Məhkəmə qərarları › İş №1(124)-477/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-477/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-477/2024 08.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi - X7, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 08 sentyabr 2023-cü il tarixdə, saat 06 radələrində, sürücülük hüququ olmadan X8 məxsus, lakin Şahid1 istifadəsində olan, texniki cəhətdən saz vəziyyətdə olan «BMW» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi ilə Sumqayıt şəhəri istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin qanunun 49-cu maddəsinin 1-ci hissəsinin, yəni normal hərəkət zamanı vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməli, yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5,3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlara hərəkət etməməli, həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, yəni nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etməməli, həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) yəni qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyduğu, yaxud ləğv etdiyi halda, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi, «Vaz 21011» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətinə çıxdığı üçün həmin avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs kəllə sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma, çənə sümüklərinin sınığı, qabırğaların solda sınığı, bədənin qançır və sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirərək kəllə qapağı və əsas sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma səbəbindən ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, idarə etdiyi avtomobilin sahibi içkili halda olduğuna görə, idarə etmək üçün avtomobili ona vermişdir. Şahid1 ona özünün içkili olduğunu avtomobili onun idarə etməsini bildirmişdir. O isə sürücülük vəsiqəsinin olmamasını demişdir. Fuad isə ona sürücülük hüququ olmasa da bu barədə narahat olmamağı bildirmişdir. Bundan sonra o, avtomobili idarə etməyə başlamış, avtomobili idarə edərkən qarşıdan gələn avtomobil onların üzərinə gəlmişdir. Avtomobil onların üzərinə gələrkən yanındakı Fuad adlı oğlan özünü itirmiş və sükanı qəflətən sol tərəfə çevirmişdir. Sol tərəfə keçəndə qəfildən digər avtomobildə də sol tərəfə keçmiş, nəticədə toqquşma baş vermişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifasədində avtomobilin sürəti ilə əlaqədar yazılan ilə razı olmadığını. Sürətinin saat 40 km sürət olduğunu bildirmişdir. Bundan başqa ibtidai istintaq zamanı verdiyi ifadəsindədə yanında oturan Fuad adlı şəxsin toqquşmanın qarşsını almaq üçün sükanı qarşı hərəkər zolağına çevirdiyini və nəticədə hadisənin baş verdiyini qeyd etmiş, lakin onun bu hissədə ifadəsinin müstəntiq tərəfindən düzgün yazılmadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında bəzi hissələrdə ziddiyyət olduğundan həmin ifadə məhkəmə istintaqı zamanı elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Şahid1 baş vermiş yol nəqliyyat hadisəsindən təxminən bir həftə əvvəl tanımışdır. O, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Meyhane» adlanan restoranda işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində o, iş yerində olmuşdur. Bu vaxt Fuad ona zəng edib onu 17-ci mikrorayon ərazisində yerləşən işlədiyi avto-yuma məntəqəsinin üstündə olan kafeyə çağırmışdır. O, taksi çağırıb Fuadın dediyi yerə getmişdir. Orada Fuaddan başqa bir qız və bir oğlan da olmuşdur. O, qızın adını xatırlamır. Oğlanın adı isə Amil olmuşdur. O, oraya çatanda onlar yemək yeyirmişlər. Onlar biraz söhbətləşmişlər. Sonra o, taksi sifariş vermək istəyəndə yadına düşmüşdür ki, Fuadın maşını var. O, Fuaddan onu evə aparmaq üçün maşında benzin olub olmadığını soruşmuşdur. Fuad isə demişdir ki, benzini yoxdur, benzin vura bilərsə aparar. Sonra Fuad ondan maşın sürüb-sürə bilmədiyini soruşmuşdur. O, isə maşın sürə bildiyini bildirmişdir. Bu vaxt Fuad bildirmişdir ki, maşın nasazdır, ancaq narahat olma sürəndə nəsə problem olarsa o, həll edəcək. Bundan sonra o, Fuadın idarə etdiyi «BMW» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşmişdir. Fuad isə yanında əyləşmişdir. O, maşına yanacaq vurduqdan sonra avtomobili H.Zeynalabdin qəsəbəsində yerləşən yaşadığı evə qədər idarə etmişdir. O, evə getmək istəyəndə Fuad ona demişdir ki, o, özünü narahat hiss edir, onunla qayıtsın sonra o, onu taksi ilə yola salacaq. O, onunla razılaşmışdır. Fuad avtomobili biraz idarə etdikdən sonra ona demişdir ki, özünü pis hiss edir, eyni zamanda içkili vəziyyətdədir, gəl avtomobili sən idarə et. O, yenə də sükan arxasına əyləşmişdir. Fuad yenə də qabaqda onun yanında əyləşmişdir. O, H.Zeynabdin qəsəbəsi, S.Vurğun küçəsinin dəniz qırağı hissəsindən keçən yolda hərəkətdə olmuşdur. O, avtomobili təxminən 40-60 km saatla idarə etmişdir. Onlarla üzbəüz, yəni təxminən 100 metr qarşıdan «VAZ 21011» markalı avtomobil gəlmişdir. Avtomobil sağa-sola hərəkət edərək yüksək sürətlə onlara doğru gəlmişdir. Bu onu çaşdırmışdır. Avtomobil idarə etdiyi avtomobilə çatarkən Fuad qışqırıb tormozu basmasını və əlini sükandan çəkməyini istəmişdir. O, tormozlama etmək istəsə də artıq gec olmuşdur. Toqquşma baş vermişdir. Toqquşmadan sonra onun sol ayağı maşına sıxışıb qaldığı üçün maşından düşə bilməmişdir. Fuad isə tez maşından düşüb digər maşına tərəf getmişdir. O, maşının qapısını dirsəyi ilə vurub açmış və güclə maşından düşmüşdür. Bu vaxt Fuad ona yaxınlaşıb digər maşının sürücüsünün öldüyünü demişdir. O, ona inanmamış və özü də yaxınlaşıb sürücüyə baxmışdır. Sürücü huşsuz vəziyyətdə olmuşdur. Həmin vaxt yoldan keçən maşınlarda olan şəxslər də kömək etmək üçün onların maşınlara yaxınlaşmışlar. Fuad həmin şəxslərin köməkliyi ilə sürücünü maşından çıxarmışdır. O, öz telefonunu tapa bilmədiyi üçün yoldan keçən şəxlərdən Təcili yardıma zəng etmələrini xahiş etmişdir. Lakin heç kim telefonunu vermək istəməmişdir. Nəhayət o, yoldan keçən bir xanımdan Təcili yardıma zəng etməsini xahiş etmişdir. Bir müddətdən sonra hadisə yerinə təcili yardım maşını gəlmişdir. Onun ayağı əzildiyi üçün o, ayağını hiss etməmişdir. Onu təcili yardım maşınına əyləşdirmişlər. Bundan biraz sonra isə DYP əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşı ona yaxınlaşıb ondan adını soruşmuşdur. O, adını ona dedikdən sonra özündən getmiş və bundan sonra heç nə xatırlamamışdır. O, özünə gələndə xəstəxanada olduğunu görmüşdür. Orada ona ilk tibbi yardım göstərilmiş, sonra isə spirtli içki qəbul edib etmədiyi yoxlanılmışdır. Onun spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində digər maşının sürücüsü Zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. İfadəyə əlavə suallara cavab olaraq bildirmişdir ki, o, qeyd edilən ünvana Fuad çağırdığı üçün getmişdir. O, onun telefon nömrəsini də bilməmişdir. Fuad onun nömrəsini kimdənsə alıb onu oraya çağırmışdır. O, nəqliyyat vasitəsini idarə edərkən sürücülük vəsiqəsi olmamışdır. Fuad onu yolu tanımadığını bildirdiyi üçün o, avtomobili idarə etmişdir. O, getdiyi obyektdə onun araq içdiyini görmüşdür. Fuad ona zəng edərkən də sərxoş olmuşdur. Lakin müayinə zamanı onun nə üçün sərxoş olmadığının müəyyən olunmasını deyə bilmir. Hadisədən əvvəl Fuad ona demişdir ki, avtomobil nasazdır. Ancaq avtomobil onun olmadığı üçün o, konkret olaraq nasazlığın nədən ibarət olduğunu deyə bilmir. Hadisə zamanı qarşıdan gələn avtomobil ona yaxınlaşan anda Fuad qışqıraraq sükandan əlini çəkməsini və tormoz verməsimi istəmişdir. Fuad demişdir ki, sükanı o, düzəldəcək. O, əlini sükandan çəkdiyi vaxt Fuad sükandan tutmuş və bu an toqquşma baş vermişdir. O, tormozlama etməyə vaxt tapa bilməmiş, yəni tormoz etmək istəsə də toqquşma baş vermişdir. Buna görə də onun idarə etdiyi maşının qabaq sağ hissəsi ilə qarşıdan gələn avtomobilin sağ hissəsi toqquşmuşdur. Fuadın ona əlini sükandan çək deməsindən və onun əlini sükandan çəkməsindən təxminən bir saniyyə sonra toqquşma baş vermişdir. O, hadisə zamanı sol qolundan və sol ayağından xəsarət almışdır. Hazırda vəziyyəti normaldır. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməsədə, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla Təqsirləndirilən şəxs təqsiri sübuta yetirildi. Məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə səhər o evdə olmuş və yatmışdır. Həyat yoldaşı isə onu oyatmayıb evdən çıxmışdır. O, axşam ona demişdir ki, səhər tez durub evlərində işləmək üçün usta axtarmağa gedəcək. Təxminən saat 06 radələrində qardaşı Bəxtiyar Hacıyev ona zəng edərək həyat yoldaşının hara getdiyini soruşmuşdur. O onun işlə bağlı evdən çıxdığını demişdir. Qardaşı telefonu söndürüb bir neçə dəqiqədən sonra bir də ona zəng edib Asimin yol nəqliyyat hadisəsi keçirdiyini bildirmiş və xəstəxanada olduğunu demişdir. Bundan sonra o digər qohumlarına hadisə barədə məlumat vermiş və Sumqayıt şəhər TTYX-na gəlmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, həyat yoldaşı yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Ona orada hadisəni törədən şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğunu demişlər. Həyat yoldaşının heç bir xəstəliyi olmamışdır, o, sağlam olmuşdur. Onun ölməsinə səbəb yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər olmuşdur. O və ailə üzvləri əvvəllər sürücü Təqsirləndirilən şəxs tanımamışlar. Hadisədən sonra o onu qiyabi tanımışdır. Əvvəllər onların aralarında heç bir ədavət və ya münaqişə olmamışdır. Təqsirləndirilən şəxs avtomobili idarə edərkən sürücülük vəsiqəsi olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 təqsirləndirilən Təqsirləndirilən şəxs şikayətçi olduğunu onu bağışlamadığını və ona təyin olunacaq cəza ilə əlaqədar dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saat 06 radələrində Təqsirləndirilən şəxs ona məxsus «BMW» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, həmin müddətdə o yuxulu olduğunu bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs avtomobili idarə edəndə əks yola çıxmış və o başını qaldırdıqda toqquşma baş vermişdir. Avtomobili idarə etməyi o təqsirləndirilən Təqsirləndirilən şəxs təklif etməmişdir. Təqsirləndirilən şəxs özü israrla avtomobili ondan sürmək üçün istəmişdir. Hadisə səhərə yaxın baş vermiş, həmin vaxt o içkili olmamış, elə bilmişdir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi vardır. Həmçinin hadisə vaxtı təqsirləndirilən Təqsirləndirilən şəxs avtomobili təqribən saatda 100-110 km sürətlə idarə etdiyini bildirmiş, hadisə anına qədər yuxulu olduğunu yola baxdıqda isə əks hərəkət zolağında olduqlarını və qısa müddət sonra avtomobilin qabaq sağ hissəsi ilə «VAZ 21011» markalı avtomobilin sağ qabaq hissəsi ilə toqquşmanın baş verdiyini bildirdi. Həmçinin avtomobilin sükanına heç bir müdaxilə etmədiyini, təqsirləndirilən Təqsirləndirilən şəxs heç bir təsir göstərmədiyini bildirdi. Hadisə barədə 103 xidmətinə zəng edib məlumat vermişdir. Təxminən 15 dəqiqədən sonra DYP əməkdaşları və Təcili yardım maşını hadisə yerinə gəlmişlər. O, və Lalə özlərini polis əməkdaşlarına təqdim etmişlər. Onlar hər ikisi xəsarət aldıqları üçün təcili yardım maşını onları xəstəxanaya gətirmişdir. Bundan sonra Lalə palataya yerləşdirilmişdir. O, isə həkim tərəfindən müayinə olunmuşdur. Bundan başqa şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsində avtomobilin sürəti ilə əlaqədar dediyi fikirlə məhkəmə zalında verdiyi ifadə arasında olan ziddiyyətə dair “avtomobilin sürətlə hərəkət etdiyini” bildirməklə izah etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində o, şəxsi işi ilə əlaqədar Xızı rayonuna getmək üçün yolda olmuşdur. O, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi ilə hərəkətdə olarkən ondan irəlidə "BMW" markalı avtomobillə "VAZ 21011" markalı avtomobilin toqquşaraq qəza etdiklərini görmüşdür O, və həmin vaxt hərəkətdə olan tanımadığı digər sürücülər avtomobillərini saxlamışlar. "BMW" markalı avtomobilin sürücüsü xanım olmuş, yanında isə bir nəfər sərnişin olmuşdur. Onlar yüngül xəsarətlər almışlar. Digər avtomobilin sürücüsü isə avtomobildə sıxışıb qalmış və huşsuz vəziyyətdə olmuşdur. O, dərhal mobil telefonu ilə 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Sonra isə tələsdiyi üçün yoluna davam edib getmişdir. Sonradan eşitmişdir ki, hadisə nəticəsində VAZ 21011 markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılan Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər polis idarəsinin DYPŞ-nin YPXT-da inspektor vəzifəsində xidmət edir. xx.xx.2023-cu il tarixdə o, xidmətdə olmuşdur. Həmin tarixdə təxminən saat 06 radələrində o, xidmət apararkən Növbətçi Hissədən «Çinar» efir vasitəsilə bizə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində toqquşma ilə bağlı yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmişdir. Buna görə də o, 2033 çağırışlı avtopatrulla hadisə yerinə yaxınlaşmışdır. O, hadisə yerinə çatanda «BMW» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Vaz 21011» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşduğunu və avtomobillərin əzilmiş vəziyyətdə olduğunu görmüşdür. «VAZ 21011» markalı avtomobidə olan sürücü hadisə yerində ölmüşdür. BMW» markalı, avtomobilin qadın sürücüsü isə yüngül xəsarətlər almışdır. O, sürücüyə yaxınlaşmış və ondan özünü təqdim etməsini istəmişdir. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Hadisə yerinə gələn təcili yardım həkimi həmin sürücüyə və yanında olan sərnişinə ilk tibbi yardım göstərmişdir. Sonra isə onlar Sumqayıt şəhər TTYX-na aparılmışlar. O, hadisə yerinə gedəndə Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. O, ona yaxınlaşmış və o, özünü təqdim edib hadisə barədə ona məlumat vermişdir. Sonra o, özü də xəsarət aldığı üçün təcili yardım tərəfindən xəstəxanaya aparılmış, yəni hadisə yerində qaçmamışdır. Hadisədən dərhal sonra müstəntiq hadisə yerinə çıxmış və hadisə yerini müayinə edib müvafiq sənədləşmə işlərini aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 103 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs kəllə sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma, çənə sümüklərinin sınığı, qabırğaların solda sınığı, bədənin qançır və sıyrıqları kimi xəsarətlər vardır. Qeyd edilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənə bilməsi inkar olunmur, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş aldığı xəsartələr nəticəsində kəllə qapağı və əsas sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1763 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol budun və diz nahiyyəsinin yumşaq toxumalarının əziyi kimi xəsarətlər vardır. Qeyd edilən xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1784 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində başın, alnın, sağ almacıq nahiyyənin yumşaq toxumalarının əziyi və sıyrıqları, sağ gözün bayır bucağının yarası kimi xəsarətlər vardır. Qeyd edilən xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYXna daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3256 nömrəli rəyindən görünür ki, «BMW» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «BMW» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «BMW» markalı avtomobili hərəkət surəti 3.24 «maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saatdan artıq sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 64-cü maddəsnin 1-ci hissəsinin (3.24 «maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. «Vaz 21011» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16-8/2 9174 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına mərkəzi informasiya sistemində sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli, 4736 və 4737 saylı aktlardan görünür ki, Şahid1 Əhməd oğlu və Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin məsul növbətçisinin 08 sentyabr 2023-cü il tarixli 8618 nömrəli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 07:20-də, Sumqayıt şəhər TTYX-nın tibb bacısı Əliyeva məlumat vermişdir ki, Sumqayıt şəhər S.Vurğun küçəsi, H.Z.Tağıyev qəsəbəsinə çatmamış avtomaşınların toqquşması nəticəsində, Sumqayıt şəhəri, Xəzri bağları, fərdi evdə yaşayan, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs, sol bud və baldırın əziyi xəsarəti və Sumqayıt şəhər 17-ci mikrorayon, ev 59, mənzil 2-də yaşayan Şahid1 Əhməd oğlu alın nahiyyəsinin əziyi xəsarəti aldıqları üçün TTYX-na müraciət etmişlər və Sumqayıt şəhər H.Əliyev prospekti, 18-ci məhəllə, yataqxana 1, ev 34-də yaşayan, xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs aldığı xəsarətdən hadisə yerində vəfat etmişdir. 08 sentyabr 2023-cü il tarixli «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi» haqqında protokoldan görünür ki, yol örtüyü asfalt-beton örtüklüdür, örtüyün vəziyyəti yaş olmuş, yol örtüyünün eni 9,8 metrdir, iki hərəkət zolaqlıdır, hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti isə «Vaz 21011» markalı avtomobil yolun içində, BMW» markalı avtomobil yolun kənarında durması şəklində olmuş, hadisənin növü toqquşmadır. Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Səid Məmmədovun 22 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-nin 263.1-3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Arayışa əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü bir azyaşlı avladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları və elan olunmaqla araşdırılmış ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsinə əsasən bu Məcəllənin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən həmin məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda ) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarını, 07 oktyabr 2004-cü il tarixli qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halı nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, cəzasını çəkməsinin əvvəli 08 aprel 2024-cü il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə sərf olunmuş 128 (yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2024-cü il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə sərf olunmuş 128 (yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Elçin Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar