Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-48/2025 17.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan 03 ay müddətinə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlamış və üzərində daşımış, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd bükümdə ümumi çəkisi 0,607 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 30 noyabr 2023-cü il tarixdə, saat 04:20 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən “Oba” marketin qarşısında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə metamfetamin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 11,182 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi çəkisi 3,883 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 19 dekabr 2023-cü il tarixdə, saat 16:15 radələrində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən “Mərkəzi Poçt”un qarşısında keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 20 ədəd bükümdə, hər biri ayrı-ayrılıqda 0,484 qram, 0,680 qram, 0,462 qram, 0,793 qram, 0,971 qram, 0,452 qram, 0,960 qram, 0,465 qram, 0,940 qram, 0,252 qram, 0,460 qram, 0,471 qram, 0,452 qram, 0,470 qram, 0,465 qram, 0,440 qram, 0,450 qram, 0,461 qram, 0,628 qram, 0,426 qram ümumi təmiz çəkisi 11,182 qram olan qəhvəyi rəngli maddə xarici görünürş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 09 (doqquz) ədəd bükümdə, hər biri ayrı-ayrılıqda 0,369 qram, 0,453 qram, 0,276 qram, 0,180 qram, 0,576 qram, 0,952 qram, 0,461 qram, 0,440 qram, 0,176 qram ümumilikdə təmiz çəkisi 3,883 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş itthamda qismən, yəni yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, polis əməkdaşları onu ilk dəfə 30 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində, "Oba" marketin yaxınlığında saxlayıblar və üstündən 0,607 qram metamfetamin aşkar olunub, ümumiyyətlə, bu ittihamla tam razıdır, bu əməlini də etiraf edir. Bu zaman ona qarşı heç bir psixi və ya fiziki təsir və ya təzyiq də göstərilməyib. Daha sonra onu 19 dekabr 2023-cü tarixdə Sumqayıt şəhərində, “Mərkəzi Poçt”un yaxınlığında saxlamağa çalışanda o polis əməkdaşlarından qaçıb, çünki onların kim olduğunu bilmədiyindən qorxub. Həmin yerdən 300 metr aralaşdıqdan sonra polis əməkdaşları onu saxlayıblar və ittihamda göstərilən narkotik vasitə və psixotrop maddələri üstünə qoyublar, həmin kütlələrdən xəbəri yoxdur. İkinci dəfə onu tutanda polis əməkdaşları ona qarşı psixoloji təsir ediblər. Ona görə məcbur qalıb onların dediklərini təsdiq edib, üstünə qoyduqları kütlələrin özünə aid olduğunu bildirib. Saxlanılarkən üzərində ***-***-**-** saylı mobil nömrənin olduğu mobil telefon olub, həmin nömrəyə narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesajlar gəlib. İkinci dəfə saxlanılarkən üstündə heç bir narkotik vasitə olmayıb, evinə və digər saxlanc yerlərinə baxış keçirilməyib. Polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı müvafiq orqanlara şikayətlər də edib. Polis əməkdaşları tərəfindən saxlanılarkən üstündə “UNİBANK” Kommersiya Bankı” ASC-yə məxsus plastik bank kartı olub, lakin həmin kartı müstəntiq şəxsi axtarış keçirilməzdən əvvəl götürüb, ona görə də videoçəkilişdə həmin kart görünmür. Müstəntiq kartı götürüb və ona deyib ki, əgər 3000 manat pul versə, onu azadlığa buraxa bilər və müstəntiq bildirib ki, həmin pul onun həmin kartına köçürülsün. Kartında əvvəlki cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra ona dövlət tərəfindən verilmiş 1380 manat məbləğində pul olub və əlavə olaraq dostları və qohumları onun zənglərindən sonra kartına əlavə pullar atıblar ki, müstəntiq onu buraxsın. Lakin müstəntiq həmin kartında olan və sonradan kartına köçürülən 2000 manatdan artıq pulları götürsə də, onun cinayət işinə xitam verməyib. Məhkəmə tərəfindən “UNİBANK” Kommersiya Bankı” ASC-yə sorğu verilib həmin bankda təqsirləndirilən şəxsin adına olan bank kartı vasitəsilə hər hansı əməliyyat aparılmaması müəyyən edildikdən sonra təqsirləndirilən şəxs ifadəsini dəqiqləşdirərək üstündə olan kartın "xxxx" ASC-yə məxsus **********085515 saylı plastik bank kart olduğunu bildirib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi əməklə məşğul olur. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Uzun müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 30.11,2023-cü il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manat müqabilində 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddəni ürəyi istədiyi vaxt istifadə edə bilməsi üçün əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuş və şəxsi işləri ilə əlaqədar Sumqayıt şəhərinə getmişdir. Saat təxminən 04 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən “Oba” marketin qarşısında olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu demişlər və onu polis bölməsinə dəvət etmişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd bükümü təqdim etmişdir. Təqdim etdiyi büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. O üzərindən aşkar olunmuş həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni saxlanıldığı gün Xırdalan dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi psixotrop maddə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Bundan başqa, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə instagram sosial şəbəsində tanış olduğu adını bilmədiyi İİR vətəndaşından 550,0 manat müqabilində təxminən 12 (on iki) qrama yaxın narkotik vasitə heroin və 4 (dörd) qrama yaxın psixotrop maddə metamfetamin almışdır. Belə ki, həmin şəxsin ona təqdim etdiyi hesab nömrəsinə 550,0 manat yüklədikdən sonra onun təyin etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindən qeyd etdiyi narkotik vasitə və psixotrop maddələri götürmüşdür. Əldə etdiyi narkotik vasitə və psixotrop maddənin bir qismini istifadə etmiş, qalan qismini isə üzərində “Azərçay” yazısı olan qutuya qoyub üzərində gəzdirirmiş. O narkotik vasitə və psixotrop maddəni aldıqdan sonra onlara şəxsi istifadəsi üçün bükümlərə ayırmışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən “Mərkəzi Poçt”un qarşısında olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu demişlər və onu polis idarəsinə dəvət etmişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O özü əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı üzərində “Azərçay” sözü yazılmış qutunu təqdim etmişdir. Təhqiqatçı tərəfindən qutunun içərisinə baxış keçirilən zaman orada 20 (iyirmi) ədəd bükümdə narkotik vasitə heroinə, 09 (doqquz) ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. O üzərindən aşkar olunmuş həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri saxlanılmazdan 2-3 gün əvvəl tanımadığı İİR vətəndaşından 550 manat müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə və psixotrop maddə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşınması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə rəsmi müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə istənilmiş, əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində tərəflərindən əməliyyat müşahidəsinə götürülərək saat 04 dən bir az keçmiş Sumqayıt şəhəri, 21-ci məhəllə, “Oba” marketin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu deyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Sumqayıt ŞPİnin 4-cü PB-nə gəlmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-də Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısından özünə müdafiəçi seçmiş, müdafiəçi gəlmiş, ona təqdim olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt şalvarının cibində olan 01 ədəd bükümün içərisində olan metamfetaminə bənzər psixotrop maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin "patı” olduğunu, həmin maddəni Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm xüsusi qaydada qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən hər hansı bir qanunsuz təsir, təzyiq olunmamışdır. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəmədə dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, istifadə etməsi və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə rəsmi müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilərək əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə günortadan sonra əməliyyat müşahidəsinə götürülərək saat 16 radələrində onlar tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən “Mərkəzi Poçtun” yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, istifadə etmə və satışında şübhəli olduğunu deyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs vəkillərin siyahısından özünə müdafiəçi seçmiş, müdafiəçi gələndən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına etirazının etməmiş, şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin iç cibində saxladığı 01 ədəd kağız qutunu, şalvarının cibindəki 50 manat pulu və şalvarın arxa cibindəki mobil telefonunu təqdim etmişdir. Təhqiqatçı tərəfindən qutuya baxış keçiriləndə qutunun içindən 20 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan içərilərində narkotik vasitə heroinə bənzər maddənin və 09 ədəd hər biri şəffaf rəngli sellofa bükülmüş halda olan içərilərində ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 20 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş heroinə bənzər maddələr və 09 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal halda olan metamfetaminə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilərək rəsmiləşdirmə aparılmışdır. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir təsir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan oluaraq tədqiq edilmiş Şahid5 da təsdiq edərək analoji ifadə vermişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinə xx.xx.1983cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla Xırdalan rayonu, Gənclər şəhərciyi, blok 52, mənzil 141 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər ərazisində vətəndaşların sorğusu əsasında əməliyyat-axtarış tədbiri keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 21-ci məhəllə, “Oba” marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın yan cibindən 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli maddə olan büküm aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023cü il tarixdə “şəxsi axtarış və götürmə aparılması barədə” protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə təqsirləndirilən şəxsin və bu epizoda aid şahidlərin məhkəmədə ifadələrində göstərdikləri xüsusatlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinə xx.xx.1983cü ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər ərazisində vətəndaşların sorğusu əməliyyat-axtarış tədbiri keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sol iç cibində saxladığı 01 ədəd üzərində “Azərçay” sözləri yazılmış ağ rəngli kağız qutunu, əynində olan qara rəngli şalvarın sağ yan cibindəki 50 manat pulu və həmin şalvarın arxa sağ cibindən 01 ədəd qara rəngli “Huowei” markalı mobil telefonu təqdim etmişdir. Təhqiqatçı tərəfindən üzərində “Azərçay” sözləri yazılmış qutunun içərisinə baxış keçirilən zaman orada 20 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin və 09 ədəd hər biri şəffaf rəngli sellofona bükülmüş halda olan içərilərində ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 20 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 12.14 qram olduğu, aşkar edilmiş 09 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 4.33 qram olması müəyyən olunur. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023cü il tarixdə “şəxsi axtarış və götürmə aparılması barədə” protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə şahidlərin həmin epizodla bağlı məhkəmə istintaqı zamanı və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələrində göstərdikləri xüsusatlar və yuxarıda protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməkimyəvi ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6222 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,607 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,607 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,557 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6490 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 20 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,484 qram, 0,680 qram, 0,462 qram, 0,793 qram, 0,971 qram, 0,452 qram, 0,960 qram, 0,465 qram, 0,940 qram, 0,252 qram, 0,460 qram, 0,471 qram, 0,452 qram, 0,470 qram, 0,465 qram, 0,440 qram, 0,450 qram, 0,461 qram, 0,628 qram, 0,426 qram ümumi təmiz çəkisi 11,182 qram olan qəhvəyi rəngli maddə xarici görünürş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,369 qram, 0,453 qram, 0,276 qram, 0,180 qram, 0,576 qram, 0,952 qram, 0,461 qram, 0,440 qram, 0,176 qram ümumilikdə təmiz çəkisi 3,883 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlamış psixotrop maddə-metamfetamindir. Qeyd: 1. Heroinin ümumi təmiz çəkisi - 11.182 qram, tədqiqata sərf edildi - 0,4 qram, qalıq - 10,782 qram; Metamfetaminin təmiz çəkisi - 3,883 qram, tədqiqata sərf edildi - 0,18 qram, qalıq - 3,703 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1679 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş iş üzrə alınmış Sumqayıt ŞPİ-nin CAŞ-dan daxil olan əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni kimdən, nə vaxt və harada ələ etməsi ilə bağlı, həmçinin əməliyyat tapşırığında qeyd olunmuş mobil telefon nömrəsi sahiblərinin şəxsiyyətlərini müəyyən etmək mümkün olmasa da, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələr, o cümlədən psixotrop maddələrin satışı ilə məşğul olması barədə etibarlı mənbədən məlumat əldə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş CD diskin bir tərəfi qırmızı, digər tərəfi isə gümüşü rənglidir. CD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən “515538400_SMS” adlı qovluğa daxil olundu. Bundan sonra həmin qovluqda olan antenna.xlsx adlı bölmə göründü: "xx/xx/2023,00:20:08,**********50,**********00,Yetm günortadan hecne yoxdu olrem pisdi vezyet xx/xx/2023,14:13:32,**********64,**********00,Ay qaqas teli acda cvb ver tez das lazimdi 3 dene yari tez he yo de kontr yoxdu burdam men xx/xx/2023,02:15:59,**********66,**********00,ay qaqaw 3 olacaqe birazdan.alinmiyacaqsa denen bilim.mene uje lomka gelir.ac teli bidene xx/xx/2023,07:20:02,**********21,**********00,QardWim mene 3 k 2 p Buda eliyir 75+40=115...65 atdim 50 de verecem xx/xx/2023,15:34:02,**********66,**********00,qardawim 3 yari senden xais edirem pulumu alinca qardasdigivi ele.heresinden biraz mene verde.anamin cani puldanda narahat olma. xx/xx/2023,17:44:27,**********00,**********64,Men.. Sene. O. Gun sözümü demişəm mende nə gəlib kola iştə nede das kola. Var. Superdi turaldan soruşa bilisen ama mende istəmə kola xx/xx/2023,00:31:03,**********06,**********00,Qaqa 125di 95 vurdum 30qaldi prosda pul duzelsin deye oturdum hamsini vesyet pisdi qardasimsan gelen kimi Yig xx/xx/2023,17:25:50,**********64,**********00,Ay samir qaqas ac teli ozume yari das birde yari kola lazimdi isteyirsen kart at atim karta pulu tez cvb ver qaqas ozume lazimdi hec kime goturmurem qaqa xx/xx/2023,18:12:18,**********64,**********00, Acda qaqas yagis istadi suyun icinde qalmisam burda ozume lazimdi tema hec kime goturmurem qaqas yari das yai kola isteyirsen karti at puli vurum karta xx/xx/2023,20:09:35,**********06,**********00,Qaqa 1qr k yari k yari das verde mene onu ayri ayrida prosda 1 qr ayri yari ayri ozum İsutkadi olem vezyet direnib sen ol gozduyenlerde var 20azn biri 15biri gozdedirem". Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü il tarixdə götürülmüş təmiz çəkisi 0,607 qram psixotrop maddə metamfetamin, xx.xx.2023-cü il tarixdə götürülmüş təmiz çəkisi 3,883 qram psixotrop maddə metamfetamin və 11,182 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı təmiz qalıq çəkiləri müvafiq olaraq 0,557 qram psixotrop maddə metamfetamin, 3,703 qram psixotrop maddə metamfetamin və 10,782 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması prosesinin köçürüldüyü 02 ədəd və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 5164 saylı məktuba əlavə edilmiş 01 (disk) ədəd “CD” disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin suətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-cı il təvəllüdlü uşağı vardır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində yenidən qəsdən cinayət əməli törətdiyindən onun əməlində cinayətin residivi vardır CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək ittihamda qeyd olunan kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamla bağlı onun məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə təqsirləndirilən şəxsin gətirdiyi bütün dəlillər məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Lakin təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi həmin dəlillər rəsmi sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə əsasən onun adına xx.xx.2023-cü il tarixədək bank kartının və ya bank hesabının olub-olmaması barədə məlumat verilməsi, həmçinin əgər onun adına bank kartı və ya bank hesabı mövcuddursa, həmin hesabdan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrə aid mədaxil və məxaric çıxarışlarının məhkəməyə göndərilməsi barədə “UNİBANK” Kommersiya Bankı” ASC-yə sorğu verilmişdir. Qeyd olunan sorğuya cavab olaraq “UNİBANK” Kommersiya Bankı” ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubuna və məktuba əlavə olunmuş çıxarışa əsasən bildirilmişdir ki, bankda Təqsirləndirilən şəxs adına bank hesabı mövcuddur, lakin bank hesabında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində heç bir bank əməliyyatı həyata keçirilməmişdir. Bundan sonra həmin sorğuya cavab elan oldunduqdan sonra Təqsirləndirilən şəxs bildirklərinə əsasən onun adına xx.xx.2023-cü il tarixədək bank kartının və ya bank hesabının olub-olmaması barədə məlumat verilməsi, həmçinin əgər onun adına bank kartı və ya bank hesabı mövcuddursa, həmin hesabdan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrə aid mədaxil və məxaric çıxarışlarının məhkəməyə təqdim edilməsi, həmçinin **********085515 saylı kart hesabından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrə aid mədaxil və məxaric çıxarışlarının məhkəməyə təqdim edilməsi barədə "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli qərar göndərilmişdir. Həmin qərar əsasında "xxxx" ASC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qərarda sorğu olunan **********085515 saylı plastik kart hesabı bankdaxili sistemdə aşkar olunmamışdır. Həmin məktuba əlavə olunmuş çıxarışlardan da görünür ki, Təqsirləndirilən şəxs adına aşkar olunmuş bank hesablarından birində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bank əməliyyatları aparılmış, lakin təqsirləndirilən şəxsin qeyd etdiklərindən fərqli olaraq onun bank hesabında tutulduğu gün 1380 manat balans olmamış, ümumiyyətlə bank kartında 2000 manatdan artıq pul olmamış, həmçinin o, saxlanıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə kartından 32 manat 35 qəpik və 50 manat məbləğində (cəmi 82 manat 35 qəpik) pul çəkilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu dəlilləri ilə bağlı qeyd edir ki, qeyd olunan məsələlər hərtərəfli təhlil edildikdə Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillərin tamamilə cəfəngiyyat olduğu aydın olur. Həmçinin Təqsirləndirilən şəxs məxsus bank kartının Sumqayıt ŞPİ-də saxlanılıbsaxlanılmaması barədə Sumqayıt ŞPİ-nə verilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı banka aid plastik kart aşkar olunmamış, şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiqə hər hansı plastik kart təqdim olunmamışdır. Həmçinin Sumqayıt ŞPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Huawei” markalı mobil telefonun məhkəməyə göndərilməsi barədə Sumqayıt ŞPİ-nə verilmiş sorğuya cavab olaraq mobil telefon məhkəməyə göndərilmişdir. Həmin telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs qohumlarından pul istəməsinə dair hər hansı yazışma və ya zəng aşkar olunmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, eləcə də təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin o, məhkəmə istintaqı zamanı qeyd etdiyi halları orada bildirməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə törətdiyi cinayət əməli ilə bağlı məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi (narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hissəsi istisna olmaqla) ifadəsini qoyur. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən fərqli növlərdə narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi, həmin maddələrin ayrıayrı bağlamalarda olması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə etdiyini və daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış və götürmə aparılmasına dair protokollara əlavə edilmiş videogörüntülər və iş materiallarında olmaqla yuxarıda sadalanan digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 59.2-ci madəsinə əsasən himayəsində 1 yetkinlik yaşına çatmamış uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivinin olmasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin (CM-nin 234.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin gün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və 01 dekabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 dekabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə ona ittiham elan edilmiş və eyni tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə onun sonradan tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 0,557 qram psixotrop maddə metamfetamin, 3,703 qram psixotrop maddə metamfetamin və 10,782 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan disklərin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixindən 01 dekabr 2023-cü il tarixinədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,557 qram çəkidə psixotrop maddə metamfetamin, 10,782 qram narkotik vasitə heroin və 3,703 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-48/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-48/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver