Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-48/2022 21.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquq varisi- X15, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri- Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və X4, Müdafiəçilər- Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbyacan Respublikası Vəkillər Kollegiyasının üzvü, 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbyacan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 2 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx.xx.1997-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış, hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 X2 saxlanılan X8 xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 03 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, meyvə-tərəvəz ticarəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə qəsdən adam öldürmüşdür. Belə ki, o, dayısı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs olan 1100 manat borcunu qaytarmaqdan yaxa qurtarmasından ötrü sonuncunu tamah məqsədilə qəsdən öldürmək üçün Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs qonaqlıq təşkil edərək spirtli içki qəbul etdikdən sonra yaşadığı fərdi yaşayış evini kirayə götürməkdən ötrü evə baxmaq adı ilə həmin evə aparıb orada öldürmək barədə əvvəlcədən plan qurmaqla 18 dekabr 2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs ilə sonuncunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən ofisində Təqsirləndirilən şəxs2la birlikdə qonaqlıq təşkil edərək yemək yeyib spirtli içki qəbul etdikdən sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs evini kirayə götürmək istədiyini bildirib evi göstərməsini xahiş etdiyi üçün saat 23 radələrində sonuncunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən 137 nömrəli fərdi yaşayış evinə getmiş, Təqsirləndirilən şəxs2 kənar şəxslərin evə gəlməsinə nəzarət etmək üçün giriş qapısının qarşısında dayanmış, Zərərçəkmiş şəxs giriş qapısından evə daxil olub otaqları göstərərkən arxadan sol əli ilə sonuncunun boğaz nahiyəsindən tutub Təqsirləndirilən şəxs2 əvvəlcədən ona verdiyi və üzərində gizlətdiyi istintaqla müəyyən olunmayan sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq sonuncuya sağlamlığa az ağır zərərvurmaya aid olan sol İİİ qabırğanın sınığı, sağlamlığa ağır zərərvurmaya aid olan sol İİ qabırğanın zədələnməsi ilə müşayiət olunan boşluğa keçən deşilmiş-kəsilmiş yara xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, daha sonra sonuncunun meyitini Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun qara rəngli “Opel Astra” markalı, “**-CN-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X32 küçəsi ilə Qara Qarayev küçələrinin kəsişməsində yerləşən 19 saylı orta məktəbin zirzəmisinə aparıb ataraq cinayətin gizlədilməsi məqsədi ilə Təqsirləndirilən şəxs2 qabaqcadan alıb avtomobilə qoyduğu benzinlə meyiti yandırmış, bundan sonra Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən ofisinə gedərək ofisdən müxtəlif şəxslərin Zərərçəkmiş şəxs olan borclarının qeyd olunduğu dəftərçələri götürüb yenidən 19 saylı orta məktəbin zirzəmisinə qayıdıb meyitin üzərinə atmaqla yandırmış, bununla da Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə qəsdən adam öldürmüşdür. Belə ki, o, Zərərçəkmiş şəxs olan 1100 manat borcunu qaytarmaqdan yaxa qurtarmaqdan ötrü sonuncunu tamah məqsədilə qəsdən öldürmək üçün bacısı oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs qonaqlıq verərək spirtli içki qəbul etdikdən sonra yaşadığı fərdi yaşayış evini kirayə götürməkdən ötrü evə baxmaq adı ilə həmin evə aparıb orada öldürmək barədə əvvəlcədən plan qurmaqla 18 dekabr 2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs ilə sonuncunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən ofisində Təqsirləndirilən şəxs1la birlikdə qonaqlıq təşkil edib yemək yedikdən sonra Zərərçəkmiş şəxs evini kirayə götürmək istədiyini bildirib evi göstərməsini xahiş etdiyi üçün saat 23 radələrində sonuncunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən 137 nömrəli fərdi yaşayış evinə getmiş, kənar şəxslərin evə gəlməsinə nəzarət etmək üçün giriş qapısının qarşısında dayanmış, Zərərçəkmiş şəxs giriş qapısından evə daxil olub otaqları göstərərkən Təqsirləndirilən şəxs1 arxadan sol əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub onun əvvəlcədən Təqsirləndirilən şəxs1 verdiyi və sonuncunun üzərində gizlətdiyi istintaqla müəyyən olunmayan sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq sonuncuya sağlamlığa az ağır zərərvurmaya aid olan sol İİİ qabırğanın sınığı, sağlamlığa ağır zərərvurmaya aid olan sol İİ qabırğanın zədələnməsi ilə müşayiət olunan boşluğa keçən deşilmiş-kəsilmiş yara xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, daha sonra Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs meyitini qara rəngli “Opel Astra” markalı “**-CN-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X32 küçəsi ilə Qara Qarayev küçələrinin kəsişməsində yerləşən 19 saylı orta məktəbin zirzəmisinə aparıb ataraq cinayətin gizləilməsi məqsədi ilə onun qabaqcadan alıb avtomobilə qoyduğu benzinlə meyiti yandırmış, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən ofisinə gedərək oradan müxtəlif şəxslərin Zərərçəkmiş şəxs olan borclarının qeyd olunduğu dəftərçələri götürüb yenidən 19 saylı orta məktəbin zirzəmisinə qayıdıb meyitin üzərinə atmaqla yandırmış, bununla da Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 18 dekabr 2020-ci il tarixdə saat 20 radələrində dayısı Tehran onun yaşadığı evə gəlmişdir. O, mobil telefon işlətmədiyi üçün kim onunla əlaqə saxlamaq istəyirdisə yaşadığı evə gəlmişdir. Tehran ona Xanəlinin onunla işi olduğunu deyərək sonuncunun ofisinə getməyini bildirmişdir. Onlar birlikdə Xanəlinin ofisinə getmişlər. Ofisə çatdıqda dayısı onu ora düşürtmüş və çıxıb mağazasına getmişdir. O, Xanəli ilə oturub yemək yeyib spirtli içki qəbul etmişdir. O, Xanəliyə ona pul və kirayə mənzil lazım olduğunu bildirmişdir. Ümumilikdə ondan 200 manat borc pul istəmişdir. Ofisdə söhbət zamanı Xanəli məhəllə uşağı Talehin arvadının nömrəsini tapmağını demişdir. Talehin Xanəliyə 70 manat borcu olmuşdur. O, bir ara mağazadan “GO” spitli içkisi almaq adı ilə ofisdən çıxmışdır. Həmin vaxt qəsəbə sakini Cavid adlı şəxsdən metamfetamin (patı) almağa getmişdir. O, Cavidə demişdir ki, Xanəli ona 200 manat pul verəcək. Təqribən 1, 1,5 saata Cavidə onun pulunu çatdıracağını demişdir. Yenidən ofisə qayıtmışdır. Saat 23 radələrində ofisdən çıxmışdır. Xanəli ofisi bağlamış və ona içkili maşın sürmək istəmədiyini demişdir. Xanəlinin ofisi dayısı Tehranın mağazasının yaxınlığında yerləşmişdir. Onlar mağazaya tərəf getdikdə dayısı mağazadan çıxdığını və maşınla onlara tərəfə gəldiyini görmüşdür. Tehran onları gördükdə maşını saxlamış və bu zaman Xanəli ondan onları onun evinə aparmağı xahiş etmişdir. Dayısı onları Xanəlinin evinə aparmışdır və özü çıxıb getmişdir. Onlar evə daxil olmuş və Xanəli işıqları yandırmışdır. Evin iki otağı olmuşdur. Evə daxil olduqda sol tərəfdəki otaq Xanəlinin özünə məxsus olmuşdur. Sağ tərəfdəki otağı isə kirayə vermişdir. Xanəli ona 200 manat pul verməli olmuşdur. Xanəli ondan anasının nömrəsini istəmişdir. O Xanəlidən nə üçün anasının nömrəsini istədiyini soruşduqda Xanəli ona demişdir ki, “sənin anandan soruşacam ki, sən bu pulu qaytarmasan mən bu pulu səndən necə alacam?” O, həmin an içkili olduğu üçün bu söz ona pis təsir etmişdir və O Xanəliyə üzərində gəzdirdiyi bıçaqla zərbələr endirmişdir. Sonra o qəsəbəyə Cavidin yanına gəlmişdir. Ona baş verən hadisəni danışmışdır. Cavid ona demişdir ki, ona göstərsin ki, Xanəlini harda vurub, necə vurub. Onlar Xanəlinin evinə getmişlər. Cavid onda demişdir ki, “sən çıx çölə get Xanəlinin maşınını götür gəl bura.” O, getmiş Xanəlinin maşının götürüb gəlmişdir. O, gələndə Cavid hər yeri silib təmizləmişdir, Xanəlini xalçaya bükmüşdür. Onlar meyiti maşına qoymuşlar. Yanacaqdoldurma məntəqəsindən benzin almışlar, amma o bilməmişdir ki, Cavid meyiti yandıracaqdır. Onlar köməkləşərək meyiti məktəbin arxa tərəfinə atmışlar. Cavid ona demişdir ki, “sən get Xanəlinin maşınını yerinə qoy.” Xanəlinin meyitini Cavid yandırmışdır. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərdi ki, Xanəlini öldürmək istəməmişdir. Xanəlini vurduğu bıçaq onun öz bıçağı olmuşdur. Bıçaq dəstəyi qəhvəyi olan düz bıçaq olmuşdur. Ondan ailə üzvlərinin nömrəsini istəyəndən təqribən 30 saniyə sonra o Xanəlini vurmuşdur. Xanəli ona müqavimət göstərməmişdir. Məktəbin həyətindən o, Xanəlinin ofisinə gəlib qeydiyyat dəftərçəsini götürmüşdür. Camaatın borcuna görə o dəftərləri götürüb yandırmışdır. O, ofisdə başqa heç bir şey axtarmamışdır.. Cavid vəd etmişdir ki, onu cəzadan qurtaracaqdır. O, istintaqdakı ifadələrini təzyiq altında vermişdir. O ona qarşı edilən qanunsuzluqlarla bağlı şikayət etmişlər. Hadisənin səhəri gün Cavidlə görüşmüşdür. Onun Cavidə 35, 40 manat borcu olmuşdur. Cavidlə gün ərzində 2,3 dəfə görüşmüşlər. Xanəlinin üstünü Cavid axtarmışdır. Xanəlinin üstündə olan 400 manat pulu Cavid götürmüşdür. Cavidlə münasibəti normaldır. Məhkəməyə verdiyi ifadəsi düzgündür. O əvvəllər Cavidin adını istintaqa vermək istəməmişdir. Cavid ona demişdir ki,”səni oradan çıxaracam.”. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona 06 avqust 2021-ci tarixdə Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək 16 mart 2021-ci il tarixli və 05 aprel 2021-ci il tarixli ifadələrində göstərmişdir ki, anası Şahid3 kulyok zavodunda fəhlə işləyir, bacısı Bahar isə Aviasiya Universitetində 4-cü kurs tələbəsidir. X1 19 yanvar 2015-ci il tarixdə yaşadıqları evdə özünü asaraq intihar etmiş, səbəb isə narkotik vasitələrdən asılılıq olmuşdur. Özü müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırmışdır. Eyni qəsəbədə yaşadığı Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanımış, uşaq olanda mərhum atası Xanəlinin vasitəsilə ev satmış, münasibətləri əvvəl normal olmuşdur. Xanəlini hamı “Əvəz” adı ilə tanımış, həmin adla səslənmiş, sonuncu makler fəaliyyəti göstərmiş və H.Z.Tağıyev qəsəbəsində bir otaqlı “budka” tipli ofisi olmuşdur. Bununla yanaşı Xanəlinin əsas işi sələmçilik olmuş, çoxlu şəxsə faizə borca pul vermiş, lakin onun və yaxud hər hansı ailə üzvünün sonuncuya borcu olmamışdır. Xanəli ailəsindən boşanmış, H.Z.Tağıyev qəsəbəsində tək yaşamış, sonuncu müxtəlif qadınlara əxlaqsız təkliflər etmiş və buna görə də qəsəbədəki insanlarla münasibətləri pis olmuşdur. 2020-ci ilin dekabr ayında məhəllədə Xanəli ilə rastlaşarkən sonuncu ona anası ilə danışmasını, anasının arabir sonuncunun ofisinə gedərək təmizlik işləri görməsini, bunun müqabilində anasına 400 manat pul verəcəyini bildirmişdir. O, Xanəlinin bu təklifinə əsəbləşsə də, reaksiya verməmiş, sonuncunu yola vermək üçün bu barədə guya anası ilə danışacağını demişdir. Xanəlinin dəfələrlə dul qadınlara əxlaqsız təkliflər etdiyini və buna meyilli olduğunu bilmiş, sonuncunun məqsədinin iş bəhanəsi ilə anası ilə cinsi münasibətdə olmaq olduğunu başa düşmüşdür. Bu söhbətdən təxminən 1 həftə əvvəl isə Xanəli ona dostu Taleh adlı şəxsin sonuncuya 70 manat borcu olduğunu, Talehlə söhbət edərək sonuncunu arvadının Xanəli ilə cinsi münasibətdə olacağı təqdirdə həmin borcu siləcəyini deməsini bildirmişdir. O, həmin vaxt da Xanəlinin xasiyyətinə bələd olduğu üçün sonuncunu yola vermiş, guya danışacağını bildirmiş, lakin Talehə bu barədə heç nə deməmişdir. Uzun müddətdir ki, Xanəlinin əxlaqsızlıqları barədə çox söz-söhbət eşitmiş, sonuncunun artıq onun anasına meyil salması onu qəzəbləndirmiş, bu barədə Xanəli ilə söhbət etdikdən sonra sonuncunu öldürmək qərarına gəlmişdir. Xanəlini öldürmək qərarına gəldikdən sonra bu barədə dayısı, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə məsləhətləşmək qərarına gəlmiş, Xanəli ilə söhbəti olan gün Tehranla bu barədə söhbət etmək üçün görüşmüşdür. Dayısı Tehranla da münasibəti yaxşı olmamış, çünki əvvəllər sonuncunun sahib olduğu mağazada işləmiş, lakin sonradan onu işdən çıxarmış və araları dəymiş, buna baxmayaraq ünsiyyətini saxlamışdır. Dayısı Tehranın mağazasına gedərək Xanəlinin dostu Talehin qeyrətinə sataşdığını, qəsəbədəki insanların Xanəlidən bezdiyini, buna görə də sonuncunu öldürmək qərarına gəldiyini demiş, Tehran isə ona “O elə götürüləsi adamdır” deyərək Xanəlini öldürmək barədə qərarını dəstəkləmiş, lakin, o, Xanəlinin anası barədə təklifini Tehrana deməmişdir. Tehranla birlikdə plan qurmağa başlamışlar, onlar Xanəlinin tək yaşadığını, yaşadığı evi gündəlik kirayəyə verərək arada ofisdə qaldığını bilmişlər. Xanəlini guya sonuncunun evini kirayəyə götürmək bəhanəsi ilə yaşadığı həmin evə apararaq orada öldürmək, öldürdükdən sonra isə 19 saylı məktəbin həyətindəki istifadəsiz qapalı tipli keçmiş qazanxanaya atmaq qərarına gəlmişlər, çünki, o, həmin məktəbdə oxuduğuna görə keçmiş qazanxananın istifadəsiz olduğunu və ora heç kəsin baxmayacağını bilmişdir. Tehranla bu barədə söhbət etsələr də, Xanəlini öldürmək üçün vaxt təyin etməmişlər, bu söhbətdən sonra təxminən 2-3 gün keçmiş, o, yenə Tehranın mağazasına gedərək planı nə vaxt icra edəcəklərini, yəni Xanəlini nə vaxt öldürəcəyi ilə maraqlanmış, bu zaman Tehran ona Xanəlini ilə bir bəhanə ilə əvvəlcə yemək süfrəsinə oturtmaq lazım olduğunu, oradan da sonuncunu yaşadığı evə aparmalı olduqlarını demişdir. Tehran bir az ərzaq alaraq guya sonuncunun ad günü olduğunu deməklərini və Xanəlinin ofisinə gedərək orada oturub çörək yeməklərini bildirmişdir. Həmin gün, yəni 18 dekabr 2020-ci il tarixdə axşam saat 21 radələrində dayısı Tehranla birlikdə Xanəlinin ofisinə getmişlər, ora gedərkən Tehran Xanəlini öldürmək üçün ona avtomobildən dəstəyi qəhvəyi rəngli taxta materialdan mətbəx bıçağı vermiş, o, bıçağı cibinə qoyaraq gizlətmişdir. İki-üç gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən metamfetamin adlı psixotrop vasitə almışdır. Təxminən iki ildir ki, metamfetamin qəbul edir və asılılığı var. Metamfetamin qəbul etməyinə səbəb uşaq vaxtı yıxılmağı ilə bağlı başından aldığı travmaya görə yaranmış ağrılar olmuşdur. Metamfetamin ona yuxusuzluq və güc vermiş, təsiri təxminən 24 saat davam etmişdir. Həmin gün günorta metamfetamin qəbul etmiş, mağazadan ərzaqlar alaraq ofisə getmişlər və orada yemək yemişlər. Həmin vaxt o və dayısı Tehran içki içməmişlər, Xanəli isə 2 banka “GO” adlı spirt tərkibli enerji içkisi içmişdir. Təxminən 1 saat oturub yemək yedikdən sonra dayısı Tehran Xanəliyə sonuncunun evini kirayə götürmək istədiyini və onları həmin evə aparmağını demiş, Xanəli evə getmək istəmədiyini, açarı onlara verəcəyini və özlərinin getməklərini istəmişdir. Tehran Xanəliyə sonra evdə nəsə itsə boyunlarında qala biləcəyini, buna görə də onlarla birlikdə gedərək əşyalara görə evi təhvil verməsini demişdir. Xanəli Tehranın təkidindən sonra razılaşmış, saat 23 radələrində birlikdə yola çıxmışlar, sonuncuya məxsus “Opel Astra” markalı, qara rəngli, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xanəlinin ofisindən təxminən 3 kilometr aralıda yerləşən evinə getmişlər. Ev bir mərtəbəli həyət evi olmuş, evə əvvəlcə Xanəli, arxasınca isə o və Tehran daxil olmuş, Xanəli qabaqda evə daxil olub evin işıqlarını yandırdıqdan sonra dəhlizdən solda yerləşən yataq otağına girdikdə, o, şalvarının belinə bərkitdiyi bıçağı çıxararaq sonuncunun kürəyinə təxminən 10-15 saniyə ərzində dalbadal çoxsaylı bıçaq xəsarətləri yetirmiş, Xanəli qışqırmaq istədikdə isə ağzını tutmuş, həmin vaxt dayısı Tehran da arxasında olmuş, onun Xanəlini bıçaqladığını görmüşdür. Tehran kənar şəxsin daxil olma ehtimalına görə qapıya yaxın dayanmış, bıçaq zərbələrindən sonra Xanəli yerə yıxılmış, sonuncunun xırıltısını eşitdiyindən öldüyünə əmin olmuş, Xanəli öldükdən sonra Tehran həyətə baxmaq üçün çölə çıxdıqda, o, Xanəlinin cibindən 200 manat pulu götürmüş, növbəti günlərdə həmin pulu məişət xərclərinə xərcləmişdir. Bıçaq zərbələrini sağ əli ilə yetirmiş, dəqiq neçə bıçaq zərbəsi yetirdiyini xatırlamamış, lakin təxmini olaraq 6-7 bıçaq xəsarəti yetirmişdir. Bıçaq xəsarətlərini yetirdikdən sonra bıçağı dayısı Tehrana vermiş, sonuncu isə bıçağı yuyaraq cibinə qoymuşdur. Bundan sonra həmin evdə təxminən 2 saat qalmışlar, Tehranla birlikdə evi təmizləmişlər, qan izlərini silmişlər, Xanəlinin meyitini evdə olan qara rəngli xalçaya bükmüşlər və Tehrana məxsus “Opel Astra” markalı, qara rəngli, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinə qoyaraq 19 saylı məktəbin həyətinə getmişlər, Tehranla birlikdə meyiti istifadə olunmayan bunker tipli qapalı qazanxanaya yan tərəfdən salmışlar. Keçmiş qazanxananın daxili zibillik, üstü isə betonla örtülü olmuşdur. Xanəlinin meyitini həmin yerə saldıqdan sonra dayısı Tehran çıxıb getmiş, o isə xalçanın üstünə Xanəli ilə görüşməmişdən əvvəl dayısı Tehranın alıb avtomobilə qoyduğu benzini tökərək Xanəlinin meyitini yandırmışdır. Meyiti yandırdıqdan sonra Xanəlinin ofisinə getmiş, cibindən götürdüyü ofisin qapısının açarını açaraq ofisə daxil olmuş, orada faizlə borc verdiyi şəxslərin siyahısı olan bir neçə dəftəri götürərək aparıb meyiti yandırdığı yerdə meyitin üstünə ataraq yandırmışdır. Həmin vaxt Xanəlinin mobil telefonları ofisdə olmuş, onları götürməmiş, habelə başqa hər hansı əşya və ya pul götürməmişdir. Növbəti günlərdə heç nə olmamış kimi həyatına davam etmiş, 2-3 dəfə dayısı Tehranla görüşmüş, lakin hadisə barədə heç nə danışmamışlar. Bu müddət ərzində heç kəs ondan Xanəli barədə heç nə soruşmamışdır. O, tutulmayacağından əmin olmuş, çünki, heç yerdə müşahidə kameralarına düşmədiyini bilmişdir. 2021-ci ilin 15 mart tarixində Sumqayıt şəhər Polis idarəsinin 5-ci Polis bölməsi tərəfindən saxlanılmış, hadisə barədə ondan soruşulduqda Zərərçəkmiş şəxs öldürdüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, hadisə 18 dekabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində Sumqayıt şəhərində, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivindəki Zərərçəkmiş şəxs məxsus fərdi evdə baş vermiş, sonuncuya çoxsaylı bıçaq xəsarətlərini öldürmək üçün yetirmiş, Zərərçəkmiş şəxs öldürdükdən sonra cinayət məsuliyyətinə cəlb edilməməyi üçün cinayətin izlərini itirmək məqsədi ilə meyitini yandırmışdır. Hadisə baş verən vaxt hər ikisi ayaqüstə olmuş, Xanəli onun önündə olmuş və onu görməmiş, bıçaqları arxadan ayaqüstə vurmuş, 1-2 bıçaq zərbəsindən sonra ona “eləmə” demiş, lakin qışqırmaması üçün ağzını tutmuşdur. İlk zərbəni sinəsinə vurmağı yadından çıxmış, həqiqətən də sol qolu ilə arxadan Xanəlinin boğazından tutaraq özünə çəkib sinə nahiyəsinə sağ əli ilə ilk bıçaq zərbəsini vurmuş, qalan xəsarətləri isə kürəyinə vurmuşdur. Zərərçəkmiş şəxs arxasında olduğu üçün və arxadan sol əli ilə sonuncunu tutduğuna görə ona aktiv müqavimət göstərə bilməmiş, həm də bıçaq zərbələrini qısa müddət ərzində yetirmiş, hadisə zamanı heç bir xəsarət almamış, Xanəliyə bıçaq zərbələrindən başqa hər hansı zərbə yetirməmişdir. Onun Zərərçəkmiş şəxs bıçaqlamasını dayısı Tehran görmüşdür. Hadisə zamanı metamfetamin psixotrop vasitəsinin təsiri altında olmuş, lakin hərəkətlərinin mahiyyətini dərk etmişdir. Xanəli az miqdarda spirtli içki qəbul etmiş, özünü sərbəst idarə edə bilmiş, içdiyi içki iki yarım litrtlik “GO” içkisi olmuş, cəmi bir litr “GO” içkisi içmiş, lakin həmin içkinin tərkibində cəmi 8 faiz spirt olduğuna görə sonuncuya təsir etməmiş, yarım litrlik araq da içmişlər, o da spirtli içki qəbul etmiş, lakin arağın həcmi az olduğu üçün və “GO” içkisinin tərkibində spirtin dərəcəsi zəif olduğuna görə spirtli içki nə ona, nə də Xanəliyə təsir etməmiş, hər ikisi özündə olmuş, sərbəst hərəkət etmişlər. Xanəli özü gəzə-gəzə evə daxil olmuş, otaqları onlara göstərmiş, ola bilsin Tehran spirtli içki qəbul etmədiyinə görə Xanəli Tehrana çox sərxoş kimi görünmüşdür. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almamış, dispanserdə qeydiyyatda olmamışdır. Hadisəni törədərkən əynində kapişonlu ağ qara rəngli uzunqol köynək olmuş, köynəyi istintaqa təqdim etmiş, köynək hadisədən sonra dəfələrlə yuyulmuş, həmin vaxt əynində olan şalvar və ayaqqabını isə növbəti gün zibilxanaya tullamışdır. Tehranın və Xanəlinin əynində olan paltarları xatırlamamışdır. Hadisə vaxtı qəzəbli olmuş, lakin etdiyi hərəkətlərin xarakterini başa düşmüşdür. Dayısı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs onun anası barədə etdiyi əxlaqsız təklifi demiş, sadəcə dayısı Tehranı qorumaq üçün ifadəsində bu məsələni deməmiş, o, meyiti yandırdıqdan sonra Tehran oradan çıxıb getmiş, axıra qədər gözləməmiş, lakin meyiti yandırarkən orada olmuşdur. Xanəlini çoxdan tanımış, dediyi kimi sonuncu çoxlu sayda dul qadınlara bu növ təkliflər etmiş, çünki mütəmadi spirtli içki qəbul etmiş, ofisi vaqon tipli dəmir “Budka” olmuş, bir otaqlı olmuş və orada təmizlik işləri aparmağa ehtiyac olmamış, həm də elə bir yerə ayda 400 manat təmizlik üçün vermək çox olduğundan o da Xanəlinin işi bəhanə etməklə ona üstü örtülü şəkildə anası Aygünlə cinsi münasibətdə olmaq istədiyini dediyini başa düşmüş, bu Xanəlinin birinci əxlaqsız hərəkəti olmamış, həm də sələmçilik etməklə və borca yüksək faizlə pul verməklə qəsəbə sakinlərini bezdirmiş, buna görə də onda artıq sonuncuya qarşı nifrət yaranmış və buna görə Xanəli ilə bu barədə söhbət etmədən öldürmək qərarına gəlmişdir. Nə onun, nə də hər hansı ailə üzvünün Xanəliyə borcu olmamış, hadisə barədə ancaq dayısı Tehran və o bilmiş, başqa heç kəsin məlumatı olmamışdır. Ümumiyyətlə telefon işlətməmiş, Tehranın üstündə ********** nömrəli telefon olmuş, Xanəli onlar ofisdən çıxarkən tez qayıdacağını zənn etdiyi üçün telefonu ofisdə qoymuş, nömrəsini bilməmişdir. Törətdiyi əmələ görə peşmandır. Tehranın Xanəliyə 1100 manat məbləğində borcu olmasından xəbəri olmamış, həmin borcun qaytarılıbqaytarılmaması haqqında heç nə bilməmiş, Tehran bu barədə ona heç nə deməmişdir. Çexolun arasına baxmaq ağlına gəlməmiş, dəftərləri Xanəlinin mebelinin siyirməsindən götürmüş, ancaq təxminən 10 ədəd borc dəftərlərini yandırmış, həmin dəftərdə çoxlu sayda şəxslərin siyahısı və borcların məbləğləri olmuş, borcluların adları yadında qalmamışdır. Meyiti yandırdıqdan sonra qayıdıb Xanəlinin avtomobilindən və ofisindən borc dəftərlərini götürüb meyiti yandırdığı yerə qayıdıb Xanəlinin meyitinin üstünə atıb yandırmış, borc dəftərlərini yandırmağı özü planlaşdırmış, lakin meyiti yandırdıqdan sonra dəftərləri yandırmamışdan əvvəl bu barədə Tehrana məlumat vermişdir. Xanəlinin cibindən 200 manat məbləğində pul götürmüşdür. Əgər Xanəlinin cibində 5000 manat məbləğində pul olsa həmin pulu götürüb İran İslam Respublikasına qaçardı. Xanəlinin cibində cəmi 200 manat məbləğində pul olmuş, həmin pulu da meyitini xalçaya bükməmişdən əvvəl cibindən götürmüşdür. Xanəli ilə Tehran arasında pul münasibətləri, ünsiyyətləri olmuş, lakin onun Xanəli ilə heç bir münasibəti olmamış, ancaq qəsəbə sakini kimi tanımış, sonuncu ilə heç vaxt oturub yeyib-içməmişdir. Tehran ona 18 dekabr 2020-ci il tarixdə Xanəlinin Tehrandan qonaqlıq istədiyini demiş, onlar da birlikdə həmin gün Xanəlini öldürmək qərarına gəlmişlər, görüşü Tehran təşkil etmişdir. Xanəliyə başqa borcu olan şəxsləri tanımamış, sonuncuya kimlərin borclu olmasını bilməmişdir. Avtomobili Tehran idarə edərək evin darvazasının qarşısında saxlamış, gecə olduğuna görə meyiti avtomobilə yükləməklərini heç kəs görməmişdir. Ancaq borc dəftərlərini Xanəlinin “KİA SPORTAGE” markalı avtomobilindən və ofisindən götürərək qayıdıb 19 saylı məktəbdə meyiti yandırdıqları yerdə meyitin üstünə ataraq yandırmış, ofisin və avtomobilin açarlarını sonuncunu öldürdükdən sonra cibindən götürmüş, meyitini yandırdıqdan sonra ofisinə qayıtmış, avtomobilin açarını ofisə stolun üstünə qoymuş, həyəcanlı olmuş, Xanəlinin meyitini yandırmış və buna görə həmin dəftərləri də meyitin üstünə atmaq üçün tələsmiş, buna görə ofisin qapısını çaşıb açıq qoymuş, ofisin açarlarını da meyitin üstünə ataraq yandırmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o cinayətin iştirakçısı olmamışdır. 18 dekabr tarixinə onun Xanəliyə 400 manat borcu olmuşdur. O Xanəli ilə görüşüb borcunu qaytarmışdır. Xanəli ona demişdir ki, oturub yeyib-içsinlər. O ibadət əhli olduğu üçün içki içməmişdir. Yusiflə yeyib içmək təklif etmişdir. Yusiflə Xanəli oturub yeyib-içmişlər. O, Yusifi ofisə düşürdüb özü çıxıb getmişdir. Axşam saatlarında təqribən 23 radələrində o dükanı bağlamışdır. Xanəli ona əl edib maşını saxlayaraq ona demişdir ki, Yusif ondan ev kirayə və 200 manat pul istəyir. O zamin durur ki, o pulu qaytaracaq. Maşında Xanəli onun yanında, Yusif arxa oturacaqda əyləşmişdir. O Xanəliyə demişdir ki, o, Yusifə zamin durmur. O, Yusif və Xanəli Xanəlinin evində düşürdüb özü çıxıb getmişdir. 2 gündən sonra onu 2-ci bölməyə çağırmışlar. Ona bölmədə bildirmişlər ki, o kameraya düşüb. O, demişdir ki, Xanəlini evinə aparıb düşürmüşdür. Yusifin maşında olduğunu polis əməkdaşlarına deməmişdir. İlkin növbədə bütün qəsəbə sakinlərini bölməyə çağırmışlar. Onu da dindirmişlər. Bölmədən çıxandan sonra Yusifin yanına gəlmişdir. Yusifə danışmışdır ki, bəs Xanəli yoxdu. Yusif ona demişdir ki, Xanəli ona pul vermədiyinə görə onun evindən çıxıb getmişdir. Sonra onu yenə bölməyə çağırmışlar. Onun Xanəli və Yusifi Xanəlinin evinə düşürdüb qayıtmağı kamera görüntülərinə düşmüşdür. O, Xanəlini 20 ildir ki, tanımışdır. Xanəli sələmə pul vermişdir. Xanəlidən sonuncu dəfə 1100 manat borc pul götürmüşdür. Borc götürdüyü barədə Xanəlinin dəftərində öz əli ilə qeyd etmişdir. Xanəlinin ölümünü 1 aydan sonra bilmişdir. Yusif ona demişdir ki, hadisəni Cavidlə birlikdə törətmiş, Yusif və Cavidin niyyəti Xanəlidən daha cox pul götürmək olmuşdur. O, belə düşünür ki, Yusifin Xanəli ilə sözü çəp gəldiyindən bu hadisəni törətmişdir. İstintaq zamanı polis əməkdaşları ona təzyiq etdikləri üçün etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, evlidir, 3 övladı var, 1 yaşlı Ədalət Rəşidov, 5 yaşlı Rəşidova Yağmur və 7 yaşlı Rəşidova Türkan. X22 evdar qadındır. Özü uzun illərdir meyvə ticarəti ilə məşğul olur, Hacı Zeynalabdin qəsəbəsində özünə məxsus meyvə mağazası var. Zərərçəkmiş şəxs çoxdan tanıyır, münasibətləri əvvəl yaxşı olmuş, çünki əvvəllər ibadətlə məşğul olmuş, lakin sonradan spirtli içkilərə meyl salmış və qəsəbədə yaşayan qadınlara əxlaqsız təkliflər etmişdir. Təqsirləndirilən şəxs1 bacısı Şahid3 oğludur, münasibətləri normaldır, əvvəllər onun mağazasında işləmiş, lakin bir-iki dəfə ondan xəbərsiz kassadan pul götürdüyünə görə Yusifi işdən çıxarmış, buna baxmayaraq ünsiyyətləri olmuşdur. 2020-ci ilin dekabr ayında Yusif işlədiyi mağazaya gələrək ona Xanəlinin anası Aygünün gəlib yanında işləməsini, işlədiyi ofisi, yəni bir otaqlı “budka” nı təmizləməsini, buna görə həftəlik 100 manat verəcəyini dediyini bildirmiş, o özü də Xanəlinin qəsəbədəki dul qadınlara tamah saldığını və onlara əxlaqsız təkliflər etdiyini eşitdiyindən bu təklifi həm sonuncu, həm də o əxlaqsız təklif kimi qəbul etmişlər, çünki Xanəlinin işlədiyi otaq balaca otaq olmuş və təmizləməyə ehtiyac olmamış, aydın məsələdir ki, sonuncunun niyyəti Aygünlə münasibət yaratmaq olmuşdur. Yusif həm də dostu Talehin Xanəliyə 70 manat borcu olduğuna görə sonuncunun bir neçə gün əvvəl Yusifdən Talehə borc müqabilində sonuncunun arvadının Xanəli ilə münasibətdə olmağı təklif etdiyini, bu işdə vasitəçilik etməyi istədiyini demiş, Yusif bu söhbətlər barədə ona danışdıqdan sonra Xanəlini öldürmək istədiyini və onun köməyinə ehtiyacı olduğunu demiş, o da Yusifin Xanəlini öldürmək barədə gəldiyi qərarı ilə razılaşmışdır. Həmin vaxt, o, Yusifə Xanəliyə borcu olduğunu və 2-3 gün sonra borcunu ödədikdən sonra qonaqlıq bəhanəsi ilə Xanəliylə görüşüb yeyib-içdikdən sonra sonuncunu yaşadığı evə aparmaqla öldürmələrini, daha sonra meyiti yandırmaqlarını demişdir. Razılaşmaya görə Xanəlini Yusif bıçaqla vurmalı, o isə sonuncuya bıçaq, benzin, avtomobil verməli, meyiti birlikdə yandırmalı, izləri birlikdə itirməli olmuşlar. Bu planı birgə hazırlamışlar, 18 dekabr 2020-ci il tarixdə Xanəliyə olan 400 manat borcunu tam olaraq ödəmiş, borcu ödədikdən sonra Xanəliyə axşam ofisində qonaqlıq vermək istədiyini demiş, sonuncu da razılaşmışdır. Həmin gün Xanəlinin meyitini yandırmaq üçün avtomobilinə plasmas şüşədə benzin alaraq qoymuş, avtomobilində həmçinin bıçaq da olmuş, həmişə həmin bıçağı avtomobilində saxlamış, mətbəx bıçağı olmuş, dəstəyi qəhvəyi rəngli taxta materialdan olmuşdur. Yusifin həmin bıçaqla Xanəlini öldürəcəyini nəzərdə tutmuş, axşam saat 20 radələrində Xanəli və Yusif ilə bərabər bir qədər ərzaq və spirtli içki alaraq Xanəlinin ofisinə getmişlər, sonuncu marketdən çıxanda orada kassada hicablı xanım olduğunu və həmin xanımdan xoşu gəldiyini demiş, o, bu sözünə əsəbləşsə də reaksiya verməmişdir. Ora çatıb yemək yeməyə başladıqdan sonra Xanəli yenə Yusifə Talehin arvadı ilə münasibət yaratmaq istədiyini, bu işdə vasitəçilik etməsini demiş, Yusif də Xanəlini yola vermək üçün guya Taleh evdə olmayanda Xanəlini evə çağıracağını və Talehin arvadı ilə cinsi münasibətə girməyə şərait yaradacağını demişdir. Yusiflə Xanəli birgə 2 ədəd hərəsi yarım litrlik spirtli “GO” və yarım litrlik araq içmişlər, həmin içkilər bitdikdən sonra Yusifin təşəbbüsü ilə daha əlavə 2 banka yarım litrlik spirtli energetik içki “GO” içmişlər, onlar yeyib-içərkən Xanəli bir nəfərlə söhbət etmək üçün çölə çıxmış və Yusif ona Xanəli otağa qayıtdıqdan sonra sonuncunun şübhələnməməsi üçün bir bəhanə edib avtomobildəki bıçağı götürüb özündə saxlayacağını demişdir. O, Yusifə avtomobildə bıçağın yerini göstərmiş, sonuncu Xanəli otağa qayıtdıqdan sonra bir bəhanə ilə çölə çıxmış, bıçağı avtomobildən götürmüş, təxminən saat yarım orada oturduqdan sonra, o, Xanəliyə sonuncunun yaşadığı evi kirayəyə götürmək istədiklərini, birlikdə həmin evə getməklərini demişdir. O, X10 qəsəbəsində evi olduğunu və gündəlik həmin evi kirayəyə verdiyini, ora da əsasən cinsi münasibətdən ötrü gedildiyini bilmişdir. Xanəli sərxoş olmuş və buna görə evə getmək istəmədiyini demiş, o, evin ünvanını yaxşı tanımadığını və evdən sonradan əşya itəcəyi təqdirdə onun boynunda qalacağı üçün təhvil-təslim aparmaqla evi gündəlik kirayəyə götürəcəyini dedikdə sonuncu razılaşmış, onlar birlikdə Xanəlinin yaşadığı evə ona məxsus “Opel Astra” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. Evə çatdıqda birinci qabaqda Xanəli özü evə girmiş, əvvəlcə girişdəki sayğacı göstərmiş, evin işıqlarını yandırmış, sağ tərəfdəki yataq otağına daxil olmuşdur. Yusif Xanəlinin arxasınca otağa girmiş, otağa daxil olan kimi belindən şalvarına saldığı bıçağı çıxardaraq sol qolu ilə arxadan boğazını tutaraq sağ əli ilə sinəsinə bıçaqla vurmuş, sonuncu divara tərəf səndəllədikdə Yusif daha bir neçə dəfə Xanəlinin kürəyindən bıçaqla vurmuş, bu zaman onunla sonuncular arasındakı məsafə 2-3 metr olmuşdur. Kürəyinə zərbələr vurduqdan sonra Xanəli yerə yıxılmış, evdə təxminən yarım saat qalmışlar, birlikdə qan bulaşan divarı silmişlər, meyiti xalçaya bükmüşlər, yerdə qan olmamış və xalçaya qan tökülmüşdür. Divarı sildikləri əskini də xalçanın içinə qoymuşlar, meyiti ona məxsus “Opel Astra” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinə qoymuşlar, orada Yusif bıçağı təmizləyərək ona qaytarmış, o isə bıçağı iki gün avtomobilində gəzdirdikdən sonra Hacı Zeynalabdin qəsəbəsində dənizə atmış, oradan çıxıb avtomobillə dörd yola çatanda Yusif meyiti 19 saylı məktəbin həyətindəki istifadə olunmayan zirzəmiyə atmaqlarını təklif etmiş, o da razılaşmış və avtomobili məktəbin həyətinə sürmüşdür. Orada meyiti birlikdə keçmiş qazanxana zirzəmisinə atmışlar və Yusif onun əvvəlcədən aldığı plasmas qabdakı benzini meyitin üstünə tökərək yandırmış, meyiti yandırdıqdan sonra, o, öz avtomobili ilə evə getmiş, Yusif də piyada evə getdiyini bildirmişdir. Bu hadisədən sonra 3-4 dəfə Yusiflə görüşüb söhbət etmişlər, sonuncu ona meyiti yandırdıqdan təxminən 10 gün sonra yenidən həmin zirzəmiyə gedərək meyitin yanmış hissəsinin üzərini zibillə örtdüyünü demiş, bu müddət ərzində heç kəs ondan şübhələnməmiş, lakin 15 mart 2021-ci il tarixdə Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis bölməsinin əməkdaşları ona yaxınlaşaraq Xanəlinin ölümü ilə bağlı sorğu-sual etdikdə, o, Xanəlinin öldürülməsi barədə ətraflı məlumat vermişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, Yusif Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətlərini sonuncunu öldürmək üçün yetirmiş, Zərərçəkmiş şəxs öldürdükdən sonra cinayət məsuliyyətinə cəlb edilməməkləri üçün cinayətin izlərini itirmək məqsədi ilə meyitini yandırmışlar. Hər ikisi ayaqüstə olmuşlar, Xanəli Yusifin önündə olmuş və sonuncunu görməmiş, Yusif bıçaqları arxadan ayaqüstə vurmuş, birinci zərbəni qolu ilə boğazından tutaraq sinəsinə, sonrakı zərbələri kürəyinə, təxminən 6-7 zərbə vurmuş, sonuncu Xanəlinin ağzını tutduğuna görə qışqıra bilməmiş, həmin vaxt təxminən 2 metr məsafədə olmuşdur. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxasında olduğu üçün və arxadan sol əli ilə sonuncunu tutduğuna görə, habelə Xanəli artıq spirtli içkiyə görə sərxoş vəziyyətdə olduğuna görə ona aktiv müqavimət göstərə bilməmiş, Yusif bıçaq zərbələrini qısa müddət ərzində yetirmiş, sonuncu Xanəliyə bıçaq zərbələrindən başqa hər hansı zərbə yetirməmişdir. Onun gözünün önündə 2 metr məsafədə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaqla öldürmüş, ondan başqa heç kəs Yusifin Xanəlini öldürməsini görməmişdir. Hadisə zamanı Yusif spirtli içkinin təsiri altında olmuş, sonuncu da sərxoş olmuş, lakin Xanəli qədər güclü sərxoş olmamışdır. O, ibadətlə məşğul olduğuna görə içki içməmiş, nə içki nə də narkotik vasitə qəbul etməmişdir. Xanəli sərbəst şəkildə gəzmiş, öz fikrini ifadə edə bilmişdir. O, Yusiflə birgə əvvəlcədən Xanəlini öldürmək barədə plan hazırlamış, sonuncunu öldürmək üçün görüş təşkil etmiş, bəhanə yaradıb Xanəlini öldürmək üçün öz avtomobili ilə hadisə yeri olan evinə aparmış, Yusifə Xanəlini öldürmək üçün bıçaq, meyiti yandırmaq üçün benzin vermiş, Yusif Xanəlini gözünün qarşısında öldürmüş, evi birlikdə təmizləmişlər, izləri silmişlər, birlikdə meyiti onun avtomobilinə qoymuşlar, onun avtomobili ilə aparıb birlikdə yandırmışlar. Hadisəni törədərkən əynində hazırda əynində olan krem rəngi qolsuz yun jilet olmuş, jileti təqdim edə bilər, digər paltarlar yadında deyil. Yusifin və Xanəlinin əynində olan paltarları xatırlamır. Yusifin metamfetamin qəbul etdiyi barədə məlumatı olmuş, lakin həmin gün ona bu barədə heç nə deməmiş, hərəkətlərində hər hansı qəribəlik olmamışdır. Xanəli öldükdən sonra Yusif Xanəlini xalçaya bükərkən ciblərini yoxlamış, ehtimal ki, həmin vaxt pul götürmüş, lakin pulun götürülməsini görməmiş, Yusifdən soruşduqda sonuncu ona Xanəlinin cibindən heç nə götürmədiyini demiş, Yusif onun həmin gün səhər Xanəliyə pul verdiyini bilmiş, lakin həmin vaxt cibində pulun olub-olmaması barədə məlumatının olmasını dəqiq bilməmişdir. Xanəli qəsəbədəki dul qadınların çoxuna əxlaqsız təkliflər etmiş, çox adamın sonuncuya sələm borcu olmuş, ona görə də Xanəliyə qarşı qəzəbi olmuş, Yusif də sonuncunu öldürmək barədə təklif verəndə artıq bu barədə söhbət etməyə ehtiyac görməmiş, Xanəlinin niyyəti aydın olmuşdur. Törətdiyi əmələ görə peşmandır. Həqiqətən də Zərərçəkmiş şəxs öldürülərkən onun sonuncuya əsas borcu 750 manat, faizlərlə birgə 1100 manat borcu olmuş, həmin borcları 13, 15 və 17 noyabr tarixlərində götürmüş və 19 dekabr 2020-ci il tarixdə qaytarmalı olmuş, lakin onlar Xanəlini borca görə yox Yusifə anası ilə bağlı etdiyi təklifə görə öldürmək qərarına gəlmişlər. Təqdim olunan dəftərçədəki “xx.xx.2020”, “1100m”, “Tehran” yazılarını özü yazmış, Xanəli özü ona həmin yazıları onun özünün borcu olduğunu təsdiq etməyi üçün yazdırmış, lakin borcla bağlı aralarında hər hansı problem olmamışdır. 13, 15, 17 rəqəmləri yazılmaqla qabağında 300+75, 200+50, 250+65 rəqəmləri isə həmin borcun məbləğləri və götürdüyü tarixlər olmuş, həmin yazıları Xanəli yazmış, təqdim olunan dəftər həqiqətən də sonuncuya məxsus olmuş, həmin dəftəri həmişə Xanəlinin özünün olduğunu və borclularla borcları ora yazdığını görmüş, ilk rəqəmlər əsas məbləğ qalanları isə faizlər olmuş, sonuncuya 940 manat qaytarmalı olmuş, lakin gecikdirməyə görə faiz məbləği artmış və 1100 manata çatmışdır. Zərərçəkmiş şəxs olan borcunu sonuncu öldürüldükdən sonra 3 dəfəyə qardaşı Şahid2 qaytarmış, gecikdirdiyinə görə sonuncuya 1200 manat vermiş, ola bilsin ki, Eminlə aralarında borcla bağlı və Xanəlinin itkin düşməsi ilə bağlı söhbət olmuş, o, Eminə Xanəlinin itkin düşməsi ilə bağlı əlaqəsinin olmadığını demişdir. X23 ofisinə qayıdıb sənədləri yandırmasından xəbəri olmamış, bunu birgə planlaşdırmamışlar. Xanəlinin cibinə öldürüldükdən sonra baxmamış, sonuncunun cibində pulun olub-olmamasını bilməmiş, Xanəlinin ciblərinə Yusif baxmış, lakin Yusif ona Xanəlinin cibində hansı məbləğdə pul olduğunu deməmiş, o, ümumiyyətlə həmin gün Xanəlinin cibində nə qədər pul olmasını bilməmiş, sonuncu kontur vurmaq üçün “Elmar” marketə də tək daxil olmuşdur. Zərərçəkmiş şəxsla münasibəti olmuş, lakin dost olmamışlar, sonuncudan təxminən 15 dəfə faizlə borca pul alıb qaytarmışdır. O, 18 dekabr 2020-ci il tarixdə 400 manat olan borcunu Xanəliyə qaytarandan sonra sonuncu ondan qonaqlıq verməsini tələb etmiş, o da Yusiflə bu barədə söhbət etdikdə Xanəlini öldürmək üçün münasib vaxt olduğunu qərara gəlmişlər və o, sonuncuya 18 dekabr 2020-ci il tarixdə qonaqlıq verməyə razılaşmışdır. Həmin borcu 2020-ci ilin dekabr ayında Xanəlidən götürmüş, borcu qaytardıqdan sonra Xanəlinin o verdiyi pulu kimə verdiyini, hara xərclədiyini, cibində olub-olmadığı barədə məlumatı olmamış, çünki pulu saat 19 radələrində qaytarmış, orada ayrılmışlar, 21 radələrində isə yemək yemək üçün görüşmüşlər. Avtomobili həyətə salmamış, darvazanın önündə saxlamış, gecə olduğuna görə meyiti avtomobilə yükləyəndə heç kəs görməmişdir. “Opel Astra” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili tutulmamışdan təxminən 1 ay əvvəl Zaqatala rayonunda yaşayan hazırda adını xatırlamadığı şəxsə 7300 manata satmış, həmin şəxsin əlaqə vasitələri hazırda yoxdur. Meyiti xalçaya bükdüklərinə görə və xalça qalın olduğuna görə, habelə Xanəli öldürülən evlə meyiti yandırıdıldığı məktəb arasında məsafə az olduğuna görə yük yeri qana bulaşmamış, lakin buna baxmayaraq, o, hadisədən sonra avtomobilin baqajını bir neçə dəfə təmizləmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X15 bildirmişdir ki, Zərərçəkmiş şəxs oğludur. Münasibətləri daim yaxşı olmuşdur. Zərərçəkmiş şəxs ev alqı-satqısı işi ilə məşğul olmuş, H.Z.Tağıyev qəsəbəsində bir otaqlı ofisi olmuş, qəsəbədə olduğundan mütəmadi olaraq öldürüldüyü Xəzri yaşayış massivindəki evində tək qalmış, lakin həftə sonları onların yanına qalmağa gəlmişdir. Xanəli təxminən 18 il əvvəl qohumu Həlimə Əhmədova ilə ailə qurmuş, təxminən 3-4 il əvvəl boşanmış, onların həmin nikahdan Hüseyn adlı övladları doğulmuş və hazırda həmin uşağın 11 yaşı vardır, anası ilə birgə Xaçmaz şəhərində yaşayır. Oğlu Xanəlinin onlarla və dostları ilə münasibətləri həmişə yaxşı olmuş, sonuncu xaraktercə mülayim və mehriban insan olmuş, lakin mənfi xüsusiyyəti ondan ibarət olmuşdur ki, son dövrlərdə mütəmadi olaraq spirtli içki qəbul etmişdir. Bundan başqa Xanəlinin ləqəbi “Əvəz” olmuş, bütün ətrafı sonuncunu elə tanımış və çağırmışdır. Oğlunun öldürülməsində iştirak edən şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 həm qəsəbə sakini, həm də Xanəlinin yaxın dostu kimi tanımış, lakin özünün Tehranla heç bir münasibəti olmamış, belə ki, Xanəli həmişə ona Tehran barəsində ağız dolusu danışaraq sonuncu ilə yaxın dost olduğunu, yaxşı insan olduğunu demiş, onların arasında heç vaxt münaqişə olmamış, Tehran və diş həkimliyi ilə məşğul olan X11 ən yaxın dostları olmuşlar. 42 ildir ki, H.Z. Tağıyev qəsəbəsində yaşayır, buna görə də qəsəbənin əksər sakinlərini üzdən tanıyır. Təqsirləndirilən şəxs1 da qəsəbə sakini kimi tanımış, lakin sonuncu ilə heç bir münasibəti olmamışdır. Oğlu Xanəlinin də Yusiflə heç bir münasibəti və ünsiyyəti olmamışdır. 18 dekabr axşam saat 22:15 radələrində Xanəliyə zəng eləsə də, sonuncu onun telefonuna cavab verməmiş, lakin Xanəlinin başına hansısa bir hadisə gəlməsi ilə əlaqədar heç nədən şübhələnməmişdir. 20 dekabr 2020-ci ilə kimi Xanəlidən heç bir xəbər gəlməmiş, lakin həmin gün axşam saat 18 radələrində dostu İmanqulu oğlu Şahid2 zəng edərək Xanəlinin ofisinin qapısının açıq olduğunu, 2 ədəd telefonunun stolun üzərində olduğunu, **-XX-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı avtomobilin isə ofisdən təxminən 30-40 metr aralıda saxlanıldığını və qapısının açıq olduğu barəsində xəbər vermiş, buna görə də oğlu Emin 20 dekabr 2020-ci il tarixdə Xanəlinin itkin düşməsi ilə əlaqədar Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Bununla yanaşı oğlu Emin və arvadı Sona həmin gün Xanəlinin makler kimi fəaliyyət göstərdiyi ofisə və yaşadığı Xəzri yaşayış massivindəki evinə gedərək ora özləri də baxmışlar. Bununla yanaşı oğlu Eminin müraciəti ilə əlaqədar 2-ci Polis bölməsində araşdırma aparılmış, Xanəlinin yaşadığı Xəzri yaşayış massivindəki evinə kriminalistlərin iştirakı ilə baxış keçirilmiş və evdə otaqlardan birində plintusun altında qan ləkələri aşkar edilmiş, tədqiqata təqdim edilmiş və qan nümunəsinin Xanəliyə məxsus ola biləcəyi barədə arayış verilmişdir. Buna baxmayaraq 2-ci Polis bölməsində qanunsuz olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu müddət ərzində, o, digər ailə üzvləri və polis əməkdaşları Tehran da daxil olmaqla çoxlu sayda şəxslərlə danışsalar da Xanəlidən bir xəbər ala bilməmişlər, 15 mart 2021-ci il tarixdə ona oğlu Xanəlinin meyitinin Sumqayıt şəhərində, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 saylı məktəbin həyətindəki zirzəmidə aşkar edildiyi, sonuncunu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə öldürmələri barədə məlumat verilmişdir. Əlişan Əmirov əlavə olaraq bildirmişdir ki, oğlu Xanəli borca pul vermiş, Tehran da meyvə alveri ilə məşğul olduğuna görə mütəmadi olaraq Xanəlidən borca pul almış, Tehranın Xanəliyə 1100 manat borcu qalmış və 19 dekabr 2020-ci il tarixdə ödəməli olmuşdur. Tehran da həmin borcu ödəməmək üçün bacısı oğlu Yusiflə birgə plan quraraq oğlunu yaşadığı evə aparıb öldürmüşlər. Bundan başqa Xanəli 17 dekabr 2020-ci ildə anası Sona ilə danışarkən borclulardan borcları topladığını və cibində xeyli məbləğdə pul olduğunu və 2-3 günə gətirib sonuncuya verəcəyini demiş, buna görə də ehtimal edir ki, Xanəlinin cibində öldürülərkən xeyli məbləğdə pul olmuş və Tehrangil həm də həmin pullara sahib olmaq üçün tamah məqsədi ilə Xanəlini öldürmüşlər. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin aludəçisi olması və avam insan olması, habelə Xanəli ilə heç bir münasibətinin olmaması ilə əlaqədar Xanəli ilə görüşə bilməz, buna görə də Yusif tək öldürə bilməz, bu planı Tehran qurmuş, Xanəlini görüşə çağırmış və Yusiflə birgə oğurlayıb aparıb hardasa uzun müddət saxlayıb döyərək öldürmüşlər. O, Xanəlinin 18 dekabr 2020ci il tarixdə öldürüldüyünə inanmır. Meyit basdırılarkən Xanəlinin ağciyərinə və qaraciyəri olan hissəsinə toxunduqda meyitin yeni öldürüldüyü qənaətinə gəlmiş, lakin Xanəlini hara apardıqları və saxladıqları, dəqiq olaraq nə vaxt öldürdükləri barədə məlumatı olmamışdır. Xanəli itkin düşdükdən sonra oğlu Emin arvadı Sona ilə birgə Xanəlinin işlədiyi ofisə gedərək baxanda orada bir ədəd balaca ölçüdə üzlüyü parlaq rəngli materialdan olan dəftərçə aşkar etmiş, həmin dəftərçədə sonuncunun borc verdiyi şəxslərin siyahısı əks olunmuş, həmin siyahıda Təqsirləndirilən şəxs2 da adı olmuş, Xanəli adətən borc verdiyi şəxslərə öz xətti ilə borcun məbləğini və qaytarılmalı olan tarixi yazdırdığına görə Tehrana da öz xətti ilə 19 dekabr 2020-ci il tarixdə 1100 manat ödəməli olmasını yazdırmış, Emin həmin dəftərə baxdıqdan sonra Tehrana müraciət edərək borcu istəmiş, Tehran Xanəliyə borcu olduğunu təsdiq edərək 2021-ci ilin fevral ayında üç dəfəyə 1100 manatı tam olaraq qaytarmışdır. Həmin dəftərçəni Xanəli ofisdə saxladığı avtomobil çexolunun içində gizlətdiyinə görə də Yusif dəftərçəni tapa bilməmiş, lakin həqiqətən də Xanəliyə aid olan digər sənədləri, əsasən sonuncuya borcu olan şəxslərdən borc pulun ödənilməsinə dair məhkəmə qətnamələrini məhv etmiş, çünki ofisdə başqa kitab və ya dəftər olmamışdır. Aygünü tanımamış, heç vaxt görməmiş, Yusif və Tehran yalan demişlər, onlar əsl məqsədlərini, yəni pul üstündə Xanəlini öldürməyi gizlətmək və sonuncuya şər ataraq özlərinə haqq qazandırmaq üçün bu motivi irəli sürmüşlər. Xanəlinin Aygünlə heç bir münasibəti olmamış, Xanəli Tehranla dost olmuş və həm öz xasiyyətinə həm də dostluqlarına görə sonuncunun bacısı barədə heç vaxt belə təklif etməmişdir. Xanəli öz pulu ilə borca pul vermiş, lakin borc məbləği kiçik məbləğlər olmuş, siyahının əks olunduğu dəftərçə ifadəsində qeyd etdiyi ofisdə aşkar etdikləri kiçik dəftərçə olmuşdur. Xanəliyə ən çox borcu olan şəxs Namiq Muradov adlı H.Z.Tağıyev qəsəbə sakini olmuş, Namiq borcu qaytarmadığına görə Xanəli mülki qaydada Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və bildiyinə görə məhkəmə Xanəlinin iddiasını təmin etmişdir. Ehtimal edir ki, Yusif həmin qətnaməni də məhv etmiş, çünki həmin qətnaməni tapa bilməmişlər, Namiqin Xanəliyə təxminən 10000 (on min) manat məbləğində borcu olmuşdur. Xanəlinin heç kəslə düşmənçiliyi və ədavəti olmamış, sonuncuya hədə-qorxu gəlinməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Əlişan Əmirovun ifadəsinə oxşar ifadə verərək sonuncunun öz ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o hadisə ilə bağlı heç nə bilmir, Zərərçəkmiş şəxs tanımamışdır.Qəsəbə sakini kimi Xanəlinin adını eşitmişdir. Oğlu ilə qardaşının münasibəti normal olmuşdur. Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 oğludur, Təqsirləndirilən şəxs2 qardaşıdır, hər ikisi ilə münasibəti yaxşıdır, Zərərçəkmiş şəxs “Əvəz” adı ilə sadəcə qəsəbə sakini kimi tanımış, heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 həbs edilməmişdən əvvəl birlikdə yaşamışlar, hazırda qızı, Bakı Aviasiya Universitetinin 4-cü kurs tələbəsi olan Bahar Rəhimova ilə birlikdə yaşayır, Sumqayıt şəhərində yerləşən sellofan sexində işləyir. X33 2015-ci ildə narkotik vasitələrin aludəçisi olması ilə əlaqədar yaşadıqları evdə özünü asaraq intihar etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 15 mart 2021-ci il tarixdə ona oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs öldürməkdə və qardaşı Təqsirləndirilən şəxs2 isə Yusifə həmin əməli yerinə yetirməsinə kömək etməkdə şübhəli şəxs qismində tutulmaları barədə məlumat verilmişdir. Onun 2020-ci ilin dekabr ayından Xanəlinin itkin düşməsi barədə məlumatı olmuş, çünki Hacı Zeynalabdin qəsəbəsində hamı bu barədə danışmış, sonuncu da makler fəaliyyəti ilə məşğul olduğuna görə qəsəbədə hamı Xanəlini tanımış, lakin onun oğlu Yusif və qardaşı Tehranın Xanəlini öldürmələri barədə məlumatı olmamış, onlarla Xanəli barəsində ümumiyyətlə söhbət etməmişdir. Şahid3 əlavə olaraq bildirmişdir ki, onun Xanəlinin təklifindən xəbəri olmamış, nə Yusif, nə də Tehran bu barədə ona heç nə deməmişlər. Zərərçəkmiş şəxs yaşadıqları Hacı Zeynalabdin qəsəbəsində hamı spirtli içki aludəçisi və qadınlara düşkün şəxs kimi tanımış, çoxlu sayda qadına əxlaqsız təkliflər etdiyini, sataşdığını, yüksək faizlə borca pul verdiyini, sələmçiliklə məşğul olduğunu eşitmiş, lakin onun Zərərçəkmiş şəxsla heç vaxt münasibəti olmamış, sonuncunu sadəcə qəsəbə sakini kimi tanımış, Xanəli heç vaxt onun özü ilə ünsiyyətdə olmamış, ünsiyyət yaratmağa cəhd etməmiş və ona sataşmamışdır. Zərərçəkmiş şəxs xarakterini və həyat tərzini nəzərə alsalar o da belə hesab edir ki, sonuncunun onun oğlu Yusifə onunla bağlı etdiyi təklif həqiqətən də onunla münasibət qurmağa yönəlmiş, çünki Xanəlinin işlədiyi yer bir otaqlıdır və əgər bir otağa görə o qədər pul təklif edirsə deməli niyyəti onunla münasibət qurmaqdır, ona görə də o da hesab edir ki, Xanəlinin təklifi həqiqətən də əxlaqsız təklif olmuşdur. O, gününün çox hissəsini işdə olmuş, aktiv sosial həyat keçirməmiş, əri öldükdən sonra heç kəslə münasibəti olmamış, özü də başqa hər hansı şəxslə münasibət qurmaq istəməmiş, buna hər hansı şəxs də cəhd etməmiş, buna görə də Yusifin hər hansı şəxslə problemi olmamış, buna baxmayaraq sonuncu da bütün övladlar kimi anası olduğuna görə həmişə ona qarşı həssas olmuş, o, qeyd edilən təklifin Yusifin Xanəlini öldürməsi üçün əsaslı səbəb olub-olmadığını deyə bilməz, buna Yusif özü cavab verə bilər, hesab edir ki, bəlkə də Xanəlinin Yusifin özünə onun barəsində bu cür təklif etməsi sonuncunun qeyrətinə toxunmuş, çünki Yusif mərhum atası Hafizə çox bağlı olmuş, sonuncunu çox istəmiş, 2015-ci ildə atası Hafiz özünü asdıqdan sonra ağır mənəvi travma almış, özünə qapanmış və bir müddət sonra da narkotik vasitələr qəbul etməyə başlamış, hesab edir ki, Xanəlinin onun barəsində təklifini həm də atasının ruhuna təhqir kimi qəbul etmiş və sonuncunu öldürmək qərarına gəlmişdir. Belə ümumilikdə Yusif çox sakit, mehriban insan olmuş, heç kəslə indiyə kimi münaqişəsi olmamış, müxtəlif yerlərdə fəhləlik etməklə özünü dolandırmışdır. Hadisə vaxtı istifadəsində hazırda istifadə etdiyi ********** saylı mobil nömrə olmuş, Yusif telefonunu narkotik almaq üçün satmış, telefon işlətməmiş, Tehranın nömrəsini isə əzbər bilməmişdir. Tehran da ibadətlə məşğul olan sakit insan olmuş, heç kəslə münaqişəsi olmamış, Yusif çox vaxt dayısı olduğuna görə Tehranla məsləhətləşmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımır. Yusif Təqsirləndirilən şəxs1 yalan danışır. Onun Zərərçəkmiş şəxs ölümü ilə heç bir əlaqəsi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X12 ifadəsində göstərdi ki, hadisə baş verən dövrdə 2-ci Polis Bölməsində rəis müavini olmuşdur. Rəis olmayanda vətəndaşları o, qəbul etmişdir. Şahid1 qəbul edib ona oğlunun axtarışı ilə bağlı məlumat vermiş, Sona xanıma nömrəsini vermişdir ki, əlaqə saxlayıb məlumat alsın. Sona xanıma oğlunun Sumqayıtda olması barədə məlumat verməmişdir. Sona xanıma oğlunun xaricdə olması ilə bağlı səs yazısı dinlədilməsi hadisəsi olmamışdır. Hadisəni əməliyyat məlumatı əsasında açmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru X13 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ölümü ilə bağlı ətrafda müşahidə kamerlarına baxmış, görüntülərdə Təqsirləndirilən şəxs2 mağazanın qabağından avtomobil ilə keçdiyini görünmüş, lakin görüntülərdə onun geri qayıtması olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 15 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində X32 küçəsi ilə Qara Qarayev küçələrinin kəsişməsində yerləşən 19 saylı orta məktəbin həyətidir. Müəyyən olundu ki, həyətin həmin hissəsi məktəbin arxa tərəfinə düşür və məktəbin əsas binasından 100 metr məsafədədir. Meyitin aşkar olunduğu yer əvvəllər qazanxana kimi istifadə olunmuş, hazırda istifadəsiz qalmış zirzəmidir. Zirzəminin iki girişi var. Daxili zibillikdi. Zirzəminin daxilində insan meyitinin qalıqları aşkar edildi. Meyitin hissələrinin tamlığının mühafizə edilməklə evakuasiyasının təşkil edilməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xilasedici xidmətinin əməkdaşları dəvət edildi və onlar vasitəsilə meyit zirzəmidən çıxarılmaqla müayinə olunması üçün MTE və PA birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verildi. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya aşkar edilmədi. ( cild 1, iş vərəqi 3-7) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 15 mart 2021-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih stolu üzərində arxası üstə kömürləşmiş, çürümüş kişi meyiti uzadılıb. Meyitin əynində paltar yoxdur. Paltarların bəzi yerlərinin yanmış hissələri vardır. Boyu 165 sm-dir. Meyit ləkəsini yanıqla əlaqədar təyin etmək mümkün olmadı. Meyit boksçu vəziyyəti almışdır. Başında tükləri yanaraq ütülmüşdür. Gözləri göz yuvasında yoxdur, yanmışdır. Ağzı qapalıdır, dişləri özününküdür. Xarici qulaq keçəcəkləri keçiricidir, yanıq məhsulları və çürümə məhsulları ilə bulaşmışdır. Burun sümüyü əllədikdə tamdır, keçəcəklər yanıq məhsulları ilə bulaşmışdır. Boynu bədəninə mütənasibdir. Döş qəfəsi boçkavari formadadır. Qarnı döş qəfəsindən aşağıdadır. Anal dəliyin arxa keçəcəyin ətrafı təmizdir, xəsarətsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol ikinci qabırğanın döş sümüyünə birləşən yerində distal ucundan sınıq vardır. Bu zədənin ölçüsü 1,4 sm-dir. Bu zədənin kənarı qeyri düzdür, səthi nahamardır. Sol üçüncü qabırğa döş qəfəsi ilə bitişmiş vəziyyətdədir. Bu qabırğanın distal ucunda 1,8 sm ölçüdə kənarı və divarı düz, səthi hamar zədə vardır. Bədən səthində başqa xəsarət və ya xəsarət izi aşkar edilmədi.(cild 1, iş vərəqi 42-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 17 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən 137 saylı fərdi həyət evidir. Həyət evi məhəllə daxili yolun kənarında, evlərin arasında yerləşir, giriş darvazası içəri açılan boz rənglə rənglənmiş taxta materialdan olmaqla girişdən sağ tərəfdəki hasara bərkidilmiş və önünə kərpic qoyulmaqla sabit vəziyyətdə saxlanılmışdır. Darvazanın bir giriş qapısı var, giriş qapısına dəmir materialdan gümüşü rəngli qıfıl taxılmışdır. Baxış iştirakçısı Əlişan Əmirov bildirdi ki, həmin ev onun özünə məxsus olmuş, əvvəllər orada yaşamasa da son vaxtlar orada mərhum oğlu Zərərçəkmiş şəxs tək yaşamışdır. Darvaza açılıb həyətə daxil olduqdan sonra müəyyən edildi ki, həyətdə yerdən 50 sm kürsülü, daş kərpicdən tikilmiş və xarici fasadına suvaq çəkilməmiş, bir mərtəbəli, üstü boz rəngli şiferlə örtülmüş fərdi yaşayış evinin olduğu görüldü. Yaşayış evinin girişi dəmir qapıdandır. Evə daxil olduqdan sonra evin dəhlizdən başqa 2 otaqdan və sanitar qovşaqdan ibarət olduğu müəyyən edildi. Sanitar qovşaq giriş qapısından daxil olduqdan sonra sağda yerləşir, giriş qapısı ağ rəngli plastik materialdandır, yerinə kafel döşənmiş, divarlarına suvaq çəkilmişdir. Sanitar qovşaqda hər hansı əhəmiyyət kəsb edən izə rast gəlinmədi, daxilinin təmiz olduğu müəyyən edildi. Dəhlizdə bir ədəd divarları giriş qapısından şərti olaraq soldan sağa istiqamətdə nömrələdikdə 1 nömrəli divarla 2 nömrəli divarın arasında gümüşü rəngli materialdan əl-üz yuyan quraşdırıldığı görüldü. Giriş qapısından sol tərəfdə 1 saylı divarın önündə tikintidə istifadə edilən taxta dayaq var, onun üstündə ağ rəngli mələfə aşkar edildi, mələfənin üzərində qırmızı rəngli nöqtəvari ləkələr var. Əlişan Əmirov bildirdi ki, həmin mələfəni Zərərçəkmiş şəxs itkin düşdükdən bir neçə gün sonra həyətdən, evin giriş qapısındən sağ tərəfdəki hasarın arxasından tapmışdır. Əlişan Əmirov mələfəni aşkar etdiyi yeri əyani olaraq göstərdi. İş üzrə əhəmiyyət kəsb edə biləcəyindən mələfə qanunla müəyyən edilmiş qaydada qablaşdırılmaqla götürüldü. Daha sonra girişlə üzbəüz sol tərəfdəki otağa daxil olundu. Həmin otaq boşdur, döşəməsi sarı rənglə rənglənmiş taxta materialdandır. Otağın sol küncünə mələfəyə bükülmüş şəkildə istifadə olunmayan əşyalar qoyulmuşdur. Otaqda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı izə rast gəlinmədi. Girişlə üzbəüz sağ tərəfdəki otağa daxil olunduqdan sonra divarları giriş qapısından soldan-sağa şərti qaydada nömrələndi. Üzbəüz, yəni 2 saylı divarda plastik materialdan nəfəslik var, divarından önündə paralel qaydada çarpayı qoyulmuş, çarpayının önündə bir ədəd taxta materialdan stol və dörd ədəd taxta materialdan taburetka düzülmüşdür. Baxış zamanı girişdən sağ tərəfdəki, yəni 3 saylı divarın aşağı hissəsində nöqtəvari, konturları dəqiq seçilməyən, qatı bərkimiş formada qırmızı rəngli ləkələr müəyyən edildi. Həmin qırmızı rəngli izlərin qatı və bərkimiş olması, nəm tampona hopmaması ilə əlaqədar qırmızı rəngli boyanın izləri olması təəsüratı yaradır. Həmin ləkələrə nəm tamponla hopdurma üsulu ilə nümunə götürülməyə cəhd edildi, lakin qatı və bərkimiş xüsusiyyətləri ilə əlaqədar hopdurulma tam olaraq həyata keçirilməsi mümkün olmadı. Buna baxmayaraq səthi qaydada tampon həmin yerə sürtülməklə nümunə götürüldü və müvafiq qaydada qablaşdırıldı. Divarın həmin hissəsində su ilə təmizlənməyə xarakterik qaraltılar olduğu görüldü. Həmin divarın aşağı hissəsində yerin plintusu sökülmüş vəziyyətdədir, baxış iştirakçısı Əlişan Əmirov bildirdi ki, Zərərçəkmiş şəxs itkin düşdükdən sonra polis əməkdaşları tərəfindən evə baxış keçirilən zaman plintusun altından qan ləkələri aşkar edilmiş, ona görə də plintus sökülmüş, qan nümunələri götürülərək tədqiqata təqdim edilmiş və mərhum oğlu Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edilmişdir. Sadalananlardan başqa müayinə edilən otaqda hər hansı izə rast gəlinmədi. Baxış zamanı ərazidə hadisə yerindən 100 metr radiusda müşahidə kamerasına rast gəlinmədi. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya aşkar edilmədi. (cild 1, iş vərəqi 162-170) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 15 mart 2021-ci il tarixli paltarların götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 ədəd ağ-qara rəngli uzunqol papaqlı köynəyi könüllü surətdə təqdim etdikdən sonra müəyyən edildi ki, köynək geyinilmişdir və səliqəsizdir, üzəri çirklidir, sol döş hissəsində “OFF WHİTE” yazısı və “X” şəkilli emblem var, köynəyin ətəyində sağ və sol yanlarında cibləri var. Köynəyin üzərində ağımtıl ləkələr olsa da gözlə görünəcək qanabənzər ləkələr, habelə zədələr aşkar edilmədi. (Cild 1, iş vərəqi 39-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 15 mart 2021-ci il tarixli paltarların götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 ədəd qəhvəyi rəngli qolsuz yun jileti könüllü surətdə təqdim etdikdən sonra müəyyən edildi ki, jilet geyinilmişdir, sağ və sol yanlarında üzəri dəri ilə örtülü cibləri var, jiletin önü zəncirbənd ilə bağlanır. Jiletin üzərində ağımtıl ləkələr olsa da gözlə görünəcək qanabənzər ləkələr, habelə zədələr aşkar edilmədi. (cild 1, iş vərəqi 71- 73) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Baxış keçirilməsi haqqında protokoldan görünür ki, dəftərçənin üzlüyü kardon materialdandır. Dəftərçənin içərisində müxtəlif şəxslərin Zərərçəkmiş şəxs olan borcları qeyd olunmuşdur. Dəftərçənin 4-cü vərəqində göy rəngli qələmlə xx.xx.2020, 1,100m və Tehran sözləri qeyd edilmişdir.(cild 2, iş vərəqi 124-217) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 04 may 2021-ci il tarixli “Videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntü 18 dekabr 2020-ci il tarixdə qeydə alınmışdır. Videogörüntü 01:10 dəqiqədir. Videogörüntüdə Zərərçəkmiş şəxs başında papaq, sifət nahiyəsində ağ rəngli tibbi maska, üzərində qış gödəkçəsi, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olduğu müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxs mağazada “E-manat” ödəmə sistemindən istifadə etdiyi və daha sonra mağazanı tərk etdiyi müşahidə olunur. Baxış zamanı yuxarıda göstərilənlərdən başqa iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir şübhəli hadisə, görüntü aşkar olunmadı. (cild 3, iş vərəqi 1-3) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş MTE PA Birliyinin Sumqayıt şəhər şöbəsinin 16 mart 2021-ci il tarixli, 290 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır.(cild 2, iş vərəqi 225-227) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş MTE PA Birliyinin Sumqayıt şəhər şöbəsinin 16 mart 2021-ci il tarixli, 291 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmadı.(cild 2, iş vərəqi 228-230) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş MTE PA Birliyinin Sumqayıt şəhər şöbəsinin 17 may 2021-ci il tarixli, 42 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol İİ qabırğanın zədələnməsi ilə müşayiət olunan boşluğa keçən deşilmiş-kəsilmiş yarası, meyitin tam kömürləşməsi, sol İİİ qabırğanın sınığı. Qeyd olunan xəsarətlərdən sol İİ qabırğanın zədələnməsi ilə müşayiət olunan boşluğa keçən deşilmiş-kəsilmiş yarası həyatidir, deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən, sol İİİ qabırğanın sınığı həyatidir, küt əşyanın təsirindən, meyitin tam kömürləşməsi həyati deyildir, yüksək alovun təsirindən törənmişdirlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən, yəni, xx.xx.2020-ci il tarixdə əmələ bilərdi, dərəcəsinə görə - sol İİİ qabırğanın sınığı adətən canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, digər xəsarətlər, yəni, sol İİ qabırğanın zədələnməsi ilə müşayiət olunan boşluğa keçən kəskin qanitirmə, meyitin tam kömürləşməsi isə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu deşici-kəsici alətin təsiri nəticəsində daxili qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs meyiti çürüdüyündən, tam kömürləşdiyindən etil spirti və narkotik maddəni təyin etmək mümkün olmamışdır. (cild 3, iş vərəqi 55-60) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Məhkəmə-tibbi kriminalistik ekspertizasının 20 aprel 2021-ci il tarixli 193/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynəyin və Təqsirləndirilən şəxs2 məxsus jiletin üzərində zədə və zədə izləri aşkar edilməmişdir. (cild 3, iş vərəqi 38-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Məhkəmə-tibbi bioloji ekspertizasının 23 aprel 2021-ci il tarixli 231/2021-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mələfə və 02 ədəd plastik çubuqlu pambıq tampon üzərindəki ləkələrdə qan aşkar olunmadı. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs2 məxsus yun jilet və Təqsirləndirilən şəxs1 məxsus papaqlı yun kofta üzərində qana şübhəli ləkələr aşkar olunmadı.(cild 3, iş vərəqi 41-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 14 may 2022-ci il tarixli 1204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 may 2022-ci il tarixli 1359 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayəti törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş gücli ruhi həyəcan vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Məhkəmənarkoloji ekspertizasının 27 may 2021-ci il tarixli 1609 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 3, iş vərəqi 70-71) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Məhkəməxəttşünaslıq ekspertizasının 27 may 2021-ci il tarixli 4/433 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş parlaq rəngli qeyd dəftərçəsinin 4-cü vərəqinin arxa tərəfindəki “xx.xx.2020 1,100m Tehran” əlyazmaları- Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. (cild 3, iş vərəqi 72-77) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 25 yanvar 2021ci il tarixli 21/44A nömrəli tədqiqat haqqında arayışdan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd tampon üzərindəki qan nümunələri X15 və Şahid1 kişi cinsindən olan bioloji övladına məxsusdur. ( Şahid2 və X5 əlavə) (cild 2, iş vərəqi 81-83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Məhkəməgenetik ekspertizasının 29 iyun 2021-ci il tarixli 21/420 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 (üç) ədəd sümük fraqmenti 99,99999559% ehtimalla X15 və Şahid1 kişi cinsindən olan bioloji övladlarına məxsusdur. (cild 3, iş vərəqi 158-161) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır.(cild 3, iş vərəqi 168-170) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır.(cild 3, iş vərəqi 171-173) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkum olunmamışdır. (cild 3, iş vərəqi 166-167) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində icra nümayəndəliyinə şikayət daxil olmamışdır. (cild 2, iş vərəqi 218) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Sumqayıt şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil İstismar sahəsində Zərərçəkmiş şəxs barəsində tərtib edilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində 1 saylı MİS-nə şikayət daxil olmamışdır. (cild 2, iş vərəqi 221) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Sumqayıt şəhər İcra Hakimiyyətinin 21 saylı Mənzil Kommunal sahəsində Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 21 saylı MKSnə şikayət daxil olmamışdır. (cild 3, iş vərəqi 4) Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs dayısı Təqsirləndirilən şəxs2 ilə birlikdə öldürməməsi, hadisə zamanı X6 ona kömək etməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs ölümündən xəbəri olmaması, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs öldürməməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə, hesab edir ki, hər iki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələr vermiş, daha sonra isə qohum olduqları üçün Təqsirləndirilən şəxs1 dayısı Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən kənar qalması və özünün məsuliyyətni yüngülləşdirmək üçün ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə fərqli ifadələr vermişdir, bundan əlavə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 hadisə baş verən evə düşürtdükdən sonra dərhal geri qayıtmasını məhkəmə istintaqı zamanı verdiyi ifadəsində dəfələrlə bildirsə də, məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Ayaz Fərzəliyev göntülərdə Təqsirləndirilən şəxs2 yalnız Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətdə getməsinin olmasını, onun geri qayıtmasını olmadığını göstərmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində təqsirlidirlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini qəsdən törətmişlər, hər iki cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətlərdir, həmin cinayətlər (Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddəsi) cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxslərin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuş, buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-120.2.1 və 120.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində məsuliyyətini ağırlaşdıran hal müəyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağın olması əməlində məsuliyyətini yüngülləşdirən haldır. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması cəmiyyətdən təcrid olunmaq yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq mümkündür. Cinayət işi materillarından görünür ki, 15 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş 16 mart 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barələrində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, iş vərəqi 13-37, 45-69, 81-111, 138-145) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Onların barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və qəti cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 15 mart 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan – Zərərçəkmiş şəxs məxsus içərisində “xx.xx.2020, 1,100m və Tehran” sözlərinin qeyd olunduğu 01 ədəd dəftərçə cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 112 manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X8 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 mart 2021-ci il tarixdən hesablansın. X18 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 18 il 6 ay (on səkkiz il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunda saxlanılan– Zərərçəkmiş şəxs məxsus 01 ədəd dəftərçə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri X7 56 (əlli altı) manat və Təqsirləndirilən şəxs2 56 (əlli altı) manat müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, X18 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-48/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-48/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver