Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-478/2024 14.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi M.Abbasov küçəsi ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kopleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Fərhan adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub sonuncunun satdığı külli miqdarda narkotik vasitələrin şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə çatdırılması xidmətini həyata keçirərək bununla bağlı satış məqsədilə külli miqdarda narkotik vasitə olan heroini, eləcə də psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla Şamaxı rayonu ərazisində daşımış, 25 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 112-ci kilometrliyində, Şamaxı rayonu Həmyəli kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Qayalı” marketinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 17:05-dən başlayaraq rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərinə “Kent” yazısı yazılmış siqaret qutusunda satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 78,831 (yetmiş səkkiz tam mində səkkiz yüz otuz bir) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,025 (sıfır tam mində iyirmi beş) qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ittihamda göstərilən şəxs İran vətəndaşı deyildir. Polis İdarəsinin öz işçisi olmuşdur. O, narkotik vasitələrdən istifadə etmişdir. Orada on qram narkotik olmuşdur. Satış məqsədi olmamışdır. Üzərində 78 qram yox 10 qram narkotik olmuşdur. Onun narkotiki götürməklə bağlı danışdığı şəxslə arasında on qramlıq narkotiklə əlaqədar razılıq olmuşdur. O götürməyə gedəndə 78 qramlıq narkotiki götürmüşdür. O, narkotik götürəcəyi şəxsə pul göndərməmişdir. O həmin narkotiki pulsuz götürmüşdür. Özünün istifadəsi üçün götürmüşdür. Ona narkotiki götürməyə imkan verməmişlər. Narkotiki götürən kimi polis əməkdaşları gəlmişlər. İranlı mesajda ona narkotikin çəkisinin çox olmasını bildirməmişdir. Ona polisə aparılan zaman zor tədbiq olunmuşdur. Polislər onu döymüşlər. O bu barədə heç kimə bildirməmişdir. Kiməsə bildirməyə şərait olmamışdır. Hakim qarşısına çıxarılan zaman da imkanı olmamışdır. O kiməsə narkotik satmamışdır. Polislər tərəfindən ona təsir və təzyiq olmuşdur. Ona ifadəyə qol çəkməsi ilə bağlı təzyiq etmişlər. Onun bədənində xəsarəti olmamışdır. O, özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi təqsirli bilmişdir. İstintaq zamanı satışla məşğul olmadığını bildirmişdir. Onun 18 manat pul vermək niyyəti olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında tanımadığı şəxslə "Whatsapp” vasitəsi ilə əlaqə saxlamış və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən parka psixotrop maddə qoymuş olduğunu ona demişdir. Bundan sonra o, onun qeyd etmiş olduğu əraziyə gedərək “sobranie” yazılan siqaret qutusunu götürüb açaraq baxdıqda az miqdarda gümüşü falqaya bükülmüş metamfetaminə oxşar kütlə olduğunu görmüş və cibinə qoymuşdur. Daha sonra isə “Whatsapp” vasitəsilə İran vətəndaşı ona zəng vurmuşdur. Danışıq zamanı həmin şəxs ona Şamaxı rayonu ərasizində siqaret qutusunda 10 qram heroinin olduğunu və gedib onu götürməyini bildirmişdir. Sonra isə o, Şamaxinka deyilən əraziyə yaxınlaşıb tanımadığı taksi vasitəsilə Şamaxı rayonuna gəlmiş və yenidən “Whatsapp” vasitəsi ilə İran vətəndaşı ilə əlaqə saxlamışdır. O, isə ona həmin yerin Şamaxı rayonu ərazisində yerləşən “Qayalı” marketin yaxınlığı olduğunu bildirmiş və ona narkotik vasitənin qoyulmuş yerin foto şəkilini atmışdır. Həmin tarixdə, yəni 25 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində həmin yerə yaxınlaşmış, siqaret qutusunu götürüb yaxınlıqda olan yolun kənarına çıxan zaman yolun yaxınlığında ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona demişlər, lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində axtarış aparmışlar. Həmin vaxtı əyinində olan qara rəngli şalvarın sağ yan cibindən üzərindən “Sobrania” yazılmış bir ədəd siqaretin içərisində gümüşü rəngli falqaya bükülmüş büküm aşkar edildikdən sonra açılmış və həmin bükümün içərisinə baxıldıqda, içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur, Əlavə olaraq sağ yan cibindən bir ədəd üzərinə “Kent” yazısı yazılmış siqaret qutusunun içərisində isə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuş və sol yan cibindən isə 20 manat pul, bir ədəd “Redmi Note 8” markalı mobil telefon aşkar olunub götürülmüşdür. Üzərində aşkar olunmuş, ’’Sobrania” yazılmış siqaret qutusunda olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki kütlə psixotrop maddə olan metamfetamin və “Kent” yazısı yazılmış siqaret qutusunun içərisində isə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroindir, üzümə məxsusdur. Götrülmüş büküm “Digital Skale” markalı elektron tərəzi ilə çəkilmiş metafetanin 0.0 qram, heroin isə 79.1 qram gəlmiş və kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroini üzərində gəzdirməkdə məqsədi istifadə etmək olmuşdur. Başqa heç bir məqsədi olmamışdır. Onu da qeyd etmişdir ki, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin atdığı ünvanda narkotik olduğunu dedikdən sonra o, Şamaxı rayonuna gəlmişdir. Onu Bakı şəhərindən Şamaxı rayonuna gətirən taksi sürücüsü Şahid1 onun Şamaxı rayonundan narkotik vasitəni götürməyindən heç bir məlumatı olmamışdır. Fərhan adlı İran vətəndaşının qoyduğu yerdən narkotik vasitəni istifadə edib yoxlamaq üçün götürdüyünü, əgər xoşuna gəlsəydi bir daha götürəcəkdi. O, həmin narkotik vasitəni Fərhan adlı İran vətəndaşından 18 manata birinci dəfəsi üçün alacağını bildirmişdir. Lakin ilk dəfə ona pul vermək fikri yox idi, çünki usta işləyib pul qazanıb pulunu verəcəkdi. O, həmin Fərhan adlı İran vətəndaşını əvvələr tanımadığını göstərmişdir. Həmin narkotik vasitənin 10 qram olduğunu bilmiş, artıq göstərilən ünvana çatdıqdan sonra götürdüyü narkotik vasitənin 78,831 qram olduğu məlum olmuşdur. O, “Whatsapp” sosial əlaqə vasitəsində də həmin Fərhan adlı İran vətəndaşının ona narkotik vasitəni satmaqda şərtinin birlikdə iş qurub işləmək və həmin narkotik vasitini satmaq olduğunu, lakin onun özü ucuz olduğu üçün həmin narkotik vasitəni almışdır ki, özü istifadə etsin, satışını həyata keçirtməsin. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində 9-cu MKR-nunda idarə etdiyi “Volkswagen Passat” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştərini düşürən zaman yeni sifariş gəldiyini görmüş və sifarişə baxan zaman Biləcəri qəsbəsindən Şamaxı rayonuna gediş-gəlişin olduğunu görmüş və qəbul etmişdir. Sonra isə Biləcəri qəsəbəsinə getmiş və sifariş verən sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə görüşmüş və o, avtomobilə əyləşib Şamaxı rayonuna gedəcəyini və bir nəfərlə görüşüb geri qayıdacağını bildirmişdir. O, gediş-gəliş haqqı olaraq 55 manat pul verəcəyini bildirmişdir. Həmin tarixdə o, Təqsirləndirilən şəxsla birlikdə Şamaxı şəhərinə gəldiyini və Təqsirləndirilən şəxs Şamaxı şəhərinin giriş hissəsində “Qayalı” market yaxınlığında saxlamağını və bir nəfər şəxsin olduğunu onunla görüşüb gələcəyini demişdir. O, özünün avtomobili “Qayalı” marketin yaxınlığında saxladığını, Hasilin isə avtomobildən düşüb ondan uzaqlaşdığını bildirmişdir. O, idarə etdiyi avtomobilin yanında dayandığını, bir necə dəqiqə sonra isə ona polis əməkdaşlarının yaxınlaşaraq gətirdiyi şəxsin qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirdiklərini və onu da rayon polis şöbəsinə dəvət etdiklərini bildirmişdir. Şamaxı rayon polis şöbəsində onun üzərinə və avtomobilinə baxış keçrilmiş, nə onun özünün üzərində nə də avtomobilində hər hansı bir qanunsuz narkotik vasitə və ya əşya aşkar olunmamışdır. O, Təqsirləndirilən şəxs Şamaxı şəhərinə hansı məqsədlə gəlməsini bilmədiyini, özünün isə taksi kimi Təqsirləndirilən şəxs sifarişi əsasında 55 manat alaraq sonuncunu Şamaxı şəhərinə gətirdiyini bildirmişdir. O, özünün heç bir zaman narkotik vastələrdən istifadə etmədiyini göstərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində olması və qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 25 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən “Qayalı” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini təqdim edərək üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin və psixotrop maddənin olmadığını bildirmişdir. Həmin vaxt onlar onu Şamaxı RPŞ-nə dəvət etdikdə o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən üzərində “Sobrania” yazılmış bir ədəd siqaretin içərisində gümüşü rəngli falqaya bükülmüş büküm və əlavə olaraq sağ yan cibindən bir ədəd üzərinə “Kent” yazısı yazılmış siqaret qutusu aşkar olunmuşdur. “Sobrania” yazılmış bir ədəd siqaretin içərisində gümüşü rəngli falqaya bükülmüş büküm açılaraq içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetaminə oxşar kütlə, “Kent” yazısı yazılmış siqaret qutusu açılaraq içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitə və psixotrop maddə baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilimiş oğlu Şahid4, Şahid2 eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid3, şahidlər Şahid2 və Şahid4 ifadələrinə uyğun ifadə verməklə onların göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Şamaxı Rayon Polis İdarəsinə xx.xx.1991-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlamasında və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs və Sumqayıt şəhəri, X8 ev B-1143 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş videogörüntülərin əks olunduğu diskdən görünür ki, Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd üzərinə “Kent” yazısı yazılmış siqaret qutusunda satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 78,831 (yetmiş səkkiz tam mində səkkiz yüz otuz bir) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və “Sabranıa” yazılmış siqaret qutusunun içindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,025 (sıfır tam mində iyirmi beş) qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Mobil telefona baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “REDMİ NOTE-8” markalı mobil telefona cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi üçün baxış keçirilmişdir. Həmin telefonun göy rəngli olması, “smartfon” funksiyalı, iki simkart tipli, sensorlu (ekrana toxunuşla işləyən) mobil telefon olması müəyyən edildi. Mobil telefon işə salınaraq funksiyalarına baxıldıqda, zənglər siyahısında müxtəlif vaxtlarda və saatlarda müxtəlif nömrələrlə ilə adi qaydada danışıqlar və buraxılmış zənglər müəyyən edildi. “WhatsApp” proqram vasitəsinə baxış zamanı isə müxtəlif nömrələrlə, yəni dostları və qohumları ilə yazışması, həmçinin +**********38 nömrəsi ilə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə yazışması, həmçinin həmin nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə “WhatsApp” proqram vasitəsi ilə İran ləhçəsinə oxşar səslə səs yazmalar göndərilmişdir. Həmin görüntülərə baxış keçirilərkən görünür ki, “+**********38" saylı nömrə qeyd edilmiş nömrə ilə yazılı və səsli danışıqlarda aşağıdakılar yazılmışdır: «19 sentyabr 2023: “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı ”: 'Salam necəsən hacı, yaxçısan, üzürü saye səs atıram, irannıyame sən nömrən qabax məndə varidi, setden çıxmışdım biraz başıma iş gəlmişdi, təzə setə gəlmişəm, dedim görüm nağarısız işdirsiz gənə, işdə-gücdəsiz. "Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Salam necəsüz axşamız xeyir olsun, ev işindəsən deyəsən təmir aparırsan nağarırsan nə iş görürsən dedim görüm tema işində gənə varsan ya artıq işdəmirsən, narahat olma e tanışıq biz, haçansa isdəmisik. “Hasil”: Həə qaqaş valla mən işdiyirəm iştəməyinəəəə, bir nəfər var oynan işdiyirəm, səən adun nədir qardaş, aduyu deyə bilərsənnn. 'Şəxsiyyəti istintaqa məfum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Fərhan. məəm adım Fərhandı başuva dolanım. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Dedim görüm işdəməy istəsən qulluğundayam da yanı. “Hasif”: Həə qul sahibi ola qardaşım, qul sahibi ol, necədən verəcəysən qardaşuva, daşıda torpağıda. "Hasil”: ***-***-**-**. "Hasil”: Bidənə bu nömrəyə bax gör bu uşaq səynən işdiyiiib, birdə səynən işdiyənlərdən Bakı uşaqların Azərbaycanlı uşaqların nömrələrini bidənə atda mənə. "Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Səən başuva dönərəm qardaşı mən elə bil başıma iş gəlmişdi, 3 aya yaxın idi tutulmuşdumda, ona görə indi malda çatıbdı çoxdur, malda çoxdu, aşağı verəcəm, allaha and olsun iyirmi beşdən aşağı vermirəm, səə on səkkizdən verəcəm birinci dəfə işdiyək, baxarsan mala baxarsan ondan sora razılığın olsa məndə deyim pulu vurarsan. 'Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: AA bir az nömrə atmaq pisdida səən nömrənidiə olara atmıram ki, olarınkın səə atam çox adam işdiyibe hələm uçunnən dördünnən işdiyirəm, bu gündə mal atmışam götürüblər, buda bu nömrədəki setdə yoxdu, bu nömrəyə zəng elədim setdə dö. 25 sentyabr 2023: ‘Şəxsiyyəti istintaqa mə/um olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı ”: Buraxılmış zəng. "Hasil”: ƏƏƏ salam qaqaş necəsən, nə var nə yox, zəng eləmisənə atam məə . ‘Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: on qram gül atım get götdə baba. "Hasil”: Həə qaqaş at problem yoxdu at, məə başuva dönərəm heç olmasa hərəsindən bir ikidənə bidənə ikidənə üş dənə atardunda baxardım. "Hasil”: ƏƏƏ qaqaş səən canuvu yeyərəm mən birdən gedərəm ora bax burdan rayona gedirəm aa iki saatdığ iki ssat yarımlığ məəm yolum var birdən gedərəm başqa söbət olar eliyər ya atmazsan firradarsan eliyərsən qaqaş sora düz gəlməriydəəə. "Hasil”: Səən issirsən bidənə at konumu rahattaşım da arxayın olum da qağaş, onsuzda bunu atacaqsan də məə düz döör at bidənə rahattaşımda. "Hasil”: Baba. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı ”: Baba mənim gözüm üstə qurban olum səə bu nə sözdü baba mən heç kimi o qı birin nə fırradara nə itə verrəm nə qurda verrəm bu nə sözdü mən heç səən xana valdan yoxdu məncə ailəvi deyəsən uşağın yoxdu mən nə üçün özü qarğış tökdürrəm anamı dədəmi söydürəm nəyə görə problemi yoxdu qurban olum qoy həylə ünvan deyim qoydursun ünvan yolluyum sənə başuva dönüm bidağa döz. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Baba aylən and olsun anamın canına dedim deyir tək on dəğa dözginən bi yaxçı yerə qoyum deyir şəkil salım konumun atım götürsün. “Hasil”: ƏƏƏ yaxşı qağaş yaxşı ‘Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Oldu qurban olum arxayınlığıynan çıxdı heylə konumuyda şəkiliydə yolluram. “Hasil”: Həəəə canın yeyərəm heşnə gözdirəmdə atam bidənə atsın naxadi çıxım canıvu yeyərəm. ‘Şəxsiyyəti istintaqa məlumolmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı ”: Konum. “Şəxsiyyəti istintaqa məfum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: 4 ədəd fotoşəkil. ‘Şəxsiyyəti istintaqa məlum olmayan Özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Bu da səən konumun şəkilin baba qurban olum çıx. “Hasil”: Həəəə baba başuva dönərəm allah canıvı sağ eləsin yaxşı baba bidənə indi maşın çağırdım dostum gəlir yanma gəlsin çıxıram. 'Şəxsivvəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Ok. ‘Şəxsiyyəti istintaqa məfum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Av qaqa məə dersən konum şəkili atginan səndə deyəsən telefonnu söndürürsən bu nə işdi. ‘Şəxsiyyəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Buraxılmış zəng. ‘Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Baba. ‘Şəxsiyyətiistintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: ?. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Buraxılmış zənglər. ‘Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: ‘Şəxsiyyəti istintaqa məlum olmayan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Buraxılmış zənglər. 'Şəxsiyyəti istintaqa məfum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Oldu baba sənə qurban olum allah rast gəlsin tez tez ele bir az tez çat. “Şəxsiyyəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Buraxılmış video zəng. “Şəxsiyyəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Buraxılmış zəng. “Şəxsiyyəti istintaqa məfum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Qaqa vallah şəkilin tapmadı şəkilin tapıb ataram. ‘Şəxsiyyəti istintaqa məfum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Sən arxayın ole başuva dönüm gerginən götürginən - daha sonra fonda olan mahnı səsindən nə dediyi aydın eşidilmir. “Hasil”: Aaa yoxe görmədin yoldiyam sən mən səən kəlmövə inandım qaqaş bildim ə səndə məən kəlməmə inanda narahat olma. “Şəxsiyyəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: noldo. ‘Şəxsiyyəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: .. “Şəxsiyyəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Buraxılmış zəng. ‘Şəxsiyyəti istintaqa məfum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı ”:.. “Şəxsiyyəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Aloo. “Şəxsiyyəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Buraxılmış videozəng. ‘Şəxsiyyəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Av baba yekə oğlansan axı niyə adboy verirsən götürürsən bu cür elirsəndəəə, “Şəxsiyyəti istintaqa məlum oimavan özünü Fərhan kimi təqdim edən İİR vətəndaşı”: Buraxılmış zəng», kimi danışıqlar müəyyən edilmişdir. Məhkəmə kimyəvi ekspertizasının 26 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/5084 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 78,831 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,025 qram ag rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6533 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator kompleks məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2816 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır, hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Aparılmış ekesperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması, ümumilikdə adaptiv və ünsiyyətçi olmaqla, emosional-irad sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fiziolofi affekt halında olmamış, təlqinə qapanmağa, özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmadı. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus olduğu göstərilən ***-***-**-** saylı mobil telefon nömrəsindən bir çox mobil nömrələrə zəng olunsa da həmin nömrələrə zəng çatmamışdır, bəziləri isə istintaq bölməsinə gəlməkdən imtina etmişlər, səbəbini isə Təqsirləndirilən şəxs tanımadıqları olmuşdur. Baxış zamanı əldə edilmiş SMS-lərin siyahısında iş üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. Həmçinin keçirilən baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan «**********68» mobil nömrəsinə aid “Yer dəyişdirmə” adlı fayl açıldıqda içərisində səhifələr və anten dairələri müəyyən edilmiş, sonuncu olaraq xx.xx.2023-cü il tarixli anten dairələrinə baxış keçirən zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus telefonunda anten dairələri müxtəlif ünvanlarda əks edilmişdir: Həmin anten məlumatlarında Təqsirləndirilən şəxs xx.xx.2023-cü İl tarixdə saat 16 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində olmağı öz əksini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.1991-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, orta təhsilli, subay, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metanfetaminə və nakotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs nakotik vasitələrdən istifadə etsədə həmin vasitələrin satışı məğul olmadığını bildirsədə telefonunda aşkar edilmiş məlumatlar bunun əksini göstərir. Həmçinin ondan aşkar olunmuş heroinin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıqdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən ( müəyyən olunmamışdır) və ağırlaşdıran ( müəyyən olunmamışdır) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmiş ümumi qalıq çəkisi 78,731 (yetmiş səkkiz tam mində yeddi yüz otuz bir) qram narkotik vasitə heroin və qalıq çəkisi 0,015 (sıfır tam mində on beş) qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmiş ümumi qalıq çəkisi 78,731 (yetmiş səkkiz tam mində yeddi yüz otuz bir) qram narkotik vasitə heroin və qalıq çəkisi 0,015 (sıfır tam mində on beş) qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-478/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-478/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver