Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-472/2024 06.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – “Şimal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Dövlət ittihamçısı küçəsi, ev 12, mənzil 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1985-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 10,847 qram olan narkotik vasitə heroini əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən razılığa gələrək istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 10,847 qram narkotik vasitə heroini əldə etdikdən sonra Təqsirləndirilən şəxs1 həmin maddədən 01 ədəd bükümdə 5,301 qram çəkidə ayırıb qablaşdıraraq öz üzərində saxlamış, Təqsirləndirilən şəxs2 da həmin maddədən 01 ədəd bükümdə 5,546 qram çəkidə öz üzərində saxlamaqla daşıyarkən, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 may 2023-cü İl tarixdə, saat 20:10-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı onlar birlikdə ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər. Orada xidməti otaqların birində saat 23:36-dan etibarən Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 5,301 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 5,546 qram çəkidə külli miqdarda Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, 29 may 2023-cü il tarixdə tanışları Sənani, Xaqani, Novruz ilə birlikdə Sumqayıtda kafedə oturduqları vaxt 20-30 nəfər tanımadığı şəxslər onlara yaxınlaşıb özlərini təqdim etmədən onları maşına mindiriblər, yolda həmin şəxslərdən kim olduqlarını, onları hara və nə üçün apardıqlarını soruşduqda həmin şəxslər cavab verməyiblər. Daha sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar, polis əməkdaşları idarədə ona fiziki və psixi təsir göstəriblər. O, ibtidai istintaq zamanı məcburiyyətdən polis əməkdaşlarının dediklərinə əməl edib, onların təqdim etdiyi narkotikin onun özünə məxsus olmasını etiraf edib. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs2 onun yaxın dostudur. O, tutulana qədər Badamdarda yaşayıb, Sənani də Bakıda yaşayıb. O, dostları ilə oturub söhbət etdikləri yerdə sonradan polis əməkdaşı olduğunu bildiyi şəxslər onların dördünü də tutub aparıblar. O, hansı səbəbdən tutulduğunu bilmir. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə burda qeyd etdiklərini deyə bilməyib, çünki həmin vaxt müstəntiq də, vəkil də ona deyiblər ki, onlar üçün problemlər yaratmasın. O, heç vaxt narkotik vasitələrdən istifadə etməyib. Sumqayıtda görüşdüyü şəxslərdən biri Şahid8 Sumqayıtdakı yanaqcaqdoldurma məntəqələrindən birinin sahibidir, onunla görüşüb ki, Təqsirləndirilən şəxs2 orada işə düzəltsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, saxlanıldığı gün Səbail rayonu, Badamdar qəsəbəsində olan zaman şəxsi tanışlığı olmadığı şəxsdən öz istifadəsi üçün 40 manat müqabilində kakos kimi tanınan maddə almışdır. Həmin maddədən əvvəllər istifadə etməsə də, son zamanlar bir-iki dəfə istifadə etdiyinə görə alıb üzərində saxlayıb arada istifadə etməsini düşünmüşdür. Odur ki, həmin maddənin qablaşdırıldığı 01 ədəd bükümü cibinə qoyaraq üzərində saxlamışdır. Elə həmin gün axşam saatlarında tanışı Sənani ilə əlaqə saxlayaraq görüşməyi qərarlaşmışlar. Onlar Sənani ilə “Elit” ticarət mərkəzi deyilən yer tərəfdə görüşmüşlər. Orada Xaqani adlı tanışları da olmuşdur. Bu vaxt Sənani demişdir ki, Novruz adlı ümumi tanışları ilə Sumqayıt şəhərində görüşməlidir. Odur ki, çay içmək üçün ora birlikdə getmələrini təklif etmişdir. Onlar Xaqaninin maşını ilə üçü Sumqayıt şəhərinə gedərək orada Novruzla görüşmüşlər. Həmin vaxt, yəni 29 may 2023-cü il tarixdə axşam saatlarında onlar Sumqayıt şəhəri, Koroğlu küçəsində dayanan zaman onlara mülki geyimdə olan şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onunla Sənaninin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onların dördünü də BMCMİ-nin İnzibati binasına dəvət etmişlər. Onlar buna etiraz etməmişlər və polis əməkdaşlarının müşaiyəti ilə həmin idarəyə getmişlər. Onlar deyilən idarəyə çatanda o və Sənani dövlət hesabına vəkillərlə təmin olunmuşlar və bundan sonra onlara bildirilmişdir ki, üzərilərinə videoçəkilişlə şəxsi axtarış, o cümlədən də onlarla birlikdə saxlanılmış şəxslərin üzərinə baxış keçiriləcəkdir. Onlar da buna etiraz etməmişlər. Beləliklə də onları saxlayan polis əməkdaşlarının, Sənani, Xaqani, Novruz və Sənani ilə ona dəvət edilmiş vəkillərinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərilərinə şəxsi axtarış və baxış keçirilmiş və bu vaxt onlara üzərilərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etmələri təklif edilmişdir. Ona görə də, Sənani ilkin olaraq həmin vaxt masaya yaxınlaşıb əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, daha sonra isə nağd pulla mobil telefonunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra isə o, masaya yaxınlaşaraq əynində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd bükümdə olan kakosu, bundan başqa isə nağd pulla mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onunla Sənaninin təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanmışdır. Sənaninin təqdim etdiyi büküm açılaraq içərisində qəhvəyi rəngli toz şəkilli spesifik iyli maddənin olması məlum olmuşdur. Sənani bildirmişdir ki, həmin bükümdəki maddə narkotik vasitədir. Sorğu zamanı qeyd etmişdir ki, qeyd edilən maddəni elə həmin gün Neftçilər metrosu yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçü əldə edib üzərində saxlamışdır, onun təqdim etdiyi maddədən xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra onun təqdim etdiyi əşyalara, o cümlədən də bükümə baxış keçirilmiş, həmin büküm açılaraq içərisindən qəhvəyi rəngli maddənin olması məlum olmuşdur. O da öz növbəsində həmin maddə barədə sorğu edilərkən bildirmişdir ki, qeyd edilən maddəni həmin gün bir qədər öncə Badamdar qəsəbəsində tanımadığı şəxsdən marağı olduğu üçün alıb üzərində saxlamış, həmin maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa Sənaninin üzərində narkotik maddə olmasından xəbərsiz olduğunu, ümumiyyətlə Sənaninin narkotik vasitə qəbul etməsini orada eşitdiyini bildirmişdir. Daha sonra isə onunla Sənaninin üzərindən aşkar edilmiş maddələr ayrılıqda olmaqla zərflərdə qablaşdırılaraq götürülmüş, həmin zərflərin üzərində onlar imza etmişlər. Sənani ilə ondan aşkar edilmiş mobil telefonlar sübut əhəmiyyəti kəsb edə biləcəkləri ehtimalından götürülmüş, bununla yanaşı nağd pulları özlərinə geri qaytarılmışdır. Daha sonra isə baxış iştirak edən və Sənani ilə ondan başqa hadisə yerində olan Xaqani və Novruzun üzərinə baxış keçirilmişdir. Bu vaxt həmin şəxslərə də növbə ilə üzərlərində qanunsuz maddə və predmet olduğu təqdirdə təqdim etmələri təklif edilmişdir. Bu vaxt həmin şəxslər üzərilərində heç bir qanunsuz maddə olmadığını bildirib hər biri üzərində olan mobil telefonu ilə nağd pulu çıxarıb təqdim etmişlər. Həmin şəxslərin üzərilərinə baxış keçirilən zaman əlavə heç bir maddə və predmet aşkar edilməmişdir. Qeyd olunanlar barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona verilən suallara cavab olaraq bildirdi ki, heç kim ondan ifadə almayıb və o, heç kim ilə üzləşdirilməyib. Polis əməkdaşları öz istədikləri kimi ifadə yazıblar, ona psixi və fiziki təsir göstərərək həmin ifadəni imzalatdırıblar. Tutulan zaman onun üzərində heç pul da olmayıb. Müstəntiq onun ifadəsini yazanda özünü CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilib-bilməməsini soruşub, o da nəinki 234.1-1-ci maddə ilə, ümumiyyətlə özünü təqsirli bilmədiyini bildirib. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, 29 may 2023-cü il tarixdə dostları Əlbin və Xaqani ilə Bakıda görüşüb, işə düzəlmək üçün Novruzla görüşməyə görə üçü də birlikdə Sumqayıta gəliblər və Sumqayıtda kafedə oturduqları vaxt sayları xeyli sayda şəxslər onlara yaxınlaşıb özlərini təqdim etmədən onları maşına mindiriblər. Onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıblar və 1 saat yarım sonra onlara tərkibində narkotik maddələr olan bükümləri verərək videoçəkiliş zamanı onların diqtə etdikləri kimi ifadə vermələrini istəyiblər. Polis əməkdaşları idarədə ona fiziki və psixi təsir göstərdiklərindən o, ibtidai istintaq zamanı məcburiyyətdən polis əməkdaşlarının dediklərinə əməl edib, etirafedici ifadə verib. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirdi ki, onları saxlayan polis əməkdaşlarını tanımayıb, onlarla arasında hər hansı ədavət və düşmənçilik olmayıb. O, heç bir qanun pozuntusuna yol verməyib, ona görə də tutulması üçün heç bir səbəb yoxdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən iştirak etdiyi məhkəmədə burda qeyd etdiklərini deyə bilməyib, çünki həmin vaxt müstəntiq ona problem yaratmamasını bildirib. Polis əməkdaşlarının onlara qarşı etdikləri qanunsuzluqlar barədə heç bir orqana şikayət etməyib. İbtidai istintaq zamanı polis əməkdaşları ona deyiblər ki, özünü qismən təqsirli bilməsi barədə yazılmış ifadəni imzalasa, ona kömək edəcəklər. Sumqayıta Xaqaninin maşını ilə gəliblər, onlar tutulduqdan sonra həmin maşına və onların evinə baxış keçirilməyib. Təqsirləndirilən şəxs1 15 ildən çoxdur ki, tanıyır, dostluq münasibətləri var. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, saxlanıldığı gün “Neftçilər” metrostansiyasının çıxışı yaxınlığında olan zaman üzdən tanıdığı, lakin özü ilə heç bir münasibəti olmayan şəxsdən öz istifadəsi üçün 40 manat müqabilində kakos kimi adlanan narkotik almışdır. Həmin maddədən əvvəllər istifadə etməsə də, bir-iki dəfə yandırıb çəkdiyinə görə üzərində saxlayıb arada istifadə etməsini düşünmüşdür. Odur ki, 01 bükümdə olan həmin maddəni cibinə qoyaraq üzərində saxlamışdır. Elə həmin gün axşam saatlarında tanışı Əlbinlə əlaqə saxlayaraq görüşməyi qərarlaşmışlar. Əlbinlə “Elit” ticarət mərkəzi deyilən yerdə görüşmüşlər. Orada Xaqani adlı ümumi tanışları da olmuşdur. Bu vaxt o, təklif etmişdir ki, etiraz etmirlərsə Novruz adlı ümumi tanışları ilə Sumqayıt şəhərində görüşməyə getsinlər, həm havalarını dəyişərlər, həm də çay içərlər. Dediyi şəxslər razılaşdıqları üçün onlar Xaqaninin maşını İlə üçü Sumqayıt şəhərinə getmişlər. Orada danışdıqları yerdə Novruzla görüşmüşlər. Həmin vaxt, yəni 29 may 2023cü il tarixdə axşam saatlarında onlar Sumqayıt şəhərinə təzə çatıb Novruzla görüşən zaman onlara mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onunla Əlbinin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onların dördünü də BMCMl-nin İnzibati binasına dəvət etmişlər. Onlar buna etiraz etməmişlər və polis əməkdaşlarının müşaiyəti ilə həmin idarəyə getmişlər. Onlar deyilən idarəyə çatanda o və Əlbin dövlət hesabına vəkillərlə təmin olunmuşlar və bundan sonra onlara bildirilmişdir ki, üzərilərinə videoçəkilişlə şəxsi axtarış, o cümlədən də onlarla birlikdə saxlanılmış şəxslərin üzərinə baxış keçiriləcəkdir. Onlar da buna etiraz etməmişlər. Beləliklə də onları saxlayan polis əməkdaşlarının, Əlbin, Xaqani, Novruz və Əlbinlə ona dəvət edilmiş vəkillərinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərilərinə şəxsi axtarış və baxış keçirilmiş və bu vaxt onlara təklif edilmişdir ki, üzərilərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsinlər. Ona görə də o, ilkin olaraq həmin vaxt masaya yaxınlaşıb əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü, daha sonra isə nağd pulla mobil telefonunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra isə Əlbin masaya yaxınlaşaraq əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümü, bundan başqa isə nağd pulla mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onunla Əlbinin təqdim etdikləri əşyalara baxış keçirilməyə başlanmışdır. Onun təqdim etdiyi büküm açılaraq içərisində qəhvəyi rəngli, toz şəkilli spesifik iyli maddənin olması məlum olmuşdur. O, həmin vaxt səmimi olaraq bildirmişdir ki, həmin bükümdəki maddə narkotik vasitədir. Sorğu edilərkən qeyd edilən maddəni elə həmin gün Neftçilər metrosu yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etmiş, Əlbinin təqdim etdiyi maddədən xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra isə Əlbinin təqdim etdiyi əşyalara, o cümlədən də bükümə baxış keçirilmiş, həmin büküm açılaraq içərisindən qəhvəyi rəngli maddənin olması məlum olmuşdur. Əlbin də öz növbəsində həmin maddə barədə sorğu edilərkən qeyd edilən maddəni həmin gün bir qədər öncə Badamdar qəsəbəsində tanımadığı şəxsdən marağı olduğu üçün alıb üzərində saxlamış, həmin maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa onun üzərində narkotik maddə olmasından xəbərsiz olduğunu, ümumiyyətlə onun narkotik vasitə qəbul etməsini oradaca eşitdiyini bildirmişdir. Daha sonra isə onunla Əlbinin üzərindən aşkar edilmiş maddələr ayrılıqda olmaqla zərflərdə qablaşdırılaraq götürülmüş, həmin zərflərin üzərində onlar imza etmişlər. Əlbinlə ondan aşkar edilmiş mobil telefonlar sübut əhəmiyyəti kəsb edə biləcəkləri ehtimalından götürülmüş, bununla yanaşı nağd pulları özlərinə geri qaytarılmışdır. Daha sonra isə baxışda iştirak edən və Əlbinlə ondan başqa hadisə yerində olan Xaqani və Novruzun üzərinə baxış keçirilmişdir. Bu vaxt həmin şəxslərə də növbə ilə üzərilərində qanunsuz maddə və predmet olduğu təqdirdə təqdim etmələri təklif edilmişdir. Bu vaxt sözügedən şəxslər üzərilərində heç bir qanunsuz maddə olmadığını bildirib hər biri üzərində olan mobil telefonu ilə nağd pulu çıxarıb təqdim etmişdir. Həmin şəxslərin üzərilərinə baxış keçirilən zaman əlavə heç bir maddə və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı həmin şəxslər bildirmişlər ki, onunla Əlbinin tanışlarıdırlar, narkotik vasitələr qəbul etmədiklərini, həmin maddələrin dövriyyəsi ilə məşğul olmadıqlarını, habelə onunla Əlbinin üzərində olan maddələrdən xəbərsiz olduqlarını vurğulamışlar. Qeyd olunanlar barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 29 may 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumatla bağlı rəhbərliyə məruzə edilib, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib və həmin qərara əsasən onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılıb. 29 may 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 20 radələrində ünvan 5 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar şəxsləri və həmin vaxt onların yanlarında olan əlavə iki nəfər şəxsi birlikdə saxlayıblar və onlara xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxslərə təqdim edib həmin şəxslərin şəxsiyyəti müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxlanıldıqları bildiriblər və həmin şəxsləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Həmin şəxslər və yanlarındakı iki nəfər etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəliblər. Baş İdarədə Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2, habelə sonuncularla birlikdə saxlanılmış Şahid9la Şahid8 üzərilərinə video çəkilişdən istifadə edilməklə yaradılmış əməliyyat qrupunun üzvləri və Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün dəvət edilmiş vəkillərin iştirakı ilə müvafiq olaraq şəxsi axtarış, baxış və götürmə aparılıb. Əvvəlcə Təqsirləndirilən şəxs2 əgər varsa, üzərində narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs2 şalvarının cibindən 01 ədəd sellofan bükümü, daha sonra isə nağd pulla mobil telefonunu təqdim edib və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilərkən əlavə heç bir əşya və ya predmet aşkar edilməyib. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümə keçirilən baxış zamanı içərisində qəhvəyi rəngli spesifik iyli, zahirən narkotik vasitə heroinə oxşar maddə kütləsinin olması müəyyən edilib. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirib ki, üzərindən aşkar edilmiş bükümün içərisindəki kütlə narkotik maddədir və həmin maddəni saxlanıldığı gün Bakı şəhərinin Neftçilər metrosu yaxınlığında tanımadığı şəxsdən marağı olduğu üçün əldə edib, həmin maddələrin satışı ilə məşğul olmayıb və istifadə etməyib. Daha sonra isə Təqsirləndirilən şəxs1 şalvarının cibindən 01 ədəd sellofan büküm, nağd pul və mobil telefonunu çıxarıb təqdim edib, üzərinə keçirilən əlavə baxış zamanı kənar heç bir predmet aşkar edilməyib. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə keçirilən baxış zamanı içərisində qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilib. Həmin maddə barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs1 bildirib ki, qeyd edilən maddəni özündə maraq olduğuna görə elə həmin gün Badamdar qəsəbəsində tanımadığı şəxsdən əldə edərək üzərində saxlayıb, həmin maddələrin satışı ilə məşğul olmayıb və satmaq niyyəti ilə üzərində saxmayıb, o cümlədən də Təqsirləndirilən şəxs2 narkotik maddələr istifadə etməsindən xəbərsiz olub. Daha sonra isə onlarla birlikdə saxlanılmış Şahid8 və Şahid9 üzərilərinə ardıcıl olaraq baxış keçirilib və hər iki şəxsin üzərindən iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir predmet aşkar edilməyib. Sorğu zamanı hər İki şəxs Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddələrdən xəbərsiz olduqlarını, o cümlədən də özlərinin həmin maddələrdən qəbul etmədiklərini və dövriyyəsi ilə məşğul olmadıqlarını qeyd ediblər. Şahid ona verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslər saxlanılarkən və Baş İdarədə olanda onlara qarşı heç bir fiziki və psixi təsir göstərilməyib. Təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı fakt aşkarlanmayıb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, X9 və Şahid5 digər dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə iştirak etməyən şahidlər Şahid6, Şahid2 və Şahid7 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq olunmuş və onların ibtidai istintaq zamanı ifadələrində məhkəmədə dindirilmiş şahidlər (polis əməkdaşları) ilə eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Əlbinlə Sənanini qardaşının vasitəsilə tanıyıb. Onlarla bir-iki dəfə görüşüb. Hadisə baş verən gün, yəni 29 may 2023-cü il tarixdə Sənani ona zəng edərək bildirib ki, Sumqayıt şəhərində bir nəfər şəxslə görüşməlidir. Ondan əlində işinin olub-olmamasını soruşub maşınsız olduğu üçün Sumqayıta apara biləcəyi ilə maraqlanıb və o, buna etiraz etməyib. Sənani həmin vaxt Əlbinlə “Elit” ticarət mərkəzinin yanında olub və o, həmin şəxsləri götürüb birlikdə Sumqayıt şəhərinə gediblər. Orada onlar bir nəfər tanımadığı və ilk dəfədir gördüyü, adının sonradan Novruz olduğu bildiyi şəxslə görüşüblər. Sumqayıtda bir kafedə oturduqdan 5-10 dəqiqə sonra onlara bir neçə mülki geyimdə olan və sonradan polis əməkdaşları olduqlarını bildikləri şəxslər yaxınlaşaraq özlərini təqdim etmədən onları maşına mindirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Həmin idarəyə aparıldıqdan sonra orada ona bəzi sənədləri imzalatdırıb onu həmin idarədən buraxıblar. Şahid ona verilən suallara cavab olaraq bildirdi ki, onun üzərinə BMCMİ-də şəxsi axtarış keçirilib və qanunsuz heç nə aşkar olunmayıb. Orada Əlbin və Sənaninin üzərinə də baxış keçirilib və onlar özləri narkotik maddəni təqdim ediblər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 da Şahid9 vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 30 may 2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında’’ protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında onlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 29 may 2023-cü il tarixdə ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq DİN-in BMCMİ-nin İnzibati binasına gətirilmişlər və üzərilərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə 5,546 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə 5,301 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin saxlanıldığı disk məhkəmə iclasında nümayiş etdirilmiş və həmin videoçəkilişlə şahid ifadələri və yuxarıdakı protokolda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 may 2023-cü il tarixli 6/3085 nömrəli rəyində göstərilir ki,Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6"-li dairəvi möhür əksləri olan iki ədəd zərfdə qablaşdırılmış:üzərində “Təqsirləndirilən şəxs2 aşkar olunan maddə...” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,546 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; üzərində “Təqsirləndirilən şəxs1 aşkar olunan..." sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,301 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; Təqdim edilmiş iki ədəd zərfdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: 1 № li oby. heroinin təmiz çəkisi - 5,546 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 5,446 qram; 2 № li oby. heroinin təmiz çəkisi - 5,301 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 5,201 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir-birilə, həmçinin təqsirləndirilən şəxslər ilə şahidlər Şahid8 və Şahid9 üzləşdirilərək onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini birbirlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5 xx.xx.2023-cü il tarixli, 3336 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 Opioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5 xx.xx.2023-cü il tarixli 3337 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 götürülmüş ekspress-test üsulu ilə müayinə nəticəsində götürülmüş sidik nümunəsində OPİ (+) MOP (+) aşkar olundu. Təqsirləndirilən şəxs2 Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2023-cü il tarixli, 1976/K nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2023-cü il tarixli, 1977/K nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 227/MEŞ nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. Həmçinin rəydə qeyd olunmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs1 deməsinə görə tibbi yardıma müraciət etməmişdir, şikayəti yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 226/MEŞ nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarət – sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həmçinin rəydə qeyd olunmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs2 deməsinə görə təxminən 4-5 gün əvvəl ehtiyatsızlıqdan sağ dizindən xəsarət almışdır, tibbi yardıma müraciət etməmişdir, hal-hazırda şikayəti yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Nərimanov Rayon Məhkəməsinin hakimi X4 06 iyun 2023-cü il tarixli qərarı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 29 may 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən BMCMİ-yə verilmiş əməliyyat tapşırığına daxil olmuş cavab məktubun məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş külli miqdarda narkotik vasitələri qabaqcadan əlbir olaraq satış məqsədi ilə əldə etmələri barədə əlavə məlumat əldə olunsa da, həmin maddələrin mənbəyinin, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 5,446 qram və 5,201 qramı öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir, həmçinin təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və xx.xx.2023-cü tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində müdafiəçinin iştirakı ilə, şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nakotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncuların əməllərinin CM-nin məhz 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışlar. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib üzərlərində saxlamaları və daşımalarını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onların üzərlərindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətlərinin olmadığını bildirmişdirlər. Təqsirləndirilən şəxslər məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişlər. Həmçinin əməmliyyat tapşırığına əsasən alınmış cavabda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni satış məqsədilə əldə etdikləri qeyd olunsa da, bu məlumatın hansı sübutlara istinadən qeyd olunduğu heç nə ilə öz təsdiqini tapmır. Həmçinin təqsirləndirilən şəxslərin telefonlarına da keçirilmiş baxış zamanı narkotik vasitələrin satışına dair hər hansı bir sms aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edilərək, onlara həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onların əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmələrini təsdiq edən heç bir möbətər sübuta istinad etməmişdir. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə münasibət bildirərək həmin ifadələrə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndiirlən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onların hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçiləri yanlarında olmuş, lakin bu barədə, yəni onlardan aşkar olunan narkotik vasitə heroinin onlara aid olmaması, həmçinin polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılığa məruz qalmaları ilə bağlı müdafiəçilərinə heç bir söz deməmiş, etirazlarını bildirməmiş, bundan əlavə barələrində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç nə bildirməmişdirlər. Odur ki, məhkəmə kollegiyası təqsirləndiirlən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır və onların cinayət işi üzrə elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyərək verdikləri ifadələrini məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdlər kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin ifadəsində qeyd etdiyi xüsusatlar özlərinin ibtidai istintaqdakı ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə təkzib edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onların qabaqcadan əlbir olan bir qrup şəxs halında, narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşımaları məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxslərin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə etmələri, saxlamaları və daşımalarına dair əməli törətməsi onların özlərinin təqsirləndirilən şəxs qismində verdikləri etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onların narkotik vasitəni satış məqsədilə əldə etmələri öz təsdiqini tapmadığından lakin, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməkləri sübuta yetdiyindən, qeyd olunan hal ağırlaşdırıcı hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Onlar, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61.1.3-ci maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi qeyd edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61.1.3-ci maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, onlar həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan tutma protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarına əsasən müəyyən olunur ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə eytiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, Təqsirləndirilən şəxs2 isə narkomaniyadan məcburi müalicəyə eytiyacı olduğundan cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs1 40 (qırx manat) manat və Təqsirləndirilən şəxs2 40 (qırx manat) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 10,647 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verərək qeyd edir ki, hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 10,647 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 40 (qırx manat) manat və Təqsirləndirilən şəxs2 40 (qırx manat) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-472/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-472/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver