Məhkəmə qərarları › İş №1(124)-48/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-48/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-48/2024 27.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili X3, tərcüməçi X4 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Xudat şəhəri, Şollar kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 13,669 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, habelə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici-deşici xassəyə malik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş soyuq silahı gəzdirmişdir. 24 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri ərazisində Xaçmaz rayon polis X12 bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, həmin polis bölməsinin inzibati binasına gətirilərək orada həmin gün saat 19:15-19:30-dək olan vaxt ərzində onun üzərinə şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın ön sol cibindən 06 ədəd bükümdə olan hər birində ayrı-ayrılıqda müvafiq olaraq təmiz çəkiləri 0,405 qram, 0,399 qram, 0,417 qram, 0,326 qram, 4,898 qram, 7,224 qram olmaqla ümumilikdə təmiz çəkisi 13,669 qram olan külli miqdarda narkotik vasitə heroin, habelə əynindəki şalvarın qayışının bel hissəsindən qeyd olunan soyuq silah aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 22 mart 2022ci il tarixdə Xudat şəhərində yerləşən 1 saylı tam orta məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əvvəl Bakı şəhərində kirayə əsasında avtomobil götürüb Xaçmaz rayonuna getmişdir. Qeyd etdiyi tarixdə polis əməkdaşları onu saxlayaraq, ərazidə oğurluq hadisəsi baş verdiyini bildirmişlər və onu şübhəli şəxs kimi Xudat şəhər Polis bölməsinə aparmışlar. Polis əməkdaşları idarə etdiyi avtomobilə də baxış keçirmişlər, lakin avtomobildən narkotik vasitə və s. aşkar edilməmişdir. Həmin vaxt üzərində beşbarmaq olmuşdur. Ümumiyyətlə, narkotik vasitə istifadəçisi deyildir. Polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiqlər göstərilmişdir. Fiziki təzyiqlər nəticəsində hər hansı qalıcı xəsarət almamışdır. Polis əməkdaşları ona təzyiq edərək, üzərində narkotik vasitə aşkar olunmasına dair ifadə verməyə məcbur etmişlər. Buna görə də onların dedikləri kimi ifadə vermişdir. Polislər onu ailəsi ilə hədələmişlər və valideyninin yaşadığı evə narkotik vasitə qoyacaqlarını, onları da tutacaqlarını demişlər. Buna görə də onların dedikləri tərzdə ifadə Polis əməkdaşları ona 6 bükümdə heroin növündə narkotik vasitə vermişdilər ki, o həmin narkotiki üzərində saxlasın. Daha sonra, verilən suallara cavab olaraq o, qeyd etmişdir ki, üzərində aşkar edilmiş beşbarmağı özümü müdafiə etmək məqsədilə gəzdirmişdir. Xaçmaza o, Şahid3 adlı Gürcüstan vətəndaşı ilə birlikdə getmişdir. Onlar “010” adlanan avtomobillərin icarəsi ilə məşğul olan şirkətdən “Kia Rio” markalı boz rəngli avtomobil götürüb Xaçmaza getmişlər. Arçil onların evində qalmış, o, isə tanışı Gülnarın evinə getmiş, oradan mağazaya siqaret almaq üçün getdikdə isə polislər onu saxlamışlar. Polis əməkdaşları Şahid3 də evdən tutub polis bölməsinə gətirmişdilər. Həmin vaxt istifadəmdə ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. Şahid3 istifadəsində isə ***-***- **-** saylı mobil telefon nömrəsi olmuşdur. Polis əməkdaşları onu 22 mart 2022-ci il tarixdə 23:00-00:00 radələrində Xudat şəhərində yerləşən 1 saylı tam orta məktəbin yaxınlığında tutaraq Xudat şəhər Polis bölməsinə gətirmişlər və 2 gün saxladıqdan sonra sənədləşmə aparmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs göstərmişdir ki, avtomobillərin icarəsi ilə məşğul olan şirkətdən 21 mart 2022-ci il tarixdə 2 gün müddətinə avtomobil icarəyə götürmüş və 24 mart 2022-ci il tarixədək qaytarmalı olmuşdur. Avtomobildə GPS cihazı da quraşdırılmışdr. Həmin avtomobil o, xx.xx.2022-ci il tarixə tutulduqdan sonra Xaçmaz Rayon Polis X12 bölməsinin inzibati binasının həyətində olmuşdur. Bununla belə təqsirləndirilən şəxs onun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində olan narkotik vasitələrin satışı ilə bağlı mesajlara dair hər hansı izah verə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, əvvəllər təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini qismən təsdiq edir, Xaçmaz rayonu, Şollar kəndində yaşamışdır. O, 2022ci ilin əvvəllərindən “heroin” adlanan narkotik vasitədən istifadə etmiş, “heroin” adlanan narkotik vasitəni müxtəlif vaxtlarda müxtəlif yerlərdə alıb istifadə etmiş, bundan başqa 2022-ci ilin mart ayının ortalarında gecə saatlarında Nizami rayonu ərazisində yerləşən 222 saylı orta məktəbin həyətində idmanla məşğul olduğu zaman yerdən 01 ədəd beş barmaq tapmış, həmin beş barmağı gələcəkdə özünü müdafiə etmək üçün şalvarının qayış hissəsinə, belinin arxasına keçirib üzərində gəzdirməyə başlamış. 22 mart 2022-ci il tarixdə o, Novruz bayramı münasibəti ilə Xaçmaz rayonu, Şollar kəndində yaşayan anasına baş çəkmək üçün Xaçmaz rayonu, Şollar kəndinə getmək qərarına gəlmiş, lakin istifadə etmək üçün özünə məxsus olan narkotik vasitə qurtardığından, narkotik vasitə almaq sonra Xudat şəhərinə getmək qərarına gəlmiş, bunun üçün o, Bakı şəhərinda “Şamaxinka” adı ilə tanınan yerə narkotik vasitə heroin almaq üçün getmiş, həmin ərazidə yaşayan adını bilmədiyi, üzdən tandığı şəxsə 45 manat pul verib 01 bükümdə çəkisi 02 qram olan narkotik vasitə heroini almış və həmin narkotik vasitə heroini əynində olan şalvarın sol yan cibinə qoymuş, narkotik aldığı şəxsi üzdən tanımış, adını da bilməmiş, həmin şəxsdən bir neçə dəfə narkotik vasitə heroini “Şamaxinka” adlanın ərazidə tanımadığı küçələrin birində əsasən sutkanın qaranlıq vaxtlarında alıb istifadə etmiş, həmin şəxs də əksər hallarda adını bilmədiyi küçədə olmuş və o, həmin küçənin harada yerləşdiyini bilməmiş, o, narkotik vasitədən istifadəni dayandırmaq istədiyi üçün qərara gəlmişdir ki, aldığı narkotik vasitə heroini doğulub, böyüdüyü Xudat şəhərində narkotik vasitə istifadəçisi olan tanışlarına metadon dərmanı müqabilində verib, aldığı metadon həblərini da müalicə olunmaq, narkotik vasitə heroindən istifadəni tərgitmək üçün istifadə etsin, qeyd etmişdir ki, narkotik vasitə heroini bir neçə dəfə tərgitmək istəsə də bədənində güclü ağrılar olduğundan yenidən istifadə etməyə başlamış, əldə etdiyi narkotik vasitəni ona görə metadon dərmanı ilə dəyişmək istəmişdir ki, bədənində ağrılar olarsa həmin metadon dərmanından istifadə etsin. 22 mart 2022-ci il tarixdə o, tanışı Şahid3 ilə görüşmüş və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “010” adlanan avtomobillərin icarəsi ilə məşğul olan şirkətdən “Kia Rio” markalı avtomobili iki günlük icarəyə gütürmüş, bundan sonra o, tanışı Arçillə birlikdə Xaçmaz rayonu, Xudat şəhərinə getmiş, həmin vaxt onun üzərində 2 qram narkotik vasitə heroin və bir ədəd beş barmaq olmuş, lakin onun üzərində narkotik vasitə heroin olmasından dostu Arçilin xəbəri olmamış, o, Xudat şəhərində anası Südabənin yaşadığı evə getmiş və həmin evin ayaq yoluna keçmiş, ayaq yolunda olan zaman Bakı şəhərindən aldığı narkotik vasitə heroini cibindən çıxarıb və bir bükümdə olan həmin narkotik vasitəni öz gündəlik istifadəsi üçün ayrı-ayrı 05 ədəd sellofan bükümlərə ayırmış və həmin sellofan bükümlərdən birini elə ayaq yolunda istifadə etmiş, daha sonra qalan 04 ədəd bükümləri isə əynində olan şalvarın sol yan cibinə qoymuş, iki gün o, Xudat şəhərində olub tanışlarıyla görüşmüş, 24 mart 2022-ci il tarixdə axşam saatlarında o, Arçillə birlikdə Xudat şəhərində yerləşən qız tanışlarından birinin yanına getmiş və həmin şəxsin yaşadığı evin qarşısına çatan zaman Arçilə içəri keçməsini özünün mağazadan siqaret alıb qayıdacağını demiş, bundan sonra o, avtomobillə dükana gedən zaman yolda polis əməkdaşları onun avtomobilini saxlamış və onun avtomobilində oğurluq əşyaların olub-olmaması barədə soruşduqda o, bildirmişdir ki, avtomobilində belə əşylar yoxdur. Daha sonra onu Xudat polis bölməsinə dəvət etmişlər, yol boyu avtomobili o, özü idarə etmiş, Firdovsi adlı polis əməkdaşı da onun yanında oturmuş, onlar birlikdə Xudat polis bölməsinə getmiş, orada olan zaman X11 və Firdovsi adlı polis əməkdaşları ona bildirmişdirlər ki, üzərində nə varsa təqdim etsin, o da üzərində olan əşyaları çıxarıb təqdim etmiş, lakin şalvarının sol cibində olan narkotik vasitə heroin bükümlərini çıxarmamış, həmin vaxt Firdovsi adlı polis əməkdaşı əlini onun cibinə atmış və cibində olan 04 ədəd narkotik vasitə heroin bükümlərini və üzərində olan bir ədəd beş barmağı çıxarıb növbətçi hissədə masanın üzərinə qoymuş, bundan sonra isə polis əməkdaşları həmin narkotik vasitəni və beş barmağı götürüb özlərində saxlamış, daha sonra onu Xudat polis bölməsinin növbətçi hissəsinin yanındakı müvəqqəti saxlama otağına salıb qapısını bağlamışlar. Bir neçə saatdan sonra Xudat polis bölməsində Səxavət adlı polis əməkdaşı onu öz otağına çağırmış, orada olan zaman Səxavət adlı polis əməkdaşı onunla söhbət etmiş, bildirmişdir ki, o, üzərindən aşkar edilən 04 büküm narkotik vasitədən çəkisi daha çox olan narkotik vasitəni üzərinə götürməli və bildirməlidir ki, həmin narkotik vasitə heroin ona məxsusdur. Bundan sonra isə onun qarşısına 06 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və üzərindən aşkar edilən beş barmağı qoymuş və bildirmişdir ki, həmin bükümləri və beş barmağı götürüb cibinə qoysun və videoçəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman həmin 06 ədəd bükümləri və beş barmağı təqdim edib, özünə məxsus olduğunu və tapdığını bildirsin, özü narkoman olduğu üçün həmin vaxt onun bədəni narkotik vasitə tələb etmiş, o da narkotik vasitə qəbul edə bilmədiyi üçün bədənində güclü ağrılar olmuş, o, Səxavət adlı polis əməkdaşına bildirmişdir ki, dediklərini bir şərtlə qəbul edər ki, videoçəkilişdən sonra ona istifadə etməsi üçün narkotik vasitə heroin versin, həmin polis əməkdaşı onunla razılaşmış, o da 06 ədəd içərisində narkotik vasitə heroin olan sellofan bükümləri götürüb əynində olan şalvarın sol cibinə qoymuş, beş barmağı isə şalvarın arxa tərəfindən qayışına keçirmiş və Polis Bölməsinin inzibati binasında o, təhqiqatçı Sevinc Hüseynova tərəfindən şübhəli şəxs qismində tutulmuş və maddi imkanı olmadığından dövlət büdcəsi hesabına ona vəkil X9 müdafiəçi təyin edilmiş və ona təqdim edilmiş, bundan sonra təhqiqatçı Sevinc Hüseynova tərəfindən ona izah edilmişdir ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacaqdır. O, buna etiraz etməmiş, üzərinə şəxsi axtarış keçiriməzdən əvvəl ona təklif olunmuşdur ki, üstündə qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etsin, bu təklifdən sonra o, əynində olan boz rəngli, cins şalvarının sol yan çibində olan 04 ədəd və Səxavət adlı polis əməkdaşının onun cibinə qoyduğu 02 ədəd, ümumilikdə 06 ədəd sellofan bükümləri və şalvarının qayışına bel hissəsində keçirdiyi beş barmağı könüllü olaraq təqdim etmiş, polis əməkdaşları həmin sellofan bükümlərin içərisindəki maddənin də nə olmasını soruşduqda bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir. Bundan sonra üzərindən aşkar edilən İçərisində narkotik vasitə heroin olan 06 ədəd sellofan bükümlər və üzərindən aşkar edilən 01 ədəd beşbarmaq ayrı-ayrılıqda 02 ədəd ağ kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 185-186, 198-202) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 24 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri ərazisində saxlanılmış, Xaçmaz Rayon Polis X12 bölməsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və beşbarmaq aşkar edilmişdir. Daha sonra, verilən suallara cavab olaraq o, göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 6 bükümdə narkotik vasitə aşkar edilmişdi. Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə saat təqribən saat 17:00 radələrində saxlamış və saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra adını bilmədiyim əcnəbi onunla maraqlanmaq üçün polis bölməsinə gəlmişdir. X8 göstərmişdir ki, Təqsirləndirilən şəxs Gülnarə adlı şəxsin yaşadığı ünvana getmişdir. Gülnarə adlı şəxs isə Xaçmaz rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan tanınmış şəxsdir. Hazırda Gülnarə adlı şəxs axtarışdadır. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, 24 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri ərazisində saxlanılmış, Xaçmaz Rayon Polis X12 bölməsinə gətirilmişdir. Müdafiəçinin iştirakı və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keşirilərkən onda 6 bükümdə narkotik vasitə heroin və beşbarmaq aşkar edilmişdir. Daha sonra verilən suallara cavab olaraq o, göstərdi ki, Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə saat 17:00 radələrində Xudat şəhəri, Rəşid Behbudov keçəsində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatında ondan başqa polis əməkdaşları Səxavət Abbasov və Şahid2 iştirak etmişlər. Həmin vaxt Gürcüstan Respublikasının vətəndaşı olan şəxsi o, görməmiş və tanımamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşı Şahid2 ifadəsindən görünür ki, o, digər polis əməkdaşları ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla Bakı şəhərində tanış olmuş və onu 4 ilə yaxındır ki, tanımışdır. 22 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Novruz bayramı münasibəti ilə Xaçmaz rayonu, Xudat şəhərinə ailə üzvlərini görmək üçün getmək istədiyini bildirmiş və sonra ona da birlikdə Xudata getməyi təklif etmişdir. Təqsirləndirilən şəxsla birlikdə Xudat şəhərinə Təqsirləndirilən şəxs anasının yaşadığı ünvana getmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs qız tanışının yanına getmişlər. Küçədə gözləyən zaman Təqsirləndirilən şəxs dükana gedib qayıdacağını bildirmiş, lakin qayıtmamışdır. Narahat olduğundan “102” zəng mərkəzinə zəng edib bu barədə bildirmişdir. Polis əməkdaşları onunda izahatını almışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə məlumatı olmamışdır. Xudat şəhərinə “Kia Rio” markalı avtomobil ilə getmişlər, həmin avtomobili icarəyə götürmüşdürlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman o, Kamranın anasının yaşadığı evdə olmuşdur. Xatırladığına görə həmin vaxt onda ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Onun telefonundan Kamran və başqa şəxslər də istifadə etmişlər. Təqsirləndirilən şəxs üzərində beşbarmaq olubolmadığını xatırlamır, həmşinin onda narkotik vasitə olmasını görməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsinə əsaən o, 3 il əvvəl Bakı şəhərində Təqsirləndirilən şəxsla tanış olmuş və onunla tez-tez görüşmüşdür. 22 mart 2022-ci il tarixdə Kamranla söhbət edən zaman Kamran ona bildirmişdir ki, Novruz bayramı münasibəti ilə Xaçmaz rayonu, Xudat şəhərinə ailə üzvlərini görmək üçün getmək istəyir. Həmin vaxt Kamran ona təklif etmişdir ki, Kamranla birlikdə getsin. O da Kamranla razılaşmış, Kamranla birlikdə 22 mart 2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərinə getmək üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “010” adlanan avtomobillərin icarəsi şirkətindən “Kia Rio” markalı avtomobili 2 günlük kirayələmiş, avtomobili götürdükdən sonra Kamranla birlikdə həmin gün axşam saatlarında Xudat şəhərinə gəlmiş, Xudat şəhərində əvvəlcə Kamran anasının yaşadığı evə getmiş, daha sonra isə onlar iki gün Xudat şəhərində qalmış, 24 mart 2022-ci il tarixdə saat 17 radələrində Kamran ona təklif etmişdir ki, Kamranın qız tanışının yanına getsinlər, o da Kamranla razılaşmış, onlar birlikdə Kamranın qız tanışının evinə getmiş, həmin vaxt o, küçədə gözləyən zaman Kamran dükana gedib qayıdacağını bildirmiş, o da Kamranı gözləmiş, daha sonra Kamranın gəlmədiyini görüb narahat olmağa başlamış, Kamranı axtarmağa başlamış, Xudat şəhərini tanımadığı üçün küçədə qarşısına çıxan şəxslərdən polis bölməsinin yerini soruşmuş, həmin şəxslər də ona polis bölməsinin yerini göstərmiş, o, polis bölməsinə gedib müraciət edən zaman ona məlum olmuşdur ki, Kamran üzərində narkotik vasitə saxladığına görə tutulmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyindən məlumatı olmamışdır. Onlar Kamranla eyni avtomobildə Bakı şəhərindən gəlsələr də Kamran ona üzərində narkotik vasitə olduğunu və beş barmaq gəzdirdiyini bildirməmişdir, özünün narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 79-82) Məhkəmədə şahid qismində dindirilmiş məhkəmə-kimyəvi ekspertizanı aparmış ekspert X6 ifadəsində göstərdi ki, təhqiqatçı Sevinc Hüseynovanın qərarı əsasında HK- 1/146 saylı material daxil olmuşdur. Həmin material üzərində aparılmış tədqiqat nəticəsində 6/1642 nömrəli ekspertiza rəyi verilmişdir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 6 ədəd bükümdə ümumi təmiz çəkisi 13,669 qram qəhvəyi rəngli maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Daha sonra, verilən suallara cavab olaraq o, göstərmişdir ki, tədqiqata bir neçə bükümlər təqdim edildikdə, həmin bükümlərin çəkiləri ayrı-ayrılıqda müəyyən olunur. Tədqiqata təqdim edilmiş narkotik vasitələr bəzən elə qaydada bükülür ki, büküm iri görünsə də, onun çəkisi az olur. Narkotik vasitə dəfələrlə skoçlandığı üçün iri görünə bilər. Narkotik vasitənin çəkisi müəyyən olunan zaman onlar büküldüyü sellofandan çıxarılaraq ölçülür. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin sabiq təhqiqatçısı X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tutulması ilə bağlı dəqiq xüsusatları o xatırlamır. Lakin Təqsirləndirilən şəxs tutulduğu vaxt onun yanında başqa şəxs, o cümlədən Gürcüstan Respublikasının vətəndaşı olmamışdır. Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri tərəfindən ona təqdim olunduğu vaxt onun bağlı sənədləşmə aparılmışdır. Videoçəkilişdə qablaşmanın olmaması ilə bağlı isə Sevinc Hüseynova göstərmişdir ki, videoçəkiliş texniki tərəflərini xatırlamadığı serjant rütbəli polis əməkdaşı həyata keçirmişdir. Videoçəkilişin yarımçıq saxlanılması və narkotik vasitələrin qablaşdırılmasının həyata keçirildiyinin videoçəkilişdə göstərilməməsi ilə bağlı məsələləri videoçəkilişi aparan şəxs məşğul olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş vəkil X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tam xatırlamır. Lakin o, qeyd etmişdir ki, müdafiə etdiyi şübhəli şəxsdən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalıb-qalmamasını daima soruşur. Videoçəkilişə baxdıqdan sonra isə Yusif Talıbov göstərdi ki, Xaçmaz Rayon Polis Şöbəsinə dəvət edildikdə, sadəcə Təqsirləndirilən şəxs orada görmüş, onun yanında başqa şəxs görməmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola aid videogörüntülərdə narkotik vasitələrin qablaşdırılmasının əks olunmaması barədə fikir ifadə edə bilmir, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr qablaşdırılmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «Şəxsi axtarış aparılması barədə» 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ondan 06 bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 30-31) Şəxsi axtarış istintaq hərəkəti videoçəkilişlə aparılmış və həmin istintaq hərəkətinə aid 01 ədəd diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd kastet tipli əşya götürülür. Məhkəmədə maddi sübuta baxış keçirilərkən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilən narkotik vasitənin qablaşdırıldığı zərfin üzərində imzalar vardır, o cümlədən “Təqsirləndirilən şəxs” inisialları qarşısında imza olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2023-cü il tarixli, 6/1642 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Xaçmaz rayonu, Şollar kəndində ... Təqsirləndirilən şəxs üzərində...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 6 ədəd bükümdə ayrı-ayırlıqda təmiz çəkisi 0,405 qram, 0,399 qram, 0,417 qram, 0,326 qram, 4,898 qram, 7,224 qram ümumi təmiz çəkisi 13,669 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazrılanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqləri 49-52) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 12 aprel 2022-ci il tarixli, 3/378 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış, vurucuəzici-deşici xassəyə malik soyuq silahdır, üzərində təyinatını dəyişdirilən əlavə və dəşyişikliklər edilməmişdir. (Cild 1, iş vərəqləri 104-107) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 26 iyul 2022-ci il tarixli, 4087 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı o, narkomaniya xəstəliyindən əzab çəkməmişdir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. (Cild 1, iş vərəqləri 170-171) Məhkəmə tərəfindən “Bakcell” mobil rabitə operatorundan götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı nömrələrə aid “SMS” yazışmalarına dair tabloqramların təhlilindən görünür ki, aşağıdakı nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə narkotik vasitələrin satışından dəlalət edən aşağıdakı məzmunlu “SMS”-lər daxil olmuşdur: 1) xx-xx-2022-ci il tarixdə **********63 nömrəsindən “Acda blya vezyet pisdi niye bele eliyirsenki havayi istemirem sennen hecne puluvu verirem acda brat teli”; 2) xx-xx-2022 il tarixdə **********86 nömrəsindən “Mek mek menem elvin, yetim imkan varsa saba heresinnen 5gr gotur gel bura, yeni xudata yaxci olacaq”; Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş soyuq silah (kastet tipli əşya) və qalıq çəkisi 13,429 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd disk iş materiallarında saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, saxlanılan zaman üzərində narkotik vasitə olmaması və ittihamda göstərilən vaxtda deyil bundan 2 gün əvvəl tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə aidiyyətinin olmamasını göstərsə də onun mobil telefonuna göndərilən narkotik vasitələrin alış-verişi ilə bağlı “SMS” mətnləri onun narkotik vasitələrin satışı ilə məşğul olmasından dəlalət edir. Bundan başqa, aşkar olunmuş narkotik vasitənin 6 bükümə bölünməsi və narkomaniya xəstəliyindən əziyyət çəkməyən Təqsirləndirilən şəxs bu bükümlərin olması da onun narkotik vasitələrin satışı ilə məşğul olmasının təzahürüdür. Məhkəmə qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahılara (İ siyahısının 83-cü bəndində və İİ siyahısının 118-ci bəndində) əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 13,669 qram heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 91 dəfə, külli miqdardan isə təxminən 6,6 dəfə artıq olması, onun məqsədinin satışla bağlı olduğunun göstəricisidir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə deyil, bundan 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulması və 2 gün ərzində qanunsuz saxlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Bakcell” mobil rabitə operatorundan götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***- **-** saylı nömrələrə aid zənglərin detallaşmasına dair tabloqramların təhlilindən görünür ki, 22, 23 və 24 mart 2022-ci il tarixdə onun tərəfindən ayrı-ayrı şəxslərə zənglər edilməklə və zəngləri qəbul edilməklə müxtəlif vaxtlar ərzində danışıqlar aparılmışdır. Bu isə bir daha onu təsdiq edir ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs polis nəzarəti altında olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin videoçəkilişdə qablaşdırılmaması ilə bağlı məhkəmə qeyd edir ki, ekspertin iştirakı ilə məhkəmədə maddi sübuta baxış keçirilərkən onun qablaşdırıldığı zərfin üzərində istintaq hərəkətinin iştirakçılarının ad və soyadlarının, eləcə də imzaların mövcud olması müəyyən edilmişdir. Həmçinin iş materiallarından görünür ki, 24 mart 2022-ci il tarixdə tutulan Təqsirləndirilən şəxs barəsində 26 mart 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Bundan sonra o, istintaqdan yanınmış və yalnız 3 ay sonra, yəni 24 iyun 2022-ci il tarixdə yenidən tutulmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həqiqətən tutularkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qaldığı halda, bu müddət ərzində onun müxtəlif instansiyalara ona qarşı edilmiş qanunsuz hərəkətlərdən şikayət etmək hüququ vardır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə bağlı qeyd edir ki, digər iş üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulan və istintaq təcridxanasında saxlanılan Şahid3 ifadəsi dostluq münasibətlərində olan Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadə verməsi onun məsuliyyətdən yayınmasına yönəlmiş bir cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərindən Xaçmaz rayonuna gedən Şahid3 özünün də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsini diqqətdən qaçıra bilmir və hesab edir ki, Təqsirləndirilən şəxsla Şahid3 münasibəti məhz bu zəmində yaranmışdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş sonuncu cinayət əməli 24 mart 2022-ci ildə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə barəsində aparılan cinayət təqibinə xitam verilməsi barədə xahişinin olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə ona cəza təyin edilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 24 mart 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 26 mart 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra, o, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilmiş və 24 iyun 2022-ci il tarixdə tutularaq istintaqa təhvil verilmiş, Xaçmaz rayon məhkəməsinin 25 iyun 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli isə tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 115-118) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, şübhəli şəxs qismində tutulduğu 2 gün təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 24 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməklə hesab edir ki, iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 13,429 qram olan narkotik vasitə heroin və 01 ədəd soyuq silah (kastet tipli əşya) məhv edilməli, 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 129 (yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 13,429 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd soyuq silah (kastet tipli əşya) məhv edilsin, 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 129 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar