Məhkəmə qərarları › İş №1(124)-470/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-470/2025

06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-470/2025 06.01.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə özünə məxsus olan “Samsung Galaxy A15” markalı mobil telefona quraşdırılmış “Whatsapp” mobil tətbiqindən istifadə etməklə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə sonuncunun istifadəsində olan +**********40 saylı mobil telefon nömrəsi ilə danışıb şəxsiyyəti istintaqa məlum olmayan “Elşən” adlı şəxsin idarə etdiyi “Kia” markalı avtomobil ilə Bakı şəhərindən Xaçmaz rayonuna gələrək İran İslam Respublikasının vətəndaşının bildirdiyi yerdən, yəni Xaçmaz rayonu, Yalama kəndində yerləşən “Məkan” istirahət mərkəzinin qarşısında yol kənarından külli miqdarda narkotik vasitə tiryək, metadon həbi, marixuananı və psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq qəsdən əldə edərək üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis X11 Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 11 mart 2025-ci il tarixdə saat 01:40-02:05 müddətində Xaçmaz rayonu, Yalama kəndində yerləşən “Məkan” istirahət mərkəzinin qarşısında yaxalanıb üstünün yoxlanılması zamanı sağ əlində tutduğu qara rəngli sellofan bağlamanın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 485 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd bükümdə təmiz çəkisi 61,381 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə metadon təsiredici maddəsinin miqdarı 12 qram olmaqla üzərində “F/M40” yazısı həkk olunmuş 300 ədəd narkotik tərkibli metadon həbi və 01 ədəd bükümdə təmiz çəkisi 1739,333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Ayın 10-u Xaçmaza qohumlarımla istirahət etməyə getmişdim. Bakıda yaşayıram. Mənə ünvan göndərilmişdi, oraya narkotik vasitəni yandırmaq, məhv etmək məqsədilə getmişdim. Mənə İran nömrəsindən zəg gəlmişdi. Mənə Xaçmaza getməyimi dedi. Xaçmazda olanda mənə ünvan yox, şəkil göndərilmişdi. Restoran kimi bir yerdə düşən zaman saxlanıldım. Yükü götürməmiş artıq saxlanılmışdım. Mən tutulduqdan sonra telefonumdan istifadə olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Oraya tək getmişdim. Elşən əmimin oğludur. Avtomobil “Rentacar” olmuş, öz adıma götürmüşdüm. Avtomobili Elşəndən almışdım. Tanımadığım nömrədən mənə zəng edən şəxs mənə narkotiki götürüb başqa bir ünvana çatdırmalı olduğumu demişdi, lakin mən çatdırılma etməyəcək, narkotik vasitəni məhv edəcəkdim. Həmin şəxs tərəfindən mənə heç bir vəd verilməmişdi. Xaçmazda istirahət mərkəzinin yanına getmişdim. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişəm. Ekspertiza üçün analiz verməmişəm. Xaçmazda yerləşən “Məkan” adlı istirahət mərkəzinin yaxınlığında avtomobildən düşərkən saxlanılmışam. Xaçmaza getməmişdən öncə İran İslam Respublikası vətəndaşı ilə danışmışam. İranlı şəxs mənə narkotiki götürüb başqa bir yerə daşımağım üçün heç bir vəd verməmişdi, tanışlığımız olduğu üçün məndən xahiş etmişdi. Oraya getməkdə məqsədim narkotiki daşımaq yox, məhv etmək idi. Narkomaniya xəstəliyindən əziyyət çəkməmişəm. Xaçmaza Elşənlə birlikdə getməmişəm. Elşəni “Rentacar”-ın sahibi kimi tanımışam. “Rentacar”-dan “Kia” markalı avtomobil götürmüşdüm. Narkotik vasitədən 5-10 metr uzaqlıqda, restoranın qarşısında saxlanılmışam. Videoçəkiliş zamanı etirafedici ifadələri təzyiq altında vermişəm. Xəsarətim yoxdur, polis əməkdaşlarının hədə-qorxuları ilə şok vəziyyətində olduğum üçün etirafedici ifadələr vermişəm. Əllərində beyzbol taxtaları var idi, etirafedici ifadələr verməsəm məni döyəcəyini bildirdilər. Əvvəllər məhkumluğum olmayıb. Barəmdə həbs qətimkan tədbirinin seçildiyi məhkəmədə də ifadəmi təzyiq altında verdiyimi demişəm. Mənə zəng edən iranlı şəxsi tanımırdım. İranlı şəxs mənə 1 kq narkotik vasitə olan marixuana qoyduğunu bildirmişdi. Narkotik vasitəni məhv etməyə getdiyimi tanışlarıma demişdim. Usta kimi fəaliyyət göstərmişəm, aylıq qazancım 1000 manatdan çox idi. Ailəliyəm, övladım var. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6 ailəsilə birlikdə yaşayır. Evlidir və bir övladı vardır. Özü ev ustası kimi çalışır. Artıq bir müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən bir həftə bundan öncə, yəni 2025-ci ilin mart ayının əvvəllərində “Whatsapp” sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən adını bilmədiyi şəxs ilə tanış olmuş, həmin şəxs onun dediyi ünvanlardan narkotik vasitəni götürüb onun dediyi ünvana çatdırmağı müqabilində ona pul verəcəyini vəd etmiş, onun da pula ehtiyacı olduğuna görə həmin şəxslə razılaşmış və narkotik vasitə daşımasını qəbul edərək pul qazanmaq qərarına gəlmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə adını bilmədiyi həmin şəxs ona Xaçmaz rayonu, Yalama kəndində yerləşən “Məkan” ailəvi istirahət mərkəzinin qarşısında yol kənarında 01 ədəd sellafon bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, tiryək, metadon həblərinin və psixotrop maddə metamfetamin olmasını, həmin narkotik vasitə və psixotrop maddəni götürdükdən sonra isə Bakı şəhərində sonradan ona bildiriləcək ünvana çatdırmağını, həmin hərəkətləri etdikdən sonra isə ona ya 300 manat pul, yaxuddakı orada olan psixotrop maddə metamfetaminin içərisindən 300 manat dəyərində metamfetamin veriləcəyini demişdir. Həmin narkotik vasitə və psixotrop maddələrin konkret yerləşmə ünvanına dair ona “Whatsapp” tətbiqi vasitəsi ilə məkan göndərilmişdir. Həmçinin həmin şəxslərlə danışmağına dair “Whatsapp” tətbiqində yazışmalar qalmışdır. O, xx.xx.2025-ci il tarixdə saat 23:50 radələrində tanışı Elşən adlı şəxslə Bakı şəhərindən “Kia" markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Bakı şəhərindən çıxıb Xaçmaz rayonuna gəlmiş və xx.xx.2025-ci il tarixdə təxminən 01 radələrində Xaçmaz rayonu Yalama kəndində yerləşən “Məkan” ailəvi istirahət mərkəzinin qarşısına çatmışdır. Narkotik vasitə və psixotrop maddəninin qoyulduğu yer yolun kənarından təxminən 10-15 metr aralıda kolluq sahənin yanı olmuşdur. Avtomobili tanışı Elşən adlı şəxs idarə edirdi və Elşən onun Xaçmaz rayonu, Yalama kəndində gəlməyinin səbəbini bilmirdi. O, kolluq sahənin yanına gedib narkotik vasitə və psixotrop maddəni götürüb avtomobilə qayıdan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb özlərini ona təqdim edərək Xaçmaz RPŞ- nin Yalama PB-nin əməkdaşları olduqlarını bildirib onun qanunsuz olaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər, hüquq və vəzifələri ona izah olunmuş, bu zaman o, da artıq polis əməkdaşlarının hər şeyi bildiklərini düşünüb hər şeyi etiraf etmiş və əlində olan sellofan torbanın içərisində narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən əlində olan sellofan torba açılan zaman müəyyən olunmuş ki, torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana, metadon həbləri, tiryək və psixotrop maddə olan metafetamin vardır. Polis əməkdaşları tərəfindən həmin narkotik vasitə və psixotrop maddələr elektron tərəzidə çəkilmişdir. Çəkilən zaman məlum olmuş ki, sellofan torbanın içərisində 1835 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, hər birində 10 ədəd metadon həbləri olmaqla ümumilikdə 30 ədəd konvalyutda (blisterdə) narkotik vasitə olan metadon həbləri, 500 qram çəkidə narkotik vasitə olan tiryək və 70 qram çəkidə psixotrop maddə olan metamfetamin olması müəyyən olunmuşdur. Qeyd olunan narkotik vasitə və psixotrop maddə çəkildikdən sonra qurudulmuş marixuana bir ədəd sellofan torbada, tiryək, metadon həbləri və metamfetamin isə ümumilikdə bir ədəd sellofan torbada qablaşdırılıb möhürlənərək götürülmüş, daha sonra o, polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-də olan zaman o və onu şöbəyə gətirən polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən Xaçmaz rayonu, Yalama kəndində yerləşən “Məkan” ailəvi istirahət mərkəzinin qarşısında üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələrə yenidən baxış keçirilmiş, baxış zamanı o, bir daha etiraf edərək təqdim olunmuş narkotik vasitə və psixotrop maddələrin ondan götürüldüyünü bildirmişdir. Xaçmaz RPŞ-də baxış keçirilən zaman həmin narkotik vasitə və psixotrop maddələr bir daha elektron tərəzidə çəkilmiş, çəkilən zaman məlum oldu ki, sellofan torbanın içərisində 1835 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, hər birində 10 ədəd metadon həbləri olmaqla ümumilikdə 30 ədəd konvalyutda (blisterdə) narkotik vasitə olan metadon həbləri, 500 qram çəkidə narkotik vasitə olan tiryək və 70 qram çəkidə psixotrop maddə olan metamfetamin olması müəyyən olunmuşdur. Çəkildikdən sonra yenidən qablaşdırılıb götürülmüşdür. Ardınca isə təhqiqatçı tərəfindən hüquqları izah olunmaqla o, müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Onu da qeyd etmişdir ki, Xaçmaz rayonu, Yalama kəndində yerləşən “Məkan” ailəvi istirahət mərkəzinin qarşısında mən polis əməkdaşları tərəfindən saxlanılan zaman özünə məxsus mobil telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Həmin mobil telefonda olan “Whatsapp” tətbiqində X13 Respublikası vətəndaşı ilə əlaqə saxlamağına dair danışıqlar, həmin şəxsin ona narkotik vasitənin yerini bildirməsinə dair məkan atması görünməkdədir. Qeyd olunan telefonu “Samsung” markalı olmaqla qara rəngli telefondur, telefonun ekran kilidinin parolu “r1945”-dir. Xaçmaz rayonu, Yalama kəndində yerləşən “Məkan” ailəvi istirahət mərkəzinin qarşısında saxlanılması və üstünün yoxlanması prosesi əvvəldən axıradək videoçkiliş aparılmaqla qeydə alınmışdır. Onun mobil telefon nömrəsi +99***-***-**-**-dır. Əlavə olaraq qeyd etmişdir ki, onun hüquqları pozulmamışdır, polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. Elşən adlı şəxsin ancaq adını bilir. Elşənin soyadını və ata adını, o cümlədən ünvanını və telefon nömrəsini bilmir. Onun hüquqları pozulmamışdır, polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. İran İslam Respublikasını vətəndaşı kimi özünü təqdim edən həmin şəxslə “Whatsapp” tətbiqi vasitəsilə təsədüfən sonuncunun +**********40 saylı nömrədən ona zəng etməsi ilə bu ilin əvvəllərində tanış olmuşdur. Həmin şəxslə istifadəsindədə olan ***-***-**-** nömrəsi ilə mobil telefonuna yüklədiyi “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Lakin həmin şəxsin şəxsiyyəti barədə, adı, soyadı, ata adını, yaşadığı yer barədə heç bir məlumatı yoxdur. Üzərindən aşkar olunmuş həmin külli miqdarda narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasını vətəndaşı kimi özünü təqdim edən həmin şəxin təlimatına və əvvəlcədən razılığa əsasən pul müqabilində çatdırcağını bildirdiyi yerdən (atdığı konum) götürüb bildirəcəyi ünvana çatdırlmalı olmuşdur. İran İslam Respublikasını vətəndaşı kimi özünü təqdim edən həmin şəxs ona əvvəlcədən həmin torbada narkotik vasitələrin, metamfetaminin, metadon həblərinin olmasını demişdir. Özü də narkotik vasitə və psixotrop maddələrin istifadəçisidir. Həmin vaxt Bakı şəhərindən Xaçmaz rayonu, Yalama kənddinə gəldiyi avtomobilin markasının “Kia” olduğunu, lakin dövlət qeydiyyat nişanını xatırlamadığını, fikirdə vermədiyini, avtomobili idarə edən şəxsin adının Elşən olmasını və yaşadığı ünvan barədə heç bir məlumatının olmadığını və həmin yerə hansı məqsədlə gəldiyini bilmədiyini bildirmişdir. Həmçinin, o, istifadəsində olan mobil nömrələrə göndərilmiş sms mətnlərini xatırlamadığını bildirmişdir. Həmçinin 1 kiloqram narkotik vasitə arxasınca gəlməsini və həmin narkotik vasitəni götürərək məhv edəcəyini bildirmişdir.(iş vərəqə: 201-204) Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir: “Hadisə baş verən zaman sahə rəisi vəzifəsində çalışmışam, hal-hazırda əməliyyat müvəkkiliyəm. Polis əməliyyatçısı Şahid1 şəxsdə narkotik vasitənin olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bunun əsasında əməliyyat qrupu yaradılmışdır. Nabranda yerləşən “Məkan” adlı istirahət mərkəzi yaxınlığında şəxsə yaxınlaşmış, özümüzü təqdim etmişik. Üzərinə baxış keçirdik, əlində qara çanta var idi. Çantada çoxlu narkotik vasitə var idi- marixuana, tiryək, metadon, metamfetamin. Hadisə 11 mart tarixində gecə saat 01:00- 02:00 radələrində baş verib. Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Bizi şəxsə yaxınlaşanda çanta artıq onun əlində idi. Biz onu saxlayanda şəxs tək idi. Şəxsə heç bir təzyiq göstərilməyib. Şəxs tutulandan sonra onun telefonundan istifadə olunub-olunmadığını bilmirəm.Təqsirləndirilən şəxs çantanın içində nəyin olduğundan xəbərdar idi. Narkotik vasitəni nə üçün götürdüyünü bizə deməmişdi. Araşdırmalar nəticəsində məlum oldu ki, X12 vətəndaşı ilə əlaqədə olmuş, onun göndərdiyi ünvana gəlmişdir. Şəxsə heç bir təzyiq göstərilməmişdir. Oraya nə ilə gəldiyini soruşmadıq. Əməliyyat qrupunda mən, Şahid1 və Şahid3 var idi. Əməliyyat məlumatı polis əməliyyatçısı Şahid1 daxil olmuşdur. Mən Elşən adlı şəxsi görməmişəm. Təqsirləndirilən şəxsi saxlayanda gecə olduğu üçün avtomobili görməmişəm. Şəxsi saxlayan zaman yerində videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Biz oraya gedəndə təqsirləndirilən şəxs artıq orada idi.” Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir: “Post-patrul xidməti əməkdaşıyam. Şahid1 göstərişi ilə əməliyyat qrupu yaradılmışdır. Şəxs narkotik vasitə daşınmasında şübhəli bilinirdi. Nabranda “Məkan” adlı istirahət mərkəzi yaxınlığında, əlində qara rəngli sellofanla durmuşdu. Videoçəkiliş vasitəsi ilə yaxınlaşdıq, Şahid1 özünü təqdim etdi. Sellofana baxış keçirildi, içərisində narkotik vasitə var idi. Şahid3 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Biz şəxsi saxlayanda narkotik vasitə olan çanta əlində idi. Şəxsin yanında heç kim yox idi, tək idi. Oraya nə ilə gəldiyini bilmirdik. Şəxs saxlanılan zaman ona heç bir təzyiq göstərilməyib. İran İslam Respublikası vətəndaşının ona ünvan göndərdiyini, oradan narkotik vasitəni götürüb başqa yerə çatdırmalı olduğunu demişdi. Qara sellofan əlində idi.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir; “11 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatı daxil olmuşdu. Daxil olmuş əməliyyat məlumatı ilə bağlı təxirəsalınmaz tədbir keçirilməsi üçün aidiyyatı üzrə rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdik. Əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat-istintaq qrupu yaradıldı. Şahid2, Şahid3 və mənim iştirakımla gecə saat 01-02 radələrində əməliyyat tədbiri keçirildi. Təqsirləndirilən şəxs Nabranda “Məkan” adlı istirahət mərkəzinin yaxınlığında tərəfimizdən saxlanıldı. Saxlanılan zaman əlində qara sellofan paket var idi. Özümüzü təqdim etdikdən sonra sellofanda nə olduğunu soruşduq, bizə narkotik vasitələr olduğunu bildirdi. Videoçəkilişlə üzərinə və əlindəki sellofana baxış keçirdik. 1 kq 800 qram marixuana, 300 ədəd psixotrop tərkibli həb, 500 qrama yaxın tiryək, 70 qram metamfetamin aşkar olunmuş, tərəfimizdən qablaşdırılmışdır. Videoçəkiliş bitdikdən sonra şəxsi Xaçmaz rayon polis şöbəsinə təhvil verdik. Daha sonra təhqiqatçının xidməti otağında yenidən baxış keçirilmişdir. Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat məlumatı mənə daxil olmuşdu, əməliyyat qrupuna mən rəhbərlik edirdim. Şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməyib. X13 Respubliası vətəndaşı ilə narkotik vasitənin pul müqabilində çatdırılması ilə bağlı əlaqədə olub. Şəxsin yanında heç kimi görməmişəm, tək idi. Şəxsi piyada şəkildə görmüşük. Hadisə gecə saat 01:00- 02:00 radələrində baş verib. Buraya necə gəldiyini soruşduqda, gəlib kiminsə düşürüb getdiyini dedi. Avtomobili görməmişik. Cinayət işinin materiallarında olan -xx.xx.2025-ci il tarixli “raport”dan görünür ki, Xaçmaz RPŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib saxlama və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 01, iş vər 03) -xx.xx.2025-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). -Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir.(iş vərəqə: 63-64) -“Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 11.03.205-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması barədə daxil olmuş məlumatla əlaqədar o, 11 mart 2025-ci il tarixdə saat 01:40-da Xaçmaz rayonu, Yalama kəndində yerləşən “Məkan” istirahət mərkəzinin qarşısında saxlanılmış və üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs əynində qara rəngli uzun qol köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olmuşdur. O, və digər polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olub-olmamasını sonuncudan soruşmuş, Təqsirləndirilən şəxs sağ əlində tutduğu 01 ədəd qara rəngli sellofan torbada narkotik tərkibli maddə olduğunu bildirərək içərisində “nəşə”, “daş” və “torpaq” olduğunu bildirdi. Daha sonra isə Təqsirləndirilən şəxs hüquqları izah olundu və bu barədə bildiriş ona təqdim olunmuşdur. Yoxlanış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd mobil telefonu könüllü şəkildə onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs sağ əlində tutduğu sellofan torbaya baxış keçirən zaman sonuncu həmin narkotik vasitələri tanımadığı İran vətəndaşından aldığını və onu deyilən ünvana aparmalı olduğunu qeyd etmiş, bundan əlavə özünün də “nəşə” və “patı”dan istifadə etdiyini qeyd etmişdir. Sellofan torba açılan zaman içərisindən 02 ədəd qara rəngli biri böyük və biri isə kiçik olmaqla iki ədəd qara rəngli büküm aşkar edilmişdir. Böyük olan bükümə baxış keçirən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və həmin kütlə elektron tərəzidə çəkilən zaman çəkisinin 1835 qram olması müəyyən edilmişdir. Ölçüsü kiçik olan qara rəngli sellofan torbaya baxış keçirilən zaman isə üzərində “Metadon” sözləri yazılmış hər birinin içərisində 10 ədəd olmaqla ümumilikdə 30 ədəd konvalyut(blister), 01 ədəd içərisində ağ rəngli kütlə olan 01 ədəd büküm və bir ədəd isə qara rəngli ayrıca bir büküm aşkar edilmişdir. Ayrı-ayrılıqda hər iki bükümə baxış keçirən zaman müəyyən edilmişdir ki, içərisində ağ rəngli kütlə olan büküm psixotrop maddə metamfetaminə bənzəyir, üzəri qara rəngli sellofan torba ilə bağlanmış kütlə isə bərk maddə olmaqla elektron tərəzidə çəkisi 500 qram gəlmişdir. İçərisində psixotrop maddə metamfetaminə bənzər kütlə isə elektron tərəzidə çəkilən zaman çəkisinin 70 qram olması müəyyən edilmişdir. Ardınca isə aşkar edilmiş kütlələr aşkar olunduğu vəziyyətdə qablaşdırılmış, möhürlənmiş və imzalanmaqla baxış yekunlaşmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüləri Xaçmaz RPŞ-nin Yalama PB-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və görüntülərin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir.(iş vərəqə: 10-11) - “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 11 mart 2025-ci il tarixdə Xaçmaz RPŞ- nin Yalama PB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən 01 ədəd bağlama təhqiqata təqdim edilərək həmin bağlamanın Təqsirləndirilən şəxs götürüldüyünü və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar vasitə, ümumilikdə 30 ədəd konvalyutda (blisterdə) üzərində metadon yazıları olan həblər, narkotik vasitə tiryəkə oxşar və psixotrop maddə metamfetaminə oxşar maddələrin olduğunu bildirmişdir. Təqdim edilmiş 01 ədəd bağlama möhürlənmişdir və üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr, 1. Şahid2, 2 Şahid1 , 3. Təqsirləndirilən şəxs, 4. Şahid3” sözləri yazılaraq imza edilmişdir. Bağlama qayçı ilə yan hissədən kəsilərək içərisinə baxıldı və bağlamada olan 1835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütələsi, hər birində 10 ədəd metadon həbləri olmaqla ümumilikdə 30 ədəd konvalyutda (blisterdə) metadon həbləri, 500 qram çəkidə narkotik vasitə tiryəkə oxşar və 70 qram çəkidə psixotrop maddə metamfetaminə oxşar maddələrinolması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, təqdim olunan içərisində narkotik vasitələr və psixotrop maddə olan 01 ədəd bağlama tanımadığı İran Respublikası vətəndaş tərəfindən Xaçmaz rayonu, Yalama kəndində yerləşən “Məkan” ailəvi istirahət mərkəzinin qarşısında yol kənarında yerləşdirilməsi və ona həmin yerin koordinatları barədə məlumat verilmiş və o, həmin narkotik vasitələri və psixotrop maddəni götürərək sonradan ona bildiriləcəyi ünvana çatdırmaq məqsədi ilə saxlamasını bildirmişdir. Təqdim olunan 01 ədəd bağlama bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya, konvalyutda (blisterdə) metadon həbləri, narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetamin bənzər kütlələr iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən təkrar qablaşırılıb üzəri möhürənib götürülmüşdür. Bundan başqa əməliyyat müvəkkili tərəfindən təqdim olunan bir ədəd DVD diskə baxılan zaman məlum olmuş ki əməliyyat-axtarış tədbirləri keçirilən zaman həmin proses əvvəldən axıradək fasiləsiz videogörüntüyə alınmışdır.(iş vərəqə: 14-15) - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsu bir ədəd “Samung Galaxy A15” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonun Watsapp” ani mesajlaşma proqram tətbiqindən fotoşəkillər screenshot edilərək protokola əlavə edilmişdir.(İş vərəqə: 41-45) - “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BİK-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**- ** saylı mobil nömrələrə daxil olmuş sms və zənglərin mümkün məlumatlarını özündə əks etdirən elektron məlumat daşıyıcısına (1 ədəd DVD diskə) xx.xx.2025-ci il tarixdə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-609- 31-60 mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Qaqaw pul evaz gilin pulu idi ewidirsen 1 sahata pulu yada mali catirmiyan day dedim pula mujda var dinen pula mujda var” məzmununda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Reşad eve kelende menim ayaqabnın içinde yarım dene şey var onu v”, ***-***-**-** saylı mobil nömrədən “Qaqa pul gelene kimi uzurlu say uzagi 2 saat de vuracaq vallah ona gore istemirem resad”, “Anamjn canu veziyet pissi sen cani sebirli ol”, “Meni miniler qaqa”, “Vallah sixinida deyibler evde İsdmirem qardasim gorsun seni”, “Qaqa qardasim evdei qurban olaram sene xaıs edirem sebirli ol yiqacam seni”, “Qardasim sebirli ol atam qoymur cole evde qirqinda sen cani gecde olsa yuxuya verib cixacam aradan”, “Qardasim sebirli ol atam bilib kayf elediyimi yanimdadi diresib aparir analize hansisa qehbenin balasi gelib eve catirib” məzmununda smsləri yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən çox saylı zənglər daxil olmuş, eləcədə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə çoxsaylı zənglər edilmişdir. Həmin 01 ədəd DVD disk 27 avqust 2025-ci il tarixli sübutlar qərarı ilə maddi sübut kimi tanınmış və DVD disk cinayət işi materiallarında saxlanılır.(iş vərəqə: 183) -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2025-ci il tarixli, 6/1052 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş...(imza) Dadaşzadə” yazısı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 485 qram tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik iyə malik maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, 01 ədəd bükümdə təmiz çəkisi 61,381 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadon 40” əmtəə göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 300 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 12 qram təşkil edir (üzərindəki göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla).(iş vərəqə: 50-54) -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Bölməsi məhkəmə-bioloji ekspertizasının 11 mart 2025-ci il tarixli, 20/63 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr” sözləri yazılan və üzərində imzalar olan bir ədəd bağlamada təmiz çəkisi 1739,333 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(iş vərəqə: 46-49) -“Cinayət işi üzrə toplanılmış sübutların qiymətləndirilməsi haqqında” 27 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 485 qram narkotik vasitə tiryək, 61,381 qram psixotrop maddə metamfetamin, 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd metadon tərkibli həblər və 1739,333 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 484,7 qram narkotik vasitə tiryək, 61,181 qram psixotrop maddə metamfetamin, 290 ədəd metadon tərkibli həblər və 1739,233 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs əməliyyat tədbirləri nəticəsində saxlanması və üstü yoxlanılan zamanı qeydə alınmış video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və həmin 01 ədəd DVD diskin cinayət işi materiallarında, “Samsung” markalı mobil telefon Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. (iş vərəqə: 12,96-97, 170-183) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(vərəqə: 109) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Xaçmaz RPŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib saxlama və daşıması barədə məlumat daxil olmuş, həmin tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 11 mart 2025-ci il tarixdə saat 01:40- 02:05 müddətində Xaçmaz rayonu, Yalama kəndində yerləşən “Məkan” istirahət mərkəzinin qarşısında yaxalanıb üstünün yoxlanılması zamanı sağ əlində tutduğu qara rəngli sellofan bağlamanın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 485 qram olan xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd bükümdə təmiz çəkisi 61,381 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə metadon təsiredici maddəsinin miqdarı 12 qram olmaqla üzərində “F/M40” yazısı həkk olunmuş 300 ədəd narkotik tərkibli metadon həbi və 01 ədəd bükümdə təmiz çəkisi 1739,333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyindən götürülmüş maddə məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 11 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən təxirəsalınmaz əməliyyat axtarış tədbiri barədə qərar Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir.(iş vərəqə: 63-64) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X7 adında azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitənin əldə edildiyi mənbəni, o cümlədən İran İslam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona zəng edən iranlı şəxsin narkotik vasitəni götürüb başqa bir ünvana çatdırmalı olduğunu deməsi, lakin o, əslində çatdırılma etməyəcəyi, narkotik vasitəni məhv edəcəyi, videoçəkiliş zamanı və həbs qətimkan tədbirinin seçildiyi məhkəmədə etirafedici ifadələri təzyiq altında verməsi, polis əməkdaşlarının hədə-qorxuları ilə şok vəziyyətində olduğu üçün etirafedici ifadələr verməsi, polis əməkdaşlarımım əllərində beyzbol taxtaları ilə onu döyəcəklərini bildirdikləri üçün etirafedici ifadələr verməsi ilə bağlı göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən bildirilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, əvvəla Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə müdafiəçisinə heç bir söz deməmiş, daha sonra ibtidai istintaq müddətində müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməmiş, üzləşdiyi haqsızlıqlarla bağlı müvafiq qurumlara şikayət etməmiş, yalnız bu barədə məhkəmə istintaqı zamanı bildirmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətində olmaqla əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində “narkotik vasitəni götürməmiş saxlanılması, iranlı vətəndaşı tərəfindən ona heç bir vəd verilməməsi, tanışlığı olduğu üçün narkotik vasitəni çatdırmağı xahiş etməsi, əvəzində heç bir maddi və s. nemət almayacağı” barədə bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin bu qisimdə söylədikləri onun özünün istintaq zamanı verdiyi ifadəsi ilə təkzib olunur. “xx.xx.2025-ci il tarixdə adını bilmədiyi həmin şəxs ona Xaçmaz rayonu, Yalama kəndində yerləşən “Məkan” ailəvi istirahət mərkəzinin qarşısında yol kənarında 01 ədəd sellafon bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, tiryək, metadon həblərinin və psixotrop maddə metamfetamin olmasını, həmin narkotik vasitə və psixotrop maddəni götürdükdən sonra isə Bakı şəhərində sonradan ona bildiriləcək ünvana çatdırmağını, həmin hərəkətləri etdikdən sonra isə ona ya 300 manat pul, yaxuddakı orada olan psixotrop maddə metamfetaminin içərisindən 300 manat dəyərində metamfetamin veriləcəyini demişdir. “xx.xx.2025-ci il tarixdə təxminən 01 radələrində Xaçmaz rayonu Yalama kəndində yerləşən “Məkan” ailəvi istirahət mərkəzinin qarşısına çatmışdır. Narkotik vasitə və psixotrop maddəninin qoyulduğu yer yolun kənarından təxminən 10-15 metr aralıda kolluq sahənin yanı olmuşdur. O, kolluq sahənin yanına gedib narkotik vasitə və psixotrop maddəni götürüb avtomobilə qayıdan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb özlərini ona təqdim etmişdir.” Həmçinin təqsirləndirilən şəxsin iranlı vətəndaşının narkotik vasitəni çatdırmağı xahiş etməsi, əvəzində heç bir maddi və s. nemət almayacağı” barədə qeyd etdikləri ilə əlaqədar məhkəmə bunu bildirməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özündə də ziddiyyətlər vardır, belə ki o, ifadəsinin əvvəlində iranlı şəxslə tanışlığının olmasını, buna görə iranlı şəxsin ondan xahiş etməsini bildirsə də ifadəsinin sonuna yaxın onu tanımadığını bildirmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq istəmiş, bunun üçün əlindən gələni etmiş, ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli ifadə vermiş, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar biri-birinin əksi olmaqla ziddiyyət yaratmışdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs heç bir qazanc əldə etməyəcəyi təqdirdə cinayət olduğunu bilə-bilə tanımadığı şəxsin (iranlı şəxsin) qanunsuz təklifini qəbul etməzdi, şəxsin yalnız çatdırması üçün xahiş edildiyinə narkotik vasitənin qoyulduğun ünvana getməsi barədə qeyd etdikləri heç bir məntiqə söykənməməklə tamamilə uydurmadır. Odur ki, məhkəmə kollegiyası həmin ifadəyə də tənqidi yanaşır və onunla razılaşmır. Məhkəmə istintaqı zamanı verdiyi ifadələr biri-birini təkzib etdiyindən məhkəmə onları həqiqətə uyğun hesab etməməklə, işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. Həmçinin təqsirləndirilən şəxs narkotik vasitəni məhv edəcəyini bildirsə də ona məxsus mobil telefondan narkotik vasitələrin satışı ilə bağlı yazışmaların aşkar edilməsi, ondan aşkar olunan narkotik vasitə və psixotrop maddənin müxtəlif növlərdə olması (tiryək, metamfetamin, metadon tərkibli həblər və marixuana )narkotik vasitə və psixotrop maddənin satışı məqsədi olmasının sübutudur. Həmçinin əgər təqsirləndirilən şəxs özünün dediyi kimi cəmiyyəti narkotik kimi bir bəladan xilas etmək üçün özünün də bir töhvə verərək şəxsiyyəti istintaq məlum olmayan iranlı şəxsin göndərdiyi narkotik vasitələri və psixotrop maddələri həqiqətən məhv etmək kimi bir niyyəti olsaydı, o uzun yolu qət edib həmin maddələri məhv etmək əvəzinə hüquq mühafizə orqanlarına xəbər verə bilərdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi (narkotik vasitəni əldə etməsi və ondan həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən aşkar olunması hissəsində) ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər mötəbər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 11 mart 2025-ci il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (vərəqə: 16-31, 63-65). Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 mart 2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq qalmış 484,7 qram narkotik vasitə tiryək, 61,181 qram psixotrop maddə metamfetamin, 290 ədəd metadon tərkibli həblər və 1739,233 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon özünə və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 174 (yüz yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq qalmış 484,7 qram narkotik vasitə tiryək, 61,181 qram psixotrop maddə metamfetamin, 290 ədəd metadon tərkibli həblər və 1739,233 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon özünə və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 174 (yüz yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar