya bilmədiklərini sabah gəlib imzalayacaqlarını bildirmişlər. Səhər isə nəinki möhürü gətirməmiş, heç telefonlara da cavab verməmişlər. Hesaba pul köçmədiyini görəndə məqsədin dələduzluq olduğunu başa düşmüşlər. Əli Aftabi onların qəzaya düşdüyünü və onların guya həbsə salındığını demişdir. Şahid müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ödənişin olunması barədə qəbzdən eynisini başqa şirkət də onlara vermiş, həmin qəbz əsasında bankdan pul götürmüş, Elşənin göndərdiyi qəbz də eyni şəkildə olmuş, buna görə də onlar inanmışlar. Qəbzin saxta olub olmamasını isə Anar yoxlamış, o da ödənişin olunduğunu demişdir. Əli Aftabinin nağd pul görüb görmədiyini bilmədiyini, özünün isə görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla hər hansı bir qohumluq, dostluq münasibəti olmamışdır. Oğlu Naserdən qabaq Azərbaycana gəlmiş, burada bir şirkət qeydiyyatdan keçirmiş və malların gətirilməsində iştirak etmişdir. Daha sonra oğlu Şahid1 da bu işlə məşğul olmaq üçün Azərbaycana gəlmiş, o da öz adına bir şirkət qeydiyyatdan keçirmişdir. Naser aeroporta Əli adlı şəxslə tanış olub malları Əlinin tapdığı müştəriyə verməyi təklif etmişdir. Malın verildiyi gün dedilər ki, Asan İmza ilə bağlı problem var, Asan Xidmətə gedib imza məsələsini həll edib problemin artıq həll olunduğunu, əgər pulu hesaba köçürsələr, pulun köçəcəyini bildirmişlər. Rus dilini bildiyi üçün danışılanlardan məlumatlı olmuşdur. Naser və Anarla Asan Xidmətdə oluqları vaxt Elşən Əli və Mülazimlə birlikdə Asan Xidmətə gəlib, iki maşınla gəldiyini, malları həmin maşına yükləyib aparmaq istədiyini bildirmişdir. O, da pul hesaba köçməyincə malı verə bilməyəcəyini demiş, daha sonra Elşən pulun köçməsi ilə bağlı qəbz təqdim edib göstərdi ki, pul artıq oğlunun şirkətinin hesabına köçürülmüşdür. Həmin qəbzin düzgünlüyünü sorğuladım və bildirdilər ki, hər şey düzdür. Anar bildirdi ki, pul köçüb və hər şey qaydasındadır. Elşən və Mülazim iki sürücü ilə gəlmiş, onlarla birlikdə anbara getmişlər. Əli də onlarla birlikdə olmuşdur.Elşəngil malı yükləyi getmişlər. Daha sonra Anar sonra zəng vurub bildirdi ki, onlar müqaviləni imzalamamış getmişdirlər. Buna görə Əli Elşənə zəng vurmuş, Elşən möhürü unutduqlarını, sabah gəlib imzalayacaqlarını bildirmişdir. Səhəri gün İran Milli Bankın getmiş, orada hesaba ümumiyyətlə pul köçmədiyini bildirmişlər. Şahid müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, Anar ona şirkətdə problem olduğu üçün pulun geri vurulmasını bildirmiş, amma konkret olaraq ona heç kim pulun geri vurulmasını deməmişdir. İran Milli Bankının müdiri isə hesaba ümumiyyətlə heç bir pul köçmədiyini və geri qaytarılmadığını bildirmişdir. Həmçinin aparılan xurmalar Zərərçəkmiş şəxs yox, onun oğlu Naser Parsai məxsus olmuş, vəsait onun tərəfindən qoyulmuş və ziyan da oğluna dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla uzaq qohumdur, o topdan satış işi ilə, özü isə firmada işləyir. Aralarında ticarət əlaqələri olmuş, bir birilərinə mal alıb satmışlar. Həmçinin birlikdə İrandan Azərbaycana xurma gətirib satmış, daha sonra xurma gətirmək işi çətinləşmiş və dayanmışdır. Özü əsasən düyü ticarəti ilə məşğul olmuş, mart qabağı cənub zonasında ehsanlarla əlaqədar xurma, düyü və s. çox satılmışdır. Müəyyən müddət keçdikdən sonra Elşən ona Əli adlı şəxsdə xurma olduğunu, həmin xurmanı almaq istədiyini demiş, Əli adlı şəxslə parkda görüşüb, qiymət barədə razılaşmış, xurmanın bir qutusu barədə 21 manat 70 qəpiyə razılaşmışlar. Bundan sonra Əli malın gələcəyi zaman xəbər verəcəyini demiş, bir müddət sonra eyni parkda Əli ilə yenə görüşmüş, onun yanında Nasir adında bir cavan oğlan da gəlmişdir. Naser Azərbaycan dilini bilməmiş, Elşən Əli ilə danışırdı, Əli də ona tərcümə etmişdir. Elşən ona demişdir ki, xurmanı topdanlara verib iki günə pulunu yığacıq. Təqsirləndirilən şəxs ona xurmanı satandan sonra hardasa 3.000 manat xeyir qalacağını, həmin puldan da ***-**** manat da ona verməcəyini demiş, o da düyü almaq üçün saxladığı məbləği xurmanın müqabilində Təqsirləndirilən şəxs verməyi razılaşmışdır. O, Əliyə nağd pul təklif etmiş, vergi hesabatına görə pulu nağd formada götürməkdən imtina etmişlər. Sonra onların hansısa sənədi düzəltmək üçün bir neçə gün vaxtları getmişdir. Elektron bank vasitəsilə ödəniş edib, ödənişi Elşənə bildirmiş, ödənişi etdikdən sonra malı götürmək üçün Sumqayıta getmiş, mal yüklənən vaxt o, Elşəndən ayrılıb getmiş, maşını Elşəndə qalmışdır. Masallı şəhərinə çatana yaxın Elşən mənə zəng vurub Anar adlı şəxsin xurma satanların ƏDV ödəyicisi olmadıqlarını, aralarında pul mübadiləsi gedə bilməyəcəyini, ona görə də pulu geri vurmaq lazım olduğunu bildirmişdir. O da “Respublika Bank”a müraciət edib pulun geri vurulmasını bildirmiş, köçürdüyü pul da geri vurulmuşdur. Elşən həmin gün onun maşınını əzmiş, o da Bakıya geri qayıtmalı olmuş, Elşən də maşınla maraqlanmamışdır. 4 gün sonra Elşən ona zəng vurub pulu təkrar ödəmək lazım olduğunu demiş, o da cavabında aralarında olan razılaşmaya görə məsələnin 3-4 günə həll olmalı olduğunu, olmadığına görə də pulu öz işlərinə xərclədiyini, düyü aldığını bildirmişdir. Şahid şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, malı götürməyə gedəndə 85-86 min nağd pulla getdiklərini, amma onların nağd pulu götürmədiyini, nağd pul barədə maşında söhbət etdiklərini, həmin pulu heç kimə göstərmədiyini, sadəcə pul gətirdiyini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, həmin xurmanı 21 manat 70 qəpiyə alıb, 22-23 manata tez bazar satıb pulu qaytaracaqdır. Pulun köçürülməsində onun tərəfindən heç bir problem olmamış, qarşı tərəf pulu geri vurulmasını xahiş etdiyi üçün belə etmişdir. Bank Respublikada kredit xətti müqaviləsinin olduğunu, 500.000 civarında kredit limiti olduğunu, ticarət işləri ilə əlaqədar olaraq lazım olan yerə ödəniş edib, vaxt intervalı ilə aparıb banka ödədiyini, bankdan istənilən yerə ödəniş edə bildiyini, bankda girovları olduğunu, elektron bankla saat 1-də pul köçürürsənsə və saat 6-da iş saatı bitirsə köçürülən pulların silindiyini, o da günün sonuna kimi zəng vurub köçürülən pulu ləğv etdiyini, köçürməni etdikdən sonra onun ləğv edilməsi barədə bankdan müvafiq sənəd alıb istintaq orqanına verdiyini bildirmişdir. Elşən mal alanda onlarla danışmadığını, Eləşənin malın pulunu verəcəyini dediyini bildirmişdir. Şahid zərər çəkmiş şəxsin və onun nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı tərəfin sənədlərinin düz olmadığı üçün pulun geri vurulmalı olduğunu, mallar yüklənməmiş anbardan çıxdığını, qarşı tərəfin əlində müqavilə olmadığını, belə bir sənəd təqdim edilsə idi onu imzalayacağını, Təqsirləndirilən şəxs həmin gün Qurd qapısında qəza törətməsi səbəbindən Masallı şəhərindən Bakı şəhərinə geri qayıtdığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxsla şərik kimi işlədiyini, lakin bu xurma işində şərik olamdıqlarını bildirmişdir. Şahid müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, əvvəlcə Əli ödənişin nağd şəkildə olacağını demiş, daha sonra vergi ilə problem yaranacağından pulu nağd şəkildə qəbul edə bilməyəcəyini bildirmişdir. Həmçinin iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs artıq araşdırma başlayandan sonra tanıdığını bildirmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, 86.000 nağd pulu Əli adlı şəxsə aparmış, həmin pul öz vəsaiti olmuş, həmin pulla Respublika Bankın Yasamal filialına getmiş, ordan hesab Masallı filialında açıldığı üçün pulu da ordan mədaxil etməli olduğu deyilmişdir. Bundan sonra kredit xəttinə əsasən o, pulu elektron köçürmüş, qəbzləri Təqsirləndirilən şəxs göndərmiş, Masallıya çatana yaxın Elşən ona zəng vurub saat 6-ya qədər pulun silinəcəyini, ona görə də pulu geri vurmağı tapşırmış, o da banka müraciət edib elektron bankçılıq vasitəsilə etdiyi ödənişin ləğv edilməsini xahiş etmişdir. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi 18 fevral 2025-ci il tarixli təkrar ifadəsində Bank Respublikada 7 hesabının olduğunu, həmin hesablarının hamısını özünün telefonda gördüyünü, ödəniş tapşırığını da hazırlayan zaman hesabında pul olmadığını, Təqsirləndirilən şəxs tapşırığı ilə, onun dediyi şəkildə ödəniş tapşırığını hazırladığını, belə ki, əvvəlcə ödəniş tapşırığı yazmağı, sonra hesaba pul göndərəcəklərini demişdir. Sonra da pulu qoymağa ehtiyac qalmadığı, onların hesabının düzgün olmadığını demişdir. O, ödəniş tapşırığından sonra pul yığılacağını və pulu hesaba qoyacağını demişdir. Sonra Elşən “pula ehtiyac yoxdur, hesaba yerləşdirmə” demişdir. O, nağ pulu Bakıda hesaba qoya bilmədiyi üçün Sumqayıt şəhərindən Masallı rayonuna getdiyini və pulu orda hesaba qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq Mülazimin ödəniş tapşırığını hazırlayan vaxt onun hesabında pulun olmadığını bilmədiyini demişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs Əyyb oğlunun 03 may 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Elşən adlı Masallı rayon sakini tərəfindən aldadılaraq külli miqdarda pulunun ələ keçirildiyini, araşdırma aparılmasına baxmayaraq onun cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirmişdir. Sumqayıt Şəhər prokurorunun 22 may 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs ərizəsi əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Şahid1 Khodabakhsh oğlu və Khodabakhsh Parsaeinin ilkin izahatlarından görünür ki, onlar "xxxx" MMC-ə malların alınması üçün lazım olan sərmayənin Zərərçəkmiş şəxs tərəfindən qoyulduğunu bildirmişdirlər. Şahid1 Khodabakhsh oğlu iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış, zərər çəkmiş şəxs kimi ilkin ifadəsində də "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikasına gətirilən malların pulunun Zərərçəkmiş şəxs tərəfindən ödənildiyini bildirmişdir. Khodabakhsh Parsaei də ibtidai istintaq zamanı verdiyi ifadəsində həm öz şirkəti, həm də oğlu Şahid1nin şirkəti vasitəsilə ölkəyə gətirilən mallara görə lazım olan vəsaitin Zərərçəkmiş şəxs tərəfindən verildiyini bildirmişdir. 12 iyul 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmış, zərər çəkmiş şəxs qismində verdiyi ilkin ifadəsində "xxxx" MMC-nin ölkəyə quru meyvələrin gətirilməsi üçün lazım olan vəsaitin özü tərəfindən verildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 21 fevral 2023-cü il tarixli 02 nömrəli müqavilədən görünür ki, sifarişçi adlanacaq fərdi sahibkar Şahid4 digər tərəfdən "xxxx" MMC-nin icraçı direktoru Şahid1 Khodabakhsh oğlu arasında müqavilə bağlanmış, müqavilə icraçı direktor tərəfindən imzalanıb möhürlənsə də sifarişçi tərəfindən imzalanmamış və möhürlənməmişdir. Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş, ona göndərilən elektron qaimənin surətindən görünür ki, "xxxx" MMC ilə Şahid4 arasında bağlanmış müqaviləyə əsasən xurma məhsulu 3250 qutu, vahidinin qiyməti 21,6 manat olmaqla 70233,05 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 12641,95 manat olmaqla yekun məbləğ 82.875 manat göstərilmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ödəniş tapşırıqlarının surətində 21 fevral 2023-cü il tarixdə saat 13:09-da Şahid4 "xxxx" ASC-nin Masallı fililalından "xxxx" MMC-nin “Melli İran” Bankının Bakı filialında olan hesabına alınmış malın əsas dəyəri olan 70233,05 manat, saat 13:17-də isə alınmış malın ƏDV-si 12641,94 manat köçürülməsi göstərilmişdir. “X6” Bakı filialının təqdim etdiyi arayışa əsasən "xxxx" MMC-nin hesabına 13 dekabr 2022-ci il tarixdən 05 mart 2023-cü il tarixədək hər hansı əməliyyat aparılmamış, hesaba pul köçməmişdir. Şahid4 tərəfindən Bank Respublika” ASC-dən alınmış və ibtidai istintaq orqanına təhvil verilmiş 11 aprel 2023-cü il tarixli 01/112 nömrəli arayışda “Şahid4 "xxxx" ASC-nin Masallı filialında olan AZ44BRES41040AZ**********01 saylı hesablaşma hesabından xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin hesabına köçürmək üçün internet ofis proqramı vasitəsilə yığılan 70.233,05 AZN əsas və 12.641,94 AZN ƏDV məbləği xx.xx.2023-cü il tarixində müştərinin tapşırığı ilə ləğv edilmişdir.” qeyd olunmuşdur. İstintaq orqanı tərəfindən "xxxx" ASC-nin Masallı filialına sorğu ünvanlanmış, sorğuya cavab olaraq həqiqətən də Şahid4 qeyd olunan məzmunlu arayış verildiyi göstərilmişdir. Qeyd olunan ziddiyyəti aydınlaşdırmaq üçün Şahid4 "xxxx" ASC-nin Masallı filialında olan AZ44BRES41040AZ**********01 saylı hesablaşma hesabından 20 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək olan vaxt ərzində hansı məbləğlərdə pul vəsaitinin köçürülməsi, pul vəsaitinin hansı hesablara köçürülməsi ilə bağlı məlumatların "xxxx" ASC-dən götürülməsi barədə qərar qəbul edilmiş, həmin qərar əsasında Şahid4 tələb olunan bank hesabına dair çıxarış təqdim olunmuşdur. Hesabına dair çıxarışdan Şahid4 hesablaşma hesabından "xxxx" MMC-nin hesabına 82.875 AZN məbləğində pul köçürülmədiyi və hesabda həmin məbləğdə pul olmadığı məlum olmuşdur. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında olan və "xxxx" tərəfindən verildiyi iddia olunan ödəniş tapşırıqları və ibtidai istintaq zamanı adıçəkilən bank tərəfindən verilən 11 aprel 2023-cü il tarixli 01/112 nömrəli arayış ətraflı tədqiq edilməklə qeyd olunan ödəniş tapşırıqlarının yaranma mənbəyi araşdırılmış, həmçinin qeyd olunan arayışda göstərilən məlumatlar iş materialları ilə ziddiyyət təşkil etdiyindən yenidən Şahid4 Bank Respublika ASC-nin Masallı filialında olan bütün hesablaşma hesabları üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həyata keçirilən maliyyə əməliyyatlarını əks etdirən ödəniş tapşırığı və s. surətlərini, həmçinin qeyd olunan hesablardan 70.233,05 (yetmiş min iki yüz otuz üç manat 05 qəpik) məbləğində vəsaitin köçürülməsi üçün göstəriş verilib-verilməməsi barədə müvafiq məlumatları, müsbət halda həmin göstərişin verildiyi tarix və vaxt, həmçinin ləğv edilmə səbəbi, tarixi və vaxtı barədə müvafiq məlumatlar Bank Respublika ASC-dən götürülməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Bank Respublika ASC-nin Masallı filialından Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarına cavab olaraq daxil olmuş məktub məhkəmə istintaqı zamanı tədqiq edilərkən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Şahid4 tərəfindən Bank Respublika ASC-nin İnternet bankinq proqramı vasitəsilə AZ44BRES41040AZ**********001 hesablaşma hesabından "xxxx" MMC-nin hesabına köçürmək üçün əsas saylı məbləği 70233.05 (yetmiş min iki yüz otuz üç manat 05 qəpik), ƏDV məbləği 12641.94 (On iki min altı yüz qırx bir manat 94 qəpik) təşkil edən ödəniş tapşırıqları yığılmışdır. Məlumat üçün bildiririk ki, köçürmələr yığıldıqdan sonra növbəlilik əsasında təsdiqlənir. Bu da maksimum 10 dəqiqə vaxt tələb edir. Lakin hesabda yetərincə vəsait olmadığından sözügedən köçürmələri təsdiqləmək mümkün olmamışdır. Müştərinin xx.xx.2023 tarixli ərizəsi əsasında köçürmələr ləğv edilmişdir. Müştərinin bankda AZN, USD, RUB valyutalarında fərdi sahibkar və fiziki şəxs hesabları, AZN valyutasında kart hesabı, ümumilikdə 7 hesabı mövcuddur. Cinayət işinin materiallarında olan Masallı rayonu Ərkivan bələdiyyəsindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənddə yaşadığı müddət ərzində barəsində ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarından və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs xurmaları konteynerlərə yüklənən ərəfədə onun göstərişi ilə Şahid4 tərəfindən ona votsap proqramı vasitəsilə göndərilən ödəniş tapşırıqlarının qarşı tərəfə ödəniş etmək məqsədilə tərtib edilməklə həqiqəti əks etdirməsi, ödənişin Şahid4la əldə edilmiş razılaşmaya əsasən onun vəsaiti hesabına ödəniləcək olması, qarşı tərəfin xahişi ilə guya ki, onların hesabında olan problem səbəbindən ödənilmiş pulun geri vurulması, daha sonra da Şahid4 pulu xərcləməsi, səbəbindən götürdüyü malların pulunu ödəyə bilməməsi, tərtib edilmiş müqaviləni imzalamağı və özü ilə möhür gətirməyi unutduğu barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə, apardığı istintaq nəticəsində belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs Əli Aftabidən satışa təklif edilən mallar barədə ilkin məlumat aldıqdan sonra onda qeyd olunan malları əvəzi ödənilmədən ələ keçirmək niyyəti yaranmış, qeyd olunan mallar konteynerlərə yükləndikdən sonra həmin niyyətini həyata keçirmək üçün bank hesabında ödəniş etmək üçün kifayət edən məbləğin olmadığını bildiyi Şahid4 tərəfindən ofis proqramında yığılan 70.233,05 AZN əsas və 12.641,94 AZN ƏDV məbləği , cəmi 82.875 AZN məbləğində pulun köçürülməsi görüntüsünü yaradan saxta ödəniş tapşırıqlarını qarşı tərəfə göndərməklə aldatmış, bununla Zərərçəkmiş şəxs məxsus külli miqdarda əmlakı ələ keçirmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Odur ki, qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Həmçinin iş üzrə şahidlər Şahid1 Khodabakish oğlu və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda-təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, digər Təqsirləndirilən şəxs cəza təyin edilməsi xüsusatı üzrə bildirir ki, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmiş hesab edir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında” 04 oktyabr 2023-cü il tarixli qərar əsasında Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, o, xx.xx.2023-cü il tarixdə Masallı rayonu ərazisində saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli həmin tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. 04 yanvar 2024-cü il tarixli qərarla ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığı üçün barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlandığı 2 (iki) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Təqsirləndirilən şəxs brəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyanın əvəzi olaraq 70.213 (yetmiş min iki yüz on üç) manat məbləğində pul vəsaitinin hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutulması barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərər çəkmiş hüquqi şəxs (mülki iddiaçı) qanunun tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyan qismində 70.213 (yetmiş min iki yüz on üç) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, mülki iddia təmin edilməli, maddi ziyan qismində 69.875 manat (altmış doqquz min səkkiz yüz yetmiş beş manat) məbləğində mülki iddia və 338 (üç yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 70.213 (yetmiş min iki yüz on üç) manat məbləğində təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut və məhkəmə xərcləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-188, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlandığı 2 (iki) ay 18 (on səkkiz) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 6 (altı) il 3 (ay) 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 29 aprel 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 69.875 manat (altmış doqquz min səkkiz yüz yetmiş beş manat) məbləğində mülki iddia və 338 (üç yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 70.213 (yetmiş min iki yüz on üç) manat məbləğində pul tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-47/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-47/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver