Məhkəmə qərarları › İş №1(124)-473/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-473/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-473/2025 07.01.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, lakin ünvan 2mrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddələrin və narkotik vasitələrin müəyyən qazanc müqabilində 05 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-ci mikrorayon, “Tərlan” şadlıq sarayının yaxınlığında yerləşən yeni tikilmiş binanın həyətindən 33 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 14,446 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz əldə edərək Abşeron rayonu, Masazır kəndinə daşımış və saxlamış, 14 iyun 2025-ci il tarixdə saat 23:12-də Abşeron RPİ- nin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində piyada hərəkət edərkən saxlanılaraq, orada həmin gün saat 23:12-dən 23:25-ə kimi üstü yoxlanılarkən üzərində olan qara rəngdə çantanın böyük cibindən həmin 03 ədəd bükümdə ayrı-ayrılıqda 2,451 qram, 12,081 qram və 18,468 qram, ümumilikdə 33 qram çəkidə psixotrop maddə metafetamin, 01 ədəd bükümdə 14,446 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina edərək ona verilən sualları cavablandırarkən göstərdi ki, o, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. İttiham aktında göstərilən narkotik vasitələr onda olmuş, amma onun satış məqsədi olmamışdır. İttiham aktında göstərilən çəkidə və növdə olan narkotik vasitə onda aşkar edilmişdir. İttiham aktında göstərilən tarix və yer düzgündür. Bir ədəd elektron tərəzi də aşkar edilmişdir. Əvvəllər məhkum olunmuşdur. 243 və 244-cü maddələri ilə məhkumluğu olmuşdur. Şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Tutulana qədər də narkotikdən istifadə etmişdir. Aşkar edilmiş narkotiklərdən istifadə etmişdir. Tərəzini narkotik alanda çəkidə onu aldatmasınlar deyə istifadə etmişdir. Həmin məqsədlə tərəzini əldə etmişdir. Ümumi çəkinin yanında olan üç büküm ona elə o formada verilmişdir. Tanımadığı İran vətəndaşından 2000 manata almışdır. O, avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. İtiham aktı ilə bütünlükdə tanış olmuşdur. İttiham aktında satışla məşğul olmağı yazılmışdır. Amma o satışla məşğul olmamışdır. O, gündə yarım qram çəkidə narkotik istifadə etmişdir. Marixuandan da istifadə etmişdir. İkisi bir yerdə istifadə etmişdir. Metamfetamin ona bəs etməmişdir. 2006 və 2008 təvüllüdlü övladları vardır. Ailəsi ondan ayrı yaşamışdır. Qızıl boyunbağısını satdığı üçün narkotiki alan zaman pulunu ödəmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyinə görə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, inyeksiya yolu ilə müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr istifadə edir. 05 iyun 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, «Tərlan» şadlıq sarayının yaxınlığında yerləşən yeni tikili binanın həyətindən tanımadığı İran İslam Respublikası vətəndaşının hesab nömrəsinə ümumilikdə 2000 manat ödəyərək 03 büküm metamfetamin və 01 büküm marixuana almışdır. 14 iyun 2025-ci il tarixdə saat 23:12-də Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində 2 nəfər mülkü geyimli şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib onu saxlayaraq videoçəkiliş aparılmaqla üzərini yoxladıqda üzərində olan qara çantanın cibindən 01 ədəd elektron tərəzini, 03 büküm metamfetamini və 01 büküm marixuananı çıxarıb təqdim etmişdir. Təqdim 01 ədəd elektron tərəzi, 03 büküm metamfetamin və 01 büküm marixuana kağız zərflərə qablaşdırılıb möhürləndikdən sonra möhürlənmiş zərfin üzəri polis əməkdaşları və onun tərəfindən imzalanaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Polis əməkdaşlarına təqdim etdiyi psixotrop maddə və narkotik vasitəni 05 iyun 2025-ci il tarixdə axşam saatlarında tanımadığı İran İslam Respublikası vətəndaşının göndərdiyi hesab nömrəsinə ümumilikdə 2000 manat ödəyərək öz şəxsi istifadəsi və satmaq məqsədilə almışdır, İranlı ilə də hazırda satdığı əvvəl onda olan planşetlə sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb həmin maddələri götürmüşdür, həmin planşeti də satmışdır və mobil telefon da işlətmir. Planşeti nə vaxt və kimə satdığını xatırlamır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis idarəsinə aparılarkən və orada olduğu müddətdə ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 14 iyun 2025-ci il tarixdə Abşeron RPİ-nin CAŞ-nə, xx xxxxxxxx 1979-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlayıb daşımış, qəbul etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, dərhal bu barədə polis idarəsinin rəhbərliyinə məruzə etmişdir. Polis idarəsinin rəisinin əmri ilə, onun rəhbərliyi ilə Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkilləri, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edib əməliyyat qrupunun üzvü Şahid2lə birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 14 iyun 2025-ci il tarixdə saat 23:12-də Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəlində olduğunu müəyyən edib orada onu saxladıqdan sonra özlərini Təqsirləndirilən şəxs təqdim edib polis əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayıb daşımaqda və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu və ona görə də üstünün yoxlanılacağını bildirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələrini, eləcə də saxlanıldığı andan müdafiəçinin köməyindən istifadə etmək hüququnu izah edib üstünün yoxlanılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya, vasitə, alət və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra o, üstündə gəzdirdiyi qara rəngli çantasının böyük cibindən 1 (bir) ədəd elektron tərəzini, 3 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütləni və 1 (bir) bükümdə narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanması davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi 1 (bir) ədəd elektron tərəzi, 3 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə, 1 (bir) bükümdə narkotik vasitə marixuanaya oxşar kütlədən başqa heç bir əşya, vasitə, alət və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd elektron tərzi, 3 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə və 1 (bir) bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə götürülmüş, ayrı- ayrı kağız paketlərə qoyularaq paketlər möhürlənmiş, möhürlənmiş paketlərin üzər imzalanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 03 bükümdə olan kütlə metamfetamin, 01 bükümdə olan kütlə isə narkotik vasitə marixuanadır, metamfetamini və marixuananı almaq üçün tanımadığım İran İslam Respublikası vətəndaşı ilə razılaşaraq onun kart hesabına 2000 manat pul köçürmüş, bundan sonra 05 iyun 2025-ci il tarixdə axşam saatlarında İran İslam Respublikası vətəndaşının dediyi yerə, Bakı şəhəri, Binəqədi rayonu, 9- cu mikrorayon, ərazisindəki «Tərlan» şadlıq sarayının yaxınlığında yerləşən yeni tikili binanın həyətinə gedib oraya qoyulmuş 03 büküm metamfetamin və 01 büküm marixuananı götürmüşdür. Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində, Qaçaq Nəbi küçəsində saxlanılarkən, üstü saxlanıldığı yerdə yoxlanılarkən Abşeron RPİnin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 tərəfindən «İphone» markalı telefon vasitəsi ilə çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə şərait olmadığı üçün Abşeron RPİ-nin inzibati binasına dəvət olunaraq üstünün yoxlanması barədə protokol Abşeron RPİ-nin inzibati binasında tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılan zaman və RPİ-də olduğu müddətdə ona qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində digər Şahid1 ilə eyni məzmunlu ifadəsində onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1979-cu ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və istifadə etməsini bildirilmişdir. xx.xx.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1979-cu ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində kirayə yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1979-cu ildə Əli-Bayramlı rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və istifadə etməsində şübhəli bilindiyi üçün, 14 iyun 2025-ci il tarixdə, saat 23:12-də Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış üzərində olan qara çatanı böyük cibində bir ədəd tərəzi 3 (üç) büküm metamfetaminə bənzər kütlə və 1 (bir) müküm maruxana bənzər kütləni aşkar edilərək qablaşdırılmışdır. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun, olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1979-cu ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində kirayə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında, xx.xx.2025-cü il tarixdə, saat 23:12 dəqiqədə Abşeron rayonu Masazır qəsəbəsi Q.Nəbi küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərində olan qara rəngli çantanın böyük cibindən 1 ədəd tərəzi, 3 ədəd ağ salafana bükülmüş metamfetaminə bənzər kütlə və 1 ədəd ağ salafana bükülmüş marexuanaya kütlə aşkar edilərək 2 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Toplanmış material ilə müəyyən edilmişdir ki, xx.xx.1979-cu ildə Şirvan şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi Hövsan Südçülük sovxozu ev 55-də qeydiyyatda olmaqla Abşeron rayonu, masazır qəsəbəsi Ə.Vahid küçəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 14 iyun 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol və videogörüntüdən görünür ki, həmin gün, 14 iyun 2025-ci il tarixdə saat 23:12-də Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələr əldə edib saxlayıb daşımaqda şübhəli bilinən Nəzərov X9 rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində saxlanılaraq üstü yoxlanılmış, o, üstündə gəzdirdiyi qara rəngli çantasının cibindən 1 (bir) ədəd elektron tərəzini, 3 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütləni və 1 (bir) bükümdə narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanması davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi 1 (bir) ədəd elektron tərəzi, 3 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə 1 (bir) bükümdə narkotik vasitə marixuanaya oxşar kütlədən başqa heç bir əşya, vasitə, alət və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd elektron tərzi, 3 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə və 1 (bir) bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə götürülmüş, ayrı- ayrı kağız paketlərə qoyularaq paketlər möhürlənmiş, möhürlənmiş paketlərin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 03 bükümdə olan kütlə metamfetamin, 01 bükümdə olan kütlə isə narkotik vasitə marixuanadır, metamfetamini və marixuananı almaq üçün tanımadığım İran İslam Respublikası vətəndaşı ilə razılaşaraq onun kart hesabına 2000 manat pul köçürmüş, bundan sonra 05 iyun 2025-ci il tarixdə axşam saatlarında İran İslam Respublikası vətəndaşının dediyi yerə, Bakı şəhəri, Binəqədi rayonu, 9- cu mikrorayon, ərazisindəki «Tərlan» şadlıq sarayının yaxınlığında yerləşən yeni tikili binanın həyətinə gedib oraya qoyulmuş 03 büküm metamfetamin və 01 büküm marixuananı götürmüşdür. xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi” haqqında protokoldan və həmin protokola dair DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə saat 23:12 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılır, ona narkotik vasitə və psixotrop maddələr əldə edib saxlayıb daşımaqda şübhəli qismində saxlanıldığı bildirilir, şübhəli şəxsin hüquq vəzifələri və saxlanıldığı andan müdafiəçiyə malik olmaq hüququ izah olunur. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanmazdan əvvəl ona təklif olunur ki, üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş, hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə gəzdirdiyi qara rəngli çantasının böyük cibindən 1 (bir) ədəd elektron tərəzini, 3 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütləni və 1 (bir) bükümdə narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb təqdim edir və bildirir ki, təqdim etdiyi 03 bükümdə olan kütlə metamfetamin, 01 bükümdə olan kütlə isə narkotik vasitə marixuanadır, metamfetamini və marixuananı almaq üçün tanımadığım İran İslam Respublikası vətəndaşı ilə razılaşaraq onun kart hesabına 2000 manat pul köçürmüş, bundan sonra 05 iyun 2025-ci il tarixdə axşam saatlarında İran İslam Respublikası vətəndaşının dediyi yerə, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, ərazisindəki «Tərlan» şadlıq sarayının yaxınlığında yerləşən yeni tikili binanın həyətinə gedib oradan götürmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanması davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi 1 (bir) ədəd elektron tərəzi, 3 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə 1 (bir) bükümdə narkotik vasitə marixuanaya oxşar kütlədən başqa heç bir əşya, vasitə, alət və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd elektron tərzi, 3 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə və 1 (bir) bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə götürülür, ayrı-ayrı kağız paketlərə qoyularaq paketlər möhürlənir, möhürlənmiş zərfin üzəri polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs üstünün yoxlanması saat 23:25 dəqiqədə başa çatdırılır. Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsi tərəfindən verilmiş 15 iyun 2025-ci il tarixli, 20/488 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs...» sözlər və imzalar olan kağız paketdəki, 03 ədəd üzəriləri yapışqanlı lentlə sarınmış şəffaf sellofan kəsi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 2,451 qaram, 12,081 qram və 18,468 qram, ümumi təmiz çəkisi 33 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs...» sözlər və imzalar olan kağız paketdəki 01 bir ədəd üzəriləri yapışqanlı lentlə sarınmış şəffaf sellofan kəsi bükümündə təmiz çəkisi 14,446 qram paketdəki bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Əlavə məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsi tərəfindən verilmiş 09 iyun 2025-ci il tarixli, 20/569 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Sumqayıt Regional Bölməsi «Tədqiqat obyekti №1» möhür əksi, «Ekspert rəyi № 20/488 verildiyi tarix 15 iyun 2025-ci il material № HK-1/6898 Ekspertizanı təyin etmiş orqan Abşeron RPİ maddi sübut metamfetamin üzərində Təqsirləndirilən şəxs; Ekspert: imza Nailə Xəlilova» əl yazıları olan zərfdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş üzərində AR DİN «Zərflər üçün № 56» «Zərflər üçün № 245» möhür əksi, «250270656 Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd elektron tərəzi; baş müstəntiq: M.Məcidli» əl yazıları olan zərfdəki 01 ədəd elektron tərəzi üzərində psixotrop maddə metamfetamin izləri müəyyən edildi. Tərəzinin üzərində psixotrop maddə metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş 06 oktyabr 2025-ci il tarixli 6188 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X11 adlı övladları, həmçinin xx.xx.2014-cü il təvəllüdlü X8 adlı bir azyaşlı övladı vardır. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Xətai rayon Məhkəməsinin hökmündən müəyyən olunur ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilməsi hissədə iş üzrə cinayət təqibinə xitam verilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci və 244.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 dekabr 2016-cı il tarixdən 26 avqust 2017-ci il tarixə qədər həbsdə saxlanıldığı 08 (səkkiz) ay müddət ona təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 01 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.1, 244.2.1, 244.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 24 iyun 2022-ci ildə Şabran rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 08 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 12 may 2023-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1979-cu ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq saxlanıldığı yerdə onun üzərinə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar olunaraq götürülmüş, narkotik vasitə və psixotrop maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilərək narkotik vasitə, psixotrop maddə və elektron tərəzinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddənin, şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, narkotik vasitələrin və psixotrop maddənin növ müxtəlifliyini, həmçinin narkotik vasitə və psixotrop maddələri realizə etmək üçün elektron tərəzinin olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə satış məqsədinin olması hissəsində özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitəni əldə edildiyi mənbəni, o cümlədən İran islam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən Təqsirləndirilən şəxs həmin şəxslə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa telefon və.s danışığın, sms yazışmaların, ümumiyyətlə həmin şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsif edilməsinə əsas ola bilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə etməsinə dair əməli törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdan 234.4.1-ci maddə xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarını, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 14 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 186 (yüz səksən altı) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş iş üzrə maddi sübut kimi tanınıb, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi 32,55 qram olan metamfetamin, qalıq çəkisi 14,396 qram olan narkotik vasitə marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasını zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 186 (yüz səksən altı) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş iş üzrə maddi sübut kimi tanınıb, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi 32,55 qram olan metamfetamin, qalıq çəkisi 14,396 qram olan narkotik vasitə marixuana və bir ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasını zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar