Məhkəmə qərarları › İş №1(124)-471/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-471/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-471/2025 02.12.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxsin hüquqi varisi- X2 iştirakları ilə, xx.xx.1958-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Alatava adlanan dəyirman zavodunda mühafizəçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Əliyev prospekti, 18-ci məhəllə, yataqxana 1, Heydər Əliyev prospekti ev 34 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində ev dustağı qətimkan tədbiri seçilmiş xx.xx.2025-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına 15 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən «Alatava» adlanan dəyirman zavodunda iş yoldaşı Zərərçəkmiş şəxs iş yerində növbə günün onun növbəsi ilə dəyişməsinə xahiş etməsinə sonuncunun etiraz edib nalayiq ifadələrlə onu təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən, daha sonra yerdə olan kustar üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlı əmək aləti olan və soyuq silah hesab edilməyən kətmənlə 01 dəfə baş nahiyəsindən qəsdən vuraraq sonuncuya AKBT. baş beynin orta dərəcəli əzilməsi, sol təpə payının subdural və intraparenximatoz hematoması, sol təpə sümüyünün qəlpəli yerdəyişmiş sınığı, sol təpə nahiyyəsinin çapılmış yarası və dərialtı hematoması ilə müşahidə olunan, insan həyatı üçün təhlükəli və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Həmin cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Qeyd olunan tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş və cinayət işi məhkəmə baxışına verilməklə xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. Həmin tarixdə məhkəmənin baxış iclası keçirilmiş və Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid2 dindirilmişlər. Məhkəmə ittiham aktında məhkəməyə çağırılmalı olan digər şahidlərin dindirilmələrini təmin etmək məqsədilə xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Həmin tarixdə təqsirləndirilən şəxsin qohumları tərəfindən şifahi olaraq bildirilmiş və elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumata əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs vəfat etdiyi müəyyən olunmuşdur. Ona görə də məhkəmə həmin iclasda təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın qohumlarına Azərbaycan Republikası Cinayət Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin tələblərini izah etməklə bildiriş göndərmiş və məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Məhkəmənin qeyd olunan bildirişinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın qohumu olan həyat yoldaşı xx.xx.2025-ci il tarixdə rəsmi ərizə ilə məhkəməyə müraciət edərək onun hüquqi varisi qismində tanınmaq istədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsində göstərilmişdir ki, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin məcəllənin 106-1.3-ci maddəsində göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106- 1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Qeyd olunanları nəzərə alan məhkəmə xx.xx.2025-ci il tairxdə keçirilən məhkəmə iclasında Azərbaycan Republikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs arvadı X3 onun hüquqi varisi qismində tanınmışdır. Cinayət işində olan ölüm haqqında şəhadətnamənin surətindən və elektron məhkəmə portalından əldə edilmiş çıxarışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 10 noyabr 2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin baxış iclasında ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış X5 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqi varisinin mövqeyi ilə razı olduğunu bildirmişdir Dövlət ittihamçısı məhkəmə iclasında Təqsirləndirilən şəxs ölməsi ilə bağlı olaraq onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci ildə X5 ilə nikah bağlamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində yerləşən qeydiyyat şöbəsindən verilmiş ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə aşındırıcı turşuların toksik təsiri nəticəsində ölmüşdür. Ölüm xx.xx.2025-ci il tarixli AZ-İİ seriyalı 543899 saylı şəhadətnaməyə əsasən qeydə alınmışdır. X5 tərəfindən məhəkəməyə ünvanlanmış ərizələrdən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmasını və təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində araşdırılan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 106-1.3-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, qeyd edilənləri cinayət işi üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs öldüyünə görə onun hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi ərizə təmin edilməli, hazırkı iş üzrə cinayət təqibini istisna edən hal yarandığından cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildiyinə görə Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinin tələbləri nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd kətmən məhv edilməlidir. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 175.5 və 384-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs öldüyündən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd kətmən məhv edilsin. Qərardan elan olunduğu gündən 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar