Məhkəmə qərarları › İş №1(124)-477/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-477/2025

17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-477/2025 17.03.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Quba rayonu Xucbala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu Xucbala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 181.2.5 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində yerləşən 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 17 may 2025-ci il tarixdə saat 17:30 radələrində Qusar rayonu Lanqi kəndin ərazisində yolun kənarında Qusar rayonu Urva oba kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus “MTZ 82” minik markalı 40-K-304 dövlət qeydiyyat nişanlı traktorun nəzarətsiz qaldığını görüb traktorun qapısını açmış və traktorun üzərində açar olmadığını görüb traktoru itələyərək mühərriki işə salıb idarə edərək, talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırdıqdan sonra Quba şəhərinə getmək üçün yola düşmüş, Quba rayonu Aşağı Atuc kəndin ərazisində isə Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, 23 may 2025-ci il tarixdə, saat 12:30 radələrində isə Qusar çayının sağ sahilində yerləşən “Zəfəran” aptekə daxil olub, resept əsasında dəyəri 0.95 manat olan 01 qutu Ketotifen 1 mg, dəyəri 4.70 manat olan 01 qutu Akriderm maz, dəyəri 16.73 manat olan 01 qutu İrtamikoz 100 mg, ümumi dəyəri 0,60 manat olan 3 qutu (list) Kalsium qlükonat 500 mg dərmanları alıb, pulu vermədən aptekdən çıxmaq istəyərkən həmin aptekdə satıcı işləyən X12 və nəzarətçi işləyən Zərərçəkmiş şəxs1 Mayıl oğlu ondan dərmanların pulunu ödəməsini tələb edən zaman o, özü ilə gəzdirdiyi silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş təsərrüfatməişət təyinatlı mətbəx bıçağını yalnız nümayiş etdirib onları həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi görüntüsü yaradaraq "xxxx" QSC-yə məxsus ümumi dəyəri 22,98 manat olan dərmanları ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir: “Yolun qırağında dayanmışdım, yol pulum yox idi, bir şəxs traktoru saxlayıb, düşüb getdi. Mən ona “hara gedirsən” dedim və “çay içməyə gedirəm” dedi. O getdikdən sonra traktora mindim, açarının olmadığını gördüm. Həmin şəxs getməmişdən qabaq ona “burada saxlama, yolun qırağıdı” demişdim. Traktoru itələyərək işə saldım. Məqsədim evə getmək idi. Traktoru sürərək gəlirdim, polislər məni saxladı. Mənə “traktor sənin deyil” dedilər, mən də “evə gedirəm” dedim. Evə qədər olan yolun yarısını sürərək gəlmişdim. Səhəri gün traktoru götürdüyüm yerə geri qaytaracaqdım. Əlimdə çanta ilə aptekə daxil oldum və dermatoloqun yazdığı resepti təqdim etdim. Dərmanları özüm üçün əldə etmək istəyirdim. Satıcı qız dərmanları verdi və mən onları çantaya qoydum. Satıcı çeki verdi, mən isə “pulum yoxdu” dedim. Müdir orada idi, mənə köməklik göstərməyini istəyirdim. Satıcı müdirə dedi və müdir qışqırmağa başladı və “polis çağıracam” dedi. Mənə qaytar demədi, qaytar desə idi, qaytaracaqdım. Daha sonra polis çağırdılar və oturdum, polisi gözləyirdim. Bıçağı qorxumdan çıxardım, fikirləşdim ki, məni vurmasın. Həmin zaman başım işləmədi. Daha sonra polis gəldi, müdir polislərlə nə isə danışdı və polislər məni maşına əyləşdirdilər və polis şöbəsinə apardılar. Daha sonra 1-2 saat sonra məni buraxdılar. Onlar məni tanıyırdılar, bir neçə dəfə parkda və.s yatmışam. Mən polislərə qarşı müqavimət göstərməmişdim.” Verilən suallara cavab olaraq bildirmişdir: “Aptek işçilərinə “mən əvvəllər məhkum olunmuşam” deməmişəm. Aptek və polis şöbəsi arasında təxminən 2 km məsafə olar.” Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o, elan olunmuş ittihamla özünü təqsirli bildiyini göstərərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Bakı Rostov yolunun X15 yaxınlığındakı dayancaqda dayanıb Samur qəsəbəsinə tərəf getmək üçün nəqliyyat vasitəsi axtararkən yaxınlıqda bir traktordan düşən cavan bir nəfər oğlan görüb, ona yaxınlaşaraq Samur sərhəd keçid məntəqəsinə gedib getməyəcəyini soruşmuş, o, isə Xaçmaz rayonun Xudat şəhərinə gedəcəyini bildirmişdir. Həmin vaxt əvvəllər tanımadığı adlarını sonradan bildiyin Namik və Şixəhməd adlı şəxslər traktorun yanından uzaqlaşıb, getmişlər. xx.xx.2025-ci il tarixdə, saat 17:30 radələrində Quba şəhərinə getmək qərarına gəlib, yolun kənarında Namik adlı şəxsə məxsus “MTZ 82” markalı 40-K-304 dövlət qeydiyyat nişanlı traktorun nəzarətsiz qaldığını görüb traktorun qapısını açmış və traktorun üzərində açar olmadığını görüb traktoru itələyərək mühərriki işə salıb idarə edərək, talama məqsədi olmadan ələ keçirib qaçırdıqdan sonra Quba şəhərinə getmək üçün yola düşmüşdür. Bir müddət sonra Quba rayonun Aşağı Atuc kəndin ərazisində tək başına “MTZ 82” minik markalı 40-K-304 dövlət qeydiyyat nişanlı traktorla hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, traktora baxış keçirildikdən sonra onu Qusar RPŞ-nə aparmışlar. 23 may 2025-ci il tarixdə səhər radələrində Qusar RMX-na müraciət etmiş, həkimin ona reseptlə yazdığı dərmanları almaq üçün xəstəxananın yanında yerləşən “Zəfəran” Aptekə gedib, resepti adını sonradan bildiyi Rima adlı satıcıya verib, divanda oturub gözləməyə başlamış, Rima dərmanları paketə yığıb ona uzatmış, o, isə dərmanları götürüb çantasına qoyub, pulu olmadığı üçün satıcı işləyən Rimaya dərmanların 22,98 manat pulu müdirin ödəyəcəyini deyib, aptekdən çıxmaq istəyən zaman, Rima ona yaxınlaşıb, ondan dərmanların pulunu ödəməsini tələb etmiş, əks təqdirdə dərmanları qaytarmasını bildirmiş, o, isə əsəbiləşib, çantasından 01 ədəd mətbəx bıçağı çıxardıb, ona xəsarət yetirməklə hədələmişdir. Həmin vaxt aptekdə nəzarətçi işləyən adını sonradan bildiyi Ramin adlı şəxs ona yaxınlaşaraq, dərmanların pulunu ödəməsini tələb etmiş, əks təqdirdə dərmanları qaytarmasını bildirmiş, o, isə əlində olan mətbəx bıçağı ilə Raminin üstünə gedərək, ona xəsarət yetirməklə hədələyərək, heç kimsədən qorxmadığını, dərmanlarını pulunu ödəməyəcəyini, dəfələrlə məhkum olunduğunu bildirmişdir. Bu zaman Ramin adlı şəxs dərhal polis əməkdaşlarına məlumat vermiş, o, isə əlində saxladığı mətbəx bıçağını çantasına qoymuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək, ona polis şöbəsinə aparmışlar.(İcildi.v 148- 150) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq bildirmişdir: “Mənə dərmanı qaytarmağı deməmişdilər. Polis gələnədək aptekdə oturub polisləri gözlədim. Bıçağı əlimdə qorxumdan saxlamışdım. Müdir hirslənmişdi, deyirdi “polis çağıracam”. Apteki yandıracağımı deməmişəm. Bıçaqla aptekdəkilərin üzərinə getməmişəm. Qabaqca oradan pulsuz dərman götürmüşdüm. Mən bıçağı oturduqdan sonra çıxardım. Polislər məni gülə-gülə maşına əyləşdirdilər.” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir: “Mən traktorun mülkiyyətçisiyəm. Traktor üçün ləvazimat almağa gedirdim. Traktoru Şixəhməd sürürdü, mən də maşınla gəlirdim. X15 yaxınlığında, dairədə traktoru saxlatdım. Ləvazimatı verəcək adam demişdi pulu nağd verim. Getdim, pulu nağdlaşdırıb gəldim, yarım saat çəkmədi, traktor yox idi. Biz getməmişdən qabaq Şixəhməd traktoru saxlayıb düşəndə təqsirləndirilən şəxs ondan hara getdiyini soruşub, o isə Xudata getdiyini bildirib. Əvvəl yol-patrul xidməti əməkdaşlarına yaxınlaşıb, soruşdum, daha sonra isə DİN-nin 102 xidmətinə müraciət etdim. Daha sonra isə traktoru təhvil götürdüm, ziyan dəyməmişdi. Sadəcə 20 km yol qət etmişdi.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxsdən şikayətçi deyiləm, barışmışam” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir: “Ramin hadisə baş verən gün mənə zəng edərək bildirmişdir ki, bir nəfər şəxs aptekdən dərman almışdır, pulunu verməmişdir, pulu istədikdə isə bıçaq çıxarmışdır. Mən Raminə “polisə müraciət edin” dedim. Təqsirləndirilən şəxs də polis gələnədək gözləyib. Polis gəlib həmin şəxsi aparmışdır.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Polisə müraciət edilməyi mənim tərəfimdən tapşırılmışdır. Mən hadisə yerində olmamışam. Polis gələnədək şəxsin sonrakı davranışı barədə mənə məlumat verilmədi. Hadisədən sonra kameraları bərpa etdirdik, hadisə baş verənədək 10-15 gün imiş ki, işləmirmiş. Kamera görüntülərini istintaq zamanı Ramindən istəyiblər. Kameralar hadisə zamanı işləməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyilik.” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən X12 ifadəsində göstərmişdir: “Mən həmin aptekdə 2 ildən çoxdur ki, satıcı-kassir işləyirəm. Hadisə baş verən gün adi qaydada təqsirləndirilən şəxs yaxınlaşaraq resepti təqdim etdi. Mən dərmanları verdim və paketə qoydum. Daha sonra çeki tələb etdi, mən isə ödəniş etməyini tələb etdim, həmin zaman “ödənişi müdir edəcək” dedi. Mən onunla normal qaydada danışırdım, lakin səsini ucaltmağa başladı və çıxıb getmək istəyirdi. Daha sonra mən zala çıxdım və “ya dərmanları qaytarın, ya da ödəniş edin” dedim. Şəxs isə “müdir ödəyəcək” dedi. Müdir Ramin də orada idi və məsələyə müdaxilə etdi. Daha sonra şəxs skamyada əyləşdi, dərmanları öz paketinə qoydu. Mən ona yenə də “ya dərmanları qaytarın, ya da ödəniş edin” dedim. Daha sonra əlində tutduğu bıçaq ilə aptekdə gəzirdi. Bıçağı çıxarması bu formada oldu ki, mən ona yaxınlaşdım, o isə paketindən bıçağı çıxardı.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən təqsirləndirilən şəxsə yaxınlaşdım, oturdu, daha sonra bıçağını çıxardı. Şəxs qalxıb getmək istəyirdi, lakin Ramin müdaxilə etdi və “ ödəniş etmədən hara gedirsiniz” dedi, o isə “siz niyə ödəmirsiniz” dedi. Şəxs paketi götürdüyü vaxt mən onun arxasında idim deyə tam görmürdüm, çevrildiyi zaman isə bıçaq artıq əlində idi. Mən çəkildim, şəxs üstümə gəlmədi. Yenə də həmin sözləri təkrar edirdi. Şəxsin polis ilə mübahisəsi olmadı. Şəxsi biz dilə tuturduq ki, getməsin. Paketi götürmək üçün oturdu. Qalxmaq istədikdə isə müdir müdaxilə etdi. Müdir gəldikdən sonra da “ödəmirəm, siz ödəyin” və s. deyirdi. Şəxs biz polisi çağırmaq istədiyimiz zaman “kimi istəyirsiniz çağırın, mən heç kimdən qorxmuram” və s. deyirdi. Biz polisi çağırdıq, şəxs gözlədi. Ramin və mən şəxsi danışdırırdıq, söhbəti uzatmasa idik, yəqin ki, gedəcəkdi. Şəxsin niyə belə etdiyini başa düşmək istəyirdik. Xahiş etsə idi, dərmanları verəcəkdik. Müdirlə danışarkən əlində bıçaq var idi. Müdir şəxsin əlində bıçaq olduğuna görə çox yaxınlaşmağa cəhd etmədi. Kənardan danışırdı. Şəxsə polisi çağırdığımızı bildirdik. Polis təxminən 10 dəqiqəyə gəldi. Polis gələnədək şəxs elə aptekdə oturmuşdu, bu vaxt ərzində şəxsə qarşı bizim tərəfdən heç bir zorakılıq hərəkəti olmadı. Bizə qarşı hədə-qorxu gəlmirdi. Müştəri az olan vaxt idi. Müştərilərdən hadisəni əvvəldən axıra qədər görən şəxs tam xatırlamıram. Ramin gələnədək getmək imkanı var idi, mən ondan uzaq məsəfədə dayanmışdım. Mənə qarşı zorakı hərəkətləri olmamışdır. Əlində olan əmlakı saxlamaq üçün “sizi öldürərəm, vuraram vəs.” demədi. Bıçaqla üstümüzə gəlib xəsarət yetirmək istəməmişdir, “yaxın gəlməyin vuraram” və.s deməmişdir. Şəxs “heç kimdən qorxmuram, istədiyim vaxt çıxaram və s.” deyirdi. Bıçağı nümayiş etdirirdi. X8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, şahid həmin ifadəsində göstərmişdir ki, 2023-cü ildən hal-hazıradək Qusar şəhəri, Qusar çayın sağ sahilində yerləşən “Zəfəran” aptekdə satıcı işləyir. 23 may 2025-ci il tarixdə, saat 12:30 radələrində işdə olan zaman əvvəllər tanımadığı adını sonradan bildiyi Quba rayon sakini Təqsirləndirilən şəxs müştəri kimi aptekə gəlib, ona resepti təqdim etmiş, o, isə həmin reseptdə olan ümumi dəyəri 22,98 manat 01 qutu Ketotifen 1 mg, 01 qutu akriderm maz,01 qutu İrtamikoz 100 mg, 3 qutu (list) kalsiy Glukonat 500 mg dərmanları paketə yığmış, Şabəddin kassaya yaxınlaşıb, dərmanları götürərək, divanda oturub, dərmanları çantasına qoyub, dərmanların pulunu aptek müdirin ödəyəcəyini bildirib, aptekdən çıxmaq istəmişdir. Bu zaman o, Şabəddinə yaxınlaşıb, sonuncudan dərmanların pulunu ödəməsini, ödəmədiyi təqdirdə isə dərmanları qaytarmasını tələb etmiş, Şabəddin çantasından 01 ədəd bıçaq çıxardaraq, ayağa durmuş və aqressiv şəkildə əlində bıçaqla onun üstünə gələrək, dərmanların pulunu ödəməyəcəyini bildirərək, onu qorxutmuşdur. Həmin vaxt aptekdə nəzarətçi işləyən Zərərçəkmiş şəxs1 dərhal onlara yaxınlaşıb, Şabəddini sakitləşdirmək istəyərək, sonuncudan dərmanların pulunu ödəməsini, ödəmədiyi təqdirdə isə dərmanları qaytarmasını tələb etmiş, Şabəddin isə Raminin aptek müdiri olduğunu güman edib, əlindəki bıçaqla aqresiv şəkildə Raminin üstünə gedib, xəsarət yetirməklə hədələyərək, heç kimsədən qorxmadığını və əvvəllər məhkum olunduğunu, qəti şəkildə nə dərmanların pulunu ödəyəcəyini, nə də dərmanları qaytaracağını bildirərək, əlindəki bıçağı ona və Raminə acıqca nümayiş etdirməklə onlara xəsarət yetirməklə hədə qorxu gəlmişdir. Bu zaman Ramin polis əməkdaşlarına zəng edib, məlumat vermiş, polis əməkdaşları aptekə gəlib, Şabəddin adlı şəxsi Qusar polis şöbəsinə aparmışlar.(İ cild i.v 87 – 88) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq bildirmişdir: “Mən çəkildiyim üçün şəxs mənim üzərimə gəlmədi. Təqsirləndirilən şəxsin “bıçaqla üstünə getmək” kimi hərəkəti olmamışdır. Diqqətimizdən yayınaraq getmək istəmirdi. Çeki də istəmişdi. Şikayətimiz yoxdur. İş üzrə qərarı məhkəmənin mülahizəsinə buraxıram. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir: “25 may tarixində, saat 13 radələrində bir şəxs aptekə daxil olaraq Rimaya yaxınlaşaraq resept təqdim etmişdir. Rima resept əsasında dərmanları paketə yığırdı. Həmin zaman təqsirləndirilən şəxs aptekin zalında müştərilər üçün nəzərdə tutulan divanda oturmuşdu və rus dilində danışırdı. Rima dərmanları paketə yığıb “gəlib götürə bilərsiz” dedi və şəxs yaxınlaşaraq ondan çeki istədi. Rima “pulu ödəməmiş çeki verə bilmərəm” dedi, lakin, şəxs “müdir ödəyəcək” dedi. Rimanın qabağında olan paketi götürdü və divanda oturaraq özünün qara paketinə qoydu və getmək istədi. Bu hadisələr zamanı onun əlində bıçaq görmədik. Rima zala keçib, ona yaxınlaşıb pulu və ya dərmanları tələb etdikdə şəxs bir əlində haradan çıxardığını görmədiyim bıçaq, bir əlində isə qara paketi ayağa qalxdı. Təqsirləndirilən şəxs ayağa qalxdıqda Rimaya yaxınlaşmamağını işarə etdim. Şəxs əli ilə məni göstərərək “pulu müdir ödəyəcək” deyirdi. Gördüm ki, şəxs aptekdən çıxmaq istəyir. Bu zaman mən yaxınlaşdım və “niyə problem yaradırsız?” dedim və mənə “siz ödəyəcəksiz” dedi. Mən şəxsi dilə tuturdum və əlində bıçaq olduğundan çox yaxınlaşmırdım. Şəxs “mən qorxmuram, polislə məni qorxuda bilmərsiz vəs.” dedi. Şəxs aptekdən çıxmaq istəyirdi. Mən isə “polisdən qorxmursan otur gözlə” dedim. Şəxs isə gözlədi, polislər gəldi. Həmin zaman bıçağı cibinə qoydu, polis gələnədək bıçaq əlində idi. Təqsirləndirilən şəxs artıq polislər gəldikdən sonra “bəlkə mənim imkanım yoxdu vəs.” dedi, mən isə “bayaqdan niyə belə danışmırsan” dedim. Daha sonra polislər şəxsi apardı, polislərlə heç bir mübahisəsi olmadı, polisləri gördükdən sonra danışıq tərzi dəyişdi.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Birinci bir polis serjantı gəldi, o xəbər verdi və qrup gəldi. Aptekdə 4 pəncərə fəaliyyət göstərir. Mən aptek balaca olduğundan prosesləri bütövlüklə müşahidə edə bilirəm. Şəxs dərmanları öz paketinə qoymaq üçün divanda oturdu və dərmanları yerbəyer etdi. Rima şəxsin dərmanları artıq öz paketinə qoyduğunu gördükdə yaxınlaşdı. Şəxs mənə zor tətbiq etmədi. Mən onu dilə tuturdum. Şəxs bıçağı bizə xəsarət yetirəcək formada hərəkət etdirmirdi. Sadəcə əlində bıçaq ilə danışırdı. Polisləri vuraram da deməmişdir. Şəxs tanımadığım şəxsdir, bıçaqla vura da bilərdi, vuran şəxs “vururam” deyib vurmur ki?” Şəxs ilkin olaraq mədəni formada danışırdı, daha sonrakı hərəkətlərini gözləmirdim. Müştərilərin arasında “çaxnaşma” olmadı. Şikayətimiz yoxdur. İş üzrə qərarı məhkəmənin mülahizəsinə buraxıram.” Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı arasında verdiyi ifadələr arasına ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadədən görünür ki, 2022-ci ildən hal-hazıradək “Zəfəran” apteklər şəbəkəsinin Quba və Qusar rayonları üzrə nəzarətçi vəzifəsində işləyir. 23 may 2025-ci il tarixdə, saat 12:30 radələrində işdə olan zaman əvvəllər tanımadığı adını sonradan bildiyi Quba rayon sakini Təqsirləndirilən şəxs müştəri kimi aptekə gəlib, aptekdə satıcı işləyəyn Rima Mərdanovaya resepti təqdim etmiş, sonuncu isə həmin reseptdə olan ümumi dəyəri 22,98 manat 01 qutu Ketotifen 1 mg, 01 qutu akriderm maz,01 qutu İrtamikoz 100 mg, 3 qutu (list) kalsiy Glukonat 500 mg dərmanları paketə yığmış, Şabəddin kassaya yaxınlaşıb, dərmanları götürərək, divanda oturub, dərmanları çantasına qoyub, dərmanların pulunu aptek müdirin ödəyəcəyini bildirib, aptekdən çıxmaq istəmişdir. Bu zaman Rima Mərdanova, Şabəddinə yaxınlaşıb, sonuncudan dərmanların pulunu ödəməsini, ödəmədiyi təqdirdə isə dərmanları qaytarmasını tələb etmiş, Şabəddin çantasından 01 ədəd bıçaq çıxardaraq, ayağa durmuş və aqressiv şəkildə əlində bıçaqla Rimanın üstünə gedərək, dərmanların pulunu ödəməyəcəyini bildirərək, onu qorqutmuşdur. Həmin vaxt o, dərhal onlara yaxınlaşıb, Şabəddini sakitləşdirmək istəyərək, sonuncudan dərmanların pulunu ödəməsini, ödəmədiyi təqdirdə isə dərmanları qaytarmasını tələb etmiş, Şabəddin isə onu aptek müdiri olduğunu güman edib, əlindəki bıçaqla aqressiv şəkildə onun üstünə gəlib, ona xəsarət yetirməklə hədələyərək, heç kimsədən qorxmadığını və əvvəllər məhkum olunduğunu, qəti şəkildə nə dərmanların pulunu ödəyəcəyini, nə də dərmanları qaytaracağını bildirərək, əlindəki bıçağı ona və Rimaya açıqca nümayiş etdirməklə onlara xəsarət yetirməklə hədə qorxu gəlmişdir. Bu zaman o, polis əməkdaşlarına zəng edib, məlumat vermiş, polis əməkdaşları aptekə gəlib, Şabəddin adlı şəxsi Qusar polis şöbəsinə aparmışlar.(0İ cild i.v 91 -92) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Traktorun sürücüsü mən idim. X15 yaxınlığında traktoru saxladım. Namikin maşınına əyləşdim və Xudata getdik. Gələndə isə traktoru tapa bilmədik, daha sonra polisə müraciət etdik. Bir qədər sonra traktorun tapıldığını dedilər.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir:” “Təqsirləndirilən şəxs hara getdiyimi soruşmuşdu, “burada saxlama, nə isə olar” deməmişdi. İbtidai istintaqa verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir: “Şəxs Rimaya təqdim etdiyi resept əsasında dərmanları götürsə də, dedi ki, “pulunu ödəmirəm”. Daha sonra oturdu, dərmanları paketinə qoydu. Rima pulu və ya dərmanları versin deyə ona yaxınlaşdı, Rima bunları bir neçə dəfə dedi. Şəxsin əlində bıçaq var idi. Ramin şəxsə yaxınlaşdı.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Şəxs “xəsarət yetirəcəm” deməmişdir. Əlində bıçaq ilə danışırdı. “Lazım gəlsə bu bıçaqdan istifadə edəcəm” demədi. Lakin “mən heç kimdən qorxmuram və s.” deyirdi. Polis gələnədək gedə bilərdi. Ramin müdaxilə etmədi, sadəcə aralarında danışıq oldu. Ramin şəxsə “getmə” dedi. “Mən heç kimdən qorxmuram” deyirdi. Ramin onunla əsəbi danışmırdı. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı arasında verdiyi ifadələr arasına ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur.(İ cild i.v 101 - 102 ) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq bildirmişdir: “Şəxs bıçaqla üzərilərinə getmədi. Bıçağı nümayiş etdirirdi” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “23 may tarixində təqsirləndirilən şəxs adi qaydada müştəri kimi Rimaya yaxınlaşıb resept təqdim etdi. Daha sonra şəxs çeki tələb etdi. Rima ona “ödənişi etmədən çeki verə bilmərəm” dedi, şəxs isə “müdir ödəyəcək” dedi. Şəxs ödənişi etmədən dərmanları çantanın içinə qoydu. Rima ona yaxınlaşdı, sonra müdir ona işarə etdi ki, çox yaxın getməsin. Şəxs bıçağı cibindən çıxarıb divanın üstünə qoydu, Rima ona yaxınlaşmadan artıq divanın üstünə qoymuşdu. Sonradan bıçağı əlinə götürdü, lakin, hədə-qorxu gəlmirdi. Biz ödənişi etmir deyə müdirə dedik. Müdir də ödənişi ödəsin deyə. çox üstünə getmədi Müdir yaxınlaşanda əlində bıçaq var idi.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Bıçaq sadəcə əlində idi, lakin, danışanda “heç kimdən qorxmuram, kimi çağırırsın çağırın” deyirdi. Ramin onunla danışdıqdan sonra dərhal polisə xəbər etmədi, biraz gözlədik, lakin şəxs ödənişi etmədi. Daha sonra polislərə xəbər verildi. Müdir ona təxminən 2 metr yaxınlaşmışdı. Şəxs getmək istəyirdi, müdir icazə vermədi getsin. Sonra şəxs oturub gözlədi. Müdir polisi çağırıram deyəndə şəxs “mən heç kimdən qorxmuram” dedi. Müdir Rimaya işarə etdi ki, özü şəxslə danışacaq. Ramin orada olmasa idi, biz də onu ödənişi etmədən getməyə qoymayacaqdıq. Aptekdə olan şəxslərə təhlükəli hərəkətlər etməmişdir. Bıçağı birinci mən gördüm, nə isə edə bilər deyə qorxdum, şəxs qorxudacaq bir hərəkət etmədi. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı arasında verdiyi ifadələr arasına ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur.(İ cild i.v 101 - 102 ) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq bildirmişdir: “Şəxs bıçaqla yaxınlaşaraq hədə-qorxu gəlmədi, lakin bıçaq əlində olmuşdur.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir: “Şəxs adi qaydada, müştəri kimi Rimaya resept təqdim etdi və Rima həmin dərmanları yığdı. Daha sonra şəxs çek tələb etdi, Rima isə ödənişi etdikdən sonra verə biləcəyini bildirdi. Şəxs “müdir ödəməlidir, onun pulu çoxdu vəs.” deyirdi. Daha sonra müdir ona yaxınlaşdı, şəxs öz paketindən bıçaq çıxardı. Şəxs bıçaqla hədə-qorxu gəlmədi, lakin, əlində bıçaqla danışırdı. Biz ona polis çağıracağımızı dedik və şəxs “mən heç kimdən qorxmuram, mən içəridə çox yatmışam və s.” deyirdi.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Bıçağı niyə çıxardığını bilmirəm. Əlində bıçaqla eyni tonda danışırdı, bıçaqla hədə-qorxu gəlmədi. Şəxs “heç yerə getmirəm, gözləyirəm, kim gəlirsə gəlsin, heç kimdən qorxmuram” deyirdi. Şəxs divanda oturdu, Rima yaxınlaşana qədər bıçağı çıxardı. Mən şəxsi bıçağı paketindən çıxardanda gördüm, divanın üstünə qoymağını görmədim. Aptekdə başqa müştərilər var idi. Müştərilər baş verənləri başa düşmədilər. Bıçağı görəndə mən də qorxu hissi yaranmamışdı. Şəxs bıçaqla hədə-qorxu gəlmirdi. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı arasında verdiyi ifadələr arasına ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. (İ cild i.v 99-100 ) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq bildirmişdir: “Şəxs bıçaqla Rimanın üstünə getmədi.” Cinayət işinin materiallarında olan: -17 may 2025-ci il tarixli “Raport”dan görünür ki, 17 may 2025-ci il tarixdə saat 18:21-də X19-oba kənd sakini X13 DİN-nin 102 xidməti zəng mərkəzinə ***-***-**-** saylı mobil telefondan zəng edərək, bu gün Qusar rayon köhnə postun yanında yol kənarında saxladığı MT 82 markalı Az 40 K 304 dövlət qeydiyyat nişanlı traktorunu aşkar etməməsi barədə məlumat vermişdir.( cild 01, iş vər. 04). -Məhkəmə ballistik ekspertizasının 16 iyul 2025-ci il tarixli 3/674 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kesici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir.(İcild i.v 128-130) -Ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 sentyabr 2025-ci il tarixli 3089 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni törətdiyi əməl barəsində ANLAQLİ hesab edilir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir.(İ cild i.v 195 – 198) -"xxxx"QSC-nin xx.xx.2025-ci il tarixli QS1/2-2025 nömrəli məktubdan görünür ki, 01 ədəd Ketotifen 1 mg dəyəri 0.95 manat, 01 ədəd Akriderm dəyəri 4.70 manat, 01 ədəd İrtamikoz 100 mg dəyəri 16.73 manat, 3 ədəd Kalsium qlükonat 500 mg (içlik) dəyəri 0,60 manat olmaqla, dərmanların ümumi dəyəri 22,98 manat təşkil edir.(İ cild i.v 117) -“Baxış keçirilməsi haqqında” 17 may 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 17 may 2025-ci il tarixdə saat 17:30 radələrində Qusar rayonu Urva oba kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus “MTZ 82” minik markalı 40-K-304 dövlət qeydiyyat nişanlı traktoru talama məqsədi olmadan ələ keçirib qaçırdığı yerin Qusar rayonu Lanqi kəndin ərazisində yolun kənarında olması öz təsdiqini tapmışdır. 17 may 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəl iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(İ cild i.v 5 – 8) -“Baxış keçirilməsi haqqında” 17 may 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə keçirilən zaman Təqsirləndirilən şəxs talama məqsədi olmadan ələ keçirib qaçırdığı “MTZ 82” minik markalı 40-K-304 dövlət qeydiyyat nişanlı traktorla birlikdə polis əməkdaşları tərəfindən saxlanıldığı yerin Quba rayonun Aşağı Atuc kəndin ərazisi olması öz təsdiqini tapmışdır. 17 may 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəl iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(İ cild i.v 9-14) -“Baxış keçirilməsi haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, Qusar RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə, saat 12:30 radələrində Qusar çayının sağ sahilində yerləşən “Zəfəran” aptekdən götürdüyü 01 qutu Ketotifen 1 mg, 01 qutu Akriderm maz, 01 qutu İrtamikoz 100 mg, 3 qutu (list) Kalsium qlükonat 500 mg dərmanları, həmçinin aptekdə silah qismində istifadə etdiyi 01 ədəd bıçağı təqdim etmişdir. 23 may 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəl iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(İ cild i.v 41 – 45) -“Baxış keçirilməsi haqqında” 03 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə saat 12:30 radələrində özü ilə gəzdirdiyi silah qismində istifadə etdiyi 01 ədəd bıçaqla quldurluq hadisəsi törətdiyi yerin Qusar şəhəri, Qusar çayının sağ sahilində yerləşən “Zəfəran” aptekin olması öz təsdiqini tapmışdır. 02 oktyabr 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəl iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(İ cild i.v 191 – 193) - “Sübutların qiymətləndirilməsi haqqında” 09 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, tİstintaq zamanı Təqsirləndirilən şəxs 23 may 2025- ci il tarixdə saat 12:30 radələrində Qusar şəhəri, Qusar çayının sağ sahilində yerləşən “Zəfəran” aptekdə özü ilə gəzdirdiyi silah qismində istifadə etdiyi 01 ədəd bıçaqla quldurluq hadisəsi törədən zaman həmin aptekdən götürdüyü 01 qutu Ketotifen 1 mg, dəyəri 4.70 manat olan 01 qutu Akriderm maz, dəyəri 16.73 manat olan 01 qutu İrtamikoz 100 mg, ümumi dəyəri 0,60 manat olan 3 qutu (list) Kalsium qlükonat 500 mg dərmanların iş üzrə maddi sübut kimi tanınmış, lakin həmin dərmanların gündəlik tələbatda istifadə olunduğu üçün Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs 17 may 2025- ci il tarixdə saat 17:30 radələrində Qusar rayonu Lanqi kəndin ərazisində yolun kənarında talama məqsədi olmadan ələ keçirib qaçırdığı Qusar rayonu Urva oba kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus “MTZ 82” minik markalı 40-K-304 dövlət qeydiyyat nişanlı traktorun iş üzrə maddi sübut kimi tanınmış, lakin həmin dərmanların gündəlik tələbatda istifadə olunduğu üçün Zərərçəkmiş şəxs3 qaytarılmışdır. Bundan əlavə cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə saat 12:30 radələrində Qusar şəhəri, Qusar çayının sağ sahilində yerləşən “Zəfəran” aptekdə quldurluq hadisəsi zamanı istifadə etdiyi və 23 may 2025-ci il tarixdə Qusar RPŞ-nin inzibati binasında Şabəddin İmaquliyevdən aşkar edilərərk götürülmüş götürülmüş 01 ədəd mətbəx bıçağı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağına təhvil verilmişdir.( cild 01, iş vər. 205-215). -03 oktyabr 2025-ci il tarixli "xxxx" QSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-ə dəymiş 22,98 manat maddi ziyanı tamamilə ödənilmiş, "xxxx" QSC-nin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, onu bağışlamışlar. (cild 01, iş vər. 194). -Arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Xucbala kəndində qeydiyyatdadır və onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 185- 186). -Tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Tomsk Vilayət Məhkəməsinin xx.xx.1984-cü il tarixli hökmü ilə RSFSR CM-in 249A, 259A, 40-cı maddələri (köhnə redaksiya) ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Yasamal RPİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 29, 117.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində istintaq edilən ********* saylı cinayət işinin icraatına xitam verilmiş, Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CPM-nin 43 və Azərbaycan respublikası CM-nin 73.2ci maddələrinə əsasən barəsində istintaq edilən ********* nömrəli materiala icraatına xitam verilmiş, Qusar rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 3000 manat cərimə cəzasına məhkum edilmiş, Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Qusar rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası 02 il müddətə islah işləri cəzası ilə əvəz edilmiş, AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (cild 01, iş vər. 67-69). Məhkəmə kollegiyasının iclasında dindirilən Zərərçəkmiş şəxs3 CM-in 185.1-ci maddəsi ilə bağlı epizod ilə əlaqədar verdiyi ifadəsindən görünür ki, o traktorun mülkiyyətçisidir. traktora ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs sadəcə 20 km yol qət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından görünür ki, Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CPM-nin 43 və Azərbaycan respublikası CM-nin 73.2-ci maddələrinə əsasən barəsində istintaq edilən ********* nömrəli materiala icraatına xitam verilmişdir. CM-in 72-ci maddəsinin qeyd hissəsində qeyd olunmuşdur ki, şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi şəxsə zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə norması bir dəfə tətbiq olunmuşdur. Ona görə də ikinci dəfə həmin normanın tətbiqinə yol verilmir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq cinayət hadisəsinin baş verməsi ilə bağlı, habelə həmin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı gəldiyi qənaətlə razılaşsa da, ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs qarşı CM-nin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinə əsasən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın quldurluq cinayətini ehtiva edir. Həmin cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxsin CM-nin 181.2.5-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi təsdiq olunsun. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmçinin silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncər və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-nin 181.2.5-ci madəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, 23 may 2025-ci il tarixdə, saat 12:30 radələrində isə Qusar çayının sağ sahilində yerləşən “Zəfəran” aptekə daxil olub, resept əsasında dəyəri 0.95 manat olan 01 qutu Ketotifen 1 mg, dəyəri 4.70 manat olan 01 qutu Akriderm maz, dəyəri 16.73 manat olan 01 qutu İrtamikoz 100 mg, ümumi dəyəri 0,60 manat olan 3 qutu (list) Kalsium qlükonat 500 mg dərmanları alıb, pulu vermədən aptekdən çıxmaq istəyərkən həmin aptekdə satıcı işləyən X12 və nəzarətçi işləyən Zərərçəkmiş şəxs1 Mayıl oğlu ondan dərmanların pulunu ödəməsini tələb edən zaman o, özü ilə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla onların üstünə gedərək onların həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək "xxxx" QSC-nə məxsus ümumi dəyəri 22,98 manat olan dərmanları ələ keçirməklə quldurluq etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs özü ilə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla onların üstünə gedərək onların həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək "xxxx" QSC-nə məxsus ümumi dəyəri 22,98 manat olan dərmanları ələ keçirməklə quldurluq etməsi qənaətinə gələrək təqsirləndirilən şəxsin əməlini CM-nin 181.2.5-ci maddəsi ilə tövsif etsə də, silahdan istifadə etməsinin konkret nədən ibarət olduğunu, qeyd olunan bıçaqdan istifadə edilməsinin özünü nədə büruzə konkretləşdirərək ittiham aktında əks etdirməmiş, yəni gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, hazırkı işdə məhkəmə istintaqı nəticəsində müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sadəcə silah tətbiq etmə görüntüsü yaratmış, bıçağı çıxarmaqda məqsədi heç də zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək olmamış, bıçağı sadəcə nümayiş etdirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən X12 ifadəsində “Mən çəkildim, şəxs üstümə gəlmədi, bizə qarşı hədə-qorxu gəlmirdi, mənə qarşı zorakı hərəkətləri olmamışdır, əlində olan əmlakı saxlamaq üçün “sizi öldürərəm, vuraram və s.” demədi? təqsirləndirilən şəxsin “bıçaqla üstünə getmək” kimi hərəkəti olmamışdır”; zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 “şəxs bıçağı bizə xəsarət yetirəcək formada hərəkət etdirmirdi. Sadəcə əlində bıçaq ilə danışırdı. “Polisləri vuraram” da deməmiş, nəticədə müştərilərin arasında “çaxnaşma” yaranmamışdır.” şahid qismində dindirilən Şahid3 “Şəxs “xəsarət yetirəcəm” deməmişdir. Əlində bıçaq ilə danışırdı. “Lazım gəlsə bu bıçaqdan istifadə edəcəm” demədi, Şəxs bıçaqla zərərçəkmiş şəxslərin üzərilərinə getmədi. Bıçağı nümayiş etdirirdi” şahid qismində dindirilən Şahid2 “bıçağı əlinə götürdü, lakin hədə-qorxu gəlmirdi. Şəxs bıçaqla yaxınlaşaraq hədə-qorxu gəlmədi, lakin bıçaq əlində olmuşdur” şahid qismində dindirilən Şahid4 “Şəxs bıçaqla Rimanın üstünə getmədi. Bıçağı niyə çıxardığını bilmirəm. Əlində bıçaqla eyni tonda danışırdı, bıçaqla hədə-qorxu gəlmədi. Bıçağı görəndə mən də qorxu hissi yaranmamışdı. Şəxs bıçaqla hədə-qorxu gəlmirdi” deyə bildirmişdir. Hüquqi nəzəriyyədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməlin, silah və ya silah qismində istifadə olunan əşyaların tətbiq edilməsi o halda quldurluğun ağırlaşdırıcı tərkib əlaməti o halda sayılır ki, cinayət törətmiş şəxs onların köməyi ilə əmlakın ələ keçirilməsi üçün zərərçəkmiş şəxsin həyatı və sağlamlığına təhlükəli olan zor tətbiq edir, yaxud belə zorakılığın tətbiqi ilə hədələyir. Zərərçəkmiş şəxslərin ifadələrindən də görünür ki, şəxs sadəcə əlində bıçağı nümayişkaranə şəkildə göstərmiş, zərərçəkmiş şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirməmiş və ümumiyyətlə, təqsirləndirilən şəxsin xəsarət yetirmək niyyəti olmamışdır ki, zərərçəkmiş şəxs və şahidlər də bu faktı təsdiqləyir. Lakin nədənsə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən quldurluq əməli kimi qiymətləndirmişdir. Bundan başqa məhkəmə kollegiyası hüquqi nəzəriyyəni, məhkəmə təcrübəsini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, belə olan halda şəxsin hərəkətləri heç bir ağırlaşdırıcı hal olmadan quldurluq əməli kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, bu cür yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi yuxarıda adı çəkilən qərarda sərgilədiyi hüquqi mövqe və yaratdığı məhkəmə təcrübəsi ilə də uyğunluq təşkil edir. (Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı) Beləliklə, qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 181.1 və 185.1-ci maddələri maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir və ona görə də, onun əməli CM-nin 181.2.5-ci maddəsindən həmin Məcəllənin 181.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin təqsirli bilindiyi müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslər və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamaı verdikləri ifadələr arasındakı ziddiyyətlərlə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı bilavasitə hadisə baş verərkən onlar orada olduğundan onların hadisənin həyəcanından ziddiyyətli ifadə verməkləri anlaşılandır, həmçinin onların məhkəmə istintaq zamanı verdiyi ifadələr bir-biri ilə və iş materialları ilə üst-üstə düşdüyündən həmin ifadələr mötəbər sübut kimi qiymətləndirilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayətin ağır həyat şəraiti nəticəsində törədilməsini CM-nin 59.1.5-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən; yaşayış yeri üzrə müsbət səciyyələnməsini, üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyinin olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi eyni Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 60.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin dördə üçündən artıq olmayan həddə cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən çoxsaylı cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin quldurluq edərək ələ keçirmək istədiyi əmlakın sağlamlığı üçün lazım olan dərman vasitələri olması və onun maddi imkanı qənaətbəxş olmamasına görə əmlakın dəyərini ödəyə bilməməsi, hazırda ona qarşı zərərçəkmiş şəxslərdən heç birinin şikayət və tələbin olmamasını, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini də nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qərarı ilə əvvəli 23 avqust 2025-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild İ cild i.v 119-120; 142; 164-169) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli 23 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Qusar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Şabəddin İmaquliyevdən aşkar edilərək götürülmüş götürülmüş 01 ədəd mətbəx bıçağı məhv edilməlidir. İş üzrə 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası, 185.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Qusar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Şabəddin İmaquliyevdən aşkar edilərək götürülmüş götürülmüş 01 ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar