Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-474/2024 07.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində « həbs » qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan“Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin satışını həyata keçirməsi və bunun müqabilində istifadə etməsi üçün ona narkotik vasitə verilməsi barədə ümumi razılığa gəlmiş, 07 sentyabr 2023-cü il tarixdə saat 16:00 radələrində bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan İ r a n İslam Respublikası vətəndaşının Abşeron rayonu Qobu-Güzdək yolunun kənarında yerləşən fəaliyyət göstərməyən kafenin qarşısına qoyduğu, 1002 qram (1 kq, 2 qram) çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək götürüb üzərində saxlayıb daşımaqla oradan uzaqlaşarkən, 07 sentyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Abşeron R P İ - n in Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsində Qobu-Güzdək yolunun kənarında saxlanılaraq Abşeron rayon polis idarəsinin X8 gətirilib orada həmin gün saat 17:10-dan saat 17:40-dək olan müddət ərzində üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı üzəri şəffaf yapışqanla sarılmış qara rəngli sellofan bağlamanın içərisində 1002 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, polis əməkdaşları məhkəmə iclasına onun seçmədiyi vəkili gətirmişlər. O zaman onun belə şeylərdən anlayışı olmamış buna görə də polislərlə razılaşaraq qol çəkmişdir. Daha sonra bunu məhkəməyə bildirəndə məhkəmə onun qol çəkməsini əsas gətirərək onun vəsatətini rədd etmişdir. O, ittiham aktında onun iranlı ilə əlaqəsinin olduğunun qeyd olunmasına baxmayaraq telefonunun belə olmadığını bildirmişdir. Sanksiya məhkəməsində onun digər vəkilin və hakimin qarşısında guya vəkildən imtina elədiyi kimi qeyd edilsə də, polis əməkdaşları tərəfindən həmin məsələlərə şahid olan vəkilin məhkəmə iclasına dəvət olunmadığını, onun hər hansısa imtina ilə bağlı qeydi olmadığını və bu məsələnin onun boynuna polislər tərəfindən qoyulduğunu bildirmişdir. O, səhər-səhər 11:00-12:00 radələrində evdən çıxmışdır. Polis əməkdaşları iki ay bundan qabaq da onun yaşadığı evə səhər saat 08:00da girmişlər. Polis əməkdaşları onu bölməyə aparmış və ona narkotiki boynuna götürməsini təklif etmiş, əgər götürməsə ailəsini şöbəyə gətirəcəklərini söyləmişlər. Polislər onun evindən narkotik çıxması ilə bağlı ona heç bir şey göstərə bilməmişlər. Polis əməkdaşı onun yoldaşının şöbəyə gətirilməsi ilə bağlı tapşırıq vermiş, o isə cavabında yoldaşının şöbəyə gətirilməməsini və yoldaşının xəstə olmasını bildirmişdir. 48 saat sonra məhkəmə iclası olmuş və məhkəmə iclasından sonra o, evə gəlmişdir. Polislər evdən telefonu götürmüşlər. O bu məsələ ilə bağlı bölməyə getmiş və polisləri bu əməllərinə görə söymüşdür. Polislər bir ay keçməmiş səhər vaxtı onu bölməyə aparmışlar. Bölmədə onun önünə nəsə qoyulmuş, lakin onun nə olduğunu bilməmişdir. Bu zaman onun vəkili də orada olmuşdur. O vəkilindən onların nə etdiklərini bilmədiyini və nə etdiklərini soruşmuşdur. Həmin vəkil sanksiya təyin edilərkən iclasa gəlməmişdir. O, səkkiz aydır ki, Kürdəxanıda həbsdə saxlanılır. Əvvəllər məhkumluğu olmamışdır. 4-5 il əvvəl narkotik istifadəsi ilə məşğul olmuşdur. Polislər onu səhər saat səkkizdə evindən aparmışlar. 0.1 qram olan narkotik onun üzərində olmamışdır. Abşeron Rayon Məhkəməsində onunla bağlı işə baxılmışdır. Həmin işdə hökm çıxmamış və məhkəməsi səkkiz aydır davam etmişdir. Videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Videoçəkilişdə etiraf etmiş və 234.1-1-ci maddə ilə olan ittihamı boynuna almışdır. O da bilmədən olmuşdur. Çəkilişdə 234.4.3-cü maddə ilə olan ittihamı boynuna almamışdır. Polislər ona üzərindəkiləri təqdim etməyi təklif etmiş o da təqdim etmişdir. Onun yanında baxılarkən çəkilişdə narkotik vasitələrin ona məxsus olmadığını söyləmişdir. Çəkilişdə vəkil iştirak etmişdir. Sonradan həmin vəkil həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında iştirak etməmişdir. Ona başqa bir vəkil təyin olunmuş və o da həmin vəkilə etiraz etməmişdir. Sanksiyada bir dəfə digər vəkili görmüşdür. Sonradan təyin olunan vəkil müstəntiqlə birlikdə gəlmişdir. Qobuda polis əməkdaşları onu 12 tamam olmamış tutmuşlar. Ona bölmədə elektro şokerlə elektrik vermişlər. O səhər 11:00-12:00 arası idi evdən çıxmışdır. 17:00-radələrində bölmədə olmuşdur. Bölmədə olarkən üç-dörd saat sonra vəkil gəlmişdir. Üzərində telefon olmamışdır. Saat 12:00-radələrində saxlanılmışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq olnumuşdur. Polislər onun ayağına elektron şoker vermişlər. O, istintaq təcridxanasına təhvil verilərkən bədənində xəsarət izləri qalmamışdır. Elektro şokeri bud nayihəsinə vermişlər. Təcridxanaya daxil olarkən xəsarətinin bir hissəsini bildirmiş, lakin bununla bağlı heç bir qeydiyyat aparılmamışdır. Ona 12-13 nəfər adam hədə-qorxu gəlmişdir. Ona elektro şok verilmişdir. Onu döyməmişlər, amma işgəncə vermişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ilkin ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitədən istifadə etdiyi üçün 2023-cü ilin iyun ayında Abşeron rayon polis idarəsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi istintaq olunaraq məhkəməyə göndərilmişdir. Hazırda Abşeron rayon məhkəməsində işə baxılmaqdadır. 07 sentyabr 2023-cü il tarixdə istifadəsində olan mobil nömrəsinə İran nömrəsindən zəng edən şəxs ona Qobu qəsəbəsində Güzdək kəndinə gedən yolun kənarında onun üçün 10 qram narkotik vasitə qoyduğunu bildirmişdir. O, isə saat təxminən 17 radələrində evdən çıxıb taksi ilə həmin şəxsin telefonda ona tərif etdiyi Qobu qəsəbəsindən Güzdək qəsəbəsinə gedən yolun kənarında işləməyən kafenin qarşısına gəlib orada qara sellofanda üzəri yapışqanlı lentlə sarılmış bağlamanı götürüb getmək istədikdə 4 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Qobu polis bölməsinin əməkdaşları olduqlarını və ona narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə polis bölməsinə getməli olduğumu bildirmişlər. O, isə başqa çıxış yolu olmadığı üçün onlara etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qobu polis bölməsinin inzibati binasına gəlmişdir. Polis bölməsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılacağı barədə ona məlumat verilmiş və polis bölməsinə müdafiəçi dəvət olunmuşdur. Daha sonra xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet vardırsa təqdim etməsi bildirmişdir. O da əlindəki üzəri yapışqanlı lentlə sarılmış bir ədəd qara rəngli sellofan bağlamanı təqdim etmişdir. Həmin vaxt təqdim etdiyi bağlamanın içərisində nə olduğu soruşulmuş, o isə tanımadığı şəxsin ona istifadəsi üçün Qobu qəsəbəsində narkotik vasitə qoyduğunu və həmin yerə gedəndə həmin bağlamanı görüb götürdüyünü bildirmişdir. Bundan sonra üzərində polis əməkdaşları axtarış aparmış və başqa hər hansı bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Həmin bağlama təhqiqatçı tərəfindən açılıb baxılanda içərisində qəhvəyi rəngli toz şəklində kütlə olduğu görünmüş, daha sonra həmin büküm təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Bayramov küçəsi, ev 82-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu Qobu qəsəbəsi ərazisində qanunsuz satışı ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Pərviz narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə onun müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin sahə rəisi Şahid2, sahə polis nəfəri, polis serjantı Şahid3 və Şahid4 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 07 sentyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi Qobu-Güzdək yolunun kənarında keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Pərviz özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Qobu PB-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Sonuncu da əlində olan qara rəngli üzəri şəffaf yapışqanla bükülmüş bağlamanı təqdim etmiş və həmin bağlamada nə olduğunu bilmədiyini, xx.xx.2023-cü il tarixdə mobil telefonuna İran İslam Respublikasına aid mobil nömrədən gəlmiş zəng əsasında yolun kənarına 10 qram marixuana qoyulduğu barədə verilmiş məlumat əsasında taksi ilə qeyd olunan əraziyə getdiyini və oradan bağlamanı götürdükdən sonra saxlanıldığını göstərmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və başqa hər hansı qanunla saxlanılması qadağan edilmiş əşya və ya kütlə aşkar olunmamışdır. Aşkar olunmuş içərisində narkotik vasitə heroin qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüş, zərfə qoyularaq möhürlənmiş və üzəri imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslər Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin sahə rəisi Şahid2, sahə polis nəfəri, polis serjantı Şahid3 və Şahid4 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin X8 xx.xx.1984cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin gəzdirməsi,satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə alınmış məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin X8 gətirilmişdir. Cinayət işinin materiallarında olan 07.09,2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, həmin tarixdə saat 16:30 radələrində Abşeron RPİ-in Qobu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayon polis idarəsinin X8 gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əlində olan üzəri şəffaf yapışqanla sarılmış qara rəngli sellofan bağlamanın içərisndə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/4768 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs -imza..» sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 1002 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli «6097» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabionidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının «13».09.2022-ci il tarixli «1956» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamlərin surətlərindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs evlidir və himayəsində bir yetkinlik yaşına çatmamış övladı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əalvə edilmiş Abşeron rayon məhkəmsinin xx.xx.2024-cü il tarixli 1(012)-194/2024 nömrəli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş göstərişdən müəyyən olunur ki, hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri gəzdirməsi,satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı psixi təsir və təzyiqlərə məruz qaldığını bildirsədə iş materiallarında buna dair heç bir sübuta rast gəlinməmiş, həmçinin müdafiə tərəfi bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının rəyindən müəyyən olnur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət izi aşkar olunmamışıdr. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs nakotik vasitələrdən istifadə etsədə həmin vasitələrin satışı məğul olmadığını bildirsədə onda aşkar edilmiş nakotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran ( müəyyən olunmamışdır) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Belə ki iş materiallarına əlavə edilmiş Abşeron rayon məhkəmsinin xx.xx.2024-cü il tarixli 1(012)-194/2024 nömrəli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda araşdırılan cinayət işi üzrə hökm çıxarılmamışdan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməli törətmiş və həmin əməlinə görə qeyd olunan hökmə əsasən təqsirli bilinərək 01 (bir) il 02(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, təsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nın 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza təyin olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçildiyindən, ona Abşeron rayon məhkəməsinin hökmünə əsasən təyin olunmuş cəza icra olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı hazırki cinayət işi üzrə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 1001,9 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş qəti 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 1001,9 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-474/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-474/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver