Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-479/2024 14.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Rüstəm Əliyev küçəsi 11/7-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Fitnes SPA” mərkəzinin arxasında yerləşən kafedə yeyib içdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində ona məxsus “Craysler” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili usta kimi keyfiyyətsiz təmir etdiyinə görə Zərərçəkmiş şəxs zəng edib telefonda kobud formada iradını bildirdikdə aralarında bu zəmində yaranmış mübahisə zamanı bir-birini söyüb təhqir etmiş, sonuncu aralarında yaranmış mübahisəni həll etmək üçün avtomobili ilə onun olduğu “Fitnes Spa” mərkəzinin qarşısına gəlib mübahisəni davam etdirərək avtomobilində gəzdirdiyi taxta parçası ilə onun sağ böyrünə bir dəfə qəsdən vurub ona döş qəfəsin sağ yarısının qançırı kimi sağlamlığına zərər vurmayan bədən xəsarəti və həmin taxta parçası ilə Şahid3 bel nahiyəsinə iki dəfə qəsdən vurduqdan sonra, Təqsirləndirilən şəxs yerə düşmüş həmin taxta parçasını götürərək xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək ətrafdakılara nümayişkəranə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd Zərərçəkmiş şəxs başının sol hissəsinə bir dəfə qəsdən vuraraq ona qapalı kəllə beyin travması, baş beyinin sol gicgah payının hemorragik əzilməsi, sol gicgah payı nahiyəsində subaraxnoidal qansızma, lövhəvari subdural hematoması, sol gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol almacıq qövsünün sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, zərərçəkmiş şəxs onun avtomobilini düzəldirmiş. Aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ustadır. Mübahisə avtomobilin düzəldilməsi ilə bağlı yaranmışdır. Avtomobilinin bəzi detalları oğurlanmış və ona görə avtomobilin bəzi detalları düzəlməmişdir. O əvvəlcə avtomobilini götürmüş və zərərçəkmiş şəxsə zəng edib aralarında olan haqq-hesabın yekunlaşması üçün görüşə çağırmışdır. Aralarında mübahisə yaranmışdır. O hissə-hissə zərərçəkmiş şəxsə pul vermişdir. Eyni zamanda avtomobilin bəzi detallarını alaraq zərərçəkmiş şəxsə vermişdir. Avtomobilin düzəldilməsi iki il müddətində baş vermişdir. Nə qədər pul verdiyini xatırlamamışdır. Birinci dəfə beş yüz manat vermişdir. Daha sonra 150 manat pul vermişdir. Ondan əlavə detallar almışdır. Avtomobili düzəlmədiyi üçün o, avtomobilini başqa ustanın yanına aparmışdır. Ondan sonra zərərçəkmiş şəxsə zəng etmişdir. Zərərçəkmiş şəxs onunla danışanda səsi yüksəkdən gəlirmiş. Eyni zamanda özü də bir az içkili olmuşdur. Aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ondan harada olduğunu soruşmuşdur. O da cavab olaraq uzaqda olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onlara getmək istəyəndə qonşu ona zəng etmişdir. Zərərçəkmiş şəxslə danışmış və olduğu yeri ona söyləmişdir. Onun gəlməyi ilə aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxsin oğlanları onları ayırmışdır. Zərərçəkmiş şəxs avtomobildən taxtanı götürüb onu vurmuşdur. Ondan sonra da o, zərərçəkmiş şəxsi vurmuşdur. Birinci taxta parçasını zərərçəkmiş şəxs götürmüşdür. Taxta ilə onun sol tərəfindən vurmuşdur. O da zərərçəkmiş şəxsi vurmuşdur. Həmin taxta ilə vuranda taxta onun əlindən yerə düşmüşdür. Hadisə yerində özü tək onu vurmuşdur. Digər şəxslər onları ayırmışdır. Digər şəxslər Orxan, Qadir və zərərçəkmiş şəxsin oğlanları olmuşdur. Hadisə Fitness zalının qarşısında baş vermişdir. Başqa adamlar olmamışdır. Mübahisədən sonra digər şəxslər əraziyə gəlmişlər. O az miqdarda içki qəbul etmişdir. Hadisədən bir saat qabaq içmişdir. Avtomobilin düzəlməməsi ilə bağlı aralarında danışıq olmuş və o ucadan danışmışdır. Daha sonra zərərçəkmiş şəxs onunla ucadan danışmışdır. Aralarında söyüşlü dialoq yaranmışdır. Telefonla danışıqdan sonra zərərçəkmiş şəxs yanına gəlmişdir. O, hadisədən sonra ekspertizadan keçməmişdir. Daha sonra müstəntiq onu ekspertizaya aparmışdır. Zərərçəkmiş şəxs də hadisə ilə bağlı məsuliyyətə cəlb olunmuşdur. Şəxsin barəsində məhkəmə gedir. Onlar bir-birilərindən şikayət etməmişlər. Zərərçəkmiş şəxslə aralarında barışıq vardır. İki şəxs onları ayıranda itələşmə olmuş və zərərçəkmiş şəxs yıxılmışdır. Zərərçəkmiş şəxs onun oğlanlarını vurduğunu zənn etmişdir. Taxta ilə Orxanı vuranda taxta əlindən yerə düşmüşdür. Həmçinin Orxan da onları ayırmışdır. Orxan onunla birgə gəlmişdir. O həmin an taxta zərərçəkmiş şəxsin harasına dəyəcəyini fikirləşməmişdir. O zərərçəkmişi qəsdən vurmamışdır. Taxta zərbəsi zərərçəkmişin baş nayihəsinə dəymişdir. Onu o dərəcə möhkəm vurmağa onun gücü olmamışdır. Zərərçəkmiş şəxs həmin anda yerdə olmuşdur. Mən də fikirləşirdim ki, ayırım onları. Taxta zərbələri onun özünə də dəymişdir. O da həmin anda yerə yıxılmışdır. O zərərçəkmiş şəxslə savaşmışdır. Orada başqa şəxs olmamışdır. O içki qəbul etdikdən sonra onları olduğu yerə dəvət etməmişdir. Onlar telefonda danışmış və onun yerini soruşmuşdur. O həmin an yerini içki içdiyinə görə deməmişdir. O dava düşərsə içkili olduğuna görə günahkar olacağını düşünmüşdür. O, davanın böyüməsini istəməmişdir. Sonradan dəfələrlə ona zəng olunmuş və o, telefona cavab verməmişdir. Ondan sonra qonşusu İlkin ona zəng edərək zərərçəkmiş şəxsin onun evini axtardığını söyləmişdir. O İlkindən telefonu zərərçəkmiş şəxsə verməsini istəmişdir. Ondan sonra o, olduğu yeri məcbur qalıb demişdir. Onlar onun olduğu yerə gəlmişlər. Onlar ora gəldikdən sonra zərərçəkmiş şəxs ondan avtomobilə oturmasını istəmişdir. Ondan sonra aralarında mübahisə düşmüşdür. Onların onun olduğu yerə gəlmək istədiklərini öyrəndikdən sonra 11 dəfə 102 xidmətinə zəng etmişdir. O polisə onlar arasında baş verə biləcək mübahisənin qarşısını alması üçün zəng etmişdir. Hadisə yerinə həmin vaxt heç kim gəlməmişdir. Hadisədən sonra gecə saat üçə kimi hadisə yerində polisləri gözləmişdir. Zərərçəkmiş şəxs ona avtomobilə oturmağı təklif etmiş və o isə qəbul etməmişdir. Ondan sonra zərərçəkmiş şəxs onu vurmuşdur. O birinci onu əllə vurmuşdur. Zərərçəkmiş şəxs ona yumruq atmış və o yerə yıxılmışdır. Daha sonra zərərçəkmiş şəxs avtomobilinə tərəf getmiş və avtomobilindən taxta parçasını götürmüşdür. Taxta ilə onun sol böyrünə zərbə vurmuşdur. O ayağa duranda taxta parçası zərərçəkmişin əlindən düşmüşdür. Taxta ilə Orxanı vurandan sonra taxtanı götürmüşdür. Onu vurmaqda məqsədi özünü müdafiə etmək olmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxsi avtomobilə əyləşdirmişdir. Ondan sonra avtomobillə çıxıb getmişlər. O da hadisə yerində hüquq mühafizə orqanlarına zəng edərək onların gəlməsini gözləmişdir. O, Həmzə adlı təhqiqatçı ilə danışmış və ona belə bir hadisə baş verdiyini, hadisə yerinə gəlməklərini xahiş etmişdir. Təhqiqatçı ona hazırda başqa yerdə olduğunu və hadisə yerinə gələ bilmədiyini bildirdikdən sonra o da hadisə yerindən çıxıb getmişdir. O, 102 xidmətinə zəng etmişdir. Hadisədən sonra yenidən onlara zəng edərək belə bir hadisənin artıq baş verdiyini bildirmişdir. Onlar ilk zəng zamanı, yəni hadisə baş verməzdən əvvəl gəlməmişlər. Hadisə baş verdikdən sonra gecə vaxtı təhqiqatçı zəng etmişdir. Bu zaman o təhqiqatçının ilk zəngində hadisə yerindən uzaqlaşdığı üçün ora yenidən gedə bilməyəcəyini bildirmiş, təhqiqatçının sonrakı zəngində isə sabah polis idarəsinə gələ biləcəyini söyləmişdir. Abşeron rayon Polis İdarəsində təhqiqatçı Həmzənin yanına getmişdir. Videogörüntüdə də hadisənin baş vermə anı vardır. Onun köhnə avtomobili vardır. Zərərçəkmiş şəxs avtomobil ustasıdır və avtomobili düzəldirmiş. Avtomobili düzəltməsi üçün hadisədən iki il qabaq ona vermişdir. İş başlamadan öncə onunla qiymət danışmışdır. Hadisənin kökündə avtomobilinin düzəlməməsi dayanmışdır. Zərərçəkmiş şəxs ona avtomobilinin bir həftə və ya on gün ərzində düzələcəyini bildirmişdir. İki il ərzində düzəlməməsində səbəb isə zərərçəkmiş şəxsin səhlənkarlığı olmuşdur. Pulu qabaqcadan vermişdir. Sexdə avtomobil detallarının bir hissəsi oğurlanmışdır. Bunlara görə də mübahisə uzanmışdır. Birinci zərərçəkmiş şəxsə o, zəng etmiş və ondan pulunu geri istəmişdir. O, avtomobilinin düzəlməsi üçün 2850 manat xərc çəkmişdir. 900 manatı usta pulu kimi vermişdir. Yerdə qalan pulu detallar üçün vermişdir. Yekun olaraq onun avtomobili düzəlməmişdir. Onun uşaqlarının 16-17 yaşları vardır. Ən balaca uşağının 10 yaşı vardır. Aprel ayının 15-i yoldaşından ayrılmışdır. Həmin vaxtı ailəsində problem olmamışdır. Yoldaşından qısqanclıq səbəbindən boşanmışdır. Həmin görüntüdəkilər onlar olmuşdur. Hadisə orada baş vermişdir. Orxanı yerdə olanda vurmuşlar. Həmin avtomobil videogörüntüdə görünən avtomobil olmuşdur. Orada ona təpik vurmuşlar. O həmin vaxtı nə baş verəcəyini anlamamışdır. O, zərərçəkmiş şəxsi vurmaq istəməmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi üzrə ittihamla özünü təqsirli bilməsə də, ona qarşı verilmiş ittiham aşağıdakı sübutlarla təsdiq olundu. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, təqsirləndirilən şəxslə avtomobilin motorunun düzəlməsi barədə danışmışdır. Avtomobili Amerika istehsalı olduğuna görə avtomobilinin ehtiyyat hissələri gec tapılmışdır. Onun avtomobilinin düzəldilməsi üçün pulu yığmışlar. Öz yerində yer olmadığına görə avtomobilin ehtiyyat hissələrini qonşu obyektə yığmışdır. Özü rayonda olanda oranın süpürgəçisi orada olan dəmirlərin hər birini yığaraq dəmiryığana satmışdır. Satılan detalı tapmaq üçün neçə dəfə bir yerdə Sumqayıt şəhərinə və Yasamal rayonuna getmişlər. Təqsirləndirilən şəxs ona Sumqayıt şəhərində usta olduğunu və həmin ustanın avtomobili düzəldə biləcəyini bildirmişdir. Həmin ərəfələrdə avtomobilin şüşəsi açıq qalmış və içərisinə pişik girmişdir. Həmin vaxtı onların avtomobilyuma məntəqəsi düzgün işləməmişdir. O, təqsirlənidirlən şəxsə maşını həmin usataya aprmasını söyləmiş və ondan sonra avtomobilin nə problemi olacaqsa onu özünün həll edəcəyini bildirmişdir. O, oğluyla evə gedirmiş. Təqsirləndirilən şəxs ona zəng etmişdir. O, telefona cavab verməmişdir. O, təqsirləndirilən şəxsin içkili olarkən danışıq qabiliyyətinin olmadığını, lakin içkili olmayan halda çox yaxşı insan olduğunu bildirmişdir. O, oğluna telefonu açmasını və onun nə dediyinə qulaq asmasını tapşırmışdır. Sonra telefonda onu söydüyünü eşitmişdir. O da ona öz iradını bildirmişdir. Daha sonra o təqsirləndirilən şəxsin qonşusu olan İlkinə zəng etmişdir. Onun İlkini yığmasında məqsəd təqsirləndirilən şəxsin hörmət etdiyi hansısa bir şəxsi tapmaq və dərdini ona izah etmək olmuşdur. İlkin onlara təqsirləndirilən şəxsin ailəsində problemlərin olduğunu və orada yaşamadığını bildirmişdir. Təqsirləndirilən şəxs onlara zəng edərək olduğu yerdə qalmasını və ora gələcəyini bildirdikdən sonra onlar təqsirləndirilən şəxsi yarım saat gözləmişlər. Təqsirləndirilən şəxs gəlməmişdir. O, təqsirləndirilən şəxsə zəng etmiş, amma o, telefonu götürməmişdir. O, oğluyla birlikdə təqsirləndirilən şəxsin evinə getməyi qərara almışdır. Onlar evə gedərkən yolda 3-4 nəfər adamın dayandığını görmüşlər. Avtomobildən düşdükdən sonra onunla mübahisə etməyə başlamışdır. O, təqsirləndirilən şəxsə avtomobilə əyləşməyi təklif etmişdir. Onu avtomobilə əyləşdirmək istəməsində məqsəd məsələni aydınlaşdırmaq və onu nə üçün söydüyünü öyrənmək olmuşdur. O avtomobilin 1000 manat xərci olmuşdur. Təqsirləndirilən şəxs isə ona beş yüz manat pul vermişdir. O, detallara 800 manat pul verilmədiyini bildirmiş və o öz cibindən 1200 manat xərc çəkmişdir. O, təqsirləndirilən şəxsi taxta ilə vurmamışdır. Təqsirləndirilən şəxs yerə yıxılan zaman və o da yerə yıxılmışdır. O, təqsirləndirilən şəxsdən aralanan zaman oğlunun yerə yıxıldığını görmüşdür. Oğlu yerə yıxılmış və Təqsirləndirilən şəxs də onun üstünə yıxılmışdır. O həmin an avtomobilinə qaçaraq oturcağın altına qoyduğu taxta parçasını götürmüş və təqsirləndirilən şəxsin bel nayihəsindən vurmuşdur. O, təqsirləndirilən şəxsi vuran zaman təqsirləndirilən şəxs onun oğlunu vurmadığını bildirmişdir. O, avtomobilə əyləşən anda arxadan vurulmuşdur. Oğlanları onu Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs onu baş nahiyəsindən vurmuşdur. O, xəstəxanadan 1 saylı şəhər Klinik Xəstəxanasına aparılmışdır. 1 saylı şəhər Klinik Xəstəxanasında onu yoxlayaraq başından əməliyyat olunmalı olduğunu bildirmişlər. O heç kimə hadisə ilə bağlı məlumat verməmişdir. Polislər izahat almaq üçün xəstəxanaya gəlmişlər. 15 gün xəstəxanada yatmışdır. Xəstəxanadan çıxdıqdan sonra təqsirləndirilən şəxslə görüşmüş və onunla düşmənçiliyinin olmadığını ona bildirmişdir. Taxtanı götürüb gələndə təqsirləndirilən şəxs oğlunun üstünə yıxılmışdır. O, Samiri vurmamışdır. Oğlunun üstünə yıxılanı taxta ilə iki dəfə vurmuşdur. Ondan sonra taxtanı qırağa atmışdır. Oğlunu yerdən qaldırıb avtomobilə oturan zaman taxta ilə arxadan vurulmuşdur. Onun Orxanla da düşmənçiliyi olmamışdır. Hətta Orxanın kim olduğunu tanımamışdır. Samir zənglərə cavab verməmişdir. İlkin adlı qonşusu vasitəsi ilə onunla əlaqə saxlamışlar. İlkindən şəxsin evin soruşmuşlar. İlkinlə onun evinin arasında təxminən 50 metrdən də az məsafə vardır. İlkin Samirin ailəsi ilə problemləri olduğunu və Samirin ailəsi ilə birlikdə yaşamadığını söyləmişdir. Ondan sonra İlkin təqsirləndirilən şəxsə zəng edərək onun evinin yerinin soruşulduğunu ona bildirmişdir. Həmin an təqsirləndirilən şəxs ona olduğu yeri demişdir. Onlar deyilən yerə gedən zaman onun avtobus dayanacağında olduğunu görmüşlər. O, mehribançılıqdan təqsirləndirilən şəxsdən yaşca böyük olan bir yaxını ilə danışmaq istəmişdir. Onlar həmin yerə detalları təhvil vermişlər. Həmin yerin sahibi oranı işlətməsi üçün başqa bir şəxsə vermişdir. Hal-hazırda həmin yer boşdur. Ora təmizləməyə fəhlə gəlmişdir. Həmin fəhlə detalları aliminium olduğuna görə dəmirçiyə satmışdır. Həmin ərəfədə onun atası rəhmətə getmiş və o, bununla bağlı bir ay rayonda olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, atası və qardaşı servisdə avtomobil ustasıdırlar. Təqsirləndirilən şəxsi oradan tanımışdır. Təqsirləndirilən şəxsin avtomobilini atası düzəldirmiş. Avtomobilin elektrik hissəsində problem olmuşdur. Ondan sonra avtomobil başqa ustanın yanına aparılmışdır. Təxminən bir ay sonra atasına təqsirləndirilən şəxs zəng etmiş və avtomobili düzgün yığmadıqlarını bildirmişdir. Hadisə günü işdən çıxıb evə gedəndə təqsirləndirilən şəxs yenə atasına zəng etmişdir. Atası həmin an onun zəngini açmamışdır. İkinci dəfə təqsirləndirilən şəxs atasına zəng edəndə atası telefonu açmışdır. Təqsirləndirilən şəxs içkili olmuşdur. O, atasının danışığından təqsirəndirilən şəxsin söyüşlə danışdığını hiss etmişdir. Onların servisinin arxasında təqsirləndirilən şəxsin həyət evi vardır. Onlar təqsirləndirilən şəxsin evinə gedərək və onun hörmət etdiyi bir şəxs tapmaq fikrində olmuşlar. İlkin onlara təqsirləndirilən şəxsin ailəsində problemlərin olduğunu və boşanma ərəfəsində olduğunu bildirmişdir. İlkinin telefonu ilə təqsirləndirilən şəxslə əlaqə saxlamışlar. Samir onların olduqları yerə gələcəyini söyləmişdir. Onlar da servisin girişində çöldə Samiri gözləmişlər. 20 dəqiqə gözlədikdən sonra Samir gəlməmişdir. Samirin olduğu yer onların yolunun üstü olmuşdur. Atası ilə Samir əlbəyaxa olmuşlar. Samirin yanında dostları da olmuşdur. Onları bir-birilərindən uzaqlaşdıranda orada adamlar olmuşdur. Hadisənin çox detalları onun yadında qalmamışdır. Qardaşı onları aralayanda yerə yıxılmışdır. Atası da oğlunun döyüldüyünü zənn etmişdir. Atası avtomobilində olan taxtasını gətirərək Samirlə onun dostunu vurmuşdur. Onlar qardaşını yerdən qaldırdıqdan sonra Samir onun atasının başına taxta ilə vurmuşdur. Onlar birinci atasını Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Ordan da atasını 1 saylı şəhər Klinik Xəstəxanasına aparmışlar. Samirin onun atasını taxta parçası ilə vurmasını gözləri ilə görmüşdür. Davada atasının əlindən taxta yerə düşmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, onlar işdən çıxmışlar. Hadisələr təsadüfi axında baş vermişdir. Samir onun atasına zəng etmişdir. Sonra onu yığmış və o, telefona cavab vermişdir. O, telefonu açan kimi təqsirləndirilən şəxs söyüş söyməyə başlamışdır. Yazılan söyüşləri o biri telefonda saxlamışdır. Onlar Samirin evini maraqlanmışlar. Onların məqsədi Samirin ailəsi və ya hörmət etdiyi bir şəxslə əlaqə saxlamaq və Samiri sakit saxlamaları barədə onlarla danışmaq olmuşdur. Onlar təqsirləndirilən şəxsin içki qəbul etdiyini bilmişlər. Onların servisinin arxası məhəllə olmuşdur. Onların qarşısına İlkin çıxmış və təqsirləndirilən şəxsin evini ondan soruşmuşlar. İlkin təqsirləndirilən şəxsin evlərində problem olduğunu onlara bildirmişdir. Hadisənin baş verdiyi yerdə onlar Samirlə rastlaşmışlar. Avtomobildən aşağı düşəndə atası Samirə söyüşləri yığışdırmasını söyləmiş və problemi gündüz həll etməyi məsləhət görmüşdür. Onlar təqsirləndirilən şəxslə atasını bir-birilərindən uzaqlaşdırmağa çalışmışlar. Təqsirəndirilən şəxslə atası arasında itələşmək olmuşdur. Samirin yanında dostları da olmuşdur və onlar da içkili vəziyyətdə olmuşlar. Avtomobildə matorun altına onlar taxta qoymuşlar. Onun atası təqsirləndirilən şəxsin onu vurduğunu zənn etmiş, ona görə də avtomobildən taxta gətirmişdir. Atasının əlindən taxta yerə düşmüşdür. O, atası ilə gedəndə Samir arxadan atasını vurmuşdur. Onlar təqsirləndirilən şəxsin evdə olmadığını bilmişlər. Evlərinə getməkdə məqsədləri onun atası ilə danışmaq olmuşdur. Təqsirləndirilən şəxs onlara olduğu yeri bildirməmişdir. Təqsirləndirilən şəxs onların qarşısına çıxmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Onlar yemək yeyirmişlər. Axşam tərəfi saat səkkiz və ya doqquz arası imiş. Təqsirləndirilən şəxs çölə çıxıb telefonla danışmışdır. Onlar da içərdə oturmuşlar. Onlar çölə çıxanda kənardan şəxslər gəlmişlər. O həmin şəxslərə bu məsələ haqqında sabahı gün danışmağı məsləhət görmüşdür. Gələn şəxslər isə təkid etmişlər. Şəxslər bir-biriləri ilə mübahisə etmişlər. O, mübahisə edən tərəfləri ayırmışdır. O kimin kimi vurduğunu görməmişdir. O, şəxslərin yerə yıxıldığını görmüşdür. Təqsirlənirilən şəxsin zərərçəkmiş şəxsi vurmağını görməmişdir. Daha sonra onlar avtomobilə minərək getmişlər. O, istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, üç nəfər olmuşlar. Təqsirləndirilən şəxs tez-tez zəng gəlirmiş. Çölə çıxaraq iki və ya üç dəfə telefonla danışmışdır. O, Samirdən nə məsələ olduğunu soruşanda Samir ona onun arxasınca gələnlərin olduğunu bildirmişdir. Onlar kafedən çıxanda ağ avtomobildən üç nəfər düşərək onların üzərlərinə doğru gəlmişlər. Samiri götürüb aparmaq istəmişlər. Samiri aparmaq istəyəndə onlar buna icazə verməmişlər. İki nəfər Orxanın üstünə hücum etmişdir. Bir nəfər də Təqsirləndirilən şəxs üstünə hücum etmişdir. O, Orxanı ayırmaq istəyəndə həmin şəxs Təqsirləndirilən şəxs vurmuşdur. Samir yerə yıxılmış və o, Samiri yerdən qaldırmaq istəmişdir. Hadisədən sonra onları yola salmışlar. Samirin orada kimisə vurmağını görməmişdir. Səhəri gün ona zəng edərək Əsgəri vurduğunu söyləmişdir. Təqsirləndirilən şəxs tez-tez zəng gəlmişdir. Samir onlara avtomobil ustası ilə danışdığını bildirmişdir. Həmin şəxs Samirə söyüş söymüşdür. O, 102 xidmətinə zəng olunana qədər orda olmuşdur. Təqsirləndirilən şəxs çox içki içən biri olmamışdır. O, istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 897 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyinin sol gicgah payının hemorragik əzilməsi, sol gicgah payı nahiyəsində subaraxnoidal qansızma, lövhəvan subdural hematoma, sol gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol almacıq qövsünün sınığı - bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə küt əşya ilə endirilmiş zərbənin əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1267 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarət – döş qəfəsinini sağ yarısının qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən taxta parçası ilə vurulma nəticəsində yarana bilər. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi üzrə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Fitnes Spa” mərkəzinin qarşısında quraşdırılmış video müşahidə kamerasının videoçəkiliş görüntüləri köçürülmüş xx.xx.2023-cü il tarixli, bir ədəd ağ rəngli üzərində “BİNGO DVD-R” yazısı olan DVD formatlı diskə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan DVD diskindəki videogörüntü xx.xx.2023-cü il tarixdə saat 20:25:26 dəqiqədən 20:26:58 dəqiqəni əhatə edir, videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, küçədə dayanmış üç nəfər kişi cinsindən olan şəxslərin yanında ağ rəngli minik avtomobili dayanır və həmin minik avtomobilindən düşən üç nəfər kişi cinsli şəxslərdən bir nəfər orta yaşlı şəxs dayanmış üç nəfər şəxsdən bir nəfərini əli ilə vurmağa başlayır. Bu zaman yanlarında olan şəxslər onları aralaşdırmağa çalışır və həmin orta yaşlı şəxs avtomobilə qaçıb sürücü əyləşdiyi yerdən qapını açıb salondan taxta parçası götürür və orada yerə yıxılmış bir nəfər şəxsin üstündə oturmuş şəxsin bel nahiyəsinə iki dəfə taxta parçası ilə vurur. Bundan sonra yerdən qalxan şəxs yerdən götürdüyü taxta parçası ilə ağ rəngli avtomobildə gələn şəxsin baş nahiyəsinə bir dəfə vurur və həmin şəxs zərbədən yerə yıxılır. Görüntüdə üç nəfər şəxsin yerdə yıxılmış vəziyətdə olduğu görünür. Diskə baxışda iştirak etmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə “Fitnes Spa” mərkəzinin qarşısında dayanmış üç nəfər şəxsdən bir nəfəri o özüdür, digər iki nəfər tanışları Şahid3 və Şahid4dur. Ağ rəngli avtomobildən düşən üç nəfər şəxsdən bir nəfəri avtomobil ustası Əsgər və iki nəfər onun oğlanları Elşad və Rəşaddır. Əsgər onu yumruqla vurub itələyir və o, yerə yıxılmışdır. Bundan sonra Əsgər avtomobilinə qaçıb taxta parçası götürmüş və Şahid3 bel nahiyəsinə vurmuşdur. Bundan sonra o yerdən qalxmış və Əsgərin əlindən yerə düşmüş taxta parçasını götürmüş və bir dəfə Əsgərin baş nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən Əsgər yerə yıxılmışdır. Əsgər onu vurduğu üçün həmçinin o da yerə yıxılmışdır. Görüntüdə yerə yıxılmış vəziyyətdə olan şəxs isə Şahid3dir. Bundan sonra Elşad, Rəşad və o, Əsgəri avtomobilə əyləşdirmişlər və onlar çıxıb getmişlər. xx.xx.2023-cü il tarixli, 8i-2816 qeydiyyat nömrəli barışıq haqqında ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və onunla bağlı gələcəkdə heç bir iddiası və şikayəti olmayacaqdır. xx.xx.2023-cü il tarixli, 8i-2815 qeydiyyat nömrəli barışıq haqqında ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və onunla bağlı gələcəkdə heç bir iddiası və şikayəti olmayacaqdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələrinin Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə AR CM-nin 242-ci maddəsinin “A” bəndi ilə (köhnə redaksiya) ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cu il tarixli “Amnistiya Qərarı”nın 3-cü maddənin 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 1/2 qədər azaldılıb, 01 il 11 ay 02 gün cəza saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab olunmuş və əməlində cinayətin residivi yoxdur. Şübhəli şəxsin tutulması haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsin heç bir təqsiri olmaması əsası ilə cinayət işi üzrə icraata xitam verilməsi barədə mövqeyinə və əməlin tövsifinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, müdafiə tərəfi təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan əməli özünü müdafiə etmək məqsədilə törətdiyini əsas gətirmişdir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin qeyd olunan mövqeyi təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və cinayət işinin materiallarına əlavə edilmiş video görüntülərə əsasən təkzib edilmişdir. Belə ki, həm təqsirləndirilən şəxs, həm zərəçəkmiş şəxs, həm də video görüntülərdən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə xəsarəti yerdən taxta parçasını götürərək xəsarət yetirmişdir. Yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirdiyi vəziyyətdə onun özünü müdafiəsini zəruri edən hal olmamışdır. Çünki təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirdiyi anda ona qarşı heç kəs zor tətbiq etməmiş və həmin anda zərərçəkmiş şəxsin təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətləri artıq başa çatmışdır. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamı araşdırarkən qeyd edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin tövsifinə qiymət vermədən öncə bir məsələyə də diqqət edərək bildirir ki, təqsirləndirilən şəxs əslində zərərçəkmiş şəxsi təhqir etmədiyini göstərir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır . Çünki araşdırılan işin halları göstərir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı tamamlaya bilmədiyi bir öhdəliyi vardır. Belə vəziyyətdə zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs axtarması 2 səbəb ola bilər. Birinci öz öhdəliyini yerinə yetirib təqsirləndirilən şəxsin avomobilini təmir edib ona qaytarmaq. Belə bir hal cinayət işinin materiallarına əsasən müəyyən edilməmişdir. İkinci hal isə zərərçəkmiş şəxsin ona qarşı törətdiyi hərəkətlər. Hansı ki, zərərçəkmiş şəxs və onun övladlarının ifadələrinə əsasən öz təsdiqini tapır. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs hər dəfə təqsirləndirilən Təqsirləndirilən şəxs içki qəbul etdikdən sonra onu təhqir etdiyini bildirir. Hadisə baş verən gün təqsirləndirilən şəxsin içkili olması onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Ona görə də məhkəmə bu hissədə zərərçəkmiş şəxsin ifadəsini doğru və səmimi verilmiş ifadə kimi qəbul edir. Beləliklə, cinayət işinin materiallarına əlavə edilmiş video görüntüdən və ümumilikdə dindirilmiş şəxslərin bildirdiklərindən müəyyən olunur ki, hazırki iş üzrə birinci zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə zor tətbiq etmiş və təqsirləndirilən şəxsin olduğu yerə gələrək mübahisə yaratmışdır. Lakin cinayət işini araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında avtomobilin təmiri ilə əlaqədar 2 il əvvədən yaranmış narazıçılıq vardır. Qeyd edilən problemlə əlaqədar dindirilən şəxslərin ifadələrini qiymətləndirib belə qənaətə gəlmək olur ki, zərəçəkmiş şəxs hər nə qədər səbəblər göstərmiş olsa da nəticə etibarilə təqsirləndirilən Təqsirləndirilən şəxs avtomobilini təmir edib ona qaytarmamışdır. Bu da təqsirləndirilən Təqsirləndirilən şəxs haqlı narazıçılığına səbəb olmuşdur. Lakin təqsirləndirilən şəxs qeyd olunan məsələ ilə əlaqədar müvafiq hüquq mühafizə orqanlarına müraciət edib Azərbaycan Respublikasının qanunvericiliyi tənzimlənən hüquq müstəvisində yaranmış problemi həll etmək əvəzinə dəfələrlə zərərçəkmiş şəxsə zəng vuraraq ona qarşı nalayiq ifadələr işlətməklə yaranmış problemi qabartmışdır. Məhkəmə qeyd edir ki, hadisə baş verən gündə təqsirləndirilən Təqsirləndirilən şəxs növbəti dəfə dostları ilə spirtli içki qəbul edərək zərərçəkmiş şəxsi telefonla təhqir etmişdir. Bu hərəkəti ilə təqsirləndirilən Təqsirləndirilən şəxs öz xırda xuliqanlıq hərəkətini zərərçəkmiş şəxsə qarşı davam etdirmiş və bu vəziyyətdən bezən zərərçəkmiş şəxsi onunla məsələni aydınlaşdırmağa sövq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs səhvini bəhanə gətirərək hər dəfə içkili vəziyyətdə zərərçəkmiş şəxsi təhqir etməklə, əvvəlcə xırda xuliqanlıq hərəkətləri ilə zərərçəkmiş şəxsi mübahisəyə sövq etmiş və nəticədə xuliqanlıq niyyətilə zərərçəkmişə ağır xəsarət yetirmişdir. “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin icmalında” qeyd edilmişdir ki, “şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir”. Araşdırılan iş üzrə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin heç bir qanuni yola əl atmadan zərəçəkmiş şəxsə qarşı sərgilədiyi davranış ağlabatan deyildir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə;- altı ildən onbir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altma vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək tutulduğu 02(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altma vermə» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli cəzasını çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, və o məhkəmə zalından dərhal həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd ağ rəngli üzərində “BİNGO DVD- R” yazısı olan DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmaldır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək tutulduğu 02(iki) gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanaraq üzərində 05 (beş) il 11 (on bir) ay 28( iyirmi səkkiz )gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o,məhkəmə zalından dərhal həbs edilsin. Cinayət işi üzrə maddi sübut olan bir ədəd ağ rəngli üzərində “BİNGO DVD-R” yazısı olan DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-479/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-479/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver